Məhkəmə qərarları › İş №1(101)-1164/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1164/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1164/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 iyun 2024-cü il tarixdə, saat 14:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 8 avqust 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində naməlum şəraitdə şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,286 qram çəkidə narkotik vasitə olan heroini 70 manat pul müqabilində 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 23:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin (bundan sonra mətndə - Binəqədi RPİ-nin 6-cı PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “20 Yanvar” parkının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilərək üzərində 9 avqust 2023-cü il tarixdə, saat 01:00-da keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,904 qram, 0,345 qram, 0,431 qram və 0,606 qram olmaqla, ümumi təmiz çəkisi 2,286 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 8 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Biləcəri qəsəbəsində yerləşən “20 yanvar” adlı parkın yaxınlığında narkotik vasitə satan tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün təxminən 0,5 qram narkotik vasitə heroin alıb oradan uzaqlaşarkən 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və saxlanılarkən sonuncular ona tutulmasının səbəbi barədə heç nə bildirməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ağ rəngli “Khazar” markalı avtomobilə əyləşdirilməklə Binəqədi RPİ-nin 6-cı PB-yə aparılmış, orada polis əməkdaşları tərəfindən üzərində külli miqdarda narkotik vasitənin olmasını etiraf etməsi üçün fiziki təzyiqlərə məruz qalmış, nəticədə xəsarət almış, bu səbəbdən videoçəkiliş zamanı aşkar olunmuş çəkidə narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. O, fiziki təzyiqlərə məruz qalması, habelə bədənində xəsarətlərin olması ilə bağlı barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə məlumat verməsə də, sonradan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət etmişdir. O, şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə hər hansı ərizə yazmamış, həmin istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan aparılmış, habelə sonuncunu yalnız şəxsi axtarış aparıldıqdan sonra saxlanıldığı gün gecə vaxtı görmüşdür. İbtidai istintaq zamanı müstəntiq ona sonuncunun dediklərini edəcəyi təqdirdə həbsdən azad olunmasına köməklik göstərəcəyini bildirmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, əvvəllər məhkum olunmamış, atası tutulduqdan sonra təxminən 17 yaşından etibarən, üç ildir narkotik vasitə heroindən istifadə etmiş, lakin atasının və digər ailə üzvlərinin onun narkotik vasitələrin istifadəsi ilə məşğul olmasından xəbəri olmamışdır. O, tanımadığı narkotik vasitə satan şəxslə yarım qram narkotik vasitə heroin almaq üçün razılığa gəlmiş, buna görə də saxlanılarkən üzərində yalnız yarım qram narkotik vasitə heroin olmuşdur. Ona fiziki təzyiq etmiş polis əməkdaşlarından birinin adı Vüqar olmuşdur. Onu saxlayan polis əməkdaşlarına üzərinə əlavə narkotik vasitə qoyulmasını atası ilə aralarında ədavət olduğuna görə əvvəlcədən tanıdığı rəis müavini Vaqif adlı şəxs göstəriş vermişdir. Polis əməkdaşları ona qarşı fiziki zorakılıq edərkən rəis müavini Vaqif orada olmamış, sonuncu ona kömək edəcəyini bildirmişdir. Belə ki, Vaqif adlı rəis müavini ilə atası Şahid4 arasında borc-pul münasibətləri ilə əlaqədar ədavətləri olduğundan, Vaqif atasından qisas almaq məqsədilə onun saxlanılmasını təşkil etmişdir. Hazırda atası Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, atası Şahid4 tutulduqdan sonra polislər tez-tez onların evinə gəlib-getmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin rəis müavini Şahid5la atası arasında 30 min dollar pulla bağlı mübahisə olmuş, o, məhz həmin mübahisəyə görə tutulmuşdur. Belə ki, o, parkda oturarkən 3 nəfər şəxs onu tutmuş, həmin zaman üzərində 0,5 qram heroin və müəyyən məbləğdə pul olmuşdur. Saxlanılarkən Şahid1 ona narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirdikdə, o, sonuncuya etiraz etmiş, bundan sonra Şahid1 ona sillə, habelə başına yumruq vurmaqla şalvarını aşağı çəkməsini tələb etmiş, məcbur olub şalvarını aşağı endirdikdən sonra digər polis əməkdaşı onun həmin formada şəklini çəkməklə “dubinka” ilə dizlərinə vurmuş, daha sonra isə o, rəis müavininin otağına aparılmışdır. Şahid2 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs gənc olmasını, atasının da həbsdə olmasını, əziyyət çəkdiyi narkomaniya xəstəliyindən könüllü müalicə olunduğunu, hazırda da tam sağalmaq istədiyini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını bildirərək məhkəmədən həmin halları nəzərə alaraq ona özünü təqsirli bildiyi əmələ münasibətdə aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, təxminən 3 ildir narkotik vasitə heroindən istifadə edir. 8 avqust 2023-cü il tarixdə, axşam saatlarında Xocasən qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 4 ədəd bükümdə 70 manata narkotik vasitə heroin alaraq üzərində saxlamışdır. 8 aprel 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində yaşadığı Biləcəri qəsəbəsi, “20 Yanvar” parkı adlanan yerdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 6-cı PB-nin inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 6-cı PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, ərizə verərək müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilməklə şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd ağ rəngli kağız bükümdə içində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 4 ədəd ağ rəngli kağız bükümü açdıqda hər birinin içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə, bildirmişdir ki, aşkar olunan maddələr narkotik vasitə heroindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 8 avqust 2023-cü il tarixdə axşam saatlarında Xocasən qəsəbəsində tanımadığı şəxsdən 70 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 4 ədəd ağ rəngli kağız büküm içərisindəki heroin ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları yazılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edildikdən sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o, hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalanmışdır. Təxminən bir il əvvəl istifadə etdiyi mobil telefonu tanımadığı şəxsə sataraq əldə etdiyi pula heroin alıb istifadə etmişdir. ***-***-**-** mobil telefon nömrəsini isə xatırlamadığı yerə qoymuşdur. Son bir ildir telefondan istifadə etmir(Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 48-50; 59-61;).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 8 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri özü olmuşdur. Daha sonra 8 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “20 Yanvar” parkının yanında, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Zeynal razılaşaraq onlarla birlikdə 6-cı PB-yə gəlmişdir. 6-cı PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. 4 ədəd ağ rəngli kağız açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini həmin gün axşam saatlarında Xocasən qəsəbəsində tanımadığı şəxsdən 70 manata aldığını, həmçinin şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş 4 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzəyən maddə boş zərfə qoyularaq zərflər üçün möhürü ilə möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamış, narkotik vasitə heroini şəxsi istifadəsi üçün aldığı müəyyən edilmişdir.

9. Verilən suallara cavab olaraq şahid V.V.Cəfərov ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış, saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. O, Təqsirləndirilən şəxs atası Şahid4 ümumiyyətlə tanımamış, sonuncunun saxlanılmasında və ya onunla bağlı hər hansı cinayət xarakterli məlumatın araşdırılmasında iştirak etməmiş, onun tutulması, eləcə də kiminləsə borc məsələsinin olması ilə bağlı hər hansı məlumatı olmamış, habelə 1 aprel 2022-ci il tarixdə onun atası ilə görüşmək üçün Şirvan şəhərinə getməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, şəxsi axtarış zamanı müdafiəçinin iştirak edib-etməməsini, o cümlədən şəxsin üzərindən mobil telefonun aşkar edilib-edilməməsini xatırlamır. O, 050 718 05 71 mobil telefon nömrəsindən istifadə edir. Belə ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-yə aparıldıqdan sonra şəxsi axtarış istintaq hərəkətinin aparılması məqsədilə təhqiqatçının otağına aparılmış, barəsində sənədləşmə işləri bitdikdən sonra təqsirləndirilən şəxs rəis müavini ilə görüşmək istədiyi üçün sonuncunun otağına daxil olaraq orada təxminən 5 dəqiqə qalmış, bu zaman Təqsirləndirilən şəxs atası barədə hər hansı bir söz deməmişdir. Təqsirləndirilən şəxs barəsində sənədləşdirmə işləri aparılmamışdan əvvəl rəis müavinin otağına aparılmamış, həmin gecə başqa hadisə ilə bağlı Şahid5 da PB-də olmuşdur. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə olsa da, həmin məlumat sonradan öz təsdiqini tapmamışdır.

10. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.

11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. O, Binəqədi RPİ-nin 6-cı PŞ-nin rəis müavini Şahid5 keçmiş əri Şahid4lə olan yaxın yoldaşlıq münasibətləri ilə əlaqədar tanımış, Şahid5 mütəmadi olaraq ərindən hədiyyəlik kostyumlar almışdır. Belə ki, o, ərindən ayrıldıqdan sonra Şahid5 “AP” seriyalı qara maşınla onun evinə gəlib Eldənizin harada olmasını soruşduqda, sonuncunun Türkiyədə olduğunu bildirmiş, bundan sonra növbəti dəfə yenidən gəldikdə isə ona hədə-qorxu gələrək Eldənizin Şirvanda tutulduğunu, habelə sonuncunun ona pul borclu olduğunu bildirmişdir. O, Şahid5 Eldənizlə aralarından olan pul məsələsindən xəbərinin olmadığını bildirdikdə Vaqif ona “nə edirsinizsə edin və pulu mənə çatdırın” demişdir. Oğlu Zeynal narkotik vasitələrdən istifadə etmiş, atası tutulduqdan sonra isə daha çox istifadə etməyə başladığından sonuncunu xəstəxanaya yerləşdirmiş, orada 3 ay müalicə almışdır. Vaqif onu maşınla PŞ-ə aparmış, orada keçmiş əri haqqında nalayiq ifadələr işlədərək sonuncunun ondan aldığı 20,000 manat pulu qaytarmadığını, bu səbəbdən ondan (Səbinədən) evini satıb Eldənizin borcunu qaytarmağını tələb etmiş, eyni zamanda oğlu Zeynalı tutdurmağın “onun əlində heç nə olduğunu” bildirmişdir. O, Zeynal tutulduqdan sonra telefonunu götürmək üçün PB-yə getmiş, Vaqif telefonun Zeynalda olduğunu, 2 gün sonra gedib götürə biləcəyini bildirmiş, lakin o, telefonu götürməyə getməmiş, sonradan telefonun müstəntiqə verildiyi bildirilmişdir. O, Şahid4lə faktiki nikah münasibətlərində olsa da, nikahlarını rəsmi qeydə aldırmamış, sonuncu ilə 1999-cu ildən birgə yaşamış, birgə yaşadıqları dövrdə 3 uşaqları – iki qızı və bir oğlu olmuş, təxminən 2021-ci ildə Eldənizlə ayrılmış, həmin tarixədək Biləcəri qəsəbəsində birlikdə yaşamış, hazırda isə Masazırda yaşayır. Oğlu Zeynal tutulanadək onunla birlikdə yaşamış, sonuncu hər hansı yerdə işləməmiş, onun narkotik vasitə isitfadəsi ilə məşğul olmasını isə sonradan öyrənmiş, öyrəndikdən sonra onu xəstəxanaya aparmış, Eldənizin isə narkotik vasitələrdən istifadə etməsini görməmişdir. O, polislər tərəfindən Şahid5 göstərişinə əsasən onların PB-yə aparılaraq hədə-qorxuya məruz qalması barədə hər hansı orqana şikayət etməmiş, lakin oğlu tutulduqdan sonra müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər etmişdir. Eldənizlə rəis müavini Vaqif arasında əvvəllər pul məsələsi olmasını bilməmiş, həmin məsələ barədə 2022-ci iln aprel ayından etibarən Vaqifin onları narahat etməsindən sonra məlumatı olmuşdur.

12. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs doğma nənəsidir. O, 6-cı PB-nin rəis müavini Şahid5 oğlu Eldənizlə aralarında olan dostluq münasibətləri ilə əlaqədar tanımış, sonuncu bir neçə dəfə onların evində olmuş, habelə X14 rayonundan olduğunu da söyləmişdir. Əri rəhmətə getdikdən sonra səhhəti pis olmuş, həmin vaxt Eldənizin tutulub Şirvana aparıldığını eşitmiş, bir neçə gün sonra Vaqif bir neçə nəfər şəxslə evin həyətinə gəlmiş, həmin vaxt həyətdə təcili tibbi yardım avtomobilini görüb gözləmiş, avtomobil getdikdən sonra içəri girmiş, bu zaman o, həyətdən səslər eşitdiyindən çölə çıxmış, 2 nəfər şəxsin dayanıb evə baxdığını görmüş, həmin şəxslər ondan Eldənizin anası olubolmadığını soruşmuş, bundan sonra içəri keçmək üçün icazə istəyib evə daxil olmaqla divanda oturmuşdur. Həmin şəxslər Eldənizin harada olduğunu soruşduqda sonuncunun Şirvana aparıldığını eşitdiyini söyləmişdir. Həmin şəxslər Eldənizə verdikləri 20,000 manat pulu ondan tələb etdikdə o, pulunun olmadığını bildirmiş, sonuncular da ona 2-3 gün vaxt verdiklərini, oğluna zəng edib pulun yerini öyrənməyini tələb etmişlər. Bir neçə gün sonra Eldəniz zəng etdikdə həmin məsəni ona danışmış, sonuncu Vaqif gəldikdə ona özü (Eldəniz) qayıtdıqda pulu geri qaytaracağını bildirməyini söyləmişdir. Vaqif yenidən evlərinə gəldikdə Eldənizi nəyə görə Şirvanda tutduqlarını ondan soruşduqda Vaqif bilmədiyini deyərək ondan (Zenfira Rzayevadan) evini satıb oğlunun borcunu qaytarmağını tələb etmişdir. O, Vaqifə etiraz edərək evini qızına vəsiyyət etdiyini bildirdikdə sonuncu Eldənizin pulunu hazırlamayacağı təqdirdə ailəsini dağıdacağını bildirmiş, o həmin ifadənin nə demək olduğunu soruşduqda “sözümü dedim sən baxarsan” demişdir. Eldənizlə Vaqif arasında borcun necə yaranması barədə məlumatı yoxdur. O, Zeynalın tutulmasını sonradan öyrənmişdir. Eldənizin başqa ailəsi olmamış, sonuncu avtomobil alqı-satqısı, habelə şəxsləri işə düzəltməklə məşğul olmuşdur. O, Vaqifin hərəkətlərindən hər hansı orqana, o cümlədən prokurorluq orqanlarına şikayət etməmişdir.

13. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Şahid3 ilə aralarında rəsmi nikah olmamışdır. O, 2021-ci ilin payız aylarında Binəqədi rayonu 6-cı PB-nin rəis müavini ilə tanış olmuş, həmin vaxt o, anası ilə birlikdə Zabrat qəsəbəsində, Zeynal isə anası Səbinə və bacısı ilə birgə Binəqədi rayonunda yerləşən ayrı evdə yaşamışdır. Həmin dövrdə Zeynalın “Rottweiler” cinsinə mənsub iti olmuş, qonşular həmin itlə bağlı polisə şikayətlər etmiş, Səbinə də ona zəng edib qonşuların itlə bağlı şikayət etdiyini, bu səbəbdən onu polis bölməsinə çağırdıqlarını bildirmişdir. O, 6-cı PB-yə gedib çağrıldığını bildirdikdə növbətçi hissədən təhqiqatçının orada olmadığı bildirilmiş, orada olan balacaboy, sonradan rəis müavini Şahid5 olduğunu bildiyi şəxs onu otağına dəvət etmiş, orada ona məsələnin nə olduğunu izah etdikdə gülərək üzərindəki “Albatros” geyim mağazasından olan gödəkçənin qəşəng göründüyünü və ona da təşkil etməyini xahiş etmiş, söhbət əsnasında onun da İsmayıllı rayonundan olduğunu öyrənmişdir. Təhqiqatçını çağırıb yaxını olduğunu, hər hansı məsələnin olmadığını ona tapşırmaqla məsələni yoluna qoymalarını bildirmişdir. Bundan sonra o, Şahid5 hörmət edib çıxmış, habelə bir-birilərinə telefon nömrələrini verməklə oradan çıxıb getmişdir. Bir müddət sonra Vaqif ona zəng edib “Albatros” mağazasına tapşırıq verməsini, oradan gedib gödəkçəni götürəcəyini bildirmiş, o da həmin mağazaya zəng edib həmin gödəkçə ilə maraqlandıqda ona gödəkçədən qalmadığını bildirmişlər. Bundan sonra Vaqif onun adından 900 manatlıq alış-veriş etmiş, həmin alış-verişin pulunu da özü (Şahid4) ödəmiş, beləcə onlar arasında yoldaşlıq münasibətləri yaranmış, hər gün Vaqiflə telefon vasitəsilə əlaqə saxlayaraq danışmış, bundan sonra ona içki təşkil etməsini söyləmiş, o da müxtəlif məbləğlərdə həm rəisə, həm Vaqifə içkilər göndərmiş, bunun müqabilində sonuncu uşaqlara göz-qulaq olduğunu bildirmişdir. O, əvvəllər ərəb-rus dilləri üzrə tərcüməçi olmuş, daha sonra avtomobil icarəsi ilə məşğul olmuş, bir ədəd “Range Rover” və bir ədəd “Mercedes G class” markalı maşınları olmuşdur. Vaqif Zeynalın kirvəsinin hazırda Sumqayıt ŞPİ-nin rəisi olan X6 olduğunu öyrəndikdən sonra Sumqayıtda 1, 3 və 5-ci PB-nin rəislərinin vəzifədən getdiyini, onun da rəis olan vaxtı olduğunu, Fəqanla münasibəti yaxşı olduğu üçün sonuncu ilə danışıb onu qəbul etməsini və rəis getməsi üçün köməklik etməsini xahiş etmiş, habelə Binəqədi RPİ-nin rəisinin onunla yola getmədiyini, barəsində tez-tez araşdırma apardığını bildirmişdir. Sonralar Fəqan ona Vaqifin özü üçün Binəqədidə qrup təşkil etdiyini, özünə adamlar tutub narkotik satışı ilə məşğul olduğunu bildirmişdir. O, Vaqifin xahişi ilə Sumqayıta gedib Fəqanla görüşmüş, sonuncu Vaqifin görüşünü qəbul etmiş, habelə Sumqayıt şəhər Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Eldəniz adlı şəxs Vaqifi qəbul edib görüşmüş, bu zaman Fəqanla Vaqifin görüşü yaxşı keçmiş, görüşdən sonra ona zəng edib görüşün yaxşı keçdiyini bildirmişdir. Belə ki, Vaqif rəis getmək üçün 150 min manat pul verməli olmuş, həmin iş üzrə vasitəçi qismində özü iştirak etdiyindən Vaqif pulu ona verməli olmuş, o isə pulu kimə verəcəyini bilməmişdir. Vaqif PB-də ona 20 min manat pul verdikdən sonra Vaqif barəsində araşdırma aparılmış, Fəqan Vaqifi işə götürə bilməyəcəyini bildirmişdir. O, Vaqifin verdiyi 20 min manatı xərcləmiş, qış ayından etibarən Vaqif pulu ondan tələb eləməyə başladıqda o, pulu hələ qaytara bilmədiyini demişdir. Hər iki tərəf razı olduğu üçün özünə çatası olan 20 min manat pulu xərclədiyindən sonradan narazılıqlar başlamışdır. Bu hadisə 2021-ci ilin noyabr ayından etibarən 2022-ci illərdə baş vermişdir. O, maşını ilə yolda gedərkən Şıxovda polislər onu tutub Şirvan polis idarəsinə aparıb orada onu döymüşlər. Martın 31-dən aprelin 1-ə keçən gün o, Şıxovda saxlanılmış, aprelin 1-i günorta Vaqif Vüqar adlı şəxslə Şirvana gəlmiş, həmin vaxt Şirvan şəhər Polis İdarəsinin rəis müavini Ramin olmuşdur. Vaqif orada onu silkələyərək ondan qaça bilməyəcəyini bildirmişdir. Sonradan Vaqiflə yeyib içərkən onun yanında olan xanımın onun harada olmağı barədə daimi olaraq Vaqifə məlumat ötürməsi məlum olmuşdur. Fərid Əliyev də Nərimanov rayonunda işlədiyindən sonuncu vasitəsilə harada olduğunu öyrənmişlər, Fərid onu tutub aparmışdır. O, Şirvanda döyülmüş, habelə üzərinə narkotik vasitə qoyulmaqla ondan 100 min manat pul tələb edilmişdir. Sonradan o, Şüvəlan təcridxanasına etap edilmiş, orada titanik deyilən saxlama yerində saxlanılmışdır. Sonradan təcridxananın rəisi Cəlil Əliyev onu qəbul edib polisin pulunu yediyini deyərək onu 26 nəfərlik kameraya salmışdır. Bundan onra Vaqifə zəng etmiş, sonuncu ona “başına nə iş gəlsə bil ki mənlikdir” demişdir. Daha sonra o, Binəqədi RPİ-yə etap edilmiş, Atlas adında qonşunu tutub ondan izahat almışlar. Onu Binəqədi RPİ-nin rəis müavini Zaur adlı şəxs qəbul edib Vaqifin pulunu qaytarmağını tələb etmişdir. Daha sonra Vaqif gəlib onun pulunu qaytarmağını tələb etdikdə o, həbsdən çıxıb qaytaracağını bildirmişdir. Orada saxlanıldığı günün 2-ci günü ona barəsində yeni cinayət işi açıldığı bildirilmişdir. Barəsində Şirvan şəhər Polis Şöbəsində olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət işinə xitam verilmiş, həmin iş üzrə müstəntiq Elvin Əlizadə olmuşdur. Bu hadisələr təxminən 2022-ci ilin yay aylarında baş vermişdir. O, istifadəsində olan *** ** ** və *** ** ** mobil telefon nömrələri ilə 2 il ərzində Vaqifə yalvarmış, sonuncu hər gün anasına zəng edib “Eldəniz pulumu qaytarsın” demişdir. Vaqif dəfələrlə ona “Səndən qurtarıb ailənə keçirəm” demişdir. O, 2022-ci ilin aprel ayından həbsdə olmuş, onun Zeynalın narkotik vasitə istifadə etməsindən xəbəri olmamış, Zeynal ondan həmin məsələni gizlətmişdir. Barəsində aparılan hazırda hakim Telman Hüseynovun icraatında olan cinayət işinin Şahid5la heç bir əlaqəsi yoxdur, sonuncu ilə bağlı ona qarşı hər hansı ittiham irəli sürülməmişdir. Vaqifin ona təzyiq etməsi barədə bütün instansiyalara müraciət etmişdir. Vaqif ona şəxsən “balaca da yanına gələcək” demişdir. Oğlunun tutulmasında Şahid5 günahkardır. Sonuncu dəfə ondan 7 min manat tələb etmiş, Bakı İstintaq Təcridxanasında ona təzyiq edərkən rəis müavini telefonda Vaqifə “ölü pul dirilmir, bu adam həbsə gedəcək, o pul da batacaq” demişdir.

14. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçiliyi və ya ədavəti yoxdur. O, 7 ildir polis bölməsinin rəis müavini vəzifəsində fəaliyyət göstərir, funksional vəzifəsi əməliyyatçılar və sahə rəislərinə rəhbərlik etmək, habelə polis bölməsinə gətirilən şəxsləri qeydiyyata almaqla təhqiqatçıya təhvil verməkdir. Belə ki, Təqsirləndirilən şəxs atası Şahid4 ilk dəfə 2022-ci il tarixdə ona müraciət edərək qızı Zeynəbin “patı” adlandırılan psixotrop maddə istifadə etməsinin qarşısını alması üçün, daha sonra isə oğlu Zeynalı hərbi xidmətdən saxlatdırmaq üçün ondan kömək istəmişdir. O, Şahid4 anasının yaşadığı Zabrat qəsəbəsindəki evə gedib onları hədələməmiş, Şahid3 yaşadığı bina sakinləri həmin binanın 2-ci mərtəbəsində yaranmış narahatçılıqla bağlı kollektiv ərizə ilə müraciət etmiş, bu səbəbdən xidməti fəaliyyəti ilə əlaqədar orada olmuş, habelə profilaktik tədbirlər görmüşdür. O, Şahid4 2022-ci ildə tutulduqdan sonra Şirvan şəhər Polis Şöbəsinə getməmiş, habelə Eldənizin orada tutulmasından məlumatı olmamış, sonuncu ilə aralarında hər hansı danışıq, o cümlədən hər hansı pul mübahisəsi olmamış, ona hər hansı məbləğdə pul verməmişdir. O, Zeynal ilə polis bölməsində təklikdə görüşməmiş, habelə şəxsi axtarış istintaq hərəkətinin aparılmasında iştirak etməmişdir. Nail Kəmərli adlı jurnalist “Kubinka” adlanan ərazidə çəkiliş apardıqdan sonra orada kompleks tədbirlər keçirilməyə başlanılmış, bundan sonra Zeynal və ailəsi Xırdalan şəhərinə köçüb orada yaşamağa başlamışlar.

15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 8 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin bölməyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,904 qram, 0,345 qram, 0,431 qram və 0,606 qram olmaqla, ümumi təmiz çəkisi 2,286 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X17 tərəfindən 9 avqust 2023-cü il tarixdə, saat 17:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1;).

17. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 avqust 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Binəqədi RPİ-nin 6-cı PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, daşıması, istifadəsi və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.3-6;).

18. Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 8 avqust 2023-cü il tarixli raportundan görünür ki, məlumat əsasında Təqsirləndirilən şəxs 8 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “20 Yanvar” parkı yaxınlığında saxlanılaraq həmin tarixdə, saat 23:45-də Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmişdir (Cild 1, i.v. 7;).

19. “Şübhəli şəxsin tutulması haqqında” 9 avqust 2023-cü il tarixli qərar və bu barədə tərtib edilmiş protokoldan görünür ki, 8 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində bilavasitə şübhəli bilinərək saxlanılmaqla Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmiş, həmin bölmənin inzibati binasında xidməti otaqların birində Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X13 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş hesab edilməsinə dair həmin tarixdə, saat 00:45-də protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 8 avqust 2023-cü il tarixdə, saat 23:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.20- 21;).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 01:00-dan 01:20-dək Binəqədi RPİ-nin 6cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X13 tərəfindən həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2, Binəqədi RPİ-nin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti, polis mayoru X9 iştirakı ilə 6-cı PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə sonuncu üzərində hər hansı başqa əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunduqda, sonuncu 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş hər bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə həmin bükülünün içərisində olan narkotik vasitəni “Xocəsən” adlanan yerdən öz şəxsi istifadəsi üçün 70 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxan həmin ağ kağıza bükülmüş 4 (dörd) ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 2,52 qram olması müəyyən edilmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin iştirakçılara nümayiş etdirilməsi üçün dayandırılması qeyd edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət və ya vəsatət daxil olmamış, bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-32).

21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 avqust 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 8 dəqiqə 15 saniyə və 2 dəqiqə 12 saniyə olan həmin videogörüntülərin əks olunduğu bir ədəd diskdəki videogörüntülərə müstəntiq T.İ.Kazımov tərəfindən 5 sentyabr 2023-cü il tarixdə “Diskə baxış keçirilməsi haqqında” protokolla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olaraq suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 90;).

22. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/4259 saylı, 9 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175 dairəvi möhür əksləri,”...5) Rzayev (imza)..” sözləri, soyad və imzalar (5 imza) olan bir ədəd kağız zərfin içərisində 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,904 qram, 0,345 qram, 0,431 qram və 0,606 qram, ümumi təmiz çəkisi 2,286 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,286 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq – 2,086 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v. 38-42;).

23. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X2 iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 53-58).

24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 4(001)- 847/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 8 avqust 2023-cü il, saat 23:30-dan hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatət və təqdimatın təmin olunmamasını xahiş etmişlər (Cild 1, i.v. 68-73;).

25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 21 avqust 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (Cild 1, i.v.81;).

26. Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədovun 14 oktyabr 2023-cü il tarixli, 20473-1223 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən olunmuşdur (Cild 1, i.v. 95;).

27. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 15 avqust 2023cü il tarixli, 5227 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə stasionar şəraitdə müalicə kursu almışdır (Cild 1, i.v. 96-97;).

28. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1102/2023 saylı, 2 noyabr 2023cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-1042/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair müdafəçi Müdafiəçi (məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmişdir) vəsatəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Binəqədi Rayon Məhkəməsinin 4(001)-1102/2023 saylı, 2 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarların təsviri-əsaslandırıcı hissələrində göstərilmişdir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlinin törədilməsinin məcburən boynuna qoyulmasına dair kifayət qədər şübhələrin olduğunu, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını, saxlanılarkən qolunda göyərmə izlərinin olduğunu bildirmişdir (Cild 1, i.v. 104-113;).

29. “Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,286 qram narkotik vasitə heroinin və “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinə dair videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD formatlı diskin maddi sübut qismində tanınması, tədqiqatlardan sonra qalıq çəkisi 2,086 qram narkotik vasitə heroinin saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, 1 (bir) ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v.117-118;137;).

30. “Sübutların qiymətləndirilməsi haqqında” 18 noyabr 2023-cü il və “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 21 noyabr 2023-cü il il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********** nömrəli ayrıca icraata cinayət işi ayrılmaqla Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Kazımov tərəfindən icraata qəbul edilmişdir (Cild 1, i.v. 119-125; 129;).

31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.İ.Kazımov tərəfindən 1 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.138-143;).

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 8001/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və təcridxananın tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs sol saidin içəri səthində 1-2 sm ölçüdə üç ədəd sarı-yaşılımtıl rəngli qançırlar müşahidə edilmişdir (Cild 2;).

33. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Vəli-zadə Əlövsət Qədim oğlu tərəfindən 612C-24 nömrəli material üzrə qəbul edilmiş qərardan görünür ki, 14 noyabr 2023-cü il tarixdə Şahid3 övladı Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 2225 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəninə 12 avqust 2023-cü il tarixdə baxış keçirilən zaman onun bədənində aşkar olunmuş sol saidin sarı-yaşılımtıl rəngli qançırları bərk küt əşyanın təsirindən müayinədən 7-9 gün əvvəl əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur, Təqsirləndirilən şəxs sağ dirsək oynağında çapıq toxuması Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında müayinə olunduğu 12 avqust 2023-cü il tarixdən azı 3-4 həftə əvvəl əmələ gələ bilərdi (Cild 2;).

34. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-120/2019 saylı, 8 avqust 2019cu il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid4 ayrı-ayrı şəxsləri işə düzəltmək, istintaq və məhkəmədə olan cinayət işləri üzrə xeyrinə qərar qəbul ediləcəyi ilə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə beş epizod üzrə xeyli miqdarda pulları ələ keçirməklə dələduzluq etmişdir. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2024 saylı, 17 may 2024-cü il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Repsublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şahid4 cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 1 aprel 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid4 ayrı-ayrı şəxsləri istintaq və məhkəmədə olan cinayət işləri üzrə xeyrinə qərar qəbul ediləcəyi vədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir epizod üzrə xeyli miqdarda və bir epizod üzrə külli miqdarda pullarını ələ keçirməklə dələduzluq etmişdir. Qeyd edilən hökmlərdən görünür ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqları müdafiə edən Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi eyni zamanda Şahid4 də müdafiəçisi olmaqla (Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış iş üzrə) Şahid4 həmin cinayət işləri üzrə məhkəmə iclaslarında ifadə verərkən Şahid5 ilə aralarında hər hansı pul-borc münasibətlərinin olması, habelə sonuncu tərəfindən hər hansı hədələrə məruz qalması barədə bildirməmiş, ümumiyyətlə Şahid5 barəsində hər hansı məsələ qaldırmamışdır (Cild 2;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

36. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

38. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

40. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

41. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

43. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

44. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində yalnız bir bükümdə 0,5 qram narkotik vasitə heroinin olması, ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə, habelə hədələrə məruz qalmaqla polis əməkdaşlarının onun nalayiq formada videosunu çəkərək etirafedici ifadələr verməyə məcbur etməsi səbəbindən ondan tələb edildiyi kimi etirafedici ifadələr verməsi, onun atası Şahid4lə polis əməkdaşı Şahid5 arasında olan pul məsələsi ilə əlaqədar tutulmasına dair ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

45. Belə ki, hökmün 20-21-ci bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun üzərində olan əşya və predmetləri özünün sərbəst olaraq təqdim etməsi və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması əyani formada öz əksini tapmış, habelə ona qarşı hər hansı fiziki və ya psixi təsir və ya təzyiq göstərilməsi, pis rəftara məruz qalması hallarının olması müəyyən edilməmişdir.

46. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs atası Şahid4 ilə Şahid5 arasında yaranmış borc pul məsələsi ilə əlaqədar tutulmasına dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.

47. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə atası Şahid4lə Şahid5 arasında pul məsələsi ilə əlaqədar ədavət olmasını, bu səbəbdən fiziki və psixi təzyiqlərə məruz qalmaqla sonuncu tərəfindən saxlanılmasının təşkil olunması və sair hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir.

48. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3, X8 və Şahid4 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Şahid3 təqsirləndirilən şəxsin doğma anası, Zenfira Rzayeva təqsirləndirilən şəxsin doğma nənəsi, Şahid4 isə təqsirləndirilən şəxsin doğma atası olmaqla, ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının və bundan sonra baş verənlərin birbaşa şahidi olmamışlar. Bununla yanaşı, Şahid3 və Z.P.Rzayevanın Şahid5 tərəfindən hədələrə məruz qalmaqla Şahid4 ona olan borcunun ödənilməsini, habelə həmin borcun ödənilməsinin təmin edilməsi məqsədilə “evlərini satması”nı tələb etməsi, o cümlədən borcun ödənilməsinin təmin olunmayacağı təqdirdə oğlu ailəsi (X4 ifadəsinə əsasən), eləcə də Zeynal ilə bağlı hədə-qorxu gəlməsi (Şahid3 ifadəsinə əsasən) və ifadələrində göstərdiyi sair halları özlərinin ifadələrindən başqa təsdiq edə biləcək hər hansı mötəbər sübut müəyyən edilmədiyindən, həmin ifadələr cinayət işinin materiallarında olan digər sübutlarla təsdiq olunmadığından sübut qismində qiymətləndirilməməlidir.

49. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin, o cümlədən şahidlər Şahid3, Zenfira Rzayeva və Şahid4 təkidlə Təqsirləndirilən şəxs Şahid4 Şahid5 olan borcunu ödəməməsi səbəbindən sonuncunun təşkilatçılığı ilə saxlanılmasına dair ifadələri, Şahid5 onları dəfələrlə hədələməsi ilə bağlı ifadələrində göstərdikləri xüsusatları təsdiq edəcək hər hansı mötəbər sübut müəyyən edilmədiyindən, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla da həmin hal təsdiq olunmadığından həmin ifadələrə tənqidi yanaşılmalıdır.

50. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

51. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X5rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

52. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

53. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

54. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

55. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

56. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

57. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

58. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə, zorakılığa, pis rəftara və ya psixi təsirə məruz qalmasını bildirməmişdir. Hökmün 20-21, 24 və 32-33-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyi ilə də sonuncunun bədən səthində aşkar edilmiş zədə izlərinin onun polis əməkdaşları tərəfindən tutularaq saxlanılmasından əvvəlki tarixlərə uyğun gəlməsi müəyyən edilməsi nəzərə alınmalıdır.

59. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sərbəst şəkildə suallara cavab verərək polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən sonuncu ona qarşı hər hansı şəxs, o cümlədən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, habelə pis rəftara və psixi təsirə məruz qalmasını məhkəmədə bildirməmişdir.

60. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri, ekspert rəyləri, digər istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

61. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

62. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

63. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

65. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

66. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət hadisəsi törədilərkən 19 yaşında olmaqla gənc olmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkməsini, əziyyət çəkdiyi narkomaniya xəstəliyindən könüllü olaraq müalicə olunmasını və həmin xəstəlikdən tam müalicə olunaraq sağalmaq istəməsini bildirməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

67. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

68. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

69. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

70. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

71. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 8 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 4(001)-847/2023 saylı qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 8 avqust 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 6 dekabr 2023-cü il tarixli, 4(001)-1180/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 dekabr 2023-cü il tarixədək uzadılmış və məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

72. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 8 avqust 2023-cü il tarixdən hesablanmalıdır.

73. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

74. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

75. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

76. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,086 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

77. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

78. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

79. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

80. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

81. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

82. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 8 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2,086 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar