Məhkəmə qərarları › İş №1(101)-1169/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1169/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1169/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Məlikəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Roma” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və şəraitdə, satış məqsədilə qanunsuz olaraq İran İslam Respublikası vətəndaşı “Roma” adlı şəxsin göndərdiyi külli miqdarda 3295 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı əldə edib, özündə saxlamaqla 27 avqust 2024cü il tarixdə ünvan 2 ünvanının qarşısına daşımış, 27 avqust 2024-cü il tarixdə saat 22:10 radələrində ünvan 3 ünvanın qarşısında Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nərimanov RPİ-nin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofanın içərisindən təmiz çəkisi 3295 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis polkovni-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 27 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, raportla rəhbərliyə məruzə edilmişdir. Əməliyyat məlumatında qeyd olunan Əliyar Əliyev küçəsinə getmişlər, orada xarici görünüşünə əsasən Təqsirləndirilən şəxs olduğunu güman etdikləri şəxsə yaxınlaşmışlar, ona özlərini təqdim edərək onlarla birgə polis bölməsinə getməyini təklif etmişlər. Polis Bölməsinə getdikdən sonra bölməyə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə tutulmuş şəxsin üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən ağ bağlamada narkotik vasitə, təqribən 2-3 manat pul və şəxsi telefonu çıxmışdır. Narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda isə bizə narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Roma adlı şəxsin göndərdiyi konumdan götürdüyünü, onunla aralarında olan razılaşmaya əsasən Romanın dediyi yerə aparacağı təqdirdə 700-800 manat məbləğində pul əldə edəcəyini bildirmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, məxfi məlumat daxil olduqdan sonra əməliyyat qrupu yaradıldı. Məlumatda göstərilən ünvana getdikdə özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Qaranlıq olduğu üçün İsanın üzərinə hadisə yerində baxış keçirə bilməmişlər. Polis Bölməsində vəkilin iştirakı ilə İsanın üzərinə baxış keçirilmiş, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf etmiş, İsadan narkotik vasitəni haradan əldə etməsini soruşduqda o, həmin maddəni İran İslam Respublikasının vətəndaşı Roma adlı şəxsin göndərdiyi konumdan götürdüyünü, onunla aralarında olan razılaşmaya əsasən Romanın dediyi yerə aparıb qoyacağı təqdirdə 800-900 manat məbləğində pul əldə edəcəyini bildirdi.

5. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.

6. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, maddələri təqdim etməsi təklif olunduqda, sonuncu boz rəngli şalvarının cibindən bir ədəd qırmızı rəngli Samsung markalı telefon, 2 ədəd 1 manatlıq əskinasları və sağ əlində saxladığı 1 ədəd ağ rəngli sellofan torbanın içərisində qara rəngli bağlamanı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi iri ölçülü bükümdə narkotik vasitə marixuana olduğunu, 4- 5 ay əvvəl tanış olduğu İran İslam respublikası vətəndaşı olan Roma adlı şəxsin onunla vhatsap vasitəsi ilə əlaqə saxladığını və üzərindən aşkar olunan bağlamamda 27 avqust 2024-cü il tarixdə ünvan göndərdiyini, oradan götürdüyünü bildirmişdir. Həmin bükümü iranlının dediyi başqa ünvana qoyacağını bunun müqabilində 700-800 manat pul verəcəyini bildirmişdir. Daha sonra onun təqdim etdiyi iri ölçülü bükümün bir hissəsi baxıldıqda, onun içərisində marixuanaya bənzər maddənin olduğu müəyyən olunmuşdur (cild 01; i.v.32-33).

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 28 avqust 2024-cü il tarixli, 7/1453 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "....Təqsirləndirilən şəxs aşkar edilmiş .... bir ədəd qara sellofan bağlamada təmiz çəkisi 3295 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır( cild 01; i.v.39-43).

8. “Mobil telefon məlumatlarına baxış keçirilməsi barədə” 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin, eləcə də SMS-lərin siyahısı və mətnləri, anten dairə dair diskə baxış zamanı istintaq üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilməmişdir (cild 01; i.v.115).

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X14 tərəfindən məhkəməpsixiatrik ekspertizasının 29 avqust 2024-cü il tarixli, 2503 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Onda aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığm və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01; i.v.117-119).

10. Məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2024-cü il tarixli, 5945 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( cild 01; i.v. 120-121).

11. “Stasionar məhkəmə psixiatrik ekspertizası”nın 14 fevral 2025-ci il tarixli, 17 nömrəli rəyində göstərilmişdir: yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “emosional davamlı şəxsiyyət pozuntusu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F60.3) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə yeniyetmə yaşlarından xasiyyətcə əsəbi biri olması, əsəblərini sakitləşdirmək üçün özünə xəsarətlər yetirməsi, əvvəllər ona “Emosional davamsız şəxsiyyət pozuntusu (F60.3)” diaqnozu qoyulması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində emosional reaksiyalarında ümumən dəyişkənlik qeydə alınması, sorğu-sual gedişatmda bir qədər affektiv qeyrisabitliyinin özünü büruzə verməsi, əsəbiliyə meylli və hövsələsiz olması, bəzən xırda qıcığa affektiv reaksiya şəklində cavab verməsi, əhvali-ruhiyyəsində nisbətən dayanıqsızlıq müşahidə edilməsi və s.) sübut edir. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməmişdən əvvəl törədərkən «Emosional davamsız şəxsiyyət pozuntusu»ndan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hal-hazırda «Emosional davamsız şəxsiyyət pozuntusu» müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan ittiham olunduğu əmələ münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddələsinin təsiri altma düşmür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükəli şəxs hesab edilmir (cild 01; i.v.216-219).

12. “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3295 qram qurudulmuş marixuana və təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 3294,95 qram qurudulmuş marixuananın və təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A21” markalı mobil telefonun Nərimanov RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.234-242). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

13. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə vermək istəmədiyini bildirmişdir.

14. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməsə də, onun müqavilə əsasında müdafiəçisi işə buraxıldıqdan sonra ibtidai istintaq zamanı verilmiş ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək polis əməkdaşlarının onu zorla avtomobilə əyləşdirərək Nərimanov RPİ-nə apardıqlarını, onu narkotik vasitələrin satışı ilə məşğul olması barədə məcburi videoya çəkərək biabır edəcəkləri ilə hədələdiklərini, bunun olmaması üçün qarşısına bir torba qoyulduğunu, həmin torbanın özünə məxsus olduğunu bildirməsini dediklərini, qorxduğu üçün üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, heç vaxt narkotik vasitə istifadə etmədiyini, xəstəliyi ilə əlaqədar həkim təyinatı ilə psixotrop dərman istifadə etdiyini, Roma adlı şəxsi tanımadığını, öncəki ifadələrini oxumadan imzaladığını bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

15. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

17. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

18. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

19. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

20. “Tutma haqqında” 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə, saat 22:10-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.22-23).

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 4(005)- 1079/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.75-79).

22. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 09 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 iyul 2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 mart 2022-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının 03 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 iyul 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti ilə cəza şərti tətbiq edilmiş, 03 avqust 2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmündən AR CM-nin 70-ci maddəsi xaric edilmiş, AR CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona qəti olaraq 03 il 10 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 30 iyun 2016-cı il tarixdə AR CM-nin 29,177.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etdilməklə 02 il müddətə azadlıqdan məhrum etm cəzasına məhkum edilmişdir (cild 01; i.v.103-106).

23. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 4(005)- 1537/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 17 yanvar 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.163-166).

24. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2025-ci il tarixli, 4(005)-26/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 fevral 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.180-183).

25. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 4(005)-231/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.210-213).

26. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü (X6), xx.xx.2015-ci il təvəllüdlü (X7) və xx.xx.2017-ci il təvəllüdlü (X8) uşaqları var.

27. Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli, 3-16-17/44/2- 306/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

28. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

29. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

30. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.

31. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

32. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

35. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

36. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

37. 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır.

38. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır;

39. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz;

40. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir;

41. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

42. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

43. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.

44. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

45. AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

46. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

47. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

48. Həmin Məcəllənin cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

50. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

51. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, haqsız yerə ittiham olunduğunu bildirərək işin halları ilə bağlı ifadə verməkdən imtina etmişdir.

52. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin xüsusata onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə istinad etməsi qənaətinə gəlir.

53. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin mövqeyi nəinki, iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən özünün istintaqın ilkin mərhələsində verdiyi ifadələr, üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman göstərdiyi xüsusatlar, şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları ilə tam təkzib edilir.

54. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli (cild 01; i.v.45-47), həm də təqsirləndirilən şəxs qismində (cild 01; i.v.64-66) dindirilən zaman özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir il bundan əvvəl narkotik vasitə olan marixuana çəkməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə MTCM-dən icazəli olmaqla yaşadığı Sumqayıt şəhərində olan zaman saat təxminən 15:30 radələrində 6 ay bundan əvvəl "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə tanıdığım İran İslam Respublikası vətəndaşı Roma adlı şəxs onunla "whatsapp" sosial şəbəkəsi ilə əlaqə saxlayıb şəkil və ünvan göndərmişdir. Ondan bunun nə olduğunu soruşan zaman Roma ona göndərdiyi ünvanda kilo ilə narkotik vasitə olan “nəşə” olduğunu və onu götürüb dediyi ünvana aparmağını istəmişdir. O bunun qarşılığında hər dəfə aparmağı üçün 700-800 manat verəcəyini deyib, bu qaydada işləyəcəklərini bildirmişdir. Ona 27 avqust 2024-cü il tarixdə, saat 21:32-də içərisində marixuana olan torbanın gizlətmiş olduğu fotoşəkil və oranın xəritəsini ataraq gedib götürməyini bildirmişdir. O onun atmış olduğu ünvana xəritədə baxan zaman məlum oldu ki, ora ünvan 6 ünvandır. Oraya gəlib onun oraya atmış olduğu bağlamanı götürüb oradan uzaqlaşan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını, onlarla Nərimanov RPİ-nə getməyini bildirdi. O onlarla birlikdə Nərimanov RPİ-nə getdi. Orada ona üzərində şəxsi axtarış və götürmə aparacaqlarını və biləcəyini bildirdilər. O da təqdim olunmuş siyahıdan X4 hüquqlarının müdafiəsi üçün seçdim. Polis əməkdaşı vəkil X4 idarəyə dəvət etdi. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparmağa başladılar. Polis əməkdaşı ona təklif etdi ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bundan sonra o boz rəngli şalvarımın sağ yan cibindən 01 (bir) ədəd qırmızı rəngli içərisində ***-***-**-** mobil nömrəsi olan "Samsung A 21" markalı mobil telefon cihazını, 01 (bir) ədəd üzərində B 24829228 saylı 1 AZN pul əskinasım, 01 (bir) ədəd üzərində B 00336896 saylı 1 AZN pul əskinasım, sağ əlində saxladığı 01 ədəd ağ rəngli üzərində qara rənglə “ Bİzi seçdiyiniz üçün təşəkkür edirik daha təmiz bir təbiət üçün " sözləri yazılmış sellofan torbanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş və üzəri sarı rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddəni təqdim etdi. Polis əməkdaşı təqdi etdiyi 01 (bir) ədəd içərisində yaşıl rəngli spesifik qoxuya malik maddə olan bağlamanı qablaşdırdı və möhürləyib götürərək bu barədə protokol tərtib edib ucadan oxudu. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokol ilə tanış olduqdan sonra imza etdik. Həmin marixuananı İran vətəndaşı olan “Roma” adlı şəxsin ona qeyd etdiyi ünvana qoymaq üçün üzərində saxlamışdır. Ondan istifadə etməmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Əvvəllərdə narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Həmin şəxsin mobil nömrəsini +98-***-***-**-**-dir. “Roma” adlı şəxs ona bildirmişdir ki, həmin narkotik vasitəni onun dediyi ünvana qoyacağı təqdirdə ona 700-800 manat pul verəcəkdir. Polis əməkdaşları onu saxlayarkən ona qarşı hər hansı bir qanuna zidd hərəkətə yol verməyiblər.

55. Bununla yanaşı, iş materiallarında olan (cild 01; i.v.75-79) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 4(005)-1079/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək deyilən ünvandan narkotik vasitəni götürdüyünü, narkotiki götürməyi ona İran Respublikası vətəndaşının tapşırdığını bildirmişdir.

56. Təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi işə buraxıldıqdan sonra verilmiş ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək polis əməkdaşlarının onu zorla avtomobilə əyləşdirərək Nərimanov RPİ-nə apardıqlarını, onu narkotik vasitələrin satışı ilə məşğul olması barədə məcburi videoya çəkərək biabır edəcəkləri ilə hədələdiklərini, bunun olmaması üçün qarşısına bir torba qoyulduğunu, həmin torbanın özünə məxsus olduğunu bildirməsini dediklərini, qorxduğu üçün üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, heç vaxt narkotik vasitə istifadə etmədiyini, xəstəliyi ilə əlaqədar həkim təyinatı ilə psixotrop dərman istifadə etdiyini, Roma adlı şəxsi tanımadığını, öncəki ifadələrini oxumadan imzaladığını bildirmişdir.

57. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadə verməkdən imtina etməsini nəzərə alaraq onun ibtidai istintaq zamanı özünün müdafiəsi üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.

58. Təqsirləndirilən şəxs qeyd olunan ifadəsində polis əməkdaşlarının onu zorla avtomobilə əyləşdirərək Nərimanov RPİ-nə apardıqlarını, onu narkotik vasitələrin satışı ilə məşğul olması barədə məcburi videoya çəkərək biabır edəcəkləri ilə hədələdiklərini, bunun olmaması üçün qarşısına bir torba qoyulduğunu, həmin torbanın özünə məxsus olduğunu bildirməsini dediklərini, qorxduğu üçün üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin arqumentini əsassız arqument kimi qiymətləndirir.

59. Belə ki, hər hansı şəxsin narkotik vasitələrin satışı ilə bağlı videoya çəkilməsindən və həmin videonun yayılmasından qorxaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı etirafedici xüsusatlara istinad edərək videoçəkilişə razılıq verməsi, çəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını bildirməsi absurd və məntiqsizdir.

60. Halbuki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməsini özündə əks etdirən videodiskdə olan görüntüdən açıq-aşkar görünür ki, şəxsi axtarış və götürmə həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə əlində saxladığı torbada aşkar edilmiş narkotik vasitəni İran vətəndaşı Roma kimi tanıdğı şəxsdən əldə etdiyini, həmin şəxsi instagram vasitəsi ilə 4-5 ay olar ki tanıdığını, həmin narkotik vasitəni Roma adlı şəxsin dediyi yerə qoymalı olduğunu, bunun müqabilində İran vətəndaşının ona 700-800 manat məbləğində pul vəd etdiyini bildirmişdir.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

62. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

63. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi, psixoloji təzyiqlərin göstərilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmiş, ibtidai istintaq zamanı və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında bu barədə hər hansı bir xüsusata toxunmamışdır ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixoloji zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, psixoloji təsirlə bağlı göstərdiyi halların hər hansı məntiqə əsaslanmadığını nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

64. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəsində öncəki ifadələrini oxumadan imzaladığını göstərsə də, Təqsirləndirilən şəxs həm “şübhəli şəxs qismində dindirilməsi” protokolundan (cild 01; i.v.45-47), həm də “təqsirləndirilən şəxs qismində dindirilməsi” protokolundan (cild 01; i.v.64-66) görünür ki, o, ifadəsinin sonunda öz əlyazması ilə ifadəsini təsdiq etdiyini, ifadəsinə əlavəsinin olmadığını bildirmişdir ki, bu da onun ifadəsini oxumadan imzalamasına və ifadəsinin məzmunundan məlumatsız olmasına dair dəlilinin də özünümüdafiə naminə irəli sürülmüş dəlil olmasının göstəricisidir.

65. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəsində heç vaxt narkotik vasitə istifadə etmədiyini, sadəcə həkim təyinatı ilə psixotrop dərmandan istifadə etdiyini bildirsə də, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2024-cü il tarixli, 5945 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olmuşdur ki, göstərilən bu hal özü təqsirləndirilən şəxsin səmimi olmamasına, vaxtı ilə narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsinə dəlalət edən hallardandır.

66. Bundan savayı, məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2024-cü il tarixli, 5945 saylı rəyi ilə hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir ki, bu da narkomaniya xəstəliyinin əlamətləri olmayan, narkomaniya xəstəliyindən əziyyət çəkməyən şəxsin külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dair ibtidai istintaq orqanının ehtimalların real olmasının və təqsirləndirilən şəxsin ilkin ifadələrində səmimi olmasının göstəricisidir.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

68. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri, üzərinə şəxsi axtarış və götürmə həyata keçirilməsini özündə əks etdirən videodiskdə olan görüntülərlə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadə verərkən) verdiyi ifadələrini inandırıcı hesab edir.

69. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

70. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

71. Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkməsi, himayəsində yetkinlik yaşına çatmayan (CM-59.2) və azyaşlı uşaqlarının olması (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır.

72. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1).

73. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət 27 avqust 2024-cü il tarixdə, yəni Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmündən sonra törədildiyindən Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən, o cümlədən, həmin hökmlə əlavə cəza qismində təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə ona AR CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən qəti cəza təyin edilməlidir.

74. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi AR CM-nin 67.1-ci maddəsinə əsasən qismən, həmin hökmlə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza isə AR CM-nin 67.5-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş əsas cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung A 21” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

75. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

76. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

77. İş üzrə mülki iddia yoxdur.

78. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

79. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 20 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzaya birləşdirilməklə ona qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı Şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş 3294,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd “Samsung A21” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar