Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1161/2025 16.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X8 (sədrlik edən), İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə edilən əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 20 avqust 2024-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən “Ərzurum” restoranında olarkən digər masada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs onların əyləşdikləri masanı və restoranda olan digər şəxsləri mobil telefonu vasitəsilə qeydə almasını cüzi səbəb kimi bəhanə gətirib Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə, ilkin olaraq Təqsirləndirilən şəxs2 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq sonuncunu yerə yıxıb qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkin fonda əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra o, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərindəki istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən sifət nahiyəsindən vurmaqla sonuncuya sağ qulaqaltı-çeynəmə, sağ yanaq və çənə nahiyələrini əhatə edən iri ölçülü kəsilmiş yarası və üst dodağın dəlib-keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, vaxt keçdikcə bərpa olunmayan, geridönməz və onları aradan qaldırmaq üçün cərrahi müdaxiləyə (kosmetik əməliyyat) ehtiyac yaranan kobud çapıqlaşmış izlər kimi sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 20 avqust 2024-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən “Ərzurum” restoranında olarkən digər masada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs onların əyləşdikləri masanı və restoranda olan digər şəxsləri mobil telefonu vasitəsilə qeydə almasını cüzi səbəb kimi bəhanə gətirib Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə ilkin olaraq o, yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq sonuncunu yerə yıxıb qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkin fonda əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərindəki istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən sifət nahiyəsindən vurmaqla sonuncuya sağ qulaqaltı-çeynəmə, sağ yanaq və çənə nahiyələrini əhatə edən iri ölçülü kəsilmiş yarası və üst dodağın dəlibkeçən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, vaxt keçdikcə bərpa olunmayan, geridönməz və onları aradan qaldırmaq üçün cərrahi müdaxiləyə (kosmetik əməliyyat) ehtiyac yaranan kobud çapıqlaşmış izlər kimi sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə baş verən gün axşamüstü Təqsirləndirilən şəxs1lə birlikdə Dilbər xanımdan maşının açarını götürmək üçün Ərzurum restoranına getmişlər. Onlar restorana əvvəlcədən yeyib-içib getmişlər. Restorana girəndə sağ tərəfdə stolda oturmuşlar. Dilbər xanım onlarla birlikdə öz evinə getmək istədiyindən onlara bir qədər yubanmaqlarını bildirmişdir. Bir qədər sonra ofisiant onlara yaxınlaşaraq, nə sifariş vermək istədiklərini soruşmuş, onlar da ofisianta heçnə istəmədiklərini bildirmişlər, sonra isə, Dilbər xanım da gələrək onların stolunda əyləşmişdir. O, həmin restoranda musiqiçini əvvəldən tanıdığına görə, musiqiyə görə telefon vasitəsilə onun kartına 10 manat pul atmış, Asif də bu zaman telefonda oyun oynamışdır. Musiqinin səsində digər stolda oturan qadınlar da oynamışlar. Onlar Dilbər xanımla söhbət edərkən, ani bir vaxtda zərərçəkmiş şəxs Fuad əlini stolun üzərinə qoymuş, əlində olan telefonla zalda rəqs edənləri videoya çəkmişdir. O, Fuaddan “mənim stolumda qadın oturub, nəyə görə mənim stolumu da videoya çəkirsən” soruşanda, zalda rəqs edən qadınlar da narazılıq edərək, Fuada onları videoya çəkməməsini bildirmişlər. Bundan sonra Fuada yaxınlaşaraq yanında əyləşmiş, ona adını da bilmədiyini, lakin onların da stolunu da nədən videoya çəkdiyini bildirmişdir. Fuad isə, onun əyləşdiyi stolu deyil, yalnız zalda oynayan xanımları çəkdiyini bildirmişdir. O, Fuada Dilbər xanımla əyləşdiyi stolu çəkməməsini bildirmiş, nəticədə Fuad onunla razışlaşmışdır. Bundan sonra onun stolundan ayağa durarkən stul aşmış, o, bunu görməmişdir. Öz stoluna oturan zaman görmüşdür ki, Fuad onun üzərinə nəsə deyə-deyə gəlir. Fuad ona yaxınlaşanda, əlindəki telefonu qoyub Fuadı yumruqla vurmuş, nəticədə Fuad yerə yıxılmış və hadisələr ani olaraq baş vermişdir. Bu zaman Dilbər xanım onlara “belə etməyin, belə olmaz” demiş, o, geri çönəndə Asifin əlində bıçaq görmüş, sonra isə nə baş verdiyini dəqiq olaraq bilməmiş, sonradan Fuadın yerə yıxıldığını görmüşdür. Restoranın müdiri də hadisə yerinə gəlmiş, ona taksiyə minib getmələrini demiş, Asiflə birgə isə taksi sifariş vermiş və yolun o biri tərəfinə körpünün altına taksiyə minmək üçün keçərək maşına minib getmişlər. Səhəri gün Fuadı axtarsalar da, onu tapa bilməmişlər, digər gün isə, onun xəstəxanada olduğunu bilərək Asiflə birlikdə xəstəxanaya getmişlər. İlk əvvəl Fuadın öldüyü olnlara deyilsə də, lakin sonradan bu təkzib olunmuşdur. Üç gün sonra Fuada dərman pulu lazım olduğundan pul köçürülməsi üçün bank kart nömrəsini istəmişlər. Müvafiq hesab nömrəsi Dilbər xanıma göndərilmiş və 256 manat pul lazım olduğu deyilsə də, Fuad üçün həmin karta 300 manat pul göndərmişdir. Dilbər xanımdan 300 manatın bəs edib-etməyəcəyini soruşanda, 300 manatın bəs edəcəyini ona bildirmişdir. O, Dilbər xanıma Fuadla görüşmək istədiklərini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, Dilbər xanım onların neçə illik ailəvi dostu olmuş, Dilbər xanım Fuadla birlikdə işlədiyi üçün pulu Fuada çatdırması üçün Dilbər xanımın kartına göndərmişdir. Asifin əlində bıçaq olmuş, həmin bıçağın üzərində qan izləri görməmişdir. Fuad yerdə uzananda, camaat artıq başına yığışmışdı, buna görə də onlara hadisə yerini tərk etməyi deyilmişdi. Fuadı xəstəxanaya aparmasalar da, üç gün sonra onunla maraqlanmışlar. Fuadı vurduqlarını, lakin onu xuliqanlıq niyyəti ilə vurmadıqlarını, əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edildiyini, hazırkı işdən 5-6 ay əvvəl vaxtından əvvəl şərti olaraq azadlığa buraxıldığını, Ərzurum restoranında hadisə zamanı 15-20 nəfər şəxs olduğunu, restoranda heç kimə qarşı söyüş söymədiyini bildirmişdir. Zərərçəkmiş şəxs Fuadla hadisədən əvvəl söhbətləri təxminən iki dəqiqə çəkmiş, aralarında bir-birlərinə söyməmişlər. Ərzurum restoranında olan qonaqlar ona heç bir narazılıq etməmiş, ona heç kim heç nə deməmiş, heç kimi də söyməmişdir. Ərzurum restoranında Fuada video çəkməyə görə narazılıq edildiyini, Fuada onlar olan stolu çəkməməsini, Fuadın onun stoluna və üzərinə gələndə Fuada kiminsə narazılıq edib-etmədiyini bilmədiyini bildirmişdir. Fuadın stolundan duranda əli onun stuluna dəyib, nəticədə stul aşmışdır. O, Fuadın stolundan durandan təxmini 3-4 dəqiqə sonra Fuad onun stoluna yaxınlaşmış. Fuadın yerindən üzərinə necə gəlirdi bilmir, amma Fuad dilinin altında nəsə dediyini görmüş, onun xoş sözlər demədiyini düşünmüşdür. Fuad ona yaxınlaşdıqda aralarında təxmini 1-2 metr qalmışdır. Fuaddan ona qarşı təhlükə hiss etdiyinə, onun üzərinə surətlə gəldiyinə və onu vuracağını düşündüyünə görə onu vurduğunu bildirmişdir. Fuada bir zərbə vurmuş, digər zərbə isə, boşa getmişdir, Fuad da bir zərbəyə yerə yıxılmışdır. Fuad zalda oturan zaman spirtli içki qəbul etmiş, Fuada yaxınlaşan zaman onunla söhbət edən zaman onun özündə olmadığını hiss etmiş, onunla söhbət edəndə, yəni oturduğu stolu videoya çəkməməsini deyəndə, Fuad ona “oldu, baş üstə” demiş, o da söhbətin bununla da bağlandığını zənn etmiş və bir-birilərinə qarşı heç bir təhqir olmamışdır. Hadisə olan gündən etibarən Fuadın qohumlarından onun vəziyyəti ilə maraqlandığını, səhv etdiyini bildirərək, hər kəsin əyləşdiyi restoranda belə bir hadisə törətməməli olduğunu bildirmişdir. Fuadla dəfələrlə barışıq əldə olunmasına cəhd edilmiş, barışmaq üçün onu tapa bilmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, 2 övladının olduğunu, özünün qaraciyər xəstəsi olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə baş verən zaman telefonunda oyun oynayırmış, həmin vaxt heç səhnəyə də baxmamışdır. Birdənbirə ortalıqda dava yarandığını görmüş və dostunun kiminləsə dalaşdığını görüb davaya qarışaraq dostunu tək qoya bilməmişdir. Fuad o qədər də güclü adam olmamış, onunla əlbəyaxaya gücü çatsa da, sadəcə onu bıçaqla qorxutmaq istəmişdir. Onların neçə nəfər olduğunu, neçə nəfərlə dalaşacaqlarını özündə aydınlaşdıra bilməmişdir. Fuadı qorxutmaq üçün bıçağı onun boğazına tutmuşdur. Həmin bıçağın kəsən bıçaq olmadığını, məftil kəsmək üçün istifadə olunduğunu bildirmişdir. Həmin bıçağın Fuadı necə kəsdiyini bilmir. Hadisədən sonra taksiyə minib evə getmişlər. Bundan sonra sosial şəbəkələrdən Fuadın öldüyünü öyrəndiklərindən gedib baş sağlığı verib təslim olmalarını düşünmüşlər. Bir gün keçdikdən sonra onun ölmədiyini, xəstəxanada olduğunu öyrənmişlər. Bundan sonra onu tapıb, üzr istəmək istəmişlər, lakin Fuadı onlardan gizlətmək üçün hansısa oteldə saxlamışdılar. Bir dəfə ona dərman üçün pul göndərsələrdə, Fuadı görməmişlər. Dalaşqan insanlar olmadıqlarını, sadəcə bu hadisənin başlarına gəldiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, onda süngü-bıçaq (ştiknoz) olmuş, həmin bıçaq əslində kəskin bıçaq olmamışdır, amma hadisənin necə olduğunu bilmir. Hadisə baş verən yerdə çox insan olmuş, davaya da çox adam qarışmışdır, həmin vaxt kimin-kimi vurduğunu bilməmişdir, həmin vaxt telefonda oyun oynamışdır. Anarın Fuadı vurduğunu görməmiş, o, Fuadı vuran zaman sonuncu yarıya qədər qalxmış, yerdə uzanmamışdır. O, Fuadı qorxutmaq üçün bıçağı onun boğazına tutub, başını kəsərəm sözünü Fuada demiş, bundan başqa hadisəyə bir neçə nəfər də qarışmışdır. O onlardan birini də sinəsindən itələmiş, həmin şəxs də ona restoran əməkdaşı olduğunu bildirmişdir. 2019-cu ildə məhkum olunmuşdur. Fuadı vuran zaman o ayağa qalxmağa çalışmış, yarı qalxan vəziyyətdə olmuşdur. Fuadı vurmaq fikri olmamış, onu qorxutmaq istəmişdir. Anar onun dostu olduğuna görə, onun dalaşdığını görəndə davaya qarışmış, bıçaqdan istifadə etməkdə məqsədi Fuadı qorxutmaq olmuşdur. Fuad ayağa duranda Anar tərəfə gedib-getmədiyini görməmişdir. O, bıçağı Fuadın boğazına dirəyib “başını kəsərəm” sözlərini onu qorxutmaq üçün demişdir. Bıçağı sadəcə yüngül qaydada onun boğazına sürtmüş, həmin bıçağın onun boğazını kəsmək imkanı olmamış, hesab edir ki, ona yüngül xəsarət vurmuşdur, lakin ittiham aktına ağır xəsarət yetirməyi yazılmışdır. Onun Fuada daha dərin zərbə vurmaq imkanı olmuş, lakin bunu etməmiş, çünki onu öldürmək fikri olmamışdır. Onun Fuadın üzündə silinməz iz qoymaq niyyəti olmamış, Fuadın xanımları videoya çəkməsi kimi hadisələri görməmiş, olan məsələləri Anardan soruşmuşdur. Anarın Fuadla söhbətini görməmiş, həmin vaxt telefonda oyun oynamışdır. Fuadla barışmaq üçün cəhdlər etmişlər, onlara əvvəl Fuadın öldüyünü demişlər, sonra isə həkimlərin köməyi ilə yaşadığını bildikdə müalicəsinə kömək edib, ondan üzr istəmək üçün onu axtarmışlar, lakin Fuadı gizlədərək, xəstəxanadan aparıb hansısa oteldə saxlamışlar. Onların Fuadla düşmənçiliyi olmamış, o, Anarın davaya qarışmasına görə həmin hadisəyə qarışmışdır. Barışıq əldə olunmasına cəhd edilmişlər, Fuada qardaşının da həkim olduğunu, qardaşının onun üzünü əməliyyat edərək üzündəki şıramı silə biləcəyini söyləmişdir. Sonda Təqsirləndirilən şəxs1 oğlu əməlindən peşman olduğunu, 2 övladının olduğunu, Təqsirləndirilən şəxs2 günahı olmadığını, sonuncunun həbsdən təzə çıxdığını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirərək barələrində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü dostu Familin ad gününü keçirmək üçün saat 6-da “Ərzurum” restoranına getmişdir. Təxminən 1 saat sonra təqsirləndirilən şəxslər də həmin restorana gəlmişdir. Həmin vaxt iş yoldaşı olan Dilbər xanım onların stolunda oturmuş, sonra isə gedib təqsirləndirilən şəxslərin stolunda əyləşmişdir. Bir az sonra adını sonradan bildiyi Anar ona yaxınlaşıb qızları videoya çəkməməsini ona demişdir. Anar durub gedəndə yanındakı stul yerə aşmış, o isə stulu qaytarıb yerinə qoymuşdur. 10 dəqiqə sonra o Anara yaxınlaşıb hansı qızı çəkməməsini soruşmaq istəyəndə, Anar ona iki dəfə yumruq vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, onu xəstəxanaya təcili tibbi yardım aparmış, “102” xidmətinə restorandan zəng etmişlər. Hadisə zamanı onu Anarın vurduğunu, vurandan sonra yerə yıxıldığını, özündə olmadığını, sonradan bıçaqla vurulduğunu bildirmişdir. O, restoranda telefonun kamerası ilə öz stolundakı qonaqları videoya çəkmiş, video çəkdiyi zaman təqsirləndirilən şəxslər kameraya düşməmiş, onların yanında olan qız arxa-arxa oynayıb gedəndə onda kameraya düşsə də, Anar video görüntüyə düşməmişdir. Anar ona yaxınlaşıb “qızları çəkdiyin videonu sil” demiş, o, da Anara “baş üstə” dedikdən sonra Anar öz stoluna qayıtmışdır. Beş dəqiqə sonra o, Anara yaxınlaşıb nə üçün elə dediyini soruşmaq istəmişdir. Çünki telefonun kamerası ilə çəkiliş etməyinə heç kim narazılıq etməmişdir, yalnız məclislərində iştirak edən Xəyalə və İlhamə xanım biraz narazılıq etmişlər, onlar da onunla bir stolda əyləşmişlər. Anar gəlib video çəkməyinə etiraz edəndə, o, Anarın öz stolunda oturan xanımlara görə, yoxsa onun oturduğu stoldakı xanımlara görə narazılıq etdiyini bilmədiyinə görə Anara sakit və yavaş formada yaxınlaşmışdır. Anarın onu niyə vurduğunu bilmir, Anar onu vurandan sonra yerə yıxılmış, Anarın onu 2 dəfə vurduğunu kameraya baxandan sonra bilmişdir. Məclisə gələn qadınlar onun müştəriləri olmuşdur. O, mətbuatda dizayner işləyir, iki gün əvvəl də həmin xanımlarla həmin yerdə ad günü şənliyinə yığışmışlar, həmin vaxt da video çəkməyinə heç kim etiraz etməmişdir. Anarın yanına gedəndə heç nə deməmiş, onun yanına sakit formada getmişdir. Zərərçəkmiş şəxs daha sonra məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirərək, onların barələrində azadlıqdan məhrum etmə cəzasına alternativ cəza seçilməsinə ediraz etmədiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Anar onların ailə dostları, Asif də tələbə yoldaşı olmuşdur. Asif ilə o, Biznes Universitetində bir yerdə oxumuşlar. O, illərlə Asifi görməmiş, bir müddət sonra Anarın qardaşının vasitəsilə Asifi tapmışdır. Onlar bir yerdə bir neçə işlər görmüşlər, Yeni Yasamlda bir evi “hostel” kimi işlətmək istəmişlər, həmin evin isə çoxlu söküntüləri olmuşdur. Onun maşını olduğuna görə həmin evə Asif və Anarla avadanlıqlar aparmış, Asif və Anar da onun maşınından istifadə etmişlər. Bir gün o,yığıncaqda olanda Anar və Asif maşını istəmiş, o, da ad günündə olduğunu “ad günündən tez çıxıb gələrəm, avadanlıqları daşıyarıq” demişdir. Anar və Asif onun olduğu restorana gəlmişlər, o, orada digər yoldaşları ilə birlikdə Famil adlı şəxsin ad gününü 15-20 nəfərlə birgə qeyd etmişlər. Qonaqların içində həm qadınlar, həm də kişilər olmuşdur. O, restoranın qapısının girişində həyətdə Anar və Asifi görmüş, onlar onun maşınını götürüb getmək istəmişlər, o da “siz içkilisiz, belə halda maşını sizə verə bilmərəm, siz gedin, mən də 1-2 saat sonra gələrəm” demişdir. Asif və Anar “burda pivə verirlərsə, biz pivə içək” deyərək, yandakı masada əyləşib ofisiantdan pivə istəmişlər. O, da onlar içkili olduğuna görə onların masasına keçib əyləşmişdir. Restoranda ortalıqda hamı rəqs etmiş, Fuad da çəkiliş etmişdir. Fuad masasındakı iş yoldaşları olan xanımları çəkərkən, İlhamə adında xanım əliylə Fuada videoya çəkməməyi demiş, Fuad da razılaşmışdır. Anar və Asif qarşı masadan heç kimi tanımamışdır. X16 gəlib ona xanımları videoya çəkməməsini dediyini bildirmişdir. O, da Anar oturanda ona demişdir ki, “sənin nə işinə qalıb ki, gedib, Fuada xanımları çəkmə deyirsən”. Anar da “onlar da bizim anamız, bacımızdır” demişdir. Bu an Fuad Anarın üstünə gələndə Anar Fuada yumruq atmışdır. O, Fuadı vurmasın deyə Anarı qucaqlamış, çevrilib baxanda isə Fuadın qan içində olduğunu görmüş, ancaq bıçaq görəmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Anar Fuada xanımları videoya çəkmə deyəndə Fuad baş üstə demiş, o başını qaldıranda Fuadı stolun qabağında görmüş, Fuadın Anarla danışdığını görməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsdən niyə Anarın yanına getdiyini soruşduqda Fuad “onun masada anası, bacısı yoxdu, o nə haqla mənə video çəkmə deyir” cavabını vermişdir. Hadisənin necə baş verdiyi video görüntüdə var, Fuad özü də içkili olmuşdur. Həkim Fuadın üzündəki izi götürməyin mümkün olduğunu onlara bilmişdir. O, Fuadla təqsirləndirilən şəxsləri barışdırmaq istədiyini, ancaq Fuadı tapmadığını, bir çox cəhddən sonra Fuadı tapdığını, Fuadın üzünü əməliyyat etdirmək üçün həkim tapdığını, Anarın anasının Fuadın dostu Aftandilə 300 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hadisə olan zaman “Ərzurum” restoranında inzibatçı işləmiş, 20 avqust 2024-cü il tarixdə restoranda dava-dalaş görmüş və dava edən şəxsləri aralaşdırmağa çalışmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 1); “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən «Ərzurum» adlı restoranın həyətidir. Restorana girişdən sağ tərəfdə olan masanın yanındakı oturacağın üzərində, o cümlədən yerdə qanabənzər ləkələr olması, həmçinin yerdə bəzi qab-qacaqların sınmış vəziyyətdə olması müşahidə olunur (cild 1, iş vərəqi 6-9); xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 10:10-da Neyrocərrahiyə xəstəxanasından daxil olmuş məlumatda Zərərçəkmiş şəxs almacıq sümüyünün sınığı xəsarəti ilə müraciət etmişdir (cild 1, iş vərəqi 20); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 22); Məhkəmə-tibbi ekspertizasının 23 avqust 2024-cü il tarixli, 1142 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər — sağ qulaqaltıçeynəmə, sağ yanaq və çənə nahiyələrini əhatə edən iri ölçülü kəsilmiş yara iti kənarlı alətin (əşyanın) təsirindən, üst dodağın dəlib-keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkin fonda əzilmiş yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X12 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş sağ qulaqaltı-çeynəmə, sağ yanaq və çənə nahiyələrini əhatə edən iri ölçülü, kobud kəsilmiş yaranın sifətin izi silinməz xəsarətlərinə aid olub-olmadığını dəqiqləşdirmək üçün, Zərərçəkmiş şəxs xəsarət aldığı vaxtdan 2 (iki) ay sonra əlavə ekspertizanın keçirilməsi məqsədəmüvafiqdir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən kəsilmiş və deşilmiş kəsilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsici və deşici-kəsici təsirindən törənə bilərdilər, lakin bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (cild 1, iş vərəqi 30-33); “Axtarışda olan şəxsin yaxalanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə barəsində 12 oktyabr 2024-cü il tarixdə 72056 saylı axtarış işi aşılmış xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Xəzər rayonu Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87 izibati binasına qeydiyyatda olan Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 14:50-də Abşeron rayonu ərazisində saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ gətirilmişdir (cild 1, i/v 57); “Axtarışda olan şəxsin yaxalanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə barəsində 12 oktyabr 2024-cü il tarixdə 72055 saylı axtarış işi aşılmış xx.xx.1980-cı il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan X6 xx.xx.2024-cü il tarixdə saat 14:50-də Abşeron rayonu ərazisində saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ gətirilmişdir (cild 1, i/v 59); Baxış keçirilməsi haqqında xx.xx.2024 və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd diskdə 01 ədəd videogörüntü xüsusi proqram vasitəsilə açıldıqda 05 dəqiqə 53 saniyə müddətində olması müəyyən olunmuşdur. Videogörüntü Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən “Ərzurum” restoranında qeydə alınmışdır. Videogörüntü açıldıqda restoranın həyətində masalar arxasında çoxlu sayda insanların əyləşib yemək yeməklə spirtli içki qəbul etmələri, o cümlədən bəzi insanların rəqs meydançasında rəqs etmələri müşahidə edilir. Videogörüntünün 02:37 dəqiqəsində restoranın giriş hissəsində olan masada oturan əynində göy rəngli cins şalvar olan kişi cinsli şəxsin oturacaqdan durub qarşılarında olan masaya yaxınlaşaraq həmin masada ağ rəngli qısaqol köynək və qara rəngli qalstukda olan şəxsin yanında oturmaqla həmin şəxslə bir neçə saniyə söhbət etməsi və daha sonra göy rəngli cins şalvarda olan şəxsin durub öz masasına qayıdaraq oturacağa oturması, qalxan zaman isə oturduğu oturacağın yerə düşməsi müşahidə olunur. Videogörüntünün 03:07 dəqiqəsində əynində ağ rəngli qəsaqol köynək və qara rəngli qalstuk olan şəxsin oturacaqdan durub az əvvəl ona yaxınlaşmış şəxsin oturduğu masaya doğru hərəkət etməsi və həmin masaya çatan an əynində göy rəngli cins şalvar geyinmiş şəxsin ayağa duraraq sağ əl yumruğu ilə qəfildən ağ rəngli köynək geyinmiş şəxsin sağ sifət nahiyəsindən bir dəfə, sol əl yumruğu ilə isə bir dəfə zərbə endirməsi, həmin zərbələrdən ağ rəngli qısaqol köynək geyinmiş şəxsin yerə yıxılması, həmin an göy rəngli cins şalvar geyinmiş şəxsin oturduğu masada oturan əynində qara rəngli qısaqol köynək geyinmiş kişi cinsli şəxsin ayağa duraraq yerdə olan ağ rəngli qısaqol köynək geyinmiş şəxsə yaxınlaşıb şalvarının belindən bıçaq çıxarmaqla yerdə olan şəxsin sifət nahiyəsinə xəsarət yetirməsi, həmin an orada olan kənar şəxslərin göy rəngli cins şalvar geyinmiş şəxsi və qara rəngli qısaqol köynək geyinmiş şəxsi yerdə olan şəxsdən aralamaları müşahidə olunur. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs2 videogörüntüdə göy rəngli cins şalvarda olan şəxsin özünün, qara rəngli qısaqol köynəkdə olan şəxsin dostu Asif Pirvıəliyevin, ağ rəngli qəsaqol köynək və qara rəngli qalstuk olan şəxsin isə Fuad adlı şəxsin olduğunu və bışaqla Fuad adlı şəxsə dostu Asifin xəsarət yetirdiyini, yumruqla isə Fuad adlı şəxsi özünün vurduğunu bildirmişdir. Eyni zamanda baxışda iştirak edən Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 dediklərini bir daha təsdiqləmişdir (cild 1, i/v 36-37, 80, 99); “Təqsirləndirilən şəxs qismində cəlb olunması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 100-101); “Təqsirləndirilən şəxs qismində cəlb olunması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 109-110); Əlavə məhkəmə-tibbi ekspertizasının 18 fevral 2025-ci il tarixli, 01 nömrəli rəyindən (1142 saylı rəyə əlavə) görünür ki, Zərərçəkmiş şəxs sifətinin sağ yarısında və üst dodağın dəri örtüyündə aşkar edilmiş kəsilmiş yaraların kobud çapıqlaşmış izləri vaxt keçdikcə bərpa olunmur, geridönməzdir və onları aradan qaldırmaq üçün cərrahi müdaxiləyə (kosmetik əməliyyat) ehtiyac yaranır, bu səbəbdən qeyd olunan xəsarət izləri silinməz xəsarətlərə aid edilir (cild 1, i/v 175-179); “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsüf edilmişdir (cild 1, i/v 180-181); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 20 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən “Ərzurum” restoranında baş vermiş hadisənin görüntüləri olan DVD disk iş üzrə maddi sübut kimi tanınmış və diskin iş materiallarına əlavə edildiyi nəzərə alınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 1, i/v 206-218); xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş zərərin əvəzi olaraq X5 və Təqsirləndirilən şəxs2 ailə üzvlərindən 3000 (üç min) manat məbləğində pulu almışdır; “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 03 may tarixli hökmü ilə məhkum edilmiş X7 (1.336) azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəseindən azad edilmişdir; Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmuş Əlavə məhkəmə-tibbi ekspertizasının 25 iyun 2025-ci il tarixli, 22 nömrəli rəyindən (02 saylı əlavə rəyə əlavə) görünür ki, Zərərçəkmiş şəxs sifətinin sağ yarısında və üst dodağın dəri örtüyündə aşkar edilmiş kəsilmiş yaraların kobud çapıqlaşmış izləri sifətdə nəzərəçarpan asimmetriya yaradır, vaxt keçdikcə bərpa olunmur, geridönməzdir və onları aradan qaldırmaq üçün cərrahi müdaxiləyə (kosmetik əməliyyat) ehtiyac yaranır; bu səbəbdən qeyd olunan xəsarətlər izisilinməz xəsarətlərə aid edilir. ATU-nun X2 üz-çənə cərrahı, assistent Bilal Əliyev tərəfindən tərtib olunmuş tibbi arayışda Zərərçəkmiş şəxs kosmetoloji prosedurların tövsiyə olunması qeyd olunmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs sifətinin sağ yarısında və üst dodağın dəri örtüyündə aşkar edilmiş kəsilmiş yaraların kobud çapıqlaşmış izlərinin xarakterini, ölçüsünü və digər xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan izləri konservativ müalicə üsulları ilə aradan qaldırmaq mümkün deyil. Həmin izlərin aradan qaldırılması üçün lazım olan kosmetoloji prosedurlar cərrahi müdaxilədən istifadəni zəruri edir. Belə ki, cərrahi müdaxilə - müalicə, diaqnostika, orqanizmin funksiyalarının korreksiyası məqsədi ilə həkim tərəfindən insanın toxumalarına və ya orqanlarına toxumaların ayrılması, hərəkət etdirilməsi və birləşdirilməsinin müxtəlif üsullarından (cərrahın əlindəki alətlərlə mexaniki hərəkət, temperatur effektləri, elektrik cərəyanı, radiotezlik effektləri, lazer enerjisi, ultrasəs və s.) istifadə etməklə həyata keçirilən təsirlər kompleksidir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ qulaqaltı-çeynəmə, sağ yanaq və çənə nahiyələrini əhatə edən iri ölçülü kəsilmiş yara iti kənarlı alətin (əşyanın) təsirindən, üst dodağın dəlib-keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkin fonda əzilmiş yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X12 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakılar göstərilmişdir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: - ictimai qaydanın kobud surətdə pozulması; - cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; - vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 “Ərzurum” restoranında olarkən digər masada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs onların əyləşdikləri masanı və restoranda olan digər şəxsləri mobil telefonu vasitəsilə qeydə almasını cüzi səbəb kimi bəhanə gətirib Zərərçəkmiş şəxs yaxınlaşaraq iradını bildirmiş, bir qədər sonra isə sonuncu onların əyləşdiyi masaya yaxınlaşdıqda ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə ilkin olaraq o, yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq sonuncunu yerə yıxıb qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkin fonda əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, digər Təqsirləndirilən şəxs1 isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərindəki istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən sifət nahiyəsindən vurmaqla sonuncuya sağ qulaqaltıçeynəmə, sağ yanaq və çənə nahiyələrini əhatə edən iri ölçülü kəsilmiş yarası və üst dodağın dəlib-keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, vaxt keçdikcə bərpa olunmayan, geridönməz və onları aradan qaldırmaq üçün cərrahi müdaxiləyə (kosmetik əməliyyat) ehtiyac yaranan kobud çapıqlaşmış izlər kimi sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə eyni zamanda müəyyən edildi ki, təqsirləndirilən şəxslər həmin cinayətləri bir qrup şəxs halında birləşərək, ictimai yerdə törətmişlər. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri məqsədilə gətirdiyi dəlillərlə razılaşmır, hesab edir ki, onların həmin mövqeləri iş üzrə hər hansı sübutla təsdiq olunmur, əsksinə, məhkəmədə tədqiq olunmuş sübutlarla tam təkzib edilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurması, Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən, məhkəmə hökm və qərarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəza müddəti artırılaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və bələdiyyə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə 01 il 06 ay müddətinə dövlət və bələdiyyə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə cəzası 03 il 06 aya endirilmiş, AR Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. CM-nin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və bələdiyyə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə 01 il 06 ay müddətinə dövlət və bələdiyyə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə cəzası 03 il 06 aya endirilmiş, AR Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs2 isə əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəza müddəti artırılaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə görə, onların məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və onlar məhkumluğu olan şəxslər hesab edilməlidir. CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2006-cı il təvəllüdlü AğTəqsirləndirilən şəxs1 və xx.xx.2007-ci il təvəllüdlü Vaqif Pirvəliyev adlı, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü Fidan Qafarzadə və xx.xx.2009-cu il təvəllüdlü Hüseyn Qafarzadə adlı uşaqları vardır. CM-nin 59.1-ci maddəsinə əsasən Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması. 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. CM-nin 18.2-ci maddəsinə əsasən Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü surətdə tamamilə ödəməsini həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü surətdə tamamilə ödəməsini həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növü təyin edərkən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, ailə vəziyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onların şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayət kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməl az ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, CM-inin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın çəkilmə yeri cidd rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 12 dekabr 2024-cü tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 dekabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 130-134). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 dekabr 2024-cü tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 dekabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 146-150). Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut – 20 avqust 2024-cü il ünvan 4 ünvanda yerləşən “Ərzurum” restoranında baş vermiş hadisənin görüntüləri olan DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs2 göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 356 (üç yüz əlli altı) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut – 20 avqust 2024-cü il ünvan 4 ünvanda yerləşən “Ərzurum” restoranında baş vermiş hadisənin görüntüləri olan DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 356 (üç yüz əlli altı)manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(101)-1161/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1161/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver