Məhkəmə qərarları › İş №1(101)-1162/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1162/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1162/2021 05.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmiş, daşımış və üzərində və yaşadığı evdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi - 1078,403 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi - 1,430 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, 1058,78 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən kirayə qaydasında yaşadığı nömrəsiz fərdi evdə saxlamış, ümumi təmiz çəkisi 19,623 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi - 1,430 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 12 yanvar 2021-ci il tarixdə, saat 19:00 radələrində Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin (NMB) və Xəzər RPİ-nin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Araz” marketin qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə dəvət olunmuş və həmin gün saat 20:30 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 17,448 qram, bir ədəd ağ rəngli plastik materialdan olan adapter başlığının içərisindəki şəffaf rəngli sellofana bükülmüş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,462 qram, 0,716 qram, 0,997 qram, ümumi təmiz çəkisi 19,623 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və həmin adapter başlığının içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,430 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş, 13 yanvar 2021-ci il tarixdə saat 16:35 radələrində Xəzər RPİ-nin NMB-nin və Cinayət Axtarış şöbəsinin (CAŞ) əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən kirayə qaydasında yaşadığı evdə təxirəsalınmadan axtarış aparılmış və həmin vaxt divar mebelinin üstündən üzərində “Winchester” yazısı olan 2 ədəd siqaret qutuda ümumi üç ədəd bükümdə ayrı-ayırlıqda təmiz çəkiləri 8,305 qram, 1,563 qram, 6,512 qram, ümumi təmiz çəkisi 16,380 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çarpayının altından bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1042,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tumbanın üzərindən üzərində heroinin izləri olan elektron tərəzi, ümumi təmiz çəkisi 1058,78 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş heroinlərlə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilirək ifadəsində göstərdi ki, o, ünvan 2 fərdi evdə kirayədə yaşamışdır. Əvvəllər bir dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 14 aprel 2018-ci ildə cəzasının sonu ilə azadlığa çıxmışdır. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində qram yarım metamfetamin və yarım qram heroin olmuşdur. O, bu narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində daşımışdır. Evində isə ümumiyyətlə narkotik vasitə olmamışdır. Əməliyyatçı Şahid6 onu ailəsi ilə təhdid etməklə ibtidai istintaqda onun adına yazılmış olan protokola imza etdirmişdir. Protokollardakı imzalar və yazılar ona məxsusdur. O, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Bununla belə, Təqsirləndirilən şəxs bilavasitə hadisənin baş vermə təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilir. ünvan 1 ünvanda qeydiyyatda olmaqla iki azyaşlı qızı, həyat yoldaşı Jalə və qaynanası Bənövşə ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsində nömrəsiz fərdi evdə kirayədə yaşamışdır. Əvvəllər bir dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Binəqədi rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə həbs cəzasına məhkum olunmuşdur və 14 aprel 2018-ci ildə cəzasının sonu ilə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra normal həyat yaşamağa çalışmış və təxminən 2 il yarım müddətdə balıqçılıqla məşğul olaraq normal insan kimi işləyib ailə-uşağına baxmışdır. Təxminən bir ay bundan əvvəl, 2020-ci ilin dekabr ayının əvvəllərində işsizlikdən əziyyət çəkməyə başlamış, sıxıntıları olmuşdur. İş axtararkən türmədə tanış olduğu narkomaniya xəstəsi olan tanışlarına rast gəlmiş və həmin vaxt narkotik vasitə istifadə etməyi nəfsi çəkmiş və beləcə həmin vaxtdan narkotik vasitədən istifadə etməyə başlamışdır. 2020-ci ilin dekabr ayının 6 və ya 7-də adını qeyd etmək istəmədiyi tanışının vasitəsi ilə əvvəllər tanımadığı, əslində azərbaycanlı olmasına baxmayaraq özünü iranlı kimi təqdim edən bir nəfərlə telefonla danışmış və ondan şəxsi istifadə üçün narkotik vasitə heroin verməsini istəmişdir. İranlı razılaşmış, həmin vaxt ondan nə qədər bacarırsa, ona çox mal verməsini xahiş etmiş və təxminən 10 gün müddətinə verdiyi narkotik vasitənin pulunu ödəyəcəyini bildirmiş, lakin əslində onun ona pul ödəmək fikri olmamışdır. Həmin vaxt adını bilmədiyi həmin şəxs ona bildirmişdir ki, 400 manata 23 qram narkotik vasitə heroin verə bilər. O, da onunla razılaşmışdır. Bundan sonra o, 23 qram narkotik vasitəni ağ rəngli şəffaf sellofanın içərisində Dərnəgül yolunda hazırda xatırlamadığı plakatın yanına qoyacağını, ona xəbər edəndə gedib həmin yerdən narkotik vasitəni götürməsini bildirmişdir. Həmin gün təxminən saat 23 radələrində həmin şəxslə telefonla əlaqə saxlamış və dediyi yerə gedərək narkotik vasitəni götürüb əynində olan gödəkçənin iç cibinə qoyaraq taksi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən kirayə yaşadığı evə gəlmişdir. Təkrar olaraq həmin şəxslə əlaqə zamanı narkotik vasitəni götürdüyünü və 400 manat pulu 10 gün ərzində verəcəyini bildirmişdir. Evə gələndən sonra aldığı narkotik vasitənin üzərindən bir qədər götürərək falqa vasitəsi ilə tüstüsünü qəbul etməklə çəkmişdir. 12 yanvar 2021-ci il tarixdə təxminən saat 14 radələrində narkotik vasitə almağında ona köməklik edən tanışı ona zəng edərək narkotik vasitə əldə edib-etmədiyini soruşmuş, o, da əldə etdiyini bildirmişdir. Bunu biləndən sonra həmin şəxs narkotik vasitədən özünə istifadə etmək üçün verməsini istəmiş, o, da etiraz etməmiş, lakin narkotik vasitə qəbul etməsi üçün evində şərait olmadığını bildirmişdir. Həmin şəxs gəlib onu götürməyini, birlikdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən yaşadığı evə getmələrini və orada narkotik vasitə qəbul etmələrini təklif etmiş, Təqsirləndirilən şəxs də razılaşmışdır. Həmin gün təxminən saat 16 radələrində həmin şəxs idarə etdiyi taksi kimi fəaliyyət göstərdiyi səhv etmirsə “Saipa” markalı avtomobillə onun yaşadığı ünvana gəlmiş, bundan sonra onlar birlikdə avtomobillə Xəzər rayonu Binə qəsəbəsinə gəlmişlər. Binə qəsəbəsində “Araz” marketin qarşısında olarkən icazə ilə əlaqədar yoxlanıldıqları vaxt icazəsi olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmış, tanışının icazəsi olduğuna görə onu buraxmışlar. Bundan sonra onu Xəzər RPİ-nin 3-cü Polis bölməsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib onlarla birlikdə Xəzər RPİ-nin 3-cü Polis bölməsinə gəlmişdir. Həmin yerdə əvvəlcə ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Xəzər RPİ-nin 3-cü Polis bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuşlar. O, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən sellofan bükümlərdə olan maddəni təqdim edib narkotik vasitə hesab olunan “kakos”, yəni heroin və “şüşə”, yəni metamfetamin olduğunu bildirmiş və qeyd etmişdir ki, həmin maddələri şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Bundan sonra üzərindən aşkar olunan maddə polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və üzəri imzalanaraq möhürlənib götürülmüşdür. O, da həmin zərfin üzərini imzalamışdır. Üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, düz yazıldığı üçün o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirir ki, narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar yaşadığı evdə öz razılığı ilə axtarış aparılarkən aşkar olunmuş içərisində sellofan bükümündə narkotik vasitə heroinin tozu olan iki ədəd siqaret qutuları ona məxsus olmuş, dolabçanın üzərindən aşkar olunmuş elektron tərəzini mərhum qardaşına məxsus olmaqla aldığı narkotik vasitəni çəkmək məqsədi ilə yaşadığı evə gətirmişdir. Çarpayının altından aşkar edilmiş qara rəngli iri sellofan bükümdə olan maddə isə ona məxsus olmamış və onun içərisində nə olmasından heç bir məlumatı olmamışdır. Bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona qarşı heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir (cild 1, iş vərəqi 105-108). Şahid7 məhkəmədə ifadəsində göstərdi ki, o, Xəzər Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Zamiq adlı şəxs Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Həmçinin müəyyən olunmuşdur ki, Zamiq adlı şəxs ünvan 4 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Bundan sonra o, digər polis əməkdaşları Şahid6, Şahid5 Zabit oğlu və Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq məqsədilə 12 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “Araz” marketin yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, “Araz” marketin qarşısında müəyyən etdikdən sonra Zamiqə yaxınlaşaraq özlərini təqdim edərək Zamiqi Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. Zamiq də etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükümdə və bir ədəd adapter başlığının içərisində olan dörd ədəd bükümdə olan maddəni təqdim edib, ümumilikdə dörd ədəd sellofan bükümdə olan maddələrin heroin, bir ədəd bükümdə olan maddənin isə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid6 və Şahid8 ifadələrində Şahid7 göstərdikləri xüsusatları tam təsdiq etdilər. Şahid9 məhkəmədə ifadəsində göstərdi ki, o, Xəzər RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, 13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən evdə təxirəsalınmaz hal kimi axtarış keçirilmişdir. Qeyd olunan axtarışın keçirilməsində onunla yanaşı polis əməkdaşları Şahid6 və Şahid5 Nadir oğlu, iki nəfər hal şahidi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi iştirak etmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə razı olmağı barədə ərizə alınmışdır. Bundan sonra birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsinə gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı evi təqdim etmişdir. Bundan sonra evdə axtarış keçirimişdir. Axtarış zamanı divar mebelinin üstündən üzərində “Winchester” yazısı olan 2 ədəd siqaret qutusunda üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngi tozşəkilli maddələr, çarpayının altından bir ədəd qara rəngli polietilen bağlamada narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddələr və tumbanın üzərindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb qablaşdırılmışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid5 ifadəsində Şahid9 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 13 yanvar 2021-ci il tarixdə təxminən saat 16 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində olarkən bir qrup polis əməkdaşının həmin yerə gəlməsini görmüşdür. Həmin vaxt polislərdən bir nəfər ona yaxınlaşıb Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evdə axtarış keçirəcəklərini demiş, bununla bağlı onun hal şahidi kimi iştirak etməyini xahiş etmiş, o da etiraz etməmişdir. Onun kimi Zaur adlı başqa bir nəfər şəxsdən də Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsində hal şahidi kimi iştirak etmək təklif olunmuş və Zaur razılıq vermişdir. Odur ki, onun, Zaur adlı şəxsin, ev sahibi Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakları ilə evdə axtarış keçirilmişdir. Axtarış nəticəsində iki otaq, bir mətbəx və bir sanitar qovşaqdan ibarət olan evin giriş otağında divar mebelinin üstündən iki ədəd “Whincester” markalı siqaret qutularının içərisində birində bir ədəd, digərində iki ədəd sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddələr, çarpayının altından bir ədəd qara rəngli sellofan bükülüdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddələr və tumbanın üzərindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb zərfə qoyulmaqla qablaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs iki ədəd “Whincester” markalı siqaret qutularının içərisində birində bir ədəd, digərində iki ədəd sellefon bükümlərdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddələrin ona məxsus olduğunu, bir ədəd elektron tərəzinin Lənkəran şəhərində yaşamış mərhum qardaşının olduğunu və narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etmək məqsədilə yaşadığı evə gətirdiyini bildirmişdir, çarpayının altından aşkar edilmiş bir ədəd qara rəngli sellofan bükülüdə olan narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddələrin isə ona məxsus olmadığını demişdir. Bundan sonra axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu hamı kimi o da öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər hal şahidi Şahid1 Səyyad oğlu ifadəsində Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tədqiq olunan ifadəsində Şahid3 göstərmişdir ki, ailəsilə birlikdə ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Belə ki, balıq alarkən Zamiqlə təsadüfən tanış olmuş və həmin vaxt söhbət zamanı Zamiq ailəli olduğunu bildirərək kirayə qalmaq üçün ev axtardığını bildirmişdir. O da Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz fərdi evini kirayə qalması üçün ona təklif etmişdir. Zamiq evə baxaraq onunla razılaşmış və həmin vaxtdan ayda 160 manat kirayə pulu verməklə iki azyaşlı övladı və həyat yoldaşı ilə birlikdə ona məxsus evdə kirayə yaşamışlar. Zamiq son iki ay ərzində maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar kirayə pulunu verməmişdir. 13 yanvar 2021-ci il tarixdə təxminən saat 17 radələrində ona məxsus evə polis əməkdaşlarının gəlməsi barədə almış olduğu məlumatla əlaqədar gələrkən Təqsirləndirilən şəxs qanunsuz olaraq qara rəngli iri ölçüdə sellofan bükümdə və iki ədəd siqaret qutularında evdə saxladığı narkotik vasitəyə bənzər maddə və bir ədəd elektron tərəzinin aşkar olunduğunu görmüşdür. Həmin vaxt kirayə pulunu almağa gələrkən Zamiqin nə üçün onu evə buraxmadığını başa düşmüşdür. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qabaqcadan heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqi 117-119). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tədqiq olunan ifadəsində Şahid4 göstərmişdir ki, Lənkəran şəhəri, Akademik Təqsirləndirilən şəxsa küçəsi, ev 78, mənzil 33 ünvanında qeydiyyatda olmaqla hazırda ünvan 7 ünvanda kirayədə yaşayır, həyat yoldaşı Təqsirləndirilən şəxs tutulana kimi isə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində kirayədə yaşamışlar. Təqsirləndirilən şəxs ilə təxminən 10 il olar ki, ailə həyatı qurmuşlar və birgə nikahlarından 8 və 5 yaşlarında iki qızları olmuşdur. Zamiqlə ailə quran vaxt o, normal həyat tərzi sürən bir adam olmuş, lakin sonradan səhv etmirsə 2016-cı ildə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə həbs edilmiş və 14 aprel 2018-ci ildə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra bir müddət Lənkəran şəhərində yaşamışlar. Daha sonra əvvəl Təqsirləndirilən şəxs, onun ardınca isə o, yaşamaq üçün Bakı şəhərinə gəlmişlər. 10 dekabr 2020-ci il tarixdə təxminən saat 23 radələrində kirayə yaşadıqları evdə olarkən görmüşdür ki, Zamiq falqa kazığının üzərində olan maddəni yandıraraq tüstüsünü boru şəklində düzəltdiyi kağız vasitəsi ilə qəbul edir. Ondan nə etdiyini soruşmuş, Zamiq də onun üstünə qışqıraraq otaqdan çölə çıxmasını, onun işinə qalmadığını demiş, o da çölə çıxmışdır. Bundan 2 gün sonra Zamiq onu və uşaqlarını Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban 25 küçəsində yaşayan Məhfuzəgilə aparıb qoymuşdur. 12 dekabr 2020-ci il tarixdə axşam saatlarında ona polisdən məlumat verilib Zamiqin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Xəzər rayonu ərazisində şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Zamiqin evdə falqa kağızın üzərinə qoyaraq yandırıb çəkdiyi maddə narkotik vasitədir. Sonradan məlumat almışdır ki, Zamiq tutulandan sonra onun iştirakı ilə Hövsan qəsəbəsində yerləşən kirayə yaşadıqları evdə polis əməkdaşları tərəfindən axtarış keçirilmiş və axtarış zamanı evdə Zamiqin gizlətdiyi narkotik vasiələrin qalan hissəsi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Zamiqin kirayə yaşadıqları evdə narkotik vasitə saxlaması barədə məlumatı olmamışdır (cild 1, iş vərəqi 95-97). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 12.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş video diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin iç sol cibindən şəffaf rəngli 03 ədəd bükümdə olan heroinə bənzər kütləni və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kristal şəkilli metamfetaminə bənzər kütlə olan telefon üçün nəzərdə tutulmuş ağ rəngli üzərində “proda” yazıları olan elektrik tənzimləyicisini təqdim edərək həmin kütlələri tanımadığı İran vətəndaşından Dərnəgül şossesində 400 manata aldığını bildirmişdir. Aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş olan narkotik vasitə heroinə bənzər kütlə, içərisində şəffaf rəngli 03 ədəd bükümdə olan heroinə bənzər kütlə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kristal şəkilli metamfetaminə bənzər kütlə olan telefon üçün nəzərdə tutulmuş ağ rəngli üzərində “proda” yazıları olan elektrik tənzimləyicisi və Təqsirləndirilən şəxsun üzərindən aşkar edilmiş qara rəngli “Samsung J6” markalı mobil telefon qablaşdırılıb götürülmüşdür (cild 1, iş vərəqi 27-28). İşdə olan və məhkəmə istintaqında təqdqiq edilmiş axtarış aparılması barədə 13.01.2021-ci il tarixli protokol və fotocədvəldən görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən kirayədə yaşadığı evdə təxirəsalınmadan axtarış aparılmış və həmin vaxt divar mebelinin üstündən üzərində “Winchester” yazısı olan 2 ədəd siqaret qutusunda üç ədəd büküm, çarpayının altından bir ədəd qara rəngli polietilen bağlama və tumbanın üzərindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 48-57). İşdə olan və məhkəmə istintaqında təqdqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 13.01.2021-ci il tarixli, 6/143 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,462 qr., 0,716 qr., 0,997 qr., 17,448 qr., ümumi təmiz çəkisi 19,623 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,430 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 35-42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 14.01.2021-ci il tarixli, 6/174 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində; “X3 yaşadığı evdən aşkar edilmiş maddələr....” yazısı olan kağız paketdəki: - üzərində “Winchester” yazısı olan 2 ədəd siqaret qutuda ümumi 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 8,305 qr, 1,563 qr, 6,512 qr, ümumi təmiz çəkisi 16,380 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd qara rəngli polietilen bağamada təmiz çəkisi 1042,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 1058,68 qram (1 kq 058,78 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlər Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş heroinlərlə (6/143 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 89-94). İşdə olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında 13.01.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 120). İşdə olan və məhkəmə istintqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 verdiyi 22.04.2021-ci il tarixli, 1198 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 162-163). İşdə olan 24.02.2021-ci il tarixli protokoldan görünür ki, “SAMSUNG GALAXY J6” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 152). İşdə olan və məhkəmə istintqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 26.02.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı dövlət hesabına təyin edilmiş müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs də əynində qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd ağ rəngli plastik materialdan olan adapter başlığının içərisindəki şəffaf rəngli sellofana bükülmüş üç ədəd büküm və həmin adapter başlığının içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi bir ədəd bükümlərin içərisində nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda təqdim etdiyi bükümlərdən üç ədəd şəffaf rəngli bükümün içərisində narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli selofan bükümdə metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri İran vətəndaşından Dərnəgül şossesində 400 manata aldığını bildirməsi, həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq edilməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və əynindəki göy rəngli cins şalvarın sağ cibindən qara rəngli “Samsung Galaxy J6” markalı mobil telefon və həmin şalvarın sol arxa cibindən 6 manat pul aşkar edilərək götürülməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 153). İşdə olan və məhkəmə istintqında tədqiq edilmiş 07.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid8 təqsirləndirilən şəxsin üzərindən və evindən narkotik vasitələrin aşkar edilməsi barədə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 186-189). İşdə olan və məhkəmə istintqında tədqiq edilmiş 07.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid7 təqsirləndirilən şəxsin üzərindən və evindən narkotik vasitələrin aşkar edilməsi barədə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 190-193). İşdə olan və məhkəmə istintqında tədqiq edilmiş 07.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid9 təqsirləndirilən şəxsin üzərindən və evindən narkotik vasitələrin aşkar edilməsi barədə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 194-197). İşdə olan və məhkəmə istintqında tədqiq edilmiş 07.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid5 təqsirləndirilən şəxsin üzərindən və evindən narkotik vasitələrin aşkar edilməsi barədə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 198-201). İşdə olan və məhkəmə istintqında tədqiq edilmiş 07.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid6 təqsirləndirilən şəxsin üzərindən və evindən narkotik vasitələrin aşkar edilməsi barədə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 202-205). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 07.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 19,623 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,430 qam psixotrop maddə metamfetamin, eləcə də, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götrülmüş ümumi təmiz çəkisi 16,380 qram narkotik vasitə heroin, təmiz çəkisi 1042,4 qram narkotik vasitə heroin və bir ədəd üzərində heroinin izləri olan elektron tərəzi və şəxsi axtarış aparan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski maddi sübut qismində tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 19,503 qram narkotik vasitə heroin, 1,380 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1058,43 qram narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 206-212, 220). İşdə olan cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında 07.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs 1078,403 qram narkotik vasitə heroin və 1,430 qram olan psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayırılmışdır (cild 1, iş vərəqi 214- 215). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 aprel 2018-ci ildə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur (cild 1, iş vərəqi 155-160, 181-182). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyinə görə onun məhkumluğu ödənildiyindən məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14.05.2016-ci il təvəllüdlü X5 adlı azyaşlı övladı vardır (cild 1, iş vərəqi 185). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni psixotrop maddə olan metamfetamini satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi, evdən aşkar edilmiş təmiz çəkisi 1058,78 qram heroinin ona aid olmamasıvə əməliyyatçının onu ailəsi ilə təhdid etməklə ibtidai istintaqda onun adına yazılmış olan protokola imza etdirməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması, kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 14 yanvar 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 86-87, 242-244). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 19,503 qram narkotik vasitə heroin, 1,380 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1058,43 qram narkotik vasitə heroin və bir ədəd üzərində heroinin izləri olan elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmayan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götrülmüş və Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan bir ədəd “SAMSUNG GALAXY J6” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 195,82 (yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 19,503 qram narkotik vasitə heroin, 1,380 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1058,43 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmayan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götrülmüş və Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan bir ədəd “SAMSUNG GALAXY J6” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 195,82 (yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar