Məhkəmə qərarları › İş №1(101)-1161/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1161/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1161/2022 23.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X12 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi fəaliyyət göstərən vəkil Nümayəndə, Müdafiəçi – Azərbaycan Reszpublikası Vəkillər Kollegiyasını üzvü fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 23 mart 1985-ci il tarixdə Lənkəran rayonu, Aşağı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-1 b/m ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1,144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı X4 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmayə əsasən 2015-ci ilin oktyabr ayının əvvəllərində Gülnarə Məmmədova ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evə gedərək Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində olan yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 21 oktyabr 2015-ci il tarixdə saat 18:27-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparmış, Elnarə Məməmdova onları qarşılayıb həmin şəhərdə kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla Gülnarə Məmmədova ilə birlikdə 25 oktyabr 2015-ci ildən 09 noyabr 2015-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa X6 tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı X4 və şəxsiyyəti istintaqla araşdırlan Türkiyə Respublikası vətəndaşı Çağdaş adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Gülnarə Məmmədova 2015-ci ilin ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ünvanı istintaqa məlum olmayan kafedə tanışı Zərərçəkmiş şəxs2 ilə danışaraq onu Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində həkimə apararaq əməliyyat etdirmək adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 25 noyabr 2015-ci il tarixdə saat 18:43-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra Gülnarə Məmmədova və şəxsiyyəti istintaqla araşdırılan Çağdaş adlı şəxslə birlikdə 01 dekabr 2015-ci il tarixdən 23 dekabr 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində, təkrarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan Çağdaş adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Gülnarə Məmmədova 2017-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerlşən Xıram çay evində Zərərçəkmiş şəxs4 Səttərxan qızı ilə danışaraq onu Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində şabalıd toplayaraq yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 18 sentyabr 2017-ci il tarixdə saat 09:24-də Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparmış, Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırlan Çağdaş adlı şəxslə birlikdə onu qarşılayıb həmin şəhərdə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus pasportu götürüb saxlamaqla Gülnarə Məmmədova və şəxsiyyəti istintaqla araşdırılan Çağdaş adlı şəxslə birlikdə 22 sentyabr 2017-cı ildən 29 sentyabr 2017-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində, təkrarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vəsitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı X4 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən bu məqsədlə aralarında olan cinayətkar razılaşmayə əsasən 2020-ci ilin fevral ayının əvvəllərində onlar ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evə gedərək onun 25 oktyabr 2015-ci il tarixdən 09 noyabr 2015-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasında nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədəqorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 fevral 2020-ci il tarixdə saat 17:11də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparıb, həmin şəhərdə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla Təqsirləndirilən şəxs, Gülnarə Məmmədova ilə birlikdə 01 mart 2020-ci il tarixdən 24 mart 2020-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı X4 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Gülnarə Məmmədova 07 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində getmiş tanışı Zərərçəkmiş şəxs3 ilə 2020-ci ilin avqust ayının əvvəllərində “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Nazilli şəhərində yüksək məvacibli işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla Təqsirləndirilən şəxs ilə birlikdə 06 avqust 2020-ci il tarixdən 08 avqust 2020-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vəsitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə bacısı X4 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən bu məqsədlə aralarında olan cinayətkar razılaşmayə əsasən 2020-ci ilin sentyabr ayının əvvəllərində onlar ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evə gedərək onun 01 mart 2020-ci il tarixdən 24 mart 2020-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasında nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 20 sentyabr 2020-ci il tarixdə saat 09:36-da Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq hava limanından keçirməklə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərinə aparıb, həmin şəhərdə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla Təqsirləndirilən şəxs, Gülnarə Məmmədova ilə birlikdə 21 sentyabr 2020-ci il tarixdən 15 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl anası, bir azyaşlı övladı və digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-1 b/m ünvanında yaşamışdır. X13 Respublikasında ailə həyatı qurmuş və artıq bir müddətdir ki, Aydınlı vilayətində ailəsi ilə birlikdə yaşayır. O tez-tez bacısıgilə Türkiyəyə getmiş və maddi vəziyyəti ağır olduğuna görə 2004-cü ildən Türkiyə Respublikasına gedib orada fahişəliklə məşğul olmağa başlamışdır. Təxminən 2006-2015-ci illər ərzində Türkiyə Respublikasına getməmiş və Bakı şəhərində qalmışdır. Lakin 2015-ci ildən etibarən yenidən Türkiyə Respublikasına gedib orada fahişəliklə məşğul olmağa başlamışdır. Zərərçəkmiş şəxs1 10 ildən çoxdur ki, qonşuları kimi tanıyır. 2015-ci ilin oktyabr ayının əvvəllərində o, Türkiyə Respublikasının Nazilli şəhərində getdiyi zaman, Jalə də könüllü olaraq onunla birlikdə gütmişdir. Həmin zamanlar onlar Jalə ilə birlikdə Hicran adlı qadının yanına gedərək orada fahişəliklə məşğul olmuşlar. Jalə öz istəyi ilə Hicran adlı qadının ona tapdığı müştərilərlə görüşmüş, onu bu işlə məşğul olmağa heç kim məcbur etməmişdir. Nazillidə yaşadıqları zaman qaldıqları evdə onlardan başqa tanımadığı dörd nəfər azərbaycanlı qadın da olmuşdur. Onlar təxminən 1 ay müddətində orada qaldıqdan sonra xx.xx.2015-ci ildə Bakı şəhərinə geri qayıtmışlar. Bundan sonra 2020-ci ilin fevral ayının sonlarında Jalə ilə aralarında olan danışıq zamanı o, Jaləyə Türkiyə Respublikasına gedəcəyini bildirmiş, sonuncu da Türkiyəyə getməli olduğunu deyərək, ona birlikdə getməyi təklif etmişdir. xx.xx.2020-ci il tarixdə onlar Jalə ilə Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına oradan da Türkiyə Respublikasının Nazilli şəhərində getmişlər. Həmin şəhərdə Jalə onunla birlikdə qalmamışdır. Eyni şəhərdə olsalar da Jalə ondan ayrı evdə qalmışdır. Bir müddət Türkiyədə qaldıqdan sonra onlar xx.xx.2020-ci il tarixdə Jalə ilə birlikdə Bakı şəhərində qayıtmışdır. Bundan sonra 2020-ci ilin sentyabr ayının ortalarında Jalə ilə yenidən Türkiyə Respublikasına gedib orada fahişəliklə məşğul olmaq barədə danışmışlar və aralarında olan razılığa əsasən xx.xx.2020-ci il tarixdə Bakı Beynəlxalq hava limanından Türkiyə Respublikasının Nazilli şəhərinə gedərək, orada Jalə ilə birlikdə Özbəkistan Respublikası vətəndaşı olan bir nəfər qadının yanında fahişəliklə məşğul olmağa başlamışlar. Təxminən bir ay orada qaldıqdan sonra xx.xx.2020-ci il tarixdə onlar Jalə ilə birlikdı Bakı şəhərinə geri qayıtmışlar. Bundan sonra da Jalə ilə əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs3 Pəri kimi tanıdığı Pərvanə Quliyeva vasitəsilə tanımışdır. Pərvanə Sevilin bacısıdır. Təxminən 2 il əvvəl o, fahişəliklə məşğul olmaq üçün Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində Hayriyə adlı qadının yanına fahişəliklə məşğul olmaq üçün getmişdir. Həmin zaman bacısı Gülnarə də Hariyənin yanına onunla birlikdə getmişdir. O ayrıca kirayə ev tutub orada qalmışdır. Müştəri olduqda Hariyə onu göndərmişdir. X10 kirayə tutduğu evdə yaşamışdır. Pərvanə özü də orada kürd milliyyətindən olan bir nəfər şəxslə birlikdə yaşamışdır. İlk dəfə Sevili orada görüb kim olmasını soruşmuşdur. Həmin zaman ona bildirmişlər ki, Sevil Pərvanənin bacısıdır və onunla birlikdə yaşayır. Pərvanə və Sevil də Hariyənin tapdığı müştərilərlə görüşüb fahişəliklə məşğul olmuşlar. Bundan başqa Sevillə heç bir əlaqəsi və münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 təxminən 7-8 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “85 kafe” adlanan yerdə xidmətçi kimi işlədiyi vaxtdan tanıdığını, Mətanətin də müştəri kimi münasibətdə olduğu bir nəfər kişi ilə həmin kafeyə gedib gəldiyini bildirmişdir. Mətanətlə müştəri kimi tanış olmuşlar. Lakin həmin dövrdən də onunla əlaqəsi olmamışdır. Bacısı Gülnarə də ondan əvvəl həmin kafedə işlədiyinə görə, Gülnarə də Mətanəti tanımışdır. Hətta bildiyinə görə Mətanət ayaqlarından əməliyyat olduqda bacısı ona qulluq da etmişdir. Lakin o, Mətanətlə Türkiyə Respublikasına getməmişdir və onu orada görməmişdir. Zərərçəkmiş şəxs4 Səttərxan qızını bir müddətdir ki, Güllü kimi tanımış, Ramiz adlı bir nəfər kişi ilə onun da Gülsümün də münasibətinin olmasını, təxminən 1-2 il əvvəl Gülsüm ona zəng vuraraq onu “Xıram” kafeyə dəvət edərək danışmaq istədiyini bildirmişdir. Kafedə görüşdükləri zaman Gülsüm ona bildirmişdir ki, Ramizlə onun münasibəti var, ondan xahiş etmişdir ki, Ramizdən əl çəksin və onunla münasibətini sonlandırsın. Həmin vaxt ,o Gülsümə yaxşı deyib ordan ayrılmışdır. Bundan 3-4 ay sonra Ramizin mobil telefonuna zəng vurduqda telefonu o açmış, Gülsüm onu təhqir etmişdir. Bundan sonra Ramizlə də münasibəti olmamışdır. Son olaraq bildirir ki, o, ibtidai istintaq orqanının ona elan etdiyi ittihamla razı deyil və özünü təqsirli bilmir. O, heç vaxt nə ondan şikayətçi olan qadınları, nə də ki digər qadınları Türkiyə Respublikasında cinsi istismara məruz qoymamışdır. Zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 onunla birlikdə Türkiyəyə gedərək orada könüllü olaraq fahişəliklə məşğul olmuş, digər zərərçəkmiş şəxslərlə heç bir əlaqəsi və ünsiyyəti belə olmamışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı övladı var. Təqsirləndirilən şəxs və onun bacısı Gülnarə Məmmədovanı uşaqlıqdan tanıyır, onlar da Albalılıq qəsəbəsində onunla qonşuluqda yaşamışlar. O, Elnarə və Gülnarənin Türkiyə Respublikasına gedib orada müxtəlif işlərdə işlədiklərini eşitdiyinə görə həmin vaxt maddi vəziyyəti aşağı olduğu üçün onların ona Türkiyədə dayəlik işi ilə bağlı etdikləri iş təklifləri ilə razılaşmışdır. Elnarə və Gülnarə ona dayəlik işinə görə aylıq ***-**** dollar qazana biləcəyini demişlər. Bununla əlaqədar 2015-ci ilin oktyabr ayında o, Gülnarə ilə birlikdə Türkiyəyə getmiş və orada onları Hicran və Çağdaş adlı şəxslər qarşılayaraq evə aparmışlar. Həmin evin həyət evi olduğunu xatırlayır. Həmin evdə bir gün qaldıqdan sonra o, Gülnarədən nə vaxt işə başlaya biləcəyi haqqında soruşmuş, Gülnarə də ona işinin onun və Gülnarənin tapdığı kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmaqdan ibarət olacaqdır. Əvvəl etiraz etsə də, daha sonra o, razılaşaraq, gün ərzində 5-6 müştəri ilə görüşmüşdür. Elnarə və Gülnarə müştəri taparaq, hər müştəri ilə görüşə görə ona 50 türk lirəsi verərək, qalan 70 türk lirəsini özlərinə götürmüşlər. Həmin vaxtlarda bir kürd milliyətli müştərisi ilə görüşdüyü zaman, sonuncu onu döyərək, pulunu alıb getmişdir. Elnarə və Gülnarə ona mobil telefon istifadə etməyə imkan verməmişlər. Jalə onların mobil telefonu ilə hərdənbir anası ilə danışmış, lakin utandığından anasına bir söz deyə bilməmişdir. Hazırki vaxtadək anasının bu barədə məlumatı olmamışdır. Elnarə və Gülnarə bu barədə anasına deyəcəkləri ilə həmişə onu hədələmişlər, o da qorxduğu üçün onlarla razılaşmışdır. xx.xx.2015-ci il tarixdə o, Azərbaycana qayıtmış və bu barədə heçkimə bir söz deməmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində hazırda yaşadığı evdə olan zaman Elnarə və Gülnarə yenidən onların evə gələrək, ona yenidən Türkiyəyə getməyi təklif etmişlər. Həmin vaxt o, artıq Türkiyədə nə işlə məşğul olacağını bilmiş və onlarla getməyə könüllü olaraq razılaşmışdır. Onu 2020-ci ildə Türkiyəyə gedib orada fahişəliklə məşğul olmağa heç kim məcbur etməmiş, o, ehtiyacı olduğu üçün öz iradəsi əsasında buna razı olmuşdur. Türkiyəyə gəldikdən sonra o, itirməmək üçün öz ümumvətəndaşlıq pasportunu Elnarəyə öz razılığı ilə vermişdir. Həmin vaxt Türkiyədə müştərilərlə görüşdükdən sonra pulları Çağdaş və Gülnarə alaraq, daha sonra bir hissəsini ona vermişlər. Bir müddət Türkiyədə qaldıqdan sonra o, Azərbaycana qayıtmış və həmin vaxtdan sonra bir daha Türkiyəyə getməmişdir. Bu ilin əvvəllərində polis əməkdaşları onunla əlaqə saxlayaraq onun İnsan Alveri ilə Mübarizə İdarəsinə çağırmışlar. İdarəyə gəldikdə o, Elnarə haqqında müəyyən məlumatlar aldıqdan sonra, sonuncunun barəsində şikayət ərizəsi yazmışdır. Şikayət ərizəsinin 7 il sonra yazmağının səbəbi, ailə üzvlərinin onun Türkiyədə məlum işlə məşğul olmasının bilməmələrinə görə onların bu barədə öyrənəcəklərindən qorxması olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadələrində, 2020-ci ilin fevral ayının əvvəllərində yaşadığı evdə olan zaman Elnarə və Gülnarə yenidən onların evlərinə gələrək, sonuncuların ona onlarla birlikdə getməli olduğunu bildirmələri, onun getmək istəmədiyini və həmin işlə məşğul olmayacağını bildirdikdə anasına məlumat verəcəklərinin demələri, həmin vaxt onun anasının xəstəliyinə görə başına bir şey gələcəyindən həmçinin rüsvay olmaqdan qorxması səbəbindən onlarla razılaşması, bundan sonra xx.xx.2020-ci il tarixdə avtobus vasitəsilə Gürcüstan Respublikaısna oradan da Türkiyə Respublikasının Nazilli şəhərinə getmələri, Elnarə ilə sonuncu tərəfindən tutduğu fərdi yaşayış evində qalması, Elnarənun onun ümumvətəndaşlıq pasportunu alıb onu özündən asılı vəziyyətə salması, əvvəlki qaydada onu müştərilərə təqdim etməyə başlaması, onun etiraz edən kimi anası ilə Elnarə tərəfindən hədələndiyi, bu qaydada xx.xx.2020-ci il tarixədək Elnarə və Gülnarə onu Nazilli şəhərində cinsi istismar etmələri məzmununda verdiyi ifadələri hal-hazırda təsdiq etmir. Bir daha bildirir ki, 2020-ci ildə Türkiyəyə gedib orada fahişəliklə məşğul olmağa heç kim məcbur etməmiş, o, ehtiyacı olduğu üçün öz iradəsi əsasında buna razı olmuşdur. İbtidai istintaq həmin məzmunda ifadə verməsinin səbəbini izah etməkdə çətinlik çəkir. Məhkəmədən Elnarənin barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzsüdçülük sovxozu ünvanında yaşayır. Subaydır, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla dolanır. Gülnarə və Təqsirləndirilən şəxs bacılarını uzun müddətdir ki, tanıyır. Belə ki, o, Gülnarə Məmmədova ilə birlikdə Ramana qəsəbəsində yerləşən “Xırman” çay evində birlikdə xidmətçi kimi işləmişdir. Təqsirləndirilən şəxs da bacısı Gülnarə vasitəsilə sonradan tanımış, Elnarə tez-tez həmin çay evinə müştəri qismində gəlib-getmişdir. Gülnarə və Elnarənin mütəmadi olaraq Türkiyə Respublikasına gedib orada işləmələri barədə məlumatı olsa da, onların hansı işlə məşğul olmalarını bilməmişdir. Təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində “Xırman” çay evində olan zaman Gülnarə və Elnarə ilə görüşüb söhbət etdikləri zaman o, maddi vəziyyətinin yaxşı olmamasını və günlük 10 manatla ailəsinə baxmaqda çətinlik çəkdiyini bildirdikdə, Elnarə və Gülnarə ona onlarla birlikdə Türkiyədə işləməyə gedə biləcəyini bildirmişlər. Həmin vaxt Elnarə ona bildirmişdir ki, orada şabalıd sahələrində şabalıd yığmaqla aylıq 700 manat qazanc əldə edə biləcək. Bu məbləğ onun aylıq qazancından qat qat çox olduğu üçün o, onların təklifi ilə razılaşmış və xx.xx.2017-ci il tarixdə özünə bilet alaraq təyyarə vasitəsilə Naxçıvan Muxtar Respublikasına oradan da avtobus vasitəsilə Türkiyə Respublikasına yola düşmüşdür. Türkiyə Respublikasının İğdır şəhərinə gedərək orada olan rəfiqəsinin yanında bir gün qalmış, daha sonra rəfiqəsi onu Türkiyə Respublikasının Nazilli şəhərinə yola salmışdır. O, təxminən xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasının Nazilli şəhərinə gəldikdə, orada onu Çağdaş adlı türk qarşılayaraq evə aparmışdır. Həmin evdə Elnarə, Gülnarə və bir neçə azərbaycanlı qadın olmuşdur. Bir gecə gecələdikdən sonra Elnarə onun pasportunu alaraq ona burada şabalıd sahəsində işin olmadığını, yaxşı pul qazanmaq istəyirsə evə gələn müştərilərilərlə görüşməli olduğunu bildirmişdir. Əvvəl o, etirazını bildirsə də, təziqlərdən sonra Elnarə və Çağdaşın dedikləri ilə razılaşaraq, müştərilərlə görüşməyə başlamışdır. Hər görüşdən sonra Elnarə yaxud Gülnarə müştərilərdən pulları alıb özlərində saxlamışlar. O, pullarını istədikdə, Gülnarə ona pulları sonda verəcəyini bildirmişdir. Təxminən bir həftə ərzində müştərilərlə görüşdükdən sonra o, həmin evdən qaçaraq rəfiqəsinin yanında İğdır şəhərinə, daha sonra isə Azərbaycana qayıtmışdır. Qayıtdıqdan sonra o, ailə üzvlərinə həqiqətləri danışmağa utandığına görə, xəstəliyi ilə əlaqədar işləyə bilmədiyini və bu səbəbdən geri qayıtdığını bildirmişdir. Lakin bu yaxınlarda Elnarə və Gülnarənin bu əməlləri çox sayda qadının başına gətirdiyini və barələrində araşdırma getdiyini öyrənib onlar barəsində müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən Elnarənin barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana-südçülük sovxozu ünvanında iki oğlu ilə birlikdə yaşayır. 2011-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, bundan sonra ona müddətsiz olaraq İ qrup əlilik təyin edilmişdir. Gülnarə Məmmədovanı təxminən 2012-ci ildən etibarən tanıyır, Gülnarə onun qonşusu olmaqla, Ramana qəsəbəsində kafedə işləmiş, onunla yaxşı münasibəti olmuşdur. Təxminən 2015ci ilin ortalarında Gülnarə ilə Ramana qəsəbəsində olan kafedə aralarında olan söhbət zamanı Gülnarə ona bildirmişdir ki, bacısı Elnarə Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində yaşayır, əgər istəsə onun yanına gedə bilər və ona müalicə almaq üçün köməklik edə bilərlər. O, Gülnarənin bu təklifi ilə razılaşmış və xx.xx.2015-ci il tarixdə Türkiyə Respublikasının, Aydın vilayətinin Nazilli şəhərinə getmişdir. Təxminən 2 gün yol getdikdən sonra xx.xx.2015-ci il tarixdə o, Nazilli şəhərinə çatmış və Gülnarənin bacısı Elnarə onu orada qarşılayıb yaşadığı fərdi yaşayış evinə aparmışdır. Həmin evdə ondan başqa iki nəfər qadın da olmuş, onların birinin adı Emilya olmuşdur. O iki gün orada qaldıqdan sonra Elnarədən həkimə nə vaxt gedəcəklərini soruşmuş, Elnarə ondan pasportunu və şəxsiyyət vəsiqəni istəmiş o da Gülnarə ilə razılaşmışdır. Təxminən xx.xx.2015-ci il tarixdə Elnarə ona bildirmişdir ki, həkimə getmək üçün pul lazımdır və pulu olmadığı üçün gedə bilmirlər. Gülnarə ona bildirmişdir ki, pul qazanmaq üçün tapdığı müştərilərlə görüşüb cinsi əlaqədə olmalıdır. O, əvvəlcə Elnarə ilə razılaşmasa da, sonradan müştərilərlə görüşməyə başlamışdır. Bəzi günlər Elnarə onu 15 nəfərlə görüşdürmüşdür. Elnarənin müştərilərdən hansı miqdarda pul alınmasını bilməmişdir. Elnarədən başqa orada Çağdaş adlı Türkiyə Respublikası vətəndaşı da olmuşdur ki, sonuncu onlara nəzarət etmişdir. Təxminən 10 gün sonra o, xx.xx.2015-ci il tarixdə avtobus vasitəsilə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycana qayıtdığı zaman təxminən 800 manat pulu olmuşdur. Həmin vaxt ailə üzvlərindən, xüsusən də oğlundan utandığına görə o, heç bir yerə şikayət etməmişdir. Bu ilin əvvəllərində televiziya verlişlərinin birində insan alveri qurbanları haqqında proqrama baxdığı zaman o, həmin verilişdə Elnarə və Gülnarə kimi qadınların törətdikləri əmələ görə X14 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutularaq məsulliyyətə cəlb edilmələri və şikayət edən şəxslərin barəsində olan məlumatların məxfi saxlanılması barədə eşitdikdən sonra Polis İdarəsinə gələrək Elnarə və Gülnarə barədə şikayət etmək qərarına gəlmişdir. Məhkəmədən Elnarənin barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bacısı Pərvanə Quliyevanın təxminən 3- 4 ildir ki, Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli şəhərində ailə qurub və orada yaşadığını 2019-cu ildən etibarən tez-tez bacısının yanına gedib orada qalmışdır. Gülnarə Məmmədovanı 2-3 ildir ki, tanıdığını, onunla Ramana qəsəbəsində yerləşən kafelərin birində birlikdə işlədiklərini, Gülnarənin və bacısı Elnarənin tez-tez Türkiyə Respublikasına gedib gəlməsi barədə məlumatı olmasını, lakin onların hansı işlə məşğul olmalarını bilməmişdir. xx.xx.2020-ci il tarixdə bacısının yanına getmiş, təxminən 1 ay sonra Nazilli şəhərində Gülnarəni görmüş, Gülnarənin də orada yaşamasını və işlədiyini bildirmişdir. Lakin Gülnarənin hansı işlə məşğul olduğunu soruşmamışdır. O Gülnarənin mobil nömrəsini götürmüş və hərdən əlaqə saxlamışdır. Həmin ərəfələrdə bacısının həyat yoldaşı Kadir adlı şəxslə aralarında mübahisə düşmüş və o da Azərbaycan Respublikasına qayıtmaq istəmişdir. Bu barədə Gülnarəyə də bildirmiş, Gülnarə ona əgər istəsə gəlib yanında işləyib pul qazana biləcəyini və özünün sərbəst şəkildə yaşaya biləciyini demişdir. Gülnarənin bu təklifi onun xoşuna gəlmişdir. O Günlarədən hansı işlə məşğul olmalarını soruşduqda Gülnarə müxtəlif işlərdə çalışdıqlarını bildirmişdir. O da əşyalarını toplayıb Gülnarə və Elnarənin yaşadığı evə getmişdir. Burada Gülnarə qeydiyyat üçün onun pasportunu almışdır ki, onu işçi kimi qeydiyyata saldırsın. Daha sonra Gülnarə onun mobil telefonunu istəmiş, o, nə üçün bunu istədiyini anlamasa da və mobil telefonunu Gülnarəyə vermişdir. Daha sonra Elnarə və Gülnarə ona bildirmişlər ki, burada ən yaxşı iş onların tapdığı kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmaqdır. Sevil onların nə dediklərini anlamamış və mobil telefonunu qaytarmalarını bildirmişdir. Lakin Elnarə və Gülnarə mobil telefonu və sənədləri onlarda olduğunu nə deyirlərsə onu etməli olduğunu bildirmişlər. Sevil məcburiyyət qarşısında qalıb onlarla razılaşmışdır. Bundan sonra təxminən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün müddətində Elnarə və Gülnarə onu tapdığı kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmağa məcbur etmişlər. Lakin 2 gündən sonra artıq onlarla dava etmiş və hər şeyi alıb bacısının yanına qayıtmışdır. Bacısı elə bilmişdir ki, o Azərbaycan Respublikasına qayıtmışdər. Lakin onun yanına qayıtdıqda gəzməyə getdiyini bildirmişdir. Bacısı da ondan narahat olmuşdur. Lakin Elnarə və Gülnarənin başına gətirdiyi oyunları ona danışa bilməmiş çünki bundan utanmış və heçkimə bu barədə söz deməmişdir. Bacısı 2 gün onunla əlaqə saxlaya bilmədiyi üçün narahat olmuş və Bakıya qayıtdığını zənn etmişdir. Bundan sonra Elnarə və Gülnarədən uzaqlaşmış və bir daha onlarla əlaqəsi olmamışdır. Bu yaxınlarda televiziya verilişlərinin birində insan alveri qurbanları haqqında proqram verilmiş, həmin verilişdə Elnarə və Gülnarə kimi qadınların törətdikləri əmələ görə X14 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutularaq məsulliyyətə cəlb edilmələri və şikayət edən şəxslərin barəsində olan məlumatların məxfi saxlanılması barədə eşitdikdən sonra Polis İdarəsinə gələrək Elnarə və Gülnarə barədə şikayət etmək qərarına gəlmişdir (cild 01, iş vər. 108-110). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olan ərizə və şifahi ərizə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə və Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin X14 Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, 2015-2019-cu illərin müvafiq dövründə Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Konya və Nazilli şəhərlərində cinsi istismara məruz qaldıqlarını bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişlər (iş vər. 24, 73, 96, 132). İşdə olan “üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs və Gülnarə Məmədova tərəfindən aldatma yolu ilə həmçinin hədə-qorxu məcburetmə vasitələrindən istifadə edilməklə istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir (cild 01, iş vər. 119-122). İşdə olan “üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs, Gülnarə Məmmədova və Çağdaş adlı şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir (cild 01, iş vər. 123-126). İşdə olan “üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs və Gülnarə Məmmədova tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir (cild 01, iş vər. 127-130). İşdə olan “üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs, Gülnarə Məmmədova və Şağdaş adlı şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir (cild 01, iş vər. 155-159). Belə ki, “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 165). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1,144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 177-180). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-498/2022 saylı, 29 aprel 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1,144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqə 206-211). «Baxış keçirilməsi haqqında» 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2015-ci il tarixdə saat 18:27 dəqiqədə «C01224793» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə saat 00:01 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 17:11 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 13:33 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 09:36 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 05:25 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx.xx.2015-ci il tarixdə saat 18:43 dəqiqədə «C00786799» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə saat 00:33 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qırmızı körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 Səttərxan qızı xx.xx.2017-ci il tarixdə saat 09:24 dəqiqədə «P3332482» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 21:27 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixdə saat 10:38 dəqiqədə «C02262452» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 20:13 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə saat 19:35 dəqiqədə «C00922009» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə saat 00:00 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə saat 19:14 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə saat 22:52 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 16:35 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 11:38 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 17:11 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 13:32 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 04:16 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 20:09 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 09:35 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 05:14 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. X4 xx.xx.2015-ci il tarixdə saat 18:26 dəqiqədə «C00900906» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə saat 03:38 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə saat 18:43 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-ci il tarixdə saat 21:38 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 16:33 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 22:48 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 17:07 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 13:34 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 04:17 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 20:09 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 09:32 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 05:25 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur (cild 01, iş vər. 214-216). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vərəqə 217). İşdə olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1,144-1.2.5 və 144-3.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən X4 və Çağdaş adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (cild 01, iş vər. 237- 240). İşdə olan Bakı şəhəri Sabunçu rayonu İHB-nın Maştağa qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-1 b/m ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 248, 249). İşdə olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-3222/2022 saylı 14 oktyabr 2022ci il tarixli qətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2018-ci il tarixdə Lənkəran rayonunun Kanarmeşə kəndində ev şəraitində doğulmuş oğlu Novruzun doğulması faktı müəyyən edilmiş hesab edilmişdir. İş materiallarına əlavə edilməklə iş üzrə Zərərçəkmiş şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin rəsmi elektron poçt ünvanına göndərdiyi müraciətdən görünür ki, sonuncu məhkəməyə müraciət edərək iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı iş üzrə keçən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb etməklə onları istismara məruz qoymadığı barədə hissədə olan məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər, həmçinin məhkəmə istintaqı zamanı tədqiq olunmuş yuxarıda qeyd edilən digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə əsasən insan alveri özünü şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsində əks etdirir. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndindən görünür ki, “insanın istismarı” anlayışına köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə və s. ilə yanaşı insanın cinsi istismarı da aid edilmişdir. 28 iyun 2005-ci il tarixli № 958-İİQ saylı «X14 mübarizə haqqında» Azərbaycan Respublikası qanununun 1.0.4-cü maddəsinə əsasən cinsi istismar dedikdə şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi başa düşülür. Göründüyü kimi, cinsi istismar yolu ilə insan alveri cinayəti törədilərkən insan alveri qurbanının fahişəlikdə istifadə olunması konkret tərkib əlamətlərinin məcmusuna daxildir və şəxsin fahişəliyə məruz qalması insan alveri cinayəti ilə tam əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun 2015 və 2019-cu illər ərizində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qarşı törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı övladının olmasını və iş üzrə keçən zərərçəkmiş şəxslərlən Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməklə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X2 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri– humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-498/2022 saylı, 29 aprel 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1,144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqə 206-211). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, onun iş üzrə 28 aprel 2022-ci il tarixdən, 23 noyabr 2022-ci il tarixədək həbsdə olduğu müddət cəmi 06 (altı) ay 25 (iyirmi beş) gün yekun cəza müddətinə daxil edilməli və ona təyin olunan əsas cəzadan həmin müddət çıxılmalıdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi onun 2018-ci il təvəllüdlü azyaşlı uşağı- Novruz Məmmədov (Təqsirləndirilən şəxs 28 oktyabr 2018-ci il tarixdə Lənkəran rayonunun Kanarmeşə kəndində ev şəraitində doğulması faktı Lənkəran Rayon Məhkəməsinin 2(049)-3222/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuş) on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1,144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikasının CM-nin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1,144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının CM-nin 144-3.4.-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə uyğun olaraq X1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 8 (səkkiz) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək həbsdə olduğu müddət cəmi 06 (altı) ay 25 (iyirmi beş) gün təyin olunmuş əsas cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış qəti cəzanın çəkilməsi onun uşağı Novruz Məmmədov (Təqsirləndirilən şəxs 28 oktyabr 2018-ci il tarixdə Lənkəran rayonunun Kanarmeşə kəndində ev şəraitində doğulması faktı Lənkəran Rayon Məhkəməsinin 2(049)-3222/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuş) on dörd yaşına çatanadək təxirə salınsın. Həmin hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar