Məhkəmə qərarları › İş №1(101)-1160/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1160/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1160/2023 24.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1nın və Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 fevral 2012-ci il tarixli qərarı ilə cəzası 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 21 iyun 2019cu il tarixdə cəza müddəti başa çatmış), məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 8, ev 55-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma niyyəti ilə qardaşının keçmiş arvadı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Adil” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə və razılığa uyğun olaraq Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilən “Adil” adlı şəxsin istintaqa məlum olmayan bank kartı hesabına onun tərəfindən ödəmə terminalı vasitəsilə 2000 manat pul göndərilmiş, şəxsiyyəti istintaqa məlum olmayan “Adil” adlı İran İslam Respublikasının vətəndaşının qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək Abşeron rayonu, Xırdalan şəhəri ərazisində külli miqdarda təmiz çəkisi 1713,668 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istifadəsində olan və qeyd olunan ölkəyə aid +**********02 mobil nömrə ilə onun istifadəsində olan “Samsung” markalı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə ilə internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkəsi hesab edilən “WhatsApp” sosial şəbəkəsi vasitəsində telefon əlaqəsi ilə bildirdiyi məkan məlumatlarından istifadə edərək 29 noyabr 2022-ci İl tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq həmin yerdən götürməklə əldə edib üzərilərində saxlamaqla yaşadıqları ünvan 1 ünvanına daşıyaraq 1605,0 qram narkotik vasitə qurudulmuş marixuananı həmin mənzildə, 54,633 qram narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 və 54.035 qram narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 üzərində saxlamış, 30 noyabr 2022-ci il tarixdə saat 13:25-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadıqları ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün həmin baş idarənin inzibati binasına aparılaraq əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bağlamada təmiz çəkisi 54,633 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bağlamada təmiz çəkisi 54,035 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan başqa əməliyyat-axtarış tədbirinin davamı olaraq 30 noyabr 2022-ci il tarixdə saat 18:20-də yaşadıqları ünvan 1 ünvanına Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış və götürmə istintaq hərəkəti keçirilən zaman mənzilin mətbəx otağında olan masanın alt hissəsinin içərisində 2 ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1105 qram və 500 qram olmaqla, ümumi çəkisi 1605 qram, yəni külli miqdarda olmaqla bir-biri ilə, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş müvafiq olaraq 54,633 qram və 54,035 qram qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eyni çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşının keçmiş həyat yoldaşıdır. İlahə onun narkotik vasitə istifadəçisi olduğunu bildiyindən Gəncə şəhərində olarkən ona demişdir ki, “əgər narkotik vasitə almaq istəsən mənə deyə bilərsən, mənim narkotik vasitə satan tanışlarım var. O da narkotik vasitə istifadəçisi olduğundan 300 qram narkotik vasitə almaq üçün avtomobilini girov qoyaraq 2000 manat kredit götürmüşdür. Bundan sonra o, İlahə ilə birlikdə Gəncədən Bakı şəhərinə gəlmişlər. İlahənin tanışları Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitəni “zakladka” etdiklərini bildirmişdir. O da İlahə ilə həmin əraziyə gəlmiş, o, avtomobildə gözləmiş, İlahə isə narkotik vasitə satan şəxslərin dediyi yerdən içərisində marixuana olan sellofan bağlamanı götürmüşdür. Həmin narkotik vasitənin 300 qramı ona, qalan hissəsi isə İlahəyə məxsus olmuşdur. Narkotik vasitələri götürüb İlahənin yaşadığı Yasamal rayonunda yerləşən evə getmişlər. 30 noyabr 2022-ci il tarixdə o, səhər saatlarında həmin evdən çıxıb Xırdalan şəhərinə getmişdir. Həmin vaxt onun üzərində 2-3 qram marixuana olmuşdur. Xırdalan şəhərində olarkən onu polis əməkdaşları saxlayıb İlahənin yaşadığı Yasamal rayonunda yerləşən evin qarşısına gətirmişlər. O, avtomobildə olarkən polis əməkdaşları onu saxlamışlar. İlahənin olduğu evi müəyyən etmək üçün təxminən 2 saata yaxın polis əməkdaşları həmin ünvanda gözləmişlər. İlahənin oğlu küçəyə çıxan zaman polis əməkdaşları İlahənin olduğu evi müəyyən etmişlər. Həmin evə daxil olarkən sellofan bağlamada olan narkotik vasitə aşkar edilmişdir. Daha sonra onları DİN-in BNMİ-nin inzibati binasına gətirmiş, polis əməkdaşları evdən aşkar edilmiş sellofan bağlamanın içərisindən narkotik vasitələri götürüb hər birinin cibinə ayrı-ayrılıqda 54 qram marixuana qoyaraq şəxsi axtarış zamanı onlara məxsus olduğunu bildirmələrini tələb etmişlər. O da İlahənin övladlarına görə yalandan hər şeyi öz üzərinə götürmüşdür. Polis əməkdaşları İlahənin azadlığa buraxacaqlarını bildirdiklərindən o, narkotik vasitələrin ona məxsus olduğunu demiş, lakin İlahənin azadlığa buraxılmadığını bildikdən sonra həqiqətləri danışmaq qərarına gəlmişdir. Saxlanılmazdan 1 ay əvvəl İlahə ona narkotik vasitə satan şəxslərlə yaxşı münasibəti olduğunu və istədiyi qədər narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. İlahə narkotik vasitələri satan şəxsin adının “Adil” olduğunu deməmişdir. Həmin şəxslər İlahəyə narkotik vasitələri yerləşdirdikləri yeri bildirdikdən sonra İlahə ilə həmin əraziyə getmiş, o, avtomobildə gözləmiş, İlahə isə narkotik vasitəni götürüb geri qayıtmışdır. 300 qram narkotik vasitəyə görə 2000 manat pulu İlahənin mobil telefonuna göndərilən bank hesabına köçürmüşdür. 29 noyabr 2022-ci il tarixdə narkotik vasitəni yerləşdirdikləri yeri İlahəyə göndərmişlər. O, Xırdalan şəhərində saxlanıldıqdan sonra İlahənin yaşadığı evi müəyyən etmək üçün polis əməkdaşları onu Yasamal rayonu ərazisinə gətirmişlər. Polis əməkdaşları DİN-in BNMİ-nin inzibati binasına onu, qardaşıoğlu Adəmi və İlahəni gətirmişlər. Polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər. Xəsarət almağı ilə bağlı 2 dəfə prokurorluq orqanlarına müraciət etsə də, şikayətlərinə cavab verən olmamışdır. Onun himayəsində 1 azyaşlı uşağı var. Bakı İstintaq Təcridaxanasına daxil olarkən üz nahiyəsində xəsarət izləri olsa da, qeyd edilməmişdir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən məhkəmədə verdiyi ifadə ilə eyni məzmunda ifadə vermişdir. Şəxsi istifadəsi üçün marixuana əldə etmiş, Miryusif Seyidov saxlanılan zaman ona xəsarət yetirməmiş, ona qarşı Şahid1 tərəfindən xəsarət yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılmazdan 1 gün əvvəl keçmiş qaynı, onun həyat yoldaşı və oğlu Adəmlə birlikdə Gəncədən Bakı şəhərinə yola düşmüşlər. Şamaxı rayonu ərazisində qaynı həyat yoldaşını ata evində düşürtmüş, bundan sonra o, Təqsirləndirilən şəxs1 və oğlu Adəmlə birlikdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gələrkən Təqsirləndirilən şəxs1 Xırdalan şəhərində avtomobili saxlayıb 5-10 dəqiqəlik işi olduğunu və onların avtomobildə gözləmələrini bildirmiş, sonra da avtomobildən düşmüş və 10 dəqiqə sonra geri qayıtmışdır. Əvvəllər Gəncə şəhərində uşaq bağçasında işləmiş, lakin tutulmazdan 3 ay əvvəl oğlu Adəmin beynində olan kiçik şişin müalicəsi üçün tez-tez Bakı şəhərinə gəldiyindən Bakı şəhərində kirayə ev götürmüşdür. Bu müddət ərzində Bakı şəhərində iş axtarsa da, tapa bilməmişdir. Təqsirləndirilən şəxs1 və oğlu Adəmlə birlikdə həmin mənzilə gəlmişdir. Bakı şəhərini yaxşı tanımadığından həmin mənzilin hansı küçədə yerləşdiyini bilməmiş, həmin mənzildə olarkən Təqsirləndirilən şəxs1 evin mətbəxində yerə döşək sərib yatmış, o da oğlu Adəmlə birlikdə ayrı otaqda yatmışdır. Rəşad öz şəxsi əşyalarını da mətbəxdə yerləşdirmişdir. Hadisə baş verən gün Rəşad səhər saat 10:00 radələrində işi olduğunu və buna görə də getməli olduğunu bildirmişdir. Əgər bu hadisələr baş verməsəydi, Rəşad geri qayıtdıqdan sonra oğlu Adəmi birlikdə həkimə aparmalı idilər. Bu ərəfədə o, evi təmizləmişdir. Rəşad getdikdən 20 dəqiqə sonra oğlu Adəm yuxudan oyanmış, oğlu həm evdəki zibilləri atmaq üçün, həm də mağazaya getmək üçün evdən çıxmışdır. Bir neçə dəqiqə sonra evdə olarkən qapı döyülmüş, qapını açdıqda oğlu və yanında 2 mülki geyimli polis əməkdaşını görmüşdür. Həmin polis əməkdaşları evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 digər polis əməkdaşları ilə birlikdə evə daxil olmuş və mətbəxdə olan sellofan bağlamanı onlara təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu və oğlunu eyni avtomobildə, Təqsirləndirilən şəxs1 isə digər avtomobildə DİN-in BNMİ-nin inzibati binasına gətirmişlər. Həmin binada polis əməkdaşları evdən aşkar edilmiş bağlamanın içərisində olan “nəşə” adlanan narkotik vasitəni cibinə qoyaraq videoçəkiliş zamanı cibindən çıxarıb masanın üzərinə qoymağını demişlər. O da şəxsi axtarış zamanı polis əməkdaşlarından qorxduğundan onların dediklərini etmişdir. Hətta narkotik vasitənin adını deyə bilmədiyindən cibində olan narkotik vasitənin “nəşə” olduğunu bildirmişdir. Adil adlı şəxs onun əmisidir, iran vətəndaşıdır. Onun Adil adlı şəxslə narkotik vasitələrlə bağlı danışığı olmamış, o, oğlunun müalicə olunması üçün Bakıda kirayə ev götürmüş və tez-tez Gəncədən Bakıya gəlmişdir. İbtidai istintaq zamanı polis əməkdaşlarından qorxduğu üçün ifadələrə oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs1, onun yoldaşı və oğlu Adəmlə birlikdə Rəşadın avtomobili ilə Gəncədən Bakı şəhərinə doğru gələndə qaynının yoldaşı Şamaxı rayonu ərazisində valideynlərinin evinə getmiş, daha sonra o, Rəşad və oğlu Adəm Bakıya gəlmişlər. Bakıda kirayə götürdüyü evə çatmamış Rəşad Xırdalan ərazisində vacib işi olduğunu bildirib avtomobilini həmin ərazidə saxlamış, avtomobildən düşdükdən 10 dəqiqə sonra geri qayıtmış və onlar kirayə götürdüyü mənzilə gəlmişlər. Rəşad Xırdalan ərazisində işini bitirib avtomobil əyləşəndə əlində bağlama olduğunu görməmiş, Rəşad öz şəxsi əşyalarını kirayə götürdüyü evdə masanın altına qoymuşdur. O, Rəşadın şəxsi əşyalarının içərisində nə olduğunu bilməmişdir. Kirayə götürdüyü ev birotaqlıdır. Hadisə baş verən gün Rəşad səhər saat 10:00 radələrində işi olduğunu və buna görə də getməli olduğunu bildirmiş, Rəşad getdikdən 20 dəqiqə sonra oğlu Adəm mağazaya getmişdir. O, qapını açanda Adəm və yanında 2 mülki geyimli şəxs olmuş, lakin Təqsirləndirilən şəxs1 sonra gətirmişlər. Evə daxil olduqdan sonra polis əməkdaşları mətbəxdə olan sellofan bağlamanı götürmüş, polis əməkdaşları onu və oğlunu başqa avtomobilə, Rəşadı isə başqa avtomobilə əyləşdirmişlər. Rəşadın avtomobilini kimin idarə etdiyini görməmişdir. Onları səhər saatlarında saxlamış, lakin axşam saatlarında üzərilərinə şəxsi axtarış keçirmişlər. Polis əməkdaşları sellofan bağlamanın içərisində olan narkotik vasitələri götürüb 54 qramını onun cibinə, 54 qramını isə Rəşadın cibinə qoymuş, sonra da mənzilə baxış keçirmişlər. Üzərindən aşkar edilən bank kartlarına atası və dayısı tərəfindən oğlunun müalicəsi üçün pul göndərilmişdir. Videoçəkilişdən əvvəl cibinə mobil telefon və narkotik vasitən qoyulmuş, o da videoçəkiliş zamanı təqdim etmişdir. Saxlanıldıqdan uzun müddət sonra üzərinə şəxsi axtarış keçirilmiş, bundan sonra kirayə yaşadığı mənzilə baxış keçirmişlər. Kirayə götürdüyü evin pulunu dayısı və atası göndərmişdir. Bakıya gələndə kirayə yaşadığı evdən başqa heç bir mənzildə yaşamamış və Uğur adlı şəxsi tanımamışdır. Rəşad şəxsən mətbəxdə olan masanın altında olan şəxsi əşyalarının içərisindən sellofan bağlamanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Onun cibinə şəxsi axtarışdan əvvəl qoyulmuş narkotik vasitəni evdən sellofan bağlamada aşkar edilmiş narkotik vasitənin üzərindən götürdüklərini təxmin etmişdir. Saxlanılmazdan 3 ay əvvəl evi kirayə götürmüşdür. Rəşad ilk dəfə idi ki, kirayə götürdüyü evə gəlmişdir. Aylıq olaraq 300 manat kirayə haqqı vermişdir. Kirayə götürdüyü evdə daimi yaşamamış, oğlunun müalicəsi ilə əlaqədar tez-tez Bakıya gəldiyindən orada qalmış, həmin evin 2 aylıq kirayə haqqını ödəmişdir. İş axtardığından uşağını həkimə apara bilməmişdir. Onlar gecə saatlarında Bakı şəhərinə çatmış, növbəti gün saxlanılmışlar. Rəşad öz şəxsi əşyalarını mətbəxdə yerləşdirmiş, onun şəxsi əşyaları cəmi 1 paket olmuşdur. Adəm özünə su almaq üçün mağazaya getmiş, Adəm getdikdən 10 dəqiqə sonra yanında polis əməkdaşları ilə qayıtmışdır. Rəşad polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Adəmi küçədə görüb polis əməkdaşlarına qardaşıoğlu olduğunu demişdir. Adəmin mobil telefonu mağazaya gedərkən evdə olmuşdur. ***-***-**-** saylı mobil nömrə mənə məxsusdur. Polis əməkdaşları ona nə demişdirsə, o da həmin sözləri şəxsi axtarışda demişdir. Polis əməkdaşlarından qorxduğundan ona məxsus olmayan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq olmamışdır. Polis əməkdaşları əmisi Adil vasitəsilə narkotik vasitə əldə etdiyini demişlər. Adil əmisinin soyadı uzundur, lakin onun soyadında “Zərbiyani” sözü olmuşdur. Əmisi Adil iranın Azərbaycanla sərhəd rayonunda yaşamışdır. Yoldaşından 5 il əvvəl ayrılmışdır. Həm yoldaşı, həm də Rəşad bəzən uşaqlarına maddi köməklik göstərmişdir. Himayəsində 3 azyaşlı uşağı var, həmin uşaqlardan ikisi onun doğma uşaqlarıdır, digər uşaq isə bacısının uşağıdır və ona qəyyum təyin edilmişdir. Bacısı Gürcüstanda yaşayır. Himayəsində olan uşaqların 2, 10 və 11 yaşları vardır. İbtidai istintaq zamanı yazılan həmin ifadəni oxumadan imzalamış, qətimkan tədbiri ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 narkotik vasitənin 1 kiloqramının ona məxsus olduğunu, qalan hissəsinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən tutulmazdan 3 ay əvvəl sosial şəbəkədə özünü İran İslam Respublikasının Adil adlı vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxslə münasibətləri normal olmuş və sosial şəbəkə vasitəsilə əlaqə saxlamışlar. Adil bildirmişdir ki, narkotik vasitə təşkil edə bilər, satıb pul qazanmaq olar. O da bu barədə keçmiş qaynı Rəşada məlumat vermişdir. Çünki Rəşad belə işləri yaxşı bilir, əvvəllər də bu işlə məşğul olduğu üçün həbs edilmişdir. Rəşad ona demişdir ki, ona 2 kiloqrama yaxın narkotik vasitə marixuana lazımdır. O, Adillə danışmış və Adil 2000 manat pula bunu təşkil edə biləcəyini bildirmişdir. Rəşad ona demişdir ki, razıdır, göndərsin, “sənə də 150 manat pul verərəm”. O da Adillə danışmış və Adilin dediyi xatırlamadığı bank hesabına ödəmə terminalı ilə Rəşad 2000 manat pul göndərmişdir. Sonra Adil əlaqə saxlayaraq narkotik vasitəni Xırdalan şəhərində gizlətdiyini, ora getdikdə yerini dəqiq deyəcəyini bildirmişdir. Rəşad ondan xahiş etmişdir ki, birlikdə Xırdalan şəhərinə gedək ki, yad yerdə şübhələnməsinlər, marixuananı götürdükdən sonra ona 150 manat pul verəcək. O da razılaşmış və birlikdə gedib Xırdalan şəhərində həmin narkotik vasitəni 1 ədəd sellofanda götürüb evə qayıtmışlar. Həmin narkotik vasitə təxminən 1 kiloqram 700 qramdan çox olmuşdur. Evdə baxanda görmüşdür ki, sellofanın içində 2 ədəd böyük və 2 ədəd balaca bağlamalar şəklində marixuana var. Rəşad narkotik vasitə təşkil etdiyi üçün ona 150 manat pul vermişdir. 30 noyabr 2022-ci il tarixdə saat 13:15 radələrində yaşadığı evdən Rəşadla çıxanda Rəşad 1 ədəd balaca marixuana bağlamasını öz cibinə qoymuş, digər balaca bağlamanı isə ona vermişdir ki, “cibinə qoy, sonra götürərəm”. Evdən çıxıb bir az getdikdən sonra saat 13:30 radələrində mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmiş və bildirmişlər ki, polis əməkdaşlarıdır. Sonra da narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduqlarını bildirib onları baş idarəyə dəvət etmişlər. O və Rəşad etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin baş idarənin inzibati binasına getmişlər. Orada onunla Rəşadı ayrı-ayrı otaqlarda saxlamışlar. Ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub imza etmişdir. Bundan sonra polis əməkdaşları müdafiəçinin iştirakı ilə təhqiqatçının dəvət etdiyi qadın tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O da könüllü olaraq əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı 1 ədəd sellofan bağlamada içində narkotik vasitə olan marixuananı çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 1 ədəd bağlamanı açdıqda içində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməsini dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə olan qurudulmuş marixuanadır, aşkar edilən maddəni 1 gün əvvəl Xırdalan şəhərində keçmiş qaynı Rəşadla birlikdə “Adil” adlı şəxsdən 2000 manata aldığı marixuananın bir hissəsidir, Rəşada məxsusdur, marixuananın qalan hissəsi Rəşadda və ünvan 3 ünvanındadır, xx.xx.2022-ci il tarixdə saat 13:25 radələrində polis əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında Rəşadla birlikdə saxlanılmışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 1 ədəd içində marixuana olan bağlama şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olubolmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o, hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkili və polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra o və Rəşad ərizə yazaraq mənzilə baxış keçirilməsinə razılıq vermiş və əməkdaşlarla, eləcə də vəkillərlə birlikdə yaşadığı ünvan 1 ünvanına getmiş və mənzilin mətbəxində olan 2 ədəd böyük bağlamada olan marixuana aşkar edilərək götürülmüşdür. Orada da bildirmişdir ki, həmin marixuana Rəşada məxsusdur, 2000 manat pul müqabilində Adil adlı şəxsdən alınmasını təşkil etmiş, 29 noyabr 2022-ci il tarixdə götürmüşlər. Rəşad da onun dediyi sözləri təsdiq etmişdir. Evdən aşkar edilən 2 ədəd böyük bağlama marixuana baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılmaqla möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra mənzilə baxış keçirilməsi İlə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o, hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkili və polis əməkdaşları tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 136-139). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 30 noyabr 2022-ci il tarixdə Gəncə şəhərində qeydiyyatda olan, lakin Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün idarə rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o təyin edilmişdir. 30 noyabr 2022-ci il tarixdə saat günorta saatlarında ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmış və narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə əlaqədar DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da etiraz etməyərək onlarla birlikdə idarənin inzibati binasına gəlmiş və ayrı-ayrı otaqlarda saxlanılmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olmaları bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, seçdikləri vəkillər gəldikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra hər ikisi üzərilərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bağlamada olan açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni masanın üzərinə qoyub bildirmişdir ki, üzərində başqa qanunsuz əşya yoxdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və açar aşkar edilmiş, üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 1 ədəd bağlamada olan kütləyə baxış keçirilmiş, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, həmin kütlələri 1 gün əvvəl qohumu İlahə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxsə pul göndərməklə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində gizlədilmiş yerdən istifadə etmək məqsədi ilə götürdüyünü və Bakı şəhərində yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmiş, o da əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd sellofan bağlamada olan açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni masanın üzərinə qoyub bildirmişdir ki, üzərində başqa qanunsuz əşya yoxdur. Sonra İlahənin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən açar aşkar edilmiş, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, həmin kütlələri təxminən 3 aydır ki, sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxsdən 1 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, Bakı şəhərində yaşadığı evdə Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 razılığı ilə onların yaşadıqları ünvan 5 ünvanına getmişlər və mənzilin qapısı təqsirləndirilən şəxslər tərəfindən açılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların vəkillərinin iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evdə saxlanılan qanunsuz əşyaları təqdim etmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs1 mənzilin mətbəx otağına keçərək orada olan masanın altından 2 ədəd bağlamanı təqdim etmişdir. Hər iki bağlama açıldıqda içində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin bağlamaların çəkisi 2 kiloqrama yaxın olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxslərin ifadələrində azyaşlı uşaq küçəyə çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 olduğu evin müəyyən edildiyi və onların ayrılıqda saxlanıldıqları barədə qeyd etdikləri xüsusatlar həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bağlamalarda olan narkotik vasitələrin ona məxsus olduğunu, narkotik vasitələri Abşeron rayonu ərazisində “Adil” adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 şahid X2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında“ 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sağ cibindən 1 ədəd bağlamada açıq yaşımtıl rəngli, bitki şəkilli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüş və qablaşdırıldıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqə 49-50). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında“ 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcənin sol cibindən 1 ədəd bağlamada açıq yaşımtıl rəngli, bitki şəkilli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüş və qablaşdırıldıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqə 52-53). Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirilməsi və götürmə haqqında” 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xanəli oğlunun yaşadıqları ünvan 6 ünvanında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müdafiəçilərin iştirakı ilə videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilən zaman mətbəx otağında olan masanın altından 2 ədəd sellofan bağlamada açıq yaşımtıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmiş və həmin bağlamalar iştirakçılar tərəfindən imza edilmişdir (cild 1, iş vərəqə 58-59). Cinayət işinin materiallarında olan “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Redmi” markalı telefonun üzərində ***-***-**-** GSM nömrəsinin olduğu, telefonda 53 ədəd şəxsin kontakt kimi qeyd edildiyi, kontaktlar, daxil olan və xaric olan zənglər, SMS-lərdə, eləcə də “WhatsApp” ani mesajlaşma proqamında olan yazışmalarında hər hansı istintaq marağı kəsb edən hallar aşkar edilməmiş, bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı telefonun üzərində ***-***-**-** GSM nömrəsinin olduğu, telefonda 69 ədəd şəxsin kontakt kimi qeyd edildiyi, “WhatsApp” ani mesajlaşma proqamının silindiyi, xaric olan zənglər siyahısında “Whatsapp” ani mesajlaşma proqamı ilə İran İslam Respublikasının beynəlxalq telefon kodu olan +98 ilə başlayan +**********02 GSM nömrəsi ilə xx.xx.2022-ci il tarixdə telefon əlaqəsi saxlanıldığı müəyyən edilmiş, SMS-lərdə, eləcə də olan yazışmalarında hər hansı istintaq marağı kəsb edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqə 177). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 1-ci diskdə olan 1 ədəd faylda 11 dəqiqə 41 saniyə müddətində olan görüntülərin olduğu Təqsirləndirilən şəxs1 üzərinə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bağlamada açıq yaşımtıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülməsi, qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bağlamanın içində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 1 gün əvvəl, yəni 29 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində qohumu İlahə adlı şəxs vasitəsilə telefon nömrəsini əldə edib əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Adil” adlı tanımadığı şəxsdən 2000 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirdiyi müəyyən edilmişdir. Bundan başqa 2-ci diskdə olan 1 ədəd faylda 13 dəqiqə 23 saniyə müddətində olan görüntülərin olduğu Təqsirləndirilən şəxs2 üzərinə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd sellofan bağlamada açıq yaşımtıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülməsi, qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd bağlamanın içində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 1 gün əvvəl, yəni 29 noyabr 2022-ci il tarixdə təxminən 3 aydır ki, sosial şəbəkədə qiyabi tanış olduğu “WhatsApp” proqramı ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Adil” adlı tanımadığı şəxsdən Abşeron rayonu, Xırdalan şəhərində Rəşadla birlikdə aldığını, buna görə Rəşadın ona 150 manat pul, eləcə də üzərindən aşkar edilən narkotik vasitəni verdiyini və yaşadığı evdə Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyi müəyyən edilmişdir. Bundan başqa 3-cü diskdə olan 1 ədəd faylda 15 dəqiqə 27 saniyə müddətində olan görüntülərin olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 1 ünvanında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müdafiəçilərin iştirakı ilə videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilən zaman mətbəx otağında olan masanın altından 2 ədəd sellofan bağlamada açıq yaşımtıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülməsi, qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin bağlamaların iştirakçılar tərəfindən imza edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş 2 ədəd bağlamanın içində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, hamısının özünə məxsus olduğunu, 1 gün əvvəl, yəni 29 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində qohumu İlahə adlı şəxs vasitəsilə telefon nömrəsini əldə edib əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Adil” adlı tanımadığı şəxsdən 2000 manat pul müqabilində şəxsi istifadəsi və tanışlarına verməsi üçün İlahə ilə birlikdə gedib aldığını, “Adil” adlı şəxsin “WhatsApp” nömrəsini İlahədən alıb əlaqə saxladığını, İlahənin verdiyi xatırlamadığı kart nömrəsinin balansına 2000 manat pul yüklədiyini bildirdiyi, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatları bir daha təsdiq etdiyi, bundan əlavə narkotik vasitəni təşkil etdiyi üçün Rəşaddan 150 manat pul aldığını bildirdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 183-184). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 dekabr 2022-ci il tarixli 7/1364 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ab 7” dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə... ” yazılan zərfdə 1 ədəd üzəri şəffaf yapışqanlı lentlə yapışdırılmış sellofan bağlamada təmiz çəkisi 54,035 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə...” yazılan zərfdə 1 ədəd üzəri şəffaf yapışqanlı lentlə yapışdırılmış sellofan bağlamada təmiz çəkisi 54,633 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ünvandan aşkar edilmiş kütlə...” yazılan bağlamada 2 ədəd üzəri şəffaf yapışqanlı lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1105,0 qram və 500,0 qram olmaqla, ümumi çəkisi 1605,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuananın ümumi təmiz çəkisi 1713,668 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 1713,468 qram, cild 1, iş vərəqə 70-72). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 26 dekabr 2022-ci il tarixli 7827 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 23-24). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 26 dekabr 2022-ci il tarixli 7841 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 25-26). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 6 fevral 2023-cü il tarixli 278 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 19-20). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 6 fevral 2023-cü il tarixli 279 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 21-22). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 18 mart 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin onların yaşadıqları evdən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1713,468 qram olan narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 3 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 56-72). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 180). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 fevral 2012-ci il tarixli qərarı ilə cəzası 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 21 iyun 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 178-179 və 186-198). Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Təqsirləndirilən şəxs1 törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmalarına və onların ailələlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 27 aprel 2011-ci il təvəllüdlü X12, 15 iyul 2012-ci il təvəllüdlü X10 və 5 dekabr 2020-ci il təvəllüdlü X7 olmaqla 3 azyaşlı uşağı vardır (cild 15-16). Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 40). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 152-157). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 158-163). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 71-ci maddəsində isə müəyyənləşdirilmişdir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş, Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixli 236 №-li Qanunla ratifikasiya etdiyi “Uşaq Hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsində göstərilmişdir ki, iştirakçı dövlətlər valideynlərin, yaxud qanuna görə uşaq üçün məsuliyyət daşıyan digər şəxslərin bu Konvensiyada tanınan hüquqların onlar tərəfindən həyata keçirilməsində uşağı lazımınca idarə və ona rəhbərlik etmək və bunu uşağın inkişaf etməkdə olan qabiliyyətinə müvafiq surətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər. Konvensiyanın 9-cu maddəsinə əsasən, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır. Həmin Qanunun 4-cü və 5-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini həm də məhkəmə orqanları təmin etməli, məhkəmə öz fəaliyyətində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdır. Məhkəmə qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edəcəkdir. Bununla belə, “Uşaq Hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini, hazırkı cinayət işinin faktiki hallarını, ailədəki xüsusi qulluq və qayğıya ehtiyacı olan yaşdakı uşaqların sayının kifayət qədər çox olmasını, 3 azyaşlı uşağın mənafelərini və gələcək talelərini nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın icrası himayəsindəki ən kiçik uşaq olan – 5 dekabr 2020-ci il təvəllüdlü X7 on dörd yaşına çatanadək təxirə salınmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 2 dekabr 2022-ci il tarixdən 24 iyun 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, 5 dekabr 2020-ci il təvəllüdlü X7 on dörd yaşına çatdıqdan sonra, habelə cəzaçəkmənin təxirə salınması ləğv ediləcəyi halda Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin təhlükəli residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 44 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin onların yaşadıqları evdən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1713,468 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 2 dekabr 2022-ci il tarixdən 24 iyun 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 4 (dörd) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 himayəsində olan 5 dekabr 2020-ci il təvəllüdlü X7 on dörd yaşına çatanadək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 44 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin yaşadıqları evdən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1713,468 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar