Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1158/2025 06.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X11 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır.
İşin faktiki halları
1. Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Tohid» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq sonuncunun istintaqa məlum olmayan vaxtda və şəraitdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşdirdiyi istintaqa məlum olmayan mənbədən iki ədəd bükümdə ayn-ayırılıqda təmiz çəkisi 180,0 qram və 100,0 qram olmaqla ümumi təmiz çəkisi 280,0 qram xarici görünüş əlamətlərinə və kimyavi tərtkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış küli miqdarda psixotrop maddə metamfetamini 2024-cü ilin noyabr ayının ortalarında istintaqa konkret məlum olmayan vaxtda əldə edib satış məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 80-ci Hövsan küçəsi, 56 nömrəli fərdi evə daşıyaraq orada saxlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 noyabr 2024-cü il tarixdə saat 18:15 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 80-ci Hövsan küçəsi, 56 nömrəli fərdi evə həmin gün saat 18:40-dan 18:55 dəqiqəyədək bilavasitə özünün iştirakı ilə baxış keçirilərkən evin mətbəx otağındakı dolabın içərisindən satış məqsədi ilə əldə edib həmin ünvana daşıyaraq saxladığı iki ədəd bükümdə ayrı-ayırılıqda təmiz çəkisi 180,0 qram, 100,0 qram olmaqla ümumi təmiz çəkisi 280,0 qram xarici görünüş əlamətlərinə və kimyavi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərlərində metamfetaminin izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür.
Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 15 noyabr 2024-cü il tarixdə, hələ hava tam qaralmamış o, idarə etdiyi “Hundai” markalı avtomobilin içərisində olan zaman mülki geyimli 5-6 nəfər şəxs ona yaxışlaşaraq onu avtomobilin içərisindən çölə çıxarmışlar. Onun üzərində və avtomobilində axtarış keçirdikdən sonra kamera ilə çəkiliş edərək yenidən üzərinə axtarış keçirmişlər. Üzərindən və avtomobilindən heç bir qanunsuz predmet aşkar edilmədikdən sonra ondan yaşadığı ünvanı soruşaraq 5-6 gündür kirayə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evə getmişlər. İlkin olaraq çəkiliş aparılmadan evdə baxış və axtarış həyata keçirilmiş, evdə olan dəsmalın arasından içində təxminən 1 qram metamfetamin olan şüşə butulka aşkar olunmuşdur. Daha sonra polis əməkdaşlarının həmin butulkanı hara qoyduqlarını bilmir. Ona təxminən bir kiloqramdan artıq metamfetamin təqdim olunaraq guya evindən aşkar olunmasını deməsi bildirilmişdir. O, buna razılaşmamış, həmin psixotrop maddənin miqdarının azaldılmasını demişdir. Bundan sonra çəkilişdə olan iki büküm və iki ədəd elektron tərəzi saxlanılmış, onlar evdən çölə çıxaraq videoçəkilişlə yenidən evdə axtarış və baxış keçirmişlər. Həmin vaxt o, polis əməkdaşlarının öncədən qoyduqları şkafdan psixotrop maddə metamfetamini və iki ədəd tərəzini təqdim edərək guya həmin maddələrin və tərəzilərin özünə məxsus olduğunu, psixotrop maddəni İran vətəndaşının dediyi konuma qoyacağını və İranlının ona 1000 manat pul verəcəyini demişdir. Əslində isə belə bir hal olmamışdır. O, sadəcə daha ağır maddə ilə ittiham olunmaqdan ehtiyat etdiyindən çəkiliş zamanı həmin xüsusatları bildirmiş, daha sona etirafedici ifadələri imzalamışdır.
6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs yazıb oxuya bilmədiyini, bu səbəbdən ona təqdim edilmiş ifadələri imzaladığını, müstəntiqə evində 4-5 qram metamfetamin aşkar olunmasını onun sözü ilə dediyini, əslində evində 1 qram psixotrop maddə metamfetamin olduğunu, Tohid adlı şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə aldığını, həmin şəxsi sosial şəbəkə vasitəsi ilə tanıdığını, şəxsən tanımadığını, Tohid adlı şəxsin ona heç vaxt psixotrop maddəni hər hansı konuma qoymasını demədiyini bildirmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 24 noyabr 2024-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında saat 18:05 radələrində Əziz adlı şəxsi saxlamışlar. Onun üzərinə axtarış və “Elantra” markalı maşınına baxış keçirilmiş, heç bir qanunsuz predmet aşkar olunmamışdır. Daha sonra həmin şəxsin öz razılığı ilə evində baxış keçirilmiş, baxış zamanı evində 282 qram metafetamin və tərəzi aşkar olunmuşdur. Həmin narkotik vasitəni Hövsandan götürdüyünü bildirmişdir.
8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid əməliyyat məlumatında İran İslam Respublikası vətəndaşından alınmış narkotikin bir yerdən başqa yerə qoyulmasında şübhəli bilinən şəxsin müəyyən olunmasının qeyd edildiyini, Əzizin evinə baxış keçirilməsinə özünün icazə verdiyini, Əzizin həmin narkotik vasitəni 1000 manat qarşılığında başqa ünvana çatdıracağını bildirdiyini, Əziz İsrafilovun baxış keçirilən evdə tək yaşadığını və evin sahibinin yan tərəfdə yerləşən ayrıca tikilidə olan bir nəfər olduğunu bildirdiyini, narkotik vasitəni Əzizin özünün təqdim etdiyini bildirmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1 ildir ki, rəsmi olaraq «renta kar» fərdi fəaliyyəti ilə məşğul olur, avtomobilləri icarəyə verir. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin sentyabr ayından tanıyır, həmin vaxtdan 2-3 dəfə ondan avtomobil icarəyə götürmüş, 2-3 gün sürüb qaytarmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs ondan «Hyundai Elantra» markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili müqavilə əsasında 10 noyabr 2024-cü il tarixdə götürmüş, 15 noyabr 2024-cü il tarixdə saat 16-da avtomobili geri qaytarmalı idi. Həmin gün saat təxminən 15 radələrində ona DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən zəng etmişlər ki, Əziz saxlanılıb, avtomobil Hövsan qəsəbəsində qalıb, həmin avtomobili götürməlidir. Avtomobilin açarını DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən götürmüş və sabahısı gün axşam tərəfi Hövsan qəsəbəsinə gedib bilmədiyi ünvandan avtomobili götürüb getmişdir. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulması barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində olarkən bilmiş, ondan əvvəl bu barədə xəbəri olmamışdır.
11. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələr məhkəmə iclas zalından elan edilmişdir.
12. «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair» 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, DİN-in Baş Narkotikiərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və həmin İdarənin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 noyabr 2024-cü il tarixdə saat 18:15-də ünvan 3 ünvanda idarə etdiyi «Hyundai Elantra» markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə, avtomobilə baxış keçirilərkən üzərlərində ***-***-**-**, 055- ***-**-** və ***-***-**-** telefon nömrələn olan 2 (iki) ədəd «Samsung» markalı mobil telefonlar, 1 ədəd ev açarı, 1 ədəd avtomobil açarı, 1 ədəd bank kartı və 1 ədəd öz adına şəxsiyyət vəsiqəsi aşkar edilmiş, həmin əşyalardan 02 ədəd mobil telefonlar, 01 ədəd bank kartı və 01 ədəd şəxsiyyyət vəsiqəsi götürülmüş, digər əşyalar özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi həmin avtomobildə narkotik vasitə, psixotrop maddə və ya digər dövriyyəsiqanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir (cild 01; i.v.20-22).
13. «Əməliyyat-axtarış tədbirin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair» 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, DİN-in Baş Narkotikiərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və həmin İdarənin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən 15 noyabr 2024-cü il tarixdə saat 18:15-də ünvan 3 ünvanda idarə etdiyi «Hyundai Elantra» markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşaığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 80-ci küçə, nömrəsiz evdə baxış keçirilmiş, baxış zaman Təqsirləndirilən şəxs təklif edilmişdir ki, evdə narkoitik vasitə, psixotrop maddə və ya digər dövriyyəsi qanunla qadağan olan əşya və ya maddələr varsa təqdim etsin, bundan sonra Ə.İsrəifiov evin mətbəxində olan dolabın içərisindən sellofan torba çıxarıb təqdim etmişdir. Sellofan torbanın içərisindən 2 (iki) ədəd bükümdə ağ rəngli kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr və 2 (iki) ədəd elktron tərəzi aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 282 (iki yüz skəsən iki) qram olmuşdur. Daha sonra aşkar edilmiş kütlələr və eletron tərəzilər qablaşdırılaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür (cild 01; i.v.23-25).
14. «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 15 noyabr 2024-cü il tarixdə saat 18:15 dəqiqədə ünvan 3 ünvanda tutularaq üstünə və idarə etdiyi **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə, yaşadığı evə baxış keçirilmiş, üstündə 2 ədəd mobil telefon, 1 ədəd bank kartı və 1 ədəd şəxsiyyət vəsqəsi götürülmüş, yaşadığı evə baxış keçirilən zaman isə 2 ədəd bükümdə metamfetaminə bənzər kütlələr və 2 ədəd elektron tərəzi barəsində əməliyyat-axtarış tədbirləri keçirilmiş Təqsirləndirilən şəxs götürülərək qablaşdırılmış və aidiyyəti üzrə təqdim edilmişdir. Təqdim edilmiş əşyalar və 2 ədəd DVD diskə baxış keçirilmiş, həmin baxış zamanı DİN-in Baş Narktiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən «Sony» markalı vedeokamera vasitəsilə videoçəkiliş aparıldı. Həmin baxış zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq yaşadığı evdə aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı «Tohid» adlı şəxsin vasitəsi ilə Hövsan qəsəbəsi ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik.vasitələri müəyyən ünvanlara qoymağına görə həmin şəxsin ona 1000 (min) manat pul verəcəyini bildirmişdir (cild 01; i.v.28-30).
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 6/5213 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərfələr üçün №7» dairəvi möhür əksi olan «vət.Təqsirləndirilən şəxs aşkar edilmiş ...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrıayrlıqda təmiz çəkisi 180,0 qram, 100,0 qram, ümumi təmiz çəkisi 280,0 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyavi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İki ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır (cild 01; i.v.52-57).
16. Məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2024-cü il tarixli, 7695 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 160-161).
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X19 tərəfindən məhkəmə-psixiatrik ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 3669 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədilən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri, düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin altına düşmür (cild 01; i.v.162-165).
18. “CD diskə baxış keçirilməsi haqqında” 14 fevral 2025-ci il tarixli protokollardan görünr ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə etdiyi ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə ötürülən və alınan zənglərin, SMS-lərin, anten dairəsinin ələ keçrilmsinə dair «Azerfon MMC» şirkətindən xx.xx.2025-ci il tarixli AZF/LGL-28/25 nömrəli və «Bakcell MMC» şirkətlərindən xx.xx.2024-cü il tarixli BKG/LGL -18332 nömrəli məktbularla alınmış məlumatlara baxış keçirilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 01; i.v.209-212).
19. “Mobil telefona baxış keçirilməsi barədə” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** nömrəsinin “Whatsapp” tətbiqi olan “Samsung Galaxy A10s” markalı mobil telefona Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhər 9 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Samsung Galaxy A10s” markalı mobil telefonda olan “Whatsapp” tətbiqində yaddaşda «Dos» adı ilə yazılmış ad altında +98 937 *** **** saylı İran nömrəsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə «Dos» adı ilə yazılmış +98 937 *** **** saylı nömrə sosial şəbkədə əlaqə saxladığı İran vətəndaşı «Tohid» kimi tanıdığı şəxsin telefon nömrəsidir. “Whatsapp” tətbiqində həmin nömrə ilə Təqsirləndirilən şəxs aşağıda göstərilən yazışmaları olmuşdur: xx.xx.2024 -cü il 10:09 Səsli mesaj Dos Gör nə deyirəm, bu nömrə ona deyilib ya ona şey eləmə ha, bu nömrə bilmir, heç kim bilmir, nömrəni heç kim bilmir; xx.xx.2024 -cü il 10:09 Səsli mesaj Təqsirləndirilən şəxs Ə bu nömrəni qaqaş heç kim bilmir e; xx.xx.2024 -cü il 10:21 Yönəldilmiş Səsli mesaj- Dos Tohid, nə deyim mən sənə qardaş, yaxçı iş deyil də o adamı ordan götürdülər, hələ polis zəng eləyir, de konum məndə də var idi quran haqqı sən, polislə danışıram, polisin əlindədir bizim adamımız, nə deyim qardaş sənə; xx.xx.2024 -cü İl 10:29 səsli mesaj Azərbaycan nömrəni yaz onu mən saxlayım həmişə, mən pramoy yığan deyiləm ki, hə votsapia danışırıq, bir də allah eləməsin, sonra xəbər eləsin bir şey olsa; xx.xx.2024 -cü il 10:53 Səsli mesaj Gözdə, sənin evin vatsapından yazıram, bu san kimi, gözlə (cild 02; i.v.9-10).
20. “Mobil telefona baxış keçirilməsi barədə” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** və ***-***- **-** nömrələri olan “Samsung Galaxy A02S” markalı mobil telefona Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhər 9 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “Samsung Galaxy A02S” markalı mobil telefonda olan “kontaktlar” tətbiqində yaddaşda «Toi i» adı ilə yazılmış +**********57 saylı İran nömrəsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə «Toi i» adı ilə yazılmış kontakt İran vətəndaşı «Tohid» kimi tanıdığı şəxsin telefon nömrəsidir. Həmin telefonun digər təbiqlərində, o cümlədən “Whatsapp” tətbiqində istintaq üçün əhəmiyyət kəsb edən digər məlumat olmamışdır (cild 02; i.v.11).
21. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 280 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 279,9 qram metamfetamin və 02 ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A10s” markalı və “Samsung Galaxy A02S” markalı mobil telefonların, əməliyyataxtarış tədbirin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsini, əməliyyat-axtarış tədbirin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və evinə baxış keçirilməsini, təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsini özündə əks etdirən 03 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02; i.v.15-29).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
22. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 15 noyabr 2024-cü il tarixdə, hələ hava tam qaralmamış o, idarə etdiyi “Hundai” markalı avtomobilin içərisində olan zaman mülki geyimli 5-6 nəfər şəxs ona yaxışlaşaraq onu avtomobilin içərisindən çölə çıxarmışlar. Onun üzərində və avtomobilində axtarış keçirdikdən sonra kamera ilə çəkiliş edərək yenidən üzərinə axtarış keçirmişlər. Üzərindən və avtomobilindən heç bir qanunsuz predmet aşkar edilmədikdən sonra ondan yaşadığı ünvanı soruşaraq 5-6 gündür kirayə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evə getmişlər. İlkin olaraq çəkiliş aparılmadan evdə baxış və axtarış həyata keçirilmiş, evdə olan dəsmalın arasından içində təxminən 1 qram metamfetamin olan şüşə butulka aşkar olunmuşdur. Daha sonra polis əməkdaşlarının həmin butulkanı hara qoyduqlarını bilmir. Ona təxminən bir kiloqramdan artıq metamfetamin təqdim olunaraq guya evindən aşkar olunmasını deməsi bildirilmişdir. O, buna razılaşmamış, həmin psixotrop maddənin miqdarının azaldılmasını demişdir. Bundan sonra çəkilişdə olan iki büküm və iki ədəd elektron tərəzi saxlanılmış, onlar evdən çölə çıxaraq videoçəkilişlə yenidən evdə axtarış və baxış keçirmişlər. Həmin vaxt o, polis əməkdaşlarının öncədən qoyduqları şkafdan psixotrop maddə metamfetamini və iki ədəd tərəzini təqdim edərək guya həmin maddələrin və tərəzilərin özünə məxsus olduğunu, psixotrop maddəni İran vətəndaşının dediyi konuma qoyacağını və İranlının ona 1000 manat pul verəcəyini demişdir. Əslində isə belə bir hal olmamışdır. O, sadəcə daha ağır maddə ilə ittiham olunmaqdan ehtiyat etdiyindən çəkiliş zamanı həmin xüsusatları bildirmiş, daha sona etirafedici ifadələri imzalamışdır.
23. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs yazıb oxuya bilmədiyini, bu səbəbdən ona təqdim edilmiş ifadələri imzaladığını, müstəntiqə evində 4-5 qram metamfetamin aşkar olunmasını onun sözü ilə dediyini, əslində evində 1 qram psixotrop maddə metamfetamin olduğunu, Tohid adlı şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə aldığını, həmin şəxsi sosial şəbəkə vasitəsi ilə tanıdığını, şəxsən tanımadığını, Tohid adlı şəxsin ona heç vaxt psixotrop maddəni hər hansı konuma qoymasını demədiyini bildirmişdir. Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
24. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
25. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
26. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
27. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
28. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
29. “Şübhəli şəxsin tutulması haqqında” 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə, saat 18:15-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.39).
30. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 noyabr 2024-cü il tarixli, 4(010)- 394/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.95-99).
31. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Hərbi Məhkəməsinin 27 sentyabr 2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 330.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 02 il sınaq müddəti ilə şərti hesab edilmiş, 27 sentyabr 2006-cı il tarixdə qalan cəzadan azad edilməklə məhkumluğu götürülmüş, Sabirabad Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1700 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1700 manat cərimə cəzası təyin edilmiş, 07 mart 2018-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, ona AR CM-nin 234.2ci maddəsi ilə həmin Məcəllənin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə və 1700 manat cərimə cəzası təyin edilmiş, 03 mart 2020-ci il tarixdə Salyan Rayon məhkəməsinin qərarı ilə cəzasının qalan 08 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 76.6.3 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ona qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 1700 manat cərimə cəzası təyin edilmiş, 24 sentyabr 2024-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarı tətbiq edilməklə cərimə cəzasından azad edilmiş və qeydiyyat çıxarılmış, 26 avqust 2024-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan 04 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01; i.v.129-131).
32. Hacıqabul Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(072)-99/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 76.6.3 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ona qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 1700 manat cərimə cəzaları təyin edilmişdir (cild 01; i.v.132-142).
33. Şirvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 7(032)-30/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarı tətbiq edilməklə o, Hacıqabul Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(072)-99/2020 saylı hökmü ilə təyin edilmiş 1700 manat cərimə cəzasından azad edilmişdir (cild 01; i.v.147-149).
34. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 4(010)-67/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 04 aprel 2025-ci il tarixədək uzadılmışdır (i.v.88-91).
35. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 7(001)- 463/2024 saylı qərarından görünür ki, İsrəfilov X8 Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
36. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü (X7) uşağı var.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
37. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
38. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
39. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.
40. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
41. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
44. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
45. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
46. 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır.
47. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır;
48. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz;
49. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir;
50. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
51. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
52. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.
53. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.
54. AR CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
55. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
56. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
58. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ilkin etirafedici izahatı, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
59. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yaşadığı evdən ittihamda göstərilən miqdarda deyil, təxminən 1 qram metamfetamin aşkar olunduğunu, ona psixoloji təzyiqlər göstərildiyindən evdə baxış zamanı psixotrop maddəni və elektron tərəziləri təqdim edərək özünə məxsus olduğunu bildirdiyini, əslində isə həmin maddə və əşyalarının ona aid olmadığını göstərsə də, məhkəmə onun həmin ifadəsini özünümüdafiə xarakterli və iş materiallarında olan sübutlarla uzlaşmayan ifadə kimi qiymətləndirir.
60. Belə ki, iş materiallarında olan (cild 01; i.v.47-48) X5 izahatından görünür ki, o, yaşadığı evə baxış keçirilən zaman polis əməkdaşlarının təklifindən sonra könüllü olaraq mətbəxdə olan dolabın içərisindən sellofan torbanı təqdim etdiyini, həmin torbanın içərisində 02 ədəd bükümdə metamfetamin və 02 ədəd elektron tərəzi olduğunu, həmin kütlələrin tərəzidə çəkildiyini, ümumi çəkisinin 282 qram olduğunu, ona verilən suallara cavab olaraq evdə aşkar edilmiş kütlələri İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 3-4 gün əvvəl Hövsan qəsəbəsi ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişinə əsasən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində ona 1000 manat pul veriləcəyini bildirdiyini göstərmişdir.
61. Bununla yanaşı, təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilməsinə dair istintaq hərəkətini özündə əks etdirən videodiskdən də görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq tam sərbəst şəkildə mətbəxdə olan dolabın içərisindən sellofan torbanı və 02 ədəd tərəzini polis əməkdaşlarına təqdim edir, həmin torbanın içərisindən 02 ədəd bükümdə metamfetamin aşkar olunduqdan sonra ona ünvanlanmış suallara cavab olaraq həmin psixotrop maddələri İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 3-4 gün əvvəl Hövsan qəsəbəsi ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişinə əsasən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində ona 1000 manat pul veriləcəyini bildirmişdir.
62. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin xüsusatları ona göstərilən psixoloji təzyiqlər nəticəsində, yəni onun evinə daha çox miqdarda psixotrop maddə qoymaqla onun daha ağır maddə ilə ittiham olunacağı ilə hədələnməsi nəticəsində bildirdiyini iddia etsə də, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da evində olan psixotrop maddənin miqdarı ilə bağlı hər dəfə fərqli xüsusatlar qeyd etməsini, məhkəmə iclasında verdiyi ifadəsində də səmimi olmamasına dəlalət edən halların müəyyən edildiyini (ümumiyyətlə yazıb oxuya bilmədiyini bildirməsini bildirməsi) nəzərə alaraq onun məhkəmə istintaqı zamanı verilmiş ifadəsini sadəcə məsuliyyətdən yayınmaq naminə verilmiş ifadə kimi qiymətləndirir.
63. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin izahatında özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, yaşadığı evdə baxış keçirilən zaman könüllü şəkildə evində olan psixotrop maddəni və elektron tərəziləri təqdim edərək tam sərbəst şəkildə həmin psixotrop maddəni İran vətəndaşının dediyi konuma 1000 manat müqabilində qoyacağını bildirmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona ibtidai istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir.
64. Bundan savayı, iş materiallarında olan (cild 01; i.v.95-99) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 noyabr 2024-cü il tarixli, 4(010)-394/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılan zaman o, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir.
65. Təqsirləndirilən şəxs hazırki məhkəmə iclasında ona psixoloji təzyiqlər göstərildiyini, onun evinə daha çox miqdarda psixotrop maddə qoyulacağı ilə hədələndiyini, hətta evinə bir kiloqramdan artıq psixotrop maddənin qoyulduğunu, onun xahişi ilə miqdarının azaldılaraq 280 qram saxlanıldığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatların real və inandırıcı olmaması qənaətindədir.
66. Belə ki, təqsirləndirilən şəxs müstəntiq tərəfindən dindirilən zaman ilkin izahatının etirafedici məzmunda olmasının səbəbini polis əməkdaşlarından qorxması ilə əlaqələndirsə də, həmin qorxunun əsasında nəyin dayanmasını bildirməmiş, ona hər hansı psixoloji təzyiqin göstərilməsi ilə bağlı hər hansı xüsusata toxunmamış, nə də ki, ötən uzun müddət ərzində ona hər hansı psixoloji təzyiqin göstərilməsi ilə bağlı hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir ki, bu da təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünün müdafiəsi üçün hər hansı sübuta əsaslanmadan yeni dəlillər irəli sürməsinin göstəricisidir.
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
68. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
69. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsi, psixoloji təzyiqlərin göstərilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməmiş, ümumi və real olmayan xüsusatları qeyd edərək ona qarşı psixoloji təzyiqlərin edildiyini iddia etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş ilkin izahatını, yaşadığı evdə axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özünün göstərdiyi xüsusatları, yaşadığı evdən aşkar edilmiş elektron tərəzidə metamfetamin izlərinin olmasını, şahid ifadələrini, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrə ilə “Tohid” adlı şəxslə məxsus İran nömrəsi ilə aparılan danışıqları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin polis bölməsində psixoloji təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında verdiyi ifadəsində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır.
70. Bundan savayı, təqsirləndirilən şəxs məhkəmə iclasında yazıb-oxuya bilmədiyini, bu səbəbdən ilkin izahatını imzaladığını bildirsə də, məhkəmə onun həmin dəlilinə də tənqidi yanaşaraq məhkəmə iclasında açıq-aşkar səmimi olmamasının öz təsdiqini tapdığını qeyd etməyi zəruri hesab edir.
71. Belə ki, təqsirləndirilən şəxsin mobil telefonuna baxış protokolundan onun “Tohid” adlı İran İslam Respublikası vətəndaşı ilə yazışmaları açıq-aşkar görünməkdədir. Həmin yazışmalar elan olunduqdan təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq yazıb-oxumasının zəif olduğunu, yazarkən hərf səhvlərinə yol verdiyini bildirmişdir ki, bu da onun məhkəməyə yalan söyləməklə öz ifadələrinə inam yaratmağa cəhd etməsinə baxmayaraq məhkəmə iclasında yalanının ifşa olunmasına dəlalət edir.
72. Bundan savayı, təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində dindirilən zaman yaşadığı evdə 280 qram deyil, cəmi 4-5 qram psixotrop maddə metamfetamin olduğunu bildirsə də, 28 fevral 2025-ci il tarixdə yenidən təqsirləndirilən şəxs qismində dindirilən zaman, o cümlədən, məhkəmə istintaqı zamanı yaşadığı evdə cəmi 1 qram psixotrop maddə metamfetamin olduğunu bildirmişdir ki, bu da onun cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə fərqli xüsusatlara sığınmasının və özünün ifadələri arasında da ziddiyyətlərin olmasının göstəricisidir.
73. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
74. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, SMS yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını və yaşadığı evə baxış və axtarış keçirilən zaman özünün bildirdiyi xüsusatları inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.
75. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
76. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
77. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (CM-59.1.4) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.
78. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli resdivinin olması onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir (CM-61.1.1).
79. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X9 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3cü maddəsinə əsasən X6 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 7(001)-463/2024 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Hacıqabul Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(072)-99/2020 saylı hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hömklə X6 təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd bir ədəd “Samsung Galaxy A02S” markalı, Bakı Şəhəri Nəsimi RPİ-nin saxlancına verilmiş 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
80. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
81. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
82. İş üzrə mülki iddia yoxdur.
83. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
84. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
85. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 7(001)-463/2024 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Hacıqabul Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(072)-99/2020 saylı hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 11 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hömklə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı Şəhəri Nəsimi RPİ-nin saxlancına verilmiş 279,9 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “Samsung Galaxy A02S” markalı, o cümlədən, Bakı Şəhəri Nəsimi RPİ-nin saxlancına verilmiş 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 660 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov