Məhkəmə qərarları › İş №1(101)-116/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-116/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-116/2020 09.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X8 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru X4, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 11 saylı vəkil Bürosunun vəkili Müdafiəçi3, zərər çəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 53, mənzil 54-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, xx xxxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Camaldin kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 1 nömrəli ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs2 yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, sonra isə silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs boyunun səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən bir ədəd, eləcə də sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında silah qismində əşyadan istifadə edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun ad gününü qeyd etmək üçün ünvan 1 nömrəli ünvanda yerləşən “Kabinet” kafesində spirtli içi qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində həmin gün saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib ona sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə baş verən gün ad günü olduğundan dostu Sənan ona Ramin adlı bir şəxsin kafesi olduğunu və oraya gedib ad gününü qeyd etməyi təklif etmişdir. Sənanla uşaqlıqdan bir yerdə böyümüş və bir-birlərini yaxşı tanımışlar. Onlar kafeyə daxil olanda orada kafeni işlədən Ramil, mərhum Sahil və məhkəmədə şahidlik edən şəxslər hamısı bir masanın arxasında əyləşmişlər. O, Sənanla həmin şəxslərlə üzbəüz masada oturmuşlar. Sənan onlara onun ad günü olduğunu demiş, sifarişlərini etmiş və özləri ilə gətirdikləri balığı bişirmək üçün onlara vermişlər. Sonra Sahil onların masasına yaxınlaşaraq özünə içki süzüb içmiş, daha sonra o biri masaya yaxınlaşmış və əlində rümka ilə ortada fırlanmışdır. Sahillə onun arasında olan ünsiyyət yalnız Sahilin onu təbrik etməsindən ibarət olmuşdur. Bir qədər sonra Sənanın Xatirə adlı tanışı da kafeyə onların yanına gəlmişdir. Təxminən bir saat orada oturmuşlar və hətta ayağa belə qalxmamışlar, yalnız Sahil onların yanına gəlib-getmişdir. Sonra ona dostu zəng edərək, ad gününü qeyd etmək üçün onları başqa bir yerə dəvət etmişdir. O da hesabı ödəmiş, hətta qalıq pulu qaytaran zaman ehtiyac olmadığını, onların özlərinə götürmələrini demişdir. Ayağa qalxıb üst geyimini geyinmiş, bu zaman o, Sahilin Sənanı mətbəxə tərəf apardığını görmüşdür. Orada oturan zaman heç bir problemin olmadığından, Sahilin Sənanı ora aparmağı ilə maraqlanmamışdır. O, içəridə səs-küy olduğundan Sənanın onlarla görüşüb sağollaşmağa getdiyini düşünmüş, əvvəlcə çölə çıxmış və Sənanı gözləməyə başlamışdır. Sonra mətbəxə daxil olaraq Sənana onu gözlədiklərini xatırlatmaq istəmiş, mətbəxə daxil olan anda Sahil Sənanı başından vurmuşdur. Bu zaman Sənan onun solunda, Sahil isə sağında dayanmış, Sahilin Sənanı hansı əşya ilə vurduğunu bilməmiş, lakin möhkəm bir səs eşitmişdir. Sənan özündən getmiş və o, Sənanın başının qanadığını görüb aşağı əyilib Sənana baxanda, kafeni işlədən Ramil gəlib Sahili qırağa çəkib divara sıxmış, ona isə “dostunu da götür çıx get” demişdir. Sonra onlarla bir masa arxasında əyləşən şəxslər də gəlmiş və onun qolundan tutaraq çölə çıxartmışlar. O, həmin şəxslərə Sənanın yaralı olduğunu və ölə biləcəyini, onu və Xatirəni Sənanın yanına buraxmalarını demişdir. Lakin həmin şəxslər ona içəri daxil olmağa imkan verməmişlər. Bu vaxt Sahil onun üstünə gəlmək istəmiş, içəridə iki nəfər onu saxlamağa çalışmış, lakin Sahil onların əlindən sıyrılıb onun üstünə gəlmişdir. O, sonra başa düşmüşdür ki, Sahilin əlində bıçaq olmuş deyə yanındakılar qorxularından onu saxlaya bilməmişlər. Lakin çöldən içəri baxanda Sahilin əlində bıçaq görməmişdir. Sahil pilləkənlə düşüb onun üstünə gələrkən, onun yanında dayanmış şəxslər özlərini Sahilə göstərmək məqsədi ilə onu vuraraq yerə yıxmışlar. O, Sahildən qorxub ayağa qalxarkən, Sahil ona çataraq üstünə nə isə atmışdır. Sahilin əlində bıçaq olduğunu anlamamış, amma qoluna nəyinsə dəydiyini hiss edərək dönəndə Sahilin əlində bıçaq görmüşdür. Orada olan şəxslər onun qolundan dartmış, o isə özünü müdafiə etmək məqsədi ilə Sahilin əlindən tutmuşdur ki, Sahil ona xəsarət yetirə bilməsin. Həmin vaxt Sahilin əlində yalnız bıçaq olmuş, pol silən taxta isə başqa şəxslərin əlində olmuşdur. Sonra həmin şəxslər onu çəkib qırağa atmışlar, Sahili isə sakitləşdirə bilməmişlər. Daha sonra iki nəfər dostu Sahili maşına otuzdurmuş və sürüb getmişlər. Hətta gedərkən maşını onun üzərinə də sürmüşlər. Sahilə kiminsə xəsarət yetirdiyini görməmiş, ola bilsin ki, Sahil onu vurmaq istəyəndə bıçaq onun özünə dəymişdir. Sonra polislər gəlmiş, Sənandan şikayətinin olub-olmadığını soruşmuş, Sənan isə qarışıqlıq olduğundan onu vuran adamı tanımadığını demişdir. Daha sonra taksi saxlatdıraraq Xatirə adlı xanımı iş yerinə düşürdüb evlərinə getmiş, səhər oyanaraq Sənanla əlaqə saxlamış, Sənana onu vuran adamın məhz onun tanışı olduğunu, axşam onu da bıçaqla qolundan vurduğunu bildirmiş və Sənana həmin adamı tapmasını xahiş etmişdir. Sənan da öyrənmişdir ki, həmin günün axşamı Sahil bıçaqlanmış və təxminən səhər saat 06:00 radələrində xəstəxanada rəhmətə getmişdir. O, Sahilin öldüyünü eşidəndən sonra, axşam aralarında dava-dalaş olması səbəbindən hamının günahı onda görəcəyini düşünmüş və atasına zəng edərək, ona belə bir problemin olduğunu demişdir. Atasına zəng etməkdə məqsədi ona ad günü zamanı dava-dalaş olmasını deyib, onunla məsləhətləşib sonra addım atmaq olmuş, heş kimdən qaçmaq və ya gizlənmək fikri olmamışdır. O, atasına Rusiya Federasiyasına qaçmaq istədiyi haqda heç nə deməmiş, elə bir fikri olmamış, sadəcə atasına “kaş Azərbaycana gəlməzdim, çıxıb Rusiyaya gedərdim” demişdir. Atasının səsindən onun yanında polislərin olmasını hiss etmiş, onunla görüş təyin etmiş və elə həmin yerdən də polis əməkdaşları onu götürüb aparmışlar. Prokurorluqda müstəntiqə hər şeyi olduğu kimi danışmış, müstəntiq ona bir neçə dəfə qol çəkməyə sənədlər vermiş, onları oxuyanda yazılan sözlərin onun tərəfindən deyilən sözlər olmamasını anlamış, ona görə də sənədlərə qol çəkməkdən imtina etmişdir. Onun həmin kafedə Sahilin dostlarının yanında Sahilə bıçaq çəkməyi mümkün deyil, çünki onlar Sənanla ikisi olmuş, Sahil və dostlarının sayı isə onlardan çox olmuşdur. Hadisə vaxtı Sənan söyüş söyməmişdir. Sahilin onun üzərinə bıçaq çəkməsi bir dəqiqəlik bir hadisə olmuş, onları tutub ayırmışlar və o, bir daha Sahillə üzbəüz gəlməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs yalnız hadisə baş verən gün görmüş, onunla heç bir tanışlığı, ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs dostu Sənana görə tanımışdır. Hadisə baş verən günü ilk dəfə Sənanla “Kabinet” çay evinə getmişdir. xx.xx.2019-cu il tarixdə ad günü olduğundan Sənanla birlikdə ad gününü qeyd etmək üçün “sazan” balığı alaraq Sənanın tanışı olan Ramilin Qaraçuxur qəsəbəsində yerləşən adını bilmədiyi kafesinə getmişlər. Ramilin “Kabinet” çay evində olduğunu bildikdən sonra saat 17 radələrində həmin çay evinə gəlmişlər. Çay evinə daxil olduqda Sahil ilə Ramilin birlikdə çay evində oturub yeyibiçdiklərini görmüşdür. Sahilgil onları qarşılamış, kafedə əyləşdikdən sonra Sənan Ramilə balıq aldığını və onu qızartması üçün mətbəxə aparmasını xahiş etmişdir. Ofisiant qadın Sənanın əlində olan balığı götürüb mətbəxə aparmışdır. O, Sənanla birlikdə kafedə oturub soyuq qəlyanaltı, 700 qramlıq araq sifariş vermiş və birlikdə 700 qram içkini içdikdən sonra əlavə 700 qram içki sifariş etmişlər. Sahil də onlarla birlikdə arabir içki içmiş, hətta sonuncu ad günü münasibətilə onun şərəfinə sağlıq demişdir. Sahil ilə Ramil obyektdə onların sağ tərəfində yan stolda oturub yemək yemişlər. Bundan sonra Sənanın birlikdə yaşadığı Xatirə adlı qadın da onun yanına gəlmişdir. Sənanla Xatirənin arasında hər hansı bir problemin olmasının şahidi olmamışdır. Sahil hər dəfə Sənanın yanına gəlib “baş getdi, bədən qaldı yiyəsiz” demiş və hər ikisi zarafatlaşıb gülmüşlər. O, ofisiantdan hesabı istəyib 27 manat hesabı ödədikdən sonra stoldan durub əynini geyinən zaman Sahilin Sənanı obyektin mətbəxinə doğru çəkərək apardığını görmüşdür. Əvvəlcə onlar arasında münasibət yaxşı olsa da, mətbəxin içərisinə keçdikdə hər ikisi arasında mübahisə yaranmış, Sənanın Sahilə “nə olub sənə?“ dediyini eşitmiş, bundan sonra Sahil əlində olan bilmədiyi əşya ilə Sənanın sol qaş nahiyəsindən vurmuş, Sənanın üz nahiyəsinin qana bulaşdığını gördükdə ona “Sənan gəl çıxaq çölə, gəl gedək” demişdir. Həmin vaxt Sahil onların ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra tanımadığı şəxslər onun qolundan tutaraq çölə çıxarmış, Sahilin obyektin içərisindən çölə çıxmaq üçün çabaladığını görmüş, lakin onun yanında olan bir neçə nəfər şəxs onun çölə çıxmasına imkan verməmişlər. Sonra Sahil obyektdən çıxıb ona doğru gəlməyə başlamış, onu kimsə qırağa çəkəndə yerə yıxılmış və əynində olan gödəkçə əynindən çıxmışdır. Həmin vaxtı çox içkili olmuş, yerdən qalxan zaman Sahilin əlində olan bıçaqla ona doğru gəldiyini görmüş, sonuncu əlində olan bıçağı onun sinəsinə vurmaq istəyəndə o, çiynini döndüyü üçün həmin bıçaq onun sağ qol nahiyəsinə batmışdır. Həmin bıçağın dəstəyinin nə rəng olduğunu görməmiş, Sahilin bıçaq olan sol qolundan tutub onun özünə doğru qaytarıb batırmışdır. Sahili ətrafda olan bir neçə nəfər tanımadığı şəxs avtomobilə otuzdurub özləri ilə birlikdə naməlum istiqamətə aparmışlar. Sənan və Xatirə ilə birlikdə həmin yerdə təxminən 5-10 dəqiqə gözləmiş, sonra Sənanla yoldan keçən ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə oturub ilk əvvəl Yeni Ramana qəsəbəsində yerləşən “Turş su” restoranında Xatirəni düşürmüş, sonra Sənanla “Razin” qəsəbəsinə getmişlər. Sənan həmin yerdə düşdükdən sonra həmin taksi ilə yaşadığı evə gəlmiş, evdə olan anası və atası yatdığından onu görməmişlər. Səhəri gün Sənanla zəngləşib saat 13 radələrində görüşərək “Vasmoy” bazarı adlanan yerdə kafelərin birində oturub çay içmiş, həmin gün saat 15 radələrində Sənanla birlikdə Nizami rayonu, Q.Qarayev prospektində olan zaman atası ilə telefonla danışdıqda ona problem olduğunu, dava etdiyini demiş, ancaq kiməsə bıçaqla xəsarət yetirdiyini bildirməmişdir. O, telefonla danışdıqdan təxminən 20 dəqiqə sonra polis əməkdaşları həmin prospektdə onları saxlayıb bölməyə aparmışlar. Hadisə baş verən zaman həmin obyektdə ancaq Ramili tanımış, orada olan digər şəxsləri tanımamışdır. Sahili təhqir etməmiş, Sahil Sənanın sol qaş nahiyəsinə əlində olan bilmədiyi əşya ilə vurduqdan sonra ola bilsin onun ünvanına söymüşdür. Sahil döşəməsilən ağac ilə onun başına vurmamış, Sahil bıçaqla onun qolundan vuraraq xəsarət yetirmişdir. Sahilin boyun nahiyəsində olan xəsarətin necə yaranması barədə məlumatı yoxdur, Sahilə başqa xəsarət yetirməmiş, hadisə baş verən zaman bıçaq Sahilin əlində olduğu üçün həmin bıçaq onun əlinə dəyməmiş və hadisədən sonra bıçağın harada olduğunu bilmir. Hadisə vaxtı əynində olan boz rəngli poliveri yaşadığı evin yaxınlığında olan dəqiq bilmədiyi zibil qutularından birinə atmış və əynində olan gödəkçəni geyinib evə getmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü uşaqlıq dostu Asimlə görüşüb Ramilin işlətdiyi təzə yerə çay içməyə getmişlər. Ramil kafeni işlədən şəxs olmuş, Sahili isə Ramil ora nəzarətçi vəzifəsinə qoymuşdur. Sahili hadisədən iki ay öncə Elşadın vasitəsi ilə tanımış, Qaraçuxura köçdüyündən, hər gün gedib onların obyektlərində oturmuş, hər ikisi ilə normal münasibəti olmuşdur. Onlar tanış olanda Ramil hələ «Kabinet» çay evini işlətməmişdir. Asimlə çay içdikdən sonra, 8-ci kilometr qəsəbəsindəki bazara gedib balıq almış və elə orada yerləşən kafelərin birində əyləşmək istəmişlər, amma pulları az olduğundan, o, Asimə Ramilin obyektinə gedib oturmağı təklif etmişdir. «Kabinet» adlanan obyektə gəldikdə birinci masada Ramil, Sahil və bir-iki nəfər tanımadıqları şəxsin yeyibiçdiklərini görmüş, onlarla mehribancasına görüşmüş, Asimi onlarla tanış edib və ad günü olduğunu, aldıqları balığı bişirtdirib, qeyd etmək istədiklərini bildirmişdir. Onlar balığı mətbəxə vermiş və axırıncı masada əyləşmişlər. Yemək bişənə kimi Sahil tez-tez onların masasına tərəf gəlmiş və Asimi ad günü münasibəti ilə təbrik etmişdir. Orada 50 qram araq içmişlər və süfrə qurulandan sonra Asimlə hərəsi bir tikə balıq götürüb, qalan balığı isə aparıb onların əyləşdiyi masanın üzərinə qoymuşlar. Bu vaxt ona Xatirə adlı tanışı zəng etmiş, o, Xatirəyə Asimin ad günü olduğunu və Qaraçuxurda oturub qeyd etdiklərini demişdir. Xatirə müğənni kimi işlədiyindən və kafedə canlı musiqi olduğundan ona gəlib onlarla birgə oturmasını təklif etmiş, Xatirə işə gecikdiyini dedikdə o, zəng edərək Xatirənin müdirindən icazə almış və Xatirə onların olduqları yerə gəlmişdir. Təxminən 10- 15 dəqiqəlik Elşad, Sahil və Ramil onların masasına gəlmiş və birlikdə içki qəbul etmişlər. Sonra onlar dostları gəldikləri üçün qonaqları yerləşdirməyə getmişlər. Sonra Asim digər bir dostunun onları qonaq çağırdığını demiş, həmçinin Xatirə işə gecikdiyindən durub getməyə hazırlaşmışlar. Asim hesabı ödəmiş, musiqiçilərin pulunu vermiş və qapıya tərəf getmişdir. O, çıxmaq istədikdə Sahil çox içkili vəziyyətdə onu çağırmış, Sahilin onu sağollaşmaq üçün çağırdığını düşünüb yanına gedəndə, Sahil ona “niyə mənim qonaqlarımın yanında söyüş söyürsən” demiş və nalayiq ifadələr işlətmişdir. O, Sahilə təəcüblə baxan zaman, Ramil gəlib onu qucaqlayıb aparmış, Sahil onu mətbəxin yanına çağırmış, o, isə Sahilə içkili olduğunu demiş və onun belə hərəkət etməsinin ayıb olduğunu bildirmişdir. Bu vaxt Sahil onun üstünə gəlmək istəmiş, Ramil Sahili qucaqlamış, Elşad və Ceyhun isə qapının yanında dayanmışlar. Sonra Asim mətbəxə yaxınlaşaraq getməli olduqlarını və bu məsələni sabah həll etməyi demişdir. Bu zaman Sahil onu başından vurmuş və o, yerə yıxılmış, gözü heç nə görməmiş, lakin qulağına Xatirənin səsi gəlmişdir. O, Sahilin yanında olan şəxslərin Xatirə və Asimə hücum edəcəklərindən qorxmuş, belə ki, həmin şəxsləri yaxından tanımamışdır. Bu vaxt Elşad ona “qurban olum, Sahil içkilidi, gəl çıxaq” demiş, orada olan digər şəxslər salfetka gətirmiş və yarasına salfetka basmışlar. O, Xatirədən nigaran qaldığı üçün onu soruşmuş, daha sonra isə Asimin harada olduğunu öyrənmək istəmiş, iki-üç nəfər qoluna girərək onu çölə çıxartmış və o, orada beş-altı nəfərin Asimi qırağa çəkdiklərini, təxminən 5-6 metrlik məsafədə isə Sahili maşına mindirmək istədiklərini görmüşdür. Sahil bu zaman söyüş söymüş, onu maşına otuzdurub aparandan sonra o, Asimin yanına gəlmiş, Asim yerdən kurtkasını götürüb geyinmiş və dizini təmizləmişdir. Ondan Xatirənin harada olduğunu soruşanda, Asim xəbəri olmadığını demişdir. Sonra orada olan şəxslər Xatirənin polis çağırmağa getdiyini demiş, obyektin qabağında təxminən 10-15 nəfər adam olmuş, üzünü silmək üçün su gətirəndə iki polis maşınının gəldiyini görmüş, maşından polislərlə birlikdə Xatirə də düşmüşdür. Polis əməkdaşı ona yaxınlaşaraq qoluna girib, onu kimin vurduğunu soruşmuş, Sahil dostu olduğundan və onun öləcəyi ağlından belə keçmədiyindən, polislərə yıxılıb başını betona vurduğunu demişdir. O, daha sonra göstərmişdir ki, istintaq vaxtı verdiyi ifadəni müstəntiq düzgün yazmamış, o, ifadəni oxuyan zaman bunları görmüş və imza etməkdən imtina etmişdir. Sonra müstəntiq ona “xoşuna gəlməyən yeri düzəldərik” demiş, o, isə nəyə görə belə bir şeyin onun üstündə qalmasını deyib düzgün yazmaqlarını tələb etmiş və üç-dörd dəfə sənədə “etiraz edirəm” yazmışdır. O, kafedə olan zaman söyüş söyməmiş və Sahilə kimin söydüyünü bilmir. O, Sahilə sadəcə “qurban olum, sən içkilisən, sabah danışarıq” demiş, Sahil isə Ramilin arxasından onu hansısa bir əşya ilə vurmuşdur. O, Sahili vurmamış, Asimi kimin çölə çıxardığını görməmiş, hüşunu itirdiyindən yalnız qışqırıq səsləri eşitmişdir. Asimin və Sahilin əlində bıçaq görməmiş, hadisə yerindən gedərkən maşında Asimin qolunun yaralandığını görmüş, ondan bunu kimin etdiyini soruşduqda, Asim Sahilin onu bıçaqla vurduğunu demiş və yolda aptekə girib yod və bint almışlar. Sahili Asimin üzərinə hücum çəkən zaman görməmiş, çünki o, həmin vaxt içəridə olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bir aydır Ramil ilə birlikdə Qaraçuxur qəsəbəsində yerləşən “Kabinet” çay evini işlədən şəxs kimi tanımış, onunla yaxşı münasibətləri olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Sahil “Kabinet” kafesinə nəzarət etmiş, Ramil isə həmin ərazidə yerləşən “Uluxanlı” kafesini işlətmişdir. xx.xx.2019-cu il tarixdə dostu Asimin ad günü olduğundan birlikdə ad gününü qeyd etmək üçün həmin gün saat 13 radələrində Asimlə görüşüb Qaraçuxur qəsəbəsində yerləşən Ramilin işlətdiyi “Uluxanlı” çay evində oturub çay içdikdən sonra “Vasmoy” bazarı adlanan yerdən sazan balığı almış, Asimin ad gününü qeyd etmək üçün yenidən “Uluxanlı” kafesinə getsələr də, Ramilin “Kabinet” çay evində olduğunu öyrəndikləri üçün Asim ilə birlikdə saat 17 radələrində həmin çay evinə getmişlər. Onlar içəri daxil olduqda Sahillə Ramil onları qarşılamış və obyektdə oturtmuşlar. O, əlində olan balığı Ramilə uzadıb qızartmasını xahiş etmiş, sonuncu da öz növbəsində balığı qızartması üçün ofisiant qadına vermişdir. Asimlə birlikdə kafedə oturub 700 qramlıq araq sifariş vermiş, onlar arağı içdikdə Sahil ilə Ramil Asimin ad günü münasibəti ilə onlarla sağlıq deyib araq içmişlər. Sahil ilə Ramil də həmin obyektdə yan stolda oturub yemək yemişlər. Təxminən bir saat sonra onunla qeyri-rəsmi yaşayan Xatirə çay evinə gəlib onlarla oturmuşdur. Xatirə ona həmin obyektdə işləyən ofisianta baxdığını bildirdiyi üçün aralarında qısqanclıq zəminində sözlü mübahisə yaranmış, buna görə də Asim ofisiantdan hesabı alıb ödədikdən sonra oturduqları yerdən qalxan zaman Sahil ona yaxınlaşıb “ölürəm e yetim, başım gedib təmiz” demişdir. O, da cavabında “yenə Şükür Allaha başın getsə də, bədənin yerindədi” demiş, bu söz Sahilin xoşuna gəlmədiyi üçün qışqırıb ona “başın getməsin ha” demişdir. Bu vaxt Ramil gəlib sakitləşməsi üçün Sahili obyektin mətbəxinə aparmışdır. O, da onların arxasınca mətbəxə gedib Sahilə bunun nə söhbət olduğunu soruşmuş, sonuncu onun üstünə gəlmək istəsə də Ramil onu tutub saxlamışdır. Həmin vaxt Sahil əlində olan dəmir parçası ilə onun sol qaşının üstündən vurmuş, tanımadığı şəxslər onları ayırmışlar. Asim onun üzünün qan olduğunu görüb nə baş verdiyini soruşduqda, ona Sahilin sol qaşının üzərindən nə iləsə vurduğunu deyib obyektin qarşısına çıxmışdır. Bu zaman Sahil mətbəxdən qaçaraq obyektin qarşısında olan Asimin üzərinə gəlib onunla əlbəyaxa olub dava eləməyə başlamışdır. Həmin vaxt o, obyektin içərisində içkili vəziyyətdə olduğundan və aldığı xəsarətdən həmin davanın dəqiqliklə şahidi ola bilməmişdir. Daha sonra Asimin yanına gəldikdə sonuncu ona sağ qolunun qanadığını göstərib demişdir ki, “Sahilin əlində bıçaq var idi, ona görə də onu bıçaqla vurdum”. Sahil ağ rəngli dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobilinə minərək bir-iki nəfər şəxslə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra Asim və Xatirə ilə birlikdə hadisə yerindən uzaqlaşıb dövlət qeydiyyat nişanını tanımadığı ağ rəngli taksini saxlatdırıb Yeni Ramana qəsəbəsinə getmiş, Xatirə orada olan “Turş su” restoranına getmiş, özü isə Razin qəsəbəsində maşından düşmüş, Asim isə evlərinə getmişdir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qohumları Turanə və Mirzəgilə gedərək qaşının üzərində olan qan izlərini onlardan təmizləməsini xahiş edərək, qaşında olan yaranın dava zamanı olduğunu demişdir. Gecəni onlarda qalmış, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində yuxudan oyandıqdan sonra Asimə zəng vurub onunla həmin gün saat 13 radələrində “Xalqlar dostluğu” adlanan ərazidə görüşmüş, oradan Asimlə birlikdə “Vasmoy” bazarı adlanan yerdə gəlib kafelərin birində oturub çay içmişlər. Həmin gün saat 14 radələrində Asimlə birlikdə Nizami rayonu, Q.Qarayev prospektində olan zaman Asim telefonla atası Şücaətlə danışıb görüşəcəklərini bildirmiş, lakin hadisə barədə atasına heç bir məlumat verməmişdir. Asim atası ilə telefonla danışıqdan təxminən 20 dəqiqə sonra, polis əməkdaşları həmin prospektdə onları tutub bölməyə aparmışlar. xx.xx.2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs bıçaq xəsarəti almışdır. Hadisə vaxtı obyektin içərisində üzü qanlı vəziyyətdə olduğundan baş vermiş hadisənin şahidi ola bilməmiş, Sahilin bədən sərhində aşkar edilmiş xəsarətlər barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 tərəfindən bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirilməsinin şahidi olmamış, hadisə baş verən zaman Sahilin əlində bıçaq görməmiş, Asimin də bıçağı haradan əldə etməsi barədə məlumatı yoxdur. Hadisə yerindən uzaqlaşan zaman Asim qolundakı xəsarətin Sahil tərfindən yetirildiyini ona bildirmişdir. Sahil onun sol qaş nahiyəsindən dəmir parçası ilə vursa da həmin alətin “beşbarmaq” olduğunu görməmişdir. Sahil də onun ünvanına söyüş söymüş, lakin içkili olduğu üçün onun nə söyüş söydüyünü xatırlamır.Ola bilsin Sahil onu vurduqdan sonra o da Sahilin ünvanına söyüş söymüşdür. Sahillə əlbəyaxa olub dava etməmiş, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğlu olmuş və 2014-cü ildə Bakı şəhərinə gələrək bir çox şadlıq saraylarında ofisiant kimi işləmişdir. Sonuncu dəfə Suraxanı rayonunda yerləşən “Qızlar” restoranında administrator işləmiş, hadisə baş verməmişdən təxminən bir ay əvvəl həmin restorandan çıxmış və Ramil adlı tanışının təklifi ilə Qaraçuxur qəsəbəsində yerləşən “Kabinet” çay evini şərikli işlətmişlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində bir polis əməkdaşı ona zəng edərək Sahilin həmin “Kabinet” çay evində adını bilmədiyi şəxs tərəfindən bıçaqlandığını demişdir. Sonradan ona məlum olmuşdur ki, Sahil taksi sürücüsü Ramil adlı şəxs tərəfindən Ceyhun və Elşad adlı şəxslərlə birlikdə «Bakıxanov» qəsəbəsində yerləşən nömrəsini bilmədiyi təcili yardım tibbi stansiyasına aparılmış, həmin stansiya Sahilin vəziyyətinin ağır olduğunu nəzərə alaraq sonuncunu qəbul etməmiş və daha sonra onlar Sahili 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. xx xxxxxx 2019-cu il tarixdə, saat 09:00 radələrində ona zəng edərək bildirmişlər ki, oğlu Sahil xəstəxanada ölmüşdür. Sonradan oğlu Sahilin Asim adlı şəxs tərəfindən bıçaqlandığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs hadisədən təxminən bir il əvvəl dostu Elşadın vasitəsi ilə tanımışdır. Sahil ilə birlikdə Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 22 ünvanında yerləşən “Kabinet” çay evini icarəyə götürüb işlətmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 17:00 radələrində Sahil ilə birlikdə kafedə yemək yeyən vaxt Təqsirləndirilən şəxs2 və Sənanın Asim adlı dostu “Kabinet” kafesinə gəlib əlində olan “sazan” balığını qızartmasını xahiş etmiş, Sahil də hər ikisini kafedə əyləşdirib Sənanın əlində olan balığı mətbəxə qızartmaq üçün vermişdir. Təxminən 20 dəqiqə sonra Sənanın yanına tanışı olan Xatirə adlı qadın gəlmiş, Sənangilin əyləşdiyi stola qızardılmış balıq gəldikdən sonra Sənan həmin balıqdan iki dilim onların əyləşdikləri masaya göndərmiş, Sahil də bunun şərəfinə badə qaldırmışdır. Həmin vaxt Sənan da dostu Asim ilə içki içmişlər, sonra isə hətta Sahil ilə Sənan biribirlərinə sağlıq deyib içki içmişlər. Təxminən saat 19:00 radələrində o, göy-göyərti almaq üçün yaxınlıqda olan meyvə-tərəvəz dükanına getmiş, 15 dəqiqədən sonra kafeyə qayıtdıqda Sənanın qışqıra-qışqıra danışdığını eşitmiş, Sahildən nə baş verdiyini soruşduqda, X12 ilə aralarında olan dəqiq bilmədiyi məsələyə görə qışqıra-qışqıra danışdığını demişdir. Daha sonra Ceyhun adlı tanışı kafeyə daxil olmuş, Sahil və onunla görüşüb qəlyan sifariş verib pərdəli yerə keçmişdir. Bir qədər sonra Sahil də Ceyhunun əyləşdiyi stolda oturub nar yeyib içki içmiş, o, isə həmin vaxt ümumi kafenin işləri ilə məşğul olmuşdur. Sahil tez-tez Sənangilin stoluna yaxınlaşmış və Sənanla zarafatlaşıb gülmüşlər. Təxminən 20 dəqiqə sonra Sənan, Asim və Xatirənin getməyə hazırlaşdıqlarını görmüş, həmin vaxt Sənan söyüşlə nəsə demiş və Sahil onların stoluna tərəf yaxınlaşmış, lakin kafedə yüksək səsli musiqi olduğu üçün Sənanla Sahilin nə danışdığını bilməmişdir. Sonra Ceyhun onların masasına yaxınlaşıb Sənanı sakitləşdirməyə çalışmış, Sənanla Sahil mübahisə edərək mətbəxə tərəfə keçib qapını bağlamış və ikisi təkbətək söhbət etməyə başlamışlar. Həmin vaxt o, onlara yaxınlaşmış, lakin onlar ona məsələyə qarışmamağı demişlər. Təxminən 2-3 dəqiqə sonra mətbəxdə səs-küy gəldiyi üçün o, mətbəxin qapısını açmış və həmin vaxt Sahil ilə Sənanın bir-birinə yumruq zərbələri vurduğunu, yəni əlbəyaxa olduqlarını görmüşdür. Sənan yumruqla Sahili vurmuş, sonra Sahil əlində olan dəmir parçası ilə Sənanın başından vurmuş, o, dərhal Sahilin önünə keçib onları aralaşdırmağa çalışmışdır. Ceyhun Sənanı kənara çəkərək onu mətbəxdən çıxarmış, bu vaxt Sənanın üz nahiyyəsindən qan axmışdır. Sənanın dostu Asim də onun qolundan tutub özünə tərəf dartaraq kafedən çıxarmağa çalışmışdır. Asim söyüşlə “gedək, sabah gəlib bunun var yoxunu...” demişdir. O, mübahisə böyüməsin deyə Sahili tutub saxlamış və onu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Asim əlində olan bıçağı Sahilə tərəf yelləyərək “çölə çıxmayan qeyrətsizdi, qeyrətin varsa, çölə çıx” deyərək nalayiq ifadələr işlətmişdir. Bu vaxt Elşad kafeyə daxil olub kafenin qapısından Sənanla Asimi sakitləşdirmək məqsədilə onları çölə çıxartmış, Ceyhun isə onun yanına gəlib Sahilin çölə çıxmaması üçün onun qarşısını kəsmişdir. O, Sənanın yüksəkdən Sahilə “məni niyə qaşımdan vurdun Sahil?” dediyini eşitmiş, həmin vaxt Sahil “sən mənim qardaşımsan, mən səni niyə vurum ki?” deyərək kafedən çölə çıxmış və söhbətlərini artıq kafenin qarşısında davam etdirmişlər. Kafenin qarşısında Sənanla Sahil arasında münaqişə baş verməmiş, Asim əlindəki bıçağı Sahilə tərəf yellədərək söyüşlə «səni cırıq-cırıq edəcəm» və s. ifadələr işlətmişdir. Sahilin həmin söyüşlərə görə əsəbiləşib kafenin mətbəxinə tərəf qaçdığını görüb onun arxasınca qaçmış, lakin Asim kafenin qarşısında hələ də söyüşlərini davam etdirdiyi üçün, Sahil əsəbiləşərək kafedə olan pol silən taxtanı götürüb çölə qaçmış, o, onun arxasınca qaçmaq istəyən zaman ayağı sürüşdüyü üçün yerə yıxılmışdır. Sahil pol silən taxtanı götürüb kafenin qarşısında dayanan Asimin üzərinə tərəf getmiş və onlar tutaşmışlar. O, yerdən qalxıb onlara tərəf gedəndə Sahilin qarın nahiyyəsini tutaraq ona tərəf gəldiyini görmüş, köynəyinin qanlı olduğunu görüb artıq onun bıçaqlandığını başa düşmüşdür. Onun qan itirib ölə biləcəyindən ehtiyat edərək təcili olaraq həmin vaxt kafenin qarşısında gördüyü taksi işləyən Ramili çağırmış və Sahili Ceyhun və Elşadla həmin taksi ilə 3 saylı şəhər klinik xəstəxanasına yola salmışdır. Daha sonra özü də kafeni bağlayıb Suraxanı RPİ-nin 32-ci PB-yə, oradan isə 3 saylı şəhər klinik xəstəxanasına getmiş və xx xxxxxx 2019-cu il tarixdə, saat 06:00 radələrinədək həmin xəstəxanada olmuş, sonra yaşadığı evə gəlmiş, bir müddət sonra Sahilin öldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs bir-iki dəfə Elşad adlı şəxs ilə birlikdə əvvəllər işlətdiyi çayxanaya gəlib istirahət etdiyindən onu tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00 radələrində Elşad ona Ramilin yeni obyekt açdığını və oraya qonaq gəlməyi bildirmiş, o, həmin vaxt oraya getmiş və pərdəli otaqların birində tək əyləşmişdir. Ofisianta qəlyan sifariş verdikdən sonra Sahil onun əyləşdiyi yerə gəlmiş və onunla birlikdə oturmuşdur. Həmin vaxt obyektdə iki ayrı-ayrı masada müştərilər olmuşdur. Ondan sol tərəfdə masada bir qadınla iki nəfər şəxs, digər masada isə iki nəfər şəxs oturmuşlar. Həmin vaxt adını bilmədiyi qarayanız, hündürboy bir nəfər şəxsin söyüş söydüyünü eşitmiş, bu vaxt Sahil həmin şəxsə yaxınlaşmış, o, aranın qızışdığını gördükdə, həmin şəxslərə “nə qulluq edim sizə, savaşmayın, lazım deyil” demiş, lakin onlar ona fikir verməmiş və mübahisə etmişlər. Bu vaxt Sahil ilə sonradan adının Sənan olduğunu bildiyi qarayanız, hündürboy oğlan birlikdə obyektin mətbəxinə keçmiş və oranın qapısını örtmüşlər. Obyekti işlədən Ramil onların arxasınca mətbəxə daxil olmuş və bundan sonra adının sonradan Asim olduğunu bildiyi hündürboy, keçəl bir nəfər şəxs də mətbəxə girmişdir. Həmin vaxt dava-dalaş, səs-küy gəldiyindən o, mətbəxin qapısını aralamış və Sənanın sol qaşından qan gəldiyini görmüşdür. Sahil Sənanın başından çəngəllə vurmuş və başı qanamışdır. Bu vaxt Asimin Sənanın qoluna girərək ona “gəl gedək, sabah bunun var-yoxunu...” dediyini eşitmişdir. Asim Sənanın üzündə qanı gördükdən sonra mətbəxdən çıxaraq sol əlində qara rəngli bıçaqla geriyə dönmüş, həmin an Elşad gəlib həmin şəxslərin qolundan tutub hər ikisini obyektin qarşısına çıxartmışdır. O, da Sahilin qarşısını kəsərək onun çölə çıxmağına icazə verməmiş, bu an obyekti işlədən Ramil qışqıraraq polislərin gəldiyini bildirdikdə, o, Sahilin qarşısından çəkilmiş və Sahil çölə çıxmışdır. Sahil obyektin qarşısına şüşəni sındırıb çıxmış, bu zaman onun əlində pol taxtası olmuş, lakin Sahilin həmin pol taxtası ilə kimisə vurmasını görməmiş, onların bayırda mübahisə etdikləri yer qaranlıq olmuşdur. Orada Sahil ilə Asim tutaşaraq boğuşmağa başlamış, sonra Sahil yerə yıxılmış və ayağa durub obyektin pilləkənlərinin qarşısına gələrək, əynində olan koftanı qaldırıb onu bıçaqla vuran şəxsin ünvanına söyüş söymüşdür. Sahil koftasını qaldıran zaman onun qarın nahiyəsinin qan olduğunu və bıçaq xəsarəti aldığını görmüşdür. Sahili təcili olaraq taksi sürücüsü Ramilin avtomobili ilə Elşadla birlikdə Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Sürücü Ramil avtomobili hərəkət etdirəndə bir nəfər tanımadığı qadının qol nahiyəsindən vurmuş, bu zaman Elşad avtomobildən düşərək naməlum istiqamətə getmiş, Sahili 3 saylı xəstəxanaya aparıb reanimasiya şöbəsinə yerləşdirmişlər. xx xxxxxx 2019-cu il tarixdə Sahilin aldığı bıçaq yarasından öldüyünü eşitmişdir. O, daha sonra göstərmişdir ki, Sahilin Sənan və Asimdən başqa kiminləsə mübahisə etməsini görməmiş, Sahil bayırda Asim və Sənanla dava etmiş, onun yanına qayıdanda ona «mənə bıçaq dəyib» demişdir. O, Sənanın əlində silah və ya başqa nə isə görməmişdir. İlk əvvəl Sahillə Sənan mübahisə etmiş, Asim danışmamış, sonra Asim Sahili hədələmiş və söyərək “sabah görüşərik” demişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında təkrar dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, həmin gün saat 19:00 radələrində kafeyə Elşadın yanına gəlmiş, Elşad gələnə qədər özünə qəlyan sifariş vermişdir. Hadisənin dəqiq səbəbini bilmir, çünki musiqi səsindən çox sözü tam eşitməmişdir. O, Ramil, Sənan və Asimin nə isə danışdığını, bu vaxt Sahilin durub onların yanına getdiyini və sonradan Sahilin qışqıra-qışqıra danışdığını görmüşdür. O, onlara yaxınlaşmış və mübahisə edən Sənanla Sahili aralaşdırmışdır. Sonra onlar mətbəxə keçmiş və orada mübahisə etmişlər. O, da mətbəxə keçmiş və onları ayırmışdır. Həmin vaxt artıq Sahil Sənanı vurmuş və onun başı yarılmışdır. Mübahisə musiqi üstə olmamış, X9 nə isə yüngül mübahisələri olmuşdur. Mərhumun Sənanı vurmasını görmüş, amma Sənanın Sahili vurmasını görməmişdir. Sahil Sənanı çəngəllə vurmuş, həmin vaxt Ramil onların qabağında durmuş, Asim isə orada olmamışdır. Asim yaxınlaşıb Sənanın qolundan tutmuş və «gəl gedək, sabah bunun var yoxunu...» demişdir. Sonra Asim mərhuma «sən düz eləmədin, sabah bunun cavabını verəcəksən» demişdir. Asim Sahili söymüş, amma Sənan söyüş söyməmişdir. Elşad və Ramil onları aralaşdırıb bayıra çıxmış, o, isə Sahillə mətbəxdə qalıb ona bayıra çıxmağa imkan verməmişdir. O, «polislər gəldi» sözünü eşidəndə artıq dava olmayacağını zənn edib Sahili buraxmış və Sahil əlinə pol taxtası götürüb bayıra qaçmışdır. O, gödəkcəsini götürüb bayıra çıxanda Elşadın Sənanın qarşısında dayandığını, Sahilin isə yerə yıxıldığını və sonra ayağa qalxdığını görmüşdür. Həmin vaxt Asimin əlində qara bıçaq və ya telefon olmuş, kiçik olduğundan nə olmasını dəqiq görməmiş, lakin bıçağa daha çox oxşamışdır. O, onlara yaxınlaşanda, Sahil «məni vuranın bacısı...» demiş, Sahil onu kimin vurduğunu bilmədiyi üçün söyüş söymüş və o, Sahilin yaralı olmasını görüb onu taksiyə oturdub xəstəxanaya aparmış, yolda Sahil tam özündə olmamış, xırıldadığı üçün o, sürücüdən maşını sürətlə idarə etməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Adətən hadisə olan ərazidə yerləşən “Kabinet” çay evinin ətrafında dayanıb müştəri gözləmişdir. Sahil ilə Ramili hadisədən təxminən iki ay əvvəl tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00 radələrində “Kabinet” çay evinə getmiş və içəriyə girərək Ramildən ona bir stəkan su verməsini xahiş etmişdir. Həmin vaxt görmüşdür ki, Sahil ilə Sənan arasında mübahisə yaranmışdır. Orada Sənan, Ramil, Ceyhun və Sənanın dostu olan Asim olmuşdur. Sahil ilə Sənan bir-biri ilə söyüşlə danışmış, lakin onların biri-birinə nə dediklərini başa düşə bilməmişdir. Sonra obyektin içərisində olanlar çölə çıxıb mübahisələrini obyektin qarşısında davam etdirmiş, Ramil ilə Ceyhun Sahili obyektin içərisinə salmışlar. Bundan sonra Sahil əlində pol ağacı ilə çölə çıxıb Asimin baş nahiyəsindən bir dəfə vurmuş və hər iki şəxs orada əlbəyaxa olmuşlar. Həmin vaxt Asimin əlində dəstəyi qara rəngli bıçaq olmuşdur. Orada olan Ramil, Elşad və Ceyhun Sahil ilə Asimi aralaşdırmışlar. Ceyhun Sahili həmin yerdən aralayıb onun olduğu tərəfə gətirmiş və Sahil bu zaman paltarını qaldırdıqda, onun qarın nahiyəsindən bıçaqlandığını görmüşdür. Lakin həmin vaxt orada çox adam olduğu üçün Sahili kimin bıçaqladığını dəqiq görə bilməmişdir. Ceyhun və Elşad Sahili ona məxsus olan avtomobilə mindirmiş və ondan təcili xəstəxanaya sürməsini xahiş etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs hadisədən təxminən üç ay əvvəl idman etdiyi Sabunçu rayonunda yerləşən məşq zalından tanımışdır. Sahil Ramil adlı şəxs ilə birlikdə Qaraçuxur qəsəbəsində yerləşən “Kabinet” çay evini işlətmişdir. O, da Sahilə görə həmin çay evinə gedib-gəlmişdir. Təqsirləndirilən şəxs2 isə həmin çay evində Sahil ilə birlikdə olan zaman bir iki dəfə görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində “Kabinet” çay evinin qarşısı ilə evə gedərkən həmin çay evinin qarşısında adamların yığışdığını və obyektin içərisində qapının qarşısında Sənanın üzünün qanlı olduğunu görüb obyektin içərisinə girərək Sənanın qolundan tutub çölə çıxartmış və onu sakitləşdirməyə çalışmışdır. Sənan həmin vaxt “məni Sahil vurub, mən niyə vurulmuşam?” demiş, lakin o, Sənanın qaş nahiyəsindən nə ilə vurulduğunu hadisə baş verən an orada olmadığı üçün görə bilməmişdir. Sonra Sənanın dostu Asim obyekdən çölə çıxaraq təxminən beş metr aralıda olan zaman Sahil əlində olan pol taxtası ilə çölə çıxaraq Asimin dayandığı yerə gəlmiş, həmin vaxt qaranlıq olduğu üçün Sahilin Asimi əlində olan pol taxtası ilə vurubvurmadığını görə bilməmişdir. Həmin an Sahil Asim ilə əlbəyaxa boğuşan zaman əli ilə qarın nahiyəsini tutaraq kənara çəkilmiş və onun “məni hansı var-yoxun.... vurdu” dediyini eşitmişdir. Sahil Sənan və Asimlə bayırda dava edərək bir-birinə girənə qədər ona bıçaq dəyməmiş, hadisə baş verən zaman orada olan şəxslərdən kiminsə əlində bıçaq olmasını hava qaranlıq olduğu üçün görə bilməmişdir. Həmin ərazidə taksi kimi fəaliyyət göstərən Ramilə Sahili avtomobilə otuzdurub xəstəxanaya aparmasını xahiş etmiş, həmin vaxt Sahilin halı özündə olmuşdur. Sahili Ceyhun ilə birlikdə Ramilə məxsus “KİA” markalı avtomobilə otuzdurub xəstəxanaya yola salarkən Ramil avtomobillə bir nəfər tanımadığı qadının qol nahiyəsindən vurmuşdur. O, həmin vaxt avtomobildən düşmüş və polis əməkdaşlarının hadisə yerinə gəlib çatdığını görmüşdür. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında təkrar dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə həmin kafedə olmuş, Ramil həmin kafeni işlətmiş, mərhum da həmin kafedə Ramilin yanında işləmişdir. Mərhum Sahil onunla bir yerdə məşq etmiş, münasibətləri normal olmuşdur. Hadisə günü o, həmin kafenin qarşısından təsadüfən keçən zaman camaatın kafenin qarşısına yığışdığını görüb oraya getmiş, çatanda artıq dava qurtarmış, Sənanın başından yaralandığını və üzünün qanlı olduğunu görmüşdür. Həmin vaxt Sənanın «mən haqsız yerə vuruldum» dediyini eşitmişdir. Onun yanında heç kim Sahilə söyüş söyməmişdir. O, oraya çatana qədər Sahilə kiminsə söyüş söyməsi barədə isə məlumatı yoxdur. Sonra Sahil içəridən çıxıb Asimin üstünə cummuş və onlar bir-birlərinə girmişlər. Sahilin də söyüş söyməsini eşitməmiş, sonda bir kəlmə «məni hansısa var-yoxun ........ bıçaqla vurdu» demişdir. O, heç kimdə bıçaq olmasını görməmiş, yalnız Sahilin əlində sınıq pol taxtası görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00 radələrində Xətai rayonunda yerləşən «Bakı» kafesində əyləşən zaman istifadəsində olan mobil telefona zəng gəlmiş və tanımadığı şəxs olduğu yeri soruşmuşdur. Ondan kim olduğunu və hansı səbəbə görə gəldiyini soruşduqda, cavabında ona «gələndə danışarıq» demişdir. Təxminən 10 dəqiqə sonra beş nəfər polis əməkdaşı kafeyə gələrək xidməti vəsiqələrini göstərib özlərini tədqim etdikdən sonra Asimin harada olmasını soruşmuş, o, Asimin harada olduğunu bilmədiyini və nə üçün axtardıqlarını soruşduqda, Asimin bir nəfər şəxsi öldürdüyünü və axtarışda olduğunu bildirmişlər. O, həmin polis əməkdaşları ilə bilrikdə Suraxanı RPİ-nin 32-ci PB-nə getmiş, təxminən bir saat sonra polis əməkdaşları Asimi polis bölməsinə gətirmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında təkrar dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində Xətai rayonunda yerləşən «Bakı» kafesində əyləşən zaman istifadəsində olan mobil telefona polis əməkdaşları zəng edib onunla görüşmək istədiklərini bildirmişlər. O, Polis şöbəsinə getmiş və oradan oğlu Asimlə telefonla danışarkən Asim ona Rusiyaya getmək istədiyini demiş, o, isə nə səbəbə getdiyini soruşanda, Asim ona cinayət elədiyini, bıçaqla adam vurduğunu və qaçdığını demişdir. O, oğluna qaçmamağı, nə isə bir iş görübsə şöbəyə gəlməsini bildirmişdir. Sonra oğlunu tapıb polis şöbəsinə gətirmişlər və orada məlum olmuşdur ki, oğlu cinayət törədib. İbtidai istintaq zamanı şahid qismində dindirilərkən Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Asim əvvəllər fərdi qaydada müxtəlif yerlərdə fəhlə işləmişdir. Təqsirləndirilən şəxs2 Asimin dostu kimi tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 22 radələrində yatdığı üçün Asimin nə zaman yaşadıqları evə gəlməsi barədə məlumatı olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində yuxudan oyandıqda Asimin də oyaq olduğunu görmüş, o, səhər yeməyini yeyərək işə getmiş, həmin gün saat 19 radələrində Xətai rayonunda yerləşən « Bakı » kafesində olarkən polis əməkdaşı gələrək ondan Asimin yerini soruşmuşlar. Polis əməkdaşlarından Asimin bir şəxsi öldürdüyünü eşitmişdir. Polis əməkdaşları ilə bilrikdə Suraxanı RPİ-nin 32ci PB-nə getmişdir. Asim onun mobil nömrəsinə zəng edərək adam öldürdüyünə görə qaçıb Rusiya Federasiyasının sərhədinə tərəf getdiyini demişdir. O, Asimə polisə təslim olmasını bildirmişdir. Təxminən bir saat sonra Asimi polis bölməsinə gətirmişlər. Asim ona Sahil adlı şəxsi Qaraçuxur qəsəbəsində yerləşən kafedə öldürdüyünü demiş, Asimdən nəyə görə Sahili öldürdüyünü soruşduqda, ona Sahilin onun üzərinə gələrək bıçaqla vurmaq istəyən zaman qolundan xəsarət aldığını və həmin vaxt bıçağı Sahilin qolundan tutaraq sonuncunun qarın nahiyəsinə soxduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətində təxminən dörd il yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Çapayev” adlanan ərazidən Ramana qəsəbəsində yerləşən “Turş su” restoranına taksi sifariş verərək həmin yerə yollanmış, yolda olarkən Sənan onun mobil telefonuna zəng edərək dostu Asimin ad günü olduğunu və Qaraçuxur qəsəbəsində yerləşən “Kabinet” çay evinə gəlməyini xahiş etmişdir. O, razı olmuş və taksi ilə Qaraçuxur qəsəbəsində yerləşən “Kabinet” çay evinə yollanmışdır. “Kabinet” çay evində Sənan onu qarşılamış və yanında oturtmuşdur. Həmin vaxt onların masasında Asim və Sənan olmuşlar. Əyləşdikləri masaya həmin obyekti işlədən Ramil və Sahil adlı şəxslər də yaxınlaşıb Sənan və Asimlə içki içmiş və sağlıq demişlər. Sahil Sənana “Başım gedib bədənim yiyəsiz qalıb” kimi ifadə işlətmiş, Sənan isə Sahilə “əsas odur bədənin yerindədi, başında yerinə qayıdar” demişdir. O, Sənana işə gecikdiyini bildirirək onu tələsdirmiş, Sənan da bu zaman ona hesabı ödəyəcəyini və onun bayırda gözləməyini demişdir. O, da masanın hesabı gəlməmiş çölə çıxmış, obyektin qarşısında təxminən bir-iki dəqiqə gözlədikdən sonra obyektin qapısında dava-dalaş düşdüyünü görmüş, həmin vaxt bir neçə nəfərin Sənanı içəriyə doğru dartdığını görmüşdür. Bu zaman obyektin qapısından içəriyə doğru baxdıqda Sənanın sol qaşının qanlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt obyektdə olan şəxslərdən Ramil və Asimin orada olduğunu görmüş və yaxınlıqda yerləşən 32-ci polis bölməsinə yollanıb polis əməkdaşlarına hadisə barədə məlumat vermiş və obyektin qarşısına qayıtmışdır. Obyektin qarşısına qayıdan zaman dava-dalaşın qurtardığını görmüşdür. Bundan sonra Sənan və Asim ilə birlikdə yoldan taksi saxlatdırıb Ramana qəsəbəsində yerləşən “Turş su” restoranına yollanmış və onlar onu orada düşürdüb yollarına davam etmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş müstəntiq Şahid7 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləmişdir. Hadisə baş verəndən bir gün sonra cinayət işi Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İstintaq vaxtı əldə etdiyi bütün şahid ifadələrini və kamera görüntülərini protokollaşdırıb cinayət işində əks etdirmişdir. Zərurət yaranmadığı üçün kamera görüntüləri üzrə ekspertiza təyin edilməmişdir. Belə ki, ilkin olaraq dindirilən şahidlərin verdiyi ifadələr hadisənin Asim və Sənan tərəfindən törədilməsini sübut etməyə kifayət etmişdir. “Kabinet” kafesində olan kameranın yararlı vəziyyətdə olmaması cinayət işindəki protokolda qeyd edilmişdir. Tərəfindən bıçağın axtarılması barədə tapşırıq verilməsinə baxmayaraq, həmin bıçaq tapılmamış və istintaqa təqdim olunmamışdır. Kafenin içərisinə baxış keçirmiş, təqsirləndiriliən şəxs cinayəti törətdiyini etiraf etdiyindən, kafenin həyətinə baxış keçirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmişkəsilmiş yarası, boyunun bir ədəd səthi kəsilmiş yarası, sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı. Qeyd edilən xəsarətlər həyatidirlər, qançırlar bərk küt əşyanın (əşyaların), digər xəsarətlər şiş uca iti kənara malik deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən əmələ gəlmişlər, alınma müddətləri şəxsin xəstəxanaya daxil olmasından az əvvələ, yəni qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixinə uyğun gəlir. Döş qəfəsinin daxilə keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə döş qəfəsinin ön səthinin daxilə keçən deşilmiş kəsilmiş yarası nəticəsində qaraciyərin zədələnməsi fonunda inkişaf etmiş massiv (çoxlu) qanitirmə səbəb olmuşdur. Ölüm xx xxxxxx 2019-cu il tarixdə saat 08:20-də 3 saylı ŞKX-da baş vermişdir, hansıki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,24 5-dir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Etil spirtinin qatılığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesat edilsin. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 79 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində ağaşıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun deşilmiş-kəsilmiş yarası və sol diz oynağının sıyrığı. Qeyd edilən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (ola bilsin bıçaq), sıyrıq bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə deşilmiş-kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sıyrıq sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilən deşilmiş-kəsilmiş yaranın digər şəxs tərəfindən, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunmur. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 80 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol göz ətrafı yumşaq toxumaların qançırı, sol almacıq və alın nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 201/2-19-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/İ/. Təqsirləndirilən şəxs1 Sücaət oğlunun ABO sistemi üzrə qan qrupu:B-alfa/İİİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka, kofta, cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigen və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, Beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə B-alfa/İİİ/ qruplu Təqsirləndirilən şəxs1 Sücaət oğlunun qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs1 məxsus gödəkcə, şalvar üzərində gözlə görünən qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 133/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön hissəsinin sağ-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ ön səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər, boyunun bir ədəd səthi kəsilmiş yarası, sağ bazunun cızıqları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bu da zədə yetirilən zaman paltarların həmin nahiyələri örtməməsi və yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 Sücaət oğluna məxsus gödəkcə və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji təhqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Sviterin və maykanın demək olar ki, bütün səthi boyu fasilərlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. B) Şalvarın ön-yuxarı nahiyəsindən başlayaraq aşağıya doğru davam edən fasilərlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəziləri isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişlər. C) Şalvarın arxa hissəsində fasilərlə yerləşən bəziləri zolaqlı şəkilli, bəziləri uzunsov formalı qan ləkələri yaxma xarakterli olub, qan mənbəsi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Cinayət işinə əlavə olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 8905 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd olunan paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 saylı cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan göy rəngli cins şalvarı üzərində tapılmış bozumtul qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 596 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 emosionallıq, çılğınlıq, hövsəsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional sferasında həyəcan, emosionallıq əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 634 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 kobudluq, tənqidə və təhqirə qarşı həssaslıq, qıcığa qarşı tez reaksiya vermək, eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik əmələ gəlmişdir. Həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədilmiş cinayətdə özlərini təqsirli bilməmələri barədə ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 01-ci cildinin, 58-61-ci vərəqlərində olan şahidin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 şahid qismində dindirilərkən, hadisədən sonra Təqsirləndirilən şəxs1 ona “Sahilin əlində bıçaq var idi, ona görə də onu bıçaqla vurdum” sözlərini demişdir. Cinayət işinin 01-ci cildinin, 80-84-cü vərəqlərində olan şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, “Sahil əlində olan parıltılı bıçağı mənim sinəmə vurmaq istəyəndə mən də çiynimi döndüyüm üçün həmin bıçaq mənim sağ qol nahiyəmə batdı. Həmin bıçağın dəstəyinin nə rəng olduğunu görə bilmədim. Həmin vaxt Sahilin bıçaq olan sol qolundan tutub onun özünə doğru qaytarıb batırdım.” Cinayət işinin 01-ci cildinin, 101-105-ci vərəqlərində olan şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs1 ona “Sahilin əlində bıçaq var idi, ona görə də onu bıçaqla vurdum” sözlərini demişdir. Cinayət işinin 01-ci cildinin, 128-132-ci vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan məzmunlu ifadə verərək hadisədən sonra Təqsirləndirilən şəxs1 ona “Sahilin əlində bıçaq var idi, ona görə də onu bıçaqla vurdum” sözlərini demişdir. Bundan başqa cinayət işinin 01-ci cildinin, 140-144-cü vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan məzmunlu ifadə verərək göstərmişdir ki, “Sahil əlində olan parıltılı bıçağı mənim sinəmə vurmaq istəyəndə mən də çiynimi döndüyüm üçün həmin bıçaq mənim sağ qol nahiyəmə batdı. Həmin bıçağın dəstəyinin nə rəng olduğunu görə bilmədim. Həmin vaxt Sahilin bıçaq olan sol qolundan tutub onun özünə doğru qaytarıb batırdım.” Həmçinin cinayət işinin 02-ci cildinin, 71-73-cü vərəqlərində olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan məzmunlu ifadə verərək göstərmişdir ki, “Sahil əlində olan parıltılı bıçağı mənim sinəmə vurmaq istəyəndə mən də çiynimi döndüyüm üçün həmin bıçaq mənim sağ qol nahiyəmə batdı. Həmin bıçağın dəstəyinin nə rəng olduğunu görə bilmədim. Həmin vaxt Sahilin bıçaq olan sol qolundan tutub onun özünə doğru qaytarıb batırdım.” Eləcə də cinayət işinin 03-cü cildinin, 66-70-ci vərəqlərində olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan məzmunlu ifadə verərək göstərmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs1 ona “Sahilin əlində bıçaq var idi, ona görə də onu bıçaqla vurdum” sözlərini demişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihama əsasən, o, xx.xx.2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 1 nömrəli ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs2 yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi ilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirərək təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, sonra isə cinayətkar niyyətini davam etdirib ümumi niyyətdən kənar çıxaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq niyyətilə qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs boyunun səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən bir ədəd, eləcə də sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında silah qismində əşyadan istifadə edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 mərhum Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Ona görə də məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 221.3-cü maddələri ilə tövsif etməli olduğu halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə tövsif etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirləndirilən şəxsin digər şəxsi qəsdən öldürməsini bu kimi hallar deyil, şəxsi ədavət, zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dava-dalaş, o cümlədən zərər çəkmiş şəxsin səhv əməlləri yaxud təqsirləndirilən şəxsin subyektiv qiymətləndirməsində səhv əməllər kimi qəbul edilən davranışına görə qisas almaq istəyi şərtləndiribsə, əməl xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməz. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 6-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli, təqsirkarın təhlükəli davranışıdır. Bundan başqa, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının 6-cı bəndində məhkəmələrə aşağıdakı məzmunda izah verilmişdir: “Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz”. İş üzrə təqsirləndirilən şəxslərin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən də aydın görünür ki, Təqsirləndirilən şəxs1 ilə mərhum Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə və dalaşma məhz zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, həmin gün saat 19:00 radələrində kafeyə Elşadın yanına gəlmiş, Elşad gələnə qədər özünə qəlyan sifariş vermişdir. Hadisənin dəqiq səbəbini bilmir, çünki musiqi səsindən çox sözü tam eşitməmişdir. O, Ramil, Sənan və Asimin nə isə danışdığını, bu vaxt Sahilin durub onların yanına getdiyini və sonradan Sahilin qışqıra-qışqıra danışdığını görmüşdür. O, onlara yaxınlaşmış və mübahisə edən Sənanla Sahili aralaşdırmışdır. Sonra onlar mətbəxə keçmiş və orada mübahisə etmişlər. O, da mətbəxə keçmiş və onları ayırmışdır. Həmin vaxt artıq Sahil Sənanı vurmuş və onun başı yarılmışdır. Mübahisə musiqi üstə olmamış, X9 nə isə yüngül mübahisələri olmuşdur. Mərhumun Sənanı vurmasını görmüş, amma Sənanın Sahili vurmasını görməmişdir. Sahil Sənanı çəngəllə vurmuş, həmin vaxt Ramil onların qabağında durmuş, Asim isə orada olmamışdır. Asim yaxınlaşıb Sənanın qolundan tutmuş və «gəl gedək, sabah bunun var yoxunu...» demişdir. Sonra Asim mərhuma «sən düz eləmədin, sabah bunun cavabını verəcəksən» demişdir. Asim Sahili söymüş, amma Sənan söyüş söyməmişdir. Elşad və Ramil onları aralaşdırıb bayıra çıxmış, o, isə Sahillə mətbəxdə qalıb ona bayıra çıxmağa imkan verməmişdir. O, «polislər gəldi» sözünü eşidəndə artıq dava olmayacağını zənn edib Sahili buraxmış və Sahil əlinə pol taxtası götürüb bayıra qaçmışdır. O, gödəkcəsini götürüb bayıra çıxanda Elşadın Sənanın qarşısında dayandığını, Sahilin isə yerə yıxıldığını və sonra ayağa qalxdığını görmüşdür. Həmin vaxt Asimin əlində qara bıçaq və ya telefon olmuş, kiçik olduğundan nə olmasını dəqiq görməmiş, lakin bıçağa daha çox oxşamışdır. O, onlara yaxınlaşanda, Sahil «məni vuranın bacısı...» demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00 radələrində “Kabinet” çay evinə getmiş və içəriyə girərək Ramildən ona bir stəkan su verməsini xahiş etmişdir. Həmin vaxt görmüşdür ki, Sahil ilə Sənan arasında mübahisə yaranmışdır. Orada Sənan, Ramil, Ceyhun və Sənanın dostu olan Asim olmuşdur. Sahil ilə Sənan bir-biri ilə söyüşlə danışmış, lakin onların biri-birinə nə dediklərini başa düşə bilməmişdir. Sonra obyektin içərisində olanlar çölə çıxıb mübahisələrini obyektin qarşısında davam etdirmiş, Ramil ilə Ceyhun Sahili obyektin içərisinə salmışlar. Bundan sonra Sahil əlində pol ağacı ilə çölə çıxıb Asimin baş nahiyəsindən bir dəfə vurmuş və hər iki şəxs orada əlbəyaxa olmuşlar. Həmin vaxt Asimin əlində dəstəyi qara rəngli bıçaq olmuşdur. Orada olan Ramil, Elşad və Ceyhun Sahil ilə Asimi aralaşdırmışlar. Ceyhun Sahili həmin yerdən aralayıb onun olduğu tərəfə gətirmiş və Sahil bu zaman paltarını qaldırdıqda, onun qarın nahiyəsindən bıçaqlandığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində “Kabinet” çay evinin qarşısı ilə evə gedərkən həmin çay evinin qarşısında adamların yığışdığını və obyektin içərisində qapının qarşısında Sənanın üzünün qanlı olduğunu görüb obyektin içərisinə girərək Sənanın qolundan tutub çölə çıxartmış və onu sakitləşdirməyə çalışmışdır. Sənan həmin vaxt “məni Sahil vurub, mən niyə vurulmuşam?” demiş, lakin o, Sənanın qaş nahiyəsindən nə ilə vurulduğunu hadisə baş verən an orada olmadığı üçün görə bilməmişdir. Sonra Sənanın dostu Asim obyekdən çölə çıxaraq təxminən beş metr aralıda olan zaman Sahil əlində olan pol taxtası ilə çölə çıxaraq Asimin dayandığı yerə gəlmiş, həmin vaxt qaranlıq olduğu üçün Sahilin Asimi əlində olan pol taxtası ilə vurub-vurmadığını görə bilməmişdir. Həmin an Sahil Asim ilə əlbəyaxa boğuşan zaman əli ilə qarın nahiyəsini tutaraq kənara çəkilmiş və onun “məni hansı var-yoxun.... vurdu” dediyini eşitmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs hər hansı bir bəhanə ilə deyil, sonuncunun təşəbbüsü ilə aralarında baş vermiş dalaşma zamanı öldürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt onu tutub saxlayan Şahid2 əlindən buraxılaraq mətbəxdən çölə çıxıb Təqsirləndirilən şəxs1 üstünə getmiş və əlində olan pol ağacı ilə sonuncunu bir dəfə başından vurmuşdur. Daha sonra onlar əlbəyaxa olaraq dalaşmağa başlamış və bu zamanı Təqsirləndirilən şəxs1 əlində olan dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs vuraraq qəsdən öldürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1 maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 221.3-cü maddələrinə tövsif ediməlidir. Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməli,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, ona təyin ediləcək cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Suraxanı rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd poluver və bir ədəd cins şalvar məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 54,20 (əlli dörd manat iyirmi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 221.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Suraxanı rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd poluver və bir ədəd cins şalvar məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 54,20 (əlli dörd manat on iyirmi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar