Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-116/2024 26.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X12 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi, ev 3, mənzil 132-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini külli miqdarda əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu inzibati ərazisində yerləşən “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,033 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 04:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid5 yaşadığı ünvan 1 ünvanında saxlanılmış, həmin vaxt mənzilə keçirilən baxış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla saxladığı narkotik vasitə hesab edilən külli miqdarda heroinin təmiz çəkisi 2,432 qram təşkil edən hissəsi giriş hissədə yerləşən masanın üzərindən aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq gətirildiyi Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-in inzibati binasında həmin gün saat 07:00 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla saxladığı narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,601 qram təşkil edən digər hissəsi əynində olan şalvarının sol arxa cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin o, heç vaxt satış məqsədilə narkotik vasitələr əldə etməmişdir. Hadisə baş verən zaman, yəni polis əməkdaşları tərəfindən tutulduğu evdə onun üzərində və həmin evdə narkotik vasitələr olmamışdır. Doğrudur o, həmin gün narkotik vasitə istifadə etdikdən sonra Sahibin evinə getmiş, lakin Sahibin evində narkotik vasitə istifadə etməmişdir. Çünki həmin evdə narkotik vasitələr olmamışdır. O, hadisəni daha ətraflı təsvir edərək bildirmişdir ki, hadisə baş verən gün gecə saatlarında mobil telefonunun enerjisi bitmək üzrə olmuş və ona görə də mobil telefonu enerji yığması üçün Sahib adlı tanışının yaşadığı evə getmişdir. O, Sahiblə eyni məhəllədə yaşamış və bildiyi qədərilə həmin ev heç Sahibə də məxsus olmamışdır. Eyni zamanda o, Sahibin yaşadığı evin kimə məxsus olduğunu da bilmir. O, hadisə baş verən gün Sahibin yaşadığı evə gedərək mobil telefonunu enerji yığması üçün zaryatkaya qoşmuşdur. Bir müddət sonra polis əməkdaşı Anar adlı şəxs Sahibin yaşadığı evə gəlmişdir. Sonra Anar adlı şəxs mobil telefonu vasitəsilə onun tanımadığı şəxslərə zəng etmişdir. Qısa müddət sonra bir neçə polis əməkdaşı da Sahibin yaşadığı evə gəlmişdir. Polislər Sahibin evinə gəldikdən sonra əvvəlcədən qurduqları ssenari üzrə hərəkət etmişlər, yəni əvvəlcə Sahibi yaşadığı evdən çölə çıxarmışlar. Polislər elə etmişlər ki, guya əvvəlcə Sahibi küçədə saxlamışlar və həmin vaxt Sahibin üzərindən narkotik vasitələr aşkar edilmiş, sonra Sahib polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitələr saxladığını bildirmiş və bunun əsasında da polislər Sahibin yaşadığı evə baxış keçirmək üçün gəlmişlər. Çünki polislər Sahibi evdə əməlli başlı döymüşlər. Bütün bunlar əvvəlcədən qurulmuş və bir-bir icra edilmiş plan olmuşdur. Çünki polislər Sahibi çöldə tutmamışlar. Əksinə polislər evə gələn zaman Sahib evdə olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman Sahibin yaşadığı evdə onlar 3 (üç) nəfər olmuşlar. Hadisə günü Sahibin evində Rafael, Sahib və o, olmuşdur. Hər üçü əvvəllər azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişlər. Həmin polis əməkdaşları Sahibin evinə gəldikdən sonra onu döyməyə başlamışlar, sonra qarşısına narkotik vasitələr qoyaraq həmin narkotik vasitələrin Sahibə məxsus olmasını bildirməsini ondan tələb etmişlər. Onların üçünü də polislər tərəfindən döyülmüşdür. Onlar bu barədə prokurorluq orqanına şikayət də etmişlər. Onun əvvəllər 2 (iki) dəfə narkotik vasitələrdən istifadəyə görə təqsirli bilinməsi ilə əlaqədar məhkumluğu olmuşdur. Hazırkı iş üzrə barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar onlar məhkəmə qarşısına çıxarılmalı olmuşlar. Lakin onlar prokurorluq əməkdaşlarına polis əməkdaşları tərəfindən döyülmələri ilə bağlı tibbi ekspertiza keçirildikdən sonra həbsin seçilməsinə razı olacaqlarını bildirmişlər. Buna görə də əvvəlcə onların barəsində həbs deyil, ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. O, barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi andan barəsində seçilmiş qətimkan tədbirinin icrasına nəzarət edən müvafiq icra orqanının çağırışına vaxtı-vaxtında gedib-gəlmişdir. Lakin sonra onun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 30 gün müddətə inzibati tənbeh tədbiri seçilmişdir. Barəsində inzibati həbs seçildiyinə və 30 gün müddətində həsbdə saxlanıldığına görə o, ev dustaqlığına nəzarət edən müvafiq icra orqanının heç bir çağırışına gedə bilməmişdir. Bundan sonra ibtidai istintaq orqanı tərəfindən onun axtarışa verilməsi barədə qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş 30 günlük inzibati həbsin vaxtı bitdikdən sonra ona məlum olmuşdur ki, barəsində axtarış elan edilmişdir. O, müvafiq icra orqanına yaxınlaşan zaman axtarışda olduğunu ona bildirmişlər və bundan sonra onu məhkəmə qarşısına çıxarmışlar. Məhkəmə tərəfindən də onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Onlar Sahibin evində saxlanılan zaman polis əməkdaşları tərəfindən hər üçünün qarşısına müəyyən qədər narkotik vasitələr qoyulmuşdur. Onun qarşısına qoyulan narkotik vasitənin çəkisinin azaldılması üçün o, 1-2 dəqiqəlik boşluqdan istifadə edərək həmin narkotik vasitənin bir hissəsini yerə boşaltmışdır. Həmin narkotik vasitələri onların boynuna Anar adlı polis əməkdaşı qoymuşdur. Daha sonra Sahibin evindən onları Polis bölməsinə aparmışlar. Polis bölməsində polis əməkdaşları ona demişlər ki, videoçəkiliş zamanı o, narkotik vasitənin ona məxsus olduğunu bildirsə və bu barədə təqdim edilən sənədlərə imza çəksə, onun barəsində daha yüngül maddə üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi açılacaq. O, barəsində daha ağır maddə üzrə cinayət işinin açılmasından və polis əməkdaşlarının daha ağır təzyiq göstərə biləcəyindən qorxduğu üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, eləcə də təqdim edilən sənədləri imzalamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə deyil, əksinə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi halların nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Qasımova Nicat onun yaşadığı məhəlləyə tez-tez gəlib-getmişdir. O, Nicatı onun yaşadığı məhəlləyə gəlib-getməsi ilə əlaqədar tanımışdır. Sonradan onlar dostlaşmışlar. Hadisə baş verən gün gecə saatlarında o, Təqsirləndirilən şəxs olduğu evə gəlmişdir. Çünki o, məhəllədə gəzərkən həmin evin işıqlarının yanılı olduğunu görmüşdür. O, düşünmüşdür ki, Təqsirləndirilən şəxs həmin evdədir. Ona görə də o, həmin evə getmişdir. O, içəri daxil olan zaman evdə Təqsirləndirilən şəxs və Sahib adlı şəxs olmuşdur. Sahib kənarda yatmışdır. O da, Nicat ilə əyləşib söhbət etmişdir. Təxminən 1 (bir) saatdan sonra polis əməkdaşları tərəfindən evin qapısı döyülmüşdür. O, narahatçılığa heç bir səbəb olmadığına görə Nicata qapını açmasını bildirmişdir. Qapı açılan zaman o, polis əməkdaşlarını tanımışdır. Çünki həmin polis əməkdaşları onların yaşadıqları sahə üzrə xidmət aparan polislər olmuşlar. Polis əməkdaşları içəri daxil olaraq onlardan üzərlərində narkotik vasitə varsa təhvil vermələrini bildirmişlər. Lakin onlar üzərlərində heç bir qanunsuz maddə olmadığını bildirmişlər. Polis əməkdaşları isə onlara kinayəli şəkildə “yoxdur, yoxdur da. Nə problem” deyə cavab vermişlər. İbtidai istintaq zamanı ona məlum olmuşdur ki, guya polis əməkdaşları qapını sındırıb içəri daxil olmuşlar. Lakin bu tamamilə yalandır. Çünki onlar evin qapısını könüllü şəkildə açmışlar. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, o, Sahib və Nicat polis əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşlarının təzyiqinə məruz qalmışlar, onun bədənində xəsarət izi olmadığından bununla bağlı heç bir orqana müraciət etməmiş, ibtidai istintaq zamanı onun qarşısına qoyulmuş bəzi sənədləri imzalamış, buna səbəb isə müstəntiqin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin açılması olmuş, Sahibin barəsində cinayət işinə məhkəmədə baxılmış və məhkəmə qərarı ilə Sahibə bəraət verilmiş, evdə Nicatın polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmuş, onlar polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərlərindən və evdən qanunsuz heç bir maddə aşkar edilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, onlar MSY-də olan zaman hər üçü, yəni Sahib, Nicat və o, narkotik vasitənin təsiri altında olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 03:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsində əməliyyat məlumatı əsasında onların tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Nəticədə onlar Təqsirləndirilən şəxsı tanışı olan Sahib adlı şəxs ilə birlikdə şübhəli şəxs qismində saxlamışlar. Sahibin yaşadığı mənzilə Sahibin razılığı ilə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Sahibin yaşadığı evdə sonuncudan başqa Təqsirləndirilən şəxs və digər şəxs də olmuşdur. Sahibin yaşadığı mənzilə baxış zamanı masanın üzərindən həmin vaxt evdə olan şəxslərə məxsus narkotik vasitələr aşkar olunmuşdur. Sonra aşkar olunan narkotik vasitələr sənədləşdirilmiş, habelə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs və digər şəxslər 27-ci Polis Bölməsinə aparılmışdır. 27-ci X6 Nicatın üzərinə keçirilən şəxsi axtarış zamanı Nicatın şalvarının arxa cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Ekspertiza təyin olunduqdan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin həqiqətən də narkotik vasitə olduğu təsdiqlənmiş və bundan sonra Təqsirləndirilən şəxs istintaqa təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitəni bir neçə gün əvvəl İran İslam Respublikası vətəndaşından almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sahib adlı şəxsin tiryəkxanalar təşkil etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar əməliyyat qrupu olaraq Sahibi yaşadığı evin qarşısında, yəni M.F.Axundov küçəsində saxlamışlar. Sahib yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra Sahibin yaşadığı evə əməliyyat-axtarış qrupu tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Sahibin yaşadığı evdə hazırkı iş üzrə təqsirləndirilən şəxs Nicat ilə birlikdə Rafael adlı şəxs də olmuşdur. Baxış zamanı Sahibin yaşadığı evdə olan masanın üzərində şprislər, narkotik maddə heroin və metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Masanın üzərindən Nicata məxsus 01 bükümdə təxminən 03 qrama yaxın herionə oxşar maddə aşkar edilmişdir. Həmin vaxt şübhəli şəxslər bildirmişlər ki, Sahibin yaşadığı evdən aşkar edilən narkotik vasitələri istifadə etmək məqsədi ilə orada saxlamışlar. Daha sonra şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs və digər şəxslər 27-ci Polis Bölməsinə aparılmışdır. 27-ci Polis Bolməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı Nicatın şalvarının arxa cibindən 01 ədəd bükümdə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 oxşar məzmunlu ifadə verməklə digər şahidlər Şahid2 və Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təxminən 10 ildir ki, narkotik vasitələrdən istifadə edir. O, xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:45 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında piyada hərəkət edən zaman 4 (dörd) nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi ona təqdim edərək onun narkotik vasitələrin, psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməsində şübhəli olduğunu bildirib xidmətini vəsiqələrini göstərmişlər, eləcə də barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edib onun yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişlər. O da baxışa etiraz etməmiş və hazırda evdə 2 (iki) nəfər tanışının olduğunu bildirmişdir. Videoçəkilişlə baxış zamanı tanışları Təqsirləndirilən şəxs və Şahid6 da evdə olmuşlar. Baxış zamanı o, masanın üzərində olan özünə məxsus 1 (bir) bükümdə heroin kütləsini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs da masanın üzərində olan özünə məxsus 1 (bir) bükümdə heroin kütləsini təqdim etmişdir, daha sonra da Şahid6 da masanın üzərində olan özünə məxsus 1 (bir) bükümdə heroin kütləsini təqdim etdi. Təqdim edilmiş heroin bükümləri ayrıayrılıqda qablaşdırılmış və üzəri imzalanmışdır. Sonra baxş zamanı 3 (üç) ədəd falqa, 1 (bir) ədəd şüşə ampula, 5 (beş) ədəd şpris, 5 (beş) ədəd iynə ucluğu, Təqsirləndirilən şəxs məxsus və Şahid6 məxsus mobil telefonlar aşkar olunaraq götürülmüşdür. O, baxış zamanı təqdim etdiyi heroinin özünə məxsus olduğunu, narkotik vasitələrin satışını həyata keçirmədiyini, Rafael və Nicatın özlərinə məxsus narkotik maddələri rahat şəkildə istifadə etmələri üçün onun yaşadığı evə gəldiklərini, evdən aşkar olunmuş şpisləri isə narkotik maddələr istifadə etmək üçün aldıqlarını bildirmişdir. Nicat təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin narkotik maddəni rahat şəkildə istifadə etmək üçün onun yaşadığı evə gəldiyini, narkotik maddələrin satışını həyata keçirmədiyini bildirmişdir. Rafael təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin narkotik maddəni rahat şəkildə istifadə etmək üçün onun yaşadığı evə gəldiyini, narkotik maddələrin satışını həyata keçirmədiyini bildirmişdir. Sonra onları yaxınlıqda yerləşən Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparmışlar. Orada hər üçünün müdafiə hüququ təmin edilmiş, sonra isə hər üçü şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı ondan 1 (bir) büküm narkotik vasitə heroin, Nicatdan 1 (bir) büküm narkotik vasitə heroin və Rafaeldən 1 (bir) büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 8) görünür ki, Şahid5 Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməsi barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, Şahid5 Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməsi barədə daxil olmuş məlumat əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 12) görünür ki, həmin gün saat 03:45-də Şahid5 yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə Şahid5, Təqsirləndirilən şəxs və Şahid6 polis əməkdaşları tərəfindən saxlanılaraq 27-ci Polis Bölməsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 14) görünür ki, Şahid5 yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evə baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 15-17) görünür ki, həmin gün Şahid5 yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evə baxış keçirilmiş və həmin vaxt Şahid5 üzərindən 01 bükümdə 4,43 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə, Şahid6 üzərində 01 bükümdə 4,25 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə, Təqsirləndirilən şəxs üzərində 01 bükümdə 3,88 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə, habelə 01 ədəd şüşə ampula, 03 ədəd falqa, 05 ədəd şpris, 05 ədəd iynə ucluğu, Şahid6 məxsis 01 ədəd “F+” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aşkar eidlərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Şahid5 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Şahid5 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 46) görünür ki, Şahid6 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 47) görünür ki, həmin gün Şahid6 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 66) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 79) görünür ki, Şahid5 üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 80) görünür ki, Şahid6 üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 81) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 82-84) görünür ki, həmin gün müdafiəçilərin iştirakı ilə Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt Şahid5 üzərindən 01 bükümdə 1,07 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə, Şahid6 üzərindən 01 bükümdə 1,04 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə, Təqsirləndirilən şəxs üzərindən 01 bükümdə 1,10 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2754 nömrəli rəyindən (cild 1, iş vərəqə 98-100) görünür ki, tədqiqata təqdim olunmuş üzərində Şahid5 məxsus 02 bükümdə ümumilikdə təmiz çəkiləri 3,855 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid6 məxsus 02 bükümdə ümumilikdə təmiz çəkiləri 4,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs məxsus 02 bükümdə ümumilikdə təmiz çəkiləri 3,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroin kütlələri komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş Şahid5 məxsus şpris və iynə ucluqlarında nəzarətdə olan maddələrə məxsus izlər aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-500/2022 saylı qərarından (cild 1, iş vərəqə 118-119) görünür ki, Şahid5 barəsində DİN-in BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul eidlmiş xx.xx.2022-i il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 119-120) görünür ki, həmin gün Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 132-133) görünür ki, həmin gün Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 142-143) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-410/2022 saylı qərarından (cild 1, iş vərəqə 159-162) görünür ki, həmin gün Şahid5 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal rayon prokurorunun qərarından (cild 1, iş vərəqə 166-168) görünür ki, həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Elman Süleymanov müstəntiq tərəfindən Şahid6 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş və Şahid6 Yasamal RPİ-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 169-170) görünür ki, həmin gün Şahid6 Yasamal RPİ-nin MSY-dən azad olunmuş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 172) görünür ki, həmin gün Şahid6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal rayon prokurorunun qərarından (cild 1, iş vərəqə 176-178) görünür ki, həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Elman Süleymanov müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş və Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 180-181) görünür ki, həmin gün Qasımov X7 RPİ-nin MSY-dən azad olunmuş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 182) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 40-42) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 36-cı bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin cavab məktubundan (cild 2, iş vərəqə 77) görünür ki, Şahid6 və Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 1-2) görünür ki, Şahid6 və Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndirkləri üçün onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 78-79) görünür ki, həmin gün Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 96-107) görünür ki, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid6 və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin tərkib əlamətləri olduğundan göstərilən şəxslərin barəsində ayrıca icraata cinayət işinin ayrılması, Şahid6 və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxslər barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 108-109) görünür ki, Şahid6 və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1014/2022 saylı qərarından (cild 3, iş vərəqə 169-170) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 30 gün müddətə inzibati qaydada həbs edilmiş, inzibati həbsin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin cavab məktubundan (cild 2, iş vərəqə 114) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq 27-ci Polis Bölməsinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 115) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:15-də saxlanılaraq 27ci Polis Bölməsinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 119-121) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə əməlin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 123-125) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-769/2022 saylı qərarından (cild 2, iş vərəqə 147-153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin cavab məktubundan (cild 2, iş vərəqə 161) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, həmçinin kiməsə narkotik vasitələri bağışlaması halları əməliyyat yolu ilə yoxlanılmış, lakin heç bir nəticə verməmişdir. xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1636/2022 saylı hökmündən (cild 3, iş vərəqə 127-137) görünür ki, Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə bəraət verilmiş, habelə o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə hökmlərin məcmusu qaydasında 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 6899 saylı rəyindən (cild 2, iş vərəqə 188-189) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 3039 saylı rəyindən (cild 2, iş vərəqə 191-192) görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 198-207) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Şahid6 və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 238.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-319/2023 saylı cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçadan (cild 3, iş vərəqə 57-61) görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən xəsarət almadığını bildirmiş, eləcə də sol saidin ön səthində çoxsaylı köhnə çapıq toxuması və hər iki aşağı ətrafda postinyeksion trofik yaralar aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin 1(103)-395/2023 saylı hökmündən (cild 3, iş vərəqə 138-166) görünür ki, xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1636/2022 saylı hökmü apellyasiya qaydasında ləğv edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə bəraət verilmişdir. xx.xx.2023-cü il tarixli Yasamal rayon prokurorluğunun qərarından (cild 3, iş vərəqə 206-208) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-273/2021 saylı hökmündən (cild 2, iş vərəqə 163-173) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmiş və bunu onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Şahid5 yaşadığı evə getsə və orada polis əməkdaşları tərəfindən saxlanılsa da, həmin vaxt evdə, onun üzərində, eləcə də Şahid5 və Şahid6 üzərində narkotik vasitə olmamış, polis əməkdaşları saxladıqdan sonra onlara fiziki təzyiq göstərmişlər və bu səbəbdən də 27-ci X9 Şərifov və Şahid6 kimi etirafedici ifadə verməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs iddia etdiyi hallar bilavasitə ittihamın qanuniliyinə və əsaslılığına təsir edən mühüm hallar olduğundan, eləcə də Şahid5 barəsində olan cinayət işinə apellyasiya qaydasında baxılarkən sonuncuya bəraət verildiyindən onun iddia etdiyi hallar məhkəmədə ətraflı şəkildə araşdırılmışdır. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılsa da, sonradan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiq tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş və nəticədə o, xx.xx.2022-ci il tarixdə Yasaml RPİ-nin MSY-dən azad olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs MSY-dən azad olunduqdan sonra, yəni azadlıqda olduğu müddət ərzində polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və üzərində xəsarətlərin olması barədə tibb müəssisələrinə, eləcə də ona məxsus olmayan və dövriyyəsi qadağan edilmiş predmetlə bağlı etirafedici ifadə verməsi, başqa sözlə, iddia etdiyi kimi əsassız şəkildə cinayət məsuliyyətinə cəlb edilməsi barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Əksinə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 30 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bu səbəbdən də inzibati həbsdən azad olunduqdan sonra Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 03 ay müddətə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və o, istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş, tibbi müayinə zamanı hər hansı xəsarət almadığını bildirmişdir. Buna baxmayaraq, onun bədən səthi üzərində köhnə çapıq toxumaları və hər iki aşağı hissədə postinyeksion yaralar aşkar edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərində xəsarət izi olması barədə istintaq təcridxanasında hər hansı qeydiyyat aparılmamışdır. Şahid5 apellyasiya qaydasında verilmiş bəraətin əsaslarından biri – onun döyülmə və işgəncəyə məruz qalması halı ilə bağlı olduğundan məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halı əlavə araşdırma yolu ilə yoxlamış və bu barədə müvafiq qərar qəbul edilməklə Yasamal rayon prokurorluğuna müraciət olunmuşdur. Məhkəmənin təşəbbüsü ilə Yasamal rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı canlı şəxsin ekspertizası keçirilmiş, ekspertiza rəyində Təqsirləndirilən şəxs üzərində xəsarət izi olmaması müəyyən edilmiş, nəticədə prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, məhkəmə onun ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, Şahid6 Təqsirləndirilən şəxs və Şahid5la birlikdə eyni vaxtda və eyni yerdə saxlanıldığından əvvəlcə onların barəsində eyni icraat üzrə ibtidai istintaq aparılmış, sonradan isə hər üç şəxsin barəsində icraat ayrılmışdır. Həmçinin Şahid6 məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxsla dostluq etdiyini bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şahid6 barəsində ayrıca icraatda cinayət işi olduğundan, yəni başqa iş üzrə təqsirləndirilən şəxs qismində çıxış etdiyindən, eləcə də Təqsirləndirilən şəxsla dost olduğundan və Şahid5 apellyasiya qaydasında bəraət verildiyindən Şahid6 məhkəmədə Təqsirləndirilən şəxs xeyrinə ifadə verməklə sonuncunun vəziyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Eyni zamanda cinayət işinə məhkəmədə baxılarkən Şahid5 ölməsi faktı təsdiq edildiyindən məhkəmədə onun dindirilməsi mümkün olmamış, ona görə də onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Bundan başqa, Şahid5 yaşadığı evə baxış keçirilərkən orada müdafiəçilər iştirak etməsələr də, hər üç şəxsin üzərinə, yəni Sahibin, Rafaelin və Nicatın üzərinə 27-ci Polis Bölməsində şəxsi axtarış keçirilərkən hər birinə ayrılmış müdafiəçi orada iştirak etdiyindən onların üzərinə şəxsi axtarışın keçirilməsinə dair prosessual hərəkət barədə tərtib edilmiş protokolun şübhə altına alınmasına əsas yoxdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar, yəni Şahid5 evində polis əməkdaşları tərəfindən saxlanılarkən evdə ona aid və şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olmaması, saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiq və işgəncəyə məruz qalması halları məhkəmədə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,033 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 04:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 yaşadığı evdə saxlanılmış, həmin vaxt evə baxış keçirilmiş və baxış zamanı qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda narkotik vasitə heroinin təmiz çəkisi 2,432 qram təşkil edən hissəsi giriş hissədə yerləşən masanın üzərindən aşkar olunaraq götürülmüş, bundan sonra Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında həmin gün saat 07:00 dəqiqədə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol arxa cibindən təmiz çəkisi 0,601 qram təşkil edən narkotik vasitə heroinin digər hissəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərinin, tutulma şəraitinin və tutulması üçün səbəblərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Əksinə məhkəmədə təsdiq edilmişdir ki, o, Şahid5 barəsində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini şəxsi istifadəsi üçün qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişlər. Həmçinin ibtidai istintaq zamanı bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə onun kiməsə narkotik vasitə satması və ya narkotik vasitə/psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, 13 may 2022-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 3 (üç) bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkarlanması özü-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin vasitə və maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrin və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Əksinə cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 2 (iki) dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə cəza çəkmişdir. Hətta işlərdən biri üzrə birinci instansiya məhkəməsi tərəfindən onun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilsə də, sonradan apellyasiya qaydasında baxan məhkəmə tərəfindən onun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Bundan başqa, cinayət işində olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 6899 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması, habelə xx.xx.2022-ci il tarixdə onun üzərindən külli miqdarda, yəni təmiz çəkisi 3,033 qram olan narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji rəydən də görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin opioid qrupuna aid narkotik vasitəyə aid olması da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini məhz istifadə etmək üçün qanunsuz şəkildə əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heorinin çəkisinə gəldikdə isə məhkəmə belə hesab edir ki, 3,033 qram narkotik vasitə heroinin həmin vasitədən istifadə edən şəxsin bir neçə dəfəlik istifadə dozasını təşkil edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs qeyd edilən çəkidə vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi daha ağlabatan və inandırıcıdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ibtidai istintaq zamanı təzyiq altında ifadə verməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdən fərqli məzmunda ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının zorakılığına məruz qaldığını və törətmədiyi cinayəti fiziki təzyiq altında etiraf etdiyini bildirsə də, ibtidai istintaq zamanı zorakılığa məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, başqa sözlə, işgəncəyə məruz qaldığını bildirməmiş, qeyd edilənlərlə bağlı heç bir hüquq mühafizə orqanına, o cümlədən məhkəməyə müraciət etməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə istintaqı başlananadək məhkəmədə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlarla bağlı heç bir orqana müraciət etməmiş, istinad etdiyi pozulmuş hüquqlarının bərpasına yönəlmiş heç bir hərəkət etməmişdir. Bundan başqa, Yasamal RPİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək hər hansı bir sübutu əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadə verərək ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir (Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığından və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyindən onun əməli məhz Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs epilepsiya xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin sadə residivi var. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə və cəzasının sonu ilə cəzadan azad olunsa da, məhkumluğu ödənilmədiyi və götürülmədiyi 2 (iki) illik müddət ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədilməsi sadə residiv sayılır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cəza təyini ilə bağlı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, o, epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən ona sadə residiv nəzərə alınmaqla aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində saxlanılacaq cəzanın əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,933 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılan cəzanın əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,933 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-116/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-116/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver