Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1170/2021 10.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1981-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2014 və 2015-ci il təvəllüdlü iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən Korpus 73, ev 1A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməklə əldə etdib, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs və “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı olan “Həci” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, satış məqsədi ilə İran İslam Respublikasından gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisində narkotik vasitənin hər satılmış kiloqramına görə 2.000 manat dəyərində 100 qram çəkidə narkotik vasitə olan heroin veriləcəyi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan üzvü “Həci” adlı şəxslə 15 noyabr 2020-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsində istifadə etdiyi +99***-***-**-** saylı mobil nömrə ilə sonuncunun adını mobil telefonun yaddaş qurğusunda “Memet” adı ilə qeyd etdiyi +**********78 saylı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb onun tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə göndərdiyi, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı2) daxil edilmiş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 34,289 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1200 qram (1kq 200qram) olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «500g/0.1g QC Pass» markalı elektron tərəzini bir qrup şəxs halında qanunsuz olaraq 15 noyabr 2020-ci il tarixdə Quba-Bakı avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsindən yolun sağ kənarında yerləşən “Azpetrol” YDM yaxınlığında olan reklam lövhəsinin yanından götürüb əldə etmiş, həmin psixotrop maddə olan metamfetamin bükümündən 0.005 qram çəkidə şəffaf polietilen torbacığın içinə töküb əynində olan qara rəngli şalvarın sağ yan cibinə, 1200 qram narkotik maddə olan heroini və 34,289 qram psixotrop maddə olan metamfetamini isə əl çantasına qoyub saxlamaqla sərnişin kimi əyləşdiyi həmin cinayətdən məlumatı olmayan Şahid1 “Mersedes-Benz” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə daşıyarkən, 15 noyabr 2020-ci il tarixdə saat saat 23:05-də komendat saatı üçün xüsusi icazə portalı olmadığına görə, Bakı-Novxanı yolunun «Bakı Praqa» restoranının qarşısında komendat postunda xidmət aparan Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-yə gətirilmiş, 16 noyabr 2020-ci il tarixdə saat 00:20-də Abşeron rayon polis idarəsinin inzibati binasında şəxsi axtarışı aparılarkən, əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen torbacıqda 0,005 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də Abşeron RPİ-yə gətirilmiş Şahid1 “Mersedes Benz” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə həmin günü saat 02:00-da baxış keçirilərkən avtomobilin salonunun arxa otaracağı üzərində ona məxsus əl çantasının içərisindən bir bükümdə 1200 qram (1kq 200qram) çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə 34,284 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «500g/0.1g QC Pass» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. İstifadəsi üçün çətinliklə də olsa tanımadığı ayrı-ayrı şəxslərdən narkotik vasitə əldə edirdi. 2020-ci ilin oktyabr ayının ortalarında “instaqram” sosial şəbəkəsində “Həci” ləqəbli İran vətəndaşı ilə tanış olmuşdur. “Həci” ona narkotik vasitə təklif etmiş, o da razılaşmışdır. Razılaşmaya əsasən, o, Həcinin dediyi yerdən narkotik vasitəni götürüb Həcinin dediyi yerlərə çatdırmalı, hər bir kiloqram narkotik vasitəyə görə “Həci” ona 2000 manat dəyərində 100 qram çəkidə narkotik vasitə olan heroin verməli idi. 15 noyabr 2020-ci il tarixdə Həci ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng vurub Quba-Bakı avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yolun sağ kənarında “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən reklam plakatının yanında sellofan torbada narkotik vasitə heroin və psixotrop maddə metamfetamin və elektron tərəzi olduğunu demişdir. O, həmin əraziyə getmiş və qeyd etdiyi sellofan torbanı tapmışdır. Həqiqətən də orada qeyd olunan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və tərəzi olmuşdur. O, həmin sellofanı götürüb öz əl çantasına qoymuşdur. Orada həmin metamfetamindən bir balaca büküm düzəldib əynində olan şalvarın sağ yan cibinə özü istifadə etmək üçün qoymuşdur. Bundan sonra Bakı şəhərinə gəlmək üçün Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında taksiyə minmişdir. O, həmin sürücünü ilk dəfə idi görmüş, onunla Bakı şəhərinə getməyə 10 manata getməyə razılaşdıqdan sonra yola düşmüşlər. Yolda sürücünün adının İnar olduğunu bilmişdir. O, avtomobildə qabaq sağ tərəfdə əyləşmiş, çantasını isə maşının arxa oturacağına qoymuşdur. Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən “Bakı- Praqa” restoranının qarşısından keçən zaman komendant saatı ilə əlaqədar qurulmuş postda avtomobili polislər saxlamış, yoxlanış zamanı müəyyən olunmuşdur ki, onun və sürücünün xüsusi icazəsi yoxdur. Bu səbəbdən də onları Abşeron RPİ-nə gətirmişlər. Orada etiraf etmişdir ki, üzərində narkotik vasitə vardır. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd içərisində metamfetamin olan kiçik sellofanı özü çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin o, özü könüllü olaraq polis əməkdaşlarına maşında qalmış əl çantasında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Mercedes Benz markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildə olan ona məxsus çantadan bir ədəd büküm narkotik vasitə heroin, bir ədəd büküm psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. O, polis əməkdaşlarına həmin narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu, iranlı Həci tərəfindən göndərildiyini bildirmişdir. Bundan sonra həmin aşkar olunmuş maddələr və tərəzi götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, həmin protokola digər iştirakçılar kimi imza etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 15 noyabr 2020-ci il tarixdən 16 noyabr 2020-ci il tarixinədək Abşeron rayonu Novxanı qəsəbəsində Bakı-Novxanı yolunda yerləşən “Bakı-Praqa” restoranının qarşısında qurulmuş komendant postunda həmkarı Şahid3 ilə xidmətdə olduğu zaman saat 23 radələrində Mercedes-Benz markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmış, maşında sürücü və onun yanında onlardan komendant rejimi ilə əlaqədar hərəkət etmək üçün icazələrini istədikdə nə sürücünün, nə də ki, Təqsirləndirilən şəxs tələb olunan icazələri olmamışdır. Buna görə də hər iki şəxs Abşeron RPİ-nə gətirilmiş, həmin şəxslərdən Təqsirləndirilən şəxs davranışı narkotik vasitələrin aludəçisi olmağından şübhə yaratdığı üçün bu barədə raportla məruzə etmişlər. Daha sonra Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Sərxan Ramazanov tərəfindən üzərinə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen torba aşkar olunmuş, ona açılıb baxıldıqda içərisində psixotrop maddə olan metamfetamə bənzər hissəciklər aşkar olunmuşdur. Sürücü Şahid1 üzərindən isə heç bir qanunla qadağan olunan əşya və predmet tapılmamışdır. Üzərinə baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq bildirmişdir ki, sərnişin kimi gəldiyi Mercedes-Benz **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobildə çantası qalmış, həmin çantada narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin vardır. Təqsirləndirilən şəxs sözündən sonra avtomobilə baxış keçirilmiş, avtomobilin salonunun arxa otaracağında idman çantası aşkar edilmiş, içərisinə baxıldıqda isə qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddə və ağ kristaldan ibarət olan metamfetaminə bənzər psixotrop maddə və bir ədəd üzərində «500g/0.1g QC Pass» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və təzyiqlər tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, o, 15 noyabr 2020-ci il tarixdən 16 noyabr 2020-ci il tarixinədək Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Bakı-Novxanı yolunda yerləşən “Bakı-Praqa” restoranının qarşısında qurulmuş komendant postunda Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə xidmət aparmağa təhkim olunmuşdur. Həmin tarixdə saat 23 radələrində Bakı şəhəri istiqamətində hərəkət edən Mercedes-Benz markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili SMS icazələrinin olmasını yoxlamaq məqsədilə saxlamış, maşının sürücüsü və hal-hazırda məhkəmədə gördüyü maşında sərnişin kimi əyləşmiş Təqsirləndirilən şəxs SMS icazələri olmamışdır. Buna görə də həm sürücünü, həm də Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs bir çanta olmuş, o, uzun-uzadı danışır, onu buraxmağı onlardan xahiş edir, narahatçılıq keçirirdi. Hər iki şəxsi Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Sərxan Ramazanova təhvil vermişlər. Sonuncu tərəfindən ayrı-ayrılıqda sürücünün və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, həmin baxışlarda o da iştirak etmişdir. Sürücünün üzərində qanunsuz heç bir əşya olmamışdır. Lakin Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen aşkar olunmuş, həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminin hissəcikləri aşkar olunmuş, təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzərinə baxış iştirakçılarının hamısı imza atmışlar. Bundan sonra Təqsirləndirilən şəxs başqa harada narkotik vasitə saxlayıb-saxlamaması soruşulmuş, Təqsirləndirilən şəxs isə sərnişin kimi əyləşib gəldiyi Mercedes-Benz **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobildə çantasında narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra 16 noyabr 2020-ci il tarixdə saat 02 radələrində həmin avtomobilə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunun arxa otaracağı üzərində Raminə məxsus idman çantası aşkar edilmiş, çanta açıldıqda içərisindən qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ağ kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində «500g/0.1g QC Pass» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sürücü həmin narkotik vasitədən xəbəri olmadığını, Təqsirləndirilən şəxs birinci dəfə gördüyünü və sərnişin kimi Bakı şəhərinə gətirdiyini bildirmişdir. Daha sonra baxışlarla əlaqədar tərtib olunmuş protokollara ayrı-ayrılıqda həmin protokollar oxunduqdan sonra imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə günü tanımışdır. Belə ki, özünə məxsus Mercedes-Benz E240 minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şabran- Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik qazanc əldə edir. Bakı şəhərində yerləşən "xxxx" ASC-də ixtisası üzrə 16 noyabr 2020-ci il tarixdə keçiriləcək imtahana getmək üçün 15 noyabr 2020-ci il tarixdə saat 20-21 radələrində yola çıxmışdır. Şabran rayonu ərazisində Azpetrol yanacaq doldurma stansiyasının yanında yolun kənarında kürəyində idman çantasına oxşar bir çanta asılmış Təqsirləndirilən şəxs görmüşdür. İkisi də Şabran rayon sakini olsalar da onu əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ondan Bakı şəhərinə yaşadığı Binəqədi rayonuna getmək istədiyini bildirmiş, onunla 10 manat pul qiymətinə yaşadığı ünvana kimi aparacağına razılaşaraq ikisi birlikdə yola düşmüşlər. Ramin maşında qabaq oturacaqda əyləşmiş, əlindəki çantanı isə maşının arxa oturacağına qoymuşdur. O, Abşeron rayonu, Novxanı qəsəbəsi “Bakı-Praqa” restoranının qarşısına çatanda yolda stasionar post qurulduğunu görmüş və maşını postda saxlamışdır. Orada polis əməkdaşları onlardan xüsusi icazələrinin olması ilə maraqlanmış, lakin nə onun nədə ki, sərnişin kimi yanında əyləşmiş Ramin icazəsi olmadığına görə onları Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də onun üzərinə baxış keçirildikdən sonra Raminin üzərinə və maşında qalmış çantasına baxış keçirildikdə narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları onu buraxmışlar, lakin Ramini saxlamışlar. Ramillə birlikdə yol gəldiyi zaman söhbətləri rayondakı ümumi tanışlardan olmuş, Ramin çantasında olan əşyalar barədə ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Abşeron RPİ-nin rəisinə ünvanlanan 16.11.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 15 noyabr 2020-ci il tarixdə, saat 23:05-də komendat saatı üçün xüsusi icazə portalı olmadan Şahid1 idarə etdiyi “Mersedes Benz” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, Bakı-Novxanı yolunun «Bakı Praqa» restoranın qarşısında komendat postunda xidmət aparan Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmağı şübhə yaratdığından üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. 16.11.2020-ci il tarixli “şəxsi axtarış və götürmə” protokolundan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış zamanı üzərindən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilin torbacıqda psixotrop maddələrə bənzər dərmanlar aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış və axtarış keçirilməsi haqqında” 16.11.2020ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 məxsus avtomobilə baxış zamanı “Mersedes Benz” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa otaracağın üzərindən Təqsirləndirilən şəxs məxsus idman çantasından içərisində bir ədəd bağlamada 1 ədəd elektron tərəzi, bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan maddələrin və tərəzinin ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 15.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Abşeron rayon məhkəməsinin 17.11.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 noyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 16 noyabr 2020ci il tarixli, 6/2501 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim e dilmiş, üzərində “Təqsirləndirilən şəxs..... avtomaşında olan çantasından aşkar olunmuş...” yazısı olan paketdəki 1(bir) ədəd bağlamada təmiz çəkisi 1200 qr (1 kq 200 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 34,284 qr ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan paketdəki bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,005 qr ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 34.289 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “.. götürülmüş 01 ədəd elektron tərəzi” yazısı olan paketdəki bir ədəd “500g/0.1g QC.PASS” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və Təqsirləndirilən şəxs götürülmüş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ və İİ siyahısına daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış Respublika Narkoloji Mərkəzin 15 mart 2021-ci il tarixli, 779 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Babayev X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 aprel 2021-ci il tarixli, 725 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə-psixoloji ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə olunmadı, lakin situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədən zaman güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefonun götürlməsi haqqında” 03.12.2021ci il tarixli protokoldan müəyyən olunr ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli ekranı sınmış “Samsung” markalı Galaxy A3 6 modelli mobil telefon götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” 13.05.021-ci il taixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 1 ədəd qara rəngli ekranı sınmış Samsung markalı Galaxy A3 6 modelli mobil telefona özünün və müdafiəçisinin iştirakı ilə 13 may 2021-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı mobil telefon xüsusi kodda olmamış və üzərində +99***-***-**-** saylı mobil nömrə olduğu müəyyən olunmuşdur. Həmin mobil telefonun yaddaş qurğusunda olan “Whatsapp” sosial şəbəkəsi olduğu müəyyən edilmiş, həmin sosial şəbəkənin hansı mobil nömrə ilə qeydiyyatdan keçməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs mobil telefonun yaddaş qurğusunda qeydə alınmış və “Memet” adı ilə qeyd etdiyi +**********78 saylı mobil nömrənin “Həci” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus olmasını və onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışdığını bildirmişdir. Həmin mobil telefonda digər mobil nömrələrə baxış zamanı həmin nömrələrin qohumlarına və tanışlarına məxsus mobil nömrələr olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Diskə baxış keçirilməsi haqqında” 13.05.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, bir ədəd CD diskdə 3 ədəd qovluq vardır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması haqqında, Şahid1 üzərinə baxış keçirilməsi haqqında və Şahid1 məxsus Mercedes-Benz markalı avtomobilə baxış keçirilməsi haqqında video görüntü: 1-ci görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, 16 noyabr 2020-ci il tarixdə saat 00:20-də Abşeron rayon polis idarəsinin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilin torbacıqda ağ kristaldan ibarət maddə hissəcikləri olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, daha sonra üzərindən 1 manatlıq pul əskinas, 1 ədəd yandıran, 1 qutu siqaret və 1 ədəd söndürülmüş vəziyyətdə olan siqaret dənəsi aşkar olunmuşdur. Sonuncu aşkar olunan əşyalar iş üçün əhəmiyyət daşımadığından Təqsirləndirilən şəxs qaytarılmış, sellofan torbacıq isə qablaşdırılaraq götürülmüşdür. X5 Babayevdən harada narkotik vasitə saxladığını soruşduqda o, sərnişin kimi gəldiyi avtomobildə çantasında narkotik vasitə saxladığını bildirmişdir. Qovluqdakı 2-ci görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 üzərinə baxış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmetin aşkar olunmamışdır. Qovluqdakı 3-cü görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 idarə etdiyi Mersedes Benz markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin günü saat 02:00da baxış keçirilərkən avtomobilin yük hissəsində Şahid1 məxsus əşyaların içindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamış lakin, avtomobilin arxa salonuna baxan zaman arxa oturacaq Təqsirləndirilən şəxs məxsus boz rəngli idman çantası aşkar olunmuş, içərisinə baxış edən zaman bir ədəd sarı rəngli bağlamada qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd göy rəngli bağlamada ağ kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində «500g/0.1g QC Pass» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 17.05.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1199,8 qram heroin, qalıq çəkisi 34,186 qram psixotrop maddə metamfetamin və bir ədəd «500g/0.1g QC Pass» markalı elektron tərəzi və Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli ekranı sınmış Samsung markalı Galaxy A3 6 modelli mobil telefon Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, «Bakcell» və "xxxx" MMC-dən alınmış iki ədəd CD disk, Təqsirləndirilən şəxs və Şahid1 üzərinə və avtomobilə baxış keçirilərkən çəkilmiş bir ədəd disk cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2014 və 2015-ci il təvəllüdlü iki uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs əlil olması və hər hansı bir xəsəlikdən əziyyət çəkməsi barədə rəsmi sənədlər olmamışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda1200 qram narkotik vasitə olan heroini və psixotrop maddə olan 34,289 qram çəkidə psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməklə əldə edib, daşıma və saxlaması tam sübuta yetirilmişdir. , “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Ali Məhkəməsi Plenumunun 02 iyun 201-cı il tarixli 10№-li Qərarın 13-cü bəndinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-CM-nin 206-cı maddəsi və həmin məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulan müvafiq maddələri ilə (məsələn, CMnin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan iş üzrə üzərində heroinin izləri olan elektron tərəzinin Təqsirləndirilən şəxs aşkar olunması narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi məhz satış üçün nəzərdə tuutulmasına dəlalət edir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 500 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən və ona məxsus əl çantasından aşkar edilmiş 1200 qram çəkidə narkotik vasitə heroin və psixotrop maddənin ümumi təmiz çəkisi 34,284 qram təşkil etməklə külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15 noyabr 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1199,8 qram heroin, qalıq çəkisi 34,186 qram psixotrop maddə metamfetamin və bir ədəd «500g/0.1g QC Pass» markalı elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli ekranı sınmış Samsung markalı Galaxy A3 6 modelli mobil telefon yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş «Bakcell» və "xxxx" MMC-dən alınmış iki ədəd CD disk, Təqsirləndirilən şəxs və Şahid1 üzərinə və avtomobilə baxış keçirilərkən çəkilmiş bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 206.3.2-ci maddəsilə 05 (beş) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1199,8 qram heroin, 34,186 qram psixotrop maddə metamfetamin və bir ədəd «500g/0.1g QC Pass» markalı elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli ekranı sınmış Samsung markalı Galaxy A3 6 modelli mobil telefon yaxın qohumlarına qaytarılsın, cinayət işinin materiallarına əlavə edilmiş «Bakcell» və "xxxx" MMCdən alınmış iki ədəd CD disk, Təqsirləndirilən şəxs və Şahid1 üzərinə və avtomobilə baxış keçirilərkən çəkilmiş bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 oğlu üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1170/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1170/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver