Məhkəmə qərarları › İş №1(101)-1165/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1165/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1165/2023 04.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:35-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 avqust 1990-cı il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hacıbədəlli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsin külli miqdarda 3005 qram (3 kq 5 qram) çəkidə narkotik vasitə marixuananı gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra 19 dekabr N2-ci il tarixdə axşam saatlarında istintaqla müəyyən edilməmiş avtomobillə Bakı şəhəri, Binəqədi rayonuna getmiş, orada İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsin göndərdiyi külli miqdarda 3005 qram çəkidə narkotik vasitə marixuananı bir ədəd göy rəngli sellofan bağlamada gizlədildiyi yerdən götürüb üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:30 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2a yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 3005 qram (3 kq 5 qram) çəkidə narkotik vasitə marixuana bir ədəd göy rəngli sellofan bağlamanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. O, bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsində “Hadi” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Tanış olandan sonra o, İranlının narkotik vasitələri satdığını bilmişdir. 19 dekabr N2-ci il tarixdə “Watsapp” ani mesajlaşma tətbiqindən yenidən Hadi ilə əlaqə saxlayanda sonuncudan 50 qram çəkidə narkotik vasitə almaq istəmiş, lakin, pulu olmadığı üçün Hadı ilə pulu ayın sonunda vermək barədə razılığa gəlmişlər. Narkotik vasitənin qarşılığında Hadıya 250 manat pul verməyi öhdəsinə götürmüş, 19 dekabr N2-ci il tarixdə saat 21:30 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində 50 qram çəkidə narkotik vasitə marixuananı almaq üçün İran otelinin yanına getdiyi zaman, həmin yer onun xoşuna gəlmədiyindən fikrindən daşınaraq geri qayıtmaq istəmiş, lakin, ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşmışlar. Bundan sonra onu avtomobilə əyləşdirərək, ona AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. O, buna etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə getmişdir. Polis İdarəsində şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları ona təzyiq göstərək, onu döyərək, bir torbada narkotik vasitə təqdim edərək, ona məxsus olmasını boynuna almasını təkid etmişlər. O da polis əməkdaşlarına narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, bu səbəbdən videoçəkiliş 3 dəfə təkrarlanmışdır. Polis əməkdaşları onu aldadaraq həbs olunması ilə bağlı ailə üzvlərinə məlumat verilməsi üçün lazım olduğunu bildirərək, sənədlərə imza etdirmişlər. O, yalnız sonradan ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini bilmişdir. Onun əvvəllər hüquq mühafizə orqanları ilə hər hansı problemi olmamışdır. Polis əməkdaşlarının ona qarşı nə üçün qərəzli davranmalarını bilməmişdir. Saxlanılan zaman onun üzərində hər hansı narkotik vasitə və ya qanunsuz əşya olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 19 dekabr N2-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 19 dekabr N2-ci il tarixdə, saat 21:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılmışdır. Onlar saxlanılan şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə Baş İdarəyə məlumatın daxil olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs saxlanarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkilə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd göy rəngli sellofan paketin içərisində “ot” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, həmin sellofan paketi masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli sellofan paketin içərisində “ot” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli sellofan paketin içərisinə baxış keçirilmiş, baxış zamanı həmin sellofan paketin içərisində 01 ədəd qara rəngli sellofan paketdə olan kütlə aşkar edilmişdir. Həmin 01 ədəd qara rəngli sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə marixuanaya oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd göy rəngli sellofan paketin içərisindəki 01 ədəd qara rəngli sellofan paketdə olan narkotik vasitə marixuanaya oxşar maddəni həmin gün, yəni 19 dekabr N2-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu inzibati ərazisində olarkən əvvəlcədən razılaşdırılmış qaydada İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Hadi” adlı şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsi “İnstagram” sosial şəbəkəsindən tanımasını, həmin şəxsdən bir neçə dəfə onlayn yolla narkotik vasitə əldə etdiyini, həmin şəxsə məxsus olan bank kartına pul vəsaitləri göndərməsini, bundan sonra həmin şəxsin Bakı şəhərində müxtəlif yerlərə yerləşdirdiyi narkotik vasitələrin şəkillərini ona göndərməsini, daha sonra isə onun bu yerlərdən həmin narkotik vasitələri əldə edərək şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımasını, 19 dekabr N2-ci il tarixdə də “Watsapp” ani mesajlaşma tətbiqindən həmin şəxslə əlaqə saxladığını, həmin şəxsin ona başqa ünvana çatdırması üçün əvvəlcədən Bakı şəhəri, Binəqədi rayonu inzibati ərazisində narkotik vasitəni yerləşdirdiyi ünvanın şəklini göndərməsini, bunun müqabilində “Hadi” adlı şəxsin ona 500 manat pul təklif etdiyini, bu məqsədlə göndərilən ünvanda yerləşdirilmiş 01 ədəd göy rəngli sellofan paketin içərisindəki 01 ədəd qara rəngli sellofan paketdə olan narkotik vasitəni buradan götürməsini, lakin daha sonra polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan paketdə olan narkotik vasitə marixuanaya oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs tutularkən ona qarşı hər hansı bir zor, təsir və təyziqlər olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 20 dekabr N2-ci il tarixli 7/1423 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə” yazılar və imzalar olan göy rəngli polietilen bağlamadakı 1 ədəd qara rəngli üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi 3005,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (iş vərəqə 41-44) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 mart N3-cü il tarixli, 1265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitə olan marixuanadan çəkməklə istifadə etdiyini bildirmişdir. (iş vərəqə 128-130) İş materiallarında olan AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 19 dekabr N2-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (iş vərəqə 6-7) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr N2-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 19 dekabr N2-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. (iş vərəqə 103-107) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr N2-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 19 dekabr N2-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. (iş vərəqə 98-99) İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 dekabr N2ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 dekabr N2-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq üzərinə baxış keçirilərkən əlində saxladığı sellofan paketdən narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. (iş vərəqə 32-35) İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.N3-cü il tarixli, 924 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (iş vərəqə 116) Bakı Ağır Cinayətlər Məhkəməsinə AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən müayinədən keçirilmiş və xəsarət almadığını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun 10 sentyabr N3cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından və hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatət verərək, polis əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən, xx.xx.N2-ci il tarixdə, saat 21:00-dan 22:00-dək olan zaman kəsiyini əhatə edən ərazinin müşahidə kameralarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin girişində quraşdırılmış kameraların xx.xx.N2-ci il tarixdə, saat 22:30-dan 23:00-dək olan görüntülərinin təmin edilməsini məhkəmədən xahiş etdiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müvafiq sorğular göndərilmişdir. Lakin, X2 Xidmətinin xx.xx.N3-cü il tarixli, eləcə də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.N3-cü il tarixli sorğuya cavab məktublarından görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən, görüntülərin yaddaş qurğusunda saxlanılmaması səbəbindən videogörüntülərin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, həmin maddələrin satışını həyata keçirməməsi, narkotik vasitə marixuananın şəxsi axtarış keçirilməmişdən öncə ona polis əməkdaşları tərəfindən məcburi şəkildə verilməsi, polis əməkdaşlarının ona təzyiq göstərmələri ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər xx.xx.N2-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokol, xx.xx.N2-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi barədə protokol”, iş üzrə dindirilmiş şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələri, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 20 dekabr N2-ci il tarixli 7/1423 №li rəyi, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 19 dekabr N2-ci il tarixli qərarı, həmin qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr N2-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr N2-ci il tarixli qərarları, “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 dekabr N2-ci il tarixli protokol, Bakı Ağır Cinayətlər Məhkəməsinə AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş tibbi kitabçanın kserosurəti, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmaması və cinayət işinin başlanmasının rədd edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun 10 sentyabr N3-cü il tarixli qərarı, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü təqsirli bilərək, ondan aşkar edilən sellofan bağlamanın içərisində “ot” adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni satmaq və istifadə etmək məqsədi ilə üzərində saxlayaraq, daşıdığını, üzərinə baxış keçirilən zaman ona qarşı fiziki və ya psixi zor göstərilmədiyini bildirmişdir. (iş vərəqə 52-54; 62-64) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlamada 3005,0 qram çəkidə narkotik vasitə marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, habelə narkotik vasitənin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.N3-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 127) İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.N3-cü il tarixli 59 saylı arayışından və əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun himayəsində 2011-ci il təvəllüdlü X4, 2013-cü il təvəllüdlü X5 olmaqla iki azyaşlı uşağı vardır (iş vərəqə 119) İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 iyul N3-cü il tarixli arayışından, N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli əmrindən çıxarışdan, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs vəfat etmiş qardaşı X1 Nazirliyinin N nömrəli hərbi hissəsində gizir rütbəsində xidmət etmiş, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, “Fizulinin azad olunması, Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir, mərhumun iki azyaşlı övladı vardır. Qeyd olunan arayışdan görünür ki, həmçinin, mərhum qardaşının 2015 və 2017-ci il təvəllüdlü azyaşlı uşaqları da Təqsirləndirilən şəxs himayəsində yaşayırlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, vəfat etmiş qardaşı X3 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla, “Fizulinin azad olunması”, Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, hazırda vəfat etmiş qardaşının da iki azyaşlı övladının, ailəsinin onun qayğısına ehtiyacının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və AR CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.N2-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.N2ci il tarixli 4(005)-1368/N2 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 dekabr N2-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 24, 77-81) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 dekabr N2-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 04 mart N3-cü il tarixli, 1265 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 3005,0 qram çəkidə narkotik vasitə marixunanın ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsi 3004,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Yusifbəyli və partnyorları Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 dekabr N2-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3004,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar