Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-117/2022 14.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları X11 və Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1999-cu il mayın 03-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.-ci maddəsində; 1997-ci il yanvarın 26-da Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2018-ci il 24 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 180.1.-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2019-cu il aprelin 04-də Salyan Rayon Məhkəməsinin 2019-cu il 03 aprel tarixli qərarına əsasən cəzadan 03 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş və 2019cu il iyulun 23-də cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, işləməmiş, Salyan rayonunun Kərimbəyli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,740 qram və 0,857 qram olmaqla təmiz çəkisi 1,597 qram, həmçinin bir bükümdəki 2,419 qram, ümumi təmiz çəkisi 4,016 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarada psixotrop maddə metamfetamin və iki ədəd bükümdə təmiz çəkisi 1,038 qram və 0,616 qram ümumi təmiz çəkisi 1,654 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibində saxlayıb daşımış, 2021-ci il fevralın 12-də saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 14 ünvanının yaxınlığında olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,740 qram və 0,857 qram olmaqla ümumi təmiz çəkisi 1,597 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 1,038 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs1 40 manata satmış, 2021-ci il fevralın 13-də saat 19:30 radələrində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri vaxtı ünvan 3 ünvanın qarşısında saxlanaraq idarənin inzibati binasına gətirilməklə xidməti otaqların birində üzərində şəxsi axtarış və götürmə aparılarkən bir ədəd bükümdə təmiz çəkisi 0,616 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 2,419 qram olan ağ rəngli kristalşəkilli külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən göstərilən çəkilərdə aşkar edilib götürülmüşdür. X8 Abbasov 2021-ci il fevralın 12-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə dairəsi yaxınlığındakı «Araz» marketinin qarşısında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində saxlanaraq idarənin inzibati binasına gətirilməklə xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən göy rəngli «Rothmans» markalı siqaret qutusunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 1,597 qram psixotrop maddə metamfetamin və 1,038 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə elan edilən ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi qaydada tikintilərdə fəhləlik etmişdir. 2021-ci il fevralın 12-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan yolunda yerləşən «Araz» varketinin qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşanda özlərini Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etməklə narkotik tərkibli maddələri saxlamasında şübhə edildiyini bildirib onu idarəyə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparıldıqda o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən göy rəngli «Rothmans» markalı siqaret qutusundakı üç ədəd gümüşü rəngli siqaretin kağız bükümünü çıxararaq təqdim etməklə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, göstərilən kütlələri 2021-ci il fevralın 12-də saat 14 radələrində Bakı şəhərinin «28 May» metrostansiyasının yanında Abuhəsən adlı şəxsdən 40 manata alıb öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bükümlər zərfə qablaşdırılaraq möhürlənməklə götürülmüş, tərtib edilən protokolun düzgünlüyü digər iştirakçılarla yanaşı onun imzası ilə təsdiq edilmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.2.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, fərdi qaydada kondisioner ustası işləmişdir. Narkotik aludəçisi olmasına baxmayaraq həmin maddələrin satışını həyata keçirməmişdir. Tutularkən üzərində yarım qram narkotik vasitə heroin və yarım qram psixotrop maddə metamfetamin olmuşdur. O, arada birlikdə işlədiyi Təqsirləndirilən şəxs1la həmin maddələri qəbul etsə də sonuncuya satmamış və hədiyyə verməmişdir. O, istintaqda təzyiqə məruz qalmaqla müvafiq sənədləri imzalamış, bu barədə heç kimə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə baş verdiyi ərəfədə polis kapitanı olub Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il fevralın 12-də Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan yolunda yerləşən «Araz» marketinin qarşısında Adil adlı şəxsin narkotik vasitələri üzərində qanunsuz olaraq mütəmadi daşımaqla qəbulu və satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün əməliyyat qrupu yaradılıb göstərilən tarixdə saat 19 radələrində həmin mağazanın qarşısına gəlmiş, zahiri görünüşü Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə polis əməkdaşları olmalarını bildirib sonuncunu əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra idarənin inzibati binasına dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı sonuncu könüllü şəkildə əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd göy rəngli «Rothmans» markalı siqaret qutusunu, bir ədəd qara rəngli «Jinqa» markalı mobil telefonu, sağ yan cibindən bir ədəd bənövşəyi rəngli «Silverer» markalı alışqanı çıxarmaqla masanın üstünə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisində üç ədəd siqaretin gümüşü rəngli kağız bükümündən birində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə, digər ikisində ağ rəngli psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmiş, Təqsirləndirilən şəxs1 göstərilən maddələri 2021-ci il fevralın 12-də saat 16 radələrində Bakı şəhəri, «28 May» metrostansiyası yanında Abuhəsən adlı şəxsdən öz istifadəsi niyyəti ilə 40 manata aldığını bildirmişdir. Sonuncunun şəxsiyyətini və yerini müəyyən etməkdən ötrü 2021-ci il fevralın 13-də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abuhəsən adlı şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyənləşdirilib sonuncu həmin tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 14 ünvanındakı ünvan 4sında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə baxış, axtarış və götürülmə keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüş materialdan olan üzüyü, arxa sol cibindən 80 manat nağd pulu, qabaq sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bir bükümdə tünd qəhvəyi rəngli maddə olan narkotik vasitə heroin, o biri bükümdə ağ rəngli kütlə olan psixotrop maddə metamfetamin olduğunu, göstərilən vasitələri təqribən 10 gün öncə Bakı şəhərindəki «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almaqla üzərində gəzdirdiyini bildirmiş, hər iki halda aşkar edilən maddələr zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında keçirilən baxış vaxtı narkotik vasitələr və ya başqa qanunsuz əşyalar aşkar edilməmiş, tərtib edilən protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində baş əməliyyat müvəkkili işləmiş Şahid4 Şahid1 ilə uyğun ifadə verib 2021-ci il fevralın 12-də Təqsirləndirilən şəxs2 üzərində baxış, şəxsi axtarış və götürülmə keçirilməsində iştirak etdiyini bildirdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləmiş Şahid3 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid1 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 147). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş hadisə ərəfəsində polis kapitanı olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyat müvəkkili işləmiş Şahid2 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid1 ilə oxşar ifadə verməklə yanaşı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürülmə aparılmasınla iştirak etdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 145-146). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməllər üzrə özünü tam təqsirli bilsə də narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yalnız öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 73, 112 və 255-256). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2021-ci il 12 fevral tarixli raportundan, eyni tarixli əməliyyat tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərarlarından, habelə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 2021-ci il 13 fevral tarixli 065-4180-1221 №-li məktubundan görünür ki, Adil adlı şəxsin Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, 20-ci sahə dairəsinin yanındakı «Araz» marketinin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olması haqqında daxil olan məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirinin keçirilməsi barədə qərarın surətləri Bakı şəhərinin Səbail Rayon Məhkəməsinə və Bakı şəhərinin Səbail Rayon Prokurorluğuna göndərilmişdir (1-ci cild, iş vərəqi 6-9). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 12 fevral və 2021-ci il 13 fevral tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 2021-ci il fevralın 12-də saat 19:00-da Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsi, Təqsirləndirilən şəxs2 2021-ci il fevralın 13-də saat 20:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 20 və 61). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 12 fevral və 2021-ci il 13 fevral tarixli protokollardan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə barəsində baxış, şəxsi axtarış və götürmə keçirilən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Jinqa» markalı mobil telefonu, bir ədəd göy rəngli «Rothmans» markalı siqaret qutusunu çıxarıb təqdim etdiyi qutudan cəmi üç ədəd olmaqla siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə, iki ədəd bükümdə isə şəffaf rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlələr olması müəyyən edilmiş, sonuncu həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, bunları göstərilən tarixdə saat 16 radələrində «28 May» metrostansiyası ətrafında Abuhəsən adlı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs1 geyindiyi şalvarın sağ yan cibindən bir ədəd bənövşəyi rəngli «Silverer» markalı alışqanı çıxararaq təqdim etmiş, aşkar edilən maddələr cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, bir ədəd CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 28-30 və 51). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 13 fevral tarixli 6/645 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilərək üzərində Azərbaycan Respublikasının DİN «Zərflər üçün №242» möhür əksi, «Şübhəli şəxs: Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...» yazılar və imzalar olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,740 qram və 0,857 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,597 qram ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 1,038 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı qalıqları müvafiq qaydada 0,988 qram və 1,517 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 109,9 manatdır (1-ci cild, iş vərəqi 35-38). İş materiallarında olan 2021-ci il 13 fevral tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə zamanı aşkarlanan «Jinqa» markalı mobil telefon Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 43). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2021-ci il 13 fevral tarixli raportundan, eyni tarixli əməliyyat tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərarlarından, habelə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 2021-ci il 13 fevral tarixli 065-4180-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni Abuhəsən adlı şəxsdən əldə etməsi haqqında məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, sonuncunun Təqsirləndirilən şəxs2 olması müəyyən edilməklə 2021-ci il fevralın 13-də saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 14 ünvanında yerləşən Bakı Hərbi Prokurorluğunun qarşısında saxlanaraq idarəyə gətirilmiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərarının surətləri Bakı şəhərinin Səbail Rayon Məhkəməsinə və Bakı şəhərinin Səbail Rayon Prokurorluğuna göndərilmişdir (1-ci cild, iş vərəqi 46-49). Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 fevral tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə barəsində baxış, şəxsi axtarış və götürmə keçirilən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən iki ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etməklə bükümlərdən birində tünd qəhvəyi rəngli maddə olan narkotik vasitə heroin, digərində isə ağ rəngli kütlə olan psixotrop maddə metamfetamin olduğunu, bunları təxminən 10 gün əvvəl Bakı şəhərindəki «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığını və üzərində qəzdirdiyini bildirmiş, bundan əlavə geyindiyi şalvarın sol yan cibindən bir ədəd gümüş materialdan olan üzüyü, arxa sol cibindən 80 manat nağd pulu çıxararaq təqdim etmiş, həmin vəsait özünə qaytarılmış, aşkar edilən maddələr cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, bir ədəd CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 68-70). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 14 fevral tarixli 6/660 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində Azərbaycan Respublikasının DİN «Arayışlar üçün №51» dairəvi möhür əksləri olan «13.02.2021-ci tarixdə vət. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş...» sözləri və imzalar olan bir ədəd zərfə qablaşdırılan bir ədəd bükümdə təmiz çəkisi 0,616 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 2,419 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №60» dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketdəki üzərində «Şübhəli şəxs: X7 üzərindən aşkar olunmuş..» sözləri və imzalar qeyd edilən bir ədəd zərfin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 0,988 qram heroin ilə Təqsirləndirilən şəxs2 üzərindən götürülən təmiz çəkisi 0,616 qram heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №60» dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketdəki üzərində «Şübhəli şəxs: X7 üzərindən aşkar olunmuş...» sözləri və imzalar olan bir ədəd zərfin içərisindəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,517 qram metamfetamin ilə bir ədəd bükümdə Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş təmiz çəkisi 2,419 qram metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir, narkotik vasitə heroinin təqdiqatdan sonrakı qalıqları 0,566 qram və 0,938 qram, psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı qalıqları isə 2,369 qram və 1,437 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 78-81). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 14 fevral və 2021-ci il 15 fevral tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər qismində cəlb edilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən tövsif edilməklə Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 83, 103-104 və 106-107). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 14 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 idarənin müvəqqəti saxlama yerindən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 92-93). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs Təqsirləndirilən şəxs2la üzləşdirilərkən hər biri ifadələrini qismən təsdiqləməklə birincisi ondan aşkarlanan psixotrop maddə metamfetamini və narkotik vasitə heroini bədənində olan ağrılara görə Təqsirləndirilən şəxs2 ona pul almadan verdiyini bildirmiş, sonuncu onun dediklərini təsdiqləmişdir (1-ci cild, iş vərəqi 96). İş materiallarındakı 2021-ci il 15 fevral tarixli ərizədən və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 razılığı əsasında sonuncunun yaşadığı ünvan 2 ünvanına müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamış, bir ədəd CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 97 və 99-101). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22021-ci il 15 fevral tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində əvvəli 2021-ci il fevralın 13-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 118-119). İş materiallarındakı Salyan Rayonu İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2021-ci il 23 fevral tarixli 97 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Salyan rayonunun Kərimbəyli kəndində 1963-cü il təvəllüdlü anası X2 ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 131-132). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il fevralın 25-də və 2021-ci il fevralın 26-da tərtib etdiyi tələbnamələrin, habelə məhkəmə hökmünün və qərarının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan Rayon Məhkəməsinin 2016-cı il 21 yanvar tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2018-ci il 24 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 180.1.-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2019-cu il aprelin 04-də Salyan Rayon Məhkəməsinin 2019cu il 03 aprel tarixli qərarına əsasən cəzadan 03 ay 19 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2019-cu il iyulun 23-də cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış; Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 134- 135, 180-184 və 228). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilib götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,938 qram və 1,437 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,566 qram və 2,369 qram çəkidə qalıqları maddi sübut kimi tanınaraq saxlanması üçün idarəyə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 140-141). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 07 aprel tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 02 aprel tarixli 6617 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə 2021-ci il yanvarın 01-də saat 10:44:23-də «Salam lis isleyiler cixada 2dene lis gotir nisye gotre bilmesen de pulun alim yolyum gotir gel kola pati ustide qrgidi qarada iseyiler esas derman ustude» məzmunlu, saat 17:28:07-də «Nolduda sene qaqa yene ac bu telfonu olem lomkada resad xayis elyrem ac olem sende lomka bilen adamsan meni basa tus ac» məzmunlu, 2021-ci il yanvarın 02-də saat 04:17:37-də «sabahdan oyana kecme aa ev yiyesi qoydugu vaxt bugun biti sabah gelmesen meni evden cixaracaglar sonra qutararam qardasligi basva donim qaqam meni pis» məzmunlu, saat 04:17:41-də «veziyetde qoyma cixaralar atalar cole neyniyerem mamada burdadi iyne derman vurdrur gel tezen allahaqi sene komey edecem gel eli bos yola salmaram seni» məzmunlu, 2021-ci il yanvarın 03-də saat 21:44:17-də «Resad 25 dene kola 20 man eliyir 500 m. 5dene pati 40 man eliyir 200m. Sabahlari onlari ver Ama sen mene pulu o yoldan yolatirmiwtin kola 16 pati 23 deyi» məzmunlu, saat 21:44:21-də «rdin bawima iw gelib menim sene hormetim o olarki nece vaxt gozdedirsen hec olmasa ceheneme bunlari ver rawotawaq cagilsan kestiyimiz coreyi taptalama» məzmunlu, saat 21:54:57-də «Telfonu acan kimi meni yig tezen salyana gelecem seni axtarmayim gorisey aynyomi ver ayrlag kisi kimi sabah uz uze gelede utamayag», ***-***-**-** saylı nömrəyə 2021-ci il yanvarın 12-də saat 02:21:49-da «**********930867 kapital axundov» məzmunlu, ***-***-**- ** saylı nömrəyə 2021-ci il fevralın 07-də saat 00:07:14-də «Qaqa olem lomkada ecolmasa bir qram verin3 pula verin idi mene cixim gotrim lomkada olmiyim sen arxayin oldum tema gotirmedim ecolmasa bir qramda satin mene 30» məzmunlu, 00:10:14-də «Ecolmasa ozinizekiden 05ver cixm veziyeten» məzmunlu, ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə 2021-ci il fevralın 08-də saat 01:38:18-də «Resad agrıyıram basva donim tez gel hemde usaglarinda pulun almsam meni gozleyiler basim qulagim geti dalbadal yigilar basva donim tez gel hemde agryram berk» məzmunlu, saat 02:52:08də «Qaqa olem lomkada usaglarda mindefe yigiblar gel de qaqa basva donim qalmyim usaglarin yanida pis veziyete eyem alinmisa gotir pulu qaytarim pularin qaq» məzmunlu, saat 02:52:14-də «a olarda agryilar biyagdan min defe yigiblar basva donim gel tez bulardan prablemim olmasin unde 10 dene gotiren usagdilar xayis elyrem mene nese de» məzmunlu, saat 10:46:19-da «Resad eve gelibler pulun dalica purban olum gel verey pularin ozimde dosemisem yere gel qaqam agrya doze bilmirem bularda direnibler pularin iseyiler gel qaqa» məzmunlu, saat 10:50:50-də «Torpag maldan getir bir tike cixim lomkadan qurban olum olem lomkada nolar meni cixar bu veziyeten qoyma olim qaqa» məzmunlu, saat 11:01:01-də «Qaqa sen balalarinin cani qoyma olim bu veziyete allahin olsun tarin olsun nolar olem komey ele mene qaqa nolar agrdan olem» məzmunlu, saat 11:30:53-də «pul veren oglanlarida gotrib gedirem qapina icime menden indi axsam taksini suren oglan deyir gedey qapisin goser mene qaqa bele ayib olur getir qaytar pularin» məzmunlu; Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə isə ***-***- **-** saylı nömrədən 2021-ci il yanvarın 08-də saat 03:31:09-da «budu teriflediyin men axrinci defe bele duxda mal gormemiwem . sen» məzmunlu, saat 03:31:12-də «ol var yoxuna nelet» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il yanvarın 12-də saat 01:37:33-də «Salam qaqa mene yig gelmey isdiyrem yaniva» məzmunlu, saat 02:06:41-də «qaqulya mene yig bidene zakazzi deyim nedi» məzmunlu, saat 02:30:12-də «brat 15kolaya 5 manatda weye atiram yaxwi xalaoglu» məzmunlu, saat 02:30:40-da «beyax daniwdig 05 i 15 manat dedim var artig yoxdu senoll» məzmunlu, saat 02:30:48-də «21 manatdi pul vurram» məzmunlu, 2021-ci il yanvarın 16-da saat 22:04:14-də «api 5 manat verecm elave kola goturersen mene 5 wey 5 kola yaxwi» məzmunlu, saat 22:06:25-də «özümcun istyrem kolani senol borç götürdüm uwag-dan cix aza qabgndym» məzmunlu, 2021-ci il yanvarın 19-da saat 08:51:14-də «brat cix catmiwam men azza qabagindayam varndsa pati qoyarsan» məzmunlu, saat 08:57:28-də «ay brat burdayam men seni gozduyrem kecdim araxaya gordunse vzv at blm» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il yanvarın 21-də saat 16:59:59-da «Kola patı bir yerdə 30.. manatlıq narmalni düz qoş qardaşımsan çatıram» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il yanvarın 21də saat 18:30:03-də «Qaqam qadan alaram mene 10 manat borca pul vere bilersen sabah axwama kimi..yoxundusa 0.2kola ver evezine sabah axwama qeder men sabah sene 10 manat verim» məzmunlu, saat 18:30:36-da «Cetin veziyyet-deyem birdene qardawiva komeyliy elede qadan alaram» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il yanvarın 25-də saat 0:17:08-də «Allaha and olsun sen mal satmirsan e gan icmeydi senki.Niye meni» məzmunlu, saat 03:17:10-da «pis vezi-yetde goə» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il yanvarın 25-də saat 19:51:19-da «ay api menemm qaga Adil mene yigg bidene 28 deyem men goruwerdik tez bazar» məzmunlu, saat 21:05:13-də «Hüseyin menen cix sivyaza yetim bur-dayam men 28 de yatmisan diesen» məzmunlu, saat 21:11:19-da «ay brat yene de duwse kola tema mene yig gelim tez gorwey bugün» məzmunlu, saat 21:12:37-də «senol pisdi vezyet gör uwaglarda olsa gelim gorwey cixm vezyetde yaxw» məzmunlu, saat 22:28:26-da «ay qaqaş noldu neynedin yetim nese xeber var temadan» məzmunlu, «Hüseyin qurban olum daniw gör uwaglarda var burda ollem men uje etaga» məzmunlu, 2021-ci il yanvarın 26-da saat 12:14:03-də «brat salam necesen gelim gorwey tez bazar telim sonur burda 28 deye» məzmunlu, saat 12:14:08-də «m men» məzmunlu, saat 13:02:33-də «Hüseyin mene yigg bir xeber dene sen etaga gedim men qalim wpda yaz» məzmunlu, saat 13:21:18-də «qaqawi mene yigda bidene iwim var tel sonur mende» məzmunlu, 2021-ci il yanvarın 27-də saat 14:23:33-də «salam brat mene yigda bidene adildi isim var» məzmunlu, saat 14:41:32-də «ay api mene yigda brat srocnu isim var yetim olmadıki elemede bele ))» məzmunlu, saat 15:44:09-da «brat mende 28 düzeldi uje pul mawinnanig 10 deq catiram» məzmunlu, saat 16:09:15-də «brat catmiwam men cix sen azza arxasina kecim men ?» məzmunlu, 2021-ci il yanvarın 28-də saat 16:58:46-da «salam qaqulya mene yigda bidene isim var» məzmunlu, saat 20:17:42də «qaga neynedin var özünde kola gelim 5 manat vererdim bir tike otrerdn» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il yanvarın 30-da saat 17:50:04-də «Salam nəyinsə var olem lomkada məni ,çixart. Veziyetden» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il fevralın 06-da saat 23:58:01-də «Qaqa bawqa uwag var onada goturmuwdum temani az atiblat verdim hamsin ona 0,7 mene tema verdi cekmeye sagolsin» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il fevralın 08-də saat 03:22:51-də «Huseyin dA1/4zA1/4b qosa bilsen sene dermanni mesede vererdim 35 de pul senol» məzmunlu, ***-***-**-** saylı nömrədən 2021-ci il fevralın 11-də saat 03:16:44-də «api bunu yadunda saxla saat 3 du. gehbeliy vudu» məzmunlu, 03:49:37-də «ala 05 kola lazimdi.mene bir cavab de» məzmunlu, 2021-ci il fevralın 12-də saat 08:17:01-də «gaga 25 manatdan 4-5 gram kola 1gramda pati versun sabaha kimi pulu» məzmunlu və saat 08:17:04-də «nu vererem 100faiz.ola bilsin axwama duzeltdim» məzmunlu sms mesajlarının göndərilməsi aşkar edilmişdir (1-ci cild, iş vərəqi 186-218). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 aprel tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 15 aprel tarixli BKC/LGL-7021/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs1 tutulduğu 2021-ci il fevralın 13-dək sonuncunun istifadəsində olan ***-***-**-** saylı nömrəyə 2021-ci il yanvarın 04-də saat 17:14:39-da ***-***-**-** saylı nömrədən «kola lazimdi mene» məzmunlu, 2021-ci il yanvarın 12-də saat 12:26:10-da ***-***-**-** saylı nömrədən «Budu kod atarsan yada 40 manat edin qaqa patinka alandan sonra siqaret pulum da olsun 5.10 manat» məzmunlu sms mesajlar göndərilməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 229-236). İş materiallarında olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 18 may tarixli AZF/LGL-14109/21 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına aktiv mobil nömrə qeydə alınmamışdır (1-ci cild, iş vərəqi 237). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X4» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 13 aprel tarixli 779 saylı və 2021-ci il 06 aprel tarixli 717 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə sonuncuda xasiyyətin psixopatik cizgiləri müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 əvvəllər «mülayim dərəcədə ifadə olunmuş isterik (dissosiativ konversion) pozuntusu» diaqnozu ilə müalicə olunsa da ittiham olunduğu əməl dövründə və hazırda həmin pozuntunun əlamətləri qeydə alınmamışdır, onlar ittiham edildikləri əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidirlər, məcburi müalicəyə ehtiyacları yoxdur (1-ci cild, iş vərəqi 239-240 və 242- 244). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 18 fevral tarixli 547 №-li və 2021-ci il 04 iyun tarixli 1751 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla sonuncuların məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (1-ci cild, iş vərəqi 245-246 və 249-250). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 04 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli və 2021ci il 05 iyun tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əlavə və dəyişikliklər edilməklə Azərbaycan Respublikasının CM-nin 234.2.-ci və 234.4.3.-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, iki ədəd DVD formatlı CD diskinin, habelə narkotik vasitə heroinin və psixotrop maddə metanfetaminin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar «Azercell Telekom» və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətlərindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş müvafiq qaydada ***-***-**-** və ***-***-**-** saylı nömrələrə daxil olan və çıxan zənglərin, sms mesajlarının siyahıları köçürülmüş iki ədəd CD diskinin maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işindən narkotik vasitənin əldə edildiyi istintaqa məlum olmayan mənbə barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 257-268, 270-271 və 277-280). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 2021-ci il 08 iyun tarixli 0665779-174 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanan narkotik maddələrin Bakı şəhərindəki «Kubinka» adlanan yerdən tanımadığı naməlum şəxsin müəyyən edilməsi ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (1-ci cild, iş vərəqi 287). İş materiallarında olan 2021-ci il 08 iyun tarixli hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda hüquqlarının müdafiəsi müvafiq qaydada Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri X5 tərəfindən 60 iş saatı, X9 tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir (1-ci cild, iş vərəqi 291 və 294). Məhkəməyə təqdim olunan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 2021-ci il 06 avqust tarixli 066-7632-1254 №-li və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2021-ci il 26 avqust tarixli 17/38-5749 №-li məktublarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli qərarı əsasında barəsində həbs qismində qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 2021-ci il avqustun 06-da Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmaqla 2021-ci il avqustun 09-da təcridxanaya gətirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşıması və satması sübuta yetirilir. Lakin Azərbaycan Respublikasının CMnin 234.4.3.-cü maddəsi həmin Məcəllənin 234.2.-ci maddəsində nəzərdə tutulan əməlləri əhatə etdiyindən ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.2.-ci və 234.4.3.-cü maddələri ilə tövsif olunması yanlışdır. Bu əsasla, yəni Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə əhatə olunduğuna görə dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 irəli sürülən ittihamdan Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi xaric edilməklə əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, Təqsirləndirilən şəxs1 tam, Təqsirləndirilən şəxs2 qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxslər qismində verdiyi ifadələr, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə verilən ittiham üzrə Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olmasına baxmayaraq həmin maddələrin satışını həyata keçirməməsi, tutularkən üzərində yarım qram narkotik vasitə heroin və yarım qram psixotrop maddə metamfetamin olması, Təqsirləndirilən şəxs1la narkotik vasitə qəbul etsə də sonuncuya satmaması və hədiyə verməməsi, istintaqda təzyiqə məruz qalıb sənədləri imzalaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 psixi zorakılıq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun göstərilən maddəsinin mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmalarına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu, Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yer üzrə şikayət daxil olmadığını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2018-ci il 24 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 180.1.-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2019-cu il aprelin 04-də Salyan Rayon Məhkəməsinin 2019-cu il 03 aprel tarixli qərarı əsasında cəzadan 03 ay 19 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2019-cu il iyulun 23-də cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1.-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsi əsasında, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.4.-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs1 2021-ci il fevralın 12-dən 2021ci il fevralın 14-dək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci və 56.1.3.-cü maddələrini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı müvafiq qaydada ümumi və ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, sonuncular ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,938 qram və 1,437 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,566 qram və 2,369 qram çəkidə qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; iki ədəd DVD formatlı CD diskinin, habelə narkotik vasitə heroinin və psixotrop maddə metanfetaminin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar «Azercell Telekom» və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətlərindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş müvafiq qaydada ***-***-**-** və ***-***-**-** saylı nömrələrə daxil olan və çıxan zənglərin, sms mesajlarının siyahıları köçürülmüş iki ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 174,9 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 87,45 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 hər biri tərəfindən müvafiq qaydada 100 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 və X6 vəkil işlədikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 360 manat və 420 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 600 manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 600 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları gündən, yəni müvafiq qaydada 2021-ci il avqustun 06-dan və 2021-ci il fevralın 13-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2021-ci il fevralın 12-dən 2021-ci il fevralın 14-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il avqustun 06-dan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin ilə 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il fevralın 13-dən hesablansın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun, onlar ərazi narkoloji dispanserdə qeydiyyata götürülsünlər. 174,9 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 87,45 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 və X6 vəkil işlədikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 360 manat və 420 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 600 manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 600 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,938 qram və 1,437 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,566 qram və 2,369 qram çəkidə qalıqları məhv edilsin, iki ədəd DVD formatlı CD diskinin, habelə narkotik vasitə heroinin və psixotrop maddə metanfetaminin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar «Azercell Telekom» və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətlərindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş müvafiq qaydada ***- ***-**-** və ***-***-**-** saylı nömrələrə daxil olan və çıxan zənglərin, sms mesajlarının siyahıları köçürülmüş iki ədəd CD diskinin maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-117/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-117/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver