Məhkəmə qərarları › İş №1(101)-1158/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1158/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1158/2022 12.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, natamam orta təhsilli, sürücü işləmiş, əvvəllər Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə olunmaqla 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 mart 2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə olunun əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində tanışı Zərərçəkmiş şəxs1 həmin gün günorta saatlarında X12 işlətdiyi “Tac’ kafesində mübahisə yaratmasını bəhanə edərək, ünvan 2 ünvanının qarşısındakı yolda Zərərçəkmiş şəxs1la aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə silah qismində istifadə olunun dəmir parçasından istifadə etməklə və təpiklə Zərərçəkmiş şəxs1 baş, bədən nahiyyələrinə qəsdən vuraraq, sonuncuya sol baldır sümüklərinin açıq, çoxqəlpəli yerdəyişən sınıqları ilə müşayiət olunmuş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, sol dirsək sümüyünün dirsək çıxıntısının və sol mil sümüyü başının açıq sınıqları, sağ dirsək sümüyünün aşağı 1/3-nin qapalı, yerdəyişmiş sınığı və sağ ayağın İİ, İİİ, İV daraq sümüklərinin sınıqları ilə müşayiət olunmuş, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, hər iki təpə nahiyyəsinin və sol qulaq seyvanının əzilmiş yaraları ilə müşayiət olunmuş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətləri, habelə hadisə zamanı ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 silah qismində istifadə olunun dəmir parçası ilə qəsdən sağ qolundan vuraraq və itələyərək yıxması nəticəsində sonuncuya sağ bazunun qançırı, sağ saidin və mil bilək oynağının qançırları və sıyrıqları, sol əlin 2-ci barmağının, hər iki dizin, sol baldırın sıyrıqları ilə müşayiət edilən, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç bir cinayət törətməmişdir. O, ünvan 3 ünvanında ailəsiylə və anasıyla birlikdə yaşayır. 2019-cu il təvəllüdlü bir qızı var. Abşeron rayonu, Məhəmmədli qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarında sürücü işləyir və həmin MMC-nin şirniyyat məmulatlarının satışı ilə məşğul olur. 26 oktyabr 2021-ci il tarixdə saat 23:45 radələrində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 dəmir parçası ilə və ya təpiklə vurub xəsarət yetirməmiş, ümumiyyətlə o, həmin vaxt orada olmamışdır. xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə gecə saatlarında onunla Zərərçəkmiş şəxs1 arasında mübahisə və ya dava-dalaş olmamışdır. X12 da məhkumluğu var. Qardaşı təxminən beş ildir Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən «Tac» kafesini icarəyə götürüb işlədir. Onun həmin kafeyə aidiyyatı və qarışacağı yoxdur. Qardaşı Əsgər həm də kafedə kababçılıq edir, X1 adlı cəmi bir işçisi var. Maşınını kafenin həyətində saxladığı üçün arada işdən qayıtdıqda kafenin həyətinə gedib maşının mühərrikini işə salıb beş dəqiqə gözləyib sonra mühərriki söndürüb evə qayıdır. O, "xxxx" MMC-də həftənin beş günü saat 07.00-dan axşam saat 18.00-a kimi işləyir, şənbə və bazar günləri evdə olur. Evdə olduğu müddətdə yalnız istirahət edir. Hətta qardaşı Əsgərin işlətdiyi «Tac» kafesinə belə getmir. 26 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində o, həmişə olduğu kimi səhər tezdən işdə olmuş və həmin günü axşam saat 19 radələrində evinə gəlmişdir. O, həmin günü evə gəldikdə söhbət zamanı anası Səmərqənd bildirmişdir ki, X12 işlətdiyi kafenin daimi müştərisi olan Zərərçəkmiş şəxs1 kafeyə gedərək orada spirtli içki qəbul etdikdən sonra ofisiant Günay Məmmədova ilə mübahisə edib kafedəki əşyaları stol-stul və qab-qacağı dağıtmışdır. O, bunu eşitdikdə heç bir reaksiya verməmişdir. Həmin gün o, şam edib, bir qədər azyaşlı qızıyla vaxt keçirib uzanıb yatmışdır. Zərərçəkmiş şəxs1 kafeyə gedib oranı dağıdarkən X12 harada olması haqqında məlumatı yoxdur. O, kafedəki hadisədən sonra Zərərçəkmiş şəxs1 görməmiş və Əli ilə rastlaşmamışdır. Kafedə baş vermiş hadisədən sonra həmin günü gecə saatlarında və ya səhəri günü gecə saatlarında onunla Zərərçəkmiş şəxs1 arasında mübahisə və ya dava-dalaş olmamışdır. Onun ekspertiza müayinəsi zamanı həqiqətən sol əlinin arxa səthinin hematoması kimi xəsarəti olmuş, lakin, o, ekspertə bildirməmişdir ki, həmin xəsarəti ona xx.xx.2021-ci il tarixdə saat 23.55də qonşu Əli dəmir parçası ilə vurub yetirmişdir. O, ekspertə bildirmişdir ki, o, yük maşını idarə edir və həmin xəsarəti də maşının kabinkasını aşağı endirən zaman əlinin arada qalması zamanı almışdır. Rəydə niyə belə yazılmasının səbəbini başa düşmür. Zərərçəkmiş şəxs2 ilə heç bir ədavəti yoxdur, o, bilmir nədən ötrü Məhsəti ona qarşı ifadə vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisəyə qədər onun zərərçəkmiş şəxslərlə münasibəti yaxşı olmuşdur. O, əlindəki xəsarətlə bağlı ekspertiza müayinəsindən keçməmişdən qabaq 5 nömrəli xəstəxanaya müraciət etmiş və əlinə gips qoyulmuşdur. Sonra o, ekspertiza müayinəsinə getmiş və rentgen kağızını təqdim etmişdir. O, ekspertiza zamanı xəstəxanaya müraciət etdiyini bildirmiş və rentgen şəklini də ekspertə təqdim etmişdir. O, Əlini və ya Məhsətini dəmir parçası ilə vurmamış, ümumiyyətlə belə bir hadisə olmamışdır. Əli həmişə qardaşının işlətdiyi kafeyə gəlib gedirmiş, orada pulsuz yemək yeyirmiş. Onun yaşadığı evdən kafeyə təxminən 3-5 dəqiqəlik yoldur. Anasının Əlinin evinə getməsindən onun məlumatı olmamışdır. Onun istifadəsində ***-***-**-** nömrəli telefon olmuşdur. Ondan başqa telefonu olmamışdır. ***-***-**-** Məhsətinin telefonudur. Telefonu həmişə üstündə olmuşdur. Məhkəmənin növbəti iclaslarında sədrlik edənin suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 200 manat cərimə cəzasına məhkum edilmiş, lakin, indiyədək həmin cərimə cəzasının ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 2-də qeyri rəsmi yaşadığı həyat yoldaşı Abıyev Məhsəti ilə birgə yaşayır. Onların övladı yoxdur. xx.xx.2021-ci ildə dəqiq saatı xatırlamadığı vaxtda Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən 'Tac” kafesinə gedib masaların birində əyləşmişdir. Ofisiant işləyən Günaydan pivə istəsə də ona pivə verməmiş və buna görə o əsəbiləşmişdir. Həmin vaxt stolun üstündə olan stəkanı divara atmış və Günaya qışqırıb oradan çıxıb evinə getmişdir. Həmin gün saat təxminən 23 radələrində yaşadığı evdə işıqları sönmüşdür. O, işıq sayğacına baxmaq üçün evin həyətinə çıxmışdır. Həyətdəki darvazadan çölə çıxıb işıq sayğacına yaxınlaşıb baxan zaman qəfildən arxadan onu kimsə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Təxminən 2-3 gün sonra Semaşka xəstəxanasında gözünü açanda xəstəxanada olduğunu və müxtəlif bədən xəsarətləri aldığını bilmişdir. Orada yoldaşı Məhsətinin deməsindən ona məlum olmuşdur ki, həmin gün tanışları Eldəniz onu vurmasını bildirmişdir. O, hadisə günü kafedə olan zaman araq içməmiş, sadəcə Günay ona pivə gətirmədiyindən əsəbiləşib stəkanı divara vurmuşdur. Adətən o içkili olanda söyüş söyür, heç kəsi vurmur. Nə də Günayı vurmamış, ona xəsarət yetirməmişdir. Pivə bakalını Günaya atmamış və onda bıçaq filan da olmamışdır. Həmin vaxtı kafedə müştəri kimi bir neçə nəfər də olmuş, həmin şəxsləri tanımamışdır. Hadisə 2 dəqiqə davam etmişdir. O, sonradan yoldaşı Məhsətinin deməsinə görə bilmişdir ki, ona xəsarəti Eldəniz yetirmişdir. Məhsətinin deməsinə görə Eldəniz əlindəki dəmir parçası ilə başının arxasından zərbə vurmuşdur. O, zərbənin təsiridən yerə yıxılmış və huşunu itirmiş, ona görə sonradan baş verənlərdən məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində baş vermiş hadisə zamanı o, Eldəniz Əmədova xəsarət yetirməmiş, çünki başına zərbə dəydikdən sonra o, huşunu itirib yerə yıxılmış və gözünü bir neçə gün sonra xəstəxanada açmışdır. Həmin gecə başının arxasından vuranın Eldəniz olmasını görməmişdir. Zərərçəkmiş şəxs2 xəsarətləri Məhsətinin ona deməsinə görə Eldəniz əlindəki dəmir parçası ilə onu vuran zaman Məhsəti onu qucaqlamışdır kı, zərbələr başına dəyməsin. Ola bilsin ki, Məhsəti də həmin vaxt xəsarət almışdır. O, xəstəxanadan çıxdıqdan sonra bacısı Nurlananın evində olduğu zaman təqsirləndirilən şəxsin anası Səmərqənd oraya gəlmiş və Eldənizlə aralarında olan mübahisəyə görə irad bildirmişdir. O da etdiyi hərəkətə görə üzr istəmişdir. Lakin, o, təqsirləndirilən şəxsə heç bir xəsarət yetirməmişdir. Ola bilsin ki, hadisə zamanı Eldəniz özü bilməyərəkdən onu vuran zaman xəsarət almışdır. Hal-hazırda təqsirləndiriən şəxslə barışıq əldə etmiş, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1la qeyri-rəsmi nikah münasibətində birlikdə yaşayır. xx.xx.2021-ci ildə saat 23:45 radələrində yaşadığı evdə Əli ilə birlikdə olan zaman evin işıqları sönmüşdür. Həmin vaxt darvazanın qapısı da astaca döyülmüşdür. Əli də işıq sayğacına baxmaq və qapını açmaq üçün evin həyətinə çıxmışdır. Həmin vaxt Əli həyətdəki darvazanın qapısını açmışdır. O da evin həyətinə çıxıb arxası ilə Əliyə baxırmış. Həmin vaxtı hava yağışlı və qaranlıq imiş. Əli darvazanın qapısını açıb çölə çıxmış və bu zaman zərbə səsi eşitmiş və Əlinin yerə yıxıldığını görmüşdür. Qaranlıq olduğu üçün qaça-qaça Əliyə tərəf getmişdir ki, nə baş verdiyini bilsin. Əliyə çatan zaman Əlinin yerdə uzanmış vəziyyətdə olduğunu, başının arxa tərəfindən qan gəldiyini,tanıdığı Təqsirləndirilən şəxs isə əlində uzun dəmir parçası ilə Əlinin bədəninə vurduğunu görmüşdür. O, dərhal Əlini itələləyib aralı durmağını bildirmiş və Eldənizin Əlini yenidən dəmir parçası və təpiklə vurmasını görüb Əlinin başını qucaqlamışdır ki, başına zərbə dəyməsin. Həmin vaxtı Eldəniz əlindəki dəmir parçası ilə onun qoluna 2 dəfə vurmuş və onu itələmişdir. O, yerdə diziüstə oturub Əlini qucaqladığından Eldəniz onu itələdiyi üçün yerə yıxılmışdır. Həmin vaxt əlindən, dizlərindən xəsarət almışdır. Hadisə vaxtı sonradan oraya Eldənizin qardaşı Əsgər də gəlmiş və Eldənizi aralaşdırıb çıxıb getmişlər. Hadisə zamanı təxminən 100 metr aralıda 1-2 nəfər əvvəllər tanımadığı, adlarını bilmədiyi şəxslər var imiş. Həmin şəxslər hadisə zamanı mübahisəyə müdaxilə etməsələr də, Eldəniz və Əsgər getdikdən sonra o, oradakı şəxsləri qışqıraraq köməyə çağırmış və onların köməkliyi ilə Əlini evin içinə aparmışdır. O, dərhal təcili yardıma zəng etmiş və Əlini Semaşka xəstəxanasına aparmışdır. Sonradan Əsgər və Eldənizin anası bir neçə dəfə Əlini görməyə gəlmişlər və hadisəyə görə üzrxahlıq etmişlər. Hal-hazırda təqsirləndirlən şəxslə barışıq əldə etmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisəyə qədər təqsirləndirilən şəxslə və onun ailəsi ilə aralarında heç bir narazılıq olmamışdır. Sonradan bilmişdir ki, Əli kafedə olub və nəyəsə əsəbiləşib stəkanı atıb sındırmışdır. Əli təqsirləndirilən şəxsi vurmamış, vura da bilməzmiş, ona görə ki, təqsirləndirilən şəxs Eldəniz Əlini vuran kimi Əli yerə yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə keçən gecə qardaşı Əlinin xəsarət alması ilə bağlı Semaşka xəstəxanasına getmişdir. Həmin vaxtı Əlinin həyat yoldaşı Məhsəti də orada imiş. Təxminən bir neçə gün sonra Əli xəstəxanadan çıxmış və Əlini onun yaşadığı evə aparmışlar. Çünki Əliyə o, qulluq edirmiş. Xəstəxanada və evdə olan zaman Əlinin yoldaşı Məhsətinin deməsinə görə ona məlum olmuşdur ki, Əli xx.xx.2021-cil il tarixdə günorta saatlarında Tac kafesində səs-küy salmış, buna görə də həmin kafeni işlədən Əsgərin qardaşı Eldəniz axşam saatlarında Əlinin yaşadıqları evə gəlib Əlini dəmirlə döymüşdür. Əli onun evində olan zaman Eldənizin anası Səmərqənd xala da onların evinə gəlib Əli ilə Eldəniz arasında baş verən mübahisəyə görə irad bildirmiş və düzgün etmədiklərini demişdir. Əli də baş verənlərə görə peşmançılığını bildirmişdir. Hadisə vaxtı o, orada olmamış, lakin eşitdiyinə görə hadisə vaxtı Eldənizin qardaşı Əsgər gəlib Eldənizi aralamış və aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Böyük oğlu X14 rayonu, Montin qəsəbəsində yerləşən Tac adlı kafeni icarəyə götürüb işlədir. Həmin kafedə Günay adlı ofisiant qız işləyir. Günay kafedə tək işləyir. Həm yemək bişirir, həm də müştərilərə xidmət edir. Oğlu Əsgər kafeyə nəzarət etməklə barəbər özü orada kababçılıq da edir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində o oğlu Əsgərlə birlikdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan bacısı qızı X5 evində yas mərasimində olmuşdur. Həmin gün saat 16 radələrində ofisiant Günay Əsgərə zəng vurub bildirmişdir ki, həmyerliləri və eyni zamanda kafenin daimi müştərisi olan Zərərçəkmiş şəxs1 kafedə bir qədər araq və pivə içdikdən sonra sərxoş olaraq kafeni dağıtmış, səs-küy salıb kafenin müştərilərini narahat etmişdir. Günaya stəkan atıb ona xəsarət yetirmişdir. Bu zəngdən sonra o, 102 xidmətinə zəng vurub Əlinin kafedəki hərəkətləri barədə məlumat vermişdir. Sonra yasdan çıxıb 18-ci şöbəyə getmiş, Əsgər də kafeyə getmişdir. O, bir neçə gün sonra oğlu Əsgərdən eşitmişdir ki, digər oğlu Eldəniz xx.xx.2021-ci ildə Zərərçəkmiş şəxs1la gecə görüşüb dalaşmışdır. Həmin vaxtı Əsgər orada olmamışdır. Mübahisə zamanı Əli və oğlu Eldəniz xəsarət almışlar. Belə ki, Eldənizin sol əlinin üstü sınmışdır. O, bu barədə eşitdikdə Eldənizi danlamışdır ki, niyə pyanska Əliyə baş qoşmuşdur. Sonra Əlinin xəsarət aldığını bilib və bacısı Nurlananın evində olduğunu eşidib Əsgərlə birlikdə Əliyə baş çəkmək üçün oraya getmişlər. O, həmin vaxtı Əlini də danlamışdır ki, nə üçün gedib kafedə elə hərəkətlər etmişdir. Həmin vaxt Əlinin qolunda sarğı var imiş. O, Əlidən Eldənizlə harada dalaşmasını, hansı şəraitdə xəsarət almasını soruşanda Əli bildirmişdir ki, küçədə Eldənizlə dalaşarkən yıxılmışdır. X21 vurmasına görə peşman olduğunu bildirmiş və ondan üzr istəmişdir. Sonra evə gəlmiş və Eldənizə Əlinin üzr istədiyini və bu söz-söhbəti çox uzatmamasını bildirmişdir. Oğlu Eldənizin deməsinə görə ekspertiza rəyində göstərilən sol əlin 3-cü daraq sümüyündə olan xəsarəti Zərərçəkmiş şəxs1 hadisə zamanı yetirmişdir. Oğlu Eldəniz aldığı xəsarətləri Zərərçəkmiş şəxs1 yetirməsini bildirsə də, dəmir parçası ilə vurmasını deməmişdir. Əlinin xəsarət almasını o görmüşdür, həmin xəsarəti Əlinin və Eldənizin deməsinə görə aralarında olan mübahisə zamanı xəsarəti Əliyə oğlu Eldəniz yetirmişdir. Məhsətinin xəsarət alması barədə sonradan eşitmişdir. Hadisəyə qədər təqsirləndiilən şəxslə onun ailəsinin, oğlanlarının arasında heç bir narazılıq olmamışdır. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ltifat oğlu ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən məhkəmə tibb-eksperti vəzifəsində işləyir, 2017-ci ildən isə məhkəmə-tibbi və X8 publik hüquqi şəxsinin Nərimanov rayon şöbəsində məhkəmətibbi eksperti vəzifəsində işləyir. Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis mayoru Vüqar Rəşidovun məhkəmə-tibbi ekspertizasının təyini barədə xx.xx.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tərəfindən tibbi müayinəsi keçirilmiş və xx.xx.2021-ci il tarixdə tərəfindən həmin şəxs barəsində 816 saylı ekspertiza rəyi tərtib edilmişdir. Tərtib edilmiş ekspertiza rəyinin təsviri hissəsində müayinə olunanın deməsinə görə xx.xx.2021-ci il tarixdə təxminən saat 23:55 radələrində qonşusu Əli dəmir parçası ilə ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ekspertə yük maşını idarə etdiyini və həmin xəsarəti də maşının kabinkasını aşağı endirən zaman əlinin arada qalması zamanı aldığını bildirməmişdir. Müayinə olunan Təqsirləndirilən şəxs ona tibbi müayinə zamanı nə bildirmişdirsə, o da həmin ekspertiza rəyində qeyd olunanları göstərmişdir. Hətta Təqsirləndirilən şəxs aldığı xəsarətlə bağlı tibb müəssisəsinə müraciət etmədiyi üçün tərəfindən verilmiş göndəriş əsasında 5 nömrəli xəstəxanadan rentgen müayinəsindən keçmiş, həmin xəstəxanadan əldə edilmiş rentgen şəklinə, arayışına əsasən onda İİİ daraq sümüyünün sınığı aşkar edilmişdir. Həmçinin təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizası zamanı da şəxsin aldığı xəsarətin yerləşmə yerini, sınma izini nəzərə alsalar maşın kabinkasının düşməsi nəticəsində Təqsirləndirilən şəxs yalnız 3-cü daraq sümüyü sınmalı deyilmiş, buna görə də əlavə məhkəmə-tibbi ekspertizasının 09/816 saylı rəyində Təqsirləndirilən şəxs həmin xəsarəti maşın kabinkasının düşməsi və zərbə yetirən zaman almasının inandırıcı olmaması qeyd edilmişdir. Təqsirləndirilən şəxs tibbi müayinədən keçən zaman ona qonşusu Əli adlı şəxsin dəmir parçası ilə ilk əvvəl Eldənizin əlindən vurduğunu, sonra isə həmin dəmir parçasını Əlinin əlindən alıb dəmir parçası ilə Əliyə vurduğunu bildirmişdir. Təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizası ilə bağlı tərəfindən tərtib edilmiş 09/816 saylı ekspertiza rəyində Təqsirləndirilən şəxs aşkar edilmiş həmin xəsarəti xx.xx.2021-ci il tarixə uyğun gələ bildiyi qeyd edilmişdir. İlkin 816 saylı rəydə xəsarətin xx.xx.2021-ci il tarixə uyğun gəlməsi ona görə göstərilmişdir ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçən zaman həmin xəsarəti xx.xx.2021-ci il tarixdə aldığını bildirmiş, habelə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis mayoru Vüqar Rəşidovun məhkəmə-tibbi ekspertizasının təyini barədə qərarda da hadisənin xx.xx.2021-ci il tarixdə baş verdiyi qeyd edilmişdir. Həmin məlumatlara əsasən 816 saylı rəydə xəsarətlərin xx.xx.2021-ci il tarixə uyğun gəldiyi göstərilmişdir. Təqsirləndirilən şəxs almış olduğu həmin xəsarətlər xx.xx.2021-ci il tarixə də uyğun gəlir. Təqsirləndirilən şəxs əvvəllər tanımamş və ya Eldənizlə düşmənçiliyi olmamış, ilk dəfə Təqsirləndirilən şəxs ekspertiza müayinəsindən keçən zaman tanımışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi ev 50-də anası Səmərqənd, qardaşı Təqsirləndirilən şəxs, onun yoldaşı Xəyalə, övladı Turanə ilə birgə yaşayır. Özü gündəlik tikintilərdə fəhləlik etməklə özünü dolandırır. Hər gün səhər saat 07:00-da evdən çıxıb axşam saat 20 radələrində evə qayıdır. xx.xx.2021-ci il tarixdə qardaşı Əsgərin işlətdiyi 'Tac” kafesində Günayla tanışları olan Yusif arasında baş vermiş hadisədən və ondan sonrakı proseslərdən heç bir məlumatı yoxdur. Qardaşı Eldəniz tutulduqdan sonra ona anası Səmərqənddən məlum olmuşdur ki, Eldənizlə Əli dava-dalaş etmiş və buna görə Eldəniz tutulmuşdur. Nəyə görə dalaşmalarının isə səbəbini bilmir. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində yaşadıqları evdə olmasını xatırlamır, adətən o, tikintidə fəhləlik etdiyi üçün müxtəlif rayonlara 10-15 gün müddətinə işləməyə gedir, ola bilsin həmin ərəfədə də hansısa rayonda olan tikintidə olmuşdur. Eldənizin də həmin tarixdə və vaxtda evdə olub-olmamasını deyə bilmir. xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində Zərərçəkmiş şəxs1 xəsarət alması ilə bağlı baş vermiş hadisədən qardaşı Eldəniz tutulana qədər məlumatı olmamış, lakin Eldəniz tutulandan sonra anası Səmərqənddən bilmişdir ki, Eldəniz Əli ilə dalaşdığı üçün tutulmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 hansı səbəbdən dalaşmalarının səbəbini bilmir, bu barədə məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs1 döyülməsində və ya xəsarət almasında heç bir iştirakı olmamış və hadisə vaxtı orada olmamışdır. Onun telefonu olmadığı üçün uzun müddət, təxminən 7 ay olar ki, mobil nömrə işlətmir, əvvəlki nömrəsi isə ***-***-**-** olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Vüqar Rəşidovun raportundan görünür ki, xx.xx.2021-ci ildə Məmmədova Günel və Şahid2 DİN-nin 102 xidmətinə zəng edərək Əli adlı şəxsin işlətdikləri TAC kafesində kafeni dağıdaraq Günayın əlini stəkanla kəsməsini bildirmiş, həmçinin, xx.xx.2021-ci ildə Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək Əsgər və Eldənizin onların yaşadığı eə gəlib həyat yoldaşı Zərərçəkmiş şəxs1 ona bədən xəsarətləri yetirdiklərini bildirmişlər. Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Zabil Məmmədovun raportundan görünür ki, xx.xx.2021-ci ildə 1 saylı xəstəxananın həkimi Quliyeva DİN-nin 102 xidmətinə məlumat verərək Zərərçəkmiş şəxs1 söyülərək kəllə-beyin travması, sol bazunun açıq sınığı, sağ bazunun sınığı xəsarəti alması barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci ildə Əsgərlə Eldənizin onlara gələrək yoldaşı Əliyə dəmir parçasıyla vuraraq baş və bədən xəsarətləri yetirməsi, onları ayırmağa çalışanda dəmirlə onun sol qoluna da vurduqlarını bildirmişdir. Cinayət işinin 1-ci cild 18-19-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında hadisənin baş verdiyi ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin 07 noyabr 2021-ci il tarixli, 808 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər- sağ bazunun qançırı, sağ saidin və mil-bilək oynağının qançırları və sıynqları, sol əlin 2-ci barmağının, hər iki dizin, sol baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 1-ci cild 209-210-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin 26 oktyabr 2021-ci il tarixli, 20/MEŞ saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər- sol baldır sümüklərinin açıq, çoxqəlpəli yerdəyişən sınıqları, sol dirsək sümüyünün dirsək çıxıntısının və sol mil sümüyü başının açıq sınıqları, sağ dirsək sümüyünün aşağı 1/3- nin qapalı yerdəyişmiş sınığı, sağ ayağın İİ, İİİ, İV daraq sümüklərinin sınıqları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, hər iki təpə nahiyyəsinin və sol qulaq seyvanının əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni küt predmetlərlə endirilmiş zərbələrin və insan bədəninin hissələrinin (əl, ayaq və.s) təsirindən əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin 1-ci cild 249-251-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin 01 mart 2022-ci il tarixli, 04/MEŞ saylı canlı şəxsin ekspertizasının əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər- sol baldır sümüklərinin açıq, çoxqəlpəli yerdəyişən sınıqları, sol dirsək sümüyünün dirsək çıxıntısının və sol mil sümüyü başının açıq sınıqları, sağ dirsək sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı, sağ ayağın İİ, İİİ, İV daraq sümüklərinin sınıqları, qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, hər iki təpə nahiyyəsinin və sol qulaq seyvanının əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol baldır sümüklərinin açıq, çoxqəlpəli yerdəyişən sınıqları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya, sol dirsək sümüyünün dirsək çıxıntısının və sol mil sümüyü başının açıq sınıqları, sağ dirsək sümüyünün aşağı 1/3- nin qapalı yerdəyişmiş sınığı, sağ ayağın İİ, İİİ. İV daraq sümüklərinin sınıqları dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, hər iki təpə nahiyyəsinin və sol qulaq seyvanının əzilmiş yaralan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni küt predmetlərlə endirilmiş zərbələrin və insan bədəninin hissələrinin (əl, ayaq vəs) təsirindən əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən yetirilməsi və yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. Cinayət işinin 1-ci cild 97-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin 29 oktyabr 2021-ci il tarixli, 816 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sol əlin İİİ daraq sümüyünün sınığı ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 2-ci cild 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin 16 mart 2022-ci il tarixli, 09/816 saylı canlı şəxsin ekspertizasının əlavə rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sol əlin İİİ daraq sümüyünün sınığı ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması küt əşyanın təsirindən törənib, müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətin xarakterini və yerləşməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, həmin xəsarət kənar şəxs tərəfindən bərk küt əşya ilə (ola bilsin dəmir parçası ilə) yetirilməyə daha çox xarakterikdir. Qeyd olunan xəsarətin yük maşının kabinkasını aşağı endirən zaman əlinin arada qalması və əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman yetirdiyi zərbələrin təsirindən və eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. İlkin rəydə göstərilən xəsarətlərin əmələ gəlmə müddəti qərarda qeyd olunan və eləcə də Təqsirləndirilən şəxs göstərdiyi xx.xx.2021-ci il tarixə istinad edilərək qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 100-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxsinin 29 oktyabr 2021-ci il tarixli, 806 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər- başın sol gicgah-təpə nahiyəsinin fluktasiya ilə müşayiət olunan hematoması və tük dibinə qansızma, sağ körpücük nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 2-ci cild 48-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2021-ci ildə saat 23:45-də yaşadığı evdə olan zaman həyat yoldaşı Əlinin işıqlara baxmaq üçün çıxdıqda zərbə səsi eşitdiyini, o həyətə çıxdıqda Əlinin yerdə uzanmış vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs əlində uzun dəmir parçası ilə Əlinin bədəninə vurduğunu gördüyünü, onun Eldəniz itələdiyi zaman Eldənizin dəmir parçası ilə yenidən Əlinin başını vurduğunu, bu zaman onun əliylə Əlinin başını qoruduqda Eldənizin dəmir parçası ilə sağ qoluna iki dəfə vurub itələdiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 125-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci ildə başından xəsarət aldığı yeri əyani surətdə göstərərək, başından xəsarət aldıqdan sonra yıxılıb huşunu itirdiyini, xəstəxanada oyandıqda yoldaşı Məhsətinin onu Eldənizin dəmir parçası ilə vurduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 127-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 160-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş məktublardan görünür ki, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefonlar sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Cinayət işinin 2-ci cild 166-167-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində qeydə alınmış zənglərin siyahısı, sms mətnləri və zənglərin anten məlumatlarının əks olunduğu CD diskə baxış zamanı Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin Zərərçəkmiş şəxs2 adına qeydə alındığı və ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2021-ci il saat 21:35-də Bakı şəhəri, Nərimanov rayonu, Qaraj küçəsi, 1926-cı kvartalda, xx.xx.2021-ci il saat 21:52-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8 saylı evdə, xx.xx.2021-ci il saat 00:24-də Bakı şəhəri, Nərimanov rayonu, Qaraj küçəsi, 1926-cı kvartalda, xx.xx.2021-ci il tarixdə isə anten dairəsinin Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 165-də əks edildiyi, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin Ramil Nuruyev adına qeydə alındığı və ***- ***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2021-ci il saat 14:16, 19:55-də Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 4A-da, həmin gün saat 17:07, 17:08, 17:54, 19:27-də Nərimanov rayonu, 1936-cı məhəllə Ağa Neymətulla və Çernayevski küçəsinin kəsişməsində, xx.xx.2021-ci ildə saat 18:05, 18:31, 18:43, 20:38, 22:17, 23:07, 23:08, 23;43-də Nərimanov rayonu, Micurin küçəsi 6, mənzil 22-də; həmin gün saat 17:56, 19:10, 19:16, 19:58, 22:58, 23:04-də Bakı şəhəri, Nərimanov rayonu, Qaraj küçəsi 1926-cı kvartalda; həmin gün 18:32, 18:34, 18:36, 18:42, 23:19, 23:59, 00:12-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 8-də, xx.xx.2021 -ci il saat 00:45-dən sonra mobil nömrənin anten dairəsinin Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 165-də əks edildiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin öz adına qeydə alındığı və ***-***-**-** mobil nömrəsinin anten dairəsi 26.10.21-ci il saat 05:30-dan 12:56-dək müddət ərzində Abşeron rayonu, Məhəmmədi qəsəbəsində, 12:56-dan 14:59dək müddət ərzində, 15:00, 15:45, 18:04, 18:55, 19:01, 19:16-dan 22:02-dək, 23:23-dən 23:29-dək, 23:56-dan 00:03-dək, müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Qaraj küçəsi 1926-cı kvartalda; 26.10.21-ci il saat 14:59, 15:22, 15:28, 15:30, 15:38, 15:48, 15:54, 16:00, 16:06, 16:56, 17:06, 17:57, 18:02, 18:04, 18:34, 23:29, 00:23-də Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 4A-da; xx.xx.2021-ci il saat 14:59, 15:11, 15:46, 15:50, 18:53- də Nərimanov rayonu, 1936-cı məhəllə Ağa Neymətulla və Çernayevski küçəsinin kəsişməsində; 26.0.2021-ci il saat 16:13-dən 16:43-dək müddətdə Nərimanov rayonu, Murtuz Nağıyev küçəsi 3 nömrəli binanın yanında; xx.xx.2021-ci il saat 21:55-dən 23:00dək Nizami rayonu, Keşləqəsəbəsi, Yenikənd küçəsi 2213-cü məhəllə, 41K-da əks edildiyi müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə saat 15:48-dən 16:43-dək mütəmadi, 23:37-də 10 saniyə, 00:58-də 18 saniyə olmaqla anası Şahid2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə və X12 istifadəsində olan ***-***-**-** nömrəsi ilə də xx.xx.2021-ci il saat 14:38-də 148 saniyə, 14:59-da 20 saniyə, 15:54-də 29 saniyə, 16:13-də 14 saniyə, 17:04-də 14 saniyə, 17:12-də 9 saniyə, 20:06-da 48 saniyə, 21:02- də 13 saniyə, 23:23-də 29 saniyə, 23:27-də 8 saniyə, xx.xx.2021-ci il saat 00:54-də 29 saniyə olmaqla telefon danışıqlarının olduğu, lakin Zərərçəkmiş şəxs1la və ya Zərərçəkmiş şəxs2 ilə heç bir telefon əlaqəsinin olmadığı müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 168-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına baxış keçirilməsi haqqında 15 aprel 2022-ci il tarixli protokollardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində qeydə alınmış zənglərin siyahısı, sms mətnləri və zənglərin anten məlumatlarının əks olunduğu CD diskə baxış zamanı ***-***-**-** mobil nömrəsinin X6 adma qeydə alındığı və istifadəsində olan ***-***-**-** mobil nömrəyə dair zənglərin detallaşması faylına baxış zamanı ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2021 ci il saat 00:21-dən ll:44-dək, 15:24-dən 21:13-dək, 23:20-dən 23:37-dək, 23:39-dan 27.10.21-ci il saat 08:36-dək müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 4A, Nərimanov rayonu, 1936-cı məhəllə Ağa Neymətulla və Çernayevski küçəsinin kəsişməsində; xx.xx.2021 -ci il saat 11:53-dən 14:38-dək müddət ərzində Bakı şəhər, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 E, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 5, ev 1, Bakı şəhəri, Binəqədi rayonu, Zərdabi küçəsi 14, Bakı şəhəri, Binəqədi-Novxanı şossesi, X16 şirkətinin 2-ci neft mədəninin ərazisində; xx.xx.2021 -ci il saat 21:13-ciən 22:52-dək müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi ev 9-da; xx.xx.2021 -ci il saat 23:37-də Bakı şəhəri, Nərimanov rayonu, Qaraj küçəsi 1926-cı kvartalda əks edildiyi, Zərərçəkmiş şəxs1la, Təqsirləndirilən şəxsla və Zərərçəkmiş şəxs2 ilə heç bir telefon əlaqəsinin olmadığı müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 184-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7 10 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X11 və Şahid3 Əsgər oğlu barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 205-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7 10 may 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, 21006011 saylı cinayət işindən Zərərçəkmiş şəxs1 X3 qarşı xəsarətlər yetirib xuliqanlıq etməsi faktı ilə ayrıca cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, hadisə yerində olmamış və zərərçəkmiş şəxslərə xəsarət yetirməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə ərəfəsində verdiyi ifadələr tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, ona qarşı irəli sürülmüş ittihamla bağlı fərqli məzmunda ifadələr verməklə, iş üzrə ziddiyətlər yaratmağa çalışaraq cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəlməyə çalışmışdır. Məhkəmə, zərərçəkmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərlə bağlı bəzi halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 1-ci cild 71-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 172-174-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Qasımov X10 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəriməni tam ödəmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə cəzası şərti hesab edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmış, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 06 gün islah işləri cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilib 04 ay 02 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 10 yanvar 2022-ci il tarixli, 238 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 239-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 11 fevral 2022-ci il tarixli, xx/xx-2298 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 06 dekabr 2021-ci il tarixli, 1466 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 125-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 22 dekabr 2021-ci il tarixli, xx/xx-14770 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin 1-ci cild 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 1-ci cild 108-110-cu vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, cinayət işinin 1ci cild 103-106-cı vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə olunmaqla 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 mart 2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 2-ci cild 177-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olmuş 04 may 2022-ci il tarixli, 17/46-236 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 118-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 14 mart 2022-ci il tarixli, 21-1/3- 2713 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməsi barədə sənəd Probasiya İdarəsinə daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 17 avqust 2022-ci il tarixli, 21-1/3-13461-8 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli hökmü ilə təyin edilmiş şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzası ilə bağlı hökm Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatına 23 dekabr 2005-ci ildə daxil olmuş və qeydiyyata götürülmüş, şöbənin icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs tərəfindən cərimə cəzası üzrə heç bir ödəniş edilməmiş, daha sonra həmin hökm 25 oktyabr 2006-cı ildə 3 saylı İstintaq Təcridxanasına göndərilərək şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 27705 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs adından 23 avqust 2022-ci il tarixdə sonuncuya təyin edilmiş hazırkı məzənnə ilə 200 (iki yaz) manat cərimə cəzası dövlət hesabına ödənilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətlərin təhlükəli resdivini yaradır. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki. Təqsirləndirilən şəxs himayəsində -xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin 2-ci cild 182-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 mart 2022-ci il tarixli, 670 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikas! CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 217-ci vərəqəsində olan 18 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 22 iyun 2022-ci il tarixli ərizələrlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxsla barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respblikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilən əsaslar sonuncuya şamil edilə bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 10 mart 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 60-cı vərəqəsində olan 10 mart 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 105-110-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2022-ci il tarixli 4(005)-324/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar