Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1166/2024 13.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Kürdəmir şəhəri, 30 saylı Yol İstismar İdarəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu ərazisində müxtəlif ünvanlarda kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2,258 qram külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 05 iyun 2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsində nömrəsiz fərdi yaşayış evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb 12-ci Polis şöbəsinə aparılıb, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,258 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onlar 3 nəfər olmaqla birlikdə Sabunçu rayon ərazisində 12 saylı bölməyə tərəf irəliləyərkən Rafael adlı şəxs onlara yaxınlaşmış və öz üzərində olan narkotik vasitə heroini birlikdə istifadə etməyi təklif etmişdir. Həmin şəxs bölmədən yarım saat öncə buraxılmışdır. Onlar Rafaelin təklif etdiyi yerə getmişlər. Rafael narkotik vasitəni hazırlayan zaman polis əməkdaşları onlara yaxınlaşmış, nə etdiklərini soruşmuş, onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Daha sonra polis əməkdaşları onları bölməyə aparmışlar. Bir müddət sonra Rafaeli buraxmışlar. Polislər onu bölmədə döymüş, cibinə narkotik vasitə qoymuşlar, çəkiliş ilə üzərindən çıxarmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs özünün 2 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, lakin üzərindən aşkarlanan narkotik vasitənin ona məxsus olmadığını, üzərindən aşkarlanan narkotik vasitəni Rafaelin gətirib hazırladığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 05 iyun 2023-cü ildə inzibati ərazidə xidmətdə olan zaman saat 6 radələrində 3 nömrəli xəstəxananın yanında Təqsirləndirilən şəxs görmüşlər. Elgün özünü şübhəli aparmış, sonuncunu 12-ci Polis şöbəsinə gətirmişlər. Orada Elgünün üzərinə baxış keçirilmiş, üzərindən 1 büküm heroin aşkar olunmuşdur. Elgün narkotiki Balaxanıdan tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 əməliyyat zamanı Elgünün tək və piyada olduğunu, polislər tərəfindən Elgünə qarşı təzyiq olmadığını, Elgünü saxlayayarkən polis əməkdaşı Habillə olduğunu, Rəfael adlı şəxsi tanımadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onlar tərəfindən Elgünə qarşı fiziki və psixi təzyiq olmadığını, saxlanılarkən Elgünün sifətində xəsarət olduğunu, özünün yıxıldığını bildirdiyini, Rəfael adlı şəxsi tanımadığını, saxlanılarkən Elgünün tək olduğunu, Elgünün cibinə narkotik qoymadıqlarını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, polis əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, fərdi evin qarşısında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görərək onu saxlamış, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi xahiş edilmiş, bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Həmçinin həmin şəxsin nəsə gizlətdiyi barədə polis əməkdaşlarında şübhələr yaranmışdır. Onun polis əməkdaşlarına dağınıq cavablar verərək, nədənsə narahat olduğu, tez bir zamanda onlardan yayınaraq getmək istədiyi görünmüşdür. Həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək polislər onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx.xx.1986-ci il təvəllüdlü, Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə məhkum olunmuş, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, 30 saylı Yol İstismar İdarəsində qeydiyyatda olan və Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 4). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üstündə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddəni, sol cibindən isə HTC markalı telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin “kakos” olduğunu, onu Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 40 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını, 2 ilə yaxındır ki, narkotikdən istifadə etdiyini bildirmişdir. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmış, DİN-in 159 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür (cild 1, iş vərəqi 26-28). - xx.xx.2023-cü il tarixli, 2339 nömrəli aktdan görünür ki, həmin gün Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və ondan götürülmüş sidikdə OPİ müsbət, MOP müsbət, AMP müsbət aşkar edilmişdir (cild 1, iş vərəqi 34). - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin gün Nəsirov X8 rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə daxil olarkən onun sağ göz nahiyəsində qızartı və sıyrıqlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri ötən gün dəmir yolunu keçərkən xama yıxılaraq aldığını bildirmişdir (cild 1, iş vərəqi 35). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3183 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N159” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,258 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 39-43). - DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskdə “Təqsirləndirilən şəxs” adlı bir ədəd qovluq var. Həmin qovluq açıldıqda 06 dəqiqə 31 saniyə davam edən videogörüntünün olduğu müəyyən edildi. Baxış keçirdikdə görüntüdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs həmin polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunduğu, bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sol yan cibindən 01 ədəd “HTC” markalı mobil telefonu çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini Sabunçu rayonu Balaxanı qəsəbəsindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 40 manata alıb üzərində saxlayıb daşıdığını, mobil telefonun ona məxsus olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təhqiqatçı tərəfindən hər hansı bir şəxs tərəfindən fiziki zora məruz qalıb-qalmaması barədə verilmiş suala Təqsirləndirilən şəxs hər hansı bir şəxs tərəfindən fiziki və psixi təzyiq və təsirlərə məruz qalmadığını, bədənində olan xəsarət saxlanılmamışdan bir gün öncə öz ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığını bildirmişdır. Bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxs onun özünün olduğunu, narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığı üçün onların tələbi ilə üzərindən narkotik vasitənin aşkar edildiyini, onu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata aldığını, bu barədə tərtib olunmuş sənədlərə imza etdiyini qeyd edib, 05 iyun 2023-cü il tarixdə saat 15 radələrində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Sabunçu Bazarında Rəfael adlı şəxsin ona qalmaq üçün yer tapdığını deyib, gedib həmin evə baxmağı xahiş etdiyı üçün Rəfael ilə birlikdə Sabunçu xəstəxanasının yaxınlığında yerləşən yarım tikilinin olduğu yerə getdiyini, Rəfaelin orada qapalı bir yerdə narkotik vasitə olan heroini qəbul etmək üçün hazırlayan zaman polis əməkdaşları qəflətən gəlib onları saxlayıb 12-ci Polis şöbəsinə apardıqlarını bildirmişdir (cild 1, iş vərəqi 51-52). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 53-54). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin gün Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 ifadəsini bir daha təsdiqləmiş, qarşısında əyləşmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu, onu əvvəllər tanımadığını, aralarında ədavət və düşmənçilik olmadığını, Təqsirləndirilən şəxs ilk dəfə 05 iyun 2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayı küçəsi fərdi evin qarşısında inzibati ərazidə 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmət apararkən gördüyünü və özünü şübhəli apardığı üçün Elgünü 12-ci Polis şöbəsinə aparıb təhvil verdiyini, orada onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə heroin aşkar edilib götürüldüyünü, Elgünün həmin narkotiki Sabunçu rayonu Balaxanı qəsəbəsindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 40 manata alıb üzərində saxlayıb daşıdığını dediyini, Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və psixi təzyiq və təsirlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 onun üzünə qarşı dediklərini dinləmiş və Şahid1 dedikləri ilə razı olmadığını, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini, 05 iyun 2023-cü il tarixdə saat 15 radələrində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Sabunçu bazarında Rəfael adlı şəxslə birlikdə Sabunçu xəstəxanasının yaxınlığında yerləşən yarım tikilinin olduğu yerə getdiklərini, Rəfaelin orada qapalı bir yerdə narkotik vasitə olan heroini qəbul etmək üçün hazırlayan zaman polis əməkdaşları qəflətən gəlib onları saxlayıb 12-ci Polis şöbəsinə apardıqlarını, orada polis əməkdaşlarının ona bir büküm narkotik vasitə heroin verib həmin bükümün guya ona məxsus olduğunu deməsini tələb etdiklərini, buna görə də Şahid1 və onun yanında olmuş onları şöbəyə gətirmiş özünü polis əməkdaşı kimi təqdim etmiş şəxsin bədəninin müxtəlif nahiyələrindən əl və ayaqları ilə döyüb işgəncələr verdikləri üçün məcbur olub onların dediyi kimi, yəni üzərilərindən guya narkotik vasitə heroinin aşkar edildiyini, həmin vasitənin ona məxsus olduğunu, adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını dediyini bildirmişdir (cild 1, iş vərəqi 84-86). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokoldan görünür ki, həmin gün Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 87-89) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 il ərzində stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 120). - Kürdəmir rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. O, Poliklinika şöbəsində narkoloji qeydiyyatda durur (cild 1, iş vərəqi 124). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2017–xx.xx.2017-ci il tarixdə həmin xəstəxanasında stasionar müayinədə olmuşdur. Diaqnoz: “mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə” (cild 1, iş vərəqi 126). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə məruz qalması ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırılan 341-C-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 127-130). - Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 131). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3636 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 132-133). - sənədlərin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/876 nömrəli rəyindən görünür ki:
1. Təqdim edilmiş bir ədəd sensor ekranlı "Android" əməliyyat sistemi ilə təchiz olunmuş "HTC" markalı arxa markalanma göstəricisinə görə "Desire 700 dual sim 7060” modelli “**********43228, **********43236" "imei" kodlu mobil smartfonu hal hazırda tədqiqat aparılması üçün işlək vəziyyətə gətirmək mümkün olmadı.
2. Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan "HTC” markalı arxa markalanma göstəricisinə görə “Desire 700 dual sim 7060" modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, "SMS" mesaj, audio, foto, video fayllar, sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olubolmaması eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mumkün olmadı. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 135-137). - şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli, qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1986-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Kürdəmir şəhəri 30 saylı Yol İstismar idarəsində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu ərazisində müxtəlif ünvanlarda gündəlik kirayə evlərdə yaşayan, barəsində məhkəmənın qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan olunmuşdur (cild 1, iş vərəqi 144). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2984 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, hazırda onda hər hansı psixi xəstəlik, hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayəti törətdiyi zaman o, öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuş, onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət əməlini törədərkən və hazırda o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxsla istintaq hərəkətləri aparılması mümkündür (cild 1, iş vərəqi 176-179). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 25 sentyabr 2023-cü il tarixli, AZF/LGL-11435/23 nömrəli məktubuna əlavə olunaraq Sabunçu RPİ-nın İstintaq şöbəsinə göndərilmiş, özündə 06 iyun 2022-ci il tarixdən 06 iyun 2023-cü il tarixədək olan müddət ərzində, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD disk yaddaş daşıyıcısına “HP” markalı kompyuterin oxuyucusuna daxil etməklə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə 07 iyul 1993-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan X4 adına qeydiyyata alınmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. “Azerfon MMC”nin 25 sentyabr 2023-cü il tarixli AZF/LGL-11435/23 nömrəli məktubundan görünür ki, ***-***- **-** saylı mobil nömrə 06 iyun 2022-ci il tarixdən 06 iyun 2023-cü il tarixədək olan müddət ərzində "xxxx" şəbəkəsində istifadə edilməmişdir (cild 1, iş vərəqi 175). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,258 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 2,158 qram olan narkotik vasitə heroin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlancına verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 182-189, 201). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu və onunla bərabər daha 2 nəfəri saxlamaları, polislərin onu bölmədə döymələri, cibinə narkotik vasitə qoymaları və çəkiliş zamanı üzərindən çıxarmaları, aşkar olunan narkotik vasitənin ona deyil, onunla birlikdə saxlanılan Rafael adlı şəxsə məxsus olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra onun yazılığı razılığı əsasında müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddəni təqdim etmiş, həmin maddənin “kakos” olduğunu, onu Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 40 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını, 2 ilə yaxındır ki, narkotikdən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin ona aid olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki zor tətbiq olunduğunu və bu səbəbdən narkotiki boynuna götürdüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin gün Nəsirov X8 rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə daxil olarkən onun sağ göz nahiyəsində qızartı və sıyrıqlar aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri ötən gün dəmir yolunu keçərkən xama yıxılaraq aldığını bildirmişdir. İbtidai istintaq zamanı İstintaq təcridxanalarında həbsdə saxlanılmadığından Təqsirləndirilən şəxs tibbi kitabçasının surətini əldə edib baxışını keçirmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə məlumatla bağlı həmin prokurorluqda araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxsin özünün, onu saxlayan Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə məruz qalması ilə bağlı cinayət hadisəsi olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, o, subaydır, himayəsində uşaq yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Nəsirov X7 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 811 saylı Əfv Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 121-122). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Nəsirov X7 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan azad edildiyi gündən iki il keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, məhkəmənin və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixdə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət və təqdimat təmin edilməmiş, o, dərhal həbsdən azad edilmiş, barəsində xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İstintaq orqanının çağırışlarına gəlmədiyindən və olduğu yer müəyyən edilmədiyindən barəsində xx.xx.2023-cü il tarixdə tutulma tətbiq edilməklə axtarış elan edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saxlanılaraq MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Keçirilmiş tədbirlərlə o, xx.xx.2024-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (cild 1, iş vərəqi 15, 97-104, 144, 152, 171- 172). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 4 (dörd) ay 3 (üç) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun həbs edildiyi 11 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,158 qram narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 190 (yüz doxsan) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 4 (dörd) ay 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 3 (üç) il 1 (bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,158 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 190 (yüz doxsan) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Əhməd Quliyev
Fərid Namazov