Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1166/2022 03.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X10 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2 iştirakı ilə, - Təqsirləndirilən şəxs1 (xx xxxxxxxx 1985-ci ildə Ağdam rayonunun Ağdamkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdam rayonunun Ağdamkənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan); - Təqsirləndirilən şəxs2 (xx xxxxxx 1964-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan); - Təqsirləndirilən şəxs3 (xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, şaxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Muhammed» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə sayılan metafetaminin satışının həyata keçirilməsi ilə əlaqədar cinayət əlaqəsinə girməklə əldə ediləcək psixotrop maddə metafetamini satıb özünün payına düşən qazancı götürəndən sonra gələcəkdə həmin metafetaminə görə Təqsirləndirilən şəxs2 300 (üç yüz) manat pul verəcəyi barədə onlarla razılaşaraq 10 fevral 2022-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs3 tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 ümumi təmiz çəkisi 17,486 qram olan 4 (dörd) ədəd bükümdə külli miqdarda psixotrop maddə metafetamini qanunsuz əldə edib üzərində saxlamış və 11 fevral 2022-ci il tarixdə, saat 12 radələrində həmin metafetamini tamah niyyətilə satmaq məqsədilə ünvan 3 ünvana daşımış, göstərilən vaxtda Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayonu, H.Məmmədov küçəsi 9-da yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda, ayrı-ayrılıqda 4,839 qram, 4,448 qram, 3,495 qram və 4,704 qram çəkilərdə, ümumi təmiz çəkisi 17,486 qram olan 4 (dörd) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, oğlu Təqsirləndirilən şəxs3, tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Muhammed» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə sayılan metafetaminin satışının həyata keçirilməsi ilə əlaqədar cinayət əlaqəsinə girməklə əldə ediləcək psixotrop maddə metafetamin Təqsirləndirilən şəxs1 tərəfindən satılıb sonuncu özünün payına düşən qazancı götürəndən sonra gələcəkdə həmin metafetaminə görə ona 300 (üç yüz) manat pul verəcəyi barədə razılaşaraq 10 fevral 2022-ci il tarixdə, saat 15:30 radələrində oğlu Təqsirləndirilən şəxs3 tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində qabaqcadan gizlədilmiş yerdən ümumi təmiz çəkisi 18,44 qram olan 5 (beş) ədəd bükümdə külli miqdarda psixotrop maddə metafetamini qanunsuz əldə edib üzərində saxlayaraq göstərilən tarixdə, saat 16 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə daşımış və əldə etdiyi metafetaminin külli miqdarda olmaqla 17,486 qram çəkidə 4 (dörd) ədəd bükümünü aralarındakı razılığa əsasən tamah niyyətilə satmaq məqsədilə orada Təqsirləndirilən şəxs1 təqdim edəndən sonra, təmiz çəkisi 0,954 qram olmaqla 1 (bir) ədəd bükümünü üzərində saxlayaraq 11 fevral 2022-ci il tarixdə ünvan 5 ünvana daşımış, göstərilən tarixdə, saat 16:10 dəqiqədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi və Cinayət-axtarış Şöbəsinin əməkdaşlarının birgə həmin ünvanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov rayonu, H.Məmmədov küçəsi 9-da yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli gödəkçənin sol yan cibindən təmiz çəkisi 0,954 qram olan 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Muhammed» adlı şəxslə, atası Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə sayılan metafetaminin satışının həyata keçirilməsi ilə əlaqədar cinayət əlaqəsinə girməklə əldə ediləcək psixotrop maddə metafetamin Təqsirləndirilən şəxs1 tərəfindən satılıb sonuncu özünün payına düşən qazancı götürəndən sonra gələcəkdə həmin metamfetaminə görə atası Təqsirləndirilən şəxs2 vasitəsilə ona 300 (üç yüz) manat pul verəcəyi barədə razılaşaraq 10 fevral 2022-ci il tarixdə, saat 15:30 radələrində onun tapşırığına əsasən atası Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində qabaqcadan gizlədilmiş yerdən ümumi təmiz çəkisi 18,44 qram olan 5 (beş) ədəd bükümdə külli miqdarda psixotrop maddə metafetamini qanunsuz əldə edib üzərində saxlayaraq göstərilən tarixdə, saat 16 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə daşımış və əldə etdiyi metafetaminin külli miqdarda olmaqla 17,486 qram çəkidə 4 (dörd) ədəd bükümünü aralarındakı razılığa əsasən tamah niyyətilə satmaq məqsədilə orada Təqsirləndirilən şəxs1 təqdim edəndən sonra, təmiz çəkisi 0,954 qram olmaqla 1 (bir) ədəd bükümünü üzərində saxlamış, 11 fevral 2022-ci il tarixdə hər ikisi əldə etdikləri metafetamini Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşıyandan sonra göstərilən tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi və Cinayət-axtarış Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq Nərimanov rayonu, H.Məmmədov küçəsi 9-da yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda, ayrıayrılıqda 4,839 qram, 4,448 qram, 3,495 qram və 4,704 qram çəkilərdə, ümumi təmiz çəkisi 17,486 qram olan 4 (dörd) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs2 üzərində isə şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli gödəkçənin sol yan cibindən təmiz çəkisi 0,954 qram olan 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Baharlı qəsəbəsi, Baharlı 2-də ailəsi yəni, arvadı, azyalı qızları- 20 aprel 2010-cu il təvəllüdlü Arzu, 25 sentyabr 2012-ci il təvəllüdlü Aynur və Aysu Məmmədovalarla birlikdə yaşamış, arabir Bakı şəhərinə gələrək ustalıq edib pul qazanmışdır. Bakı şəhərində daimi yaşayış yeri olmamış, gündəlik kirayə verilən evlərdə özü tək qalmışdır. İstifadəsində 055 352 02 92 mobil telefon nömrəsi olmuşdur. Arabir marixuanadan istifadə edirmiş. Təqsirləndirilən şəxs3 onun həmyerlisidir, onu uşaqlıqdan tanımışdır. Təqsirləndirilən şəxs3 atası Təqsirləndirilən şəxs2 da tanıyır. 08 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 ilə telefonla Rusiya Federasiyasında istifadəsində olan +7 969 126 02 06 mobil nömrə ilə «WhatsApp» proqramı ilə səslə danışan zaman Tahir ona demişdir ki, Bakı şəhərində yaşayan atası Təqsirləndirilən şəxs2 yanına getsə ona pul qazanmaqda köməklik edə bilər. Belə ki, o, əvvəllər məhkum olunduğu üçün iş tapmaqda çətinlik çəkirdi və bu cinayətə də maddi ehtiyacı olduğundan yol vermişdir. Təqsirləndirilən şəxs3 atası Təqsirləndirilən şəxs2 055 976 64 69 mobil telefon nömrəsini alıb sonuncuya zəng etmiş və 10 fevral 2022-ci il tarixdə danışaraq saat təxminən 15:30-da sonuncu ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində görüşüb, həmin qəsəbədə yerləşən «Neftçilər» kafesinə gedib yemək yemişlər. Daha sonra Təqsirləndirilən şəxs2 ona demişdir ki, kafedə gözləsin gəlir və təxminən yarım saat sonra, saat 16-da Aqil kafenin qarşısına gəlmiş və o, Aqilin idarə etdiyi «Opel» markalı nömrə nişanını xatırlamadığı avtomobilə əyləşmişdir. Avtomobilin içərisində Aqil Baxşaliyev ona dörd ədəd şəffaf rəngli sellefonlara bükülmüş bükülüdə olan psixotrop maddə verib demişdir ki, 20 qrama yaxındır, özü sata bilsə 300 (üç yüz) manat pul verməlidir, əgər sata bilməsə həmin psixortop maddələri onun dediyi ünvana qoyacağı üçün ona 100 (bir yüz) manat pul verəcək, yəni danışığa görə psixotrop maddənin maya dəyəri 300 (üç yüz) manat idi, baha sata bilsəydi həmin məbləğdə pulu Aqilə veməli, qalan pulu isə özünə götürüb xeyir qazana bilərdi, əgər harasa qoysaydı onda ona 100 (bir yüz) manat pul veriləcəkdir. Həmçinin Təqsirləndirilən şəxs2 demişdir ki, ehtiyatla davran əzmə və hara qoyulacağını ona deyəcəkdir. Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşaraq onun verdiyi, üzərində «Roltmans» yazısı yazılmış bir ədəd siqaret qutusunun içərisində şəffaf rəngli sellefona bükülmüş dörd ədəd bükülünü götürüb əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyub, üzərində daşıyaraq saxlamışdır. Psixotrop maddəni müştəri tapmadığı üçün sata bilməmişdir, əgər tapa bilsəydi satacaqmış. 11 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən «Araz» marketin yaxınlığında olarkən mülki geyimdə olan, tanımadığı iki nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək adını, soyadını və harada yasağını soruşduqda, polis əməkdaşları ilə danışan zaman əməkdaşlar onun narkotik vasitə istifadə etməyindən və üzərində saxladığından şübhələndiklərini deyib, onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinə getməyi xahiş etmişlər. Heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində ona bildirmişlər ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Ona hüquqları izah edilmiş, vəkil siyahısı təqdim olunaraq istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçmək təklif olunmuşdur. Təqdim olunmuş siyahıdan X9 hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşı vəkil Taleh Abbasovu dəvət etdikdən sonra onu Nərimanov Rayon Polis İdarəsinə gətirmiş əməkdaşların iştirakı ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə vardırsa könüllü olaraq təqdim etsin, o da 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 almış olduğu və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq özündə saxladığı, üzərində «Roltmans» yazısı yazılmış bir ədəd siqaret qutusunun içərisindən şəffaf rəngli sellefona bükülmüş, içərisində ağ rəngli kiçik kristallardan ibarət maddələr olan dörd ədəd bükülünü könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan həmin gödəkçəsinin sol iç cibindən 3 (üç) manat pulu, «Pall Mall» markalı siqaret qutusunu, üzərində «Bakı kart» yazısı olan bir ədəd plastik kartı, «Samsung» markalı mobil telefonun enerji batareyasını və bir ədəd «SamsungJ2» markalı mobil telefonunu könüllü təqdim etmişdir. Polis əməkdaşlarından biri onun könüllü təqdim etdiyi, içərisində psixotrop maddələr olan dörd ədəd metafetamin bükülünü zərfə qoyaraq qablaşdırıb möhürləyərək götürmüş, bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, onun, hüquqlarını müdafiə edən vəkilinin, eyni zamanda iştirakçıların tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra 3 (üç) manat pulu, siqareti, «Bakı kart» plastik kartı, üzərində «Samsung» yazısı yazılmış mobil telefonun enerji batareyası özünə qaytarılmış, mobil telefon aparatı isə izah edilməklə götürülmüşdür. İbtidai istintaq zamanı ona qarşı hər hansı bir təzyiq göstərilməmiş, cinayətini könüllü etiraf etmişdir. Əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmçinin Təqsirləndirilən şəxs2lə iş birliyi olmamışdır. İran İslam Respublikasının vətəndaşı «Muhammed» adlı şəxsi tanımır və onunla heç bir əlaqəsi olmayıb. Lakin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, onun əldə etdiyi psixotrop maddəni həmin Muhammed adlı şəxsin sifarişi əsasında atası Təqsirləndirilən şəxs2 vasitəsilə ona çatdırmışdır. Əməlindən çox peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və 1996-cı il təvəllüdlü İlahə Baxşalıyeva adlı iki uşağı var. X21 Respublikasında yaşamış və arabir telefonla danışırmışlar. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1, 181.3.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2016-cı ildə azadlığa buraxılmışdır. Bundan sonra fərdi işlərlə, yəni toyuq, mal-qara kəsimi və satışı ilə məşğul olub pul qazanmışdır. İstifadəsində 055 976 64 69 mobil telefon nömrəsi vardı. 10 fevral 2022-ci il tarixdə, təxminən saat 11-də istifadəsində olan mobil telefona Kiyev şəhərində yaşayan oğlu Tahir +7 969 126 02 06 mobil telefon nömrəsindən «WhatsApp» vasitəsi ilə zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, «Ayxan» marketin yanında yerləşən avtobus dayanacağının arxa hissəsindəki dəmirin yanındakı boşluqda bir ədəd siqaret qutusu var, həmin qutunu götürüb onun dostu və tanıdığı, əslən Ağdam rayonundan olan həmyerlisi Təqsirləndirilən şəxs1 çatdırsın. Tahirdən sözü gedən qutunu niyə görə Təqsirləndirilən şəxs1 özünün götürmədiyini soruşduqda cavab vermişdir ki, Xəyala inanmır, gedib götürəcək sonra deyəcək ki, götürməyib. Tahir ona siqaret qutusunun içərisində nə olduğunu deməsə də, həmin qutuda pul olduğunu bilmiş, eyni zamanda narkotik vasitə və ya psixotrop maddə ola biləcəyindən də şübhələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona zəng vuraraq oğlu Tahirin dediyini ona çatdıra bilərmi deyə soruşmuş, təsdiq cavabı vermiş və həmin gün saat təxminən 15:30-da Sabunçu rayonu, Balaxanı qəsəbəsində görüşüb əvvəlcə kafedə yemək yemişlər, sonra saat 16 radələrində oğlu Tahirin ona dediyi yerə gedib dəmirin alt hissəsində olan bir ədəd adını xatırlamadığı siqaret qutusunu götürüb əynində olan boz rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq Xəyalla yenidən görüşüb kafenin qarşısında idarə etdiyi «Opel» markalı, ** DF *** dövlət nömrə nişanlı avtomobilin içərisində Xəyala vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 pulu olmadığını dediyi üçün ona 20 (iyirmi) manat xərclik də vermişdir. Bundan sonra ayrılmışlar. 11 fevral 2022-ci il tarixdə əyninə bir gün əvvəl geyindiyi geyim əşyalarını geyinib ünvan 5 ünvanına gəlmiş, təxminən saat 16:10-da parkın yaxınlığında olduğu zaman mülki geyimdə olan iki nəfər yaxınlaşaraq özlərini Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edərək kimliyini müəyyən etdkdən sonra onlarla birlikdə Polis İdarəsinə getməyi təklif etmişlər, etiraz etməmişdir. Polis İdarəsində ona bildirmişlər ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Ona hüquqlarını izah edib vəkil siyahısı təqdim edərək siyahıdan istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə biləcəyini demişlər. Həmin siyahıdan X6 hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşı vəkil İlham Məmmədovu dəvət etdikdən sonra onu Polis İdarəsinə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşlarından biri ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin, o da əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindəki, cibində qalmış içərisində ağ rəngli kristallardan ibarət maddələr olan bir ədəd şəffaf rəngli sellefona bükülmüş bükülünü könüllü təqdim etmiş və bildirmişdir ki, həmin bükülü 10 fevral 2022-ci il tarixində oğlu Tahirin ona dediyi yerdən götürdüyü və həmin cibinə qoyduğu siqaret qutusunun içindən cibinə düşmüşdür. Bundan əlavə əynində olan həmin gödəkçəsinin sağ yan cibindən üzərində «Pall Mall» yazısı olan bir ədəd siqaret qutusunu, «Bic» yazısı olan bir ədəd alışqanı, həmin gödəkçənin sol tərəf iç cibində olan bir ədəd «SamsungA20» modelli mobil telefon aparatı və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 5 (beş) manat pulu çıxardıb könüllü təqdim etmişdir. Polis əməkdaşı könüllü təqdim etdiyi içərisində maddə olan bir ədəd şəffaf rəngli sellefona bükülmüş bükülünü zərfə qoyaraq qablaşdırıb, möhürləyərək bu barədə protokol tərtib etdikdən sonra protoklu ucadan oxumuş, o, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Daha sonra könüllü təqdim etdiyi «Pall Mall» siqaret qutusu, üzərində «Bic» yazısı olan bir ədəd alışqan və 5 (beş) manat pulu özünə qaytarılmış, mobil telefon aparatı isə qaytarılmamışdır. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Oğlu Tahiri düzgün tərbiyə edə bilmədiyi üçün özünü təqsirli bilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində 252 saylı tam orta məktəbi bitirmişdir, latın qrafikalı əlifba ilə yazıb oxuya bilir. 2020-ci ilin fevral aynda Azərbaycan Respublikasında iş tapa bilmədiyindən Rusiya Federasiyasına gedərək orada Moskva şəhərində fəhləlik edib pul qazanmışdır. 2022-ci ilin yanvar ayının sonlarında Moskva şəhərində olarkən sosial şəbəkədə narkotik vasitələrə baxarkən orada İran İslam Respublikasına məxsus hazırda xatırlamadığı mobil nömrə görüb maraqlanmış, Rusiya Federasiyasına məxsus istifadəsində olan +7 969 126 02 06 mobil telefon nömrəsi ilə «WhatsApp» səslə danışmış və həmin şəxsə azərbaycanlı olduğunu demişdir. Həmin şəxs adını Muhammed kimi təqdim etmişdir. Muhammed ondan Rusiyada nə işlə məşğul olduğunu soruşduqda fəhləlik edib pul qazandığını demişdir. Muhammed ondan narkotik vasitə və ya psixotrop maddə istifadə edib- etməməsi barədə soruşanda istifadə etmədiyini bildirmişdir. Bundan sonra Muhammedlə bir neçə gün danışmış və Muhammed ona yarı-yarıya pul qazana biləcəklərini demişdir. Bunun necə baş tutacağını soruşanda Muhammed də ondan Bakı şəhərində narkotiki verə biləcəyi etibarlı şəxsi olub-olmamasını soruşmuş, elə bir şəxs tapa biləcəyini demişdir. Həmin vaxtlarda həmyerlisi və uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs1 onunla danışarkən Bakıda iş tapa bilməməsini demiş, o da Rusiyada da iş yoxdur, pul qazana bilmir, qanunsuz qalır, küçəyə çıxmağa qorxur ki, deport edəcəklər deyə bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 demişdir ki, İranlı var iş təklif edir ki, narkotik vasitə və ya psixatrop maddə satarsa yaxşı gəlir əldə etmək olar. Lakin Təqsirləndirilən şəxs1 inanmamışdır, çünki, Xəyal narkotik vasitəni götürüb sonra deyəcəkdi ki, götürməyib. Ona görə də 10 fevral 2022-ci il tarixdə, səhər saatlarında atası Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 976 64 69 mobil telefon nömrəsinin «WhatsApp»na səslə istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb danışaraq atasına demişdir ki, bir paket var, onu götürüb Təqsirləndirilən şəxs1 vermək lazımdır. Atası ondan soruşmuşdur ki, paketi niyə görə Təqsirləndirilən şəxs1 özü götürmür, o da cavab vermişdir ki, Xəyala inanmır, götürəcək, sonra deyəcək ki, götürməyib, ona görə də yer deyəcəyəkdir, gedib oradan paketi götürüb Xəyala verər. Atası etiraz etməmişdir. Daha sonra Muhammed ilə əlaqə saxlayıb razılıq vermişdir ki, narkotiki qoysun götürəcəklər, sonuncu da onunla əlaqə saxlayacağını demişdir. Sonradan Muhammed ona zəng vurub demişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində «Ayxan» marketin yaxınlığında olan dayanacağın arxasında boşluqda siqaret qutusu olacaqdır ki, həmin qutuda da psixotrop maddə var və hətta həmin yerin fotoşəklini də atmışdır. Həmin yeri atasına demiş və günortadan sonra atası onunla əlaqə saxlayaraq artıq paketi götürüb Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs1la danışmış və sonuncu təsdiq etmişdir ki, psixotrop maddəni atası Təqsirləndirilən şəxs2 götürmüşdür. Təqsirləndirilən şəxs1 demişdir ki, neçəyə sata bilirsənsə sat, gəlirini özün götür 20 qrama yaxın psixotrop maddədir, 300 (üç yüz) manatı isə atası Təqsirləndirilən şəxs2 verər və ya sata bilməsə özü ona yer deyəcək aparıb qoyar, buna görə 100 (bir yüz) manat pul veriləcəkdir, Xəyal da onunla razılaşmışdır. Psixotrop maddə Təqsirləndirilən şəxs1 tərəfindən satıldıqdan sonra 300 (üç yüz) manat pul atası Təqsirləndirilən şəxs2 vasitəsilə ona göndəriləcək, o da həmin puldan 200 (iki yüz) manatı Muhammedə göndərəcək, 100 (bir yüz) manatını isə özünə götürəcəkdi, ya da Xəyal psixotrop maddəni onun deyəcəyi yerə qoyduğu halda ona Muhammed tərəfindən 200 (iki yüz) manat pul göndəriləcəkdi ki, həmin puldan 100 (bir yüz) manatı ona, 100 (bir yüz) manatı isə Xəyala çatacaqdı. Muhammed ona demişdir ki, pulu əldə etməkdən ötrü Rusiya Federasiyasında yer deyəcək, o da həmin pulu onun dediyi yerə qomalı idi və ya kart nömrəsi deyəcəkdi o da pulu həmin karta yükləməli idi. Həmçinin ona çatası 100 (bir yüz) manat pulun 50 (əlli) manatını atası Təqsirləndirilən şəxs2 göndərəcəkdi və beləliklə uğurlu satış olsaydı davam edib pul qazanacaqdılar. Lakin sonradan nə Təqsirləndirilən şəxs1la, nə də atası Təqsirləndirilən şəxs2lə əlaqə saxlaya bilmiş, onların hər ikisinin həbs edildiyini eşitmişdir. Özü də Muhammedlə bir daha əlaqə saxlamamış və bilmişdir ki, Bakı şəhərinə gəldikdə saxlanılacaqdır. Bir müddət sonra Rusiya Federasiyasında bir ay qalmalı olduğu halda qanunsuz yaşadığı üçün saxlanılmış, Azərbaycan Respublikasının Səfirliyinə müraciət olunmuş beş il Rusiya Federasiyasına getməyinə qadağa qoyulmaqla səfirlik vasitəsilə azərbaycana göndərilmişdir. 23 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının sərhədinə daxil olarkən saxlanılmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə təhvil verilmişdir. İstər Polis İdarəsinə gətirilərkən, istərsə də orada olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkət, eyni zamanda fiziki və ya psixoloji təsir olmamışdır. Əvvəllər narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır, ilk dəfə idi ki, İran İslam Respublikasının vətəndaşı Muhammed ilə danışaraq onunla bu barədə razılığa gəlmişdir. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs3 ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. (cild 02, i.v. 106-110). O həmin ifadəsində göstərmişdir ki, 10 fevral 2022-ci il tarixdə səhər saatlarında atası Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 976 64 69 mobil telefon nömrəsinin «WhatsApp»ı ilə səslə istifadəsində olan Rusiya Federasiyasına məxsus mobil nömrə ilə əlaqə saxlayıb danışanda atasına narkotik vasitəni Təqsirləndirilən şəxs1 vermək lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunan ifadəsinin həmin hissəsini təsdiq etmədiyini, atası Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 çatdırmalı olduğu paketdə narkotik vasitə və ya psixotrop maddə olmasından xəbəri olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Cinayət-axtarış Şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən həmin vəzifədə işləyir. Təqsirləndirilən şəxs1 sonradan tanımış, onunla hər hansı münasibəti olmamışdır. 11 fevral 2022-ci il tarixdə, saat 12 radələrində iş yoldaşı Şahid3 ilə xidməti zərurətlə əlaqədar ünvan 6 ünvanda olarkən bir nəfər şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratı yaratdığından onun yayınaraq getməsinə imkan verməyib Nərimanov rayon Polis İdarəsinə dəvət etmişdirlər. Həmin şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur və bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması Təhqiqat Şöbəsinə həvalə edildiyindən, müşayiətləri altında Təqsirləndirilən şəxs1 xidməti otağa aparmışlar. Təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş, üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif edilmiş, o da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən üzərində «Roltmas» yazısı olan bir ədəd siqaret qutusunun içərisindən dörd ədəd sellofanda olan bükülüləri təqdim etmişdir. Bundan başqa həmin gödəkçənin sol içəri cibindən 3 (üç) manat pulu, «Pall Mall» markalı siqareti, bir ədəd üzərində «Bakı kartı» yazılmış plastik kartı, bir ədəd «Samsung» markalı mobil telefonun enerji batareyasını və qara rəngli şalvarının sağ yan cibindən «Samsung» markalı mobil telefon aparatını çıxardıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış, lakin digər əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərin içərisində «patı», psixotrop maddə metafetamin olduğunu və 10 fevral 2022-ci il tarixdə günorta saatlarında tanıdığı Təqsirləndirilən şəxs2 100 (bir yüz) manata satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bütün bunlar barədə protokol tərtib edilmiş, həmin psixotrop maddəyə bənzər maddə ekspertizaya göndərilmək məqsədilə zərfə qoyularaq qablaşdırılmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Qeyd olunan proseslərdə videoçəkilişdən istifadə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Cinayət-axtarış Şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2019cu ildən həmin vəzifədə işləyir. Təqsirləndirilən şəxs2 sonradan tanımaqla, onunla hər hansı münasibəti olmamışdır. Onun vəzifəsi baş verə biləcək cinayət hadisələrinin qarşısını almaq və cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir ki, bu baxımdan xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs2 Nərimanov rayonu, Təbriz küçəsi 102 saylı ünvanda yerləşən «Nərimanov» parkının yaxınlıqlarına gələcəyi və üzərində narkotik vasitə olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov Rayon Polis İdarəsinin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış və qrupa idarənin Cinayət-axtarış Şöbəsi üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 daxil edilmişdir. Həmin gün saat 16:10 radələrində tərəflərindən keçirilən tədbir zamanı Nərimanov rayonu, Təbriz küçəsi 102 saylı ünvanda Təqsirləndirilən şəxs2 saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxs2dur. Bununla bağlı müvafiq raport yazandan sonra araşdırmanın aparılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyevə həvalə edildiyindən, müşayiətləri ilə Təqsirləndirilən şəxs2 xidməti otağa aparmışdırlar. Daha sonra təhqiqatçının dəvəti ilə ora vəkil gələndən sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra baş təhqiqatçı Rafiq Ağəliyev onun üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edəndə, Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə olan maddəni təqdim etmiş, bundan başqa həmin gödəkçənin sağ yan cibindən siqaret və alışqanı, iç cibindən «Samsung» markalı mobil telefonu və şalvarının cibindən 5 (beş) manat pulunu da çıxararaq təqdim etmişdir. Daha sonra isə baş təhqiqatçı Rafiq Ağəliyev tərəfindən Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılan zaman digər əşya aşkarlanmamışdır. Həmin təqdim edilmiş bükümün içərisində olan maddənin nə olduğu Təqsirləndirilən şəxs2 soruşulanda, o, bildirmişdir ki, bükümün içərisindəki psixotrop maddə metafetamindir və həmin metafetamini 10 fevral 2022-ci il tarixdə, saat 10-11 radələrində oğlu Tahir Baxşalıyevin xahişi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtobus dayanacağının arxasında olan siqaret qutusunu götürüb cibinə qoymuş və həmin qutunun içərisindən bir ədəd büküm onun cibinə düşərək qalmışdır. Siqaret qutusunu oğlu Tahirin dostu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra təhqiqatçı Rafiq Ağəliyev onların iştirakı ilə protokol tərtib etmiş, həmin bükülü ekspertizaya göndərilmək məqsədilə zərfə qoyularaq qablaşdırılıb, möhürlənmiş, orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən büküm aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir (cild 01, i.v. 256-258). Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Cinayət-axtarış Şöbəsinin əməkdaşları həmin gün saat 12 radələrində xidməti zərurətlə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla ünvanı yaxınlığında olduqları zaman orada olan Təqsirləndirilən şəxs1 onun davranışı, hərəkəti, ona ünvanlanan suallara qeyri-müəyyən cavab verməsi onlarda şübhə yaratdığı üçün ərazi üzrə Polis İdarəsinə dəvət etmişlər (cild 01, i.v. 04). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 12:45-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 12-13). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl həmin tarixdə saat 12 radələrində ünvan 9 ünvanın yaxınlığında, Nərimanov Rayon Polis İdarəsi Cinayət-axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 bundan sonra əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən «Roltmas» markalı siqaret qutusunun içərisində sellofana bükülmüş içərisində ağ rəngli maddələr görünən 4 (dörd) ədəd bükümləri təqdim etmişdir. Bundan başqa onun üzərindən «Pall Mall» yazısı yazılmış siqaret, alışqan, mobil telefon, 3 (üç) manat pulu aşkarlansa da, sonradan baxış vaxtı digər qanunsuz əşya və ya maddə aşkarlanmamışdır. Həmin sellofan bükümlərdə aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək, imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümlərdə olan maddənin psixotrop maddə metafetamin olduğunu, həmin maddəni bir gün əvvəl tanışı Təqsirləndirilən şəxs3 atası Təqsirləndirilən şəxs2 əldə etdiyini bildirmişdir (cild 01, i.v. 20-21). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 tərəfindən imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində üzərində aparılan axtarış və götürmə zamanı könüllü olaraq təqdim etdiyi B04234380 nömrəli 1 (bir) nominallı, G51986525 nömrəli 1 (bir) nominallı, B 41658421 nömrəli 1 (bir) nominallı Azərbaycan manatlarını, içərisində 4 (dörd) ədəd siqaret olan üzərində «Pall Mall» yazısı yazılmış 1 (bir) ədəd siqaret qutusunu, üzərində «Bakı kartı; metro və BNA» yazısı olan 1 (bir) ədəd plastik kartı, üzərində «Samsung» yazısı yazılmış mobil telefonun enerji batareyasını həmin şöbədən qəbul etmişdir (cild 01, i.v. 32). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/869 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1» sözləri və imzalar qeyd edilmiş zərfdəki «Roltmans» markalı siqaret qutusunun içərisində yerləşdirilmiş 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda 4,839 qram, 4,448 qram, 3,495 qram və 4,704 qram çəkilərdə, ümumi təmiz çəkisi 17,486 qram olan metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına (Siyahı İ) daxildir; nümunələrin İQ-spektroqramları və müvafiq aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir (cild 01, i.v. 39-44). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair kifayət qədər əsaslar və şübhələr olduğundan o, həmin gün saaat 16:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir (cild 01, i.v. 38). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 17:05-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 68-69). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl həmin tarixdə saat 16:10 radələrində ünvan 5 ünvanın yaxınlığında Nərimanov Rayon Polis İdarəsi Cinayət-axtarış Şöbəsi və X2 əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 bundan sonra əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş, içərisində ağ rəngli maddə görünən bükümü təqdim edir. Bundan başqa onun üzərindən «Pall Mall» markalı siqaret, alışqan, mobil telefon, 5 (beş) manat pulu aşkarlansa da, baxış vaxtı digər qanunsuz əşya və ya maddə aşkarlanmamışdır. Həmin sellofan bükümdə aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək, imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metafetamin olduğunu, həmin maddəni 10 fevral 2022-ci il tarixdə, saat 10-11 radələrində oğlu Təqsirləndirilən şəxs3 sözünə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtobus dayanacağının arxa hissəsindəki dəmirin yanından bir ədəd siqaret qutusunu götürüb əynində olan boz rəngli gödəkçəsinin sol yan cibinə qoymuş və cibindən aşkar olunmuş maddə də həmin qutudan cibinə düşərək onda qalmışdır. Siqaret qutusunun içərisində olan digər maddələri oğlu Tahirin dostu Təqsirləndirilən şəxs1 ilə görüşərək vermişdir (cild 01, i.v. 76-77). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində üzərində aparılan axtarış və götürmə zamanı könüllü olaraq təqdim etdiyi içərisində 8 (səkkiz) ədəd siqaret olan üzərində «Pall Mall» yazısı yazılmış 1 (bir) ədəd siqaret qutusunu, üzəində «Bic» yazısı olan 1 (bir) ədəd alışqanı və A29920816 nömrəli 5 (beş) nominallı Azərbaycan manatını həmin şöbədən qəbul etmişdir (cild 01, i.v. 91). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/870 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2...» və s. yazılar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,954 qram olan kustar üsulla hazırlanmış psixatrop maddə metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxildir; nümunələrin İQ-spektroqramı və müvafiq aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir (cild 01, i.v. 95-100). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-166/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 165-169). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-165/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 170-174). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu bir ədəd DVD-R formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə qara rəngli gödəkçəsinin sağ yan cibindən «Roltmas» markalı siqaret qutusunun içərisində sellofana bükülmüş, içərisində ağ rəngli maddələr görünən 4 (dörd) ədəd bükümü təqdim edir. Bundan başqa onun üzərindən «Pall Mall» markalı siqaret, alışqan, mobil telefon, 3 (üç) manat pulu aşkarlansa da, baxış vaxtı üzərindən digər qanunsuz əşya və ya maddə aşkarlanmır. Bundan sonra təqdim edilən 4 (dörd) ədəd bükülü boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilir (cild 01, i.v. 193). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, X5 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu bir ədəd DVD-R formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü X3 təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə boz rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş, içərisində ağ rəngli maddə görünən bükümü təqdim edir. Bundan başqa onun üzərindən siqaret, alışqan, mobil telefon, 5 (beş) manat pulu aşkarlansa da, baxış vaxtı üzərindən digər qanunsuz əşya və ya maddə aşkarlanmır. Bundan sonra təqdim edilən 1 (bir) ədəd bükülü boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilir (cild 01, i.v. 203). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-227/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi tərəfindən «əməliyyat-axtarış tədbirinin aparılması» barədə xx.xx.2022-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir (cild 01, i.v. 225). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam Rayon Xalq Məhkəməsinin xx.xx.1980-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 95ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1988-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 23-1-ci maddə tətbiq olunmaqla əməyə mütləq cəlb olunmaqla 3 (üç) il azadlıqdan şərti məhkum olunmuş; Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1, 181.3.2-ci maddələri ilə təqsirli bilinərək 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, i.v. 263-266; cild 02, i.v. 24-26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.5-ci maddələrinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3, 18.3.2-ci maddələrinə müvafiq olaraq qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Bu mənada Təqsirləndirilən şəxs2 əməli cinayətin xüsusilə təhlükəli residivini yaradır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, i.v. 267-269; cild 02, i.v. 28-42). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu mənada Təqsirləndirilən şəxs1 əməli cinayətin residivini yaradır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1097 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1» sözləri və imzalar qeyd edilmiş zərfdəki «Roltmans» markalı siqaret qutusunun içərisində yerləşdirilmiş 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda 4,839 qram, 4,448 qram, 3,495 qram və 4,704 qram çəkilərdə, ümumi təmiz çəkisi 17,486 qram olan metafetamin kütlələri ilə üzərində «Şübhəli şəxs.. Təqsirləndirilən şəxs2…» və s. yazılar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,954 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin kütləsi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; müqayisəli İQspektroqramları protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir (cild 02, i.v. 01-04). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin Ambulator X1 xx.xx.2022-ci il tarixli 732 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v. 05-06). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin Ambulator X1 xx.xx.2022-ci il tarixli 733 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v. 07-08). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 390 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəailiyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v. 09-10). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 391 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəailiyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v. 11-12). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ayrı-ayrılıqda 4,839 qram, 4,448 qram, 3,495 qram və 4,704 qram çəkilərdə, ümumi təmiz çəkisi 17,486 qram olan metafetamin və X4 üzərindən aşkar edilmiş 0,954 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalmış 17,246 qram və 0.874 qram çəkidə olan metafetamin saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (cild 02, i.v. 57-58). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur (cild 02, i.v. 80). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-467/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 143-148). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vərəqi 154). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 1045 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəailiyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v. 155-156). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin Ambulator X1 xx.xx.2022-ci il tarixli 2082 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v. 157-158). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmış 2 (iki) ədəd DVD-R disk və mobil operatorlar tərəfindən göndərilmiş 2 (iki) ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi müəyyən olunmuşdur (cild 02, i.v. 199-217). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs3 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə atası Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 çatdırmalı olduğu paketdə narkotik vasitə və ya psixotrop maddə olması barədə məlumatı olmadığına dair hissədə dediklərini atasını müdafiə etmək məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinədair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 nömrəli xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri cinayət əməllərini törətmələri özlərinin etirafedici, habelə məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal cinayətlərin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində qeyd olunur ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 tutulduğu gündən, yəni 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal cinayətlərin xüsusilə təhlükəli residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində qeyd olunur ki, xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin xüsusi təhlükəli reüidivi olduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu gündən, yəni 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən, habelə ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs3 tutulduğu gündən, yəni 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normanın tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ayrıayrılıqda 4,839 qram, 4,448 qram, 3,495 qram və 4,704 qram çəkilərdə, ümumi təmiz çəkisi 17,486 qram olan metafetamin və X4 üzərindən aşkar edilmiş 0,954 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonra qalan 17,246 qram və 0.874 qram çəkidə olan hissəsi məhv edilməli; 2 (iki) ədəd DVD-R disk və mobil operatorlar tərəfindən göndərilmiş 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 330 (üç yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 110 (bir yüz on) manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu gündən, yəni 13 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu gündən, yəni 13 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli tutulduğu gündən, yəni 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 330 (üç yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 110 (bir yüz on) manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ayrı-ayrılıqda 4,839 qram, 4,448 qram, 3,495 qram və 4,704 qram çəkilərdə, ümumi təmiz çəkisi 17,486 qram olan metafetamin və X4 üzərindən aşkar edilmiş 0,954 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonra qalan 17,246 qram və 0.874 qram çəkidə olan hissəsi məhv edilsin; 2 (iki) ədəd DVD-R disk və mobil operatorlar tərəfindən göndərilmiş 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1166/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1166/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver