Məhkəmə qərarları › İş №1(101)-1164/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1164/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1164/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri - ASC-nin mühasibi Nümayəndə1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında 30 avqust 1984-cü il tarixdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Neftçala rayonu, Aşağı Qaramanlı Ərazi Dairəsi, Qədimkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 19 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 dekabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək niyyəti ilə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 2, ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus maşınmexanizmləri icarəyə götürərək müəyyən edilmiş tarixlərdə icarə haqqını ödəyəcəyi barədə həmin ASC-nin rəhbərliyinə qəsdən yalan məlumat verib aldadaraq, həmçinin ASC rəhbərliyini tam inandırmaq üçün gələcəkdə əməl etməməyi planlaşdırdığı icarə müqavilələrini imzalayaraq etibarından sui-istifadə edib vahid niyyətlə 16.01.2020-ci il tarixli icarə müqaviləsinə əsasən şirkətin avtomobil parkından qalıq dəyəri 3134 manat təşkil edən 01 ədəd “Traktor Altay T-4” markalı, Az 10K008 dövlət qeydiyyat nişanlı maşınmexanizmi, qalıq dəyəri 1791 manat 47 qəpik təşkil edən 01 ədəd “Buldozer Ekskavator DZ-133 ETS-40” markalı, AZ 10M335 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 6791 manat 03 qəpik təşkil edən 01 ədəd “Buldozer T-170” markalı, AZ 10K009 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, 23.01.2020-ci il tarixli icarə müqaviləsinə əsasən qalıq dəyəri 5107 manat 91 qəpik təşkil edən 01 ədəd “Borudüzən TQ-124” markalı, AZ 10K014 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 3258 manat 72 qəpik təşkil edən 01 ədəd “Buldozer B-10 1111-1E” markalı, AZ 10M358 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 6791 manat 03 qəpik təşkil edən 01 ədəd “Buldozer T-170” markalı, AZ 10K020 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, 31.01.2020-ci il tarixli icarə müqaviləsinə əsasən qalıq dəyəri 2909 manat təşkil edən 01 ədəd “Kamaz 532-12C” markalı, AZ 10AV322 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 5501 manat 99 qəpik təşkil edən 01 ədəd “Borudüzən T-124” markalı, AZ 10K287 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 5711 manat 87 qəpik təşkil edən 01 ədəd “Borudüzən T-170” markalı, AZ 10K288 dövlət qeydiyyat nişanlı maşınmexanizmi, qalıq dəyəri 3719 manat təşkil edən 01 ədəd “Borudüzən TQ-124” markalı, AZ 10AK026 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi ələ keçirdikdən sonra vahid niyyətlə 13.02.2020-ci il tarixli akt əsasında həmin şirkətdən qalıq dəyəri 5452 manat 28 qəpik təşkil edən 01 ədəd “Ural 4320” markalı, AZ 10JJ764 dövlət qeydiyyat nişanlı maşınmexanizmi, qalıq dəyəri 4775 manat 69 qəpik təşkil edən 01 ədəd “Ural 4321” markalı, AZ 10JB473 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 4518 manat 50 qəpik təşkil edən 01 ədəd “Ural 4322” markalı, AZ 10JJ368 dövlət qeydiyyat nişanlı maşınmexanizmi, qalıq dəyəri 2394 manat 67 qəpik təşkil edən 01 ədəd “Qaz-66” markalı, AZ 10AD984 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 913 manat 67 qəpik təşkil edən 01 ədəd “Qaz-66 Avtobus” markalı, AZ 10AV399 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 1129 manat 05 qəpik təşkil edən 01 ədəd “Kamaz 53212” markalı, AZ 10AV444 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 2275 manat 08 qəpik təşkil edən 01 ədəd “Kamaz 53212” markalı, AZ 10JA388 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 960 manat təşkil edən 01 ədəd “Traktor K-701 UPS- 100” markalı, AZ 10K016 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 3009 manat təşkil edən 01 ədəd “Traktor MTZ-82” markalı, AZ 10T273 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, qalıq dəyəri 271 manat təşkil edən 01 ədəd “PV-95 qoşqu” markalı, AZ 10ZB318 dövlət qeydiyyat nişanlı qoşqu-mexanizmi və qalıq dəyəri 247 manat təşkil edən 01 ədəd “PV-95” markalı, AZ 10ZB319 dövlət qeydiyyat nişanlı qoşqu-mexanizmi ələ keçirdikdən sonra yaşadığı Neftçala rayonu Qədimkənd kəndinə aparmaqla orada yaşayış evlərindən kənarda, çöl ərazidə dəmirkəsən rezaqla doğrayaraq hissələrə ayırmış, daha sonra özünə məxsus olması barədə bilərəkdən yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə cinayətdən məlumatsız olan tanımadığı müxtəlif metal qəbulu ilə məşğul olan ayrı-ayrı şəxslərə metal kimi sataraq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ümumilikdə 70661 manat 96 qəpik maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan suiistifadə etmə və aldatma yolu ilə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Neftçala rayonu, Aşağı Qaramanlı Ərazi dairəsi, Qədimkənd kəndində ailəsi və valideyinləri ilə birlikdə həmin kənddə yaşamış, Neftçala və ətraf rayonlarda yerləşən əkin sahələrində icarə əsasında “Traktor” və digər texnikalar işlətməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, 2020-ci ilin yanvar ayında ona kənd təsərrüfatında istismar etmək üçün müxtəlif yük və digər avtomobillər, həmçinin avtomobil ehtiyyat hissələri lazım olduğu üçün Bakı şəhərinə gəlib icarəyə texnikalar verən müxtəlif firmaları gəzmiş, lakin həmin firmalarda icarə haqqı çox olduğundan icarəyə heç bir texnika götürməmişdir. Qaradağ rayonu ərazisində texnika icarəyə verən firmalarla maraqlanıb gəzrəkən təsadüfən Zərərçəkmiş şəxs ASC-nə gəlmiş və onu həmin şirkətin mühəndisi Qəmət Əşrəfov qəbul etmişdir. O, Qəmət Əşrəfova kənd təsərrüfatında istismar etmək üçün müxtəlif texnikalar icarəyə götürmək istədiyini demiş, özünün traktor mexanizatoru olduğunu bildirmişdir. Qəmət Əşrəfov əvvəlcə onu şirkətin həyətində yerləşən avtomobil parkına aparıb orada müxtəlif markalı yük avtomobillərini və yer qazan traktorları ona göstərmişdir. O, şirkətin avtomobil parkında çoxlu sayda yararsız, nasaz maşın-mexanizmlər görmüş və onları təmir adı altında şirkətdən alıb metal qiymətinə satmaq qərarına gəlmişdir. Bu səbəbdən də Şahid2 avtomobil parkında olan nasaz maşın-mexanizmləri ona vermələrini xahiş edib həmin maşınları təmir etdirə biləcəyi təqdirdə icarə müqaviləsi bağlayacağını, əgər təmirə yaramasa yenidən şirkətə geri qaytaracağını bildirmişdir. Qəmət Əşrəfov onu şirkətin inzibati binasına şirkətin direktoru Şahid1 qəbuluna aparmış, Şahid1 onu sorğu-sual etdikdən sonra ilk dəfə 16 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin rəhbərliyi ilə üç ay müddətinə aralarında icarə müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs ASC-dən texnikaları götürərkən onların hamısını şirkətin mexaniki Şahid3 və digər işçilərlə birlikdə yoxlamış, Şahid3 həmin texnikaların istismara yararlı olmadığını ona bildirmişdir. O, ilkin olaraq həmin şirkətə məxsus saz vəziyyətdə olmayan, təmirə ehtiyacı olan aylıq icarə haqqı 1500 manat olmaq şərti ilə 01 ədəd “Traktor T-4 Altay” markalı, Az 10-K-008 dövlət qeydiyyat nişanlı, aylıq icarə haqqı 2000 manat olmaq şərti ilə 01 ədəd “Buldozer Ekskavator DZ-133 ETS” markalı, AZ 10-M-335 dövlət qeydiyyat nişanlı, aylıq icarə haqqı 3000 manat olmaq şərti ilə 01 ədəd “Buldozer DZ-110 (T-170)” markalı, AZ 10-K-009 dövlət qeydiyyat nişanlı maşın-mexanizmləri müqaviləyə əsasən 3 ay müddətinə şirkətin yerləşdiyi Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 2 ünvanındakı avtomobil parkından icarəyə götürmüş və təmir etdirib həmin texnikları işlədərək vaxtı-vaxtında icarə haqqını ödəyəcəyini bildirmişdir. Həmin vaxt onun kifayət qədər pulu olduğu üçün bir neçə gün sonra şirkətə gəlib Şahid2 6 min manat icarə haqqı vermişdir. Qeyd edilən texnikaları isə istismar etmədən yaşadığı kənddə, yaşayış evlərindən çox kənarda doğrayıb metal kimi satmaq qərarına gəlmişdir. Eləcədə o, qeyd edilən firmada çoxsaylı texnikalar gördüyü üçün həmin texnikaların hamısını hissə-hisə icarəyə götürüb doğrayaraq metal qiymətinə satmağı və daha çox gəlir əldə etməyi fikirləşmiş, qeyd edilən texnikaları müqaavilə əsasında götürəcəyi təqdirdə şirkət rəhbərliyinin ondan şübhələnməyəcəyini düşünmüşdür. Bu məqsədlə o, ikinci dəfə 23 yanvar 2020-ci il tarixdə Şahid1lə icarə müqaviləsi bağlayıb rəhbərlik etdiyi şirkətin avtomobil parkından saz vəziyyətdə olmayan, təmirə ehtiyacı olan aylıq icarə haqqı 2500 manat olmaq şərti ilə 01 ədəd “Borudüzən TQ- 124A” markalı, AZ 10K-014 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer B-10 1111-1E” markalı, AZ 10-M-358 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer DZ-110 (1-170)” markalı, AZ 10-K-020 dövlət qeydiyyat nişanlı texnikaları icarəyə götürmüş və yaşadığı kəndə gətirib rezaqla doğrayıb tanımadığı şəxslərə satmışdır. Bu dəfə isə şirkətdə Şahid2 7 min manat icarə haqqı vermiş, sonuncu bu barədə rəhbərliyi məlumatlandırmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Üçüncü dəfə isə o, 31 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə əsasən 03 ay müddətinə aylıq icarə haqqı 2000 manat olmaq şərti ilə saz vəziyyətdə olmayan, təmirə ehtiyacı olan 01 ədəd “Kamaz 53212 Ş” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Borudüzən TQ-124 (T-170)” markalı, AZ 10-K-287 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Borudüzən TQ-124 (T-170)” markalı, AZ 10-K-288 dövlət qeydiyyat nişanlı və 01 ədəd “Borudüzən TQ-124 (T-170)” markalı, AZ 10-K-026 dövlət qeydiyyat nişanlı maşın-mexanizmləri şirkətin avtomobil parkından icarə adı ilə götürmüş, bütün maşın-mexanizmləri aparıb yaşadığı Qədimkənd kəndində hazırda fəaliyyət göstərməyən “Kimya birliyi” idarəsinin həyətində saxlamış və dəmirkəsən rezaqla bir-bir doğramağa başlamışdır. İlkin vaxtlarda əldə etdiyi gəlirdən 8 min manat götürüb şirkətə getmiş və icarə haqqı olaraq Şahid2 vermiş və bununla da Şahid2 və şirkət rəhbəri Şahid1 ona qarşı etibarı yaranmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, söhbət əsnasında Şahid2 ona avtomobil parkında olan maşın-mexanizmlərin çoxunun tam yararsız olduğunu, şirkətin balansından silinəcəyini, təmir etdirilməsinin mümkünsüz olduğunu bildirmiş və bu səbəbdən də o, həmin texnikalara dair icarə müqaviləsi bağlanmasının mümkünsüz olduğunu demişdir. O, Şahid2 vasitəsilə şirkətin direktoru Şahid1lə görüşmüş və işlək vəziyyətdə olmayan maşın-mexanizmlərin ona verməsinə razılıq almışdır. Bundan sonra Zərərçəkmiş şəxs ASC-nin direktoru Şahid1 Şahid2 həmin maşın-mexanizmləri akt əsasında verilməsi üçün tapşırıq vermişdir. Həmin gün, yəni 13 fevral 2020-ci il tarixdə o, şirkətin işçiləri Şahid3, Şahid2, adlarını unutduğu çilingərlərin iştirakı ilə şirkətin avtomobil parkından akt əsasında işlək vəziyyətdə olmayan 01 ədəd “Ural-4320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural-4321” markalı, **-JB- *** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural-4322” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “QAZ-66” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “QAZ-66 avtobus” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz 53212” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz-53212” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor K-701UPS-100” markalı, AZ 10-K-016 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor MTZ-82” markalı, AZ 10-T-273 dövlət qeydiyyat nişanlı maşınmexanizmləri, 01 ədəd “PV-95” markalı”, AZ **-ZB-*** dövlət qeydiyyat nişanlı və 01 ədəd “PV-93” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu-mexanizmləri evakuatorlara yükləyib Neftçala rayonuna aparmışdır. Akt əsasında götürdüyü texnikaların bir neçəsinin ümumiyyətlə təkərləri olmamış, dəmirdən olan ramaları isə artıq çürümüşdür. Belə ki, o, həm icarə müqaviləsi əsasında verilmiş, həm də akt əsasında verilmiş bütün maşınmexanizmlərin balansdan silinəcəyini düşünüb onların hamısını “156” daşıma xidmətinin göndərdiyi qaldırıcı kran vasitəsi ilə “156” evakuatorlarına yükləyib birbaşa yaşadığı kənddə, hazırda fəaliyyət göstərməyən “Kimya birliyi” idarəsinin həyətində dəmir kəsən rezaqla doğrayıb metal qiymətinə tanımadığı ayrı-ayrı şəxslər satmış və ümumilikdə 40.000 manat pul əldə etmişdir. Maşın-mexanizmləri doğrayıb metal kimi satdığı üçün metal qəbul edən şəxslər ondan heç bir sənəd istəməmişlər. Təqsirləndirilən şəxs ifadəsinin yekunuda göstərdi ki, o, texnikalara dair isə icarə haqqını yalnız Şahid2 vermiş, ona icarə haqqı verərkən yanında heç bir kəs olmamış, eləcədə Şahid3 bu barədə heç bir söz deməmişdir. Cəmi 21.000 manat icarə haqqı ödəmişdir. Onun texnikaları şirkətdən götürməkdə qabaqcadan məqsədi onları metal kimi doğrayıb satmaqdan ibarət olmuşdur. Həmin şirkətə 70661 manat 96 qəpik dəyərində maddi ziyan vurmadığını, şirkətin ona verdiyi texnikaların hamısının yarasız olduğunu və həmin texnikaları metal qəbuluna verməklə ümumilikdə 40 min manat pul əldə etmişdir. Zərərçəkmiş şəxs ASC-dən icarəyə götürdüyü texnkaları metal kimi satmasına heç bir kəs icazə verməmiş, sadəcə olaraq şirkətdə olarkən Şahid2 akt əsasında verilmiş texnikaların balansdan silinəcəyini ona dediyi üçün o, yararsız maşın-mexanizmləri metal kimi satacağı təqdirdə şirkət rəhbərliyinin bundan məlumtı olmayacağını fikirləşmişdir. Götürdüyü həmin texnikaları kənd təsərrüfatında istismar etməmişdir. “Kimya birliyi” idarəsinin həyəti onun yaşayış sahəsindən xeyli kənarda yerləşdiyindən onun həmin həyətdə metal doğramasından heç kəsin məlumatı olmamışdır. Maşın-mexanizmləri dəmir kəsən kəsici alət vasitəsi ilə (rezaqla) 3 gün ərzində doğrayıb hissələrə ayırmış, texnikaların hissələrini isə tanımadığı şəxslərə gecə vaxtı, yalnız iki ədəd “Qaz 66” ramasını isə gündüz vaxtı satmışdır. Həmin maşın-mexanizmləri doğrayarkən elektrik enerjisindən istifadə etməmiş, qabaqcadan özü ilə kislorod balonları götürmüş və qaynaq-doğrama üculu ilə doğramışdır. İşlərini bitirdikdən sonra isə kislorod balonunu ilə işləyən rezaqı isə birlikdə metal alan tanımadığı şəxsə satmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi - Zərərçəkmiş şəxs ASC-də mühasibi Nümayəndə1 ifadəsində göstərdi ki, səhimdar cəmiyyətinin rəhbərliyi ilə Neftçala rayonu, Qədimkənd kənd sakini Təqsirləndirilən şəxs arasında icarə müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxs həm bağlanmış icarə müqaviləsi, həm də akt əsasında ilkin olaraq 16 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Təqsirləndirilən şəxs ”Səyyarmextikinti” ASC-dən 01 ədəd “Traktor Altay T-4” markalı, Az 10K008 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer Ekskavator DZ-133 ETS-40” markalı, AZ 10M335 dövlət qeydiyyat nişanlı və 01 ədəd “Buldozer T-170” markalı, AZ 10K009 dövlət qeydiyyat nişanlı maşınmexanizmi ələ keçirmişdir. Bundan sonra o, ilkin olaraq şirkətə 6,000 manat icarə haqqı gətirmişdir. Ona etibar yarandığı üçün onunla ikinci dəfə icarə müqaviləsi bağlanmış və 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Təqsirləndirilən şəxs ”Səyyarmextikinti” ASC-dən 01 ədəd “Borudüzən TQ-124” markalı, AZ 10K014 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer B-10 1111-1E” markalı, AZ 10M358 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer T-170” markalı, AZ 10K020 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi ələ keçirmiş və bu dəfə səhmdar cəmiyyətə 7.000 manat icarə haqqı ödəmişdir. Təqsirləndirilən şəxsla səmdar cəmiyyət arasında sonuncu icarə müqaviləsi 31 yanvar 2020-ci il tarixdə bağlanmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-dən 01 ədəd “Kamaz 532-12C” markalı, AZ 10AV322 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Borudüzən T-124” markalı, AZ 10K287 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Borudüzən T-170” markalı, AZ 10K288 dövlət qeydiyyat nişanlı və 01 ədəd “Borudüzən TQ-124” markalı, AZ 10AK026 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi alıb ələ keçirmiş və son olaraq 8.000 manat icarə haqqı vermişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs şirkətdən 13 fevral 2021-ci il tarixli akt əsasında 01 ədəd “Ural 4320” markalı, AZ 10JJ764 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural 4321” markalı, AZ 10JB473 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural 4322” markalı, AZ 10JJ368 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Qaz-66” markalı, AZ 10AD984 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Qaz-66 Avtobus” markalı, AZ 10AV399 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz 53212” markalı, AZ 10AV444 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz 53212” markalı, AZ 10JA388 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor K-701 UPS-100” markalı, AZ 10K016 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor MTZ-82” markalı, AZ 10T273 dövlət qeydiyyat nişanlı maşın-mexanizmlər, 01 ədəd “PV-95 qoşqu” markalı, AZ 10ZB318 dövlət qeydiyyat nişanlı və 01 ədəd “PV-95” markalı, AZ 10ZB319 dövlət qeydiyyat nişanlı qoşqu-mexanizmini götürmüşdür. Lakin o, Təqsirləndirilən şəxs səhmdar cəmiyyətindən ələ keçirdiyi maşın-mexanizmləri geri qaytarmamış, həmin texnikaları metal kimi doğrayıb satmışdır. Bununla da Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ASC-nə 70661 manat 96 qəpik maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ASC-nin rəhbərliyinin tapşırığına əsasən həmin maşın-mexanimzlərin balans dəyəri ilə qalıq dəyəri ayrı-ayrılıqda müqayisə edilmiş, onların köhnə olması nəzərə alınaraq qalıq dəyəri ayrı-ayrılıqda hesablanmış və ümumilikdə qalıq dəyərinin 70661 manat 96 qəpik olması müəyyən olunmuşdur. Bağlanılmış icarə müqavilələrinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2020-ci il, 23 yanvar 2020-ci il tarixli və 31 yanvar 2020-ci il tarixli kassa mədaxil orderlərinə əsasən cəmiyyətə cəmi 21.000 manat icarə haqqı ödəmiş, ödənilən icarə pulları dərhal cəmiyyətin kassasına mədaxil edilmiş, ələ keçirdiyi maşın-mexanizmlərə görə isə cəmiyyətə 70661 manat 96 qəpik maddi zərər vurmuşdur. Təqsirləndirilən şəxs cəmiyyətə vurduğu 70661 manat 96 qəpik maddi zərərdən ödəniş etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs ASC-nin idarə heyətinin sədri Şahid1 ifadəsində göstərdi ki, rəhbərlik etdiyi ASC-nin fəaliyyəti qaz və su xətlərinin çəkilməsi, eləcədə ASC-nin balansında olan maşınmexanizmlərin vətəndaşlara, idarə və təşkilatlara icarə verilməsindən ibarətdir. 16 yanvar 2020-ci il tarixdə şirkətin mühəndisi Şahid2 bir nəfər şəxsi onun qəbuluna salıb Təqsirləndirilən şəxs kimi təqdim etmiş, sonuncunun müxtəlif texnikaları icarəyə götürüb kənd təsərrüfatında istismarı ilə məşğul olduğunu ona demişdir. Onunla bir qədər sorğusual apardıqdan sonra həqiqətən də onun qeyd olunan işlərlə məşğul olması ona məlum olmuşdur. Bu səbəbdən də ona icarəyə texnika vermək qərarına gəlmişdir. Onunla Təqsirləndirilən şəxs arasında 16 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-dən texnikalar götürülməsi üçün üç ay müddətinə icarə müqaviləsi bağlanmış, həmin icarə müqaviləsinə əsasən Təqsirləndirilən şəxs həmin gün şirkətin mexanniki Şahid3 və şirkətin mühəndisi Şahid2 iştirakı ilə ona saz vəziyyətdə olmayan, təmirə ehtiyacı olan aylıq icarə haqqı 1500 manat olmaq şərti ilə 01 ədəd “Traktor T-4 Altay” markalı, Az 10-K-008 dövlət qeydiyyat nişanlı, aylıq icarə haqqı 2000 manat olmaq şərti ilə 01 ədəd “Buldozer Ekskavator DZ-133 ETS” markalı, AZ 10-M-335 dövlət qeydiyyat nişanlı, aylıq icarə haqqı 3000 manat olmaq şərti ilə 01 ədəd “Buldozer DZ-110 (T-170)” markalı, AZ 10-K-009 dövlət qeydiyyat nişanlı maşın-mexanizmləri 3 ay müddətinə şirkətin yerləşdiyi Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 2 ünvanındakı avtomobil parkından icarəyə götürmüşdür. Bir neçə gün keçdikdən sonra Şahid2 ona zəng edib Təqsirləndirilən şəxs 6.000 manat icarə haqqı gətirib verdiyini demişdir. Daha sonra Şahid2 onun tapşırığına əsasən 6.000 manatı şirkətin kassasına verib ödəniş çeki yazdırmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, 23 yanvar 2020-ci il tarixdə onunla Təqsirləndirilən şəxs arasında ikinci dəfə icarə müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs həmin gün Şahid3 və Şahid2 iştirakı ilə icarə müqaviləsində qeyd edilən saz vəziyyətdə olmayan, təmirə ehtiyacı olan aylıq icarə haqqı 2500 manat olmaq şərti ilə 01 ədəd “Borudüzən TQ-124A” markalı, AZ 10K-014 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer B-10 1111-1E” markalı, AZ 10-M-358 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer DZ-110 (1-170)” markalı, AZ 10-K-020 dövlət qeydiyyat nişanlı texnikaları şirkətin avtomobil parkından icarəyə götürmüşdür. Bir neçə gün sonra Təqsirləndirilən şəxs şirkətə 7.000 min manat icarə haqqı gətirib Şahid2 vermiş, həmin pul şirkətin kassasına ödənilmiş və ödəniş çeki yazılmışdır. Sonuncu dəfə isə 31 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla şirkət arasında bağlanmış icarə müqaviləsinə əsasən Şahid3 və Şahid2 iştirakı ilə o, 03 ay müddətinə aylıq icarə haqqı 2000 manat olmaq şərti ilə saz vəziyyətdə olmayan, təmirə ehtiyacı olan 01 ədəd “Kamaz 53212 Ş” markalı, **-AV- *** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Borudüzən TQ-124 (T-170)” markalı, AZ 10-K-287 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Borudüzən TQ-124 (T-170)” markalı, AZ 10-K-288 dövlət qeydiyyat nişanlı və 01 ədəd “Borudüzən TQ-124 (T-170)” markalı, AZ 10-K-026 dövlət qeydiyyat nişanlı maşın-mexanizmləri şirkətin avtomobil parkından icarəyə götürmüş, buna görə bir neçə gün sonra 8.000 manat icarə haqqı gətirib Şahid2 vermiş, sonuncu həmin pulu cəmiyyətin kassasına, mühasibi Mətanət xanıma vermiş və ödəniş çeki yazılmışdır. Bununla da Təqsirləndirilən şəxs şirkətə cəmi 21 min manat icarə haqqı ödəmişdir. Bu proses isə 2020-ci ilin yanvar-fevral ayı ərzində baş vermiş, bununla da Təqsirləndirilən şəxs onun inamı yaranmış, sonuncunun götürdüyü texnikaların da qayğısına qalaraq onları saz vəziyyətdə saxlayacağına inanmışdır. Bundan başqa, Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin təxminən fevral ayının ortalarında Təqsirləndirilən şəxs yenidən şirkətə gəlib Şahid3, Şahid2 və onun iştirakı ilə avtomobil parkında olan yararsız avtomobillərə nəzər salmış, həmin avtomobilləri istəyib, onları aparıb təmir etdirə biləcəyi təqdirdə icarə müqaviləsi bağlayacağını bildirmiş, təmir etdirə bilməyəcəyi təqdirdə şirkətə geri qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs inamı yarandığı üçün ona həmin işlək vəziyyətdə olmayan avtomobilləri vermək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ona Cəlilabad rayonunda böyük bir bazası olduğunu, həmin texnikaları orada təmir etdirməyin, yararlı vəziyyətə gətirməyin mümkün olduğunu ona danışmışdır. Bundan sonra onun tapşırığı ilə şirkətin mexaniki Şahid3 və Şahid2 tərəfindən akt tərtib edilməklə 13 fevral 2020-ci il tarixdə şirkətin işçiləri Şahid3, Elşən Həmidov, Zahid Atakişiyev və Mehman Əliyevin iştirakları ilə Qənməd Əşrəfov şirkətin avtomobil parkından işlək vəziyyətdə olmayan 01 ədəd “Ural-4320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural-4321” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural-4322” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “QAZ-66” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “QAZ-66-Avtobus” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz 53212” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz-53212” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor K- 701UPS-100” markalı, AZ 10-K-016 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor MTZ-82” markalı, AZ 10-T-273 dövlət qeydiyyat nişanlı maşın-mexanizmlərini, 01 ədəd “PV-95” markalı”, AZ **-ZB-*** dövlət qeydiyyat nişanlı və 01 ədəd “PV-93” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu-mexanizmləri Təqsirləndirilən şəxs verilmişdir. Akt əsasında olan maşın-mexanizmləri Təqsirləndirilən şəxs verdikdən bir müddət sonra icarə müqaviləsi əsasında verdikləri 10 ədəd maşın-mexanizmlərin vəziyyətinə baxış keçirmək üçün Şahid2 tapşırıq vermiş, lakin onlar Təqsirləndirilən şəxs tapa bilməmiş, ona verdikləri texnikaların harada və hansı vəziyyətdə olduğunu müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs texnikalara dair icarə haqqı ödəməsini tamamilə dayandırdığından o, Raməddin Həşomovun ona qarşı dələduzluq etdiyini düşünüb bu barədə polisə müraciət etmişdir. Şahid1 ifadəsinin davamında, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs icarə müqaviləsi əsasında verilmiş maşın-mexanizmlərin uzun müddət istismar edildiyi nəzərə alınmaqla qalıq dəyərini hesablaniış və şirkətə Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 70661 manat 96 qəpik maddi ziyan dəydiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəmiyyətə icarə haqqı olaraq cəmi 21 min manat icarə haqqı ödəsə də, vurduğu 70661 manat 96 qəpik maddi ziyandan heç nə ödəməmişdir. ASC vurulmuş maddi zərəri tələb etmək barədə qərar qəbul etmiş və bu barədə mülki iddia hazırlanmaqdadır. Şahid1 ifadəsində daha sonra göstərdi ki, onun müraciətinə əsasən Təqsirləndirilən şəxs verdikləri 01 ədəd “Ural-4320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural-4321” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural-4322” markalı, **-JJ- *** dövlət qeydiyyat nişanlı, 01 ədəd “QAZ-66” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “QAZ-66” avtobus markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz 53212” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz-53212” markalı, **-JA- *** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor K-701UPS-100” markalı, AZ 10-K-016 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor MTZ-82” markalı, AZ 10-T-273 dövlət qeydiyyat nişanlı maşın-mexanizmləri, 01 ədəd “PV-95” markalı”, AZ **-ZB-*** dövlət qeydiyyat nişanlı və 01 ədəd “PV-93” markalı, **-ZB-*** markalı qoşqu-mexanizmləri 12 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin balansından Baş DYPİ-si tərəfindən çıxarılmışdır. Belə ki, həmin maşın-mexanizmlərin artıq istismar müddəti başa çatmış və istisamara tam yarasız olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Zərərçəkmiş şəxs ASCdə mühəndisi Şahid2 və cəmiyyətin mexannik Şahid3 məhkəmədə dindirilən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 və Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncuların göstərdikləri xüsusatları bir daha təsdiq etdilər. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ASC-nin direktoru Şahid1, həmin şirkətin mühəndisi Şahid2, həmçinin şirkətin mexaniki Şahid3 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokollarından görünür ki, şahidlər Şahid1, Şahid2 və Şahid3 sərbəst ifadələrində göstərdikləri xüsusatları təqsirləndirimlən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: cild İİ, 51-55, 62-66, 74-76). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən Təqsirləndirilən şəxsla ”Səyyarmextikinti” ASC-nin direktoru Şahid1 arasında bağlanmış icarə müqavilələrindən görünür ki, 16 yanvar 2020-ci il tarixli icarə müqaviləsi əsasında 01 ədəd “Traktor Altay T-4” markalı, Az 10K008 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer Ekskavator DZ-133 ETS-40” markalı, AZ 10M335 dövlət qeydiyyat nişanlı və 01 ədəd “Buldozer T-170” markalı, AZ 10K009 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsi əsasında 01 ədəd “Borudüzən TQ-124” markalı, AZ 10K014 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer B-10 1111-1E” markalı, AZ 10M358 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Buldozer T-170” markalı, AZ 10K020 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi, 31 yanvar 2020-ci il tarixli icarə müqaviləsi əsasında 01 ədəd “Kamaz 532-12C” markalı, AZ 10AV322 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Borudüzən T-124” markalı, AZ 10K287 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Borudüzən T- 170” markalı, AZ 10K288 dövlət qeydiyyat nişanlı və 01 ədəd “Borudüzən TQ-124” markalı, AZ 10AK026 dövlət qeydiyyat nişanlı maşın-mexanizmi Təqsirləndirilən şəxs icarəyə verilmişdir(iş vərəqə: cild İ, 11-16, 17-22, 23-30). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs ASC tərəfindən tərtib olunan 13 fevral 2021-ci il tarixli aktdan görünür ki, ASC-nin sədr müavini Şahid2 tərəfindən Təqsirləndirilən şəxs 01 ədəd “Ural 4320” markalı, AZ 10JJ764 dövlət qeydiyyat, 01 ədəd “Ural 4321” markalı, AZ 10JB473 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Ural 4322” markalı, AZ 10JJ368 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Qaz- 66” markalı, AZ 10AD984 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Qaz-66 Avtobus” markalı, AZ 10AV399 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz 53212” markalı, AZ 10AV444 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kamaz 53212” markalı, AZ 10JA388 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor K-701 UPS-100” markalı, AZ 10K016 dövlət qeydiyyat nişanlı, 01 ədəd “Traktor MTZ-82” markalı, AZ 10T273 dövlət qeydiyyat nişanlı maşın-mexanizmlər, 01 ədəd “PV-95 qoşqu” markalı, AZ 10ZB318 dövlət qeydiyyat nişanlı və 01 ədəd “PV-95” markalı, AZ 10ZB319 dövlət qeydiyyat nişanlı qoşqu-mexanizmi verilmişdir(iş vərəqə: cild İ, 77-80). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs ASC üzrə kassa mədaxil orderlərindən görünür ki, 29 yanvar 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən 6000 manat, 17 fevral 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən 7000 manat və 28 fevral 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən 8000 manat icarə haqqı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ASC-nin xəzinəsinə mədaxil edilmişdir (iş vərəqə: cild İİ, 87). Ən nəhayət, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, sərbəst ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Zərərçəkmiş şəxs ASC-nin yerləşdiyi Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 2 ünvanındakı avtomobil parkının yerini göstərməklə cəmiyyətə məxsus maşın-mexanizmləri həmin ünvandan ələ keçirdiyini bildirmişdir(iş vərəqə: cild İ, 243-246). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri onun özünü müdafiə məqsədi ilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma, yəni dələduzluq yolu ilə ələ keçirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 69.3 və 70-ci maddələri tətbiq edilməklə CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəmə hökmü çıxarılanadək həbsdə olduğu müddət ona təyin olunan cəzadan çıxılmış, üzərində qəti olaraq iki il bir ay beş gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və təyin olunan cəza iki il sınaq müddəti ilə şərti hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 94-95, 102-110). Hazırkı işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Neftçala rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3 və 83.3.1-ci maddələrinin tələbinə görə şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda, ödənilmiş hesab olunur. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməsi Neftçala rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş sınaq müddətinə - 16 yanvar 2020-ci il tarixə təsadüf etmişdir. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Neftçala Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunduğu əməl qəsdən törədilən və hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin hökmlə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən cəza şərti olaraq tətbiq edilmiş və 02 il sınaq müddəti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə, cinayətlərin residivi sayılır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2007, 2008 və 2010-cu il təvəllüdlü 3 (üç) nəfər azyaşlı uşaqları vardır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 (üç) nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən, əməlinin cinayətlərin residivini yaratması isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, sosial ədalətin bərpası, onların islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.3.2-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə törətmiş olduğu cinayət əməlini Neftçala rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il sınaq müddətində törətməsi nəzərə alınmalı, ona Neftçala rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş sınaq müddəti ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəza təyin edilməli və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yeni hökmlə ona təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs Neftçala rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, onun əməlinin cinayətlərin residivini yaratmasına baxmayaraq onun həmin hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasını, həmin cəzanın şərti tətbiq edilməsi ilə əlaqədar çəkməməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə əməli cinayətlərin residivini yaratmış məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi təqdirdə, təyin olunan azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Lakin göründüyü kimi, Təqsirləndirilən şəxs Neftçala rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü üzrə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun 19 dekabr 2020-cı il tarixdən şübhəli şəxs qismində tutulduğu və 21 dekabr 2020-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 19 dekabr 2020-cı il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinin tələbləri baxımından baxılan cinayət işi üzrə mülki iddiaya dair məsələni müzairə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə1 cəmiyyətə maddi zərər vurulması ilə bağlı Zərərçəkmiş şəxs ASC-ni mülki iddiaçı qismində tanımaq barədə ərizəsinə əsasən zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC ibtidai istintaq orqanının 25 noyabr 2020-ci il tarixli qərarına əsasən mülki iddiaçı qismində tanınsa da, ASC tərəfindən qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir. Lakin cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin 30 iyul 2021-ci il tarixli iclasında zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən mülki iddia qaldırılmadığı halda, nümayəndə ASC adından mülki iddiaya əlavə təqdim edərək iddia məbləğinin dəqiqləşdirilməsi məsələsinə baxılmasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC ilə aralarında bağlanmış icarə müqavilələri üzrə ödənilmiş 21.000 manat icarə haqqı istisna olmaqla, itirilmiş mənfəət kimi 219.096 manat, cinayət nəticəsində cəmiyyətə vurulmuş mənəvi zərərə görə 50.000 manat, cinayət təqibi ilə əlaqədar hüquqi (2500 manat), notariat (28 manat), poçt (1 manat 90 qəpik) xidmətlərinə xərclənən və 30 manat dövlət rüsumu, cəmi 2.559 manat 90 qəpik, ümumilikdə maddi və mənəvi zərərə, xidmətlərə və dövlət rüsumuna görə hesablanılan 342.317 manat 86 qəpik pul məbləğinin Təqsirləndirilən şəxs tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinin tələblərinə görə isə cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən qanunla müəyyən olunan qaydada mülki iddia verilmədiyindən, məhkəmə baxışı zamanı təqdim olunan mülki iddiaya əlavə qanunla müəyyən olunan qaydada verilmiş mülki iddia kimi qəbul edilə və baxıla bilməz. Odur ki, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən məhkəməyə təqdim olunan mülki iddiaya əlavə baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs ASC-nin mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması onun nümayəndələrinə izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 1 (bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Neftçala Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü üzrə təyin olunan 2 (iki) il sınaq müddəti ilə şərti məhkumetmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökumlə təyin olunan 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Neftçala Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 1 (bir) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən Zərərçəkmiş şəxs ASC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış icarə müqavilələri üzrə itirilmiş mənfəət kimi 219.096 manat, cinayət nəticəsində cəmiyyətə vurulmuş mənəvi zərərə görə 50.000 manat, cinayət təqibi ilə əlaqədar hüquqi (2500 manat), notariat (28 manat), poçt (1 manat 90 qəpik) xidmətlərinə xərclənən və 30 manat dövlət rüsumu, cəmi 2.559 manat 90 qəpik, ümumilikdə maddi və mənəvi zərərə, xidmətlərə və dövlət rüsumuna görə hesablanılan 342.317 manat 86 qəpik pul məbləğinin Təqsirləndirilən şəxs tutulmasını barədə təqdim olunan mülki iddiaya əlavə baxılmamış saxlanılsın. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs ASC-nin mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması onun nümayəndələrinə izah olunsun. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar