Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-117/2024 23.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X42 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi - arvadı X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər RPİ-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sifarişlə qəsdən adam öldürmüş, yəni qəsdən digər şəxsi həyatdan məhrum etmişdir. Belə ki, o, N0-ci illərin əvvəllərində tanış olub yaxın münasibətdə olduğu, tez-tez Bakı şəhərində, müxtəlif ünvanlarda görüşüb birlikdə vaxt keçirdiyi, hər zaman dəstək olması, mənəvi cəhətdən atalıq etməsi, müxtəlif məsələlərdə, o cümlədən dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazanmış, özü üçün müqəddəs insan hesab edərək şəxsiyyətinə pərəstiş etdiyi 1961-ci il təvəllüdlü, Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş X10 ilə 2011-ci ilin oktyabr ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə bir neçə dəfə Bakı şəhərində fərqli ünvanlarda görüşərkən Firudin Məmmədov ona uzun müddətdir ki, N0-ci illərin əvvəllərindən tanıdığı 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs mütəmadi olaraq ziyankarlıq etməsini, buna görə də Zərərçəkmiş şəxs öldürməyin lazım olduğunu bildirərkən, o, Firudin Məmmədova ziyankarlıq etmiş istənilən şəxsi, o cümlədən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs da heç bir təmənna olmadan öldürməyə hazır olduğunu bildirib X20 Qurbanovu öldürmək barədə sifarişini qəbul edib bunu arzu etməklə özlərində cinayət törətmək qətiyyətini yaradıb törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə törədiləcək qətlin detalları barədə müzakirə aparıb cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə növbəti günlərdə, yəni 2011-ci ilin oktyabr aynın ikinci yarısında dəqiq müəyyən olunmayan tarixdə X15 Qurbanova məxsus fotoşəkli və hadisə ərəfəsində aralarında özlərini ifşa etmədən telefon əlaqəsi yaratmaq məqsədilə istifadə etmək üçün istintaqa aidiyyəti olmayan qeyrisinin adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrəni qəbul edib hadisənin törədiləcəyi əlverişli yeri müəyyənləşdirmək məqsədilə Firudin Məmmədovla birlikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə gedərək sonuncunun yaşadığı ünvanı, NZS qəsəbəsində əsas yol sayılan Oqtay Kərimov küçəsindən həmin ünvana uzanan Marat Əmirxanov və Sovxoz küçələrini əyani şəkildə görməklə cinayəti törədəcəyi sahəni dəqiqləşdirmiş, daha sonra Zərərçəkmiş şəxs qəsdən sifariş əsasında öldürməkdə istifadə edəcəyi əşyanı, yəni 1 ədəd əllə açılıbbağlanan, dəstəyi şabalıdı, tiyəsi boz rəngli metaldan olan, açıq vəziyyətdə təxminən 30 sm uzunluğu olan bıçağı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında küçə ticarəti ilə məşğul olan şəxslərdən satın alıb yaşadığı ünvanda gizlətmiş, bundan sonra bir neçə dəfə təkcə Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına gedib ətraf ərazini gəzərək cinayətin törədilməsini başa çatdırmaq və hadisə yerindən qaçıb yayınmaq üçün daha əlverişli istiqamət və səmtləri öyrənməklə, özünün paltarları arasından cinayəti törədərkən əynində olacaq və hadisədən dərhal sonra cinayət izlərini itirmək üçün zibil qutusuna atacağı cins materialdan olan şalvar və gödəkcəsini seçib ayırmaqla cinayəti törətmək üçün zəruri bütün hazırlıq hərəkətlərini görmüş, Firudin Məmmədovla 30 oktyabr 2011-ci il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 25 saylı binanın yaxınlığında görüşərək Zərərçəkmiş şəxs qəsdən öldürülməsini tezləşdirmək üçün ertəsi gün sonuncunu evdən çıxarmağa nail olacağını, sonra isə taksi avtomobili ilə geri qaytarıb Oqtay Kərimov və Marat Əmirxanov küçələrinin kəsişməsində düşürəcəyini, Zərərçəkmiş şəxs avtomobildən düşməsi barədə ona özünün ***-***-**-** saylı nömrəsi vasitəsilə onun istifadə edəcəyi ***- ***-**-** saylı nömrəyə zəng edib məlumat verəcəyini bildirmiş, o isə bu əlverişli məqamdan istifadə edib Zərərçəkmiş şəxs taksi avtomobilindən düşüb yaşadığı ev istiqamətdə yol ilə gedərkən əlverişli yer kimi seçdiyi Sovxoz küçəsində yerləşən 19 saylı yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda öldürəcəyini Firudin Məmmədova bildirərək törədəcəyi cinayətin bütün detallarını sonuncu ilə razılaşdırmış, hazırladığı planın icrası məqsədilə ertəsi gün, yəni 31 oktyabr 2011-ci il tarixdə saat 17:52, 17:53 və 17:54-də Firudin Məmmədov istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə onun istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə zənglər edib 4, 25 və 17 saniyə danışıq müddəti ərzində cinayəti törətmək üçün hərəkətə keçib Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına gedib onunla əlaqə qurmasını tapşıraraq istifadəsində olan digər ***-***-**-** saylı nömrədən saat 17:58-də Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək birlikdə ümumi tanışları Şahid9 baş çəkmək üçün sonuncunun yaşadığı evə getməyi təklif edib Zərərçəkmiş şəxsla razılaşdıqdan sonra yenidən istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan 055- ***-**-** saylı nömrəyə saat 20:29-da zəng edib artıq Zərərçəkmiş şəxs yaşadığı evə getməsini, saat 20:44-də zəng edib Zərərçəkmiş şəxsla sonuncunun yaşadığı evdən Şahid9 yaşadığı ev istiqamətində getməsini, saat 22:08-də isə zəng edib Zərərçəkmiş şəxsla birlikdə Şahid9 evindən qayıtmağa hazırlaşdıqlarını bildirmiş, o isə bu müddət ərzində guya evdə olması görüntüsünü yaratmaq və ifşa olunmamaq üçün özünə məxsus ***-***-**-** saylı mobil nömrəni özünə məxsus telefon cihazında işlək vəziyyətdə yaşadığı ünvan 4 ünvanında saxlayaraq, habelə “Nokia” markalı mobil telefon cihazlarının anten əhatələrində qeydə alınmadığını eşidib törədəcəyi cinayətdən mümkün qədər özünü qorumaq məqsədilə tanışı və cinayətin törədilməsindən xəbərsiz olan Şahid1 ilə həmin gün görüşərək sonuncuya məxsus “Nokia” markalı mobil telefon cihazını müvəqqəti istifadə etmək adı ilə alıb istintaqla müəyyən edilməyən şəraitdə Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına gedərək Firudin Məmmədovun ona verdiyi ***-***-**-** saylı mobil nömrəni qeyd olunan telefon cihazına yerləşdirərək saat 19:26-da Firudin Məmmədova zəng edib plana uyğun olaraq pusquda olduğunu, xəbər gözlədiyini bildirmiş, saat 23 radələrində X29 Qurbanovla birlikdə istintaqla müəyyən edilməyən taksi avtomobili ilə NZS qəsəbəsinə qayıdaraq sonuncunu Oqtay Kərimov küçəsi ilə Marat Əmirxanov küçələrinin kəsişməsində avtomobildən endirib hadisə yerindən uzaqlaşmaqla saat 23:02-də sonuncu dəfə ***-***- **-** saylı nömrədən onun müvəqqəti istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək Zərərçəkmiş şəxs artıq avtomobildən düşərək evi istiqamətində hərəkət etdiyini bildirmiş, o, Firudin Məmmədovdan aldığı məlumat əsasında gözlədiyi mövqedən hərəkətə başlayıb Zərərçəkmiş şəxs ardınca addımlayaraq təxminən 20 metr ara məsafəsi ilə güdməyə başlamış və getdikcə addımlarının sürətinin artıraraq ara məsafəsini azaltmaqla gödəkcəsinin iç yan cibində qatlanmış halda gəzdirdiyi yuxarıda qeyd olunan cib bıçağını açaraq hazır vəziyyətə gətirib sol əlində tutmuş və Sovxoz küçəsində yerləşən 19 saylı yaşayış binası ilə üzbəüz qaranlıq ara yola daxil olduqdan sonra ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edərək əvvəlcə onun kürək, Zərərçəkmiş şəxs zərbənin təsirindən ona tərəf çevrildikdən sonra isə sonuncunun sinə nahiyəsinə ardıcıl olaraq bıçaqla çoxsaylı həyat üçün təhlükəli olan zərbələr endirib döş qəfəsinin ön səthinin sağ yarısında ll-lll-İV-V qabırğalar nahiyəsində ll-lll- İV qabırqaları kəsib döş boşluğuna keçən sağ ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə lll-İV qabığaarası nahiyədə olan döş boşluğuna keçən sol ağciyərin yuxarı payını və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan 1 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə V-Vİ qabırğalar nahiyəsindən döş boşluğuna keçən sağ ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 1 ədəd olmaqla, 3 ədəd hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin ön səthinin sağ yarısında sağ döş yanı xətti üzrə Vİ-Vİİ qabırğa nahiyəsində 1 ədəd, döş qəfəsinin ön səthinin döş sümüyünün ön orta xətti üzrə V- Vİ qabırğa nahiyəsində 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol məmə yanı xətti üzrə l-ll qabırğaarası nahiyədə 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol məmə yanı xətti üzrə İİİ qabırğaarası nahiyədə 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə Vİ qabığaarası nahiyədə 1 ədəd olmaqla, 5 ədəd hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vurmaya aid edilən, həmçinin sol əlin İ əldaraq falanqasının arxa səthində 2 ədəd, sol əlin V əldaraq falanqasının bayır səthində 2 ədəd olmaqla, 4 ədəd sağlamlığa zərər vurmayan, cəmi 12 ədəd kəsilmiş-deşilmiş xəsarətlər yetirərək Firudin Məmmədovun sifarişi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Firudin Məmmədovla N0-ci illərin əvvəllərindən başlayaraq yoldaşlıq münasibəti olmuşdur. Firudin Məmmədov ona “İlkin” adlı şəxslə ədavəti olduğunu, bir müddət sonra onunla “NZS” qəsəbəsində görüşəcəyini və onun da Firudinin yanında olmağını bildirmişdir. Firudin Məmmədov onu bir dəfə İlkinin yaşadığı evin qarşısına aparıb İlkinin evini ona göstərmişdir. Firudin Məmmədov ona bir mobil nömrə vermiş ki, Firudin İlkinlə görüşə gedən zaman onunla tez və rahat əlaqə saxlasın. Hadisənin üzərindən uzun müddət keçdiyindən hal-hazırda həmin mobil nömrəni xatırlamır. Hadisə baş verən günü Firudin Məmmədov ona verdiyi nömrəyə zəng edərək İlkinlə birlikdə NZS ərazisində İlkinin yaşadığı evə doğru getdiklərini bildirmiş, o da NZS qəsəbəsində İlkinin yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. O, Firudin və İlkinin yanına çatdıqda onlarla salamlaşmışdır. O, İlkini əvvəllər heç vaxt görməmişdir. İlkin onu görən zaman Firudina öz narazıçılığını bildirmişdir. Firudin İlkini qırağa çəkərək kənarda söhbət etməyə başlamış və ona isə demiş ki, bir az kənarda dayansın. Firudin və İlkin söhbət edərkən o, onlardan 6-7 metr kənarda dayanmışdır. Firudinlə İlkin söhbət edərkən İlkin üzünü ona tutub söyüşlə təhqir edərək onun ora niyə gəldiyini ondan soruşmuş, o da onu təhqir etməyə başlamışdır. İlkin üzü ona tərəf gəlmək istəyəndə Firudin İlkinə arxadan bıçaqla bir zərbə vurmuşdur. Sonra Firudun əli ilə İlkini özünə tərəf çəkib sinə nahiyəsindən də 1 zərbə endirmişdir. İlkin yerə yıxıldıqdan sonra X21 üstünə çıxmış, Firudin İlkinin üzərində olan zaman o, onları ayırmışdır. Daha sonra Firudin bir istiqamətə, o da Firudinin getdiyi istiqamətin əksinə doğru getmişdir. O, sonra taksiyə əyləşərək “Neftçilər” xəstəxanasının yaxınlığına getmişdir. O, taksiyə əyləşən zaman “Neftçilər” dedikdə, metrostansiyanın yaxınlığını nəzərdə tutsa da, taksi sürücüsü “Neftçilər” xəstəxanası başa düşmüşdür. Daha sonra “Neftçilər” xəstəxanasının yaxınlığından “Xalqlar Dostluğu” metrostansiyanın yaxınlığına getmişdir. Həmin ərazidən də 2015-ci ilə kimi yaşadığı ünvan 5 ünvanına getmişdir. Firudinin ona verdiyi nömrəni sındırıb küçəyə atmışdır. Firudinin ona verdiyi sim nömrəni Şahid1 mobil telefonuna daxil edərək istifadə etmişdir. Hadisə zamanı daimi işlətdiyi mobil telefon və nömrə yaşadığı evdə olmuşdur. Firudin Məmmədovla qonşusu vasitəsilə N2-ci ildə tanış olmuşdur. Firudinu ilk tanıdığı zaman İslam Universitetində işləyirdi. O, İslam Universitetinə qəbul olmaq üçün imtahan versə də, qəbul ola bilməmişdir. O, Firudinlə daimi istifadə etdiyi mobil nömrə ilə əlaqə saxlayırdı. Daimi istifadə etdiyi mobil nömrəni şəxsiyyət vəsiqəsi təqdim etmədən aldığı üçün həmin nömrənin kimin adına qeydiyyatda olduğunu bilmir. Hadisə baş verməmişdən qabaq, 1 ay əvvəl Firudinlə bir-iki dəfə görüşmüşlər. Firudinlə görüşəndə söhbətləşərkən İlkinlə arasında problem olduğunu demiş, lakin problemin məzmunu barəsində ona heç nə deməmişdir. Firudin müəllimi namaz qılan, dindar şəxsiyyət kimi tanımışdır. Firudinlə tələbələri arasında intim əlaqə olub-olmamasından xəbəri olmamışdır. Onun daimi istifadə etdiyi mobil nömrəsi tez-tez məşğul olduğundan İlkinlə görüşə gedən zaman onunla rahat ünsiyyət qurmaq üçün Firudin ona yeni mobil nömrə vermişdir. Firudinin ona verdiyi mobil nömrəni istifadə etmək üçün Şahid1 mobil telefon götürmüşdür. Firudinin ona rahat əlaqə saxlamaq üçün mobil nömrə verməsi onda şübhə oyatmamışdır. Firudin ona nömrə vermiş ki, İlkinlə gəlməli olduqları yerə doğru hərəkət edərkən onunla rahat unsiyyət saxlasın. Hadisə yerinə Firudinlə birlikdə hadisədən əvvəl bir dəfə gündüz vaxtı getmişlər. Hadisə baş verən gün Firudinlə bir neçə dəfə telefonla danışmışlar. Firudinin İlkinlə saat 23:00 radələrində görüşməsi onda heç bir şübhə yaratmamışdır. İlkinlə görüşəcəyi yeri Firudin ona hadisə baş verməmişdən qabaq yalnız bir dəfə göstərmişdir. Hadisə baş verən zaman üzərində bıçaq olmamışdır və hadisə yerinə gedən zaman heç bir dükandan bıçaq almamışdır. Firudin İlkinlə birlikdə hadisə yerinə gəlmiş, o isə tək getmişdir. Hadisə baş verən zaman orada o, Firudin və İlkin olmuşdur. İlkin onu söyüb ona tərəf gələndə Firudin İlkinə arxadan zərbə endirmişdir. Firudin İlkinə arxadan bir zərbə vurduqdan sonra özünə tərəf çəkib sinəsinə də bir zərbə endirmişdir. Firudin İlkinə ikinci dəfə zərbə yetirdikdən sonra İlkin yerə yıxılmışdır. Firudin İlkinə yerdə neçə dəfə zərbə yetirməsini xatırlamır. O, Firudunu İlkinin üzərindən götürən zaman İlkin yerdən ayağa qalxaraq qaçmağa başlamışdır. İlkinin arxasınca isə heç kim qaçmamışdır. Firudin hadisə zamanı kostyumşalvar və palto geyinmiş, onun da əynində cins şalvar olmuşdur. Hadisədən sonra paltarları heç yerə atmamışdır. Hadisədən sonra Firudinlə telefonla danışarkən ona Polis Bölməsinə gedəcəyini bildirmişdir. Onu Baş Prokurorluğa çağırıb “NZS” ərazisində baş vermiş cinayət hadisəsini törətdiyini və onlara bu məlumatı Şahid1 dediyini bildirmişlər. O, Şahid1 “NZS” ərazisində ölüm hadisəsinə şahid olduğunu demiş, lakin öldürən və öldürülən şəxslərin adını ona deməmişdir. Firudin Məmmədovun oğlunu qiyabi olaraq tanıyır və onun evinə hadisədən qabaq bir neçə dəfə getmişdir. Firudin Məmmədovun oğlunun zavodda müdür olması barədə məlumatı olmamışdır. Firudin ona İlkinlə oğlunun birlikdə çalışmasını deməmişdir. Firudun ona İlkinlə hansı səbəbdən ədavəti olduğunu deməmişdir. O, Anara araşdırılan ölüm hadisənin harada, hansı şəraitdə baş verməsi ilə bağlı heç bir məlumat verməmişdir. Firudinin evində olan təmir işlərini də o aparmışdır. Hadisədən sonra o, Firudinin baldızının qızı ilə evlənmişdir. O, Firudin vəfat etdikdən sonra onun yas yerinə getmiş və onun qan azlığı xəstəliyindən əziyyət çəkməsi səbəbindən ölməsini bilirdirmişdir. Firudin Məmmədovun ətrafında olan insanları və Şahid9 tanımamışamdır. Şahid2 ilə qeyri-rəsmi münasibətdə yaşamışlar. Baş vermiş hadisə ilə bağlı Şahid2 heç nə danışmamışdır. Şahid2 baş vermiş hadisəni 2011-ci ildə Polis Bölməsinə ifadə vermək üçün çağırılmışdır. O, solaxaydır. Bakı bulvarına metro ilə gedib-gəlirdi. Ailə üzvlərini cinayət məsuliyyətinə cəlb etməmələri üçün yazılan ifadələrə imza etmişdir. Ona ibtidai istintaq zamanı 6 şəkil göstərmişlər, lakin o, həmin şəkillərdə olan heç bir şəxsi tanımamışdır. İbtidai istintaq zamanı ifadələrin bir hissəsi gördükləri, bir hissəsi isə müstəntiqin təxəyyülüdür. İbtidai istintaq zamanı müstəntiqin ona göstərdiyi bıçağı təsvir etmişdir. Şahid1 cinayəti gizlətməklə bağlı məhkum olduğu üçün fikirləşmiş ki, həyat yoldaşını da məhkum edəcəklər. İbtidai istintaq zamanı müstəntiq zərərçəkmiş şəxs İlkinin zoğalı rəngindən xoşu gəldiyini bildirərək onun ifadəsində zoğalı rəngini vurğulamağını demişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, anadan olduğu vaxtdan 2015-ci ilə qədər ünvan 5 ünvanında “Nazlı” deyə çağırılan anası Nəzakət Salahova ilə birlikdə yaşamış, atası 1996-cı ildə rəhmətə getmiş, anası isə uzun müddət xadiməçi (süpürgəçi) işləmişdir, o demək olar ki, çöl şəraitində - “küçə”də böyümüşdür. O, Nizami rayonunda yerləşən əvvəlcə 109, daha sonra isə 277 saylı orta məktəblərdə təhsil almış, N3-N4-cü illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən N №-li hərbi hissəsində xidmətdə olmuş, N5-ci ildə hərbi xidmətdən qayıdandan sonra əvvəlcə müxtəlif yerlərdə fəhləlik etməyə, sonra isə elektrik işini öyrənib elektrik ustası olaraq işləməyə başlamışdır. O, mərhum Firudin Məmmədovu N5-ci ildə hərbi xidmətə gedəndən əvvəl sonuncunun tələbələrindən olmuş Rövşən adlı tanışına görə dindar bir şəxs kimi tanımış, (hazırda Rövşənin bacısı Firudinin oğlu Zamirin arvadıdır), tanıdıqdan sonra Firudinə bir din adamı kimi, ağsaqqal insan kimi hörməti getdikcə artmış, Firudin ona ata olub atalıq etmiş, Firudinə həmişə yüksək dəyər vermiş və heç vaxt sözündən çıxmamışdır. Firudin İslam universitetində dekan işləmiş, “Ruslan 93” marketin arxasında yeddinci mərtəbədə ailəsi ilə birlikdə yaşamışdır. O, tez-tez həm baş çəkmək, həm də “həyati” məsləhətlər almaq, nələrisə öyrənmək məqsədilə Firudinin evinə getmiş, adətən Firudin özü onu evinə çağırmışdır, belə-belə həmin ərəfələrdə o, Firudinin arvadı Səkinə, oğlanları Əfqan və Zamiri tanımış, lakin həmin ərəfədə yalnız salam-sağol münasibətləri olmuşdur. Firudin onun yaşadığı mənzildə heç vaxt olmamış, lakin dəfələrlə onu taksi yaxud digər şəxslərin avtomobili ilə yaşadığı binanın və ya blokun qarşısında düşürtmüşdür. Ümumiyyətlə, Firudinin özünün istifadəsində avtomobil olmamış, Firudinin xatırlamadığı 2 mobil nömrəsi və 2 mobil telefonu olmuş və o, Firudinin hər iki mobil nömrəsi ilə əlaqə saxlamışdır. O, Firudinin ölümündən sonra Firudinin evində aparılan təmir zamanı orada elektrik işi görən zaman Firudinin arvadı Səkinənin bacısı qızı Hürünü görüb bəyənmiş, bu barədə Hürünün digər bacısının əri və onun əsgər yoldaşı Zaur Şövkətov ilə danışmış, 2015-2016-cı illərdə Hürü ilə nişanlanıb daha sonra isə ailə qurmuşdur. 2011-ci il ərzində 2012-ci ilin avqust ayına qədər onun istifadəsində ***-***-**- ** saylı mobil nömrə olmuş və həmin mobil nömrə vasitəsilə Firudinlə əlaqə saxlamışdır. Həmin mobil nömrəni hadisədən bir neçə il əvvəl özü almış, lakin nömrə onun adına qeydiyyatda olmamışdır, nömrənin kimin adına qeydiyyatda olması barədə məlumatsızdır. Eyni zamanda həmin ərəfələrdə qeyri-rəsmi birlikdə yaşadığı Şahid2 onun mobil nömrəsinə oxşar olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr alıb işlətmişdir. Zərərçəkmiş şəxs öldürülməsindən təxminən bir ay əvvəldən Firudin Məmmədov ona bir neçə dəfə söz salaraq adam öldürə bilib-bilməyəcəyini soruşmuş, o isə Firudini özünə uca şəxsiyyət bildiyinə görə və hədsiz məhəbbəti olduğuna görə Firudinin xətrinə istənilən şəxsi öldürməyə hazır olduğunu demişdir. Hadisədən təxminən 1 həftə əvvəl Firudin Məmmədov onu öz yaşadığı evinə çağırıb ilk dəfə olaraq açıq şəkildə Zərərçəkmiş şəxs öldürmək lazım olduğunu bildirmişdir, lakin nə üçün öldürmək lazım olduğunu deməmiş və heç nə vəd etməmişdir. O, Zərərçəkmiş şəxs tanımamış, həyatda heç vaxt qarşılaşmamışdır. Firudin xeyli vaxtdır ki, İlkini öldürmək istədiyinə görə 1 aydır onun həmin cinayəti törətməyə razı olub-olmayacağını, yaxud etibarlı olub-olmadığını hər dəfə ona suallar verməklə yoxlamışdır. O, təmənnasız olaraq və birbaşa Firudin üçün İlkini öldürəcəyinə razılıq verməsinə baxmayaraq Firudinin İlkini nə üçün öldürtmək istəməsini bilməmişdir. Xeyli vaxt keçdiyinə görə ardıcıllığı dəqiq xatırlamır, lakin yadındadır ki razılıq verəndən sonrakı günlərdə Firudin Zərərçəkmiş şəxs ona tanıtmaq üçün İlkinin hansısa restoranda toy mərasimində çəkilmiş masa ətrafında əyləşmiş, əynində zoğalı rəngli kostyum olan bir fotoşəkilini göstərmişdir. O, həmin fotoşəkili Firudinin necə əldə etməsini və göstərdikdən sonra şəkili ona verməyib yenidən özünə götürməsinin səbəbini bilməmişdir. Daha sonra Firudin günorta saatlarında onunla birlikdə tanımadığı və xatırlamadığı taksi avtomobili ilə NZS qəsəbəsinə gedərək, avtomobili hərəkət etdirərək İlkinin yaşadığı evi, həmin evə doğru ana yoldan ayrılan yolu, taksi ilə İlkini düşürəcəyi yeri və hadisə yeri olan “qarajlar tərəfi”, yəni təxminən 2 metr eni, 20-30 metr uzunluğu olan dar bir yolu (dalanı) əyani olaraq göstərmiş, lakin taksi sürücüsü Firudinin nə məqsədlə ona həmin yerləri göstərməsini bilməmişdir. Bundan sonra 1 yaxud 2 dəfə özü də cinayətə hazırlaşmaq məqsədilə həmin yerlərə tək gedib gəzərək Zərərçəkmiş şəxs əsas yoldan piyada gələ biləcəyi və onun gizlənə biləcəyi yerləri dəqiqləşdirmişdir. Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün ona ***-***-**-** saylı mobil nömrə vermişdir. O, həmin nömrənin kimə məxsus olduğunu bilməmişdir. Həmin ərəfədə o, həmçinin 15 yaxud 20 manat müqabilində 20 Yanvar dairəsinin yaxılığında dükanlardan birində açıq vəziyyətdə təxminən 30 sm uzunluğu olan, mebel rəngli dəstəyi və boz metal rəngli tiyəsi olan, əllə açılıb-bağlanan bıçaq əldə edib hadisə gününə qədər evində saxlamışdır, həmin bıçaq barədə ailə üzvləri məlumatsız olmuşlar. Həmin bıçağın dəstəyinin arxa hissəsində təxminən 5-10 sm uzunluqda, ucu haçalı formasında olan qol olmuşdur, amma o, bu qolun nə üçün olduğunu bilməmişdir. Hadisə günü, yəni 31 oktyabr 2011-ci il tarixdə o, günorta saatlarına qədər Firudin Məmmədov ilə telefon əlaqəsi saxlamışdır. Firudin ona həmin gün İlkini evdən çıxardıb özü ilə harasa aparacağını və geri qayıdıb evinin yanında, ona göstərdiyi küçənin başında taksidən düşürəcəyini bildirmiş və ona bundan sonra evinə piyada gedəcək İlkini yolda öldürməyi tapşırmışdır. O da razılaşıb qabaqcadan plana uyğun olaraq əyninə cins şalvar və cins gödəkçə geyinib bıçağı gödəkçənin iç yan cibində bağlanmış vəziyyətdə evdən çıxmışdır. Həmin paltarlar köhnə olmuş və o, məhz İlkini öldürəndə əynində olması və hadisədən sonra atması üçün qabaqcadan həmin paltarları özü seçmişdir. O, evdən çıxıb əvvəlcə tanışı Şahid1la əlaqə saxlayıb yaşadığı evin yaxınlığında görüşmüş və Anarın müvəqqəti olaraq istifadəsində olan “Nokia” markalı sadə modelli mobil telefonunu istəmişdir. O, əvvəllər Anardan mobil telefon istədiyini xatırlamır, lakin əvvəllər özü Anara 1-2 dəfə telefon hədiyyə etdiyinə görə həmin gün Anar da ona etiraz etməmişdir. Bundan sonra o, evə qayıdıb öz 900 saylı mobil nömrəsini və markasını xatırlamadığı səhv etmirsə Samsung markalı mobil telefonunu işlək vəziyyətdə evdə qoymuşdur. Öz mobil telefonunu evdə qoymaqda məqsədi cinayətin izini itirmək və guya evdə olmağı barədə alibi yaratmaq, Anarın telefonu götürməkdə məqsədi isə həmin sadə model Nokia markalı telefonların antenaya düşmədiyini eşitdiyi üçün hadisə yerində izini itirmək olmuşdur. Daha sonra o, evdən çıxıb 30 №-li avtobus ilə NZS qəsəbəsinin yaxınlığına gələrək orada ***-***-**-** saylı mobil nömrəni Anardan götürdüyü mobil telefona yerləşdirmiş və Firudinə zəng edərək artıq hadisə yerində olduğu barədə məlumat vermişdir. Həmin vaxt Firudin evdə olmuşdur, sonra Firudinlə bir neçə dəfə də telefon əlaqəsi yaratmışlar və Firudin ona İlkin ilə birlikdə evdən çıxdıqlarını, daha sonra isə İlkin ilə birlikdə getdikləri yerdən çıxıb geri qayıtdıqlarını xəbər vermişdir. Bundan sonra o, dərhal qabaqcadan Firudin ilə razılaşdıqları yerə, yəni İlkinin evinə doğru uzanan küçənin başında gözləməyə başlamışdır. Az sonra xeyli zaman keçdiyinə və həmin vaxt həyəcanlı olduğuna görə rəngini və markasını xatırlamadığı bir avtomobil ondan təxminən 20 metr aralıda dayanmış və İlkin xatırlamadığı qapını açıb avtomobildan düşmüşdür, eyni anda Firudin ona zəng edib İlkinin avtomobildən düşdüyünü demişdir. Bundan sonra o, təxminən 100 metr boyunca İlkinin ardınca əvvəlcə təxminən 20 metr ara məsafəsi ilə düşmüş, sonra isə getdikcə ara məsafəsini azaldıb lap yaxınlaşmış, yaxınlaşdıqca bıçağı çıxarıb hazır vəziyyətdə sol əlində tutmuş, İlkinin evinə yaxın qaranlıq dar, çığıra oxşayan bir ara yol (dalan) olmuşdur, oraya keçəndə ətrafın qaranlıq və sakit, kimsəsiz olmasını fürsət bilib Zərərçəkmiş şəxs arxa tərəfdən hücum edərək sol əlində tutduğu bıçaqla ilk zərbəni üstdən aşağı İlkinin kürək nahiyyəsinə endirmiş, dərhal İlkin sağ çiyni üstə ona tərəf çevrilmiş, bundan sonra o, İlkinin sinə və qarın nahiyyələrinə ardıcıl bıçaqla zərbələr endirmişdir, sonra İlkin yerə yıxılıb ona tərəf təpik ataraq yaxınlaşmasına mane olmuş və həmçinin qışqırıb kömək istəmişdir. O, ətrafdakı pəncərələrdə işıqlar yandığını hiss edib dərhal oradan uzaqlaşmağa başlamış, bu zaman İlkinin yerdən qalxıb təxminən 20 metr aralıda yerləşən iki mərtəbəli binanın blokuna tərəf qaçdığını görmüşdür. Bundan sonra o, təxminən yüz metr qaçıb tanımadığı taksiyə əyləşmiş və dərhal yaşadığı ünvanın yerləşdiyi əhatəni nəzərdə tutub “Neftçilər”ə sürməsini xahiş etmişdir, lakin taksinin geri qayıdıb hadisə yerinə tərəf istiqamət aldığını görəndə özünü itirib sürücüyə “Neftçilər xəstəxanası”na tərəf sürməsini istədiyini və onu səhv başa düşdüyünü demişdir. Bundan sonra taksi onu “Neftçilər xəstəxanasının qarşısına gətirmiş, orada isə başqa tanımadığı taksi ilə “Xalqlar metrostansiyasfnın yaxınlığına gəlmiş və oradan piyada binaların arası ilə evinə tərəf getmişdir. Yolda 369 saylı mobil nömrəni sındırıb xatırlamadığı yerə atmış, evə gələndə anası evdə olsa da hadisə barədə xəbəri olmamış, hadisə zamanı o, hər hansı xəsarət almamışdır, əynindəki paltarların çöl səthi qana bulaşmamışdır və ehtiyat üçün paltarları yığıb bir salafana ertəsi gün evdən uzağa aparıb zibil qutusuna tullamış, bıçağı isə su ilə yuyub təmizləmiş və Firudin intihar edəndən sonra bulvara gedib Xəzər dənizinə atmışdır. Telefonu Anara nə zaman qaytardığını xatırlamır. Evə daxil olan ərəfədə Firudin onun 900 saylı mobil nömrəsinə zəng vurmuş və danışıq zamanı o, üstü örtülü formada “tapşırdığınız işi həll etdim” demiş, Firudin də ona hadisə ilə bağlı polisə çağırıldığını bildirmişdir. Bundan sonra o, növbəti günlərdə ifşa olunmama məqsədilə Firudindən uzaq olmuş və Firudinlə nə telefon nə də əyani görüşü olmamış, Firudinin intihar edəcəyindən qabaqcadan məlumatı olmamış, yalnız intihar edəndən sonra ona zəng edib hadisə barədə xəbər verərək məscidə çağırmışlar. Hadisəni ürəyində daşımaq ilk əvvəllər ona ağır olduğuna görə Firudin öləndən qısa bir müddət sonra həmin ərəfələrdə daha yaxın olduğu, dostu Şahid1 NZS qəsəbəsində bir adamı bıçaqla vurub öldürdüyünü etiraf etmişdir, lakin Anarın ifadəsində dediyi kimi guya kiminsə ona təslim ol deməsini bildirməmişdir, çünki belə bir hal olmamışdır. Həmçinin, Anara Firudinin tapşırığı ilə bu cinayəti törətdiyini də deməmişdir.O, Zərərçəkmiş şəxs öldürməyi barədə başqa heç kimə danışmamış və bu cinayətin törədilməsində başqa iştirakçı olmamışdır. Onun Firudin ilə hər hansı intim münasibəti olmamış, Firudinin başqa cinayət törədilməsini təşkil edibetməməsi barədə məlumatı olmamışdır (cild 13, iş vərəqə 176-180 və 237-241). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaqı zamanı etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təsdiq edildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində bildirmişdir ki, Mərhum Zərərçəkmiş şəxs ilə N5-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş, toydan sonra Bakı şəhərində NZS qəsəbəsində kirayədə yaşamış, ailədə həmişə çox mehriban olmuşlar. Rəsmi nikahdan N6-cı ildə qızları Samara, N8-ci ildə isə oğulları Ayxan anadan olmuşdur. İlkin ailə qurandan sonra NZS qəsəbəsində bir otaq kirayə götürərək dərzi fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda işləyə-işləyə Bakı İslam Universitetinin ruhanilik fakültəsinə də qəbul olunmuş, 2010-cu ildə təhsilini bitirərək diplomunu alsa da həmin ixtisas üzrə heç bir vaxt işləməmişdir. O, İlkinin Bakı İslam Universitetində təhsil aldığı müddətdə kiminlə oturub-durmasını bilməsə də, Universitetdə müəllim işləyən Firudin Məmmədovla çox yaxın olduqlarını bilmişdir. X12rın evinə İlkinin elçiliyinə gəlmiş, onların toylarını maliyyələşdirmiş, toydan sonra da dəfələrlə İlkinə pul vermişdir. Daha sonra İlkin tanışı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində sürücü işləyən Namiq vasitəsi ilə orada işləyən Şahid9la tanış olmuş, tanışlıqdan sonra İlkin bir neçə dəfə sürücüsünün işi olduğundan Şahid9 avtomobilini idarə edərək sonuncunu Gəncə şəhərinə və Cəlilabad rayonuna aparmışdır. İlkinin həm Firudin Məmmədov, həm Şahid9la olan tanışlığı dostluğa çevrilmiş və bayram günləri, ad günlərində bir-birilərinin evinə gedib-gəlmişlər, ailəlikcə çox mehriban münasibətləri yaranmışdır. 2010-cu ilin axırlarında İlkin Sabunçu rayonu ərazisində yerləşən "xxxx" ASCnin səhmdarlarından biri olmuş, lakin hansı miqdarda səhmə malik olması, həmin səhmi hansı vasitə ilə almasından xəbəri olmamış, İlkin özü də bu barədə ona heç nə danışmamışdır. İlkinin ona deməsinə görə zavodu onun adına Şahid9 keçirmiş və zavoda rəhbərlik etdiyinə görə 500 (beş yüz) manat əmək haqqı almışdır. 2010-cu ilin yay aylarında İlkin Maştağa qəsəbəsində hər sotunu 800 ABŞ dollara olmaqla cəmi beş sot torpaq sahəsi almış və orada ev tikməyə başlamışdır. İlkinin deməsinə görə zavodda olan köhnə dəzgahların dəmirlərini sataraq həmin pulla evi tikdirirmiş. İlkin bəzən evə gəlmir və bunun səbəbini iş yerində qalması ilə izah etmişdir. Həmçinin, 2010-cu ildən İlkin ondan ayrı yataqda yataraq bunun səbəbini isə uşağın ağlaması ilə izah etmişdir. İlkinin müxtəlif kişilərlə intim münasibəti yaşaması barədə məlumatı olmamış, bu barədə ilk dəfə istintaq dövründə polis bölməsində eşitmişdir. 31 oktyabr 2011-ci ildə gün ərzində İlkinin əhvaliruhiyyəsi yaxşı olmamış və tez-tez yatmaq istədiyini bildirmişdir. X40 ilə telefonla danışmış və Firudini evdə gözlədiyini, bir yerdə Rüstəmgilə gedəcəklərini bildirmişdir. Saat 20 radələrində Firudin onların evinə gəlmiş, bir qədər oturub çay içdikdən sonra İlkin Rüstəmlə danışmış və Rüstəm İlkinə öz evinə çatdığını bildirmişdir. Bundan sonra İlkin və Firudin birlikdə Rüstəmin Xətai rayonu, Həzi Aslanov qəsəbəsində yerləşən evinə gedəcəklərini bildirib çıxmışlar. Evdən çıxanda İlkin Firudinə öz avtomobili ilə getmələrini təklif etsə də, Firudin İlkinin maşın sürməyindən ehtiyat etdiyini əsas gətirərək razılaşmamış və yola çıxıb oradan bir taksi ilə getmələrini təklif etmişdir. Ümumiyyətlə, onların ailəsi ilə Rüstəmin ailəsi yaxın münasibətdə olmuşdur, həmin günlərdə Rüstəmin ailəsi Londona getdiyinə görə evdə tək olmuş, İlkingil gedəndə nə səbəbə getdiklərini deməsə də o, Rüstəmə dost kimi baş çəkməyə getdiklərini zənn etmişdir. Saat 24 radələrində qonşuluqda yaşayan xalası Yeganə ona zəng edərək qonşuların deməsinə əsasən İlkinin bıçaqlandığını eşitdiyini demiş, az sonra isə Yeganə onların evinə gəlmiş, Yeganədən sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq onu Xətai RPİ-nin 37-ci PBnə dəvət etmişlər. Bölmədə olarkən İlkinin bıçaqlanaraq öldürüldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs tanımır, əvvəllər heç zaman görməmiş və adını eşitməmişdir. İlkinin və ya Firudinin Təqsirləndirilən şəxsla nə kimi münasibətlərinin olmasından xəbəri olmamışdır. Eləcə də, Firudinin və Əhədin İlkini nə üçün öldürdüklərini bilmir və İlkin ondan çox şeyi gizlətdiyi üçün bu barədə fərziyyə də irəli sürə bilmir. Zərərçəkmiş şəxs “bardovu” rəngi sevdiyinə görə də həmin rəngli həm köynəyi, həm qısa paltosu, həm də istintaqa təqdim etdiyi fotoşəkillər arasında olan toy mərasimlərindən birində əynində olan eyni rəngli kostyumu olmuşdur, lakin İlkinin həmin rəngli saruckasını hansı toy mərasimində geyindiyini xatırlamır. İlkin Firudin ilə dost olmuşdur. Firudingil ilə onlar bir-birilərinin evlərinə gedib-gəlmişlər. Həmçinin Rüstəmgil ilə də onlar bir-birilərinin evlərinə gedibgəlmişlər. İlkinin maddi imkanı onunla evlənən zaman normal olmuşdur. Zavod İlkin öldürülməmişdən 1 il əvvəl onun adına keçirilmişdir. Firudinin oğlu Zamir də həmin zavodda işləyirdi. Onun qardaşı İlqar da həmçinin həmin zavodda işləyirdi. Firudin onların evinə gələndə ona deyirmiş ki, evdən getsin. Firudin ilə İlkinin mübahisə etdiklərini görməmişdir. Hadisə baş verən günü Firudin saat 9-da onlara gəlmişdir. Yoldaşı İlkinin maşını olsa da, hadisə günü maşını xarab idi. Hadisə baş verən gün İlkinə nə qədər zəng etsə də, o telefonu açmamışdır. Firudini həmin gün görmüş, Firudin köynək və kostyum geyinmişdi. İlkinin öldürüldüyünü xalasından öyrənmişdir. Hadisə baş verən yer onların evinə yaxın olmuşdur. O, polisə gecə getmişdir. X31 görə son zamanlarda tanımışdır. Rüstəmlə İlkinin münasibəti yaxşı olmuşdur. O, yasda iştirak etmişdir. Firudin yasa tək gəlmişdir. Firudin ilə İlqarın arasında mübahisə olduğunu görməmişdir. İlkin öldürüldükdən sonra zavod ona yardım kimi İlkinin maaşını verirdi. Maaş 500 manat olmuşdur. Zavoddan həmin maaşı 4-5 il ona vermişlər. Firudin onlara yardım edirdi. İlkin Zavodda işə girdikdən sonra evi tikmişlər. Hadisəyə qədər Əhədin adını eşitməmişdir. Rüstəm və zavodun işçiləri zavodun başqa şəxsin adına keçirilməsi üçün onun notariusa getməli olduğunu demişlər və o, zavodun İlkinin adından çıxarılması üçün Xaçmaza notariusa getmişdir. Mübariz adlı şəxsi tanıyır. Şahid9 tanıyır və İlkin öldükdən sonra ailəsinə maddi yardımlar etmişdir. Firudin onlara gələndə əynində palto və kostyum olmuşdur. İlkin Bakı İslam Universitetində oxumuşdur. İlkin narkotik vasitədən istifadə etmiş və bəzi hallarda evə gəlməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, İlkinin dostu Elman Əliyev onun əmisi qızı Nuridə ilə rəsmi nikaha girməklə ailə qurmuş və o da bununla əlaqədar İlkini tanımış, yaxın münasibətləri olmuşdur. İlkində tədricən dinə meyillilik yaranmış və bir gün İlkin atası Firudin Məmmədova tövbə edərək spirtli içki qəbul etməyi və narkotika qəbul etməyi atmaq istədiyini, dini biliklərə yiyələnmək istədiyini demiş, ardınca Firudinlə N5-ci ildə Şüvəlanda Mirmövsüm ağanın ziyarətgahına gedərək əlini Qurana basaraq tövbə edib və bir daha spirtli içki, narkotik qəbul etməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin vaxtlar Firudinə Quranı öyrənmək istədiyini bildirmiş və atası da İlkinə bu işlərdə köməklik göstərmişdir. İlkin N6-cı ildə Bakı İslam Universitetinin şəriət fakültəsinə daxil olmuş 2011-ci ildə orada təhsilini başa vurmuşdur. İlkin Firudinlə Bakı İslam Universitetinin şəriət fakültəsində təhsil alması ilə əlaqədar yaxın münasibətdə olmuşlar. Eyni zamanda həmin vaxtlar Zərərçəkmiş şəxs əsəbi olması ilə əlaqədar müalicə də olunduğunu eşitmişdir. X22 Klinikaya aparmış, sonralar isə İlkin Nərimanov rayonu ərazisində yerləşən Ruhi-Əsəb dispanserində də müalicə olunmuşdur. Həmçinin Zərərçəkmiş şəxs 2011-ci ilin mart ayında Firudinlə birlikdə Türkiyə Cümhuriyyətində ümumi müayinədən keçmiş və İlkinə əsəbi ilə bağlı iki illik dərman yazılmışdır. İlkinin həm də Əmlak Məsələləri Dövlət Komitəsində işləyən Şahid9la yaxın münasibətləri olmuşur. İlkin Şahid9la atası Firudini də tanış etmiş, onların bir-birləri ilə çox yaxşı münasibətləri yaranmışdır. İlkin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi ev 5-də yerləşən "xxxx" ASC-yə faktiki rəhbərlik etmişdir. ASC-nin səhmlərinin 67,7%-ni İlkinə, 30%-ni Əmlak Məsələləri Dövlət Komitəsinə, qalan kiçik faiz səhmlər isə başqa şəxslərə məxsus olmuşdur. Yəni ki, "xxxx" ASC-nin əsas sahibkarı Zərərçəkmiş şəxs olmuşdur. Səhmdarların 2011-ci ildə keçirilmiş iclasda İlkin idarə heyətinin sədri seçilmiş və həmin vəzifəyə görə hər ay 350 manat əmək haqqı almışdır. İdarə Heyətinin sədri seçilməsinə Şahid9 köməklik etmişdir. ASC iqtisadi imkanı olmadığından faktiki istehsal fəaliyyəti ilə məşğul olmurdular, lakin imkan daxilində ASC-yə məxsus olan sex və anbarları tədricən təmir edib həmin sahəni icarəyə vermişlər. ASC-nin ştat işçiləri onunla bərabər gözətçi Neyman və Kamran olmuş, fəhlə kafesini mərhum İlkinin qardaşı İlqar idarə etmişdir. Son dəfə İlkini 30 oktyabr 2011-ci il tarixdə ASC-də iş yerində görmüş, İlkin kafedə onunla birlikdə yemək yeyərək görülən işlərin vəziyyəti ilə maraqlanmış, həmçinin İlkinin əhvali-rühiyyəsi çox yaxşı olmuşdur. Ertəsi günü, yəni hadisə günü 31 oktyabr 2011-ci il tarixdə İlkin ona zəng edərək Maştağa qəsəbəsinə evinin təmir işlərinə baxmağa getdiyini bildirmişdir. Bundan sonra onun İlkin ilə telefon əlaqəsi olmamış və İlkini də görməmişdir. 31 oktyabr 2011-ci il tarixdə səhər tezdən saat 19 radələrində işini bitirib evə qayıtmış, həmin vaxt atası Firudin evdə tək olmuşdur. Saat 20 radələrində atası Firudin ona “İlkini də özümlə götürüb Rüstəm müəllimgilə gedəcəyik” deyib getmişdir. Həmin gün anası və qardaşı Əfqan birlikdə toya getmişlər. Saat 23:00 radələrində Firudin evə təzəcə qayıtmış ki, Firudinin mobil telefonuna zəng gəlmiş, telefonda danışdıqdan sonra Firudin deyəsən İlkinin bıçaqlandığını və buna görə bölməyə çağırıldığını deyərək yenidən getmişdir. Bundan sonra saat 00:00 radələrində İlqar ona zəng edərək “İlkin bıçaqlayıb öldürüblər, onu kim öldürüb, atan Firudin haradadır, niyə mənim telefonuma cavab vermir?” deyə soruşmuş, o isə İlqara atası Firudinin bir az əvvəl çıxdığını, polis əməkdaşları çağırdıqları üçün onların yanına getdiyini bildirmişdir. Bundan bir az sonra isə ASC-də işləyən Kamran ona zəng edərək bir az əvvəl İlqara İlkinin öldürüldüyü xəbərinin verildiyini və İlqarın taksi ilə oraya getdiyini bildirmişdir. Sonra İlkinin kirayədə yaşadığı evin yaxınlığında, «Gəncə» market deyilən yerin yanında bıçaqlanaraq öldürüldüyünü öyrənmişdir. Həmin vaxt İlkinin kim tərəfindən, hansı zəmində qətlə yetirilməsi barədə məlumatsız olmuşdur. Atası X20 Qurbanova yazdığı smslərdə sonuncuya “qardaşım”, “canım” deyə müraciət etdiyi halda, onunla yazışmalarında Zərərçəkmiş şəxs barəsində “zibil”, “əclaf” sözlərindən istifadə etməsinin Firudinlə İlkinin aralarında zarafat olmasını fikirləşmişdir. X23 hər hansı cinayəti törətməsindən, İlkinin öldürülməsini qohumları Təqsirləndirilən şəxs sifariş verməsindən, birlikdə İlkinin ölümünü təşkil etmələrindən, o cümlədən də onların aralarına intim münasibətlərinin olubolmamasından xəbəri olmamışdır. Zərərçəkmiş şəxs onların yaşadıqları evdə bir çox fotoşəkilləri olmuş, Firudinin ölümündən sonra başlanan istintaq zamanı evə polis əməkdaşları gəlib heç bir rəsmiyyət olmadan həm atasına, həm də İlkinə aid olan nə qədər fotoşəkillər varsa hamısını “ölüm işi” ilə əlaqədar olduğunu deyərək götürüb aparmış, sonradan isə həmin fotoşəkilləri geri qaytarmamışlar. Firudinin ölümündən bir neçə gün sonra o, yaşadığı evin qarşısındakı “Ruslan 93” marketin yanında hazırda adını xatırlamadığı Vaz 2106, yaxud Vaz 2107 markalı avtomobilə əyləşib harasa gedəndə yolda sürücü ona atası Firudinin ziyalı, ağır təbiətli insan olduğunu, ölümünə heyifisləndiyini bildirmiş və “qismətə bax e ölümündən 2-3 gün əvvəl onu NZS-ə qızıgilə apardım” demişdir. Onun bir bacısı var, lakin həmin vaxt bacısı Sevinc kinoteatrının yanında yəni yaşadıqları ünvana yaxın yaşayırdı, heç vaxt da NZS qəsəbəsində yaşamamışdır. Həmin ərəfələrdə o, atasının ölümündən dərin təsirləndiyi üçün taksi sürücüsünün sözlərinə çox da fikir verməmiş, əslində hazırki vaxta qədər də atası Firudinin sürücüyə nə üçün belə bir şey dediyini başa düşə bilməmişdir. Təqsirləndirilən şəxs xalasının kürəkənidir. İlkinlə xoş münasibəti olmuşdur. İlkini N5-N6-ci ildən tanıyırdı. O, yalnız bir dəfə atası Firudunla İlkinin zavodun həyətində yüksək səslə mübahisə etdiklərinə şahid olmuşdur. Şahid9 həm İlkinlə, həm də Firudunla yaxşı münasibəti olmuşdur. Atası Firudinun zəng edib İlkini soruşmasının səbəbini bilməmişdir. X33 arasında hansı səbəbdən mübahisə yarandığını bilməmişdir. Şahid9 "xxxx" ASC-ni İlkinin adına rəsmiləşdirmişdir. "xxxx" ASC-yə o, İlkin vasitəsilə işə qəbul olunmuşdur. İlkin öldürülən günü atası Firudin işə getmiş, lakin halı pisləşdiyi üçün evə qayıtmışdır. Həmin gün atasının əynində olan geyimi xatırlamır. İlkin bıçaqlandıqdan sonra atası getsə də, o evdə qalmışdır. X21 Xaçmazda baş tutan yas mərasiminə getmiş, lakin o getməmişdir. İlkin öldürüldükdən 4-5 gün sonra atası rəhmətə getmişdir. Atasının intihar etməsini ona müstəntiq demiş, əvvəl isə elə bilmiş ki, atasının damarı partladığı üçün dünyasını dəyişmişdir. O, atasıyla birlikdə yaşamışdır. Şahid9 yaşadığı evə atası vəfat edəndən sonra bir-iki dəfə gəlmişdir. İlkindən öncə "xxxx" ASC-yə yaşlı bir kişi rəhbərlik etsə də, həmin vaxtda şirkət Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olmuşdur. X41 Əliyev vasitəsilə tanış olmuş, Şahid9la isə İlkin vasitəsilə tanış olmuşdur. "xxxx" ASC-nin gəlirlərini İlkinə verirdi, İlkin də həmin gəlirləri ya Şahid9 verirdi, ya da zavodun təmirinə və digər xərclərinə sərf edirdi. Şahid9 yalnız sənəd aparmışdır. X16 pul verməsi barədə məlumatı olmamışdır. Atası Firudinin "xxxx" ASC ilə heç bir əlaqəsi olmamışdır. İlkinlə aralarında yalnız işlə bağlı mübahisələri olmuşdur. "xxxx" ASC-dən 300 manat aylıq əmək haqqı almışdır. İlqar həm kafeyə, həm də fəhlələrə nəzarət edirdi. İlkin öldürülən gün o işlə bağlı Vergilər Nazirliyinə getmişdir. İlkinlə hadisə baş verən günü telefon vasitəsilə danışmışdır. Yaşadıqları evdə İlkinin şəkilləri olmuş, həmin şəkilləri polis əməkdaşları götürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, N8-ci il tarixdə Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Əhədin atası uşaq vaxtlarında ölmüş, bacısı və qardaşı olmamış, anası Nazlı ilə birlikdə Nizami rayonunda yerləşən “Xan qızı” restoranı ilə üzbəüz yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində yaşamışlar. Əhəd həmin ərəfədə elektrik ustası işləmiş və subay olmuşdur. Əhəd ilə münasibətləri dərinləşdikcə ərindən ayrılmış və Əhəd ilə aralarında dini kəbin kəsilmişdir. Həmçinin, Əhəd həmin ərəfələrdə idmanın kickboxing növü ilə məşğul olmuş və fiziki cəhətdən güclü olmuşdur. Əhəd çox kasıb olduğu üçün o, həmin ərəfədə pul qazandıqca Əhədə və anasına maddi dəstək olmuşdur. 2011-ci ildə Əhədin istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuş və o da Əhədin mobil nömrəsinə oxşar olduğu üçün özünə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr də almış, lakin sonuncu mobil nömrəni onun yaxud Əhədin işlətdiyini dəqiq xatırlamır. O, Əhədə mobil telefon cihazı aldığını, hətta öz mobil telefonunu da Əhədə verdiyini xatırlayır, çünki tez-tez mübahisə etdikləri üçün Əhəd əsəbindən öz telefonlarını qırıb sındırmışdır. Tanış olduqları vaxt Əhəd ona “bir adam var, dini məktəbdə dərs deyir, yaxşı adamdır, mənə deyir sənin atan yoxdur, mənə yaxşılıq etmək istəyir, məni də instituta düzəltmək istəyir” demiş və o da həmin şəxsin Əhədə “atalıq” etdiyini hesab etmişdir. Əhədi həmin şəxslə dostu Zaur tanış etmiş, həmin şəxs Zaura da “atalıq” etmişdir. Əhədin deməsinə görə Zaur ona “atalıq” edən həmin şəxsin məsləhət bildiyi qızla ailə qurmuş, 2013-cü ildə Əhəd özü də nişanlananda həmin qızı ona “atalıq” edən şəxsin məsləhət gördüyünü demiş, həmçinin Əhədin nişanlandığı qız Zaurun arvadının bacısı olduğunu demişdir. Təxminən 2012-ci ilin əvvəllərində o, axşam saatlarında Əhədə dəfələrlə zəng etsə də əvvəlcə cavab verməmiş, sonra isə 1 nəfər polis əməkdaşı cavab verərək Xətai rayon polis idarəsinin 39-cu polis bölməsinin əməkdaşı olduğunu və Əhədin də həmin bölmədə olduğunu demişdir. O, Əhədin dostlarının quraması olduğunu zənn edib inanmadığını deyəndə həmin polis əməkdaşı ona “inanmırsan gəl gör sənin sevgilinin başqa kişilərnən necə cükküldəşib” demişdir. O, bunun nə demək olduğunu başa düşməyib birbaşa 39-cu polis bölməsinə getmiş, orada tanımadığı polis əməkdaşı Əhədlə eyni otaqda onu danışdırmağa başlamış və ondan ailəli olduğunu soruşduqdan sonra “sənin sevgilin başqa kişiynən cükküldəşib, həmin adam da özünü öldürüb, ona görə çağırmışıq görək nə məsələdi” demişdir. Həmin gün polis bölməsindən buraxılandan sonra Əhəd ilə danışanda ona “atalıq” edən şəxsin özünü öldürdüyünü, aralarında telefon danışıqları olduğu üçün onun da polis bölməsinə çağırıldığını demiş, lakin polisin Əhəd barəsində dedikləri barədə soruşanda isə Əhəd susub cavab verməkdən çəkinmişdir. Bundan sonra o, Əhədin tez-tez Mustafa Cecelinin “İncirler” mahnısına qulaq asdığının şahidi olan zaman hər dəfə Əhəddən bunun səbəbini soruşanda cavab verməsə də, bir dəfə həmin mahnıya qulaq asanda ona “atalıq” edən şəxsi xatırladığını etiraf etmiş, hətta ardınca mən Əhədə “p**uxsuz da biri-birivizi sevmisiz” deməyinin üstə aralarında mübahisə düşmüşdür. 2016-cı ildə o, Əhəddən ayrılmışdır. Əhəd onu namaza gətirən bir şəxsin ona atalıq etdiyini və çox yaxşı adam olduğunu bildirmişdir. Onlar, Əhəd ailə qurduqdan sonra ayrılmışlar. X34 çağırılması ilə bağlı sual verdikdə o bir zəngə görə problem yaşadığını bildirmişdir. Əvvəllər Əhəd onu namaza gətirən şəxs haqqında çox gözəl insan olduğunu demiş, 2011-ci ildə Polis Bölməsindən qayıtdıqdan sonra həmin şəxs barəsində mənfi fikirdə olmuş, çox vaxt isə həmin şəxs haqqında danışmaq istəməmişdir. 2011-ci ildə Polis Bölməsindən qayıtdıqdan sonra Əhəd onu namaza gətirən şəxsə nifrət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 ifadəsində bildirdi ki, N6-cı ilin yay aylarında hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərinə gəlib bir müddət bacısı Gülnar Qurbanovanın NZS qəsəbəsindəki evində yaşamış, həmin ərəfədə bacısının əri mərhum Zərərçəkmiş şəxs Əhmədli qəsəbəsində dərzi işləmişdir. Daha sonra o, ailə quraraq ayrı ünvana köçmüşdür. Hadisə ərəfəsində o, İlkinin Maştağa qəsəbəsindəki yeni tikdirdiyi evin parketini vurmuşdur. İlkinin yaxınlıq etdiyi dostlarından Firudini, Rüstəmi, Elmanı tanımışdır. Firudini bacısının nişanında görmüş, İslam Universitetinin dekanı olduğunu bilmişdir. O, İlkinin zavodunun olmasını hadisədən təxminən 3-4 ay əvvəl bilmiş, həmin zavodda bir neçə dəfə olmuşdur. Sonradan zavodu İlkinə Şahid9 verdiyini eşitmişdir. Həmçinin, hadisədən təxminən 2 il əvvəl İlkin “Ləiş bağları” deyilən ərazidə torpaq sahəsi almış orada iki mərtəbədən və bir mansartdan ibarət ev tikdirmiş, tikinti qurtardıqdan sonra isə o, dayısı Mehmanla birlikdə mənzilin döşəməsinin parketini vurmağa başlamışlar. Bacısı Gülnarın deməsinə görə həmin evin tikilməsinə Firudin və Rüstəm köməklik etmişdir. 31 oktyabr 2011-ci il tarixdə orada işləyən zaman saat 15 radələrində İlkin bağa gəlib qonşudakı qadınla torpaq barədə söhbət etmiş, İlkin qadınla söhbət etdikdən sonra bir az həyətdə işləyib saat 17 radələrində evə gedəcəyini bildirmiş, o da İlkinin ona sistem köçürməsi üçün axşam onlara gələcəyini demişdir. İlkin gedəndən təxminən 15 dəqiqə sonra bağdan çıxıb İlkingilə getmişdir. Həmin vaxt evdə İlkin, Gülnar və uşaqlar olmuşdur. İlkin evdə ona sistem qoşmuş, saat 19 radələrində o, İlkingildən çıxıb yaşadıqları Əhmədli kəndindəki evinə getmişdir. İlkingildə olarkən Firudini görməmiş və İlkinin Firudinlə birlikdə Şahid9gilə gedəcəyi barədə məlumatı olmamışdır. Həmin gecə saat 1 radələrində xalası Yeganə ona zəng edərək İlkinin bıçaqlandığını demişdir. Bundan dərhal sonra o, İlkingilə gedəndə yolda “yanmış bina” deyilən binanın qabağında İlkinin bıçaqlandığını eşitmiş və həmin binanın blokunun qarşısında İlkinin meyidini görmüşdür. X9 arasında uzun müddətli dostluq münasibətləri olmuş, son zamanlar isə İlkin Şahid9la yaxın münasibətdə olmuşdur. İlkin əvvəllər dərzi işləmişdir. İlkin zavodda müdir vəzifəsində işlədiyini demişdir. Şahid9 İlkini zavoda müdir təyin etdiyini eşitmişdir. O, Zərərçəkmiş şəxsgildə sistem qoşduran vaxt İlkin evdə olmuş, o getdikdən sonra İlkin evdən getmişdir. Firudinlə İlkinin həmişə yaxşı münasibətləri olmasının şahidi olmuşdur. Zərərçəkmiş şəxs öldürüldükdən sonra Mübariz adlı şəxs İlkinin ailəsinə aylıq 500 manat pul vermişdir. Zərərçəkmiş şəxs öldürüldükdən sonra Mübariz bacısı X17 Şahbazovun adı ilə pul vermişdir. Mübariz adlı şəxs, bacısı Gülnar Qurbanova və o birlikdə Xaçmaz rayonunda olan notariat kontoruna getmişlər. Firudin Məmmədovu bir neçə dəfə Zərərçəkmiş şəxs evində görmüşdür. Bakı şəhəri, NZS qəsəbəsində “yanmış bina” deyilən ünvan “Gəncə” restoranın arxa tərəfindədir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs sadəcə mobil telefonunu vermişdir. Mobil telefonunu Təqsirləndirilən şəxs hansı tarixdə verdiyini dəqiq xatırlamır. Əhəd mobil telefonunu istifadə edib sonra ona geri qaytarmışdır. Ailəsiylə birlikdə 1995-ci ildə Nizami rayonunda olan bağçaların birində məskunlaşmışlar. Həmin ərazidə yaşayarkən Təqsirləndirilən şəxsla münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs yanında fəhlə kimi işləmişdir. Əhədin namaz qıldığını bilirdi, lakin özü namaz qılmır. Əhədin yanında müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. Əhəd ona baş vermiş hadisə ilə bağlı heç nə deməmişdir. Mobil telefonunu Əhədə versə də, sim nömrəsini verməmişdir. Əhədə mobil telefonu verdiyi müddət ərzində həmin telefona gələn və gedən zənglərdən məlumatı olmamışdır. Əhədlə əvvəllər yaxşı münasibəti olmuşdur. Bakı İstintaq Təcridxanasında olarkən müstəntiqə hadisə ilə bağlı ifadə vermişdir. Müstəntiq ona mobil telefonunun anten dairələrinin əks olunduğu sənəd göstərmişdir. Müstəntiqə hadisə ilə bağlı ifadə verən ərəfədə Azərbaycan Respublikası Cinayət Məcəlləsin 177-ci maddəsini törətməkdə ittiham olunduğundan Bakı İstintaq Təcridxanasında saxlanılırdı. 2013-cü ildə cərimə cəzasına məhkum olunmuşdur. Əhəd ona kimisə öldürdüyünü və ya vurduğunu deməmişdir. Əhəd ondan odlu silah istəməmişdir. O, Əhədlə birlikdə işləyərkən onun fikirli olduğunu görməmişdir. Əhəd hadisə baş verdiyini, lakin hadisənin onunla əlaqəsi olub-olmadığını deməmiş və həmin zaman kefi olmamışdır. Əhəd bıçaqla “adam” vurduğunu demiş, lakin kimi vurduğunu deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əhəd ona kimisə vurduğunu deməmişdir. Həmin ərəfədə mobil telefonunu Əhəddən başqa hər hansısa şəxsə verdiyini xatırlamır. Müstəntiq anten məlumatları ilə bağlı ona sual vermişdir. Əhədlə birlikdə işləyərkən onun kefsiz olduğunu görüb bunun səbəbini soruşmuş, lakin həmin vaxt hansı ünvanda işlədiyini xatırlamır. İbtidai istintaq zamanı ifadə verərkən ona fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, N5-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra “Vasmoyun bazarı” deyilən yerdə mebel salonunda daşıyıcı, daha sonra usta yanında fəhlə işləmişdir. Həmin ərəfələrdə tanıdığı Qazax rayonundan olan, təxminən 1985-ci təvəllüdlü, elektrik işləyən (bir müddət köməkçisi də olmuşdur), həmin vaxt subay olan, 109 nömrəli orta məktəbin məzunu, DSX-nin Prişiv deyilən yerdə hərbi xidmət keçmiş Təqsirləndirilən şəxs 2010-cu ildə onu namaz qılmağa həvəsləndirmiş və o da təxminən 6 ay namaz qılıb sonra dayandırmışdır. O, 2013-cü ildə həbs edildiyi günə qədər Təqsirləndirilən şəxsla görüşmüş, lakin tutulduqdan sonra Əhəd onun ardınca bir dəfə də gəlmədiyi və maraqlanmadığı üçün buraxılandan sonra Əhədi axtarmamış və Əhədlə hər hansı formada əlaqəsi, ünsiyyəti olmamışdır. 2010-2013-cü illərdə Əhəd Bakı şəhəri Nizami rayonunda Xan qızı restoranı ilə üzbəüz beşmərtəbəli binanın 2-ci blok 1-ci mərtəbəsində anası “Nazlı xala” deyə çağırılan qadınla yaşamış, atası isə rəhmətə getmişdir. Əhədin məhkumluğu olmamış, istifadəsində isə 2010 - 2011-ci illərdə ***-***-**- **, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Həmçinin, həmin ərəfələrdə onun istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuş və həmin mobil nömrələri özünə məxsus “Nokia” markalı təknömrəli mobil telefonunda istifadə etmişdir. Onun mobil telefonunda kimlərin öz mobil nömrələrini taxıb istifadə etmələrini xatırlamır, çünki dost - tanış xahiş edəndə öz mobil telefonunu həmin şəxslərə vermişdir. ***-***-**-** saylı mobil nömrənin kimin istifadəsində olması, habelə həmin nömrənin ona məxsus mobil telefonda istifadə edilməsindən xəbəri və məlumatı olmamış, Firudin Məmmədov və Zərərçəkmiş şəxs adlı şəxsləri tanımamışdır. Onun Zərərçəkmiş şəxs adlı şəxsin xx.xx.2011-ci il tarixdə NZS qəsəbəsində öldürülməsi barədə məlumatı olmamış, lakin yuxarıda da adını qeyd etdiyi təxminən 2011 - 2012-ci ildə dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxsla birlikdə xatırlamadığı mənzildə elektrik işi görərkən Əhədin fikirli olduğunu görüb bunun səbəbini soruşanda Əhəd ona “NZS-də adam vurmuşam, bıçaqnan, adam var deyir get təslim ol, mən tək anamı qoyub hara gedirəm e?!” deyə cavab vermişdir. O, marağından cinayətin səbəbi, adamın ölüb ölmədiyi, bıçağın harada olması, təslim olmağını istəyən şəxsin kim olması və s barədə əlavə suallar vermək istəsə də Əhəd ona bu barədə suallar verməməyi tapşırdığı üçün bir daha mövzuya qayıtmamış, hətta Əhədə işini yüngülləşdimək üçün gedib təslim olmağı məsləhət görmüşdür (cild 13, iş vərəqə 123-126). Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid9 ifadəsində bildirdi ki, hadisədən təxminən 2 il əvvəl Zərərçəkmiş şəxs tanımışdır. Həmin vaxt sürücüsünün atası ağır xəstə olduğundan onunla birlikdə işiylə əlaqədar Gəncə şəhərinə gedə bilməyəcəyini demiş, Zərərçəkmiş şəxs onun sürücüsü olmasını təklif etmişdir. Zərərçəkmiş şəxs vasitəsilə Firudin Məmmədovla tanış olmuş, İlkin ona Firudini dindar və elmli bir şəxs kimi təqdim etmişdir. Zərərçəkmiş şəxsla Firudin Məmmədov arasında müəllim-tələbə münasibəti olmuşdur. Həyat yoldaşının Zərərçəkmiş şəxs yas mərasimində onun yoldaşından hansısa zavodun onlara geri qaytarmasını bildirməsi barədə deyilənlər həqiqətə uyğun deyildir. Yas mərasimində həyat yoldaşının Zərərçəkmiş şəxs həyat yoldaşı ilə hansı məsələ barədə söhbət etdiyindən məlumatlı olmamışdır. X1r. "xxxx" ASCnin ona heç bir aidiyyəti olmamış, lakin Zərərçəkmiş şəxs və Şahid3 həmin zavodun sənədlərini məsləhət almaq üçün ona təqdim etmişlər. Hadisədən 1 gün əvvəl Firudinin onun evinin yaxınlığına gəlməsindən xəbəri olmamışdır. Hadisə baş verən gün Firudin və İlkin onun evinə gəlmişlər. Zərərçəkmiş şəxs öldürülməsi barədə ona polis əməkdaşları məlumat vermişlər. Zərərçəkmiş şəxs ölümündən sonra dərhal Firudin Məmmədovla danışdıqda, o, İlkinlə küçədə sağollaşdıqlarını və hadisədən məlumatının olmamasını bildirmişdir. Hadisədən illər sonra X13 barəsində “sağdı deyən yoxdu” ifadəsini işlətməsi onu şübhələndirmiş, lakin onun dini cəhətdən belə dediyini fikirləşmişdir. Ehtiyacı olan hər kəsə yardım etdiyi üçün Zərərçəkmiş şəxs ailəsinə dəfələrlə maddi yardım göstərmiş, lakin hər ay 500 manat göndərməli olmağıyla bağlı razılaşma olmamışdır. Zərərçəkmiş şəxs evinin tikilməsinə də köməklik göstərmişdir. 2011-ci ildə “zero cola” içirdi. Firudin İlkin öldükdən sonra onlara gəlməmişdir. İlkinin öldüyü gecə onun Firudin Məmmədovla 17 dəfə telefon danışığının məzmunu İlkinin dəfninin təşkili ilə bağlı olmuşdur. Onun həm Firudin Məmmədovla, həm də Zərərçəkmiş şəxsla normal münasibəti olmuşdur. "xxxx" ASC-nin Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsinin ona aidiyyəti yoxdur. Firudin və İlkinlə birlikdə Türkiyəyə müalicə məqsədilə getmişdir. İlkinin kiminləsə düşmənçiliyinin olmasından xəbəri olmamışdır. Firudinin İlkini təhdid etməsindən və onların münasibətlərinin pozulmasından xəbəri olmamışdır. Hadisədən 1 gün əvvəl İngiltərəyə gedəcək olan həyat yoldaşı və uşaqlarını yola salmaq üçün Firudin və İlkin onlara gəlmişlər. Hadisə baş verən gün isə İlkin ona zəng edərək axşam Firudinlə birlikdə onun evinə gəlib ona baş çəkmək istədiklərini demiş, o da həmin şəxslərə ayrı planının olmadığını və gələ biləcəklərini bildirmişdir. İlkinə zəng edib ona “Zero Cola” almağını demişdir. Onlara evdə çay hazırlamış, təxminən 40-50 dəqiqə oturub getmişlər. Evində olarkən Firudinin bayıra çıxıb kiminləsə danışdığını xatırlamır. Polis əməkdaşları hadisə baş verən gün gecə evinə gəldiklərində çaydanın isti olduğunu görmüşlər. Firudin və İlkinin onun evinə kimin avtomobili ilə gəldiyini bilməmişdir. Zərərçəkmiş şəxs dəfnində iştirak etməsə də, həyat yoldaşı iştirak etmişdir. Firudinin oğlu atasına qan lazım olduğu üçün ona zəng etmiş, o da xəstəxana rəhbərliyi ilə danışdıqda artıq rəhmətə getdiyini bildirmişlər. "xxxx" ASC-də necə səhmdar olması barədə məlumatı olmamışdır. İlkinin ailəsinə insanlıq üçün köməklik göstərmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.N4-cü il tarixdə cəzasını çəkib azadlığa çıxmış, cəza çəkdiyi müddətdə ən çox onun yanına ekiz qardaşı mərhum Zərərçəkmiş şəxs gəlmişdir. Görüşlər zamanı İlkin ona son vaxtlar yeni adamlarla tanış olduğunu və əvvəlki kasıbçılığın daşını atdığını demişdir. Söhbət zamanı İlkin ona Firudin, Samir, Elman adlı şəxslərlə yaxın münasibətlərdə olduğunu bildirmişdir. Firudin İslam Universitetinin dekanı, Samir DYP-nin əməkdaşı, Elman isə Firudinin qardaşının yeznəsi olmuşdur. Son vaxtlar isə İlkinin Şahid9la yaxınlıq etmişdir. İlkin əvvəlcə restoranda işləyən zaman restorana ət satan Elmanı, sonradan Elmana görə Firudini, Firudinə görə isə Samiri, sonda Rüstəmi tanımışdır. İlkin əvvəllər içkiyə meyilli adam olmuş, sonradan isə Firudin İlkini işlədiyi İslam Universitetinə qəbul etdirmişdir. Sonralar İlkin özü də dini mərasimlərə getmiş, hətta özünün tələbələri də olmuşdur. N4-cü ilin əvvəllərində İlkin ona baş çəkməyə gələndə Firudinin onun üçün türməyə bir ədəd saat, məktubda 300 ABŞ dolları pul, qızıl üzük göndərdiyini demiş, o isə pulu götürüb, saat və üzüyü içəridə gəzdirməyə icazə olmadığına görə geri qaytarmşdır. Türmədən çıxan gün İlkin onu NZS-dəki evlərinə gətirmiş, üç gün sonra isə metronun Əhmədli stansiyası ətrafında yerləşən dərzi sexinə aparmış və həmin vaxtdan o, İlkinlə birlikdə orada dərzilik etməyə başlamışdır. İlkin özü işdə az vaxt keçirmiş, çox vaxt isə Firudin, Elman və Samirlə birlikdə Azərbaycanın müxtəlif guşələrinə 2-3 günlüyə gedib gəzmişdir. O, İlkingilin çox yaxın münasibətlərinin olmasını artıq nəinki hiss etmiş, hətta öz gözləri ilə görmüşdür. Belə ki, türmədən çıxan gün onun gəlişini qeyd etmək üçün Firudin və Elman da İlkinin evinə gəlmişlər, hətta orada Firudinlə İlkinin mübahisəsinin şahidi də olmuşdur, İlkin Firudinə pul lazım olduğunu bildirib qısa bir vaxtda pulu verməsini tələb etmiş, Firudin də həmin gün İlkinə 500 ABŞ dolları pul vermiş və o, İlkinlə rayona gedib bir neçə gün qaldıqdan sonra geri qayıtmışdır. O, ilkindən Firudinin nəyə görə pul verdiyini soruşduqda İlkin onun işlərinə qarışmamasını tapşırmış və Firudinin ömrünün axırına kimi ona pul verməli olduğunu demişdir. X35 əvəzinə hər ay evin kirayə pulunu da, kommunal xərclərini də ödəmiş, eyni zamanda İikinin nişanını, toyunu da özü etmiş, təxminən 3500 ABŞ dolları məbləğində qızıl-zinət əşyaları almışdır. İlkinin deməsinə görə Şahid9 da dini dərslər keçmiş və aralarında isti münasibətləri yaranmış, ailəvi gediş - gəlişləri olmuşdur. Təxminən hadisədən bir il üç ay əvvəl İlkin Rüstəmin onun adına zavod aldığını demiş və onu da zavodda işləməyə dəvət etmişdir. O, əvvəlcə inanmasa da sonradan İlkin onu həmin zavoda aparanda oranın işçilərinin İlkinə “müəllim” deyə müraciət etməsini görüb inanmışdır. Növbəti dəfə İlkindən birdən - birə belə bir zavodun onun adına alınmasının səbəbini soruşduqda İlkin ona hirslənərək onun işlərinə qanşmamağı bildirmiş, təkidlə onu zavodda işləməyə məcbur etmiş və zavodda çoxlu satmaq üçün dəmir məmulatları olduğunu demişdir. İlkinin zavodda işləmək təklifindən sonra o, zavoda getmiş və zavodun inzibati binasındakı otaqlardan biri təmir edilib yaşamaq üçün ona verilmiş, həm də zavodun kafesini işlətməyi rəsmi olaraq sənədlə ona tapşırmışlar. Zavodda işlədiyi müddətdə İlkin və Firudin tez-tez, Şahid9 isə adətən gecə saatlarında zavoda gəlmiş, hətta Rüstəm hər dəfə gəlməmişdən əvvəl İlkinə zəng etmiş, adətən «Cadillac» markalı maşınla gəlmiş və maşının son nömrəsi N olmuşdur. İlkin ona Rüstəmin harada işləməsi barədə heç kimə heç nə deməyi, maraqlanan olduqda isə Rüstəmi icarəyə yer istəyən müştəri kimi təqdim etməyi tapşırmışdır. Bundan sonra sənədlərdə zavodun sahibkarı İlkin, direktoru isə Firudinin oğlu Zamir göstərilməsinə baxmayaraq o, həmin zavodun Rüstəmə məxsus olduğunu başa düşmüşdür. Həmçinin, İlkin olmadıqda zavodun bütün işlərini Zamir görmüş, lazım olan əşyaların alınmasını, satılmasını, təmir işlərini, zavodun hesabatlarının hazırlanmasını Zamir etmişdir. İlkin öldürülməmişdən təxminən 20 gün əvvəl nahar vaxtı Firudin onun tanımadığı cavan bir oğlanın idarə etdiyi qara rəngli «Nissan tida» markalı maşınla zavoda gəlmiş, həmin vaxt o, Zamirlə zavodun həyətində dayanmışlar. Firudin zavodun həyətinə girəndə İlkin aşağı düşüb Firudini qarşılamış və gəzə-gəzə zavodun giriş qapısına tərəf hərəkət etməyə başlamışlar, qapının qarşısında aralarında kəskin mübahisə başlamış, Firudin qışqıraraq “İlkin niyə belə edirsən, mən sənə bunu keçməyəcəm” demiş, İlkin isə ona “sən bunu mənə keçməyə bilməzsən, sənin günahların çoxdur mənim yanımda” deyə cavab vermişdir. Firudin nə günahı olduğunu soruşduqda İlkin “7-nin 7-si şahmatist, sən üç uşağı yetim qoymusan, Allah sənə keçməyəcək, sən o cür simpotiçnı oğlana qıydın, uşaqlarını yetim qoydun” demişdir. Bundan sonra Firudin oğlu Zamiri yanına çağırıb birlikdə çıxıb getməyi istəmiş, lakin İlkin Zamirin getməsi üçün zavodu ona təhvil təslim etməli olduğunu, daha sonra ərizəsini yazıb hara istəyir gedə biləcəyini demişdir. Firudin çıxıb getdikdən sonra o, İlkinə yaxınlaşaraq nə söhbət olduğunu soruşsa da İlkin acıqlanıb cavab verməmişdir. Az sonra o, İlkinin telefonla kiminiəsə danışdığını və “siz mənə heç nə edə bilməzsiniz, məndə telefon zapisləri var, mən o kartları gizlətmişəm, onların üstü acıla bilər. Mən ölümdən qorxmuram” deməsini eşitmişdir. Həmin gündən sonra nə Firudin, nə də Rüstəm bir daha zavoda gəlməmiş, lakin İlkinlə Zamir həmişə işdə olmuşlar. 31 oktyabr 2011-ci il tarixdə saat 11 radələrində İlkin zavoda gəlmiş, onu kənara çəkib nişanlanmaq istədiyi Maştağada yaşayan Sevinc adlı qızla maraqlanmışdır. Həmin qızı İlkin ona tapmışdır, belə ki, İlkin həmin qızın anasından üç il əvvəl torpaq sahəsi almışdır. O, İlkinə qızla dünən şəhərdə görüşüb bulvarda gəzdiklərini danışmış, İlkin də ona həmin qızla evləndikdən sonra Ləhic bağlarında tikdirdiyi evdə birlikdə yaşayacaqlarını demişdir. Təxminən saat 15 radələrində İlkin ona Sevincin anası ilə söhbət edib həm üzük taxmaq məsələsini həll etmək üçün, həm də arvadın satdığı torpağa baxmağa getdiyini demişdir. Saat 17 radələrində İlkin ona zəng edib hər şeyin yaxşı olduğunu, noyabr ayının 6-da “Qurban bayramı” günü qıza üzük taxacaqlarını və artıq evə getdiyini demişdir. Saat 18 radələrində o, Sevincə zəng edərək işdən nə vaxt çıxacağını soruşmuş, Sevinc də ona işdən çıxıb Sahil metrosuna gedəcəyini, kiməsə lotereya pulu verəcəyini demişdir. O, Sevincin işlədiyi «Ləman» gözəllik salonuna gedib oradan birlikdə Sahil metrosuna gəlmişlər, Sevinc 800 manat pulu lotoreya oynadığı türk ustasına verdikdən sonra bulvara gedib orada təxminən bir saat gəzişdikdən sonra yemək üçün “Park Bulvar”a getmişlər. Saat 22 radələrində oradan taksiyə minib saat 23 radələrində Ləhic bağlarına çatmışlar və o, Sevinci evlərinə yola salıb eyni taksi ilə zavoda qayıtmışdır. O, zavodun kafesinə girib yemək sifariş etmiş, xaş yeyib otağında saxladığı araqdan 150 qram içmişdir. Daha sonra kafedə ofisiant işləyən Elnarəni aparıb evinə yola salmış və geri kafeyə qayıtmışdır. Elə bu vaxt İlkinin arvadı Gülnarın xalası oğlu Namiq zəng edib ona İlkinin bıçaqlandığını xəbər vermişdir. O, təcili maşina oturub xəstəxanaya gedəndə yolda İlkinin istifadəsindəki ***-***-**-** saylı nömrəyə bir neçə dəfə zəng etmiş, sonda telefonu Firudin götürüb İlkinə yüngül xəsarət yetirildiyini deyib onu «Gəncə» marketin qarşısına çağırmışdır. O, çatanda iki mərtəbəli binanın girişində İlkinin meyidini qan içində görmüşdür. İlkinin meyidini morqa aparmışlar, o isə polis bölməsinə getmiş və bölmədə Firudin ilə Rüstəmi də görmüşdür. Səhərsi gün, yəni 01 noyabr 2011-ci il tarixdə İlkinin meyidini kəndə aparıb orada dəfn etmişlər, qəbristanlıqda olanda Zamir ona zəng edib başsağlığı verərək atasıgillə yasa gələcəklərini demiş, Zamirin zəngindən sonra Firudin zəng edib başsağlığı vermiş və yasa gələndə söhbət edəcəklərini bildirmişdir. O, Firudinin yasa gəlmək istədiyini qardaşı İslama demiş, lakin İslam qəti etiraz edərək Firudini mərasimə qoymayacağını bildirmişdir. 03 noyabr 2011-ci il tarixdə Firudin, Rüstəm arvadları ilə birlikdə yasa gəlmişlər. Həmin vaxt İslam Firudini yasa buraxmayacığını bildirmiş, Firudin da İslama onunla söhbəti olduğunu və birlikdə qəbirüstünə getmək istədiyini bildirmişdir. Bundan sonra o, Firudin, Rüstəm və bir neçə nəfər həmkəndliləri ilə birlikdə ayrı-ayrı maşınlarda qəbirstanlığa getmişlər. Firudin İlkinin qəbri üstündə quran oxuduqdan sonra ikisi kənara çəkilib söhbət etmişlər və Firudin ondan kimdən şübhələndiyini soruşmuş, o isə Firudinin özündən şübhələndiyini demişdir. X37 öldürmədiyini, İlkinin onun “sənət əsəri” olduğunu bildirmişdir. O, Firudinə “ola bilər sən onu öldürməmisən, ancaq sən «zakazşiksən»”, İlkin sənin sifarişinlə öldürülübdür” demişdir. Firudin ona ertəsi gün Bakı şəhərində özü, Samir və Rüstəmlə birlikdə görüşməyi, orada ona 500,000 manat pul verməyi, zavodu İlkinin arvadının adına keçirməyi, onun adma isə etibarnamə verməyi, onun da həm zavodu işlətməyi, həm də pul qazanmağını təklif etmişdir. Lakin o, İlkinin qatili tapılmayınca heç bir razılaşma olmayacağını bildirib təklifdən imtina etmişdir. Ertəsi gün, 04 noyabr 2011-ci il tarixdə Firudinin qonşusu Abbas onun qardaşı Elçinə zəng edib Firudinin də öldürüldüyünü bildirmişdir. O, qardaşı İlkinin öldürülməsində Firudindən, Rüstəmdən və Samirdən şübhələnmişdir (cild 11, iş vərəqə 44-51 və 184-189). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, N4-cü ildən ünvan 8 ünvanında yaşamışdır. Onun yaşadığı ev maşın yolunun yanında, evinin qarşısında isə iki mərtəbəli bina yerləşir. O, mərhum Zərərçəkmiş şəxs tanımamış, sonradan həmin şəxsin onun yaşadığı evin qarşısında ölən şəxs olduğunu öyrənmişdir. 31 oktyabr 2011-ci ildə bütün günü iş yerində olub saat 16-17 radələrində evə qayıtmış, saat 23 radələrində (İctimai televiziyada “Elenanın kabusu” teleserialı bitdikdən 10 dəqiqə keçmiş) evində divanda uzandığı zaman yolun kənarında iki şəxsin mübahisə etməsi səsləri eşitmiş, evin divarı tək daş olduğundan gələn səsləri eşitmək olmuş, lakin nə üstündə mübahisə etdiklərinə fikir verməmiş, pəncərədən də baxmamışdır. Təxminən həmin səs - küy 1-2 dəqiqə davam etdikdən sonra həmin yerdə yəni onun evinin küncündə kimsə bərkdən qışqıraraq kömək istəmiş, o, pəncərəni açıb həyətə baxanda evinin qarşısındakı ikimərtəbəli binanın orta giriş qapısının qarşısında bir nəfər oğlanın durub “kömək edin” deyə qışqırdığını görmüşdür. Onun evi ilə həmin şəxsin dayandığı yerə qədər olan məsafə təxminən 15 metr olmuş, o oğlana tərəf baxaraq “nə olub?” deyə qışqırsa da oğlan ona cavab vermədən əvvəlcə əllərini göyə qaldırmış, sonra da yerə yıxılmışdır. O, həmin oğlanın yanında və ətrafında kənar şəxs görməmişdir. Səsə ilk olaraq qonşu Oqtay həmin yerə gəlmiş, sonra da həmin əraziyə ətrafdakı qonşular toplaşmışlar. O, qorxudan meyitin yanına getməmiş, sonradan həmin şəxsin bıçaqlandığmı eşitmişdir (cild 2, iş vərəqə 209- 211). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, onun yaşadığı mənzil meyitin aşkar edildiyi binanın birinci blokun ikinci mərtəbəsində yerləşmişdir. O, mərhum Zərərçəkmiş şəxs tanımamış, hadisə günü yaşadığı binanın ikinci blokun qapısının ağzında ölən şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Hadisə günü, yəni 31 oktyabr 2011-ci il tarixdə bütün günü işdə olmuş, saat 20-21 radələrində iş yerindən evinə qayıtmış, saat 23 radələrində evdə televizora baxdığı zaman bayırda kiminsə bərkdən “kömək edin” deyə çığırdığını eşitmiş, əvvəlcə pəncərədən baxsa da heç nə görə bilmədiyi üçün dərhal paltarını geyinərək təxminən 2-3 dəqiqə ərzində bloka enmişdir. Oraya gedəndə bir nəfər şəxsin binanın ikinci giriş qapısının qarşısında yarıiçəri, yarıçölə, arxası üstə, bir az da yan üstə uzanıqlı vəziyyətdə olduğunu görmüş, həmin şəxsin uzandığı yerin ətrafı və özü qan içində olmuşdur. O, həmin şəxsdə hər hansı bir tərpəniş hiss etməmiş, həmin şəxs xırıldasa da heç bir söz deməmişdir. Həmin vaxt o, hadisə yerinə ən birinci gələn şəxs olmuş və ətrafda heç kimi görməmişdir. O, dərhal təcili yardım nömrəsi olan 103 və 102 polisə xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Təxminən 4-5 dəqiqə ərzində təcili yardım maşını gəlib həmin şəxsi müayinə edərək öldüyünü bildirmişdir. Həkim ölən şəxsin cibindən götürdüyü şəxsiyyət vəsiqəsinə baxaraq adının Zərərçəkmiş şəxs olduğunu demişdir. O, Zərərçəkmiş şəxs kənarda yaralandığını, lakin binanın ikinci blokunun işıqları yandığından və giris qapısı açıq olduğundan kömək istəmək üçün həmin bloka girdiyini zənn etmişdir, çünki ətraf blokların heç birininin işığı yanmamışdır (cild 11, iş vərəqə 143-145). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, 2010-cu ilin dekabr ayından «Kristal» pivə zavodunda ekspeditor vəzifəsində işləyib işdən sonra da özünə məxsus «VAZ 2107» markalı avtomobillə NZS qəsəbəsində «Gəncə» marketin qarşısında dayanaraq taksi kimi fəaliyyət göstərmişdir. O, mərhum Zərərçəkmiş şəxs təxminən N4-05ci illərdən tanımış, İlkin NZS qəsəbəsində yerləşən dərzi sexində işlədiyi zaman orada tanış olmuşlar. 2011-ci ilin oktyabr ayının 31 tarixində saat 23:30 radələrində “Gəncə” marketin qarşısında dayanıb müştəri gözləyən zaman İlkinin qardaşı İlqarın Babək prospektindən qaça-qaça ona tərəf gəldiyini görmüş, İlqar ona çatıb həyəcanlı vəziyyətdə İlkinin vurulduğunu demiş və onun maşınına əyləşmiş, onlar birlikdə məhəlləyə girib məhəllədə polislər, təcili tibbi yardımın həkimləri və qonşuların toplaşdıqlarını görmüşlər. İlkinin meyiti binanın blokunda qanın içində yerə uzanıqlı vəziyyətdə olmuş, İlqar meyitə tərəf getmiş, onu isə polislər həmin yerə buraxmadıqlarına görə həmin yerdən uzaqlaşıb öz evinə getmişdir. Səhəri gün, yəni 1 noyabr 2011-ci il tarixdə səhər vaxtı «Gəncə» marketin qarşısına gələndə İlkinin bıçaqla bir neçə yerdən vurulub qətlə yetirildiyini eşidib bilmişdir (cild 8, iş vərəqə 239-242). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 1 noyabr 2011-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi yer Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 19 saylı yaşayış binasının ikinci (orta) girişinin (blokunun) qarşısıdır. Həmin blokdan 15 metr qarşıda binaya açılan dalanın çıxışında asfalt yer səthi üzərində yayılmış qanabənzər ləkələr və blok ilə həmin qanabənzər ləkələr arasında - yerdə və blokun girişindəki pilləkən üzərində qan damcıları aşkar edilmişdir. Blokun içində hər hansı qanabənzər ləkə, əşya və predmet aşkar edilməmişdir. Blokun girişində aşkar edilmiş meyitin əynindəki paltarları və ayaqqabısının səthində qanabənzər ləkələr aşkar edilmişdir. Meyitin üzərində gümüşü boyunbağı, üzük və qolbaq, həmçinin şalvarının ciblərində 78 manat pul, siqaret, alışqan, internet moderni və s. əşyalar aşkar edilmişdir. Meyitin bədəni üzərində ilkin baxış zamanı döş qəfəsin ön nahiyəsində 7 ədəd, kürək nahiyyəsində 1 ədəd kəsilmiş-deşilmiş, əlində müxtəlif kəsilmiş zədələr aşkar edilmişdir (cild 1, iş vərəqə 2-13). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 üzləşmə zamanı Təqsirləndirilən şəxs ona NZS qəsəbəsində adam bıçaqladığını etiraf etməsi, eləcə də, həmin ərəfələrdə ona silah axtardığını deməsi, habelə ona məxsus mobil telefonda ***-***-**-** saylı mobil nömrəni Təqsirləndirilən şəxs istifadə etməsi barədə xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı səsləndirərək ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə ayrıca ifadə vermək istədiyini bildirərək üzləşmə zamanı qarşısında əyləşmiş şəxsin ifadəsinə münasibət bildirməmişdir (cild 13, iş vərəqə 149-151). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməkdə istifadə etdiyi bıçağı əldə etdiyi, cinayəti törətdiyi, hadisədən sonra bıçağı və əynindəki paltarları tulladığı, mobil nömrəni sındırıb atdığı yerləri göstərməsi təklif olundu. İlk öncə, şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsi əsasında Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən “20 Yanvar” metrostansiyasının Rövşən Cəfərov küçəsi istiqamətində yerləşən çıxışına gəlib çıxışdan həmin küçə istiqamətində təxminən 40 metr hərəkət etdikdən sonra səkidə dayanıldı, şübhəli şəxs Təqsirləndirilən şəxs əyani olaraq həmin səkinin yola yaxın hissəsini göstərib ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs öldürmək barədə Firudin Məmmədovun sifarişini qəbul etdikdən sonrakı günlərdə həmin yerə gələrək orada piştaxta qoyub üzərində bıçaq və digər əşyaların küçə ticarəti ilə məşğul olan tanımadığı şəxslərdən açıq vəziyyətdə təxminən 30 sm uzunluğu olan, mebel (kareçnivi) rəngli dəstəyi və boz metal rəngli tiyəsi olan, əllə açılıb - bağlanan bıçaq əldə edib hadisə gününə qədər evində saxlamış, həmin bıçağın dəstəyinin arxa hissəsində təxminən 5-10 sm uzunluqda, ucu haçalı formasında olan qol da olmuşdur, lakin onun nə üçün istifadə edildiyini bilməmişdir, həmin bıçaq barədə ailə üzvləri məlumatsız olmuşdur. Bununla da, şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməkdə istifadə etdiyi qatlanan bıçağı aldığı yeri, habelə digər xüsusatları əyani şəkildə göstərməklə ifadəsini həmin hissədə bir daha təsdiq etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsi əsasında Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Oqtay Kərimov ilə Marat-Əmirxanov küçələrinin kəsişməsinə gələrək orada əyani şəkildə ifadə verməsi təklif olunan şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmiş ki,31 oktyabr 2011-ci il tarixdə İlkini öldürmək üçün Firudinlə razılaşmalarına əsasən gəlib İlkinin evinə doğru uzanan küçənin başında yəni hazırda dayandıqları yerdə gözləmiş, Firudin ona İlkini taksi ilə gətirib həmin küçənin başında taksidən düşürəcəyini bildirmiş, həmin vaxt onun əynində cins şalvar və cins gödəkçə olmuş, həmin paltarlar köhnə olmuş və məhz İlkini öldürəndə əynində olsun və hadisədən sonra atsın deyə özü həmin paltarları qabaqcadan seçmiş, bıçağı gödəkçənin iç yan cibində əvvəlcə bağlı vəziyyətdə gizlətmiş, sonra Firudin ona yola düşdüklərini xəbər verəndə isə bıçağı açıb hazır vəziyyətə gətirib hazır vəziyyətdə cibində gizlətmiş, az sonra bir taksi avtomobil ondan təxminən 20 metr aralıda dayanmış və İlkin xatırlamadığı qapını açıb düşmüş, eyni anda Firudin ona zəng edib İlkinin avtomobildən düşdüyünü demiş, bundan sonra o, təxminən 100 metr boyunca ilkinin ardınca əvvəlcə təxminən 20 metr ara məsafəsi ilə düşmüş sonra isə getdikcə ara məsafəsini azaldıb lap yaxınlaşmışdır, şübhəli şəxs əyani olaraq Zərərçəkmiş şəxs öldürmək üçün onun ardınca addımladığı küçə ilə addımlayaraq hadisə yeri olan NZS qəsəbəsi Sovxoz küçəsi 19 saylı binanın qarşısına çıxan təxminən 2 metr eni, 30 metr uzunluğu olan “çığıra bənzəyən” ara yola çatanda ifadəsini davam etdirərək bildirdi ki, həmin ara yola daxil olanda İlkinə yaxınlaşaraq bıçağı çıxarıb hazır vəziyyətdə sol əlində tutmuş, ətrafın qaranlıq və sakit, kimsəsiz olmasını fürsət bilib Zərərçəkmiş şəxs arxa tərəfdən hücum edərək sol əlində tutduğu bıçaqla ilk zərbəni üstdən aşağı ilkinin kürək nahiyyəsinə endirmiş, ardınca İlkin ona tərəf çevrildikdə isə İlkinin sinə və qarın nahiyyələrinə ardıcıl bıçaqla zərbələr endirmiş, daha sonra İlkin yerə yıxılıb ona tərəf təpik ataraq yaxınlaşmasına mane olmuş və həmçinin qışqırıb kömək istəmiş, o da ətrafdakı pəncərələrdə işıqlar yandığını hiss edib dərhal oradan uzaqlaşmış, bu zaman İlkinin yerdən qalxıb təxminən 20 metr aralıda yerləşən iki mərtəbəli binanın blokuna tərəf qaçdığını görmüş, sonradan dostu Şahid1 ilə çox yaxın olduğuna görə NZS qəsəbəsində bir adamı bıçaqla vurub öldürdüyünü etiraf etmiş, lakin İlkinin adını çəkməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs statit qismində cəlb edilmiş şəxsin üzərində Zərərçəkmiş şəxs ilk və sonrakı bıçaq zərbələri endirdiyi nahiyyələri, bıçağı hansı əlində və hansı şəkildə tutub hansı formada zərbələr endirdiyini, Zərərçəkmiş şəxs yıxıldığı yeri, daha sonra özünün və Zərərçəkmiş şəxs qaçdığı istiqamətləri əyani olaraq göstərdi. Bununla da, şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gözlədiyi, güdməyə başladığı, güddüyü, bıçaqla hücüm edib öldürdüyü yerləri, habelə digər xüsusatları əyani şəkildə göstərməklə ifadəsini həmin hissədə bir daha təsdiq etdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsi əsasında Bakı Bulvarına gəlib “Park Bulvar Ticarət Mərkəzi”nin qarşısında avtomobillərdən endik və Ticarət Mərkəzindən “Sahil” metrostansiyası istiqamətində təxminən 50 metr addımlayıb dənizin kənarında dayandıq, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs öldürməkdə istifadə etdiyi bıçağı hadisədən sonra evə gedib yuyub yatağın altında bir müddət gizlətmiş, həmin ərəfədə ümumyyətlə evdən Çixmamağa çalışmış, Firudin intihar edəndən sonra isə bıçağı gətirib hazırda dayandığımız yerdən Xəzər dənizinə atmışdır. Beləliklə, şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməkdə istifadə etdiyi bıçağı tulladığı yeri, habelə digər xüsusatları əyani şəkildə göstərməklə ifadəsini həmin hissədə bir daha tesdiq etdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsi əsasında Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın Ticarət Mərkəzi” ilə üzbəüz yerləşən Heydər Əliyev adına parkın yanına, Bəhruz Nuriyev küçəsi 114 ünvanına gəlmişlər, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin yeri əyani olaraq ifadəsini davam edərək bildirmiş ki, hadisədən sonra Neftçilər xəstəxanasının yanında sifariş verdiyi tanımadığı taksi ilə dayandığımız yerə gəlib taksidən düşdüyünü, binaların arası ilə yaşadığı evə doğru hərəkətə başladığını bildirdi və əyani olaraq dayandığımız yerdən hərəkətə başlayaraq hadisə günü addımladığı istiqaməti, o cümlədən təxminən 50 metr irəlidə qarajların yanında dayanaraq cinayət zamanı Firudin Məmmədovla əlaqə yaratmaq üçün sonuncunun ona verdiyi ***-***-**-** saylı mobil nömrəni sındırıb həmin qarajın kənarına tulladığı bildirdi. Bununla da, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisədən sonra cinayət zamanı sifarişçi ilə əlaqə saxladığı mobil nömrəni sındırıb tulladığı yeri, habelə digər xüsusatları əyani şəkildə göstərməklə ifadəsini həmin hissədə bir daha təsdiq etdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsi əsasında Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən 36 saylı yaşayış binası və 129 saylı uşaq baxçasmın arasında yerləşən zibil qutularının yerləşdiyi yerə gəldik, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin yeri əyani olaraq göstərib ufadəsini davam edərək bildirdi ki, hadisədən sonra cinayətin izlərini itirmək üçün hadisə zamanı əynində olmuş paltarları yaşadığı evində bir salafan torbaya yığıb ertəsi gün təkcə evdən uzağa, yəni hazırda göstərdiyi yerə gətirib zibil qutusuna tullamışdır. Bununla da, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş paltarları hadisədən sonra tulladığı yeri, habelə digər xüsusatları əyani şəkildə göstərməklə ifadəsini həmin hissədə bir daha təsdiq etdi (cild 13, iş vərəqə 211-219). Cinayət işinin materiallarında olan 31 oktyabr 2011-ci il tarixli protokoldan görünür ki, hadisə barədə daxil olmuş məlumat əsasında ilkin olaraq hadisə yerinə çatmış polis əməkdaşları mərhumun şəxsiyyətini müəyyən etmək üçün hadisə yeri olan dalanın çıxışında yerdə mərhuma məxsus 1 ədəd “Nokia” markalı mobil telefonu və mərhumun cibində içərisində 104 manat pul, sürücülük vəsiqəsi, texpasport, metro kartı və s. olan portmanat aşkar edərək həmin predmetləri götürmüş və sonradan istintaqa təqdim etmişlər. Mərhumun meytinin üzərində pul və qiymətli əşyaların aşkar edilməsi cinayətin tamah məqsədilə törədilmədiyini təsdiq edir (cild 1, iş vərəqə 51). Cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “2” nömrəli bıçağı tanıyaraq həmin bıçağın onun Zərərçəkmiş şəxs qəsdən öldürməkdə istifadə etdiyi bıçaq ilə eyni bıçaq olduğunu bildirərək “bıçağı necə çıxarda bildiz dənizdən?” deyə soruşmuşdur (cild 13, iş vərəqə 220-225). Cinayət işinin materiallarında olan “baxış haqqında” 1 dekabr 2011-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Şahid9la Zərərçəkmiş şəxs arasında 2011-ci ilin avqust ayından hadisə gününə qədər mütəmadi olaraq, gündəlik intim xarakterli yazışmaların aparıldığı, biri- birilərinə sevdiklərini dedikləri, mütəmadi olaraq görüşüb hər ikisinin həm aktiv, həm passiv formada cinsi əlaqədə olduqları, Əhmədli qəsəbəsində görüşdükləri mənzil olduğu, masajist Anar Məhərrəmovla cinsi əlaqədə olduqları, Şahid9 ayrı-ayrılıqda Zaur Hacıyev və Ramiz Ömərovla cinsi əlaqə olduğu, həmçinin X18 Nüsrətzadə, Tural Məmmədov, Nicat Ramazanlı və başqa şəxslər ilə sevgi məzmunlu yazışmalar apardığı, X20 Qurbanovla yazışmalarda ona “canım qardaşım” deyə müraciət etdiyi halda oğlu Şahid3la yazışmalarında Zərərçəkmiş şəxs barəsində “eclaf, “riyakar” və s. kimi təhqiredici ifadələr işlətdiyi müəyyən olunmuşdur. Baxış zamanı aparılmış təhlillər nəticəsində aşağıdakı yazışmalar xüsusilə əhəmiyyət kəsb etmişdir. Belə ki, xx.xx.2011- ci il tarixdə saat 10:12, saat 10:40 və saat 11:06-da -Zərərçəkmiş şəxs Firudin Məmmədova “aç telefonu”, “universitetə gəlirəm”, “telefonu aç” məzmunlu sms-lər yazmış, lakin sonuncu onunla əlaqə yaratmamış, -Zərərçəkmiş şəxs Şahid9 “nə qədər Firudin sağdı biz xoşbəxt ola bilmərik dədə, bunu bugün anladım”, -X29 Qurbanova “işdən çıxanda ora gələrəm, yadında qalsın məni itirmək nə deməkdi, mən sevindim keçən dəfə Allaha qurana and içdin, universitetə gəlməyin məni itirməyinə səbəb olar, qədrimi bil”, -bunun ardınca isə X26 Şahbazova “Salam aleykum müəllim, çox üzr istəyirəm, İlkin bilməsin xahiş edirəm, imkan olanda zəng edərdiz”, “Üzr istəyirəm bilirəm işiniz çoxdu mən də bir yandan narahat edirəm” məzmunlu sms-lər yazmışdır. Bu sms-lər Firudin Məmmədov və Zərərçəkmiş şəxs münasibətlərində həmin günlərdə “qırılma” baş verdiyini, Zərərçəkmiş şəxs Firudin Məmmədovdan uzaqlaşmasının başlanğıcını təsdiq edir və bundan sonrakı tarixlərdə gedən yazışmalarda İlkin X2rşı laqeyd, hörmətsiz davranışlarını müşahidə edilir, hətta cümə günləri və bayramlarda Firudin Məmmədov həm Şahid9, həm də Zərərçəkmiş şəxs təbrik sms-iəri göndərsə də ona cavab sms-ləri yazılmır. xx.xx.2011- ci il tarixdə gün ərzində X29 Qurbanova 40 dəfə “zəng et” məzmunlu sms yazmış, -saat 21:59-da Zərərçəkmiş şəxs Şahid9 “sıxılıram”, -Şahid9 “niyə dede? Birge keçirdiyimiz anlari xatirla her sey yaxsi olacaq" -Zərərçəkmiş şəxs “Qardaşıma qurban olum sənə yazmırdım, o iblisə yazırdım sənə səhf düşdüm məni bağışla”, -ardınca Zərərçəkmiş şəxs Firudin Məmmədova “sıxılıram” məzmunlu sms yazmışdır. xx.xx.2011- ci il tarixdə saat 10:54-də -Şahid9 Zərərçəkmiş şəxs “şənbə günün mübarək” və ardınca “ona göndər şənbəni”, -Zərərçəkmiş şəxs “göndərdim”, -Şahid9 “fikirləşəcək ki sən onunla məzələnirsən, zəng elə könlünü al”, -Zərərçəkmiş şəxs “bəs niyə dedin göndər?”, -Şahid9 “səndən gələn istənilən mesaj onu sevindirəcək”, -Zərərçəkmiş şəxs “bircə o günü görməyəcək”, “hacan məni sevindirib ki, ona xeyri yoxdu üzünə gülən kimi g*tü əldən gedir” məzmunlu sms yazmışdır (cild 5, iş vərəqə 1-227 və cild 6, iş vərəqə 1-246). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 13 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 xx.xx.2011-ci il tarixdə saat 17:20 daxil olmaqla Bakıxanov qəsəbəsi ərazisində olmuş, bundan sonra oradan çıxaraq saat 17:44-dən başlayaraq Qara Qarayev küçəsi, daha sonra «Gənclik» metrostansiyası yaxınlığından saat 18:34-də Yasamal rayonu Əbilov küçəsi ərazisinə gəlmiş, oradan Dəniz kənarı parka gələrək saat 20:44-dək həmin ərazidə olmuş, saat 21:47-də Qara Qarayev küçəsində olmuş və bu zaman Sevinc Dadaşovanın istifadəsində olan telefon nömrəsi ilə 19 dəqiqə ərzində danışıq aparmış, yalnız 2 saata yaxın müddət keçdikdən sonra növbəti qeydiyyatı Bakıxanov qəsəbəsində olmuşdur. Göründüyü kimi Şahid4 hadisə günü olduğu yerlər barədə ifadəsində göstərdiyi xüsusatlar onun istifadəsində olmuş mobil telefon nömrəsinin anten məlumatları ilə uyğunluq təşkil etməklə təsdiqini tapmışdır (cild 11, iş vərəqə 90-93). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 13 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2011-ci il tarixə keçən gecə «Nobel pros., H.Aslanov kuc» antenası əhatə edən ərazidən yaşadığı evə gəldiyi, səhər evdən çıxıb saat 10.27-dən 13.24-dək bütün telefon danışıqları zamanı zavodun yerləşdiyi ərazini əhatə edən antendə olduğu, daha sonra Maştağa və Nardaran qəsəbələri ərazisinə getməsi, oradan yaşadığı evə qayıtdığı, saat 20.52 radələrində evdən çıxıb «Nobel pros., H.Aslanov kuc» antenası əhatə edən əraziyə gəldiyi, həmçinin Firudin Məmmədov yaşadığı ərazidə olarkan Zərərçəkmiş şəxsla əlaqə saxladığı, daha sonra isə sonuncu yaşadığı əraziyə gəlməsi müəyyən edilmişdir (cild 11, iş vərəqə 170-174). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 15 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Firudin Məmmədovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına baxış zamanı Firudin Məmmədovun xx.xx.2011-ci il tarixdə saat 09.16-dan 10.39-dək işlədiyi İslam universiteti yerləşdiyi ərazidə, saat 11.14dən 12.14-dək İslam universiti ilə Fizuli meydanı arasında olan ərazidə, saat 14.06-dan 14.29-dək yenidən İslam universiti yerləşdiyi ərazidə, saat 15.25-dən 15.59-dək Karvan restorani və N.Zərdabi prospekti ətrafında, saat 16.00-dan 16.07-dək 1-ci və 5-ci mikrorayonlar arasında Əli Tağızadə küçəsində, 17.56-dan 19.44-dək yaşadığı evin ətrafındaki ərazidə, saat 20.46-dan 21.09-dək Zərərçəkmiş şəxs yaşadığı ərazidə, saat xx.xx.2011-ci il tarixi saat 23.45-dən xx.xx.2011-ci il tarixi saat 0.02- dək yaşadığı evin ətrafındaki ərazidə, saat 00.06-dan 0.15-dək yaşadığı evin ərazisindən Zərərçəkmiş şəxs yaşadığı əraziyə tərəf yolda olması, saat 00.36-da hadisə yerinə gəlib çatması müəyyən edilmişdir (cild 11, iş vərəqə 192-197). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, X4 Məmmədovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sms məlumatlarından onun atasının istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə yazdığı bir sıra mesajlarda atasına “bava” deyə müraciət etdiyi müəyyən olunmuş, axtarış verildikdə Şahid3 həmçinin ***-***-**-** saylı mobil nömrə ilə yazışmalarında da eyni qaydada yəni “bava” sözündən istifadə etdiyi aşkar olunmuşdur. Bundan sonra Şahid3 ***-***-**-** saylı mobil nömrə ilə ümumi yazışmalarının məzmunu təhlil edildikdə qeyd edilən mobil nömrənin də məhz Firudin Məmmədovun istifadəsində olduğu və hadisədən sonra şahid qismində dindirilərkən istintaq orqanına həmin mobil nömrəsini təqdim etmədiyi və “gizli” saxladığı müəyyən edilmişdir. xx-xx-2011 10:41:46 519067474 502504211 Salam bava sakitcilikdi xx-xx-2011 11:03:17 702700477 519067474 Salam ishda necadi. İlkin neynir xx-xx-2011 11:39:13 519067474 702700477 Salam bava sakitcilikdi yaxwidi - Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı, Firudin Məmmədovun istifadəsində olmuş ***-***-**-** saylı və Şahid9 istifadəsində olmuş 050- ***-**-** saylı mobil nömrələrin sms yazışmalarından Zərərçəkmiş şəxs Şahid9la çox sıx sevgi - intim münasibətlərində olduqları, mütəmadi olaraq gün ərzində intim mövzularda yazışdıqları və tez-tez görüşdükləri, lakin Zərərçəkmiş şəxs keçmiş müəllimi olmuş Firudin Məmmədova qarşı təxminən 2011-ci ilin iyul - avqust aylarından çox biganə, laqeyd münasibət göstərdiyi, sonuncunun sms-lərinə cavab vermədiyi, yaxud kefsiz, həvəssiz olması məzmunda cavab yazıb ardınca Şahid9 sevgi məzmunlu sms yazdığı, əvəzində isə X20 Qurbanovun laqeyd hərəkətlərindən bezmədiyi, əksinə ondan əl çəkmədiyi, mütəmadi olaraq oğlu Şahid3 mobil nömrəsinə sms yazaraq İlkinin iş yeri olan zavoda gəlib gəlməməsi, nə etməsi, necə olması və s. ilə maraqlandığı açıq-aydın görünür. - istintaq materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki 29 oktyabr 2011-ci ildən 30 oktyabr 2011-ci ilə keçən gecə Şahid9 ailə üzvləri (arvadı, qızı və oğlu) hava limanı ilə İngiltərəyə uçmuşlar, həmin gecə aralarında gedən sms yazışmalarından ailəsinin xaricə getməsinin ardından Şahid9 Zərərçəkmiş şəxsla öz evində görüşəcəklərinin qabaqcadan planlaşdırıldığı məlum olur, belə ki, xx.xx.2011-ci il tarixdə saat 06:37-dən (həmin gecə saat əqrəbləri qabağa çəkildiyinə görə bəzi məlumatlarda saat 05:37-dən) saat 07:30 radələrinə qədər Zərərçəkmiş şəxsla Şahid9 arasında sms yazışması başlayır, anten məlumatlarına əsasən, bu müddətdə hər iki şəxsin öz yaşadıqları ünvanda olduqları, saat 07:30 radələrində Zərərçəkmiş şəxs öz yaşadığı ünvandan çıxıb saat 08:16-da Şahid9 yaşadığı ünvanın yaxınlığına gedib sonuncuya “bayırdayam” məzmunlu sms yazdığı, saat 11 radələrinə qədər Şahid9la birlikdə sonuncunun yaşadığı ünvanda olduqları, saat 11 radələrində Şahid9la birlikdə yola çıxıb saat 14 radələrindən saat 18 radələrinədək Cəlilabad rayonunda olduqları, daha sonra Cəlilabad rayonundan qayıdıb saat 20 radələrində Bakı şəhərinə Sahil qəsəbəsindən girdikləri və saat 22 radələrində Şahid9 yaşadığı mənzilə çatdıqları, bundan sonra Zərərçəkmiş şəxs saat 00:58-dək həmin ünvanda olduqdan sonra özünün yaşadığı evə qayıtdığı müəyyən edilmişdir. xx/xx/2011 06:37:53 **********, **********, Gaga oyamlsan ? xx/xx/2011 06:48:37 **********, **********, Dede, sabahin xeyir! xx/xx/2011 06:48:43 **********, **********, Gelirem xx/xx/2011 06:52:23 **********, **********, He xx/xx/2011 06:52:52 **********, **********, Yeni vaxtla saat 9 un yarisi cixaciyiq. xx/xx/2011 07:14:23 **********, **********, Kohne ile onun yarisi? xx/xx/2011 07:16:31 **********, **********, Bayirdayam xx/xx/2011 07:35:41 **********, **********, He xx/xx/2011 08:16:31 **********, **********, Bayirdayam - 30 oktyabr 2011-ci il tarixdə, yəni hadisədən bir gün öncə, həftənin bazar günü, Zərərçəkmiş şəxs Şahid9la birlikdə vaxt keçirdiyi gün Firudin Məmmədov saat 20:45 və 20:46-da ardıcıl iki dəfə Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etsə də sonuncu zəngə cavab vermir, anten məlumatları həmin anda Şahid9la Zərərçəkmiş şəxs birlikdə “Zığ şosesi” adlı eyni antendə olduqlarını (ehtimal ki rayondan birlikdə qayıtdıqları üçün eyni avtomobilin içərisində) göstərir, ardınca saat 20:47- də Şahid9 özü Firudin Məmmədova zəng edib 22 saniyə, ardınca saat 20:49-da isə X29 Qurbanova zəng edərək 150 saniyə danışıq aparır. İşin hallarının təhlili onu göstərir ki, X25 Qurbanovun arasındakı münasibətlər həmin ərəfələrdə gərgin olduğuna görə Firudin Məmmədov birbaşa onun özünə deyil, birlikdə olduqlarını bildiyi (və ya öyrəndiyi) Şahid9 zəng etmiş, həmin vaxt iki ardıcıl çağırışı götürməyib sonra özünün Firudin Məmmədova zəng etməsi sanki Şahid9 yanında əyləşmiş Zərərçəkmiş şəxs Firudin Məmmədovun çağırışını göstərərək sonuncuya nə cavab verməyi birlikdə müzakirə etdiklərini göstərir, Şahid9la qısa danışdıqdan sonra X20 Qurbanova zəng edib danışması isə sanki Şahid9 icazə və iradəsi ilə Zərərçəkmiş şəxs onunla danışması kimi görünür. - Zərərçəkmiş şəxs ilə danışıqdan sonra Firudin Məmmədovun istintaqa təqdim etdiyi həmin ***-***-**-** saylı mobil nömrəsi ilə qeyd olunan tarixdə bir daha telefon danışığı aparılmamış, X30a müxtəlif mobil nömrələrdən edilən zənglər cavablandırılmamışdır. Lakin həmin zəngdən sonra Firudin Məmmədovun istintaqdan “gizli” saxladığı ***-***-**-** saylı mobil nömrəsində hərəkətlilik müəyyən edilir, belə ki, həmin mobil nömrə vasitəsilə Zərərçəkmiş şəxsla danışdıqdan sonra saat 20:55-dən saat 02:03-dək 31 dəfə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı mobil nömrə ilə müxtəlif müddətlərdə davam edən telefon danışıqları aparılır, anten məlumatlara əsasən həmin danışıqlar zamanı həm Firudin Məmmədovun özü, həm də Təqsirləndirilən şəxs sonuncunun yaşadığı ünvanın yaxınlığında yəni ünvan 9inin yaxınlığında (təxminən “Ay İşığı” restoranın arxa tərəfində) olmuşlar. Xüsusilə istintaq üçün əhəmiyyət kəsb edəcək məqamlardan biri də o olmuşdur ki, həmin gün saat 21:00 - 21:33-də X26 Şahbazovun yaşadığı ünvanı əhatə edən “Bakı şəhəri Xətai rayonu Dairəvi küçə 5” adlı antendə olmuşdur. - Təqsirləndirilən şəxs qeyd olunan vaxt aralığında yalnız Firudin Məmmədov və Şahid1 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrə ilə (saat 21:31 və 21:42-də) telefon əlaqəsi saxlamışdır. - Fladisə günü saat 10:40-dan 16:09-dək ***-***-**-** saylı mobil nömrə Şahid1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə danışıq aparmışdır. - Saat 17:54-də Firudin Məmmədov istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə vasitəsilə Təqsirləndirilən şəxs zəng edib danışdıqdan sonra istifadəsində olmuş 050-250- 42-11 saylı mobil nömrə vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəyə saat 17:58-də zəng edib 40 saniyə, saat 18:31-də zəng edib 105 saniyə, saat 19:45-də zəng edib 28 saniyə danışmışdır. Telefon məlumatlarında çağırış olan lakin cavablandırılmayan zənglərin də əks olunduğunu nəzərə aldıqda hadisə günü Zərərçəkmiş şəxs Firudin Məmmədova ilkin olaraq zəng etməsi halı olmamışdır ki, bu da Firudin Məmmədovun ifadəsində guya hadisə günü Zərərçəkmiş şəxs ona bir neçə dəfə cavabsız zəng etməsi, sonradan zəngləri görüb sonuncuya zəng etdikdə isə İlkinin onu birlikdə Şahid9 evinə getməyə dəvət etməsi barədə göstərdiklərinin yalan olduğunu sübut edir. - Saat 18:54-də Firudin Məmmədov yaşadığı evdə olarkən istifadəsində olmuş 050- ***-**-** saylı mobil nömrədən ***-***-**-** və ***-***-**-**4 saylı mobil nömrələrə cavabsız zəng etmiş (nömrənin bu cür yığılması telefonun kontaktında qeyd olunmadığını və ilk dəfə barmaqla yığıldığını göstərir), bunun ardınca ***-***-**-** saylı mobil nömrədən onun “gizli” olan ***-***-**-** saylı mobil nömrəsinə saat 19:26-da zəng edilərək 12 saniyə, daha sonra isə Firudin Məmmədov istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən həmin mobil nömrəyə yaşadığı evdən çıxıb saat 20:29-da, Zərərçəkmiş şəxs yaşadığı ünvana çatıb saat 20:44-də, Zərərçəkmiş şəxsla birlikdə Şahid9 evindən çıxmağa hazırlaşarkən saat 22:08-də və Zərərçəkmiş şəxs taksi avtomobilindən düşürüb saat 23:02-də zənglər edərək 20, 106, 28 və 26 saniyə danışıq aparmışdır. - İstintaq zamanı TTYS və polisə məlumat verdiyini bildirmiş Şahid6 yaşadığı ünvanda quraşdırılmış stasionar ***-**-** saylı nömrənin zənglər siyahısından görünür ki, qeyd olunan nömrədən hadisə günü yəni xx.xx.2011 -ci il tarixdə saat 23:12-də DİN-nin 102 xidmətinə zəng edilib 105 saniyə danışıq aparılmışdır. İşin hallarını, yəni Zərərçəkmiş şəxs kömək çağırışlarını eşitməsi, qaçaraq bloka tərəf gəlməsi, Şahid6 oğlu Hüseyn Həsənovun əynini geyinib bloka düşməsi, Zərərçəkmiş şəxs meyitini aşkar edib bu barədə atasına bildirməsi, atası Şahid6 102 xidmətinə zəng etməsi kimi obyektiv hallar nəzərə alındıqda Zərərçəkmiş şəxs 102 xidmətinə edilən zəngdən təxminən 5- 10 dəqiqə əvvəl, yəni saat 23:02 - 23:07 aralığında öldürülmüşdür. - Hadisə yerinin anten məlumatlarına əsasən, ***-***-**-** saylı mobil nömrə hadisədən bir neçə dəqiqə əvvəl, yəni saat 22:41-də hadisə yerində qeydə alınmışdır. Ümumiyyətlə, qeyd olunan mobil nömrə X8 adına qeydiyyatda olunmaqla yalnız hadisə günü yəni xx.xx.2011 -ci il tarixdə saat 19:26-dan (açılan kimi Firudin Məmmədova zəng edilib) saat 23:02-dək (Firudin Məmmədovla son danışıq) istifadə edilib, başqa hər hansı mobil əlaqəsi müəyyən edilməmişdir, həmçinin hadisə günü qeyd olunan şəbəkə zamanı həmin mobil nömrə **********4991 İMEİ kodlu telefon cihazında istifadə edilmişdir. Həmin İMEİ kodlu telefon cihazında istifadə olunan mobil nömrələrin istifadə müddətlərini təhlil etdikdə hadisə baş vermiş əhatə edən dövrdə yəni xx.xx.2011 -ci ildən xx.xx.2012-ci ilədək həmin telefonda Şahid1 məxsus 055-685- 14-15 saylı mobil nömrənin mütəmadi olaraq, ***-***-**-** saylı mobil nömrənin yalnız xx.xx.2011 -ci il tarixdə, ***-***-**-** saylı mobil nömrənin isə yalnız 2011 -ci ilin oktyabr ayı ərzində istifadə edildiyi müəyyən edilmişdir. - Hadisə günü **********4991 İMEİ kodlu telefon cihazında əvvəlcə Şahid1 adına olan ***-***-**-** saylı, ardınca ***-***-**-** saylı mobil nömrə şəbəkədə olmuş və sonuncu mobil nömrə vasitəsilə saat 17:43-də son dəfə telefon danışığı aparılmış, bundan sonra telefon cihazında növbəti dəfə aktiv şəbəkə saat 19:26-da 055-369- 61-84 saylı mobil nömrənin yerləşdirilməsi ilə yaranmış və dərhal da Firudin Məmmədova zəng edilmişdiır. - ***-***-**-** saylı mobil nömrə hadisə günü saat 21:10-dan saat 23:56-dək eyni antendə hərəkətsiz lakin şəbəkədə qalmışdır ki, əvvəlki günlərin təhlilləri bu qədər uzun müddət davam edən belə bir hərəkətsizlik halının olmadığını göstərir. - Hadisədən sonra həm Firudin Məmmədovun, həm də ***-***-**-** saylı mobil nömrənin ilk zəng etdikləri mobil nömrələr biri-biriləri olmuşdur, belə ki, hadisədən sonra X5 Məmmədov öz atasına saat 23:22-də zəng etdikdə (istintaq zamanı Əfqan Məmmədovun anası ilə birlikdə həmin vaxt Sabunçu rayonundan toy mərasimindən çıxıb evə doğru yolda olduqları müəyyən edilmişdir) Firudin Məmmədov oğlunun belə zənginə cavab verməmiş, amma yaşadığı ünvandan saat 23:44-də ilk zəngini ***-***-**-** saylı mobil nömrəyə etmiş, lakin qarşı tərəf zəngə cavab verməmişdir, əvəzində ***-***-**-** saylı mobil nömrə də saat 23:56-da ilk zəngini Firudin Məmmədovun “gizli” mobil nömrəsinə edib danışıq aparmışdır. - Diqqət çəkən məqamlardan biri, ***-***-**-** saylı mobil nömrənin bütün oktyabr ayı ərzində demək olar hər gün Firudin Məmmədovla telefon əlaqəsi saxladığı halda qeyd olunan danışıqdan sonrakı tarixlərdə, yəni Firudin Məmmədovun hələ sağ olduğu 01, 02, 03 və 04 noyabr tarixlərində sonuncu ilə heç bir telefon əlaqəsi saxlamamışdır. - Firudin Məmmədovun tabeçiliyində işləmiş, İslam Universitetində şəriət kafedrasının dekanı olmuş, həmçinin fala baxmaqla məşğul olmuş (hazırda ölüb) Əlirza Qafarovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə hadisədən qısa müddət əvvəl sentyab və oktyabr aylarında Zərərçəkmiş şəxs ona qarşı “susması”, “lal olması” üçün dua etməsini xahiş etdiyi aşkar olundu. İş üzrə şahid qismində dindirilərkən Əlirza Qafarovdan qeyd olunan xüsusat soruşulsa da onun məsələni tam açıqlamadığı, məntiqli izah verə bilmədiyi müəyyən edilmişdir. xx-xx-2011 12:31:39 502504211 506249819 Haci qurban olum İlkin dähshät qudurub mümkünsä indidä elä gecä möhkäm ishlä. Mana qarsh tam lal olsun xx-xx-2011 10:15:02 502504211 506249819 İlkin bu daqiqa ela qudurub .qurban olum gör neynirsan xx-xx-2011 18:49:03 502504211 506249819 Salam haci necäsän necä getdin galdin . Xahish ediram İlkini unutma - bütün qeyd olunan halların təhlili cinayətin Firudin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs vasitəsilə törədilməsi istiqamətində istintaq fərziyyəsinin qurulmasına kifayət qədər əsas vermişdir. Belə ki, X20 Qurbanovla münasibətlərinin pozulması, sonuncunun ondan uzaqlaşmağa çalışması, Firudin Məmmədovun xx.xx.2011-ci il tarixdə Zərərçəkmiş şəxsla danışdıqdan sonra digər hamıya “aşkar” olan mobil nömrəsini istifadəsiz qoyaraq “gizli” mobil nömrəsi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı mobil nömrə ilə ardıcıl danışması, Təqsirləndirilən şəxs ilə sonuncunun yaşadığı ünvanın (ümumi təhlillərdən müəyyən olunur) yaxınlığında görüşməsi, Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə əlaqə saxlaması, ardınca X19 Şahbazovun yaşadığı ünvanın yaxınlığına gedib ehtimal ki ünvanı kənardan güdməsi, 30.10.2011- ci il tarixinin həftənin bazar gününə təsadüf etməsinə və ertəsi günün iş günü olmasına baxmayaraq dekan Firudin Məmmədovun gecə saat 2 radələrinə qədər evindən kənarda yuxarıda qeyd olunan antenlərdə olması, hadisə günü yəni xx.xx.2011-ci il tarixdə Firudin Məmmədovun evindən çıxanda, mərhumun evinə çatanda, mərhumla birlikdə qonaq gedərkən və getdikləri yerdən qayıdıb mərhumu avtomobildən düşürəndə ***-***-**- ** saylı mobil nömrəyə zəng etməsi, həmin vaxt həm özünün, həm digər mobil nömrənin hadisə yerinin antenində olması, saat 23:02-də edilən son zəngdən bir neçə dəqiqə sonra İlkinin öldürülməsi, ***-***-**-** saylı mobil nömrənin əvvəllər heç vaxt istifadə edilməməsi, həmçinin hadisədən sonra da bir daha istifadə edilməməsi və yalnız yuxarıda göstərilən hallarda yəni beş dəfə Firudin Məmmədovun “gizli” mobil nömrəsi ilə əlaqə qurmaqdan ötrü istifadə edilməsi, həmçinin həmin mobil nömrənin ***-***-**-** saylı mobil nömrənin istifadə edildiyi mobil telefon cihazına yerləşdirilib istifadə edilməsi, X20 Qurbanovdan ayrıldıqdan sonra öz ailəsi - arvadı ilə oğlu ona zəng etsə də onlara cavab verməyib Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə cavabsız zəng etməsi, həmin mobil nömrənin də bir neçə dəqiqə sonra ilk zəngini elə məhz Firudin Məmmədova etməsi, hər gün telefon əlaqəsi saxladıqları halda həmin sonuncu zəngdən sonra bir daha əlaqə saxlamaları və bu kimi obyektiv hallar Zərərçəkmiş şəxs qəsdən öldürülməsi cinayətinin bir gün əvvəl Firudin Məmmədov və Təqsirləndirilən şəxs tərəfindən planlaşdırıldığını və hadisə günü Firudin Məmmədovun bəhanə ilə Zərərçəkmiş şəxs evdən çıxarıb plana uyğun öldürülməsini təşkil etdiyini sübut etmişdir (cild 13, iş vərəqə 102-108). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 5 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən əvvəlki tarixlərdə, yəni 06 və 20 oktyabr 2011-ci il tarixlərdə hadisə yerini əhatə edən olduğu müəyyən edilmişdir ki, bu da Təqsirləndirilən şəxs hadisədən əvvəlki təxminən bir ay ərzində Zərərçəkmiş şəxs qəsdən öldürməyə hazırlıq ərəfəsində hadisə yerinin müəyyənləşdirilməsi üçün 2 yaxud 3 dəfə NZS qəsəbəsində olub ərazini öyrənməsi barədə göstərdiyi xüsusat üzrə verdiyi etirafedici ifadəsinin düzgünlüyünü sübut edir. -baxış zamanı anten məlumatları əsasında, həqiqətən də Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonrakı 1 il ərzində yalnız 2 dəfə Bakı Bulvarında olduğu müəyyən edilmişdir, belə ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə saat 19:06-dan saat 21:16dək və xx.xx.2011-ci il tarixdə saat 19:22-dən saat 19:25-dək Bakı Bulvarında olmuş, qalan müddətlərdə Təqsirləndirilən şəxs heç vaxt Bakı Bulvarını əhatə edən antendə qeydə alınmamışdır. Bu da Təqsirləndirilən şəxs hadisədən sonrakı tarixlərdə Firudin Məmmədov intihar edəndən sonra (intihar xx.xx.2011-ci il tarixdə baş verib) cinayətin aləti olan bıçağı Bakı Bulvarına gedərək Xəzər dənizinə atması barədə barədə göstərdiyi xüsusat üzrə verdiyi etirafedici ifadəsinin düzgünlüyünü sübut edir. Təqsirləndirilən şəxs həmin anten məlumatları ilə tanış olaraq əlavə ifadəsində bildirmişdir ki, o, ilk səfərində, yəni xx.xx.2011- ci ildə bıçağı dənizə atmışdır, hətta həmin vaxt bir müddət kənardan insanların gəlib keçməsini müşahidə etmiş və ətrafda heç kimin olmamasını gözləmişdir ki, bıçağı dənizə atdığını heç kim görməsin. O, ikinci dəfə eyni yerə nə üçün getdiyini xatırlamır (cild 13, iş vərəqə 286-287). Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hadisə günü Şahid1 məxsus olan və Təqsirləndirilən şəxs ondan xahiş edərək müvəqqəti istifadə üçün götürdüyü, habelə hadisə vaxtı içərisində 055- ***-**- ** saylı nömrəni istifadə etdiyi **********49913 İMEİ kodu “Nokia 6100” tipli mobil cihaza məxsusdur. Bu da Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi tanışı Şahid1 məxsus “Nokia” markalı mobil telefonların mobil antenlərə düşmədiyini eşitdiyi üçün cinayətin izini itirmək məqsədilə həmin mobil telefonu sonuncudan müvəqqəti istifadə üçün istəməsi barədə xüsusatı bir daha təsdiq edir (cild 14, iş vərəqə 43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 1 noyabr 2011-ci il tarixli 118 №-li nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyidinin məhkəmə-tibbi müayinəsi zamanı döş qəfəsinin ön səthinin sağ yarısında ll-lll-İV-V qabırğalar nahiyəsində ll-lli-İV qabırqaları kəsib, döş boşluğuna keçən sağ ağçiyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə lİl-İV qabığaarası nahiyədə olan döş boşluğuna keçən sol ağçiyərin yuxarı payı və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə V-Vl qabırğalar nahiyəsindən döş boşluğuna keçən sağ ağçiyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında sağ döş yanı xətti üzrə Vİ-Vİİ qabırğa nahiyəsində 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin döş sümüyünün ön orta xətti üzrə V- Vİ qabırğa nahiyəsində 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol məmə yanı xətti üzrə l-ll qabırqaarası nahiyədə 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol məmə yanı xətti üzrə İİİ qabırqaarası nahiyədə 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə Vİ qabığaarası nahiyədə 1 (bir)ədəd, döş boşluğuna nüfuz etməyən, sol əlin İ əldaraq falanqasının arxa səthində 2 (iki) ədəd, sol əlin V əldaraq falanqasının bayır səthində 2 (iki) ədəd kəsilmiş yaralar (cəmi 12) aşkar edilmişdir. Bu yaralar küpü və iti ülgücü olan deşici-kəsici alət ilə ən azı 12 zərbəvi təsiri nəticəsində əmələ gələ bilər. Üst dodağın mərkəz hissəsinin iç səthinin qançırı küt əşyanın təsiri nəticəsində törənmişlər. Bu xəsarətlər həyati olub, ölümündən bir qədər əvvəl, 1.11.2011 -ci il tarixdə əmələ gələ bilər. Dərəcələrinə görə döş qəfəsinin ön səthinin sağ yarısında ll-lll-İV-V qabırğalar nahiyəsində ll-lll-İV qabırqaları kəsib döş boşluğuna keçən sağ ağ çiyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə İİİ-İV qabığaarası nahiyədə olan döş boşluğuna keçən sol ağ çiyərin yuxarı payını və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə V-Vİ qabırğalar nahiyəsindən döş boşluğuna keçən sağ ağ çiyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd (cəmi 3 ədəd) hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın, döş qəfəsinin ön səthinin sağ yarısında sağ döş yanı xətti üzrə Vİ-Vİİ qabırğa nahiyəsində 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin döş sümüyünün ön orta xətti üzrə V-Vİ qabırğa nahiyəsində 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol məmə yanı xətti üzrə l-ll qabırqaarası nahiyədə 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol məmə yanı xətti üzrə İİİ qabırqaarası nahiyədə 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə Vİ qabığaarası nahiyədə 1 (bir) ədəd (cəmi 5 ədəd) deşilmış-kəsilmış yaralar sağlamlığa yüngül zərər vurmammn, sol əlin İ əldaraq falanqasının arxa səthində 2 (iki) ədəd, sol əlin V əldaraq falanqasının bayır səthində 2 (iki) ədəd kəsilmiş yaraları (cəmi 4 ədəd), üst dodağın mərkəz hissəsinin iç səthinin qançırı sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb - yetirilmiş deşilmiş-kəsilmiş yaralar nəticəsində hər iki ağciyərin və ürəyin sol mədəciyinin zədələnməsindən baş vermiş kəskin çoxlu qanitirmə olmuşdur, ölüm meyitin meyitxanada müayinəsindən təxminən 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs xəsarət yetirilən zaman zərərçəkmiş şəxs və xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə (ayaqüstə, oturaq və s) ola bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Zərərçəkmiş şəxs düz bağırsaq möhtəviyyatı olan yaxma və tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar edilməmişdir. Lakin onun arxa kecəçək dəliyi nahiyəsində aşkar edilmiş dəyişikliklər (arxa kecəçək dəliyi ətrafındakı büküşlərin hamarlaşması, düz bağırsağın çat izi olan çapıq toxuması) passiv pederastiya əlamətləri olub sağlığında arxa kecəçəkdən onunla cinsi əlaqədə olunmasına dəlalət edir (cild 3, iş vərəqə 180-184). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2011-ci il tarixli N32 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs şalvarının, paltosunun, bel bağlamasının və trusiyinin üzərində kənar lif mikrohissəcikləri vardır. Şalvarın üzərində qara və göy rənqli pambıq lif mikrohissəcikləri, paltonun üzərində göy rəngli pambıq və qəhvəyi rəngli kimyəvi (poliamid) lif mikrohissəcikləri, bel bağlamasının üzərində yaşıl və mavi rənqli pambıq lif mikrohissəcikləri, trusiyin üzərində isə tünd göy və qırmızı rəngli pambıq lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs köynəyinin və maykasının üzərində, o cümlədən əl barmaqların dırnaq nümunələri üzərində kənar lif mikrohissəcikləri yoxdur (cild 7, iş vərəqə 170-179). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 20 yanvar 2012-ci il tarixli 371-MTKŞ №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A-beta(ll) müəyyən olunmuşdur. Ekspertizaya təqdim olunmuş üç ədəd pambıq topası, mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd yarımpalto, 1 ədəd köynək, 1 ədəd mayka, 1 ədəd şalvar, 1 ədəd kəmər, 1 ədəd tuman, 1 ədəd bel bağlaması və sağ və sol əlin barmaqlarının dırnaq kəsikləri üzərində insan qanı ləkələri aşkar olunmuşdur ki, həmin ləkələrdə qanın qrupu ABO sistemi ilə tədqiq olunduqda yalnız A antigeni alınmışdır və bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar olunmuş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimidir: -gödəkçə üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthləri ilə) əsasən statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt və sonra materiala fiziki-kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişdir; -köynək üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthləri ilə) əsasən statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt və sonra materiala fiziki-kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişdirlər; -mayka üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthləri ilə) əsasən statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt və sonra materiala fiziki-kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişdirlər; -tuman üzərində aşkar olunmuş qan ləkələrinin bəziləri qan mənbəyi ilə (qanlı səthləri ilə) əsasən statik (hərəkətsiz) və az dinamik(hərəkətli) kontakt və sonra materiala fizikikapilyarlıq faktoru üzrə hopması nəticəsində, biri qan mənbəyindən az hündürlükdən tumanın müvafiq səthinə düşən damcı nəticəsində əmələ gəlmişdir. -bel bağlamasının üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthləri ilə) əsasən statik (hərəkətsiz) və az dinamik(hərəkətli) kontakt və sonra materiala fizikikapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişdirlər. -şalvar üzərində aşkar olunmuş qan ləkələrinin bəziləri qan mənbəyi ilə (qanlı səthləri ilə) əsasən statik (hərəkətsiz) və az dinamik(hərəkətli) kontakt və sonra materiala fizikikapilyarlıq faktoru üzrə hopması nəticəsində, bəziləri az hündürlükdən düşən damcılar, bəziləri qanlı səthə hopmamış axıntılar, bəziləri səthə perpendikulyar düşən damcılar nəticəsində əmələ gəlmişdirlər. -Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön sol yarımhissəsində dörd ədəd, arxa səthində bir ədəd, sol qolluğu üzərində 1 ədəd, köynəyin ön sol yarımhissəsində 6 ədəd, ön sağ yarımhissəsində 2 ədəd, arxa səthində 1 ədəd, maykanın ön sol yarımhissəsində 3 ədəd, arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur ki, bu zədələr ülgücü və küpü olan hər hansı bir yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən törənə bilərdi. -Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol qolluğunun sərbəst kənarında 3 ədəd, ön sol yarımhissəsində 1 ədəd kəsilmiş kənari zədələr aşkar olunmuşdur ki, bu zədələr ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən törənə bilərdi. -Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol yarımhissəsində 1 ədəd kəsilmiş zədə aşkar olunmuşdur ki, bu zədə ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən törənə bilərdi. Köynəyin ön sağ yarımhissəsində bir ədəd kombinə zədəsi aşkar olunmuşdur ki, bu zədə deşilmiş-kəsilmiş və cırılma zədəsidir. Cırılma zədəsi küt yaranma mexanizminə malik olub, köynəyin materialının göstərilən nahiyyədə gərilib dartılması nəticəsində, deşilmiş-kəsilmiş zədə isə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsiçi alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. -Zərərçəkmiş şəxs məxsus gödəkcə, köynək və maykanın üzərində aşkar olunmuş zədələrin eyni bir alətin təsirindən əmələ gəlməsi inkar olunmur. -Zərərçəkmiş şəxs məxsus 1 ədəd tuman, 1 ədəd şalvar, 1 ədəd kəmər, 1 ədəd bel bağlaması üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. -Zərərçəkmiş şəxs məxsus gödəkcə üzərində olan zədə nahiyələrində dəmir metalına qarşı reaksiya mənfi nəticə vermişdir. -Zərərçəkmiş şəxs bədənində (döş qəfəsinin ön səthinin sol yarısında beş ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısında 1 ədəd, sol əlində 4 ədəd) aşkar olunmuş deşilmişkəsilmiş yaralarla, onun gödəkcəsi üzərində (gödəkcənin ön sol yarımhissəsində 5 ədəd, arxa səthində 1 ədəd, sol qolluğun sərbəst kənarında 4 ədəd) aşkar edilmiş deşilmişkəsilmiş zədələr yerləşməsinə və sayma görə nisbi uyğundur. Zərərçəkmiş şəxs bədənində (döş qəfəsinin ön səthinin sağ yarısında 2 ədəd) aşkar olunmuş deşilmişkəsilmiş yaralar, onun gödəkçəsi üzərində üzərində öz əksini tapmamışdır ki, bunu da gödəkcənin hadisə zamanı yaxasının açıq olması və gödəkcənin bədən ilə qarşılıqlı yerdəyişməsi ilə izah oluna bilər. -Zərərçəkmiş şəxs bədənində döş qəfəsinin arxa səthində olan bir ədəd yara, döş qəfəsinin ön səthinin sağ yarısında olan 2 ədəd yara onun köynəyinin arxa səthində olan 1 ədəd və ön səthinin sağ yarısında olan 2 ədəd zədə ilə sayı və yerləşməsinə görə nisbi uyğundur. Zərərçəkmiş şəxs bədənində döş qəfəsinin ön səthinin sol yarısında beş ədəd yaralar yerləşməsinə görə onun köynəyinin ön səthinin sol yarısında olan 5 ədəd zədə ilə nisbi uyğundur, lakin köynəyin sol yarısının ön səthində aşkar olunmuş daha bir zədənin olması zədə yetirilən zaman köynəyin materialının qatlanması nəticəsində bir zərbənin təsirindən yaranması ilə izah oluna bilər. -Zərərçəkmiş şəxs bədənində döş qəfəsinin arxa səthində olan 1 ədəd yara onun maykasının arxa səthində olan zədə ilə sayı və yerləşməsinə görə nisbi uyğundur. Zərərçəkmiş şəxs bədənində döş qəfəsinin ön səthinin sol yarısında olan 5 ədəd yaradan 2 ədədi, döş qəfəsinin ön səthinin sağ yarısında olan 2 ədəd yara, sol əli üzərində olan 4 ədəd yara ona məxsus maykanın üzərində öz əksini tapmamışdır ki, bu da maykanın qolsuz olması və maykanın bədən ilə qarşılıqlı yerdəyişməsi ilə izah oluna bilər. -Zərərçəkmiş şəxs sağ və sol əl barmaqlarının dırnaq kəsiklərində dəri toxumasına şübhəli hissəciklər müəyyən olunmadı. -Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində tük aşkar olunmadı (cild 7, iş vərəqə 227-237). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X39 21 sentyabr 2022-ci il tarixli 451-MTKŞ №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkcə, köynək və mayka) üzərində olan zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin (deşilmiş-kəsilmiş və kəsilmiş), ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkündür (cild 14, iş vərəqə 104-110). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X32 10 oktyabr 2022-ci il tarixli 2680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbilərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində aniaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etməyə meyillilik, özünəməxsus mövqe və prinsipə malik olmaq, situativlik və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi- emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır (cild 14, iş vərəqə 98-101). Cinayət işinin materiallarında olan 16 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, müvafiq qaydada əldə edilmiş mərhumun hadisə vaxtı əynində olmuş 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd mayka, 1 ədəd şalvar, 1 ədəd kəmər, 1 ədəd tuman, 1 ədəd bel bağlaması, cinayətin törədilmə alət ilə eyni olan 1 ədəd qatlanan bıçaq maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılması otağına təhvil verilmiş, 4 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 14, iş vərəqə 115-164). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu, Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin xidməti məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 13, iş vərəqə 201). Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2022ci il tarixli 5621 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid1 ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində əldə olunmuş məlumatlar əsasında onunla yaxın münasibətdə olmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, NZS qəsəbəsində bıçaqla vuraraq qətlə yetirməsi müəyyən olunmuşdur (cild 13, iş vərəqə 127). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini 31 oktyabr 2011-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında “on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə” sözləri “on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə” sözləri ilə əvəz edilmiş və həmin həmin Qanun 19 iyun 2014-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 31 oktyabr 2011-ci il tarixdə törətdiyindən həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinin sanksiyası onun vəziyyətini yüngülləşdirdiyindən həmin normanın müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 14, iş vərəqə 170-171). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 13 , iş vərəqə 173). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmışdır (cild 13, iş vərəqə 252-255). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-cü maddəsinin tələbinə görə “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində saxlanılan ölmüş zərərçəkmiş şəxsin hadisə vaxtı əynində olmuş 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd mayka, 1 ədəd şalvar, 1 ədəd kəmər, 1 ədəd tuman, 1 ədəd bel bağlaması, cinayətin törədilmə aləti ilə eyni olan 1 ədəd qatlanan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -4 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (19 iyun 2014-cü il tarixədək qüvvədə olmuş) 120.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində saxlanılan ölmüş zərərçəkmiş şəxsin hadisə vaxtı əynində olmuş 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd mayka, 1 ədəd şalvar, 1 ədəd kəmər, 1 ədəd tuman, 1 ədəd bel bağlaması, cinayətin törədilmə aləti ilə eyni olan 1 ədəd qatlanan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -4 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-117/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-117/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver