Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1167/2022 05.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 sentyabr 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi adlanan avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibində yerləşdirdiyi 1 ədəd qara rəngli sellofan paketin içərisində təmiz çəkisi 1064,703 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda qurudulmuş marixuananı və 1 ədəd ağ rəngli sellofan paketin içərisində təmiz çəkisi 512,114 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda tiryəki 2022-ci ilin yanvar ayının ortalarında axşam saatlarında həmin yerdən götürüb əldə etməklə sonradan istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşıyaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi 49 ünvanında yerləşən mənzilin qonaq otağındakı divanın alt hissəsində saxlamış, 28 yanvar 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə saxladığı narkotik vasitə hesab edilən həmin qurudulmuş marixuanadan ayrı-ayrılıqda təmiz çəkiləri 0,965 qram, 0,916 qram, 1,011 qram, 0,977 qram, 0,983 qram, 0,986 qram, 1,007 qram, 0,966 qram, 0,877 qram, 1,015 qram olmaqla cəmi təmiz çəkisi 9,703 qram olan hissəsini 10 ədəd sellofan bükümdə və həmin narkotik vasitə hesab edilən tiryəkin təmiz çəkisi 52,114 qram olan hissəsini 1 ədəd bükümdə ayırıb istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satmaq məqsədi ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq daşımış, həmin gün saat 18:45-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,965 qram, 0,916 qram, 1,011 qram, 0,977 qram, 0,983 qram, 0,986 qram, 1,007 qram, 0,966 qram, 0,877 qram, 1,015 qram olmaqla cəmi təmiz çəkisi 9,703 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 52,114 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda tiryək aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 21:00-da yaşadığı ünvana baxış keçirilərkən mənzilin qonaq otağında olan divanın alt hissəsində saxladığı 1 ədəd qara rəngli sellofan paket bükümündə təmiz çəkisi 1055 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda qurudulmuş marixuana, 1 ədəd ağ rəngli sellofan paket bükümündə təmiz çəkisi 460 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda tiryək və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Evlidir, himayəsində 2 azyaşlı uşağı var. Təxminən 1 psixotrop maddə olan metafetamin, qurudulmuş marixuana və narkotik vasitə olan tiryək qəbul etmiş, metafetamini tüstüsünü çəkməklə, tiryəki udmaqla, marixuananı siqaret kimi çəkməklə qəbul etmişdir. Narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən alıb qəbul etmişdir. Sonradan maddi vəziyyəti pisləşmiş, pul qazana bilməmiş, istəmişdir ki, hansı yolla olursa olsun pul qazasın. 2021-ci ilin noyabr ayında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni taxdığı mobil telefonda olan “WhatsApp” sosial şəbəkəsinə sms gəlmiş, o, sms-i oxuyanda orada bir nəfər şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaq istəyib-istəmədiyini və yaxşı pul qazana biləcəyini ona yazmışdır. O da maddi vəziyyəti pis olduğundan və pul qazanmaq istədiyindən həmin şəxsə cavab yazmışdır ki, “bəli istəyirəm, gəl tanış olaq”. Həmin şəxs ona özünün İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim etmiş və bildirmişdir ki, “mən səninlə sms vasitəsilə əlaqə saxlayaram, sənə sms vasitəsilə şəkillərdə qeyd olunan ünvanlar və kordinatlar göndərərəm, sən həmin kordinatlarda qeyd olunan ünvanlardan həmin narkotik vasitələri götürərsən, həmin narkotik vasitəni satarsan, əldə etdiyin puldan həm mənim göndərdiyim malın pulunu dediyim karta köçürərsən, həm də sənində qazancın olar”. O da həmin özünü ona İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim edən şəxsə razılıq vermiş və həmin şəxsə sms yazaraq nə etməli olduğunu bildirmiş, həmin Hüseyn adlı şəxs ona sms yazaraq demişdir ki, “mənim bircə şərtim var, mən sənə göndərdiyim hər çəkidə malın 1/3 hissəsinin qiymətini əvvəlcədən mənim kart hesabıma göndərərsən, sonra mən sənə malın yerini deyəcəm, sən malı götürəndən sonra mənə xəbər edərsən, sonra isə sms-lə göndərdiyim kordinatları silərsən ki, telefonda qalmasın”. O da Hüseyn adlı şəxsə sms yazaraq onunla razılaşdığını bildirmişdir. Bundan sonra Hüseyn mobil telefonunda olan “WhatsApp” praqramı vasitəsilə sms yazmış və sms-də ona demişdir ki, “Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi tərəfdə yolun kənarında mal qoymuşam, 1 bükümdə qurudulmuş marixuana, sən onu götürərsən, çəkisi təxminən 300 qrama yaxındır, həmin malın pulunun 1/3 hissəsini ödə kartıma, qalanını isə satandan sonra kartıma köçürərsən, həmin malın pulu 1.500 manat edir, sən 500 manatını əvvəlcədən kartıma köçür, mən sənə malın yerini deyim”. O da Hüseynlə razılaşmış, sonuncunun ona sms vasitəsilə göndərdiyi kart hesabına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Araz marketə getmiş və orada million vasitəsilə 500 manat pul göndərmiş, qəbzi çəkib sms vasitəsilə Hüseynə göndərmişdir. Sonra isə Hüseyn ona malın yerini bildirən şəkili, həmçinin ünvan və kordinatlar olan şəkil göndərmişdir. O həmin sms vasitəsilə ona göndərilən şəkilə baxanda malın Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi tərəfdə yolun kənarında qoyulmasını görmüşdür. Taksi ilə həmin ünvana getmiş, orada işıq dirəyinin dibində qara sellofan paketdə olan bükümü götürüb Hüseynə yenidən sms yazmış və malı götürdüyünü bildirmişdir. Sonra Hüseynin ona yazdığı bütün yazışmaları silmişdir. Sonra isə götürdüyü qurudulmuş marixuananı özünə məxsus elektron tərəzidə xırda bükümlərdə çəkməklə hər xırda bükümü 10 manata Bakı şəhəri ərazisində müxtəlif şəxslərə satıb pul qazanmış, bundan sonra əldə etdiyi ümumi puldan həm Hüseynin ona göndərdiyi malın pulunu vermiş, həm də ona qazanc qalmışdır. Narkotik vasitəni istəyən şəxslərlə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayaraq, narkotik vasitəni gah Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda, gah da yaşadığı evində satmışdır. 28 yanvar 2022-ci il tarixdə axşam saat 18 radələrində üzərinə xırda bükümlər şəklində 10 ədəd satmaq üçün qurudulmuş marixuana və 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryək götürüb sellofan paketin içərisinə qoymuş, sellofan paketi isə əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün ailə üzvləri ilə evdə olan zaman qapı döyülmüş, qapını açdıqda bir neçə polis əməkdaşı evə daxil olmuş və ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları təzyiq göstərərərk onu evindən çıxarmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə şəxsi axtarış həyata keçirilmiş və üzərindən 10 qram marixuana və 7 qram tiryək aşkar olunmuşdur. Əlavə olaraq üzərindən göy rəngli cins şalvarının sol yan cibində olan 2 ədəd açar, 1 ədəd “İphone” markalı mobil telefon və narkotik vasitənin satışından əldə etdiyi 15 manat pul əskinazı aşkar edilərək götürüldmüşdür. Həmin üzərindən aşkar edilərək götürülmüş 10 ədəd xırda sellofan paket bükümləri açılarkən içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlənin və 1 ədəd sellofan paketi açılarkən içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin olması aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxt üzərindən başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş marixuana və tiryəki 2022-ci ilin yanvar ayının ortalarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxs kimi təqdim edən şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürmüş, həmin narkotik vasitə 2 bükümdə olmuş, həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə tiryək olmuş, həmin əldə etdiyi bükümlərin bir hissəsini tanımadığı şəxslərə satmış, qalan hissəsini təqdim etmiş, digər hissəsini və 2 ədəd elektron tərəzini yaşadığı evində gizlətmiş, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin məsləhəti və göstərişi əsasında satmaq niyyətilə əldə etmiş, onun müqabilində də əldə etdiyi narkotik vasitə tiryəki və qurudulmuş marixuananı satıb, əldə etdiyi pulun bir hissəsini Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba köçürmüş, bir hissəsi də onun qazancı olmuşdur, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində və yaşadığı evdə saxladığı kütlələri sata bilməmiş, üzərindən aşkar edilmiş 15 manat pulu da narkotik vasitənin satışından əldə etdiyi pul olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmişlər. Həmin vaxt polis əməkdaşlarının əlində qara sellofan büküm olmuşdur. Evə daxil olduqdan sonra narkotik vasitə marixuananı harada gizlətdiyi soruşulmuş, o da mətbəx şkafının yuxarısında gizlətdiyini bildirdikdən sonra orada olan 150 qram marixuana, 40 qrama yaxın tiryək və 2 ədəd tərəzi götürülmüşdür. Evində sadəcə mətbəxdə narkotik vasitə olmasına baxmayaraq polis əməkdaşları evində qonaq otağında olan divanın altına həmin qara sellofan bükümü yerləşdirib ona təzyiq göstərib həmin bükümün videoçəkiliş zamanı özünə məxsus olmasını bildirməyini tələb etmişlər. Təzyiqlərə görə məcbur qalıb həmin qara bükümün də özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin aşkar edilmiş kütlələr və elektron tərəzilər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Şifahi sorğu zamanı polis əməkdaşlarına evində olan marixuana və tiryəki 2022-ci ilin yanvar ayının ortalarında axşam saatlarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxs kimi təqdim edən şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürdüyünü, həmin narkotik vasitənin iki bükümdə olduğunu, hər iki bükümün bir hissəsini xırda bükümlər şəklində tanımadığı müştərilərə satdığını, qalan hissəsinin üzərindən polis idarəsində aşkar edilərək götürüldüyünü, digər hissəsi isə hazırda yaşadığı evdə polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində və yaşadığı evdə saxladığı kütlələri sata bilməmişdir. Narkotik vasitələri ünvanlara kimin qoymasını bilməmiş və narkotik vasitəni götürdüyü vaxt orada şübhəli şəxslər görməmişdir. Hüseynin hansı şəxslərin vasitəsilə narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə gətirməsi və ona hansı şəxslər vasitəsilə narkotik vasitə çatdırması barədə məlumatı olmamışdır. X9 Respublikasında yaşayıb yaşamaması barədə məlumatı olmamışdır. Hüseyndən narkotik vasitəni kimdən alması və hansı şəraitdə Azərbaycan Respublikasına gətirməsini soruşmamışdır. Narkotik vasitəni götürdüyü yerə hansı şəxsin hansı şəraitdə qoymasını görməmişdir. Tutulanadək istifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələr olmuşdur. Üzərindən aşkar edilmiş 15 manat pulu narkotik vasitənin satışından əldə etmiş, lakin narkotik vasitəni satdığı şəxsi tanımadığından həmin pulu kimin ona verdiyini bilmir. Metafetamini, marixuananı və tiryəki qəbul etmə səbəbi bədənində olan ağrılar olmuşdur. Narkotik vasitə marixuanadan təxminən 2-3 il istifadə etmişdir. Tiryəkdən arabir istifadə etmişdir. Hüseyn adlı şəxslə internetdə tanış olmuş, sonuncu ilə sadəcə sms vasitəsilə əlaqə saxlamış, onu heç vaxt görməmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün bu işə razılaşmışdır. Narkotik vasitələrin satışını “online” həyata keçirməmişdir. Tutulmazdan əvvəl artıq bir neçə şəxsə narkotik vasitə satmışdır. Narkotik vasitəni müxtəlif şəxslərə pul müqabilində vermişdir. Həmin bükümləri həm öz istifadəsi üçün, həm də satmaq niyyətilə əldə etmişdir. Evində yalnız 150 qram marixuana və 40 qrama yaxın tiryək olmuşdur. Narkotik vasitələri evdə yalnız mətbəx şkafının yuxarısına gizlətmişdir. Ailə üzvlərinin narkotik vasitə istifadə etdiyindən və satdığından xəbəri olmamışdır. Narkotik vasitəni ailə üzvlərinin görməməsi üçün mətbəxdə gizlətmişdir. Qara sellofan bükümü qonaq otağında divanın altına polis əməkdaşları yerləşdirmişdir. Ona psixi təsir göstərildiyi üçün qara sellofan bükümün özünə məxsus olduğunu bildirmişdir. Psixotrop maddələr istifadə etdikdə özünü pis hiss etdiyi üçün onların qəbulunu çoxdan dayandırmışdır. Ümumilikdə Hüseynin tapşırığını sadəcə 2 dəfə yerinə yetirmişdir. Əvvəllər narkotik vasitə satışı ilə məşğul olmamışdır. Evimdən aşkar olunan tərəzinin biri işləməmiş, digər tərəzini mərhum əmisi oğlundan almışdır. Narkotik vasitəni satmaq üçün tərəzidən əlavə ləvazimatları olmamışdır. İbtidai istintaq zamanı videoçəkilişlərdə bükümlərin ona məxsus olduğunu bldirdiyindən ifadələrini də ona uyğun verməli olduğu deyilmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Şəxsi axtarış və evə baxış polis əməkdaşı tərəfindən videoçəkliş aparılmaqla həyata keçirilmişdir. Evə baxış zamanı o və polis əməkdaşlarından başqa müdafiəçi və ailə üzvləri iştirak etmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə psixi təsir altında olduğu üçün imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayırlar, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, heç bir yerdə işləmir, ali təhsillidir, əvvəllər məhkum olunmamış, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Təxminən bir olar ki, psixotrop maddə olan metafetamin, qurudulmuş marixuana və narkotik vasitə olan tiryək qəbul edir, metafetamini tüstüsünü çəkməklə, tiryəki udmaqla, marixuananı siqaret kimi çəkməklə qəbul etmişdir. Metafetamini. marixuananı və tiryəki qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. Qeyd etdiyi narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən almış və qəbul etmişdir. Sonradan onun maddi vəziyyəti pisləşmiş, pul qazana bilməmiş, istəmişdir ki, hansı yolla olursa olsun pul qazansın. 2021-ci ilin noyabr ayında istifadəsində olan ***-***-**-** mobil nömrəni taxdığı mobil telefonda olan “WhatsApp” sosial şəbəkəsinə sms gəlmiş, o, sms-i oxuyanda, orada bir nəfər şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaq istəyib-istəmədiyini və yaxşı pul qazana biləcəyini ona yazmışdır. O da maddi vəziyyəti ağır olduğundan və pul qazanmaq istədiyindən həmin şəxsə cavab yazmışdır ki, “bəli istəyirəm, gəl tanış olaq”. Həmin şəxs ona özünün İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim etmiş və bildirmişdir ki, “mən səninlə sms vasitəsilə əlaqə saxlayaram, sənə sms vasitəsilə şəkillərdə qeyd olunan ünvanlar və kordinatlar göndərərəm, sən həmin kordinatlarda qeyd olunan ünvanlardan həmin narkotik vasitələri götürərsən, həmin narkotik vasitəni satarsan, əldə etdiyin puldan həm mənim göndərdiyim malın pulunu dediyim karta köçürərsən, həm də sənin də qazancın olar”. O da həmin özünü ona İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim edən şəxsə razılıq vermiş və ona sms yazaraq nə etməli olduğunu bildirmiş, həmin Hüseyn adlı şəxs ona sms yazaraq demişdir ki, “mənim bircə şərtim var, mən sənə göndərdiyim hər çəkidə malın 1/3 hissəsinin qiymətini əvvəlcədən mənim kart hesabıma göndərərsən, sonra mən sənə malın yerini deyəcəm, sən malı götürəndən sonra mənə xəbər edərsən, sonra isə sms-lə göndərdiyim kordinatları silərsən ki, telefonda qalmasın”. O da Hüseyn adlı şəxsə sms yazaraq onunla razılaşdığını bildirmişdir. Bundan sonra birinci dəfə ona özünü İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim edən şəxs onun mobil telefonunda olan “WhatsApp” proqramı vasitəsilə sms yazmış və sms-də ona demişdir ki, “Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi tərəfdə yolun kənarına mal qoymuşam, 1 bükümdə qurudulmuş marixuana, sən onu götürərsən, çəkisi təxminən 300 qrama yaxındır, həmin malın pulunun 1/3 hissəsini ödə kartıma, qalanını isə satandan sonra kartıma köçürərsən, həmin malın pulu 1.500 manat edir, sən 500 manatını əvvəlcədən kartıma köçür, mən sənə malın yerini deyim”. O Hüseynlə razılaşmış, Hüseynin ona sms vasitəsilə göndərdiyi kart hesabına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Araz” marketə getmiş və orada million vasitəsilə 500 manat pul göndərmiş, qəbzi çəkib sms vasitəsilə Hüseynə göndərmişdir. Sonra isə Hüseyn ona malın yerini bildirən şəkili, həmçinin ünvan və kordinatlar olan şəkil göndərmişdir. O həmin sms vasitəsilə ona göndərilən şəkilə baxanda malın Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi tərəfdə yolun kənarında qoyulmasını görmüşdür. O, taksi ilə həmin ünvana getmiş, orada işıq dirəyinin dibində qara sellofan paketdə olan bükümü götürüb Hüseynə yenidən sms yazmış və malı götürdüyünü bildirmişdir. Sonra Hüseynin ona yazdığı bütün yazışmaları silmişdir. Sonra isə götürdüyü qurudulmuş marixuananı özünə məxsus elektron tərəzidə xırda bükümlərdə çəkməklə hər xırda bükümü 10 manata Bakı şəhəri ərazisində müxtəlif şəxslərə satıb pul qazanmış, bundan sonra əldə etdiyi ümumi puldan həm Hüseynin ona göndərdiyi malın pulunu vermiş, həm də ona qazanc qalmışdır. Narkotik vasitəni istəyən şəxslər onunla “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayaraq, gah Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda, gah da yaşadığı evində satmışdır. Təxminən tutulmazdan 2 həftə bundan əvvəl, yəni 2022-ci ilin yanvar ayının ortalarında Hüseyn ona sms yazmış və sms vasitəsilə ona bildirmişdir ki, “yenə də bir bükümdə narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə tiryək vardır, onun satışını həyata keçirə bilərsən?”. O da Hüseynə sms yazaraq bildirmişdir ki, “satışını həyata keçirərəm, bunun üçün nə etməliyəm?”. Hüseyn ona sms yazaraq bildirmişdir ki, “Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi tərəfdə yolun kənarında 2 bükümdə mal qoymuşam, 1 bükümdə qurudulmuş marixuana və 1 bükümdə tiryək, sən onu götürərsən, qurudulmuş marixuananın çəkisi təxminən 1,500 kiloqrama yaxındır, tiryəkin çəkisi isə 1 kiloqrama yaxındır, aramızda olan razılaşmaya əsasən hər iki malın pulunun 1/3 hissəsini ödə kartıma, qalanını isə satandan sonra kartıma köçürərsən, marixuanan pulu 7.500 manat edir, tiryəkin pulu isə 4.000 manat edir, sən marixuananın pulunun 2.500 manatını, tiryəkin pulunun 1.300 manatını əvvəlcədən kartıma köçür, mən sənə malın yerini deyim”. O da özünü ona İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim edən şəxslə razılaşmış, həmin gün axşam saatlarında Hüseynin ona sms vasitəsilə göndərdiyi kart hesabına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Araz” marketə getmiş və orada million vasitəsilə ümumilikdə 3.800 manat pul göndərmiş, qəbzi çəkib sms vasitəsilə Hüseynə göndərmişdir. Sonra isə Hüseyn ona malın yerini bildirən şəkili, həmçinin ünvan və kordinatlar olan şəkili göndərmişdir. O həmin sms vasitəsilə ona göndərilən şəkilə baxanda malın Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi tərəfdə yolun kənarına qoyulmasını görmüşdür. O, taksi ilə həmin ünvana getmiş, orada işıq dirəyinin dibində qara sellofan paketdə olan bükümü götürüb Hüseynə yenidən sms yazmış və malı götürdüyünü bildirmişdir. Sonra Hüseynin ona yazdığı bütün yazışmaları silmişdir. Sonra isə qurudulmuş marixuananı götürüb evinə gəlmişdir, yaşadığı evdə heç kimin görmədiyi şəraitdə əldə etdiyi marixuananın bir hissəsini və tiryəkin bir hissəsini xırda bükümlər şəklində özünə məxsus elektron tərəzidə çəkməklə, hər xırda bükümünü 10 manata Bakı şəhəri ərazisində müxtəlif şəxslərə satıb pul qazanmış, bundan sonra əldə etdiyi ümumi puldan həm Hüseynin ona göndərdiyi malın pulunu vermiş, həm də ona qazanc qalmışdır. Narkotik vasitəni istəyən şəxslər onunla“WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayaraq, gah Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda, gah da yaşadığı evində satmışdır. Qalan narkotik vasitə tiryəkin bir hissəsini və qurudulmuş marixuananın bir hissəsi, eləcə də 2 ədəd elektron tərəzini yaşadığı evin qonaq otağında olan divanın alt hissəsində gizlətmiş, fikirləşmişdir ki, lazım gələndə satmaq üçün istifadə etsin. 28 yanvar 2022-ci il tarixdə axşam saat 18 radələrində o, üzərinə xırda bükümlər şəklində 10 ədəd satmaq üçün qurudulmuş marixuana və 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryək götürüb sellofan paketin içərisinə qoymuş, sellofan paketidə əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və yaşadığı evindən çıxıb piyada hərəkət etməyə başlamışdır. Həmin tarixdə axşam saat 18:45 dəqiqədə o yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi 49 ünvanının yaxınlığında piyada hərəkət etdiyi vaxt ona 2 nəfər mülki geyimdə şəxs yaxınlaşmış, özlərini ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş, sonra ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da onlara etiraz etməmiş, onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan göy rəngli cinsi şalvarının sağ yan cibində 1 ədəd ağ rəngli sellofan paketin içərisində 10 ədəd xırda bükümlər şəklində qurudulmuş marixuana və 1 ədəd sellofan paket bükümündə narkotik vasitə tiryək vardır, o həmin qurudulmuş marixuananı və narkotik vasitə olan tiryəki onlara təqdim edə bilər. Sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd selofan paketin içərisində 10 ədəd xırda bükümlər şəklində açıq yaşıl rəngli qurudulmuş marixuana və 1 ədəd sellofan paket bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə tiryəki çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan 2 ədəd açar, 1 ədəd “İphone” markalı mobil telefon və narkotik vasitənin satışından əldə etdiyi 15 manat pul əskinazı üzərindən aşkar edilərək götürülmüşdür. Həmin üzərindən aşkar edilərək götürülmüş 10 ədəd xırda sellofan paket bükümləri açılarkən içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlənin və 1 ədəd sellofan paket açılarkən içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin olması aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 10 ədəd xırda sellofan paketi bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni və 1 ədəd sellofan paketdəki tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddəni 2022-ci ilin yanvar ayının ortalarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürmüş, həmin narkotik vasitə 2 bükümdə olmuşdur, həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə tiryək olmuşdur, həmin əldə etdiyi bükümlərin bir hissəsini tanımadığı şəxslərə satmış, qalan hissəsi hazırda təqdim etmiş, digər hissəsini və 2 ədəd elektron tərəzini yaşadığı evdə gizlətmiş, əgər şərait yaradılsa, həmin bükümü də təqdim edə bilər, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin məsləhəti və göstərişi əsasında satmaq niyyətilə əldə etmiş, onun müqabilində də əldə etdiyi narkotik vasitə tiryəki və qurudulmuş marixuananı satıb, əldə etdiyi pulun bir hissəsini Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba köçürmüş, bir hissəsi də onun qazancı olmuşdur, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində və yaşadığı evdə saxladığı kütlələri sata bilməmişdir, həmçinin üzərindən aşkar edilmiş 15 manat pul əskinazı narkotik vasitənin satışından əldə etdiyi pul olmuşdur. Bundan sonra həmin tarixdə o, ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Həmin tarixdə saat 21:00 dəqiqədə polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, video müşahidə altında müdafiəçisinin, polis əməkdaşlarının və ailə üzvlərinin iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ona narkotik vasitəni və qurudulmuş marixuananı harada saxladığını göstərməyini və könüllü olaraq təqdim etməyini bildirmişlər. O da evin qonaq otağında olan divanın altında saxladığı 1 ədəd qara rəngli sellofan bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd ağ rəngli sellofan bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni və 2 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi 2 ədəd sellofan paketin içərisinə baxış keçirilərkən birinin içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə və digərinin içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə tiryəkə bənzər maddə və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin yaşadığı evindən aşkar edilmiş kütlələr və elektron tərəzilər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş 1 ədəd sellofan bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd sellofan bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni 2022-ci ilin yanvar ayının ortalarında axşam saatlarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürmüş, həmin narkotik vasitə 2 bükümdə olmuş, hər iki bükümün bir hissəsini xırda bükümlər şəklində tanımadığı müştərilərə satmış, qalan hissəsi üzərindən polis idarəsində aşkar edilərək götürülmüş, digər hissəsini isə hazırda yaşadığı evdə polis əməkdaşlarına təqdim etmiş, həmin bükümləri həm öz istifadəsi üçün, həm də satmaq niyyətilə əldə etmiş, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin məsləhəti və göstərişi əsasında satmaq niyyətilə əldə etmiş, onun müqabilində də əldə etdiyi narkotik vasitə tiryəki və qurudulmuş marixuananı satıb əldə etdiyi pulun bir hissəsini Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba köçürmüş, bir hissəsi də onun qazancı olmuşdur, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində və yaşadığı evdə saxladığı kütlələri sata bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, Hüseynlə narkotik vasitənin satışı ilə əlaqədar sms vasitəsilə əlaqə saxlamış, bunun müqabilində də əldə etdiyi narkotik vasitəni satdıqdan sonra pulun bir hissəsini Hüseynin hesabına köçürmüş, bir hissəsi də onun qazancı olmuş, onun Hüseynlə telefon əlaqəsi olmamışdır. O, Hüseyn ilə sms vasitəsilə əlaqə yaradarkən, Hüseynin Azərbaycan Respublikası ərazisində hansı yolla və hansı şəxslərin vasitəsilə narkotik vasitələri gətirməsi və ya narkotik vasitənin satışını hansı şəxslərin vasitəsilə həyata keçirməsi barədə əvvəlcədən məlumatı olmamış, Hüseyn adlı şəxsin, ümumiyyətlə, İranda və ya Azərbaycanda yaşayıb-yaşamamasını bilmir. O, üzərindən aşkar edilmiş 10 ədəd xırda bükümlərdə qurudulmuş marixuana və 1 ədəd bükümdə narkotik vasitə tiryəki, yaşadığı evdən aşkar edilmiş 1 bükümdə narkotik vasitə tiryək və 1 bükümdə qurudulmuş marixuana ona məxsusdur, sadəcə o həmin kütlələri özünü ona iran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən satış məqsədilə və özünün istifadəsi üçün əldə etmiş, həmin əldə etdiyi kütlələrin bir hissəsini tanımadığı şəxslərə, özünün düzəltdiyi xırda bükümlər şəklində hər bükümünü 10 manata satmış, qalanını isə üzərində və yaşadığı evində saxlamışdır ki, nə vaxtsa satsın. O, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin çəkilərini bilməmiş, amma həmin narkotik vasitələr büküm şəklində olmuş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O Hüseyn adlı şəxsi tanımır, onunla sadəcə sms vasitəsilə əlaqə saxlamış, heç vaxt görməmişdir. Hüseynin harada yaşamasını bilmir, heç vaxt onunla görüşməmiş, sadəcə sms vasitəsilə əlaqə saxlamış, narkotik vasitəni götürdüyü və qoyduğu yeri xatırlamır, ona görə də istintaqa göstərə bilməz, narkotik vasitələri həmin ünvana kimin qoymasını bilmir və narkotik vasitəni götürdüyü vaxt orada şübhəli şəxslər görməmişdir. O. əldə etdiyi narkotik vasitələri yaşadığı evdə xırda bükümlər şəklində çəkmiş, sonra isə həmin xırda bükümlərin satışını həyata keçirmişdir. O, üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitələrdən istifadə etmiş və satışını həyata keçirmişdir. O heç vaxt İran İslam Respublikasına getməmiş, Hüseyn adlı şəxsi heç vaxt görməmiş, yaxından tanışlıqları olmamış, onun həqiqətən harada yaşamasını bilmir, Hüseynin hansı şəxslərin vasitəsilə narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə gətirməsini və ona hansı şəxslər vasitəsilə narkotik vasitəni çatdırmasını bilmir, X9 Respublikasında yaşayıb yaşamaması barədə məlumatı olmamışdır. Hüseyndən narkotik vasitəni kimdən almasını və hansı şəraitdə Azərbaycan Respublikasına gətirməsini soruşmamışdır. Ona məlum olmayan şəraitdə narkotik vasitəni ifadəsində qeyd etdiyi yerə qoymuşlar, sonra isə Hüseynin ona göndərdiyi SMS-də qeyd edilən kordinatla o həmin narkotik vasitəni deyilən yerdən götürmüş, sonra da onu saxlamışdır. Onun marağında olmayıb ki, narkotik vasitəni deyilən yerə kim qoyur, sadəcə onun narkotik vasitəni oradan götürmək marağı olmuşdur, narkotik vasitəni götürdüyü yerə hansı şəxsin hansı şəraitdə qoymasını görməmişdir. O, ilkin araşdırma zamanı narkotik vasitənin təsiri altında olduğundan, halı pis olduğundan və adına olan nömrələrdən narkotik vasitənin satışı ilə əlaqədar məlumatların götürülməsindən qorxaraq ona aidiyyəti olmayan mobil nömrənin mobil telefonun üzərində olduğunu qeyd etmiş, lakin sonradan istintaq zamanı bildirmişdir ki, onun istifadəsində hadisə vaxtı və hadisəyədək olan müddət ərzində ***-***-**-**, ***-***-**-** və ***-***-**- ** saylı mobil telefon nömrələri olmuşdur. Üzərindən aşkar edilmiş 15 manat pulu narkotik vasitənin satışından əldə etmiş, lakin narkotik vasitəni satdığı şəxsi tanımadığından həmin pulu kimin ona verdiyini bilmir (cild 1, iş vərəqə 67-74 və 86-91). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi ev 49 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı yoxlanılmaq üçün rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna o rəhbərlik etmiş, qrupunun tərkibinə isə əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi ev 49 ünvanın yaxınlığında piyada hərəkət etməsini müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu BNMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla BNMİ-nə gəlməyə etiraz etməmiş və birlikdə BNMİ-nə gəlmişlər. BNMİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin və onların iştirakı ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində olan göy rəngli cinsi şalvarının sağ yan cibində 1 ədəd ağ rəngli sellofan paketin içərisində 10 ədəd xırda bükümlər şəklində qurudulmuş marixuana və 1 ədəd sellofan paket bükümündə narkotik vasitə tiryək vardır, həmin qurudulmuş marixuananı və narkotik vasitə olan tiryəki təqdim edə bilər. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd selofan paketin içərisində 10 ədəd xırda bükümlər şəklində açıq yaşıl rəngli qurudulmuş marixuana və 1 ədəd sellofan paket bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə tiryəki çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan 2 ədəd açar, 1 ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “İphone” markalı mobil telefon və 15 manat pul əskinazı üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10 ədəd xırda sellofan paket bükümləri açılarkən içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlənin və 1 ədəd sellofan paket açılarkən içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin olması aşkar edilmiş, götürülmüş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilərək götürülmüş 10 ədəd xırda sellofan paket bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni və 1 ədəd selofan paket bükümündə tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddəni 2022-ci ilin yanvar ayının ortalarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürmüş, həmin narkotik vasitə 2 bükümdə olmuş, həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə tiryək olmuş, həmin əldə etdiyi bükümlərin bir hissəsini tanımadığı şəxslərə satmış, qalan hissəsini isə hazırda təqdim etmiş, digər hissəsini və 2 ədəd elektron tərəzini yaşadığı evində gizlətmiş, əgər şərait yaradılsa, həmin bükümü də təqdim edə bilər, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin məsləhəti və göstərişi əsasında satmaq niyyətilə əldə etmiş, onun müqabilində də əldə etdiyi narkotik vasitə tiryəki və qurudulmuş marixuananı satıb əldə etdiyi pulun bir hissəsini Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba köçürmüş, bir hissəsi də onun qazancı olmuşdur, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində və yaşadığı evdə saxladığı kütlələri sata bilməmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Həmin tarixdə saat 21:00 dəqiqədə Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evinə getmiş, video müşahidə altında müdafiəçisinin, onların, Təqsirləndirilən şəxs və ailə üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və qurudulmuş marixuananı harada saxladığını göstərməyini və könüllü olaraq təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs da evin qonaq otağında olan divanın altında saxladığı 1 ədəd qara rəngli sellofan bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd ağ rəngli sellofan bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd sellofan paketin içərisinə baxış keçirilərkən birinin içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə və digər sellofan paketin içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə tiryəkə bənzər maddə və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, aşkar edilmiş kütlələr və elektron tərəzilər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı sonuncunun yaşadığı evdən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş 1 ədəd sellofan bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd sellofan bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni 2022-ci ilin yanvar ayının ortalarında axşam saatlarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürmüş, həmin narkotik vasitə iki bükümdə olmuşdur, hər iki bükümün bir hissəsini xırda bükümlər şəklində tanımadığı müştərilərə satmış, qalan hissəsi üzərindən polis idarəsində aşkar edilərək götürülmüş, digər hissəsi isə hazırda yaşadığı evində polis əməkdaşlarına təqdim etmiş, həmin bükümləri həm öz istifadəsi üçün, həm də satmaq niyyətilə əldə etmiş, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin məsləhəti və göstərişi əsasında satmaq niyyətilə əldə etmiş, onun müqabilində də əldə etdiyi narkotik vasitə tiryəki və qurudulmuş marixuananı satıb, əldə etdiyi pulun bir hissəsini Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba köçürmüş, bir hissəsi də onun qazancı olmuşdur, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində və yaşadığı evində saxladığı kütlələri sata bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə mənzilin digər otaqlarına baxış keçirilmiş, baxış zamanı mənzildən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, videoçəkiliş CD diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir, eləcə də yaşadığı evində ona və ailə üzvlərinə zor tətbiq edilməmişdir. Həmin narkotik vasitənin dəqiq çəkiləri barədə bir söz deyə bilməz, lakin rəydə qeyd olunan çəkilər doğrudur. Şəxsi axtarış İdarədə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin evinə narkotik vasitə bükümü yerləşdirilməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Əməliyyat qrupuna mən rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs 2 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs evdə də narkotik vasitələr saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxs tutmazdan əvvəl təxminən 1 saat kənardan onu müşahidə etmişlər. Evə baxış zamanı onlar və Təqsirləndirilən şəxs başqa sonuncunun müdafiəçisi və ailə üzvləri iştirak etmişdir. Evə baxış keçirilənədək təqsirləndirilən şəxsin evinə getməmişlər. Şəxsi axtarış və evə baxış videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 107-110). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Elvinlə 2015-ci ilin avqust ayında ailə həyatı qurmuş, nikahları 2016-cı ilin aprel ayında rəsmiləşdirilmişdir. 28 yanvar 2022-ci il tarixdə saat 21 radələrində azyaşlı uşaqları və həyat yoldaşı Elvinlə evdə olan zaman qapı döyülmüşdür. Onlar qapını açdıqda 3 nəfər polis əməkdaşı zorla içəri daxil olmuşlar. Həmin şəxslər içəri daxil olduqdan dərhal sonra Elvinə təzyiq göstərməyə başlayıb narkotik vasitənin satışında və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları evdə özbaşınalıq etmiş, onlarla kobud rəftar etmişlər. O bu halların qarşısını almaq üçün DİN-nin “102” xidmətinə zəng etmək istədikdə həmin şəxslər dərhal telefonunu əlimdən almışlar. Nəticədə, yaxınlarıma və polisə məlumat verə bilməmişdir. Bundan sonra polis əməkdaşları Elvini özləri ilə aparmışlar. Bir qədər keçdikdən sonra isə Elvinlə birlikdə evə geri qayıtmışlar. Həmin vaxt Elvinin başının arxasının qanadığını görmüş, başa düşmüşdür ki, Elvinə fiziki təsir göstərilmişdir. Polis əməkdaşları evə baxış keçirəcəklərini bildirmişlər və Elvindən narkotik vasitələri harada saxladığını soruşmuşlar. Elvin də mətbəxdə olan şkafın yuxarı hissəsində gizlətdiyi narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxtadək Elvinin evdə narkotik vasitə saxlamasından xəbəri olmamışdır. Evdə yalnız mətbəxdə narkotik vasitə olmasına baxmayaraq polis əməkdaşları özləri ilə gətirdikləri qara sellofan bükümü qonaq otağında divanın altına qoyub Elvindən videoçəkiliş zamanı həmin bükümün özünə məxsus olduğunu bildirməyini tələb etmişlər. Elvinə və ona təzyiq göstərildiyindən məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışlar. Elvin əvvəllər bir sıra dövlət orqanlarında çalışmış, son vaxtlar isə fəhlə kimi işləmişdir. Elvinin narkotik vasitə satmasının və istifadə etməsinin şahidi olmamışdır. Evdə narkotik vasitələr olduğundan xəbəri olmamış, Elvin bu barədə ona heç nə deməmişdir. Evdə narkotik vasitə yalnız mətbəx şkafının yuxarısında olmuşdur. Mətbəx şkafı hündür olduğundan orada narkotik vasitə olduğunu görə bilməmişdir. Polis əməkdaşları gələn zaman həyət qapısı açıq olmuşdur. Heç bir yerdə işləmir. 2 azyaşlı uşağı var. Qara sellofan büküm polis əməkdaşları tərəfindən divanın altına qoyulmuşdur. Polis əməkdaşları telefonunu ondan alıb kömək istəməyinə mane olmuşlar. Evə daxil olan polis əməkdaşları onlara özlərini təqdim etməmişlər. Elvin polis əməkdaşları ilə evə gələn zaman vəziyyəti yaxşı olmamışdır. Evə baxış videoçəkilişlə həyata keçirilmişdir. İbtidai istintaq zamanı ona videoçəkiliş zamanı Elvinin bükümlərin özünə məxsus olduğunu bildirdiyini, həmin videoçəkilişə uyğun ifadə verməli olduğunu demişlər. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, həyat yoldaşı olan Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olsa da, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi ev 49-da ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər məhkum olunmamışdır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, o, Elvinlə 2015-ci ilin avqust ayında ailə həyatı qurmuş, nikahlarını 2016-cı ilin aprel ayında rəsmiləşdirmişlər. O bildiyi tarixdən, yəni Elvin 2021-ci ilin yay aylarından narkotik vasitə marixuana qəbul edir, Elvindən soruşduğunda marixuananı qəbul etməkdə məqsədinin bədənində olan ağrılar olduğunu demiş, marixuananı haradan əldə etdiyini bilməmiş, həmçinin narkotik vasitə satması barədə məlumatı olmamışdır. 28 yanvar 2022-ci il tarixdə saat 21 radələrində o, azyaşlı uşaqları ilə yaşadığı evdə olmuş, həmin vaxt qapı döyülmüşdür. O, qapını açanda, görmüşdür ki, Elvin polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmişdir. Həmin vaxt o, polis əməkdaşlarından soruşmuşdur ki, “nə olub, nə hadisə baş verib?”. Polis əməkdaşları ona bildirmişlər ki, Elvin tərəflərindən tutulmuşdur, üzərindən şəxsi axtarış zamanı narkotik vasitə aşkar edilmişdir. Şifahi sorğu zamanı Elvin bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə saxlamışdır, ona görə də gəlmişlər ki, evinə baxış keçirsinlər, Elvin özü ərizə yazaraq yaşadığı evinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir, onlar da Elvinin, onun və müdafiəçisin iştirakı ilə evə baxış keçirməyə gəlmişlər. O da ərizəni görmüş, sonra polis əməkdaşları Elvinlə evə daxil olmuşlar. Elvinə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə video müşahidə altında Elvinin, müdafiəçisinin, polis əməkdaşlarının və onun iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları Elvinə narkotik vasitəni və qurudulmuş marixuananı harada saxladığını göstərməyini və könüllü olaraq təqdim etməyini bildirmişlər. Elvin də evin qonaq otağında olan divanın altında saxladığı 1 ədəd qara rəngli sellofan bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd ağ rəngli sellofan bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni və 2 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi 2 ədəd sellofan paketin içərisinə baxış keçirilərkən birinin içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə və tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə tiryəkə bənzər maddə və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin evdən aşkar edilmiş kütlələr və elektron tərəzilər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, on, Elvin, müdafiəçisi və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Elvin polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş 1 ədəd sellofan bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd sellofan bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni 2022-ci ilin yanvar ayının ortalarında axşam saatlarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürmüş, həmin narkotik vasitə 2 bükümdə olmuşdur, hər iki bükümün bir hissəsini xırda bükümlər şəklində tanımadığı müştərilərə satmış, qalan hissəsi üzərindən polis idarəsində aşkar edilərək götürülmüş, digər hissəsini isə hazırda yaşadığı evdə polis əməkdaşlarına təqdim etmiş, həmin bükümləri həm öz istifadəsi üçün, həm də satmaq niyyətilə əldə etmiş, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin məsləhəti və göstərişi əsasında satmaq niyyətilə əldə etmiş, onun müqabilində də əldə etdiyi narkotik vasitə tiryəki və qurudulmuş marixuananı satıb əldə etdiyi pulun bir hissəsini Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba köçürmüş, bir hissəsi də onun qazancı olmuşdur, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində və yaşadığı evində saxladığı kütlələri sata bilməmişdir. Bundan sonra Elvini polis əməkdaşları aşkar edilmiş narkotik vasitə ilə birlikdə aparmışlar. O, sonradan bilmişdir ki, Elvin məhkəmənin qərarı ilə həbs olunmuşdur. O, Elvinin yaşadığı evdə divanın alt hissəsində narkotik vasitə və 2 ədəd elektron tərəzi saxlamasından əvvəlcədən xəbəri olmamışdır və bu barədə Elvin ona məlumat verməmişdir, elektron tərəzini nə məqsədlə istifadə etməsini bilmir. O, X10 Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxslə əlaqə saxlamasını və ondan narkotik vasitə əldə etməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Elvin də ona bu barədə deməmişdir, Elvinin başqa şəxslərə narkotik vasitə satmasını görməmiş və bu barədə məlumatı olmamışdır, Elvinin evdən aşkar edilmiş elektron tərəzini nə məqsədlə əldə etməsini bilmir, onun yanında həmin tərəzilərdən istifadə etməmişdir. Elvin heç vaxt İran İslam Respublikasına getməmişdir və bu barədə məlumatı olmamışdır, Elvinin xarici pasportu da yoxdur (cild 1, iş vərəqə 154-156). Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, üç azyaşlı uşaq atasıdır, əvvəllər məhkum olunmamışdır, heç bir yerdə işləmir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 1998-ci il tarixdən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 2021-ci ilin avqust ayında o bilmişdir ki, Elvin qurudulmuş marixuana satışını həyata keçirir. Belə ki, o, 2021-ci ilin avqust ayında onun yaşadığı binanın yanında “Bizim bağ” restoranın yanından keçib siqaret almağa getmişdir. Həmin vaxt Elvin də restoranın çöl hissəsində qoyulmuş stolda oturub pivə içmişdir. Bu vaxt o, Elvinlə tanış olduğundan salamlaşmışlar. Elvin onu pivə içməyə dəvət etmiş, o onunla bir stolda oturmuşdur. Onlar pivə içmişlər, sonra o görmüşdür ki, Elvin siqaretin kağızına qurudulmuş marixuana bükmüşdür, ona təklif etmişdir ki, “istəyirsən?”. O da Elvinlə razılaşmış, sonuncudan ona təklif etdiyi 1 ədəd siqaretin kağızına doldurulmuş qurudulmuş marixuananı almış, stolun üzərinə üç manat pul atmışdır. Sonra isə o, evinə qalxmış, evində sakit şəraitdə qurudulmuş marixuananı çəkmişdir. Sonradan , bilmişdir ki, Elvində qurudulmuş marixuana olur və satışını həyata keçirir. Sonradan 2021-ci ilin oktyabr ayında halı pis olmuş, əhvalı olmamışdır, qərara gəlmişdir ki, Elvinlə əlaqə saxlasın və ondan 1 ədəd siqaretin kağızına doldurmaq üçün qurudulmuş marixuana alsın və çəksin. Ona görə də Elvinlə əlaqə saxlamış və ona demişdir ki, “halım pisdir, mənə bir siqaret kağızına doldurmaq üçün qurudulmuş marixuana lazımdır”. Elvin də ona demişdir ki, “narahatçılıq yoxdur, hardasan?”. O da Elvinə demişdir ki, “evimin yanındayam”. Elvin ora gəlmiş, ona demişdir ki, “1 ədəd siqaret kağızına doldurmaq üçün qurudulmuş marixuana 5 manatdır”. O da Elvinə 5 manat verməklə, ondan 1 ədəd siqaret kağızına doldurmaq üçün 1 büküm qurudulmuş marixuana almışdır. Həmin qurudulmuş marixuananı yaşadığı evdə sakit şəraitdə çəkmişdir. Bundan sonra o, Elvindən qurudulmuş marixuana almamışdır. Axırıncı dəfə, 2022-ci ilin yanvar ayının 28-də məhəllə uşaqlarından eşitmişdir ki, Elvini polis əməkdaşları tutub aparmışlar. Ona görə də həmin tarixdə Elvinə zəng vurmuş və ondan soruşmaq istəmişdir ki, vəziyyəti necədir, lakin onun telefonuna zəng çatmamış və cavab verməmişdir. Həqiqətdə Elvindən qurudulmuş marixuana almaq fikri olmamışdır, o, Elvindən sadəcə 2 dəfə qurudulmuş marixuana almış, ondan başqa narkotik vasitə və psixotrop maddə almamışdır. O, 2008-2009-cu illərdən etibarən qurudulmuş marixuana qəbul edir, qurudulmuş marixuanadan başqa hər hansı bir narkotik vasitə və psixotrop maddə qəbul etməmiş və hazırda da qəbul etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir. O, Elvinin qurudulmuş marixuananı haradan və kimin vasitəsilə əldə etməsi barədə məlumatı yoxdur, Elvinin başqa şəxslərə də satmasını görməmişdir (cild 1, iş vərəqə 179-181). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 29 yanvar 2022-ci il tarixli 7/85 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim eldiyi... 10 büküm...” yazısı və imzalar olan 1 ədəd kağız paketdəki 10 ədəd sellofan torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,965 qram; 0,916 qram; 1,011 qram; 0,977 qram; 0,983 qram; 0,986 qram; 1,007 qram; 0,966 qram; 0,877 qram; 1,015 qram; ümumi çəkisi 9,703 olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs... təqdim etdiyi 1 bağlamada... ” yazısı və imzalar olan sellofan torbadakı 1 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1055 qram (1 kq 55 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 1064,703 qramdır (1 kq 64,703 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. 2 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (Qeyd: marixuananın ümumi təmiz çəkisi 1064,703 qram, tədqiqata sərf edildi 0,7 qram, qalıq 1064,003 qram, cild 1, iş vərəqə 49-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 29 yanvar 2022-ci il tarixli 6/578 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 52,114 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi..” sözləri olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 460 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 2 ədəd elektron tərəzinin səthində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər aşkar olunmamışdır. Kağız paketdəki və bağlamadakı narkotik vasitə tiryəklər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir və ümumi təmiz çəkisi 512,114 qramdır. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: tiryəkin ümumi təmiz çəkisi 52,114 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 52,014 qram, tiryəkin ümumi təmiz çəkisi 460 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 459,9 qram, cild 1, iş vərəqə 53-58). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və görtürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildikdən sonra ona təklif olunmuşdur ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri versin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində olan göy rəngli cinsi şalvarının sağ yan cibində 1 ədəd ağ rəngli sellofan paketin içərisində 10 ədəd xırda bükümlər şəklində qurudulmuş marixuana və 1 ədəd selofan paketin bükümündə narkotik vasitə tiryək vardır, o həmin qurudulmuş marixuananı və narkotik vasitə olan tiryəki təqdim edə bilər. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd sellofan paketin içərisində 10 ədəd xırda bükümlər şəklində açıq yaşıl rəngli qurudulmuş marixuana və 1 ədəd sellofan paketi bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə tiryəki çıxardaraq təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan 2 ədəd açar, 1 ədəd “İphone” markalı mobil telefon və 15 manat pul əskinazı üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10 ədəd xırda sellofan paket bükümləri açılarkən içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlənin və 1 ədəd sellofan paket açılarkən içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin olması aşkar edilmiş və götürülmüş, aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 10 ədəd xırda sellofan paket bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni və 1 ədəd sellofan paketdəki tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər maddəni 2022-ci ilin yanvar ayının ortalarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürmüş, həmin narkotik vasitə 2 bükümdə olmuş, həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə tiryək olmuşdur, həmin əldə etdiyi bükümlərin bir hissəsini tanımadığı şəxslərə satmış, qalan hissəsi hazırda onlara təqdim etmiş, digər hissəsini və 2 ədəd elektron tərəzini yaşadığı evdə gizlətmiş, əgər şərait yaradılsa, həmin bükümü də onlara təqdim edə bilər, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin məsləhəti və göstərişi əsasında satmaq niyyətilə əldə etmiş, onun müqabilində də əldə etdiyi narkotik vasitə tiryəki və qurudulmuş marixuananı satıb əldə etdiyi pulun bir hissəsini Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba köçürmüş, bir hissəsi də onun qazancı olmuşdur, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində və yaşadığı evində saxladığı kütlələri sata bilməmişdir, üzərindən aşkar edilmiş 15 manat pul əskinazını narkotik vasitənin satışından əldə etmişdir. Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti aparılarkən həmin istintaq hərəkətinin videogörüntüləri olan CD diskə baxış keçirilmiş və baxış zamanı CD diskdə olan görüntülərdə 28 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolunda olan xüsusatlar tam şəkildə öz əksini tapmışdır (cild 1, iş vərəqə 33-36 və 117-118). Cinayət işinin materiallarında olan “evə baxış keçirilməsi və götürmə haqqında” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə video müşahidə altında özünün, müdafiəçi Tufan Kərimin və həyat yoldaşı Şahid3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı elan edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, o, üzərindən aşkar edilmiş narkotik vasitənin bir hissəsini yaşadığı evdə saxladığını, təqdim edə biləcəyini bildirmiş və bu barədə ərizə yazaraq evinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı narkotik vasitəni təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin qonaq otağına daxil olaraq divanın altında saxladığı 1 ədəd qara rəngli sellofan bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd ağ rəngli sellofan bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni və 2 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi 2 ədəd sellofan paketin içərisinə baxış keçirilərkən birinin içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə və tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə tiryəkə bənzər maddə və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələr və elektron tərəzilər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, Təqsirləndirilən şəxs, Şahid3, müdafiəçi və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş 1 ədəd sellofan bükümündə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd sellofan bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni 2022-ci ilin yanvar ayının ortalarında axşam saatlarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi avtomobil yolunun kənarında quraşdırılmış işıq dirəyinin dibindən götürmüş, həmin narkotik vasitə 2 bükümdə olmuşdur, hər 2 bükümün bir hissəsini xırda bükümlər şəklində tanımadığı müştərilərə satmış, qalan hissəsi üzərindən polis idarəsində aşkar edilərək götürülmüşdür, digər hissəsi isə hazırda yaşadığı evdə polis əməkdaşlarına təqdim etmiş, həmin bükümləri həm öz istifadəsi üçün, həm də satmaq niyyətilə əldə etmiş, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hüseyn adlı şəxsin məsləhəti və göstərişi əsasında satmaq niyyətilə əldə etmiş, onun müqabilində də əldə etdiyi narkotik vasitə tiryəki və qurudulmuş marixuananı satıb, əldə etdiyi pulun bir hissəsini Hüseyn adlı şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba köçürmüş, bir hissəsi də onun qazancı olmuşdur, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində və yaşadığı evdə saxladığı kütlələri sata bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış və götürmə hərəkəti aparılarkən, həmin istintaq hərəkətinin video görüntüləri olan SD diskə baxış keçirilmiş və baxış zamanı, SD diskdə olan görüntülərdə xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolunda olan xüsusatlar tam şəkildə öz əksini tapmışdır (cild 1, iş vərəqə 40-42, 148-149). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş AZF/LGL-9000/22 saylı xx.xx.2022 tarixli sorğuya cavab məktubu ilə təqdim edilmiş CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə Təqsirləndirilən şəxs hadisənin baş verdiyi dövrdə istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən 01.11,2021-ci il tarixdən 29.01,2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, habelə SMS-lərin siyahısı, mətnləri, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri) barədə məlumatlar göstərilmişdir. Belə ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi dövrdə istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan SMS-lərin siyahısı, mətnləri, vaxtı, müddəti barədə məlumatların siyahısı aşağıdakı kimidir: xx-xx-2021 17:32:51 1.1.**********05 1.1.**********03 Qaqa Salam nətərsən,qaqa qadan ahm bu gün də gəlim dünənki kimi d xx-xx-2021 22:06:55 xx-xx-2021 22:06:55 1.1.**********39 1.1.**********03 Verə bilirsən 201ik ver xx-xx-2021 17:09:57 xx-xx-2021 17:09:57 1.1.**********98 1.1.**********03 Yetimce elmire dedim zeng ele milli onnen atda qaqawimsan 60 manat at gel verim. xx-xx-2021 09:51:11 1.1.**********32 1.1.**********03 Qaqa and ola ALLAHA 720 MANATİVİ alıb verecem sen buları yola sal xx-xx-2021 21:27:20 1.1.**********39 1.1.**********03 əll elicəm. 5 manat pulum var imkan varsa 1 dənə verə bilərsən? xx-xx-2021 18:16:57 xx-xx-2021 18:16:57 1.1.**********88 1.1.**********03 Burdayam otda Verde mənə 20İiy xx-xx-2021 21:06:42 1.1.**********39 1.1.**********03 Üstünnən 1 baş ayırda mənimçün xx-xx-2021 05:54:54 xx-xx-2021 05:54:55 1.1.**********14 1.1.**********03 qerdes menimcun ayirib qoyarsan qiraqi 4 gelib günorta saat 1 2 got xx-xx-2021 18:20:04 xx-xx-2021 18:20:04 1.1.**********98 1.1.**********03 Yemiwan onsuzda bawim xarab olub sende siyme 25 lazimdi pulnu da vere bilerem bazar gunu qaravida qaytara bilerem sene qalan xeyir nedi bazar gunu bewd xx-xx-2021 18:20:05 1.1.**********98 1.1.**********03 en 100 dene gotrub vererem. xx-xx-2021 18:40:12 1.1.**********88 1.1.**********03 Elvin quzu varundu varsa gelim görüweyde kontur yoxumdu xx-xx-2021 18:31:50 1.1.**********98 1.1.**********03 Bular catiblar teze yolun kendarinda dayanıblar 950 manat xx-xx-2021 18:34:18 xx-xx-2021 18:34:18 1.1.**********98 1.1.**********03 Ay qaaa maaa cavab ver sen allah yaxwi dolu yiqirlar meni olarda qorxurlarda yuknen cox qalmaqa. xx-xx-2021 23:23:48 1.1.**********39 1.1.**********03 10 manatlıq dqz qoşda xx-xx-2021 20:17:55 1.1.**********31 1.1.**********03 Elvin Reşadiye indi cixacaq zeng et ona de elesin.men 15drne eledim xx-xx-2022 18:27:56 xx-xx-2022 18:27:56 1.1.**********01 1.1.**********03 2 qram yaı yerinnen qardaşımsan toya gedirem xx-xx-2022 22:35:39 1.1.**********39 1.1.**********03 Varundusa qaqaşuva bir tikə pitaçok verdə xx-xx-2022 18:08:09 xx-xx-2022 18:08:09 1.1.**********83 1.1.**********03 Salam elvin kananin vasmoy malim.bacanagidi alican.gaiirdiy yaniva.zahmatvolmasa cavab ver. xx-xx-2022 20:47:25 xx-xx-2022 20:47:26 1.1.**********69 1.1.**********03 Qaqavv necesen qaqaw vacib 5m lazinıdi imkan var qardawimsan xx-xx-2022 01:39:54 xx-xx-2022 01:39:54 1.1.**********15 1.1.**********03 Qaqas birez dobru ele. 20 manatdi xx-xx-2021 21:42:11 xx-xx-2021 07:24:20 1.1.**********03 1.1.**********32 80 man verərəm 720manathqda şeyivi verərəm xx-xx-2021 04:14:53 xx-xx-2021 04:14:53 1.1.**********03 1.1.**********59 Elmir duranda gəl götür məni xahiş pulum çatmır həmdə zaryadkam yox Baxış zamanı, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi dövrdə istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəyə dair istintaq üçün zəruri məlumatlar mobil operator tərəfindən müəyyən edilmədiyindən təqdim edilməmişdir (cild 1, iş vərəqə 173-174). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 14 mart 2022-ci il tarixli 1276 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 167-168). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2022-ci il tarixli 735 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və sair psixi xəstəlik müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onu idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları, idrak prosesləri (qavrama, yaddaş, təsəvvür, təvəkkür və s.) normaya uyğundur. Təqsirləndirilən şəxs eqosentrizm, hövsələsizlik, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraitini nəzərə almaqla, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə patoloji meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakter və mənasına anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özünün psixi yaş və fərdi psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır (cild 1, iş vərəqə 194-197). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 1064,003 qram çəkidə narkotik vasitə olan marixuana, 52,014 qram və 459,9 qram çəkidə narkotik vasitə olan tiryək və 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə və yaşadığı evinə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 2 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 201-226). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 115). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzasını yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 184-185). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 yanvar 2022ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 104- 105). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 28 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 159,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 1064,003 qram olan narkotik vasitə marixuana, 52,014 qram və 459,9 qram olan narkotik vasitə tiryək və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 159,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 1064,003 qram olan narkotik vasitə marixuana, 52,014 qram və 459,9 qram olan narkotik vasitə tiryək və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1167/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1167/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver