Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-116/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X28 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X22, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri, Nizami rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, ona irəli sürülmüş ittihama əsasən, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 04 radələrində ünvan 3 ünvanın qarşısında tanışı Şahid3 Zərərçəkmiş şəxs borclu olduğu 20 manat pul əvəzinə sonuncuya saxta pul verməsi ilə bağlı Şahid3 və Zərərçəkmiş şəxs arasında olan söhbətə müdaxilə edib qeyd edilən məsələ ilə bağlı Zərərçəkmiş şəxs guya həmin tarixdə Şahid3lə telefon danışığı zamanı sonuncunu söyməsini bəhanə edib heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fovqündə qoyub, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib qəsdən əli Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vurub sonuncunu yerə yıxdıqdan, sonra ayağı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vurub sonuncuya həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş- beynin yüngül dərəcəli əzilməsi, sağdan alm cibinin hər iki səhifəsinin sağ orbitanın yuxarı divarına keçən xətti sınığı, sağ gözün üst qapağının qançırından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,760 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 13 iyun 2023-cü il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23cü Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanda şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 nömrəli ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-yə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,760 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs başına təpik ilə vurmamışdır. Rəhimov Sadiq 18 may 2023-cü il tarixində 102 xidmətinə zəng vuraraq ondan şikayət etmişdir. O isə 13 iyun 2025-ci il tarixində saxlanılmışdır. İki tarix arasında təxminən 20 gün vaxt vardır. Bu müddət ərzində polis əməkdaşlarının onu nə səbəbə məsuliyyətə cəlb etmədikləri ona məlum deyildir. O hadisə günü, hadisə başa çatdıqdan sonra, dostu Şahid3 ilə sağollaşaraq evə getmiş və yatmışdır. Həmin gün anası evdə olmamışdır. Onun anası ilə atasının yaşayış yerləri fərqlidir. O, həmin gün evdə uzanmışdır və bu zaman qapının döyüldüyünü görmüşdür. O pəcərədən baxarkən, dostu Rəşidi və yanında polis əməkdaşlarını görmüşdür. Bu zaman paltarını geyinmiş, çölə çıxmış, polislər onların barəsində şikayət daxil olduğunu, bölməyə getməli olduqlarını bildirmişlər. Onlar bölməyə getmiş və iki gün şübhəli şəxs qismində orada saxlanılmışlar. Polis bölməsində olarkən Abbas adlı təhqiqatçı ona yaxınlaşaraq məsələnin elə də böyük olmadığını, arada sadəcə dava olduğunu və cinayət işi başlamaq istəmədiyini ona bildirmişdir. Həmin zaman Rəşidin anası Aytən də yanlarına gələrək yemək gətirmişdir. Onlar iki gündən sonra azad edilmiş və yenidən öz evlərinə qayıtmışlar. İkinci dəfə saxlanılana qədər də məsuliyyətə cəlb olunacağını düşünməmiş və məsələnin bununla da bitdiyinə inanmışdır. O sadəcə Sadiq Rəhimova bir yumruq zərbəsi vurmuş, başqa heç nə etməmişdir. Sadiqi vurmağına səbəb də onun söyüşlər ilə onu təhqir etməsi olmuşdur. O, nə xuliqan, nə də bandit deyildir. Zərərçəkmiş şəxs telefonda həm onu, həm də Rəşidin ünvanına nalayiq sözlər işlətmiş, telefon ilə o özü danışdığından Rəşidin həmin söyüşlərdən xəbəri olmamışdır. Onun zərərçəkmiş şəxsə borcu olmamış, Rəşidin zərərçəkmiş şəxsə borcu olmuşdur, lakin Rəşidin zərərçəkmiş şəxsə nə qədər borcu olması barədə məlumatı yoxdur, o zərəçəkmiş şəxs ilə danışan zaman, sonuncu onu təhqir etmiş, o isə zərərçəkmiş şəxsdən onunla görüşəcəyini və onu gözləməsini xahiş etmişdir, O, zərərçəkmiş şəxsə telefonda hər hansı nalayiq ifadə işlətməmiş, onun hadisə yerinə gedərkən zərərçəkmiş şəxsi döymək fikri olmamışdır, o ilk olaraq zərərçəkmiş şəxsdən onu nəyə görə söydüyünü soruşmuş, zərərçəkmiş şəxs onunla söhbət etdiyi zaman, geriyə dönərək çıxıb getmək istəmiş, onun zərərçəkmiş şəxsi vurmaq niyyəti olmamış hadisə Keşlə qəsəbəsində, İlahə gözəllik salonunun yaxınlığında, səhərə yaxın saatlarda baş vermiş, hadisə yerində o, Rəşid və zərərçəkmiş şəxsdən başqa heç kim olmamışdır. Həmçinin heç vaxt narkotiki injeksiya yolu ilə qəbul etməmişdir. X26 gedib narkotik götürməsi barədə hissədə təqsirləndirilən şəxsin dindirmə protokolunda yazılanlar ilə razı deyildir. X8 gedib narkotik götürməmişdir. Keşlə ilə Yasamal arasındakı məsafənin uzaqlığına görə də, belə bir şeyin baş verməsi məntiqdən kənardır. O saxlanılan zaman hələ uşaq olmuşdur və əməliyyatçıların təsirindən, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. O, bir neçə gün sonra, “Son Zəng” günü orta təhsil aldığı məktəbə, müəllimləri ilə görüşməyə getmişdir. Daha sonra məktəbin yanında yerləşən şərab evinə daxil olaraq oradan su və siqaret almışdır. Şərab evindən çıxan zaman vizual olaraq tanıdığı, Niyaməddin adlı polis əməkdaşı “Kia Rio” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə ona yaxınlaşmışdır. Orada Niyaməddin tək olmuş, Şahid1 isə orada olmamışdır. Niyaməddin ona polis bölməsinə getməli olduqlarını bildirmiş və o da polis əməkdaşına etiraz etməmişdir. Həmin gün saat təxminən günorta 1-2 radələrində o Niyaməddinlə birlikdə polis bölməsinə getmişdir. Onun telefonunun üzərində olan sim nömrə Türkiyə Cumhuriyyətinə məxsus olduğundan onun nömrəsinin anten dairəsi müəyyən oluna bilməmişdir. Üzərinə axtarış keçirilən zaman qeydə alınan videoçəkilişə diqqət yetirdikdə onun saçlarının uzun və tərli olması, həmin vaxt həyəcanlanması və çəkilişdən əvvəl kifayət qədər təzyiqlərə məruz qaldığı müəyyən olunur. Hətta arada videoçəkilişi dayandırıb, onun üzünə su vurmuşlar, yenidən çəkilişi davam etdirmişlər. Hadisələr belə cərəyan etmişdir. O marixuana istifadə etdiyini inkar etməmişdir. Lakin narkotik ilə bağlı ittihamda tam günahsızdır. Tutulan zaman da üzərində heç bir narkotik olmamışdır. O, heroin ilə ittiham olunana qədər, ümumiyyətlə heroinin nə formada olduğunu bilməmiş, heç vaxt heroin istifadə etməmişdir. Onu polis əməkdaşları ittihamda göstərilən ünvanda tutmamışlar. Onu Keşlə qəsəbəsi 227 nömrəli məktəbin yanında günorta 2-3 aralığında tutmuşlar, onu Niyaməddin adlı əməliyyatçı saxlamış, yalnız orada Niyaməddin iştirak etmişdir. Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olmuşdur ki, 13 iyun 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olan vaxtı anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxs - kişidən özü istifadə etmək məqsədi ilə 25 manat verib bir büküm narkotik vasitə olan heroin almış və inyeksiya vasitəsi ilə qəbul etmək məqsədi ilə üzərində saxlamış, narkotik vasitəni əldə etdikdən sonra yaşadığı ünvana tərəf hərəkət edən vaxtı ünvan 7 ünvanın qarşısında saat 16:50 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirərək, onu Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə dəvət etmiş, o, etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş, polis bölməsində xidməti otaqların birində polis əməkdaşları, dəvət olunmuş müdafiəçi- vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilərək, videoçəkiliş vasitəsi ilə üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunmuş, həmin vaxtı o, Yasamal rayonu ərazisindən özü istifadə etmək məqsədi ilə alıb əldə etdiyi bir ədəd polietilen bükümdə olan narkotik vasitəni əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxardaraq təqdim etmiş, həmin kütlə barədə ondan soruşduqda təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin günü Yasamal rayonu ərazisindən özü istifadə etmək məqsədi ilə alıb əldə etməsini bildirmiş, sonra üzərindən aşkar olunmuş kütlə zərfə qoyularaq, bu barədə protokol tərtib olunmuş, protokol və zərf onun, həmçinin iştirakçılar tərəfindən imzalanmışdır. O, təxminən iki ilə yaxındır narkotik vasitələrdən istifadə etməsini, narkotik vasitəni heç kimin görmədiyi ərazilərdə və yerlərdə qəbul etməsini və bu barədə ailə üzvlərinin, eləcə də başqa heç kimin məlumatının olmamasım bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onlar Al-Ubeydi ilə dost olmuşlar, bir yerdə böyümüşlər. Ubeydinin ona 20 manat borcu olmuş və bu səbəbdən aralarında kiçik bir mübahisə olmuşdur. Telefonda danışarkən aralarında yanlış anlaşılma olmuş. Görüş təyin etmişlər, görüş zamanı aralarında yüngülvari dava olmuş və həmin davanı Ubeydi başlatmış, onu yumruqla vurmuş və o yıxılmış və başından zədə almışdır. Xəstəxanaya getmiş, orada onun yanına polis gəlmiş, o isə ifadəsində heç bir şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onu yumruqla vurmuş, o isə Al-Ubeydini itələmiş, o özü yıxılmış ayağı büdrəmişdir, Al-Ubeydi ona yüngül zərbə vurmuş, o ağır xəsarət almamışdır, ekspertizaya onu polis işçisi aparmış, həkim ona bir-iki sual vermiş, başqa ekspertizadan keçməmişdir, xəstəxanada 1 həftə yatmışdır, yıxıldıqdan sonra çox şey yadında qalmamışdır, onlar mübahisə edəndə ətrafda heç kəs olmamış, onlar mübahisə etmədən əvvəl xəsarətləri olmuşdur, ibtidai istintaq zamanı ifadə verən zaman özündə olmamış, həmin ifadəni oxumuş və imzalamışdır, ibtidai istintaq zamanı ona təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olmuşdur ki, 18 may 2023-cü il tarixdə saat 02:30 radələrində tanıdığı və münasibətdə olduğu Şahid3 ona 20 manat borcu olmasına görə həmin pulu gətirib qaytarmasını bildirmiş, təxminən 15-20 dəqiqə sonra Rəşid gəlmiş və ona borclu olduğu 20 manat pulu verib getmiş, o, yaşadığı evə gedib Rəşidin ona verdiyi 20 manatlıq pul əskinazına baxanda həmin pulun üzərində «etibarsız» sözləri yazılmasını görməsinə görə Rəşidə yenidən zəng edərək, «bu nə hərəkətdir edirsən» deyə ona pul barədə bildirərək, gəlib görüşməyi təklif etmiş, həmçinin ona qarşı nalayiq söz işlətmiş, Rəşid ona pulu gətirib dəyişəcəyini bildirmiş, təxminən 15 dəqiqə sonra Rəşid bir qədər əvvəl görüşdükləri yerə gəlmiş, Rəşidin yanında əvvəllər tanımadığı, lakin şəxsiyyəti ona sonradan Al-X5 məlum olmuş şəxs olmuş, o, Rəşid ilə görüşən vaxtı yanında olan Ədhəm onun əlində olan üzərində «etibarsız» sözü yazılmış 20 manatlıq əskinazı alıb cıraraq, ona pulu düzəldib verəcəyini bildirmiş, həmçinin Ədhəm ona nəyə görə söyüş söyməsini soruşaraq, anidən yumruq ilə baş və sifət nahiyəsinə vurmuş, o yerə yıxılmış, yerə yıxılandan sonra Ədhəm təpik ilə onu vurmağa başlamış, o, yerdə qışqırmasına görə onlar uzaqlaşıb getmiş, təxminən 5 dəqiqə sonra o, yerdən qalxıb çıxıb getmişdir. O, hadisə vaxtı Şahid3 və onun yanında gələn tanımadığı şəxsdən başqa heç kimin hadisə yerində olmamasını, hadisə vaxtı kənarda hər hansı bir şəxsin olubolmamasına diqqət etməməsini, həmçinin Təqsirləndirilən şəxs onu vuran vaxtı başqa heç kimin müdaxilə etməməsini, hadisənin xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Türkmən küçəsi ilə Tahir Bədəlov küçəsinin kəsişməsində baş verməsini, həmin vaxtı Təqsirləndirilən şəxs onu nalayiq sözlərlə söyüb-təhqir etməsini, lakin o, Təqsirləndirilən şəxs təhqir etməməsini, hadisə vaxtı Şahid3 onu ümumiyyətlə vurmamasını, eləcə də o da ümumiyyətlə Təqsirləndirilən şəxs vurmamasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə iş yoldaşı polis əməkdaşı Şahid2lə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsində təxminən saat 5 radələrində Al-Ubeydini görmüşlər, özünü şübhəli apardığına görə yaxınlaşmışlar 23-cü Polis Bölməsinə dəvət eləmişlər. Üzərində narkotik vasitə olub-olmamasını soruşduqda üzərində narkotik vasitə olmasını etiraf etmişdir.Onu bölməyə gətirmişlər və təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsilə Al-Ubeydi üzərindən çıxan narkotik vasitə heroin ona məxsus olduğunu etiraf etmişdir. Narkotik vasitə istifadəçisi olduğunu, tanımadığı şəxsdən öz şəxsi istifadəçisi üçün 20 manata aldığını bildirmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki,təqsirləndirilən şəxsi saxlayan zaman 23-cü polis bölməsində işləmiş, Al-Ubeydinin barəsində narkotik vasitədən istifadə etməsi barədə məlumatı olmuş, lakin həmin gün barəsində əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə axşam saat 5 radələri saxlamışlar, Təqsirləndirilən şəxs narkotik vasitəni özü üçün aldığını bildirmiş, həmin rayonda xidmət apardıqları üçün Al Ubeydinin narkotik vasitə istifadəçisi olduğunu bilmiş, əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə barəsində tədbir görülmüşdür, onlar Al-X2 zaman Niyaməddin adlı polis əməkdaşı həmin yerdən keçmiş və onlar görüb, Al-Ubeydini niyə saxladıqlarını soruşmuş, onlar isə cavab olaraq narkotikə görə saxladıqlarını bildirmişlər, təqsirləndirilən şəxsi saxalayan zaman üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə inzibati ərazidə Şahid1la xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmadığını görmüş, həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsdən üzərində hər hansı bir sənəd olub-olmadığını soruşduqda, heç bir sənəd olmadığını bildirmişdir, həmin şəxs verilən suallara qeyri-adevkat cavab verdiyi üçün polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşduqda cibindən sellofan büküm çıxararaq masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümün nə olduğunu soruşduqda, narkotik vasitə heroin olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlarda əməliyyat məlumatı olmamış, sadəcə xidməti ərazidə olarkən Təqsirləndirilən şəxs görmüşlər, onlarda sonuncunun hər hansı şəxslə dalaşması barədə məlumat olmamışdır, Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən 25 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində, Nizami Abdullayev küçəsində axşam saatlarında 5-6 radələrində saxlamışlar, həmin ünvanın yaxınlığında məktəb olmamışdır, Təqsirləndirilən şəxs həmin ünvanda ilk dəfə görmüşlər və onu hərəkətlərindən narkotik vasitənin aludəçisinə oxşatmışlar, Al-Ubeydinin əvvəllər narkotik vasitə istifadə etməsi yaxud da satışı ilə məşğul olması barədə əvvəllər məlumat olmamış, hadisə günü istifadəsində ***-***-**-** nömrəli mobil telefon nömrəsi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ədhəmi uşaqlıqdan tanımışdır və onunla dostluq münasibətləri olmuşdur. Hadisə günü Ədhəm ilə biryerdə olmuşlar, Ədhəmə zəng gəlmiş və zəng edən şəxs, telefonda Ədhəmə söyüş söymüşdür. Onlar bu səbəbdən həmin şəxslə görüşməyi qərara almışlar. Hadisə təxminən səhərə yaxın saatlarda olmuşdur. Onlar həmin şəxsi daha əvvəl tanımışlar və onunla heç bir qərəzləri olmamışdır. Görüş baş tutduqdan sonra, Ədhəm həmin şəxsdən nəyə görə söyüş söydüyünü soruşmuş, bundan sonra həmin şəxs yenidən söyüş söymüş və bu zaman sonuncu ilə Ədhəm arasında mübahisə başlamışdır. O Ədhəmi digər şəxsdən ayırmağa çalışmış, daha sonra Ədhəm ilə birlikdə geri qayıtmışlar. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə söyüş səbəbindən baş vermiş, söyüşü ilk zərərçəkmiş şəxs Ədhəmə qarşı telefon ilə zəng edərək söymüş, zərərçəkmiş şəxsin nəyə görə söyüş söydüyünü tam dəqiq bilməmişdir, Ədhəm ilə aralarında olan mübahisə səbəbindən söyüş söymüş, hadisə Keşlə qəsəbəsində baş vermiş, onlar görüşən zaman, əvvəlcə Ədhəm zərərçəkmişdən nəyə görə onun ünvanına söyüş söydüyünü soruşmuş, bu zaman zərərçəkmiş şəxs söyüş söymədiyini bildirmiş və hadisə yerindən uzaqlaşmaq istəmişdir, Ədhəm əvvəlcə zərərçəkmiş şəxsə etiraz edərək, onun söyüş söydüyünü bildirmiş və ona yumruq vurmuşdur, o dərhal araya girərək, Ədhəmi və zərərçəkmiş şəxsi aralamış və zərərçəkmiş şəxs ayağa qalxaraq, evlərinin qapısından içəri girmiş, onlar isə oradan uzaqlaşaraq, öz evlərinə tərəf getmişlər, ertəsi gün polis bölməsindən gələrək, axşam baş vermiş hadisə ilə bağlı onları polis bölməsinə dəvət etmişlər. Hadisəyə səbəb zərərçəkmiş şəxsin onun telefonuna zəng edərək, telefona cavab verən Ədhəm ilə danışası, zərərçəkmiş şəxsin telefonda söyüş söyməsi və pulu ona kimin verdiyini soruşması olmuşdur. Hadisə səhər saatlarında, 5-6 radələrində baş vermişdir, ətrafda onlardan başqa heç kim olmamış, onlar görüşən zaman, əvvəlcə Ədhəm zərərçəkmişdən nəyə görə onu söydüyünü soruşmuş, bu zaman zərərçəkmiş şəxs söyüş söymədiyini bildirmiş və hadisə yerindən uzaqlaşmaq istəmişdir. Ədhəm isə zərərçəkmiş şəxsin uzaqlaşmasına etiraz edərək, onun söyüş söydüyünü bildirmiş və ona yumruqla zərbə yetirmiş, o dərhal araya girərək, Ədhəmi qucaqlamış və zərərçəkmiş şəxs ilə Ədhəmi aralamışdır. Bu zaman zərərçəkmiş şəxs ayağa qalxaraq, evlərinin qapısından içəri girmiş, onlar oradan uzaqlaşaraq, öz evlərinə tərəf getmişlər. Ədhəm zərərçəkmişə 1 yumruq zərbəsi vurmuşdur. Ədhəm zərərçəkmişi əli ilə vurmuş, təpiklə vurmamışdır. Ədhəmin üzərində hər hansı bir soyuq silah olmamış, zərərçəkmiş şəxs həm onu, həm də Ədhəmi tanımış, hər üçü Keşlə qəsəbəsi sakini olmuş, Ədhəm qətiyyən davakar bir uşaq olmamış, o, Türkiyədə təhsil almış və Bakıya qısamüddətli tətil səbəbilə gəlmişdir.O da Ədhəm ilə uzun müddətdir görüşmədikləri üçün görüşmüşdür, hadisə zərərçəkmiş şəxsin yaşadığı evin qarşısında baş vermiş, mübahisə əvvəldən telefonla danışıq zamanı yaranmış, zərərçəkmiş şəxs Ədhəmin istifadəsində mobil telefon olmadığından, ona zəng vurmuş və telefonda Ədhəmin şəxsiyyətinə təhqiredici söyüşlər söymüş, mübahisənin səbəbi borc olmuşdur. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ədhəm onun oğludur, hadisə günü o evdə olmuşdur. Ədhəm ona son zəng günü olduğunu, uşaqlarla müəllimlərlə görüşmək üçün məktəbə getdiyini demişdir. Bir müddət gözlədikdən sonra Ədhəmin gəlmədiyini görmüş və düşünmüşdür ki, Ədhəm məktəbdədir. Məktəbin yaxınlığında telefon təmir dükanında telefonunu təmir etdirmək üçüngetmiş, orada olan bir xanım ona demişdir ki, oğlunu tutublar.O evə gəlmiş 2 gün ərzində oğlunu axtarsa da tapa bilməmişdir. Ona heç kəs məlumat verməmişdir. Axırda Niyaməddin müəllimə zəng etmiş, nə olduğunu soruşmuş, sonuncu isə ona cavab vermişdir ki, uşağına xeyir edirik, qoy gedib 3 saylı İstintaq Təcridxanasında dincəlsin. Onun heç nədən məlumatı olmamış, polis əməkdaşları evə gəlməmiş, evdə hər hansı yoxlanış aparmamışdır. Müəllimləri dediyinə görə Ədhəm küçədə tutulmuşdur. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona Ədhəmin məktəbin qarşısında saxlanılması bildirilmiş, məktəbin yaxınlığına axşam tərəfi saat 5-6 radələrində getmiş, Ədhəm evdən çıxanda məktəbə uşaqlarla görüşməyə getdiklərini bildirmişlər, onlar Keşlədə uzun müddətdir yaşadıqları üçün Keşlədə qalan əhalinin çox hissəsi onları tanımışdır. Ədhəmin müəllimləri kəndin adamları olmuş, bu səbəbdən Ədhəm son zəngdə müəllimləri ilə uşaqlarla görüşməyə getmişdir. O, Ədhəmin necə saxlanıldığını görməmiş, həmin vaxt evdə olmuşdur, telefonu xarab olduğuna görə sonradan oraya getmiş və oğlunun tutulmasını orada başqalarından eşitmişdir. Ədhəmin narkotik vasitələrdən istifadə edib-etməməsi barədə məlumatı olmamışdır, əvvəllər polislər belə şeylərə görə saxlamamış və yaxud ona oğlu ilə bağlı hər hansı xəbərdarlıq etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Nizami RPİ-nin 23cü PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 raportla həmin idarənin rəisinə ünvan 9 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını və həmin şəxs zahiri əlamətlərinə görə narkotik maddə istifadəçisinə bənzəməsi, üzərində narkotik maddə olmasına birbaşa şübhə yaratdığını, həmin şəxsi xx.xx.2023-cü il tarixdə, saat 16:50 dəqiqədə saxlayaraq 23-cü PB-nə gətirdiklərini və PB-də həmin şəxsin Təqsirləndirilən şəxs oğlu olduğu müəyyən edildiyini bildirmişlər. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə saat 18:05 dəqiqədə tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükülünü təqdim edərək həmin bükülünün narkotik maddə olduğunu və Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsa verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümdə narkotik maddədir, həmin maddəni 13 iyun 2023-cü il tarixdə Yasamal rayonu ərazisindən şəxsi istifadəsi üçün 25 manata anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qanunla dövriyyəsi, qadağan olonmuş heç bir masklə, əşya və predmet aşkar olunmamışdır. Daha sonra Ədham Al-Ubeydidən götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin 23-cü PB-nin xidməti iş otaqlarından birində gecə vaxtı keçirilmiş. Şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı mobil telefondan istifadə etməklə Nizami RPİ-nin 23cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1(bir) ədəd DVD əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023-ci il tarixli 6/3337 №-li rəydən (cild 01, iş vərəqə 34-37) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs imza...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi - 0,760 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şxəs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 49-50) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şxəs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 65) görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 07:01-də 2 saylı TTYS-dən həkim Qasımova vətəndaş xx.xx.1993-cü il təvəllüdlü X23 burnunun əzilməsi qanaması barədə məlumat verməsi barədə bildirmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 82-85) görünür ki, hadisə zərərçəkmiş şəxsin ev ünvanının qarşısında yəni ünvan 10ş, evin girişində gör rəngli dəmir darvaza mövcuddur, evin qarşısında bir ədəd market mövcuddur, zərərçəkmiş şəxs qeyd olunan ev ünvanında valideyni ilə birlikdə yaşayır, ev ünvanının ətrafında yaşayış evləri mövcuddur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən (cild 1, iş vərəqə 89-90) görünür ki, Al- X19 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə barəsində olan ********* nömrəli cinayət işinin Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilməsi qeyd olunmuşdur. Lakin məhkumluğun olması barədə heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası SN-yi «Məhkəmə-tibbi ekspertiza PA və ETT Birliyi» X35 Nizami rayon şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli 493 nömrəli ekspert rəyindən (cil d1, iş vərəqə 91-94) görünür ki, Zərərçəkmiş şəxs baş-beynin yüngül dərəcəli əzilməsi, sağdan alm cibinin hər iki səhifəsinin sağ orbitanın yuxarı divarına keçən xətti sınığı, sağ gözün üst qapağının qançırı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə alınması mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 4(007)-273/2023 saylı qərarından (cild 1, iş vərəqə 135-137) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən verilmiş məktubundan (cild 1, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Respublika Narkoloji Mərkəzində könüllü surətdə stasionar müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X21 hüquqi Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2010 Nə-li rəyindən (cild 1, iş vərəqə 156-158) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmaiışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 5294 N°-li rəyindən (cild 1, iş vərəqə183-1840 görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasım nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-320/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 200-212) görünür ki, ********* nömrəli cinayət işi üzrə Azarbaycan Respublikası CM-nin 126.1 va 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Al- X11 əməli həmin Məcəllənin 126.2.4 va 234.1-ci maddələrinə tövsif edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona hamin maddələrdə nazarda tutulan yenidən ittiham elan olunması, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin rələblərinə əsasən, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4 va 221.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu və həmin istintaq hərəkətinin əks olunduğu DVD diskə baxış protokolu, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı hadisə yerinə keçirilmiş baxış protokolu, hadisə yerinin fotoşəkilləri, Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2023-cü il tarixli 6/3337 №-li. Azarbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza PA və ETT Birliyi” X35 Nizami rayon şöbəsində alınmış xx.xx.2023-cü il tarixli 493 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X21 hüquqi Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2010 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 5294 №-li rəyləri ilə tam sübuta yetirildiyindən və sübut əhəmiyyəti kasb etdiyi 2013-al tarixli kimi qiymətləndirilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan vaxtı üzərindən götürülmüş narkotik vasitələr heroinə dair videoçəkiliş aparılaraq, 1 (bir) ədəd «DVD»-yə köçürülmüş disk maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi nəzərə alınması, həmçinin cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,760 qram, tədqiqata 0,10 qram sərf edildikdən sonra qalıq çəkisi 0,660 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınması və saxlanması üçün Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan və kimdən əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən ayrıca icraata material ayrılması və araşdırması aparılması, cinayət işi üzrə sonrakı istintaq sənədlərində hadisənin 18 may 2023-cü il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsi ilə Tahir Bədəlov küçəsinin kəsişməsində, yəni Tahir Bədəlov küçəsi, 40 nömrəli evin qarşısında baş verməsi nəzərə alınması, cinayət işi üzrə sonrakı istintaq sənədlərində Zərərçəkmiş şəxs kimi tanınaraq, qeyd edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 20-12/476 nömrəli məktubdan (cild 2, iş vərəqə 82) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 asylı İstintaq Təxridxanasının TSH-da təlimata uyğun olaraq tibbi müayinədən keçirilmiş, sorğu zamanı həbs edilmiş şəxs zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-320/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü Bakı şəhəri Probasiya İdarəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, Təqsirləndirilən şəxs yeni cinayət törətdiyi üçün barəsində Nizami rayon Məhkəməsinin 4(007)-273/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan seçildiyindən, o, qeydiyyata götürülməmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs X23 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs ilə barışdığını, şikayəti və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məktub, ona əlavə edilmiş bir ədəd CD disk, CD diskdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs işi üzrə şahid olan Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarında iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat yoxdur. xx.xx.2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, "xxxx" MMC-nin elektron məlumat bazasında Şahid2 adına rəsmiləşdirilmiş nömrələr aşkar edilməmiş, Şahid1 adına rəsmiləşdirilmiş nömrəyə dair məlumat təqdim edilmiş, Şahid1 adına aşkar edilmiş ********* mobil telefon nömrəsinin və ********* mobil telefon nömrəsinin xx.xx.2023-cü il saat 16:00-dan həmin gün saat 18:00dək istifadəsi aşkar edilmədiyi üçün əhatə dairəsinə dair məlumatın təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, şahid ifadələrini, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin məcəllənin 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Keşlədən Yasamala gedib narkotik götürməsi barədə hissədə dindirmə protokolunda yazılanlar ilə razı olmaması, yəni Keşlədən Yasamala gedib narkotik götürməməsi, tutulan zaman da üzərində heç bir narkotik olmaması, onun marixuanadan istifadə etməsi, heç vaxt narkotiki injeksiya yolu ilə qəbul etməməsi, onun ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında verməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,760 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 13 iyun 2023-cü il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanda şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 nömrəli ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-yə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,760 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş digər ittiham 18 may 2023-cü il tarixdə saat 04 radələrində ünvan 3 ünvanın qarşısında tanışı Şahid3 Zərərçəkmiş şəxs borclu olduğu 20 manat pul əvəzinə sonuncuya saxta pul verməsi ilə bağlı Şahid3 və Zərərçəkmiş şəxs arasında olan söhbətə müdaxilə edib qeyd edilən məsələ ilə bağlı Zərərçəkmiş şəxs guya həmin tarixdə Şahid3lə telefon danışığı zamanı sonuncunu söyməsini bəhanə edib heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fovqündə qoyub, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vurub sonuncunu yerə yıxdıqdan, sonra ayağı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vurub sonuncuya həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş- beynin yüngül dərəcəli əzilməsi, sağdan alm cibinin hər iki səhifəsinin sağ orbitanın yuxarı divarına keçən xətti sınığı, sağ gözün üst qapağının qançırından ibarət xəsarətlər yetirərək qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurması ilə bağlıdır. Lakin, sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tanışlıq münasibətlərinin olmasına baxmayaraq, cinayət hadisəsi baş verməzdən Sadiq Rəhimov ilə Təqsirləndirilən şəxs oğlu arasında sözlü mübahisə yaranmış, X32 ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı sözlü mübahisə dava-dalaşa çevrilmiş, 8 may 2023-cü il tarixdə saat 04 radələrində onlar zərərçəkmiş şəxsin yaşadığı ünvan 3 ünvanın qarşısında görüşmüşlər, həmin vaxt orada onlardan başqa Şahid3 olmuş, zərərçəkmiş şəxsdən söyüş söyməsinin səbəbini soruşduqda sonuncu getmək istəyərkən Təqsirləndirilən şəxs qəsdən Sadiq Rəhimovun sifət nahiyəsinə yumruqla vurub sonuncunun yerə yıxılmasına və baş nahiyəsindən xəsarət almasına səbəb olmuşdur. Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər həyat üçün təhlükəli olan ağır xəsarətlər olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı sağlamlığa qəsdən ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən X17 qarşı xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma cinayətinin törədilməsi sübuta yetirilməmişdir. Bundan başqa ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlinə zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə etməsi barədə qənaətət gəlməsinə baxmayaraq, təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol vermiş və nəticədə onun əməlini Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, yuxarıda göstərildiyi ki, məhkəmə belə nəticəyə gəlir ki, hadisə məhz şəxsi münasibətlər zəminində baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbindən onunla görüşərək sonuncuya xəsarət yetirmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs tərəfinfən Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma cinayətinin törədilməsi istisna edilir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 08 may 2023-cü il tarixdə baş vermiş hadisəyə səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun yanında olan dostu Şahid3 qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Həmçinin Al-Ubeydi və Sadiq Rəhimov bir-birlərini əvvəldən tanımış, Şahid3lə sonuncunun arasında olan borc məsələsinə görə aralarında sözlü mübahisə yaranmış, həmin mübahisə gecə gec saatlarda heç kimin olmadığı şəraitdə baş vermişdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma cinayətinin törətməsi nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, yuxarıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, 18 may 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və onun dostu Şahid3 ünvanına nalayiq sözlər işlətmiş, onlar arasında sözlü mübahisə yaranmış və daha sonra həmin mübahisə davaya çevrilmiş, dava zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Al-X3 Yasamala gedib narkotik götürməyi barədə hissədə dindirmə protokolunda yazılanlar ilə razı olmadığını, Keşlədən Yasamala gedib narkotik götürmədiyini, tutulan zaman da üzərində heç bir narkotik vasitə olmadığını, narkotik olaraq “otdan”, yəni marixuanadan istifadə etməsi, heç vaxt narkotiki inyeksiya yolu ilə qəbul etmədiyini, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında verdiyini iddia etmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə keçirildiyindən onun iddia etdiyi halların həqiqət olması inandırıcı deyil. Həmçinin ibtidai istintaqın əvvəlindən ibtidai istintaqın sonunadək Təqsirləndirilən şəxs üzərində 0,760 qram narkotik vasitə heroin olmasını mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Al-X4 məqsəd olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 0,760 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamışdır və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə əhatə olunan cinayət əməlini törətmişdir. Müvafiq qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, o cümlədən irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 109-cu bəndinə əsasən - təmiz halda 0,5 qramdan artıq çəkidə narkotik maddə olan heroin xeyli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 126.1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci və 234.1-ci maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayəti törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmacinayəti törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxs ilə barışmasını,zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və bu qəbildən olan sair halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddəsinin sanksiyaya əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı, ümumilikdə cəza sosial ədalətin bərpası və şəxsin islah olması məqsədinə xidmət etməlidir. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-320/2023 saylı hökmünə əsasən çəkilməmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla 1 (bir) il azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı Al-X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı Şəhər Nizami rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,660 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 55 (əlli beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Al-X7 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına “Pro Bono” Vəkil Bürosunun vəkili X15 qızı müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə hazırlıq iclası mərhələsində göstərilmiş 3 iş saatı həcmində hüquqi yardımla bağlı X15 qızının vəkil işlədiyi “Pro bono” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 126.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən çəkilməmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 01 (bir) il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Nizami rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,660 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Pro Bono” Vəkil Bürosunun vəkili X15 qızı üçün 18 (on səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Fərid Namazov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-116/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-116/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver