Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-117/2020 24.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X8, X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror metodisti X10, X11, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi: X6, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğlunun iştirakları ilə xx xxxxxx 1986-cı ildə Laçın rayonunun Alcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi,«Maşınqayırma» pansionatında məskunlaşmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 128 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları əldə edib saxlamış, daşımış, gəzdirmiş, qəsdən sağlamlığa yüngül zərər vurmuş və qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx xxxxxx 2018-ci ilin təxminən may-iyun aylarında istintaqa məlum olmayan mənbədən bir ədəd kustar üsulla hazırlanmış 5,6 mm kalibrli yivsiz odlu silah revolver, döyüş sursatı hesab edilən yeddi ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli patronları qanunsuz olaraq əldə edib, üzərində və qardaşı Şahid5 mülkiyyətində olan, özünün etibarnamə və nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi «Mercedes» markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində saxlamış, daşımış və gəzdirmişdir. Bundan başqa o, xx xxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində Şamaxı şəhərində keçiriləcək toy mərasimi ilə əlaqədar sifariş əsasında gəlmiş sürücü Şahid3 idarə etdiyi «X23» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla qohumları ilə birlikdə Bakı şəhərindən Şamaxı şəhərinə gedib toyda iştirak etdikdən sonra axşam saat 20 radələrində həmin avtobusla Şamaxı şəhərindən Bakı şəhərinə qayıdarkən «20 Yanvar» dairəsi yaxınlığında avtobusun içərisində qohumu Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsinə görə sonuncuya öz iradını bildirib avtobusdan enməsini tələb etdikdə aralarında yaranmış mübahisə zəminində yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərblə vurub, sonuncuya almacıq nahiyəsinin, burunun sıyrıqları kimi dərəcələri təyin edilməyən və sağ göz almasının ağlı qişasının qan sızması, sağ gözaltı nahiyənin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, həmin gün qeyd edilən avtomobillə Bakı şəhərinə qayıtdıqdan sonra saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Maşınqayırma» pansionatının ərazisində yaşadığı evin yaxınlığında olarkən, onun tərəfindən Zərərçəkmiş şəxs sifət nahiyəsinə xəsarət yetirilməsi barədə məlumatlı olaraq həmin yerə gəlmiş sonuncunun ögey qardaşı X7 ondan Zərərçəkmiş şəxs kimin xəsarət yetirməsini soruşaraq qəflətən başı ilə onun sifət nahiyəsinə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid alının əzilmiş yarası xəsarəti yetirməsindən sonra hiddətlənərək qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxlamaqla şalvarının kəmərinə keçirib üzərində gəzdirdiyi, kustar üsulla hazırlanmış 5,6 mm kalibrli odlu silah hesab edilən revolver tapançanı çıxarıb Sərvər Quliyevin boyun nahiyəsinə iki dəfə atəş açmaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik sol gicgah nahiyəsinin kəllə boşluğuna keçməyən kor odlu silah-güllə yarası və ölüm ilə birbaşa səbəbli əlaqəli olan onurğa sütunu Vİ-Vİİ (C6- C7) boyun və İ-İİ (Th1- Th2) döş fəqərələri səviyyəsində onurğa kanalına nüfuz edən və onurğa beyinin zədələnmələri ilə müşayiət olunan odlu silah-güllə yarası xəsarətləri yetirərək X12 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, həmin Məcəllənin 120.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə dayısı qızının toyunda iştirak etmək üçün əmisi X4 tutduğu «X23» markalı avtomaşınla Şamaxıya toya getmişlər. Həmin vaxt bundan bir ay əvvəl tapdığı tapançanı da üzərində götürmüşdür ki, toyda atəşfəşanlıq vaxtı lazım olsa havaya atəş açsın. Belə ki, onlarda belə bir adət var. Lakin həmin toyda atəşfəşanlıq olmadığından silahdan istifadə etməmişdir. Ümumiyyətlə uşaqlıqdan silaha həvəsi olduğundan tapdığı silahı özündə saxlamış, lakin hadisə baş verən günə kimi həmin silahdan kiməsə qarşı istifadə etməmiş, ilk dəfə tapdığı gün işlək vəziyyətdə olduğunu yoxlamaq üçün quma ataraq yoxlamış və işlədiyini görmüş, silahı gəzdirməyə icazəsi olmasa da, avtomobilinin təkər qoyulan yerində gizlətmiş, toy günü götürüb kəmərinin içərisinə qoymuş, əynindəki köynək və kurtkası ilə gizlətmişdir. Valideynləri onda silah olduğunu bilməmişlər. Xalasının oğlu Zərərçəkmiş şəxs sərxoş olduğundan anası, yəni xalası toydan evə tez qayıtmalı olduqlarını demişdir. Həqiqətən də, Anar hadisə günü yetrincə spirtli içki qəbul etmiş, ayaq üstə dəyana bilməmişdir və bu barədə toyun videosundan da görüntülər əldə etmək olar. Anar hətta onun atası Şahid4 toydan götürdüyü spirtli içkidən də yolda gələrkən içmiş, o özü isə həmin gün nə toyda, nə də yolda gələrkən araq içmiş, içkili olmamışdır. Yolda avtomaşında Anar əvvəlcə dayısı Şahid1 ilə dalaşmış, bunun səbəbini bilməmiş, Bayram mübahisə üzündən Mərəzə postunda düşmüş, sonra anası ilə mübahisə etmişdir. Avtomaşındakılar Anarı bir qədər məzəmmət etdikdən sonra sakitləşib yatmış, Bakıya çatmağa az qalmış yuxudan oyanıb təkrarən nalayiq, təhqiramiz sözlər istifadə edərək hamısını təhqir etmişdir. Anar yuxudan oyadıb vurmamış, sonuncu özü yuxudan oyanıb söyüşlərinə davam etmiş, nə qədər ayıbdır, yanlarında qadın, uşaq var desələr də, onlara qulaq asmamışdır. Axırda məcbur qalıb 20 Yanvar dairəsinə az qalmış Anarın avtomaşından düşməsini tələb etmiş, Anar isə ona yumruq-təpik atmış, maşını saxlatdırıb onu maşından itələyib düşürtmüşdür. Həmin vaxt Anara yumruqla bir zərbə vurmuşdur. Anar əmisi Muradxan Yusibov və anası Fənar Hüseynovla birlikdə avtobusdan düşmüş, onlar isə yollarına davam etmişlər. Anargil avtobusdan düşəndə onun anası Fənarın avtobusun içərisində yıxılmasını görməmişdir. Yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Maşınqayırma pansionatı»nda yerləşən evinə yaxın yerdə avtobusdan düşüb arvadı və uşaqları ilə birlikdə piyada evə tərəf getmişlər. Qardaşı bibisinə kömək məqsədilə sumkalarını aparmaq üçün onlardan ayrılmış, atası ilə anası yaşlı olduqlarından onlardan çox aralı getmişlər. Gecə saat 2300 radələrində yaşadıqları həyətə çatanda qapıda Anarın ögey qardaşı X7 avtomobilini görmüş, sonuncu özü isə evin pilləkanında tək oturmuşdur. Avtomobilin içərisində bir nəfər də olmuş, əvvəlcə həmin şəxsin Anar olduğunu düşünmüş, yaxınlaşıb qapını açanda Anar yox, sonuncunun əmisi oğlu Şahid2 Rafael oğlu olduğunu görüb salamlaşmış, lakin Sarvan ona qarşı soyuq münasibət göstərmiş, heç bir söz demədən evinin həyətinə girmiş, bu vaxt Sərvər oturduğu yerdən ayağa qalxıb onun arvadına salam verəndən sonra ona yaxınlaşmışdır. Arvadı uşaqları ilə birlikdə pilləkanlarla yuxarı çıxanda Sərvər ondan hədə ilə qardaşı Anarı vurub avtobusdan düşürməsinin səbəbini soruşmuş, Sərvərə «qardaşından soruşmusan niyəsini» deyə bildirmiş, bu vaxt Anar sağ tərəfdən ağacların arasından çıxıb qaranlıqda yaxınlaşaraq «biz adamı evindən çıxardıb öldürürük» deyib, təhqiredici söyüşlər söyməyə başlamış, həmin an Sərvər onu kəllə ilə vurmuş, zərbənin təsirindən səndələmiş, Anar arxadan ayağı ilə ayağını vurub onu yerə yıxmış, sonra Sərvərlə birlikdə ona yerdə olduğu halda zərbələr endirmişlər. Sərvər boyca ondan hündür idi. Hadisə bir anda baş verdiyindən Sərvərə baş verənləri deməyə macal tapmamış, əslində Sərvər özü də ona bunu izah etməyə aman verməmiş, Sərvərin onu qəflətən kəllə ilə vuracağını gözləməmiş, çünki, sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamışdır. Sarvan da Sərvərlə Anara qoşulub onu vurmağa başlamışdır. Anar, Sərvər, Sarvan onu vura-vura «vurun, ölənə qədər vuracayıq» deyirmişlər, lakin həmin sözü məhz kimin dediyini bilməmişdir. Anargilin onu döymələrini arvadı da görmüşdür. Zərbələr nəticəsində sifəti əzilməsin deyə əlləri ilə üzünü tutmuş, onu öldürəcəklərini görüb yerə yıxılsa da, qalxıb küçəyə tərəf qaçmış, bir az getmiş ona çataraq yenidən vurduqları üçün yıxılmış və sonuncular onu döyməyə davam etmişlər. Həmin vaxt Anar, Sərvər və Sarvan üçü də onu vurduqlarından ən çox kimin vurduğunu təxmin edə bilməmişdir. Anargil onu döyə-döyə şərəf və ləyaqətini alçaldan təhqiredici sözlərlə yanaşı, öldürməyincə getməyəcəklərini deyib, əllərindəki beşbarmağa oxşar əşya ilə alın nahiyəsinə vurmuşlar. Alın nahiyəsi yarıldığı üçün qan sifətini bürümüş, məcbur qalıb toya apardığı, əvvəllər tapdığı tapançadan uzandığı yerdən iki dəfə göyə atəş açmışdır. Belə ki, birinci atəşi açandan sonra ikisi döyməni dayandırmış, lakin bir nəfər döyməyə davam etdiyindən yenə də məcburiyyət qarşısında təkrarən ikinci atəşi açmış, bundan sonra həmin bir nəfər də dayanmış və o, uzandığı yerdən qalxıb oturmuşdur. Birinci atəşlə ikincinin arasında çaxmağı çəkib atmaq qədər vaxt fərqi olmuşdur. Həmin vaxt onlar üçü də onun üstünə düşüb döydüklərindən atəşi hansı istiqamətdə açdığını, kimə yönəldiyini izah edə bilmir, bircə onu deyə bilər ki, konkret üçündən birinə tuşlamamış, onları döyülməsini dayandırmaları üçün havaya atəş açmışdır. Hətta həmin anda silahdan açdığı atəşin kimə dəydiyini belə bilməmişdir. Gülləni göyə atdığı zaman Sərvər onu təpikləyirmiş və yəqin həmin anda silah əlində əyilib güllə də boynuna dəyib. Bundan sonra evdən ailəsi, digər tərəfədən də atasıgil yanına gəlib köməklik göstərərək yaralını xəstəxanaya aparmışlar, o isə könüllü olaraq silahı polisə təhvil verməklə təslim olmuşdur. Atası Adil ilə Anarın arasında heç bir mübahisə ola bilməzdi və olmamışdır. Sərvərə bilərəkdən güllə atmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında hadisə baş verən gün xalası Fənar Hüseynovanın avtobusdan düşərkən ayağı ilişib üzüüstə yıxılaraq çənə nahiyyəsindən zədə alması hissəsində yaranan ziddiyyətlə əlaqədar onun ibtidai istintaqa verdiyi ifadəsi həmin hissədə elan olunmuşdur. (02-ci cild, 02-07-ci vərəqlər). Təqsirləndirilən şəxs xalası Fənar Hüseynovanın sifət nahiyyəsindəki zədənin avtobusdan yıxılması nəticəsində deyil, oğlu Zərərçəkmiş şəxs onu vurması səbəbindən yaranmasını, ümumiyyətlə ibtidai istintaqdakı ifadəsinin müstəntiq tərəfindən yalan, qurama ifadə olduğunu, həm ibtidai istintaqda, həm də ekspertiza zamanı məhkəmədəki kimi ifadə verdiyini, lakin müstəntiqin ona «iki nəfəri sənin üzünə durduracam, rəhmətliyində şikayət ərizəsini işin içindən götürüəcəm, ömürlük gedərsən» deməklə hədə-qorxu gəlib ifadələrini dəyişdirməsini, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Daşqın Əliyevin qızı Şölənin qız toyu münasibətilə qohumlarla birlikdə xx xxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində Muradxan Yusibovun sifarişi ilə gəlmiş «X23» markalı avtomaşınla Şamaxı rayonuna yola düşmüşlər. Toy bitdikdən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb toyun bitdiyini, maşının gəldiyini, evə qayıtmalı olduqlarını demiş, bundan sonra avtobusa oturaraq Qorxmazın atası Şahid4 gözləmişlər. Adil əlində araq butulkası, bir alma, bir karalyok gəlib avtobusda oturmuşdur. Qorxmaz avtobusda ona yaxın yerdə oturmuş, arağı açıb süzən zaman, dayısı Şahid1 demişdir ki, «Anar toyda içmisən artıq içmə», o da dayısına demişdir ki, içmir. Lakin araq süzüləndə bir rumka da ona verilmiş və o, içmişdir. Bu zaman dayısı Bayram yanına gəlib ona sillə vuraraq araq içməməyi demişdir. Dayısı Bayrama bir rumka araq içdiyini, avtobusda kənar adamlar olmadığını, yalnız özləri olduğunu demiş, dayısı bir qədər deyindikdən sonra sonuncunun yeznəsi Səbuhi zəng etmişdir. Özləri Mərdəkanda, dayısı X27 yaşayırlar və yolları ayrı olduğu üçün, sonuncu Səbuhinin avtomobilinə əyləşib getmişdir. Bundan sonra avtobusda yuxuya getmiş, «20 Yanvar» dairəsinə çatanda ayılmış, bu vaxt Adil ondan, «Anar niyə dayına cavab qaytarırsan» deyə soruşmuş, cavabında nə etdiyini soruşmuş, Adil də demişdir ki, dayısı Bayram ona söz demiş, o da dayısına söz dediyi üçün sonuncu avtobusdan düşüb yeznəsi Səbuhinin avtomobili ilə çıxıb getmişdir. Adil sonra ona yenidən demişdir ki, «yox sən mənim yanımda niyə belə danışırsan, mən «aftoritetəm», oğlum belə edər helə edər», Adildən bu qədər adamın içində onunla bu tərzdə danışmasının səbəbini, ona nə etdiyini soruşmuş, Qorxmaz qıraqdan ona demişdir ki, «sən səsini kəs». Qorxmazdan nəyə görə belə olduğunu soruşduqda, avtobusdan düşməyi demiş, ondan nə üçün avtobusdan düşməli olduğunu soruşaraq, avtobusda olan hər kəs kimi yol pulu ödədiyini bildirmiş, lakin Qorxmaz sözündən dönməyərək israrla ona avtomaşından düşməyi demiş, düşməyəcəyini dedikdə, Qorxmaz silahın qundaq hissəsi ilə üz nahiyəsindən vuraraq, sürücünün üzərinə qışqırıb, maşını saxlamağı tələb etmiş, sürücü qorxusundan avtobusu saxlamışdır. Avtobusdan düşmək istəməsə də, Qorxmaz təkidlə düşməyi tələb etmiş, avtobusdan düşəndə anası Fənar Hüseynova da düşmək istəyəndə avtobusun salonunda yıxılmış, arxasınca Qorxmazın əmisi Muradxan gəlmişdir. Avtobusdan düşəndə mobil telefonu avtobusda qalmış, xalası oğlu Şahid5 telefonunu sonradan gətirib məhəllədə olan Xəyyam müəllimə verib maşında qaldığını, tapdığını deyib ona verməyi xahiş etmişdir. Evinə taksi ilə gəlmiş, üzünü qan apardığından taksi sürücüsü təmizlik üçün istifadə etdiyi əskini ona vermiş, maşının oturacağına və öz üzərinə qan tökülməməsi üçün əskini üzünə tutmuşdur. Məhəlləyə çatanda binanın yanında taksidən düşüb evinə doğru getmişdir. Onların yolu Qorxmazgilin evinin yolu ilə birdir və evlərinin yanından keçəndə Qorxmazın anası Şahid6 gəlmiş, həmin anda başı gicəllənmiş, bir-iki dəqiqə keçdikdən sonra isə Qorxmazın atası Adil də gəlmiş, Adilə də heç bir reaksiya verməmiş, əl qaldırmamışdır. Həmin vaxt Adil ona bir-iki yumruq vurmuş, Dilşad araya girərək onları ayırmağa çalışmış, bu an Şahid2 gəlib onu Adilin əlindən almaq istəyərkən güllə səsi eşidilmiş, Adilin qolu boşalmışdır. Dərhal güllə səsi gələn tərəfə qaçıb görmüşdür ki, İsmət Sərvəri tutub, Sərvər də güllə boyun nahiyəsindən dəydiyindən əli ilə qanı silmək istəyir. Həmin vaxt Qorxmaz gəlib ikinci gülləni də atmışdır. Daha sonra məhəllədə olan dost-tanışla Sərvəri 26 saylı şəhər xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, toy bitdikdən sonra orada qalmaq istəməmiş, saat 07 radələrində oradan çıxmışlar, yolda avtobusda Qorxmaz silahın qundağı ilə onun üzünə vuranadək Qorxmazda silah olduğunu bilməmiş, həmin an Qorxmazın silahı haradan çıxartmasını görməmişdir. Ümumiyyətlə Qorxmazın silahı olduğunu və silah saxladığını, toyda silahdan atəş açmasını bilməmişdir. Qorxmaz toyda bilmədiyi səbəbdən içki qəbul etməmiş, lakin yolda qayıdarkən atası Adillə içki içəndə, o da onlarla bir rumka araq içmişdir. Dayısı Bayram ona içki içdiyi üçün irad bildirərək bir sillə vurmuş, bununla belə dayısının üzünə qayıtmamış, ona söyüş söyməmiş, Qorxmaz onunla dayısının arasına girmiş, sonra Bayrama zəng gəlmiş və sonuncu yolu onlardan ayrı olduğu üçün avtobusdan düşüb yeznəsi Səbuhinin avtomobili ilə getmişdir. Belə olan halda Bayram onu avtobusdan düşürdə bilməzdi. Bundan sonra avtobusda onu yuxu tutduğu üçün yatmış, oyanandan sonra Qorxmaz ondan «necəsən özünə gələ bildin yatıb durandan sonra» deyə soruşmuşdur. Avtobusda nəinki, «bu söyüş avtobusda olan hər kəsin abizalovkasıdır» demiş, ümumiyyətlə söyüş söyməmişdir, çünki öz ailəsi də həmin avtobusun içərisində olmuşdur. Avtobusdan düşəndə Qorxmaz ona təpik vurmamışdır. Sərxoşluğu olsa belə hadisələr yadında qalmış, təxminən beş-altı rumka spirtli içki içmişdir. Məhəlləyə saat 0900-1030 radələrində çatmış, orada Sərvərin avtomobilini görməmiş, ilk əvvəl Adil onun üzərinə hücum çəkmiş, o isə heç bir reaksiya verməmişdir. Həmin vaxt Adil ona yüz yumruq zərbəsi vurmuş olsa idi belə, ona heç bir reaksiya verməzdi. Sərvəri birinci güllə dəydikdən, Qorxmazı isə silah səsindən sonra görmüşdür. Silah Qorxmazın əlində olmuş, sonradan silahı tullaması və ya özündə saxlamasını görməmiş və bilməmişdir. Sərvərlə Qorxmazın mübahisə etmələrinin səbəbini bilməmişdir. Sərvanla Sərvər «Ağ şəhər»-də bir yerdə işlədikləri üçün Sərvan çox zaman işdən çıxandan sonra onlara gəlmiş, yemək yeyib gecəni qalmış, səhər birlikdə işə getmişlər. Məlum hadisəyədək Sərvərlə Qorxmazın arasında heç bir münaqişənin şahidi olmamış, sonradan da onların arasındakı mübahisənin səbəbini bilməmişdir. Sərvər xəstə yatarkən onunla danışmamış, sadəcə reanimasiyada şüşənin arxasından görmüşdür. Toydan qayıdandan sonra Sərvər onu görməmişdir. Bəlkə də Sərvər onun bu dərəcədə üzgözünün qan içərisində olduğunu bilməmiş, sadəcə anası Fənar evə gələndə Sərvərə deyib ki, «Anarı gətir evə çörək yesin, Qorxmazla da aralarında nə isə söz-söhbət olub, get götür gətir aramızda qohumçuluq olub». Beləliklə, Qorxmazla aralarında avtobusda baş verən hadisə barədə Sərvərə heç bir söz deməmiş, məlumat belə verməmişdir. Belə ki, avtobusda dayısı Bayram ilə aralarında olan mübahisədən sonra yuxuya getmiş, şəhərə çatarkən yuxudan oyanmış, onda da Qorxmazın təkidi ilə avtobusdan düşmüş və mobil telefonu avtobusda qalmışdır. Bununla da nə avtobusda olanda, nə də yolda taksi ilə evinə gələrkən heç kimlə telefon əlaqəsi saxlamamışdır. Yolun yarısından taksi ilə gəldiyi üçün məhəlləyə avtobusla gələnlərdən tez çatmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən ona qanunla tələb olunan cəza verilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, bacısı nəvəsinin toyu olduğu üçün avtobus tutub adambaşına 12 (on iki) manat pul ödəyərək Şamaxı rayonuna getmişlər. Toy bitdikdən sonra həmin gün təxminən saat 20-də yola çıxmışlar. Yolda Zərərçəkmiş şəxs Şahid4 ilə Təqsirləndirilən şəxs yanında oturduğu üçün qardaşı Şahid1 Anarın daha çox spirtli içki içməsinin qarşısını almaq üçün Anara arxa oturacağa keçməyi demiş, Anar Bayramın sözünə qulaq asmayıb Bayrama «sən kimsən mənim işimə qarışırsan» demiş, Bayram da Anara təkrarən arxa oturacağa keçməyi demiş, yavaş olmaqla boynunun arxasına sillə ilə vurmuşdur. Anar içkili olsa da, söyüş söyməmiş, avtobusda olanları təhqir etməmiş, ünvanlarına nalayiq ifadələr işlətməmiş, sadəcə olaraq dayısı Bayrama sözlə cavab qaytarmış, o da «utanmırsan dayına cavab qaytarırsan» deyib, Anarı sillə ilə vurmuşdur. Az sonra Bayram toydan «Niva» maşını ilə qayıdan yeznəsi Səbuhi ilə zəngləşərək avtobusdan düşüb sonuncunun maşınına minib getmiş, Anar isə avtobusda arxada yatmışdır. Belə etməklə Bayram Anarla eyni avtobusda getməkdən imtina etməmiş, sadəcə olaraq yolları ayrı olduğu üçün yoluna yeznəsinin maşını ilə davam etmişdir. Avtobusda qəflətən Qorxmazın Anara «maşından düş» deyə qışqırdığını eşitmiş, lakin bunun səbəbini bilməmişdir. Anar Qorxmaza səmimiyyət olaraq «qoqu, mən neynəmişəm» deyib ayağa qalxanda Qorxmaz silahın ön tərəfi ilə Anarın baş nahiyəsindən zərbə vurmuş, ayağa qalxanda Anarın başının qan olduğunu görmüş, səs-küy düşmüşdür. Qorxmaz sürücüyə qışqıraraq maşını saxlamağı, Anarın başını partladacağını deyəndən sonra avtobusdakıların yarısı maşını saxlamağı, yarısı isə saxlamadan yola davam etməyi demişlər. Sonda sürücü avtobusu saxlamışdır. Necə gəldiyini bilməmiş, tam dəqiq bilmədiyi yerdə avtobusdan düşmüşdür. Avtobusdan onları necə itələyib salmışlarsa, düşəndə üzü üstə yerə yıxılmış, Muradxan Yusibov onu ayağa qaldırmış, sumkası, mobil telefonu maşında qalmışdır. Evə qayıtmaları üçün Muradxan maşına mindirmişdir. Yolda gələrkən Anara demişdir ki, «sən get paltarlarını götür gəl bizdə yuyunub təmizlən ondan sonra Sərvərgil işdən gəlsin gedək poliklinikaya yoxlan, orada deyərsən ki, şüşə düşüb üzərimə xəsarətlər ona görə olub, Qorxmazın adını demərsən». Sərvər Quliyevin əmisi oğlu Şahid2 demişdir ki, «Anar getdi çox qan itirib yıxılıb eliyər, onu götür gəl aparaq poliklinikaya tikiş qoyulsun». Evdə Sərvərə hadisəni danışanda hamısının içkili olduğu üçün dava düşdüyünü demiş, Sərvər də demişdir ki, «ana mən dava eliyəsi deyiləm onsuz», lakin sonradan gedib Qorxmazdan Anarı vurmasının səbəbini soruşmuşdur. Sərvər onlarla birlikdə, Anar isə ayrı yaşayır və sonuncunun evinə gedən yol Qorxmazgilin evinin yanından keçir. Sarvan işlədiyi üçün onlarda gəlib qalırdı. Zərərçəkmiş şəxsin hüquqi varisi Fənar Hüseynova məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadədə bildirdiyi adlar, avtobusda kimin harada və necə oturması barədə dedikləri doğrudur, Qorxmazın Anarı vurmasının şahidi olsa da, Sərvərin vurulmasının şahidi olmamış, Sarvan qaçaraq gəlib «Sərvəri güllələdilər» deyə xəbər etmiş, dərhal çölə çıxmışdır. Həmin an Qorxmazın telefonla danışaraq dayısına güllə ilə Sərvərin baş nahiyəsinə vurduğunu və Sərvərin öldüyünü deməsini eşitmiş, həyəcanlı olduğundan Qorxmaza hadisə ilə bağlı heç bir sual verməmişdir. Həmin an Qorxmazın telefonla danışdığını eşitsə də, həyət qaranlıq olduğundan üzünü görə bilməmişdir, buna görə də üzündə yara, xəsarət izi olubolmamasını bilmir. Sərvərin Qorxmazı kəllə ilə vurmasından xəbərsizdir. Xəstəxanada Sərvər ona, «mənim heç vaxt ağlıma gəlməzdi ki, Qorxmaz mənə silah çəkə, ondan şikayət etməyin, sağalım özüm öz haqq-hesabımı kəsəcəm» demişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onun qanunsuz hərəkətləri nəticəsində dəyən maddi və mənəvi ziyanın dəyərinin ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bacısı oğlu Daşqın Əliyevin qızı Şölənin qız toyu münasibətilə qohumlarla birlikdə xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 12-də bacanağı Muradxan Yusibovun sifarişi ilə gəlmiş «Mercedes Sprinter» markalı avtomaşınla Şamaxı rayonuna yola düşmüşlər, gedərkən yolda heç bir hadisə baş verməmiş, toy bitdikdən sonra Bakıya qayıtmaq üçün həmin avtobusla yola düşmüşlər. Avtobusda spirtli içki olmuş, kimin içib-içmədiyini bilməmiş, lakin bacısı oğlu Zərərçəkmiş şəxs həmin içkini içmək istəyəndə qolundan tutub kənara çəkərək dayı kimi bir sillə vurub toyda yetərincə içki qəbul etdiyini, artıq içməməyi demişdir. Anar toyda spirtli içki qəbul etsə də, çox sərxoş olmamış, avtobusda qeyri-etik hərəkətlər etməmişdir. Mərəzə postuna çatanda yeznəsi Səbuhi zəng edib öz avtomobili ilə onlara çatdığını və avtobusdan düşüb onunla gəlməyi demişdir. Arvadı da Səbuhinin avtomobilində olmuşdur. Səbuhi öz avtomobili ilə toya getmişdir. Səbuhinin sözündən sonra avtobusdan düşüb yeznəsinin avtomobilinə minmişdir. Avtobusda olarkən dava-dalaş olmamışdır. Məlum hadisənin necə və nə cür baş verdiyini görməmiş, səhəri günü dava-dalaş olduğunu, güllə atıldığını bilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Rafael oğlu ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə axşam radələrində Sərvər Quliyev ilə birlikdə Fənar Hüseynovagilə yeməyə getmiş, Fənarın xəstə əri Səfər və bibisi Dürdanə olmuşdur. Ailələli olsa da, Sərvərlə «Ağ şəhər»-də birlikdə işlədiyi üçün arada gəlib onlarda yemək yeyib gecələyirdi. Həmin gün Fənar evdə olmadığı üçün Dürdanə Səfərə nəzarət etmək üçün gəlmişdir. Sərvərlə yemək yeyəndən sonra Fənar rayondan toydan gəlib danışmışdır ki, yolda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisə olmuşdur, Anarın üzü qan içindədir, yaralıdır, gedib gətirək. Anarın arxasınca çıxmışlar. Yolda Anara zəng edib harada olduğunu soruşanda, Anar məhlədə olduğunu demiş, Anarın orada olmasının səbəbini bilməmiş, Sərvərlə birlikdə Anarın yanına getmişlər ki, Fənargilə gətirsinlər. Sərvər avtomobili darə etdiyi üçün Anara o zəng etmişdir. Həmin gün ərzində bundan başqa Anarla nə telefon əlaqəsi, nə də o, Sərvər və Anarın arasında telefon danışığı, yaxud sms yazışması olmuşdur. Anarla Qorxmazın evləri yaxındır. Avtomobildə oturduqları vaxt Qorxmaz gəlmiş, Sərvər maşından yerə düşmüşdür. Qorxmaz gəlib avtomobilin qapısını açaraq «Sərvər sənsən?» deyə soruşmuş, hə deyə cavab vermiş, bu vaxt Sərvər Qorxmaza yaxınlaşıb Anarı kimin döyməsini soruşmuş, Qorxmazın Sərvərə cavabını eşitməmiş, sonuncular on-on beş saniyənin içində dalaşmağa başlamışlar. Onları aralamaq istəyəndə Qorxmazın atası Şahid4 gəlib Anarla dalaşmağa başlamış, Anarı Sərvərin maşınına söykəyib döymüş, bu vaxt Anarla Qorxmaz onlardan bir qədər aralanmışlar, aralarında beş-altı metr məsafə olmuşdur. Sonra çönüb baxanda Sərvərin qan içində yerdə uzandığını görmüşdür, boğaz nahiyəsi qan içində idi. Hadisə saat 21 radələrində baş vermiş, hava qaranlıq olduğundan silah görməmiş, ikinci güllə səsini eşidib çevrilib baxanda Sərvərin yerə yıxıldığını görmüşdür. Bu zaman Qorxmaz evlərinə tərəf keçmişdir. Anar Sərvərin yanına gələndən sonra qaçaraq Sərvərgilin evinə hadisə barədə xəbər vermişdir. Hadisə yeri ilə Fənargilin evinin arasında yüz-yüz əlli metr məsafə var. Fənargilə xəbər vermiş, birlikdə hadisə yerinə gəlmişlər, lakin Sərvərgil orada olmadıqlarından birlikdə 26 saylı şəhər xəstəxanasına getmişlər. Anarla Qorxmazın arasında hansı səbəbdən mübahisə baş verdiyini bilmir. Qorxmazla əvvəl bir yerdə işləmişlər, aralarında salam-sağ ol var. Spirtli içki qəbul etmir. Məhkəmədə Şahid2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında olan ziddiyyətlə əlaqədar onun ibtidai istintaqa verdiyi ifadə elan olunmuş və o, ifadələri arasındakı ziddiyyəti belə izah etmişdir ki, hadisə vaxtı hava qaranlıq olduğundan ilkin ifadəsində onların olduqları yerlə Qorxmazın Sərvərə atəş açdığı yer arasında on metr məsafə olmasını təxmini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Daşqın Əliyevin qızı Şölənin qız toyu münasibətilə qohumlarla birlikdə xx xxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində qaynı Muradxan Yusibovun sifarişi ilə gəlmiş «Mercedes Sprinter» markalı avtomaşınla Şamaxı rayonuna yola düşmüşlər. Sürücünü tanımasa da, digər şəxslər –Təqsirləndirilən şəxs və oğlanları Cəsur, Cavidan, Muradxan və arvadı İradə, Cənnət və arvadı Tamara, arvadı Şahid6, oğlu Şahid5, gəlini Şövqqiyyə Əliyeva, Şərif kişi, Zərərçəkmiş şəxs, Fənar Hüseynova, Bayram kişi və Nicat avtobusda olmuşlar. Deyib, gülə-gülə Şamaxıya getmişlər, toyda yeyib-içdikdən sonra geri qayıtmaq üçün birlikdə avtobusa yerləşmişlər. Anar maşına minəndə içkili olmuş, yolda mübahisə baş vermiş, Anar söyüş söyməyə başlamış, sonra dayısı və anası ilə mübahisə etməyə başlamış, sonra bir nəfərə zəng edib avtobusun qabağını kəsməyi demiş, bu zaman Qorxmaz Anarın sözündən əsəbləşib ayağa duraraq onu vurmuş, sonra böyük qardaşı onları taksi ilə evə gətirmişdir. «Dalğa» arenanın yanında sürücü ilə oturub on beş dəqiqə söhbət etdikdən sonra, piyada üç yüz-dörd yüz metr məsafə qət edib evinə çatmış və görmüşdür ki, uşaqlar evinin yanına gəlib Qorxmazı vurublar. Qonşusu İlhamla mobil telefonun işığını yandırıb baxanda görmüşlər ki, Sərvər Quliyev yerdə uzanıb, boynundan qan gəlir. Sərvəri Qorxmaz vurmuşdur və Qorxmazın özünün də üz-gözü qan içində idi. Sonra uşaqlar Sərvəri xəstəxanaya aparmışlar. Nə üçün belə olduğunu deyib Qorxmaza əsəbələşmiş, sonuncu da demişdir ki, «onlar da məni vurdular». Sonra polislər oraya gəlmişlər. Qorxmaza da 26 saylı şəhər xəstəxanasında tibbi yardım göstərilmiş, Qorxmazın xəsarətlərini görmüşdür, ona altı tikiş vurulmuşdur. Şahid4 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, həmin gün toyda spirtli içki qəbul etmiş, geri qayıdarkən hətta avtobusa minməmişdən qabaq toydan araq və bir-iki meyvə götürmüş, yarımlitrlik arağın yarısını avtobusda içmişlər, yolda əvvəlcə Anarla dayısı Şahid1, sonra isə Anarla Qorxmazın arasında mübahisə düşmüş və yolboyu bu mübahisə davam etmiş, Anar söyüş söymüş, hətta anası Fənarın çənə nahiyyəsinə yumruqla iki zərbə vurmuş, sonra isə kiməsə zəng edib avtobusun qarşısını kəsməyi deyəndə Qorxmaz əvvəlcə Anarı sillə ilə vurub demişdir ki, «heç kimi çağırma», «20 Yanvar» dairəsinə çatanda isə avtobusdan düşürmüşdür. Anar avtobusdan düşəndə Qorxmaza hədə-qorxu gəldiyini eşitməmişdir. Bundan sonra Anar başqa uşaqları götürüb gəlib onun evinin yanında dava salmış, Qorxmazı öldürmək istəmişdir. Anarın qardaşı Sərvər Quliyev, onlara da qohumluğu çatan Şahid2 da yanında olmuşdur. Sarvan Kürdəxanıda yaşayır, lakin həmin gün Sərvərgilə gəlməsinin səbəbini bilmir. Hadisə yerinə çatmamış Sarvan qaçaraq gəlib yanından keçmiş, həmin yerdən hadisə yerinə iki-üç dəqiqə məsafə olmuşdur. Hadisə gecə saat 12 radələrində baş vermiş, oraya gec gəldiyi üçün güllə səsi eşitməmiş, Qorxmazla Sərvərin əlbəyaxa dava etdiklərini görməmişdir. Hadisədən nə qədər vaxt sonra oraya gəldiyini xatırlamır. Anarla onun evinin arasında ara məsafə var. Hadisədən əvvəl evinin həyətində Anarla görüşməmişdir. Qorxmazda silah olmasını bilməmişdir, bilsəydi bir ata kimi ona silah gəzdirməsinə icazə verməzdi. Sonradan Qorxmazdan silahı haradan, necə əldə etdiyini soruşanda, tapdığını bildirmişdir. Hadisədən sonra razılıq əldə etmək üçün cəhd etmiş, yas mərasimlərinə ağsaqqal göndərmişlər. İbtidai istintaq zamanı ifadəsi alınarkən ona təzyiqlər olmuşdur. Məhkəmədə şahid qismində dindirilən Şahid6 və Şahid5 ifadələrində şahid X21 ilə eyni məzmunda ifadə verərək həmin xüsusatları təsdiq etdilər. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, qardaşı Talehə məxsus «X23» markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla sərnişin daşıyıb ailəsini maddi cəhətdən dolandırmağa çalışır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx xxxxxx 2018-ci il tarixədək heç vaxt tanımamış, sonuncularla hər hansı bir münasibəti olmamış, X12 isə heç vaxt görməmiş, hər hansı bir münasibəti olmamışdır. Nicat adlı şəxsi xx xxxxxx 2018-ci il tarixədək tanımasa da, onu Nicatla bibisi oğlu tanış etmişdir. Belə ki, Nicat Bakı şəhəri, Günəşli qəsəbəsində yaşayan bibisi oğlunun qonşusudur. Nicat bibisi oğlundan mikroavtobus maraqlanmış, sonuncu da onu məsləhət bilmişdir. Daha sonra Nicatla əlaqə saxlamış və Nicatın tanışı Muradxan adlı şəxsin sifarişi üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «stansiya» adlanan yerdən Nicatın tanışlarını və Nicatı götürüb Şamaxı şəhərinə toya aparmışdır. Mikroavtobusda təxminən on beş nəfər adam olmuş, Nicat da daxil olmaqla həmin şəxsləri heç vaxt tanımamışdır. Şamaxı şəhərinə xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 12 radələrində yola düşmüşlər və yolda gedərkən hər hansı bir problem və neqativ söz-söhbət yaşanmamışdır. Təxminən saat 20 radələrində avtobusda gələn şəxslər geri qayıtmaq üçün yenidən avtobusa yerləşməyə başlamışlar. Gətirdiyi şəxslərdən Nicat onlarla geri qayıtmamış, sonuncunun əvəzinə İman adlı şəxs Bakı şəhərinə gəlmək üçün maşina əyləşmişdir. Yolda Anar adlı şəxs sərxoş olduğu üçün söyüş söydüyünə görə adını bilmədiyi öz dayısı ilə mübahisə etməyə başlamışdır. Həmin kişi Anarın söyüşlərinə görə ona yüngül sillə vurmuş, lakin Anar sakitləşməmiş və dayısını söyməkdə davam etmişdir. Avtobusda olanlara sakitliyə riayət etməyi bildirmiş və həmin ərəfədə güzgüdən maşının kabinəsində olanları izləmişdir. Anarın dayısı Mərəzə postunda avtobusdan düşmüş və toydan qayıdan başqa maşına əyləşmişdir. Daha sonra Anar bir az sakitləşsə də, Bakı şəhəri, Biləcəri ərazisində yerləşən avtovağzalın yaxınlığına çatdıqda, Qorxmaz Anara etdiyi hərəkətlərin yaraşmayan hərəkətlər olduğunu, maşında arvad-uşaq yanında söyüş söyməsinin yaraşmayan hərəkət olduğunu başa salmış, lakin Anar tənqidləri qəbul etmək istəməmişdir. Bakı şəhəri, «20 Yanvar» dairəsinə çatdıqları ərəfədə tuneldə Qorxmaz maşını saxlayıb Anarı aşağı düşürtməyi demiş, Qorxmaza az səbrli olmağı, «20 Yanvar» dairəsində maşını saxlayacağını, həmin vaxt Anarı düşürtməyi bildirmişdir. Anar bunu eşidib daha da aqressivləşmiş və yenidən söyüş söyməyə başlamışdır. «20 Yanvar» dairəsinin yaxınlığında Qorxmaz Anara yenidən söyüş söyməməyi, maşında arvad-uşaq olduğunu deyib yumruqla Anarı vurmuş və nəticədə Anarın sifət nahiyəsindən qan gəlmişdir. Avtomaşını saxlayıb Anarı avtomaşından aşağı düşürtmüşlər. Həmin vaxt Anarla birlikdə anası da avtobusdan enmişdir. Anarın anası avtobusdan düşərkən ayağı ilişdiyi üçün üzüstdə yerə yıxılmış və çənəsində xəsarət əmələ gəlmişdir. Anargillə birlikdə Qorxmazın əmisi Muradxan da yerə düşmüş, 3-cü mikrorayonun dairəsində tanımadığı bir kişi ilə bir arvad, bir kişi isə Xəzər rayonu, Mərdəkan qəsəbəsində «Qaranquş» sanatoriyasının yanında maşından enmişdir. Yola davam edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Dalğa Beach» adlanan istirahət mərkəzinin yanına gəlmişlər və həmin yerdə maşında qalan digər şəxslər düşmüşlər. Həmin şəxslər piyada halda yaşadıqları yerə getsələr də, Qorxmazla atası Adil kişi onunla avtobusun içərisində tək qalaraq təxminən beş-on dəqiqə bir vaxtda söhbət etmişlər. Həmin ərəfədə Adil kişi avtobusda baş verənlərə görə ona üzrxahlıq edib Qorxmazla piyada yaşadıqları evə getmişlər. Evə çatandan sonra avtomaşının salonunu yığışdırdıqda, salondan bir ədəd araq şüşəqabı və bir ədəd şüşə stəkan aşkar etmiş, lakin avtomaşında həmin spirtli içkini kimin içməsinə fikir verməmişdir. Təxminən həmin vaxtdan üç gün sonra Nicat ona zəng edib Qorxmazın toydan gəldikləri axşam tapança ilə adam vurduğunu demişdir. Nicat ona Anargilin Qorxmazgildən öncə taksi ilə gəldiklərini, Qorxmaz evə çatdıqda Anarın qardaşının da Qorxmaz yaşayan yerə gəldiyini, yenidən mübahisə baş verdiyini və Qorxmazın tapança ilə Anarın qardaşını vurduğunu, vurduğu adamın xəstəxanada vəziyyətinin ağır olduğunu bildirmişdir. Bakı şəhərindən Şamaxı şəhərinə gedərkən və qayıdarkən Qorxmazın və ya başqa bir şəxsin üzərində silah və ya silah qismində başqa bir əşya görməmiş, həmin vaxt hər hansı bir şəxs silahdan və silah qismində başqa əşyadan istifadə etməmişdir. İdarə etdiyi mikroavtobusla xx xxxxxx 2018ci il tarixdə Şamaxı şəhərindən Bakı şəhərinə qayıdarkən yolda baş vermiş mübahisələr zamanı Anar ümumi şəkildə söyüşlər, xüsusilə də dayısını söymüş, nəticədə dayısı ona yüngül sillə vurmuş, lakin Anarda həmin vaxt xəsarət əmələ gəlməmiş, daha sonra Anar Qorxmazla mübahisə etmiş və Qorxmaz Anarın sifət nahiyəsindən yumruqla vurduğu üçün Anarın sifət nahiyəsində zədə əmələ gəlmiş, başqa kimsə kimsəni vurmamış və xəsarət yetirməmişdir. Maşında olan digər şəxslər mübahisələr baş verdiyi zaman mübahisə edənləri sakitləşdirməyə çalışmışlar. Fənar xanım maşından düşərkən ehtiyatsızlıq edib yerə üzüstündə yıxıldığı üçün çənə nahiyəsindən xəsarət almışdır (01-ci cild, 136-139-cu vərəqlər). Məhkəmədə şahid qismində dindirilmiş Əliyeva Şövqiyə Firdovsi qızı ifadəsində göstərdi ki, hadisə ilə əlaqədar onu bildirmək istəyir ki, onlar Şamaxı rayonuna toya getmək üçün Bakı şəhərindən avtomaşınla qohumları ilə yola çıxıb və şəhəri çıxana qədər, avtomaşın bir neçə dəfə saxlanılmışdır ki, siqaret çəkilsin. Ondan sonra yol kənarında avtomaşını saxladıb kart alınmış və onlar yenidən yola düşmüşlər, avtomaşının arxa oturacağında Anar və Bayram kart vastəsilə qumar oynamağa başlamışlar. Təxminən saat 17 radələrində Şamaxı rayonuna çatmışlar, təxminən 1-2 saat imiş ki, toy məclisində imişlər, Anar araq butulkasını əlinə götürərək Cahangir gilin əyləşdiyi masaya doğru getmək istəmiş, Qorxmaz Anarın önünə keçərək araq butulkasını onun əlindən alıb masanın üzərinə qoymuş və Anarın önündə oynamağa başlamışdır. Bir müddət keçdikdən sonra təxminən saat 19:30 radələrində Fənar nənəsi demişdir ki, durun Anarın vəziyyəti pisdir, Anar həmin an sərxoş imiş. Onlar durmuşlar, lakin Anarı avtomaşına mindirmək mümkün olmamışdır, Anar Cahangirgilin masasına tərəf qaçmaq istəmiş, Anarı saxlayırlar, Anarı avtomaşına bir neçə dəfə bir neçə nəfər avtomaşına mindirmək istəməklərinə baxmayaraq Anar avtomaşına minmək istəməyərək Cahangirgilin masasına tərəf qaçırmış. Fənar nənəsi Qorxmaza demişdir ki, get Anarı götür gəl, ondan sonra onlar hamısı avtomaşına əyləşmişlər. Avtomaşına mindikdən sonra Bayram Anarın yanında əyləşmiş və Anara demişdir ki, “sən nəyə görə Cahangiri söyürsən, Cahangir yaxşı oğlandı. Anar Bayramın bu sözündən əsəbləşərək təhqir edici söyüşlərdən istifadə etməyə başlamış və bu anda Bayram Anara bir şillə vurmuşdur. Ondan sonra başlamışlar söyüşməyə, Anarın orada söydüyü söyüşlər lüğətdə olmayan söyüşlərdir. Mərəzə postuna qədər Bayram və Anarın arasında mübahisələr davam etmişdir.Yoldaşı Qorxmazın əmisinin yoldaşı İradə telefon ilə Səbuhiyə zəng vuraraq bildirmişdi ki, maşınla hardasansa gəl Bayramı götür, Anarla Bayram dava edir. Mərəzə postuna çatdıqda Bayram avtomaşından düşərək Səbuhinin avtomaşını ilə yola davam etmişdir. Bayram avtomaşından düşdükdən sonra Anar telefon ilə bibisi oğlu Sərxana zəng vurmuşdur oda telefonu açmamış, Qorxmaz Anara demişdir ki, camaatı gecə vaxtı nəyə görə işə salırsan. Ondan sonra Anar telefon ilə əmisi Fəxrəddinə zəng vurmuş, demişdir ki, “siz Bayramın qabağını kəsin siz filan-filan edin məni gözləyin məndə gəlirəm.” Onlar fikirləşmişlər ki, Bayram avtomaşından düşüb getmiş, Anar sakitləşər əksinə olmuşdur və nənəsi Fənar ilə Anar dalaşmağa başlamışlar və Anar nənəsi Fənəri yumruq ilə çənə nahiyyəsindən vurmuş, lakin həmin an Anarın əlində telefon var imiş, bilməmişdir telefon ilə vurdu yoxsa yumruq ilə, ondan sonra yenidən təkrar olaraq nənəsi Fənar ilə Anar arasında söyüşlü mübahisələr başlamışdır. Ondan sonra bir müddət Anar avtomaşında yuxuya gedərək yatmış, yuxudan ayıldıqda 20 yanvar dairəsinə çatmışlar və Anar yenidən təhqiredici söyüşlərdən istifadə etməyə başlamışdır. Qorxmaz Anara demişdir ki, “Anar mənim üç yaşında övladım var, sabah üç yaşında olan övladım səndən soruşsa ki, Anar əmi o, dediyin sözlər nədi sən üç yaşında uşağa nə cavab verəcəksən?”, Anar da demişdir ki, “mənim bu avtomaşında söydüyüm söyüş hamının abizalovkasıdır (haqqıdır). Ondan sonra Qorxmaz dəfələrlə Anara avtomaşından düşməyini bildirsədə Anar yenidən təkrar olaraq təhqir edici söyüşlərdən istifadə etmiş və bu an Qorxmaz Anarı bir dəfə olmaqla üzünün almacıq nahiyyəsindən vurmuş və Anarı avtomaşından düşürtmüşdür. Nənəsi Fənər və Qorxmazın əmisi Muradxan avtomaşından düşmüşlər, nənəsi Fənar demişdir ki, Anar içkili vəziyyətdədir onu tək qoya bilməz və ondan sonra onlar çıxıb getmişlər və 3 mkr dairəsinə gəlib çatdıqda Qorxmaz soruşmuşdur ki, «xalam Fənar hardadır?», bildirmişdir ki, Anarla avtomaşından düşdü. Bundan sonra Qorxmaz 20 (iyirmi) manat qardaşı İsmətə pul verərək, xalasını taksi ilə gətirməyi istəmişdir. İsmət yolu keçib getmək istədikdə İradə bildirmişdir ki, «Muradxan gedib onları gətirməyə İsməti göndərmə». Sonra onlar avtomaşına minərək “Dalğa Arena”-nın yanında avtomaşından düşmüşlər. «Dalğa Arena» ilə evinin yarım km məsafəsi olar, təxminən saat 21 radələri olarmış yağış yağırmış, uşaqlarda yuxudan təzə durduğu üçün Qorxmaza demişdir ki, biz gedək. Qorxmaz ona demişdir ki, «atam gəlsin onunla bir yerdə gedərik». Qorxmazın atası Adil avtomaşının sürücüsü ilə söhbət edirmiş və onlara bildirmişdir ki, avtomaşının sürücüsünə olan hadisələrlə əlaqədar olaraq üzürxahlıq edir, siz gedin o sonra gələcəkdir. Ondan sonra İsmət, o, uşaqlar və Qorxmaz gəlirmişlər evə Qorxmaz demişdir ki,“bizim evin önündə maşın dayanıb siz gedin mən isə gedim baxım görüm onlar kimdi, Qorxmaz heyvan işi ilə məşğul olduğu üçün fikirləşmişlər ki, onlardan bir kimsədir gəlibdir. O yaşadıqları evin pilləkənlərinə gəlib çatdıqda görmüşdür ki, Sərvər oturub onların piləkənində onu gördükdə ayağa duraraq onun tərəfə gəlmiş və qaş-qabaqlı formada başı ilə ona salam verərək keçmiş və eşitmişdir ki, Qorxmaza deyir ki, “sən mənim qardaşımı niyə vurmusan,” Qorxmaz da bildirmişdir ki, “haqq elədi məndə vurdum və bu an Sərvər Qorxmazı vurmuş, Qorxmaz yerə yıxıldıqda başlamışlar Qorxmazı təpiklə vurmağa və o həmin an nə edəcəyini bilmədiyi üçün uşaqlar ağladığına görə tələsərək evin qapısını açıb uşaqları evə salmışdır. Biraz müddət keçmiş uşaqları sakitləşdirə bilmədiyi üçün onları yatızdırmaq üçün yatdıqları otağa aparmaq istədikdə atəş səsi eşitmişdir, pilləkənin yanına çıxmış, dizləri əsdiyi üçün bir addım belə atmadan yerində qalmışdır. Ondan sonra o aşağı düşdükdə görmüşdür ki, bir nəfər şəxs yerdə uzanıb Qorxmaz dizi üsdə imiş, ondan sonra Qorxmaz ayağa duraraq o tərəfə gəlmiş və həmin an Qorxmaz qanın içində imiş, Sərvəri isə avtomaşına qoyaraq xəstəxanaya aparmışlar. Ondan sonra nənəsi Fənar gəlmiş və ondan soruşmuşdur ki, nə olub o da Fənar nənəsinə heçnəyi bilmədiyini bildirmişdir.İstintaq zamanı o dekabr ayının 11-də ifadə vermiş, ittiham aktında yazılan ifadəsi ilə razılaşmıram, hal-hazırda verdiyi ifadə hansı formadadırsa, istintaq zamanı eyni ilə belə ifadə vermişdir. bir dəfə ifadə vermiş, istintaqda verdiyi ifadəsini oxumamışdır.Hadisə zamanı Anar, Sərvər və Sərvan imiş, Qorxmaz yerdə uzanıqlı olan vəziyyətdə onu vururmuşlar.Anar yaşadıqları evin yanındakı zibil yeşikləri olan tərəfdən gəlmiş, Sərvan isə maşından düşərək gəlmişdir, hadisədən öncə onların danışıb danışmadığını bilmir, lakin hadisədən qabaq Muradxan demişdir ki, Sərvər və Sərvan onlara gedərək Qorxmazı soruşublar, Muradxan isə Qorxmazın harda olduğunu bilmədiyini yəqin yolda olduğunu evə gəldiyini bildirmiş və X14 nəyə görə axtardığını soruşanda, Sərvər söyüş söyərək belə belə olacaq deyib.Qorxmazı Sərvər kəllə ilə vurmuş və nəticədə Qorxmaz yerə yıxılmışdır.Qorxmazın üzünü o təmizləmiş, onun fikrincə Qorxmaza kəllə ilə vurmaqla elə bir yara aça bilməz üz nahiyəsində. Hadisə olan zaman qaynatasının harda olduğunu bilmir, qaynanası isə onların arxalarınca gəlirmiş. Onların yaşadıqları evlə maşının saxlandığı yerin təxminən məsafəsi 5 metr olarmış. Atəş səsi eşitməmişdən qabaq, Anar ilə qaynatası Adilin arasında mübahisə olmamışdır, çünki qaynatası Adil onlardan çox aralıda imiş.Sərvər Qorxmazı vurduqda Qorxmaz yerə yıxılmış və Qorxmaz yerdə uzanıqlı olduğu vəziyyətdə başlamışlar Qorxmazı təpiklə vurmağa, ondan sonra o evə keçmiş deyə hadisənin ardını görə bilməmişdir. Qorxmaz sonradan bildirmişdir ki, o havaya atəş açmaq istəmişdir ki, qorxsunlar. Əvvəllər Qorxmaz ilə Sərvər arasında heç bir ədavət olmayıb.Sərvanin hadisə zamanı orda olması məqsədli olub və ya təsadüfü gəlib, bu barədə heçnə deyə bilmir, çünki məlumatı yoxdur.Avtomaşında olarkən Anarın Fənar nənəsini telefon və ya yumruq ilə vurmasını dəqiq bilmir, lakin nənəsi Fənarın üz nahiyəsi deşilmişdir. Onlar evə gəldikdə Qorxmaz evdən çıxmamışdır, onlar evə tərəf gəlirmişlər, Qorxmaz həyətdə avtomaşın olduğu üçün, həmin avtomaşının heyvan almağa gələnlərdən biri olduğunu düşünərək onlara tərəf getmişdir. O Qorxmazın üç nəfərlə dalaşmağını görmüş, lakin sonradan hadisəni görməmişdir, evə girdikdən sonra bir dəfə atəş səsi eşitmişdir. İkinci atəş səsini o eşitməmişdir. O atəş səsindən sonra çölə çıxdıqda bir şəxsin yerə uzandığını Qorxmazın isə dizi üsdə oturduğunu görmüş, lakin yerdə uzananın kim olduğunu bilmirmiş. O silahı görməmişdir, sonradan Qorxmaz evə tərəf gəldikdə silahı Qorxmazda görmüşdür, lakin əvvəllər o, o silahı Qorxmazda görməmiş və toy məclisində olarkəndə o Qorxmazda silah görməmiş və toy məclisində silahdan istifadə edilməmişdir. Qorxmaz hadisə ilə onu bildirmişdir ki, onu bu hadisənin olmasına məcbur etmişlər, yəni Sərvər, Sərvan və Anarın onu təkliyərək döyməsinə görə.Burda verdiyi ifadəsini özü tam sərbəst bir formada verir. O yalan ifadə vermir, danışdıqları hamısı həqiqətdir. Qorxmaz avtomaşında silah çıxartmayıb.Müstəntiqin işi düzgün aparmaması ilə əlaqədar sənədlərin surəti onda var. Sərvər Qorxmazdan nəyə görə “mənim qardaşımı vurmusan deyə soruşduqda,” Qorxmaz haqq etdi ona görə vurdum dedikdə, Sərvər Qorxmaza kəllə ilə vurmuş və Qorxmaz yerə yıxılmış, bundan sonra Sərvər, Sərvan və Anar, Qorxmazı yerdə uzanıqlı olduğu vəziyyətdə təpiklə vurmağa başlamışlar. Qorxmazı yerdə təpiklə vurarkən o evə girmiş deyə hadisənin ardını görməmiş, sonradan evdə olarkən bir dəfə atəş səsi eşitmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhər Xəzər Rayon Prokurorluğunun hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokolundan görünür ki, daxil olmuş məlumat əsasında hadisə yeri hesab edilən Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Maşınqayırma» pansionatında Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi əraziyə baxış keçirilmiş; fotocədvəllər protokola əlavə olunmuşdur (01-ci cild, 02-07-ci vərəqlər). İş materiallarındakı Bakı şəhər Xəzər Rayon Prokurorluğunun şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2018-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə, saat 0300-da tutulmuşdur (01-ci cild, 25-26-cı vərəqlər). İş materiallarındakı Bakı şəhər Xəzər Rayon Prokurorluğunun götürmə aparılması və baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd açıq-göy rəngli uzunqol köynək, bir ədəd göy rəngli cins şalvar götürülərək qablaşdırılmış; foto cədvəllər protokola əlavə olunmuşdur (01-ci cild, 40-41-ci vərəqlər). İş materiallarındakı Bakı şəhər Xəzər Rayon Prokurorluğunun götürmə aparılması və baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokolundan görünürki, X7 hadisə vaxtı əynində olmuş, tamlığı pozulmuş vəziyyətdə bir ədəd boz rəngli uzun qol köynək götürülərək qablaşdırılmış; fotocədvəl protokola əlavə olunmuşdur (01-ci cild, 46-48-ci vərəqlər). İş materiallarındakı Bakı şəhər Xəzər Rayon Prokurorluğunun təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2018-ci il tarixli qərarından görünürki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (01-cicild, 73-ci vərəq). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 4(003)-325/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (01-ci cild, 92-ci vərəq). İş materiallarındakı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyə tvəsiqələrinin surətlərindən görünürki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Simarə, xx.xx.2013-cü il təvəllüdlü Cəsur, xx.xx.2015-ci il təvəllüdlü Cavidan adlı üç az yaşlı uşağı var (01-ci cild, 146-148-ci vərəqlər). İş materiallarındakı Bakı şəhər Xəzər Rayon Prokurorluğunun meyitə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokolundan görünürki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X19 rayon Şöbəsinin meyitxanasında X7 meyitinə baxış keçirilmiş; foto cədvəllər protokola əlavə olunmuşdur (01-ci cild, 153-159-cu vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X19 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1008 nömrəli ekspertrəyindən görünürki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət – alının əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun 26 saylı X5 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2018-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir (01-ci cild, 194-195-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X19 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1004 nömrəli ekspert rəyindən görünür ki, X6 bədənində aşkar edilmiş xəsarətlər – alt çənənin sıyrığı və qançırı əşya (əşyalar) təsirindən töənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən iki-üç gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir (01-ci cild, 197-198-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X19 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1029 nömrəli ekspert rəyindən görünür ki, Şahid4 bədəni üzərində travma almasını göstərən hər hansı bir xəsarət aşkar edilmədi (01-ci cild, 200-201-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X19 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1030 nömrəli ekspert rəyindən görünürki, Şahid2 Rafael oğlunun bədəni üzərində travma almasını göstərən hər hansı bir xəsarət aşkar edilmədi (01-ci cild, 203-204-cü vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X19 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2018-ci il tarixli 1005 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyənin əzilmiş yarası, almacıq nahiyəsinin, burunun sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixə və şəraitə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyənin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də, ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; almacıq nahiyəsinin, burunun sıyrıqları isə istər birlikdə, istərsə də, ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir (01-cicild, 206- 208-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X19 rayon Şöbəsinin canlı şəxsin ekspertizasınadair xx xxxxxx 2018-ciiltarixli 150 nömrəli ekspert rəyindən görünürki, mərhum X7 meyitində sol gicgah nahiyəsinin kəllə boşluğuna keçməyən kor odlu silah-güllə yarası, onurğa sütunu Vİ-Vİİ (C6-C7) boyun və İ-İİ (Th1- Th2) döş fəqərələri səviyyəsində onurğa kanalına nüfuz edən və onurğa beyinin zədələnmələri ilə müşayiət olunan odlu silah-güllə yaraları aşkar edildi. Qeyd olunan xəsarətlər odlu silahdan açılmış azı iki atəşin təsirindən xx.xx.2018-ci il tarixdə 26 saylı X5 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2018-ci il tarixdə və şəraitdə əmələ gəlmələri istisna olunmur, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X20 ölümünə bilavasitə səbəb onurğa kanalına nüfuz edən və onurğa beyinin zədələnməsi ilə müşayiət olunan odlu silah-güllə yarası nəticəsində yaranmış baş beyin və onurğa beyinin ödemi olmuşdur. X20 ölümü xx.xx.2018-ci ildə, saat 2220-də Neyrocərrahlıq Xəstəxanasında baş vermişdir (stasionar xəstənin 2266 saylı tibbi kartasına əsasən). Hansı ki, ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən inkar edilmir. X20 adına tərtib edilmiş tibbi sənədlərdə odlu silah yaralarından başqa digər hər hansı bir xəsarətlərin olmaması barədə qeydiyyat aparılmamışdır. X20 meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. X20 adına Respublika 26 saylı X3 ambulator xəstələrin qəbulu jurnalında və Neyrocərrahlıq Xəstəxanasında tərtib olunmuş stasionar xəstənin 2266 saylı tibbi kartasında xəstəxanaya daxil olarkən sərxoş olub-olmaması barədə qeydiyyat aparılmamış; fotocədvəllər ekspert rəyinə əlavə olunmamışdır (01-cicild, 244-250-ci vərəqlər). İş materiallarındakı Bakı şəhər Xəzər Rayon Prokurorluğunun təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx xxxx 2019-cu il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və müəyyən edilmişdir ki, onun təqdim etdiyi yerlər və şərait ifadəsində göstərdiyi hallar və hadisə yerinin müayinəsi zamanı aşkar edilmiş hallarla və yerlərlə üst-üstə düşür; fotocədvəllər protokola əlavə olunmuşdur (02-ci cild, 14-19-cu vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair xx xxxxxx 2019-cu il tarixli 85/2019 MTKŞ nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş X13 məxsus alt köynəyin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, uzunqol köynək və qısaqol köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır (02-ci cild, 21-22-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair xx xxxxxx 2019-cu il tarixli 115/2019 MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinəəsasən). X7 ABO sistemi üzrə qrup göstəricisi: Abeta (H)/İİ/. Ekspertizaya təqdim edilmiş Sərvər Quliyevə məxsus boz rəngli köynək, Təqsirləndirilən şəxs məxsus cins şalvar, göy rəngli qısaqol köynək, bir ədəd uzunqol köynək, bir ədəd pambıq topası üzərində olan ləkələrdə kişi genetik cinsinə mənsub insan qanı aşkar olunmuş, həmin ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» və «H» antigenləri alınmış, aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən də Sərvər Quliyevə və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa və qanında müşahidəçi «H» antigeni varsa) (02-cicild, 24-28-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks-ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 172 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti situasiya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, kobudluq, eqosentrizm, emosionallıq, tənqidə və təhqirə qarşı həssaslıq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, cinayət əməlini törətməzdən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər-hansı bir dəyişiklik yaranmamış, psixi-emosional sferasında hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində aqressivlik əlamətləri müşahidə olunmadı və o, hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (02-cicild, 46-48-civərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cuiltarixli 3160 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli revolverdir, yivsiz odlu silahdır, tətiyini çəkmədən atəş açılmır, atəş açmaq üçün yararlıdır; dörd ədəd patron Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli (T0Z-8, T0Z- 16, T0Z-17, T0Z-8M, T0Z-18 və sair) yivli idman ov tüfənglərində, (T0Z-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG- 5, AR-7 və sair) karabinlərində və sair silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Həmin patronlardan istifadə etməklə tədqiqata təqdim edilmiş kustar üsulla hazırlanmış revolverdən atəş açmaq mümkündür; üç ədəd giliz Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli (T0Z-8, T0Z-16, T0Z-17, T0Z-8M, T0Z-18 və sair) tüfənglərində, (T0Z-35, İJ-1 və sair) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və sair) karabinlərində və sair silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissəsidir – gilizləridir və tədqiqata təqdim edilmiş kustar üsulla hazırlanmış revolverdən atılmışdır; ekspertiza tədqiqatının dəyəri 96 (doxsan altı) manat təşkil edir (02-cicild, 58-60-cı vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx xxx 2019-cu il tarixli 3058 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (01-ci cild, 68-ci vərəq). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx xxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (02-ci cild, 70-ci vərəq). İş materiallarındakı Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayon sektorunun xx xxx 2019-cu il tarixli 8725 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şuşa rayonundan məcburi köçkün düşməklə ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Maşınqayırma» pansionatında məskunlaşmışdır. (02-ci cild, 74-cü vərəq) İş materiallarındakı Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayon sektorunun xx xxxx 2019-cu il tarixli 124/03 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Maşınqayırma» pansionatında qeydiyyatda olub, onun haqqında Komitənin Xəzər rayon sektoruna şikayət daxil olmamışdır. (02-ci cild, 94-cü vərəq) İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarından görünürki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə həmin Məcəllənin 120.1, 128, 228.1-ci maddələri ilə yenidən ittiham elan olunması, əməlində Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 221-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələrlə barəsində cinayət təqibinin rədd edilməsi; hadisə yerinə baxış zamanı binanın qarşısında asfalt örtüyün üzərində qana bənzər ləkələrdən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş nümunənin, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qısa qol köynək, bir ədəd açıq-göy rəngli uzun qol köynək, bir ədəd göy rəngli cins şalvarın, X7 əynində olmuş, tamlığı pozulmuş vəziyyətdə bir ədəd boz rəngli uzun qol köynəyin, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi bir ədəd revolverin sübut əhəmiyyəti kəsbetdiyindən cinayət işi üzrə sübut kimi tanınmaqla Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılması qərarlaşdırılmışdır. (02-cicild, 97-124-cü vərəqlər) Zərərçəkmiş şəxsin hüquqi varisi X16 maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddia ərizəsi təqdim edərək məhkəmədən Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri səbəbindən dəyən maddiziyan 15.860 (on beş min səkkiz yüz altmış) manat, doğma oğlu X7 həyatdan məhrum edilməsi ilə bağlı güclü stress keçirməklə təxirə salınmaz tibbi müalicəyə 1.500 (bir min beş yüz) manat dəyərində mənəvi zərərin cəmi olaraq 17.360 (on yeddi min üç yüz altmış) manat maddi və mənəvi ziyanın dəyərinin alınıb ödənilməsinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1, 128, 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1, 128, 228.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs X12 öldürmək niyyətinin olmadığı, havaya açdığı atəşin təsadüfi halda Sərvər Quliyevə dəyməsi, xalası Fənar Hüseynovanın sifət nahiyyəsindəki zədənin avtobusda ayağının ilişib yıxılması nəticəsində deyil, oğlu Zərərçəkmiş şəxs onu vurması səbəbindən yaranması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə bu ifadəni özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, onunözünün qismən etirafedici, zərərçəkmiş şəxsin, zərərçəkmişşəxsin hüquqi varisinin, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddisübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış başqa mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsindəiki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal cinayətin odlu silah vasitəsi ilə törədilməsidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X16 tərəfindən Təqsirləndirilən şəxs qarşı ümumilikdə 17.360 (on yeddi min üç yüz altmış) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 187-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354-cü maddəsində göstərilmişdir ki, «məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam vəya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması qərarlarından birini qəbul edir». Məhkəmə hesabedir ki, verilmiş mülki iddia Azərbaycan Respublikası CPM-nin 354cü maddəsinə əsasən baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsin hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı binanın qarşısında asfalt örtüyün üzərində qanabənzər ləkələrdən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş nümunə, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd açıq-göy rəngli uzunqol köynək, bir ədəd göy rəngli cins şalvar, X7 əynində olmuş, tamlığı pozulmuş vəziyyətdə bir ədəd boz rəngli uzunqol köynək məhv edilməli; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi bir ədəd revolver xüsusi müsadirə edilməklə aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi Müseyib oğlunun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 210 (iki yüz on) manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni xx xxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 128, 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X16 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş ümumilikdə 17.360 (on yeddi min üç yüz altmış) manat məbləğində mülki iddia baxılmamış saxlanılsın, zərərçəkmiş şəxsin hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi Müseyib oğlununvəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 210 (iki yüz on)manat köçürülsün. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı binanın qarşısında asfalt örtüyün üzərində qanabənzər ləkələrdən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş nümunə, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd açıq-göy rəngli uzunqol köynək, bir ədəd göy rəngli cins şalvar, X7 əynində olmuş, tamlığı pozulmuş vəziyyətdə bir ədəd boz rəngli uzunqol köynək məhv edilsin; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi bir ədəd revolver aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxsna hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-117/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-117/2020
24.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver