Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-117/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X3 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxsin hüquqi varisi - X8, X2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi2 və X4 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 10 iyun 2019-cu il tarixdə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 05 iyul 2019-cu il tarixdə tutulmuş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1, 221.2.1 və 228.4-cü maddələri, xx xxxxx 1987-ci ildə Yardımlı rayonunun, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 32, mənzil 30-da yaşayan, 10 iyun 2019-cu il tarixdə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 26 sentyabr 2019-cu il tarixdə tutulmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 05 fevral 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi, xx xxxxxx 1998-ci ildə Yardımlı rayonunun, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 32, mənzil 30-da yaşayan, 10 iyun 2019-cu il tarixdə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 03 sentyabr 2019-cu il tarixdə tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 12 sentyabr 2019cu il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 03 fevral 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi, xx xxxx 1981-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Qubadlı şəhərində daimi qeydiyyatda olan və Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, Qaçqın massivində məcburi köçkünlər üçün tikilmiş fərdi evdə yaşayan, 05 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyun 2019-cu il tarixdə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 05 noyabr 2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : 04 iyun 2019-cu il tarixdə tanışlıq münasibətində olan, baxılan cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində yerləşən çayxanalardan birində olan zaman Təqsirləndirilən şəxs1 zəng edən tanışları - baxılan cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 dəvəti ilə həmin gün saat 24 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birlikdə olduqları çayxanadan “Xanə” restoranına gedib, orada Təqsirləndirilən şəxs2, sonuncunun qardaşı Şahid1, taksi sürücüsü kimi fəaliyyət göstərən, baxılan iş üzrə mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2, həmçinin Şahid3 və Şahid4 ilə birlikdə restoranın həyətində, eyni masa arxasında əyləşmişlər. Adı çəkilən şəxslər eyni masa arxasında əyləşdikdən az sonra Təqsirləndirilən şəxs2 masa arxasında əyləşənlərə Zərərçəkmiş şəxs1 əli ilə göstərərək həmin gün qardaşı Şahid1 məxsus mobil telefonunun Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə qaldığını, Zərərçəkmiş şəxs1 həmin telefonu qaytarması ilə bağlı ona zəng etmiş anası Şahid8 ilə telefonda kobud danışdığını bildirmiş, bununla bağlı özünün Zərərçəkmiş şəxs1lə telefonda danışarkən aralarında mübahisə yarandığını və bu zaman Zərərçəkmiş şəxs1 Sumqayıtda yaşayan şəxslərin ünvanına nalayiq ifadələr işlətdiyini, hətta bu hərəkətlərinə görə peşman da olmadığını bildirdirdiyini danışmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 deyilənlərin doğru olub-olmadığını soruşduqda, sonuncu haqqında danışılanları təsdiq etdiyindən sonuncular arasında mübahisə başlamış və həmin vaxt Zərərçəkmiş şəxs1lə birlikdə “Xanə” restoranına gəlib eyni masa arxasında oturmuş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 danışıq formasına «bu nə danışıqdır, ə?» deməklə irad bildirdikdə Təqsirləndirilən şəxs3 masanın üzərində stəkanda olan qaynar çayı qisas almaq və alçaltmaq məqsədi ilə qəsdən Zərərçəkmiş şəxs2 üzünə atıb sonuncuya alın nahiyyəsinin, sol bazu və çiyin nahiyyəsinin yanıq yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai yer hesab olunan “Xanə” restoranında, digər müştərilərin istirahətinin pozulmasına əhəmiyyət vermədən səs-küy salıb, ucadan nalayiq ifadələr işlədərək qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyüb Zərərçəkmiş şəxs1 üst dodağın sol yarısının əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, alın nahiyyəsinin qançırı kimi, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə sağ gicgah nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib bir qrup şəxs halında xuliqanlıq etmişlər. Yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 05 iyun 2019-cu il tarixdə, saat 00:30 radələrində, “Xanə” restoranında bir qrup şəxslə xuliqanlıq cinayət əməlini törətdikdən sonra restoranın önündə dayanarkən orada Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə Zərərçəkmiş şəxs2 arasında yenidən baş vermiş münaqişəni sakitləşdirib orada onlara restorandakı dava ilə əlaqədar yaranmış səs-küyə görə irad tutan ətraf evlərdə yaşayan şəxslərdən üzr istəyib oradan uzaqlaşmaq istədikdə “Xanə” restoranının həyətində baş vermiş əvvəlki xuliqanlıq hadisəsində döyülərək xəsarət almış Zərərçəkmiş şəxs1 hər iki əlində bıçaq tutub onların üzərinə yeridiyini və Zərərçəkmiş şəxs1 əlindəki bıçaqlarla yerə yıxılmış Təqsirləndirilən şəxs3 zərbələr atdığını görüb onları aralaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 ayağı ilə itələyib Təqsirləndirilən şəxs3 oradan qaçmasına şərait yaratdığına görə Zərərçəkmiş şəxs1 bu dəfə onun üzərinə yeridiyindən cibindən aparılmış ibtidai araşdırma nəticəsində əldə edilməsi mümkün olmayan bıçağı çıxararaq bir-birinə zərbələr atan zaman sonuncunun atdığı zərbələrdən sol qolu kəsilib xəsarət aldığına görə hiddətlənib qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs1 onun əlindəki bıçağı təpiklə vuraraq yerə salmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə, naməlum mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi, soyuq silah hesab edilən, zavod üsulu ilə hazırlanmış başqa bir qatlanan tipli ov bıçağını cibindən çıxararaq qəsdən ardıcıl olaraq Zərərçəkmiş şəxs1 həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyyələrinə zərbələr vurub ona döş qəfəsinin ön səthinin sol yarısının orta körpücük xətti üzrə Vİ-Vİİ qabırğarası sahədə, döş boşluğuna nüfuz edən, ürəyin sol mədəciyinin deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, döş qəfəsinin sol yan səthinin ön qoltuq xətti üzrə İX-X qabırğarası sahənin döş boşluğuna nüfüz etməyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yan səthinin orta qoltuqaltı xətti üzrə V-Vİ qabırğarası sahənin döş boşluğuna nüfüz etməyən deşilmiş-kəsilmiş yarası, sağ bud çanaq oynağı nahiyyəsinin 3 ədəd deşilmişkəsilmiş yaraları, sağ baldırın aşağı l\3-nin kəsilmiş yarası, sol qaş nahiyyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin arxa səthinin 3 ədəd, həmin əlin İİİ barmağının iki ədəd kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ mil-bilək oynağı nahiyyəsinin iki ədəd səthi kəsilmiş yarası, həmin əlin İİ barmağının və İİİ barmağının səthi kəsilmiş yaraları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1, 221.2.1 və 228.4-cü maddələrində, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmələri mötəbər və inkar olunması mümkün olmayan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhərində anket məlumatlarında göstərilən ünvanda hadisədən təxminən 3 ay əvvəl ailə qurduğu arvadı X18 ilə birlikdə yaşamışdır. 2000-ci ilin noyabr ayında qəsdən adam öldürmə cinayətinə görə 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən baxılan iş üzrə Təqsirləndirilən şəxs3 ilə tanış olmuşdur. Elşadla tanış olduqdan sonra sonuncunun dini baxışları onun xoşuna gəldiyinə görə o da yaxından ibadətlə məşğul olmağa başlamışdır. Azadlığa çıxdıqdan sonra da Elşadla münasibətini saxlamışdır. Elşadın özünün dost dairəsi olmuşdur ki, o da həmin dairədə olan şəxslərlə yaxın dostluq münasibəti saxlamışdır. Təqsirləndirilən şəxs2 hadisənin mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, ustalıqla məşğul olan qardaşı Məzahir 04 iyun 2019-cu il tarixdə sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxsin avtomobilinə əyləşmiş, avtomobildən düşərkən “Samsung” markalı mobil telefonunu Zərərçəkmiş şəxs1 avtomaşınında unutmuşdur. Həmin ərəfədə də onun anası Şahid8 qardaşı Məzahirə zəng etmiş, zəngə Tahir cavab verib Məzahirin telefonunun onun avtomobilində qaldığını bildirmiş və telefonu yarım saat ərzində Məzahirə qaytaracağına söz vermişdir. Bir müddət sonra isə anası ona (t/şəxs Təqsirləndirilən şəxs2) zəng edərək Məzahirdən narahat olduğunu, sonuncuya zəng etdikdə telefonu başqasının götürdüyünü, telefona cavab verən şəxsin onunla kobud danışdığını bildirmişdir. Bundan sonra o, qardaşı Məzahirin nömrəsinə zəng etmiş, zəngə yenə də Zərərçəkmiş şəxs1 cavab vermişdir. O, Tahirdən telefonu Məzahirə çatdırmamasının, anasına kobud cavab verməsinin səbəbini soruşduqda, Tahir ona da kobud cavab versə də, telefonu yarım saata qaytaracağına söz vermiş, lakin yenə də vədinə əməl etməmişdir. Yarım saat sonra o, təkrarən Tahirə zəng etdikdə sonuncu əsəbləşərək onunla kobud danışmış, səbirli olmağı demiş, telefonu qaytaracağına söz vermişdir. Həmin vaxt o, Məzahirin telefonuna cavab verməsinə və anası ilə koöud danışmasına görə Tahirə iradlarını bildirmişdir. Lakin Tahir onun iradlarını qəbul etməyib əsəbləşmiş, bu söhbətin onun xoşuna gəlmədiyini bildirdikdə, o, həmin gün gecə söhbət etmək üçün «əşya bazarı»nın qarsışında görüşməyi Tahirə təklif etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, görüşərkən Tahirin ona nəsə pislik edə biləcəyindən qorxduğundan, sonuncu ilə söhbət etməyə gedəcəyini Təqsirləndirilən şəxs1 da bildirmiş, yaranmış vəziyyəti ona da danışmışdır. Elə həmin gün, yəni 04 iyun 2019-cu il tarixdə, gecə saat təxminən 23 radələrində o, anasının dayısı oğlu Azərlə birlikdə «əşya bazarı»nın yanına gedib orada Tahirlə görüşüb söhbət etmişdir. Həmin vaxt Tahirin yanında əvvəlcədən tanıdığı və birlikdə 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi Rüstəm adlı şəxs də olmuşdur. Hələ Tahirlə görüşməzdən əvvəl Rüstəm özü ona zəng edərək Tahirin dostu olduğunu bildirdiyindən Rüstəmlə aralarında hər hansı söz-söhbət olmamışdır. Tahir nalayiq ifadələr işlətmiş, hətta «Sumqayıt şəhərinin qadınlarının 90 %-ni belə-belə» etmişəm kimi bir ifadə işlətmişdir. Belə olduqda o, Tahirə “Xanə” restoranına gedib çay içməyi təklif etmiş və onlar birlikdə, yəni Tahir, Rüstəm, Azər və o, birlikdə “Xanə” restoranına getmişlər və o, bu barədə Turalı məlumatlandırmışdır. Onlar “Xanə” restoranında oturub söhbət edərkən saat təxminən 24 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və sonuncunun əmisi oğlu Təqsirləndirilən şəxs4, həmçinin sonuncunun dayısı oğlu Şahid2 birlikdə “Xanə” restoranına daxil olaraq onların masasına yaxınlaşmış və əyləşmişlər. O, “Xanə” restoranına gələnlərdən yalnız Təqsirləndirilən şəxs1 dəvət etmiş, qalanldarını isə Turanın dəvət etdiyini sonradan öyrənmişdir. Onlar çayxanada olarkən qardaşı Məzahir və onun tanışı Fehruz da çayxanaya gəlmiş, lakin başqa bir masada əyləşmiş və çay içməyə başlamışlar. Bir qədər sonra isə Məzahirlə Fehruz gəlib onların masasında əyləşmişlər. Söhbət əsnasında o, Turangilə Zərərçəkmiş şəxs1 Sumqayıt qadınlarının barəsində nalayiq ifadə işlətdiyini, ondarın 90 %-ni belə-belə etdiyini dediyini demişdir. Turan bunun həqiqət olub-olmadığını Tahirdən soruşduqda Tahir eyni sözləri bir daha təkrarlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs3 Tahirlə Rüstəmə tərəf baxaraq “Qədirin xətrinə dəyən, onun s...i yeyir” deməklə nalayiq ifadə işlətmişdir. Rüstəm Elşadın ifadəsinə qarşı əsəbi formada ona “ayıbdı, bu nə danışıqdır ?!” dedikdə Elşad ayağa duraraq stəkanda olan çayı Rüstəmin üzünə atmışdır. Həmin vaxt Tahir əsəbləşərək ayağa qalxıb çaydana əl atmış, lakin o, çaydanı Tahirin əlindən alaraq buna imkan verməmişdir. Bundan sonra ara qarışmışdır. Həmin vaxt onlardan başqa restoranda təxminən 10 nəfər müştəri olmuşdur. Onlar restoranın həyətində təxminən 1-2 dəqiqə mübahisə etdikdən sonra müştərilərin və restoran işçilərinin narazılıq etdiyini görüb hamısı restorandan qaçaraq bayıra çıxmışlar. O, restoranın giriş qapısının önündə Elşadgildən təxminən 5-10 metr kənarda olmuşdur. Həmin vaxt Tahir hər iki əlində xəncərə oxşar bıçaqla qaça-qaça onun yanından keçib Elşadgil tərəfə hücum etmişdir. Tahir əvvəlcə Elşada tərəf bıçaqla zərbə endirməyə cəhd edib onu yerə yıxmış və yerdə olduğunu görüb üzərinə getmişdir. O, (t/şəxs Təqsirləndirilən şəxs2) bu vəziyyəti görüb qorxmuş və 12-ci mikrorayonda “Qubadlıların həyəti” adlanan binaya tərəf qaçmış, orada isə taksiyə minərək Corat qəsəbəsinə anasının yaşadığı bağ evi istiqamətində getmişdir. Coratdakı göz xəstəxanasının qarşısında isə qardaşı Məzahir və onun dostu Azərlə rastlaşmış, Azər onlarla sağollaşaraq çıxıb getmişdir. Həmin vaxt Elşad ona zəng edərək yerini soruşmuş, o, Elşada yerini bildirdikdə, sonuncu onu göz xəstəxanasının həyətində gözləməyi tapşırmışdır. O, bir qədər qardaşı Məzahirlə göz xəstəxanasının həyətində gözlədikdən sonra Elşad, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Şahid2 və Elşadın dostu kimi tanıdığı, lakin heç bir münasibətinin olmadığı Sərvan adlı şəxs birlikdə göz xəstəxanasının həyətinə gəlmişlər. Təqsirləndirilən şəxs1 və Elşad onunla görüşmüş, Turan hadisə törətdiyini, Zərərçəkmiş şəxs1 bıçaqla vurduğunu, lakin onun ölüb-ölmiədiyini bilmədiyini bildirmişdir. Turan gənc olduğunu, adam öldürməyə görə həbs olunacağı təqdirdə həyatının məhv ola biləcəyini, dava-dalaşın onun probleminə görə başlandığını, onun (t/şəxs Təqsirləndirilən şəxs2) əvvəllər həbsdə olduğunu, məhkumluq həyatı yaşadığını, təkrar məhkumluq həyatı yaşamasının çətin olmayacağını demiş, baş vermiş cinayəti Təqsirləndirilən şəxs1 əvəzinə onun boynuna götürməyini ondan tələb etmişdir. O, az fikirləşib, etiraz etməmiş, Turandan bıçağı alıb əlində sıxmış, hadisəni öz üzərinə götürəcəyinə söz vermişdir. Bundan sonra Elşadgil çıxıb getmiş, o isə qardaşı Məzahirlə birlikdə onun və anasının birgə yaşadıqları Coratdakı bağ evinə getmişdir. Evə getdikdən sonra baş vermiş hadisəni anasına danışmış, lakin anası bu təklifə qəti şəkildə etiraz etmişdir. Anası qardaşı Məzahirin ***-***-**-** saylı mobil telefonu ilə dayısı oğlu Şahid2 ***-***-**-** saylı mobil telefonuna “WhatsApp” programı vasitəsi ilə səsli mesaj göndərərək onun kiminsə törətdiyi cinayəti boynuna almayacağını bildirmişdir. Bundan sonra o, Turalın verdiyi həmin bıçağı anasının Corat qəsəbəsində yaşadığı bağla qonşuluqda yerləşən boş sahəyə atmışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, 05 iyun 2019cu il tarixdə hüquq-mühafizə orqanlarının baş vermiş hadisədə iştirak etmiş şəxsləri axtardıqlarını öyrəndiyinə görə Sumqayıt şəhər Polis idarəsinin 1-ci Polis bölməsinə gedərək təslim olmuş, hadisənin 05 iyun 2019-cu il tarixdə, saat təxminən 01 radələrində Sumqayıt şəhərində, 12-ci mikrorayonda yerləşən “Xanə” restoranının həyətində və girişinin önündə baş verdiyini, hadisə vaxtı Tahirin əlində bıçaq olduğunu gördükdən sonra ehtiyat edərək oradan qaçıb getdiyini, kimin kimə xəsarət yetirdiyini və ya öldürdüyünü görmədiyini bildirmişdir. O, baş vermiş hadisədə ancaq savaşanları ayırmaq istəmiş, kimin kimi vurduğunu dəqiq olaraq görməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadəsinin davamında göstərdi ki, hadisədən sonra Təqsirləndirilən şəxs3, Şahid2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 birlikdə onun yanına gəlib Təqsirləndirilən şəxs3 ondan Turanın əvəzinə cinayəti boynuna almağı istəməsi, özünün şübhəli şəxs qismində tutulması, lakin Elşadgilin özlərinin qaçıb aradan çıxmaları, cinayətin onun boynunda qala biləcəyi onu əsəbləşdirmiş və ona görə də o, əsasən də Elşadın əleyhinə qərəzli ifadələr verib onun əlində bıçaq gördüyünü, Şahid2 davada iştirak etdiyini bildirmişdir. Əslində o, restoranın daxilindəki dava zamanı hər hansı bıçaqdan, yaxud digər əşyadan istifadə edilməsini, Elşadın əlində isə bıçaq olmasını görməmiş, Şahid2 davada ümumiyyətlə iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs1 necə, hansı şəraitdə Zərərçəkmiş şəxs1 bıçaqla vurmasını, neçə bıçaq tətbiq etməsini, onu hansı üsulla öldürülməsini, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 hücum anını görməmişdir. Restoranın həyətində isə davada Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirak etmişlər. Hadisə zamanı Tahirlə Rüstəm onu vurmağa çalışsalar da, buna nail ola bilməmiş, o, hər hansı xəsarət almamışdır. Onun qardaşı Məzahir, sonuncunun dostları Azərlə Fehruz nə restoranın daxilində, hər hansı mübahisə və ya davada iştirak etməmişlər. Rəşid adlı şəxsi hadisə zamanı restoranın həyətində və ya eşiyində görməmiş, belə bir şəxs barədə onun göstərdikləri reallığı əks etdirməmişdir. Cinayət işinə məhkəmə baxışı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.2.1 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 04 iyun 2019-cu il tarixdə, saat 23 radələrində tanışı, baxılan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və sonuncunun əmisi oğlu Təqsirləndirilən şəxs4 ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Heydər parkı”nda gəzərkən “Xanə” restoranın yanındakı çayxanaya getmişlər. O, Elşad və Turanla boks məşqlərində tanış olmuş və münasibətləri yaranmışdır. Orda çay içərkən dostu, baxılan iş üzrə digər Təqsirləndirilən şəxs2 ona zəng etmiş, onunla görüşüb dərdləşmək istədiyini bildirmişdir. O, Qədirə oturduqları çayxananın artıq bağlanmaq üzrə olduğunu bildirmiş və Qədirə yaxınlıqdakı “Xanə” restoranına gəlib orada görüşməyi təklif etmişdir. Həmin vaxt Qədir də həmin restorana getdiklərini dediyindən, o da Elşad və Turanla birlikdə “Xanə” restoranına getmişdir. Təqsirləndirilən şəxs2la o, Sumqayıt avtovağzalında çayxanada tanış olmuş, Qədirin məhkumluq həyatı yaşadığını öyrənmişdir. Məhkumluq həyatı yaşayan şəxslərə hörməti olduğuna görə Qədirə də hörmətlə yanaşmışdır. Amma Qədir ona nə üçün dərtləşmək istədiyini, kiminlə olduğunu deməmişdir. Qədirin dəvətinə əsasən gedib “Xanə” restoranına daxil olarkən Qədirin, onun qardaşı Məzahirin, onların da yanında əlavə olaraq 4 nəfər şəxsin masa arxasında oturduqlarını görmüş və onlar da yaxınlaşıb həmin masanın ətrafında əyləşmişlər. Həmin vaxt çayxanada olan Ruslan adlı tanışı da onları görüb onlarla görüşmüş və qaynanasının avtomobildə onu gözlədiyini bildirib, çıxıb getmişdir. Ruslan getdikdən sonra Qədir onlarla eyni masanın arxasında oturmuş Zərərçəkmiş şəxs1 göstərib onun Sumqayıt şəhərinin 90 faizini biədəb formada təhqir etdiyini, yəni 90 faizini «belə-belə» etdiyini dediyini, onun (Təqsirləndirilən şəxs2) anası ilə də telefonda kobud danışdığını demiş, hətta buna görə peşman olmadığını dediyini bildirmişdir. Qədirin sözlərinin doğru olub-olmadığını öyrənmək məqsədilə o, Tahirə müraciət etmiş, Tahir də Qədirin dediklərini təsdiq etmiş, yaxşı etdiyini demiş və hətta etdiyi hərəkətlərə görə peşman olmadığını bildirmişdir. Həmin vaxt o, Tahirə iradlarını bildirmiş, düz hərəkət etmədiyini demiş, ondan nə həyatda nə üçün yaşadığını, amalının nə olduğunu, müsəlman olub-olmamasını soruşduqda, Tahirin yanında oturan, həmin vaxt tanımadığı, adının Rüstəm olmasını sonradan öyrəndiyi şəxs onun iradlarına görə kobud formada “bu nə danışıqdı ə, danışırsan?” demiş, 7 il srok yatdığını, yəni 7 il azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini demişdir. Həmin vaxt o, Rüstəmə “pis danışan sizsiniz, mən kişi kimi yaşamışam, heç kimin ixtiyarı yoxdur ki, Sumqayıtın 90 faiz əhalisini təhqir edib, dostumun anası ilə kobud danışsın” deməklə cavabını vermişdir. Bu vax Elşad əsəbləşib stəkanda olan çayı götürüb Rüstəmin üstünə atmışdır. Həmin vaxt Tahir masanın üzərindən çayniki götürüb onlara tərəf atmaq istədikdə o, təpiklə masanı Tahirə tərəf itələmiş, masa Tahirə dəymiş, o, yıxılmış və çaynik Tahirin əlindən yerə düşmüşdür. Tahir ayağa qalxıb onun üstünə gəldikdə, o, Tahiri təkrarən təpiklə vurmuş, Qədir isə sol yumruğu ilə Tahiri vurmuşdur. Tahir güləşçi olmuş, çəksi isə təqribən 130 kq olmuşdur. Tahir onun üstünə gəlmiş, onun ayaqlarına girib onu yıxmaq istəmişdir. Lakin o dizi ilə Tahirin alnına vurmuş və sonuncu yıxılmışdır. Artıq Tahir yıxıldıqdan sonra hamı restorandan çıxmışdır. O, küçəyə çıxdıqda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Rüstəmlə sözlə mübahisə etdiklərini görmüşdür. O, yaxınlaşıb onları qucaqlamış, Tahiri təpiklə vurub yıxdığını demiş, çıxıb getməyi təklif etmiş, başqa problem yaratmağın lazım olmadığını bildirmişdir. Bundan sonra Rüstəm qaçıb getmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Rüstəm qaçıb getdikdən sonra “Xanə” restoranının qarşısında təqribən 10 nəfər cavan oğlan, mikrorayon uşaqları ona yaxınlaşaraq səs-küy salmalarını onlara irad tutmuşdur. O, həmin şəxslərdən üzr istəmiş, haqlı olduqlarını bildirmiş, söyüş söyüldüyü üçün dava etdiklərini etiraf etmiş və getmələrinə icazə vermələrini xahiş etmişdir. O, həmin şəxslərlə söhbət edərkən Elşadla Qədir də onun yanında olmuşlar. Mikrorayon uşaqları onun dediklərini anlayışla qəbul etmişlər. Onlar yolun ortasında olmuş, yolun kənarında da maşınlar saxlamışdı. Həmin vaxt ətrafda olan şəxslər hamısı dağılışıb getmiş, orada o, Qədir və Elşad qalmışdır. Gedənlər heç 5-6 metr aralanmamış, arxadan yəni “Xanə” restoranından nərilti səsi gəlmiş, səsə dönüb baxarkən Tahirin hər iki əlində xəncər tipli bıçaqla sürətli addımlarla söyüş söyə-söyə onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt o, qabaqda, Qədir ondan arxada, Elşad isə Qədirdən arxada dayanmışdır. Bunu görən Elşad qorxusundan arxaarxaya getməyə başlamış və ayağı harasa ilişib yıxılmışdır. Həmin vaxt o, Tahirin onun üstünə gələcəyini fikirləşqsə də, lakin Tahir Elşadın yıxıldığını görüb onun üstünə getmiş, Elşada bıçaq zərbələri atmağa başlamış və əlindəki bıçağı Elşadın boğazına atmışdır. Amma o, tez təpiklə Tahiri arxadan kürəyindən vurub itələmiş, Tahir Elşadın üzərindən fırlanıb yerə yıxılmışdır. Lakin həmin bıçaq zərbələrinin Elşada dəyib-dəymədiyini o, görməmişdir. Həmin vaxt Elşad onda da bıçaq olmadığını fikirləşib oradan qaçmış, o, qaçana qədər isə Qədir artıq qaçıb getmişdir. Oratada onun tək qaldığını görən Tahir istiqaməti ona tərəf götürüb bıçağı ona tərəf fırlatmağa başlamışdır. O, Tahirin azğınlaşdığını, onu öldürə və ya ən azı ağır xəsarət yetirə biləcəyini görüb onun qarşısını almaq məqsədilə Tahirin üzərinə getmiş, onu vurub nakauta salmaq istəmişdir. Lakin Tahir bıçağı ona tərəf hərəkət etdirib onu vurmaq istəmiş, həmin an bıçaqdan yayınsa da, bıçaq onun qoluna dəyib, qolunu kəsmişdir. Ardınca Tahir bıçaqla onun qarnından vurmaq istədikdə, bıçaq onun köynəyini kəsmiş, qarnını cızmışdır. Qolu qanamış, qan köynəyinə töküldüyündən bıçağın onun qarnına dəydiyini fikirləşmişdir. Bıçaqlandığını düşünüb özünü müdafiə etmək üçün belindəki kəmərinə bərkitdiyi açıq-qəhvəyi rəngli, açılıbqatlanan nazik bıçağı məcburiyyət qarşısında çıxararaq Tahirə bir neçə ardıcıl bıçaq zərbələri vurmuşdur. Uşaqlıqdan bıçaq oynatmaq onun hobbisi olduğundan həmişə üstündə bıçaq gəzdirmişəm. Elə həmin vaxt onun üzərində iki bıçaq olmuşdur. Vurulmasına baxmayaraq Tahir əlindəki bıçaqlarla onun üstünə gəldiyindən o, eyhtiyyat edib arxa-arxaya gedib bir maşına dirənmiş, heç hara qaça bilməyib orada qalmışdır. Tahir bıçaqla ona hücum edib vurmaq istədikdə, o da əlində bıçaqla müdafiə olunmuş, bıçaq zərbələrindən yayınmağa çalışmışdır. Belə olduqda, Tahir ona təpik atmış, onun atdığı təpiklərdən biri onun bıçaq olan əlindən tutmuş və əlindəki bıçaq çıxıb yerdə harasa düşmüşdür. Tahir onun əliyalın olmasını görüb, vurulmasına baxmayaraq ona bıçaqlı zərbələrini davam etdirmişdir. Tahirin onu vurub öldürməyincə əl çəkməyəcəyini görüb, qorxduğundan və məcburiyyət qarşısında cibində saxladığı digər açılıb-qatlanan, dəstəyi qara rəngli, üzərində ağ naxışlar olan bıçağı çıxardıb Tahirə xəsarət yetirməyə davam etmişdir. Həmin vaxt həyəcanlı olduğundan xəsarətlərin yerini və dəqiq sayını bilməmişdir. O Tahirə çoxsaylı bıçaq xəsarətləri yetirdikdən sonra sonuncu yıxılmışdır. O, artıq Tahirin ayağa durmaqda çətinlik çəkdiyini, xırıldadığını görüb, arxa-arxaya gedərək hadisə yerindən uzaqlaşmağa başlamışdır. O da Tahiri vurduğu sonuncu bıçağı, yəni açılıbqatlanan, dəstəyi qara rəngli, üzərində ağ naxışları olan bıçaq qatlayaraq cibinə qoymuş, göz gəzdirib yerə düşən birinci bıçağı axtarmış, lakin tapa bilməyib qaçıb oradakı binaların arasına girmişdir. Orada qolunun qanını yuduqdan sonra özünə məxsus əvvəlinin 055686 ilə başlayan, lakin sonunu xatırlamadığı mobil nömrə ilə Elşada zəng edərək onu orada qoyub qaçmalarının səbəbini soruşmuş və harada olmaları ilə maraqlanmışdır. Elşad isə ona 41-ci məhəllədə yerləşən dayanacağa gəlməyi ona demişdir. O, maşını və sürücüsünü tanımadığı taksi ilə dərhal 41-ci məhəlləyə dayanacağa gedib orada Elşad və Turanla görüşmüş, onlara Qədirin onu restorana dərtləşmək üçün çağırdığını hadisənin məhz ona görə baş verdiyini, Qədiri tapıb ona sözünü demək istədiyini bildirmiş və Elşaddan onu Qədirin evinə aparmasını tələb etmişdir. Elşad ona Qədirin evini təxmini tanıdığını bildirdikdə, o, təkid etmiş, yoldan keçən sürücüsünü tanımadığı, dövlət qeydiyyat nişana və markasına fikir vermədiyi ağ rəngli maşınla Qədirin evinə getmişlər. Evi tapa bilmədikləri üçün Qədirin qohumu Ruslana zəng etmiş və Corat qəsəbəsində Qədirgilin evi tərəfdə görüşmüş, Ruslanla birlikdə Qədirgilin həyətinə girmişlər. Qədirin anası Ruslanın qabağına çıxaraq hay-küy salmış, Qədirin evdə olmadığını, başına bir iş gəlib-gəlmədiyini soruşmuşdur. o O, Qədirin evdə olmadığını görüb ona zəng etmiş, lakin sonuncunun telefonu sönülü olmuşdur. Ruslan Qədirin anası İlhamə xaladan Məzahirin nömrəsini götürmüş və bundan sonra onlar çölə çıxmışlar. Bundan sonra o, Məzahirə yığmış, Məzahirlə danışarkən sonuncu Qədirlə birlikdə göz xəstəxanasının yanında olduqlarını bildirdiyindən onlar göz xəstəxanasına getmişlər. Ruslan Qədirgillə münasibətinin soyuq olduğunu deyərək çıxıb getmiş, o isə taksidən tək düşüb Qədirgilə yaxınlaşmış, Elşadla Turandan isə kənarda dayanmalarını istəmişdir. Taksi sürücüsünün isə əvvəlcədən heç nədən xəbəri olmamışdır. O, Qədirlə görüşdükdən sonra ona iradını bildirmiş, hadisənin ona görə baş verməsini demiş və hadisəni qısaca danışıb ondan təcili Tahirin ölübölməməsini öyrənməsini istəmişdir. Həmin vaxt Qədir ona hadisədən sonra Tahirin durub özünün çıxıb getdiyini, yaxşı olduğunu bildirmişdir. O, təkid etdikdə, Qədir onun tanımadığı kiməsə zəng vurmuş və həmin şəxs Tahirin öldüyünü bildirmiş, hətta həmin şəxs özünün də hadisə yerində olduğunu demişdir. Bundan sonra o, özü də kimisə öldürdüyünə görə vicdan əzabı çəkmiş, nə edləcəyini bilməmiş və Qədirə “qardaş, məni çağırdın dərdləşək, gəldim, sənə görə bu hadisə baş verdi, mən heç vaxt türmədə yatmamışam, sən isə 16 il yatmısan, mənə başa sal görüm mən neyləməliyəm?” demişdir. Qədir isə hadisənin də ona görə baş verdiyini təsdiqləmiş və ondan hadisə törədilən bıçağın harada olduğunu soruşmuşdur. O da cibindəki bıçağı çıxarıb Qədirə vermişdir. Qədir bıçağın qanlı olduğunu görüb götürmüş, əllərində sıxmış və hadisəni özünün törətdiyini boynuna götürəcəyini demişdir. X20 da yanına çağıraraq əvvəllər məhkumluq həyatı yaşadığını, ona görə də onun törətdiyi əməli öz boyuna götürəcəyini onlara da demişdir. O, Qədirlə söhbət edərkən Məzahir də əvvəldən axıradək onların yanında olmuşdur. Bundan sonra o, Elşad və Turan taksi ilə mikrorayona qayıtmışlar. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, onlar Qədirdən ayrıldıqdan sonra olduqları avtomobillə Sumqayıt şəhərinin 17-ci mikrorayonuna getmişlər. Orada o, Turan və Elşadla sağollaşaraq onların yanından ayrılmış, naməlum ağ rəngli, “Hyundai” markalı taksi saxlayıb evə getmişdir. Həmin vaxt evdə heç kəs olmamışdır. Evdə olarkən Qədirin, onsuz da cinayəti boynuna alacağını fikirləşmiş, ölkədən çıxıb bir müddət İran İslam Respublikasına getməyi, ara sakitləşəndən sonra isə geri qayıtmağı planlaşdırmışdır. Bu məqsədlə evdə olan 1000 manat pulunu və xarici passportu götürmüş, evdən çıxmazdan əvvəl hadisə vaxtı əynində olan qara rəngli qısaqol futbolkanı sellofana büküb aparıb həyətdəki zibil yeşiyinə atmış və həyətdəki “Hyundai” markalı taksiyə əyləşərək Sumqayıt şəhərinin çıxışı istiqamətində getmişdir. “Dədə Qorqud” restoranına çatdıqda avtomobili saxlatdırmış və yerə düşərək Ruslanın hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib baş vermiş hadisəyə görə istintaqa cəlb oluna biləcəyini bildirib sonuncudan halallıq istəmiş, ona İrana getmək istədiyini bildirərək onunla birlikdə gedib bir müddət sonra qayıtmağı onlara təklif etmişdir. Ruslan onun təklifini qəbul edib, onu da gözləməyini tapşırmışdır. Təxminən 15-20 dəqiqə sonra Ruslan da gəlib avtomobilə minmiş və onlar Müşfiq qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Yolda Sumqayıt şəhərinin çıxışında yenidən avtomobili saxlatdıraraq Elşada zəng vurmuş, eyni sözləri Elşada da deyərək ondan halallıq istəmiş, birlikdə İrana getməyi ona da təklif etmişdir. Elşad da onun təklifi ilə razılaşaraq onu gözləməyi xahiş etmişdhir. O, Elşadı avtomobildə Stansiya-Sumqayıt qəsəbəsində, körpünün altında gözləmiş və bir neçə dəqiqə sonra Elşad əmisi oğlu Təqsirləndirilən şəxs4 ilə birlikdə gəlmiş və onlar birlikdə Biləsuvar rayonu istiqamətində hərəkətə başlamışlar. Biləsvur sərhəd-keçid məntəqəsinə çatıb saat təxminən 9 radələrində o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Şahid2 birlikdə İrana keçmişlər. İranda olarkən Ruslan hadisədən sonra Qədirin anasının Ruslana “Whatsapp” vasitəsilə səsli sms ataraq Qədirin cinayəti boynuna almayacağını dediyini və Elşaddan həmin cinayəti boynuna almasını tələb etdiyini demiş və onlar həmin sms-ə qulaq asmışlar. Elşad isə əsəbləşərək onun hadisəyə heç bir aidiyyətinin olmadığını bildirmiş, ona birlikdə Ukraynaya getməyi təklif etmiş, lakin o, əvvəllər Ukraynanın Odessa şəhərində 6 ay yaşadığını və sonradan inzibati cəriməni ödəmədiyinə görə deportasiya edildiyini bildirərək Elşadın təklifi ilə razılaşmamışdır. O, Ərdəbil şəhərinə gedib bir neçə gün orada mehmanxanalarda qaldıqdan sonra Türkiyə Respublikasına keçmiş və İğdırdan İstanbul şəhərinə getmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, İstanbul şəhərində bir neçə gün qaldıqdan sonra o, Azərbaycana qayıdıb təslim olmağı qərarlaşdırmışdır. Bu məqsədlə o, 04 iyul 2019-cu il tarixdə İstanbul hava limanına gedərək orada axtarışda olduğunu bildirmiş, orada ona uçuşa icazə verilmiş, özü təyyarə ilə Azərbaycana gəlmiş və 05 iyul 2019-cu il tarixdə Heydər Əliyev adına hava limanına endikdən sonra özü polis əməkdaşlarına yaxınlaşaraq təslim olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsinin yekununda göstərdi ki, O, uşaqlıqdan üzərində bıçaq gəzdirmiş, bıçaq gəzdirmək onun xobbisi olmuş, bıçaqla yaxşı davranmağı öyrənmiş, buna xüsusi həvəsi olmuşdur. Tahir güclü güləşçi olmuş, dəfələrlə çempionluğu olmuş, hadisədən əvvəl də, Tahirin barəsində məlumatlı olmuşdur. Tahir fiziki cəhətdən çox güclü olduğuna və əlində iki ədəd xəncərtipli bıçaqla ona hücum etdiyinə görə özünü müdafiə etmək məqsədi ilə onu bıçaqla vurmuşdur. Əvvəlcədən bıçaq çıxarmaq, Zərərçəkmiş şəxs1 öldürmək kimi bir niyyəti olmamışdır. Restoranın içərisindəki davadalapşdan sonra o, çıxıb getmək istəmiş, hətta onlara irad tutan məhəllə uşaqlarından üzr belə, istəmişdir. “Xanə” restoranının həyətindən çıxdıqdan sonra Tahir əlində iki ədəd xəncərtipli bıçaqla onlara hücum etmiş, ona bıçaq xəsarətləri yetirdikdən sonra o, bıçaq çıxartmaq, özünü müdafiə etmək məcburiyyətində qalmışdır. O, hadisənin gedişatında daha çevik tərpənmiş, Tahirin çəkisi çox olduğundan o, Tahirdən daha cəld olmuş, Tahirin zərbələrindən daha bacarıqla yayına bilmişdir. Hadisə zamanı sol qolunun bilək hissəsindən kəsik xəsarəti, qarnından isə cızıq xəsarəti almışdır ki, həmin xəsarətləri Tahirin onu bıçaqla vurması nəticəsində almış, sol topuğunda və ayağının digər nahiyyələrində isə Tahirin təpiyi nəticəsində xəsarət almış və izləri qalmışdır. Hadisədən əvvəl, hadisə gedişatında və sonra onların yanında Rəşid adlı şəxs ümumiyyətlə olmamışdır. Uşaq vaxtı başından ciddi zərbə aldığından onun psixoloji problemləri olmuş, Bakı şəhərində, Xətai metrosu tərəfdə yerləşən adını xatırlamadığı klinikalardan birində Əliosman adlı həkimin yanında müalicə almış, “Ataraks” adlı dərman qəbul etmişdir. Psixiatrik xəstəliklə əlaqədar qeydiyyatda olmamış, hərbi xidmət zamanı Gəncədə Hərbi Hospitalda psixiatrik müalicə almışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 sərbəst ifadəsində göstərdiyi xüsusatları, yəni hadisəni necə törətdiyini ifadəsi yerində yoxlanılarkən əyani olaraq bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİİ, səh.201-207). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə ərəfəsində özünə məxsus “FORD” markalı avtomobillə yük daşıma xidməti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs4 əmisinin oğlu, eyni zamanda arvadının qardaşıdır. Təqsirləndirilən şəxs1 isə boksla məşğul olduğu vaxtdan idman zalından tanımış və həmin vaxtdan dostluq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs2la isə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş və həmin vaxtdan münasibətləri yaranmışdır. Adları çəkilən şəxslərlə münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxsləri tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs3 ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, 04 iyun 2019cu il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək bir nəfər şəxslə telefonda mübasihə etdiyini, həmin şəxsin özünü ona əvvəllər məhkum edilmiş şəxs kimi təqdim etdiyini və axşam aralarıdakı münasibətləri aydınlaşdırmaq üçün onu görüşə çağırdığını bildirmiş, hər hansı mübahisə olacağı təqdirdə gəlib ona kömək edə bilibbilməyəcəyini soruşmuşdur. O, həmin şəxsin Qədirə özünü əvvəllər məhkum edilmiş şəxs kimi təqdim etməsini nəzərə alaraq, həmin şəxsin dostu Qədirə zərər yetirə biləcəyini fikirləşib, hər hansı problem olduğu təqdirdə ona zəng edə biləcəyinə etiraz etməmişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs1 və Turan Dadaşovla birlikdə “Heydər Əliyev” parkında gəzməyə çıxmış, bir az gəzdikdən sonra “Xanə” restoranının yanındakı çayxanada oturub çay içməyə başlamışlar. Saat 24 radələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng etmiş və onunla görüşüb dərdləşmək istədiyini bildirmişdir. Turan ona oturduqları çayxananın artıq bağlanmaq ərəfəsində olduğunu bildirdikdə qarşılıqlı olaraq yaxınlıqdakı “Xanə” restoranında görüşməyə razılaşmışlar. Qədir də həmin restorana gəldiyini demiş və onlar birlikdə “Xanə” restoranına getmişlər. X1 nədən ibarət olacağını açıqlamamış, “Xanə” restoranında kiminlə olduğunu deməmişdir. Onlar restorana daxil olarkən Qədir, əvvəllər tanımadığı, sonradan qardaşı olduğunu öyrəndiyi Məzahir, onların da yanında daha 4 nəfər şəxs olduğunu, onların stol arxasında oturduqlarını görmüşdür. Bundan sonra onlar da yaxınlaşıb həmin stol arxasında əyləşmişlər. Həmin vaxt Qədirlə Məzahirin qohumu Ruslan da çayxanaya daxil olaraq onlarla görüşmüş və Qədirlə Məzahirin də orada olduğunu görüb təxminən 1-2 dəqiqə sonra restoranı tərk etmişdir. Belə ki, Ruslanla qohumları Qədirlə Məzahirin münasibətləri pis olmuş, ona görə də Ruslan onlarla əyləşməmiş və maşında onu gözləyən şəxs olduğunu bildirib restoranı tərk etmişdir. Stola əyləşib oradakı şəxslərlə görüşdükdən sonra Qədir əlini stolda əyləşən, sonradan adının öyrəndiyi mərhum Zərərçəkmiş şəxs1 işarə edərək Tahirin Sumqayıtlıları təhqir edib onların 90 faizini belə belə etdiyini deməsini, onun (Təqsirləndirilən şəxs2) anası ilə telefonda kobud danışdığını danışmış və hətta buna görə görə peşman olmadığını dediyini də bildirmişdir. O, Zərərçəkmiş şəxs1 heç vaxt tanımamış, onunla ünsiyyətdə olmamış və heç bir münasibəti olmamışdır. Tahir tərəfindən deyilməsi bildirilən həmin sözlər ona və stolda əyləşən digər şəxslərə pis təsir etmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 Tahirə müraciət edərək Qədirin dediklərinin doğru olubolmadığını, belədirsə dediyi sözlərə görə peşman olub-olmadığını soruşmuşdur. Tahir danışılan sözlərin doğru olduğunu təsdiq etmiş, dediyi sözlərə görə peşman olmadığını demiş və hətta yaxşı etdiyini bildirmişdir. Turan Hüsynov Tahirə düz hərəkət etmədiyini demiş, ona təkrar-təkrar iradını bildirmişdir. Tahirin bu hərəkətləri onun üçün gözlənilməz olmuş, onu daha da əsəbləşdirmişdir. Belə ki, Tahir bu sözlərindəne onlara dap pay düşmüş, o, həmin sözləri və hərəkəti ilə əxlaqsızcasına masada əyləşən şəxsləri də təhqir etmişdir. Turan Tahirə bir daha iradını bildirdikdə, sonuncunun yanında oturmuş, tanımadığı, sonradan adının Rüstəm olduğunu öyrəndiyi şəxs Təqsirləndirilən şəxs1 kobud formada “bu nə danışıqdı əə, danışırsan?” demişdir. Rüstəm bu sözü dedikdə o, əsəbləşmiş və masanın üzərində stəkanda olan çayı həmin şəxsin üstünə tərəf tullamışdır. Cavabında Tahir stolun üzərindən çaydanı götürüb ona tərəf atmaq istədikdə Qədir sol yumruğu ilə Tahiri vurmuş, Tahir yerə yıxılmış, Turan və Qədir Tahirin üzərinə getmiş və onlar qarşılıqlı dalaşmağa başlamışlar. Həmin vaxt Rüstəm ona qarşı söyüş söyərək üzərinə doğru gəlməyə başladıqda əmisi oğlu Təqsirləndirilən şəxs4 da ona qoşulmuş və onlar birlikdə Rüstəmlə dalaşmış, bir-birilərinə bir neçə yumruq və təpik zərbələri vurmuşlar. Restoranın içərisində ümumi davaları təxminən 1 dəqiqə davam etmişdir. Restoranın işçiləri onlara iradlarını bildirdiklərindən Təqsirləndirilən şəxs4 və o, bayıra çıxmışlar. Həmin vaxt Rüstəm restoranın giriş qapısının önündə yenidən ona qarşı söyüş söymüş və o, əsəbi olduğundan Təqsirləndirilən şəxs4 ilə birgə Rüstəmə daha bir neçə yumruq və təpik vurmuşdur. Bayırda olan şəxslərdən kimsə səs-küyə görə onlara irad tutaraq aralamağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 da restorandan çıxıb onları aralaşdıraraq sakitləşdirmiş və bundan istifadə edən Rüstəm oradan uzaqlaşmışdır. Səs-küyə görə onlara yaxınlaşıb sakitçilik yaratmış və iradlarını bildirmiş kənar şəxslərdən üzr istəyib oradan bir qədər aralanmışlar. Bu vaxt “Xanə” restoranının girişi tərəfdən nərilti səsi gəlmiş, dönüb nərilti gələn tərəfə baxdıqda Tahirin hər iki əlində bıçaq tutmaqla iti addımlarla onlara tərəf gəldiyini görmüşdür. Tahir həmin bıçaqları “Xanə” restoranının mətbəxinə daxil olmaqla götürdüyünü sonradan bilmişdir. Tahirin əllərində bıçaqlar olduğunu görən hər bir kəs qorxudan bir anda ətrafa dağılışmağa başlamış, orada ancaq Təqsirləndirilən şəxs1la o qalmışdır. Tahirin əlindəki bıçaqlarla ona, yaxud Təqsirləndirilən şəxs1 hücum edə biləcəyini dəqiq bilməmiş, odur ki, arxa-arxaya geri çəkilməyə başlamış və həyəcanlı olduğundan ayağı bir-birinə ilişmiş, səndəlləyərək yıxılmışdır. Onun yıxıldığını görən Tahir birbaşa onun üzərinə hücum etmişdir. O, özünü müdafiə məqsədi ilə Tahiri itələyib özündən uzaqlaşdırmağa çalışsa da, Tahir onun boğazına tərəf bıçaq zərbəsi vurmağa cəhd etmişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs1 Tahirə mane olması üçün ayağı ilə Tahiri çiynindən vurmuş və Tahir onun üzərindən aşıb yerə yıxılmışdır. Tahir bir daha ayağa qalxaraq bu dəfə Turanla təkbətək dalaşmağa başlamış və əlindəki bıçaqlarla Turanı vurmağa çalışmışdır. O, Tahirin onu öldürə biləcəyindən qorxaraq ayağa qalxan kimi öz avtomobili istiqamətində qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs1 hər iki əlində bıçaqlar olduğuna görə Təqsirləndirilən şəxs1 da orada qalmayacağını və qaçacağını düşünmüş, sonuncunun Zərərçəkmiş şəxs1lə sonadək dalaşacağını fikirləşməmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 üzərində bıçaq olduğunu bilməmiş, özünü müdafiə edə biləcəyini düşünməmişdir. O, hadisə yerindən qaçdığından Turanın Tahiri bıçaqla vurmasını görməmişdir. Dava zamanı onun özü də bir neçə yerdən xəsarət almışdır. Ona yetirilən xəsarətlər yumruq və təpiklə olmuş, xəsarətlər Rüstəm tərəfindən yetirilmiş, habelə Tahir onun üstünə gələrkən büdrəyən zaman üzərinə yıxıldığından ayağı əzilmiş və ayağından xəsarət almışdır. O, hadisədən sonra çıxıb getmək istərkən ondan bir qədər aralıda Təqsirləndirilən şəxs4 da olduğunu görmüş və sonuncu da gəlib ona məxsus “Hunday” markalı avtomobilə oturmuşdur. Ona məxsus avtomobil hadisə baş verən yerdən təxminən 30-40 metr aralıda vağzal tərəfdə olmuşdur. Həmin vaxt Ruslan da qaçaraq onun avtomobilimə yaxınlaşmış, avtomobilinin əks tərəfdə, yəni “Xanə” restoranın yaxınlığında, girişdən sol tərəfdə, təkər təmiri sexinin qarşısında olduğunu, ora getmək üçün “Xanə” restoranın qarşısından getməli olduğunu bildirmiş, qorxduğunu demiş və avtomobilinə əyləşərək onu avtomobilinin yanına aparıb orada düşürtməyi xahiş etmişdir. O, Ruslana həyəcanlı olduğunu, təcili oradan uzaqlaşmalı olduğuqlarını demiş, əvvəlcə 41-ci məhəllədəki dayanacağa gedib biraz gözləməyi təklif etmiş, sonra onu avtomobilinin yanına qaytarıb düşürəcəyini bildirmiş və oradan üçü birlikdə avtomobillə uzaqlaşmışlar. Ruslan ondan restoranın içində nə baş verdiyini soruşduqda o, restoranın içində dava düşdüyünü bildirmiş, hadisəni təfsilatı ilə danışmamışdır. Avtomobili Sumqayıt şəhərində 41-ci məhəllədə yerləşən dayanacağa sürmüşdür. Orada bir az gözlədikdən sonra Ruslan hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə 12-ci mikrorayona avtomobilinin yanına qayıtmışdır. Orada olarkən Təqsirləndirilən şəxs1 ona zəng etmiş, qaçıb getdiklərini, onu tək qoyduqlarını deyib ona iradını bildirmiş və harada olmaları ilə maraqlanmışdır. O, Turanı 41-ci məhəllədə yerləşən dayanacağa çağırmış və bir neçə dəqiqə sonra Turan tanımadığı taksi ilə 41-ci məhəllədəki dayanacağa, onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs1 ora gəldikdən sonra onu orada qoyub qaçmalarını bir daha onlara irad kimi bildirmiş, Tahirin hücumlarından qorunmaq üçün onu bıçaqla bir neçə dəfə vurduğunu demiş və hadisənin Qədirin ucbatından baş verdiyini deyib onu Qədirin evinə aparmağı ondan tələb etmişdir. O, Qədirin evini təxmini tanıdığını bildirdikdə, Turan təkidlə Qədirin evinə getmək istədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 və ya Təqsirləndirilən şəxs1 özü Sarvan adlı tanışlarına zəng edərək onu olduqları yerə çağırmış, sonuncu ağ rəngli, “Lada Priora” markalı avtomobili ilə gəlib onları Qədirin Corat qəsəbəsindəki evinə tərəf aparmışdır. Yolda evi tapa bilmədiklərinə görə Qədirin qohumu Ruslana zəng olunmuş, Ruslan da Corat qəsəbəsinə Qədirgilin evi tərəfə gəlmişdir. Ruslan özü Qədirin evinə girərək onun anası ilə danışmış, Qədirin anası Ruslanın qabağına çıxaraq hay-küy salıb Qədirin evdə olmadığını bildirmiş, başına bir iş gəlib-gəlmədiyini soruşmuşdur. Turan da Qədirin evdə olmadığını görüb ona zəng etmiş, lakin telefonu sönülü olmuşdur. Ona görə də Ruslan Qədirin anasından Məzahirin nömrəsini almış, Turan Məzahirə zəng etdikdə o evlərinin yaxınlığındakı Göz xəstəxanasının həyətində olduqlarını demişdir. Təqsirləndirilən şəxs3 ifadəsinin davamında daha sonra göstərdi ki, onlar Qədirgilin yerini öyrəndikdən sonra birlikdə Göz xəstəxanasının həyətinə getmiş, ora çatdıqda, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la təkbətək söhbət etmək istədiyini bildirmişdir. Odur ki, onlar Turanla Qədirdən aralıda dayanmışlar. Ruslan həmin vaxt onlara Qədirlə arasının yaxşı olmadığını və çıxıb getmək istədiyini dediyinə görə onlar Ruslanın çıxıb getməsinə etiraz etməmişlər. Taksi sürücüsünün isə heç nədən xəbəri olmamış və həmin vaxt o, avtomobilində oturub gözləmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la bir neçə dəqiqə söhbət etdikdən sonra Qədir onları öz yanına çağırmış, onlara Təqsirləndirilən şəxs1 bıçaqla vurduğu adamın vəziyyəti ilə maraqlandığını, həmin şəxsin vəziyyətinin ağır olduğunu, ölüb-ölmədiyini bilmədiyini bildirmiş, lakin əvvəllər məhkumluq həyatı yaşadığını demiş və ona görə də Turanın törətdiyi əməli öz boynuna götürəcəyinə söz vermiş, Turanın ona verdiyi bıçağı əlinə alaraq Turana narahat olmamasını tapşırmışdır. Həmin vaxt Məzahir onlardan aralıda dayanmışdır. Bundan sonra onlar oradan gəldikləri avtomobillə Sumqayıt şəhəri 17-ci mikrorayona getmiş, Turan avtomobildən düşərək evə gedəcəyini bildirmişdir. Qaynı Turanla o, hadisənin həyəcanına görə təxminən yarım saat Sumqayıt şəhərində 17-ci mikrorayonda yerləşən kafelərdən birinin önündəki skamyada oturmuşlar. Tahirin ölməsi barədə məlumatları dəqiq olmasa da, sonuncunun bıçaqlanması il əlaqədar ölə biləcəyi ehtimalının olduğunu da təqribi bilmişlər. Tahirin səhhəti ilə maraqlandıqda bəziləri Tahirin sağ olduğunu, digərləri isə öldüyünü bildirmişlər. Təqsirləndirilən şəxs3 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs1 gedəndən bir qədər sonrpa ona zəng vurmuş, ona Təqsirləndirilən şəxs2 hadisəni boynuna götürəcəyini söz verdiyini təkrarən xatırlatmış, lakin hadisə vaxtı orada olduqlarına görə onlara problem yarana biləcəyini demiş, ona görə də müvəqqəti olaraq ölkəni tərk etmək istədiyini demiş və ondan halallıq istəmişdir. O, Təqsirləndirilən şəxs1 haqqını halal etdiyini desə də, eyni zamanda Turanın dediyi sözlərin həqiqətə uyğun olduğunu düşünüb, özü də Turanla birlikdə müvəqqəti olaraq ölkədən kənara çıxmaq, daha sonra ara sakitləşdikdən sonra qayıtmaq qərarına gəlmişdir. Odur ki, Turanla danışıb «Stansiya-Sumqayıt» qəsəbəsində görüşmək üçün razılamışlar. Danışıb qurtardıqdan sonra o, qaynı Turanla birlikdə yolüstü xarici passportunu da götürmüş, onları Qədirgilin evinə aparan taksi ilə «Stansiya-Sumqayıt» qəsəbəsinə, Müşviq qəsəbəsi istiqamətində yerləşən körpünün altına getmişlər. Sarvan onları həmin müddət ərzində gözləsə də, ümumilikdə baş vermiş hadisə barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 görüş yerinə Ruslanla birgə gəlmiş, orada Turan onlara Qədirin anasının Ruslanın mobil telefonuna göndərdiyi səs yazısını dinlətdirmişdir. Həmin səs yazısında Qədirin anası Ruslana «Qədir həmin cinayəti boynuna götürə bilməz, çünki o, əvvələr adam öldürməyə görə məhkum olunmuş və bu dəfə ona daha ağır cəza verilə bilər, ona görə də cinayəti Elşad öz üzərinə götürsün və ona kömək edəcək» kimi bir səs yazısı göndərmişdlir. Qədirin anası Turanı tanımamış, lakin onu tanıdığından məhz onun adını çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 baş vermiş hadisəyə, yəni adam öldürməyinə görə onlar da orada olduqları üçün problem yaşaya biləcəklərini demiş, onlara İran İslam Respublikasına gedəcəyini bildirmiş və onlara da onunla birlikdə bir müddət getməyi məsləhət görmüşdür. Onlar da Təqsirləndirilən şəxs1 dediklərinin əsaslı olduğunu, kafeyə Turanla birgə getdikləri, bir-birilərini tanıdıqları üçün gələcəkdə onlara da problem ola biləcəyini düşünüb Turanla getməyə qərar vermişlər. Birlikdə Turanın gəldiyi, xarici markalı, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib Biləsuvar rayonu istiqamətində hərəkət etmişlər. Onlar səhərə yaxın Biləsuvar rayonuna çatmışlar və Təqsirləndirilən şəxs4, Şahid2, Təqsirləndirilən şəxs1 və o, birlikdə İrana keçmişlər. İrana keçdikdən sonra Ukrayna Respublikasına getməyi düşünsələr də, Təqsirləndirilən şəxs1 həmin ölkədən deportasiya olunduğu üçün ora gedə bilməyəcəyini bildirib imtina etmişdir. Odur ki, onlar Turanla sağollaşıb ondan ayrılmış, üçü birlikdə bir neçə gün İranda qaldıqdan sonra piyada sərhəd yolu ilə Türkiyə Respublikasına keçib İstanbul şəhərinə getmiş və orada kirayə ev tutaraq yaşamışlar. Bir müddət sonra yaxınları onun axtarışda olduğunu öyrəndiklərini bildirdiklərindən Azərbaycan Respublikasına qayıtmağa qərar vermiş, aviabilet alaraq 26 sentyabr 2019-cu il tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Pasport yoxlanışı başlamazdan əvvəl DSX əməkdaşına axtarışda olduğunu və təslim olmaq üçün ölkəyə qayıtdığı barədə məlumat vermişdir. Eyni zamanda o, əvvəlcədən qohumlarına Sumqayıt ŞPİ-nin 1-ci PB-nə təslim olmaq üçün ölkəyə qayıdacağı tarix və vaxt barədə məlumat verilməsini xahiş etmişdir. Hava limanında Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşlarına təslim olmuş və polis əməkdaşları onu Sumqayıt ŞPİ-nə aparmışlar. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs3 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild V, səh.288-292). Daha sonra, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nın 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 onun əmisinin oğlu, həm də bacısı Aynurənin əridir. Təqsirləndirilən şəxs1la birgə Sumqayıt şəhərində, 9-cu mikrorayonda yerləşən “Rüstəm” idman zalında boks idman növü üzrə birgə məşq etmiş, tanışlıqları ordan yaranmışdır. Turanla o, mütəmadi olaraq görüşmüş, söhbət etmiş, əylənmişlər. İşdə adı şahid kimi keçən Ruslanı avtobus sürücüsü kimi tanımışdır. el əki, o, hadisədən bir müddət əvvəl Bakı-Sumqayıt avtobus xəttində sürücü işləmiş və eyni xəttdə sürücü işləyən Ruslanla həmin vaxt tanışlıqları yaranmışdır. Təqsirləndirilən şəxs2 isə Ruslanın bibisinin oğlu kimi tanımış, Qədir bir neçə dəfə avtobus dayanacağına Ruslanın yanına gəlib-getmişdir. Təqsirləndirilən şəxs4 ifadəsinin davamında ittihamında ittihamın mahiyyəti üzrə göstərdi ki, 04 iyun 2019-cu il tarixdə axşam radələrində o, Təqsirləndirilən şəxs1la görüşərək Sumqayıt şəhərindəki “Heydər Əliyev” parkında gəzməyə başlamışlar. Bir qədər gəzdikdən sonra Turan Təqsirləndirilən şəxs3 zəng etmiş və sonuncu da onlara qoşulmuşdur. Onlar birlikdə “Xanə” kafesinin yanında yerləşən, hazırda adını xatırlamadığı çayxanaya getmiş, orada bir qədər oturduqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng etmişdir. Turan telefona cavab verib danışıb qurtardıqdan sonra Qədirin ona onunla dərdləşmək istədiyini demişdir. Turan Qədirə oturduqları çayxananın artıq bağlandığını demiş, buna görə “Xanə” kafesinə gəlməsini istəmişdir. Həmin vaxt Qədir də ora getdiklərini Turana bildirmişdir. Qədir Turanla danışarkən onunla hansı mövzuda dərdləşmək istədiyini, restoranda kiminlə birlikdə olduğunu ona deməmişdir. Onlar gecə saat təxminən 24 radələrində birlikdə “Xanə”-yə getmiş və Qədirgilin də bir neçə şəxslə birlikdə həmin restoranda oturduqlarını görmüşdür. Onlar “Xanə” restoranından bir masa arxasında əyləşib çay sifariş etdikdən sonra Qədir əli ilə stolda əyləşən, onun tanımadığı, sonradan adının Tahir olduğunu öyrəndiyi şəxsi, yəni mərhum Zərərçəkmiş şəxs1 işarə edərək onun Sumqayıtlıları təhqir etdiyini və onun, yəni Qədirin özünün anası ilə telefonda kobud danışdığını bildirmiş, Tahirin dediklərinə görə peşman olmadığını dediyini demişdir. Qədirin deməsinə görə Tahir Sumqayıtın 90 faizini belə-belə etdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 sakit tərzdə Tahirə müraciət edərək Qədirin dediklərinin doğru olub-olmaması ilə maraqlanmış, belədirsə, dediyi sözlərə görə peşman olub-olmadığını soruşmuşdur. Tahir cavabında Qədirn dediklərinin doğru olduğunu bildirmiş, dediyi sözlərə görə peşman olmadığını və hətta yaxşı etdiyini demişdir. Belə olduqda, Təqsirləndirilən şəxs1 Tahirə düz hərəkət etmədiyini bildirmiş, ona təkrar-təkrar iradlarını bildirmiş, onun kişiliyə yaraşmayan hərəkətlər etdiyini demiş, bir-iki dini misallar çəkmişdir. Həmin vaxt Tahirin yanında oturmuş, tanımadığı, lakin sonradan adının Rüstəm olduğunu öyrəndiyi bir nəfər Təqsirləndirilən şəxs1 kobud formada “bu nə danışıqdı ə, danışırsan?” sualını ünvanlamış, neçə illər məhbusluqda keçirdiyini demiş, sanki bununla kimisə hədələmişdir. Rüstəm bu sözü dedikdə Elşad əsəbləşərək stolun üzərində olan stəkandakı çayı Rüstəmin üstünə tərəf tullamışdır. Həmin vaxt Tahir masanın üzərindən çaydanı götürüb Elşada tərəf atmaq istədikdə Turan masa qarışıq Tahiri itələmiş, Qədir isə əvvəlcə təpiklə, sonra isə yumruqla Tahiri vurmuş və Tahir yerə yıxılmışdır. Bundan sonra Turanla Qədir Tahirin üzərinə getmiş və onlar qarşılıqlı dalaşmağa başlamışlar. Elə həmin vaxt Rüstəm Elşada qarşı söyüş söyərək onun üzərinə doğru getməyə başladıqda o, Rüstəmin Elşada xəsarət yetirə biləcəyini fikirləşib Elşadla birgə Rüstəmin üzərinə getmiş və onunla dalaşmağa başlamışdır. Elşadla bərabər Rüstəmə bir neçə yumruq və təpik zərbələri vurmuşdur. Rüstəm də cavabsız qalmamış, ona yumruq atmış və dodağını qanatmışdır. İçəridə davaları təxminən 1 dəqiqə davam etmişdir. Restoranın işçiləri araya girib onlara iradlarını bildirdikdə Elşadla o, restorandan bayıra çıxmışlar. Həmin vaxt Rüstəm restoranın giriş qapısının önündə yenidən Elşadla ona söyüş söymüş və Elşad əsəbləşərək Rüstəmə daha bir neçə yumruq və təpik vurmuşlar. Həmin ərəfədə “Xanə” restoranını qarşısında onların tanımadığı bir neçə şəxs Elşadla ona yaxınlaşaraq məhəllə sakinləri olduqlarını bildirmiş, savaşmalarınaı və səsküy salmalarını onlara irad bildirmişlər. O, həmin şəxslərdən onların işlərinə qarışmamalarını istəmişdir. Elə həmin anda Təqsirləndirilən şəxs1 restorandan çıxmış və həmin şəxslərlə bərabər birləşib onları ayırıb sakitləşdirmişdir. Bundan istifadə edən Rüstəm isə oradan uzaqlaşmışdır. O, Turanın restorandan tək çıxdığını görüb Tahirin də artıq restorandan çıxıb getdiyini fikirləşmişdir. Turanla Elşad həmin şəxslərdən səs-küy yaratdıqlarına görə üzr istəyərək çıxıb getmələrinə icazə vermələrini istəmişdir. Elşadgil məhəllə uşaqları ilə söhbət edərkən orada ondan başqa, Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs3 olduqlarını görmüşdür. Orada çoxlu sayda şəxslər toplaşdığından, o, onlardan başqa tanıdığı şəxslərin olduğunu görə bilməmişdir. Onlar məhəllə uşaqları ilə məsələni yoluna qoyub oradan bir qədər uzaqlaşmamış “Xanə” restoranının girişi tərəfdən nərilti səsi gəlmiş, dönüb səs gələn tərəfə baxdıqda Tahirin hər iki əlində bıçaqla onlara tərəf yüyürdüyünü görmüşdür. Tahirin əllərində bıçaqlar olduğunu görən hər bir kəs bir anda qorxusundan ətrafa dağılışmağa başlamışdır. Hamı qaçmağa başlayarkən Elşad yerə yıxılmış və Tahir onun üzərinə cummuşdur. Bu vaxt Təqsirləndirilən şəxs1 dərhal ayağı ilə Tahirin çiynindən itəliyərək onu Elşadın üzərindən yıxmış və bunun nəçticəsində Tahir Elşada xəsarət yetirə bilməmişdir. Tahir yenidən ayağa qalxarkən Elşad da dərhal ayağa qalxmış və onlar Tahirin onların arxasınca düşəcəyini fikirləşib, hər ikisi birlikdə avtovağzal istiqamətində Elşadın avtomobilinə tərəf qaçmışlar. Elşadla o, qaçarkən Turan orada qalmış, lakin Tahirin əllərində bıçaqlar olduğundan onlar Turanın da oradan qaçaraq uzaqlaşacağını fikirləşmişlər. Onlar birlikdə qaçıb Təqsirləndirilən şəxs3 məxsus qara rəngli “Hyundai Sonata” markalı, əvvəli 90, sonluğu 496 olan dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin vaxt Ruslan da həyəcanla həmin avtomobilə minmiş və onlar birlikdə oradan uzaqlaşmışlar. Elşad avtomobili 41-ci mikrorayonda avtoyuma sexləri olan tərəfdə saxlamışdır. Elə həmin vaxt Təqsirləndirilən şəxs1 Elşada zəng etmiş və Elşad Turana onların yerləri barədə məlumat vermişdir. Elşad Turanın ona gileyləndiyini, onu hadisə baş verən yerdə qoyub qaçdıqlarını dediyini bildirmişdir. Turan gəldikdən sonra onlara əsəbi formada Tahirin Turana bıçaqla hücum etdiyini, onun Tahiri bıçaqladığını demiş, onların isə onu qoyub qaçdıqlarını bildirmişdir. Elşad isə Turana həmin şəxsin onu bıçaqlaya biləcəyindən qorxduğu üçün oradan qaçdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 hadisənin Qədirin ucbatından baş verdiyini bildirərək ona zəng etmiş, lakin Qədirin telefonuna zəng çatmamışdır. Bundan sonra Turan Elşaddan onu Qədirin evinə aparmasını tələb etmişdir. Elşad yoldan ağ rəngli taksi saxlayaraq Qədirin Corat qəsəbəsində yaşadığı ev istiqamətində getmişlər. Elşadın öz maşını isə dayanacaqda qalmışdır. Təqsirləndirilən şəxs4 ifadəsinin yekununda hadisədən sonrakı xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmədəki ifadələrində göstərdikləri kimi bir daha təsdiq edib, onlarla oxşar məzmunlu ifadə vermiş, hadisədən sonra Elşadgillə birlikdə Türkiyə Respublikasına gedib çıxdığını, qohumlarından axtarışda olduğunu öyrənib 03 sentyabr 2019-cu il tarixdə təyyarə ilə Bakı şəhərinə gəldiyini, passport yoxlanışı başlamazdan əvvəl DSX əməkdaşına axtarışda olduğunu və təslim olmaq üçün ölkəyə qayıtdığı barədə məlumat verdiyini, özünün təşkili üzrə hava limanına gəlmiş Sumqayıt RPİ-nin 1-ci PB-nin əməkdaşlarına təslim olduğunu göstərmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs3 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild Vİ, səh.01-05). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, baxılan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 10 avqust 2019-cu il tarixdə, yəni cinayət hadisəsinin baş verdiyi tarixdən təqribən iki ay sonra cinayət hadisəsi ilə səbəbli əlaqəsi olmayan «qaraciyər serrozu» diaqnozlu xəstəlikdən vəfat etmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar bir neçə dəfə məhkumluq həyatı yaşamış, qara ciyər serrozundan, ağ ciyər çatışmamazlığından və bir neçə müxtəlif xəstəliklərdən əziyyət çəkir. Mərhum Zərərçəkmiş şəxs1lə uşaqlıqdan dostluq etmiş, münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində baş vermiş cinayət hadisəsinin mahiyyəti üzrə göstərmişdir ki, 04 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1lə söhbət edən zamanı sonuncu ona Qədir adlı şəxslə telefon üstündə mübahisəsi yarandığını bildirmişdir. Belə ki, Tahir ona deməsinə görə taksi sürücüsü kimi həmin gün günorta bir nəfəri avtomobilinə mindirmiş, həmin şəxs avtomobildən düşərkən mobil telefonu onun avtomobilində qalmışdır. Daha sonra həmin şəxsin telefonuna zəng gəldikdə zəngə cavab vermiş və zəng edənin telefon sahibinin anası olduğu məlum olan şəxs telefonu avtomobilinə minən şəxsə qaytarmasını tələb etmiş, o telefonu qaytaracağını dedikdən sonra qadın bir daha müştərisinin avtomobilində qalan telefonuna zəng etmişdir. Tahir deməsinə görə bu dəfə zəng edənə səbrli olmalarını bildirdikdən sonra Qədir adlı şəxs eyni telefona zəng etmiş və ona anası ilə danışmasını irad tutaraq mübahisə etmiş və onu münasibətlərini aydınlaşdırmaq üçün görüşə dəvət etmişdir. Tahirin deməsinə görə ona özünü Qədir kimi təqdim edən şəxs telefonda danışarkən ona özünün əvvəllər məhkumluq həyatı yaşadığını demişdir. Tahir özü də bir neçə dəfə məhkumluq həyatı yaşadığı üçün həmin şəxsin kimliyi ilə maraqlanmış və həmin şəxsin əvvəllər onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkən Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişdir. Tahirin deməsinə görə sonuncunun Qədirlə yaxın münasibəti olmasa da, bir-birilərini tanıyıb hörmət etmişlər. O, həm Tahiri, həm də Qədiri tanıdığı üçün özü də onların görüşündə iştirak edib mübahisəni yoluna qoymağı qərarlaşdırmışdır. Həmin gün axşam radələrində onlar birlikdə «əşya bazarı»nın yanında görüşmüş, həmin vaxt bir az söhbət etdikdən sonra Qədirlə Tahir bir-birilərini başa düşmüşlər. Qədirlə birlikdə sonuncunun qardaşı kimi tanıdığı Məzahir və tanımadığı daha iki nəfər şəxs də görüşə gəlmiş, lakin həmin şəxslər kənarda dayanaraq heç bir söhbətə müdaxilə etməmişlər. Bir qədər söhbət etdikdən sonra Qədir birlikdə “Xanə” restoranına gedib çay içməyi təklif etdiyindən o, Tahir, Qədir və yanındakı 3 nəfər birlikdə “Xanə” restoranına getmişlər. Restoranda bir qədər oturduqdan sonra, saat təxminən 24 radələrində adının Təqsirləndirilən şəxs3 olduğunu sonradan öyrəndiyi bir şəxs yanında tanımadığı bir neçə nəfər şəxslə birlikdə “Xanə” restoranına daxil olaraq onların masasına əyləşmişlər. Bir qədər söhbət etdikdən sonra Elşad qəfil olaraq Tahirə və ona tərəf baxaraq “Qədirin xətrinə dəyən onun s....i yeyir” demişdir. Bu zaman o, əsəbi formada ona “ayıbdı, bu nə danışıqdır?!” dedikdə, Elşad ayağa duraraq stəkanda olan çayı onun üzünə atmışdır. Həmin vaxt Tahir əsəbləşərək ayağa qalxıb çaydana əl atdıqda, Qədir çaydanı onun əlindən alaraq Tahiri təpiklə vurmuşdur. Bu zaman ara qarışmış və Elşadla birgə gələn şəxslər onu və Tahiri döyməyə başlamışlar. Həmin vaxt restoranda onlardan başqa təxminən 10-a yaxın müştəri olmuşdur. Restoranın həyətində təxminən 1-2 dəqiqə ərzində təxminən 2-3 nəfər tərəfindən döyüldükdən sonra müştərilərin və restoran işçilərinin narazılıq etdiyini görüb həmin şəxslər restorandan qaçaraq bayıra çıxmışlar. Həmin vaxt o da bayıra çıxmış və həmin şəxslər onu qapının önündə saxlayaraq döyməyə davam etmişlər. Restoranın bayırında olan şəxslərdən biri onu həmin şəxslərin əlindən almış, səsküy salmalarına görə onlara iradlarını bildirmiş və yalnız bundan sonra o, oradan uzaqlaşmağa başlamışdır. Həmin vaxt Tahir restorandan hər iki əlində bıçaqla çıxaraq Elşadgil tərəfə hücum etmişdir. Həmin vaxt ora xeyli insan toplaşmış və Tahir qışqıraraq həmin şəxslərə tərəf gəldiyi üçün hamı qaçaraq oradan uzaqlaşmışdır. O, Elşadgilin adamlarından çəkindiyi üçün oradan təxminən 100 metr uzaqlaşmış və uzaqdan davanı müşahidə etmək istəmişdir. Lakin həm qaranlıq olduğu üçün, həm də məsafə uzaq olduğu üçün kimin kimi vurduğunu dəqiq olaraq görməmişdir. Yalnız Tahirin Elşadla birgə restorana gələn tanımadığı şəxslərdən biri ilə təxminən 1-2 dəqiqə təkbətək dalaşmasını, Tahir yerə yıxıldıqdan sonra isə həmin şəxsin qaçaraq oradan uzaqlaşmasını görə bilmişdir. Həmin şəxs qaçarkən artıq orada qaçan şəxsin özündən və Tahirdən başqa heç kim olmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, hadisədən sonra artıq “Xanə” restoranının önündə dalaşan şəxslərdən heç kim olmadığına görə restoranın qabağına qayıtmış, Tahirin orada yerdə halsız, uzanmış vəziyyətdə olduğunu və üst-başının qan içində olduğunu görmüşdür. Restoran işçiləri X22 Stansiyasına xəbər verdiklərinə görə TTY gəlib Tahiri aparmışlar. Həmin vaxt Tahir çətinliklə nəfəs almışdır. Bundan sonra o, restorandan özünə və Tahirə məxsus mobil telefonları götürərək evə getmişdir. Bir neçə dəqiqə sonra isə Tahirin ölməsi ona məlum olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, hadisənin baş verməsinə səbəb olan şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və sonuncu ilə birlikdə sonradan “Xanə” restoranına gələn şəxslər olmuş, Şahid1, Şahid3 və Şahid4 baş vermiş mübahisə və davada heç bir iştirakları olmamışdır. Dava zamanı “Xanə” restoranının həyətində stəkan qırıqları görsə də, lhər hansı şəxsin dava zamanı hər hansı əşyadan, o cümlədən stəkan və buna bənzər əşyadan istifadə etməsini görməmişdir. Ona hər hansı əşya ilə xəsarət yetirilməmiş, o, ancaq yumruq və təpiklə döyülmüş, özünü müdafiə etmiş, heç kimi vurmamışdır. Ona heç kim bıçaqla xəsarət yetirməmişdir. Dava vaxtı Tahirdən başqa heç kəsdə bıçaq görməmiş, Tahir “Xanə” restoranından çıxıb Elşadgilə tərəf gələndə yaxın olduğu üçün Tahirin əlində mətbəx bıçaqları görmüş, lakin qaranlıq olduğu üçün əlamətlərini görməmişdir. Tahirlə axırda dalaşan şəxsdə də bıçaq olduğunu ehtimal etsə də, məsafə uzaq olduğundan hava qaranlıq olduğundan həmin şəxsin əlindəki bıçağı görməmişdir. Hadisə nəticəsində döyülmüş, lakin döyülməyi, xəsarət almağı və ümumilikdə baş vermiş hadisə ilə əlaqədar heç bir şikayəti və tələbi yoxdur (iş vərəqə: cild İİİ, səh.229-235). Məhkəmə baxışı zamanı iş üzrə dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi, mərhum Zərərçəkmiş şəxs1 həyat yoldaşı X10 ifadəsində göstərdi ki, o, 2010-cu ildə Tahirlə ailə qurmuş, birgə nikahlarından 3 azyaşlı övladları olmuşdur. Tahir xasiyyətcə mehriban insan olmuş, münasibətləri yaxşı olmuşdur. Tahir əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu, həmçinin əvvəllər narkotik vasitələrin aludəçisi olmuşdur. Bununla bağlı onun səhhətində, daha dəqiqi qaraciyərində ciddi problemlər yaranmış və buna görə axır vaxtlar Bakı şəhərində müalicə almışdır. Zərərçəkmiş şəxs1 istifadəsində ***-***-**-** və sonu 3095-lə bitən telefon nömrələri olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Minayə Babayeva ifadəsinin davamında göstərdi ki, 05 iyun 2019-cu il tarixdə səhər radələrində əri Zərərçəkmiş şəxs1 bıçaqlanaraq öldürülməsi barədə ona məlumat verilmişdir. Hadisə yerində olmadığından hadisənin necə və hansı şəraitdə baş verməsi barədə dəqiq məlumatı olmamışdır. Eşitdiyinə görə “Xanə” restoranında Tahirlə bir neçə şəxsin davası düşmüş, həmin vaxt Tahirin yanında dostu Rüstəm olmuş, həmin şəxslərdən biri və ya bir neçəsi Tahiri bıçaqlayaraq öldürmüşdür. Zərərçəkmiş şəxs1 hadisə baş verən gün axşam ona hara gedəcəyini və kimlərlə görüşəcəyini bildirməmiş, onunla ümumiyyətlə həmin gün danışa bilməmişlər. Zərərçəkmiş şəxs1 heç kəslə düşmənçiliyi olmamış, onun öldürülməsinin motivləri barədə heç bir məlumatı yoxdur. Məhkəmə baxışı zamanı iş üzrə mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs2 anası – zərər çəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, mərhum oğlu Zərərçəkmiş şəxs2 2004-cü ildə xalası qızı Məsmə Cəfərova ilə ailə həyatı qurmuş və həmin nikahdan 2005-ci ildə oğlu Qalib Sadıqov doğulmuşdur. Onların rəsmi nikahı olmamış, birlikdə təxminən 5 il yaşadıqdan sonra ayrılmışdılar. O, hazırda nəvəsi Qaliblə yaşayır. Oğlu ilə gəlininin ayrılmalarının əsas səbəbi Rüstəmin bir neçə dəfə məhkumluq həyatı yaşaması olmuşdur. Rüstəm əvvəllər saç ustası işləmiş, məhkumluq həyatı yaşadıqdan sonra isə müxtəlif yerlərdə işləmişdir. Rüstəm narkotik vasitələrin aludəçisi olmuş, uzun müddət narkomaniya xəstəliyindən müalicə alsa da, sağalmamışdır. Son illərdə isə kəskin qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmiş, müxtəlif xəstəxanalarda xəstəlikləri ilə əlaqədar müalicə almışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi Zivər Əzizova ifadəsinin davamında göstərdi ki, 05 iyul 2019-cu il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 evə gələrkən üzü yanmış və qan axmış vəziyyətdə olmuş, habelə bədəninin müxtəlif yerlərində xəsarətlər olmuşdur. O, Rüstəmdən nə baş verdiyini soruşduqda sonuncu sadəcə ona Tahirlə birgə başqaları ilə savaşdıqlarını demiş, başqa heç nə deməmişdir. Növbəti gün isə Rüstəm baş vermiş hadisə ilə əlaqədar Sumqayıt şəhər 1-ci Polis bölməsinə çağırılmışdır. Rüstəm Tahirin öldürülməsi ilə əlaqədar ona heç nə deməmişdir. Rüstəm ona ancaq davanın Tahirin avtomobilində telefon qalması ilə əlaqədar olduğunu, Zərərçəkmiş şəxs1 müdafiə etdiyi üçün özünün də döyüldüyünü danışmışdır. Zərərçəkmiş şəxs2 heç kəslə düşmənçiliyi olmamışdır. Rüstəmin deməsinə görə hadisədən sonra o, Zərərçəkmiş şəxs1 məxsus telefonu restorandan götürmüş, daha sonra isə istintaq orqanına təhvil vermişdir. Rüstəm Tahirlə uşaqlıqdan dostluq etmiş, onların münasibətləri yaxşı olmuşdur. Tahir də narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Oğlu Zərərçəkmiş şəxs2 10 avqust 2019-cu il tarixdə əziyyət çəkdiyi qaraciyər serrozu xəstəliyindən yaşadığı evdə vəfat etmişdir. Baş vermiş hadisə ilə əlaqədar onun heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, fərdi qaydada ustalıqla məşğuldur. İTəqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. 04 iyun 2019-cu il tarixdə Sumqayıt şəhərində 10-cu mikrorayonda yerləşən çay evlərindən birində təmir işi apararkən drel lazım olmuş və o, adının Zərərçəkmiş şəxs1 olduğunu sonradan öyrəndiyi, əvvəllər tanımadığı şəxsin avtomobilinə minərək drel gətirmək üçün getmiş, avtomobildən düşərkən ona məxsus “Samsung” markalı mobil telefon avtomobildə Tahirin avtomobilində qalmışdır. Gün ərzində isə anası onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, Tahir zəngə cavab verib onun anası ilə danışmış, telefonunu qaytaracağını bildirsə də, qaytarmağı ləngitmiş, sonrakı zənglərdə onun anasına kobud formada cavab vermişdir. Buna görə də onun qardaşı Qədir onun telefonuna zəng etmiş, zəngə cavab verən Tahirlə danışmış və telefonda mübahisə etmişlər. Eşitdiyinə görə bu məsələ ilə əlaqədar Qədir Tahiri söhbət etmək üçün həmin gün axşam «əşya bazarı»nın yanına dəvət etmiş və Tahirlə görüşəcəyi barədə ona da xəbər vermişdir. Odur ki, o, həmin gün axşam tanışı Şahid4la birlikdə «əşya bazarı»na getmişdir. Ora getməkdə məqsədi Tahirdən özünə məxsus mobil telefonunu götürmək olmuşdur. O, görüş zamanı telefonunu Tahirdən almış, eyni zamanda Qədirin Tahirlə orada dalasi biləcəyindən ehtiyatlandığından telefonu götürüb oradan uzaqlaşdıqdan sonra yenidən ora qayıtmışdır. O, Fehruzla əşya bazarına tərəf qayıtdıqda bu dəfə orada Tahirdən başqa sonradan adını öyrəndiyi Rüstəmin də onların qohumu Şahid3 və qardaşı Qədirlə söhbət etdiklərinin şahidi olmuşdur. Onlar bir qədər söhbət etdikdən sonra birlikdə “Xanə” restoranına gedərək orada çay içməyə davam etmişlər. “Xanə” restoranında oturub mehriban qaydada söhbət edərkən Qədirin dostu kimi tanıdığı Elşad saat təxminən 24 radələrində əvvəllər tanımadığı, hadisədən sonra hər ikisinin adının Turan olduğunu öyrəndiyi iki nəfər şəxslə birlikdə “Xanə” restoranına daxil olmuşlar. Onlardan təxminən 1-2 dəqiqə sonra isə onun bibisioğlu Şahid2 da “Xanə” restoranına gəlmişdir. Qədirin və onun Ruslanla münasibətləri ailəvi problemlərlə əlaqədar yaxşı olmamışdır. Ruslan stola yaxınlaşıb hamı ilə görüşdükdən təxminən 2-3 dəqiqə sonra restorandan çıxıb getmişdir. Ruslan restorandan çıxdıqdan təxminən 1-2 dəqiqə sonra Qədir üzünü restoranda oturan şəxslərə tutaraq Tahirin Sumqayıt şəhərində yaşayan şəxslərin ünvanına söyüş söydüyünü, habelə anasıyla telefonda kobud danışdığını bildirmişdir. Bu zaman Elşadla birgə gələn, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 Tahirdən həqiqətən də belə danışıb-danışmadığını soruşmuşdur. Tahir Qədirin dediklərinin düz olduğunu, həmin ifadələri işlətdiyini və hətta buna görə peşman olmadığını bildirdikdə Təqsirləndirilən şəxs1 Tahirə bir daha əsəbi formada öz iradını bildirərək düz hərəkət etmədiyini söyləmişdir. Həmin vaxt Rüstəm Təqsirləndirilən şəxs1 yüksək səslə “bu nə danışıqdır, əə?!” dedikdə, Elşad ayağa duraraq stəkanda olan çayı Rüstəmin üzünə atmışdır. Tahir bundan sonra dərhal ayağa qalxıb çaydanı əlinə götürmüş və Elşada tərəf atmaq istədikdə Qədir çaydanı onun əlindən alaraq Tahiri təpiklə vurmış, məhz bundan sonra ara qarışmış və dava başlamış, o, Azər və Fehruzdan başqa stolda əyləşən hər kəs dalaşmada iştirak etmişdir. Dava başladıqdan sonra ona da xəsarət yetiriləcəyindən qorxusundan dərhal onlardan uzaqlaşmış və bir kənarda dayanmışdır. Ona görə də kimin kimi vurduğunu dəqiq olaraq ayırd edə bilməmişdir. Həmin vaxt restoranda onlardan başqa təxminən 5-6 nəfər müştəri olmuş və onlar da dava başladıqda qaçaraq restorandan çıxmışlar. Şahid1 ifadəsinin davamında göstərdi ki, restoranın həyətində dalaşma təxminən 1 dəqiqə getdikdən sonra müştərilər və restoran işçiləri narazılıq etdiyindən hamı restorandan qaçaraq bayıra çıxmışdır. Onlar bayıra çıxdıqdan təxminən 1 dəqiqə sonra Tahir hər iki əlində bıçaqla Elşadgil tərəfə hücum edib əvvəlcə Elşada tərəf bıçaqla zərbə endirməyə cəhd edib onu yıxmış və yerdə olduğunu görüb üzərinə getmişdir. Elə həmin vaxt o, qorxaraq Fehruz və Azərlə birlikdə sonuncunun “Mersedes” markalı avtomobilinə əyləşib oradan uzaqlaşmış və Corat qəsəbəsinə getmişlər. Əvvəlcə Fehruz dəniz kənarında düşüb getmiş, sonra isə Azər onu Corat qəsəbəsində yaşadığı evin yaxınlığına aparıb orada düşürtmüşdür. Orada o, qardaşı Qədirlə rastlaşmış, Azər isə çıxıb getmişdir. Bundan bir qədər sonra anası zəng edərək Elşadın və Ruslanın bir neçə şəxslə onların qapısına gəldiyini bildirmişdir. Qədir onlardan hansı iləsə telefonda danışaraq evin qabağında dayanmamalarını bildirmiş, göz xəstəxanasının həyətinə gəlmələrini xahiş etmişdir. O, qardaşı Qədirlə bir qədər gözlədikdən sonra Elşadgil ağ rəngli, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı, avtomobillə göz xəstəxanasının həyətinə gəlmiş, Qədir həmin şəxslərlə onu tanış etmiş, onların Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 olduqlarını öyrənmişdir. O, Elşadı əvvəlcədən tanımışdır. Amma Elşadgilin gəldiyi avtomobilin sürücüsü yerə düşməmişdir. Onlar söhbətə başladıqdan sonra Təqsirləndirilən şəxs1 Qədirlə kənara çəkilmişlər. O, onlardan bir qədər aralıda olsa da, onların söhbətlərindən kiminsə bıçaqdan istifadə etdiyini başa düşmüş, lakin hər hansı şəxsin yaralanması və ya ölməsindən onun xəbəri olmamışdır. Bir qədər sonra Elşad da onlara yaxınlaşmış və təxminən 1 dəqiqə sonra onlar sağollaşıb ayrılmış, o isə Qədirlə birlikdə evə getmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Qədirlə o, evə getdikdən sonra o, anasına əsəbləşmiş, hər şeyin onun üstündə baş verdiyini, ona görə Qədirin Tahirlə mübahisə etdiyini və dava düşdüyünü bildirərək gedib yatmış, həmin gecə nə anası, nə də Qədirlə baş vermiş hadisə barədə ətraflı söhbət etməmişdir. Növbəti gün Sumqayıt şəhər Polis idarəsinin 1-ci Polis bölməsinə çağırılmış və yalnız ora getdikdən sonra baş vermiş dava zamanı Tahirin bıçaqlanaraq öldürülməsi ona məlum olmuşdur. O, Zərərçəkmiş şəxs1 bıçaqlanmasını görməmiş, onu kimin vurduğunu da bilməmişdir. Elşadgilin və ya Təqsirləndirilən şəxs1 hadisə ilə əlaqədar hadisədən sonra qardaşı Təqsirləndirilən şəxs2 hər hansı təklif vermələrindən, anasının bununla əlaqədar kiməsə sms yazmasından məlumatı olmamışdır. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid3 məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild Vİİ, səh. 126-130). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində şahidlər Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verib onların işin halları ilə bağlı göstərdikləri xüsusatları bir daha təsdiq etdi, həmçinin göstərdi ki, 04 iyun 2019-cu il tarixdə “Xanə” restoranının həyətindəki davadan bir qədər sonra Tahirin hər iki əlində bıçaqla yanlarından keçdiyini görüb qorxaraq oradan qaçmış və Məzahirin Azərlə bərabər sonuncunun “Mersedes” markalı avtomobilinə mindiyini görüb öz avtomobilini orada qoymuş və onlarla bərabər oradan uzaqlaşmış və sonradan baş verənlərdən xəbəri olmamışdır. Azər onu Corat qəsəbəsində dəniz kənarında maşından düşürtmüş, o, oradan piyada olaraq “Dörd Qardaş” restoranına tərəf gəlmiş və şəhərin içində tanımadığı, təsadüfi saxlatdığı bir taksi ilə özünə məxsus “Qazel” markalı yük avtomobilini götürmək üçün hadisə baş verən “Xanə” restoranının yanına qayıtmışdır. Ora çatdıqda artıq hüquqmühafizə orqanlarının əməkdaşlarının hadisə yerinə baxış keçirdiklərini görmüşdür. Orada olarkən ətrafa toplaşan şəxslərdən Zərərçəkmiş şəxs1 bıçaqlandığını və xəstəxanaya aparıldığını öyrənmiş, öldü-qaldısından xəbəri olmamışdır. Həmin vaxt Məzahirin qardaşı Qədir ona zəng etmiş və o da sonuncuya orada toplaşan şəxslərin Tahirin bıçaqlandığını dediklərini, lakin bu barədə ətraflı məlumatının olmadığını söyləmişdir. Bundan sonra o, öz avtomobilinə əyləşərək evinə getmişdir. Növbəti gün o, 1-ci Polis bölməsinə dəvət olunmuş və orada Zərərçəkmiş şəxs1 bıçaqlanaraq öldürüldüyünü öyrənmişdir. Zərərçəkmiş şəxs1 bıçaqla vurulmasını, kimin vurduğunu görməmiş və bilməmişdir. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o əvvəllər bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3-cü maddəsi ilə azadlıqdan məhrum edilmiş, 2016-cı ildə amnistiya aktına əsasən cəza çəkməkdən azad olunmuşdur. Təqsirləndirilən şəxs3 ilə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş, olnunla münasibəti orada yaranmışdır. Təqsirləndirilən şəxs4 isə Elşada görə sonuncunun qohumu kimi tanımışdır. Təqsirləndirilən şəxs1 boks məşqlərindən tanımış, Təqsirləndirilən şəxs2 isə onun bibisi oğludur. Şahid qismində dindirilən Şahid2 ifadəsinin davamında göstərdi ki, 04 iyun 2019-cu il tarixdə, saat təxminən 23 radələrində o, tanışı Təqsirləndirilən şəxs3 zəng vurub onunla çay içmək istədiyini dedikdə, Təqsirləndirilən şəxs3 qohumu Təqsirləndirilən şəxs4 və tanışı Təqsirləndirilən şəxs1la birlikdə “Xanə” restoranının yanındakı çayxanada çay içdiyini bildirmiş və onu da ora dəvət etmişdir. O, dəvət aldığı çayxanaya çatdıqda avtomobilini adını bilmədiyi həmin çayxananın yolunun qarşı tərəfində saxlamış, təxminən 100-120 metr piyada gedib “Xanə” restoranının yanındakı çayxanaya yaxınlaşmış və bağlı olduğunu görüb təkrarən Elşada zəng vurmuşdur. Elşad isə ona həmin çayxananın bağlanması ilə əlaqədar onun yanındakı “Xanə” restoranına keçdiklərini bildirmişdir. O da “Xanə” restoranına getmiş, ora daxil olduqda masa arxasında tanıdığı şəxslərdən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid3 əyləşdiyini görmüş, lakin digərlərini tanımamışdır. Onlardan başqa stolda təxminən 3-4 nəfər də adam olmuş, lakin diqqətlə baxmadığından onların dəqiq saylarını bilməmişdir. O çayxanaya daxil olub tanışları ilə görüşdükdən sonra Qədirin və onun qardaşı Məzahirin də masa arxapsında olduqlarını görüb, yalandan guya qaynanasının avtomobildə gözlədiyini bəhanə edərək təxminən 1 dəqiqə sonra çayxananı tərk etmişdir. Belə ki, Qədir və Məzahirlə küsülü olmamış, aralarında münasibətləri heç də yaxşı olmamışdır. O, Qədirlə Məzahirin xalası qızı, yəni öz bibisi qızı ilə evli olmuş, sonradan boşanmışdır ki, buna görə qohumlar, o cümlədən Qədirlə Məzahir boşanmalarında onu günahkar bilirmişlər. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, Qədirlə Məzahirə görə çayxananı tərk edib öz avtomobilinə yaxınlaşdıqdan bir qədər sonra “Xanə” restoranın qarşısında səs-küy başladığını eşitmişdir. Marağına səbəb olduğu üçün geri qayıtdıqda Təqsirləndirilən şəxs1la tanımadığı bir qrup şəxsin mübahisə etdiklərini, həmin şəxslərin səs-küy yaratmaqla əlaqədar Turana irad tutduqlarını görmüşdür. Turan isə üzr istəmiş, yanındakı uşaqlarla birlikdə çıxıb getmələri üçün onlardan icazə istəmişdir. Turangil onun tanımadığı şəxslərlə söhbət edərkən bir nəfər şəxsin, sonradan öldürülən şəxs olduğunu öyrəndiyi Zərərçəkmiş şəxs1 “Xanə” restoranından hər iki əlində iri, dönər bıçaqlarına oxşar bıçaqlarla çıxıb söyüş söyə-söyə, qışqıra-qışqıra, qaça-qaça onlar dayandıqları yerə tərəf gəldiyini görmüşdür. O, Zərərçəkmiş şəxs1 çayxanadan əlində iki bıçaqla qışqıraqışqıra çıxıb onların dayandıqları yerə tərəf qaçaraq gəldiyini gördükdə orada dayanmış şəxslər cəld hərə bir tərəfə qaçmış, o da qorxusundan arxasına baxmadan dərmiyol vağzalı istiqamətində sürətlə qaçmağa başlamışdır. Az aralandıqdan sonra Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 da o qaçdığı istiqamətdə qaçdıqlarını görmüşdür. Onlar, o dayandığı yerdən təxminən 20-30 metr məsafədə Elşadın idarə etdiyi “Hunday” markalı avtomobilə əyləşmişlər. Onun özünün idarə etdiyi avtomobil isə oradan xeyli uzaqda olduğu üçün o, dərhal Elşadın yanına qaçaraq onun avtomobilinə minmişdir. O, Elşaddan nə baş verdiyini soruşduqda Elşad restoranın içində dava düşdüyünü bildirmiş, lakin ona ətraflı olaraq heç nə deməmişdir. O, Elşaddan onu “Xanə” restoranının yaxınlığındakı avtomobilinin yanında düşürtməsini xahiş etdikdə, Elşad oradan uzaqlaşmalı olduqlarını bildirib onu maşınının yanına aparmamış, əvvəlcə 41-ci məhəllədəki dayanacağa gedib bir az gözləməyi məsləhət bilmiş, sonra onu avtomobilinin yanına qaytarıb düşürə biləcəyini demişdir. Odur ki, onlar birlikdə 41-ci məhəllədə yerləşən dayanacağa getmişlər. Orada biraz gözlədikdən sonra isə taksi ilə 12-ci mikrorayona avtomobilinin yanına qayıtmış və maşınını götürüb qaynanasının arxasınca baldızıgilə getmişdir. Orada isə qaynanasını götürüb evə aparmışdır. Şahid2 ifadəsində daha sonra göstərdi ki, qaynanasını aparıb evə qoyduqdan sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək Qədirin ev ünvanını soruşmuş, onun arxasınca gəldiklərini deyib, Qədirin evini onlara göstərməyi xahiş etmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ağ rəngli, hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobillə onun arxasınca gəlmişlər. Həmin avtomobili Elşadın dostu kimi tanıdığı Sərvan adlı şəxs idarə etmişdir. Sərvanın yanında baş vermiş hadisə barədə heç kəs danışmamışdır. Onlar Corat qəsəbəsinə Qədirgilin evinə çatmış və o, həyətə daxil olduqda bibisı İlhamə qarşısına çıxmışdır. İlhamədən Qədirin yerini soruşduqda o dərhal Qədirin başına bir iş gəlib gəlmədiyini soruşmuşdur. O, sadəcə Qədiri axtardıqlarını bildirdikdə İlhamə Qədirin evdə olmadığını bildirmişdir. O, İlhamədən Məzahirin nömrəsini alaraq ona zəng etmiş, Məzahir Corat qəsəbəsində göz xəstəxanasının yaxınlığında olduğunu bildirdikdə onlar birlikdə deyilən yerə getmişlər. Ora çatdıqda o, Qədirgillə olan pis münasibətlərinə görə onlara yaxınlaşmamış, Sərvan da avtomobildən düşməmişdir. Qədir qardaşı Məzahirlə birlikdə olmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs1 Qədirgillə söhbət etmiş, sonradan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da onlara yaxınlaşmışdır. Onlar bir qədər söhbət etdikdən sonra avtomobilə əyləşmişlər və onlar birlikdə oradan uzaqlaşmışlar. O, Təqsirləndirilən şəxs1la birlikdə 42-ci məhəllədə düşmüş, sağollaşıb ayrı-ayrı istiqamətlərə getmiş, o, şəxsən evə getmişdir. Az bir müddət sonra Turan ona zəng edərək dava zamanı dalaşdığı şəxsi öldürdüyünü bildirmişdir. Turanın deməsinə görə baş vermiş hadisəni Qədir öz üzərinə götürmüş, lakin buna baxmayaraq davada iştirak etdiyi üçün bir müddət ölkədən kənara çıxmaq istədiyini, ara sakitləşdikdən sonra qayıdacağını bildirib ondan hallalıq istəmişdir. O, Turana hallalıq verdiyini bildirib onunla sağollaşsa da, sonradan davada iştirakı olmamasına baxmayaraq, özünün də məsuliyyətə cəlb oluna biləcəyindən qorxaraq Turanla əlaqə yaratmış və onunla birlikdə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 etiraz etmədikdə, o, öz avtomobiliylə “Dədə Qorqud” restoranının yaxınlığına getmiş və avtomobili orada saxlayaraq razılaşdıqları kimi Turanla görüşmüşdür. Onlar birlikdə Turanın sifariş etdiyi “Hyundai” markalı bir avtomobilə əyləşərək Sumqayıt şəhərinin çıxışı istiqamətində getmişlər. Yolda Turan avtomobili saxlatdırıb telefonla danışmış və onlar bu dəfə «Stansiya Sumqayıt» qəsəbəsi istiqamətində getmişlər. Orada Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 da götürdükdən sonra səhər təxminən saat 08 radələrində Biləsuvar rayonuna çatmış və oradan sərhədi keçərək İrana getmişlər. Sərhədi bir neçə dəqiqə intervalla keçdikdən sonra İranda sərhəd keçidinin yanındakı çayxanalardan birində oturmuşlar. Hadisə baş verən gecə bibisi İlhamə ona “Whatsapp” vasitəsilə səsli mesaj göndərmiş, həmin mesajda İlhamə Qədirin heç bir cinayəti boynuna almayacağını demiş, Elşadın cinayəti boynuna almasını təklif etmiş, sonradan Elşada kömək etməyə söz verdiyini bildirmiş və həmin mesajı Elşada dinlətməyi məsləhət bilmişdir. O, Elşada həmin mesajı dinlətdikdən sonra Elşad Zərərçəkmiş şəxs1 ölümünü boynuna götürmədən qəti imtina etmişdir. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 həmin gün İrandan Türkiyə Respublikasına keçmiş, Təqsirləndirilən şəxs1 isə onun heç bir xəbəri olmamışdır. Türkiyə Respublikasında olarkən yaxınlarıyla telefon əlaqəsi yaratdıqda axtarışda olduğunu öyrənib könüllü gəlib təslim olmaq məqsədilə 01 avqust 2019-cu il tarixdə təyyarə ilə İstanbuldan Bakı şəhərinə gələrək istintaqa təslim olmuşdur. Onun baş vermiş dava və Zərərçəkmiş şəxs1 öldürülməsində heç bir iştirakı olmamışdır. Zərərçəkmiş şəxs1 bıçaqlanmasını görməsə də sonradan Təqsirləndirilən şəxs1 özü ona Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyini və sonuncunun öldüyünü demişdir. Daha sonar məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, hadisədən təxminən 2 ay əvvəl Sumqayıt şəhərinin 12-ci mikrorayonda yerləşən “Xanə” restoranını 1200 manat müqabilində icarəyə götürərək işlətməyə başlamışdır. 2019-cu ilin iyun ayının 4-ü saat təxminən 23:30-da işdə olarkən restoranın bağlanmağına təxminən yarım saat qalmış dəqiq saylarına fikir vermədiyi və tanımadığı bir neçə şəxs restorana daxil olaraq eyni bir masa arxasında əyləşmiş və mürəbbə ilə çay sifariş etmişlər. Həmin masaya Günay adlı ofisiant qız qulluq edirmiş. O, Günaya həmin şəxslərə bir neçə dəqiqə sonra restoranın bağlanacağı barədə xəbərdar etməyi tapşırmışdır. Həmin şəxslər isə Günaya çay içib bir neçə dəqiqə sonra gedəcəklərini bildirmişlər. Həmin şəxslərdən bir neçə dəqiqə sonra isə qısa fasilələrlə bir neçə tanımadığı cavan oğlunlar restorana daxil olmuş və son gələn şəxslərlə eyni masa arxasında əyləşmişlər. Bundan qısa bir müddət sonra səs-küy qopmuş və bir neçə şəxsin sonradan adının Tahir olduğunu öyrəndiyi şəxsi döydüklərini görmüşdür. O nə Tahiri, nə də onunla stolda əyləşən şəxslərdən heç birini əvvəllər restoranda görməmiş və onları tanımamışdır. Dava başladıqdan sonra o, həmin şəxsləri sakitləşdirməyə cəhd etmiş və təxminən 1 dəqiqə sonra onlar restorandan bayıra çıxmışlar. Həmin vaxt Tahir özbaşına restoranın mətbəxinə daxil olaraq oradan iki ədəd mətbəx bıçağı götürmüş və qışqıraqışqıra bayıra çıxmışdır. O, Tahirin arxasınca bayıra çıxdıqda sonuncunun bayırda, restoranın girişindən təxminən 10 metr aralı məsafədə toplaşan şəxslərin üstünə getdiyini görmüşdür. Tahirin qışqırığını və əlində bıçaq olduğunu görən hər bir kəs qaçmağa başlamışdır. Qaçanlardan biri yıxılmış və Tahir həmin yıxılan şəxsin üzərinə gedərək ona bıçaq zərbəsi endirmək istəmişdir. Həmin yer dəqiq olaraq “Xanə” restoranının önündə saxlanılmış qara, yaxud tünd-göy rəngli “Mersedes” markalı avtomobilin önü olmuşdur. Bu zaman orada olan şəxslərdən biri Tahirə təpik vurmuş və sonuncu yerə yıxılmışdır. Tahir yıxıldıqdan sonra əvvəl yerə yıxılmış şəxs qalxaraq dəmiryol vağzalı istiqamətində qaçmışdır. Tahir yıxıldıqdan sonra yenidən ayağa qalxmış və onu təpiklə yerə yıxan şəxslə avtomobilin önündə bir-birilərinə bıçaq atmağa başlamış, lakin onların bir-birinə atdıqları həmin bıçaq zərbələrinin bir-birinə dəyib-dəymədiyini o, görməmişdir. Belə ki, Tahirgilin bıçaqlaşdığı yer qaranlıq olmuş və o, həmin vaxt qorxduğundan restoranın giriş qapısından içəri tərəfdə kənarda dayanmışdır. İki şəxs arasında dalaşma təxminən 1 dəqiqə çəkmiş, nəticədə Tahir yerə yıxılmış və Tahirlə bıçaqlaşan həmin şəxs oradan qaçmışdır. Həmin vaxt restoranın müştərisi kimi tanıdığı Emil adlı şəxs restorana daxil olaraq Tahirin sağ olduğunu bildirdiyindən o, əvvəlcə TTY-a xəbər vermiş, restoranın əməkdaşı Nicat adlı oğlan isə baş vermiş hadisə barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Tahirə yaxınlaşıb baxdıqda o, qanın içində olmuş, lakin TTY gələnədək o, sağ olmuşdur. Tahirə ilkin tibbi-yardım göstərmək isə mümkünsüz olmuşdur. Ondan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlmişdir. Şahid7 ifadəsinin davamında göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 əlindəki bıçaqlar “Xanə” restoranına məxsus olmuş, həmin bıçaqlardan birinin dəstəyi göy-qırmızıağ, digərininki isə qəhvəyi rəngli olmuşdur. Mətbəx Tahirgilin əyləşmiş olduğu masadan təqribən 15 metr məsafədə yerləşmiş, Tahirin nə vaxt mətbəxə girdiyini, nə vaxt oradan bıçaq götürdüyünü o, görməmişdir. O, Tahiri bıçaqlayan şəxsin restoranın önündəki hərəkətlərindən onun da əlində bıçaq olduğunu başa düşsə də, bıçağın özünü dəqiq olaraq görməmişdir. Başqa hər hansı şəxsdə bıçaq görməmişdir. Ümumiyyətlə restoranın daxilində heç-kəs bir-birinə bıçaq çıxarmamış, o, heç kəsdə bıçaq görməmişdir. Həmin vaxt restoranda qeyd olunan şəxslərdən başqa təxminən 5-6 nəfər müştəri olmuşdur. Restoranda olan əmlak, yəni stol-stul, servis əşyaları ona məxsusdur. Hadisə zamanı stol aşmış və restorana aid bir ədəd çaydan, bir ədəd armudu stəkan və bir ədəd qənd qabı qırılmışdır. Hadisədən sonra restoranın həyəti, qırıntılar ofisiant Günay tərəfindən təmizlənmişdir. Restoranın həyətinin təmizlənməsi iş vaxtının bitməsi və səliqə səhman yaradılması ilə bağlı olmuşdur. Bəzi qırıntılar zibilə atılmış, digərləri isə süpürülərək hasarın dibinə yığılmışdır. Qırılmış əşyaların ümumi qiyməti 9 manat təşkil etmişdir ki, onun həmin əşyaların qırılması ilə bağlı hər hansı şikayəti yoxdur. Dava zamanı şəxslər bir-birilərinə söyüşlər söyümüş, restoranın daxilində və xaricində dava ümumilikdə təxminən 3-4 dəqiqə davam etmişdir. Davaya görə müştərilər restorandan çıxaraq qaçmışlar, restoranın normal iş rejimi pozulmuşdur. Məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, 04 iyun 2019-cu il tarixdə ətrafında cinayət hadisəsi baş vermiş “Xanə” restoranının işçiləri X12 və Şahid9 şahid ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, hər iki şahid məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib sonuncu ilə oxşar məzmunda ifadə vermişlər(iş vərəqə: cild İ, səh. 49-54, cild İİİ, səh. 29-33). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Xanə” restoranının yaxınlığında, bina 8, mənzil 3-də yaşamışdır. Evləri “Xanə” restoranının yaxınlığında yerləşdiyindən, adətən axşamlar işdən sonra dost-tanışla həmin restorana gedərək çay yaxud pivə içmiş, istirahət etmişlər. 2019-cu ilin iyun ayının 4-ündə də, saat təxminən 23:30-da yenə dostu Şahid6la birgə “Xanə” restoranına getmişdir. Yay mövsümünün gəlişi ilə əlaqədar restoranda stollar həyətdə düzülmüşdür. O, Mehdi ilə birlikdə “Xanə” restoranına daxil olduqdan sonra girişdən nisbətən sağ tərəfdə xeyli sayda orta yaşlı şəxslərin oturub söhbət etdiklərinin şahidi olmuş, lakin onların nə söhbət etdiklərini eşitməmişdir. O, Mehdi ilə birgə həmin şəxslərin stolundan aralıda olan stolda əyləşib pivə içməyə başlamışlar. Restoranın işçiləri restoranın saat 00:00-da bağlanacağını bildirdiklərinə görə pivələrini içib bitirərək “Xanə” restoranından çıxmışlar. Onlar restorandan çıxarkən birlikdə oturub söhbət edən, onların tanımadığı şəxslər hələ də orada oturmaqda davam etmişlər. Restorandan çıxıb təxminən 30-40 metr aralandıqdan sonra restoran tərəfdən bərk səs-küy gəldiyini eşitmiş və ona görə də o, Mehdi ilə bərabər dərhal “Xanə” restoranı istiqamətində geri qayıtmışlar. “Xanə” restoranının önünə çatdıqda qapının önündə xeyli, naməlum şəxsin yığışdığını, onlardan ikisinin bir nəfər qara saçlı şəxsi yumruq və təpiklə döydüklərini və döyülən şəxsin üzünün qanadığını görmüşlər. Həmin vaxt o, savaşanlara yaxınlaşıb döyülən şəxsi onlardan aralamış, məhəllədə səs-küy salmalarına, şəxsi döymələrinə görə onlara irad tutduqda onlardan tanımadığı biri ona qarışmamağı tələb etmişdir. Amma həmin vaxt orada olan digər şəxs onun haqlı olduğunu təsdiq etmiş və üzrlü saymağı xahiş etmişdir. Onlar bu məzmunda söhbət etməyə başladıqdan təxminən 1 dəqiqə sonra qəflətən arxadan, yəni “Xanə” restoranın içindən adının Zərərçəkmiş şəxs1 olduğunu sonradan öyrəndiyi və hadisə yerində ölən şəxs hər iki əlində mətbəx bıçaqları ilə orada olan şəxslərdən birinin üstünə hücum etmişdir. Həmin vaxt o da daxil olmaqla, ora toplaşan şəxslərin hamısı müxtəlif istiqamətlərdə qaçmağa başlamışlar. Həmin yer dəqiq olaraq “Xanə” restoranının önündə saxlanılmış qara rəngli “Mersedes” markalı avtomobilin önü olmuşdur. Tahir önündəki şəxsin üzərinə gedərkən qarşısındakı şəxs yerə yıxılmış və Tahir onun üstünə cumaraq bıçaq zərbəsi endirmək istəmişdir. Bu zaman orada olan və onların söhbətlərinə sonradan qoşularaq onları üzrlü saymalarını xahiş edən adını bilmədiyi şəxs Tahiri təpiklə vurmuş və sonuncu yerə yıxıldığından hücuma məruz qalan şəxs yerdən qalxaraq qaçmışdır. Bundan sonra Tahir ayağa qalxaraq ona təpik vuran həmin şəxslə təkbətək qalmışlar. O, Tahirin hər iki əlində bıçaq olduğunu, o, restorandan çıxıb onlara tərəf gələrkən görmüş, digər şəxsin əlində bıçaq olmasını isə onun əl hərəkətlərindən başa düşmüşdür. Belə ki, o, qorxusundan artıq oradan təxminən 30-40 metr uzaqlaşmış və bir kənardan onları müşahidə etmişdir. Onlar avtomobilin kapot hissəsinin önündə ayaqüstə bir-birilərinə qarşılıqlı olaraq bıçaq atmışlar və onların arasındakı dava təxminən 1 dəqiqə davam etmişdir. Tahir yerə yıxıldıqdan sonra isə onunla qarşı-qarşıya duran həmin şəxs oradan qaçaraq uzaqlaşmışdır. Şəxs qaçıb getdikdən sonra o, Zərərçəkmiş şəxs1 yaxınlaşmış, sonuncunun nəfəs aldığını və sağ olduğunu görmüşdür. Ona görə də o, “Xanə” restoranana daxil olaraq oranın işçilərindən TTY-yə xəbər vermələrini xahiş etmişdir. Orada işləyən ofisiant qız stolda mobil telefonların qaldığını bildirmiş və tanıdığı üçün 2 və ya 3 ədəd olan həmin telefonları ona vermişdir. Elə bu vaxt çöldə ilk dəfə iki nəfər şəxs tərəfindən döyülməstini gördüyü şəxs restoranın həyətində ona yaxınlaşaraq telefonların onun olduğunu demiş və alıb çıxıb getmişdir. Telefonları ondan alıb gedən şəxsin əli və üzü qan içində olmuşdur. Bir qədər sonra TTY stansiyasının əməkdaşları gələrək Tahiri xəstəxanaya aparmışlar. O, hadisəni törədən və davada iştirak edən şəxslərdən heç birini tanımamış, onları hadisə günü ilk dəfə görmüşdür. Hadisənin baş vermə səbəblərini o, bilməmişdir. Məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid6 şahid ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid6 məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib sonuncu ilə oxşar məzmunda ifadə vermişdir (iş vərəqə: cild İİ, səh. 235-240). Məhkəməyədək icraat mərhəlsində iş üzrə şahid qismində dindirilmiş Şahid10 məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3la yaxın dostluq münasibətləri olmuş, onunla ibadətlə məşğul olarkən tanış olmuş və tez-tez görüşmüşlər. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Şahid2 isə Elşada görə tanımışdır və son dövrlərdə onlar daim hər yerə bir yerdə getmiş və vaxtlarının çoxunu birgə keçirərək dostluq etmişlər. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs3 dostu kimi tanımış, lakin onunla münasibətləri yaxşı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 agressiv və mübahisəyə meylli insan olmuşdur. Hətta buna görə bir dəfə Quba rayonunda bir yerdə istirahətdə olarkən onun Qədirlə mübahisəsi də yaranmışdır. Təqsirləndirilən şəxs2 qardaşı Şahid1 isə hadisə baş verən gecə görüb tanımışdır. Şahid3 və Şahid4 isə tanımamışdır. Zərərçəkmiş şəxs1 isə tanımamışdır. Şhaid Şahid10 tədqiq olunan həmin ifadəsində mahiyyəti üzrə göstərmişdir ki, 04 iyun 2019-cu il tarixdən 05 iyun 2019-cu il tarixə keçən gecə, saat 02 radələrində Elşadın əmisinin oğlu, öz aralarında “Ömər” olaraq tanıdıqları Təqsirləndirilən şəxs4 ona xatırlamadığı mobil nömrə ilə zəng edərək ondan təcili olaraq Sumqayıt şəhərinə gəlməsini xahiş etmişdir. O, yatdığını bildirdikdə Turan təkid etmiş və buna görə narahat olub, əynini geyinib özünə məxsus “Lada Priora” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə getmişdir. Turan ona 41-ci məhəlləyə gəlməyi tapşırdığından o, deyilən yerə getmiş və orada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 yolun kənarında dayandıqlarını görmüşdür. Onlar avtomobili görən kimi dərhal onun avtomobilinə minmiş və minən kimi Elşad ondan avtomobili Corat qəsəbəsinə, Qədirgilin evinə sürməyi və yolüstü Corat qəsəbəsindən Şahid2 götürməyi xahiş etmişdir. Həmin vaxt Elşad, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 çox həyəcanlı olmuşlar. O, Elşaddan nə baş verdiyini soruşduqda, sonuncu ona heç nə deməmiş, sadəcə “zibilə düşmüşük” ifadəsini işlətmişdir. O, yolüstü 12-ci mikrorayondan keçərkən onların hər üçünün sonradan hadisə yeri olduğu öyrəndiyi “Xanə” restoranına tərəf boylandıqlarını görmüşdür. Corat qəsəbəsinə çatdıqda orada yol kənarında dayanmış Ruslanı da götürmüş və Qədirin evinə getmişlər. O, Qədirin evinə getmələrinin səbəbini soruşduqda Elşadgil Qədirə görə başlarına iş gəldiyini, ona görə Qədirlə söhbət etmək isğtədiklərini bildirmişlər. Qədirin yaşadığı evə çatdıqda qapını sonuncunun anası açmış və Qədirin evdə olmadığını bildirmişdir. Ona görə də hazırda dəqiq xatırlamasa da Elşadgildən bir nəfər Qədirə, yaxud onun qardaşı Məzahirə zəng etmiş və onlar Corat göz xəstəxanasının həyətində görüşməyə razılaşmışlar. Elşadgil avtomobilə mindikdən sonra o, avtomobili Göz xəstəxanasının həyətinə sürmüş, ora çatdıqda o, Elşad, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 avtomobildən düşmüşlər. Ruslan isə avtomobildən düşməmişdir. O, Qədirlə görüşərkən onun yanında başında saçları olmayan, tanımadığı bir şəxs olduğunu görmüş və Elşad həmin şəxsi ona təqdim edərək adının Məzahir olduğunu, Qədirin qardaşı olduğunu bildirmişdir. Bundan sonra Qədirlə Təqsirləndirilən şəxs1 birlikdə Göz xəstəxanasının arxasına keçmiş, lakin o onlarla birgə getməmişdir. Onların arxasınca isə Təqsirləndirilən şəxs3, Şahid1 və Təqsirləndirilən şəxs4 da getmişlər. O, onların birgə söhbət edib-etməmələrini görməmiş, onlar ondan təxminən 50 metr aralandıqdan sonra mübahisə etməyə başlamışlar. O, aralıda olduğu üçün söhbətin tam məzmununu bilməmiş, lakin eşitdiyi “saldın bizi zibilə, bizə lazım idi bu!?, sən niyə belə dedin ki, belə oldu!?” kimi ifadələr olmuşdur. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 gəlib avtomobilə minmiş, Elşad ondan Təqsirləndirilən şəxs1la Şahid2 aparıb 42-ci məhəllədə düşürməyi xahiş etmişdir. Yolda olarkən onlar Qədirin qanmaz adam olduğunu, onları “zibilə saldığını” danışmışlar. O, hələ də nə baş verdiyini bilməmiş, Elşaddan nə baş verdiyini soruşduqda isə arxada oturanlardan biri onun üstünə qışqıraraq “sən yola bax, qarışma” demişdir. O, Ruslanla Turanı 42-ci məhəllədə düşürdükdən sonra Elşadla əmisi oğlu Təqsirləndirilən şəxs4 17-ci mikrorayondakı restoranlardan birinin önündə düşürtmüşdür. Onlar telefonla danışmaq üçün avtomobildən düşmüş və restoranın önündəki skamyada bir neçə dəqiqə oturduqdan sonra yenidən avtomobilə qayıtmışlar. Onları əvvəlcə Sumqayıt şəhəri 41-ci məhəlləyə aparmağını xahiş etmişlər. Oradan Elşad avtomobilindən düşərək nə isə götürmüş və sonra Ceyranbatanda yerləşən məscidə sürməyini istəmişdir. O, Elşadla Turanı həmin məscidə aparmış və o, 15-20 dəqiqə onları avtomobildə gözləmişdir. Məsciddən çıxdıqdan sonra Elşadın xahişi əsasında onları «Stansiya-Sumqayıt» qəsəbəsinə gedən yola aparıb körpünün altında düşürmüşdür. Onlar orada ağ rəngli “Hyundai” markalı, modelini və dövlət qeydiyyat nişanını bilmədiyi, sürücüsünü tanımadığı avtomobilə əyləşmiş və Müşfiq qəsəbəsi istiqamətində hərəkət etmişlər. O da bundan sonra öz evinə getmişdir. Ona hadisə barədə ətraflı məlumat verilməmiş, lakin o, aparılan danışıqlardan Elşadgilin hamısının kütləvi davada iştirak etmələrini və həmin davanın Qədirə görə baş verdiyini başa düşmüşdür (iş vərəqə: cild İİ, səh. 130-135). Daha sonra məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 anası Şahid8 şahid ifadəsi, sonuncunun məhkəmə baxışında iştirak etməməsi səbəbindən elan edilməklə tədqiq edilmişdir. Şahid8 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, oğlu Qədirdən başqa digər təqsirləndirilən şəxsləri, eləcə də zərərçəkmiş şəxsi tanımamış, onlarla münasibəti olmamışdır. Oğlu Təqsirləndirilən şəxs2 təxminən 2000-ci ildə qəsdən adam öldürmə cinayətinə görə 16 il azadlıqdan məhrum edilmiş və 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Qədir 2018-ci ilin dekabr ayında Aytac adlı qızla ailə qurmuş, son zamanlar isə ibadətə başlamışdır. Qədir işsiz olmuş, lakin digər oğlu Məzahir isə mebel ustasıdır. Şahid8 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 04 iyun 2019-cu il tarixdə gündüz radələrində hal-əhval tutmaq üçün özünə məxsus ***-***-**-** saylı mobil telefondan oğlu Məzahirin ***-***-**-** sayl mobil telefonuna bir-iki dəfə zəng etmiş, lakin zəngə cavab verən olmamışdır. Növbəti dəfə zəng etdikdə isə telefonu tanımadığı bir nəfər şəxs açmışdır. O, həmin şəxsdən Məzahirin harda olduğunu soruşduqda, tanımadığı həmin şəxs ona Məzahirin telefonunun onun avtomobilində qaldığını demiş, birazdan qaytaracağını bildirmişdir. O, həmin şəxsdən telefonu bir az tez qaytarmağı xahiş etdikdə, həmin şəxs ona “hələ mən yaxşı insanam telefonu qaytarıram” cavabını vermişdir. O, bu sözə görə acığa düşmüş və həmin şəxsə Məzahirə həmin telefonu ona bağışlamasını tapşıracağını bildirmişdir. Bundan sonra o, Qədirin hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək Məzahirdən narahat olduğunu, onun telefonuna başqa şəxsin cavab verdiyini bildirmiş, Qədir isə bu məsələ ilə məşğul olacağını bilmişdir. Bundan sonra o, nə Qədir, nə də Məzahirlə danışmışdır. Şahid8 tədqiq olunan ifadəsinin davamında daha göstərmişdir ki, həmin gün gecə, yəni 05 iyun 2019-cu il tarixdə, saat təxminən 01-02 radələrində evinin darvazasında avtomobil dayanmış, darvazanı açan iki nəfər şəxs ondan Qədiri soruşmuşdur. O, həmin şəxslərdən Qədiri soruşmalarının səbəbini öyrənmək istədikdə onlar Qədirin dostları olduğunu bildirmişlər. Qaranlıq olduğu üçün həmin şəxslərin sifətini xatırlamamış, lakin onlar iki nəfər olmuşlar. O, həyətə çıxmadığından avtomobildə neçə nəfər qaldığını görmdirəmiş. O, Qədirin evdə olmadığını dedikdən sonra həmin şəxslər çıxıb getmişlər. Təxminən 30-45 dəqiqə sonra Qədirlə Məzahir evə gəlmişlər. Məzahir əsəbi şəkildə həyətə girərək ona “sənə lazım idi bu?! İndi Qədiri tutacaqlar” deyib ona həmin gün günorta Qədirə zəng edib onun telefonuna zəng çatmaması barədə xəbər verməyini irad tutmuş və bu məsələyə görə dava baş verdiyini bilmişdir. Sonra o, Qədirin darvazanın yanında oturub ağladığını görmüşdür. Ondan nə baş verdiyini soruşduqda Qədir ona “dava dalaş olub, gəlib məni çağırdılar ki, cinayəti boynuma alım, məni həbsən qurtaracaqlar, bıçağı da mənə verdilər ki, əl izim düşsün” demiş, lakin ona hər hansı bıçağı göstərməmişdir. Bu zaman o əsəbləşərək Qədirə həbsdən yeni azad edildiyini, belə bir şeyə icazə verməyəcəyini bildirmiş və Qədirdən ondan bunu tələb edən şəxsə zəng etməsini istəmişdir. Qədir telefonu ona verərək səsli mesaj göndərəcəyini bildirmiş və telefona danışmağını xahiş etmişdir. O, Qədirin mesajı kimə göndərdiyini bilməmiş, lakin həmin şəxsə Qədirin 16 il həbsdə “çürüdüyünü”, ona görə də cinayəti boynuna almasına icazə verməyəcəyini bildirmişdir. Bundan sonra Qədir bıçağı qonşu həyətə atıb oradan çıxıb getmiş, Qədirlə Məzahirin baş vermiş hadisəyə görə Sumqayıt şəhər 1-ci Polis bölməsinə dəvət olunduqlarını səhər tezdən eşitmişdir. O, gecə baş vermiş davada kiminsə ölməsini bilməmiş, bu barədə ona növbəti gün məlumat verilmişdir. Ümumiyyətlə hadisənin baş vermə şəraiti barədə heç bir məlumatı olmamış, Qədir ona ancaq dava baş verməsi barədə məlumat vermiş, lakin həmin davada kimlərin iştirak etməsi barədə heç nə deməmişdir (iş vərəqə: cild İİİ, səh. 14-18). Məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Babaşova Gülnarə Məmiş qızının şahid ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid Gülnarə Babaşova tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən Sumqayıt şəhər Təcili təxirəsalınmaz tibbi-yardım stansiyasında çağırışçı-həkim vəzifəsində işləmişdir. 04 iyun 2019-cu il tarixdə 09:00-dan 05 iyun 2019-cu il, saat 09:00-a qədər növbədə olmuşdur. 05 iyun 2019-cu il tarixdə, saat 00:45-də Sumqayıt TTYS-na çağırış daxil olmuş, çağırışda Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Xanə” restoranının önündə bir nəfər şəxsin bıçaqlandığı və yaralı vəziyyətdə olduğu bildirilmişdir. O, dərhal tibb bacısı Vüsalə Manıyeva ilə birlikdə TTYSnın avtomobili ilə həmin ünvana getmiş, qeyd edilən ünvana çatdıqda isə sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi orta yaşlı bir nəfər şəxsin qan içərisində arxası üstə “Xanə” restoranının girişinə yaxın yerdə asfalt üzərində huşsuz vəziyyətdə uzandığını görmüşdür. Onun nəbzinin döyündüyünü və sağ olduğunu gördüyündən dərhal xərəyə qoyaraq avtomobilə mindirmişlər. Zərərçəkmiş şəxs1 xərəyə qoyarkən onun altında dəstəyi qəhvəyi rəngli taxta materialdan olan, üzərində qan ləkələri olan bıçaq aşkar etmişdir. Həmin vaxt orada hüquq-mühafizə orqanlarının əməkdaşları olmadığına görə o, həmin bıçağı mühafizə edərək təslim etmək üçün götürmüşdür. Yolda xəstəxanaya gedərkən Zərərçəkmiş şəxs1 vəfat etmiş və onlar artıq onu xəstəxanaya deyil, Sumqayıt şəhər meyitxanasına aparmışlar. Orada həm meyiti, həm də bıçağı aidiyyəti üzrə təhvil verdikdən sonra xidmətə qayıtmışlar. Zərərçəkmiş şəxs1 hadisə yerindən götürüb xəstəxanaya apararkən o, sağ olsa da, lakin huşsuz vəziyyətdə olmuş, ünsiyyətə daxil ola bilməmiş, ona görə onunla danışa bilməmişlər. İstintaqa təqdim etdiyi bıçaqdan başqa hadisə yerində hər hansı digər bıçaq görməmişdir (iş vərəqə: cild Vİ, səh. 07-10). Qeyd olunanlardan başqa, işdə olan və məhkəm baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 05 iyun 2019-cu il tarixli, 50 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin ön səthinin sol yarısının orta körpücük xətti üzrə Vİ-Vİİ qabırğarası sahədə, döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, ürəyin sol mədəciyinin deşilmiş-kəsilmiş yarası, ürəyin tamponadası. Yara kanalının ümumi uzunluğu 9,5-10,0 sm-dir. Yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa və bir qədər aşağıdan yuxarıya doğrudur; - döş qəfəsinin sol yan səthinin ön qoltuq xətti üzrə İX-X qabırğarası sahənin döş boşluğuna nüfüz etməyən deşilmiş-kəsilmiş yarası; - döş qəfəsinin sağ yan səthinin orta qoltuqaltı xətti üzrə V-Vİ qabırğarası sahənin döş boşluğuna nüfüz etməyən deşilmiş-kəsilmiş yarası; - sağ bud çanaq oynağı nahiyyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları; Sağ baldırın aşağı l\3-nin kəsilmiş yarası; - sol qaş nahiyyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yarası; - sol əlin arxa səthinin 3 ədəd, həmin əlin İİİ barmağının iki ədəd kəsilmiş yaraları; - sağ mil-bilək oynağı nahiyyəsinin iki ədəd səthi kəsilmiş yarası, həmin əlin İİ barmağının və İİİ barmağının səthi kəsilmiş yaraları; - üst dodağın sol yarısının əzilmiş yarası; - alın nahiyyəsinin qançırı. Tədqiq olunan həmin rəydən görünür ki, qeyd olunan xəsarətlər həyatidir, həmin xəsarətlərdən üst dodağın sol yarısının əzilmiş yarası və alın nahiyyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən 05 iyun 19-cu il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə üst dodağın sol yarısının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın nahiyyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaralar isə deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya bıçaqların və ona bənzər digər bıçaqların təsirindən törənmişdirlər, ölümündən az əvvəl olmaqla qərarda göstərilən 05 iyun 2019-cu il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edən və ürəyi zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağir zərərvurmaya aiddir. Bundan başqa, tədqiq olunan həmin rəydən görunür ki, döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfüz etməyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yan səthinin döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sağ bud-çanaq oynağı nahiyyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ baldırın aşağı l\3-nin kəsilmiş yarası, sol qaş nahiyyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yarası,sol əlin arxa səthinin 3 ədəd həmin əlin İİİ barmağının iki ədəd kəsilmiş yaraları həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sağ mil-bilək oynağı nahiyyəsinin iki ədəd səthi kəsilmiş yarası, həmin əlin İİ barmağının və İİİ barmağının səthi kəsilmiş yaraları isə həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Tədqiq olunan həmin rəydən görünür ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfiız edən və ürəyi zədələyən deşilmiş kəsilmiş yara nəticəsində baş vermiş ürəyin tamponadası olmuşdur. Zərərçəkmiş şəxs1 meyiti üzərində aşkar olunmuş xəsarətin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, hadisə zamanı xəsarət yetirənlə xəsarət alan müxtəlif duruş vəziyyətlərində olmaqla ayaqüstə, üzbəüz, yerdə uzanmış vəziyyətdə və s. ola bilərdilər. Xəsarətlərin sayına, xarakterlərinə əsasən demək olar ki, həmin xəsarətlər konsturiktiv xüsusiyyətləri oxşar olan həm bir, həm də bir neçə bıçağın təsirindən əmələ gələ bilərdilər. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (iş vərəqə: cild Vİ, səh. 117-116). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 07 iyun 2019-cu il tarixli, 790 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ gicgah nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, alın nahiyyəsinin və sol bazu, çiyin nahiyyəsinin yanıq yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən - sağ gicgah nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası bərk küt əşyanın (alətin) təsirindən, alın nahiyəsinin və sol bazu-çiyin nahiyyəsinin yanıq yaraları isə yüksək temperaturun termiki təsirindən yaranmışlar. Tədqiq olunan rəydən görünür ki, müəyyən olunan xəsarətlər müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 05 iyun 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddirlər (iş vərəqə: cild İV, səh. 155-156). Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 02 avqust 2019-cu il tarixli, 1131 saylı rəyindən görünür ki, öaxılan iş üzrə Təqsirləndirilən şəxs1 bədəni üzərində sol saidin kəsilmiş yarası və sağ baldırın sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən- sol saidin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin), ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçaqların və ya ona bənzər digər bıçaqların təsirindən əmələ gələ bilərdilər, sağ baldırın sıyrığı isə bərk küt əşyanın təsirindən yaranmışdır və müayinədən 1-2 ay əvvəl olmaqla qərarda göstərilən 05 iyun 2019-cu il tarixdə əmələ gələ bilərdilər. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthindəki xəsaratlərdən sol saidin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, sağ baldırın sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (iş vərəqə: cild İV, səh. 161-163). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyun 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində, Dəmiryol vağzalının yaxınlığında, Dəmiryol vağzalından üzü Koroğlu prospekti istiqamətində olan avtomobil yolunun sol kənarında Üzeyir Hacıbəyli küçəsində yerləşən “Xanə” restoranı və həmin restoranın qarşısıdır. Restoranın önündəki “Mersedes” markalı avtomobilin xaricinə baxış keçirildikdə avtomaşının kapot hissəsində konturları aydın seçilməyən təxminən 12-13 sm dairədə yayılmış qanabənzər ləkələrin olduğu müəyyən edilmiş, həmin hissədən pambıq hopdurularaq nümunə götürülmüş və qablaşdırılmışdır. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, avtomobilin önündə, avtomobildən təxminən 50 sm məsafədə, bir qədər uzaqlaşdıqda təxminən 10 metr irəlidə asfalt üzərində konturları və ölçüləri aydın seçilməyən qanabanzər ləkələr aşkar edilmişdir. Həmin hissədən hopdurma üsulu ilə nümunə götürülmüş və qablaşdırılmışdır. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, avtomobilin ön hissəsindən təxminən 1 metr məsafədə irəlidə səkinin yanında xüsusi işarələnmiş sarı zolaqdan 4 sm, səkidən 40 sm məsafədə dəstəyi ağ, göy və qırmızı rəngli, tiyəsində qanabənzər ləkələr olan bir ədəd bıçaq aşkar edilmişdir. Bıçaq dərhal qanunla müəyyən olunmuş qaydada götürülmüş və qablaşdırılmışdır. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, “Xanə” restoranına daxil olunduqdan sonra sağ tərəfdə hasarın dibində bir ədəd şüşə stəkan və bir ədəd şüşə qənd qabı qırıqları, habelə qənd qırıqları və siqaret kötükləri yığıldığı müəyyən olunmuşdur. Həmin yerdə tamet üzərində konturları və ölçüləri aydın seçilməyən nöqtə-nöqtə qanabənzər ləkələr aşkar edilmişdir. Stollara baxış keçirildikdə 8 nömrəli stolun üzərində 0,5x0,5 ölçüdə qanabənzər ləkə aşkar edilmiş, həmin ləkədən hopdurma üsulu ilə nümunə götürülmüş və qablaşdırılmışdır. Götürülmüş nümunələr və bıçaq 05 fevral 2020-ci il tarixli qərarla maddi sübut qismində tanınmışlar (iş vərəqə: cild İ, səh.03-23, cild Vİİ, səh.26- 115). Məhkəmə baxışı zamanı tədqiq olunan təqdim edilən əşyanın götürülməsi barədə 05 fevral 2020-ci il tarixli protokoldan görünür ki, baş vermiş cinayət hadisəsindən sonra çağırış üzrə hadisə yerinə gəlmiş Sumqayıt TTYS-nın əməkdaşı Gülnarə Babaşova hadisə yerində mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmaq üçün xərəyə qoyarkən onun altında bıçaq aşkar etdiyini, həmin vaxt hüquq-mühafizə orqanlarının hadisə yerində olmaması ilə əlaqədar aşkar etdiyi həmin bıçağı hüquqmühafizə orqanlarına təhvil vermək üçün götürdüyünü bildirmişdir. Sumqayıt TTYS-nın əməkdaşı Gülnarə Babaşova 05 iyun 2019-cu il tarixdə hadisə yerində aşkar edib götürdüyü dəstəyi qəhvəyi rəngli taxta materialdan olan mətbəx bıçağını istintaq orqanına təqdim etmiş, həmin bıçaq 05 iyun 2019-cu il tarixli qərar əsasında götürülmüş və həmin tarixdə maddi sübut qismində tanınmışdır (iş vərəqə:İ cild, səh.40-42, cild Vİİ, səh.26-115). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan bıçağın götürülməsi haqqında 05 iyun 2019-cu il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi Sumqayıt şəhərinin Corat qəsəbəsindəki ünvanda sonuncunun iştirakı və göstərməsi əsasında baxış keçirilmiş və qeyd olunan ünvandakı zibilliyin içərisində qatlanan tipli, dəstəyi qara-qəhvəyi və üzərində ağ naxışları olan bir ədəd bıçaq aşkar edilərək prosesual tələblərə əməl olunmaqla götürülmüş və protokola əlavə edilmişdir. İstintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə:İ cild, səh.57-59, 60-63). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Məhkəmə-tibbi-kriminalistik və soyuq silahların kriminalistik tədqiqinə dair” ekpertizanın 05 sentyabr 2019-cu il tarixli, 308/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin sol döş nahiyəsində üç ədəd; köynəyin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd; köynəyin ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd; şalvarın və tumanın sağ ayağının yan-yuxarı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş qatlanan tipli və dəstəyi açıq qəhvəyi rəngli taxta materialdan olan bıçaqların tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş dəstəyi qırmızı, mavi və ağ rəngli plastmass materiallardan olan bıçaq tiyəsinin ucu sınmış vəziyyətdə təqdim edildiyinə görə bu bıçaq müqayisəli müayinə üçün eksperimentə yararsız hesab edilmişdir. Ona görə də ekspertizaya təqdim edilmiş paltarlar üzərində aşkar edilmiş zədələrin ekspertizaya təqdim edilmiş bu bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmamışdır. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin sağ qolunun yuxarı nahiyəsində iki ədəd və şalvarın sağ ayağının arxa-aşağı nahiyəsində bir ədəd kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr hər-hansı bir iti ülgücü olan kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçaqların tiyəsinin təsirindən törənməsi istisna olunmur. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin öndən bağlandığı İİİ düymə yerində yoxdur. Həmin düymələrin yerində olmaması, ona küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin, şalvarın, tumanın, bir cüt ayaqqabının hər iki tayının və corabın bir tayının üzərində fasilələrlə yerləşən qeyrimüəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Tədqiq olunan rəydən daha sonra görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynək və şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön hissəsinin orta nahiyəsində fasilələrlə yerləşən kiçik ölçülü qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Ən nəhayət, tədqiq olunan həmin rəylə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş bıçaqların hər üçünün dəstəyinin və tiyəsinin hər iki səthinin üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşicikəsici xassəyə malik soyuq silahdır (iş vərəqə: cild İV, səh. 136-144). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə tibbi-bioloji ekspertizasının 20 avqust 2019-cu il tarixli, 455/2019-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus bir cüt qara rəngli ayaqqabı, ona məxsus köynək, cins şalvar, tuman, bir tay corab, Zərərçəkmiş şəxs2 məxsus köynək, 03 ədəd bıçaq, salfet hissəsi, 02 ədəd pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A və H antigenləri alınmış, aqqlyutininlər isə alınmamışdır. Belə olan halda həmin qan ləkələri Abeta /H/ (İİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus olması inkar olunmur. Rəydən, həmçinin görünür ki, ləkələrdə eyni qruplu Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 qanlarının olması da ABO sistemi üzrə inkar olunmur (əgər hadisə zamanı onlarda qanaxma ilə nəticələnən xəsarətləri olubsa). Tədqiq olunan rəydən daha sonra görünür ki, Ləkələrdə Oalfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs4 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür (əgər hadisə zamanı onlarda qanaxma ilə nəticələnən xəsarətləri olubsa). Həmin ləkələrdə Balfa (İİİ) qruplu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanları ABO sistemi ilə inkar olunur (iş vərəqə: cild İV, səh. 257-264). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik ekspertizasının 22 iyul 2019-cu il tarixli, 16586 saylı rəyindən görünür ki, tədqiqata təqdim edimiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəcikərinin arasında Zərərçəkmiş şəxs1 şalvarının üzərindən tapılmış göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 şalvarının tərkib liflərinə uyğun gəlirlər (iş vərəqə: cild İV, səh.109-112). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 20 dekabr 2019-cu il tarixli, 2646 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmamışdır. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Cinayət işinin materiallarından və psixiki müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs1 intellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafinda psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri müəyyən edilməmişdir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunmuşdur. İnadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, çılğınlıq, eqosentrizm kimi fərdi-psixiki xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman psixiki-emosional sferasında hirslilik, həyəcan yaranmış, həmin halın yaranması onda müəyyən edilmiş psixopatik xasiyyət cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt halında (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində) olmamışdır (iş vərəqə: cild Vİ, səh.86-89). Bundapn başqa, məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 dekabr 2019-cu il tarixli, 2703 saylı rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materialları və psixiki müayinənin nəticələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs4 intellektualmnestik imkanları normaya uyğundur, əqli inkişafinda psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri müəyyən edilməmişdir. Qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, çılğınlıq kimi fərdi-psixiki xüsusiyyətlərə malik olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs4 hadisə baş verən zaman psixiki-emosional sferasında hirslilik, həyəcan yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs4 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs4 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt halında (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində) olmamışdır (iş vərəqə: cild Vİ, səh.82-85). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 dekabr 2019-cu il tarixli, 2702 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarından və psixiki müayinənin nəticələrindən görünmüşdür ki, Təqsirləndirilən şəxs3, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs3 intellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafinda psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri müəyyən edilməmişdir. Hərəkət və davranışının iradi olaraq tənzimlənməsində, şəxsi keyfiyyətlərində hər hansı bir dəyişiklik müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs3 hadisə baş verən zaman psixiki-emosional sferasında həyəcan yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs3 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt halında (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində) olmamışdır (iş vərəqə: cild Vİ, səh.90-93). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 dekabr 2019-cu il tarixli, 2689 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarından və psixiki müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Daha sonra tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs2 intellektualmnestik imkanları normaya uyğundur, əqli inkişafinda psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri müəyyən edilməmişdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində, şəxsi keyfiyyətlərində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt halında (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində) olmamışdır (iş vərəqə: cild Vİ, səh.71-74). Bundan başqa, ibtidai istintaq və əməliyyat orqanı arasında aparılan və məhkəmə baxışı zamanı tədqiq olunan yazışmalardan görünür ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə zamanı Təqsirləndirilən şəxs1 cinayətin aləti olaraq istifadə etdiyi iki ədəd bıçaqdan birinin aşkar edilməsi, aşkar olunub götürülən ikinci - soyuq silah hesab edilən qatlanan tipli bıçağın hardan əldə olunduğunu müəyyən etmək mümkün olmamış, Hadisədən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Şahid2 Sumqayıt şəhərindən Biləsuvar rayonuna aparmış şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Həmçinin müəyyən edilmişdir ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 narkotik vasitələrin istifadəçisi olmaqla Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyatda olmuş, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmişdir. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 avtomobilindən heroin narkotik vasitəsi aşkar edilmişdir ki, həmin narkotik vasitənin haradan əldə olunmasını müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild V, səh.75-76). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əvvəllər ilk dəfə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 iyul 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü (bir qrup şəxs tərəfindən narkotik vasitələri satış məqsədilə əldə etmə, saxlama daşıma və s.) maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eyni zamanda həmin hökmlə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən ona narkomaniyadan tibbi xarakterli məcburi müalicə təyin olunmuş, ikinci dəfə isə Abşeron rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin Sumqayıt şəhər Narkoloji dispanserində “Narkomaniya” diaqnozu ilə qeydiyyatda olmuşdur(iş vərəqə: cild İ, səh.45-46, cild İİİ, səh. 23-28, 128-130). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Belə ki, o, ilk dəfə Bakı şəhəri Nizami rayon Xalq Məhkəməsinin 29 dekabr 1996-cı il tarixli hökmünə əsasən həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 01 il 6 ay müddətinə, ikinci dəfə Sumqayıt şəhər Xalq Məhkəməsinin 02 iyun 1999-cu il tarixli hökmünə əsasən həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 02 il müddətinə, üçüncü dəfə Sumqayıt şəhər Məhkəməsinin 07 iyun 2002-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 170.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə, dördüncü dəfə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2006-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə, beşinci dəfə Sumqayıt şəhər Məhkəməsinin 11 iyun 2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə, altıncı dəfə Nəsimi rayon Məhkəməsinin 10 iyul 2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə, yeddinci dəfə Abşeron rayon Məhkəməsinin 16 mart 2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 128, 234.1, 177.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə, səkkizinci dəfə Nəsimi rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 1999-cu ilin iyun ayından Sumqayıt şəhər Narkoloji dispanserində “Narkomaniya” diaqnozu ilə qeydiyyatda olmuş, 10 avqust 2019-cu il tarixdə «qaraciyərin serrozu» xəstəliyindən vəfat etmişdir(iş vərəqə: cild İİİ, səh. 121-124, 223, 265, cild V, səh. 51). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında xuliqanlıq etmələri, yəni Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri, həmçinin Təqsirləndirilən şəxs1 qəsdən adam öldürməklə başqasını həyatdan məhrum etməsi və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi, yəni Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların hər birinin ayrı-ayrılıqda cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin onlara istinad olunan maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1, 221.2.1 və 228.4-cü maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsində ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 adam öldürmək barədə niyyətinin olmaması, özünü müdafiə etmək məqsədilə mərhumu bıçaqla vurması və bununla da ona qarşı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs2 xuliqanlıq cinayətində iştirak etməməsi, heç kəsi vurmaması barədə ifadələrində göstərilənləri onların istinad olunan maddələr üzrə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmələri üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onların təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əvvəllər cinayət törətməmiş və məhkum olunmamışlar. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər törətdikləri müxtəlif cinayətlərə görə məhkum olunmuş və baxılan iş üzrə cinayət hadisəsinin törədildiyi tarixə onların bəzi məhkumluqları ödənilməmiş və ya götürülməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından, müvafiq məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs2 HDQ Hərbi Məhkəməsinin 03 may 2000-ci il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241”V”:42-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmışdır. Bundan sonra o, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 01 noyabr 2001-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 120.2.5, 120.2.11, 326.2 və 334.1-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.3-cü maddəsinə əsasən HDQ Hərbi Məhkəməsinin 03 may 2000-ci il tarixli hökmü ilə təxirə salınmış 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası həmin hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 16 il müddətinə azadlqıdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Xəzər rayon Məhkəməsinin 29 yanvar 2015ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 01 noyabr 2001-ci il tarixli hokmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 10 ay 05 gün hissəsi Xəzər rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 il 11 ay 10 gün müddətinə azaqlıdan məhrumetmə cəzası təyin edilmişdir. Ən nəhayət, baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Binəqədi rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qərarına əsasən təyin olunan cəzanın çəkilməmiş qalan 04 ay 08 gün hissəsindən şərti vaxtından əvvəl azad edilmiş və 09 yanvar 2017-ci il tarixdə cəzasını çəkib qutarmışdır (iş vərəqə: cild İİİ, səh. 118-120, cild Vİ, səh. 15-18, 50-60). Məhkəmə Təqsirləndirilən şəxs2 məhkumluğu ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs2 HDQ Hərbi Məhkəməsinin 03 may 2000-ci il tarixli və Xəzər rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmləri üzrə məhkumluğu ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 HDQ Hərbi Məhkəməsinin 03 may 2000-ci il tarixli hökmü üzrə olan məhkumluğu 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə tənzimləndiyindən, Xəzər rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu isə hazırda qüvvədə olan Cinayət Məcəlləsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan həmin hökmlər üzrə olan məhkumluqlar ödənilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.2-1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin baxılan iş üzrə cinayət hadisəsinin 04 iyun 2019-cu il tarixdə baş verdiyini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 01 noyabr 2001-ci il tarixli hökmünə əsasən xüsusilə ağır cinayət törətməyə görə (Cinayət Məcəlləsinin 120.2.5, 120.2.11ci maddələri) məhkum olunduğunu və 31 avqust 2016-cı il tarixdə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyini nəzərə alıb, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 01 noyabr 2001-ci il tarixli hökm üzrə olan məhkumluğu, 04 iyun 2019-cu il tarixə bu kateqoriyadan olan məhkumluğun ödənilməsi üçün tələb olunan prosessual müddət keçmədiyindən, ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.5-ci maddəsinin tələblərinə görə xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 əsas cəzadan azad olunduğu 31 avqust 2016-cı il tarixdən yeni cinayət hadisəsinin baş verdiyi 04 iyun 2019-cu il tarixədək tələb olunan səkkiz il keçməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkumluğu ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs3 ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2013-cü il tarixli, 3186 saylı fərmanına əsasən əfv edilmiş, o, cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən azad edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Məhkəməsinin 05 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 23 may 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İİİ, səh. 110-112, cild V, səh. 212-218, 268-277). Məhkəmə yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Məhkəməsinin 05 fevral 2016-cı il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayət törətməyə görə olan məhkumluğu baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi 04 iyun 2019-cu il tarixə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin məhkəmə baxılan iş üzrə cinayət hadisəsinin 04 iyun 2019-cu il tarixdə baş verdiyini, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2012-ci il tarixli hökmünə əsasən ağır cinayət törətməyə görə (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) məhkum olunduğunu nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 məhkumluğu, 04 iyun 2019-cu il tarixə bu kateqoriyadan olan məhkumluğun ödənilməsi üçün tələb olunan prosessual müddət keçmədiyindən, ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2013-cü il tarixli, 3186 saylı fərmanına əsasən əfv olunduğu tarixdən yeni cinayət hadisəsinin baş verdiyi 04 iyun 2019-cu il tarixədək tələb olunan altı il keçməmişdir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmaları və məhkumluqlarının ödənilməməsi və götürülməməsi ilə əlaqədar qeyd edir ki, hər iki təqsirləndirilən şəxsin əməli ittiham olunduqları az ağır cinayət əməlinə (Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi) münasibətdə cinayətlərin residivini yaradır. Onların əməli Azərbaycan Respublikası CM-nin 18.2 və 18.3-cü maddələrinin təsiri altına düşmür. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxslər barədə hökm çıxarılarkən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən halları müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qəsdən adamöldürmə cinayət hadisəsini mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuna zidd hərəkətlərinin təsiri nəticəsində törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, 05 iyun 2019-cu il tarixdə, saat 00:30 radələrində “Xanə” restoranında bir qrup şəxsin, o cümlədən Təqsirləndirilən şəxs1 özünün iştirakı ilə baş vermiş xuliqanlıq cinayət əməlinin başa çatmasından sonra Təqsirləndirilən şəxs1 restoranın həyətindən çıxıb restoranın bayır hissəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 zərər çəkmiş Zərərçəkmiş şəxs2la mübahisəni davam etdirmələrini görüb onları sakitləşdirmiş, onları aralaşdırmış, həmin vaxt “Xanə” restoranının həyətində baş vermiş xuliqanlıq hadisəsi ilə əlaqədar yaranmış səs-küyə və ümumi narahatçılığa görə iradlarını bildirən ətraf evlərdə yaşayan şəxslərə onların iradlarının haqlı olduğunu bildirib onlardan üzr istəmişdir. Məhz bu vaxt mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 “Xanə” restoranının mətbəxindən özbaşına götürdüyü iki ədəd mətbəx bıçağı ilə silahlanıb, həmin bıçaqları hər iki əlində bir ədəd tutmaqla restoranın bayırında dayanmış Təqsirləndirilən şəxs3 hücum etmiş, sonuncu bunu görüb qorxaraq arxa-aprxaya addımladıqda müvazinətini saxlaya bilməyib yıxılmış və bu zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 boğaz nahiyyəsinə bıçaqla zərbə endirmək istərkən həmin vaxt yaxında olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 çiyin nahiyyəsindən təpiklə vuraraq onu yerə yıxmaqla Təqsirləndirilən şəxs3 mümkün xəsarətlənməsinin qarşısını almış, həmçinin sonuncunun hadisə yerindən qaçıb getməsinə şərait yaratmışdır. Bundan sonra yıxıldığı yerdən qalxan mərhum Zərərçəkmiş şəxs1 hər iki əlində tutduğu bıçaqlarla Təqsirləndirilən şəxs1 hücum etmiş, ona həmin bıçaqlarla yüngül dərəcəli bədən xəsarəti yetirmiş, yalnız bundan sonra sonuncu üzərində gəzdirdiyi bıçağı çıxararaq Zərərçəkmiş şəxs1 qarşı tətbiq etməyə başlamış və yekunda Zərərçəkmiş şəxs1 ölümü ilə nəticələnən cinayət hadisəsi baş vermişdir. Yuxarıda qeyd olunan xüsusatları məhkəmə baxışı və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid5, Şahid3, Şahid1, Şahid4, Şahid2, Şahid7, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Dadaşov X9 Turan Hacı oğlu təsdiq etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 idmançıdır, «X25», «Juboksinq kontakt» döyüş idman növləri ilə məşğul olmuş, bu sahə üzrə keçirilən yarışlarda bir neçə dəfə mükafatlandırılmış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh.54, cild İİİ, səh. 62-65, 113-114, cild Vİ, səh. 37-38). Təqsirləndirilən şəxs Səfərov X14 rayonundan olan məcburi köçkündür, «Stansiya Sumqayıt» qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş fərdi evdə məskunlaşmışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.64, cild İİ, səh. 206-207). Daha sonra məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, evlidir, 2007-ci il təvəllüdlü doğma azyaşlı qızı və 2013-cü ildə vəfat etmiş qardaşı X5 2007-ci il təvəllüdlü azyaşlı qızı Yardımlı rayon İcra Hakeimiyyəti başçısının sərəncamına (qəyyumluq və himayəçilik orqanının müvafiq qərarı) əsasən onun himayəsindədir (iş vərəqə: cild V, səh.211-218). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs4ağa oğlu əvvəllər məhkum olunmamışdır, qeydiyyatda olduğu yaşayış yeri üzrə müsbət xarakterizə olunur və tutduğu əməldən səmimi peşimandır (iş vərəqə: cild İİİ, səh.108-109, 288). Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsinin mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətlərinin təsiri nəticəsində törədilməsi Azərbaycan Respublikası CM-nin 59.1.8-cü maddəsinə, Təqsirləndirilən şəxs3 himayəsində iki nəfər azyaşlı uşaqların olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, həmçinin Təqsirləndirilən şəxs2 məcburi köçkün olması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları və tutduqları əməldən səmimi peşimanlıq hissi keçirmələri Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, 59.1.8-cü maddəsinə əsasən cinayət hadisəsinin zərər çəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində törədilməsi onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin cinayətlərin residivini yaratmasını hər iki təqsirləndirilən şəxsin barəsində cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4ağa oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayətin az ağır cinayətlər kateqoriyasına aid olsa da, onların əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, bu təqsirləndirilən şəxslərin islah olunması, həm onların özü, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1, 221.2.1 və 228.4-cü maddələri ilə cinayətlərin məcmusuna görə, həmçinin cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla həmin maddələrin sanksiyası daxilində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə residivə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla həmin maddənin sanksiyası daxilində ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə münasibətdə tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər ikisinin əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmələri və hər ikisinin əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkilməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçilməklə tutulduğu və fasiləsiz olaraq həbsdə saxlanıldığı 05 iyul 2019-cu il tarixdən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkilməsinin əvvəli isə baxılan iş üzrə hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 barəsində 10 iyun 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, o, axtarışda olması ilə əlaqədar faktiki 05 iyul 2019-cu il tarixdə tutulmuş və bundan sonra o, müvafiq məhkəmə qərarları əsasında fasiləsiz olaraq baxılan iş üzrə hökm çıxarılanadək həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs2 05 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyun 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 iyun 2019-cu il tarixdən hesablanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti uzadılmaqla o, 20 sentyabr 2019-cu il tarixədək həbsdə saxlanılmışdır. Məhkəmənin 20 sentyabr 2019-cu il tarix qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmənin 02 oktyabr 2019-cu il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbirinin müddəti 05 noyabr 2019-cu il tarixədək uzadılmışdır. İbtidai istintaq orqanının 05 noyabr 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və sonuncu baxılan iş üzrə məhkəmə hökmü çıxarılanadək «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs3 barəsində Sumqayıt şəhər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş, lakin Təqsirləndirilən şəxs3 axtarışda olması ilə əlaqədar 26 sentyabr 2019-cu il tarixdə tutulduğundan həbsin əvvəli edə tutulduğu gündən - 26 sentyabr 2019-cu il tarixdən də hesablanmışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və sonradan ev dustaqlığı qətimkan tədbirinin müddəti 05 fevral 2020-ci il tarixədək uzadılmışdır. İbtidai istintaq orqanının 05 fevral 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və sonuncu baxılan iş üzrə məhkəmə hökmü çıxarılanadək «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin təsiri altında olmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə və ev dustaqlığında saxlanıldıqları müddət məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alıb, onların barəsində seçilmiş qətimkan tədbirlərinə münasibət bildirib qeyd edir ki, hökmlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncu hər iki təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs4 təyin ediləcək cəza məsələsini müzakirə edib, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin alternativ sanksiyalı olmasını, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmadığını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu və tutduğu əməldən səmimi peşimanlığını, ittiham olunduğu cinayət əməlinin törədilməsində faktiki iştirakının dərəcəsini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 ədalət və humanizm prinsipləri baxımından azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılması və üzərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü mddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hökmün icrası Təqsirləndirilən şəxs4 daimi yaşadığı Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs4 təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməli olan müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs4 həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və məhkum tərəfindən çəkilməli olan cəzanın müddəti qətiləşdirilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat mərhələsində 03 sentyabr 2019-cu il tarixdə tutulmuş və 03 fevral 2020-ci il tarixədək - cəmi 05 (beş) ay fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun bu müddəasına əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində tutulub saxlanıldığı 05 (beş) ay azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və məhkum üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra etməli olan orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş 03 fevral 2020-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə Sumqayıt şəhər prokurorluğunda saxlanılan maddi sübutlara dair məsələ hökm qanuni qüvvəsini aldıqdan sonra aşağıdakı qaydada həll edilməlidir: - hadisə yerinə baxış zamanı ayrı-ayrı yerdən götürülmüş 03 ədəd qanabənzər nümunə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qısaqol ağ rəngli üç düymə köynək, bir ədəd göy rəngli cins şalvar, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd ağ rəngli, üzərində qara nazik zolaqlar olan uzunqol köynək, bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli dəri kəmər, bir cüt qara rəngli corab, bir ədəd ağ rəngli tuman təyinatını itirdiyindən məhv edilməli; - dəstəyi açıq-qəhvəyi rəngli taxta materialdan olan və dəstəyi qırmızı-göy rəngli plassmas materialdan olan iki ədəd mətbəx bıçaqları və dəstəyi qara-qəhvəyi rəngli, üzərində ağ naxışları olan bir ədəd açılıb-qatlanan bıçaq məhv edilməli; - Şahid3 məxsus bir ədəd göy rəngli qısaqol, üç düymə köynək və bir ədəd tündgöy rəngli cins şalvar, Şahid1 məxsus bir ədəd uzunqol qara rəngli köynək və bir ədəd qara rəngli idman şalvarı, Şahid4 məxsus bir ədəd ağ rəngli, zolaqlı, qısaqol köynək və bir ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd zoğal rəngli, qısaqol köynək və bir ədəd göy-boz rəngli cins şalvar sahiblərinə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 57 (əlli yeddi) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidr. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmamaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.2.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il 6 (altı) ay, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli həbsə alındığı 05 iyul 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 05 iyun 2019-cu il tarixdə tutulub 05 noyabr 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 5 (beş ay) ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş 05 noyabr 2019-cu il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çıxarıldığı 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 26 sentyabr 2019-cu il tarixdə tutulub 05 fevral 2020-ci il tarixədək fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 04 (dörd) ay 10 (on) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş 05 fevral 2020-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çıxarıldığı 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs4 03 sentyabr 2019-cu il tarixdə tutulub 03 fevral 2020-ci il tarixədək fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 05 (beş) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş 03 fevral 2020-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, faktiki yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Sumqayıt şəhər prokurorluğunda saxlanılan maddi sübutlara dair məsələ hökm qanuni qüvvəsini aldıqdan sonra aşağıdakı qaydada həll edilsin: - hadisə yerinə baxış zamanı ayrı-ayrı yerdən götürülmüş 03 ədəd qanabənzər nümunə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qısaqol ağ rəngli üç düymə köynək, bir ədəd göy rəngli cins şalvar, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd ağ rəngli, üzərində qara nazik zolaqlar olan uzunqol köynək, bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli dəri kəmər, bir cüt qara rəngli corab, bir ədəd ağ rəngli tuman təyinatını itirdiyindən məhv edilsin; - dəstəyi açıq-qəhvəyi rəngli taxta materialdan olan və dəstəyi qırmızı-göy rəngli plassmas materialdan olan iki ədəd mətbəx bıçaqları və dəstəyi qara-qəhvəyi rəngli, üzərində ağ naxışları olan bir ədəd açılıb-qatlanan bıçaq məhv edilsin; - Şahid3 məxsus bir ədəd göy rəngli qısaqol, üç düymə köynək və bir ədəd tündgöy rəngli cins şalvar, Şahid1 məxsus bir ədəd uzunqol qara rəngli köynək və bir ədəd qara rəngli idman şalvarı, Şahid4 məxsus bir ədəd ağ rəngli, zolaqlı, qısaqol köynək və bir ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd zoğal rəngli, qısaqol köynək və bir ədəd göy-boz rəngli cins şalvar sahiblərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 57 (əlli yeddi) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-117/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-117/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver