Məhkəmə qərarları › İş №1(101)-1170/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1170/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1170/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, 14 yanvar 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 dekabr 2021-ci il tarixə keçən gecə yaşadığı ünvan 3 ünvanında, həyat yoldaşı Şahid4 evin yataq otağında yatmasından istifadə edərək sonuncunun əl sumkasından işlədiyi Bakı Patalogiya Mərkəzinin giriş qapısından keçmək üçün nəzərdə tutulmuş plastik kartı və həmin mərkəzin xəzinə otağının giriş qapısının açarını xəbərsiz götürüb evdən çıxıb həmin gün saat 02 radələrində ünvan 4 ünvanda yerləşən Bakı Patalogiya Mərkəzinin yerləşdiyi binanın qarşısına gəlmiş, giriş qapısında olan fingerə özü ilə gətirdiyi plastik kartı toxundurub açdıqdan sonra binaya qanunsuz daxil olub, binanın 4-cü mərtəbəsinə çıxmış və həmin mərtəbədə yerləşən xəzinə otağının giriş qapısını açarla açıb, qeyd olunan xəzinə otağına qanunsuz daxil olduqdan sonra orada olan şkafın içərisində saxlanılan 8.400 manat məbləğində nağd pulu gizli olaraq talayıb, “Bakı Patalogiya Mərkəzi”nə ümumilikdə 8.400 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə Özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında əvvəlcədən olan razılığa əsasən 23 yanvar 2022ci il tarixdə gecə radələrində yaşadığı ünvan 3 ünvanında həyat yoldaşı Şahid4 evin yataq otağında yatmasından istifadə edərək sonuncunun əl sumkasından işlədiyi Bakı Patalogiya Mərkəzinin giriş qapısından keçmək üçün nəzərdə tutulmuş plastik kartı və həmin mərkəzin xəzinə otağının giriş qapısının açarını xəbərsiz götürdükdən sonra Təqsirləndirilən şəxs2la görüşüb birlikdə 24 yanvar 2022-ci il tarixdə saat 00:33 radələrində ünvan 6 ünvanda yerləşən Bakı Patalogiya Mərkəzinin yerləşdiyi binanın qarşısına gəlmiş, giriş qapısında olan fıngerə özündə olan plastik kartı toxundurub açdıqdan sonra binaya qanunsuz daxil olub, binanın 4-cü mərtəbəsinə çıxmış və həmin mərtəbədə yerləşən xəzinə otağının giriş qapısını əl sumkasından götürdüyü açarla açıb, qeyd olunan xəzinə otağına daxil olduqdan sonra oradan içərisində 63.893 manat məbləğində nağd pul saxlanılan 150 manat dəyərində dəmir seyfi gizli olaraq talayıb, “Bakı Patalogiya Mərkəzi”nə ümumilikdə 64.043 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında əvvəlcədən olan razılığa əsasən Təqsirləndirilən şəxs1 23 yanvar 2022-ci il tarixdə gecə radələrində yaşadığı ünvan 3 ünvanında həyat yoldaşı Şahid4 evin yataq otağında yatmasından istifadə edərək sonuncunun əl sumkasından işlədiyi Bakı Patalogiya Mərkəzinin giriş qapısından keçmək üçün nəzərdə tutulmuş plastik kartı və həmin mərkəzin xəzinə otağının giriş qapısının açarını xəbərsiz götürdükdən sonra onunla görüşüb birlikdə 24 yanvar 2022-ci il tarixdə saat 00:33 radələrində ünvan 4 ünvanda yerləşən Bakı Patalogiya Mərkəzinin yerləşdiyi binanın qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 giriş qapısında olan fingerə özündə olan plastik kartı toxundurub açdıqdan sonra binaya qanunsuz daxil olub, binanın 4-cü mərtəbəsinə çıxmış və həmin mərtəbədə yerləşən xəzinə otağının giriş qapısını Təqsirləndirilən şəxs1 götürdüyü açarla açıb, qeyd olunan xəzinə otağına daxil olduqdan sonra oradan içərisində 63.893 manat məbləğində nağd pul saxlanılan 150 manat dəyərində dəmir seyfi gizli olaraq talayıb, “Bakı Patalogiya Mərkəzi”nə ümumilikdə 64.043 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verərək göstərmişdir ki, arvadı Şahid4 ünvan 8 ünvanda yerləşən Bakı Patalogiya Mərkəzində əvvəllər xəzinadar daha sonra iqtisadçı işləmişdir. Mərkəzdə xəzinadar işində arvadı Nailəni rəfiqəsi Səbzə əvəz etmişdir. Bakı Patalogiya Mərkəzinin giriş qapısının kartı və xəzinə otağına giriş açarı arvadı Nailədə olmuşdur. Buna görə də gecə saatlarında kartdan və açardan istifadə etməklə Bakı Patalogiya Mərkəzindən oğurluq etmək qərarına gəlmişdir. 16 dekabr 2021ci il tarixdə gecə arvadı Nailə yatdıqdan sonra sonuncunun sumkasından Bakı Patalogiya Mərkəzinin qapısını açmaq üçün nəzərdə tutulmuş kartı və xəzinənin açarını götürüb hamı yatdıqdan sonra Bakı Patalogiya Mərkəzinin qarşısına gəlmişdir. Binanın giriş qapısını arvadı Nailəyə məxsus plastik kartla açıb içəri daxil olmuş, sonra pilləkənlərlə xəzinə otağının yerləşdiyi 4-cü mərtəbəyə qalxıb xəzinə otağının giriş qapısını arvadının sumkasından götürdüyü açarla açıb xəzinə otağına daxil olmuş və orada olan şkafdan 8.400 manat pulu götürüb yaşadığı evə qayıtmışdır. Evə qayıtdıqdan sonra arvadının sumkasından gizli götürdüyü kartı və açarı yerinə qoymuş və arvadı yatdığı üçün onun hərəkətlərindən xəbərsiz olmuşdur. Bir neçə gün sonra, mərkəzin xəzinədarı Səbzə xəzinə otağından 8.400 manat pulun oğurlandığını bilmiş və içəridəki müşahidə kameralarına baxdıqda oğurluq hadisəsinin onun tərəfindən törədildiyini bilmişdir. Oğurladığı 8.400 manat pulu xərcləmədiyi üçün Səbzə ilə görüşüb bu barədə arvadı Nailəyə bildirməməsini xahiş etmiş və pulu qaytaracağını demişdir. Səbzə pulu qaytaracağı təqdirdə arvadına bu barədə heç bir söz deməyəcəyinə onu əmin etmiş və buna görə götürdüyü pulu tam olaraq qaytarmış, Səbzə pulu yerinə qoymuş və hadisə ilə bağlı heç bir narahatçılıq olmamışdır. Bundan sonra Səbzə ilə heç bir əlaqəsi olmamış və arvadı Nailə onun etdiyi oğurluqdan xəbərsiz olduğu üçün arvadına heç bir söz deyilmədiyini başa düşmüşdür. Lakin xəzinə otağında gördüyü bir ədəd dəmir seyfdə külli miqdarda pul ola biləcəyini zənn etdiyi və pula ehtiyacı olduğu üçün bir nəfərlə Bakı Patalogiya Mərkəzinin xəzinəsindən seyfi oğurlamaq qərarına gəlmişdir. 18 yanvar 2022-ci il tarixdə tanışı Orxanla Mehdiabad qəsəbəsində görüşüb söhbət edərək mərkəzdən birlikdə oğurluq etməyi təklif etmiş, xəzinədəki seyfdə normal pul olduğunu və seyfi oğurlayacaqları təqdirdə külli miqdarda pul əldə edəcəklərini demişdir. Orxan onun təklifini qəbul etmiş və həftənin bazar günü mərkəzdə işçilər olmadığı gün birlikdə mərkəzin binasına daxil olub xəzinə otağından pullar saxlanılan seyfi oğurlamaq qərarına gəlmişlər. 23 yanvar 2022-ci il tarixdə saat təxminən 24 radələrində tanışı Orxan idarə etdiyi “Toyota Prius” markalı maşınla yaşadığı Mehdiabad qəsəbəsinə gəlmiş, sonuncu ilə görüşüb Orxanın idarə etdiyi maşınla Pataloji Mərkəzinin yerləşdiyi binanın qarşısına gəlib maşını həmin yerdə saxlamışlar. Oğurluq emək üçün özləri ilə götürdükləri maskaları və əlcəkləri geyindikdən sonra hər ikisi maşından düşüb binaya yaxınlaşmış və 24 yanvar 2022-ci il tarixə keçən gecə təxminən saat 00:30 radələrində, binanın giriş qapısını evdən gizli götürdüyü arvadı Nailənin kartı ilə açıb hər ikisi binaya daxil olub pilləkənlərlə binanın 4-cü mərtəbəsinə qalxmışlar. Həmin mərtəbədə yerləşən xəzinə otağının giriş qapısını evdən götürdüyü açarla açıb hər ikisi xəzinə otağına daxil olmuş, Orxan kamera görüntüsünə düşməmək üçün həmin otaqda küncdə quraşdırılmış müşahidə kamerasını yerindən çıxarıb burmuş, sonra otaqda olan şkafa yaxınlaşıb orada saxlanılan kiçik ölçülü seyfi götürüb birlikdə otaqdan və binadan çıxıb Orxanın idarə etdiyi maşınla Masazır qəsəbəsinə gəlib, orada boşluq ərazidə oğurluqda istifadə etdikləri maskaları və əlcəkləri yandırmışlar. Sonra avtomobillə Mehdiabad qəsəbəsindən seyfi açmaq üçün Balaxanı yolunda çölçülük əraziyə gedib ətrafda kimsənin olmadığında əmin olduqdan sonra seyfi maşından çıxarıb qapısını maşında olan çəkiclə vurub açaraq seyfin içərisində olan pulları çıxarıb saydıqda 60.000 manat pul olduğu məlum olmuşdur. Pulları götürdükdən sonra seyfi maşına qoyub Mehdiabad qəsəbəsinə qayıtmışlar və seyfi Mehdiabad qəsəbəsində zibil yeşiklərindən birinə atmışlar. Oğurladıqları puldan 10.000 manatı tanışı Orxana vermiş, qalan 50.000 manatı isə özünə saxlamışdır. 24 yanvar 2022-ci il tarixdə saat 11 radələrində tanışı Bəhruzla əlaqə saxlayıb Xırdalan şəhərində görüşmüşdür. Gürcüstan Respublikasından satış üçün 4 ədəd Toyota Prius markalı maşın gətirməklə bağlı əvvəlcədən tanışı Bəhruza sifariş vermiş və maşınların gətirilməsi üçün beh ödəmişdir. Satış üçün sifariş etdiyi 4 ədəd Toyota Prius markalı maşınların Bakı şəhərinə gətirməsi üçün seyfdən götürdüyü puldan 43.000 manatı Bəhruza Gürcüstan Respublikasına köçürməsi üçün vermişdir. Bəhruza verdiyi pulları oğurluq yolu əldə etdiyini deməmişdir. Bəhruz 43.000 manat pulu ondan aldıqdan sonra 15 gün müddətində 4 ədəd Toyota Prius makalı maşını Bakı şəhərinə gətirəcəyini demişdir. Bəhruzdan ayrıldıqdan sonra həmin gün saat 14 radələrində tanışı Niyazəli ilə danışıb Mehdiabad qəsəbəsində görüşmüşdür. Sonuncuya etibar etdiyi üçün oğurladığı puldan qalıq qalmış 6.864 manat pulu Niyazəliyə verərək, həmin pulu bir müddət saxlamasını xahiş etmiş və bir neçə gün sonra pulu ondan götürəcəyini demişdir. 25 yanvar 2022-ci il tarixdə yaşadığı evə Nərimanov rayon 17-ci polis şöbəsinin əməkdaşları gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Bakı Patalogiya Mərkəzində baş vermiş oğurluq hadisə ilə bağlı dindirilərkən törətdiyi əməli etiraf etmiş və polis əməkdaşlarına hadisə barədə danışmışdır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam olaraq ödənilmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verərək göstərmişdir ki, taksi sürcüsü kimi “Toyota Prius” markalı **-BF-*** nömrəli avtomobildən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 bibisi oğlunun vasitəsi ilə tanımış və sonuncu ilə dostluq münasibətləri olmuşdur. 18 yanvar 2022-ci il tarixdə Burxan zəng edib görüşməyi təklif etmiş və onlar həmin gün Mehdiabad qəsəbəsi ərazisində görüşmüşlər. Söhbət zamanı Burxan Pataloji Mərkəzdə xəzinədə saxlanılan seyfdə külli miqdarda pul olduğunu bildirərək həmin seyfi birlikdə oğurlumağı təklif etmişdir. Əvvəlcə razılaşmaq istəməmiş, lakin Burxan təkid etdiyinə və pula ehtiyacı olduğu üçün təklifi qəbul etmiş və onlar mərkəzdə işçilər olmadığı gün birlikdə mərkəzin binasına daxil olub xəzinə otağında pullar saxlanılan seyfi oğurlamaq qərarına gəlmişlər. Burxan Pataloji Mərkəzin giriş qapısının açarını və kartı əldə edəcəyini, mərkəzə girişdə heç bir problem olmayacağını demişdir. 22 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixə keçən gecə oğurluq hadisəsini törətmək barədə razılaşmışlar. 23 yanvar 2022-ci il tarixdə gecə saat təxminən 24 radələrində idarə etdiyi maşınla Balaxanı yoluna gəlib Burxanı götürmüş, oğurluqda istifadə üçün Burxan aptekdən hər ikisi üçün tibbi əlcək almış, üzünün kameraya düşməməsi üçün idman papağını iki yerdən göz üçün deşmiş, Burxan isə başına özü ilə gətirdiyi papağı qoymuşdur. İdarə etdiyi maşınla Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən Pataloji mərkəzin qarsışısına gəlmiş, təxminən saat 00:30 radələrində maşını binanın qarşısında saxlamış, hər ikisi başına idman papağı və əllərinə əlcək geyinmişdir. Maşından düşüb binanın giriş qapısına yaxınlaşmışlar, Burxan özündə olan plastik kartı qapının sağ tərəfində kart oxuyan cihaza toxundurmuş və giriş qapısı açılmışdır. Hər ikisi binaya daxil olub pilləkənlərlə binanın 4-cü mərtəbəsinə qalxmış, xəzinə otağının qapısını Burxan özündə olan açarla açmış və hər ikisi otağa daxil olmuşdur. Otaqda olan müşahidə kamerasına düşməmək üçün masanın üzərinə qalxıb müşahidə kamerasını yerindən çıxarmış, Burxan həmin otaqda şkafda olan kiçik ölçülü seyfi götürmüş və onlar otaqdan çıxıb pilləkənlərlə aşağı düşmüşlər. Binanın 1-ci mərtəbəsinə düşdükdən sonra qapının düyməsini sıxdıqda qapı açılmış və hər ikisi binadan çıxıb maşına əyləşib Mehdiabad qəsəbəsinə gəlmişlər. Orada boşluq ərazidə oğurluqda istifadə etdikləri maskaları və əlcəkləri yandırmışlar, sonra seyfi açmaq üçün avtomobillə Mehdiabad qəsəbəsindən Balaxanı yolunda olan çöllük əraziyə getmişlər. Ətrafda heç kimin olmadığına əmin olub seyfi maşından çıxarıb qapısını maşında olan çəkiclə vurub açmışlar, seyfdə olan pulları saydıqda 60.000 manat pul olduğu məlum olmuşdur. Pulları götürdükdən sonra seyfi maşına qoyub Mehdiabad qəsəbəsinə gəlib orada zibil yeşiklərindən birinə atmışlar. Oğurladıqları puldan 10.000 manatı Burxan ona vermiş, qalan pulu isə özünə saxlamışdır. Bundan sonra, yaşadığı evə gəlmiş, ertəsi gün səhər taksiylə Şamaxıya gedib orada qalmışdır. Sabahı gün ailə üzvləri zəng edib polis əməkdaşlarının onu axtardıqlarını demişlər. Oğurluq hadisəsindən polis əməkdaşlarının xəbər tutduqlarını başa düşdüyü üçün polis idarəsinə könüllü gedib törətdiyi əməli səmimi etiraf etmək və oğurluq nəticəsində payına düşən 10.000 manatı könüllü təhvil vermək qərarına gəlmiş və 28 yanvar 2022-ci il tarixdə könüllü olaraq Nərimanov rayon Polis İdarəsinə gələrək törətdiyi cinayəti etiraf etmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam olaraq ödənilmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadə verərək göstərmişdir ki, Bakı Patalogiya Mərkəzində mühasib vəzifəsində işləmiş və Mərkəz Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 208 saylı ünvanda yerləşən binada fəaliyyət göstərmişdir. Mərkəzin xəzinə otağı 4-cü mərtəbənin giriş hissəsində yerləşmiş və həmin otağın qapısı daimi iş qurtardıqdan sonra xəzinadar tərəfindən açarla bağlanmışdır. Mərkəzdə göstərilən xidmətlərdən alınan ödənişlər xəzinadar tərəfindən qəbul edilərək xəzinə otağında olan seyfə yığılıraq saxlanmış və həmin otağın qapısınn açarı xəzinadarda olmuşdur. Mərkəzin yerləşdiyi binaya daxil olmaq üçün bütün işçilərə 1-ci mərtəbədə olan giriş qapısını açmaq üçün xüsusi plastik kartlar verilmiş və həmin kartlar qapının yan tərəfində olan kartoxuyan cihaza toxunduqda giriş qapısı açılmışdır. 23 yanvar 2022-ci il tarixdə bazar günü istirahət günü hesab olunduğu üçün işdə heç kim olmamışdır. 24 yanvar 2022-ci il tarixdə saat 09 radələrində işə gələrkən ona mərkəzdə xəzinadar işləyən Şahid1 telefon vasitəsi ilə zəng vuraraq, işə gəlib xəzinə otağına daxil olduqda pulların saxlanıldığı seyfin yerində olmadığını və oğurlandığını aşkar etdiyi barədə məlumat vermişdir. Mərkəzin içərisində quraşdırılmış müşahidə kameralarına nəzarət edən monitora baxdıqda, 24 yanvar 2022-ci il tarixdə saat 00:33 radələrində iki nəfər başında örtük olan kişinin özlərində olan plastik kartla mərkəzin giriş qapısını açıb binaya daxil olduqlarını, bundan sonra həmin şəxslərin pilləkənlə 4-cü mərtəbəyə qalxıb açarla xəzinə otağının qapısını açıb içəri daxil olduqlarını müəyyən etmişdir. Həmin vaxt onlar ehtiyat üçün xəzinə otağında olan müşahidə kamerasını yerindən dartıb aşağı salmış və sonra otaqda yerləşən şkafda içərisində pullar saxlanılan kiçik ölçülü seyfi götürüb otaqdan çıxmışlar. Sonra həmin şəxslər əllərində seyf pilləkənlərlə aşağı düşüb giriş qapısının düyməsini sıxıb açaraq mərkəzin binasından çıxmışlar. Oğurluq hadisəsinin baş verməsindən tam əmin olduğu üçün hadisə barədə mərkəzin direktoru Elxan Rəhimova məlumat vermişdir. Sonuncu hadisə barədə bildikdən sonra polisə məlumat verilmiş, oğurluq hadisəsi baş verən zaman oğurlanmış seyfin içərisində mərkəzdə xidmətlərə görə ödənilmiş və xəzinadar Şahid1 tərəfindən qəbul edilmiş 63.893 manat məbləğində pul olmuş və həmin pullar mərkəzə qanunsuz daxil olmuş şəxslər tərəfindən saxlanıldığı seyflə bərabər oğurlanmışdır. Oğurlanmış seyf 300 manata alınmış və buna görə oğurluq hadisəsinin baş verməsi nəticəsində mərkəzə ümumilikdə 64.193 manat məbləğində maddi ziyan vurulmuşdur. Mərkəzə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bakı Patologiya mərkəzində xəzinadar işləmiş və mərkəzin 4-cü mərtəbəsində yerləşən xəzinə otağında əyləşmişdir. Mərkəzdəki xidmətlərə görə alınan ödənişləri qəbul edib otaqda olan seyfə yığmışdır. Həmin otağın açarı onda və əvvəllər xəzinadar işləmiş rəfiqəsi Nailədə olmuş, lakin Nailə ondan xəbərsiz otağa giriş-çıxış etməmiş, qapını özü açıb-bağlamışdır. 15 dekabr 2021-ci il tarixdə iş saatının sonuna yaxın kassada yığılmış və xəzinəyə təhvil verilmiş pulları sayıb şkafa qoymuş və iş gününün sonu olduğundan pulu seyfə qoymağı unutmuşdur. 16 dekabr 2021-ci il tarixdə işə gəlib xəzinə otağının qapısını açıb otağa daxil olduqdan sonra pulu seyfə qoymaq istədikdə, şkafa qoyduğu 8.400 manat pulun yerində olmadığını və oğurlandığını müəyyən etmişdir. Quraşdırılmış kameralardakı görüntüyə baxdıqda oğurluğun rəfiqəsi Nailənin həyat yoldaşı Burxan tərəfindən törədildiyini görmüş və Burxanın mobil telefonu ilə əlaqə saxlayıb ona zəng etməsini demiş, bir qədər sonra Burxan onun istifadəsində olan nömrə ilə əlaqə saxlamış, sonuncuya xəzinə otağından pulu oğurlandığını bildirib təcili pulu gətirib yerinə qoymağı tələb etmiş, əks təqdirdə arvadı Nailəyə və mühasib Rasim müəllimə deyəcəyini bildirmişdir. Burxan əvvəlcə oğurluğu törətdiyini boynuna almaq istəməmiş, lakin bu barədə kamera görüntüsü olduğunu və təcili pulu qaytarmağı təkidlə tələb etdikdə Burxan bir gün vaxt istəmişdir. 17 dekabr 2021-ci il tarixdə Burxan gəlib onunla görüşüb pulu ona tam qaytarmışdır. Həmin pulu xəzinədə olan seyfə qoymuş və Burxana söz verdiyi üçün oğurluq barədə sonuncunun arvadı Nailəyə və mühasib Rasim müəllimə heç bir söz deməmişdir. Həmin vaxtdan xəzinə otağının tam təhlükəsizliyini təmin etmək üçün mərkəzin müdiriyyətindən onun otağına müşahidə kamerası qurlaşdırılmasını xahiş etmiş və eyni zamanda xəzinədəki seyfi açmaq üçün yığılan kod-parolu dəyişdirmiş və bu barədə heç kəsə deməmişdir. 22 yanvar 2022-ci tarixdə saat 15 radələrində işdən gedərkən mərkəzdə göstərilən xidmətə görə ödənilmiş ümumilikdə 63.893 manat pulu sayıb seyfə yığmış və seyfin kod - parolunu yığıb bağlamışdır. Xəzinə otağının qapısının qıfılını açarla bağlayıb evə getmiş və 23 yanvar 2022-ci il istirahət günü bazar olduğu üçün işə gəlməmişdir. 24 yanvar 2022-ci il tarixdə saat 09 radələrində işə gəlib xəzinə otağına daxil olduqda, pullar saxlanılan seyfin yerində olmadığını və oğurlandığını görmüşdür. Otaqda olan müşahidə kamerası yerindən çıxarılaraq burulmuş vəziyyətdə olmuşdur. Oğurluq olduğunu tam yəqin etdikdən sonra mühasib Rasim müəllimə zəng vuraraq məlumat vermiş və mərkəzə polis əməkdaşları gəlib baxış keçirmişdir. Mərkəzdə olan kameraya baxıldıqda, 24 yanvar 2022-ci il tarixdə saat 00:33 radələrində iki nəfər naməlum şəxsin başlarında örtük, kartla binanın giriş qapısını açıb sonra pilləkənlə 4-cü mərtəbəyə qalxdıqları və xəzinə otağının qapısını açarla açıb içəri daxil olduqdan sonra şkafdakı seyfi götürüb otaqdan çıxıb pilləkənlərlə 1-ci mərtəbəyə düşdükləri, daha sonra qapının düyməsini sıxıb açaraq çıxdıqları məlum olmuşdur. Həmin şəxslərin içərisində 63.893 manat pul və pulun saxlandığı 300 manat dəyərində dəmir seyfi oğurlaması nəticəsində mərkəzə 64.193 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan oğurluq hadisəsini Nailənin əri Burxanın tanışı ilə birlikdə törətdiyi məlum olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, maşın alveri ilə məşğul olmuşdur. Müraciət edən şəxslərin sifariş etdikdəri maşınları Gürcüstan Respublikasından sifariş edib Bakı şəhərinə gətirərək qazanc əldə etmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə günorta vaxtlarında Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs ona yaxınlaşıb 4 ədəd “Toyota Prius” markalı maşın almaq istədiyini və Amerikadan həmin marka maşınların alınıb Bakı şəhərinə gətirilməsində köməklik etməsini ondan xahiş etmişdir. Burxana istədiyi maşını Amerikadan sifariş edib Gürcüstan Respublikasına gətirə biləcəyini və Gürcüstan Respublikasına maşınları gətirtdikdən sonra həmin maşınların pulunu ödəməyə pulun olub-olmadığını soruşmuşdur. Burxan atasının yaxşı işdə işlədiyini və maşınların pulunu ödəməyə atasının köməklik edəcəyini demişdir. Gürcüstan Respublikasında maşınların gətirilmə işinə baxan nümayəndə Aqil adlı şəxsə zəng vurmuş və Burxanın istədiyi sayda və markada maşınların gətirilməsi ilə bağlı maraqlanmışdır. Aqil maşınları Amerikadan Gürcüstan Respublikasına gətirmək üçün dəyərinin 30 faizini ödəmək lazım olduğunu bildirmişdir. Burxan maşınların gətirilməsi üçün hər maşına 500 ABŞ dolları beh ödəməklə gətirilən 4 maşın üçün 2.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Həmin pulu Burxandan aldıqdan sonra maşınların gətirilməsi məqsədilə maşınları Gürcüstan Respublikasına göndərən adını xatırlamadığı şirkətin hesabına ödəmiş və pul çatdıqdan sonra şirkət sifarişi qəbul edib 4 ədəd Toyota Prius markalı maşınları Gürcüstan Respublikasına göndərmişdir. 26 dekabr 2021-ci il tarixdə 4 maşından birinin Gürcüstan Respublikasının Poti şəhərinə çatdığı barədə ona məlumat verilərək, maşının pulunu tam ödəyib götürməsi bildirilmişdir. Maşınları göndərən şirkətin nümayəndəsi qalan 3 maşının 2022-ci ilin yanvar ayında çatacağını demişdir. 30 dekabr 2021-ci il tarixdə Burxanla əlaqə saxlayıb sifariş etdiyi maşınlardan birinin Gürcüstan Respublikasına çatdığını və maşının pulunu ödəyib götürmək lazım olduğunu, əks halda gec götürüldükdə maşının saxlanılması üçün hər günə görə 10 ABŞ dolları məbləğində pul ödəməli olacağını demişdir. Burxan yaxın günlərdə atasının maşının pulunu verəcəyini və pulu ödəyib maşını götürəcəyini demişdir. Bir neçə gün keçməsinə baxmayaraq Burxan maşının götürülməsi üçün lazım olan pulu verməmiş, buna görə yenidən 10 yanvar 2022-ci il tarixdə Burxanla əlaqə saxlayıb pulu verib maşınları götürmək lazım olduğunu bildirmişdir. Sonuncu narahat olmamağı və atasının yaşadıqları evi satdığını və evin beh pulunu götürdüklərini, həmin pulla maşınların pulunu ödəyib maşınları gömrükdə təhvil alacağını demişdir. Burxana hər maşının pulunu ödədikcə tək-tək təhvil verəcəyini demişdir. 14 yanvar 2022-ci il tarixdə Burxanla əlaqə saxladıqda, sonuncu evin sənədlərində problem olduğu üçün evi sata bimədiklərini və dostluq münasibətində olduğu qohumu ilə razılaşaraq evi həmin şəxsin adına keçirəcəklərini və həmin qohumun ona lazım olan məbləğdə pulu verəcəyini demişdir. 24 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Burxan zəng edib pulu vermək istədiyini demiş və sonuncu ilə Abşeron şəhərciyində yaşadığı evin yaxınlığında görüşmüşdür. Burxan tək gəlmiş və ona 43.000 manat verərək, maşınları Gürcüstan Respublikasından Bakı şəhərinə gətirməyi, maşınların alışı üçün lazım olan 45.000 manat puldan qalan 2.000 manatı yaxın gündə verəcəyini demişdir. Burxandan 43.000 manat pulu aldıqdan sonra şirkətə maşınların pulu dollar valyutası ilə ödənildiyi üçün həmin puldan 39.200 manat verib əvəzində 22.900 ABŞ dolları məbləğində pul almış, qalan 3.800 manatı dollarla birlikdə özündə saxlamışdır. Pulu dəyişdikdən sonra yaşadığı evə gəlmiş, evdə olan zaman yaşadığı evə polis əməkdaşları gəlib Nərimanov rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan Burxan adlı şəxsi tanıyıb-tanımadığını və sonuncudan hansısa məbləğdə pul alıb-almadığını soruşmuş, Burxanı müştəri kimi tanıdığını, maşın alveri etdiyi üçün Burxanın sifarişi ilə Amerikadan 4 ədəd Toyota Prius markalı maşınları Gürcüstan Respublikasına gətirdiyini demişdir. 24 yanvar 2022-ci il tarixdə Burxanla yaşadığı evin yaxınlığında görüşüb maşınların alınması üçün sonuncunun 43.000 manat pul verdiyini polis əməkdaşlarına demişdir. Burxanın həmin pulu hansısa qohumundan alaraq qarşılığında yaşadığı evi həmin şəxsin adına keçirdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşlarından, Burxanın maşınların alınması üçün 24 yanvar 2022-ci il tarixdə ona verdiyi 43.000 manat pulu hansısa qohumundan almadığını və həmin pulu qeyd olunan tarixdə gecə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən hansısa şirkətdən oğurladığını eşitmişdir. Burxan 24 yanvar 2022-ci il tarixdə ona verdiyi pulları oğurluq yolu ilə əldə etdiyini deməmiş və bu barədə onun məlumatı olmamışdır. Burxanın verdiyi 43.000 manat pulun 39.200 manatına 22.900 ABŞ dolları almış və qalan 3.800 manatla birlikdə özündə saxlamış və pulları maşınların gətirilməsi üçün ödəyə bilməmişdir. Həmin pulları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 hərbi xidmətdə olduqları vaxtdan tanımışdır. Burxan Mehdiabad qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamış və arabir onunla Mehdiabad qəsəsində görüşmüşdür. Burxan borcları olduğu üçün Mehdiabad qəsəbəsində yaşadığı evi satışa qoyduğunu ona demişdir. 24 yanvar 2022-ci il tarixdə saat təxminən 10 radələrində Mehdiabad qəsəbəsində təsadüfən Burxanla rastlaşmış, sonuncu onun idarə etdiyi avtomobilə əyləşib şəxsi işi ilə əlaqədar Xırdalan şəhərinə aparmağı ondan xahiş etmişdir. Burxanı Xırdalan şəhərinə aparmış və sonuncu Abşeron şəhərciyində maşından düşüb tanımadığı şəxslə görüşb söhbət etmiş, həmin vaxt maşından düşməmiş, Burxan tanışı ilə söhbətdən sonra maşına qayıtmış və şəxsi işi ilə əlaqədar Bakı şəhəri 3-cü mikrorayon ərazisinə aparmağını demişdir. Burxanı idarə etdiyi maşınla Bakı şəhəri, 3-cü mikrorayon ərazisində Papanin hospitalın yanında düşürmüşdür. Burxan maşından düşərkən bağlamanın arasında hansısa məbləğdə pulu ona verib satdığı evin pulunun bir hissəsi olduğunu və pulu özü ilə gəzdirmək istəmədiyini bildirmiş və həmin pulu götürüb axşama kimi saxlamağı xahiş etmiş və axşam Mehdiabad qəsəbəsinə gələndə pulu götürəcəyini demişdir. Burxandan bağlamanın arasında olan sayını bilmədiyi pulu götürüb maşının bardaçokuna qoymuşdur. Həmin gün saat təxminən 16 radələrində Mehdiabad qəsəbəsində bir neçə nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Nərimanov rayon Polis İdarəsinin əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan Burxanı tanıyıb-tanımadığını və Burxanın ona hansısa məbləğdə pul veribvermədiyini soruşmuşlar. Polis əməkdaşlarına həmin gün tanışı Burxanın ona saxlamaq üçün satdığı evin pulundan verdiyini demişdir. Polis əməkdaşları Burxanın ona saxlamaq üçün 24 yanvar 2022-ci il tarixdə bağlamanın arasında verdiyi pulun satdığı evin pulu olmadığını, həmin pulu qeyd olunan tarixdə gecə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən hansısa şirkətdən oğurladığını bildirmişlər. Burxanın ona saxlamaq üçün verdiyi pulun oğurluq yolu ilə əldə olunmasını bilməmiş, Burxan bu barədə ona bildirməmiş və satdığı evin pulu olduğunu demişdir. Burxanın saxlamaq üçün ona verdiyi pulu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, əvvəllər Bakı Patologiya mərkəzində xəzinadar işləmiş, sonradan mərkəzdə işini dəyişərək iqtisadçı kimi işləməyə başlamışdır. Səbzə ilə tələbə yoldaşı və rəfiqə olmuşlar. Səbzənin ailə üzvləri ilə yaxşı münasibətdə olmuş, mərkəzdə vəzifəsini dəyişdiyi üçün Səbzəyə Patologiya mərkəzində xəzinadar işləməyi təklif etmiş, Səbzə özünün və Mərkəzin rəhbərliyinin razılığı ilə 16 sentyabr 2020-ci il tarixdən Patologiya mərkəzində xəzinadar işləməyə başlamışdır. Səbzə mərkəzin 4-cü mərtəbəsində yerləşən xəzinə otağında əyləşmiş, mərkəzdə xidmətlərə görə edilən ödənişləri qəbul edib otaqda olan seyfə yığmışdır. Həmin otağa mühasib Rasim və özü girib-çıxmış, otağın açarı onda və Səbzədə olmuşdur. Lakin, Səbzədən xəbərsiz otağa giriş-çıxış etməmiş, otağın giriş qapısını Səbzə bağlayıb-açmış, seyfin kodunu Səbzə bilmişdir. Səbzənin işlədiyi müddətdə xəzinə otağından hər hansı oğurluğun baş verməsindən və hər hansı miqdarda pulun oğurlanmasından xəbəri olmamışdır. 24 yanvar 2022-ci il tarixdə saat 09 radələrində işə gəldikdə, xəzinə otağında oğurluq baş verdiyini eşitmişdir. Səhər saatlarında Səbzə xəzinə otağına daxil olduqda pulların saxlanıldığı seyfin yerində olmadığını və oğurlandığını, otaqda olan müşahidə kamerasının yerindən çıxarılaraq burulduğunu aşkar etmişdir. Səbzə hadisə barədə mühasib Rasim müəllimə zəng vurub demiş və sonradan hadisə barədə polisə məlumat verildiyi üçün polis əməkdaşları mərkəzə gəlib baxış keçirmişdir. Mərkəzdə olan müşahidə kameraları vasitəsilə 24 yanvar 2022-ci il tarixdə saat 00:33 radələrində iki nəfər şəxsin başlarında örtük, kartla binanın giriş qapısını açıb pilləkənlərlə 4-cü mərtəbəyə qalxdıqları, sonra xəzinə otağının qapısını açarla açıb içəri daxil olaraq şkafdakı seyfi götürüb otaqdan çıxıb pilləkənlərlə 1-ci mərtəbəyə düşdükləri, oradan isə qapının düyməsini sıxıb qapını açaraq çıxdıqları məlum olmuşdur. Oğurluq hadisəsi nəticəsində Patalogiya Mərkəzindən içərisində 63.893 manat pul və pulun saxlandığı dəmir seyf oğurlanmışdır. Sonradan həyat yoldaşı Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə gecə Patialogiya Mərkəzindən oğurluq etdikləri, Burxanın Pataloji Mərkəzinə daxil olmaq üçün giriş kartı və xəzinə otağının açarını onun evdə yatmasından istifadə edərək sumkasından xəbərsiz götürdüyü, Patalogiya Mərkəzindən seyfi oğurladıqdan sonra açarı və kartı gətirib yerinə, yəni sumkasına qoyduğu məlum olmuşdur. Eyni zamanda, Burxanın 16 dekabr 2021-ci il tarixdə gecə onun evdə yatmasından istifadə edərək əl sumkasından kartı və xəzinə otağının giriş qapısının açarını ondan xəbərsiz götürdüyü və Patalogiya Mərkəzindən pul oğurladıqdan sonra açarı və kartı gətirib onun sumkasına qoyduğu da məlum olmuşdur. İşdə olan diskə baxış keçirilməsi haqqında 20 fevral 2022-ci il tarxixli protokoldan görünür ki, 24 yanvar 2022-ci il tarixdə saat 00:33 radələrində ünvan 6 ünvanda yerləşən Bakı Patalogiya Mərkəzinin yerləşdiyi binanın xəzinə otağından içərisində külli miqdarda pulun olduğu dəmir seyfin oğurlanması prosesini fıksə edən kameraların görüntüləri ilə iki nəfər şəxsin başında papaq və sifətlərində maska inzibati binaya daxil olduqları və binanın pilləkənləri ilə yuxarı mərtəbəyə qalxdıqları, iki nəfər şəxsin başında papaq və sifətlərində maska binanın pilləkənləri ilə çıxdığı, onlardan bir nəfərin xəzinə otağının qapısını açdığı və hər ikisinin xəzinə otağına daxil olduğu, iki nəfər şəxsin başında papaq və sifətlərində maska xəzinə otağına girdikləri, həmin şəxslərdən birinin xəzinənin içərisində quraşdırılmış kameranın görüntüusünü yana-divara tərəf çevirdiyi, iki nəfər şəxsin xəzinə otağından çıxdığı və pilləkənlərlə aşağı mərtəbəyə düşdüyü, iki nəfər şəxsin başında papaq və sifətlərində maska pilləkənlərlə binanın aşağı mərtəbəsinə düşdükləri, onlardan birinin əlində dəmir seyf olduğu, digər şəxsin qarşıda gedərək binanın qapısını əli ilə açdığı və digər şəxsin də əlindəki seyflə binadan çıxdığı öz əksini tapmışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs2 videogörüntüdə əksi təsvir olunmuş başında papaq və sifətində maska olan şəxsin birinin özü, digərinin isə tanışı Təqsirləndirilən şəxs1 olduğunu və qabaqcadan əlbir olub ünvan 6 ünvanda yerləşən Bakı Patalogiya Mərkəzinin yerləşdiyi binanın xəzinə otağından içərisində külli miqdarda pulun olduğu dəmir seyfi oğurladıqlarını bildirmişdir (1-ci cild iş vərəqi 187-188). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 11 may 2022-ci il tarixli 1163 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, hal hazırda öz hərəkətlərinə cavab vermək iqtiradırdadır, onun əməli Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür (2-ci cild iş vərəqi 23-24). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 13 may 2022-ci il tarixli 1186 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, hal hazırda öz hərəkətlərinə cavab vermək iqtiradırdadır, onun əməli Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür (2-ci cild iş vərəqi 25-26). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 13 may 2022-ci il tarixli 9/3437 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd dəmir seyfin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 150 manat müəyyən olunmuşdur (2-ci cild iş vərəqi 27-29). İdə olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 17 may 2022-ci il tarixli qərardan görünür ki, bir ədəd dəmir seyf, 224 ədəd 100 ABŞ dolları və 10 ədəd 50 ABŞ dolları əskinazlarından ibarət 22.900 ABŞ dolları məbləğində pul, 37 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazlarından ibarət 3800 manat məbləğində pul, 58 ədəd 100 manatlıq, 15 ədəd 50 manatlıq, 14 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinazlarından ibarət 6864 manat məbləğində pul, 64 ədəd 100 manatlıq, 63 ədəd 50 manatlıq, 22 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinazlarından ibarət 10.000 manat məbləğində pul və 24 yanvar 2022-ci il tarixdə saat 00:33 radələrində ünvan 6 ünvanda yerləşən Bakı Patalogiya Mərkəzinin yerləşdiyi binanın xəzinə otağından içərisində külli miqdarda pulun olduğu dəmir seyfin oğurlanması prosesini fiksə edən kameralardan görüntünün köçürüldüyü bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmışdır (2-ci cild iş vərəqi 35-52). İşdə olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə 02 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, Patoloji mərkəzə dəymiş 63,893 marat maddi ziyan Təqsirləndirilən şəxs1 Ağasəfər oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir, cinayət hadiəsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı şikayət və iddiaları yoxdur (1-ci cild iş vərəqi 183). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 28 aprel 2022-ci il tsricli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1ci cild iş vərəqi 189-190). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 29 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X2 rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.1, 315, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Sumqayıt şəhər Probasiya şöbəsinin 15 noyabr 2022-ci il tarixli 217/3- 3540№-li məktubundan görünür ki, xx xxxxxx 1999-cu il təvəllüdlü Əliyev X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-134/2021 №-li hökmü ilə 2 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(012)-140/2022 №-li qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 1 il azaldılmışdır. Bəhruz Əliyev ona təyin edilmiş cəzanın 7 ay 8 gününü çəkmiş, qalan 1 il 4 ay 8 günü çəkilməmiş olaraq qalmışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 25 yanvar 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs2 isə 28 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə 30 yanvar 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri Nərimanov rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (1-ci cild iş vərəqi 55, 86, 107-111, 120, 158,172-179, 194-197). Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və Məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 barəsində olan Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinin tələbini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmaqla onun üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə kollegiyası eyni zamanda, işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmaqla onun üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Sənədlərə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlandığı 9 (doqquz) ay 20 (iyirmi) gün müddət və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onlara təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İşdə olan sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün təşkil edir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. İş üzrə maddi sübutlar - bir ədəd dəmir seyfin və 224 ədəd 100 ABŞ dolları və 10 ədəd 50 ABŞ dolları əskinazlarından ibarət 22.900 ABŞ dolları məbləğində pul, 37 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazlarından ibarət 3800 manat məbləğində pul, 58 ədəd 100 manatlıq, 15 ədəd 50 manatlıq, 14 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinazlarından ibarət 6864 məbləğində pul, 64 ədəd 100 manatlıq, 63 ədəd 50 manatlıq, 22 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinazlarından ibarət 10.000 manat məbləğində pulun “Bakı Patalogiya Mərkəzi”nə qaytarılması lı nəzərə alınmalı, bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1 (bir) il 4 (ay) 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 8 (səkkiz) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25 yanvar 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 (doqquz) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 5 (beş) il 2 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28 yanvar 2022-ci il tarixdən 30 yanvar 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – bir ədəd dəmir seyfin və 224 ədəd 100 ABŞ dolları və 10 ədəd 50 ABŞ dolları əskinazlarından ibarət 22.900 ABŞ dolları məbləğində pul, 37 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazlarından ibarət 3800 manat məbləğində pul, 58 ədəd 100 manatlıq, 15 ədəd 50 manatlıq, 14 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinazlarından ibarət 6864 məbləğində pul, 64 ədəd 100 manatlıq, 63 ədəd 50 manatlıq, 22 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinazlarından ibarət 10.000 manat məbləğində pulun “Bakı Patalogiya Mərkəzi”nə qaytarılması nəzərə alınsın, bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqatın dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar