Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1166/2021 18.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə saat 21 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 19,240 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini Abşeron rayonu Masazır qəsəbəsi ərazisində əldə edib üzərində saxlamaqla daşımış, 15 dekabr 2020- ci il tarixdə saat 23:30-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-yə gətirilmiş və orada 16 dekabr 2020-ci il tarixdə saat 00:30-da üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 19,240 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 2015-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarətləri almış və bu səbəbdən onun bədənində dözülməz ağrılar əmələ gəlmişdir. İlk əvvəllər o, bu ağrılara qarşı müalicələr qəbul etsə də, həmin ağrıların idman karyerasını davam etdirməyinə imkan vermədiyini görüb depressiyaya düşərək müalicəsini dayandırmışdır. Həmin müddətdən başlayaraq o, ailəsinin yanından aralaşıb Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Qurtuluş yaşayış massivində tək başına yaşamağa başlamışdır. Lakin sonradan ağrılara dözə bilməyərək təxminən 5-6 ay olar ki, ağrılarını kəsmək üçün narkotik vasitə olan heroini iyləmək yolu ilə qəbul etməyə başlamışdır. Bu məqsədlə o, ağrıları olanda Abşeron rayonu, Masazır qəsəbəsində gəzişən zaman tanımadığı şəxslər ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini soruşurmuşlar. Oda həmin şəxslərdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin alıb nəfəs yolu ilə qəbul edirmiş. Son vaxtlar dünyada yayılmış “Covid-19” virusuna görə ölkəmizdə karantin rejimi yaradıldığı üçün o, narkotik vasitə əldə etməkdə çətinlik çəkmişdir. Bu məqsədlə o, çalışmışdır ki, şəxsi istifadəsi üçün narkotik vasitə qəbul edən zaman bir qədər çox alsın ki, bu məqsədlə tez-tez evdən bayıra çıxan zaman onu karantin rejiminə görə yaradılmış polis postlarında saxlamasınlar. 14.12.2020-ci il tarixdə saat 21 radələrində o, yenədə ağrıları olduğuna görə şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gəzişən zaman tanımadığı təxminən 35-40 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, üzü az tüklü, əsmər bir şəxs ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini soruşmuşdur. Oda hər an asanlıqla narkotik vasitə tapa bilmədiyi üçün həmin şəxsə bir qədər çox narkotik vasitə istədiyini bildirmişdir. Bu zaman qeyd etdiyi tanımadığı şəxs ona bildirmişdir ki, çox alacağı təqdirdə ona ucuz qiymətə narkotik vasitə olan heroin təşkil edə bilər. Oda həmin şəxslə razılaşaraq ondan 20 qram narkotik vasitə heroin istəmişdir. Həmin şəxs də ona bunun müqabilində qramı 15 manat olmaqla ümumilikdə 300 manat verməli olduğunu bildirmişdir. Onlar razılaşdıqdan sonra həmin şəxs onu izləməyini və qarşıda olan daşın altına 300 manat pulu qoyub istədiyi narkotik vasitəni götürməyini bildirmişdir. Bu zaman həmin şəxs ondan 70-80 metr uzaqlaşdıqdan sonra oda həmin şəxsin ardınca ara məsafəsi saxlamaqal gedərək həmin şəxsin gedərkən işarə etdiyi yolun sağ kənarında olan daş parçasının qaldırıb 300 manat pulu oraya qoyub daşın altındakı şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü götürüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyub oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Bunun səhərisi günü, yəni, 15 dekabr 2020-ci il tarixdə saat 23:30 radələrində o, ünvan 4 ünvanının qarşısı ilə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirib xidməti vəsiqələrini təqdim etməklə onu yaxınlıqda yerləşən Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrim elan olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır, bəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda könüllü təqdim elməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibimdən bir büküm narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd «İphone» markalı mobil telefonu və 45 manat pul aşkar edilmişdir. Bundan sonra onun təqdim etdiyi bükümə baxış keçirilmiş və çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitə olan heroin bükümü içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq, zərfin üzəri üzəri o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş ona məxsus şəxsiyyət vəsiqəsi və «İphone» markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş və 45 manat pıılıı isə Özünə qaytarılmışdır. Sorğu zamanı o, üzərində aşkar olunmuş narkotik vasitə olan heroini 14 dekabr 2020-ci il tarixdə 300 manat pul müqabilində şəxsi istifadəsi üçün Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən aldığımı bildirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, aludəçi olduğuna görə sadəcə şəxsi istifadəsi üçün almışdır. Pandemiya ilə bağlı SMS icazə olduğundan o qərara gəlmişdir ki, bir dəfəlik öz şəxsi istifadəsi üçün bir qədər çox götürsün ki, həm bir qədər ucuz başa gəlsin, həm də ki, ehtiyyatda saxlayıb hissə-hissə qəbul etsin. O, həmin şəxslə təsadüf nəticəsində qarşılaşmış, həmin şəxsin anket məlumatlarını bilmir, o, zahiri görünüşcə təxminən 35-40 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, üzü az tüklü əsmər bir şəxs olmuşdur. O, Yasamal rayonu ərazisində doğulub böyüdüyndən Abşeron rayonunun ərazisini yaxşı tanımır, bu səbəbdən Abşeron rayonunun ərazisini ümumilikdə Xırdalan kimi tanıyıb ilkin araşdırma zamanı vermiş olduğu izahat və ifadəsində üzərində aşkar olunmuş narkotik vasitə olan heroini Xırdalan şəhərində tanımadığı şəxsdən əldə etdiyini bildirsədə, əslində o həmin narkotik vasitəni özünündə bir müddətdir kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində təsadüfən qarşılaşdığı ayrı-ayrı şəxslərdən almışdır. O, həmin şəxslərdən narkotik vasitəni qiymət barədə razılaşdıqdan sonra onların işarə elədiyi yerlərdən götürüb pulu həmin yer qoymaqla əldə edirmiş. Əvvəllər isə bir-iki dəfə sosial şəbəkə vasitəsilə tanış olduğu şəxslərin göndərdiyi hesaba pul köçürməklə şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. O, həmin formada yəni ona göndərilən bank hesab nömrələrinə pul köçürüb daha sonra həmin hesab nömrəsinin sahibinin ona sosial şəbəkələrdən göndərdiyi şəkillər əsasında narkotik vasitəni şəkildəki yerdən götürüb istifadə edirmiş, Lakin bunu xeyli əvvəllər etmişdir. Son vaxtlar isə təsadüfən tanış olduğu şəxslərlə razılaşıb onların dediyi yerlərdən götürüb pulu həmin yerə qoymaqla şəxsi istifadəsi üçün narkotik vasitə alıb istifadə edirmiş. Ona məxsus “iphone 6” markalı mobil telefonun üzərində təxminən 10 ilə yaxındır ***-***-**-** mobil nömrəsi olmuşdur. Həmin mobil telefon nömrəsi qardaşı Şahid3 adına olsada alındığı gündən polis tərəfindən saxlanıldığı günə kimi onun istifadəsində olmuşdur. Əvvəllər başqa mobil nömrələri olsada o, sadəcə ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Lakin ***-***-**-** mobil nömrəsi onunn adma olsada o, həmin nömrəni istifadə etməmişdir. Həmçinin ***-***-**-** mobil nömərsi onun adma olsada o, həmin nömrəni münasibətdə olduğu Dəniz adlı qıza alıb vermişdir. 050- ***-**-** mobil nömrəsini isə nə zaman aldığını xatırlamır və o heç vaxt həmin nömrəni istifadə etməmişdir. 09.03.2021 -ci il tarixdə ona məxsus Hphone 6” markalı mobil telefona keçirilmiş baxış zamanı həmin mobil telefonun ismarıc qutusunda 15 dekabr 2020-ci il tarixdə saat 20;50-də onun istifadəsində olmuş 055- ***-**-** mobil nömrəsindən Mamed adı ilə qeyd olunan ***-***-**-** mobil nömrəsinə "Gele bilirsense gel mehleye. Bir damcı saxlamışam. Qalxax evde hell eliyek” məzmunlu ismarıc göndərilsədə həmin tarixdən xeyli vaxt keçdiyi üçün o, mobil telefonunda Mamed adı ilə qeyd olunan ***-***-**-** mobil nömrənin sahibini və göndərdiyi mesajın məzmunun xatırlamır. 25 noyabr 2020-ci il tarixdə saat 15:20-də ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan 055-560- 65-75 mobil nömrəsinə Lxalam salam necesen??? Qaqas ncynedun sen brat bezivet pisdi oz canimcun qardaşım pulu vcre bilmirsen yerine emanter ver senol lomkadan evden cixa bilmirem gor neyneyirsen mene bir cavab denen” məzmunlu ismarıc daxil olsada o. hazırda ***-***-**-** mobil nömrəsinin kimə məxsus olmasını xatırlamır, lakin qeyd olunan sras mətninin məzmunundan görünür ki, həmin şəxs ondan borcunu istəmişdir. 29 oktyabr 2020-ci il tarixdə saat 12:46-da 050-878-36- 02 mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qardawim mende cemi 77 manat pul var 3 dene onu alindirda qardawincin bawiva donum ” məzmunlu ismarıc daxil olmuş, lakin o, ***-***-**-** mobil nömrəsinin sahibini tanımır, həmin mesaj məzmununda nə barədə söhbət getməsindən xəbərim yoxdur. “Whatsapp” mobil tətbiqetməsində 15 noyabr 2020-ci il tarixdə saat 17:45-də ***-***-**-** mobil nömrəsindən “Gardashim bu yarini nece hell elmey olar?” məzmunlu ismarıc daxil olmuş, onun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ”30” məzmunlu mesajla cavab verilmiş, həmin gün saat 17;47-də 050- ***-**- ** mobil nömrəsi “gardashim 25 manatim var gorum 5 hardan tapiram” məzmunlu mesajla cavab verilsədə o, ***-***-**-** mobil nömrəsi ilə arasında olan qeyd olunan “Whatsapp” yazışmasını xatırlamır. “Whatsapp” mobil tətbiqetməsində 23 oktyabr 2020-ci il tarixdə saat 14:51-də ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “kola elemesem kecmiyecey.aglimada salmiwam.gelsem tapa bilerik?” məzmunlu ismarıc, 25 oktyabr 2020-ci il tarixdə saat 18:44-də “Axwamin xeir qaqa.nenirsen? Ya pati ya kola nese elive kecse biraz mencunde saxla.uje pulsuzduq deli eliyib meni.sene qabırğa olmuwam” məzmunlu ismarıc, 21 noyabr 2020-ci il tarixdə saat 21:09-da “5manatim var yene nese yoxdu usdunde, kola zad” məzmunlu ismarıc, 12 aralık 2020-ci il tarixdə saat 13:26-da “qaqa kolanı mencun qurudda nolar” məzmunlu ismarıc daxil olmuş, lakin o, ***-***-**-** mobil nömrə sahibi ilə onun arasında olan qeyd olunan “Whatsapp” yazışmasında olan söhbətin nə məzmunda getməsi barədə heç bir məlumatı yoxdur. Ona məxsus mobil telefonda olan “Whatsapp” mobil tətbiqetməsində Vurğun” adı ilə qeydə edilmiş ***-***-**-** mobil nömrəsindən “bekaıxiligdi qaqa gelsem 1 dene lirika tapmağ olar ?” məzmunlu ismarıc daxil olsada bildirmişdir ki, Vurğun onun məşq yoldaşı olmuşdur. Onlar əvvəllər bır yerdə məşq eləsədə heç vaxt birlikdə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. “Whatsapp” mobil tətbiqetməsində ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəyə “menem Rauf, bidene lOlug nese elemey olar?” məzmunlu ismarıc daxil olsada ***-***-**-** mobil nömrəsinin sahibini tanımamış və ona niyə qeyd olunan məzmunda mesaj yazmasını başa düşməmişdir. “Whatsapp” mobil tətbiqetməsində ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “10 lazım di, almar ayqa ” məzmunda ismaric göndərən ***- ***-**-** mobil nömrəsinin sahibini tanımır və həmin nömrə sahibinin ona niyə “Whatsapp” vasitəsilə qeyd olunan məzmunda mesaj yazmasını xatırlamır. 08.12.2020-ci il tarixdə saat 00:05:41-də ***-***-**-**. mobil nömrəsi ilə onun adma rəsimiləşdırilmiş ***-***-**-** mobil nömrəsi arasında “Rustamdı pikaya yiqma 25manatim catmir tamız ver istiyan var oturub qaqaşa yiqim di hara diysan qoyacam” sözləri yazılmış mesaj mətni göndərən nömrənin sahibini tanımır və həmin sim nömrə sahibinin ona niyə həmin məzmunda mesaj yazmasını bilmir. 03.10.2020-ci il tarixdə saat 16:47:34-də ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “hardasan sen gelim 3 de tebi golurum teli ac qaqa” sözləri yazılmış sms daxil olsada həmin nömrənin sahibini tanımamışdır. 15.10.2020-ci il tarixdə saat 16:57:04-də ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa gor ne deyirəm 50 manata 2 dene imkan ele gor hell elemey olar.Beyagdandi esebden partdiyiram.Mene bir soz yazda qaqamsan.yeni cavab.” sözləri yazılmış mesaj göndərilsədə həmin vaxtdan xeyli müddət keçdiyi üçün o, ***-***-**-** mobil nömrənin kimə məxsus olmasını və ona nə səbəbə qeyd olunan məzmunda mesaj yazmasını xatırlamır. ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 20-10-2020-ci il tarixdə saat 18:44:12-də “Qaqa daııiwa bilmirem men.xeqan çatanda nese bawa duwmeyibse. deyersen mesaja baxsin. heresinden 20-20 versin yazmiwam.20pati.20kola” sözləri, 20.10.2020-ci il tarixdə saat 18;47:35-də “20manat-pati.20manat-kola.Mennen sene 150manat olsun.kart varsa xalide kartivi at belke saba atdim pulu.uzagibirigune. Bunu yazmiwam xeqana” sözləri, 27.10.2020-ci il tarixdə saat 19:33:06-da “Qaqaaa nenirsen? 5manatdiq kolaaaaaaaaaaaaaa gor alinir ( bezdirdime sen” sözləri, 27.11.2020-ci il tarixdə saat 20:45:55-də “Qaqa imkan daxilinde 2defeliy eliye bilsen yaxwi olardi.rayona getdim belke hüzur yerine.imkan olmasada canimiz sagolsun qaqa” sözləri, 28.11.2020-ci il tarixdə saat 20:08:22-də “Netersen qaqa.masazira gedende gorwe bileriy eyer imkan varsa?ola bilsin buğun usdumde pul olmadi.saba kecende vererem.” sözləri, 29.11.2020-ci il tarixdə saat 20:11:29-da “Netersen qaqa? Hemiweki kimi eliye bileriy qaqa? 5manatdiq gor alinirsa masazira kecende götürüm sennen” sözləri, 03.12.2020-ci il tarixdə saat 21:00:49-da “Netersen qaqa? Keçib gedmemisense biraz patpres alinar goturub kecende? 5manatdiq” sözləri, 03.12.2020-ci il tarixdə saat 21:10:36-da “Yaxwi qaqa.urey sixintisi olanda birazda kola edim 7-8manat pul var qaqa.birazda kola olsa yaxwi olar.2side olsa yaxwi olar.seni yoruram ureyim uzurlu say (” sözləri, 04.12.2020-ci il tarixdə saat 19:52:47-də “5pati qaqa.3manatda kola olsa.pulum azdi deye qaqa bele” sözləri yazılmış mesajlar daxil olmuş, lakin o, hazırda sahibini xatırlamadığı ***-***-**-** mobil nömrəsindən istifadəsində olan sim nömrəyə daxil olmuş mesaj mətnində adı keçən “Xeqan” adlı şəxsi tanımır və həmin şəxsin qeyd olunan məzmunda ona mesajlar göndərməsinin səbəbini bilmir. 22.10.2020-ci il tarixdə saat 09:27:44-də ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan 055- ***-**-** mobil nömrəsinə “Brat durda ne olar olurem senoı agridan” sözləri yazılmış mesaj daxil olmuşdur. O, ***-***-**-** mobil nömrənin sahibinin adım xatırlamasa da ola bilsin həmin şəxs onun tanışı olmuş və xəstə olduğu üçün ondan kömək istəmişdir. 29.10,2020-ci il tarixdə saat 12:46:56-da ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qardawim mende cemi 77 manat pul var 3 dene onu alindirda qardawincin bawiva donum” sözləri yazılmış mesaj daxil olsada ***-***-**-** mobil nörənin sahibini tanımır və həmin nömrədən ona qeyd olunan məzmunda mesaj yazılmasının səbəbini xatırlamır. O, 25.11.2020-ci il tarixdə saat 15:20:36-da ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Xalid salam necesen??? Qaqas neynedun sen brat veziyyet pisdi oz canimcun qardaşım pulu vere bilmirsen yerine emanet ver senol lomkadan evden cixa bilmirem gor neyneyirsen mene bir cavab denen” məzmunda mesaj göndərmiş ***-***-**-** mobil nömrəsinin sahibini xatırlamasada, həmin nömrədən daxil olan mesaj mətnindən də görünür ki, mesaj yazan şəxs ondan borcunu qaytarmasını istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı tərəfindən 15.12.2020-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 15,12.2020-ci il tarixdə saat 23:30-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 5 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq sonuncuya özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Xalidə külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib conuncunu Yasamal RPİ-nin 26-cı polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında, və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyaraq onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd Xphone” markalı mobil telefon və 45 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Xalidin təqdim etdiyi həmin bükümə baxış keçirilən zaman bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra həmin büküm iştirakçıların gözü qarşısında elektron tərəzidə çəkilərək, içərisi boş olan ağ rəngli zərfə qoyulub müvafiq qaydada qabkışdırılaraq zərfin üzəri Xalid və müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd "iphone" markalı mobil telefon sonuncuya izah edildikdən sonra götürülmüş, 45 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşukıuqda Xalid üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükiimündəki maddə narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitə olan heroini 14.12.2020-ci il tarixdə Xırdalan səhərində təsadüfən gördüyü, tanımadığı şəxsdən ucuz olduğu üçün 300 manata öz. səsi istifadəsi üçün aldığım, təxminən 5 ay olarki narkotik vasitə istifadə eldiyini» narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlarda həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək X. Mahmudovu saxlamışlar və Xalidə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xiisusatları eyni ilə təsdiq etdi. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Xalid uşaq vaxtından idmanla məşğul olmuşdur. Xalid 2015-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət aldıqdan sonra ağrıkəsici dərmanlardan istifadə etməyə başlamışdır. Xalid əvvəllər bu ağrılara qarşı müalicələr qəbul etsə də, həmin ağrıların idman karyerasını davam etdirməyinə imkan vermədiyinə görə depresiyaya düşərək ətrafından və ailəsindən uzaqlaşmağa başlamışdır. Həmçinin son vaxtlar Xalid Dəniz adlı bir qıza qoşularaq evi tərk edib həmin qızla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində bilmədikləri bir ünvanda yaşamağa başlamışdır. 16.12.2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsindən ona zəng edilərək qardaşı Xalidin narkotik vasitələrin əldə olunmasında və satışında şübhəli bilinib saxlanılması barədə məlumat verilmişdir. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsi onun adma olsada həmişə qardaşı Xalidin istifadəsində olmuşdur. Lakin ***-***-**-** mobil nömrəsini heç vaxt qardaşı Xalidin istfadəsində görməmişdir. O, “Azercell MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin heç birini, qardaşı Xalidin istifadəsində görməmişdir. Onun qardaşı Xalidin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsindən xəbəri olammışdır. Həmçinin qardaşı Xalid heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Xalid son vaxtlar Dəniz adlı qıza qoşulub evi tərk etdiyi üçün onların münasibəti soyuq olmuş və o, Xalidin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yaşadığını bilsədə dəqiq ünvanını bilməmişdir. O, özü də heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Cinayət işinin 141-142-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 ədəd “iphone 6” markalı mobil telefon aparatına 09.03.2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon “İphone 6” markalı olmaqla ekran tərəfi qara rəngli, arxa tərəfi isə boz rənglidir. Mobil telefonun üst hissəsində zədələnmələr mövcuddur. Ekranın fonunda isə yer kürəsi fotoşəkili yerləşdirilmişdir. Qeyd edilən zədələnmələr istisna olmaqla mobil telefonun ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Baxış zamanı mobil telefonun “321456" rəqəmli şifrəsi açıldı və mobil telefonun menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir. 15 dekabr 2020-ci il tarixdə saat 20:50-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Mamed adı ilə qeyd olnan ***-***-**-** mobil nömrəsinə “Gele bilirsense gel mehleye. Bir damcı saxlamışam. Qalxax evde hell eliyek” məzmunlu ismarıc göndərilmişdir. 25 noyabr 2020-ci il tarixdə saat 15:20-də ***-***-**-** mobil nömrəsindən “xalam salam necesen??? Qaqas neynedun sen brat veziyet pisdi oz canimcun qardaşım pulu vere bilmirsen yerine emanter ver senol lomkadan evden cixa bilmirem gor neyneyirsen meııe bir cavab denen” məzmunlu ismarıc daxil olmuşdur. 29 oktyabr 2020-ci il tarixdə saat 12:46-da ***-***-**-** mobil nömrəsindən “ qardawim mende cemi 77 manat pul var 3 dene onu alindirda qardawincin bawiva donum ” məzmunlu ismarıc daxil olmuşdur. Bundan sonra tərəfimdən mobil telefonda olan “Whatsapp” tətbiqetməsinə baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir. 15 noyabr 2020-ci il tarixdə saat 17:45-də ***-***-**-** mobil nömrəsindən “Gardashim bu yarini nece hell elmey olar?” məzmunlu ismarıc daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən ”30” məzmunlu mesajla cavab verilmişdir. Həmin gün saat 17:47-də ***-***-**-** mobil nömrəsi “gardashim 25 manatim var gorum 5 hardan tapiram” məzmunlu mesajla cavab verilmişdir. 23 oktyabr 2020-ci il tarixdə saat 14:51-də ***-***-**-** mobil nömrəsindən “kola elemesem kecmiyecey.aglimada salmiwam.gelsem tapa bilerik?” məzmunlu ismarıc, 25 oktyabr 2020-ci il tarixdə saat 18:44-də “Axwamin xeir qaqa.nenirsen? Ya pati ya kola nese elive kecse biraz mencunde saxla.uje pulsuzduq deli eliyib meni.sene qabırğa olmuwam” məzmunlu ismarıc, 21 noyabr 2020-ci il tarixdə saat 21:09-da “Smanatim var yene nese yoxdu usdunde, kola zad” məzmunlu ismarıc, 12 aralık 2020-ci il tarixdə saat 13:26-da “qaqa kolani mencun qurudda nolar” məzmunlu ismarıc daxil olmuşdur. “Vurğun” adı ilə qeydə edilmiş ***-***-**-** mobil nömrəsindən “ bekarciligdi qaqa gelsem 1 dene lirika tapmağ olar ?” məzmunlu ismarıc daxil olmuşdur. ***-***-**-** mobil nömrəsindən “ menem Rauf, bidene lOlug nese elemey olar?” məzmunlu ismarıc daxil olmuşdur. ***-***-**-** mobil nömrəsindən “ 10 lazım di, almar ayqa ” məzmunlu ismarıc daxil olmuşdur. Bundan sonra mobil telefonun daxil olan və çıxan zənglər siyahısına və fotoşəkillər olan bölməsinə tərəfimdən baxış keçirilsə də, həmin baxış zamanı istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin 185-186-cı vərəqlərində olan Azercell MMC-dən daxil olmuş 17.03.2021 -ci il tarixli, 5636 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə 19 mart 2021-ci il tarixdə tərəfimdən baxış keçirilən zaman həmin diskdə 01 ədəd "abuneciler.xls” adlı, 01 ədəd "**********04-sms.txt adlı, 01 ədəd “**********04.txt”, 01 ədəd "antenna.xls” adlı fayllarm olması aşkar olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrənin 01.10.2020-16.12.2020-ci il tarixlərində "Azercell” şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Baxış zamanı "abuneciler.xls” adlı 1-ci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsinə 01.10.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək daxil olan və çıxan zənglərin məxsus olduğu 16 mobil nömrənin sahiblərinin anket məlumatları qeyd olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin öz adına qeydiyyatda olması görünür. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. "**********04-sms.txt” adlı ikinci fayl açıldıqda orada Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 01.10.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək daxil olan və çıxan mesajların mətinləri göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman ***- ***-**-** mobil nömrəsi ilə 11.11,2020-ci il tarixdə saat 18:40:33-də Təqsirləndirilən şəxs istifadəsində olan 051- ***-**-** mobil nömrəsi arasında “Hazir olanda xabar ele taksi zakaz verim” sözləri, 12.11.2020-ci il tarixdə saat 17:25:12-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrə arasında "teli aç tez olurem ayaq dura bildirem su dawir evde gel tez” sözləri, 08.12.2020-ci il tarixdə saat 00:05:41-də ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında "Rustamdi pikaya yiqma 25manatim catmir tamiz ver istiyan var oturub qaqaşa yiqim di hara diysan qoyacam” sözləri.11.12.2020-ci il tarixdə, saat 20:08;16-də ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında "xalid o cindr cebinin sikmey lazmdi ona hecne dime olar guya her weyi bilir ona gorede bele eliyibler o cebini belk qorxuzmaq lazmdi men onu gelen kimi s” sözləri, 11.12.2020-ci il tarixdə, saat 20:08; 16-də ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında "ikecem sende sikersenki got niye bele elediri’ sözləri, 15.12.2020-ci il tarixdə, saat 21:59:30- da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 055-961-92- 90 mobil nömrəsi arasında "Mene yaz denizdi” sözləri yazılmış sms mətnlərinin olması aşkar edildi. "**********04.txt” adlı üçüncü fayl açıldıqda ekranda X2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 01.10.2020-ci i tarixdən 16.12.2020-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, həmin zəni etmiş müxtəlif operatorlara məxsus abonenetlərlə aparılmış danışıqların müddətlər göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyə: edilməmişdir. "anienna.xls adlı dördüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs Mus oğlunun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin və həmin nömrə) 01.10.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək ayrı-ayrı operatorlara məxsı mobil nömrələrdən daxil olan və çıxan zənglərin anten dairələri barədə məlumat göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin 207-209-cu vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglərin siyahısının, həmin nömrələrə zəng edən abunəçilərin tam anket məlumatlarının, daxil olan və çıxan SMS mətnlərinin, həmçinin göstərilən tarixlər üçün qeyd olunan nömrələrdən daxil olan və çıxan zənglərin haıısı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş 16.03.2021-ci il tarixli, BKC/LGL-5315/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə 12.04.2021-ci il tarixdə tərəfimdən keçirilmiş baxış zamanı həmin diskdə 01 ədəd “X1 **********4550 552624934 BKC” adlı, 01 ədəd SMS_Tarixçəsi_**********3107„552624934, adlı, 01 ədəd SMSJTarixçəsi_ **********3111 552624934 adlı, 01 ədəd ZənglərinJVİəxsusluq „Tarixçələri **********4601 555606575 BKC” adlı, 01 ədəd “SMSJTarixçəsi **********3126 555606575” adlı, 01 ədəd “SMSJTarixçəsi„ **********3122„555606575” adh, 01 ədəd “ZənglərinJDetallaşması„**********4502 552624934” adlı, və 01 ədəd “ZənglərinJDetallaşması **********4515, 555606575” adlı fayllarm olması aşkar olunmuşdur. Baxış zamanı ”Zənglərin_Məxsusluq_Tarixçələri_**********4601_555606575 _ BKC" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01.10.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək daxil olan və çıxan zənglərin məxsus olduğu mobil nömrənin sahiblərinin anket məlumatları qeyd olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin Şahid3 adma qeydiyyatda olması görünür. Bundan başqa həmin fayllarda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. “SMS JTarixçəsi **********3126 555606575” və “SMSJTarixçəsi_ **********3122„555606575” adlı fayllar açıldıqda orada Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 01.10.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək daxil olan və çıxan mesajların mətinləri göstərilmişdir, Həmin siyahıya baxış keçirən zaman ***- ***-**-** mobil nömrəsi ilə 03-10-2020-ci il tarixdə saat 16:47:34-də Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** mobil nömrəsi arasında “hardasan sen gelim 3 de tebi goturum teli ac qaqa” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 15-10-2020-ci il tarixdə saat 16:57:04-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “qaqa gor ne deyirem 50 manata 2 denc imkan ele gor beli elerney olar.Beyagdandi esebden partdiyiram.Mene bir soz yazda qaqamsan.yeni cavab.” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 20-10-2020-ci il tarixdə saat 18:44:12-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “Qaqr claniwa bihuirem men.xcqan çatanda nese bawa duwmeyibse. deyersen mesaj baxsin. heresinden 20-20 versiın yazmiwam. 20pati.20kola" sözləri, 070-200-13-5.' mobil nömrəsi ilə 20-10-2020-ci il tarixdə saat 18:47:35-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “20manat-pati.20manat kola.Mennen seııe 150manat olsun.kart varsa xalide kartivi at belke saba atdim pulu.uzagibirigune. Bunu yazmiwam xeqaııa” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 22-10-2020-ci il tarixdə saat 09:27:44-də Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** mobil nömrəsi arasında “Brat durda ne olar olurem senoı agridan” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 27-10-2020-ci il tarixdə saat 19:33:06-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “Qaqaaa nenirsen? 5manatdiq kolaaaaaaaaaaaaaa gor alinir bezdirdime sen” sözləri, 055- ***-**-** mobil nömrəsi ilə 29-10-2020-ci il tarixdə saat 12:46:56-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “qardawim mende cemi 77 manat pul var 3 dene onu alindirda qardawincin bawiva donum” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 25-11 -2020-ci il tarixdə saat 15:20:36-da Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsi arasında “Xalid salam necesen??? Qaqas neynedun sen brat veziyyct pisdi oz canimcun qardaşım pulu vere bilmirsen yerine emanet ver senol lomkadan evden cixa bilmirem gor neyneyirsen mene bir cavab denen” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 27-11 -2020-ci il tarixdə saat 20:45:55-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “Qaqa imkan daxilinde 2defeliy eliye bilsen yaxwi olardi.rayona getdim belke hüzur yerine.imkan olmasada canimiz sagolsun qaqa” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 28-11 -2020-ci il tarixdə saat 20:08:22-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “Netersen qaqa.masazira gedende gorwe bileriy eyer imkan varsa?ola bilsin buğun usdumde pul olmadı.saba kecende vererem.” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 29-11-2020-ci il tarixdə saat 20:ll:29-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “Netersen qaqa? Hemiweki kimi eliye bileriy qaqa? 5manatdiq gor alinirsa masazira kecende götürüm senncn” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 03-12-2020-ci il tarixdə saat 21:00:49-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “Netersen qaqa? Keçib gedmemisense biraz patpres alinar goturub kecende? 5manatdiq” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 03-12-2020-ci il tarixdə saat 21:10:36-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında "Yaxwi qaqa.urey sixintisi olanda birazda kola edim 7-8manat pul var qaqa.birazda kola olsa yaxwi olar.2side olsa yaxwi olar.seni yoruram ureyim uzurlu say (” sözləri, ***-***-**-** mobil nömrəsi ilə 04-12-2020-ci il tarixdə saat 19:52:47-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “5pati qaqa.3manatda kola olsa.pulum azdi deye qaqa bele” sözləri yazılmış sms mətnlərinin olması aşkar edildi. “Zənglərin Detallasmas! **********4515 555606575” adlı fayllar açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-560- 65-75 mobil nömrəsinin və həmin nömrəyə 01.10.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin anten dairələri barədə məlumatlar göstərilmişdir. Bundan başqa həmin favlda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. “X1 **********4550. _552624934_BKC”, adlı, SMS_Taı*ixçəsi 202103151*63107 552624934, adlı, SMS_Tarixçəsi_ **********3111 552624934 adlı və “Zənglərin JDetallaşması__**********4502 552624934'" adlı fayıllara baxış keçirilsədə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin 140-cı vərəqində olan protokoldan görünür ki, iş üzrə 16.12.2020-ci il tarixdə Yasamal RPİ-nin, 26-cı PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin CD diskdə əks edilmiş görüntülər 16 dekabr 2020-ci il tarixdə saat 00:30-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 26-cı PB-də yerləşən xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Nizami Omarovun qarşısında sağ tərəfində masanın yanında ayaq üstə dayanmış şəxs Baş narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1dur. Təhqiqatçının qarşısında ən solda dayanmış şəxs Mərkəz hüquq bürosunun vəkili X5r. Xidməti otaqda Nizami Omarovun qarşısında dayanmış əynində qara rəngli cins şalvar, qara rəngli gödəkçə və ağzında açıq mavi rəngli fərdi qoruyucu vasitə olan şəxs Təqsirləndirilən şəxsdur. Video çəkilişin davamında təhqiqatçı Nizami Omarov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra X.Muusayevin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sonuncuya məxsus AZ E Rol9105603 nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd “İphone” markalı mobil telefon və 45 manat nağd pul aşkar edilir. Təhqiqatçı N.Omarov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda həmin bükümdə açıq qəhvəyi rəngli heroinə bənzər kütlənin olması aşkar edilir. Həmin şəffaf rəngli sellofana bükülmüş büküm iştirakçıların gözü qarşısında ağ rəngli zərfə qoyulmaqla müvafiq qaydada qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkaı olunmuş şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroinin om məxsus olduğunu və təqdim etdiyi həmin bükümü 14.12.2020-ci il tarixdə Xırdala! şəhərində tanımadığı şəxsdən 300 manat pul müqabilində aldığını bildirir. Bunda- sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd özünə məxsv şəxsiyyət vəsiqəsi və 01 ədəd Nphone" markalı mobil telefon müvafiq qaydad götürülür, 45 manat nağd pul isə özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 40-42-ci vərəqlərində olan iş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 16.12.2020-ci il tarixli 6/2728 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübl şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı (əijdim nidiyiİ biikiim heroinə bən kütlə...” və s. Qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 19,240 qram maddə kütləsi tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. Cinayət işinin 233-234-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 04.03.2021-ci il tarixli 480 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 181-182-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 04.03.2021-ci il tarixli 697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 235-251-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi çəkisi 19,240 qram olmuş narkotik vasitə heroinin aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 19,190 qram olmuşdur. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 19,190 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ nin məsul saxlancına təhvil verilmişdir. 01 ədəd “ipho 6;” markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. "xxxx" MMC-dən daxil olmuş 17.03.2021-ci il tarixli, 5636 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 16.03.2021-ci il tarixli, BKC/LGL-5315/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 16.12.2020-ci il tarixdə Yasamal RPİ-nin, 26-cı PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntülərin olduğu 01 ədəd CD diskə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükmüdə təmiz çəkisi 19,240 qram olan narkotik vasitə heroini satmaq niyyətinin olmaması barədə göstərdiyi xüsusatlar, heroininı külli miqdar olmaqla çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin sonuncuya məxsus “İphone 6” markalı mobil telefona, istifadəsində olmuş mobil nömrələrə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" və "xxxx" MMC- dən daxil olmuş disklərə keçirilmiş baxış protokollarında narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı şübhəli- yazışmaların olması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop madddələrin satışı ilə məşğul olmasına dair qərəzsiz və mötəbər mənbələrdən əldə olunmuş məlumat əsasında əməliyyat orqanından daxil olmuş rəsmi cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşıması faktını tam sübuta yetirmişdir. Məhkəmə, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatları özünü müdafiə xarakterli kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20 və 75-78-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 95-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 16 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 04.03.2021-ci il tarixli 697 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Yasamal RPİ nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 19,240 qram, tədqiqatlardan sonra qalıq çəkisi 19,190 qram məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 16 dekabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Yasamal RPİ nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 19,240 qram, tədqiqatlardan sonra qalıq çəkisi 19,190 qram məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov