Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1159/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1961-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri yeni sahədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazrda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıyaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinə gətirmiş, həmin tarixdə saat 12:40-da Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən Səhiyyə Nazirliyinin 10 saylı Şəhər Klinik Xəstəxanasının yanında Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmaqla Pirallahı rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 01 ədəd üzərində “FİLA” sözləri yazılmış idman çantasının içindən 1 ədəd polietilen bağlamada təmiz çəkisi 2010 qram (2 kq 10 qram), yəni külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd polietilen bağlamada təmiz çəkisi 2835 qram (2 kq 835 qram), yəni külli miqdarda qəhvəyimtil rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 60 yaşı var, 4 böyük övladı var, əvvəllər 3 dəfə, sonuncu dəfə isə narkotik vasitələrin satışı ilə bağlı məhkum olunmuşdur. 2020-ci ildə 13 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilmişdir. Cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra doğulduğu Yardımlı rayonunda mənzil kommunal istismar sahəsində fəhlə işləmiş, daha sonra Abşeron rayonu Xırdalan şəhərinə gələrək müxtəlif yerlərdə fərdi evlərdə ustalıq edərək özünü dolandırır, bəzən usta kimi işlədiyi evlərdə, bəzən də müxtəlif başqa yerlərdə kirayə qalırdı. O, narkotik vasitəsi olan heroin istifadəçisi olduğu üçün 2022-ci ilin mart ayında Xırdalan şəhərində fəhlə kimi işləyən lakin üzdən tanıdığı bir şəxsdən, onun üçün narkotik vasitə heroin və qurudulmuş marixuana təşkil etməsi barədə, həmin narkotik vasitələri deyilən yerə aparıb qoyması barədə razılığa gəlmişdir. Bu təklifi ona verən şəxsin özü də deməsnə görə əvvəllər məhkum olunmuşdur. Onun mobil telefonu olmadığı üçün belə razılaşmışlar ki, həmin şəxs onu Xırdalan şəhərində hər gün fəhləlik etdiyi yerdən tapa bilər. Belə də oldu. 28 mart 2022-ci il tarixdə həmin şəxslə Xırdalan şəhərində həmişəki yerdə görüşmüş və həmin şəxs ona bildirmişdir ki, növbəti gün saat 06 radələrində ona içərisində narkotik vasitə olan çanta verəcəkdir ki, həmin çantanı Pirallahı qəsəbəsində xəstəxananın yanında ona yaxınlaşan şəxsə təqdim etsin. Çantanı verəcəyi şəxs isə ona bunun əvəzində 500 manat pul verməli idi. Həmin pul ona kuryer haqqı olaraq çatacaqdır. xx.xx.2022-ci il tarixdə həmin şəxsdən 3-cü mikrorayon bazarında qara çantanı qəbul edərək taksi ilə Pirallahı qəsəbəsinə xəstəxananın yanına getmiş, orada taksidən enərək təxminən 15 dəqiqə ondan çantanı alacaq şəxsi gözləmiş, lakin çantanı alacaq şəxs əvəzinə ona polis əməkdaşları yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. Orada ona vəkil təqdim edilmiş, üzərinə şəxsi axtarış keçirmək lazım olduğunu bildirmişlər, o etiraz etməmiş və ərizə ilə şəxsi axtarışa etiraz etmədiyini bildirmişdir. Üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əlində olan, üzərində FİLA sözü yazılmış idman çantasından 2 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana və 2 kiloqram 800 qramdan artıq heroin aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Pirallahı RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Bahadur oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə Pirallahı qəsəbəsində keçirdikləri əməliyyat tədbiri zamanı saxlamışlar. Belə ki, şöbəyə Çingiz adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qəsəbənin xəstəxanasının yanında əlində qara çanta ilə saxlayıb şöbəyə dəvət etmişlər və burada təhqiqatçıya təhvil vermişlər. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əlində olan idman çantasını açaraq içindən iki ədəd qara rəngli sellofanı, şalvarının cibindən 200 manatdan artıq pulu, 1 ABŞ dollarını, alışqan və siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində «FİLA» sözü yazılmış idman çantasının içindən çıxararaq masanın üzərinə qoyduğu iki ədəd qara rəngli sellofanlar açıldıqda birinin içindən qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, digər bağlamadan isə yaşmtıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş iki ədəd bağlamanın birinin içində narkotik vasitə heroin, digər bağlamanın içində isə narkotik vasitə qurudulmuş marixuanadır, bir neçə saat əvvəl həmin çantanı Nəsimi rayonunda tanımadığı şəxsdən Pirallahı qəsəbəsində pul müqabilində başqa bir şəxsə təqdim edilməsi məqsədi ilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Pirallahı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə Pirallahı qəsəbəsində keçirdikləri əməliyyat tədbiri zamanı saxlamışlar. Belə ki, şöbəyə Çingiz adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qəsəbənin xəstəxanasının yanında əlində qara çanta ilə saxlayıb şöbəyə dəvət etmişlər və burada təhqiqatçıya təhvil vermişlər. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əlində olan idman çantasını açaraq içindən iki ədəd qara rəngli sellofanı, şalvarının cibindən 200 manatdan artıq pulu, 1 ABŞ dollarını, alışqan və siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində «FİLA» sözü yazılmış idman çantasının içindən çıxararaq masanın üzərinə qoyduğu iki ədəd qara rəngli sellofanlar açıldıqda birinin içindən qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, digər bağlamadan isə yaşmtıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş iki ədəd bağlamanın birinin içində narkotik vasitə heroin, digər bağlamanın içində isə narkotik vasitə qurudulmuş marixuanadır, bir neçə saat əvvəl həmin çantanı Nəsimi rayonunda tanımadığı şəxsdən Pirallahı qəsəbəsində pul müqabilində başqa bir şəxsə təqdim edilməsi məqsədi ilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Pirallahı RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə Pirallahı qəsəbəsində keçirdikləri əməliyyat tədbiri zamanı saxlamışlar. Belə ki, şöbəyə Çingiz adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qəsəbənin xəstəxanasının yanında əlində qara çanta ilə saxlayıb şöbəyə dəvət etmişlər və burada təhqiqatçıya təhvil vermişlər. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əlində olan idman çantasını açaraq içindən iki ədəd qara rəngli sellofanı, şalvarının cibindən 200 manatdan artıq pulu, 1 ABŞ dollarını, alışqan və siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində «FİLA» sözü yazılmış idman çantasının içindən çıxararaq masanın üzərinə qoyduğu iki ədəd qara rəngli sellofanlar açıldıqda birinin içindən qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, digər bağlamadan isə yaşmtıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş iki ədəd bağlamanın birinin içində narkotik vasitə heroin, digər bağlamanın içində isə narkotik vasitə qurudulmuş marixuanadır, bir neçə saat əvvəl həmin çantanı Nəsimi rayonunda tanımadığı şəxsdən Pirallahı qəsəbəsində pul müqabilində başqa bir şəxsə təqdim edilməsi məqsədi ilə almışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Pirallahı RPŞ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, «Çingiz” adlı şəxs Pirallahı\\\\\пираллащы rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Pirallpahı RPŞ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbiri nəətticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:40 radədərində Bakı şəhəri, Pirallahı rayonu, S.Vurğun küçəsi 10 saylı BŞX-nin yaxınlığında saxlanılaraq Pirallahı RPŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin üzərində axtarış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əlində olan 01 ədəd üzərində “FİLA” sözləri yazılmış idman çantasının içindən 1 ədəd polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 1 ədəd polietilen bağlamada narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1691 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər 01 ədəd bağlamada aşkar olunaraq götürülmüş...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 2835 qram (2 kq 835 qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/300 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs...” yazı və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi -2010 qram (2 kq 10 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1920 saylı rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq 2834,8 qram narkotik vasitə heroin, 2009,8 qram narkotik vasitə qurudulmuş marixuana Bakı şəhər Pirallahı RPŞ-nin Saxlama Yerinə təhvil verilmiş, “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Paşayev X4 Rayon Məhkəməsinin xx.xx.2003-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il muüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 2.3.-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il muüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdlan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə aşkar edilmiş narkotik vasitələrin miqdarı və növ müxtəlifliyi Təqsirləndirilən şəxs əməlinin narkotik vasitələrin satışı kimi qiymətləndirilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 N-li qərarının 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 29 mart 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Pirallahı RPŞ-nin saxlama yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2834,8 qram narkotik vasitə heroin və 2009,8 qram narkotik vasitə qurudulmuş marixuana - 02 ədəd bağlamada məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 192 (yüz doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 (hesabat arayış i/v 145), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat, müdafəçi Müdafiəçi üçün isə 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Pirallahı RPŞ-nin saxlama yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2834,8 qram narkotik vasitə heroin və 2009,8 qram narkotik vasitə qurudulmuş marixuana - 02 ədəd bağlamada məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 192 (yüz doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X3 üçün 180 (yüz səksən) manat pul Bakı şəhəri 8 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 240 AZN (iki yüz iqırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1159/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1159/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver