Məhkəmə qərarları › İş №1(101)-116/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-116/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-116/2023 13.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, Sadıxov Rasim Əkrəm oğlu və X10-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokurorları X3 və Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, mütəxəssis X1, azbaycan-gürcü dillərinin tərcüməçisi X4 iştirakları ilə məhkəmə, X9 xx xxxxxxx 1973-cü il tarixdə Gürcüstün Respublikası Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gürcüstün Respublikası Bolnisi rayonu, Darvaz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda fərdi yaşayış evində yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: X16 2021-ci ilin iyul ayının ortalarında günorta saatlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu. Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə velosipedinin təkərlərinə hava vurdurmaq üçün ora gəlmiş qonşuluğunda yaşayan, eyni zamanda aralarında qohumluq əlaqələri olan, ona aşkar surətdə on dörd yaşına çatmadığı məlum olan, xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs cinsi ehtirasını pozğun formada təmin edilməsinə yönələn hərəkətlər etmək məqsədi ilə yaşadığı evinin yan tərəfində daş hasarla evinin arasında olan yerə aparıb, əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmayan sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə özünün və Zərərçəkmiş şəxs əynindəki şalvarını və alt paltarını çıxarmış, bundan sonra Zərərçəkmiş şəxs onunla iradəsi əleyhinə qeyri-təbii yolla cinsi əlaqəyə girdiyinin mənasını dərk etmədiyini və bu fakt özü tərəfindən dərk edilərək, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olaraq sonuncuya qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin avqust ayının axırlarında günorta saatlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə velosipedinin təkərlərinə hava vurdurmaq üçün gəlmiş qonşuluğunda yaşayan, eyni zamanda aralarında qohumluq əlaqələri olan, ona aşkar surətdə on dörd yaşma çatmadığı məlum olan, fəaliyyət qabiliyyəti olmayan azyaşlı yəni. xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs cinsi ehtirasını pozğun formada təmin edilməsinə yönələn hərəkətlər etmək məqsədi ilə yaşadığı evinin yan tərəfində daş hasarla evinin arasındtı olan yerə aparıb, əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmayan sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə özünün və Zərərçəkmiş şəxs əynindəki şalvarlarını və alt paltarlarını çıxarmış, bundan sonra Zərərçəkmiş şəxs onunla iradəsi əleyhinə qeyri-təbii yolla cinsi əlaqəyə girdiyinin mənasını dərk etmədiyini və bu fakt özü tərəfindən dərk edilərək, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olaraq sonuncuya qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 16 sentyabr 2021 -ci il tarixdə saat 18:30 radələrində yaşadığı Bakı şəhəri. Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə velosipedinin təkərlərinə hava vurdurmaq üçün gəlmiş qonşuluğunda yaşayan, eyni zamanda aralarında qohumluq əlaqələri olan, ona aşkar surətdə on dörd yaşına çatmadığı məlum olan, fəaliyyət qabiliyyəti olmayan azyaşlı yəni, xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs cinsi ehtirasını pozğun formada təmin edilməsinə yönələn hərəkətlər etmək məqsədi ilə yaşadığı evinin yan tərəfində daş hasarla evinin arasında olan yerə aparıb, əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmayan sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə özünün və Zərərçəkmiş şəxs əynindəki şalvarlarını və alt paltarlarını çıxarmış, bundan sonra Zərərçəkmiş şəxs onunla iradəsi əleyhinə qeyri-təbii yolla cinsi əlaqəyə girdiyinin mənasını dərk etmədiyini və bu fakt özü tərəfindən dərk edilərək, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olaraq sonuncuya qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs X16 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadələrində göstərdi ki, hadisə olan zaman bacısnın həyətində işləmişdir. Bir müddət oğlu da yanında olmuş, sonra isə getmişdir. Zərərçəkmiş şəxs onun qonşusudur, onu tanıyır. Həmin tarixdə Gülay onun yanına gəlmişdir. O, onda nə üçün gəldiyini soruşanda Gülay sadəcə söhbət etmək istədiyini və bu səbəbdən gəldiyini dedi. O və qızın onlara gəlib getməyi dörd-beş dəqiqə çəkmişdir. Sonradan ora gələn olmamışdır. On-on beş gün sonra ona məlumat gəlmişdir ki, güya onun tərəfindən Gülaya qarşı seksual hərəkətlər edilmişdir. Gülaygil onlara tez-tez gəlirdilər. Aralarında ədavət olmamışdır. Ümumiyyətlə, iki ailə arasında gediş-gəliş çox olmuşdur. Uşaq gələrək ondan nasos istəmişdir. Bunların hamısını qonşusu Göyçək etmişdir. Göyçək onunla olmaq, münasibət qurmaq istəmişdir. O isə buna etiraz etmişdir. Göyçək də bundan sonra bunu uydurmuşdur. İki ildən çoxdur ki, cinsi zəifliyi var. Əvvəl Göyçəklə həyat yoldaşı arasında mübahisə olmuşdur. Göyçək tez-tez onlara çay içməyə gəlmişdir. Göyçək onlara gələndə özü evdə tək olmuşdur. Göyçək ona yaxınlıq etməyə çalışmış, lakin o etiraz etmişdir. Bu da onun yoldaşının acığına gəlmişdir. Buna görə də həyat yoldaşı Göyçəklə mühahisə etmişdir ki, onların evinə gəlməsin. O, Gülaya heç nə etməmişdir, özünü təqsirli bilmir, ona böhtan atılmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində o, ona Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Qanuni nümayəndə onun qohumudur. Bacısı Nailənin ərinin qardaşının həyat yoldaşıdır. Nailə və ailə üzvlərilə heç bir düşmənçilikləri və ədavətləri yoxdur. Özü namaz qılır, iş olan zaman evlərdə təmir edərək usta kimi işləyir. Qanuni nümayəndə yalan danışır. Belə ki, Nailənin qızı Gülay ilə cinsi əlaqədə olmamış, ona böhtan atırlar. 16 sentyabr 2021-ci il tarixdə evinin həyətində boruların yerini düzəldərkən, Gülay onun yaşadığı evin həyətinə gəlib ona velosipedinin təkərlərinə hava vurmasını bildirmiş, həmin vaxt ona etiraz etməmiş və velosipedi gətirməsini bildirmişdir. Həmçinin həmin vaxt ona kömək etməsi üçün Gülaya yaxınlıqda olan şiferi yanına gətirməsini bildirdikdə sonuncu şiferi gətirib ona vermişdir. Bu zaman qonşu Göyçək də onlara yaxınlaşıb su vurub-vurmayacağını soruşmuş, sonra isə Gülay, Göyçək ilə çıxıb onun evinin həyətindən getmişdir. Gülayla heç bir vaxt cinsi əlaqədə olmamışdır. Şahid Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, hadisə günü Mütalib onu evin yan tərəfinə çağıraraq, gəl orada təkər dolduraq dedi. O da Mütalibə kömək etmişdir. Bundan sonra da Mütalib onu qucaqlamışdır. Sonra da qapı açılmış, qapını açan qonşusu Göyçək onları görmüşdür. Mütalibin ona qarşı etdiyinin mahiyyətini həmin vaxt anlamamış, dərk etməmişdir. Velosipedin təkərlərinə hava vurmağı bacaran başqa bir adam tanımadığıma görə Mütalibə müraciət etmişdir. Həyətdə başqa uşaqlar olmamışdır. O, Mütalibə velosipedin təkərlərinə hava vurmaq üçün gəldiyini demişdir. Mütalibdə təkər doldurmaq üçün nasos var idi. Bu səbəbdən o, Mütalibin yanına eyni məqsədlə bir neçə dəfə getmişdir. Həmin hadisə günündən əvvəl Mütalib tərəfindən ona qarşı hər hansı bir təcavüz edilməmişdir. Mütalib ona həm “qızım”, həm “Gülay” deyərək müraciət etmişdir. Hadisə günü o Mütalibin yanına gələndə evində heç kəs olmamışdır. Mütalibin həyətində anbar kimi bir yer var idi, adətən velosipedlə onu həyətdə gözləyirdi, o da həmin anbardan nasosu gətirirdi və velosipedimin təkərlərini doldururdu. Hadisə günü Mütalib onu evin yan tərəfinə çağırmışdır. Bundan sonra da Mütalib onu qucaqlamışdır. Ondan əvvəl elə bir hadisə olmamışdır. Nə Mütalib onu bundan əvvəl qucaqlamış, nə də onun tərəfindən hansısa başqa uşağın qucaqlamasını görmüşdür. Sonra da qapı açılmışdır. Qapını açan da qonşusu Göyçək olmuşdur. Göyçək onları görəndə şortiki aşağıda olmuşdur. Mütalib onu qucaqlamışdır, ancaq qapı açılan kimi buraxmışdır. Göyçək Mütalibin yanına su vurmaq üçün gəlmişdir. O da oradan qaçmışdır. Göyçəyin onun üstünə qışqırması, Mütalibi yaxud onu acılması, yaxud da ki onu oradan götürüb başqa yerə aparması kimi hal olmamışdır. Evə qayıdanda başına gəlmiş əhvalat haqqında nə anasına, nə də atasına danışmamışdır. Belə bir hadisə iki-üç dəfə baş vermiş ancaq mahiyyətini dərk etmədiyinə görə təkər doldurmaq üçün yenə də onun yanına getmişdir. Hadisələrin baş verdiyi tarixlərim xatırlamır. Birinci və ikinci dəfə oradan necə çıxıb getdiyini xatırlamır. Hadisə barədə anasına kimsə başqa demişdir. Göyçəy Mütalib onu qucaqlayanda bir dəfə görüb. Başqa vaxtlar görməyib. Həmin hadisələrdən sonra hər hansı bir ağrı hiss etməmişdir. Mütalib tam soyunmurdu, özündə ancaq şalvarının zamokunu açırdı. Onu isə soyundururdu. Mütalib cinsiyyət orqanını onun arxa keçəçəyinə daxil etmişdir. Həmin hal hardasa beş dəqiqə çəkmişdir. Göyçək həyətə daxil olanda o, çılpaq olmamış, onu üzü qapı tərəfə olmuşdur. O və Mütalim hər ikisi ayaq üstdə olmuşlar. Mütalib onun qolunu sıxmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, velosipedinin təkərlərinə hava vurmaq üçün ehtiyac olanda Mutalibin yanına getmiş, sonuncu da velosipedinin təkərlərinə hava vurmuşdur. Dəqiq tarix yadında deyil, 2021-ci ilin iyul ayının ortalarında günorta saatlarında velosipedinin təkərlərinə havtı vurdurmaq üçün qonşusu Mutalibin yaşadığı evin həyətinə getmişdir. Mutalibə velosipedinin təkərlərinə hava vurmasım bildirmiş, bu zaman Mutalib onu həyətdəki evin yan tərəfinə aparmışdır. Sonra onun üzünü özünün əksinə tərəf çevirmiş, əynindəki şalvarının zamoğunu açmış, eyni zamanda onun da əynindəki şalvarını və alt paltarım aşağı çəkmişdir. Həmin vaxt Mutalibin nə etmək istədiyini dərk etməmiş, sonra Mutalib cinsiyyət orqanını çıxarıb onun arxa nahiyəsinə sürtmüş, həmçinin cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə yeritməyə başlamışdır. Həmin vaxt ağrı hiss etdiyi üçün ondan aralanmaq istədikdə Mutalib onun qarın və bel nahiyələrindən tutub özünə çəkib bərk sıxıb saxlamış və bir neçə dəfə öz cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə yeridib çıxarmışdır. Eyni zamanda Mutalib ona səsini çıxarmamağını demişdir. Həmin vaxt qorxub çəkindiyi üçün heç nə edə bilməmişdir. Sonra Mutalib paltarını geyinməyini bildirmiş və velsipedinin təkərlərinə hava vurmuşdur. Bu barədə əgər kiməsə nəsə desə bir daha velosipedinin təkərlərinə hava vurmuyacağını bildirmişdir. Eyni zamanda ona mağazadan özünə cips və digər şeylər almağı üçün pul vermişdir. Lakin, dəqiq nə qədər pul verdiyini xatırlamır. Mutalibin ona etdiyi hərəkətin utanılacaq hərəkət olduğunu bildiyindən anasıgilə desə onu döyəcəklərindən qorxduğu üçün bu barədə heç kəsə heç nə deməmişdir. Mutalibin verdiyi pula da özü üçün mağazadan cips və s. alıb yemişdir. Bundan başqa dəqiq tarix yadında deyil, 2021-ci ilin avqust ayının axırlarında günorta saatlarında yenə də velosipedinə hava vurdurmaq üçün Mutalibin yaşadığı evin həyətinə getmiş, həmin zaman da həyətdə heç kəs olmamışdır. Mutalib yenə də onu evlərinin yan tərəfinə aparmış və eyni ilə yenə də onun şalvarını və alt paltarlarını aşağı endirmiş, sonra öz cinsiyyət orqanını çıxarıb bir neçə dəfə onun arxa keçəcək dəliyinə yeridib çıxarmışdır. Həmin vaxt da ağrı hiss etdiyi üçün onun əlindən çıxmaq istəsə də, Mutalib onun qarın nahiyəsindən əli ilə tutub öz hərəkətini davam etdirmişdir. Bir neçə saniyə sonra Mutalib cinsiyyət orqanını çıxarıb paltarlarını geyinməyini bildirmiş və velosipedinin təkərlərinə hava vurub yenə də ona özünə cips, kökə almaq üçün dəqiq yadında qalmayan məbləğdə pul vermişdir. Gedib həmin pula özü üçün cips alıb yemişdir. Yenə də Mutalibdən, həmçinin anasından və atasından qorxduğu üçün bu barədə heç kəsə heç nə deməmişdir. Bundan başqa sonuncu dəfə yəni, xx.xx.2021-ci il tarixdə saat təxminən 18:30 və ya 19 radələrində velosipedinin havası az olduğundan velosipedini sürə bilməmişdir. Ona görə də velsopedini Mutalibin yaşadığı evin həyətinə gətirmişdir ki, təkərlərinə hava vursun. Həmin zaman dtı Mutalibin yaşadığı evin həyətində və yaşadığı evdə heç kəsi görməmişdir. Lakin, Mutalib onu evin yan tərəfinə aparmış, həmin vaxt Mutalib öz şalvarının sepini açmış, sonra onun üzünü o biri yana tərəf çevirib onun da şalvarını və alt paltarını çıxartmışdır. Sonra Mutalib öz cinsiyyət orqanını onun arxasına sürtməyə başlamış, həmin vaxt Mutalibə onu buraxmasını və çıxıb getmək istədiyini bildirmiş, lakin Mutalib onu buraxmamış və qarnından qucaqlayıb cinsiyyət orqanını onun arxasına salmışdır. Həmçinin əlləri ilə onun qarnından bərk qucaqlayıb onu irəli geri hərəkətlər etdirmişdir. Həmin vaxt qapının bərk örtülməsini eşitmiş, səsi eşidəndən sonra Mutalib öz şalvarını geyinmiş və ona da şalvarını geyinməsini demişdir. Sonra isə Mutalib ona həyətdəki şiferi ona verməsini demişdir. Bundan sonra həyətdəki şiferi ona verib oradan çıxıb evinə getmişdir. Mutalib ona qarşı bu hərəkətləri 3 dəfə ayr-ayrı vaxtarda evinin yanında etmişdir. Sonuncu dəfə Mutalib ona qeyd olunan hərəkətləri etdikdən sonra səhəri günü qonşuluqlarında yaşayan Göyçək onu həyətdə görmüş və ondan Mutaliblə nə iş gördüklərini soruşduqda valideynlərinin qorxusundan ona heç nə deməmişdir. Lakin, Göyçək hər şeyi gördüyünü dedikdə, ona hər şeyi olduğu kimi danışmışdır. Eyni zamanda Göyçək ona bildirmişdir ki, anasına da bu barədə danışsın. Lakin, qorxduğu üçün anasıgilə heç nə deməmişdir. Aradan bir neçə gün keçdikdən sonra anası ondan bu barədə soruşduqda əvvəlcə qorxub ağlamış, lakin anası ona qorxmamasını, hər şeyi bildiyini və danışmasını bildirdikdən sonra anasına hadisəni danışmışdır. Həmçinin anasına və Göyçəyə əvvəllər Mutalibin iki dəfə də ona eyni hərəkətləri etməsini bildirmişdir. Mutalibdən başqa ona heç kəs yuxarıda qeyd etdiyi hərəkətləri etməmişdir. Şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayənədsi Qanuni nümayəndə ifadələrində göstərdi ki, ona zəng vuraraq Mütalibin Gülaya əxlaqsız hərəkətlər edildiyi demişlər. O da üç dəqiqə içərisində qaça-qaça gəlmişdir. O, zəng vuraraq Gülayın harada olduğunu soruşduqda Gülayın bibisi onun Qərənfilgildə olduğunu dedi. O da ona Gülayı evə göndərməyi demişdir. Evə gəlib Gülaydan Mütalibin ona toxunub toxunmamasını soruşduqda Gülay heç nə demədi. Bir daha bunu günaydan bunu soruşduqda, Gülay yenə cavab vermədi. O da bundan sonra o, Mütalimin Gülaya qarşı etdikləri barəsində eşitdiklərinin düz olduğunu başa düşmüşdür. Bundan sonra o, Gülayı danışdırmışdır. Gülay da Mütalibin onun şalvarını aşağı çəkərək arxadan ona sürtündüyünü dedi. Mütalib Gülaya öz cinsiyyət orqanını onun araxasına daxil etmişdir. İbtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadəsini təsdiq edir, Mütalibdən şikayətçidir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid Qanuni nümayəndə ibtidai istintaq zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı Gülay xx.xx.2011-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır. xx.xx.2021-ci il tarixdə saat təxminən 13 radələrində işdə olduğu zaman ona bir nəfər hazırda mobil telefonunda və yadında qalmayan bir mobil nömrədən “Whatsapp” vasitəsilə xanım zəng vurub qızının nəzarətsiz qalmasından pozğunluq etdiyini bildirmiş, həmin qadından bununla bağlı məlumatlar almaq istəsə də, həmin qadın ona yalnız Mutalibin onun qızını pozduğunu bildirib telefonu söndürmüşdür. Daha sonra həmin xanımla əlaqə saxlaya bilməmişdir. Bundan sonra qızı Gülaydan bu barədə soruşduqda sonuncu ağlamağa başlamış, bir təhər onu sakitləşdirib qorxmamasını, hər şeyi ona danışmasını bildirmişdir. Bundan sonra qızı Gülay ona bildirmişdir ki, qonşuluğunda yaşayan Mutalib onun iradəsinə zidd olaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, xx.xx.2021 -ci il tarixdə azyaşlı qızı Gülay velosipedinin təkərlərinə hava vurdurmaq üçün Mutalibin yaşadığı evə getmişdir. Həmin vaxt Mutalib onu yaşadığı evin həyətyanı sahəsində evlə hasarın arasına aparıb orada onu arxasını öz tərəfinə çevirib əynindəki şalvarını və alt paltarını çıxarmış, bundan sonra şalvarının zəncirbəndini açıb cinsiyyət orqanını qızı Gülayın arxa hissəsinə sürtmüş, həmçinin cinsiyyət orqanını Gülayın arxa keçəcək dəliyinə yeritməklə onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Gülay onun əlindən çıxıb getmək istəsə də, Mutalib onun qarın və bel nahiyələrindən tutaraq ona getməsinə imkan verməmiş, eyni zamanda qızı Gülay qorxduğu üçün qışqıra bilməmiş və onlara bu barədə heç nə deyə bilməmişdir. Hadisə zamanı həyət qapısının bərk örtülmə səsini eşitdikdən sonra Mutalib şalvarını geyinmiş, qızı Gülaya da şalvarını geyinməsini bildirmiş, qızı şalvarını geyindikdən sonra Mutalib Gülaya həyətdəki şiferi ona verməsini bildirmişdir. Həmin zaman Gülay həyətdəki şiferi ona verib oradan çıxıb getmişdir. Səhəri günü qonşuluğunda yaşayan Göyçək hadisəni gördüyü üçün Gülaya yaxınlaşıb ona Mutaliblə nə etdiklərini və hər şeyi gördüyünü bildirmiş, bundan sonra X11 etdiyi yuxarıda qeyd olunan hadisəni danışmışdır. Bundan başqa qonşluğunda yaşayan Göyçəklə də hadisə barədə maraqlandıqda sonuncu ona qızı Gülayın yuxarıda təsvir etdiyi kimi hadisəni özünün bir başa görüb şahidi olduğunu bildirmişdir. Həmçinin qızı Gülaydan Mutalibin ona əvvəllər də bu cür hərəkətlər edibetməməsini soruşduqda qızı Gülay ağlayaraq ona bildirmişdir ki, Mutalib birinci dəfə ona 2021-ci ilin iyul ayında, ikinci dəfə 2021-ci ilin avqust ayında öz həyətlərində eyni yerdə yuxarıda qeyd olunduğu kimi eyni ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Mutalib azyaşlı bir qıza qarşı törətmiş olduğu əməlin mahiyyətini hazırda özü-özülüyündə dərk edərək, həmin əməllə bağlı cəlb edilməli olan məsuliyyətindən boyun qaçırmaq məqsədilə qeyd olunan özünü müdafiə xarakterli yalan məzmunlu ifadə vermişdir. Ona zəng vuran həmin xanım konkret olaraq kim olmasını deməmişdir. Həmin xanım ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng vurmuşdur. Həmin mobil nömrəyə sonradan zəng çatmadığından və mobil telefonundan silindiyi üçün nömrənin hansı mobil nömrə olmasını bilməmişdir. Həmçinin naməlum qadın səsli şəxs ona zəng vurub hadisə barədə məlumat verdikdən sonra qızı ilə bu barədə söhbət etmiş, qızı hadisəni ona etiraf etmiş, eyni zamanda Göyçəyin də hadisəni gördüyünü və ona da hadisə barədə məlumat verməsini, lakin qorxub çəkindiyi üçün əvvəlcədən onlara məlumat vermədiyini demişdir. Göyçəklə də söhbət etmiş, Göyçək ona Mutalibin azyaşlı qızma öz həyətlərində seksual xarakterli zorakılıq hərəkətləri etməsini gördüyünü bildirmişdir. Bundan sonra Mutalibin yaşadığı evə getmiş, həmin zaman onun həyat yoldaşı Xanıma bu barədə məlumat vermiş, Xanım da belə bir şeyin ola bilməyəcəyini, Gülayın onların nəvəsi kimi olduğunu dedikdə özü də belə bir hadisənin baş verməsinə bir ana kimi inanmaq istəmədiyini bildirmişdir. Bundan sonra küçəyə çıxmış, küçədə qonşularla söhbət zamanı Göyçəkdən bu barədə qonşuların yanında soruşduqda Göyçək “mən Allahımı dana bilmərəm, mən Mutalib ilə Gülayı həyətdə paltarları əyinlərində görmüşəm” bildirmiş, bundan sonra Göyçəyə əsəbləşib belə olan halda nə üçün qızının adına söz çıxardığını demişdir. Sonra ayrılıb getmişlər, sonradan həmin günü Göyçək ona bildirmişdir ki, həqiqətən də Mutalibin öz həyətlərində Gülaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini görmüş, lakin küçədə qonşuların, həmçinin Mutalibin yaxın qohumlarının arasında qorxub çəkindiyi üçün deyə bilməmiş ki, Mutalibin ailəsi və yaxın qohumları ona nəsə bir şey edərlər. Həmçinin həmin günü bu barədə qayınanası və həyat yoldaşına da demişdir. Onlar da əgər bu barədə kiməsə desə Mutalibin ailəsi ilə qanlı düşman olacaqlarını demişlər. Lakin, bir ana kimi dözə bilmədiyi üçün ona ikilikdə hadisəni gördüyünü demişdir. Həmçinin Göyçək ona hadisə zamanı Mutalibin həyətində sonuncunun oğlu Kərəmi görmədiyini bildirmişdir. Mutalibin oğlu Kərəm atasının törətmiş olduğu əməldən utandıqları üçün və ailələrinə bir ləkə kimi yaxılmaması üçün guya özünün də hadisə zamanı evdə olduğunu demişdir. Bundan başqa əvvəlcədən ona zəng vuran qadının qonşuluğunda yaşayan Humay adlı qadın tərəfindən olunduğunu güman etmiş, belə ki, telefondakı qadının səsini qonşusu Humayın səsinə oxşatmış, həmin zaman küçədə mübahisə vaxtı X19 həyətdə əyinlərində paltarlarla gördüyünü dedikdən sonra əsəbləşib Humaya qarğış edərək ona zəng vurub məlumat verən şəxsin Humay olduğunu demiş, lakin həmin vaxt Humaya zəng edildikdən sonra onun olmadığı müəyyən edilmişdir. Həmçinin Göyçəyə əgər hadisəni görməyibdirsə nə üçün ona zəng vuran qadın hadisə barədə inanmasa Göçəkdən soruşa biləcəyini deməsini soruşmuş, həmin sözü deməkdə məqsədi bu olmuşdur ki, Göyçək orada qonşuların yanında hadisəni necə görübdürsə həqiqətən düzgün şəkildə bildirsin. Çünki Göyçəyin küçədə Mutalibin qohumları və qonşular arasında artıq başının qarışdığını və hamının onun üstünə düşdüyü üçün çəkinib qorxduğunu hiss etmişdir. Əslində telefonda olan qadın ona əgər inanmasa. Göyçəkdən soruşmağı barədə heç nə deməmişdir. Sonradan qızı Gülayla və qonşusu Göyçəklə dəfələrlə bu barədə söhbət etmiş, onlar hər dəfə eyni şəkildə hadisənin əvvəlki ifadəsində qeyd etdiyi kimi baş verdiyini demişlər. Həmçinin qızı Gülaydan Mutalibin ona əvvəllər də belə bir seksual xarakterli hərəkətlər edib-etməməsini soruşduqda, qızı Gülay ağlayaraq Mutalibin ona əvvəllər də iki dəfə ayrıayrı vaxtlarda seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Belə ki, birinci dəfə 2021-ci ilin təxminən iyul ayında, ikinci dəfə 2021-ci ilin avqust ayında və sonuncu dəfə də xx.xx.2021-ci il tarixdə etdiyini demişdir. Hər dəfə də həmin hərəkətləri öz həyətlərində eyni yerdə etmişdir. Məlum olduğu kimi bu hadisə el arasında çox pis qarşılanan hadisədir, ona görə də, Mutalibin yaxın qohumları və Mutalib özü bu hadisənin özlərində bir ləkə kimi qalmasın deyə Mutalibin törətmiş olduğu əməldən yayınması üçün mümkün olan hər şeyi edirlər. Lakin, danılmaz bir faktdır ki, Mutalib həqiqətən də onun azyaşlı qızının fəaliyyət qabiliyyəti olmayan şəxs olmasından istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Şahid2 ifadələrində göstərdi ki, X16 uzaq qohumudur. O, hadisə ilə bağlı bir gün sonra eşitmişdir. Oğlu onu evə çağırmış, ailə üzvləri nə olduğunu demişdir. Gülayla danışaraq düz olub-olmadığını soruşmuşdur. Ətraflı olaraq, həyat yoldaşı və bacısı Gülayla danışmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qızıdır. Qızı Gülay xx.xx.2011-ci il təvəllüdlü olmaqla azyaşlıdır. X16 ailəsi ilə birlikdə onlarla qonşuluqda yaşayır. Eyni zamanda Mütaliblə aralarında qohumluq əlaqələri vardır. O kiçik baş heyvandarlıqla məşğul olur və az hallarda ailəsilə birlikdə olur. 2021-ci ilin sentyabr ayının axırlarında həyat yoldaşı Nailə ona zəng vurub atasının xəstə olduğunu bildirmiş və o da dərhal evə gəlmişdir. Evə gəldikdən sonra həyat yoldaşı Nailə ona bildirdi ki, qonşuluqlarında yaşayan Mütalib onun azyaşlı qızı Gülaya qarşı yaşadığı evin həyətində seksual xarakterli zorakılıq hərəkətləri edibdir və bununla bağlı Nailə polisə məlumat vermişdir. Bundan sonra o həyat yoldaşı Nailədən maraqlandıqda o məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə Nailəyə bir nəfər xanım “Vhatsapp” vasitəsilə zəng vurub qızının nəzarətsiz qalmasından pozğunluq etdiyini, belə ki, qonşusu Mütalibin onun qızını pozduğunu bildirmişdir. Həmçinin hadisə barədə o, həyat yoldaşı Nailədən və azyaşlı qızı Gülaydan maraqlandıqda ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə azyaşlı qızı Gülay velosipedinin təkərlərinə hava vurdurmaq üçün Mütalibin yaşadığı evə gedibdir. Həmin vaxt Mütalib onu yaşadığı evin həyətyanı sahəsində evlə hasann arasına aparıb orada onu arxasını özü tərəfə çevirib əynindəki şalvarını və alt paltarını çıxarmış, bundan sonra şalvarının zəncirbəndini açıb cinsiyyət orqanını qızı Gülayın arxa hissəsinə sürtmüş, həmçinin cinsiyyət orqanını Gülayın arxa keçəcək dəliyinə yeritməklə onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Gülay onun əlindən çıxıb getmək istəsə də, Mütalib onun qarın və bel nahiyələrindən tutaraq ona getməsinə imkan verməmiş, eyni zamanda qızı Gülay qorxduğu üçün qışqıra bilməmiş və onlara bu barədə heç nə deyə bilməmişdir. Hadisə zamanı həyət qapısının bərk örtülmə səsini eşitdikdən sonra Mütalib şalvarını geyinmiş, qızı Gülaya da şalvarını geyinməsini bildirmiş, Gülay geyindikdən sonra Mütalib ona həyətdəki şiferi ona verməsini bildirmişdir. Həmin zaman Gülay həyətdəki şiferi ona verib oradan çıxıb getmişdir. Səhəri günü qonşuluqlarında yaşayan Göyçək hadisəni gördüyü üçün Gülaya yaxınlaşıb ona Mütaliblə nə etdiklərini və hər şeyi gördüyünü bildirmiş, bundan sonra X12 etdiyi hadisəni danışmışdır. Bundan başqa Mütalib birinci dəfə təxminən 2021-ci ilin iyul ayında, ikinci dəfə 2021- ci ilin avqust ayında Gülaya öz həyətlərində eyni yerdə eyni ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs atasıdır. O hadisə günü işə getməmişdir. Gülay onlara gəlmiş və ondan nasos istəmişdir. O isə nasosun qoyulduğu yerin açarının atasında olduğunu demişdir. Gülay da atasının yanına getmişdir. Bundan sonra atasının Göyçəyin atası ilə söhbət etdiyini görmüşdür. Mütalib sonra içəri keçdi. O, atasından Gülaya nasos verib –vermədiyiyni soruşanda Gülaygilə nasosu vermədiyini, çünki onların heç nə istəmədiyini, sadəcə söhbətdən sonra çıxıb getdiklərini dedi. Onun ansının Göyçək ilə bir dəfə mübahisəsi olmuşdur. Səbəbini bilmir. Çöl qapılarının həmin gün açıq olub-olmadığını xatırlamır. Evlərinin hasarı aşağıdır, altı-yeddi daş hündürlüyündə olar. Zərərçəkmiş Gülay evi ilə onların arasında iki ev var. Həyətləri çöldən görünürİfadələrinə başqa lavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 Mutalib oğlu ibtidai istintaq zamanı göstərmişdir ki, Qanuni nümayəndə ərizəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun atasıdır. Qanuni nümayəndə ilə qohumluq və qonşuluq əlaqələri vardır. Bakı şəhəri Suraxanı rayonu, Binə bazarında satıcı işləri. xx.xx.2021-ci il tarixdə istirahət günü idi və yaşadığı evdə olmuşdur. Evdə atası və özü olmuşdur. Atası evin həyətində, özü isə evdə çarpayıya uzanıb telefonuna baxmışdır. Təxminən saat 16 radələrində evlərinin qapısı döyülmüş, həyətə baxdıqda Gülayın gəldiyini görmüş, sonuncu ona velosipedinin təkərinin havası olmadığı üçün hava doldurmaq üçün nasos lazım olduğunu demişdir. Bundan sonra Gülaya atasının həyətdə olduğunu və bununla bağlı atasına deməsini bildirmişdir. Təxminən 5 dəqiqə sonra həyət qapısının bərk örtülmə səsini eşitmiş və pəncərədən həyətə baxdıqda həyət qapısının yanında qonşu Göyçəyin dayandığını görmüşdür. Eyni zamanda Göyçək də onun pəncərədən onu görməyini görmüşdür. Həmin zaman atası Göyçəkdən quyudan sur vurmaq üçün gəldiyini soruşduqda Göyçək elə belə gəzişdiyini demişdir. Sonra atasına çay hazırlamaq üçün pəncərəni bağlayıb mətbəxə keçmişdir. Gülayın və Göyçəyin onların həyətlərinə gəlməsi aralarında təxminən 7-8 dəqiqə vaxt olmuşdur. Sonra Gülay ilə Göyçək onların həyətindən çıxıb getmişlər. Atası da evə gəlmiş və atasına çay vermişdir. Göyçək və Gülay atasına şər və böhtan atırlar. Atası Mutalibin azyaşlı uşağa qarşı əxlaqsız hərəkətlər etməsi mümkün deyildir. Şahid3 ifadəsində göstərdi ki, X13 tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. O hadisə günü, yəni 16 sentyabr 2022-ci il tarixində evin arxasında quyuya su vurmuşdur. Quyuya suyu vurduqdan sonra qayıdanda evin qırağında Mütaliblə Gülayı görmüşdür. O, Mütaliblə Gülayı uyğunsuz vəziyyətdə, yəni hər ikisinin də şalvarının aşağı çəkili olduğunu açıq-aşkar görmüşdür. Qapını qəsdən döymüşdür ki, Mütalib etdiyini kiminsə gördüyünü bilsin. Həm Mütalibi, həm də Gülayı lüt şəkildə görmüşdür. Mütalib Gülaya qarşı əxlaqsız hərərəkət edirdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Qanuni nümayəndə ərizəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs və Qanuni nümayəndə onunla qonşuluqda yaşayırlar. Həmçinin Nailə ilə Mutalibin qohumluq əlaqələri də vardır. İçməli suyu təmin etmək üçün evlərinin yaxınlığında quyu qazılmışdır. Hər gün həmin quyuya gedib oranı təmizləyir ki, quyu torpaqla dolmasın. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində həmin su quyusunu təmizləyərkən, həmin vaxt telefonunda da mahnılara qulaq asmışdır. Quyunu təmizlədikdən sonra evinə tərəf getməyə başlamış, evinə gedən yol Mutalibin evinin həyətindən keçir. Mutalibin evinin həyətindən keçən zaman qəribə səslər eşitmiş və görmüş ki, iki ədəd velosiped onun evinin qarşısında dayanmışdır. Eşitdiyi səslər Mutalibin evinin yan tərəfindən gəlmişdir. Həmin səslərə tərəf getdikdə görmüşdür ki, X6 arxadan qucaqlamışdır. Həmçinin Mutalibin və Gülayın alt palatraları və əynindəki şalvarları da dizlərinə qədər aşağı salınmışdır. Onlarla özünün arasında təxminən 4-5 metr məsafə olmuşdur. Həmin vaxt şokda olduğundan donub qalmışdır. Onlardan biraz aralıya tərəf getmiş, həmin vaxt nə edəcəyini bilməmiş, təxminən 20-30 saniyədən sonra yenidən onlara tərəf getdikdə görmüşdür ki, Mutalib Gülayın arxasını qucaqlayıb öz cinsiyyət orqanınını onun arxasına sürtür. Belə şeyi birinci dəfə gördüyü üçün səsini çıxara bilməmişdir. Sonra onların həyətindən çıxıb evinə tərəf getməyə qərar vermiş, Mutalibin evinin həyətindən çıxan zaman onun qapısını bərk vurmuşdur ki, sonuncu onları görməyini hiss etsin. Sonra yaşadığı evinə gedib bu barədə həyat yoldaşı və qayınanasına məlumat vermiş, həyat yoldaşı ona bildirmişdir ki, Nailə ilə Mutalib qohumdurlar, Nailəgilə bu barədə məlumat versə, Nailənin əri Yalçın birdən gedib Mutalibi öldürər. Ona görə də bir neçə gün Nailəgilə bu barədə məlumat verməmişdir. Lakin, vicdanı sakit olmadığından qərara gəlmişdir ki, Gülayın özü ilə bu barədə söhbət etsin. Gülay ilə söhbət etməyə başlamış və ondan Mutalibin evinin həyətində nə işlə məşğul olmasını soruşduqda, Gülay ilkin olaraq ona cavab verməmişdir. Lakin, bir daha ondan soruşduqda Gülay bildirmişdir ki, velosipedinin təkərlərinə hava doldurmaq üçün Mutalibin evinə getmişdir. Bu zaman Gülaya demişdir ki, Mutalibin onu arxadan qucaqlayıb ona əxlaqsız hərəkətlər etməsini gözü ilə görmüşdür. Həmin vaxt Gülay ağalayaraq Mutalibin onunla bir neçə dəfə bundan əvvvəl də arxa keçəcəyindən qeyri təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. Gülaydan Mutalibin onunla arxadan cinsi əlaqədə olan zaman ağrı hiss edib-etməməsini soruşduqda, Gülay da bildirmişdir ki, əvvəllər olan zaman ağrı hiss etmişdir. Sonra Gülaya bildirmişdir ki, gedib bu barədə anasına desin. Çünki özü Nailəyə bu barədə gedib deməyə utanmışdır. xx.xx.2021-ci il tarixdə “Whatsapp” vasitəsilə qonşusu Qanuni nümayəndə zəng vurub onun qızına qarşı Mutalib tərəfindən törədilmiş hadisə ilə bağlı məlumatı özü vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Mutalibin həyətində sonuncunun azyaşlı Gülaya qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etməsini gördükdən sonra yaşadığı evdə bu barədə qayınanasına və həyat yoldaşımı bildirmişdir. Onlar da ona Nailəgillə Mutalibgilin qohum olduqlarını, əgər bu hadisə özləri tərəfindən çıxarsa onlarla qanlı düşman olacaqlarını bildirmişlər. Buna görə də qorxub bu barədə kənar heç kəsə heç nə deməmişdir. Səhəri günü isə Gülayı görüb onun özünə hadisəni görüb bildiyini dedikdə sonuncu da ona hər şeyi etiraf etmiş, özü də ona anasına bu barədə deməsini bildirmişdir. Lakin, sonradan görmüşdür ki, Gülay anasına heç nə deməmiş və onun qorxub çəkindiyi üçün anasına heç nə deməyəcəyini bilmişdir. Artıq Mutalibin azyaşlı qıza qarşı belə bir əxlaqsız hərəkətlər etməsinə və cəzasız qalmasına dözə bilmədiyi üçün xx.xx.2021-ci il tarixdə əvvəllər işlətmədiyi mobil nömrədən “Whatsapp" vasitəsilə Nailəyə zəng vurmuş, həmin mobil nömrə onda mövcud olmamış, yalnız “Whatsapp” sosial şəbəkəsini işlətmək üçün həmin nömrə ilə qeydiyyatdan keçmiş və hazırda həmin nömrəni xatırlamır. Həmin vaxt əlini ağzına tutmuşdur ki, Nailə səsini tanımasın. Nailəyə Mutalibin onun qızına qarşı pozğun hərəkətlər etdiyini bildirmiş, Nailə də həmin günü qızı Gülaydan bu barədə maraqlandıqda Gülay ona etiraf etmiş, onun da hadisəni gördüyünü və bildiyini demişdir. Buna görə də həmin günü Nailə ona yaxınlaşıb hadisəni görüb-görmədiyini soruşduqdtı əvvəlki ifadəsində qeyd etdiyi kimi hadisəni necə görmüşdürsə Nailəyə danışmışdır. X21 getmiş və qeyd olunan hadisə ilə bağlı küçədə qonşularla birlikdə söhbət edərkən, Mutalibin həyat yoldaşı Xanım, həmçinin Nailə ondan hadisəni görüb-görmədiyini soruşduqlarında, həmin zaman Mutalibin və Nailənin yaxın qohumları, eləcə də digər qonşular orada olduqlarından və özü tək olduğu üçün qorxub çəkinmiş və bildirmişdir ki, onları əyinlərində paltarlarla görmüşdür. Həmin vaxt Nailə nə üçün onun qızının adına söz çıxardığını və ona zəng vuran Humay adlı qonşularının nə üçün inanmırsa Göyçəkdən soruşmağını bildirdiyini demiş, ona zəng vuran şəxsin özü olduğunu və Humayın bu hadisə ilə bağlı hər hansı bir məlumatı olmadığını bildiyi üçün heç nə deməmişdir. Həmçinin həmin zaman fikirləşmiş ki, əgər hər iki ailə arasında qeyd olunan hadisəyə görə nəsə hadisə baş versə onun üstündə qalacaq və hər iki ailə ilə onun və ailəsinin arasında ədavət və düşmənçilik yaranacaqdır. Sonradan həmin günü yenə də dözməyib ikilikdə Nailəyə yaxınlaşıb ona hər kəsin yanında qorxub çəkindiyi üçün Gülayla Mutalibi həyətdə paltarları ilə gördüyünü demiş, eyni zamanda yenə də hadisəni necə görmüşdürsə, yəni Mutalibin Gülaya qarşı etmiş olduğu seksual xarakterli zorakılıq hərəkətlərini gördüyünü təsvir edib danışmışdır. Şahid4 ifadələrində göstərdi ki, X16 onun həyat yoldaşıdır. Mütalib təqsirsizdir. O, Gülaya heç nə etməmişdir. Göyçək Gülayı yalan ifadə verməsi üçün öyrədib. Göyçəklə onun arasında mübahisə yaranmışdır. Mübahisənin səbəbi isə o, evdə olmayanda Göyçəyin onların evinə, ərinin yanına gəlməsi olub. Mütalib qırx yaşından bəri cinsi fəaliyyətin zəifliyindən əziyyət çəkir. Yəni cinsi qabliyyəti yoxdur. Subay oğlanları evdə olduğuna görə Göyçəyin onlara gəlməsini istəməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, Qanuni nümayəndə ərizəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Qanuni nümayəndə ilə həm qohumluq, həmdə qonşuluq münasibətləri vardır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Nailə, baldızı Qərənfil onun evinə gəlmiş, həmin zaman Nailə ona bildirmişdir ki, guya onun həyat yoldaşı Mutalib onun azyaşlı qızı Gülaya qarşı əxlaqsız hərəkətlər etmişdir. Həmin zaman Nailəyə belə bir şeyin ola bilməyəcəyini, Gülayın onların nəvələri ilə eyni yaşda olduğunu dedikdə Nailə də, özünün də bu hadisəyə inana bilmədiyini demişdir. Bundan sonra Nailədən ona Mutalibin, Gülaya əxlaqsız hərəkətlər etməsini kimin dediyini soruşduqda Nailə ona heç kəsin adını verməmiş və ona bir nəfər şəxsin zəng vurub məlumat verdiyini bildirmişdir. Sonra Nailə evindən çıxıb getmiş, təxminən 2-3 dəqiqə keçdikdən sonra evindən küçəyə çıxdıqda qonşuların toplaşıb söhbət etdiklərini görmüş, Göyçək qonşulara həmin zaman demişdir ki, “Allahımı dana bilmərəm, Mutalibin və Gülayın paltarları əyinlərində olmuş və onların əxlaqsız hərəktələr etmələrini görməmişdir”. Bu zaman Nailə Göyçəyin üzərinə gedib onun qızının adına nə üçün söz çıxardığını demiş, həmin zaman özü də onlara yaxınlaşıb Göyçəkdən hadisənin necə baş verdiyini və düzünü deməsini bildirmiş, Göyçək də “Allahımı dana bilmərəm, Mutalibin və Göyçəyin paltarları əynində olmuş və onların əxlaqsız hərəkətlər etmələrini görməmişəm, amma Gülayı on gün bundan əvvəl sizin həyətinizdə görmüşəm” demişdir. Sonra polis əməkdaşları gəlib Mutalibi polis şöbəsinə dəvət etmiş, eşitdiyinə görə Göyçək istintaq zamanı ifadəsində Mutalibin Gülaya qarşı əxlaqsız hərəkətlər etməsini gördüyünü demişdir. Göyçək onların həyətinə gələn zaman özü evdə olmasa da, oğlu Kərəm evdə olmuş, Göyçək özü də qonşların yanında söhbət edən zaman evin həyətində iki ədəd velosiped olduğunu gördüyünü, həmin velosipedlərdən birinin Kərəmin, digərinin isə Gülayın olmasını, sonra da Gülayın velosipedini sürüb getməsini, velosipedin birinin isə həyətdə qalmasını, Göyçək yuxanda qeyd olunan sözləri deyən zaman həmin vaxt küçədə qonşuları Arzu, Rahibə, Qönçə, Qərənfil, sonuncunun əri Sel man, Nailənin qohumları Naz və Rəfail də orada olmuşlar. Şahid6 ifadəsində göstərdi ki, X16 qonşusudur. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Hadisə barədə heç nə bilmir. Yoldaşı Göyçək gördüyü hadisə barədə ona deyəndə o da Göyçəyə gördükələrəiəni Gülayın anasına deməyi tapşırmışdır. Göyçək ona demişdir ki, quyuya su vurmağa gedəndə Mütalibin Gülayın şalvarını aşağı çəkdiyini görüb. O, Göyçəyə də bu işə qarışmamasını demişdir. O, Suraxanı RPİ-də olmamışdır. İbtidai istintaq zamanı ifadə verməmişdir, sadəəc müstəntiq tərəfəiəndən sual-cavab olunmuşdur. Müstəntiqə dediklərini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, Şahid3 onun həyat yoldaşıdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında evə gəldiyi zaman həyat yoldaşı Göyçək bildirmişdir kİ, həmin günü axşam saat təxminən 18:30 radələrində yaşadıqları evin arxa hissəsində olan su quyusunu təmizləmək üçün getdiyi zaman qonşuluqlarında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən səs gəldiyini eşidib yaxınlaşanda evlə hasarın arasında Mutalib digər qonşusu Nailənin azyaşlı qızı Gülayın arxa tərəfini özünə tərəf çevirib cinsiyyət orqanım çıxarıb sonuncu ilə seksual xarakterli hərəkətlər etdiyini görməsini bildirmişdir. Eyni zamanda Göyçək bildirmişdir ki, həmin zaman Mutalibin və Gülayın şalvarları, alt paltarları aşağı endirilmiş vəziyyətdə olmuşdur. Göyçək həmin zaman nə edəcəyini bilmədiyi üçün Mutalibin həyət qapısını bərk vurub çıxıb getmişdir. Həmin zaman Göyçəyə bildirmişdir ki, Nailə ilə Mutalib qohumdurlar, Nailənin əri bilsə birdən Mutalibi öldürə bilər və cinayət hadisəsi baş verər, həmçinin Mutaliblə Nailəgilin, xəbər də onlardan çıxdığı üçün hər iki ailə ilə öz ailələrinin aralarında ədavət və düşmənçilik yarana bilər. Səhəri günü Göyçəək bildirmişdir ki, Gülayla bu barədə söhbət etdikdə Gülay ona xx.xx.2021-ci il tarixdə, eyni zamanda əvvəllər də Mutalibin öz həyətlərində ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Bir müddət keçdikdən sonra X15rşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə və buna görə də cəzasız qalmasına dözə bilmədiyi üçün bu barədə Gülayın anası Nailəyə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Şahid3 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən onlar ifadələrində göstərdiklərini sonuncunun yanında təsdiq etmişlər, Məhkəmə-tibbi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 522 saylı rəyindən görünür ki, 2011-ci il təvəlüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi qalmırsa müddət haqqında fikir söymələk mümkün deyil. Təkrar məhkəmə-tibbi ekspertizasının 14 mart 2022-ci il tarixli 132/KEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda arxa keçəcəkdə düz bağırsağın xarici büzücü əzələsinin (sfinktor) bir qədər boşaldığı müəyyən edilmişdir ki, bu da onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir Məhkəmə-psixoloji ekspertizasından alınmış 01 oktyabr .2021-ci il tarixli 11/402 saylı rəydən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Azyaşlı Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Lakin, Zərərçəkmiş şəxs azyaşlı olduğundan inandığı şəxslərin təsiri altında verdiyi informasiyaları təhrif edə bilər. Azyaşlı Zərərçəkmiş şəxs əqli inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik deyildir. Məhkəmə-tibbi ekspertizasının 21,02.2022-ci il tarixli 215 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlə zəif müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Ambulator məhkəmə-psixiatrik ekspertizasından alınmış 15 fevral 2022-ci il tarixli 387 saylı rəydə göstərilmişdir ki, cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən və “Elektron Məhkəmə Sistemindən” çıxarılmış anket məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2011-ci il təvəllüdlüdür. Məhkəmə, təqsirləndirilən şəxs X9 məhkəmədə özünü təqsirli bilməyərək, azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməməsi barədə məhkəmədə verdiyi ifadələrini özünün müdafiəsinə yönələn faktiki əsası olmayan, öüman etdiyi cəzadan və ictiami məzənnətdən boyun qaçırmağa yönələn cəhd kimi qiymətələndirir. Çünkü onun bu iddialraı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolları, digər sübutlarla və işin faktiki halları ilə təkzib olundu. Məhkəmə yuxarıda göstərilən əsaslarla təqsirləndirilən şəxs X16 tərəfəiəndən ona elan olunmuş əməli o, qəsədən və anlaqlı vəziyyətdə törətmişdir. Bu səbəbədən də onun əməlini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, göstərilənləri nəzrə alıb təqsirləndirilən şəxs X13 təqsirli bilib cəzalanmalı olması qənəaətinə gəlir. Çünkü onu cinayət məsuliyyətindən və cəzadan azad etmək üçün əsəas müəyyən olunmadı. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə tərəfindən hazırki cinayət işi üzrə X9 qanunla müəyyən olunmuş xüsusi müsadirə edilməli olan əmlakı müəyyən edilmədi. Məhkəmə iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 80 (səksən) manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsini və həmin məbləğin X5 tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs X9 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İstintaq orqanı təqsirləndirilən şəxs X9 cəzasını ağırlaşdıran hall kimi cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi göstərmişdir. Təqsirləndirilən şəxs X9 təqsirli bilindiyi əməlin dispozisiyasında həmin əməlin on dörd yaşına çattmamış şəxs barəsində töərdilməsi nəzərdə tutulmuşdur. Bu səbəbədən də qanun həmin halı təkrarən ağırlaşdırıcı hall kimi nəzrə alınmasını istisna edir. Bu səbədən də məhkəmə, həmin halı ağırlaşdırıcı hal kimi nəzərə almır və ittihamdan xaric edir. Çünkü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb X9 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığı qənəaətinə gəlir, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Çünkü ictimai mənafelər, törədiyi cinayət əməlinin xarakteri, habelə törətdyi əməlin qurbanı olmuş şəxsin həssasız kütlənin nümayəndəsi olmasını və belə kütələnin ayrı-ayrı üzvülərini uyğun qəsədələrdən qorunması ona azadlıqdan məhrum etməyə niəsbətən daha yüngül cəza təyin etmək üçün əsas vermədi. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X16 həmin tarixdə bu iş üzrə şübhəli şəxs qismində tutlmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə, X14 cəza təyin edərəkən həmin halı nəzrə alır. Məhkəmə, X14 azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyiyndən və onun xüsusi ilə ağır cinayətə görə məhkum olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasıfnı nəzrə alır. Məhkəmə təqsirləndirilən şəxs X14 cəza təyin edərəkən in barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs X14 təyin ediləcək cəzanın müddətini müəyyən sedərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablansın. X16 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabına 80 (səksən) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcələrini təşkil edən 80 (səksən) manat X5 məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, X16 isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova Düzdür Məhkəmənin hakimi Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar