Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1160/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X3, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Qafarov Zakir Yaqub oğlunun, Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 11 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.Yesenin küçəsi 87, Xəzər RPİ-də qeydiyyatda olan, ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbayjan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 460 (dörd yüz altmış) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 09 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi “Kanalüstü” deyilən ərazidə saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunmuş və orada saat 23:10 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə bir ədəd polietilen bükülüdə onun əynindəki gödəkçənin içəri cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbayjan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, onkoloji xəstə olduğundan ağrılarını azaltmaq məqsədi ilə heroindən istifadə edir. 2019-cu ilin aprel ayında və 2020-ci ilin dekabr ayında Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutulmuş və Xəzər rayon məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cəza ilə əlaqədar olaraq ayağına qolbaq vurulmuşdur. O, 08 fevral 2021-ci il tarixdə, saat 22: 00 radələrində yaşadığı ünvan 1 ünvanında həyət qapısının qarşısında küçədə olarkən kənarda dayanmış avtomobildən bir nəfər sonradan adını bildiyi Həsən adlı polis əməkdaşının düşərək ona tərəf qaçdığını görüb özü də darvazanı açaraq həyətə girmək istəmişdir. Həsən da onun arxasınca darvazadan içəri girib onu tutub aparıb qara rəngli «Jeep» markalı avtomobilinə mindirmişdir. Həmin vaxt avtomobildə ondan başqa sonradan adını bildiyi 2-ci PŞ-nin rəis müavini Veysəl, bundan əvvəl onu iki dəfə tutan Orxan və Cavid adlı polis əməkdaşları olmuşdur. Onu Xəzər RPİ-nin 2-ci PŞ-nə aparmışlar. Orada onun əynində olan gödəkçənin içəri sol cibinə büküm qoymuşlar və bildirmişlər ki, həmin bükümdəki narkotik vasitə heroindir. Əgər sənədləşdirmə və çəkiliş zamanı onların dediklərini təkrar etməsə onun üçün yaxşı olmayacaqdır. O da məcbur olub çəkiliş zamanı onların dedikləri kimi hərəkət edib polis əməkdaşlarının onun əynində olan qara rəngli qış gödəkçəsinin içəri sol cibinə qoyulan sarı rəngli yapışqan lentlə sarılmış bir ədəd bükümü cibindən çıxararaq özününki kimi polis məkdaşlarına təqdim etmişdir. Sorğu zamanı da polislərin ona dediyi kimi danışmış və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin bükümdəki narkotik vasitə heroin zərfə qoyularaq möhürləndi, bu barədə protokol tərtib edildi, iştirakçılar tərəfindən də protokol imzalandı. O, heroinin və tərəzinin konkret olaraq onun cibinə hansı polis əməkdaşı tərfindən qoyulduğunu bilmir. Onun xarici görünüşünün əlamətələrini xatırlamır. Səhv etmirsə tərəzini və narkotiki onun cibinə Orxan adlı polis əməkdaşı qoymuşdur. Polis əməkdaşları onu tutarkən ona qarşı heç bir fiziki güc tətbiq etməyiblər, sadəcə olaraq onu sözlə hədələyib həmin narkotik vasitənin ona məxsus olmasını bildirməyi, əks halda onun üçün yaxşı olmayacağı ilə onu hədələmişlər. O, polis bölməsində olarkən o, polis əməkdaşlarından qorxub bunları ilkin ifadədərində deməmişdir, lakin o, bu barədə istintaqın sonrakı mərəhələsində müstəntiqə də ifadələr vermişdir. O, bu şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərəkən, eləcə də barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Xəzər rayon məhkəməsində olarkən də ifadəsində qeyd etdyi bu halları göstərməmişdir. Xahiş edir ki, onun bu ifadəsinə istinad edib onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etiraf edici ifadələri nəzərə alınmasın . Onun həmin ifadələri düz deyil, o, həmin ifadələrini inkar edir. Məhkəmədə elan olunub araşdırılımış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 fevral 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.3. maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən beş ildir narkotik vasitə istifadə edir. Sonuncu dəfə 08 fevral 2021-ci il tarixdə, axşam saat 21:30 radələrində o, narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə getmişdir. Buzovna qəsəbəsində yerləşən «Cənnət Məkan» kafesinin yaxınlığından adını «Azər» kimi bildiyi şəxsdən ilkin olaraq 400 manat verib qalan məbləğini isə sonradan vermək adı ilə almışdır. Belə ki, «Azər»lə razılaşmışdır ki, həmin narkotiki satdıqdan sonra «Azər»in pulunu verəcəkmiş. Lakin «Azər»ə həmin narkotiki satmağı barədə bir söz deməmişdir. Sadəcə olaraq «Azər»ə bildirmişdir ki, hal-hazırda imkanı yoxdur, bir neçə günə həmin narkotikin yerdə qalan pulunu ona verəcək. Həmin narkotiki əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyub yaşadığı evə qayıtmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, «Kanalüstü» deyilən yerdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Onun narkotik vasitələrdən istifadə etməyi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onu Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. O etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getmişdir. Şöbənin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil Bəhruz Səfərovun iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Arif Rzayev üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərində şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin içəri sol cibinə qoyduğu sarı rəngli yapışqan lentlə sarılmış 01 ədəd bükümü cibindən çıxararaq təqdim etmişdir. Sorğu zamanı o baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Belə ki, o həmin tərəzini narkotik vasitə satarkən çəkisini ölçmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sarı rəngli yapışqan lentlə sarılmış 01 ədəd büküm təhqiqatçı tərfindən açılarkən həmin bükümün içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o heç vaxt narkotik vasitə satmamış, sadəcə olaraq aldığı narkotik vasitəni satmaq fikrinə düşmüşdür. Narkotik vasitə aldığı «Azər» adlı şəxslə təsadüfən rastlaşmış, söhbət zamanı onun adının «Azər» olduğunu və onda narkotik vasitə heroin olduğunu bilmişdir. «Azər» ona bildirmişdir ki, lazım olsa həmin narkotiki ona sata bilər. Bu məqsədlə «Azər»lə razılaşmış vaxtda görüşüb həmin narkotiki ondan almışdır. Lakin «Azər»in onda heç bir əlaqə nömrəsi yoxdur və o heç vaxt «Azər»lə telefon vasitəsi ilə əlaqə saxlamamışdır.» Məhkəmədə elan olunub araşdırılımış ibtidai istintaq zamanı 09 may 2021-ci il tarixli ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbayjan Respublikası CM-nin 234.4.3. maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, 2 azyaşlı övladı var. Onkoloji xəstə olduğundan ağrılarını azaltmaq məqsədi ilə təxminən 5 ildirki narkotik vasitə heroindən istifadə edirmiş. 2019cu ilin aprel ayında və 2020-ci ilin dekabr ayında Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbayjan Respublikası CM-nin 234.1. maddəsi ilə tutulmuş və Xəzər rayon məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cəza ilə əlaqədar olaraq ayağına «qolbaq» vurulmuşdur. Məlumat üçün bildirmişdir ki, şübhəli və ilkin təqsirli ifadələrində həqiqəti əks etdirməyən ifadə vermişdir. Belə ki, əsl həqiqətdə 08 fevral 2021-ci il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 1-in həyət qapısının qarşısında küçədə olarkən kənarda dayanmış avtomobilindən bir nəfər sonradan adını bildiyi Həsən adlı polis əməkdaşının düşərək ona tərəf qaçdığını görüb darvazanı açaraq həyətə girmək istəmişdir. Elə həmin vaxt Həsən arxasınca darvazadan içəri girib darvazanın içəri tərəfində onu tutmuş və aparıb qara rəngli «Cip» markalı avtomobilinə əyləşdirmişdir. Həmin vaxt avtomobildə ondan başqa sonradan adını bildiyi 2-ci PŞ-nin rəis müavini Veysəl müəllim, bundan əvvəl onu 2 dəfə tutan Orxan və Cavid adlı polis əməkdaşları var imiş. Həmin avtomobillə onu Xəzər RPİ-nin 2-ci PŞ-nə aparmışlar. Orada onun əynində olan gödəkçənin içəri sol cibinə büküm qoymuşlar və bildirmişlər ki, həmin bükümdəki narkotik vasitə heroindir. Əgər sənədləşdirmə və çəkiliş zamanı onların dediklərini təkrar etməsə onun üçün yaxşı olmayacağını bildirmişlər. Buna görə o məcbur olub çəkiliş zamanı onların dedikləri kimi yəni əynində olan qara rəngli qış gödəkçəsinin içəri sol cibinə polis əməkdaşları tərəfindən qoyulan sarı rəngli yapışqan lentlə sarılmış 01 ədəd bükümü cibindən çıxararaq təqdim etmişdir. Sorğu zamanı polislərin ona dediyi kimi danışmış və narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərinizdən qeyd olunan narkotik vasitə ilə yanaşı aşkar olunmuş 01 ədəd elektron tərəzini də cibinə polis əməkdaşları qoymuşdur. Həmin vaxt həyacanlı olduğundan narkotik vasitə heroinin və tərəzinin konkret olaraq cibinə hansı polis əməkdaşı tərəfindən qoyulduğunu dəqiq bilmir. Ona elə gəlirki həmin tərəzi və narkotiki cibinə Orxan adlı polis əməkdaşı qoymuşdur. Həsən adlı polis əməkdaşı onu tutarkən avtomobildə olan digər polis əmkdaşlarının nə səbəbə düşmədiyini bilmir. Həsən adlı polis əməkdaşının iri gövdəli və ağır çəkili, onun isə gənc olmasına baxmayaraq həmin vaxt həyəcanlı olduğundan qaça bilməmiş və Həsən onu darvazanın içəri tərəfində tutub saxlamışdır. Polis əməkdaşları onu tutarkən ona qarşı heç bir fiziki güc tətbiq etməyiblər, sadəcə olaraq onu sözlə hədələyib həmin narkrtik vasitənin ona məxsus olmasını bildirməyini, əks halda onun üçün yaxşı olmayacağını bildirmişlər. Üzərinə şəxsi axtarış zamanı qeyd etdikləri ilə bağlı onu bildirmişdir ki, həmin vaxt polis bölməsində olduğundan və polislərdən qorxduğundan hal-hazırda qeyd etdiklərini deməmişdir. Şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərəkən, eləcə də barəsində «həbs» qətimkan tədbiri seçilməsi ilə bağlı Xəzər rayon məhkəməsində olarkən özüdə bilmədən hazırki ifadəsində qeyd etdiklərini bildirməmişdir. Şahid X9 ifadələrində göstərdi ki, o, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 fevral 2021-ci il tarixdə Orxan adlı şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barəsində, özünün də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsində olduğu barədə əməliyyat məlumatı daxil olmuşdu. Araşdırma zamanı məlum oldu ki, Orxan 11 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.Yesenin küçəsi 87, Xəzər RPİ-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra o, Xəzər RPİ-nin 2-ci PŞ-nin digər əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 08 fevral 2021-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi, «Kanalüstü» deyilən yerə getmişlər. Orada Təqsirləndirilən şəxs müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 2-ci PŞ-nə dəvət etmişlər. Orxan da heç bir etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla şöbə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Arif Rzayevə tapşırıldı. Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olundu. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutdu. Bundan sonra Arif Rzayev Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdi. Şəxsi axtarış keçirilməmişdən qabaq Orxana hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etmək təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin içəri cibindən sarı rəngli yapışqan lentlə sarılmış şəffaf sellofana bükülmüş bir bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini 08 fevral 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Cənnət Məkan» kafesinin yaxınlığında Azər adlı şəxsdən aldığını və ilkin olaraq ona 400 manat verdiyini, qalan məbləği isə həmin narkotik vasitəni sataraq hissə-hissə vermək şərti ilə aldığını, satış məqsədi ilə də üzərində gəzdirdiyini dedi. Həmin bükümün içərisindən heroin aşkar olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi də aşkar olundu. Təqsirləndirilən şəxs tərəzini də müxtəlif yerlərdə narkotikin satışını həyat keçirmək üçün üzərində daşıdığını dedi. Bundan sonra protokol tərtib edildi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə və 01 ədəd tərəzi ayrı-ayrı zərfə qoyularaq möhürləndi, sonra da iştirakçılar tərəfindən zərf və protokol imzalandı. Ona heç kim heç nə deməyib, nakrotik verməyib. Hamısı Orxanın özünə məxsusdur. Şahid2 ifadələrində göstərdi ki, o, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 fevral 2021-cii il tarixdə Orxan adlı şəxsin narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barəsində şöbəyə əməliyyət məlumatı daxil olmuşdu. Onun şəxsiyyəti öyrənildi və Təqsirləndirilən şəxs olması müəyyən olundu. Bundan sonra Təqsirləndirilən şəxs Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsində olduğu barədə əməliyyat məlumatı daxil oldu. O və şöbənin digər əməliyyat müvəkkili X9 ilə birlikdə məlumatı yoxlamaq məqsədi ilə 08 fevral 2021-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, «Kanalüstü» adı ilə tanınan yerə getmişlər. Orada aparılan müşahidə zamanı Təqsirləndirilən şəxs həmin yerdə müəyyən edib ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi təqdim olundu və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs müdafiəçisi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdi. Şəxsi axtarış keçirilməmişdən qabaq Orxana hüquq və vəzifələrini izah edib üzərində qeyriqanuni əşya varsa təqdim etmək təklif olundu. Orxan da əynindəki gödəkçəsinin içəri cibindən yapışqan lentlə sarılmış sellofana bükülmüş bir bükümü təqdim edərək heroin olduğunu və heroini 08 fevral 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Cənnət Məkan» kafesinin yaxınlığında Azər adlı şəxsdən aldığını, ilkin olaraq ona 400 manat verdiyini, qalan məbləğini isə heroini sataraq hissə-hissə verməli olduğunu və heroini satmaq və şəxsi istifədəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini dedi. Həmin bükümün içərisindən heroin aşkar olundu. Şəxsi axtarış zamanı Orxanın əynində olan gödəkçəsinin sağ yan cibindən isə bir ədəd elektron tərəzi də aşkar olundu. Orxan həmin tərəzini üzrindəki heroini satanda miqdarını müəyyən etmək üçün üzərində daşıdığını dedi. Axtarışın nəticələri barədə protokol tərtib edildi, Orxandan aşkar olunmuş bir ədəd bükümdə olan heroin və tərəzi ayrı-ayrı zərfə qoyularaq möhürləndi, sonra da iştirakçılar tərəfindən zərf və protokol imzalandı. Orxanın onun üzərindən aşkar edilib götürülmüş narkotik vasitələrin mənşəyi və onun üzərindən aşkar edilməsi halları barəsində göstərdiyi ifadələri yalandır. O, öz vəkilinin yanında danışıb. Narkotik də onun vəkilinin yanında Orxanın üzərindən aşkar olunub götürülüb. Özü də protokolla razı olub imza edib. O, hesab edir ki, Orxan özünü müdafiə etmək məqsədi ilə yalan danışır. Məhkəmədə elan olunub araşdırılımış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş polis əməkdaşları X9 və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı öz ifadələrinidə göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından olan Şahid2 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə onlar tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi, «Kanalüstü» deyilən ərazidə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş «şəxsi axtarış, baxış və götürmə aparılması barədə» 08 fevral 2021-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Ağa oğlunun və Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X10 oğlunun iştirakları ilə Xəzər RPİ-nin 2ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Arif Rzayev tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin içəri sol cibindən sarı rəngli yapışqan lentlə sarılmış şəffaf sellofana bükülmüş 01 ədəd bükümü və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd elektron tərəzini təqdim edərək 01 ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini 08 fevral 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Cənnət Məkan» kafesinin yaxınlığında Azər adlı şəxsdən ilkin olaraq 400 manat, qalan məbləğini isə həmin narkotik vasitəni sataraq hissə-hissə vermək şərti ilə aldığını, satış və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini 01 ədəd tərəzini isə müxtəlif yerlərdə satışını həyat keçirdiyi narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə və tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Arif Rzayev tərəfindən ayrı-ayrı 02 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2021-ci il tarixli, 6/590 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün N 193» dairəvi möhür əksi olan, üzərində «Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş maddi sübut»…yazı və imzalar olan zərfdə təmiz çəkisi 460,0 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2021-ci il tarixli, 6/678 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbayjan Respublikası DİN Zərflər üçün N 47» dairəvi möhür əksi olan, üzərində «Protokolu tərtib etdi…təhqiqatçısı…» yazılan ağ rəngli zərfdə 7x11 sm ölçüdə altında «200g/0.01g QJ.PASS 02» yazıları olan 01 ədəd gümüşü rəngli elektron tərəzi üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatını aparmaq mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli, 741 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbayjan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istiafdə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 460 (dörd yüz altmış) qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalmış 459,95 (dörd yüz əlli doqquz tam yüzdə doxsan beş) qram heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İstintaq orqanı tərəfindən "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən götürülmüş 01 ədəd , "xxxx" MMC-dən götürülmüş 01 ədəd , "xxxx" MMC-dən götürülmüş 01 ədəd disklərdəki qeydlər məhkəmədə araşdırılarkən onların məzmununlarında ittihamı təsdiq və ya təkzib edən sübut müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, həmin diskləri maddi sübutlar siyahısından çıxarılmasını və cinayət işinin materiallarında saxlanlımasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ona məxsus olmadığı, həmin narkotik vasitəni ona polis əməkdaşlarının verdiyi, şəxsi axtarış keçirilən zaman polis əməkdaşlarının ona öyrətədiklərini təsdiq etməsini göstərdiyi halları onun özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirir. Çünki məhkəmədə araşdırılmış ibtidai istintaqın ilkin mərhələsində onun özü şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə, şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri, baxış protokolu və onun bu protokolun məzmunu ilə razı olduğunu təsdiq edən ifadələri ilə, iş üzrə maddi sübutlarla və işin faktiki halları ilə sübuta yetirildi. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib hissəsinin əlamətlərinin olduğu qənaətinə gəlir və onun əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbdən də onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin xarakterini və onun şəxsiyyətini nəzərə alıb ona azadlıqdan məhrumetmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsəas müəyyən olunmadığı qənaətinə gəlib ona azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat, materialların məhkəmə ekspertizasının keçrilməsinə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat, ümümilikdə 177,40 (yüz yetmiş yeddi manat qırx qəpik) xərclənmişdir. İbtidai istintaq zamanı ittiham aktına əlavə edilmiş arayışa əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 40 (qırx) saat göstərildiyi hüquqi yardıma görə ona 240 (iki yüz qırx) manat ödənilməli olması göstərilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi1 tərəfindən 20 (iyrmi) saat, Müdafiəçi2 İsrafil oğlu tərəfindən ona 10 (on) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də Müdafiəçi1 120 (yüz iyirmi) manat, Müdafiəçi2 60 (altımış) manat ödənilməlidir. Məhkəmə həmin xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, bu məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nə verilmiş Təqsirləndirilən şəxs götürülmüş 460 (dörd yüz altmış) qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış 459,95 (dörd yüz əlli doqquz tam yüzdə doxsan beş) qram heroini sərbəst dövriyyəsi qadağan edilmiş əşya kimi, bir ədəd elektron tərəzini isə istehlak dəyərini itirmiş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılmasını əaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin mapteriallarından görünür ki, Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixli Bakı şəhəri Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinrək 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə ona Xəzər rayon məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının 8 fevral 2021-ci il tarixə çəkilməmiş qalan 11(on bir) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən həmin cəzanın iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Onun cəza çəkməsinin əvvəli 19 dekabr 2020-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə, hazırkı iş üzrə Təqsirləndirilən şəxs ittiham olunduğu hazırkı əməli birinci hökmdən sonra, lakin ikinci hökmdən əvvəl törətdiyini nəzərə alır və ona cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən təyin edilməsini əsaslı sayır. Əks qaydada cəza təyini onun vəziyyətini ağırlaşdırmış olardı. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərək onun əvvəlki hökmlə təyin edilmiş cəzasının çəkilməmiş hissəsinin qaldığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 08 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs bu iş üzrə şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə, 06 may 2021-ci il tarixli Bakı şəhəri Xəzər rayon məhkəməsinin hökmü ilə ona təyin olunmuş 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin əvvəli 19 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə də Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməsinn əvvəlini 19 dekabr 2020-ci il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli, 741 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağın olması müəyyən olundu. Məhkəmə, göstərilən halla bərabər Təqsirləndirilən şəxs onkoloji xəstəlikdən əziyyət çəkməsini də onun cəzasına təsir edən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanın müddətini müəyyən edrəkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 19 dekabr 2020-ci il tarixdən hesab olunsun. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nə verilmiş Təqsirləndirilən şəxs götürülmüş 460 qram çəkidə heroinin ekspertiza tədiqatından sonra qalığını təkil edən 459,95 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi, 01 ədəd elektron tərəzi isə istehlak dəyərini itirmiş əşya kimi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk maddi sübutlar siyahısından çıxarılsın və cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına ibtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının və materialların məhkəmə ekspertizasının keçrilməsinə xərclənmiş 177.40 (yüz yetmiş yeddi manat qırx qəpik) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqi yadım göstərməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 240 manat, məhkəmədə ona hüquqi yardım göstərildiyi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 120 (yüz iyirmi) manat, Müdafiəçi2 oğluna 60 (altımış) manat ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1160/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1160/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver