Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1158/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X12 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə, saat 03:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu, Qala qəsəbəsi istiqamətində, Qala dəmiryol dayanacağı yaxınlığında yolun sol tərəfində yerləşən marketin arxasında Xəzər RPİ-nin NMB-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoyazı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sol içəri tərəfindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 1040 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Belə ki, təxminən 7-8 aydır ki, narkotik vasitə qəbul edir. Təxminən 4 ay bundan əvvəl İnstagram sosial şəbəkəsində özünü İİR-nın vətəndaşı “Məşədi” kimi təqdim edən şəxslə tanış olmuşdur. Məşədi əslən iranlı olduğunu, lakin çoxdandır ki, Biləsuvar rayonunda və bəzən də, Yasamal rayonunda yaşadığını bildirmişdir. Onunla 2-3 dəfə İnstagramda yazışdıqları zaman münasibətləri yaranmışdır. O iranlıya narkotik vasitə istifadə etdiyini bildirmiş lakin iranlı buna hər-hansı cavab vermədiyi üçün o, hiss etmişdir ki, iranlı, onu tanımadığına görə bu barədə yazışmağa ehtiyat edir. Münasibətləri düzəldikdən sonra o, Məşədiyə bildirmişdir ki, o, öz istifadəsi üçün birdəfəlik çox miqdarda narkotik vasitə alsın. Bundan sonra həmin iranlı Mərdəkan qəsəbəsində narkotik vasitənin olduğunu və istədiyi halda nağdı pul ödəməklə gedib götürəcəyini ona bildirmişdir. O, da xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Mərdəkana getmiş, və orada narkotik vasitəni axtaran zaman 4-5 nəfər şəxs onu saxlamış və Xəzər RPİ-yə gətirmişlər. İdarədə masanın üzərinə narkotik vasitə qoyaraq onun olduğunu və boynuna almasa ailəsi ilə hədədləndiyini, daha sonra yaşadığı evə gedəcəklərini və orada axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra o, ailəsi ilə hədələndiyinə görə həmin narkotik vasitənin özünün olduğu ilə bağlı etiraf edici ifadə vermiş və ona təqdim edilən sənədləri imzalamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, təxminən 7- 8 aydir ki, narkotik vasitə qəbul edir. Təxminən 4 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İİR-nın vətəndaşı “Məşədi” kimi təqdim edən şəxslə tanış olmuşdur. Məşədi İnstagram səhifəsində mesaj yazaraq özünü ona tanış etmiş və bildirmişdir ki, əslən İranlıdır, lakin çoxdandır ki, Biləsuvar rayonunda yaşayır, bəzən də Yasamal rayonunda da olur. Onunla 2-3 dəfə İnstagramda münasibətləri yaranmışdır. О İranlıya narkotik vasitə istifadə etməsini bildirmişdir. Bundan sonra, bu barədə İranlıyla danışmaqda ehtiyat etmişdir. Həmçinin, o, narkotik vasitə istifadəçisi olduğuna görə aludəçiyə çevrilmiş, tez-tez tanımadığı şəxslərdən narkotik vasitə alaraq istifadə edir, ətrafda yaşayan və tanıdığı şəxslərdən narkotikə görə tutulması gördükdə qorxmuş və tutulacağından qorxmuşdur. İranlıların narkotik vasitənin satışı ilə məşğul olduğunu bildiyinə görə həmin tanıdığı iranlıdan birdəfəlik çox miqdarda evdə gizlədib hissə-hissə istifadə etmək üçün iranlı ona uzun müddət istifadə üçün narkotik vasitəni təşkil edə bilərsə о da onun pulunu verməyi fikirləşmiş və qərara gəlmişdir ki, iranlı onunla razılaşsa o, yoldaşının qızıllarını satıb həmin pula narkotik alar. Bundan sonra İranlı onunla razılaşaraq narkotik vasitənin göndərilməsini təşkil edəcəyini bildirmişdir. Beləliklə, Məşədi kimi tanıdığı şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında ona instagram səhifəsində yazaraq «sənin üçün narkotik təşkil etmişəm, 1000 manat pul verəcəksən, razısansa bir yer deyərəm sənə gedib oradan götürərsən» bildirdikdə o da iranlıya «kartın varsa, mümkündürsə mənə kodunu de mən də həmin kartına 500 manatmı əvvəlcə sənə göndərim, qalan 500 manatı isə sabaha ya da biri günə yoldaşının qızıllarını satıb qalan pulunu verərəm» cavabını vermiş, iranlı da ona «problem yoxdu, gedib narkotiki götürüb sabah da pulumu kartıma göndərərsən» bildirmişdir. Daha sonra o, həmin gündən bir gün əvvəl yoldaşının üzüyünü satmış və evdə bir az pul olmuşdur. Beləliklə iranlı onunla razılaşmış və ondan nə qədər narkotik vasitə verəcəyini soruşmuşdur. İranlı bildirmişdir ki, «heç özüm də dəqiq bilmirəm, bunu bilirəm ki, 6-7 ay sana baş edəcək». Onlar aralarında razılaşmış və iranlı ona «Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qala-Mərdəkan yolu, Qala qəsəbəsi istiqamətində dəmir yoluna getməmiş yolun sol tərəfinfə bir market var, onun arxasında boş ərazidə hasarın yanında olan daş və taxtanın altına bir bükümdə narkotik vasitə qoymuşam, onu götürərsən» bildirmiş, o da razılaşmış həmin gün evdən çıxmazdan qabaq yoldaşına demişdir ki, «mənim bir az borclarım var, işləmədiyinə görə qaytara bilmirəm, ola bilər ki, sabah sənin qızıllarını satıb borcumu verərəm». Yoldaşı da razılaşmışdır. Elə həmin gün, yəni xx.xx.2022-ci il tarixda, gecə saat təxminən 01 radələrində yaşadığı Biləcəri qəsəbəsindən çıxıb Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gəlmiş, oradan da “Məşədi”nin dediyi yer istiqamətə getmişdir. Onunla instagramda danışa-danışa həmin yeri tapmışdır. Həmin vaxt saat təxminən 03 radələri olmuşdur. O, orada 01 ədəd sellofan bükümünü götürmüş və əynindəki qara gödəkçənin içərisinə sol tərəfdə saxlamışdır. Həmin yerdən uzaqlaşmaq istəyərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və ona özlərinin polis əməkdaşı olduqlarını bildirərək onu Xəzər RPİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Ondan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlamışlar. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuş, o, isə bu təklifdən sonra əynində olan gödəkçənin içəri sol yan tərəfində saxladığı 01 ədəd bükümdə olan narkotik vasitəni təqdim edərək masanın üzərinə qoymuş və bildirmişdir ki, təqdim etdiyi maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. Sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim edilməsi təklif edilmiş, sonuncu əynindəki göy rəngli cins şalvarın sol yan cibindəki ona məxsus “iPhone” və sağ yan cibində olan “Samsung” markalı mobil telefonları təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi heroin qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırmanın üzəri o, müdafiəçi, təhqiqatçı və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus olan mobil telefonlar bu barədə ona izah verildikdən sonra götürülmüşdür. O, həmçinin bildirmişdir ki, ifadəsinin əvvəlində qeyd etdiyi kimi təxminən 7-8 ay olar ki, narkotik vasitə istifadəsinə başlamış və getdikcə onda aludəçilik yaranmış, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşı olan Məşədi adlı şəxsin tapşırığı ilə əvvəlcədən onun dediyi yerdən götürüb başqa yerə qoyacağı müqabilində ona 500 manat pul təklif etmiş, həmin narkotik vasitəni ondan öz pulu ilə və öz istifadəsi üçün almaq istəmişdir. Belə qərara gəlmişdir ki, heç bir yerdə işləmirsə narkotiki özü üçün aldığını deməyinə heç kimi inandıra bilməyəcək, ona görə elə demişdir ki, guya Məşədinin tapşırığının yerinə yetirir, ancaq əsl həqiqətdə isə onun yoldaşının qızıllarını satıb çox miqdarda narkotik vasitə almaq və onu hissə-hissə istifadə etmək planları olmuşdur. Təsadüfən də Məşədi ilə tanış olmuş və bu işdə ona köməklik etməyi ondan istəmişdir. Həmin videoçəkilişdə o, yoldaşının adnın hallandırmaq, onun qızılını satıb narkotik almasını bildirmək istəməmiş, düşünmüşdür ki, onu desə yoldaşını da polisə dəvət edib dindirəcəklər, buna isə o, razı deyildir. Sonradan isə fikirləşmişdir ki, düzünü desə daha yaxşı olar və ona görə də artıq izahat verəndə videoçəkiliş olmadığına görə rahat şəkildə izahatında düzünü bildirmişdir. Məşədi adlı şəxs ona bildirmişdir ki, iranlıdır, çoxdandır ki, Azərbaycanın Biləsuvar rayonunda yaşayır və bəzən də Yasamal rayonunda olur, sərhədlər bağlı olduğuna görə İrana gedə bilmir. O, Məşədini üzdən görmədiyinə görə onun zahiri görünüşünü bilmir. O, Məşədinin əlaqə telefon nömrəsini bilmir, onunla İnstagram vasitəsi ilə tanış olub yazışmışdır. Yadındadır ki, onun səhifəsinin adı “Mewedi_İbad_” və ardınca rəqəmlər olmuşdur, lakin hazırda həmin rəqəmləri xatırlamır. O, həmin cinayəti törətdikdə kimləsə cinayət əlaqəsinə girməmişdir, bunu tam olaraq məxfi saxlamış, nə ailəsi, nə də yaxın ətrafı belə heç kəs bilməmişdir ki, o, narkotik istifadə edir. O, kiməsə narkotik vasitə satmamışdır, aldığı narkotiki özünün istifadəsi üçün almış, tez-tez almaqdan qorxmuşdur və ona görə birdəfəlik çox almaq istəmişdir ki, onda da polis əməkdaşları tərəfindən tutulmuşdur. Ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir olunmamışdır. Bundan əlavə bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni yalnız özünün şəxsi istifadəsi üçün İİR-nın vətəndaşı, Biləsuvar rayonunda yaşayan, lakin sizinlə danışarkən Bakı şəhəri, Yasamal rayonunda olduğunu ona deyən, “İnstagram” sosial şəbəkəsində tanış olaraq “Məşədi” kimi tanıdığı şəxsdən 500 manata almış, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə müxtəlif şəxslərlə sms yazışmalarının olmasının və həmin yazışmalara tərəfindən baxış keçirilərkən sms mətnlərində narkotik vasitənin satışı barədə yazışmaların aşkar edilməsi barədə verilən suallara cavab olaraq bildirmişdir ki, həmin iranlı ona əslən İİR-nın vətəndaşı oldugunu, ancaq Biləsuvar rayonunda yaşadığı, lakin həmin ərəfələrdə Bakı şəhəri, Yasamal rayonunda olduğunu ona demiş və onu “İnstagram” sosial şəbəkəsində “Məşədi” adı ilə tanımışdır. Onu üzdən tanımır. Eyni zamanda bildirmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmamışdır, yazışdığı şəxsləri də “instagram” sosial şəbəkəsində tanımış, hazırda onların nə adlarını nə də mobil nömrələrini xatırlamır. Yazışdığı şəxslər da narkotik vasitə qəbul edirlər deyə bir-birlərinə narkotik vasitəni satmamışlar, kimdəsə olanda biri digərinə pay kimi istifadə etmək üçün vermişdir. Qeyd etmişdir ki, tutulmamışdan əvvəl özü təxminən 7-8 ay olar ki, narkotik vasitə istifadə etməyə başlamışdır, buna baxmayaraq tez-tez istifadə etmir. İstifadə etdiyi özünə məxsus olan “Samsung A20s” markalı mobil telefonunda ***-***-**-** va ***-***-**-** mobil nömrələri istifadə etmişdir və öz adınadır. “iPhone X-Max Pro” markalı mobil telefonunda isə ***-***-**-** mobil nömrəsini işlətmişdir, bu nömrə isə həyat yoldaşı Şahid2 adınadır, bu nömrə ilə yalnız ailəsi ilə danışmaq üçün istifadə etmişdir. İstifadəsində olan mobil telefonlarda “Whatsapp” ani mesajlaşma tətbiqindən istifadə etmədiyini, ancaq “instagram” vasitəsi ila yazışdığını, yazdıqlarını da darhal sildiyini, narkotik vasitə və ya psixotrop maddəni kiməsə satmadığını ifadəsində bildirmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yoldaşının qızıllarının satmasının səbəbi narkotik vasitə alması üçün deyil borcunun olması və evə bazarlıq edəcəyi ilə bağlı olmuş, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya sonradan ona qarşı hər-hansı fiziki təzyiq edilməsə də psixi təzyiq edilmişdir, lakin ona edilmiş həmin hərəkətlər barəsində hər hansı orqana şikayət və vəsatət verməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki az yaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər, "xxxx" MMC-dən alınmış CD diskdə olan sms yazışmaları ilə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsində baş əməliyyat müvəkkili Şahid3 Zabil oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə, əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və ya gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsindən ötrü idarənin rəhbərliyinə raportla məruzə edilmiş və həmin tarixli əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, o və RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə, təxminən saat 03 radələrində tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və bu barədə tərtib edilmiş raportla İdarənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün idarənin rəhbərliyi tərəfindən təhqiqat şöbəsinə göstəriş verilmiş və idarənin təhqiqatçısı Azər Səmədov tərəfindən araşdırma aparılmasına başlanılmışdır. İdarənin inzibati binasında təhqiqatçının iş otağında onun, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6, NMB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və baxış keçirilməsinə başlanılmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Sonuncu əynində olan tünd rəngli qara gödəkçənin iç sol tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim etmiş, bükümdə olan kütlənin narkotik maddə heroin olduğunu, onu 500 manat müqabilində özünü sosial şəbəkədə “Məşədi” kimi təqdim edən İİR-nın vətəndaşı ilə telefon vasitəsilə danışaraq Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu, Qala qəsəbəsi istiqaməti, Qala dəmir yol dayanacağına çatmamış, yolun sol tərəfində yerləşən marketin arxasında yerləşən boş həyətyani sahədə daşın altından götürdüyünü, həmin narkotik vasitəni üzərində saxlayaraq daşıdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmaqla möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsində əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs təhqiqatçının otağında əynində olan tünd rəngli qara gödəkçənin iç sol tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim etmiş, bükümdə olan kütlənin narkotik maddə heroin olduğunu, onu 500 manat müqabilində özünü sosial şəbəkədə “Məşədi” kimi təqdim edən İİR-nın vətəndaşı ilə telefon vasitəsilə danışaraq Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu, Qala qəsəbəsi istiqaməti, Qala dəmir yol dayanacağına çatmamış, yolun sol tərəfində yerləşən marketin arxasında yerləşən boş həyətyani sahədə daşın altından götürdüyünü, həmin narkotik vasitəni üzərində saxlayaraq daşıdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmaqla möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əri Zaur əvvəllər polis işçisi olmuş, daha sonra işdən çıxaraq maşın alqı-satqsı ilə məşğul olaraq ailəsini dolandırırmış. xx.xx.2022-ci ildə 7-8 radələrində onlar rayondan evə gəldikləri zaman Zaur ondan borcu olduğunu, qızıl üzüyünün ona satılması üçün verməsini xahiş etmiş, həmçinin pulun qalan hissəsiylə də evə bazarlıq edəcəyini bildirmişdir. Zaur evdən çıxıb getdikdən sonra gecə saat 12-1 radələrində qapı döyülmüş, o qapını açdıqda evə Zaur və onunla bərabər 4-5 nəfər daxil olmuş və evə axtarış keçirməyə başlamışlar. Həmin zaman evdə olan qayınanasının vəziyyəti pisləşmiş, evə gələn adamlardan biri onun yanında, digər biri isə qayınanasının yanında dayanmışlar. Axtarış zamanı evdə heçnə tapılmamış və bu zaman gələn adamlardan biri onu tək halda başqa otağa salaraq bildirmişdir ki, 20000 manat pul verəcəkləri halda Zauru sərbəst buraxa bilərlər. O, da cavab olaraq o qədər pullarının olmamasını bildirdikdə, həmin şəxs məbləğin 15000 manata düşürdüyünü demiş o, da ümumiyyətlə pullarının olmadığını bildirmiş bundan sonra həmin şəxslər Zaurla birlikdə evdən çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun əridir və onların iki övladı var. Yoldaşı təxminən 10 aya yaxın idi ki, heç bir yerdə işləmir, buna görə də ailələrinə onun atası maddi köməklik göstərmişdir. Zaur işləmədiyi müddətdə dolanışıq üçün onun gəlinlik qızıl əşyalarından bir neçəsini satmışlar və sonuncu əldə etdiyi pulun bir qismini evə, bir qismini isə özünün borclarına vermişdir. Zaur tutulduğu gün ondan evdəki qızıl üzüyünü istəyərək özünə paltar almaq istədiyini, daha sonra həmin puldan nə qalsa onunla evə bazarlıq edəcəyini bildirmişdir. О da Zaurla razılaşıb qızıl üzüyünü ona vermişdir. Bundan əlavə Zaur ona borclarının olduğunun, qısa müddətdə qaytarmağa söz verdiyini, birdən verə bilməsə evdəki qızıllardan satıb borcunu bağlayacağını bildirmişdir. О da Zaur işləmədiyinə görə onunla razılaşmış və istəməmişdir ki, pula görə kimsə qapılarına gəlsin, həmin gün axşam təxminən saat 12-1 radələrində Zaur evdən çıxaraq “işim var, bir azdan qayidacam” demiş, lakin aradan təxminən bir saatdan çox vaxt keçməsinə baxmayaraq qayıtmamış о da Zauru axtarmamışdır, düşünmüşdür ki, gec de olsa özü gələr. Təxminən saat beşin yarısında isə ona zəng gəlmiş, ona Zauru polislerin tutması və hazırda Xəzər RPİ-də saxlanılması məlum olmuşdur. Zaurun nə səbəbə tutulduğunu soruşduqda ona narkotikə görə tutulduğu deyilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, tutulana qədər Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmesinden heç bir vaxt şübhələnməmiş və bundan şübhələnməyə heç bir əsası da olmamışdır, həmçinin hadisə baş verdiyi gün o, Zaura qızıl üzüyünü satılması üçün vermişdir. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 74-76-cı vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 180-183-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 167-174-cü vərəqələrində olan ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cild 84-89-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından(sədrlik edən hakim S.S.Hüseynov) görünür ki, dövlət ittihamçısı X9 tərəfindən verilmiş yazılı vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhəri Xəzər Rayon Prokurorluğuna qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 01 ay müddətində uzadılmışdır. Cinayət işinin 2-ci cild 109-110-cu vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 195-198-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 214-215-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından (sədrlik edən hakim A.H.Tağıyev) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat əsasında RPİnin NMB-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq tədbir keçirilmiş və sonuncunun cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirləri keçirilmişdir. Cinayət işinin 1-ci cild 97-ci vərəqəsində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(003)-476/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5966 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİNnin Zərflər üçün N43 nömrəli dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş (imza)” yazısı və imzalar olan bağlamada, 01 ədəd bükümdə təmiz çəkisi 1040 qram (1kq 40 qr) açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi: 1040 qram tədqiqata sərf edildi: 0,2 qram, qalıq: 1039,8 qram. Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 7762 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda sonuncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 84-85-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma və saxlama haqqında qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqata sərf edildikdən sonrakı qalıq qalmış 1039,8 qram narkotik vasitə heroin və iş üzrə digər maddi sübutlar 01 ədəd “Samsung A20s” markalı və 01 ədəd “İphone X-Max Pro” markalı mobil telefonlar saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 130-137-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqata sərf edildikdən sonrakı qalıq qalmış 1039,8 qram narkotik vasitə heroin və iş üzrə digər maddi sübutlar 01 ədəd “Samsung A20s” markalı və 01 ədəd “İphone X-Max Pro” markalı mobil telefonlar saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş və iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 28-29-cu vərəqələrində olan şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə saat 04:25-dən 04:45-dək qeydə alınmışdır. Bakı şəhəri Xəzər RPİ-nin TŞ-də təhqiqatçı A.A.Səmədov özünü, əməliyyat müvəkkillərini və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilir, hüquq və vəzifələri izah olunur və üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra sonuncu əynində olan tünd rəngli qara gödəkçənin iç sol tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim edir. Təqdim etidiyi kütlənin narkotik maddə heroin olduğunu, 500 manat müqabilində özünü sosial şəbəkədə Məşədi kimi təqdim edən İİR-nın vətəndaşı ilə telefon vasitəsilə danışaraq Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu, Qala qəsəbəsi istiqaməti, Qala dəmir yol dayanacağına çatmamış, yolun sol tərəfində yerləşən marketin arxasında yerləşən boş həyətyanı sahədə daşın altından götürdüyünü və həmin narkotik vasitəni üzərində saxlayaraq daşıdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilir, sonuncunun üzərindən 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilir, axtarış davam etdirilir və Təqsirləndirilən şəxs üzərində hər hansı başqa qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar edilmir. Bundan sonra aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmaqla Azərbaycan Respublikasının DİN-nin 43 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 50-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə saat 04:25-dən 04:45-dək qeydə alınmışdır. Bakı şəhəri Xəzər RPİ-nin TŞ-də təhqiqatçı A.A.Səmədov özünü, əməliyyat müvəkkillərini və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilir, hüquq və vəzifələri izah olunur və üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra sonuncu əynində olan tünd rəngli qara gödəkçənin iç sol tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim edir. Təqdim etidiyi kütlənin narkotik maddə heroin olduğunu, 500 manat müqabilində özünü sosial şəbəkədə Məşədi kimi təqdim edən İİR-nın vətəndaşı ilə telefon vasitəsilə danışaraq Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu, Qala qəsəbəsi istiqaməti, Qala dəmir yol dayanacağına çatmamış, yolun sol tərəfində yerləşən marketin arxasında yerləşən boş həyətyanı sahədə daşın altından götürdüyünü və həmin narkotik vasitəni üzərində saxlayaraq daşıdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilir, sonuncunun üzərindən 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilir, axtarış davam etdirilir və Təqsirləndirilən şəxs üzərində hər hansı başqa qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar edilmir. Cinayət işinin 1-ci cild 97-97a vərəqəsində olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə xx.xx.2019-cu il tarixindən etibarən nömrə daşınma xidməti vasitəsi ilə "xxxx" operatorunun şəbəkəsinə keçdiyi üçün məlumatın təqdim olunması mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən müdafiəçinin vəsatəti qismən təmin edilərək ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrin xx.xx.2022-ci il tarixə saat 23:00-dan xx.xx.2022-ci il tarixə, saat 04:00-dək olan anten əhatə dairəsi barədə məlumatlar "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsinə dair qərarlar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş, "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə göndərdikləri CD-diskləri məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Xəzər RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi, Xəzər RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsində əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid1, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 02:00-dan saat 03-57-dək Mərdəkan qəsəbəsində olmuşlar. Cinayət işinin 2-ci cild 125-ci vərəqəsində olan "xxxx" MMC-dən alınmış CD diskdən və 126-cı vərəqəsində olan həmin CD diskə baxış keçirilməsi protokolundan görünür ki, həmin diskdə 07 ədəd PDF formatında sənəd vardır. 1-ci sənəddə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə, 3-cü sənəddə isə ***-***-**-** mobil nömrəsi üzrə zənglərin detallaşması qeyd olunmuşdur. 2-ci sənəddə ***-***-**-** mobil nömrəsi üzrə, 4-cü sənəddə isə ***-***-**-** mobil nömrə üzrə zənglərin tarixçələri qeyd olunmuşdur. 5-ci sənəddə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən digər müxtəlif abonentlərə, 6-cı sənəddə isə digər şəxslərdən sonuncuya yazılmış mesajlar qeyd olunmuşdur. Belə ki, 5 və 6-cı sənədlərdəki yazışmalardan müəyyən olunmuşdur ki, həmin yazışmalarda sübut əhəmiyyəti kəsb edən sms mətnləri mövcuddur. Həmin smslərdən görünür ki, müxtəlif şəxslər, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs nağd pul müqabilində və kart hesabına pul köçürmə yolu ilə narkotik vasitə almışlar (SMS mətnləri: “menen malı istiyəni gozdəsin gelir yoldadı”, “bagışla narahat eledin mene biraz Mal lazımdı varınızdı”, “Allaha and olsun indi 20 qəpik atıblar, Ay Zaur onların yeni 40 manat vareydi, ikinci malı açıb baxanda doğurdan biabr oldum neyse yola qoydum. Eger bizim heremizin satışı olardı o adamlarnan veziyetini duzelderdin”, “qaqa yarı koka kola lazımdı alınar? Və nə vaxta?”, Zaur salam netersen qaqa sene semimi söz deyirem qaqa, mene bir milliqram hormetin varsa terezini getir, menden istiyirler daha fırlada bilmirəm”, “qapı terefden qoydum eskinin altına, üzrlü say mesediy 100 atmaq istiyirəm”, “mal yoxdu birde soz”, “mal yoxdu birde soz deyim sabah nese olsa men qarışmıram kime nomre vermişəm deyirem indiden sozumu ki, sabah mene heç kim yıgıb demesin ki bele bele”). Beləliklə, həmin sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, sonuncu narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Cinayət işinin 1-ci cild 124-cü vərəqəsində olan AZ-İİ seriyalı, 295666 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 xx.xx.2018cu il tarixdə nikahları bağlanılmış, ərə Abdullayev arvada isə Abdullayeva soyadı verilmişdir. Cinayət işinin 1-ci cild 125-ci vərəqəsində olan AZ-İV seriyalı, 521397 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Şahid2dır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli və şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər, "xxxx" MMC-dən alınmış CD diskdə olan sms yazışmaları ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 6933 dəfə, külli miqdarından təxminən 520 dəfə artıq olması sonuncunun narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci iltarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə (1-ci cild, i/v 28-29), şübhəli şəxsin izahatından (1-ci cild i/v 30-31), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (1-ci cild i/v 51-54, i/v 65-68), protokollarından və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki (1-ci cild, i/v 74-76), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan tünd rəngli qara gödəkçənin iç sol tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim edir. Təqdim etidiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlə narkotik maddə heroin olduğunu, 500 manat müqabilində özünü sosial şəbəkədə Məşədi kimi təqdim edən İİR-nın vətəndaşı ilə telefon vasitəsilə danışaraq Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu, Qala qəsəbəsi istiqaməti, Qala dəmir yol dayanacağına çatmamış, yolun sol tərəfində yerləşən marketin arxasında yerləşən boş həyətyanı sahədə daşın altından götürdüyünü və həmin narkotik vasitəni üzərində saxlayaraq daşıdığını bildirir (1-ci cild, i/v 28-29). Bundan əlavə "xxxx" MMC-dən alınmış CD diskdən və diskə baxış keçirilməsi protokolundan müəyyən edilir ki, həmin diskdə 07 ədəd PDF formatında sənəd vardır. 1-ci sənəddə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə, 3-cü sənəddə isə ***-***-**-** mobil nömrəsi üzrə zənglərin detallaşması qeyd olunmuşdur. 2-ci sənəddə ***-***-**-** mobil nömrəsi üzrə, 4-cü sənəddə isə ***-***-**-** mobil nömrə üzrə zənglərin tarixçələri qeyd olunmuşdur. 5-ci sənəddə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən digər müxtəlif abonentlərə, 6-cı sənəddə isə digər şəxslərdən sonuncuya yazılmış mesajlar qeyd olunmuşdur. Belə ki, 5 və 6-cı sənədlərdəki yazışmalardan müəyyən olunmuşdur ki, həmin yazışmalarda sübut əhəmiyyəti kəsb edən sms mətnləri mövcuddur. Həmin smslərdən görünür ki, müxtəlif şəxslər, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs nağd pul müqabilində və kart hesabına pul köçürmə yolu ilə narkotik vasitə almışlar (SMS mətnləri: “menen malı istiyəni gozdəsin gelir yoldadı”, “bagışla narahat eledin mene biraz Mal lazımdı varınızdı”, “Allaha and olsun indi 20 qəpik atıblar, Ay Zaur onların yeni 40 manat vareydi, ikinci malı açıb baxanda doğurdan biabr oldum neyse yola qoydum. Eger bizim heremizin satışı olardı o adamlarnan veziyetini duzelderdin”, “qaqa yarı koka kola lazımdı alınar? Və nə vaxta?”, Zaur salam netersen qaqa sene semimi söz deyirem qaqa, mene bir milliqram hormetin varsa terezini getir, menden istiyirler daha fırlada bilmirəm”, “qapı terefden qoydum eskinin altına, üzrlü say mesediy 100 atmaq istiyirəm”, “mal yoxdu birde soz”, “mal yoxdu birde soz deyim sabah nese olsa men qarışmıram kime nomre vermişəm deyirem indiden sozumu ki, sabah mene heç kim yıgıb demesin ki bele bele”). Beləliklə, həmin sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, sonuncu narkotik vasitənin satışı ilə məşğul olmuşdur (2-ci cild, i/v 125-126). Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatət verilərək, xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin təhqiqat şöbəsində Bakı şəhəri Xəzər RPİnin TŞ-də təhqiqatçı A.A.Səmədovun, əməliyyat müvəkkillərinin və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili N.C.Mustafayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin qablaşdırılmasına dair görüntülər DVD diskdə olan videoyazıda öz əksini tapmadığından Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünün, şəxsi axtarış və götürmə haqqında protokolun sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin vəsatətə baxaraq hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, həmin protokol Bakı şəhəri Xəzər RPİ-nin TŞ-də təhqiqatçı A.A.Səmədovun, əməliyyat müvəkkilləri Şahid3, Şahid1, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili N.C.Mustafayev və Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edilmiş və sonuncunun üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmaqla zərfə qoyularaq Azərbaycan Respublikasının DİN-nin 43 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş və iştirakçılar protokolu imzalamışlar (i/v1-ci cild 28-29). Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5966 saylı ekspert rəyinin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat hissəsindən (tədqiqat obyekti üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 43” dairəvi möhür əksi olan 01 ədəd bağlamada edilmişdir. Bağlamanın tamlığı pozulmamışdır) və tədqiqatın nəticəsi (tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün N43 nömrəli dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş (imza)” yazısı və imzalar olan bağlamada) hissələrindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 43 saylı möhürü ilə möhürlənmişdir (İ cild, i/v 35-38). Həmçinin məhkəmə yuxarıda göstərilən halları araşdıraraq belə nəticəyə gəlir ki, Bakı Şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı A.A.Səmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti videoyazı ilə qeydə alınarkən çəkiliş səthi və natamam aparılmış, nəticədə sonuncunun üzərindən aşkar edilmiş kütlənin qablaşdırılması, zərfə yerləşdirilməsi, zərfin üzərinin imzalanması və möhürlənməsinə dair videogörüntü qeydə alınmadan çəkiliş yekunlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə heroinin miqdarını (1040 qram) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 7762 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını əks etdirən iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A20s” və 01 ədəd “İphone X-max Pro” markalı mobil telefonlar sonuncuya qaytarılmalı, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1039,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X10 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A20s” və 01 ədəd “İphone X-max Pro” markalı mobil telefonların sonuncuya qaytarılsın. Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1039,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1158/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1158/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver