Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1168/2024 20.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəmkir rayonu, M.Hüseynzadə küçəsi, ev 9-da qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 33, mənzil 40-da kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib satmaq məqsədi ilə «Həsən» adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, gəlir əldə etmək müqabilində “Həsən” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirməsi barədə razılığa gəlib, 10 avqust 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə əvvəlcədən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 7,245 qram olan narkotik vasitə-heroini və külli miqdarda təmiz çəkisi 5,960 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 11 avqust 2023-cü il tarixdə saat 22 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİnin 25-ci PŞ-nin inzibati binasına gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindəki sellofanın içərisindən 03 ədəd bükümdə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, ayrıayrılıqda təmiz çəkiləri 6,423 qram, 0,481 qram, 0,341 qram, ümumi təmiz çəkisi 7,245 qram olan külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 5,960 qram külli miqdarda ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan boz rəngli idman şalvarının sağ arxa cibindən üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 avqust 2023-cü il tarixdə saat təxminən 02-03-də yatmışdır. Saat təxminən 7 radələrində həyat yoldaşı onu yuxudan oyadaraq polislərin evə gəldiyini bildirmişdir. Evə 2 nəfər polis əməkdaşı gəlmişdir. Həmin polis əməkdaşları barəsində “102” xidmətinə şikayət olduğu üçün izahat vermək üçün onu polis idarəsinə dəvət etmişlər. O əynini geyinmiş və polislərlə getmişdir. Həmin polislərdən biri geri qayıdaraq yoldaşının və uşaqlarının da izahatlarının alınmasının zəruri olduğunu bildirmişdir. Onun öz şəxsi avtomobili ilə bölməyə getməsinə polis əməkdaşları icazə verməmişlər. Bu səbəbdən polis maşını ilə polis bölməsinə getmişlər. Polis bölməsinə 02 dəqiqə idi ki, çatmışdır ki, onu döyməyə başlamışlar. O polislərdən döyülməyinin səbəbini soruşduqda, polislər ona “Ağəli” adlı şəxsə narkotik vasitə satdığını bildirmişlər. O, həmin şəxsin polis bölməsinə gəlməsini istəmişdir. Polislər ona narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə ailəsini də bu işə alət edəcəklərini bildirmişlər. Polislər ona narkotik vasitə istifadəçisi olduğu üçün onların ərazisində yaşamasını istəmədiklərini bildirmişlər. Polislər ona videoçəkiliş zamanı tərəzi və narkotik vasitəni cibindən çıxarmasını bildirmişlər. O, polislərə etiraz etdikdə isə onu döyməyə başlamışlar. Onu səhərə kimi bölmədə saxlamışlar. O, artıq bezdiyi üçün dedikləri sənədlərə qol çəkəcəyini bildirmişdir. Onun işini narkotik vasitə ilə rəsmiləşdirmişlər və 3 saylı təcridxanaya göndərilmişdir. Müstəntiq yanına gəlmiş və sənədlərə imza etməsini bildirmişdir. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olurmuş. “Nəşə” və metamfetamin istifadə edir. 2009-cu ildən narkotik vasitə istifadəçisidir. Əvvəllər narkotik vasitələrlə bağlı məhkumluğu olmuşdur. O, ailə üzvlərinə narkotik vasitəni tərgitdiyini bildirmişdir. Ağəlinin adı Mübarizdir. O, Gəncədə yaşayıb, indi isə Mehdiabada köçüb. Mehdiabadda bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. O, narkotik vasitəni almaq üçün qoyulan yerlərdən şəxsi istifadəsi məqsədi ilə götürmüş, lakin özü narkotik vasitənin deyilən ünvanlara çatdırılması ilə məşğul olmamışdır. Mübarizi təxminən 7-8 ay bundan qabaq tanımışdır. Mübarizlə bir az söhbət etdikdən sonra o, Mübarizin də narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Onlar həmin maddələri Mübarizlə birlikdə pul qoyub alaraq istifadə etmişlər. Narkotik vasitəni maşında, evdə və ya küçədə istifadə etmişlər. Polislər Mübarizin ondan metamfetamin aldığını bildirmişlər. Mübarizin onun barəsində belə bir ifadə verməsinin səbəbini bilmir. Sonuncu dəfə məlum hadisədən 2-3 gün qabaq narkotik vasitə istifadə etmişdir. Tutulan vaxt narkotik vasitənin təsiri altında olmamışdır. Həmin vaxt ağrıdan evdə yatırmış. “Həsən” adlı şəxs konum atan şəxsdir. Həmin şəxsin adı mobil telefonunda var. Belə ki, Həsən adlı şəxs bəzən də adını Rasim kimi bildirirmiş. Onunla telefon mesajları olmuşdur. İlqar qardaşıdır. İlqar narkotik vasitələrdən istifadə etmir. O, Həsəndən aldığı narkotik vasitələri kiməsə verməmişdir. Belə ki, həmin maddələri yalnız şəxsi istifadəsi üçün əldə edirmiş. Həsənə “emon” vasitəsilə pul göndərmişdir. Başqa ödəniş vasitələrindən istifadə etməmişdir. 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq söyüş söymə səbəbini soruşmuşlar və onu 25-ci PB-nə aparmışlar. Məhkəmənin qərarı ilə 15 gün müddətinə həbs edilmişdir. Onu Maştağada dispanserə aparmışlar. Guya onun qanından narkotik vasitə çıxıb. Polislər onun başqa yerdə yaşamağını istəyirlər. Bu səbəbdən o 63-cü binadan 33-cü binaya köçmüşdür. O, avqust ayının 10-da evdə yatdığı yerdə polislər tərəfindən tutulmuşdur. Onu avtomobildə arxa oturacaqda əyləşdirmişlər. Polislərə metamfetamin və heroin istifadə etdiyini bildirmişdir. Polislər ondan narkotik vasitəni əldə etmə mənbəyini soruşduqda, həmin maddələri ağacın dibindən zibillikdən götürdüyünü söyləmişdir. Ailəsini məsələyə qatmamaqları üçün polislərin dediklərini eləmişdir. O, telefonunu açaraq 10 gün qabaq heroin və metemfetamin götürdüyünü polislərə bildirmişdir. Saxlanılan vaxt üzərində narkotik vasitə olmamışdır. “Radik İlqar” adlı kontakt qardaşının iş nömrəsidir, “Radik İlqar”, avto-yumada işləyir. Onu təpiklə vurduqları üçün qasıq nahiyəsindən zədə almışdır və bununla əlaqədar əməliyyat olunmuşdur. Onu 10 avqust saat 07 radələrində saxlamışlar. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polislər bəraətə görə bir neçə dəfə gələrək müstəntiqin yaxın olduğunu bildirib şikayətini geri götürməsini istəmişlər. Onun barəsində məhkəmə tərəfindən bəraət hökmü çıxarıldıqdan sonra 5720 (beş min yeddi yüz iyirmi) manat məbləğində pul almış və həmin puldan polislərə verə bilməyəcəyini bildirmişdir. Polislər onların ərazisində yaşamağını istəmədiklərini ona bildirmişlər. Polislərin onu incitməsi ilə bağlı “102” xidməti-zəng mərkəzinə müraciət etmişdir. Onu Şahid1 saxlamamışdır. Şahid2 ona təzyiq göstərmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 11 avqust 2023-cü il tarixdə axşam saat 23 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, Şahid2la birgə Qara Qarayev prospekti 33 ünvanında şəxsə yaxınlaşaraq onu 25-ci PŞ-nə gətirmişlər. Orada təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 04 (dörd) ədəd büküm narkotik vasitə və tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, 1997-ci ildən daxili işlər orqanlarında çalışır. Hazırki vəzifəsində 03 ildir ki, işləyir. Əməliyyat qrupunun yaradılması barədə məlumat qərəzsiz mənbədən daxil olmuşdur. Əməliyyatda 2 nəfər şəxs iştirak etmiş, Şahid3 isə çəkilişi aparmışdır. Qrupun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən tək saxlanılmış və saxlanılan vaxt onlara müqavimət göstərməmişdir. O, saxlanılan vaxt sanki kimisə gözləyirmiş. Səhv etmirsə şəxs idman üslubundə geyinmişdir. Təqsirləndirilən şəxs tərəflərindən heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Narkotik vasitə Təqsirləndirilən şəxs cibində olmuşdur. Təqsirləndirilən şəxs evdə saxlamamışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla ədavəti olmamışdır. 11 avqust 2023-cü il tarixdə vətəndaş X10 «102» mərkəzi zəng xidmətinə zəng vuraraq ünvan 4 ünvanında yaşayan İlham adlı şəxsin onun həyat yoldaşı Ağaəliyə narkotik maddələr satması barədə məlumat vermişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra «İlham» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 33 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 22 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə «İlham» adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx.xx.1976-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, M.Hüseynzadə küçəsi, ev 9-da qeydiyyatda olan, ünvan 4 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan paketi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan paket açıldıqda içərisində dörd ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərlə bağlı sual verildikdə Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kakos” və “metamfetamin” kimi tanıdığı narkotik maddələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd bükümlərə ayrı-ayrılıqda baxış zamanı üç ədəd bükümlərin içərisində tünd qəhvəyi rəngli, xüsusi spesifik qoxuya malik olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmçinin bir ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət xüsusi qoxusu olmayan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ arxa cibindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzini, həmin şalvarın sol yan cibindən «Redmi» markalı mobil telefonu, bir ədəd özünə məxsus sürücülük vəsiqəsi və 73 manat pulu təqdim etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddəyə bənzər kütlə, üç ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübüt əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq əskinazlardan ibarət, ümumilikdə 73 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır.Təqsirləndirilən şəxs təqdim etdiyi «Redmi» markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sübüt əhəmiyyəti kəsb edəcək əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X4 tərəfindən video çəkiliş aparılmışdır. (cild 1, iş vərəqə 162-164) Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 2023cü ilin avqust ayında bir nəfər şəxsin narkotik vasitələrlə bağlı şübhəli olduğu üçün əməliyyat müvəkkili Şahid1la birlikdə Qara Qarayev prospekti 33 ünvanında həmin şəxsin saxlanılması üçün getmişlər. Onlar həmin şəxsi 25-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində şəxsin üzərinə baxış keçirilmişdir. Həmin şəxsin üzərindən 04 (dörd) ədəd büküm narkotik vasitə və elektron tərəzi aşkar edilmişdir. Həmin şəxs qeyd edilən maddələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, 2002-ci ildən polis orqanlarında çalışır. Hazırki vəzifəsində 2018-ci ildən etibarən işləyir. Əməliyyat qrupunda ondan başqa Şahid1 olmuşdur. Belə ki, əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Səhv etmirsə, Təqsirləndirilən şəxs həyat yoldaşı “102” xidmət-zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxs xarici görünüş baxımından Şahid1 tanıyırdı. Təqsirləndirilən şəxs tərəflərindən gecə saatlarında tək saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan vaxt onlara müqavimət göstərməmişdir. Videoçəkiliş zamanı vəkil iştirak etmişdir. Şəxsin üzərində səhv etmirsə, 03 (üç) ədəd büküm heroin, 01 (bir) ədəd büküm metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs onun xidməti ərazisində yaşadığından xəbəri olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan vaxt qaçmaq istəmişdir. Şəxsin tutulan vaxt əynində səhv etmirsə, idman şalvarı olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, 2002-ci ildən DİO-da, 2017-ci ildən isə tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla ədavəti olmamışdır. 11 avqust 2023-cü il tarixdə vətəndaş X10 «102» mərkəzi zəng xidmətinə zəng vuraraq ünvan 4 ünvanında yaşayan İlham adlı şəxsin onun həyat yoldaşı Ağaəliyə narkotik maddələr satması barədə məlumat vermişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra «İlham» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 33 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 22 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə «İlham» adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx.xx.1976-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, M.Hüseynzadə küçəsi, ev 9-da qeydiyyatda olan, ünvan 4 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla tərəflərindən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan paketi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan paket açıldıqda içərisində dörd ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərlə bağlı sual verildikdə o, həmin bükümlərin içərisində “kakos və metamfetamin” kimi tanıdığı narkotik maddələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd bükümlərə ayrı-ayrılıqda baxış zamanı üç ədəd bükümlərin içərisində tünd qəhvəyi rəngli, xüsusi spesifik qoxuya malik olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmçinin bir ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət xüsusi qoxusu olmayan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ arxa cibindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzini, həmin şalvarın sol yan cibindən «Redmi» markalı mobil telefonu, bir ədəd özünə məxsus sürücülük vəsiqəsi və 73 manat pulu təqdim etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddəyə bənzər kütlə, üç ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübüt əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq əskinazlardan ibarət, ümumilikdə 73 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi «Redmi» markalı mobil telefonu və Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi götürülmüş, daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sübüt əhəmiyyəti kəsb edəcək əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X4 tərəfindən video çəkiliş aparılmışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o ancaq videoçəkiliş apararaq məlum hadisədə iştirak etmişdir. Şəxs özü könüllü şəkildə narkotik vasitəyə oxşar bükümləri, mobil telefonu və elektron tərəzini təqdim etmişdir. Təhqiqatçı tərəfindən bununla bağlı protokol tərtib edilmiş, həmin predmetlər təhqiqatçı tərəfindən sənədləşdirilərək ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupunun yaradılması barədə məlumat qərəzsiz mənbədən daxil olmuşdur. Bununla bağlı raport var. Videoçəkilişdə təhqiqatçı, müdafiəçi, şəxs özü və onu gətirən polis əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən 04 (dörd) ədəd bükümdə ağ kristal rəngli və qəhvəyi rəngli maddə, mobil telefon və elektron tərəzi olmuşdur. Elektron tərəzi şəxsin cibindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddələrin tərəzidə çəkilib-çəkilmədiyini xatırlamır. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla ədavəti olmamışdır. 11 avqust 2023-cü il tarixdə Nizami RPl-nin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 33 ünvanının yaxınlığında qanunsuz olaraq narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq saat 23 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş xx.xx.1976-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, M.Hüseynzadə küçəsi, ev 9-da qeydiyyatda olan, ünvan 4 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs üzərinə Nizami RPl-nin 25-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan paketi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan paket açıldıqda içərisində dörd ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərlə bağlı sual verildikdə Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kakos və metamfetamin” kimi tanıdığı narkotik maddələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd bükümlərə ayrı-ayrılıqda baxış zamanı üç ədəd bükümlərin içərisində tünd qəhvəyi rəngli, xüsusi spesifik qoxuya malik olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmçinin bir ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət xüsusi qoxusu olmayan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ arxa cibindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzini, həmin şalvarın sol yan cibindən «Redmi» markalı mobil telefonu, bir ədəd özünə məxsus sürücülük vəsiqəsi və 73 manat pulu təqdim etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddəyə bənzər kütlə, üç ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübüt əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq əskinazlardan ibarət, ümumilikdə 73 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi «Redmi» markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sübüt əhəmiyyəti kəsb edəcək əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı onun tərəfindən video çəkiliş aparılmışdır. (Cild 1, iş vərəqi 157-158) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs saxlanılmasından xəbəri olmamışdır. Son 2-3 ay olar ki, İlhamın tutulduğunu bilir. Onun İlhamla yoldaşlıq münasibəti olmuşdur. İlham onun evində də olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X8 bildirdi ki, Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildən Bakı şəhərində yaşayır. Əvvəllər narkotik vasitə istifadə etmiş, lakin hazırda istifadə etmir. Narkotik vasitəni o İlhamla birlikdə istifadə etmişdir. O, İlhama zəng edərək onunla birlikdə gedib narkotik vasitə alıb istifadə edirmişlər, lakin narkotik vasitəni götürdükləri yeri tanımır. O “kola”, arabir isə falqa vasitəsilə “patı” istifadə etmişdir. O, narkotik vasitəni almağa tək deyil, həmişə İlhamla birlikdə getmişdir. Narkotik vasitəni aldığı adamı İlham tanıyır, o tanımır. Gülnar Paşayeva adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Onlar yalnız birlikdə narkotik vasitə alıb istifadə etmişlər. Şahid X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, əvvəllər narkotik vasitələr qəbul etdiyinə görə bir dəfə məhkum olunmuşdur. Hazırda heç bir narkotik vasitə qəbul etmir. Bir çox tanışları onu Ağali kimi tanıyırlar. Təqsirləndirilən şəxs ilə təxminən bir il altı ay əvvəl taksi sürücüsü kimi tanış olmuşdur. Həmin ərəfədə İlham taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Söhbət zamanı İlham narkotik vasitələrin satışı ilə məşğul olduğunu ona bildirmişdir. Həmin ərəfədə narkotik vasitələr qəbul etdiyindən İlhama 25 manat ödəniş etməklə bir neçə dəfə «patı» kimi bildiyi psixotrop maddə almışdır. Psixotrop maddəni yandırıb tüstüsünü qəbul etmişdir. Hər dəfə ağrıları olduqda istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə İlhamın istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə yaradaraq görüşüb «patı» almışdır. İlham idarə etdiyi avtomobil ilə razılaşdıqları yerə gələrək ona psixotrop maddə gətirib satmışdır. Sonradan heç bir narkotik vasitə qəbul etmədiyindən İlhamla görüşməmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** mobil telefon nömrəsindən istifadə edən X6 tanımır. Ümumiyyətlə onun Gülnar adında tanışı yoxdur. Qeyd etdiyi kimi əvvəllər psixotrop maddələr qəbul etdiyindən Təqsirləndirilən şəxs «patı» kimi bildiyi psixotrop maddə almışdır. 08 avqust 2023-cü il tarixdə saat 16:35:38-də istifadəsində olan ***-***-**- ** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «25 manat var Kalim da man» mesajını yazmışdır. Bu mesajla İlhama 25 manat pulunun olduğunu bildirmişdir. Sonra isə İlhamla görüşüb 25 manat ödəməklə «patı» kimi bildiyi psixotrop maddəni almışdır. (Cild 1, iş vərəqə 177-178) Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq şahid X8 bildirdi ki, o telefonla İlhama zəng edərək bildirmişdir ki, “məndə 25 manat pul var, evdəyəm, sən hardasan, çıxım gedək birlikdə narkotik alaq. O, İlhama 25 manat pul vermişdir. İlham hardansa narkotik vasitə alıb ona vermiş və onlar birlikdə həmin narkotik vasitəni istifadə etmişlər. O özü pul verərək narkotik vasitə almamışdır. O, pulu İlhama verirmiş, İlham isə öz növbəsində ona narkotika vasitə alırmış. O, təxminən 2 dəfə İlhama pul vermişdir. O, İlhamın maşınında gözləmiş, sonuncu maşından düşərək getmiş və narkotik vasitə alıb gəlmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X10 11 avqust 2023-cü il tarixdə, saat 19:54-də DİN-nin 102 xidmətinə zəng edərək İlham adlı şəxsin əri Ağaəliyə narkotik maddə satması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 2) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 22:10 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 3) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 8, 17) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, 11 avqust 2023-cü il tarixdə saat 22 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanın qarşısında narkotik vasitələrin istifadəsində, daşınmasında və dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-nin inzibati binasında xidməti iş otağında Bakı səhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli selofan paketi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli selofan paket açıldıqda içərisində 04 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlərlə bağlı sual verildikdə sonuncu «kakos» və «metamfetamin» kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd bükümlərə ayrı-ayrılıqda baxış zamanı 03 ədəd bükümlərin içərisində tünd qəhvəyi rəngli, xüsusi spesifik qoxuya malik olan narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Həmçinin 01 ədəd büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət xüsusi qoxusu olmayan psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən İran İslam Respublikasının vətəndaşından ümumilikdə 500 manat pul ödəməklə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ arxa cibindən 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzini, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən «Redmi» markalı mobil telefonu, 01 ədəd sürücülük vəsiqəsi və 73 manat nağd pulu təqdim etmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddəyə bənzər kütlə, 03 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübüt əhəmiyyətinə malik olduğundan 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 73 manat məbləğində, 02 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 03 ədəd 1 manatlıq, ümumilikdə 73 manat pul əskinazları iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «Redmi» markalı, üzərində ***-***-**-** saylı nömrə olan mobil telefon və AE318713 seriya nömrəli Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sübüt əhəmiyyəti kəsb edəcək digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilmişdir. (Cild 1, iş vərəqə 26-28) “Cinayət işinin başlanılması və icraata qəbul edilmısi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət başlanılmış və icraata götürülmüşdür. (Cild 1, iş vərəqə 1) Məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4329 nömrəli rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №165» dairəvi möhür əksi, - üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...kütlələr» yazısı və imzalar olan zərfdəki, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,423 qram, 0,481 qram, 0,341 qram, ümumi təmiz çəkisi 7,245 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,960 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi...» yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. QEYD: heroinin ümumi təmiz çəkisi 7,245 qram, tədiqata sərf edildi ümumi 0,15 qram, qalıq 7,095 qram. Metamfetamin təmiz çəkisi 5,960 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 5,860 qram. (Cild 1, iş vərəqə 39-42) “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları, habelə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 57-58) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 60-61) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 81-86) “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,423 qram, 0,481 qram, 0,341 qram, ümumi təmiz çəkisi 7,245 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,960 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,15 qram sərf edildikdən sonra 7,095 qram heroinin qalığı, tədqiqata 0,1 qram sərf edildikdən sonra 5,860 qram metamfetaminin qalığı və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPl-nin saxlama kamerasına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 91-92) DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzasının qalan 01 il 01 ay azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, xx.xx.2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qərarı ilə 07 ay 17 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edilərək CM-nin 234.4.3-cü maddəsinə bəraət verilərək azad olunmuşdur. (Cild 1, iş vərəqə 107-109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in verdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008xx.xx.2008, xx.xx.2009-xx.xx.2009, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yuxarıda qeyd edilən mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. (Cild 1, iş vərəqə 150) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2023-cü il tarixli, 11640 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatınaa görə yuxarıda adı göstərilən xəsatəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 155) Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin verdiyi xx.xx.2023-cü il tarixli, 31701 saylı əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində İran islam Respublikası olan “Həsən” adlı şəxsin kimliyi və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. (Cild 1, iş vərəqə 168) “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli AZF/LGL-15286/23 nömrəli məktubla daxil olmuş CD diskə Nizami RPl-nin İŞ-nin 311 saylı inzibati otağında baxış keçirilmiş, baxış zamanı 08 avqust 2023-cü il tarixdə saat 16:35:38-də ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə «25 manat var Kalim da man» mesajının göndərildiyi müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 171) Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 7560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 179-180) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən aşkar olunaraq götürülmüş «Redmi» markalı, ***-***-**-** saylı nömrə ilə istifadə olunan mobil telefona Təqsirləndirilən şəxs, onun vəkili X2 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs telefondakı «WhatsApp» bölməsində olan «Rrr» kimi qeyd olunmuş abunəçiyə 10 avqust 2023-cü il tarixdə saat 19:00-da göndərdiyi səsli mesajda «Həsən kişi keçən səfər demişdik əskik gəlib. Bu səfər də eyni şey oldu. Axşam demişdik 10 torpaq, 5 daş, 15 dənə dərman. Təzədən indi 13 dənə dərman qoymuşunuz. 8 dənə torpaqdı. Daş düzdü. Daş 5 dənədir. Torpaq 10 dənə demişdik 8 dənədir. Hələ 8-i də tam gəlmədi ha, 7,90-dır. Yəni 2 qram oradan əskikdir. Daş da ki, düppədüz 5 qramdır. Bir dənə sən canın maraqlan gör niyə elə olub ki. Mal olmayıb, yoxsa necə?» bildirir. Həmin gün saat 19:04-də «Rrr» cavab olaraq tərəzinin üzərində qoyulmuş, ümumi çəkisi 30 qram göstərilən 2 ədəd qara bükümdə və 2 ədəd ağ bükümdə olan maddələrin şəklini göndərir və «İlham sən yalan demirsən mənə. Bu tərəzini atdı mənə. Dedi 15 böyük daşdır, xırdası beş dənə daşdır, olar 20. 10 dənə də torpaqdır oldu 30. Sellofanın ağırlığıdır da. Səndə günah yoxdur. Salafansız çəkmisən sən» bildirir, saat 19:22-də Təqsirləndirilən şəxs «+994 50 726 95 62» nömrəsi qeyd olunmuş şəkli göndərir, Təqsirləndirilən şəxs səsli mesajda iki tərəzi ilə həmin malları çəkdiyini eyni nəticə olduğunu qeyd edir, saat 21:21-də «Rrr»-ə MilliÖn ödəniş terminalı vasitəsilə +994 50 *** ** ** mobil nömrəsində istifadə olunan M10 mobil tətbiqinin hesabına 300 manat pul köçürülməsi barədə qəbzin fotoşəklini göndərir. Bundan başqa, «WhatsApp» bölməsində olan «Radik İlqar» kimi qeyd olunmuş abunəçi 06 avqust 2023-cü il tarixdə saat 21:12-də Təqsirləndirilən şəxs göndərdiyi səsli mesajda «Qaqa 39 manat atmışam sənin kartına. Yerdə qalanı da görüşərik də. Qalanını da atacam indi. Saat 12-yə kimi inşaallah ataram. Bir də gör nə deyirəm qardaşım bunda bir qədər kəsir var idi, gələn səfər bunu düzəldərsən də inşaalah, bir az əskik çıxdı.» bildirir. Bundan başqa, telefonda olan «Mesajlar» bölməsində «Ağali» kimi qeyd olunmuş abunəçinin 08 avqust 2023-cü il tarixdə saat 16:35-də Təqsirləndirilən şəxs «25 manat var. Kalim da mən» yazılı mesajını göndərir. Bundan başqa telefonda olan «Qalereya» bölməsində elektron tərəzidə bükümlərin çəkilməsinin, müxtəlif ərazilərdə ox ilə işarələnmiş yerlərin, MilliÖn ödəniş terminalı vasitəsilə +994 50 *** ** ** mobil nömrəsində istifadə olunan M10 mobil tətbiqinin hesabına müxtəlif məbləğlərdə pul köçürülməsi barədə qəbzlərin fotoşəkilləri aşkar edildi. Telefona baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər məlumatlar aşkar edilməmişdir. Mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs «Redmi» markalı, ***-***-**-** saylı nömrə ilə istifadə olunan mobil telefonun ona məxsus olduğunu, «Rrr» kimi qeyd olunmuş abunəçini üzdən tanımadığını, qiyabi olaraq İran İslam Respublikasının vətəndaşı «Həsən» adlı şəxs kimi tanıdığını, telefonda olan yazışmaların onun tərəfindən aparıldığını, «Həsən»in göndərdiyi narkotik vasitə və psixotrop maddələri tərəzidə çəkərkən çəkisinin əskik gəldiyini «Həsən»ə bildirdiyini, lakin həmin şəxsdən narkotik vasitə və psixotrop maddələri Özünün istifadəsi üçün aldığını, MilliÖn ödəniş terminalı vasitəsilə «Həsən»in ona göndərdiyi +994 50 *** ** ** mobil nömrəsində istifadə olunan M10 mobil tətbiqinin hesabına 300 manat məbləğində pul köçürdükdən sonra bu barədə qəbzin fotoşəkilini «Həsən»ə göndərdiyini, «Ağali» və «Radik İlqar» kimi qeyd olunmuş abunəçilərin onun tanışları olduğunu, aldıqları narkotik vasitə və psixotrop maddələri onlarla bir yerdə qəbul etdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 182-190) “Sübutların qiymətləndirilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində həmin maddə üzrə cinayət təqibinin aparılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin bütün tərkib əlamətləri üzrə cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “01” ədəd «Redmi» markalı mobil telefon və telefonda aşkar olunmuş fotoşəkillər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı mobil telefon iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınsın və saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli AZF/LGL-15286/23 nömrəli məktubla daxil olmuş CD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxsin narkotik vasitələri əldə etməkdə əlbir olduğu «Həsən» adlı şəxs və qeyriləri, habelə narkotik vasitələrin mənbəyi barədə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 1, iş vərəqə 192-202) Cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməkdə əlbir olduğu “Həsən” adlı şəxs və qeyriləri, habelə narkotik vasitələrin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 204-205) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən aşkar olunmuş narkotik maddələrin ona məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, videoçəkiliş zamanı söylədikləri polislər tərəfdən əzbərlədilmiş cümlələr olduğunu söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 20-12/169 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman tibbi müayinədən keçirilmiş və sorğu zamanı xəsarət aldığını bildirmiş, lakin yeni xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2- 110/3-013127/2024 saylı cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını bildirməsi barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı həmin məlumatda göstərilən xüsusatlar təsdiqini tapmamış, Məhkəmə-Tibbi Ekspertiza və X9 X18 Nizami rayon şöbəsinin 4 aprel 2024-cü il tarixli, 288 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmiş, Nizami rayon polis idarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən 22 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 523- C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində polis əməkdaşlarının onu evindən apardıqlarını, aşkar olunmuş narkotik maddələrin polislər tərəfdən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, videoçəkiliş zamanı söylədiklərini polislər tərəfindən əzbərlədilmiş cümlələr olduğunu söyləmişdir. Şahidlər X13, Şahid2 və Şahid3 isə ifadələrində Təqsirləndirilən şəxs evindən götürmədiklərini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, Təqsirləndirilən şəxs Qara Qarayev prospekti 33 ünvanında tutduqlarını, Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqatçı və vəkilin iştirakı ilə üzərinə baxış keçirildiyini, üzərindən 04 (dörd) ədəd bükümdə narkotik vasitə və tərəzi aşkar edildiyini, həmin vaxt Təqsirləndirilən şəxs həmin maddələri tanımadığı şəxsdən aldığını bildirdiyini və Təqsirləndirilən şəxs qarşı tərəflərindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu, və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici izahat və ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici izahat və ifadəsində təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd bükümdə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, ayrıayrılıqda təmiz çəkiləri 6,423 qram, 0,481 qram, 0,341 qram, ümumi təmiz çəkisi 7,245 qram olan külli miqdarda qəhvəyi rəngli, tözşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 5,960 qram külli miqdarda ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan boz rəngli idman şalvarının sağ arxa cibindən üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən 11 avqust 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş «Redmi» markalı telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs telefondakı «WhatsApp» bölməsində olan «Rrr» kimi qeyd olunmuş abunəçiyə 10 avqust 2023-cü il tarixdə saat 19:00-da göndərdiyi səsli mesajda «Həsən kişi keçən səfər demişdik əskik gəlib. Bu səfər də eyni şey oldu. Axşam demişdik 10 torpaq, 5 daş, 15 dənə dərman. Təzədən indi 13 dənə dərman qoymuşunuz. 8 dənə torpaqdı. Daş düzdü. Daş 5 dənədir. Torpaq 10 dənə demişdik 8 dənədir. Hələ 8-i də tam gəlmədi ha, 7,90-dır. Yəni 2 qram oradan əskikdir. Daş da ki, düppədüz 5 qramdır. Bir dənə sən canın maraqlan gör niyə elə olub ki. Mal olmayıb, yoxsa necə?» bildirir. Həmin gün saat 19:04-də «Rrr» cavab olaraq tərəzinin üzərində qoyulmuş, ümumi çəkisi 30 qram göstərilən 2 ədəd qara bükümdə və 2 ədəd ağ bükümdə olan maddələrin şəklini göndərir və «İlham sən yalan demirsən mənə. Bu tərəzini atdı mənə. Dedi 15 böyük daşdır, xırdası beş dənə daşdır, olar 20. 10 dənə də torpaqdır oldu 30. Sellofanın ağırlığıdır da. Səndə günah yoxdur. Şalafansız çəkmisən sən» bildirir, saat 19:22-də Təqsirləndirilən şəxs «+994 50 726 95 62» nömrəsi qeyd olunmuş şəkli göndərir, Təqsirləndirilən şəxs səsli mesajda iki tərəzi ilə həmin malları çəkdiyini eyni nəticə olduğunu qeyd edir, saat 21:21-də «Rrr»-ə MilliÖn ödəniş terminalı vasitəsilə +994 50 *** ** ** mobil nömrəsində istifadə olunan M10 mobil tətbiqinin hesabına 300 manat pul köçürülməsi barədə qəbzin fotoşəklini göndərir. Bundan başqa, «WhatsApp» bölməsində olan «Radik İlqar» kimi qeyd olunmuş abunəçi 06 avqust 2023-cü il tarixdə saat 21:12-də Təqsirləndirilən şəxs göndərdiyi səsli mesajda «Qaqa 39 manat atmışam sənin kartına. Yerdə qalanı da görüşərik də. Qalanını da atacam indi. Saat 12-yə kimi inşaallah ataram. Bir də gör nə deyirəm qardaşım bunda bir qədər kəsir var idi, gələn səfər bunu düzəldərsən də inşaalah, bir az əskik çıxdı.» bildirir. Bundan başqa, telefonda olan «Mesajlar» bölməsində «Ağali» kimi qeyd olunmuş abunəçinin 08 avqust 2023-cü il tarixdə saat 16:35-də Təqsirləndirilən şəxs «25 manat var. Kalim da mən» yazılı mesajını göndərir. Bundan başqa telefonda olan «Qalereya» bölməsində elektron tərəzidə bükümlərin çəkilməsinin, müxtəlif ərazilərdə ox ilə işarələnmiş yerlərin, MilliÖn ödəniş terminalı vasitəsilə +994 50 *** ** ** mobil nömrəsində istifadə olunan M10 mobil tətbiqinin hesabına müxtəlif məbləğlərdə pul köçürülməsi barədə qəbzlərin fotoşəkilləri aşkar edildi. (cild 1, iş vərəqə 182-190) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanmasına, narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici izahat və ifadəsinə, üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil nömrə vasitəsilə narkotik vasitələrin alış-verişini əks etdirən fotoşəkillərin və «WhatsApp» proqramında smslərin olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,095 qram heroin, 5,860 qram metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin olduğu 01 (iki) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış DİN-nin Nizami RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,095 qram heroin, 5,860 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin olduğu 01 (iki) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd « Redmi » markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1168/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1168/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver