Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1168/2021 16.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli, 1(004)-176/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 14 iyun 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 20 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 03 ədəd sellofan kəsiyi bükümündə və 02 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,275 qram, 0,422 qram, 3,111 qram, 0,034 qram və 0,039 qram olmaqla ümumi təmiz çəkisi 3,881 qram olan açıq qəhvəyi rəngli toz şəkilli maddə- kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib qara rəngli sandıqçanın içərisinə yerləşdirməklə üzərində saxlayaraq daşımış, 21 oktyabr 2020-ci il tarixdə saat 13:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4sına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibində olan qara rəngli sandıqçanın içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd sellofan kəsiyi bükümündə və 02 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,275 qram, 0,422 qram, 3,111 qram, 0,034 qram və 0,039 qram olmaqla ümumi təmiz çəkisi 3,881 qram olan açıq qəhvəyi rəngli toz şəkilli maddə- kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisidir. Bədənində ağrılar olduğundan narkotik vasitə qəbul edir, həmçinin onun böyük qardaşı Samir də narkomandır və onlar qardaşı ilə birlikdə hərdən bir narkotik vasitələrdən istifadə edirlər. 20 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Yasamal rayonu “Papanin” adlanan əraziyə gedib orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 70 manat pul ödəyərək şəxsi istifadəsi üçün üç ədəd şəffaf rəngli sellofan kəsiyinə, iki ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroin almışdır. Həmin şəxsdən bir neçə dəfə əvvəllər heroin almış və həmin narkotik vasitəni qara rəngli qutunun içərisinə qoymuşdur. Onun anket məlumatlarını və telefon nömrəsini bilmir. Bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki tünd göy rəngli idman şalvarının cibində saxlamışdır. 21 oktyabr 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində o, qardaşı Şahid5, qardaşının və eyni zamanda onun dostları Saday Atakişiyev və Şahid6la birlikdə yaşadığı evin həyətində olan zaman dörd nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və mənzildə narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək evə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt ailə üzvləri və qonşuluqda yaşayan qadınlar polis əməkdaşlarına mane olduqlarına görə polislər evə baxa bilməmişlər. Onun yaşadığı mənzildə narkotik vasitə olmamışdır. Polis əməkdaşları bundan sonra onu, qardaşı Samiri, eyni zamanda dostları Saday Atakişiyevi və Şahid6 Yasamal Polis İdarəsinə aparmışlar. Polis İdarəsində üzərinə axtarış aparılacağı izah olunmuş və üstündə qanunsuz hər hansı bir əşya olub-olmadığını soruşduqda, o, üzərində narkotik olduğunu deyib könüllü olaraq əynindəki idman şalvarının sol yan cibində saxladığı və içərisində üç ədəd şəffaf rəngli sellofan bükümdə və iki ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroin olan qara rəngli qutunu çıxarıb stolun üstünə qoymuşdur. Bundan başqa, o, şalvarının digər cibindən 1532 manat pulu pul kisəsi ilə birlikdə çıxarıb stolun üstünə qoymuşdur. Həmin pulları o, işləyib qazanmış və ona məxsus olmuşdur. Narkotiki özü istifadə etmək üçün almışdır. Heroini o, bükümlərə ayırmamış, ona satan oğlan bükümlərə bölüb vermişdir. Bükümlərdə olan heroin onun gündəlik tələbatını ödədiyindən onları pulu olduğuna görə bükümlərdə almaq ona sərf etdiyi üçün bükümlərdə almışdır. Onun bədənində ağrılar olur, narkotik istifadə etdiyi zaman isə ağrıları olmur. Əməlindən peşmandır və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, dostları Saday və Cehun həmin gün onu görmək üçün onun yanına gəlmişlər. Üzərindən aşkar olunmuş puldan həmin narkotik vasitəni almışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş 1532 manat pulu narkotikdən qazanc kimi əldə etməmişdir. O, həmin puldan götürüb özünə istifadə etmək üçün narkotik alan zaman xərcləmişdir. Heroini də həmin puldan olan 70 manata almışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 42-43-cü vərəqələrində olan 21 oktyabr 2020ci il tarixli şəxsi axtarış və götürmə aparılması və Şahid5 üzərindən narkotik vasitələrin aşkar edilməsi haqqında protokola, cinayət işinin 1-ci cild 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 21 oktyabr 2020-ci il tarixli 20/1451 saylı tədqiqat haqqında Şahid5 üzərindən 1,514 qram heroin aşkar olunması barədə Arayışa və cinayət işinin 2-ci cild 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2021-ci il tarixli 6/128 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, böyük qardaşı Samir də narkotik vasitələrdən istifadə edir, hərdən o, özündə olan narkotik vasitələri qardaşı Şahid5 istifadə etmək üçün bağışlamışdır. Ona görə ola bilər ki, ekspert narkotik vasitələrin eyni tərkibli olmasını rəydə yazmışdır. O, xəstə olduğu üçün və yaddaşı pis olduğu üçün bu hal dəqiq yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 5-də yaşayan Şahid5 yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, evində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil odmuş əməliyyat məlumatına əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmış və onun tərəfindən raportla Yasamal RPİ-nin rəisinə məruzə edilmişdir. 17 oktyabr 2020-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda ondan başqa Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2, CAŞ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 daxil edilmişlər. Bundan başqa Şahid5 yaşadığı ünvan 5 ünvanında baxış aparılmasından ötrü Yasamal Rayon Məhkəməsi tərəfindən 20 oktyabr 2020-ci il tarilxdə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupunun üzvləri ilə birlikdə 21 oktyabr 2020-ci il tarixdə saat 12:30 radələrində həmin ünvana getmişlər. Həmin ünvanda Şahid5 və onun qardaşı Təqsirləndirilən şəxs müəyyən edildikdən sonra özlərini təqdim etmişlər və yaşadıqları evdə qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə məlumat olduğunu və bu məqsədlə evdə baxış aparılması izah edilmişdir. Buna baxmayaraq həmin ünvanda olan qadınlar evə baxış keçirilməsinə mane olduqları üçün evdə baxışın aparılması mümkün olmamışdır. Bundan sonra həmin ünvanda olan Təqsirləndirilən şəxs, Şahid5, sonradan şəxsiyyəti məlum olan X4 və Şahid6 narkotik vasitələrin qanunsuz olaraq əldə edilərək saxlanmasında şübhəli bilindikləri üçün ünvan 4sına gətirilmişlər. İlk növbədə Şahid5 üzərində qanunsuz əşya və narkotik vasitələrin olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməsi ona izah edilmişdir. Şahid5 əynində olan idman şalvarının sol yan cibindən sellofan kəsiyi bükümünü çıxarıb həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu aşkar edilmişdir. Bundan sonra Şahid5 üzərinə şəxsi axtarış aparılmış, Şahid5 üzərindən başqa heç nə aşkar edilməmişdir. Şahid5 götürülmüş bir ədəd büküm qablaşdırılaraq götürülmüş, müvafiq protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldığına görə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün RPİ-nə müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üstünə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılacağı bildirilmişdir. Axtarışa başlanmazdan əvvəl təhqiqatçı tərəfindən Saqiyevdən üzərində qanunsuz əşya və narkotik vasitələrin olub-olmadığı soruşulmuş, olduğu təqdirdə təqdim etməsi ona izah edilmişdir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən içərisində 03 ədəd sellofan büküm və 02 ədəd siqaret kağızı bükümü olan qara rəngli sandıqçanı təqdim edib sandıqçanın içərisindəki bükümdəkilərin narkotik vasitə heroin olduğunu və 20 oktyabr 2020-ci il tarixdə Papanin adlanan ərazidən tanımadığı şəxsdən 70 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddələrin olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üstündən 1532 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş beş ədəd büküm qablaşdırılaraq götürülmüş, müvafiq protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmamış, qardaşı Samirin barəsində məlumat daxil olmuşdur. Onlar həmin mənzilə gedəndə Təqsirləndirilən şəxs də evdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni özü isifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı Samirin üzərindən az miqdarda narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Şahid2, Şahid4 ifadələrindən, həmçinin məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, sonuncular Şahid1 ilə eyni məzmunlu ifadə verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, və qardaşı İlkin narkotik vasitələrin aludəçisidirlər. Bədənində ağrılar olan zaman inyeksiya yolu ilə narkotik vasitə hesab olunan heroin qəbul edir. 21 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Yasamal rayonu “Papanin” adlanan əraziyə gedib orada üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni əynindəki idman şalvarının sol yan cibində saxlamışdır. Həmin tarixdə təxminən saat 13:00 radələrində qardaşı Təqsirləndirilən şəxs, dostları Saday Atakişiyev və Şahid6la birlikdə yaşadığı evin həyətində olan zaman dörd nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini Yasamal RPİ-nin əməkdaşları kimi təqdim etmiş və onun yaşadığı mənzildə narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək evə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt onun ailə üzvləri və qonşuluqda yaşayan qadınlar polis əməkdaşlarına mane olduqlarına görə polis əməkdaşaları bu səbəbdən evdə baxış apara bilməmişlər. Buna görə polis əməkdaşları onu, qardaşı Təqsirləndirilən şəxs və orada olan Saday və X8 İdarəsinə dəvət etdikdə, onlar polis əməkdaşları ilə birlikdə ünvan 4sına getmişlər. Orada onun üzərindən narkotik vasitə aşkar olunmuş, həmçinin qardaşı İlkinin də üzərinə baxış keçirilmiş və onun da üzərindən narkotik vasitə aşkar olunmuşdur. Qardaşı ilə o, bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Onun barəsində hal-hazırda məhkəmə araşdırması aparılır. Qardaşı xəstədir, ola bilər ki, nəyisə xatırlamır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Şahid5 və onun qardaşı İlkinlə dostluq münasibəti var. Bəzi vaxtlarda Samirin yaşadığı evə o, qonaq kimi gedibgəlir. 21 oktyabr 2020-ci il tarixdə təxminən günorta saatlarında, yəni saat 13 radələrində o, Samirin yaşadığı evə getmişdir. O, Samir və qardaşı İlkinlə birlikdə küçədə olan zaman sonradan adının Saday olduğunu bildiyi şəxs də oraya gəlmiş və onlar küçədə söhbət edərkən dörd nəfər mülki geyimli şəxslər həyətə yaxınlaşıb məhkəmə qərarını İlkinə və Samirə göstərmişlər. Həmin şəxslər İlkinə və Samirə onların yaşadığı evdə narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək evə baxış keçirəcəklərini izah etmişlər. Lakin həmin vaxt Samirin və İlkinin ailə üzvləri və qonşuluqda yaşayan qadınlar polis əməkdaşlarına evdə baxış aparmalarına mane olmuşlar. Buna görə polis əməkdaşları onları polis idarəsinə dəvət etdikdə polislərlə razılaşaraq onlar polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinin binasına gəlmişlər. Orada xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin və digərlərin iştirakları ilə onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin həmin vaxt onun üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra isə onu həbsdən azad etmişlər. İlkinin, Samirin və Sadayın üzərindən nəyin çıxmasından onun xəbəri olmamışdır. O, buraxılan gün Sadayı da buraxmışlar. Ancaq Samiri və İlkini polis həbsdən azad etməmişdir. Eşitidiyinə görə Samirdən və İlkindən narkotik vasitə tapıldığına görə hər iki qardaşı buraxmamışlar. Onun həmin qardaşlarla yalnız dost münasibəti var, Samirin və İlkinin üstündə narkotik olmasından xəbəri olmamış və narkotik istifadəçisi deyil. İlkin və Samir qardaşlarının isə narkotik istifadəçisi olmalarından onun heç bir məlumatı yoxdur və onlar onun yanında heç vaxt narkotik qəbul eməmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 17 oktyabr 2020-ci il tarixli raportundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, dalan 121 B-də qeydiyyatda olan və yaşayan Şahid5 yaşadığı mənzildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 okyabr 2020-ci il tarixli, 5(004)- 653/2020 saylı “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, 10 avqust 1971-ci il taridə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 121 B-də pasport qeydiyyatında olan və həmin evdə yaşayan Şahid5 yaşadığı evinə daxil olmaq və baxış keçirilməsinə icazə verilmişdir. Cinayət işinin 1-ci cild 17-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 oktyabr 2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 21 oktyabr 2020-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 121 B-də pasport qeydiyyatında olan və həmin evdə yaşayan Şahid5 yaşadığı evə baxış keçirmək istəyərkən şəxsiyyəti məlum olmayan qadınlar səs-küy salmış, keçirilən tədbirə müdaxilə etmiş, qışqıraraq videoçəkiliş aparmaqla tədbirin keçirilməsinə və tədbir iştirakçılarının mənzilə daxil olmasına mane olmuşlar. Buna görə də, mənzilə daxil olmaq və baxış keçirmək mümkün olmamışdır. Lakin, həyətin qarşısında toplanmış şəxslər, yəni Şahid5 İlkin oğlu, Təqsirləndirilən şəxs, X4, X5 narkotik vasitələrin qanunsuz əldə olunmasında və istifadə edilməsində şübhəli bilinərək ünvan 4sına dəvət olunmuşlar və etiraz etmədən idarəyə gəlmişlər. Cinayət işinin 1-ci cild 75-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlanmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında. əşyalarında və ya bədənində olması ehtiml edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd dəmir materialdan hazırlanmış qara rəngli qutunu, şalvarının sağ yan cibindən isə üzərində “SETTE” yazısı olan boz rəngli kiçik ölçülü kisəni könüllü olaraq çıxarıb könüllü təqdim edərək, həmin boz rəngli kisənin içərisində isə pul, qara rəngli qutunun içərisində isə narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni 20 oktyabr 2020ci il tarixdə Yasamal rayonu, “Papanin” adlanan ərazidə, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 70 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “SETTE” yazısı olan boz rəngli kiçik ölçülü kisəyə baxış keçirilən zaman içərisində 15 ədəd 100 manatlıq, 6 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq əsginaslardan ibarət, ümumilikdə 1532 manat pul olması aşkar edilmişdir. Həmin pul iş üzrə sübut əhəmiyyətinə malik olmadığından şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli qara rəngli qutuya baxış keçirilən zaman içərisində üç ədəd şəffaf rəngli sellofan kəsiyinə, bir ədəd gümüşü və bir ədəd tünd göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Həmin 05 ədəd büküm zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 217-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 oktyabr 2020-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər olan “DVD” diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə başlanmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında. əşyalarında və ya bədənində olması ehtiml edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd dəmir materialdan hazırlanmış qara rəngli qutunu, şalvarının sağ yan cibindən isə üzərində “SETTE” yazısı olan boz rəngli kiçik ölçülü kisəni könüllü olaraq çıxarıb könüllü təqdim edərək, həmin boz rəngli kisənin içərisində isə pul, qara rəngli qutunun içərisində isə narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni 20 oktyabr 2020-ci il tarixdə Yasamal rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 70 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “SETTE” yazısı olan boz rəngli kiçik ölçülü kisəyə baxış keçirilən zaman içərisində 15 ədəd 100 manatlıq, 6 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq əsginaslardan ibarət, ümumilikdə 1532 manat pul olması görünür. Həmin pul iş üzrə sübut əhəmiyyətinə malik olmadığından şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli qara rəngli qutuya baxış keçirilən zaman içərisində üç ədəd şəffaf rəngli sellofan kəsiyinə, bir ədəd gümüşü və bir ədəd tünd göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Həmin 05 ədəd büküm zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya sənədlər aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 251-254-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2020-ci il tarixli, 6/2334 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi Obyektin Tədqiqatı №27” ştamp əksi olan zərfdə olan qara rəngli dəmir qutudakı 3 (üç) ədəd polietilen və 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 3,783 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 5 ədəd bükümdə olan heroinlər xarici əlaməitərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-cil tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Cinayət işinin 2-ci cild 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X2 10 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 121 B-də axtarış, baxış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işinin 2-ci cild 85-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 fevral 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanındakı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 210-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X1 21 aprel 2021-ci il tarixli “cinayət işindən ayrıca cinayət işlərinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini əldə etdiyi mənbə, yəni şəxsiyyəti istintaqa məlum olmayan şəxsin müəyyən edilib istintaqa cəlb olunması məqsədi ilə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almış, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə deyil, istifadəsi üçün əldə etməsi barədə inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Belə ki,cinayət işinin 1-ci cild 42-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid5 əynindəki tünd rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş maddə aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işinin 1-ci cild 48-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 21 oktyabr 2020-ci il tarixli, 20/1451a nömrəli tədqiqat haqqında arayışın kerosurətindən görünür ki, Şahid5 üzərindən götürülmüş bükümdə təmiz çəkisi 1,514 qram olan açıq-qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddənin olması aşkar olunmuşdur. Maddənin bir hissəsini narkotik vasitələrin test analizatorları ilə yoxladıqda heroinə uyğun olan rəng çalarına boyanması müşahidə edilmişdir. Aparılmış tədqiqatın nəticəsinə əsasən, analzi edilən maddənin tərkibində narkotik vasitə heroinə uyğun narkotik alkaloidlər olan asetilmorfin, asetilkodein, diasetilmorfin vardır və bu maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 1,514 qramdır. Cinayət işinin 2-ci cild 99-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 6/128 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №59” ştamp əksi olan paketlərdəki Təqsirləndirilən şəxs götürülmüş heroinlər, Şahid5 götürülmüş heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, “...böyük qardaşı Samir də narkotik vasitələrdən istifadə edir, hərdən özündə olan narkotik vasitələri qardaşı Şahid5a istifadə etmək üçün bağışlamışdır ...” Cinayət işinin 2-ci cild 206-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X1 21 aprel 2021-ci il tarixli “cinayət işindən ayrıca cinayət işlərinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən təqsirləndirilən şəxs Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmış, təqsirləndirilən şəxs Şahid5 əməlinə, Şahid5 götürülmüş maddi sübutlarla bağlı, həmçinin Saday Atakişiyevin və Ceyhun Əmirovun əməllərinə və digər xüsustlara ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə kollegiyası, ittihamda nəzərdə tutulan əməlin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 225-227-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş; 19 mart 2008-ci ildə cəzasının sonu ilə azad edilmiş; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 30 iyun 2014-cü ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5, 76.2-ci maddəsinə əsasən 8 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 14 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad olunmuş; cinayət işinin 2-ci cild 5-7-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli, 1(004)-176/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 14 iyun 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 2-ci cild 164-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 dekabr 2020-ci il tarixli. 3505 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 167-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 23 fevral 2021-ci il tarixli, 410 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 156-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş 02 aprel 2021-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti 21.06.2010-cu il tarixdə müyinə olunmuş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. (Diaqnoz: HİVinfeksiyası, İİ klinik mərhələ. Generelizasiya olunmuş limfoadenopatiya, Virus hepatit C) Cinayət işinin 2-ci cild 158-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən daxil olmuş 09 aprel 2021-ci il tarixli, 04-01/08-98 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2006-cı ildən İİV-962 kodu ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Həmçinin, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cinayətlərin residivi zamanı, qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 21 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 65-ci vərəqəsində olan 21 oktyabr 2020-ci il tarixli şübhəli şəsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 199-203-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktaybr 2020-ci il tarixli, 4(004)-611/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 oktyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş üç ədəd sellofan kəsiyi bükümlərində və iki ədəd siqaret kağızı kəsiyi bükümlərində ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,583 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sandıqça məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş üç ədəd sellofan kəsiyi bükümlərində və iki ədəd siqaret kağızı kəsiyi bükümlərində ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,583 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sandıqça məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1168/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1168/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver