Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-116/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Abdul oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Salyan rayonu, Arbatan kəndində pasport qeydiyyatında olan, ünvan 1 mənzil 383 ünvanında kirayədə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs silahdan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23:48-də Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 17 ünvanında yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında tanışı Zərərçəkmiş şəxs bir neçə gün əvvəl onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, xuliqanlıq niyyəti ilə, patronu güllə (qırma) ilə doldurulmuş hamarlüləli yivsiz odlu silahla Zərərçəkmiş şəxs sağ ayağına atəş açaraq ona, sağ qamış sümüyünün yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınıqları ilə müşayiət olunan sağ baldırın odlu silah mərmi-qırma yaralanması, sağ baldırın yumşaq toxumalarının çoxsaylı qırma yaraları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələr olan metamfetamini və MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini əldə edib, üzərində saxlayıb, daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 14:00 radələrində Nərimanov Rayon Polis idarəsinin 16-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, Polis bölməsində xidməti otaqda onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli əl çantasının orta cibindən bir ədəd şəffaf selofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 1,798 qram çəkidə psixotrop maddə olan metamfetamin və bir ədəd şəffaf selofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,21 qram çəkidə psixotrop maddə olan MDMA (metilendioksimetamfetamin, ekstazi) həbi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 126.1-ci maddə ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxslə 2019-cu ilin təxminən fevral-mart aylarında tanış olmuş və tanışlıqdan sonra münasibətləri yaranmışdır. Tanışlıq zamanı Zərərçəkmiş şəxs bir neçə dəfə onun yanında, Pirşağı qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzinin rəhbərliyi ilə münasibətinin olduğunu bildirmişdir. xx xxxx 2019-cu il tarixdə o, Salyan rayonunda olarkən Zərərçəkmiş şəxs zəng etmiş və ümumi tanışları olan Mahir və Elvin adlı şəxslərlə birlikdə “Həyat” istirahət mərkəzinə gedib istirahət etməyi təklif etmişdir. O, əvvəlcədən Zərərçəkmiş şəxs, üzərində cəmi 350 manat pul olduğunu və həmin məbləğə uyğun istirahət etməyi təklif etmişdir. Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında o, Qulu adlı taksi sürücüsünün avtomobili ilə yaşadığı Salyan rayonundan çıxıb Bakı şəhərinə gəlmiş, Bakıda Mahirlə görüşmüş və birlikdə Pirşağı qəsəbəsinə getmişlər. Zərərçəkmiş şəxs də Şahid4la görüşüb həmin istirahət mərkəzinə gəlmişdir. Onu Bakı şəhərinə gətirən Qulu adlı taksi sürücüsü də istirahət mərkəzində onlarla qalmışdır. Bundan sonra onlar həmin istirahət mərkəzində çörək yemiş, gecə saatlarında Şahid4 işinin olduğunu bildirmiş və bu səbəbdən o, Qulu ilə birlikdə Şahid4 aparıb yaşadığı Yasamal rayonu ərazisində düşürüb geri qayıtmışdır. Bundan sonra onlar hamısı, yəni o, taksi sürücüsü Qulu, Zərərçəkmiş şəxs və Mahir həmin istirahət mərkəzində gecələmişlər. Səhər saat təxminən 10 radələrində o, yuxudan oyandıqdan sonra həmin ərəfədə kirayədə yaşadığı, Badamdar qəsəbəsində yerləşən mənzilə getmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs yuxudan oyadaraq üzərində qalan 150 manat pulu ona vermiş, həmin pulun 80 manatını istirahət mərkəzində gecələmək üçün götürdükləri otağın pulunu, qalan 70 manatını yedikləri yeməyin pulunu ödəməsini xahiş etmişdir. O, Qulu adlı taksi sürücüsü ilə istirahət mərkəzindən çıxıb Badamdar qəsəbəsinə getmişlər. Badamdar qəsəbəsinə çatdıqdan sonra Salyan rayonunda yaşayan tanışlarından birinin rəhmətə getdiyini bilmiş, bu səbəbdən Badamdar qəsəbəsindən çıxıb Salyan rayonuna getmişdir. Getməmişdən qabaq bu barədə Zərərçəkmiş şəxs və Mahirə məlumat vermək üçün onlara nə qədər zəng etsə də telefonlarına zəng çatmadığı üçün əlaqə yarada bilməmişdir. O, Salyan rayonuna gedib 4 gün davam edən yas məclislərində iştirak etmişdir. Həmin ərəfədə ona məlum olmuşdur ki, o, “Həyat” istirahət mərkəzini tərk edəndən sonra Zərərçəkmiş şəxs və Mahir üzərlərində pul olmamasına baxmayaraq oranı tərk etməyərək 3-4 gün əlavə həmin istirahət mərkəzində qalaraq, istirahət mərkəzinə borcları yaranmışdır. Zərərçəkmiş şəxs heç bir əsası olmadan bütün baş verənlərdə onu günahlandırmağa başlamış, ünvanına nalayiq ifadələr işlədib, müxtəlif tanışlarına zənglər edərək, səsli mesajlar göndərərək, onu təhqir etmişdir. Hətta Zərərçəkmiş şəxs onun özünə də “Whatsapp” proqramı vasitəsi ilə səsli mesajlar göndərərək onu hədələmişdir. O, artıq başa düşmüşdür ki, Zərərçəkmiş şəxs görüşəcəkləri zaman onu vurub xəsarət yetirəcəkdir. Aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədi ilə o, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində “Whatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs zəng edib görüşməyi təklif etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona yaşadığı ünvanın yaxınlığında, yəni Atatürk prospektində yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında görüşməyi təklif etmişdir. O, Zərərçəkmiş şəxs, həmin ünvana tək gələcəyini bildirmiş və ondan da tək gəlməsini xahiş etmişdir. Bundan sonra o, Ramal adlı taksi sürücüsünə zəng edərək əvvəlcə Atatürk prospektinə gedib orada bir nəfər tanışı ilə görüşəcəyini, dərhal sonra isə Salyan rayonuna gedəcəyini bildirmişdir. O, Ziyadxanın görüşə tək gəlməyəcəyini bildiyindən və onun əvvəlcədən də ona bıçaqla xəsarət yetirəcəyini dediyindən özünü müdafiə etmək məqsədilə Badamdar qəsəbəsində kirayədə yaşadığı evdə saxladığı qoşalülə ov tüfəngini götürüb içərisi görünməyən torbaya qoymuşdur. Yaşadığı evdən çıxaraq Badamdar qəsəbəsində yerləşən “Qurd qapısı” adlanan yerin yaxınlığında Şahid1la görüşmüş və Ramalın idarə etdiyi ağ rəngli, “Mercedes” markalı taksi avtomobilinə əyləşmişdir. Tüfəngi torbaya qoyduğundan və Şahid1 da bunu görmədiyi üçün heç nədən şübhələnməyərək onu əvvəlcə Atatürk prospektinə, oradan isə Salyan rayonuna aparmağa razılıq vermişdir. Saat təxminən 23:45 radələrində onlar Atatürk prospektində yerləşən “xxxx” ASC-nin qarşısına gəlmişlər. O, avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Bankın qarşısına çatan kimi o, Şahid1 avtomobili saxlamasını xahiş etmiş, avtomobildən yerə düşmüş və Zərərçəkmiş şəxs orada yanında 2-3 nəfər tanımadığı şəxslərlə dayandığını görmüşdür. Maşından düşən kimi Ziyadxan ona doğru gəlməyə başlamışdır. O, bu vaxt Ziyadxanın onu vuracağından qorxduğundan Ziyadxanı və kənarda dayanan iki nəfəri qorxutmaq məqsədilə əlindəki torbanın içərisindən tüfəngi çıxarıb yerə atəş açmışdır. Lakin Zərərçəkmiş şəxs ona doğru gəldiyindən güllə Ziyadxanın sağ ayağına dəymişdir. O, nəticəni belə gözləmədiyindən özünü itirib taksiyə əyləşmiş və sürücü Ramaldan avtomobili idarə edib onu “Papanin” küçəsinə aparmasını xahiş etmişdir. Orada Ramalın avtomobilindən düşüb, başqa bir taksiyə əyləşib hazırda adını və ünvanını xatırlamadığı otellərdən birinə getmişdir. Həmin oteldə bir gecə qaldıqdan sonra səhəri günü oteldən çıxaraq təsadüfi taksilərdən biri ilə Salyan rayonuna yollanmışdır. Yolda olarkən Kür çayının üstündəki körpülərdən birində taksini saxlatdırmış və hadisə zamanı istifadə etdiyi tüfəngi həmin körpüdən çaya atmışdır. İfadəsində davam edərək Təqsirləndirilən şəxs göstərdi ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində o, ünvan 5 mənzil 383 ünvanını kirayəyə götürmüş və orada yaşamağa başlamışdır. Şübhəli şəxs qismində saxlanıldığı gün oteldən çıxmış, Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin əməkdaşları ona yaxınlaşmış, artıq nəyə görə saxlanıldığını bilmişdir. Polis əməkdaşları 12-13 nəfərə yaxın olmuş, onlar orada olan taksi sürücüsünün maşınından narkotik vasitəni çıxarıb onun üzərinə qoymuşlar və bildirmişlər ki, mən həmin narkotik vasitənin guya onun üzərindən çıxmasını o, etiraf etməlidir. O, məcbur qalıb həmin narkotik vasitənin guya onun üzərindən aşkar edilməsi barədə olan sənədlərə imza etmişdir. Əslində o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona verilmiş narkotik vasitə və psixotrop maddə ittihamı ilə əlaqədar göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayının əvvəllərində o, ünvan 5 mənzil 383 ünvanını kirayəyə götürmüş və orada yaşamağa başlamışdır. Bildirir ki, o, təxminən 3 il ərzində müxtəlif narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Həmin narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən əldə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, günorta saatlarında yenə də narkotik vasitə və psixotrop maddə əldə etmək üçün “Memar Əcəmi” metrostansiyasınm yaxınlığına getmiş, orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşmış, həmin şəxsdən özü istifadə etmək məqsədi ilə 40 manat dəyərində metamfetamin, 10 manat dəyərində ekstazi, 3 manat dəyərində lirika psixotrop maddələri və 30 manat dəyərində qurudulmuş marixuana narkotik vasitəsini almış və istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyi qara rəngli əl çantasının içərisinə qoyaraq kirayədə yaşadığı, ünvan 1 mənzil 383 ünvanına getmişdir. Ertəsi gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 13:30 radələrində o, içərisində həmin narkotik vasitə və psixotrop maddələr olan qara rəngli əl çantasını götürüb yaşadığı evdən çıxaraq piyada, gəzə-gəzə Cəfər Xəndan küçəsi 110 ünvanının qarşısına gəlmişdir. Saat təxminən 14:00 radələrində o, həmin ünvanın qarşısında olarkən ona beş nəfər mülki geyimli şəxslər yaxınlaşmış, özlərini təqdim edib və xidməti vəsiqələrini göstərib Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları ona bildirmişlər ki, xx xxxxxx 2019-cu il tarixdə Nərimanov rayonu ərazisində törətdiyi hadisə ilə bağlı Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə barəsində axtarış elan edilmişdir və bununla bağlı onlarla birlikdə polis bölməsinə getməlidir. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Onlar 16-cı Polis bölməsinin inzibati binasına gəldikdən sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün üzərində axtarış və götürmə aparılacağını bildirmişlər. Sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş, hüqüqlarının təmin edilməsi üçün Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkillərinin siyahısını təqdim etmişlər və o, həmin siyahıdan X4 adlı vəkili seçib hüquqlarının dövlət hesabına həmin vəkil tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil Teymur Babayev polis bölməsinə dəvət edilmişdir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmüş və müdafiəçinin iştirakı ilə və qabaqcadan ona elan edilməklə aparılmış videoçəkilişlə polis əməkdaşları ondan, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmadığını soruşmuşlar, müsbət halda könüllü təqdim etməyi təklif etmişlər. Bundan sonra o, üzərində olan qara rəngli əl çantasının orta cibindən 01 ədəd ağ rəngli kristal formalı şəffaf selofana bükülmüş metamfetamini, 02 ədəd şəffaf sellofanlara bükülmüş ot şəkilli marixuananı, 01 ədəd göy rəngli ekstazi dərman həbini, içərisində lirika kimi tanınan 01 ədəd ağ rəngli dərman vasitəsi olan dərman qabını çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonra o, polis əməkdaşlarına səmimi etiraf edərək, təqdim etdiyi maddələrin narkotik vasitə hesab edilən marixuana, psixotrop maddələr olan metamfetamin, ekstazi və lirika həbləri olmasını və həmin maddələri bir gün əvvəl “Memar Əcəmi” metrostansiyasınm yaxınlığında tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Həmin maddələr polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun tərəfindən imzalanmış, sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalayıb təsdiq etmişdir. Eyni zamanda baxış protokolu ilə müdafiəçi də tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr çəkilərinin və tərkiblərinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəkdir (cild 2, iş vərəqi 82-88). Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 1 il ərzində tanıyır. xx xxxx 2019-cu İl tarixdə o, tanışı Şahid4la birlikdə Salyan rayonuna, Təqsirləndirilən şəxs yaşadığı evə qonaq getmişdir. Təqsirləndirilən şəxs onun tanışının Pirşağı qəsəbəsində istirahət mərkəzinin sahibi olduğunu bilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona birlikdə Pirşağı qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzinə getməyi təklif etmiş və bildirmişdir ki, istirahətə xərclənən bütün pulları özü ödəyəcəkdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və onlar səhəri günü “Həyat” istirahət mərkəzində görüşmək barədə razılaşıb ayrılmışlar. Səhəri gün, yəni xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində o, Şahid4la birlikdə Pirşağı qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzinə getmişlər. Onlar istirahət mərkəzində olduqları zaman Təqsirləndirilən şəxs ona zəng etmiş, orada gecələmək üçün kotec rezerv etməyi xahiş etmiş və gəldikdən sonra kotecin pulunu ödəyəcəyini bildirmişdir. O, Azərin xahişini nəzərə alaraq istirahət mərkəzində kotec rezerv etmişdir. Axşam saatlarında Təqsirləndirilən şəxs Qulu və Mahir adlı tanışları ilə birlikdə, Qulunun idarə etdiyi “Mercedes” markalı taksi avtomobili ilə həmin istirahət mərkəzinə gəlmişlər. Qısa müddət sonra Təqsirləndirilən şəxs dəvəti ilə yanlarına üç nəfər adlarını bilmədiyi qızlar da gəlmişlər. Onlar birlikdə çörək yedikdən sonra Təqsirləndirilən şəxs yarım saatlıq işinin olduğunu bildirmiş və yarım saatdan sonra geri qayıdacağını demişdir. Təqsirləndirilən şəxs gedərkən ona hələlik 150 manat pul vermişdir. Həmin vaxt Şahid4 da yaşadığı evə gedəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 Qulunun idarə etdiyi taksi ilə çıxıb getmişlər. Təxminən 3-4 saat sonra Qulu adlı şəxs tək geri qayıtmışdır. O, Quludan Azərin harada olduğunu soruşmuş, Qulu isə bilmədiyini demişdir. Təqsirləndirilən şəxs birlikdə “Həyat” istirahət mərkəzinə gedərkən bütün xərclərin özü tərəfindən ödəniləcəyini bildirmişdir deyə onun üzərimdə az məbləğdə pul olmuş və Təqsirləndirilən şəxs gedərkən də sifariş edilmiş yeməklərin və orada qaldıqları kotecin pulunu ödəməmişdir. Təqsirləndirilən şəxs belə hərəkət etməsi, yəni istirahət mərkəzinə ödəməli olduqları pulu vermədən yarım saata qayıdacağı adı ilə oradan gedib qayıtmaması ona pis təsir etmişdir. Onların istirahət mərkəzinə yeməyə və gecə qalmağa görə 350 manat borc yaranmışdır. Azərin oraya gətirdiyi qadınların hərəsinə 100 manat pul verilməli olduğundan, hətta qızlar orada səs-küy də salmışlar. O, istirahət mərkəzində rüsvay olmamaq üçün Azərin ona verdiyi 150 manat pulu qızlara vermişdir ki, onlar sakitləşsinlər. O, bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etsə də telefon bağlı olduğundan Azərlə əlaqə saxlaya bilməmişdir. Səhər açıldıqdan sonra Qulu və Mahir də çıxıb getmiş, o, istirahət mərkəzində tək qalmışdır. Bundan sonra o, müxtəlif dost-tanışlarımın vasitəsi ilə istirahət mərkəzinə pul gətizdirmiş, hesabı ödəmiş və çıxıb getmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxsla münasibətləri pisləşmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə ona zəng edərək görüşməyi təklif etmiş, lakin o, görüşməkdən imtina etmişdir. Nəhayət, xx xxxxxx 2019-cu il tarixdə axşam saat təxminən 20 radələrində o, yaşadığı ünvanda, yəni ünvan 6 ünvanında olarkən Təqsirləndirilən şəxs ona zəng etmiş, onunla çox mehriban tərzdə danışmış, Yasamal rayonu ərazisində olduğunu, qısa müddət sonra Nərimanov rayonuna gələcəyini bildirmiş və görüşməyi təklif etmişdir. O, elə zənn etmişdir ki, Azər istirahət mərkəzinə ödəməli olduğu pulu ona qaytarmaq üçün onunla görüşmək istəyir. O da heç nədən şübhələnməyib Təqsirləndirilən şəxs təklifini qəbul edib Azərə yaşadığı evin yaxınlığında olduğunu bildirmişdir. Həmin gün onun evinə Gürcüstan Respublikasında yaşayan dayısı oğlu Camal Hümbətov qonaq gəlmişdir. Saat təxminən 22:30 radələrində Camal Hümbətov ona yaxınlıqdakı kafelərdən birinə gedib pivə içməyi təklif etmişdir. Bununla əlaqədar o, Camal Hümbətovla birlikdə yaşadığı evdən çıxmış, onlar qonşuluqda yaşayan Şahid2lə rastlaşmış və birlikdə söhbət edə-edə yaşadığı küçənin başına, yəni Nərimanov rayonu, Atatürk prospekti 17 ünvanında yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısına gəlib orada dayanıb söhbət etməyə davam etmişlər. O, yaxın zaman ərzində Təqsirləndirilən şəxs görüşə gələcəyini bildiyi üçün dayısı oğlu Camal Hümbətova bir nəfər tanışı ilə görüşəcəyini bildirmiş və görüşdükdən sonra kafeyə getməyi təklif etmişdir. Saat təxminən 23:45 radələrində o, Camal Hümbətov və Ümid Qarayev “xxxx” ASC-nin qarşısında dayanıb söhbət edərkən həmin yerə ağ rəngli, “Mercedes Benz” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı, üstündə taksi işarəsi olan bir avtomobil yaxınlaşmışdır. Həmin avtomobilin qabaq sərnişin oturacağında Təqsirləndirilən şəxs əyləşmişdir. Sürücünü isə tanımamışdır. Avtomobil “xxxx” ASC-nin qarşısına çatan kimi Təqsirləndirilən şəxs avtomobilin pəncərəsindən səslənib onu çağırmış, o, heç nədən şübhələnmədiyi üçün Camal və Ümiddən ayrılaraq Təqsirləndirilən şəxs gəldiyi avtomobilə doğru getməyə başlamışdır. O, avtomobilə yaxınlaşarkən, bir neçə metr məsafə qalmış Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq yerə düşmüş və qəflətən, heç bir səbəb olmadan, heç bir söz demədən əlində tutduğu qoşalülə tüfəng tipli odlu silahla onun sağ ayağına bir dəfə atəş açmışdır. Silahdan atılan güllə onun sağ ayağının dizdən bir qədər aşağı nahiyəsinə dəymiş və o, yerə yıxılmışdır. Azər dərhal gəldiyi avtomobillə də hadisə yerindən uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs ünvanına heç bir nalayiq ifadə işlətməmişdir, onun nə üçün belə fikirləşməsini bilməmişdir. Dərhal qonşusu Ümid Qarayevlə qohumu Camal Hümbətov ona yaxınlaşmışlar. Ümid kəmərini çıxarıb az qan itirməsi üçün onun ayağına bağlamış, sonra onlar yoldan keçən təsadüfi taksilərdən birini saxladıb onu X7 aparmışlar. Hazırda Azəri bağışlayr və onunla barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, etibarnamə ilə idarə etdiyi “Mercedes 220D” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi sürücüsü kimi işləyib ailəsini dolandırır. Adətən yaşadığı Salyan rayonundan Bakı şəhərinə və əks istiqamətə müştəri daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs ilə təxminən 5-6 ay əvvəl müştəri kimi tanış olmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə taksi kimi onun xidmətindən istifadə edib Salyan rayonundan Bakı şəhərinə gələrkən yolda olarkən onun telefon nömrəsini götürüb, növbəti dəfə Salyandan Bakıya və ya əksinə gedərkən onun xidmətindən istifadə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təxminən 15-20 dəfə taksi kimi onun xidmətindən istifadə edərək Salyan rayonundan Bakı şəhərinə və ya əksinə gəlib-getmişdir. Növbəti dəfə xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında o, yaşadığı Salyan şəhərində olarkən Təqsirləndirilən şəxs ona zəng etmiş, Bakı şəhərində olmasını, Salyana gəlmək istəməsini bildirmiş və Bakı şəhərində olarkən Azərlə əlaqə saxlamağı xahiş etmişdir. Həmin gün o, Salyan rayonundan bir neçə müştəri ilə birlikdə Bakı şəhərinə gəlmiş, saat təxminən 20 radələrində müştəriləri düşürdükdən sonra Təqsirləndirilən şəxs zəng etmiş və Bakı şəhərində olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona Badamdar qəsəbəsində yerləşən “Qurd qapısı” adlanan yerin yanında olduğunu bildirərək onu həmin ünvandan götürməyi xahiş etmişdir. O da idarə etdiyi “Mercedes 220D” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Badamdar rayonu, “Qurd qapısı” adlanan yerin qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs həmin yerdə əlində ağ rəngli sellofan torba, çiynində isə qara rəngli kiçik ölçülü asma çanta olmuşdur. Orada Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmiş, əlindəki sellofan torbanı da yanına qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona “Gənclik” ərazisində işinin olduğunu bildirib avtomobili həmin istiqamətə sürməyini xahiş etmiş, oradakı işini bitirdikdən sonra rayona gedəcəyini demişdir. Lakin konkret olaraq nə işinin olduğunu deməmişdir. O, Azərin sözünə əsasən idarə etdiyi avtomobillə “Gənclik” metrostansiyasının yaxınlığına gəlmiş, orada Təqsirləndirilən şəxs ondan avtomobili saxlamağı xahiş etmişdir. Sonra arxa oturacaqdan düşüb qabaq oturacaqda əyləşmiş, əlindəki selofan torbanı da ayaqlarının yanına qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ondan avtomobili Nərimanov rayonu Atatürk prospektində yerləşən “xxxx”ın qarşısına sürməyi xahiş etmişdir. O, “Gənclik” metrostansiyasının yanından Atatürk prospektində yerləşən “xxxx”ın qarşısına gəlmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs mobil telefonu vasitəsi ilə bir nəfər şəxslə danışaraq görüşəcəyi yeri dəqiqləşdirmişdir. O, Atatürk prospektində yerləşən “xxxx”ın qarşısına çatan kimi Təqsirləndirilən şəxs avtomobili orada saxlamağı xahiş etmiş, o, avtomobili dayandırdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin pəncərəsindən əvvəllər tanımadığı, adı sonradan mənə məlum olan Ziyadxan adlı şəxsi səsləyib yanına çağırmışdır. Həmin Ziyadxan adlı şəxs onun avtomobilinə doğru gələrkən Təqsirləndirilən şəxs özü ilə gətirdiyi ağ rəngli selofan torbanı açaraq içərisindən təxminən 50 sm uzunluğu olan tüfəng tipli, markasını bilmədiyi silahı çıxarmışdır. Azər həmin silahı əlində tutaraq avtomobilin qapısını açıb düşmüş və düşən kimi silahı Ziyadxan adlı şəxsə tuşlayaraq bir dəfə Ziyadxanın ayağı istiqamətinə atəş açmışdır. Təqsirləndirilən şəxs atdığı güllə Ziyadxanın sağ ayağına dəymiş və Ziyadxan yerə yıxılmışdır. O, gördüyü səhnədən özünü itirmişdir. Azər ondan avtomobili idarə edib oradan uzaqlaşmağı tələb etmişdir. O, dərhal avtomobili idarə edib hadisə yerindən uzaqlaşmış, Təqsirləndirilən şəxs xahişi ilə və göstərdiyi marşrut üzrə Azəri “Papanin” adlanan küçəyə gətirmişdir. Həmin küçədə Təqsirləndirilən şəxs avtomobildən düşmüş və yolun kənarında dayanan “London” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi taksilərdən birinə əyləşib çıxıb getmişdir. O isə oradan birbaşa yaşadığı Salyan şəhərinə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, yenidən Salyan rayonundan götürdüyü müştərilərlə birlikdə Bakı şəhərinə gələrkən polis əməkdaşları tərəfindən saxlanılmış və Nərimanov rayon polis idarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxsla Ziyadxanın arasında hansı səbəbə görə münaqişənin olmasını və Təqsirləndirilən şəxs nə səbəbə görə Ziyadxana odlu silahla atəş açmasını bilmir. Hadisədən sonra Təqsirləndirilən şəxs bunun səbəbini soruşmuş, lakin Azər ona cavab verməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, onlar dostluq edirlər, heç bir vaxt aralarında düşmənçilikləri, ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs onun qonşuluğlunda, yəni Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, ev 56 ünvanında yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 23:00 radələrində o, yaşadığı evə gələrkən evin qarşısında Zərərçəkmiş şəxslə rastlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yanında əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Camal adlı dayısı oğlu olmuşdur. Zərərçəkmiş şəxs onları tanış edərək bildirmişdir ki, dayısı oğlu Camal Gürcüstanda yaşayır və bir neçə gün əvvəl istirahət etmək üçün onun evinə qonaq gəlmişdir. Sonra Zərərçəkmiş şəxs ona, birlikdə yaşadıqları evin yaxınlığında yerləşən kafelərdən birinə gedib pivə içməyi təklif etmişdir. Onlar söhbət edə-edə yaşadıqları küçənin başına, yəni Nərimanov rayonu, Atarük prospektində yerləşən “xxxx”ın qarşısına gəlmişlər və orada dayanaraq bir qədər söhbət edib siqaret çəkməyə başlamışlar. Həmin vaxt artıq saat 23:30 radələri olmuşdur. Bu vaxt onların yaxınlığına, dövlət qeydiyyat nişanım görmədiyi, üstündə taksi işarəsi olan, ağ rəngli, “Mercedes” markalı avtomobil yaxınlaşmış və təxminən 10 metr kənarda, “xxxx”ın qarşısında dayanmışdır. Zərərçəkmiş şəxs həmin avtomobili görən kimi avtomobilə doğru getməyə başlamışdır. O, əvvəlcə elə başa düşmüşdür ki, avtomobilin sürücüsü yol soruşmaq üçün onların yaxınlığında dayanmışdır. Lakin bu vaxt avtomobilin qabaq sərnişin oturacağından təxminən 45-50 yaşlarında, əvvəllər tanımadığı, kişi cinsli şəxs düşmüş, əlində olan tüfəng tipli, markasını bilmədiyi odlu silahı Zərərçəkmiş şəxs tərəf tuşlamış və gözlənilmədən Zərərçəkmiş şəxs sağ ayağına həmin silahla bir dəfə atəş açmışdır. O, gördüyü səhnədən şoka düşüb özünü itirmişdir. Həmin şəxs atəş açdıqdan sonra gəldiyi avtomobilə əyləşmiş və sürücü avtomobili idarə edib oradan uzaqlaşmışdır. Bundan sonra o, Camalla birlikdə dərhal Zərərçəkmiş şəxs yaxınlaşmışlar, o, kəmərini çıxarıb qan itirməməsi üçün Zərərçəkmiş şəxs sağ ayağına bağlamış, sonra yoldan keçən təsadüfi taksilərdən birini saxlamış və Z.X5 Mərkəzə aparmışlar (cild 1, iş vərəqi 100-102) Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş ifadəsində eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsindəki xüsusatları tam olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 95-98). Şahid4 məhkəmədə ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki, Salyan rayon sakini kimi tanıyır. Təxminən 5-6 ay əvvəl Təqsirləndirilən şəxsla Bakı şəhərində məscidlərdən birində ibadət edərkən rastlaşmış, bir həmyerli kimi əlaqələri yaranmışdır, təxminən həftədə bir dəfə, əsasən cümə günləri məscidlərdə ibadət edərkən görüşmüşlər. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olmuşdur. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, birlikdə Pirşağı qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzinə gedib istirahət etməyi təklif etmiş, Zərərçəkmiş şəxs də gələcəyini bildirmiş və o, da bu təkliflə razılaşmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxslə zəngləşərək Nərimanov rayonu ərazisində, sonuncunun yaşadığı evin yaxınlığında görüşmüş, sonra taksi sifariş etmişlər və birlikdə Pirşağı qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzinə getmişlər. Təqsirləndirilən şəxs həmin istirahət mərkəzinə birbaşa Salyan rayonundan gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qabaqcadan Zərərçəkmiş şəxs bildirmişdir ki, istirahət mərkəzində çəkilən bütün xərclər onun tərəfindən ödəniləcəkdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs həmin istirahət mərkəzinə zəng edərək gecələmək üçün otaq sifariş etmişdir. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs Qulu adlı taksi sürücüsünün avtomobili ilə Mahir adlı həmyerliləri ilə birlikdə həmin istirahət mərkəzinə gəlmişdir. Bundan sonra onlar istirahət mərkəzində əyləşərək çörək yeməyə başlamışlar. Təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs təklifı ilə həmin istirahət mərkəzinə 2 nəfər yüngül həyat tərzi keçirən qadınlar gəlmişdir. xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə keçən gecə saat təxminən 00:15 radələrində o, yaşadığı evə getmək üçün «Həyat» istirahət mərkəzini tərk etmək istədiyi vaxt Təqsirləndirilən şəxs da şəhərdə işinin olmasını, həmin işini həll edib geri qaydacağını bildirmiş, bu səbəbdən o və Təqsirləndirilən şəxs Qulu adlı taksi sürücüsünün avtomobili ilə oradan çıxmışlar. O, yaşadığı Yasamal rayonu ərazisində avtomobildən düşüb yaşadığı evə getmişdir. Həmin gün, yəni xx xxxx 2019-cu il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs istirahət mərkəzinə qayıdaraq onlarla birlikdə orada gecələdikdən sonra səhər tezdən heç kimə məlumat vermədən çıxıb getmiş, hazırda telefon zənglərinə cavab vermir, istirahət mərkəzinə 470 manat pul ödənilməlidir, Təqsirləndirilən şəxs bütün xərci öz boynuna götürdüyü üçün üstündə pul yoxdur və istirahət mərkəzinin işçilərinin yanında biabır olmuşdur. Bununla əlaqədar o, Təqsirləndirilən şəxs zəng etmiş, əvvəlcə zəng çatmamış, təxminən 2 saat sonra isə Təqsirləndirilən şəxs telefona cavab verərək ona, pulunun olmadığını, ayın sonunda pul tapa biləcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs köməklik etmək məqsədi ilə özündə olan 70 manat pulu götürüb “Həyat” istirahət mərkəzinə getmiş, həmin pulu Zərərçəkmiş şəxs vermiş, qalan pulu isə Zərərçəkmiş şəxs özü hansısa dostundan taparaq ödəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs mütamadi olaraq Təqsirləndirilən şəxs zəng edərək vəd etdiyi kimi istirahət mərkəzində çəkilən xərci ödəməyini tələb etmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, ailəsi ilə birlikdə istirahət etmək üçün Qusar rayonuna getmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs güllə ilə onun ayağından vurub onu yaralamışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ziyadxan Sədıyevlə əlaqə saxlayaraq guya istirahət mərkəzində yaranan borcu ödəmək adı ilə görüş təyin etmiş, Zərərçəkmiş şəxsə sonuncunun yaşadığı evin yaxınlığında görüşmüş, lakin pul vermək əvəzinə özü ilə gətirdiyi odlu silahla Zərərçəkmiş şəxs ayağına atəş açaraq yaralamışdır. Həmin vaxtdan sonra o, bir daha Təqsirləndirilən şəxs görməmişdir. Şahid7 məhkəmədə ifadəsində ifadəsində göstərdi ki, o, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə, Nərimanov RPİ-nin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30 radələrində Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 110 saylı ünvanın qarşısında olacağı, həmin şəxsin üzərində narkotik vasitələr və psixotrop maddələr olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri qeyd edilmiş əməliyyat məlumatı daxil olmuşdur. Qeyd etdiyi əməliyyat məlumatının yoxlanılması və Təqsirləndirilən şəxs yaxalanması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi üçün raportla Nərimanov RPİ-nin 16-cı PB-nin rəisinə müraciət edildikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində, həmin tarixdə saat 14:00 radələrində ünvan 3 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq 16-cı Polis bölməsinin inzibati binasına gətirilmişdir. Bundan sonra əməliyyat tədbirlərinin nəticəsi barədə raportla bölmə rəisinə məruzə edilmiş və bölmə rəisi tərəfindən raportun icrası bölmənin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Novruz Novruzova həvalə edilmişdir. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra xidməti otaqda, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində olan qara rəngli əl çantasının orta cibindən 01 ədəd şəffaf selofana bükülmüş, deməsinə görə psixotrop maddə metamfetamin olan, kristal şəkilli spesifik qoxuya malik maddəni, 02 ədəd şəffaf selofana bükülmüş, deməsinə görə narkotik vasitə hesab edilən marixuana olan, ot şəkilli kütlələri, 01 ədəd şəffaf selofana bükülmüş, deməsinə görə psixotrop maddə ekstazi adlanan göy rəngli dərman preparatını, içərisində 01 ədəd, deməsinə görə psixotrop maddə lirika adlanan dərman preparatı olan dərman qabını, 01 ədəd “Ginga” markalı, 01 ədəd “Kgtel” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonları, 01 ədəd qırmızı rəngli təsbehi, 01 ədəd “Bazarstore” mağazasına aid endirim kartını, 01 ədəd gümüşü qabda olan ətiri, 01 ədəd 100 manatlıq və 01 ədəd 20 manatlıq pul əskınasmı könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, təqdim etdiyi bütün narkotik vasitələri və psixotrop maddələri bir gün əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün almışdır. Təqsirləndirilən şəxs eləcə də bildirmişdir ki, o, həmin naməlum şəxsdən psixotrop maddə olan metamfetamini 40 manata, narkotik maddə olan marixuananı 30 manata, ekstazini 10 manata, lirikanı isə 3 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələr və psixotrop maddələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, həmin qablaşma möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və PB-nin inzibati binasına gətirildikdən sonra ona qarşı heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid8 eyni məzmunlu ifadələr verərək Şahid7 ifadəsindəki xüsusatları tam olaraq təsdiq etdilər. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş digər polis əməkdaşları Şahid9 və Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdikləri və məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş ifadələrində eyni məzmunlu ifadələr verərək Şahid7 ifadəsindəki xüsusatları tam olaraq təsdiq etmişlər (cild 2, iş vərəqi 15-17, 23-25). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uşaqlarının kirvəsidir. Azərlə münasibətləri yaxşıdır, düşmənçiliyi və ədavəti yoxdur. Hadisə ilə əlaqədar bildirmək istəyir ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, birlikdə Pirşağı qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzinə gedib istirahət etməyi təklif etmişdir. O da Azərin təklifi ilə razılaşmış, ora Ziyadxan, Elvin və Azərlə getmişlər. Orada yemək yeyib içki içmişlər. Gecə Azərə dostu Mahirin rəhmətə getməsi xəbəri gəldiyinə görə Azər istirahət mərkəzini tərk edib getmişdir. Gecə Elvin də ailəli olduğuna görə çıxıb öz evinə getmişdir. Sabahısı gün o, dənizdən çimib qayıdanda Ziyadxanın telefonda əsəbi danışdığını, nalayiq sözlərdən istifadə etdiyini eşitmişdir. Lakin bu, “zapretdən kənar”, yəni ağır söyüş olmamışdır. O, sonradan bilmişdir ki, Ziyadxan Azərlə dalaşır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs güllə yarası ilə bağlı hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 17 ünvanında yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısıdır. Hadisə yerində yerdə qana bənzər qırmızı ləkələr görünür (cild 1, iş vərəqi 82-87). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı şəffaf sellofana bükülmüş dərman preparatları, spesifik iyə malik maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş əşyaların metamfetamin, marixuana və psixotrop maddələr olduğunu bildirmiş, həmin əşyalar qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 30-31). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2019cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd belində qara rəngli kəməri olan cins şalvar götürülmüş, şalvarın üzərində tünd qəhvəyi rəngli ləkələr, sağ ayaqlığının aşağı hissəsində, ön və arxa tərəflərdə çoxlu sayda, müxtəlif ölçülərdə deşib keçən zədələr mövcuddur (cild 1, iş vərəqi 108). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2019cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs fotoşəkili tanınma üçün hadisənin şahidi olmuş Şahid2 təqdim edilmişdir. Tanınma zamanı Şahid2 ona təqdim edilən fotoşəkillər arasından Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq, məhz həmin şəxsin əlində olan “tüfəng” tipli odlu silahla xx xxxxxx 2019-cu il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında onun qonşusu Zərərçəkmiş şəxs atəş açan şəxs olmasını bildirmişdir (cild 1, iş vərəqi 103-105). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2019cu il tarixli protokoldan görünür ki, “xxxx” ASC-də quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntülər olan 01 ədəd DVD diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə saat 23:48-də Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 17 ünvanında yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısına ağ rəngli, dövlət qeydiyyat nişanları görünməyən, üzərində “taksi” işarəsi olan “Mercedes” markalı avtomobil yaxınlaşıb dayanır, bu vaxt Zərərçəkmiş şəxs əlində tutduğu mobil telefonla həmin avtomobilə yaxınlaşır, Zərərçəkmiş şəxs avtomobilə çatmasına bir neçə metr məsafə qalmış avtomobilin qabaq sərnişin oturacağından Təqsirləndirilən şəxs qapını açaraq aşağı düşür və düşən kimi əlində olan tüfəng tipli odlu silahı Zərərçəkmiş şəxs sağ ayağına tuşlayıb atəş açır, bundan sonra Zərərçəkmiş şəxs bir əli ilə sağ ayağını tutaraq yerə yıxılır, dərhal sonra Təqsirləndirilən şəxs yenidən “Mercedes” markalı avtomobilin qabaq sərnişin oturacağına əyləşir və avtomobili idarə edən şəxs mühərriki işə salıb hadisə yerindən uzaqlaşır, bundan sonra Şahid3 və Şahid2 Zərərçəkmiş şəxs yaxınlaşır və ona yardım edir (cild 1, iş vərəqi 111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2019-cu il tarixli, 698 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sağ qamış sümüyünün yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınıqları ilə müşayiət olunan sağ baldırın odlu silah mərmi-qırma yaralanması, sağ baldırın yumşaq toxumalarının çoxsaylı qırma yaraları xəsarətləri vardır; qeyd olunan xəsarətlər patronu güllə (qırma) ilə doldurulmuş odlu silahdan (ola bilsin ki, tüfəngdən) açılmış atəş nəticəsində qırmaların təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqi 148-150). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizanın xx.xx.2019-cu il tarixli, 20599 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd belində qara rəngli kəməri olan cins şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, cins şalvar üzərində olan zədələr giriş zədəsi olmaqla hamarlüləli (yivsiz) odlu silahdan açılan atəş nəticəsində 2 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Çıxış zədəsi olmadığından açılan atəşin istiqamətini müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir (cild 1, iş vərəqi 213- 215). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2019-cu il tarixli, 27556 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,798 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir, bir ədəd göy rəngli həb təsir maddəsi MDMA (metilendioksimetamfetamin, ekstazi) olan preparatlardır və təsiredici maddəsinin miqdarı 0,21 qramdır və bir ədəd konvalyut kəsiyinin içərisində ağ rəngli kapsul təsiredici maddəsi preqabalin olan dərman vasitəsidir və preqabalin təsireidici maddəsinin miqdarı 0,15 qramdır. Metamfetamin və MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı 1), Preqabalin preparatı “Güclü təsir edən maddələrin siyahısı” na (1 nömrəli əlavə) daxildir. Aparılmış tədqiqatın dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 38- 43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın xx.xx.2019-cu il tarixli, 27555 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdə 02 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,041 qram və 0,305 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 1,346 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 45-46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2019-cu il tarixli, 2771 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 29-30). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş çəkisi 1,798 qram olan metamfetamin, çəkisi 0,21 qram olan MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatları, 0,15 qram çəkidə preqabalin dərman vasitəsi, ümumi çəkisi 1,346 qram olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, həmin psixotrop maddələrin və narkotik vasitənin tədqiqat zamanı sərf edilmiş hissələri nəzərə alınmaqla 1,748 çəkidə metamfetamin, yarım həb MDMA, yarım kapsul preqabalin və 1,286 çəkidə qurudulmuş marixuana saxlanmaları üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 68-70). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd belində qara rəngli kəməri olan cins şalvar iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 220-221). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi, maddi sübut kimi tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 17 ünvanında yerləşən “xxxx” ASC-də quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülər olan 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 35-53). İşdə olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 182). Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 126.2.4, və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onun əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilmədi. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa və onun əlavəsi olan 2-ci Siyahıya əsasən təmiz halda psixotrop maddə olan metamfetaminin 0,15 qramdan 2 qrama kimi, MDMA-nın 0,02 qramdan 1 qrama kimi çəkisi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4, və 234.1-ci maddəsi ilə verilmiş ittihamla razılaşsa da, aşağıdakı səbəblərə görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittihamla qəti şəkildə razılaşmır və şərh edilən sübutlara əsasən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş xuliqanlıq cinayət üzrə ittiham öz təsdiqini tapmamışdır və həmin maddə ilə ona bəraət verilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə ittihama elan edilmişdir ona görə ki, o, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə etməklə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 23:48-də Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 17 ünvanında yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında patronu güllə (qırma) ilə doldurulmuş hamarlüləli yivsiz odlu silahla Zərərçəkmiş şəxs atəş açaraq ona ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 221.3-cü maddəsi ilə əhatə olunan ittihamını Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından şərh etməyi və həmin qərarlara əsasən hüquqi qiymətləndirməyi əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakılar göstərilmişdir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: - ictimai qaydanın kobud surətdə pozulması; - cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; - vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmədə də müəyyən olundu ki, Təqsirləndirilən şəxs hadisə yerinə çatan kimi avtomobildən düşərək Zərərçəkmiş şəxs özü ilə gətirdiyi tüfəngdən atəş açaraq dərhal həmin avtomobilə əyləşmiş və hadisə yerindən uzaqlaşmışdır. Həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlərə yol verməmiş, başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və sair hərəkətlər törətməmişdir. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Buna görə də məhkəmə CM-in 221.3-cü maddəsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi təfsirlərində, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunanları rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsinin təkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsində göstərilir ki, Cinayət Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsində göstərilmişdir ki, Cinayət Prosessual Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pelnumunun rəsmi təfsirlərini və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Pelnumunun tövsiyələrini nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, və 234.1-ci maddələri ilə tövsif edilməklə ona həmin maddələr ilə cəza təyin edilməli, CM-nin 221.3-cü maddəsi ilə isə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bədən xəsarəti yetirməsinə səbəbkarın zərərçəkmiş şəxsin özünün olması, yəni zərəçəkmiş tərəfindən ağır təhqirlərə məruz qalmasından sonra həmin cinayəti törətməsi, ondan aşkar edilən psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun çantasına qoyulması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Salyan Rayon Məhkəməsinin hökmündən görünür ki, Orucov X6 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 199-200, 209- 211). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 04-04 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin “Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar” xx.xx.2016-ci il tarixli Amnistiya qərarına əsasən ona təyin olunmuş 02 il müddətinə islah işləri cazasından azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən bir il keçdiyinə görə onun məhkumluğu ödənildiyindən məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23-24, 250-252). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019-cu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 240,76 (iki yüz qırx manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,748 qram olan metamfetamin, yarım həb MDMA, yarım kapsul preqabalin və 1,286 qram çəkidə qurudulmuş marixuana, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd belində qara rəngli kəməri olan cins şalvar məhv edilməli, iş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.4 maddəsilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxx 2019-cu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,748 qram olan metamfetamin, yarım həb MDMA, yarım kapsul preqabalin və 1,286 qram çəkidə qurudulmuş marixuana, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd belində qara rəngli kəməri olan cins şalvar məhv edilsin, iş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 240,76 (iki yüz qırx manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-116/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-116/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver