Məhkəmə qərarları › İş №1(101)-1161/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1161/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1161/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1962-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensİar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 24 may 2021-ci il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi və dövlət ittihamçısı cinayət işi üzrə məhkəmə hazırlıq iclasında baxılmalı olan məsəllələrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Seyid» adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti İstintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Seyid» adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Seyid» adlı şəxsin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 6215 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 5073,1 qram narkotik vasitə tiryəki və külli miqdarda ümumi təmiz çəkisi 5500 qram narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Astara rayonu, Şah Ağacı kəndində 20 saylı yol hərəkəti nişanının alt hissəsindən 29 dekabr 2020-ci il tarixdə içərisində narkotik vasitə olan 01 ədəd qara rəngli çantanı götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı ünvan 3 ünvanında saxlamış, 07 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə, saat 21:30 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman so! əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd bükümün içərisindəki üç ədəd bükümdən külli miqdarda ayrı-ayrılıqda çəkiləri 849,4 qram, 882,2 qram və 973,4 qram olmaqla ümumi təmiz çəkisi 2705 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd bükümlərdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 981,5 qram, 385,8 qram və 1002,0 qram olmaqla ümumi təmiz çəkisi 2369,3 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq 08 yanvar 2021-ci İl tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs razılıq ərizəsi ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman yaşadığı evin giriş qapısından sol tərəfdə yerləşən otağın içərisindəki divanın yanında olan 03 ədəd sellofan torbanın içərisindən iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 3300 qram və 2200 qram olmaqla ümumi təmiz çəkisi 5500 qram olan tərkiblərinə görə eyni tərkibli olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üç ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1109,2 qram, 1310,3 qram və 1090,5 qram olmaqla ümumi təmiz çəkisi 3510 qram olan üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1000,4 qram, 801,2 qram və 902,2 qram olmaqla ümumi təmiz çəkisi 2703,8 qram olan üzərindən aşkar edilmiş narkotik vasitə tiryəklə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxs-tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Qeyd olunan normaların mənasına görə, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv elementlərin, yəni cinayətin obyekti, obyektiv cəhət, subyekt və subyektiv cəhətlərinin məcmusundan ibarət olmaqla, yalnız konkret cinayət tərkibinin əlamətlərini yaradan əməl törədilən andan cinayət məsuliyyətinin əsasları yaranır və cinayət tərkibinin əlamətlərindən hər hansı birinin mövcud olmaması cinayətin başa çatmasını istisna edir. Cinayətin başa çatması vaxtı eyni dərəcədə qanunvericilikdə nəzərdə tutulan tərkiblərin quruluşundan, yəni cinayət tərkibinin formal, maddi və kəsik tərkibli quruluşundan ibarət olmasından asılıdır. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə epizodlar Masallı şəhəri ərazisində başa çatmış və bu baxımdan cinayət əməlinin törədildiyi yer Masallı şəhəri hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olduğundan, həmin cinayət əməlinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-in ərazi aidiyyəti qaydalarını müəyyən edən 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndiyi Azərbaycan Respublikası CM-in 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət əməli kimi eyni səviyyəli məhkəmələrdə baxılmalı olduğundan və cinayətin törədildiyi yer Masallı şəhəri olduğundan, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyaına aid olan ərazidə törədilmədiyindən (başlamamış, davam etməmiş və başa çatmamışdır) hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrmin ərazi yurisdiksiyası»na əsasən Masallı şəhəri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası CPM-in 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 74.1 və 74.8-ci maddələrinin tələbləri pozularaq bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Habelə Azərbaycan Respublikası CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 75, 298.6, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov

Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar