Məhkəmə qərarları › İş №1(101)-1162/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1162/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1162/2025 03.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X20 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cavidabad kəndində doöulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır.

2. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması, yəni onun AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmişdir. İşin faktiki halları

3. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Hafiz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Hafiz” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 920 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 3860 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin və X2 əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 sentyabr 2024-cü il tarixdə saat 21:50-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı sellofan torbadan 01 ədəd bağlamada təmiz çəkisi 920 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə tiryək və 01 ədəd bağlamada təmiz çəkisi 3860 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

4. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması, yəni onun AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmişdir.

Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:

5. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, iranlı Hafizin ona bildirdiyi yerə getdikdə sellofanı götürən zaman sellofanın içərisində sözləşdikləri malın olmadığını, arxaya baxdıqda arxası ilə iki nəfərin qaçdığını görmüşdür. O, qorxmuş və qaçmağa başlamışdır. Polis əməkdaşları onu tutmuşlar. Polis bölməsində onu döydükləri və təhdid etdikləri üçün ona verilmiş bütün sənədləri imzalamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamamışdır. Onu polis bölməsində iki müxtəlif otaqlarda döyüb, təhqir etmişlər. Ona içi narkotik vasitə ilə dolu torba verərək narkotik vasitənin ona məxsus olmasını deməsi bildirilmişdir. Onu döyənlər Orxan adlı əməliyyatçı və digər polis əməkdaşları olmuşlar. Onu Maştağaya aparmışlar, sonra isə Nəsimi Rayon Polis İdarəsinin X13 təhvil vermək istəyərkən bədənindəki xəsarətlərə görə X7 qəbul etmək istəməmişdir. Ondan xəsarətlərinin X13 gəlməzdən qabaq olmasını bildirməsi tələb edilmiş, o da təzyiqlərdən qorxaraq belə də etmişdir. Sözügedən narkotik vasitə ona məxsus olmamışdır.

6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs valideynlərinin İranda olan zaman avto qəza keçirdiklərini, həmin qəzadan sonra iş materiallarında adı keçən iranlı Hafizin evində qaldıqlarını, həmin vaxtdan Hafizi tanıdığını, 5 il olar ki, Hafizi tanıdığını, Hafizin onun narkotik vasitələrdən istifadə etdiyini bildiyini, Hafizin ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu dediyini, bundan sonra Hafizə söhbət əsnasında özünün bəzən narkotik vasitələrindən istifadə etdiyini söylədiyini, Hafizin ona narkotik vasitə satan adamlar tapmağı təklif etdiyini, lakin heç vaxt ona belə adamlar tapmaqda köməklik etmədiyini, Hafizin heç vaxt ona narkotik vasitələrin satışı ilə məşğul olması barədə təklif etmədiyini, Abşeron Rayon Polis İdarəsində AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs olduğu zaman telefonunun bir həftəlik bölmədə qaldığını, həmin bir həftə keçdikdən sonra Hafizin ona bu cür təkliflər etməyə başladığını, Abşeron Rayon Polis İdarəsində onun işini aparan müstəntiqlə hazırki işi aparmış Nəsimi Məhərrəmovun qohumluq əlaqələrinin olduğunu, hazırda tutulmasını onlarla əlaqələndirdiyini, indiyədək Hafizdən iki dəfə narkotik vasitə istədiyini, ilk dəfə 3 qram, ikinci dəfə isə 5 qram miqdarında marixuana istədiyini, ilk dəfə narkotik vasitə müqabilində Hafizin M10 hesabına təxminən 40-50 manat pul göndərdiyini, ilk dəfə ondan narkotik vasitə istəyəndə Hafizin narkotik vasitəni onun yaşadığı evin ətrafında bir yerə qoyduğunu, narkotik vasitəni haraya qoyması ilə bağlı ona konum göndərdiyini, lakin tutulacağından qorxduğundan gedib həmin narkotik vasitəni götürmədiyini, ikinci dəfə Hafizin ona 5 qram narkotik vasitə götürməsi üçün müraciət edən zaman ona konum və şəkil göndərdiyini, şəkildə narkotik vasitə və qırmızı kərpicin göründüyünü, iş üzrə şahidlərdən Rəzzaqı tanıdığını, Rəzzaqla bir məhlədə yaşadığını, onunla dəfələrlə bir yerdə oturub yemək yediklərini, Telmanı isə hadisə baş verən gün tanıdığını, Telmanın Rəzzaqın qohumu olduğunu, əvvəllər Telmanı tanımadığını, Rəzzaqa və Telmana narkotik vasitə vermədiyini, onların heç vaxt ondan narkotik vasitə istəmədiklərini, Telmanla Rəzzaqın onun narkotik vasitələrdən istifadə etdiyini bildiklərini, Rəzzaqın onun Hafizə yazmasından və şəhərə narkotik vasitə götürməyə getdiklərini bildiyini, narkotik vasitəni götürməyə Telmanın avtomobili ilə getdiklərini, narkotik vasitəni əldə edib bir yerdə istifadə edəcəklərini, Hafizlə danışdıqları yerə getdikdə orada narkotik vasitə görmədiyini, sellofanın içərisində parça olduğunu, həmin parçanın bağlı vəziyyətdə olduğunu, parçanın içini açdığını, lakin içərisində heç nə olmadığını gördüyünü, sellofanı yerə atdığını, arxasına baxdıqda polis əməkdaşlarının yaxınlaşdığını gördüyünü, təxminən 100-200 metr qaçdıqdan sonra polis əməkdaşları tərəfindən tutulduğunu, həmin vaxt Rəzzaqla Telmanın çıxıb getdiklərini, lakin sonradan polis əməkdaşlarının Telmanın avtomobilinin şüşəsini sındırdıqlarını və onları da tutduqlarını, Rəzzaqla Telmanı başqa, onu isə tamam başqa polis avtomobilində polis bölməsinə apardıqlarını, videoçəkilişdə həqiqəti deyil, polis əməkdaşlarının ona dediklərini söylədiyini, polis əməkdaşlarının ona Hafizlə guya 1 ay əvvəl sosial şəbəkədə tanış olduğunu deməsini istədiklərindən elə dediyini, Rəzzaq ilə Telmanın şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkilişdə iştirak etdiklərini, Rəzzaq ilə Telmanın döyülüb-döyülmədiklərindən xəbərinin olmadığını, onlar gələn vaxtı polis əməkdaşının Rəzzaqı söydüyünü, Rəzzaq ondan nəyə görə söyüş söydüyünü soruşduqda həmin şəxsin Rəzzaqa sillə vurduğunu və bundan sonra onu başqa otağa apardıqlarını, onların üçündən yalnız onun barəsində cinayət işinin açılmasına səbəb onun polis tanışının olmamasının olduğunu, müstəntiq onu dindirən zaman bu maddə ilə özünü təqsirli bilmədiyini, bölmədə tərtib edilmiş ifadələrə qol çəkmək istəmədiyini, lakin döyüldüyündən, təhqir və təhdidlərə məruz qaldığından sənədləri imzaladığını, Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan seçilən zaman məhkəmədə özünü təqsirli bilmədiyini dediyini, tutulan zaman telefonunun üzərindən aşkar olunduğunu, həmin telefon vasitəsilə ona müxtəlif vaxtlarda narkotik vasitələrin şəkilləri və yerləri göndərilsə də, onları gedib götürmədiyini, ona şəkilləri göndərilmiş narkotik vasitələri gedib götürməmə səbəbinin tutulmaqdan qorxmasının olduğunu, sonuncu dəfə, hadisə günü narkotik vasitəni götürməyə getdikdə içkili olduğunu, bu səbəbdən narkotiki götürməyə getməyə cəsarət etdiyini, Hafizin ona Nihad dediyini və ümumiliyyətlə ətrafda olan şəxslərin onu Nihad olaraq tanıdıqlarını, Hafizin nömrəsini əzbərdən bilmədiyini, ona şəkli göndərilən narkotik vasitənin həcminin kiçik olmasına baxmayaraq polis bölməsində ona verilmiş narkotik vasitənin həcminin böyük olduğunu, tutulduğu vaxtın saatı dəqiq yadımda qalmasa da, saat təxminən 9 olduğunu, tutularkən onu döydüklərini və boğduqlarını, polis bölməsində fərqli otaqlarda döyüldüyünü, bədəninin demək olar ki, bütün nahiyələrində xəsarətlərin olduğunu, xəsarətlərinə baxılması üçün həkim çağırılmadığını, həkim müayinəsindən ilk dəfə Bakı İstintaq Təcridxanasında keçdiyini, xəsarətlərinin orada qeydə alındığını, Rəzzaq və Telmanla şəhərdən qayıdıb bir yerdə kafedə narkotik vasitədən istifadə edəcəkləri barədə razılığa gəldiklərini, tutulan zaman yıxılmadığını, yıxılmaq üzrə olarkən polis əməkdaşlarının onu tutaraq yıxılmasının qarşısını aldıqlarını, o, qaçan zaman Şahid4 ad və soyadlı polis əməkdaşı ilə toqquşduğunu və Asifin yerə yıxıldığını, yıxılan zaman Asifin başının arxa hissəsindən xəsarət aldığını, toqquşan zaman özünün xəsarət almadığını, toqquşan zaman onun çiyninin Asifin sinəsinə dəydiyini, toqquşmadan sonra digər əməkdaşların onu tutduqlarını bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuş, Niyaməddin avtomobilə minmək istəyərkən onu saxlamışlar. Təqsirləndirilən şəxs yanında olan şəxslərdən avtomobilin qapısını açmaqlarını istəmişlər, onlar isə qapını açmaqdan imtina etmişlər. Sonra onları da tutmuşlar. Təqsirləndirilən şəxs saxlayan zaman ona görə üzərinə baxış keçirməmişlər ki, Niyaməddinin yanında olan şəxslər avtomobili sürərək çıxıb getmişlər, onlar da həmin şəxsləri tutmalı idilər. Bu zaman qarışıqlıq olduğundan Təqsirləndirilən şəxs tutan zaman saxlanıldığı yerdə üzərinə baxış keçirə bilməmişlər.

8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Təqsirləndirilən şəxs kimləsə əlbir olub narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması bağlı məlumat olmadığını, Niyaməddini Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində, 44 nömrəli məktəbin yaxınlığında saxladıqlarını, Niyaməddin saxlanılan zaman artıq sellofanı götürdüyünü, Təqsirləndirilən şəxs tutan zaman yanında Xəyal, Asif, Xudaverdi, Emil və Mehdi adlı əməkdaşların olduqlarını, onların şəxsi müşahidə edərək əməliyyat-axtarış tədbirlərini həyata keçirdiklərini, şəxsi axtarış zamanı şəxsin üzərindən mobil telefon çıxıb-çıxmadığını xatırlamadığını, avtomobilə baxış keçirdiklərini, lakin həmin avtomobildən narkotik vasitə çıxmadığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs dostları ilə şəhərdə olduğunu, tanıdığı iranlı şəxsin ona narkotik vasitəni götürməsini dediyini, özünün də gedib götürdüyünü, narkotik vasitəni dostlarına verəcəyini bildirdiyini, Niyaməddinə heç cür təsir və ya təzyiq göstərmədiklərini, Niyaməddinlə birgə tutduqları digər iki şəxs, yəni Rəzzaqla Telmanın narkotik vasitə istifadəçiləri olduqlarını, həmin şəxslərin Niyaməddinin onlara narkotik vasitə verəcəyinə görə onunla şəhərə getdiklərini bildirdiklərini, əməliyyata gedən zaman həmişə öz şəxsi mobil telefonları ilə getdiklərini, 4-5 nəfər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs tutduqlarını, əməliyyat barədə məlumatın iki gün qabaq əldə edildiyini, Təqsirləndirilən şəxs tutan zaman hansı mobil nömrəni istifadə etdiyini xatırlamadığını, istifadəsində bir neçə mobil nömrə olduğunu, Niyaməddini tutan zaman saat təxminən saat 9, 10 və ya 11 olduğunu, havanın artıq qaraldığını bildirmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə vaxtı dostu Telman onlara qonaq gəlmişdi. O, Niyaməddinə təklif etmişdir ki, birlikdə narkotik vasitə çəksinlər. Niyaməddin ona bildirmişdir ki, şəhərə getməlidir, qayıtdıqdan sonra isə birlikdə narkotik vasitədən istifadə etmək olar. O, Niyaməddinə dostu Telmanın avtomobilinin olduğunu və onun avtomobili ilə getməyin mümkün olduğunu demişdir. Onlar Niyaməddinin dediyi yerə getmişlər, Niyamməddin avtomobildən düşdükdən sonra Telman 5-6 nəfər mülki geyimdə şəxsin Niyaməddinin arxası ilə getdiyini demiş və qorxaraq maşını sürmüşdür. Lakin sonradan sonra polis əməkdaşları onları da tutmuşlar.

10. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Niyaməddinə birlikdə narkotik vasitə çəkməyi təklif etdikdə Hökməlidə yerləşən çayxanada olduqlarını, Niyaməddinin həmin gün günorta saatlarında pivə içdiyini gördüyünü, avtomobildə özünün ön oturacaqda, Niyaməddinin isə arxada oturduğunu, Niyaməddinin içkili olmasını hiss etmədiyini, Niyaməddinin şəhərə hansı səbəbdən getdiyini demədiyini, onlara sadəcə bir işinin olduğunu bildirdiyini, onların Niyaməddinin narkotik vasitə götürmək üçün getdiyini bilmədiklərini, Niyaməddin maşından düşdükdən sonra onun nəsə götürdüyünü görmədiklərini, Niyaməddinin dar dalana girdiyini, polis əməkdaşlarının Tbilisi prospektində süni tıxac yaratmaqla onları saxladıqlarını, Niyaməddini səhv etmirsə Kubinka deyilən yerdə saxladıqlarını, şəhəri o qədər də yaxşı tanımadığını, polislərin Niyaməddinin üzərinə gəldiyini gördüyünü, həmin vaxt Niyaməddinin əlində heç nə olmadığını, telefonunun isə maşında olduğunu, şəxsi axtarışda onun üzərindən puldan başqa heç nə çıxmadığını, ifadəsini oxuduğunu və ifadəsinin düzgün yazıldığını, ona qarşı polis bölməsində heç bir təsir-təzyiq olmadığını, onlara bir çəkimlik narkotik lazım olduğunu, çayxanada Niyaməddini gördüyünü və birlikdə narkotik vasitə istifadə etməyi təklif etdiyini, Niyaməddinin isə şəhərdə işi olduğunu, şəhərdən qayıtdıqdan sonra isə narkotik vasitə istifadə edə biləcəklərini dediyini, dostu Telmanın avtomobili ilə şəhərə getdiklərini, əvvəllər Niyaməddinlə birlikdə narkotik vasitə çəkmədiklərini, Niyaməddindən heç vaxt narkotik vasitə almadığını, Niyaməddini narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs kimi tanımadığını, məhlə uşağı olduqları üçün Niyaməddinə birlikdə narkotik vasitə istifadə etməyi təklif etdiklərini, narkotik vasitənin götürülməsi ilə bağlı heç bir söhbət etmədiklərini, Niyaməddin tutulan vaxtı onun əlində narkotik vasitə və ya hər hansı torba olmadığını, avtomobilin şüşələrini özlərinin ətrafdakıları cəlb etmək məqsədi ilə sındırdıqlarını, məhlə uşaqlarının bəzən çayxanaya narkotik vasitə gətirdiklərini, birlikdə həmin narkotik vasitədən məhlədə istifadə etdiklərini, Niyaməddinin arxası ilə gələn şəxslərin polis olduqlarını güman etdiklərindən qorxaraq avtomobili sürüb getdiklərini, Niyaməddinin üzərinə baxış zamanı onun üzərindən puldan başqa heç nə çıxmadığını, Telmanla özünün ayrı otaqda, Niyaməddin isə ayrı otaqda saxlanıldığını, Niyaməddini yenidən gördükdə onun boğazında xəsarətlərin olduğunu, tutulmamışdan qabaq onun boynunda belə xəsarətlərin olmadığını, çəkiliş zamanı Niyaməddinin əlində torba olduğunu, tutulan zaman Niyaməddinin əlində heç nə olmamasına baxmayaraq, video çəkiliş vaxtı əlində torba olduğunu, ibtidai istintaq zamanı Niyaməddinin saxlanılan zaman əlində torba görməsinə dair ifadə vermədiyini, torbanı idarədə gördüyünü, çəkiliş gedən vaxtı Niyaməddinin üzərindən pulla telefon aşkar olunduğunu, hazırda verdiyi ifadədə həqiqəti söylədiyini, müstəntiqin onu dinlədiyini, müstəntiqin onun ifadəsini komputerdə necə tərtib etdiyini bilmədiyini, onun sadəcə danışdığını, müstəntiqin isə yazdığını, daha sonra ifadəsini imzaladığını bildirmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakıya qonaq gəlmişdir. Rəzzaq ilə görüşmüşlər. Rəzzaq ona demişdir ki, birlikdə narkotik vasitə qəbul etsinlər. O da Rəzzaqla razılaşmışdır. Niyaməddindən onlara narkotik vasitə tapa biləcəyini soruşduqda Niyaməddin onlara narkotik vasitəni tapa biləcəyini, ancaq əvvəlcə Bakıda işi olduğunu, əvvəlcə onu həll etməli olduğunu bildirmişdir. O, Niyaməddinə onun avtomobili ilə getməyi təklif etmiş, onlar birlikdə getmişlər, Niyaməddin avtomobildən düşəndən sonra 6-7 nəfərin Niyaməddinin üstünə getdiyini gördükdə avtomobili sürmüş, daha sonra onunla Rəzzaq da polis əməkdaşları tərəfindən saxlanılmışlar.

12. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Niyaməddinlə Bakıya nəyə görə getdiklərini öncədən bilmədiyini, Niyaməddinin Rəzzaqa onlar üçün narkotik vasitə təşkil edəcəyini dediyini, Niyaməddinin avtomobildə arxada oturduğunu, Niyaməddinin yol boyu telefonda yazışdığını, Niyaməddinin dediyi lokasiyaya getdiklərini, Bakıya gedib gələndən sonra narkotik vasitədən istifadə edəcəklərini, Niyaməddinin onlara Bakıda işinin olduğunu dediyini, Niyaməddinin içkili olub-olmadığını bilmədiyini, məkana çatdıqdan 2-3 dəqiqə sonra 5-6 nəfərin Niyaməddinin getdiyi yerə getdiyini gördüyünü, Niyaməddinin hansı səbəbdən avtomobildən düşdüyünü demədiyini, avtomobillə polis əməkdaşlarının Niyaməddini saxladıqları yer arasında 4-5 metr məsafə olduğunu, Niyaməddinin həmin dalandan çıxdığını görə bilmədiyini, havanın qaranlıq olduğunu, həmin vaxt dalandan bir nəfərin çıxdığını, onun Niyaməddin olduğunu təxmin etdiyini, Niyaməddinə bənzətdiyi adamın əlində nəyinsə olduğunu, Niyaməddinin dalana girəndə telefonunu özü ilə götürüb-götürmədiyini xatırlamadığını, şəxsi axtarış zamanı Niyaməddinin əlində torba olduğunu, Niyaməddinin şəxsi axtarışda nə dediyini xatırlamadığını, polis bölməsində onlara təsir-təyiq göstərilmədiyini, avtomobilin güzgüsündən baxdıqda Niyaməddinin arxası ilə iti qaçışla gedən şəxsləri gördüyünü, onların Niyaməddini tutduğunu görmədiyini, süni tıxac yaradaraq onunla Rəzzaqı da saxladıqlarını, polis tərəfindən təqib olunduqlarını bilmədiklərini bildirmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, keçən ilin ortalarında Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuşdu. Məlumat Şahid3 daxil olmuşdu. Saat 21:40 radələrində əməliyyat qrupu yaradılmış, Niyaməddin adlı şəxsin maşınla deyilən ünvana gəldiyini görmüşlər. Niyaməddin avtomobildən aşağı enmişdir. Onu saxlamaq istədikdə Niyaməddin avtomobillə qaçmış, avtomobili saxlayıb onu çölə çıxarmışlar. Hava şəraitinin pis olması və ətraf ərazidə çoxlu insanların olmasına görə məcbur olub şəxsi polis idarəsinə aparmışlar. Üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Üzərində olan sellofan torbadan marixuana və heroin aşkar edilərək götürülmüşdür.

14. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Təqsirləndirilən şəxs 21:40-21:50 radələrində saxladıqlarını, Niyaməddinin barəsində onlara daxil olan əməliyyat məlumatında şəxsin ad və soyadının məlum olduğunu, şəxsi yarım saatadək gəlməli olduğu ünvanda gözlədiklərini, Niyaməddin gələn zaman havanın qaranlıq olduğunu, Niyaməddinin qaranlıq yerə girdiyini, həmin vaxt oradan çıxanda torbanı görmədiyini, belə ki, özünün tədbirdə birbaşa iştirak etmədiyini, avtomobildə digər əməkdaşları gözlədiyini, saxlanılan zaman Niyaməddinin əlində narkotik vasitəni görmədiyini, şəxsin üzərində şəxsi axtarış və götürmənin polis idarəsində həyata keçirildiyini, avtomobilə baxış zamanı Niyaməddinə məxsus olan telefonu avtomobildə gördüyünü xatırlamadığını, şəxsi saxlayan zaman özünün üzərində mobil telefonun olduğunu, Niyaməddini saxlayan digər polis əməkdaşlarının da mobil telefonlarının üzərlərində olduğunu. ********** mobil nömrəsinin şəxsi saxlayan zaman istifadəsində və üzərindəki mobil telefonda olduğunu, əməliyyat tədbiri zamanı digər polis əməkdaşları ilə ya adi zəng ya da “Whatsapp” zəngi ilə danışdıqlarını bildirmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə X1 narkotik vasitələrin əldə etməsi, saxlaması, daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında yaradılan qrupun tərkibində o da olmuşdur. Təxminən saat 10 radələrində Təqsirləndirilən şəxs Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs “Renault Megane” markalı avtomobilə yaxınlaşırdı və əlində sellofan torba var idi. Polis əməkdaşlarını gördükdə avtomobil yüksək surətlə hərəkət etməyə başlamışdır. Maşını Tbilisi prospektində saxlamışlar və vətəndaşları idarəyə aparmışlar. Nəsimi RPİ-nin binasına gətirildikdən sonra rəisə raportla məruzə edilmiş və idarənin təhqiqatçısı tərəfindən saxlanılan üç şəxs vəkillə təmin olunmuşdur. Vəkillər dəvət edildikdən sonra şəxslərin üzərlərinə baxış keçirilməsinə başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı təqdim etmiş, torbaya baxış keçirilən zaman içərisindən marixuana və tiryəkə bənzər maddələr aşkar edilmişdir. Şəxs özü suallara cavab olaraq İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladığını, onun dediyi yerdən narkoik vasitələri götürərək onun dediyi yerlərə qoyacağını bildirmişdir. Niyaməddinlə birlikdə saxlanılmış Telman və Rəzzaqın üzərindən narkotik vasitə aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Rəzzaq və Telman bildirmişlər ki, onlar narkotik vasitə istifadəçisidirlər və Niyaməddin onlara narkotik vasitə verəcəkdi. Aşkar edilən narkotik vasitələr qablaşdırılmış və Nəsimi RPİ-nin İŞ-də cinayət işinin istintaqı başlanmışdır.

16. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid qrupun rəhbərinin Orxan olduğunu, onlardan başqa Asif, Xəyal, Xudaverdinin də qrupa daxil olduqlarını, daxil olan məlumatın Niyaməddinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı olduğunu, digər şəxslər-Rəzzaq və Telman avtomobillə qaçdıqlarından onlarda şübhə yarandığı üçün onları da idarəyə apardıqlarını, Niyaməddinin şəxsiyyətinin onlara məlum olduğunu və görən zaman onu tanıdıqlarını, onlar Niyaməddinin avtomobildən düşüb getməsini görmədiklərini, onlar Niyaməddini görəndə Niyaməddinin əlində sellofan torba olduğunu və maşına minmək üçün yaxınlaşdığını, bəzi əməkdaşlar avtomobili saxlamaq üçün getdiyindən yaranmış qarışıqlığa görə hadisə yerində sellofan torbaya baxış keçirməyin mümkün olmadığını, Niyaməddinin telefonunda İran İslam Respublikasının vətəndaşı ilə yazışmalarının olduğunu, əməliyyat qrupu ilə tədbirə gedən zaman üzərlərrində mobil telefon olmadığını, rəhbərliyin göstərişi ilə xüsusi texniki vasitələrdən istifadə etdiklərini, tədbirin məxfiliyini qorumaq, məlumatın ötürülməsinin qarşısını almaq üçün belə etdiklərini, bu tədbir zamanı “whatsapp” tətbiqi üzərindən əlaqə saxlamadıqlarını, əməliyyat məlumatı ona daxil olmadığından məlumatın nə vaxt daxil olduğunu bilmədiyini, onun tədbirlə bağlı günorta saatlarında məlumat aldığını, Niyaməddinin əlində bir ədəd sellofan torba olduğunu, bir nəfər saxlanıldıqdan sonra digər iki nəfərin qaçması səbəbindən hadisə yerində şəxsin üzərinə baxış keçirilməsinin mümkün olmadığını, telefonunda həmin gün, təxminən saat 6-7 radələrində İran İslam Respublikasının vətəndaşı ilə yazışmasının olduğunu, Niyaməddini təxminən axşam saat 10 radələrində saxladıqlarını, təqsirləndirilən şəxsin onun təzyiqi ilə İran İslam Respublikasının vətəndaşına mesajları yazmasına dair iddialarının yalan olduğunu, Niyaməddinin bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını xatırlamadığını, Niyaməddinin polislərin ona yaxınlaşmalarını gördükdə qaçmağa cəhd etdiyini bildirmişdir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Yaradılmış əməliyyat qrupunun tərkibində olmuşdur. Niyaməddini əlində qara sellofan torba ilə görmüşlər. Niyaməddin onları görəndə qaçmağa cəhd etmiş, polis əməkdaşlarından biri tərəfindən saxlanılmışdır. “Renaul Megane” markalı maşınla digər şəxslər qaçmağa cəhd etmişlər, lakin əməkdaşlar tərəfindən onlar da saxlanılmışlar.

18. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Xudaverdi, Orxan, Mehti, Vasif və Emindən ibarət qrupla tədbiri həyata keçirdiklərini, özünün tədbirə kömək etmək məqsədi ilə getdiyini, daxil olan əməliyyat məlumatı ona daxil olmadığından məzmunundan məlumatının olmadığını, Niyaməddin avtomobilə yaxınlaşarkən əlində torba olduğunu gördüyünü, aralarında təxminən 5-10 metr məsafə olduğunu, Asif və Mehti yaxınlıqda olduqlarından onların Niyaməddinə yaxınlaşdığını gördüyünü, Niyaməddin qaçdığından əməkdaşların onu saxlayan zaman bəzilərinin yıxıldığını, lakin Niyaməddinin yıxıldığını görmədiyini, tədbirə gedərkən xüsusi texniki vasitədən istifadə etdiklərini, üzərlərində mobil telefon olmadığını, qaçan şəxslərin olduğu avtomobili onun təqib etmədiyini, əməkdaşlardan bəzilərinin avtomobilin arxası ilə getdiklərini, bir qisminin həmin yerdə qaldıqlarını, tədbirin keçiriləcəyi yerə digər əməkdaşlarla birlikdə getsə də, qayıdan zaman öz avtomobili ilə tək qayıtdığını, Niyaməddin avtomobildən enərkən onu görmədiyini, Niyaməddini görən zaman onun əlində torba ilə maşına yaxınlaşdığını, onun özünün olduğu yerdən təxminən Niyaməddini gördüyü yerə qədər təxminən 50 mert məsafə olduğunu, qaranlıq olduğundan bəzi şeyləri tam görə bilmədiyini, şəxsi saxlayan zaman saatın təxminən 9-10 radələri olduğunu, idarəyə nə zaman qayıtdıqlarını xatırlamadığını bildirmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Şamil Əzizbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Deyilən ünvanda Niyaməddin avtomobilə yaxınlaşan zaman əməkdaşlar tərəfindən saxlanılmışdır. Niyaməddinin yaxınlaşdığı avtomobil hadisə yerindən qaçmağa cəhd etmiş, onlar avtomobili təqib edərək Tibilisi prospektində saxlamışlar. Hər üç şəxs polis əməkdaşları tərəfindən idarəyə aparılmışdır. Nəsimi RPİ-də həmin şəxslərin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan narkotik vasitə aşkar edilmişdir.

20. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid əməliyyat məlumatının Orxana daxil olduğunu, məlumatının məzmununun Təqsirləndirilən şəxs Şamil Əzizbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair olduğunu, məlumatda şəxsin təxminən saat 10 radələrində orada olacağının qeyd olunduğunu, hadisə yerinə çatdıqdan 5-10 dəqiqə sonra Niyaməddini gördüklərini, Niyaməddin avtomobilə yaxınlaşarkən onu saxladıqlarını, avtomobildə olan şəxslərin qaçmağa cəhd etməsinin onlarda şübhə yaratdığını, Niyaməddini görən zaman onunla aralarında məsafənin təxminən 20 mert olduğunu, onun əlindəki qara sellofan torbanın aşkar göründüyünü, avtomobildəki şəxslərin Niyaməddini gözlədiklərini, həmin şəxslərin polis əməkdaşlarının Niyaməddinə yaxınılaşdığını gördükdə qaçmağa cəhd etdiklərini, Niyaməddin həmin avtomobil istiqamətində hərəkət etdiyindən avtomobildəki şəxslərin Niyaməddini gözlədiyini düşündüklərini, Niyaməddinin qaçan zaman kiminlə toqquşması barədə məlumatının olmadığını, onun özünün avtomobilin təqib olunmasında iştirak etmədiyini, Niyaməddini saxladıqdan sonra idarəyə apardıqlarını, idarədə üzərinə baxış keçirilən zaman həmin istintaq hərəkətində iştirak etdiyini, X23 Respublikasının vətəndaşı ilə uzun müddətdir əlaqə saxladığını, narkotik vasitələri götürdükdən sonra onun deyəcəyi yerə aparıb qoymalı olduğunu dediyini, digər saxlanılan şəxslərin narkotik vasitə istifadəçisi olduqlarını və Niyaməddinin həmin gün onlara narkotik vasitə verəcəyini dediyini bildirdiklərini, telefonun Niyaməddinin üzərindən aşkar edildiyini, avtomobilə baxış keçirilməsinə iştirak etmədiyini, avtomobildən telefon aşkar edilib-edilməməsini bilmədiyini, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilmədiyini, idarəyə daxil olmuş əməliyyat məlumatında Niyaməddinin şəxsiyyəti haqqında məlumatlarının göstərildiyini, onu görən zaman yaxınlaşdıqlarını, adını soruşub saxladıqlarını, Niyaməddinin narkotik vasitəni haradan götürməsini görmədiyini, əlində sellofan torba olduğunu, torbada olanların narkotik vasitə olmasını təhqiqatçının yanında gördüyünü, İran İslam Respublikasının vətəndaşını tanımadığını, onunla heç bir formada əlaqə saxlamadığını, istifadəsində bir neçə mobil nömrənin olduğunu, həmin vaxt hansı nömrədən istifadə etdiyini xatırlamadığını bildirmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə Nəsimi RPİ-nə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. O, Xudaverdi, Xəyal və Mehdi Səfiyarov adlı əməkdaşlardan ibarət əməliyyat qrupu yaradılmışdır. Səlimzadə küçəsi yaxınlığında 3 nəfəri tutmağa çalışmışlar. Əvvəlcə Niyaməddini tutsalar da digər iki şəxs qaçmışlar. Sonradan həmin şəxsləri də tutmağa çalışdıqda onlar avtomobilin şüşəsini sındırmışlar. Sonradan onları idarəyə dəvət etmişlər, üzərlərinə baxış zamanı Niyaməddinin üzərindən pul, narkotik vasitə və mobil telefon aşkar olunmuşdur.

22. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid əməliyyat tədbirinin Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsinin və X2 müştərək olaraq təşkil etdiyi bir tədbir olduğunu, şəxslərin hər üçünün tutulmasında şəxsən özünün iştirak etdiyini, əvvəlcə Niyaməddingili Səlimzadə küçəsində müşahidə etdiklərini, Niyaməddinin hardan gəlməsini xatırlamadığını, Niyaməddinin telefonunun saxlanılan zaman üzərində olduğunu, tədbirin həyata keçirilməsi üçün əməkdaşlar arasında xüsusi “WhatsApp” qrupunun yaradılmasını xatırlamadığını, bəzi tədbirlərdə ratsiya ilə, bəzilərində isə telefonla əlaqə saxladıqlarını, həmin tədbirdə hansı vasitə ilə əlaqə saxladıqlarını xatırlamadığını, onu tədbirə Mehdi adlı əməkdaşın çağırdığını, Orxanın dəqiq olaraq hansı bölmədə işlədiyini bilmədiyini, Şahid3 əməliyyat qrupunun rəhbəri olmasının mümkün olduğunu, lakin Mehdi onlardan həm yaşca, həm də təcrübəcə böyük olduğundan əməliyyata faktiki olaraq Mehdinin rəhbərlik etdiyini, əməliyyat qrupunun hər hansı üzvünün üzərində telefonun olubolmamasını xatırlamadığını, lakin qrup üzvlərinin üzərlərində çox vaxt telefonlarının olduğunu, saat təxminən 20:00-da tədbirin olması ilə bağlı məlumat verildiyini, saat 21:00-da tədbiri keçirdiklərini, şəxsləri tutub idarəyə gətirdikləri vaxtın dəqiq yadında olmadığını, Niyaməddinin avtomobildən düşdüyünü xatırlamadığını, Niyaməddini tutan zaman əlində və ya üstündə nəsə olduğunu xatırlamadığını, Niyaməddinin əlində deyəsən qara bir şey olduğunu, Niyaməddinin xəsarətlərinin qaçdığı üçün yaranmasının mümkün olduğunu bildirmişdir.

23. “Şübhəli şəxsin tutulması haqqında” 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə, saat 21:50-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.27).

24. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat- axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əlində olan qara rəngli sellofan torbanın içərisində iki ədəd qara rəngli torbalara bükülmüş birinin içərisində qurudulmuş ot şəkilli spesfik iyə malik narkotik vasitəyə bənzər kütlələr olan bağlama, digərinin içərsində qəhvəyi rəngli toz şəkilli spesfik iyə malik narkotik vasitəyə bənzər maddə olan bağlamanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının sol yan cibindən Samsung A6 markalı mobil telefonu, 151 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmışdır. Təqdim olunan iki ədəd bağlamaya baxış keçirilməsinə başlandıqda şübhəli şəxs həmin bağlamaların birinin içərisində narkotik vasitə marixuana, digərinin içərisində tiryək deyilən narkotik vasitə olduğunu demişdir. Bağlamalara baxış zamanı bir ədəd şəffaf sellofana bükülü halda olmaqla içində qurudulmuş ot şəkilli speslik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlələr, digər qara rəngli sellofanın içərisində qəhvəyi rəngli spesfik iyə malik narkotik vasitə tiryəkə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələr olan marixuanaya və tiryəkə bənzər maddələri polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl İran İslam Respublikasının vətəndaş adını Hafis kimi bildiyi şəxsdən, sonuncunun göstərdiyi xatırlamadığı ünvandan götürürək digər şəxsə çatırması müqabilində əldə etdiyini bildirmişdir. Saxlanılan zaman onunla birlikdə olmuş tanışları Şahid2 və Şahid1 ondan aşkar olunan külli miqdarda narkotik vasitələrdən məlumatlarının olmadığını, lakin hər iki şəxsə narkotik dalınca getməsi və götürəndən sonra istifadələri üçün narkotik vasitə olan marixuana verəcəyini deməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bağlamda narkotik vasitə marixuanaya və tiryəkə bənzər maddələr olan kütlələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özlərin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq DİN-nin 186 saylı möhürü ilə möhürlənmişdir və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir (cild 01; i.v.70-74).

25. “Avtomobildə baxış və götürmə aparılması haqqında” 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yanında saxlanıldığı “Renault Megane” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, lakin avtomobildə sübuti əhəmiyyətə malik ola biləcək hər hansı əşya aşkar edilməmişdir (cild 01; i.v.81-83).

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 7/1533 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "....Təqsirləndirilən şəxs aşkar edilmiş .... bir ədəd qara sellofanda bitki mənşəli narkotik vasitə" . yazı və imzalar olan bağlamada 1 (bir) ədəd üzəri skoçlu qara rəngli polietilendə təmiz çəkisi 3860 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01; i.v.134-138).

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 6/4570 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün No186 möhür əksi, Təqsirləndirilən şəxs aşkar edilmiş..." və s. Adlar, soyadlar və imzalar olan bağlamadaki 01 ədəd politilen bükümdə təmiz çəkisi 920 qram tünd qəhvəyi rəngli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir (cild 01; i.v.142-146).

28. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2024-cü il tarixli, 4(006)- 515/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.216-219).

29. Məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 6252 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Onun üçüncü qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 235-236).

30. “Maddi sübut kimi tanıma haqqında” 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 920 qram narkotik vasitə tiryək və 3860 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 918 qram tiryək və 3859,95 qram qurudulmuş marixuana saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 01; i.v.241-242).

31. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X32 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 12 oktyabr 2024-cü il tarixli, 1280 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-boyun nahiyyəsinin qançırları, döş qəfəsinin sol yan səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişçlər. Həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər (cild 01; i.v.245-247).

32. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 11 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Rəsulov X3 RPİ tərəfindən 28 mart 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 20 iyun 2024cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (cild 02; i.v.28-29).

33. Abşeron Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 1(012)-856/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 26 mart 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət bir günə kiki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 02; i.v.31-38).

34. “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Xidməti araşdırmalar idarəsində toplanmış 2152-C-24 nömrəli material üzrə cinayət işinin başlanması hissəsi rədd olunmuş, Təqsirləndirilən şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə materialdan ayrılmış materialın aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi qərara alınmışdır (cild 02; i.v.48-50).

35. “Mobil telefona baxış keçirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona sürüşdürmə üsulu ilə “4-7-8-S” təhlükəsizlik kodu qoyulmuşdur. Mobil telefonda quraşdırılmış “Whatsapp Business” sosial şəbəkəsinə daxil olduqda Təqsirləndirilən şəxs adını qeyd etmədiyi +98 914 *** **** saylı xarici ölkələrdən birinə məxsus mobil nömrə vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar danışıqların, o cümlədən audio yazıların, narkotik vasitələrin əvvəlcədən qoyulmuş yerlərinin fotoşəkillərinin, habelə +98 937 235 3020, +98 914 530 4770, +98 914 *** **** mobil nömrələri ilə çoxlu sayda qarşılıqlı zənglərin olması, o cümlədən, Təqsirləndirilən şəxs +98 914 *** **** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxladığı şəxsə “Hafiz” olaraq və həmin şəxsin də Təqsirləndirilən şəxs “Nihat” olaraq müraciət etməsi aşkar edilmişdir. 13 sentyabr 2024-cü il tarixdə Hafiz adı ilə qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs “Nihat, baxe 4 kilo nəşədir, 1 kilo tiryək. Onları oradan götürəndən sonra mənə tez xəbər elə götürən vaxt telefondan sil”. Daha sonra Təqsirləndirilən şəxs fotoşəkillər və lokasiya göndərilir. “Bax konum, şəkil atdın sənə. Orada 4 kilo....” məzmunlu mesaj yazılır. Təqsirləndirilən şəxs: “Hafiz götürmüşəm, çatım evə sənə xəbər edəcəm. Daha tez-tez yığma məni”, Hafiz: “Bax hələ, 4 kilo nəşədir, 1 kilo tiryək. Onları götür, çat evə, mənə zəng edlə, mən deyəcəm haraya konum şəkil elə. Tamam. Qurtardı. Mən orda sənə 4 kilo nəşə demişəm, 1 kilo tiryək demişəm. Onları götür çat evə. Mənə tez zəng elə”. Niyaməddin: “Yaxşı Hafiz çatım evə deyəcəm sənə” məzmunlu yazışmalar aşkar edilmişdir (cild 02; i.v.54-55).

36. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 02; i.v.56-57).

37. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 4(006)- 14/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla, 13 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.72- 76).

38. “Sübutların qiymətləndirilməsi haqqında” 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsf oğluna AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02; i.v.141-170).

39. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü (X11) və xx.xx.2021-ci il təvəllüdlü (X8) uşaqları var.

Hüquqi məsələlər:

40. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

41. X25 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

42. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır.

43. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır.

44. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.

45. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz.

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

47. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər.

48. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

49. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir.

50. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.

51. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.

52. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir.

53. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir.

54. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

55. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

56. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

57. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir.

58. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir.

59. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir.

60. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs ilkin olaraq özünü AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmədiyini göstərsə də, onun ilkin olaraq verdiyi etirafedici ifadələrinə istinad etmiş, təqsirləndirilən şəxsin istintaqın sonrakı gedişatında verdiyi ifadəsini görməzdən gələrək həmin ifadələrə ümumiyyətlə qiymət verməmiş və hansı səbəbdən onun məhz ilkin ifadəsinə istinad etdiyini əsaslandırmamışdır.

61. Halbuki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisi işə qoşulduqdan sonra 17 fevral 2025-ci il tarixdə yenidən dindirilən zaman özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək hazırda məhkəmə iclasında verdiyi ifadəsinin məzmununa uyğun ifadə vermiş, müstəntiqə polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman videoçəkiliş zamanı barmaqlarını əlinin içinə doğru qatlayaraq kömək istədiyini, telefonundan Hafiz adlı şəxslə aşkar olunmuş son danışıqları polis əməkdaşlarının təzyiqi altında apardığını bildirmiş, buna baxmayaraq müstəntiq həmin halları ümumiyyətlə araşdırmağı lazım hesab etməmiş, həmin dəlilləri əsassız hesab edirdisə də, onlara qarşı əks arqumentlər göstərməyi zəruri hesab etmədən sadəcə təqsirləndirilən şəxsin ilkin etirafedici ifadələrinə istinad edərək şəxsə ittiham irəli sürməyi məqbul hesab etmişdir.

62. Göründüyü kimi, müstəntiq sadəcə formal sənədləri tərtib etməklə kifayətlənmiş, lakin ifadələrdə göstərilmiş xüsusatları araşdırmağa, ziddiyyətləri aradan qaldırmağa lüzum görmədən təqsirləndirilən şəxsin formal tərtib edilmiş “Təqsirləndirilən şəxs qismində dindirmə” protokoluna istinad edərək onun “Şübhəli şəxs qismində dindirmə” protokolundan kopyalanmış və sonrakı ifadələri ilə təkzib edilmiş həmin ifadəsini ittiham aktına köçürməklə cinayət işini məhkəməyə göndərməyi məqbul hesab etmişdir.

63. Bununla yanaşı,məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlarla bağlı hər bir arqumentə ayrıca qiymət verilməsinin vacib olduğunu vurğulayır.

64. Təqsirləndirilən şəxsin polis bölməsində döyülməsi və təsir-təzyiqlər nəticəsində sənədləri imzalaması ilə bağlı irəli sürdüyü dəlillərlə bağlı məhkəmənin qiymətləndirməsi:

65. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və bədənində xəsarətlərin olduğunu, həmin xəsarətlərin Bakı İstintaq Təcridxanasında qeydə alındığını bildirmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da polis idarəsində olarkən Telmanla özünün ayrı otaqda, Niyaməddin isə ayrı otaqda saxlanıldığını, Niyaməddini yenidən gördükdə onun boğazında xəsarətlərin olduğunu, tutulmamışdan qabaq onun boynunda belə xəsarətlərin olmadığını vurğulamışdır.

66. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 7734/2024 nömrəli tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs BİT-ə daxil olarkən müayinə olunan zaman onun hər iki qulaqarxası nahiyyəsində bənövşəyi qançır, sağ saidin arxa səthində və sol baldırın ön səthində kiçik ölçülü üzəri qərtməkli yaralar aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir.

67. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair material üzrə cinayət işinin başlanması hissəvi rədd edilmiş və Təqsirləndirilən şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətlərini və hadisə nəticəsində alınmasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə materialdan ayrılmış materialın aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi qərara alınmışdır (cild 02; i.v.48-50).

68. Həmin qərar qəbul edilərkən istinad olunmuş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 12 oktyabr 2024-cü il tarixli, 1280 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-boyun nahiyyəsinin qançırları, döş qəfəsinin sol yan səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər. Həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər (cild 01; i.v.246-247).

69. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə məlumatın verilməsinə əsas olmuş tibb kitabçasında təqsirləndirilən şəxsin müayinəsi zamanı onda fərqli xəsarətlərin aşkar olunması təsbit edilmiş, lakin nədənsə araşdırmanı aparan prokurorluq orqanı əməkdaşı tibb kitabçasında qeydə alınmış xəsarətlərlə bağlı hər hansı araşdırma aparmaq, məhkəmə-tibbi ekspertizası təyin edərək onda aşkar edilmiş xəsarətlərin dərəcəsi, yaranma şəraiti və vaxtını müəyyən etmək zərurəti görməmiş, sadəcə təhqiqatçı tərəfindən tərəfindən qəbul edilmiş qərar əsasında keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə və təqsirləndirilən şəxsin saxlanılmasında iştirak edən polis əməkdaşlarından iki nəfərinin izahatına əsaslanmaqla cinayət işinin başlanması hissəvi rədd edilmişdir. Bu isə aparılan araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmamasının, material üzrə həqiqi halların araşdırılmamasının göstəricisidir.

70. Bununla yanaşı, araşdırma aparan orqanın istinad etdiyi ekspert rəyində Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin müxtəlif şəraitlərdə yaranması göstərilsə də, təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq əməliyyat tədbiri zamanı yıxılmadığını, əksinə orada olan polis əməkdaşı Şahid4lə toqquşan zaman Asifin yıxıldığını bildirmiş, məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri Təqsirləndirilən şəxs yıxıldığını bildirməmiş, əksinə, əməliyyat tədbirində iştirak edən polis əməkdaşları məhkəmə iclasında onlara ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs saxlanıldığı zaman yıxıldığını görmədiklərini bildirmişlər ki, bu da təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin yıxılma nəticəsində yaranmasını da istisna edir. O cümlədən, məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxsdə aşkar edilmiş “hər iki qulaqarxası nahiyyəsində bənövşəyi qançır” kimi xəsarətin tədbir zamanı qaçarkən yıxılma nəticəsində əmələ gəlməsi xəsarətlərin lokalizasiyası nəzərə alınmaqla da real deyildir. Bununla yanaşı, məlumdur ki, şəxs polis idarəsinə gətirilən zaman onda hər hansı xəsarət olduğu halda (istər saxlanılmasından öncə yaranmış, istərsə də saxlanılan zaman yıxılması nəticəsində yaranmış xəsarətlər) həmin xəsarətlər qeydə alınmaq bu barədə ayrıca akt tərtib olunur.

71. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətlərini hadisə nəticəsində alınmasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə materialdan ayrılmış materialın aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi qərara alındığından məhkəmə tərəfindən aidiyyəti orqana müraciət edilərək əldə edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 12 dekabr 2024cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

72. Həmin qərarda təhqiqatçı Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş dərəcəsi təyin olunmayan xəsarətlərin 14 sentyabr 2024-cü il tarixə uyğun gəlmədiyini, təqsirləndirilən şəxsin həmin xəsarətləri naməlum şəraitdə aldığını, onun izahatının həqiqətə uyğun olmadığını qeyd edərək cinayət işinin başlanmasının rədd edilməsi qənaətinə gəlmişdir.

73. Göründüyü kimi, təhqiqatçı material üzrə hər hansı araşdırma aparmadan təqsirləndirilən şəxsin bədən səthində aşkar edilmiş xəsarətlərin 14 sentyabr 2024cü il tarixə uyğun gəlmədiyinə istinad etsə də, təqsirləndirilən şəxsin 14 sentyabr 2024-cü il tarixdə deyil, 13 sentyabr 2024-cü il tarixdə saxlanılmasını, təqsirləndirilən şəxsdəki xəsarətlər həqiqətən də saxlanılmadan öncə yaranmışdırsa, təqsirləndirilən şəxs saxlanılan zaman onda hər hansı xəsarətin olmasına dair hər hansı aktın iş materiallarına əlavə edilməməsini (məlumdur ki, polis idarəsinə daxil olan zaman şəxsdə xəsarətlər aşkar olunan zaman bu barədə müvafiq akt tərtib edilir) diqqətdən qaçırmış və qeyd olunan dəlilə formal olaraq istinad etmişdir.

74. Bundan savayı, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətlərini hadisə nəticəsində almasının müəyyən edilməsi üçün materialın aidiyyəti üzrə göndərilməsinə baxmayaraq təhqiqatçının təqsirləndirilən şəxsin həmin xəsarətləri naməlum şəraitdə almasına istinad etməsi absurd olmaqla ümumiyyətlə məntiqsiz olmuşdur. Belə ki, məhz aşkar edilmiş xəsarətlərin alındığı naməlum şəraitin araşdırılması və müəyyən edilməsi üçün aidiyyəti üzrə göndərilmiş material üzrə araşdırma aparan şəxsin həmin naməlum şəraiti araşdırmaq əvəzinə həmin hala araşdırmanın aparılmasından boyun qaçırması üçün istinad etməsi onun araşdırmaq aparmaq niyyətinin olmamasına, materiala tam formal və səthi yanaşmasına dəlalət edir.

75. Bununla yanaşı, məhkəmə-tibbi ekspertizasının 12 oktyabr 2024-cü il tarixli, 1280 saylı rəyinin nəticəsi hissəsində ekspert Təqsirləndirilən şəxs boyun səthində qançırlar, döş qəfəsinin sol yan səthinin sıyrıqlarının olmasını göstərsə də, həmin rəyin təsviri hissəsində təqsirləndirilən şəxsin boyun nahiyyəsinin sol yan səthində bənövşəyi rəngli, qeyri-müəyyən formalı qançırların, döş qəfəsinin sol yan səthində üzərləri ətraf dəri nahiyyəsindən yuxarıda yerləşmiş tünd-qəhvəyi rəngli qartmaqlarla örtülmüş sıyrıqların olmasını göstərmişdir ki, məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş üç ədəd qançırın rəngini (Belə ki, məlumdur ki, qançır ilkin vaxtlada bənövşəyi rəngdə olur, daha bənövşəyidən yaşıla, yaşıldan sarıya çevrilir), o cümlədən, sıyrıqların üzəri qərtməkli olmasını (bu hal da həmin xəsarətin yeni, yəni bir-iki gün əvvəl yaranmış olmasının əlamətidir) nəzərə alaraq onların müayinədən qısa müddət öncə yaranmasının real olması qənaətinə gəlir və məhkəmə təqsirləndirilən şəxs saxlanılan zaman polis bölməsində onda qeyd olunan xəsarətlərin olmasına dair aktın tərtib olunmamasını, təqsirləndirilən şəxsə xəsarətlərlə bağlı hər hansı sual ünvanlanmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin həmin xəsarətləri polis nəzarətində olduğu müddətdə almasını real və mümkün hesab edir.

76. Bundan savayı, təqsirləndirilən şəxsin tibb kitabçasında onda 14 sentyabr 2024-cü il tarixdə ekspert müayinəsindən keçən zaman ekspert tərəfindən müəyyən edilməmiş əlavə xəsarətlər- sağ saidin arxa səthində və sol baldırın ön səthində kiçik ölçülü üzəri qərtməkli yaralar aşkar edilmişdir ki, bu da birmənalı və mübahisəsiz şəkildə təqsirləndirilən şəxsdəki həmin xəsarətlərin 14 sentyabr 2024-cü il tarixdən sonra, yəni onun polislərin nəzarətində olduğu vaxt yaranmasını təsdiq edir.

77. Həmçinin, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdə olan görüntülərdən də Təqsirləndirilən şəxs sol tərəfdən boyun nahiyyəsində qızartıların olması açıq-aşkar görünməkdədir.

78. Beləliklə, məhkəmə cinayət işinin başlanmasının rədd edilməsinə dair yuxarıda qeyd olunan qərarları tədqiq edərək, təqsirləndirlən şəxsin ifadəsindəki xüsusatları araşdıraraq, həm Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş tibb kitabçasında əks olunmuş xəsarətləri, həm də hazırki məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, Bakı İstintaq Təcridxanası tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə məlumat verilməsinə, təqsirləndirilən şəxsin araşdırma zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü göstərməsinə (nəzərə alınsa ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilən zaman onda polis bölməsinə daxil olmadan öncə hər hansı xəsarətlərin olmasına dair sənəd iş materiallarında yoxdur) baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan, tibb kartında göstərilmiş xəsarətlər nəzərə alınmadan, həmin tibb kitabçası ilə məhkəmə-tibb ekspertizasının rəyi arasında olan ziddiyyətlər dəqiqləşdirilmədən, təqsirləndirilən şəxsin döyülməsi faktı ümumiyyətlə araşdırılmadan həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir ki, bu da araşdırmanı aparan orqan tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı obyektiv araşdırma aparılmamasının və istintaq təcridxanası tərəfindən verilmiş məlumata səthi və laqeyd münasibətin göstəricisidir.

79. Bundan başqa şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkiliş zamanı qeydə alınmış görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər iki əlinin baş barmağını əlinin içinə doğru qatlayıb, ardınca digər barmaqlarını ovucunun içində sıxaraq morze əlifbası ilə ifadə edilən, beynəlxalq səviyyədə tanınmış, yardıma ehtiyacı olmaq mənasını ifadə edən “SOS” (X35) əl siqnalını icra etmişdir. Təqsirləndirilən şəxs həmin hərəkəti dəfələrlə, o cümlədən, təhqiqatçı tərəfindən ona ünvanlanmış hər bir suala cavab verərkən davamlı şəkildə icra etmişdir.

80. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs “SOS” əl siqnalını məqsədli şəkildə, gələcəkdə həmin istintaq hərəkətinin formal, onun iradəsinə zidd, deməsinə məcbur edilmiş sözlər deməklə icra edildiyini sübut etmək üçün icra etdiyini bildirmişdir.

81. Məhkəmə qeyd edir ki, polislərin nəzarətinə daxil olduqdan sonra xəsarət almış və bununla da polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasına dair əsaslı şübhələr olan şəxsin eyni zamanda yardıma ehtiyacı olmaq mənasını ifadə edən “SOS” (X35) əl siqnalını icra etməsi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin şəffaf şəkildə həyata keçirilməməsinə, həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin həqiqi iradəsinin təhrif olunmasına və kənar təsirlərə məruz qalmasına dair məhkəmədə kifayət qədər əsaslı şübhələr yaradır.

82. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyriinsani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir.

83. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)).

84. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X4rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)).

85. Avropa Məhkəməsi, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd).

86. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001- Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)).

87. Hazırkı işin hallarına gəlincə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla açıq şəkildə görünməkdədir.

88. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır.

89. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis bölməsində pis rəftara məruz qalmasını təsdiq edən kifayət qədər güclü sübutlar məhkəmə istintaqı zamanı müəyyən edilmişdir.

90. Eyni zamanda, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs saxlayarkən sonuncuda xəsarətlərin olması barədə hər hansı xüsusat göstərməmiş, əksinə, onlara ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs tədbir zamanı yıxılmadığını, onda hər hansı xəsarət görmədiklərini bildirmişlər, o cümlədən, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs saxlanılan zaman onda xəsarətlərin olmasına dair hər hansı sənəd də məhkəməyə təqdim edilməmişdir.

91. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qalması ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür.

92. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır.

93. Odur ki, məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur.

94. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

95. Göründüyü kimi, təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisi işə qoşulduqdan sonra (nəzərə alınsa ki, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş müdafiəçi tərəfindən göstərilmiş hüquqi xidmət formal xarakter daşımışdır (aşağıdakı abzaslarda məhkəmənin bununla bağlı gəldiyi qənaət əsaslandırılmışdır)) verdiyi ifadəsində polis bölməsində döyüldüyünü, fiziki təsirtəzyiqlərə məruz qaldığını bildirmiş, həmin halı BİT-ə daxil olan zaman da bildirmiş, bununla bağlı təcridxananın səlahiyyətli şəxsi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə müraciət olunmuşdur ki, bu da təqsirləndirilən şəxsin ibtidai istintaq dövründən özünün məruz qaldığı təsirtəzyiqlərlə bağlı mümkün olan bütün tədbirləri görməsinə dəlalət edir.

96. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti barədə məhkəmənin qiymətləndirməsi:

97. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün sənədlərdə göstərildiyi saatda, yəni 13 sentyabr 2024-cü il tarixdə, saat 21:50 radələrində deyil, təxminən axşam saat 9-10-a işləmiş polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanıldıqdan sonra fiziki təzyiqlərə məruz qalaraq telefonunda olan “Hafiz” adlı İİR vətəndaşının nömrəsinə səsli cavab göndərməyə məcbur edildiyini, həmin səs yazıları Hafizə göndərilən zaman onun artıq polislərin nəzarəti altında olduğunu, tutulan zaman müdafiəçi ilə təmin olunmadığını, üzərinə şəxsi axtarış və baxışın gecə saat 01-02 radələrində keçirildiyini, sənədlərin düzgün tərtib olunmadığını bildirmişdir.

98. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların yoxlanılması məqsədi ilə onun istifadəsində olmuş ***-***-**-**, saxlanılarkən onunla birlikdə olmuş Şahid1 istifadəsində olmuş ***-***-**-**, Şahid2 istifadəsində olmuş ***-***-**-**, polis əməkdaşı Şahid5 istifadəsində olmuş ***-***-**-**, müdafiəçi X15 istifadəsində olmuş ***-***-**-** mobil nömrələrin anten məlumatlarının təqdim edilməsi ilə bağlı müvafiq operatorlara qərarla müraciət olunmuşdur.

99. "xxxx" MMC tərəfindən təqdim edilmiş anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun 13 sentyabr 2024-cü il tarixdə, saat 21:20-dən saat 21:35-dək onun bir ünvanda deyil, hərəkətdə olmasını göstərmiş, 21:35-dən sonra anten məlumatlarının əldə edilməsi mümkün olmamışdır.

100. "xxxx" MMC tərəfindən təqdim olunmuş Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun 13 sentyabr 2024-cü il tarixdə, saat 21:24də Tibilisi prospektində, 21:27-də isə “Otel Evropa”, Hənifə Ələsgərov küçəsində olmasını, saat 01:48-də Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində olmasını göstərmişdir.

101. Məhkəmə həm məhkəmə iclasında dindirilmiş polis əməkdaşlarının, həm də Şahid1 və Şahid2 ifadələri ilə onların polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra saxlanılmalarının, polis əməkdaşlarının Niyaməddini saxladıqlarını gördükdən sonra qorxaraq avtomobili olduqları Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ünvanından Tibilisi prospekti tərəfə dorğu idarə etmələrinin və orada “Evropa Otel”in yanında polis əməkdaşları tərəfindən saxlanılmalarının, "xxxx" MMC tərəfindən təqdim olunmuş Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun 13 sentyabr 2024-cü il tarixdə, saat 21:24-də Tibilisi prospektində, 21:27-də isə “Otel Evropa”, Hənifə Ələsgərov küçəsində olmasının müəyyən edildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ittihamda göstərildiyi kimi 13 sentyabr 2024-cü il tarixdə, saat 21:50-də deyil, həmin gün, saat 21:24-dən əvvəlki radələrdə tutulması və rəsmi sənədlərdə təqsirləndirilən şəxsin saxlanılması vaxtının təhrif edilməsi qənaətinə gəlir.

102. Məhkəmə iclasında müəyyən edilmiş bu hal iş materiallarında olan və ittiham tərəfin istinad etdiyi əsas sübutlardan olan “Mobil telefona baxış keçirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli protokolda göstərilən 13 sentyabr 2024-cü il tarixdə, saat 21:44-dən 21:48-dək aparılmış yazışmaların da Təqsirləndirilən şəxs artıq polis əməkdaşlarının nəzarətində olduğu zaman aparılmasına dəlalət edir. Nəzərə alınsa ki, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkotik vasitələrin satışı ilə məşğul olan İİR vətəndaşı ilə sərbəst şəkildə danışması və ya yazışması qeyri-realdır, belə olan halda məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan yazışmaları polis əməkdaşlarının təsir-təzyiqi nəticəsində, onların göstərişi və diqtəsi ilə aparmasına dair dəlilinin inandırıcı olması qənaətinə gəlir.

103. Göstərilən bu xüsusat müdafiə tərəfin məhkəməyə təqdim etdiyi diskdə olan səs yazıları ilə də tam olaraq öz təsdiqini tapmışdır.

104. Belə ki, həmin səs yazılarından görrüünr ki, “Hafiz” adlı şəxsin istifadəsində olmuş +**********20 (hansı ki, həmin nömrə ilə Təqsirləndirilən şəxs arasında aparılmış yazışmalar sübut qismində işə əlavə edilmişdir) nömrənin istifadəçisi ona özünü polis əməkdaşı Asif Əliyev kimi təqdim etmiş şəxsin başqa bir iran nömrəsindən göndərdiyi səs yazılarını Təqsirləndirilən şəxs valideynlərinə göndərmiş və həmin səs yazılarında bir nəfər şəxsin “Sabaha deyirəm, həll eləyə bilərsən sabaha? Ə yox qələt eləyir Nihat da (nəzərə alınsa ki, Təqsirləndirilən şəxs Hafizin ona Nihat dediyini öz ifadəsində bildirmiş, o cümlədən, iş materiallarına əlavə edilmiş “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda əks olmuş yazışmalardan da X17 deməsi görünməkdədir (i.v.54- 55)), o biri də, bu biri də. Əsas odu sən bunu düzgün qaydada yoluna qoy. Qrama göndər də, qrama göndər gəlsin, 5 qram, 10 qram” yazması müəyyən edilmişdir.

105. Məhkəmə tərəfindən müdafiəçi tərəfindən təqdim edilmiş diskdə olan səs yazısında qeydə alınmış səslə iş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş diskdə olan səs yazısının eyniliyinin müəyyən edilməsi məqsədi ilə müdafiə tərəfin vəsatəti əsasında məhkəmənin qərarı ilə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və 17 dekabr 2025-ci il tarixli, 4/1743 nömrəli ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş 02 ədəd ağ rəngli optik disk və 01 ədəd “Verbatim” markalı CD-R disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrində “K1” kimi işarə olunmuş diktorların səsi və nitqinin eyni bir şəxsə məxsus olması müəyyən edilmişdir.

106. Məhkəmə müdafi tərəfin təqdim etdiyi diskdə olan səs yazısının müəllifi ilə istintaq orqanının sübut kimi istinad etdiyi diskdə olan səs yazısının müəllifinin eyni şəxs olmasının məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə müəyyən olunduğunu nəzərə alaraq həmin səs yazıları məhkəmə iclasında tədqiq edilmiş, təqdim edilmiş diskdə əks olunmuş +**********20 İran mobil operatoruna məxsus nömrənin istifadəçisi tərəfindən göndərilmiş səs yazılarından görünür ki, “Hafiz” adlı şəxs təqsirləndirilən şəxsin atasına aşağıdakı məzmunda səsli mesajlar göndərmişdir: -Onun adı Asif Əliyevdi. O polis ki, tutub, adı Asifdi. Gəlsə danışığa mən telefonda vursunlar eşidsin, mən də onnan danışım, nə cür danışım, özü də on, on yarım, on bir saatlarında olub gecə. Hətda da mənə zəng vurdu ki, adamına denən ki, adamı güdürdülər mal qoyduğu yerdə, mənə zəng vurdu ki, bu adam ora yaxınlaşmır. Ona denən malı götürsün çıxsın da, elə ki, əl atdı malı götürməyə biz orda tutacıyıq bunu. Hətda buracan olubİİİ bunlar çoxlu bu cür zəng eliyirdilər bizə, danışırdılar ki, qorxurdular ki, biz bunların səslərin götürək saxlıyaq. Səslərin telefonda saxlıyaq. Bunlar səs atmırdı. Səs də atsaydılar, qulaq asannan sonra silinirdi. Bilmirəm nə iş görmüşdü telefonnarnan. Deyirdilər qoy polisdərin səsi çıxmasın. İndi tamam mənə hələ neçə polisdər də zəng eliyir, atıram bloka. - Özü də ki, bunu göndərən polis rəis göndərən səsləri burda atmışam, özü də ki, bunun rəisi də mənnən əlaqə də saxiıyıb, polisin orda maşınının da səsi gəlir. Bunun da nömrəsi **********5 də bunun nömrəsidi. Bunlar mənnən əlaqədə olub, bunların nömrələri məndə var. Mən başqa adamın niyə nömrəsi məndə yoxdu? Bunlar küllən nə mənə Azərbaycanda, nə mənə 100 nəfər tutulsa onun 95-in, 97-in bunlar tutdururlar. Tək mənnən iş görmürdülər. Bular təmami İranda nə ərazi var, hamısınnan bunlar iş görür. Polisdərin hammısı belə iş görür. Mal özləri tutulan mallardan aparıllar yığıllar, özləri də aparıb özləri də ünvan konum eliyillər. Deyillər ağa, denən, mənim 5 kilo malım var, mənim 3 kilo malım var, mənim 4 kilo malım var, mənim 2 kilo malım var, get bunu götür. Mənə konum, şəkil elə, sənə iki min də, min də pul verəcəm. Bax bu, bu cür iş görüllər. Mənim də adamımı belə iş gördütdülər. Mən öz adamımı 5 qarama yollamışdım, tək 5 qrama, nəinki, 2-3 kilo ha. İndi mən açıq deyirəm, mən əlimnən işdiyən fəhləyəm. Mənim pulum olsaydı, getsəydim, mən də 4-5 kilo, 10 kilo iş görsəydim mən gəlib fəhləliy eləməzdim, gedərdim o işimin dalı üzrə, mən basıb çıxıb gəlmişəm Tehranda iş görürəm, fəhləliy iş görürəm. Yoxsa mən də indi 4-5 kilo iş görsəydim, indi mən də bəy balası kimi keçinərdim.

107. Məhkəmə əldə edilmiş və yuxarıda tədqiq edilmiş anten məlumatları ilə təqsirləndirilən şəxsin saxlanılma vaxtının rəsmi sənədlərdə göstərilən saatdan daha əvvəlki dəqiqələrdə həyata keçirilməsini, bununla da, ibtidai istintaq orqanın əsas sübut kimi istinad etdiyi təqsirləndirilən şəxslə İİR vətəndaşı “Hafiz” adlı şəxslə aparılmış yazışmaların təqsirləndirilən şəxs artıq polis nəzarətində olan zaman ona göstərilmiş fiziki təsir-təziqlər (nəzərə alınsa ki, bu hal yuxarıda qeyd olunan hallara əsasən öz təsdiqini tapmışdır) nəticəsində aparılmasına əsaslı şübhələrin yaranmasını, həmin “Hafiz” adlı şəxsin təqsirləndirilən şəxsin atasına göndərdiyi səs yazılarında bildirdiyi halları, “Hafiz” adlı şəxs tərəfindən polis əməkdaşı olduğu iddia olunan naməlum şəxs tərəfindən “Hafiz” adlı şəxsə göndərilmiş səs yazılarının məzmununu nəzərə alaraq ibtidai istintaq orqanının istinad etdiyi sübutlardan olan “Mobil telefona baxış keçirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli protokolu və ona əlavə edilmiş diskin sübutlar siyahısından xaric olunması qənaətinə gəlir.

108. İbtidai istintaq orqanın mötəbər sübut qismində istinad etdiyi digər sübut növü 14 sentyabr 2024-cü il tarixli, saat 02:30-dan 03:30-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir.

109. Sözügedən protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının tələbləri pozulmaqla şəxsin saxlanıldığı yerdə deyil, şəxsin saxlanılmasından təxminən 04 saata yaxın müddət keçdikdən sonra polis idarəsində keçirilmiş, şəxsin saxlanıldığı yerdə qeyd olunan istintaq hərəkətinin həyata keçirilməsini istisna edən hallara dair hər hansı sənəd və ya sübut cinayət işinə əlavə edilməmişdir.

110. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki: -CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. -“Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsinə görə də polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirə salınmadan tutulmasına şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərərçəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda yol verilə bilər. -Təsadüfi deyil ki, CPM-in 90.11.2-ci maddəsi tutularkən baxışa və şəxsi axtarışa məruz qalmağı şübhəli şəxsin vəzifəsi kimi göstərir, yəni qanunverici şəxsin şübhəli şəxs qismində tutulması faktını məhkəmə qərarının əvvəlcədən alınmasını və yaxud həmin prosessual hərəkətlər keçirildikdən sonra onların məhkəmə nəzarəti qaydasında yoxlanılmasını tələb etməyən, özü-özlüyündə baxışın və ya şəxsi axtarışın keçirilməsini şərtləndirən hal kimi nəzərdən keçirir. -O da təsadüfi deyil ki, CPM-in 149.1.1 və 149.1.2-ci maddələri, hətta hadisəni görən kənar şəxsə belə cinayət baş verdikdə və ya cinayət baş verdikdən sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə həmin şəxsin əl-ayağını bağlamaq, onun üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olması ehtimal edildikdə, onun üstünü yoxlamaq və bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürmək imkanını tanıyır. -Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı, sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. -Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyataxtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. -Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir.

111. Göründüyü kimi, sözügedən əməliyyat tədbiri müvafiq Plenum qərarının qəbul edilməsindən sonra həyata keçirilsə də, ibtidai istintaq orqanı tərəfindən həmin Plenum qərarının tələblərinə riayət edilməmiş, şəxsi axtarış və götürmənin yerində həyata keçirilməsini istisna edən hallar olmuşdursa, buna dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.

112. Bundan başqa, 14 sentyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokolda həmin istintaq hərəkətinin həmin gün, saat 02:30-dan 03:30-dək 1 saat ərzində keçirilməsi göstərilsə də, həmin protokola əlavə edilmiş videodiskdən sözügedən istintaq hərəkətinin 31 dəqiqə 18 saniyə aparılması görünməkdədir ki, göstərilən bu hal özü də qeyd olunan protokolun formal şəkildə tərtib edilməsinin göstəricisidir.

113. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə iclasında tutulan zaman müdafiəçisinin yanında olmadığını, şəxsi axtarış və götürmə istintaq hərəkətinin iş materiallarında qeyd olunan saatda keçirilmədiyini bildirmiş, müdafiə tərəfin vəsatəti əsasında ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmiş müdafiəçi “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X15 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları əldə edilmiş və həmin anten məlumatları ilə müdafiəçinin 13 sentyabr 2024-cü il tarixdə, saat 20:28-dən 14 sentyabr 2024-cü il tarixdə, saat 01:20-dək Testi restoranı, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 və ünvan 4 ünvanında olması, 14 sentyabr 2024-cü il tarixdə saat 01:20-dən saat 01:55-dək Bakı şəhəri, Nəsimi rayonu, Mirzəli Qaşqay 43 ünvanda olması, həmin gün saat 02:23-dən 03:55-dək yenidən Testi restoranı, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 10 və ünvan 4 ünvanında olması müəyyən edilmişdir.

114. Məhkəmə, təqsirləndirilən şəxslə birlikdə saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparılmış Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının 13 sentyabr 2024-cü il, saat 21:42-dən 14 sentyabr 2024-cü il, saat 01:54 radələrinədək (həmin saatdan sonra anten məlumatları mövcud deyil), Səmədov X6 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının onun 14 sentyabr 2024-cü il, saat 01:48 radələrində, Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının 14 sentyabr 2024-cü il, saat 01:37 radələrində ünvan 6 ünvanında olmalarını göstərmələrini, saxlanılan şəxslərin həmin vaxtda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində olmalarının mübahisəsiz hal olduğunu nəzərə alaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin ünvan 6 anten dairəsi ilə əhatə olunması qənaətinə gəlir və belə olan halda məhkəmə nəzərə alır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində təyin edilmiş “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X21 iş materiallarında göstərilən saatlarda deyil, 14 sentyabr 2024-cü il tarixdə, saat 01:20dən 01:55-dək Nəsimi RPİ-də olmuşdur.

115. Halbuki, rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə, saat 23:00-da müdafiəçi Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X15 iştirakı ilə tutulmuş (cild 01; i.v.27), 14 sentyabr 2024-cü il tarixdə, saat 02:30-dan 03:30-dək onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir (cild 01; i.v.70-74).

116. Məhkəmə rəsmi sənədlərdə göstərilən saatlarda müdafiəçinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində olmamasını nəzərə alaraq həm tutularkən təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin olunmaması və onun müdafiə hüquqlarının kobud pozulması, həm də şəxsi axtarış və götürmə protokolunun qanunvericiliyin tələbləri pozularaq onun keçirilmə vaxtı təhrif olunmaqla tərtib olunması qənaətinə gəlir.

117. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 90.7.5-ci maddəsinə əsasən şübhəli şəxsin tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq hüquqi var. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. 147.6-cı maddəsinə əsasən tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. 247.1.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtını əks etdirən protokol tərtib edilir.

118. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.

119. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər.

120. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamışdır.

121. Məhkəmə qeyd edir ki, hətta rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə, saat 21:50 radələrində saxlanılmasının və növbəti gün, saat 02:30 radələrindən başlayaraq onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin doğru məlumat kimi qəbul edildiyi təqdirdə belə onun üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan 4 saatdan artıq vaxt keçdikdən sonra həyata keçirilməsi özü-özlüyündə narkotik vasitələrin onun üzərinə qoyulması ilə bağlı məhkəmədə narahatlıq yaranmasına əsas verir. Belə ki, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuşdur. Həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir.

122. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

123. Ümumilikdə, göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, sənədlərdə göstərilən vaxtların və tutularkən şəxsin müdafiəçisinin yanında olması göstərilməklə həmin halın da təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxs reallıqda hansı saatda saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından bu hal özü də təqsirləndirilən şəxsin hansı müddət ərzində polis bölməsində qanunsuz olaraq saxlanılmasının, 48 saatlıq tutulma müddətinin pozulmasının, həmin müddət ərzində narkotik vasitənin şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır.

124. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

125. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, təqsirləndirilən şəxsin müqavilə üzrə müdafiəçisi işə qoşulduqdan sonra hazırda məhkəmə iclasında verdiyi məzmunda ifadələr verdiyini, təqsirləndirilən şəxsin ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verərək təqsirləndirilən şəxsin hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi ilkin izahatın, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı göstərdiyi xüsusatların və ilkin ifadəsinin isə təsir və təzyiq nəticəsində verilmiş izahat və ifadələr olduğunu qeyd edərək həmin sənədləri sübut kimi qəbul etmir.

126. İbtidai istintaq orqanı tərəfindən təqsirləndiriləndirilən şəxsə verilmiş ittihamı təsdiq edən sübut kimi istinad olunmuş şahid ifadələri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

127. Məhkəmə iclasında şahid qismində dindirilmiş və təqsirləndirilən şəxslə saxlanılaraq polis idarəsinə gətirilmiş Şahid1 məhkəmə iclasında ona ünvanlanmış sullara cavab olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən puldan başqa heç nə çıxmadığını, Telmanla özünün ayrı otaqda, Niyaməddin isə ayrı otaqda saxlanıldığını, Niyaməddini yenidən gördükdə onun boğazında xəsarətlərin olduğunu, tutulmamışdan qabaq onun boynunda belə xəsarətlərin olmadığını, çəkiliş zamanı Niyaməddinin əlində torba olduğunu, tutulan zaman Niyaməddinin əlində heç nə olmamasına baxmayaraq, video çəkiliş vaxtı əlində torba olduğunu, ibtidai istintaq zamanı Niyaməddinin saxlanılan zaman əlində torba görməsinə dair ifadə vermədiyini, torbanı idarədə gördüyünü, çəkiliş gedən vaxtı Niyaməddinin üzərindən pulla telefon aşkar olunduğunu, hazırda verdiyi ifadədə həqiqəti söylədiyini, müstəntiqin onu dinlədiyini, müstəntiqin onun ifadəsini komputerdə necə tərtib etdiyini bilmədiyini, onun sadəcə danışdığını, müstəntiqin isə yazdığını, daha sonra ifadəsini imzaladığını bildirmişdir.

128. Məhkəmə iclasında şahid qismində dindirilmiş və təqsirləndirilən şəxslə saxlanılaraq polis idarəsinə gətirilmiş Şahid2 məhkəmə iclasında ona ünvanlanmış sullara cavab olaraq Niyaməddinin həmin dalandan çıxdığını görə bilmədiyini, havanın qaranlıq olduğunu, həmin vaxt dalandan bir nəfərin çıxdığını, onun Niyaməddin olduğunu təxmin etdiyini, Niyaməddinə bənzətdiyi adamın əlində nəyinsə olduğunu bildirmişdir.

129. İbtidai istintaq zamanı isə həmin şahidlərin ifadələri bir digərindən kopyalanmaqla sözbəsöz təkrarlanaraq komputer vasitəsi ilə yazılmış və həmin ifadələrin mətni həm təhqiqatçı, həm də müstəntiq tərəfindən təhrif edilmişdir.

130. Belə ki, iş materiallarına əlavə edilmiş həmin şahidlərin ilkin izahat və ifadələrində onların Təqsirləndirilən şəxsla gedən zaman Niyaməddinin narkotik vasitə götürməyə getməsindən məlumatsız olmalarını bildirmələri yazılsa da, şəxsin axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən diskdə olan videogörüntüdən görünür ki, təhqiqatçı həmin şəxslərə bu barədə sual ünvanlayan zaman hər iki şəxs Təqsirləndirilən şəxs narkotik vasitə götürməyə getməsindən öncədən məlumatlı olmalarını bildirmişlər. Göstərilən bu hal ibtidai istintaqı aparan təhqiqatçı və müstəntiqin nəinki təqsirləndirilən şəxsin, o cümlədən, şahidlərin ifadələrini də (nəzərə alınsa ki, həmin ifadələrə istinadən həmin şəxslərin şübhəli şəxs qismində statusuna xitam verilərək onlar MSY-dən azad edilmişlər) təhrif etmələrinin göstəricisidir.

131. Odur ki, məhkəmə göstərilən halları nəzərə alaraq həmin şahidlərin məhkəmə istintaqı zamanı verilmiş ifadələrini sübut kimi qəbul edir və onların ibtidai istintaq zamanı verilmiş ifadələrinin sübutedici qüvvəsinin olmaması qənaətinə gəlir.

132. Şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə gəlincə isə iş materiallarında olan həmin şahidlərin dindirilməsinə dair protokollara nəzər yetirdikdə şahidlərin hər birinin komputer vasitəsi ilə yazılmış ifadələrinin sözbəsöz eyni olmaları, onlardan birinin belə ifadəsində digərindən hər hansı bir söz fərqinin olmaması görünməkdədir.

133. Halbuki, məhkəmə iclasında həmin şahidlər dindirilən zaman onlardan bəzilərinin əməliyyat tədbirində aktiv iştirak etmədikləri, kənardan baş verənləri izlədikləri və hadisə ilə bağlı təfərrüatları göstərə bilmədikləri, bəzilərinin ümumiyyətlə Təqsirləndirilən şəxs əlində heç nə görmədikləri (şahidlər Şahid5 və X18) müəyyən olunmuşdur ki, bu da iş materiallarına əlavə edilmiş polis əməkdaşları olan şahidlərin dindirilməsinə dair protokolların müstəntiq tərəfindən komputerdə yazılaraq ifadənin mətninin bir şahidin ifadəsindən digərinə kopyalanaraq şahidlərə imzalatdırılmasına və bununla da həmin protokolların da formal olaraq, ifadələr təhrif olunmaqla tərtib olunmasına dəlalət edir.

134. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 7/1533 saylı və eyni tarixli, 6/4570 saylı rəylərinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyləri ekspertizaya təqdim edilmiş maddələrin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddələrin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir.

135. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.

136. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulmasının müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz.

137. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 sentyabr 2024-cü il tarixli, 6252 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir.

138. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur.

139. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməlidir.

140. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.

141. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir.

142. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir.

143. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir.

144. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən 920 qram narkotik vasitə tiryəkin və 3860 qram narkotik vasitə qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin tiryək və qurudulmuş marixuananın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan narkotik vasitə tiryək və narkotik vasitə qurudulmuş marixuana araşdırma sona çatanadək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri dövlət büdcəsinə aid edilməli, iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd tünd göy rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

145. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

146. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

147. İş üzrə mülki iddia yoxdur.

148. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

149. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən 920 qram narkotik vasitə tiryəkin və 3860 qram narkotik vasitə qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin tiryək və qurudulmuş marixuananın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 918 qram narkotik vasitə tiryək və 3859,95 qram narkotik vasitə qurudulmuş marixuana araşdırma sona çatanadək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 430 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd tünd göy rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X22 və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X12 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı xüsusi qərar çıxarılsın və qərarın surəti müvafiq qanun pozuntularına yol vermiş Bakı şəhəri Nəsimi RPİ-nin aidiyyəti şəxslərinin məsuliyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar