Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1165/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1970-ci il yanvarın 21-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, «Veysəloğlu» məhdud məsuliyyətli cəmiyyətində sürücü işləmiş, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 119, mənzil 15 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsə zor tətbiq etməklə, eləcə də zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2012-ci ilin may ayında ünvan 2 ünvanında qohumu X5 məxsus evdə qonaq qismində olduğu zaman sonuncunun qız övladı olan, aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi 2006-cı il 06 aprel təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olmasını, valideynlərinin evdə olmaması və sonuncudan kiçik digər azyaşlı bacısı ilə mənzildə tək qalması səbəbindən onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamasını dəqiqliklə bilib bundan, yəni qızın köməksiz vəziyyətindən istifadə etməklə mənzilin qonaq otağında Zərərçəkmiş şəxs əynindəki paltarı soyundurduqdan sonra divanın üzərinə uzadaraq əlləri ilə sonuncunun qollarından və ayaqlarından tutub zor tətbiq etməklə öz gərginləşmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə, sinə və sifət nahiyələrinə sürtüb öz cinsi ehtirasını pozğun formada təmin edərək sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2012-ci ilin may ayından başlayaraq 2020-ci il aprelin 01-dək olan müddət ərzində istintaqla müəyyən edilməsi mümkün olmayan ayrı-ayrı vaxtlarda mütəmadi və davamlı olmaqla (təxminən 30 dəfə) ünvan 2 ünvanında qohumu X5 məxsus evdə qonaq qismində olduğu zaman sonuncunun qız övladı olan, aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi 2006-cı il 06 aprel təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olmasını, valideynlərinin evdə olmaması və sonuncudan kiçik digər azyaşlı bacısı ilə mənzildə tək qalması səbəbindən onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamasını dəqiqliklə bilib bundan, yəni qızın köməksiz vəziyyətindən istifadə edərək bəzən mənzilin qonaq otağında, bəzən isə yataq otağında Zərərçəkmiş şəxs əynindəki paltarı soyundurduqdan sonra orada əlləri ilə sonuncunun qollarından və ayaqlarından tutub zor tətbiq etməklə öz gərginləşmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə, sinə və sifət nahiyələrinə sürtərək eləcə də ağız boşluğuna salıb çıxartmaqla cinsi ehtirasını pozğun formada təmin edərək sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2020-ci il aprelin 01-də ünvan 2 ünvanında qohumu X5 məxsus evdə qonaq qismində olduğu zaman sonuncunun qız övladı olan, aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi 2006-cı il 06 aprel təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olmasını, valideynlərinin evdə olmaması və sonuncudan kiçik digər azyaşlı bacısı ilə mənzildə tək qalması səbəbindən onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamasını dəqiqliklə bilib bundan, yəni qızın köməksiz vəziyyətindən istifadə edərək mənzilin yataq otağında Zərərçəkmiş şəxs əynindəki paltarı soyundurduqdan sonra çarpayının üzərinə uzatmaqla əlləri ilə sonuncunun qollarını arxaya tərəf burub saçını yolaraq zor tətbiq etmiş, öz gərginləşmiş cinsiyyət üzvünü əvvəlcə Zərərçəkmiş şəxs ağız boşluğuna, bunun ardınca isə arxa keçəcəyinə salıb çıxartmaqla sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2020-ci il avqustun ayının ortalarında ünvan 2 ünvanında qohumu X5 məxsus evdə qonaq qismində olduğu zaman sonuncunun qız övladı olan, aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi 2006-cı il 06 aprel təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olmasını, valideynlərinin evdə olmaması və sonuncudan kiçik digər azyaşlı bacısı ilə mənzildə tək qalması səbəbindən onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamasını dəqiqliklə bilib bundan, yəni qızın köməksiz vəziyyətindən istifadə edərək mənzilin yataq otağında Zərərçəkmiş şəxs əynindəki paltarı soyundurduqdan sonra çarpayının üzərinə uzatmaqla əlləri ilə sonuncunun qollarını arxaya tərəf burub saçını yolaraq zor tətbiq etmiş, öz gərginləşmiş cinsiyyət üzvünü əvvəlcə Zərərçəkmiş şəxs ağız boşluğuna, bunun ardınca isə arxa keçəcəyinə salıb çıxartmaqla sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2021-ci il yanvarın 31-də günorta saatlarında ünvan 2 ünvanında qohumu X5 məxsus evdə qonaq qismində olduğu zaman sonuncunun qız övladı olan, aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi 2006-cı il 06 aprel təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olmasını, valideynlərinin evdə olmaması və sonuncudan kiçik digər azyaşlı bacısı ilə mənzildə tək qalması səbəbindən onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamasını dəqiqliklə bilib bundan, yəni qızın köməksiz vəziyyətindən istifadə edərək mənzilin yataq otağında Zərərçəkmiş şəxs əynindəki paltarı soyundurduqdan sonra çarpayının üzərinə uzatmaqla əlləri ilə sonuncunun qollarını arxaya tərəf burub saçını yolaraq zor tətbiq etmiş, öz gərginləşmiş cinsiyyət üzvünü əvvəlcə Zərərçəkmiş şəxs ağız boşluğuna, bunun ardınca isə arxa keçəcəyinə salıb çıxartmaqla sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli zorakılıq hərəkəti etməmişdir. Sonuncunun dedikləri böhtandır. İstintaqdakı ifadəsini təsdiqləmir, çünki o, həddindən artıq əsəbi olmuş, Rəfiqənin valideynlərinin başqa oğlanla danışdığına görə qızını döyməməsi üçün Rəfiqə ilə ümümi razılıq əsasında iki dəfə cinsi əlaqədə olduğunu, yəni 2020-ci ilin avqust ayında qızın istəyi ilə, 2021-ci ilin yanvar ayının ortalarında isə öz istəyi ilə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu yalandan bildirmişdir. O, əslində heç vaxt Rəfiqə ilə cinsi əlaqədə olmamışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan 2006-cı il 06 aprel təvəllüdlü Zərərçəkmiş şəxs istintaqdakı ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası X2 əridir. Aralarında qohumluq əlaqələri olduğuna görə Manaf xalası ilə tez-tez gəlib-getməklə bəzən gecəni onlarda qalmışlar. Yaşadıqları mənzil iki otaqdan ibarət olduğundan Manaf və xalası onlara qonaq gələndə o, kiçik bacısı Şahid2, Turan və Manaf eyni otaqda yatmalı olmuşlar. 2012-ci ildə altı yaşında olarkən Manafla Turan yenidən onlarda gecələmiş, səhər açıldıqdan sonra atası X8 işə, anası Şahid1 Turanla alış-veriş etmək üçün getdikdə Manaf Gülsümə yataq otağına keçib qapını bağlamağı və oradan çıxmamağı əmr etmiş, onu qonaq otağındakı divana uzatmaqla soyundurmuş, cinsiyyət orqanını çıxararaq onun arxasına, sinəsinə, sifətinə sürtdükdən sonra Manaf paltarını geyinərək ona da geyinməyini tapşırmış və sonuncunun bu hərəkətləri, o cümlədən öz cinsiyyət orqanını onun ağzına və arxasına salıb çıxartmaqla 2021-ci il yanvarın 31-dək davam etmişdir. Bu müddət ərzində Manaf onunla 30 dəfədən çox cinsi əlaqədə olmuş, o, artıq sonuncunun hərəkətlərinə dözə bilmədiyindən 2021-ci il fevralın 02-də saat 18:30 radələrində evi tərk etməyi qərarlaşdırmış, psixoloji sarsıntı keçirdiyi üçün bir az gəzib dolanmaq istəmişdir. Bu zaman onun mobil telefonuna anası, atası, xalaları, hətta Manaf zəng etmişlər, o, qohumlarının narahat olmaqla onu axtadıqlarını anlayaraq xalası Şahid4 təkidlərindən sonra taksiyə minib «20 Yanvar» dairəsinə gəlmiş, orada onu sonuncu ilə Fidanın əri Şahid3 və Manaf qarşılayaraq yaşadığı evə gətirmişlər, anası getməyinin səbəbini soruşduqda hər şeyi sonuncuya danışmış, bundan sonra anası polisə müraciət etmişdir. 2021-ci il fevralın 03-də o, valideynləri ilə birlikdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə dəvət olunmuşdur. İş üzrə şahid qismində dindirilən X8 övladı olan şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verib əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs onun baldızı X2 həyat yoldaşıdır, sonuncular tez-tez gəlib-getməklə hərdən gecəni də onlarda qalmış, yaşadıqları mənzil iki otaqdan ibarət olduğundan Manaf və Turan onun övladları Zərərçəkmiş şəxs və digər qızı Şahid2 ilə qonaq otağında yatmalı olmuşlar, valideyn olaraq şübhələnməyə heç bir əsası olmamış, 2021-ci il fevralın 02-də saat 15:30 radələrində arvadı Şahid1 ilə tozsoran almaqdan ötrü evdən çıxıb təxminən bir saatdan sonra Rəfiqənin evdə olmamasını öyrənmiş, o, qızına zəng vursa da hər hansı əlaqə yarada bilməmiş, müəyyən vaxt gözləyərək DİN-in 102 xidmətinə məlumat vermiş və ərizə yazmışdır. İş üzrə şahid qismində dindirilən Şahid2 bacısı olan şahid Zərərçəkmiş şəxs ilə uyğun ifadə verməklə yanaşı ifadəsində göstərdi ki, onun xalası X2 həyat yoldaşı Təqsirləndirilən şəxs ən çox valideynləri evdə olmayanda onlara gələn kimi Rəfiqəni yataq otağına aparmış, onu isə qonaq otağına salıb çıxa bilməməsi üçün qapının arxasına iri stol qoymuş, bir neçə dəfə bacısının çılpaq vəziyyətdə yataq otağından çıxaraq hamama qaçıb orada qusmasını görmüş, 2020-ci ilin aprel ayında Manaf onun yanında Rəfiqəni qucaqladıqda bacısı acıqlı formada Manafı itələyərək sonuncunu qovalamış, səkkiz yaşı olduğu ərəfədə Manaf içkili vəziyyətdə gəlməklə Rəfiqəyə «hazırlaş, səninlə işim var» deyib onun sualına bacısını otağa apararaq cinsiyyət orqanını sonuncunun arxasına sürtəcəyini və ağzına salacağını söyləmiş, bir neçə dəqiqədən isə sonra Rəfiqənin öyüməsini, hamama keçməklə qusmasının şahidi olmuş, Manaf baş verənləri heç kimə danışmamaları üçün onları hədələmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib 2020-ci ilin avqust ayında və 2021-ci il yanvar ayının ortalarında baldızı Şahid1 evinə qonaq gedəndə sonuncunun əri X8 ilə bərabər alış-veriş etmək üçün yaxınlıqdakı mağazaya yollandığını, mənzildə 14 yaşlı Zərərçəkmiş şəxs və 10 yaşlı Şahid2 ilə birlikdə qalan vaxt birinci halda Rəfiqənin qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə, ikinci halda isə onun təklifi ilə razılaşaraq birgə yataq otağına keçdiklərini, orada paltarlarını soyunub qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını, 2021-ci il fevralın 03-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə dəvət olunarkən Rəfiqəyə qarşı seksual xarakterli hərəkətləri etsə də zor tətbiq etmədiyini, razılıq əsasında cinsi əlaqədə olduqlarını göstərmişdir (1-ci cild, iş vərəqi 17-18, 60-64, 105-109 və 143-147). Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid1 ibtidai araşdırma ərəfəsində şahid qismində dindirilərkən əri olan şahid X8 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 189-192). Məhkəmə iclasında elan edilərək tədqiq olunan ər-arvad olan Şahid3 və Şahid4 ibtidai araşdırma gedişində şahid qismində dindirilərkən ifadələrində 2021-ci il fevralın 02-də axşam radələrində Zərərçəkmiş şəxs yaşadığı mənzildən çıxıb getməsini eşitməklə sonuncunu axtardıqlarını, növbəti gün səhər saatlarında Rəfiqənin valideynləri X8 və Şahid1 ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə dəvət olunduqdan sonra Rəfiqənin Təqsirləndirilən şəxs sonuncuya qarşı mütəmadi olaraq cinsi zorakılıq göstərməsi nəticəsində evdən qaçdığını öyrəndiklərini göstərmişlər (1-ci cild, iş vərəqi 225-227 və 259-261). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 02 fevral tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 10-12). İş materiallarında olan 2006-cı il 16 may tarixli AZ-İ seriyalı 764493 №-li doğum haqqında şəhadətnamənin və AZE seriyalı 12394521 №-li şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Zərərçəkmiş şəxs 2006-cı il aprelin 06-da anadan olmaqla hadisə zamanı 14 yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 22-23). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:10-da Azərbaycan Respublikasının CM-nin 150.2.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 52-53). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 fevral tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şübhəli şəxs Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dedikləri ilə qismən razılaşaraq Zərərçəkmiş şəxs ilə iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, sonuncuya qarşı heç bir zor tətbiq etmədiyini göstərmiş, bir ədəd CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 78- 82). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 05 fevral tarixli qərarlarından görünür ki, əməli Azərbaycan Respublikasının CMnin 150.2.3.-cü maddəsindən 150.3.3.-cü maddəsinə tövsif edilən Təqsirləndirilən şəxs qismində cəlb edilərkən ona qeyd olunan maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 94-95 və 97-98). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 05 fevral tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il fevralın 04-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 118-119). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin Bakı Şəhər Şöbəsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 05 fevral tarixli 56 nömrəli ekspert rəyindən görünür ki, 2006cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi, habelə arxa keçəcəkdə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkarlanmamış, sonuncunun qızlıq pərdəsinin tamlığı pozulmamaqla anatomik quruluşu tamlığı pozulmadan cinsi əlaqəyə girməyə imkan vermir (1-ci cild, iş vərəqi 124-126). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 06 fevral tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 135-137). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il fevralın 10-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 148). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 16 fevral tarixli 232 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicə almamışdır (1-ci cild, iş vərəqi 149). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin Bakı Şəhər Şöbəsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 18 fevral tarixli 60 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbət olmaqla sonuncunun xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 169-171). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 mart tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 03 mart tarixli 4417 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2020-ci il fevralın 10-dan 2021-ci il fevralın 10-dək daxil olan və çıxan zənglərin siyahısı, sms mətnlərinin və göndərilmiş mesajların məzmunu, habelə zənglərin antenalar tərəfindən qeydə alınması müəyyən edilməklə qeyd olunan nömrənin 2020-ci il mayın 09da, 2020-ci il mayın 15-də, 2020-ci il mayın 23-də, 2020-ci il mayın 23-də, 2020-ci il mayın 30-da, 2020-ci il iyunun 06-da, 2020-ci il iyunun 12-də, 2020-ci il iyunun 20-də, 2020-ci il iyunun 26-da, 2020-ci il iyulun 03-də, 2020-ci il iyulun 04-də, 2020-ci il iyulun 11-də, 2020ci il iyulun 13-də, 2020-ci il iyulun 13-də, 2020-ci il iyulun 22-də, 2020-ci il iyulun 24-də, 2020-ci il iyulun 25-də, 2020-ci il avqustun 01-də, 2020-ci il avqustun 08-də, 2020-ci il avqustun 22-də, 2020-ci il sentyabrın 12-də, 2020-ci il sentyabrın 14-də, 2020-ci il sentyabrın 19-da, 2020-ci il dekabrın 11-də, 2020-ci il dekabrın 12-də, 2020-ci il dekabrın 18-də, 2020-ci il dekabrın 19-da, eləcə də 2021-ci il yanvarın 05-də bir gün ərzində 16 dəfə Bakı şəhəri, Yasamal rayonunda «Hüseyn Cavid parkı» adlanan anten dairəsində olması aşkarlanmışdır (1-ci cild, iş vərəqi 195-200). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 mart tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 05 mart tarixli BKC/LGL-3608/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2020-ci il fevralın 10-dan 2021-ci il fevralın 10-dək daxil olan və çıxan zənglərin siyahısı, sms mətnlərinin və göndərilmiş mesajların məzmunu, habelə zənglərin antenalar tərəfindən qeydə alınması müəyyən edilməklə qeyd olunan nömrənin 2020-ci il fevralın 10-dan 2020-ci il fevralın 16-da, 2020-ci il fevralın 17-də, 2020-ci il fevralın 18-də, 2020-ci il fevralın 19-da, 2020-ci il fevralın 20-də, 2020-ci il fevralın 21-də, 2020-ci il fevralın 22-də, 2020-ci il fevralın 23-də, 2020-ci il fevralın 23-də, 2020-ci il fevralın 26-da, 2020-ci il fevralın 27-də, 2020-ci il fevralın 28-də, 2020-ci il martın 08-də, 2020-ci il martın 09-da, 2020-ci il martın 15-də, 2020-ci il martın 23-də, 2020-ci il martın 29-da, 2020-ci il aprelin 06-da, 2020-ci il aprelin 12-də, 2020-ci il aprelin 18-də, 2020-ci il mayın 17-də, 2020-ci il mayın 23-də və sonrakı tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid 33 «a», Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi 534, məhəllə N1 adlanan anten dairəsində olması aşkarlanmışdır (1-ci cild, iş vərəqi 203-208). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 01 mart tarixli 607 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 209-210). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 11 mart tarixli 11/33 №-li məhkəmə-psixoloji ekspertizasına dair ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik, sonuncunun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilməmişdir, o, əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur, ekspertiza tədqiqatının dəyəri 80 manatdır (1-ci cild, iş vərəqi 212-215). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 2021-ci il 23 fevral tarixli 419 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda və ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, habelə psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 217-218). İş materiallarındakı Bakı şəhəri MKTD 25 saylı Xüsusi Təyinatlı MKİS-inin tərtib etdiyi 2021-ci il 30 mart tarixli 98 №-li arayışdan və eyni tarixli 04 №-li xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 119, mənzil 15 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs orada yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 222-223). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 aprel tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 17 mart tarixli AZF/LGL-108/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 2020-ci il fevralın 10-dan 2021-ci il fevralın 10-dək daxil olan və çıxan zənglərin siyahısı, sms mətnlərinin və göndərilmiş mesajların məzmunu, habelə zənglərin antenalar tərəfindən qeydə alınması müəyyən edilməklə ***-***-**-** saylı nömrəyə 2021-ci il fevralın 03-də saat 00:26-da, saat 00:28-də, saat 00:30-da, saat 00:36da və saat 00:38-də xalası, anasından yerinin öyrənilməsinə dair göndərilmiş və onun tərəfindən «Yaxşıyam», «Yaxşıyam, yazmayın» məzmunlu səkkiz mesaj aşkarlanmışdır (1-ci cild, iş vərəqi 230-235). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 aprel tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 145-ci, eləcə də azyaşlı Şahid2 münasibətdə Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur (1-ci cild, iş vərəqi 271-287). İş materiallarında olan 2021-ci il 06 fevral tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X9 tərəfindən 32 iş saatı müddətində həyata keçirilmişdir (1-ci cild, iş vərəqi 298). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkət etməməsi barədə dediklərinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, on dörd yaşına çatmayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolu, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 80 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində, mütəxəssis və ya ekspertlərə hər iş saatı üçün 0,35 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının, Azərbaycan Respublikasının CPM-nin 195.1.2.-ci və 195.2.-ci maddələrinə müvafiq olaraq, mütəxəssis tərəfindən görülən işin haqqının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəzaçəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il fevralın 04-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinib 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il fevralın 04-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 80 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 192 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1165/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1165/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver