Məhkəmə qərarları › İş №1(101)-1165/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1165/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1165/2024 02.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X5 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi məhəllə 3006, ev 10, mənzil 248də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki,o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin əldə edilməsi,saxlanması,daşınması və satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “Whatsapp”ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi şəxsiyyəti istintaqa məlum olmaya həmin şəxsə vəd verib razılaşdıqdan sonra, sonuncunun göstərişi ilə 26 avqust 2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanın yaxınlığında 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 980,0 qram, 970,0 qram, 960,0 qram, 960,0 qram, 965,0 qram ümumi təmiz çəkisi 4835,0 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroini və bir ədəd bükümdə təmiz çəkisi 6,504 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən taparaq satış məqsədilə qanunsuz olaraq əldə etməklə, üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2023-cü il tarixdə saat 01:35 dəqiqədə ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2əşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək orada aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının qabaq sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 6,504 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində olan qara rəngli idman çantasının içərisindəki göy rəngli sellofan paketdən 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 980,0qram, 970,0 qram, 960,0 qram, 960,0 qram, 965,0 qram ümumi təmiz çəkisi 4835,0 qram olan qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, narkotiklərin dövriyyəsinə qarşı mübarizə aparmışdır. Sosial şəbəkələrdən araşdırıb narkotacirləri müəyyən edir, bunun üçün də çirkli pulların yuyulması ilə maraqlanırmış. Bu işlə məşğul olan sərraffları axtarırmış. İlk dəfə imiş ki, ona iranlı narkotacirin nömrəsindən zəng gəlmişdir. O dəfələrlə bu işlərlə məşğul olmuş, bu şəxsdən isə ilk dəfə imişki, zəng gəlirmiş. Yuxarı orqanlar da bilirmiş ki, onun bu cür şəxslərlə əlaqəsi olur. Sərraflar çirkli pulları ölkədən çıxarırmışlar. Ona tanımadığı və adını bilmədiyi iranlı qadın zəng etmişdir. Üzü və adı ona naməlum imiş. O da bu şəxsdən məlumat toplamış, düşünmüşdür ki, şəxsin narkokuryeri tutulub. Həmin şəxs ona 2 dəfə də zəng etmişdir. Bu işlə məşğul olmaqda marağı cəmiyyəti narkotikin bəlasından təmizləmək olmuşdur. İşi araşdırır və anonim məlumatları polisə ötürürmüş. Sonuncu dəfə zəng edən şəxs ona ərazinin ünvanını atmışdır. O da həmin ərazinin şəklini çəkib müvafiq orqana atmaq üçün evdən çıxmışdır. O idman çantasını götürüb parka getmişdir. Oradan da binanın ərazisinə gedib görmüşdür ki, 2 nəfər onu güdür. Onu zorla saxlayıb, maşına mindirmiş, çantanı da alıb avtomobilə yerləşdirmişlər. Əlinə də qandal vurmuşlar. Saxlayan zaman 4 nəfər olmuşlar. Özlərini də təqdim etməmişlər. Harada yaşadığını soruşmuşlar. Bildirmişdir ki, 3-cü mikrorayon ərazisində tək yaşayır. İdarəyə aparılarkən üzərində şəxsiyyət vəsiqəsi, bank kartı, evinin açarları və mobil telefon olmuşdur. Evinə gələndə evdəki pulun məbləğini soruşduqda, 600 dollar pul və anasının qızılları olduğunu demişdir. Valideynləri də rəhmətə getmişdir. Birinci atası sonra anası rəhmətə getmişdir. Anası qətlə yetirilmişdir. Atasını isə insult olmuşdur. Anası Kürdəmirdə yaşayırmış. Polislər onu saxlayan zaman evə qalxaraq 600 dolları götürmüşlər. Bəylər və İsmayıl adlı şəxslər evinə girib yuxarı çıxmış, açarları da götürmüşlər. Binanın qarşısına çatdıqda özləri yuxarı çıxmışlar. Balkondan qışqırmağa başlamışlar ki, 600 dolları tapa bilmirlər. Sonra İsmayıl düşmüş, Bəylər evdə qalmışdır. 20 dəqiqə sonra hər ikisi, qızıllar xaric 600 dolları evdən götürüb gəlmişlər. İdarədə ona 2 saat fiziki təsir göstərmişlər. İdarədə onun çantasına baxış keçirilməmişdir, idarədə onu müdafiəçi ilə təmin etmişlər. Müdafiəçinin yanında Bəylər evdən götürdüyü telefonu, ağ predmeti və 20 manat pulu onun üstünə qoymuşdur. Sonra çantanı gətirmişlər. O, heroini ilk dəfə idarədə çəkiliş zamanı görmüşdür. O, ümumiyyətlə narkotik qəbul etməmiş, narkotik satışı ilə bağlı məlumatları sosial şəbəkədən əldə etmiş, məlumatları ayrı-ayrı şəxslərin şəxsiyyət vəsiqəsi ilə ötürürmüş. Öz adı ilə göndərməyə çəkinirmiş, bu fəaliyyətlə məşğul olmağın nəticəsini görür və bilirmiş ki. Sahibkarlıq fəaliyyətilə məşğul olur, yanacaqdoldurma məntəqəsi vardır. Həmin məntəqə vərəsəlik qaydasında ona keçmiş və Kürdəmir rayonu ərazisində yerləşir. Həmişə dövlət orqanlarında işləmək istəsə də, işləmək mümkün olmamışdır. Bakı Dövlət Universitetində hüquq fakültəsi oxumuşdur. Üzərindən ağ rəngli maddə çıxmamış, mobil telefon bir ədəd olmuşdur. Digər telefonu evdən götürmüşlər. Şəxsiyyət vəsiqəsi də özlərində qanunsuz saxlanılırmış. Evinin açarları da barmaq izləri götürüləndən sonra ona qaytarılmışdır. Ona fiziki xəsarət yetirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Nərimanov RPİ-in Kibercinayətkarlıqla mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində çalışır. 28 avqust tarixində Həsən adlı şəxsi təhqiqatçının otağında çəkiliş zamanı görmüşdür. Çəkiliş zamanı əynində olan şalvardan 5 büküm metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmçinin üzərindən 2 telefon, pul və idman çantası da aşkar edilmişdir. Üzərində olan əşyaları çəkilişdə özü təqdim etmişdir. Çəkiliş 1 dəfə olmuş, şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Çəkiliş zamanı təhqiqatçı Mirsaleh, İsmayıl və Bəylər adlı şəxslər iştirak etmişdir, müdafiəçi də otaqda olmuşdur. Göy sellofanın içində 5 ağ sellofana bükülmüş büküm var imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi əsası ilə əməliyyat məlumatı əsasında saxlamışlar. Nərimanov rayonu ərazisində A.M.Cümə küçəsinə doğru hərəkət edəcəyi barədə məlumat daxil olmuşdur. Şəxsi həmin yerdə, yəni X11 küçəsində gecə saatlarında saxlamışlar. Əynində idman çantası da var imiş. Özlərini təqdim edib, polis idarəsinə dəvət etmişlər. Vəkilin və təhqiqatçının iştirakı ilə üzəridən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Saxlayan zaman onlara qarşı heç bir müqavimət olmamışdır. Şəxsi saxladıqdan sonra idarəyə gəlməkləri təxminən yarım saat çəkmişdir. Təqsirləndirilən şəxsin evinə baxış olmamış, onun idman çantasından heroin, şalvarından metamfetamin və telefon aşkar olunmuşdur. Şəxsin üzərindən axtarış zamanı hər hansı açar götürməmişdir.Ona qarşı fiziki və ya psixi təsir olmamış, təqsirləndirilən şəxs də onlara qarşı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşır və onun ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 26 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 59-cu saniyəsində ilk olaraq əynində olan qara rəngli idman şalvarının qabaq sağ cibindən içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd sellofan bükümü, həmin şalvarın sol yan cibindən isə 02 ədəd Redmi markalı mobil telefon və 20(iyirmi) manat pul əskinazmı, daha sonra isə çiynindən asılı vəziyyətdə olan qara rəngli idman çantasını masanın üzərinə qoyub həmin çantanın içərisindəki göy rəngli sellofan paketin içərisindən şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər kütlə olan 05 ədəd bükümü, təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni İran İslam Respublikasının vətəndaşı olan Araz adlı tanışının göstərişi ilə onun “Whatsapp” vasitəsi ilə kordinatları göndərdiyi razılaşdırılmış yerdən götürdüyünü bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16-2-6/4553 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №44” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd göy rəngli sellofan bağalamada olan;üzərində “vət.Hacızadə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,504 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “vət. X6” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli sellofanda 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 980,0 qram, 970,0qram, 960,0 qram, 965,0 qram ümumi təmiz çəkisi 4835,0 qram olan qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin siyahısına (Siyahı İ) daxildir.Heroin 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir.Qeyd: Heroinin ümumi təmiz çəkisi - 4835,0 qram, tədqiqata sərf edildi - 0,25 qram, qalıq - 4834,58 qramdır.Metamfetminin təmiz çəkisi - 6,504 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 6,454 qramdır. (ekpertiza tədqiqatın dəyəri 65 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 dair 22 sentyabr 2023-cü il tarixli, 6063 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Hacızadə X3 xəstəliyindən əzab çəkmir. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində anten dairəsi, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər haqqında məlumatları Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsindən əldə edilərək baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək mobil nömrənin anten əhatə dairəsinin iş materialları ilə ziddiyyət təşkil etmədiyi, yəni həmin mobil telefon nömrələrinin anten əhatə dairəsinə dair məlumatları qarşılıqlı şəkildə təhlil etdikdə həmin məlumatların iş materiallarına uyğun olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsiyyəti istintaqla müəyyən edilməyən təqsirləndirilən şəxsə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin istifadəsində olmuş +**********39 saylı xarici ölkənin mobil operatoruna məxsus mobil nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində anten dairəsi və həmin mobil nömrəyə daxil olan və çıxan zənglər haqqında məlumatların əks olunduğu Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Komunikasiya İdarəsi tərəfindən təqdim edilən 01 ədəd diskə baxış zamanı +**********39 saylı xarici ölkənin mobil operatoruna məxsus mobil nömrənin sahibinin anket məlumatlarına və anten dairəsinə dair hər hənsı məlumat aşkar edilməsə də Təqsirləndirilən şəxs istifadəsində olan **********99 saylı mobil nömrəyə +**********39 saylı xarici ölkənin mobil operatoruna məxsus mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 01:16:04, 00:39:45 və 00:01:47-də olmaqla ümumilikdə 3 dəfə cavabsız zəng daxil olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1275/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, anası rəhmətə gedəndən sonra mənəvi sarsıntılar keçirmiş və narkotik vasitələrə qurşanmışdır, narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir, əməlindən peşmandır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nərimanov rayon prokurorluğunun böyük köməkçisi Hamlet Hüseynov tərəfindən qəbul olunmuş “cinayətin işinin başlanması rədd edilməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 20 yanvar 2023-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanın yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4834,58 qram heroin, 6,454 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin və anten dairələrinə dair məlumatlar əks olunduğu Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsi tərəfindən təqdim edilən 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 26 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4834,58 qram heroin, 6,454 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin və anten dairələrinə dair məlumatlar əks olunduğu Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsi tərəfindən təqdim edilən 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar