Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1157/2025 22.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Ekol” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Tərtər rayonu, Zölgörən kəndində doöulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, Yeni Yaşayış massivi., nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs təkrar satış məqsədi qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq bir bükümdə təmiz çəkisi 0,428 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir bükümdə təmiz çəkisi 0,449 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminnı əldə edib üzərində saxlamaqla daşımış və 25 sentyabr 2024-cü il tarixdə saat 11:30-da ünvan 2 ünvanın yaxınlığında olarkən hərəkətləri şübhə doğurduğu üçün Sabunçu RPİ-nin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılıb ünvan 4 ünvanında Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən “Winston” markalı siqaret qutusunda bir bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir bükümdə təmiz çəkisi 0,449 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarın sol yan cibindən “Samsung Galaxy A32” markalı ***-***-**-** nömrəli mobil telefon aşkar edilərək götürülmüşdür.
3. Bundan başqa, o, təkrarən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan əldə olunmuş razılığa əsasən həmin şəxsin istifadəsində olan +98-***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan “Samsung” markalı, ***-***-**-** mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi işarələnmiş fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerə qoyulmuş külli miqdarda bir bükümdə təmiz çəkisi 18,356 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, onun psixotrop maddələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 28 noyabr 2024-cü il tarixdə, saat 18:22-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən külli miqdarda bir ədəd siqaret qutusunda bir şəffaf sellofan bükümdə təmiz çəkisi 18,356 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və “Samsung” markalı, 051- ***-**-** nömrəli mobil telefon aşkar edilərək götürülmüşdür.
Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
4. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü bilməmiş, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Birinci epizod zamanı Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları onu saxlamışlar. Üzərindən bir büküm marixuana və bir büküm metafetamin aşkar olunmuşdur. Bundan sonra onu sərbəst buraxmışlar. Həmin gün telefonu polis əməkdaşlarında qalmışdır. Bu səbəbdən də işlətmək üçün başqa telefon götürmüşdür. İkinci epizod zamanı Fərid adlı iranlının nömrəsini də məhz “TikTok” sosial şəbəkəsindən götürmüşdü. Fərid ona bildirmişdir ki, nə vaxt narkotik vasitə istəsə ondan ala bilər. Bir gün Fərid ona zəng etmiş və Əhmədli ərazisində onun üçün narkotik vasitə olan marixuana qoyduğunu demişdir. O, İranlıya pulunun olmadığını bildirdikdə, Fərid ona problem olmadığını, pulu sonra verə biləcəyini demişdir. Marixuananı götürmək üçün getdikdə, həmin narkotk vasitə siqaret qutusunun içərisində idi. Götürüb narkotik vasitəni cibinə qoymuşdur. Evə qayıtmaq istəyən zaman, yolda polis əməkdaşları onu saxlayaraq üzərinə baxış keçirmişlər, üzərindən həmin büküm aşkar edildikdən sonra onu Bakı şəhəri Xətai RP-nin 34-cü polis bölməsinə aparmışlar.
5. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs birinci epizod zamanı üzərində bir büküm marixuana və bir büküm metafetamin olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, narkotik vasitəni ayrıayrı şəxslərdən aldığını, Fərid adlı şəxsin danışıqlarına əsasən ona 10 qram marixuana göndərməli olduğunu, Fəridin ona həmin narkotik vasitənin pulunu sonra verə biləcəyini dediyini, Fəridlə aralarında heç zaman narkotik vasitələri başqa ünvanlara çatdırılmasına dair razılığın olmadığını, Fəridin ondan belə bir şey istəmədiyini, sadəcə şəxsi istifadəsi üçün ondan narkotik vasitə aldığını, Fəridə mesajla narkotik vasitəni götürdüyünü dediyini, evə çatdıqdan sonra ona zəng etməsini deməsinin səbəbinin nisyə göndərilmiş narkotik vasitənin pulunun ödənilməsi ilə bağlı olduğunu, heç vaxt Fəridlə birlikdə narkotik vasitələrin satışını həyata keçirmədiyini, bu barədə razılaşmalarının olmadığını, hadisə günü marixuana götürməyə getdikdə bükümdə patı olduğunu görməsinə baxmayaraq bükümü götürdüyünü bildirmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Zaur adlı şəxsi 7-ci Əhmədli küçəsi adlanan yerdə, axşam saatlarında saxlamışlar. Onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya olub-olmamasını soruşduqda həmin şəxs üzərində gəzdirdiyi metafetamini onlara təqdim etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi noyabr ayında, axşam saatlarında 7-ci Əhmədli deyilən ərazidə saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun üzərində axtarış keçirmişlər. Axtarış zamanı üzərindən psixotrop maddəyə bənzər maddə aşkar olunmuş, bundan sonra şəxsi polis bölməsinə aparmışlar.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyündə polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsini daşıyır. 25 sentyabr 2024-cü il tarixdə, saat 11:30 radələrində Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, Şahid4 ilə inzibati ərazidə yəni, ünvan 6 ünvanında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını, onları görüb yayınmağa cəhd etdiyi üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, üzərində olan şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs onlara şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmiş və bir qədər özündə olmamışdır. Bundan sonra həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinə gətirmişlər. Videoçəkilişlə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli cins şalvarının sol yan cibindən “Winston” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, təhqiqatçı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, siqaret qutusunu açdıqda içərisində 01 (bir) ədəd şəfaf sellofana bükülmüş, 01 (bir) ədəd siqaretin gümüşü kağızma bükülmüş bükülü aşkar olunmuşdur. Təhqiqatçı 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü açdıqda həmin bükülünün içərisində ot mənşəli kütlə olduğu müəyyən edilmişdir. Təhqiqatçı həmin kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitədir. Daha sonra təhqiqatçı siqaretin gümüşü kağızma bükülmüş bükülünü açmış və Təqsirləndirilən şəxs büklünün içərisindəki kütlənin nə olduğunu soruşduqda demişdir ki, həmin kütlə “patı” kimi tanıdığı metamfetamindir.
9. Şahidlər Şahid1, Şahid4 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verilmiş ifadələri elan edilmişdir.
5. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl xx.xx.2024-cü il tarixdə saat 18:22 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, kənd Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsində keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1988-ci ildə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞnin əməkdaşları tərəfindən saxlanılmış və ona təklif edilmişdir ki, paltarında, əşyalarında və dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sol iç yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kristal şəkilli psixotrop maddə metamfetamini təqdim etdi. Sonra psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və çəkisi 19 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə qabalşdırılaraq möhürlənmiş və saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs üstü yoxlanılmış və əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd Samsung markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş psixotrop maddəni tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Xətai rayonu, kənd Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsində nömrəsiz fərdi evin yaxınlığında keçirilmişdir. Üstünü yoxlama zamanı «Samsung» markalı mobil telefon vasitəsi ilə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Xətai RPİ- nin 34-cü PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər-etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 ədəd DVD disk əlavə edilmişdir (cild 01; i.v. 12- 15).
6. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nə Təqsirləndirilən şəxs psixotrop maddə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün, 28 noyabr 2024-cü il tarixdə, saat 18:22 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində saxlanılaraq üstü yoxlanılmış, 1 ədəd ağ zərfdə şəffaf sellofan kəsiyinə bükülmüş kristal şəkilli maddənin aşkar edilərək götürülməsi və qeyd olunanların Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyytatı üzrə təqdim olunmuşdur. Təqdim olunan Samsung markalı mobil telefon götürülmüş, 1 ədəd şəffaf sellofana və 1 ədəd DVD diskə baxış keçirilmişdir. 1 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş və 19 qram olmuşdur. Sonra kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmiş, DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan psixotrfop maddə metamfetaminə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş psixotrop maddəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Samsung” markalı videokamera vasitəsi ilə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 01 ədəd DVD disk əlavə edilmişdir” (cild 01; i.v.24-25).
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5325 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs M, (imza)“ yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 18,356 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.39-43).
8. “Telefona baxış keçirilməsi haqqında” 01 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, «Samsung» markalı mobil telefonun gövdəsi gümüşü rənglidir, arxa tərəfinə «Lens» yazıları yazılmışdır. Cində istehsal olunmuşdur. Həmin telefonda ***-***-**-** saylı sim-kart mobil nömrədən istifadə olunur. Mobil telefon açıldıqda telefona məxsus proqramlar yerləşir, iş üçün əhəmiyyət kəsb edən foto yazılmış proqrama, SMS və WatsApp yazılarma daxil olduqda WatsApp mesajları və səs yazıları aşkar edildi. Həmin mesajlarda və səs yazılarında Təqsirləndirilən şəxs oğlunun “Farid” adlı şəxslə sonuncunun istifadəsində olan +98-***-***-**-** saylı mobil nömrə ilə yazışaraq psixotrop maddənin harada olması barədə şəkil qoyduqda Təqsirləndirilən şəxs psixotrop maddəni götürdüyünü bildirir (cild 01; i.v.75-80).
9. “Diskə baxış keçirilməsi haqqında” 01 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefonda “Whatsapp” sosial şəbəkəsində aşkar edilmiş səs yazılarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Fərid adlı şəxs arasında səsli danışların qeydə alındığı müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu bildirmişdir (cild 01; i.v.81-82).
10. “Maddi sübut kimi tanıma haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 18,356 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18,306 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 01; i.v.94-95).
11. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2024cü il tarixdə saat 11:30 dəqiqədə ünvan 7 ünvanın qarşısında saxlanılaraq PŞ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən “Vinston” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Siqaret qutusuna baxış zamanı bir ədəd şəffaf sellofana bükülmüş içərisində qurudulmuş yaşıl rəngli ot şəkilli kütlə, bir ədəd siqaretin zərli kağızma bükülmüş ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş ot kütləsi narkotik vasitə marixuanadır, kristal şəkilli maddə isə şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin maddələri xx.xx.2024-cü il tarixdə Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 20 manata alaraq üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr və bir ədəd Samsung markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüş, narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 160 saylı möhürlə möhürlənərək götürülmüşdür (cild 01; i.v.145-147).
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 25 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4705 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.151-155).
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 25 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1607 saylı üzərində, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 büküm “yazı və imzalar olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01; i.v.156-160).
14. “Maddi sübut kimi tanıma haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,428 qram psixotrop maddə metamfetamin və 0,449 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,378 qram psixotrop maddə metamfetamin və 0,409 qram qurudulmuş marixuana saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əalvə edilməsi qərara alınmışdır (cild 01; i.v.215-218).
15. “Mobil telefona baxış keçirilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 8” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatında ***-***-**-** saylı mobil nömrə vardır. Telefona yüklənmiş “Whatsapp” ani mesajlaşma mobil tətbiqi ***-***-**-** saylı mobil nömrə ilə istifadə edilir, mobil telefon aparatının “kontaktlar” bölməsində İran İslam Respublikasına aid “+98 905 *** **** LEYLLA”, “+98 930 *** **** LEYLLA YOLDAŞİ”, “+98 991 *** **** TÜRKAN İRANİ” Azərbaycan Respublikasına aid “***-***-**-** SÜLEYMAN S”, “***-***-**-** NERMAN EXİ” ***-***-**-** ...MURAT MASKVA”, “***-***-**-** Amin”, “***-***-**-** ELMEDİN İŞ” adlı mobil nömrələrlə aparılan danışıqlardan və yazışmalardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Baxış zamanı istintaq marağı kəsb edən digər xüsusatlar aşkar edilməmişdir (cild 01; i.v.223-232).
16. Həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Nerman Exi” adı ilə qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs “Zaki sabahin xeyir. Bir şey olsa de da, Torpaq zad, burda işləyənlərə verək, həm də beş on manat qabaq düşəy”; “Yetim, daşda isdiyən vare” məzmunlu, Təqsirləndirilən şəxs tərəfindən “Leylla Yoldaşı” kimi qeyd olunmuş şəxsə “Dasn var emi” məzmunlu, “Türkan İrani” kimi qeyd olunmuş şəxsə “manan nia gotomisan. Koloda var” məzmunlu, “Amin” kimi qeyd olunmuş şəxs tərəfindən Təqsirləndirilən şəxs “Mennen elaqe saxla srocnu, patı var mende”, “Şeynen deşiymey olar” məzmunlu, Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə ”Pati elemirem kola olsa zor ola” məzmunlu, “Elemddin iş” kimi qeydə alınmış şəxsə “20 koturmusem, gel cekek” məzmunlu mesajlar göndərilmişdir (cild 01; i.v.226-232).
17. Məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2024-cü il tarixli, 6739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin, psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v.247-248).
18. “Maddi sübut kimi tanıma haqqında” 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş işərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömərələrdair məlumatların əks olunduğu 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (cild 02; i.v.12-13).
19. Məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2025-ci il tarixli, 440 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin, psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 02; i.v. 77-78).
20. “Sübutların qiymətləndirilməsi haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi Note 8” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanma anbarına təhvil verilməsi, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında», o cümlədən, “Samsung” markalı mobil telefonun “Whatsapp” proqramından götürülmüş Təqsirləndirilən şəxsla şəxsiyyəti istintaqa məlum olmayan Fərid adlı şəxs arasında olan səs yazılarını özündə əks etdirən 03 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02; i.v.79-96).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
21. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü bilməmiş, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Birinci epizod zamanı Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları onu saxlamışlar. Üzərindən bir büküm marixuana və bir büküm metafetamin aşkar olunmuşdur. Bundan sonra onu sərbəst buraxmışlar. Həmin gün telefonu polis əməkdaşlarında qalmışdır. Bu səbəbdən də işlətmək üçün başqa telefon götürmüşdür. İkinci epizod zamanı Fərid adlı iranlının nömrəsini də məhz “TikTok” sosial şəbəkəsindən götürmüşdüm. Fərid ona bildirmişdir ki, nə vaxt narkotik vasitə istəsə ondan ala bilər. Bir gün Fərid ona zəng etmiş və Əhmədli ərazisində onun üçün narkotik vasitə olan marixuana qoyduğunu demişdir. O, İranlıya pulunun olmadığını bildirdikdə, Fərid ona problem olmadığını, pulu sonra verə biləcəyini demişdir. Marixuananı götürmək üçün getdikdə, həmin narkotk vasitə siqaret qutusunun içərisində idi. Götürüb narkotik vasitəni cibinə qoymuşdur.. Evə qayıtmaq istəyən zaman, yolda polis əməkdaşları onu saxlayaraq üzərinə baxış keçirmişlər, üzərindən həmin büküm aşkar edildikdən sonra onu Bakı şəhəri Xətai RP-nin 34-cü polis bölməsinə aparmışlar.
22. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs birinci epizod zamanı üzərində bir büküm marixuana və bir büküm metafetamin olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, narkotik vasitəni ayrı-ayrı şəxslərdən aldığını, Fərid adlı şəxsin danışıqlarına əsasən ona 10 qram marixuana göndərməli olduğunu, Fəridin ona həmin narkotik vasitənin pulunu sonra verə biləcəyini dediyini, Fəridlə aralarında heç zaman narkotik vasitələri başqa ünvanlara çatdırılmasına dair razılığın olmadığını, Fəridin ondan belə bir şey istəmədiyini, sadəcə şəxsi istifadəsi üçün ondan narkotik vasitə aldığını, Fəridə mesajla narkotik vasitəni götürdüyünü dediyini, evə çatdıqdan sonra ona zəng etməsini deməsinin səbəbinin nisyə göndərilmiş narkotik vasitənin pulunun ödənilməsi ilə bağlı olduğunu, heç vaxt Fəridlə birlikdə narkotik vasitələrin satışını həyata keçirmədiyini, hadisə günü marixuana götürməyə getdikdə bükümdə patı olduğunu görməsinə baxmayaraq bükümü götürdüyünü bildirmişdir
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
23. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
25. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
26. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
27. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
28. “Şübhəli şəxsin tutulması haqqında” 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə, saat 18:22-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.26).
29. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli, 4(011)-723/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.70-74).
30. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, 26 sentyabr 2024-cü il tarixdə Sabunçu RPİ tərəfindən AR CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild 01; i.v.107-108).
31. “Şübhəli şəxsin tutulması haqqında” 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə, saat 11:30-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.133).
32. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (cild 01; i.v.201-204).
33. “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “balşq ayerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.205-206).
34. AZE 11633204 və AZE 11570391 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü (X6) və xx.xx.2012-ci il təvəllüdlü (X3) uşaqları var (cild 02; i.v.69).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
35. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
36. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
37. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
38. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
39. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
40. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
43. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
44. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
45. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
46. Məhkəmə ilk növbədə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir.
47. Təqsirləndirilən şəxs təqsirləndirildiyi ikinci epizod üzrə onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əldə olunmuş razılığa əsasən həmin şəxsin istifadəsində olan +98-***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan “Samsung” markalı, ***-***-**-** mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi işarələnmiş fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerə qoyulmuş külli miqdarda bir bükümdə təmiz çəkisi 18,356 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq saxlamasına dair ittiham elan olunsa da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin şəxslə məhz narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etməsini təsdiq edə biləcək hər hansı sübutu iş materiallarına əlavə edə bilməmişdir.
48. İş materiallarından açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs sadəcə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əldə olunmuş razılığa əsasən həmin şəxsin istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi işarələnmiş fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerə qoyulmuş külli miqdarda bir bükümdə təmiz çəkisi 18,356 qram olan psixotrop maddə metamfetamini əldə edərək daşımışdır ki, bu da onun həmin şəxslə sadəcə narkotik vasitənin əldə edilməsi ilə bağlı həmin şəxsin ona narkotik vasitə göndərməsi ilə əlaqədar razılaşmalarının olmasının göstəricisidir.
49. Məhkəmə iclasında da təqsirləndirilən şəxsə bir neçə dəfə ünvanlanmış suala cavab olaraq o, Fərid adlı İran vətəndaşını sosial şəbəkə vasitəsi ilə tanıdığını, həmin şəxslə narkotik vasitələrin və ya psixotrop maddələrin satışına dair aralarında hər hansı razılaşmanın olmadığını, həmin şəxsin heç vaxt ondan narkotik vasitə və ya psixotrop maddələri hər hansı ünvana çatdırmasını istəmədiyini, sadəcə həmin şəxsin ona nisyə narkotik vasitə təklif etdiyini, həmin şəxsin təklifi ilə razılaşaraq onun dediyi konuma gedərək üzərindən aşkar edilmiş bükümü götürdüyünü bildirmişdir.
50. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotoşəkillərdən və diskdə olan səs yazılarından görünür ki, İİR-na məxsus mobil nömrədən istifadə edən Fərid adlı şəxs Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə konum və narkotik vasitənin qoyulduğu yerin fotoşəkillərini göndərmiş, daha sonra Təqsirləndirilən şəxs həmin şəxsə qoyulmuş bükümü həmin yerdən götürdüyünü, evə getdikdən sonra onunla əlaqə saxlayacağına dair səsli mesaj göndərmişdir.
51. Məhkəmə iclasında Təqsirləndirilən şəxs evə getdikdən sonra hansı səbəbdən həmin Fərid adla şəxslə əlaqə saxlayacağına dair sual ünvanlandıqda o, Fəridin ona həmin psixotrop maddəni nisyə göndərdiyini, bu səbəbdən evə getdikdən sonra onunla həmin psixotrop maddənin ödənişi ilə bağlı danışacağını bildirmişdir.
52. Məhkəmə qeyd edir ki, iş materiallarında Təqsirləndirilən şəxs Fərid adlı İİR vətəndaşı və ya hər hansı başqa şəxslə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə əlaqədar qabaqcadan razılığının olmasına və ya əlbirliyin olmasına dəlalət edən heç bir sübut olmamaqla yanaşı məhkəmə istintaqı zamanı da bu halı təsdiq edə biləcək hər hansı sübut müəyyən edilməmişdir.
53. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM- in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar.
54. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.
55. Göstərilənləri ümumiləşdirərək məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və həmin maddə ilə verilmiş ittiham ehtimallara və formal mülahizələrə əsaslandığından həmin maddə ittihamdan xaric edilməlidir.
56. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdır.
57. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona AR CM-nin 234.4.2 və 234.4.3cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir.
58. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir.
59. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan SMS-lər və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir.
60. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ikinci epizod üzrə Fərid adlı şəxsin göndərdiyi ünvana şəxsi istifadəsi üçün az miqdarda qurudulmuş marixuana götürmək üçün getdiyini, lakin gedən zaman Fərid adlı İİR vətəndaşı tərəfindən ona psixotrop maddə metamfetamin göndərildiyini aşkar etdiyini, həmin bükümdə külli miqdarda psixotrop maddə olmasından məlumatsız olduğunu bildirsə də, məhkəmə hər hansı şəxsin şəxsən tanımadığı, sadəcə sosial şəbəkə vasitəsi ilə qısa müddət öncə tanıdığı şəxsə öz təşəbbüsü ilə nisyə külli miqdarda psixotrop maddə göndərməsini real və inandırıcı hesab etməməklə təqsirləndirilən şəxsin həmin arqumentini onun öz müdafiəsi naminə irəli sürülmüş uydurma arqument kimi qiymətləndirir.
61. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” 01 oktyabr 2024cü il tarixli protokola əlavə edilmiş fotoşəkillərdə əks olunmuş Təqsirləndirilən şəxs məxsus “Redmi Note 8” markalı mobil telefonda “Whatsapp” proqramına gələn və onun tərəfindən yazılmış mesajlardan onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması açıq-aşkar görünməkdədir (Belə ki, həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Nerman Exi” adı ilə qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs “Zaki sabahin xeyir. Bir şey olsa de da, Torpaq zad, burda işləyənlərə verək, həm də beş on manat qabaq düşəy”; “Yetim, daşda isdiyən vare” məzmunlu, Təqsirləndirilən şəxs tərəfindən “Leylla Yoldaşı” kimi qeyd olunmuş şəxsə “Dasn var emi” məzmunlu, “Türkan İrani” kimi qeyd olunmuş şəxsə “manan nia gotomisan. Koloda var” məzmunlu, “Amin” kimi qeyd olunmuş şəxs tərəfindən Təqsirləndirilən şəxs “Mennen elaqe saxla srocnu, patı var mende”, “Şeynen deşiymey olar” məzmunlu, Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə ”Pati elemirem kola olsa zor ola” məzmunlu, “Elemddin iş” kimi qeydə alınmış şəxsə “20 koturmusem, gel cekek” məzmunlu mesajlar göndərilmişdir) (cild 01; i.v.226-232)).
62. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq “Nerman Exi” kimi qeyd olunmuş şəxsi tanıdığını və onunla bir məhlədə yaşadığını, Nerimanın hansı səbəbdən ona qeyd olunan məzmunda mesaj yazmasını bilmədiyini, digər adları çəkilən şəxsləri də tanıdığını, onların da məhlə uşaqları olduqlarını bildirmiş, ondan narkotik vasitə istənilməsinin səbəbi ilə əlaqədar verilmiş suallara cavab verə bilməmişdir.
63. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, SMS yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.
64. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
65. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
66. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan (CM-59.2), bir azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
67. Təqsirləndirilən şəxs ağırlaşdıran hallar müəyyən edilməmişdir.
68. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, o, AR Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, birinci epizod üzrə şübhəli şəxs qismində saxlandığı müddət (Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə, saat 11:30-da tutulmuş, 26 sentyabr 2024-cü il tarixdə, saat 10:30-dan saat 11:30-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edildikdən və prorkuror tərəfindən həmin vəsatətin müdafiə edilməsindən imtina edildikdən sonra şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da Təqsirləndirilən şəxs 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 04 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Xətai RPİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi Note 8” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
69. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
70. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
71. İş üzrə mülki iddia yoxdur.
72. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
73. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
74. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı Şəhəri Xətai RPİ-nin saxlancına verilmiş 18,306 qram psixotrop maddə metamfetamin və Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0,378 qram psixotrop maddə metamfetamin və 0,409 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 04 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi Note 8” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 80, 70 və 65 manat olmaqla, cəmi 215 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov