Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1159/2025 01.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, hakimlər X3 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib özündə saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam respublikası vətəndaşı “Mehdi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək “Mehdi” adlı şəxsin istintaqa məlum olmayan qaydada Cəlilabad rayonu ərazisində yerləşdirdiyi eyni tərkibli külli miqdarda 2 ədəd bağlamada 1005 qram, 330 qram ümumi təmiz çəkisi 1335 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanam, külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 24,626 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 59,009 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda Methadone 40 markalanma göstəricili konvalyutdakı üzərində F/M40 yazısı həkk olunmuş ümumilikdə təsiredici maddəsi 39,28 qram təşkil edən 982 ədəd metadon tərkibli həbləri “Mehdi” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq və gələcəkdə satışını təşkil etmək məqsədi ilə qanunsuz olaraq əldə edərək, idarə etdiyi Kia Rio markalı, **-MG-*** dövlət nömrə nişanlı avtomobildə daşıyıb avtomobildə və yaşadığı evdə saxlamış, 16 noyabr 2024-cü il tarixdə saat 01:35 dəqiqədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb həmin ünvanda idarə etdiyi Kia Rio markalı, **-MG-*** dövlət nömrə nişanlı avtomobilə baxış və götürmə keçirilən zaman avtomobilin ön sağ oturacağının altından külli miqdarda 01 ədəd bağlamada 1005 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana götürülmüş, bundan sonra əməliyyat axtarış tədbirinin davamı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sonuncunun yaşadığı ünvan 1 ünvanına baxış və götürmə keçirilən zaman evin yataq otağında olan masanın altından xeyli miqdada 01 ədəd bağlamada 330 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, orada olan qutunun içərisində külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 24,626 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 59,009 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazrılanmış narkotik vasitə heroin və külli miqdarda Methadone 40 markalanma göstəricili konvalyutdakı üzərində F/M40 yazısı həkk olunmuş ümumilikdə təsiredici maddəsi 39,28 qram təşkil edən 982 ədəd metadon tərkibli həblər aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Asan xidmətdən sola dönəndə mağaza olmuş, o həmin mağazaya girmiş, polis əməkdaşları onu mağazadan çıxarıb öz maşınında arxada oturtmuş, maşınındakı kameranı sökmüşdürlər. Daha sonra qara rəngli cip maşın gəlmiş, qabaqda oturan polis əməkdaşı düşüb həmin maşına getmiş, qayıdanda onun əlində bir sellofon torba olduğunu görmüşdür. Onun nə olduğunu soruşduqda, polis əməkdaşı içində marixuana olduğunu bildirmişdir. Daha sonra maşınla Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Qəbirstanlığın yanından keçən zaman polis əməkdaşları sabah gedib onun evinə baxış keçirəcəklərini bildirmişlər. O, nə istədiklərini soruşduğu zaman demişdirlər ki: “ya bizim dediyimiz ilə razılaşacaqsan, ya da evindən narkotik çıxaracağıq”. Orada çəkiliş olacağını və bir kilo narkotikin onun maşınından çıxdığı ilə razılaşmalı olduğunu söyləmişlər. O, özünün narkotik istifadəçisi olduğunu bildirmişdir. Maşınından çıxan narkotiki İran vətəndaşından almışdır. Ona öyrətmişdirlər ki, çəkiliş zamanı evində 300 qram narkotik olduğunu, onu götürmələrini desin. Evində iki qız uşağı vardır. Onlarla razılaşmışdır ki, uşaqları ikinci mərtəbədə olduğu üçün oraya çıxmasınlar. 300 qram narkotiki götürmək üçün evə getmişlər. Orada isə ona metamfetamin vermişlər. Amma metamfetamini əvvəlcədən onunla razılaşdırmamışlar. Buna baxmayaraq, o, uşaqlarına görə orada nə desələr onunla razılaşmalı olmuş və razılaşmışdır. Çəkiliş üçün bir neçə dəfə evə girib çıxmışlar. 300 qramı götürəndə görmüşdür ki, yanında əlavə bir qutu da vardır. Məcbur qalıb onu da götürmüşdür. Onurğa xəstəsi olduğunu bildirdiyi üçün ona fiziki təsir göstərməmişlər. Amma əvəzində qarşısına elə bir şərt qoymuşdurlar ki, dedikləri ilə məcbur qalıb razılaşmışdır. Bundan sonra telefonunu açmağını tələb etmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq 2022-ci ildə ağır xəstəliyə tutulduğunu, yataq xəstəsi olduğunu, həmin xəstəliklə əlaqədar dövlət tərəfindən ona metodon suyu verildiyini, 01 ildən sonra sağalıb ayağa qalxdığını, May ayında xəstəxanadan çıxdıqdan sonra narkotikdən istifadə etmədiyini, narkotikdən istifadə edən vaxtlarında kokos və marixuana çəkdiyini, onu ittihamda yazılan ünvanda saxladıqlarını, maşınında və evində narkotik olmadığını, ittihamda yazılan narkotik vasitənin ona məxsus olmadığını, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının onu şantaj etdikləri üçün onların dedikləri ilə razılaşdığını, müstəntiqin onu şantaj etmədiyini, qətimkan tədbiri üçün hakim qarşısına çıxarılan zaman yenə də onların dediklərini təsdiqlədiyini, təzyiq altında olduğunu demədiyini, Sərxan Ramazanova baş verənləri danışdığını, onun isə cavab olaraq gedib məhkəmədə həqiqəti söyləməli olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona verilən suallara cavab olaraq polis əməkdaşlarının onu gecə saat 00:00-dan sonra tutduqlarını, əvvəlcə onu üç nəfərin tutduğunu, sonra isə qara rəngli cip ilə gəldiklərini, mənzilə baxış keçirilən zaman 8-9 nəfər polis əməkdaşının iştirak etdiyini, mənzildə təxminən 1 saat olduqlarını, bir neçə dəfə çəkiliş keçirildiyini, mənzilə həmin gün gəcə vaxtı getdiklərini, evinin həyət evi olduğunu, mənzilə baxış keçirən zaman gecə vaxtı olduğu üçün heç kimin görmədiyini, tutulan gün pensiya kartında 150 manat pul olduğunu, tutulandan sonra evə zəng vurduğunu, evdəkilərin ondan pensiyasını kartdan çıxarıb-çıxartmadığımı soruşduğunu, pensiya kartının evdə olduğunu, kartdan köçürmə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bundan əlavə ona verilən suallara cavab olaraq şahidi tanıdığını, onu 15-20 dəqiqə saxladıqlarını, bir nəfərin telefonla danışdığını, daha sonra qara rəngli cip avtomobilin gəlib saxladığını, maşından narkotiki götürüb gəlib maşında oturduğunu, daha sonra Badamdarda bir dəfə gəzdiklərini, şöbəyə çatmamış maşını saxlayıb evinə də baxış keçirəcəyik dediklərini, evindən nəsə çıxsa evdən başqasını da götürüb gələcəyik dediklərini, Şahid1 avtomobildə olarkən arxada yanında oturduğunu, mənzilə baxış zamanıda iştirak etdiyini, bu şahidin ona təzyiq göstərmədiyini, onun ifadəsi ilə razılaşmadığını, pensiya kartını açdıranın avtomobildə qabaqda oturan polis olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa ona verilən suallara cavab olaraq Şahid2 ona əgər dediklərimizi qəbul etməsən sənsiz gedib evində axtarış keçirəcəyik, ordan nəsə çıxsa evdən də birini götürüb gələcəyik dediyini, evdə iki qız övladı və yoldaşı olduğunu, onlardan ehtiyat etdiyi üçün onların istədikləri hər seylə razılaşacağını dediyini, çəkiliş zamanı onların dedikləri kimi evdə 300 qram narkotik vasitə olduğunu dediyini, evə çatandan sonra isə polis əməkdaşlarının digər narkotik vasitələri də evdən çıxartdıqlarını, Şahid2 ona fiziki təsir göstərmədiyini, digər maşından narkotik vasitəni Şahid2 götürüb onun maşınına qoyduğunu və maşınından kameranı bu şəxsin çıxartdığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Eldarı əvvəlcədən tanımamış, Eldar adlı şəxsin Yasamal rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra əməliyyat qrupu yaradılmışdır. O, da həmin qrupun tərkibinə daxil edilmişdir. 16 noyabr 2024-cü il tarixdə saat 01:35 radələrində ünvan 3 ünvanında həmin şəxsi saxlamış və onun üzərində baxış keçirmişlər. Onun üzərindən hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra maşınına baxış keçirilmiş və avtomobildən marixuana aşkar edilib götürülmüşdür. Daha sonra onun Bakı şəhəri, Yasamal rayonu, Ü.Ələkbərov küçəsi ev 4-də yerləşən mənzilinə baxış keçirilmiş və mənzilindən marixuana, metamfetamin, heroin, metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 16 noyabr 2024-cü il tarixində gecə 01:35 radələrində Eldar adlı şəxs barəsində məlumat daxil olmuş, həmin şəxs ünvan 3 ünvanında saxlanılmışdır, onun evindən və maşınından narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Şahid ona verilən suallara cavab olaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsin təzyiqlərə məruz qalmasının şahidi olmadığını, həmçinin, avtomobildən kameranın sökülməsinin şahidi olmadığını və məlumatının olmadığını, məlumatın Eldar adlı şəxsin narkotik vasitələri üzərində saxlaması və satışı ilə məşğul olması barədə Şahid3 daxil olduğunu bildirmişdir. 16 noyabr 2024-cü il tarixdə tərtib edilmiş avtomobilinə və üzərinə şəxsi axtarış və götürmə protokolundan görünür ki, ünvan 4 ünvanında DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsung markalı mobil telefonu, 01 ədəd açan, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 20 manat pulu və 01 ədəd 4169-7388-6425-7427 nömrəli plastik bank kartını çıxardın təqdim etdi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon və 01 ədəd plastik bank kartı götürüldü. Bundan Təqsirləndirilən şəxs idarə etidyi Kia Rio markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək narkotik vasitlər, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif olundu. Təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının altında 01 ədəd torbanın içərisində 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdi. Bundan başqa avtomobilə baxış keçirilən zaman qanunla qadağan edilmiş hər hansı bir əşya predmet aşkar edilmədir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrin qurudulmuş marixuana kütlələrini İran İslam Respublikasının vətəndaşı olan “Mehdi” adlı şəxsin vasitəsi ilə 5 gün qabaq Cəlilabad rayonu ərazisində hal hazırda dəqiq xatırlamadığı gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirdi.Daha sonra Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı ünvan 6 ünvanında narkotik vasitə saxladığım, həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (cild 1, iş vərəqi 10-11). 16 noyabr 2024-cü il tarixdə tərtib edilmiş təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə protokolundan görünür ki, DİN-nin BNMİ-nin inzibati binasında xidməti otaqların birində BNMİ-nin TQ-nin təhqiqatçısı polis mayoru Anar Aslanov, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Babayev bağlamaya, 01 ədəd bank kartına və 02 ədəd DVD Diskə baxış keçiridi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan bağlamadan 01 ədəd bağlamda açıq yaşıl rəngli qurudulmuş marixuana bənzər kütlə, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan bağlamadan 982 ədəd metadon həbinə, 01 ədəd heroinə, 01 ədəd metamfetaminə və 01 ədəd sellofanda yaşıl rəngli spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra təhqiqatçı tərəfindən diskdə olan görüntülərdə təqdim edilmiş narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitələin aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri 5 gün bundan qabaq İran İslam Respublikasa vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu ərazisindən gizlədilmiş yerdən ünvanalara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun 500 manat pul verəcəyini bildirmişdir. (cild 1, iş vərəqi 22-23). 16 noyabr 2024-cü il tarixdə tərtib edilmiş mənzilə axtarış və götürmə protokolundan görünür ki, ünvan 6 ünvanında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlrə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru, Şahid1, əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakları ilə sözü geden mənzildə olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağındakı stolun altından 01 ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütləni, 01 ədəd qutunun içərisində 01 ədəd sellofanda metamfetaminə bənzər kütləni, 01 ədəd sellofanda heroinə bənzər kütləni və 982 ədəd metadon həbinə bənzər kütləni çıxardaq təqdim etdi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri 5 gün bundan qabaq İran islam Respublikasının vətəndaşı olan “Mehdi” adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü bunun müqabilində sonuncunun ona 500 manat pul verəcəyini bildirmişdir. Mənzilə axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. (cild 1, iş vərəqi 12-13). 10 dekabr 2024-cü il tarixdə mənzilə baxış və götürmə keçirilməsi zamanı aparılan videoçəkilişin görüntüsünün olduğu diskə baxış keçirilmişdir. Həmin videogörüntünün saxlandığı məlumat daşıyıcısı - 1 ədəd DVD diski kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda aşkar olunmuşdur ki, ünvan 6 ünvanında DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlrə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis mayoru, Şahid1, əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakları ilə sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağındakı stolun altından 01 ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütləni, 01 ədəd qutunun içərisində 01 ədəd sellofanda metamfetaminə bənzər kütləni, 01 ədəd sellofanda heroinə bənzər kütləni və 982 ədəd metadon həbinə bənzər kütləni çıxardaq təqdim etdi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri 5 gün bundan qabaq İran İslam Respublikasının vətəndaşı olan “Mehdi” adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü bunun müqabilində sonuncunun ona 500 manat pul verəcəyini bildirmişdir. Mənzilə axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (cild 1, iş vərəqi 136). 15 dekabr 2024-cü il tarixdə təqdim olunan əşyaya və diskə baxış və götürmə keçirilməsi zamanı aparılan videoçəkilişin görüntüsünün olduğu diskə baxış keçirilmişdir. Belə ki, həmin videogörüntünün saxlandığı məlumat daşıyıcısı - 1 ədəd DVD diski kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda aşkar olunmuşdur ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı İlkin Babyav tərəfindən 16 noyabr 2024-cü il tarixdə tərtib edilmiş avtomobilinə və üzərinə şəxsi axtarış və götürmə protokolundan görünür ki, DİN-nin BNMİ-nin inzibati binasənda xidməti otaqların birində BNMİ-nin TQ-nin təhqiqatçısı polis mayoru Anar Aslanov, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə təqdim edilən 02 ədəd bağlamaya, 01 ədəd bank kartına və 02 ədəd DVD Diskə baxış keçiridi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan bağlamadan 01 ədəd bağlamda açıq yaşıl rəngli qurudulmuş marixuana bəmzər kütlə, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan bağlamadan 982 ədəd metadon həbinə, 01 ədəd heroinə, 01 ədəd metamfetaminə və 01 ədəd sellofanda yaşəl təngli spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur.Daha sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra təhqiqatçı tərəfindən diskdə olab görüntülərdə təqdim edilmiş narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitələin aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri 5 gün bundan qabaq İran İslam Respublikasa vətəndaşı “Mehdi” adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun 500 manat pul verəcəyini bildirmişdir. (cild 1, iş vərəqi 137). 20 dekabr 2024-cü il tarixdə avtomobilə və üzərinə axtarış və götürmə keçirilməsi zamanı aparılan videoçəkilişin görüntüsünün olduğu diskə baxış keçirilmişdir. Belə ki, həmin videogörüntünün saxlandığı məlumat daşıyıcısı - 1 ədəd DVD diski kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda aşkar olunmuşdur ki, ünvan 4 ünvanında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Hüseyn Zeynalov özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsung markalı mobil telefonu, 01 ədəd açarı, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 20 manat pulu və 01 ədəd 4169-7388-6425-7427 nömrəli plastik bank kartını çıxardın təqdim etdi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon və 01 ədəd plastik bank kartı götürüldü. Bundan Təqsirləndirilən şəxs idarə etidyi Kia Rio markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək narkotik vasitlər, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif olundu. Təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi Kİa Rio markalı **- MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının altında 01 ədəd torbanın içərisində 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdi. Bundan başqa avtomobilə baxış keçirilən zaman qanunla qadağan edilmiş hər hansı bir əşya predmet aşkar edilmədir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrin qurudulmuş marixuana kütlələrini İran İslam Respublikasının vətəndaşı olan “Mehdi” adlı şəxsin vasitəsi ilə 5 gün qabaq Cəlilabad rayonu ərazisində hal hazırda dəqiq xatırlamadığı gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı ünvan 6 ünvanında narkotik vasitə saxladığını, həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (cild 1, iş vərəqi 138). Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** azefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı barəsində "xxxx" MMC-dən AZF/LGL/-32/35 saylı, xx.xx.2025-ci il tarixli məktubla 01 ədəd diskdə götürülmüş məlumatlara baxış keçirilmiş və baxış zamanı sübut əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqi 146). İş üzrə təyin olunmuş kompleks məhkəmə kimyəvi-bioloji ekspertizası 16 noyabr 2024-cü il tarixli 7/1861 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunmuş kütlə...” yazı və imzalar olan bağlamada bir ədəd üzəri skoçlu sellofanda təmiz çəkisi 1005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs məxsus yaşadığı evdən aşkar olunmuş kütlə...” yazı və imzalar olan bağlamada bir ədəd üzəri skoçlu sellofanda təmiz çəkisi 330 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd:marixuana ümumi təmiz çəkisi 1335 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-1334,90 qram (cild 1, iş vərəqi 45-49). Kompleks məhkəmə kimyəvi- bioloji ekspertizası 16 noyabr 2024-cü il tarixli 6/5211 saylı rəyindən görünür ki, tdqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının DİN Zərflər üçün №7”-li dairəvi möhür əksləri olan və “Təqsirləndirilən şəxs məxsus yaşadığı evdən aşkar edilmiş kütlə” digər yazı, ad,soyad, imzalar qeyd edilmiş bağlamadakı 01 (bir) ədəd karton qutudan aşkar edilmiş: -01 (bir) ədəd bükümdə təmiz çəkisi-59,009 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -01 (bir) ədəd bükümdə təmiz çəkisi- 24,626 qram olan ağ rəngli kristallik maddə kusta üsulla hazırlanmış psixorop maddə- metamfetamindir. -üzərində “Methadone 40” əmtəə göstəricisi olan 98 (doxsan səkkiz) ədəd konvalyutda hər birində 10(on) ədəd həb olmaqla və 01 (bir) ədəd konvalyut kəsiyində 02 (iki) ədəd həb olamqla ümumilikdə 982 (doqquz yüz səksən iki) ədəd “F/M40” yazısı həkk olunmuş dərman həblərinin əsas təsiredici maddəsi metadondur, həmin həblərin tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 39,28 qram təşkil edir. (Üzərində qeyd edilmiş göstəriciyə əsasən 01 (bir) ədəd həbdə 0,04 qram metadon olmaqla). Həmin ümumilikdə sayı 982 ədəd (doqquz yüz səksən iki) ədəd olan metadon həbləri öz aralarında xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər, Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu iiə təsdiq ediimiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitlələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi-59,009 qram, tədqiqata sərf ediidi-0,120 qram, qalıq-58,889 qram Metamfetamin təmiz çəkisi-24,626 qram, tədqiqata sərf edildi-0,090 qram, qalıq- 24,536 qram Metadon həblərinin ümumi sayı- 982 ədəd həb, tədqiqata sərf edildi cəmi- 11 ədəd həb, qalıq-971 ədəd həb (cild 1, iş vərəqi 50-55). İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7940 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı i! tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəsdəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 169-170) Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3812 №li rəyindən görünür ki, I. Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstələyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazır ki, psixatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. II. Yekun hissə. Cinayət işi materiallarının və aparılmış psixatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1 -ci sual: Cinayət işi üzrə Təqsirləndirilən şəxs hadisədən əvvəl və hazırda ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuşdur mu, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyi) taktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməklə onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşürmü? Cavab:Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstələyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazır ki, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1 iş vərəqi 171-173) İş üzrə Təqsirləndirilən şəxs avtomobilinə, üzərinə və mənzilinə xx.xx.2024-cü il tarixli axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 03 ədəd DVD-R formatındakı disklər maddi sübut kimi tanınaraq və cinayət işinin materiallarında saxlanılmışdır. (cild 1, iş vərəqi 207-223) İstintaq dövründə Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı mənzildən götürümüş ümümi təmiz çəkisi 24,626 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 59,009 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1335 qram narkotik vasitə qurudulmuş marixuana və “ Methadone 40” əmtəə göstəricisi olan 98 ( doxsan səkkiz) ədəd konvalyutda hər birində 10(on) ədəd həb olmaqla və 01 (bir) ədəd konvalyut kəsiyində 02 (iki) ədəd həb olmaqla ümumilikdə 982 (doqquz yüz səksən iki) ədəd “F/M40” yazısı həkk olunmuş dərman həblərinin əsas təsiredici maddəsi metadon həbləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq qalmış 24,536 psixotrop maddə metamfetamin, 58,889 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1334,90 qram narkotik vasitə qurudulmuş marixuana, 971 ədəd üzərlərindəki “F/M40” yazısı həkk olunmuş metadon həbləri məhkəmə baxışınadək saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqi 107-109) İş üzrə "xxxx" MMC-dən AZF/LGL/-32/35 saylı, xx.xx.2025-ci il tarixli məktubla 01 ədəd diskdə sübut əhəmiyyətli olmadığından maddi sübut kimi tanınmayaraq, cinayət işinin materiallarında saxlanılmışdır. (cild 1, iş vərəqi 207-223) İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Hacıyev X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1 maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.1999-cu il tarixli “Amnis” qərarının 3.3 maddəsinə əsasən azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2003 tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.2003-cü il tarixli “Amnistiya” qərarının 2.1 və 2.3-cü maddələrinə əsasən azad olunub. Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizamı rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 il 19 gün vaxtından əvvəl şərti olaraq azad olunub. Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2012-ci ildə Yasamal Rayon Polis İdarəsinin ********* nömrəli materialına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 93.1.4-cü maddələrinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 05 ay 20 gün vaxtından əvvəl şərti azad edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. (cild 1, iş vərəqi 147-150) Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 18.1., 83.3.3. və 83.6. maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə ilk növbədə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iş materiallarında Təqsirləndirilən şəxs “Mehdi” adlı İran İslam Respublikası vətəndaşı və ya hər hansı başqa şəxslə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə əlaqədar qabaqcadan razılığının olmasına və ya əlbirliyin olmasına dəlalət edən heç bir sübut olmamaqla yanaşı məhkəmə istintaqı zamanı da bu halı təsdiq edə biləcək hər hansı sübut müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdır. Narktoik vasitənin təqsirləndirilən şəxsə məxsus avtomobildən və onun yaşadığı evdən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 26-cı bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 34-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən üzərindən, ona məxsus avtomobildən və onun yaşadığı evdən ittihamda göstərilən miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixoloji təsir göstərildiyini, ailə üzvləri ilə ona psixiloji təsir göstərildiyini, ailə üzvlərini qoruması üçün polis əməkdaşları tərəfindən nə desələr razılaşdığını, yəni tutulma şəraitinin sənədləşmələrə uyğun olmadığını bildirərək özünü təqsirli bilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, narkotik vasitələrin və psixotrop maddələrin bir neçə növdə olunmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi). Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin onun əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 24-cü bəndi). Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (qərarın 22-ci bəndi). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 17 noyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 32, 94-98). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 16 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatlardan sonra qalıq qalmış 24,536 psixotrop maddə metamfetamin, 58,889 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1334,90 qram narkotik vasitə qurudulmuş marixuana, 971 ədəd üzərlərindəki “F/M40” yazısı həkk olunmuş metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (qərarın 31-ci bəndi). Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi). Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 55 (əlli beş) manat, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 110 (yüz on) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələriində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatlardan sonra qalıq qalmış 24,536 psixotrop maddə metamfetamin, 58,889 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1334,90 qram narkotik vasitə qurudulmuş marixuana, 971 ədəd üzərlərindəki “F/M40” yazısı həkk olunmuş metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 55 (əlli beş) manat, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 110 (yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Seyidov Hakimlər Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1159/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1159/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver