Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1167/2023 02.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 uşağı olan, işləməyən, Suraxanı rayon Məhkəməsinin 22 may 2023-cü il tarixl hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilmiş, , ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamış və daşımışdır: belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 28 noyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 28,765 qram narkotik vasitə heroin və təmiz çəkisi 24,723 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 01 dekabr 2022-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli qış geyiminin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 28,765 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, bir ədəd bükümdə təmiz çəkisi 24,723 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə-heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır, 01 dekabr 2022-ci il tarixdə saat 20:30 radələrində yaşadığı mənzildən çıxaraq siqaret çəkmək üçün binanın blokuna düşmüş, üzərində 1 qramdan bir qədər çox çəkidə narkotik vasitə heroin olmuşdur; həmin vaxt təxinən 7-8 nəfər polis əməkdaşları 2 avtomobildə gələrək ona yaxınlaşmışlar, həmin yerdə onun üzərində axtarış aparmışlar və ona yaşadığı mənzildə də narkotik vasitə olmasını bildirmişlər, evində narkotik vasitə olmadığını bildirdikdən sonra onu yaşadığı mənzilə qaldırmışlar, arvadının və 4 azyaşlı uşağının gözü qarşısında döyərək ondan mənzildə gizlətdiyi narkotik vasitəni verməsini tələb emişlər; o, polis əməkdaşlarının ondan əl çəkmədiklərini görüb evdə saxladığı bir bükümdə limon duzunu sonunculara vermiş, bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-nini 31-ci Polis bölməsinə aparmışlar və yenə polis əməkdaşlarını təsiri və təzyiqi ilə videoçəkiliş zamanı poils əməkdaşlarının onun paltarının cibinə qoyduğu 2 bükümü və 1 elektron tərəzini çıxararaq təqim etmiş və etirafedici ifadələr vermişdir. Polis əməkdaşlarının onu döyməsi nəticəsində qarın və qulaq nahiyələrindən və bədəninin başqa hissələrindən xəsarətlər almış, həmin xəsarətlərdən qarın nahiyəsindəki və sağ qulağının arxa hissəsindəki bənövşəyi rəngli xəsarət izləri halhazıradək qalmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitəni İran vətəndaşı “Baba” ləqəbli şəxsin vasitəsilə əldə edir. Belə ki, o, həmin şəxslə mobil telefonla əlaqə saxlayaraq lazım olan miqdarda narkotik vasitəni lazımi yerlərə qoymasını istəyir, ödənişi isə onlayn şəkildə həyata keçirir. Sonuncu dəfə 28 noyabr 2022-ci il tarixdə “Baba” ləqəbli şəxsdən bir bükümdə narkotik vasitə heroin, bir bükümdə isə psixotrop maddə metamfetamin almış, həmin maddələri Bakı şəhəri, Nəsimi rayonu ərazisindən götürmüş və satış üçün üzərində saxlamışdır. 01 dekabr 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən, İlqar Məmmədov küçəsi bina 42 yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, o da, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Polis bölməsində olan zaman hüquqlarını müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən üzərində (070) ***-**-** nömrə olan “Samsung” markalı telefonunu, bir ədəd beş manatlıq pul əskinazını, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə heroini, bir ədəd sellofan bükümdə metamfetamini və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla əldə edilməsi, daşınması qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd beş manatlıq pul əskinazı özünə qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərində olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfefamin olduğunu, həmin maddəni həm istifadə etməsi həm də satmaq üçün əldə edərək üzərində saxladığını, həmin maddələri üç gün əvvəl, yəni 28 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisindən, İran İslam Respublikası vətəndaşı “Baba” ləqəbli şəxsin vasitəsilə əldə etdiyini, 3 ilə yaxındır ki, narkotik vasitələrin istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də, polis bölməsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Təqdim etdiyi mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi ona izah edilərək götürülmüş, aşkar edilmiş maddələr elektron tərəzi çəkilmiş, heroinin çəkisinin 30 qram, metamfetaminin çəkisinin isə 25 qram olması müəyyən edilmişdir. Həmin maddələr və elektron tərəzi bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (1-ci cild iş vərəqi 72-74). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məğul olması barədə əməkdaşı olduğu idarəyə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 20-21 radələrində Bül-bülə qəsəbəsində həmin şəxsi yaşadığı 5 mərtəbəli binanın yazınlığında saxlayıb Suraxanı RPİ-nin polis bölməsinə dəvət etmişlər. Həmin polis bölməsində Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı üzərindən narkotik vasitə, tərəzi və 5 manat pul aşkar olunmuşdur. Həmin narkotik vasitə təxminən 25-30 qram olmuş, və sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni Bakı şəhəri Nəsimi rayonu ərazisində İran vətəndaşından aldığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tərəfindən və digər polis əməkaşları tərəifndən heç bir fiziki və psixi təsir və təzyiq olunmamış, onun yaşadığı mənzilə qalxmamışlar. Şahd Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 01 dekabr 2022-ci i tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Suraxanı rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəhbərliyə raportla məruzə olunduqdan sonra özündən və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 01 dekabr 2022-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, sonuncudan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib və üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını deyərək sonuncunu yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Orada ayrılmış xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən və hüquqlarını müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təyin edildikdən sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ cibindən cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd beş manatlıq pul əskinazını, əynində olan qış gödəkçəsinin sol cibindən iki ədəd sellofan bükümləri və bir ədəd elektron tərəzini çıxarıb otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş, təhqiqatçı tərəfindən bir ədəd beş manatlıq pul əskinazı Eldlar Sadıqovun özünə qaytarılmışdır. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun onun özünə məxsus olduğunu və həmin telefonun üzərində (070) ***-**-** mobil nömrəsinin olduğunu bildirmiş və həmin telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Aşkar olunmuş bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilmiş və həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Bu zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün çəkisinin 30 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümün çəkisinin 25 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm və bir ədəd elektron tərəzi bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələrin “kokos” və “şüşə” yəni, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 5-6 aydır tanıdığı “Baba” ləqəbli İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin maddələri üç gün əvvəl “20 Yanvar” adlanan ərazidən götürdüyünü, həmin maddələrdən həm istifadə edəcəyini, həm də satacağını, 2-3 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, 4-5 aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, təqdim etdiyi maddələrin bir qramını 25 manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç kimin məlumatı olmadığını, təqdim etdiyi maddələrdən başqa hər hansı bir yerdə saxlamadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə təhqiqatçı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir əlavə və ya qeyd daxil olmamış və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və 31ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır (1-ci cild iş vərəqi 108-110). Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, birgə nigahdan üç azyaşlı və bir 16 yaşlı uşaqları vardır; 01 dekabr 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən, əri Eldar mənzildən çıxmış, evin çöl qapısını bağlamalarını demiş, kiçik oğlu xəstə olduğundan və başı onun müalicəsinə qarışdığından qapını bağlamağı unutmuş, təxminən 5 dəqiqə sonra mənzilə əri və onunla birlikdə sonradan polis əməkdaşları olduğunu başa düşdüyü 5 nəfər daxil olmuşlar, həmin vaxt ərinin qolunda qandal olmuş, o, uşaqlarını başqa otağa keçirmiş, həmin şəxslər ayaqqabılarını çıxarmadan evi “ələk-vələk” edərək hər yeri axtarmışlar, qonşu otaqdan qışqırıq səsləri gəldiyindən polis əməkdaşlarının əri Eldarı vurduqlarını, döydüklərini başa düşmüşdür, lakin özü polis əməkdaşlarının Eldarı döyməsini görməmişdir, ancaq gələn qışqırıq səslərindən əri Eldarın döyülməsi barədə belə bir nəticəyə gəlmişdir. Polis əməkdaşları əri Eldara tez-tez «ver» deyə qışqıraraq müraciət etmişlər və bir müddət sonra Eldarla birilkdə mənzildə çıxıb getdiklərindən Eldarın polis əməkdaşlarına nəsə təqdim etməsini başa düşmüşdür; əri Eldar və polis əməkdaşları çıxıb getdikdən sonra anasının onun üçün evdə qoyduğu və şifonerdə saxladığı 140 manat pulun yerinə olmadığını, lakin masanın üzərində 40 manat pul qoyulduğunu görüb polis əməkdaşları tərəfindən 100 manat pulun götürüldüyünü fikirləşmişdir. Polis əməkdaşları tərəfindən 100 manat pulun götürülməsi barədə heç yerə şikayət etməmişdir. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 da şahid X4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 02 dekabr 2022-ci il tarixli 6/6851 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 28,765 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 24,723 qram olan ağ rəngli kristaliik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş bir ədəd gümüşü rəngli elektron təzərinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmamışdır (1-ci cild iş vərəqi 42-43). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 10 mart 2023-cü il tarixli 1385 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 143-144). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 18 mart 2022-ci il tarixli 763 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansi bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 146-147). İşdə olan 01 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd beş manatlıq pul əskinazını, əynində olan qara rəngli qış geyiminin sol yan cibindən iki ədəd şəffaf sellofan bükümləri və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun onun özünə məxsus olduğunu və həmin telefonun üzərində (070) ***-**-** mobil nömrəsinin olmasını bildirmiş, təqdim olunmuş bükümlərə təhqiqatıçı tərəfindən baxış keçirilmiş, həmin bükümlərin elektron tərəzidə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün çəkisinin 30 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümün çəkisinin 25 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələrin “kokos” və “şüşə”, yəni narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 5-6 aydır tanıdığı “Baba” ləqəbli İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin maddələri üç gün əvvəl “20 Yanvar” adlanan ərazidən götürdüyünü, həmin maddələrdən həm istifadə edəcəyini, həm də satacağını bildirmiş, 2-3 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, 4-5 aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, təqdim etdiyi maddələrin bir qramını 25 manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç kimin məlumatı olmadığını, təqdim etdiyi maddələrdən başqa hər hansı bir yerdə saxlamadığını, polis əməkdaşları tərəfindən ona hər hansı bir təzyiq və ya təsir olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, lakin qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş, təhqiqatçı tərəfindən bir ədəd beş manatlıq pul əskinazının Təqsirləndirilən şəxs özünə qaytarılmış, mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm və bir ədəd elektron tərəzi bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən götürülmüşdür (1-ci cild iş vərəqi 31-33). İşdə olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi haqqında 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd beş manatlıq pul əskinazını, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən iki ədəd şəffaf sellofan bükümləri və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq təqdim etməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması lakin qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı bir əşyanının aşkar edilməməsi, təhqiqatçı tərəfindən bir ədəd beş manatlıq pul əskinazının Təqsirləndirilən şəxs özünə qaytarılması, təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun onun özünə məxsus olduğunu və həmin telefonun üzərində ***-***- **-** mobil nömrəsinin olmasını bildirməsi, mobil telefonun təhqiqatçı tərəfindən götürülməsi, təqdim olunmuş bükümlərə təhqiqatıçı tərəfindən baxış keçirilməsi, həmin bükümlərin elektron tərəzidə çəkilməsi, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün çəkisinin 30 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümün çəkisinin 25 qram olması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm və bir ədəd elektron tərəzinin bir ədəd zərfə qoyularaq qablaşdırılması, zərfin üzərinin iştirakçılar tərəfindən imzalanması, təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələrin “kokos” və “şüşə”, yəni narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 5-6 aydır tanıdığı “Baba” ləqəbli İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin maddələri üç gün əvvəl “20 Yanvar” adlanan ərazidən götürdüyünü, həmin maddələrdən həm istifadə edəcəyini, həm də satacağını bildirməsi, 2-3 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, 4-5 aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, təqdim etdiyi maddələrin bir qramını 25 manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç kimin məlumatı olmadığını, təqdim etdiyi maddələrdən başqa hər hansı bir yerdə saxlamadığını, polis əməkdaşları tərəfindən ona hər hansı bir təzyiq və ya təsir olmadığını bildirməsi, müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs heç bir əlavə və sualının olmadığını bildirməsi müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 96). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X7 Xəstəxanasının 17 dekabr 2022-ci il tarixli 1/2507 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır (1-ci cild iş vərəqi 115). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 19 dekabr 2022-ci il tarixli 12246 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır (1-ci cild iş vərəqi 116). İşdə olan 25 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən həmin bir ədəd DVD disk və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş təmiz çəkisi 28,765 qram narkotik vasitə heroin, təmiz çəkisi 24,723 qam psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışlar, ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 28,715 qram narkotik vasitə heroin, 24,673 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 152-161). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 111). İşdə olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 may 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Həsənşulu oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini 01 dekabr 2022-ci il tarxdə, yəni Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinn 22 may 2023-cü il tarixli hökmü qanuni qüvvəyə minənədək törətdiyindən onun əməlində cinayətin residivi mövcud deyil. Belə ki¸ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs isə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmünə münasibətdə məhkum olunmamış şəxsdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22). İşdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (1-ci ild iş vərəqi 84-88). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2023-ci il tarixli qərarından və 28 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində cəmi 1 qramdan bir qədər çox miqdarda narkotik vasitə olması, polis əməkdaşları tərəfindən onun mənzilində döyülməsi, fiziki təsirə məruz qalması, üzərindən 28,765 qram narkotik vasitə heroin və 24,723 qram psixotrop maddə metamfetamin olması barədə etirafedici ifdaləri polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində verməsinə dair ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 01 dekabr 2022-ci il tarixli Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavininə ünvanladığı raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmuşdur. (1-ci cild iş vərəqi 4). Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmasını göstərməmiş, həmçinin barəsində qətimkan tərdiri seçilməsi üçün 03 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə aparılarkən işə baxan hakimə bu barədə bildirməmiş, əksinə həmin məhkəmə prosesində Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilməsini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu və üzərindən heroin, metafetamin və elektron tərəzi aşkar olunduğunu bildirmişdir, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ümumiyyətlə polis əməkdaşlarının qeyri-qanuni hərəkətlərinə məruz qalması barədə heç bir qeydi olmamışdır. Bundan əlavə məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs Həsənulu oğlunun polis əməkdaları tərəfindən fiziki təzyiqlərə və döyülməyə məruz qalması barədə göstərdiyi xüsusatların yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən 14 aprel 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna məlumat verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi və ya işgəncəyə məruz qalması faktı ilə bağlı yoxlama aparılıb-aparılmaması, yoxlama aparıldığı halda yoxlamanın nəticəsi barədə məlumat verilməsi və qəbul edilmiş qərarın əsaslılığı barədə rəyi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə Suraanı rayon Prokurorluğuna sorğu verilmişdir (2-ci cild iş vərəqi 24). Bundan öaşqa məhkəmə tərəfindən 14 aprel 2023-cü il tarixli məktubla Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olduğu və çıxdığı, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına daxil olduğu tarixlərə dair məlumatların, o cümlədən həmin tarixlərdə onun şəxsi müayinəsinə dair məlumatların, müayinə zamanı üzərində xəsarət aşkarlandığı halda həmin məlumatların Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə müvafiq olaraq Suraxanı RPİ-yə və Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxansına sorğular göndərilmişdir (2-ci cild iş vərəqi 25). İşdə olan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 11 may 2023-cü il tarixli 380x-23№-li məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məlumat əsasında prokurorluqda araşdırma başlanmışdır (1-ci cild iş vərəqi 40). İşdə olan Bakı şəhəri Suraxanı RPİ-nin 05 iyun 2023-cü il tarixi 54/2-10913/23 №-li məktubundan görünür ki, Suraxanı RPİ-nin müvəqqəti saxlama yerinə xx.xx.2022-ci il tarixdə saat 00:16 radələrində daxil olmuş Təqsirləndirilən şəxs şəxsi-tibbi müayinəsi zamanı bədənində hər hansı xəsarət aşkar olunmamışdır (1-ci cidb iş vərəqi 53). İşdə olan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 14 iyun 2023-cü il tarixli təliqəsi ilə məhkəməyə daxil olmuş 14 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra işgəncələrə məruz qalması barədə müraciəti ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli məktubu əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 izahatları alınmışdır; 196-C-23 №-li yoxlama materiallarına, o cümlədən tibbi sənədlər əsasında keçirilmiş məhkəmə-tibbi eksperiza üzrə 53 t/ı saylı 03 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən müstəntiq tərəfindən cinayət işinin başlanması rədd edilmişdir (2-ci cild iş vərəqi 54-57). Lakin məhkəmə zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanana qədər onun bədəni üzərində heç bir xəsarət və döymə izləri olmamış, lakin saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədənində yaranmış və halhazıradək qalan bənövşəyi rəngli xəsarət izləri vardır və qarın nahiyəsində yırtığ yaranmışdır. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin saxlanılana və tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda X3 dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Təqsirləndirilən şəxs vəsatəti əsasında onun işgəncələrə məruz qalması barədə verdiyi məlumatın yoxlanılması məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarı ilə əlavə məhkəmə-tibb ekspertizası təyin edilmiş, Təqsirləndirilən şəxs ekspert müayinəsindən keçməsi üçün ekspertlərin sərəncamına təqdim edilmişdir (2ci cild iş vərəqi 65-67). Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X10» Püblik Şəxsin 07 sentyabr 2023-cü il tarixli 3823 №-li təliqəsi ilə məhkəməyə daxil olmuş əlavə məhkəməstasionar-tibb ekspertizası üzrə 18 avqust 2023-cü il tarixli 296/MEŞ №-li ekspert rəiyndən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı qarnının divarında göbək dəbəliyi (yırtığı), döş qəfəsinin yuxarı hissəsində əsasən sağ tərəfdə, sağ bazu-said nahiyəsində, yuxarı və aşağı ətraflarında, boynun sağ yarısında çoxsaylı, sağ qulaqarxası nahiyədə bozumtul-qonur-qəhvəyimtil rəngli, təzyiq etdikdə rəngi dəyişməyən piqmentasiya (piodermiya) sahələri olan ləkələr aşkar edilmşidir; qeyd olunanlar qeyritravmatik xarakterlidir, orqanizmin fərdi xüsusiyətlərindən asılı olaraq meydana çıxan dəyişikliklərdir və bu hallar sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır (2-ci cild). Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşlarına narkotik vasitə deyil, limon duzu təqdim etməsi barədə göstərdiyi xüsusat ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə 02 dekabr 2022-ci il tarixli 6/6851 nömrəli ekspert rəyi ilə təkzib olunmuş, belə ki, həmin rəyə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi bükümlərdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Yuxarıda qeyd olunan və məhkəmə zamanı tam araşdırılmış sənədlər, ekspert rəyləri və digər sübütlarla bir daha Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı Azərbaycan Respublikası DİN-in Baş Naroktiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəifndən işgəncələrə məruz qalması barədə göstərdikləri və öz müdafiəsi üçün gətiridiyi digər dəlillər, o cümlədən polis əməkdaşlarına narkotik vasitə deyil limon duzu təqdim etməsi barədə verdiyi ifadələr həqiqətə uyğun olmayaraq öz təsdiqini tapmamışdır, qeyrisəmimi olmaqla məhkəməni yanıltmağa yönəlmişdir. Bundan başqa məhkəmə, iş üzrə şahidlər – təqsirləndindirilən şəxs Təqsirləndirilən şəxsvun arvadı Xəyalə Məmməd qızının və qızı X9 məhkəmə zamanı verdikləri Təqsirləndirilən şəxs döyülməyə xarakterik səsləri eşitmələri barədə ifadələrinə tənqidi yanaşır. Qeyd olunanlar ibtidai istintaq oranı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlaması və daşıması barədə gəldiyi nəticələri əsaslı hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edirkən himayəsində 3 azyaşlı və 1 yetkinli yaşına çatmayan uşağının olmasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr) əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ümumi təmiz çəkisi 24,723 qram və narkotik vasitə heroinin ümumi təmiz çəkimi 28,765 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 01 dekabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin eməyi və cəzaçəkməsinin başlanğıcının 01 dekabr 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 10 mart 2023-cü il tarixli 1385 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 02 dekabr 2022-ci il tarixli 6/6851 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 28,765 qram narkotik vasitə 24,723 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışlar. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 28,715 qram narkotik vasitə heroin, 24,673 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 28,715 qram narkotik vasitə heroin, 24,673 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-1167/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1167/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver