Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1168/2023 20.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi –X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 5 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 sentyabr 2023-cü il tarixdə, saat 12:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda, ümumi təmiz çəkisi 2,020 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və 24 noyabr 2022-ci il tarixdə, saat 18:00-da Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİnin 30-cu PŞ-nə gətirilərək orada videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,913 qram və 1,107 qram olmaqla ümumi təmiz çəkisi 2,020 qram olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək ifadəsində göstərdi ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmişdir. Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları onu yaşadığı evin yaxınlığında, yəni ünvan 1 ünvanının yaxınlığında saxlayaraq həmin polis şöbəsinə aparmışlar. Saxlanılarkən və sonradan ona qarşı hər hansı fiziki, psixi və sair təsir və ya təzyiq olmamışdır. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, üzərindən iki büküm heroin aşkar edilmişdir. Heroini öz istifadəsi üçün 15 manata bir gün əvvəl almışdır. Lakin istintaq orqanının göstərdiyi kimi heroinin miqdarı iki qram olmamışdır. Belə ki, 15 manat məbləğində pula iki qram heroin almaq mümkün deyildir. Onun üzərində olan heroinin miqdarı təxminən 0,5 qram olmuşdur.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir müddətdir narkotik vasitə heroindən istifadə edir. O, narkotik maddəni Bakı şəhərində tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Sonuncu dəfə Əhmədli qəsəbəsində “Kombinat” deyilən yerdə tanımadığı şəxsdən 15 manata iki ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 24 noyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə baxış keçirilməsi zərurətinin yarandığını deyərək onu ərazi üzrə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O razılaşmış və polis əməkdaşları ilə birlikdə 30-cu Polis Şöbəsinə getmişdir. 30-cu Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini bildirmişlər. O, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirmişlər. İstintaq hərəkəti zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməsi təklif olunmuşdur. O isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş bükümlərin içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməsi barədə soruşmuşlar. O, həmin iki ədəd bükümün içərisində narkotik maddə heroin olduğunu, onu 23 noyabr 2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 15 manata aldığını bildirmişdir. Həmin iki ədəd büküm götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, yalnız öz şəxsi istifadəsi üçün narkotik vasitə almış və istifadə etmişdir. Saxlanıldığı zaman və Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. (cild 1, iş vərəqi (bundan sonra i.v) 145-146;)
4. Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixli şübhəli şəxs qismində və 26 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində isə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək hökmün 3-cü bəndində qeyd edilmiş 23 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə eyni məzmunlu ifadələr versə də, qeyd edilən hər iki ifadənin sonunda təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə göstərilmişdir ki, “İttihamla razı deyiləm. Belə ki, mən 0,5 qram narkotik almışdım və üzərindən də 1 dəfə istifadə edib qalığını saxlamışdım. Mənim üzərimdə ən çoxu 0,3 qram var idi. Narkotik vasitənin miqdarı artırılıb.” (cild 1, i.v.52-53; 70-71;)
5. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələri elan edildikdən sonra Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etdiyini bildirərək onun üzərində ittihamda qeyd edilən miqdarda, yəni 2,020 qram heroin olmadığını, üzərində 0,5 qram heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirərək onu aldatdıqlarını göstərdi. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi ilə əlaqədar çox peşman olmasını, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini, törətdiyi həmin əmələ münasibətdə peşman olduğunu və narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu barədə şöbə rəisinə raportla məruzə olunduqdan sonra ondan və 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 18:00 radələrində ünvan 4 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs də razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxılmış və ondan təqdim etdiyi bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümlərin onun özünə məxsus olmasını və həmin narkotik maddələri 23 noyabr 2022-ci il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Kombinat” deyilən yerin yaxınlığında tanımadığı şəxsdən cəmi 15 manata öz şəxsi istifadəsi üçün alaraq əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin iki ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur.
9. Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki, psixi və sair təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən və şəxsi axtarış və götürmə istintaq hərəkəti gedişində heç bir etiraz bildirməmiş, narkotik vasitənin miqdarı ilə bağlı da hər hansı mübahisəsi və ya narazılığı olmamışdır. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər predmet olduğu kimi təhqiqatçı tərəfindən onların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmaqla möhürlənərək məhkəmə-kimyəvi ekspertizasına göndərilmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs saxlanılmazdən bir müddət əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əvvəllər isə usta işləmiş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.
10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı iki ədəd bükümdə 2,020 qram narkotik vasitənin aşkar edilməsi faktına görə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, i.v.1).
13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 noyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan 5 avqust 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnikleytenantı Namiq Məmmədov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (cild 1, i.v. 4-8)
14. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin 30-cu Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 24 noyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445-454-cü maddələrinin tələbinə əsasən məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir (cild 2,).
15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 noyabr 2022-ci il tarixli saat 19:50-dən saat 20:05-dək tərtib edilmiş protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 19:40-dan 19:44-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən həmin şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid1 və Şahid2 iştirakı ilə Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf sellofona bükülmüş bükülünü təqdim edərək həmin bükülüdə narkotik vasitə heroin olduğunu bildirərək həmin kütləni masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi 2 (iki) ədəd şəffaf sellofona bükülmüş maddənin heroin olduğunu, həmin kütləni 23 noyabr 2022ci il tarixdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində “Kombinat”ın yaxınlığında tanımadığı şəxsdən özünün istifadəsi üçün ümumilikdə 15 (on beş) manat ödəməklə alaraq üzərində daşıdığını və 24 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 30 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirildiyini, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və sair zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq DİN-in 194 saylı möhürü ilə möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoyazı aparılması və videoyazının diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. (cild 1, i.v. 29, 32-33).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 noyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 3 dəqiqə 41 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq A.A.Məhərrəmov tərəfindən baxış keçirilməsinə dair 26 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (cild 1, i.v. 72-73).
17. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/6744 saylı, 25 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “1.Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan bir ədəd zərfin içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,913 qram və 1,107 qram, ümumi təmiz çəkisi 2,020 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 2,020 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq -1,920 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır (cild 1, i.v. 40-44).
18. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü Bakı şəhəri, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən icraata qəbul edilərək istintaq edilmişdir (cild 1, i.v. 49).
19. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli müstəntiq A.A.Məhərrəmovun qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (cild 1, i.v. 58-59).
20. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 4(010)-675/2022 nömrəli, 26 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən verilmiş vəsatət və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, “Təqsirləndirilən şəxs bildirdi ki, o, 3-4 ay olardı ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Həmin narkotik vasitəni 15 manata almış və çəkisi 0,5 qram olmuşdur. Tutulan zaman ona istifadə etdiyinə görə yüngül ittiham irəli sürəcəklərini və buraxacaqlarını bildirsələr də aldaltmışlar. Bu səbəbdən ittihamla razılaşmayaraq, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.” (cild 1, i.v. 87-89).
21. “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında” 5 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. (cild 1, i.v. 108-109;).
22. “Cinayət işi icraatın təzələnməsi haqqında” 23 mart 2023-cü il tarixli qərar və “Şəxsin könüllü gəlməsi haqqında” 23 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq ibtidai araşdırma orqanına gələrək özünü təqdim etdiyindən iş üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. (cild 1, i.v. 116-118)
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin baş direktorunun 10 yanvar 2023-cü il tarixli, 6001 nömrəli məktubundan görünür ki, 5 avqust 1977-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdır. (cild 1, i.v. 113)
24. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 16 mart 2023-ci il tarixli, 1561 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, iki ildir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onları yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v 114-115).
25. “Sübutların qiymətləndirilməsi haqqında” 23 mart 2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə, ona həmin məcəllənin 234.1- 1-ci maddəsi ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd bükümdə təmiz çəkisi 2,020 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut hesab edilməklə, ekspert tədqiqatından sonra qalıq qalmış 1,920 qram heroin hissəsinin saxlanılması üçün zəruri istintaq hərəkətləri yekunlaşdıqdan sonra məhkəmənin yekun qərarı qəbul edilənədək saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin 1 (bir) ədəd “DVD- R” formatlı diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması, diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmış və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroinin əldə edildiyi mənbəyə dair material ayrılması qərara alınmışdır (cild 1, i.v. 121-129).
26. “Təqsirləndirilən şəxsə yenidən itiham elan etmə haqqında” 23 mart 2023-cü il tarixli qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir.
27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 1 fevral 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir(Cild 1, i.v. 106;).
28. Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Namiq Məmmədovun 9 yanvar 2023-cü il tarixli 097-5472-1222/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmamışdır. (cild 1, i.v. 112;)
29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.A.Məhərrəmov tərəfindən 28 mart 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 30 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.150-157).
30. Müstəntiq A.A.Məhərrəmovun 26 mart 2023-cü il tarixli məktubundan görünür ki, maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonrakı qalıq 1,920 qram narkotik vasitə heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına verilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər:
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
35. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
36. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
37. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
38. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
39. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin hamısının ona məxsus olmaması, üzərində ittihamda göstərilənlərdən dəfələrlə az miqdarda, yəni 0,5 qram heroin olmasını, polis əməkdaşlarının onu aldatmaqla CM-in 234.1-ci maddəsi ilə deyil CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmələri ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
40. Belə ki, hökmün 15-16-cı bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti fasiləsiz videoçəkilişlə aparılmış, aşkar edilmiş iki ədəd şəffaf sellefon bükümdə olan predmetlər Təqsirləndirilən şəxs özünün də iştirakı ilə içərisi boş olan zərfə qoyulmaqla həmin zərf qanunvericiliyin tələblərinə uyğun olaraq möhürlənməklə müvafiq qaydada qablaşdırılmışdır. Qeyd edilən zərf tədqiq edilməsi üçün ekspertə təqdim edilmiş və zərfin bütövlüyünün pozulması ekspert tədqiqatı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı hər hansı etiraz bilməmişdir.
41. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs üzərində olmuş narkotik vasitənin miqdarının artırılaraq aldatma nəticəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə sənədləşdirilməsinə dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.
42. Belə ki, hökmün 13-14-ci bəndlərində də qeyd edildiyi kimi, Səfərov X4 RPİ-nin 30cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilən əməliyyat-axtarış tədbiri məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir. Habelə, məhkəmə istintaqı zamanı da, həmin əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilməsi, cinayət-prosessual normaların tələblərinə riayət edilməməsi halları müəyyən edilməmişdir.
43. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə ibtidai araşdırma orqanı tərəfindən aldadılaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirilməsinə baxmayaraq, sonradan ona həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə ittiham elan edilməsini öyrənməsini qeyd etməsi onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki iş materiallarından göründüyü kimi o, saxlanıldıqdan 48 saat ərzində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılmasından ötrü məhkəmə nəzarətini həyata keçirən hakimə təqdim edilmiş və məhkəmədə ibtidai araşdırma orqanı tərəfindən ona elan edilmiş CM-in 234.4.3-cü maddəsi ilə olan ittihamla bağlı özünü fəal şəkildə müdafiə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham edildiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğunu bilərək, onun daha uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ehtimalına görə özünü fəal şəkildə müdafiə edərək ittiham edildiyi əməli törətmədiyini təkidlə vurğulamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrinin həmin hissələrinə tənqidi yanaşaraq onları iş materialları ilə təsdiq edilmədiyindən rədd edir.
44. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
45. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
48. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərdikləri ilə məhkəmədə ifadəsində göstərdikləri tamamilə eyni məzmunludur. Təqsirləndirilən şəxs mübahisələndirdiyi yeganə məqam onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarının daha az miqdarda olması isə iş materialları ilə öz təsdiqini tapmır.
49. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
50. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
51. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
52. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
53. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
54. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
55. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
56. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
57. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
58. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini və məhkəmə icraatı dövründə davranışını, o cümlədən narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalmaq istəməsini bildirməsini və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
59. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
60. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
61. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
62. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
63. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
64. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
65. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli qərarı ilə həbsdən azad olunmuş, müstəntiq X6 tərəfindən qəbul edilmiş 26 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v.27; 87-89; 90-91;)
66. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.
67. Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Anar İbrahimovun 22 iyul 2023-cü il tarixli məktubundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.
68. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 22 iyul 2022-ci il tarixdən hesablanmalıdır.
69. Məhkəmə hökmün 24-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
70. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
71. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
72. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
73. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 1,920 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
74. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
75. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
76. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
77. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
78. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
79. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 22 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsində saxlanılan 1,920 qram narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vüqar Quliyev
Hakimlər: Siyavuş Hacıyev
Aytən Əliyeva