Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1165/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi «Ruslan Vəliyev və partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, Azad Qadın küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə satış direktoru vəzifəsində işlədiyi "xxxx" MMC-nin təsisçilərindən hər hansı birinin məlumatı olmadan "xxxx" MMC-dən 50 ədəd "Playstation" markalı oyun konsolu və həmin oyun konsolunun 50 ədəd aksesuarını sifariş verərək, 19 noyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən anbarından əldə etməklə "xxxx" MMC-yə külli miqdarda, yəni ümumilikdə 57.850 manat maddi ziyan vuraraq özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir.
3. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşmaları əsasında tanışı Zərərçəkmiş şəxs2 Malaziya Respublikasından 25 ədəd "Playstation" markalı oyun konsolu sifariş verib gətizdirəcəyini vəd verməsi ilə Zərərçəkmiş şəxs2 25 dekabr 2022-ci il tarixdə, saat 19:31 -də Bakı şəhəri, Yasamal rayonu, "Elmlər Akadeiyası" metrostansiyası yaxınlığında yerləşən "xxxx" ödəniş terminalı vasitəsi ilə onun 416973******6548 nömrəli "xxxx" ASC-yə məxsus bank kart hesabına 3000 manat, xx.xx.2023-cü il tarixdə saat 19:24-də X1 5 ədəd "Playstation" markalı oyun konsolu sifariş verib gətizdiricəyini vəd verməsi ilə əlaqədar həmin ünvanda olan eyni ödəmə terminalından 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 19:34-də Bakı şəhəri, Yasamal rayonu, "Elmlər Akadeiyası" metrostansiyası yaxınlığında olarkən mobil tətbiq vasitəsi ilə 500 manat pul göndərməklə ümumilikdə 5500 (beş min beş yüz) manat pulu vahid niyyətlə qanunsuz ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşmaları əsasında tanışı Zərərçəkmiş şəxs1 Malaziya Respublikasından 25 ədəd "Playstation" markalı oyun konsolu sifariş verib gətizdirəcəyini vəd verməsi ilə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə, axşam saatlarında "Elmlər Akadeiyası” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ödəniş terminalı vasitəsi ilə onun 416973******6548 nömrəli "Kapital Bank” ASC-yə məxsus bank kart hesabına 3000 manat ödəmiş,xx.xx.2023-cü il tarixdə X1 5 ədəd "Playstation" markalı oyun konsolu sifariş verib gətizdiricəyini vəd verməsi ilə əlaqədar Abşeron rayonu, "Masazır dairəsi" adlanan yerdə ona 3000 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək aldatma yolu ilə ona xeyli miqdarda, yəni ümumilikdə 6000 manat pulu vahid niyyətlə qanunsuz ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:
5. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər "xxxx" MMC-də kommersiya direktoru kimi fəaliyyət göstərirdi. Şirkətin həyata keçirdiyi alqı-satqılar, habelə marketinq məsələləri üzrə məhsul şəxs olmuşdur. O, adi zəng vasitəsilə mallar ala bilirdi. Müxtəlif şirkətlərlə rəsmi müqavilələr bağlamaqla alqı-satqı aparırdı. Bu şirkətlərdən biri də Zərərçəkmiş şəxs3 Telecom MMC olmuşdur. Sonuncu dəfə Zərərçəkmiş şəxs3 Telecom MMC-dən 50 ədəd Playstation aldıqda onu pulunu hissə-hissə ödəməklə satmaq niyyətində olmuşdur. Lakin onun məsuliyyətsizliyi ucbatından imkanı olmamış və o, Zərərçəkmiş şəxs3 Telecom MMC qarşısında olan öhdəliklərini icra edə bilməmişdir. Sonradan şirkətə gedərək onlara olan borcunu qaytarmaq niyyətində olduğunu və borc müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Lakin şirkət buna razı olmamış və hissə-hissə ödəniş qəbul etmədiyini bildirmişdir. İş üzrə digər zərərçəkmiş şəxslər Kamran və Məhəmmədə dəymiş ziyanı ödəmişdir. Hazırda həmin şəxslərin ondan heç bir şikayət və ya tələbləri yoxdur. Zərərçəkmiş şəxs3 Telecom MMC-yə dəymiş zərəri tam ödəmişdir. Bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Törətdiyi əməldən peşmandır.
6. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də çalışan zaman "xxxx" MMC ilə müxtəlif alqı-satqı müqavilələri bağlamışdır. Sonuncu dəfə 50 ədəd playstation və onun aksesuarlarını alarkən Rüfətin səhlənkarlığı ucbatından həmin borc MMC-nin hesabına qaytarılmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə cəmiyyətə 57850 manat miqdarında ziyan vurmuşdur. "xxxx" MMC ödənişin qaytarılması ilə bağlı "xxxx" MMC-yə müraciət etdikdə ziyanın məhz Rüfətin məsuliyyətsizliyi ucbatından vurulduğunu öyrənmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən şirkətə dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin təsisçilərindən biridir. Şirkətin daxili prosedur qaydası budur ki, əgər maldan anbarda varsa və əlavə olaraq ondan almaq lazımdırsa, rəhbərliyə mail vasitəsilə məlumat verilir və xüsusi qiymət təqdim edilir. Bu malların alışı şirkət rəhbərlərinin razılığı əsasında mümkündür. Lakin Təqsirləndirilən şəxs tərəfindən alınan mallar onların məlumatı olmadan alınmışdır. Bu hal şirkətin kommersiya direktoru işdən çıxan ərəfədə məlum olmuşdur.
7. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 "xxxx" MMC-nin mühasibinin "xxxx" MMC-nin mühasibi ilə əlaqə saxlayaraq yanvar-fevral ayının qaimələri üzrə ödənişlərin edildiyini, noyabr ayından ödənilməmiş qaimələrin olduğunu, qaimənin şəklini istədik, orada “Playstation 5 825 GB” və “PPS DualSense” markalı məhsullar sifariş verildiyin gördüklərini, məhsulların seriya nömrələrinin onlara göndərildiyini və həmin halların şirkətə daxil olmamasının sistemlə müəyyən olunduğunu, həmin dövrdə həmin sifariş verilən “Playstation”-dan 12-18 ədəd və “PPS DualSense” markalı məhsuldan isə 20-yə yaxın anbard olduğunu, "xxxx" MMC-dən təhvil-təslim aktını istədiklərini, sürücünün imzası və ya nömrəsi, maşının nömrəsinin aktda olmamasının müəyyən edildiyini, sadəcə Məhəmməd adlı şəxsin vəsiqəsinin göndərildiyini, "xxxx" MMC ilə əlaqə saxlayan zaman guya "xxxx" MMC-nin onlara malların təcili lazım olduğunu və boş maşın olmadığı üçün adi sürücü göndərdiyini bildirdiyini dediklərini, bundan sonra araşdırma apardıqlarını, Məhəmməd adlı şəxsin Rüfətin xahişi və ya tələbi ilə gedib həmin malları götürməsinin müəyyən olunduğunu, daxili hüquq şöbəsi tərəfindən aparılan araşdırma zamanı malların Sumqayıtda kiməsə verilməsinin və ya satılmasının müəyyən olunduğunu, anbarda eyni maldan olduğu halda yeniləri alınan zaman Rüfətin rəhbərliyə məlumat verməsinin tələb olunduğunu, lakin onun bunu etmədən digər şirkətdən malları götürdüyünü,
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC onların şirkəti ilə partnyordur. Təqsirləndirilən şəxs həmin MMC-nin kommersiya direktoru olmuşdur. Onun verdiyi sifariş əsasında məhsullar hazırlanmış, elektron qaimə və fakturalarla məhsullar təhvil verilmişdir. Bizneslə əlaqədar olaraq partyorlarımız müəyyən limitə çatdıqda onlara güzəştlər edilir. Sonradan ona aydın olmuşdur ki, sifariş verilən mallar şirkətə çatmamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. Məhsulları təhvil-təslim edir. Gələn sifarişlər əməkdaşlar tərəfindən yönəldirilir və o, məhsulları sifarişçiyə təhvil verir. Təqsirləndirilən şəxslə bağlı heç bir məlumatı yoxdur.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən sifariş daxil olduqdan sonra kommersiya şöbəsi bazar qiymətlərini araşdırır, qiymət cədvəli tərtib olunur və tədarükçüyə elektron məktub vasitəsilə göndərilir. Tədarükçü təsdiq etdikdən sonra lazım olan sənədləri göndərir, bu sənədlərə qiymətlə razılaşma protokolu, təhvil-təslim aktı, faktura, hesab aiddir, mallar alındıqdan sonra elektron qaimə verilir. Təqsirləndirilən şəxs bu sənədlərin heç biri olmadan "xxxx" MMC-dən malları sifariş vermişdir, onların şirkətinə aid olmayan sürücü gedib malları götürmüşdür. Mallar anbara daxil olduqdan sonra elektron qaimə tərtib olunur. Bu hal ilin sonunda aparılan araşdırma zamanı müəyyən olunmur, aprel ayında bizə borc olduğu deyilmişdir. Hadisə barədə polisə o özü şikayət etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci ildə Təqsirləndirilən şəxs playstation sifariş etmiş, onların şirkəti "xxxx" MMC-də həmin sifariş qeydə alınmışdır. Sifariş satışa vurulmuş, anbardan təhvil verilmişdir. Sifarişin ödənişini "xxxx" MMC-dən tələb etdikdə onlar məhsulları təhvil almadıqlarını bildirmişlər. Bundan sonra araşdırma başlanmışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qardaşı bir neçə ildir ki, bu sferada işləyir. Dəqiq tarixi xatırlamır, hadisə barədə İlqar müəllim onunla əlaqə saxlayan zaman məlumatı olmuşdur. "xxxx" MMC-dən Mübariz müəllim və İlqar müəllim ona hadisə barədə məlumat vermişlər. Bu hadisə barədə özü də məyus olmuşdur. #
13. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verilmiş ifadələri elan edilmişdir.
14. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ümumilikdə üç altı aydır ki, "xxxx" MMC-də, son üç ildir ki, həmin MMC-də filial inzibatçısı vəzifəsində çalışır və işlədiyi elektronika mağazası Bakı şəhəri, H.Cavid prospekti 147 ünvanında, "Elmlər metrostansiyasınm çıxışında yerləşir. Mahiyyəti üzrə bildirmişdir ki, əvvəllər "xxxx" MMC-də satış üzrə direktor vəzifəsində çalışmış Təqsirləndirilən şəxs 2021-ci ildən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun hazırda çalışdığı MMC- də Marketinq direktoru vəzifəsində çalışmış və işlədiyi dövrdə onun da rəhbəri olmuşdur. Onunla əvvəllər münasibətləri yaxşı olmuş, heç bir ədavəti olmamışdır. Ondan başqa hazırda da birlikdə çalışdığı Zərərçəkmiş şəxs2 da Rüfətin tabeliyində çalışmışdır. Kamran Rüfətlə birlikdə "xxxx" MMC-nin baş ofisində birlikdə çalışdıqları üçün onların münasibəti daha yaxın olmuşdur. Təqsirləndirilən şəxs sonradan isə "xxxx" MMCdə çalışmağa başlasa da, onlar münasibətlərini davam etdirmişdilər. Bir müddət sonra Kamran onunla söhbət zamanı Təqsirləndirilən şəxs çalışdığı "xxxx" MMC-dən müxtəlif təyinatlı məhsullar götürüb satmaq üçün ucuz qiymətə ona verdiyini, o da həmin məhsulu satıb gəlir əldə etdiyini bildirib Rüfətlə birlikdə işləməyi ona təklif etmişdir. O, Kamranla razılaşaraq 2022-ci ilin oktyabr ayından Rüfətdən "Mİ" markalı robot tozsoran, "Sony" və "Playstation" markalı oyun konsolları alaraq satmağa başlamışdır. O, bu satışları fərdi qaydada həyata keçirmiş və çalışdığı işdən başqa gəlir əldə etmişdir. Satışdan əldə etdiyi məbləğdən öz gəlirini çıxdıqdan sonra məhsulun dəyərini Kamran Rüfətin istifadəsində olan bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs onlara sifariş verdikləri məhsulları Kamranın vasitəsilə göndərmişdir. Bəzi hallarda isə onun xatırladığına görə Kamran Rüfətin ona verdiyi qaimə əsasında "xxxx" MMC-nə məxsus "28 May" metrostansiyası yaxınlığında yerləşən mağazasına yaxınlaşaraq məhsulu qəbul etmişdir. Əvvəllər Rüfətin qeyd etdiyi məhsulları çalışdığı MMC-də hansı qaydada rəsmiləşdirdiyi ona məlum deyildi. Lakin, bir dəfə Rüfət onunla əlaqə saxlayaraq onun nömrəsini "xxxx" MMC- də fərdi sahibkar kimi qeyd etdiyini və həmin MMC-dən dəqiqləşdirmə üçün onunla əlaqə saxlanıldığı zaman onun bunu təsdiq etməyini bildirmişdir. Çünki Rüfət bu qayda ilə qeyd etdiyi məhsulları onlara topdan satış qiymətinə verə bilmişdir. 18 noyabr 2022- ci il tarixdə işdə olduğu zaman Karman Hüseynov ona Təqsirləndirilən şəxs "xxxx" MMC-nin adı ilə "xxxx" MMC-dən 50 ədəd "Playstation 5 825 GB" markalı oyun konsolu, 50 ədəd isə həmin oyun konsolunun "PPS Dualsense" markalı aksessuarlarım sifariş verdiyini, həmin məhsulların götürülməsini Rüfətin ondan xahiş etdiyini, lakin özünün işdə olması səbəbindən məhsulu götürmək üçün gedə bilməyəcəyini, onun bir gün sonra yəni, 19 noyabr 2022-ci il tarixdə istirahət gününün olması səbəbindən həmin məhsulları onun götürməyini xahiş etmişdir. Qeyd etdiyi məhsullardan Kamran və onun hər birinin 10 ədəd sifarişi var idi. Onlar bu sifarişləri verməzdən əvvəl Rüfətlə aralarında olan söhbət zamanı Rüfət onlara bir ədəd oyun konsolunun qiymətinin 920 olduğunu bildirmişdir. O da Rüfətlə qiymətdə razılaşıb Kamran vasitəsilə Rüfətə 2500 manat beh göndərmişdir. Kamran da 10 ədəd oyun konsulu üçün Rüfətə 2500 və ya 3000 manat beh göndərmişdir. Bu səbəbdən də Kamranla razılaşmış və sonra Rüfətin sifariş Şifrəsini onun mobil telefonuna göndərmişdir. Həmin şifrə kompyuterin ekran görüntüsünün mobil telelefonun kamerası ilə çəkilmiş şəkili üzərində əks olunmuşdur. Belə ki 19 noyabr 2022-ci il tarixdə nahar vaxtı Rüfətin göndərdiyi "Mercedes Viano" markalı dövlət qeydiyyat nişanı və rəngini xatırlamadığı avtomobil onu "20 Yanvar" metrostansiyasının yaxınlığından götürmüş və onlar "ABC Telecom” MMC-nin Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində “Zəngəzur” şadlıq sarayının yaxınlığında yerləşən anbarına getmişdir. Sürücüdən başqa yanında kənar şəxs yox idi. O, anbara daxil olmuş və orada bir neçə işçi var idi. O, həmin şəxslərə "xxxx" MMC-dən sifariş olduğunu və onu Rüfət bəyin göndərdiyini bildirmişdir. Bir qədər sonra nahar fasiləsindən anbarın digər işçisi yaxınlaşmışdır. Həmin şəxsin adını hazırda xatırlamır. O, həmin şəxsə mobil telefonunda olan sifariş şifrəsini göstərmişdir. Bundan sonra anbardar ondan şəxsiyyət vəsiqəsini alıb surətini çıxarmışdır. Sifarfiş verilmiş məhsullar hazırlandıqdan sonra avtomobili anbara salmağı istəmişdir. Sürücü avtomobili içəri daxil edən zaman anbardan avtomobili görüb ondan hansı səbəbdən bu maşınla gəldiyini, hansı səbəbdən "xxxx" MMC-nin avtomobili ilə gəlmədiyini soruşmuşdur. O, həmin şəxsə Təqsirləndirilən şəxs onun tanışı olduğunu və onun xahişi ilə gəldiyini bildirmişdir. Bundan sonra həmin şəxsin tərtib etdiyi satış fakturasını imzalamış və yuxarıda qeyd etdiyi məhsulları avtomobilə yükləmişdilər. Satış fakturasının bir nüsxəsini ona verilmişdir. Anbardan çıxdıqdan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamış və mallar hansı ünvana aparmağını soruşmuşdur. Rüfətdən malları "xxxx" MMC-nin anbarına aparmağını soruşduqda Rüfət ona istifadə etdikləri avtomobilin anbara getməsini istəmədiyini, şirkətin boş avtomobili olacağı təqdirdə özünün göndərəcəyini bildirib ondan cavab gözləməyini demişdir. Rüfət malları Yasamal rayonu ərazisində yerləşən "Tri Korona" adlanan yaşayış binasının yaxınlığında bir anbara yığılacağını demişdir. Lakin, bir qədər vaxt keçdikdən sonra və malları yüklədikləri avtomobilin sürücüsü tələsdiyi üçün Rüfət malları onun müvəqqəti saxlamağını istədiyindən həmin malları həmin vaxt Yasamal rayonunda qeydiyyatda olduğu və yaşadığı ünvana aparmışdır. O, Rüfəti məlumatlandırmaqla Kamran və hər birinə 10 ədəd olmaqla 20 ədəd oyun konsolunu evində saxlamışdır. Telefon danışığı zamanı Rüfət 5 ədəd də oyun konsolunun aksessuarını onlara hədiyyə etdiyini bildirmişdir. Bir gün sonra yəni, 10 noyabr 2022-ci il tarixdə Rüfətin göndərdiyi qırmızı rəngli köhnə model "Mercedes" markalı mikroavtobus onun yaşadığı ünvana gəlmiş və Rüfətə çatası malları satış fakturası ilə birlikdə sürücüyə verib yola salmışdır. Bundan sonra Rüfətlə aralarında olan söhbətlər zamanı Rüfət malları tez bir zamanda satmağı tələb edir, satışdan əldə olunacaq pulu "xxxx" MMC-də satış şöbəsinin rəhbəri vəzifəsində çalışan Elvin adlı şəxsə verəcəyini bildirmişdir. Rüfət malların pulunu həmin gün onlardan tələb etmişdir. Kamran və o Rüfətə “sifarişi ay yarımdır gecikdirirmisən, bu qədər biz səni gözləmişik, bir-iki gün də sən bizi gözlə” demişdilər. Bundan sonra Kamran və o Tap.az saytında elan verərək onlara aid olan məhsulları satmışdılar. Hər bir oyun konsolunun satışından təxminən 100 gəlir əldə etmişdilər. Satışları həyata keçirdən sonra isə oyun konsollarının maya dəyərini Elvinə verməsi üçün Rüfətin bank kartına göndərmişdilər. Belə ki, Rüfətin kartında köçürmələri həmişə Kamran etmişdir. 07 yanvar 2023-cü il tarixdə Rüfətlə onun idarə etdiyi avtomobillə Sumqayıt şəhəri istiqamətində getmiş və Rüfət onu Mazazır dairəsində düşürməli idi. Həmin yerə çatdıqda o, Rüfətə 3000 manat beh pul vermişdir. Belə ki, Rüfətlə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Rüfət Kamran və ona hər birinə 30 ədəd oyun konsolu satacağına dair sifariş qəbul etmişdir. Pulun verən zaman aralarında olan söhbət əsasında Rüfət ona malları yanvar ayının 9-10-da ona veriləcəyini bildirmişdir. Həmin ərəfədə Kamran da Rüfətin bank kartında qeyd etdiyi sifarişlə bağlı 3000 manat beh göndərmişdir. Həmin məhsulların sifarişi üçün Rüfət sifarislə bağlı 3000 manat sonralarında ondan 2500, Kamrandan isə 3000 manat beh almışdır. Sonuncu dəfə aldığı pullarla birlikdə ondan 5500, Kamrandan isə 6000 manat pulu beh olara almasına baxmayaraq sonradan Rüfət müxtəlif bəhanələr gətirib nə onların sifarişlərini vermiş nə də, pulunu geri qaytarmışdır. Bununla bağlı dəfələrlə Rüfətlə əlaqə saxlamış, aralarında yazışmalar olub və Rüfət ona kredit götürüb pulunu qaytaracağına söz vermişdir. Hətta telefon danışıqları zamanı Rüfət ona 30 ədəd oyun konsulunu ona satması üçün beh olan verdiyi ümumilikdə 5500 manat pulu "xxxx" MMC-nin satış rəhbəri vəzifəsində çalışan Elvin adlı şəxsə verdiyini və yaxın müddətdə sifarişlərin gələcəyini bildirmişdir. Bundan uzun müddət keçməsinə Rüfət hələ də onların pulunu qaytarmamışdır. 2023-cü ilin may ayının əvvəllərində Kamran Rüfətə müraciət edərək dostunun öz oğluna hədiyyə etməsi üçün bir ədəd oyun konsolu istədiyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Kamran ona bu barədə bildirmiş və həmin bir ədəd oyun konsolunu şərikli alıb onun dostuna satmaqla az miqdarda gəlir əldə edə biləcəklərini bildirmişdir. Onun pulu olmadığından, həmçinin Rüfətə inanmadığı üçün Kamranla razlaşmamışdır. Kamrana isə daha Rüfətə inanmamasını bildirmişdir. Kamran isə *
dostundan 600 manat alaraq Rüfətə vermiş, Rüfət isə həmin pulla bilet alıb ölkəni tərk etmişdir. O. Rüfətin ölkədən çıxması barədə öz tanışları vasitəsilə öyrənmişdir. Rüfətin əvvəllər ona satdığı məhsulları kimin adına rəsmiləşdirdiyi ona məlum deyildi. Lakin Rüfətin həmin məhsulları çalışdığı "xxxx" MMC-dən əldə etdiyini bildirmişdir. Sonra isə Rüfət ona borclu olduğu, beh kimi aldığı pulu geri qaytarmaq üçün onun adını çalışdığı MMC-də kiçik sahibkar kimi qeyd etdirərək məhsul çıxara biləcəyini ona demişdir. O, satış fakturasınında qeyd olunmuş qiymətlərlə tanış olmuşdur. O, Kamrana fakturanı sonradan göstərib bunu müzakirə etdikdə belə qənaətə gəlmişdilər ki, Rüfət həmin məhsulu ƏDV-dən azad formada onlara satmışdır. Belə ki, bir ədəd oyun konsolunun qiymətini 18% ədv-dən azad formada hesablasaq 870 manat edir və bu məbləğin üzərinə özü üçün 50 manat əlavə edərək onlara 920 manata satmışdır. O, öz təcrübəsindən, çalışdığı şirkətlərdə gördüklərindən əsaslandıra bilmişdir ki, köçürmə yolu ilə əldə olunmuş malların ilkin qiymətləri satış fakturalarında nağd ödəmə qiymətləri kimi qeyd olunur. Lakin sonradan yəni, pulu köçürüldüyü zaman məhsulun dəyəri ədv-dən azad olunmuş qiymətlərlə hesablanır. O, həmin şəxsi tanımır, adını bilmir, anbarda olduğu müddətdə ona heç kim təkid etməyib, hər hansı bir göstəriş verməmişdir. Həmin şəxs onun şəxsiyyət vəziqəsinin surətini çıxartmış və şifariş koduna baxıb məhsulları təhvil vermişdir. O, Elvini adını Rüfətdən eşitmiş, barəsində başqa bir məlumatı yoxdur, Rüfəti görməmişdir. Rüfət söhbət əsasında məhsulların çıxarılmasını Elvinin təsdiq etdiyini, onun satış şifrəsini Rüfətə verdiyini onlara bildirmişdir. Həmin məhsulların 10 ədədi ona 10 ədədi isə Kamrana məxsus idi. Onlar həmin məhsulları Rüfətə əvvəlcədən sifariş etmiş və buna görə Rüfətə beh de ödəmişdilər. Sifariş Rüfət tərəfindən onlara deyilən vaxtdan gec gəldiyi üçün o da işin bir az daha uzanmaması səbəbindən Rüfətin xahişi ilə məhsulları anbardan qəbul etmişdir. Rüfət mallar yüklənmiş avtomobilin "xxxx" MMC-nin anbarına getməsini istəmədiyindən, sonradan da sürücünün tələsməsi səbəbindən Rüfətin yaşadığı ünvana aparmış və Rüfət sonradan şirkətin avtomobilini göndərib götüzdürəcəyini bildirmişdir. O, malları qəbul edib yola çıxanda Rüfətlə yazışaraq onları "xxxx" MMC-nin Landmarkın yaxınlığında yerləşən anbarına aparmaq istədiyini bildirmişdir. Bu barədə heç bir məlumatı yoxdur. Söhbət əsasında Rüfət həmişə topdan satışla məşğul olan tanışlarının olduğunu və malları onlara verəcəyini demişdir. Lakin həmin şəxsləri tanımamışdır. Belə ki, Rüfətdən aldığı malların pulun bir hissəsini əvvəlcədən beh olaraq, qalan hissəsini isə satışdan sonra tam şəkildə ödəmişdir. Rüfətin də, ona verdiyi pulu "xxxx" MMC-nin adından "xxxx" MMCnə ödədiyini düşündüyündən, Rüfətə inandığı üçün hər iki MMC arasında problem olmayacağına əmin olduğundan Rüfətin bu hərəkətləri onda hər hansı bir şübhə yaratmamışdır. O, əlavə olaraq Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan ümumilikdə 6000 manat pul almasını bildirmişdir. O, Rüfətə həmin pulları ona məxsus 416973******6548 nömrəli kart hesabına konkret olaraq Bakı şəhəri Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında olan kapital bank terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında 3000 manat, xx.xx.2023-cü il tarixdə axşam 20 radələrində 3000 manatı Abşeron rayonu Masazır dairəsində əlbəəl vermişdir.
15. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il tarixdən etibarən tanımışdır. Belə ki, hər ikisi "xxxx" MMC-də birlikdə işləmiş, stok menecer vəzifəsində, Rüfət isə marketinq direktoru vəzifəsində çalışmışdır, eyni zaman da həmin MMC-də Zərərçəkmiş şəxs1 da filial inzibatçısı vəzifəsində işləmişdir. 2022-ci ilin əvvəllərində Rüfət həmin MMC-dən işdən çıxmış və sonradan "xxxx" MMC-də satış direktoru vəzifəsində çalışmağa başlamışdır. 2022- ci ilin aprel ayında Rüfət ona zəng edərək 2 ədəd “playstation” adlı oyun konsolunun olmasını, həmin oyun konsolunu "xxxx" MMC-nin Dubaydan gətirməsini və onun həmin oyun konsollarmı sata bilib-bilməyəcəyini soruşmuş, o da satış edə bilməyəcəyini söyləmişdir. Rüfət də ona izah edərək bəzi internetr saytlarında şəkillərini yerləşdirərək sosial şəbəkə vasitəsilə satışını həyata keçirə biləcəyini tövsiyyə eləmiş, o da Rüfətin göndərdiyi həmin oyun konsollarının fotoşəkillərini müxtəlif internet elan saytlarında yerləşdirmiş və bu üsulla satmışdır. Satışını həyata keçirdikdən sonra Rüfət onu "xxxx" MMC-nin “28 May” metrostansiyasının yaxınlığında yerləşən anbarına gəlməyini bildirmiş, o da oraya getmiş, anbarda Rüfətin söyləməsi ilə anbardar qaiməyə imzalamağı ilə həmin 2 ədəd oyun konsolunu ona vermişdir və o, həmin oyun konsollarının zəmanət kağızını alıb həmin kağızla birlikdə satmış olduğu müştəriyə oyun konsollarmı təhvil vermiş, aldığı 2080 manat pulun danışığa əsasən 2000 manat məbləğini Rüfətin ona söylədiyi bank kartına göndərmiş, 80 manat pul isə ona qalmışdır. Yəni, Rüfət həmin 2 ədəd oyun konsolunu əvvəlcədən danışığa əsasən ona 2000 manat pula nisyə satmışdır. 2022-ci ilin iyul ayının sonlarında Rüfət ona zəng edərək "xxxx" MMCnin oyun konsolları sifariş edib gətirəcəyini, həmin oyun konsollarmı satış direktoru olduğu "xxxx" MMC-nin alacağını, həmin konsollardan 20 ədəd konsolu ona qısa müddət ərzində sata biləcəyini, bunun qardığında ilkin olaraq 3000 manat pul verməyini söyləmişdir. O da 1500 manat pul verə biləcəyini bildirmişdir. Rüfət də ona 1500 manat pulun az olmasını, ümumilikdə 3000 manat miqdarında verməli olduğunu söyləmiş, o da həmin məbləğdə pulunun olmadığını söyləmiş, Rüfət də ona birlikdə işlədikləri Məhəmmədə bu barədə söyləməyini, ona da bu cür təklif etməyini söyləmiş, o isə Məhəmmədə söyləyə bilməyəcəyini, özünün söyləməsini bildirmiş, Rüfət özünün danışacağını söyləmişdir. Bundan sonra Məhəmməd ona Rüfətin onunla danışmağını və Məhəmmədə də ona etdiyi təklifi etməsini, Məhəmmədin də razılaşmasını söyləmişdir. Bundan sonra Rüfətlə danışmış, Məhəmməd üçün 10 ədəd və onun üçün də 10 ədəd oyun konsolu olmaqla, ümumilikdə 20 ədəd oyun konsolunu Rüfətin onlara verməsi üçün danışığa əsasən 3000 manat Rüfətə pul verməyə razılaşmışdılar. O, 2022-ci ilin iyul ayının sonlarına Rüfətin adma olan ona fotoşəkilini göndərmiş olduğu "xxxx" ASC-yə məxsus bank kartına onun üçün 10 ədəd oyun konsoluna görə 1500 manat pulu ilkin olaraq göndərmiş, sonra Məhəmməd həmin gün onun üçün 10 ədəd oyun konsoluna görə tanışma söyləməsi ilə həmin tanışı 1500 manat pulu Rüfətin həmin bank kartına göndərmişdir. Rüfət ona və Məhəmmədə həmin oyun konsollarının sentyabr ayında gələcəyini, həmin vaxt da onlara təhvil verəcəyini söyləmişdir. 2022-ci ilin sentyabr ayında o və Məhəmməd oyun konsolları barədə maraqlananda gəlmədiyini, gəldiyi zaman xəbər edəcəyini söyləmişdir. Hər dəfə bu cür sözlər söyləməsi ilə 2 ay müddət keçmişdir. 18 noyabr 2022-ci il tarixdə Rüfət ona zəng edib oyun konsollarının gəlməsini, həmin konsolları "xxxx" MMC-dən götürmək lazım olduğunu, lakin satış direktoru olduğu "xxxx" MMC-nin hal-hazırda avtomobilinin həmin konsolları götürə bilməməsini, bu səbəbdən onun gedib götürməyini, Rüfətin həmin konsolları götürmək üçün ona avtomobil göndərəcəyini söyləmişdir. O da Rüfətə onun həmin MMC-də hansı formada konsolları götürə biləcəyini, MMC-nin anbardarının ona, yəni kənar şəxsə həmin konsolları verməyəcəyini söyləmiş, Rüfət də ona həmin konsolların alınması ilə bağlı satış qaiməsini və şifrəsini göndərəcəyini, həmin qaimə və şifrəni söyləyib həmin məhsulları götürə biləcəyini, eyni zamanda "xxxx" MMC-nin satış direktoru olan Elvin adlı şəxslə bu barədə danışmasını, məlumatının olmasını söyləmişdir. O da hal- hazırda işdə olmağını, gedə bilməyəcəyini söyləmiş, Rüfət də ona bu səbəbdən Məhəmmədə söyləməyini, Məhəmmədin həmin konsolları götürməsinin söyləməyini bildirmiş, o da Məhəmmədlə özünün danışmasını, vaxtı olacağı təqdirdə gedib götürməsinin söyləmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Məhəmməd ona zəng etmiş və ona Rüfətin xx.xx.2022-ci il tarixdə zəng etməyini, "xxxx" MMC- nin anbarından 500 ədəd oyun konsolu və 50 ədəd həmin konsolların aksesuarlarını götürməsinin söyləməsini, bunun üçün Rüfətə satış qaiməsini və şifrəsini “Whatsap” sosial şəbəkəsi vasitəsilə şəkilinin göndərməsini, eyni zamanda həmin konsol və aksesuarların götürülməsi üçün Rüfətin ona avtomobil göndərməsini, hal-hazırda həmin MMC-nin anbarına getməyini söyləmişdir. Həmin gün axşam saatlarında Məhəmməd ona zəng edib həmin oyun konsolları və aksesuarları anbardan götürməsini, Rüfətin söyləməsi ilə yaşadığı Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 66, mənzil 8-də saxlamasını, ertəsi günü Rüfətin həmin oyun konsollarını götürməsi üçün avtomobil göndərəcəyinin söyləməsini bildirmişdir. Biraz sonra Rüfət ona zəng edib oyun konsollarının Məhəmmədə olmasını, həmin konsollardan 20 ədədinin o və Məhəmməd üçün götürməyi, 50 ədəd aksesuardan da 5 ədədini onlara hədiyyə etməsini, qalan konsol və aksesuarları isə ertəsi günü Məhəmməddən götürməsi üçün avtomobil göndərəcəyini söyləmişdir. Ertəsi günü Rüfət Məhəmmədin olduğu həmin ünvana avtomobil göndərmiş konsol və aksesuarları həmin avtomobil sürücüsü təhvil almışdır. Bundan sonra Rüfət ona zəng edib o və Məhəmmədə vermiş olduğu 20 ədəd oyun konsolunu təcili satıb Rüfətə satışdan verməli olduğu pulu, yəni məhsulun maya dəyərini Rüfətə verməyi söyləmişdir. O və Məhəmməd də 2-3 gün müddətində həmin oyun konsollarını satmış və əvvəldən Məhəmmədlə birlikdə beh vermiş olduğu 3000 manat pulla birlikdə 20.000 manata yaxın pulu Rüfətə vermişdilər. 3000 manatdan əlavə 17.000 manata yaxın pulu xx.xx.2022-ci il tarixdə “Elmlər” metrostansiysının yaxınlığında olan “Qoç ət” adlı restoranda o, Rüfətə vermişdir. Bununla da Rüfətlə aralarında hər hansı bir ödəniş və ya verməli olduqları pul qalmamışdır. Bundan sonra 2022-ci ilin noyabr ayının sonlarında Rüfət ona zəng edib 2023-cü ilin may ayı üçün Malaziya Respublikasından "xxxx" MMC-nin anbarına 1 tır oyun konsolu gələcəyini, həmin konsollardan onun 100 ədəd sifariş verməsini, həmin konsolların sifarişi üçün onun əvvəlcədən beh kimi pul verməli olduğunu, o və Məhəmmədin istədiyi təqdirdə 30 ədəd oyun konsolunu onlara topdan satış qiymətinə verə biləcəyini, bu səbəbdən istədikləri təqdirdə 5000 manat pul verməyi söyləmiş, o da həmin məbləğdə pul verə bilməyəcəyi, 3000 manat pul Məhəmmədlə birlikdə verə biləcəyi söyləmişdir. Rüfət də razılaşmışdır. 2022-ci ilin noyabr ayının sonlarında o, “Elmlər” metrostansiyasının çıxışında olan "xxxx" ASC-yə məxsus “Birbank” mərkəzində olan ödəniş terminalı vasitəsilə Rüfətin ona göndərmiş olduğu "xxxx" ASC-yə məxsus bank kartına 1500 manat pul göndərmiş, ertəsi gün də Məhəmməd ona 1500 manat pul vermiş və Məhəmməd üçün də həmin mərkəzdən Rüfətin həmin bank kartına 1500 manat pul göndərmişdir. 2022-ci ilin dekabr ayının ortalarında Rüfət ona zəng edib onlara verəcəyi olan 30 ədəd oyun konsolunu 50 ədəd vermək imkanının olmasını, hər bir oyun konsolunu topdan satış qiymətinə, yəni 920 manata verə biləcəyini, bu barədə "xxxx" MMC-nin satış direktoru Elvin adlı şəxslə danışmasını söyləyib əlavə də pul göndərməli olduğunu söyləmiş, o da əlavə nə qədər olmasını soruşduqda əlavə olaraq Məhəmməd və onun hər birinin 1500 manat olmaqla ümumilikdə 3000 manat göndərməli olduğunu söyləmiş, o da bu barədə Məhəmmədlə söhbət etdikdən sonra razılaşmışdılar. Bundan sonra əvvəl göndərdikləri "xxxx" ASC-yə məxsus mərkəzdən əvvəlcə o, özü üçün 1500 manat pulu Rüfətin həmin bank kartına göndərmiş, ertəsi gün də Məhəmməd ona 1500 manat pul vermiş, həmin pulu da həmin mərkəzdən Rüfətin həmin bank kartına göndərmişdir. Məhəmməd və o, hər biri 3000 manat olmaqla, ümumilikdə 6000 manat pulu Rüfətə 2023cü ilin may ayında onlara ümumilikdə 50 ədəd oyun konsolu verəcəyinə söz verməsi üçün göndərmiş olmuşdular. Bundan sonra 2022-ci ilin dekabr ayının sonlarında Rüfət ona zəng edib satış direktoru olduğu "xxxx" MMC-nin Dubaydan 10 ədəd oyun konsolu sifariş etməsini, həmin konsolların 1 həftə müddət ərzində gələcəyini, həmin konsolları ona və Məhəmmədə eyni qayda ilə satmağı üçün verə biləcəyini, bunun üçün ilkin olaraq beh kimi 6000-7000 manat verməli olduqlarını söyləmişdir. O da Məhəmmədlə danışdıqdan sonra Rüfətə zəng edib ümumilikdə 5500 manat verə biləcəyini söyləmişdir. Rüfət də razılaşmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində o, “Elmlər” metrostansiyasının çıxışında olan "xxxx" ASC-yə məxsus “Birbank” mərkəzində olan ödəniş terminalı vasitəsilə Rüfətin "xxxx" ASC-yə məxsus bank kartına 2500 manat pul göndərmişdir. Həmin günün ertəsi günü Məhəmmədin ona söyləməsi ilə axşam saatlarında Abşeron rayonu Masazır dairəsi adlanan yerdə Məhəmməd də Rüfətə 3000 manat pul verməsini bilmişdir. Bundan 1 həftə sonra Rüfət, o və Məhəmməd əlaqə saxlamışdılar. 10 ədəd oyun konsolu barədə soruşmuş, Rüfət də gələcəyini, gecikməsini söyləmişdir. Hər dəfə o və Məhəmməd Rüfətlə əlaqə saxlasalar da yenə Rüfət eyni sözləri söyləyib bəhanələr gətirərək konsolların gələcəyini söyləmiş, lakin Rüfət onlara oyun konsollarım təhvil verməmişdir. Bir neçə ay bu cür davam etmiş, 2023-cü ilin may ayında Rüfət onlara 50 ədəd oyun konsolu verməli idi, lakin Rüfət o və Məhəmmədin zənglərinə cavab verməmişdir. Onlar da Rüfətin onları aldatmasını bilmişdilər. Bundan sonra 2023-cü ilin may ayının ortalarında tanışları vasitəsilə Rüfətin Rusiya Federasiyasına getməyini bilmiş və bununla da Məhəmməd və onu aldatmasına tam əmin olmuşdular. O, əlavə olaraq bildirmişdir ki, Rüfət ondan 5500 manat pul almışdır. O, Rüfətə həmin pulları ona məxsus 416973******6548 saylı kart hesabına konkret olaraq Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrosunun yaxınlığında olan Kapital bank terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 19:31-də 3000 manat, xx.xx.2023-cü il tarixdə saat 19:24-də həmin ünvanda olan eyni terminaldan 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 19:34-də həmin ünvanda olarkən üzərində nəğd pul olmadığından mobil tətbiq vasitəsi ilə 500 manat pulu göndərmişdir. Lakin, kartın etibarlılıq müddəti bitdiyindən qəbzi təqdim edə bilməmişdir.
16. “İfadənin yerində yoxlanılması”na dair 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Zəngəzur” şadlıq sarayının yaxınlığındakı "xxxx" MMC-yə məxsus anbarı göstərərək 19 noyabr 2022-ci il tarixdə həmin ünvana gəldiyini, həmin vaxt "xxxx" MMC-nin satış üzrə direktoru kimi işləmiş Təqsirləndirilən şəxs onun mobil telefonuna göndərdiyi sifariş şifrəsi və özünə məxsus şəxsiyyət vəsiqəsi əsasında orada anbardar vəzifəsində çalışan Şahid3 tərtib etdiyi satış fakturasına imza edərək 50 ədəd “Playstation 5 825 GB” markalı oyun konsolu, 50 ədəd isə həmin oyun konsolunun “PPS Dualsense” markalı aksessuarlarını təhvil alıb yaşadığı ünvana apardığını bildirmişdir (cild 01; i.v.109-111).
17. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Abşeron rayonu, “Masazır dairəsi” adlanan yerdən, yəni körpünün aşağı hissəsində olan avtomobil yolunun Sumqayıt şəhəri istiqamətində addımlayaraq yolun kənarını göstərib həmin yerdə 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs 3000 manat pul verməsini bildirmişdir (cild 01; i.v.137-139).
18. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 02 vərəq qəbz iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, həmin qəbzlərə baxış zamanı 1-ci vərəqdə olan qəbzdə müştərinin A.S.A hissəsinin qarşısında “A.......R......H” göstərilmiş "xxxx" ASC-yə məxsus bank hesabına 25 dekabr 2022-ci il tarixdə 3000 manat məbləğində pul köçürülmüş, 2-ci vərəqdə olan qəbzdə müştərinin A.S.A hissəsinin qarşısında “A.......R......H” göstərilmiş "xxxx" ASC-yə məxsus bank hesabına 05 yanvar 2023-cü il tarixdə 2000 manat məbləğində pul köçürülmüşdür (cild 01; i.v.145).
19. MY SHOPS” MMC tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli, 06 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən "xxxx" MMC-yə 05 may 2022-ci il tarixli əmrlə məişət texnikası üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, 20 iyun 2022-ci il tarixdə əmrlə vəzifəsi dəyişdirilərək kommersiya üzrə direktor vəzifəsinə keçirilmişdir. 27 fevral 2023-cü il tarixli əmrlə işdən azad olunmuşdur (cild 01; i.v.298).
20. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 27 fevral 2023-cü il tarixli, 11/İR/2023 saylı əmrdən görünür ki, (cild 01; i.v.301).”My Shops” bölməsində kommersiya üzrə direktor vəzifəsində çalışan Təqsirləndirilən şəxs ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a”-“tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən 27 fevral 2023-cü il tarixdən xitam verilmişdir (cild 01; i.v.301)
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
21. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
23. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
24. “Şübhəli şəxsin tutulması haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə, saat 19:10-da tutulmuşdur (cild 01; i.v.195).
25. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(001)-311/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 may 2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.227- 229).
26. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli, 4(012)-470/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 11 iyul 2024-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.259-263).
27. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti yoxdur (cild 01; i.v.307).
28. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 4(012)-522/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 11 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.337-342).
29. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 4(012)-712/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri 11 dekabr 2024-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur (cild 02; i.v.149-155).
30. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 10 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur (cild 02; i.v.167).
31. “Qətimkan tədbirinin seçilməsi barədə” 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbri seçilmişdir (cild 02; i.v.181-184).
32. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02; i.v.198).
33. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş yazılı ərizədən görünür ki, hüquqi şəxsə dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
34. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
35. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
36. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
37. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
38. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
39. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
40. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
43. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
44. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
45. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər;
46. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır;
47. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir;
48. 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər;
49. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər;
50. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin:
51. 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
52. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
53. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
54. 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.
55. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır.
56. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.
57. 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər.
58. 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
59. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
60. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
61. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
62. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
63. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
64. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, məhkəmə onun ifadəsində xüsusatların işin həqiqi halları və iş materiallarında olan sübutlarla uzlaşdığını məhkəmə istintaqının sonunda müəyyən etmiş və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
65. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
66. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş zərərin tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
67. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
68. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
69. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş zərərin tam ödənilməsini, özünün şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmadığını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir.
70. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-02 ədəd vərəqədə "xxxx" ASC-yə məxsus qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır.
71. Ötən məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki iddia ərizəsi təqdim edərək 42849.99 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir.
72. Sonuncu məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən hüquqi şəxsə dəymiş ziyanın tam ödənildiyini, ona qarşı verdiyi iddiadan imtina etdiyini qeyd edərək mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir.
73. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə baxışı zamanı mülki iddiadan imtina etməsinə dair ərizə təqdim etdiyini, mülki iddiadan imtinanın hüquqi nəticələrinin qanunvericiliklə konkret tənzimləndiyini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməli, AR MPM-nin 262.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilmiş dövlət rüsumu ilə bağlı məsələ həll olunmalı və həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən zərərçəkmiş hüquqi şəxs tərəfindən tərəfindən ödənilmiş 219 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən geri qaytarılmalıdır.
74. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
75. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
76. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
77. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlnun ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
78. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-02 ədəd vərəqədə "xxxx" ASC-yə məxsus qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən ödənilmiş 219 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən geri qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş «Ruslan Vəliyev və partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 28 aprel 2025-ci il tarixədək 6 manat, həmin tarixdən 25 iyun 2025-ci il tarixədək 11 manat olmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 27 iş saatına görə, 10 iş saatına görə 60 manat, 17 iş saatına görə 187 manat olmaqla, cəmi 247 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Ruslan Vəliyev və partnyorları» vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov