Məhkəmə qərarları › İş №1(101)-1170/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1170/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1170/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X17 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Respublikasının vətəndaşı, ali təhsilli, subay, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2 tarixli qərarına əsasən barəsində əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 16 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2520/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs cəmiyyətdə yüksək nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb güya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının köməkliyi və məhkəmələrdə olan əlaqələrindən istifadə edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və digər maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Şahid4 barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və həbsdən azad olunmasına dair məhkəmə hökmünün çıxarılmasına nail olacağına dair yalan vədlər verib Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən “Saxsı” restoranında 01 fevral 2022-ci il tarixdə 5000 manat, 03 mart 2022-ci il tarixdə Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 192950 (bir yüz doxsan iki min doqquz yüz əlli) manat təşkil edən 113500 ABŞ dolları və 7050 manat pul vəsaitlərini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 205000 (iki yüz beş min) manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirib ona külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə həbs olunmazdan əvvəl yazıçı və iş adamı kimi fəaliyyət göstərmişdir. Cinayət işində zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs və və sonuncunun atası Şahid1 ona qarşı vermiş olduqları ifadə yalandır, şər və böhtanda ibarətdir. Belə ki, əvvəllər onun prokurorluq orqanında istintaqı gedən cinayət işi olmuş və o, həmin işdən bəraət almışdır. Həmin hadisədən sonra 2021-ci ilin təxminən avqust ayının ortalarında tanışı olan, əvvəllər “AZ TV” televiziya kanalında işləmiş Şahid7 ondan necə bəraət aldığını soruşdu və o da bunun üçün sonuncuya nə etməli olması barədə məsləhətlər vermişdir. Belə ki, Nüşabə özünün tanışı olan Şahid4 adlı bir nəfər şəxsin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparıldığını bildirmişdir. O, sonuncuya bildirmişdir ki, tanışları dövlətə dəymiş maddi ziyanı ödəməlidir, və şəxs bundan sonra azad oluna bilər. Daha sonra Nüşabənin tanışı olan, Şahid4 qardaşı oğlu Zərərçəkmiş şəxs ona görüş təklif etmiş, onların ilk görüşü 2021-ci ilin sentyabr ayında “Zabitlər parkı”nda baş tutmuşdur. Görüş zamanı sonuncu ona bildirmişdir ki, o, Nüşabəyə Şahid4 dəymiş maddi ziyanın dövlət büdcəsinə ödəyəcəyi təqdirdə sonuncunun azad olunacağını bildirsə də, onlar pulu ödəniş, lakin Əliyar həbsdən azad edilməmişdir. O isə bildirmişdir ki, bu məsələ artıq məhkəmə istintaqına həllini tapa bilər. Şahid4 cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında daxil olduqdan sonra o, sonuncunun məhkəmə iclaslarının cəmi birində iştirak etmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş sədri Mahmud Nəbiyevi tanıdığından Əliyarın işinə görə sonuncunun qəbulundə olmuş və həmin iş üzrə Mahmud Nəbiyevdən xahiş etmişdir. Lakin buna görə hər hansı məbləğdə pul almamış, həmin iş üzrə xahişi tanışı Nüşabəyə görə etmişdir. Zərər çəkmiş şəxs və onun qohumları Şahid4 işinə görə dövlətə dəymiş ziyana görə etdikləri ödənişi ondan tələb etmişlər, o əsasla ki, qeyd edilən ödənişin həyata keçirilməsinə baxmayaraq, sonuncu həbsdən azad olunmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Şahid4 tanışları ilə daha bir neçə dəfə görüşmüşdür, lakin sonuncular ona hər hansı bir məbləğdə pul verməmişdir. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Şahid6 onların görüşlərinin birindi Əliyarın qohumları tərəfindən ona sellefon torbaya bükülmüş müəyyən miqdar pul vəsaitinin verildiyini bildirsə də, həmin bükümdə pul deyil, balıq olmuşdur. Baxmayaraq ki, onun hazırki cinayət işində heç bir təqsiri yoxdur, bununla belə onunla zərər çəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. Belə ki, hazırki cinayət işinin məhkəmə istintaqı gedişində sonuncuya 15.000 manat məbləğində pul vermiş, keçmiş həyat yoldaşı Rəhilə Əsədullazadə dəyəri 100.000 manat olan qiymətləndirilən torpaq sahəsindən zərər çəkmiş şəxsin xeyrinə imtina edərək torpaq sahəsini sonununun mülkiyyətinə keçirmiş, beləliklə maddi ziyan olaraq qeyd olunmuş məbləğin bir qismi həmin torpaq sahəsi ilə əvəzləşdirilmişdir və əlavə olaraq 90.000 manat məbləğində ödəniş edərək aralarında razılaşma əldə etmişlər. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsin nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əmisi Şahid4 2021-ci il 18 avqustunadək Xocahəsən Sağlamlıq Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Həmin tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əmisi Şahid4 tutulduqdan sonra onun azadlığa çıxması üçün yaxınları ilə məsləhətləşmələr aparıb işə köməklik göstərəcək şəxslərin müəyyən edilməsi üçün çalışırmışlar. Bunun üçündə tanışları olan Milli Onkologiya Mərkəzində həkim-anestezialoq vəsifəsində işləyən Şahid5 da bu barədə məlumat vermişlər. Azər həkimlə əmisinin qudası kimi bildikləri, əslində kürəkəninin dayısı olan Şahid6 danışmışdır. Onların bir-birləri ilə qabaqcadan münasibətləri olmuşdur. Bir neçə gün sonra Şahid6 onlarla əlaqə saxlayıb Azər həkimin onunla əlaqə saxladığını, bacısıoğlu Orxan adlı şəxsin əmisi Əliyarın işinə köməklik göstərəcək tanışının olduğunu demişdir. Həmin şəxsin kim olmasını öyrənmək və nə kimi köməklik göstərə bilər deyə Eldənizə Azər həkimlə onu görüşdürməsini xahiş etmişdir. Xatırlamadığı tarixdə Eldənizlə birlikdə Zabitlər bağı adlanan ərazidə Azər həkim və onun bacısı oğlu Orxanla görüşmüşlər. Orxan həmin görüş zamanı yaxşı bir tanışının olduğunu, həmin şəxsi başqa bir tanışının vasitəsi ilə tanıdığını, həmin tanışının nüfuzlu, xeyirxah, çoxlu sayda insanlara köməklik etdiyini, hətta həmin şəxslərin çox hissəsinin bəraət aldığını, əmisi Əliyarın işi ilə bağlıda ona məlumat verildiyini, əmisinin işinə köməklik edəcəyi ilə bağlı razılıq əldə etdiyini, hətta Asifin əmisini azadlığa çıxaracağını bildirmişdir, yəni Asif Orxanı əmin etmişdir. Onlarda Azər həkimin onlarla tanış etdiyi qohumunun etibarlı şəxs olmasına inanmış və buna görədə Asiflər onları görüşdürməsini istəmiş və əsas köməkliyin əmisinin həbsdən azad edilməsi olmasını demişdir. Orxanla danışığından bir həftə sonra Orxan istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib Asif adlı tanışı ilə əlaqə saxladığını, əmisi barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə Asifin köməklik edəcəyini, bunun üçündə onlarla görüşmək istədiyini bildirmişdir. O, bununla bağlı atası Şahid1 məlumat vermişdir. Atası da həmin təklifi dəyərləndirib görüşməyi məsləhət görmüşdür. Həmin görüşə işi olduğu üçün getməsə də 2021-ci ilin sentyabr ayının əvvəllərində əmisi Əliyarın oğulları Səməd və Vurğun, əmisinin qudası Eldəniz, Azər həkimin bacısı oğlu Orxan, Orxanın tanışları Asif və Nüşabə adlı şəxslərlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zabitlər” parkında görüşmüşlər. Görüşdən sonra əmisi oğulları Səməd və Vurğun, həmçinin digər qohumları Asif adlı şəxslə görüşdüklərini, onun ziyalı, alicənab bir şəxs olduğunu, kifayət qədər maddi imkanı olduğunu, onları aldatmayacağını, bu işə köməklik edə biləcəyini, əmisi Əliyarın barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik edə biləcəyini demişlər. O, Asiflə görüşməsə də qohumlarının deməsinə görə alicənab şəxs kimi qəbul etmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Orxan “Whatsapp” vasitəsi ilə ona zəng edərək Asif müəllimin istintaqdan müəyyən şəxslərlə telefon əlaqəsi saxladığını, əmisi Şahid4 barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik edəcəyini, işin həllinin 50000 (əlli min) manata alınacağını bildirmişdir. Bununla bağlı o, atası ilə məsləhətləşmiş, onlara da Asif müəllimin fikirlərini, işin həlli üçün ehtiyac olacaq məbləğ barədə məlumat vermişdir. Onlar həbsdən azad edilmə üçün həmin məbləğin verilməsinə razılıq verdiklərindən görüşə etiraz etməmişlər. O, 50000 manat pulu hazır edib Orxanla əlaqə saxlayıb görüş üçün vaxt təyin etmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında atası Şahid1, əmisi oğlu Səməd, əmisinin qudası Eldənizlə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mixək” adlı kafeyə gedib, həmin kafedə olan kabinetlərin birində əyləşmişlər. Onlar biraz oturmuşdurlar ki, Azər həkimin bacısı oğlu Orxan, Orxanın tanışı Asif və Nüşabə adlı şəxslər kafeyə gəlib onların olduğu kabinetə keçmişlər. Həmin görüş zamanı Asif müəllim əmisi Əliyarın barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərəcəyini bildirmişdir. Asif müəllim dəqiq olaraq işi düzəldəcək şəxsin adını çəkməsə də yaxşı tanışlarının olduğunu demişdir. Həmin görüş zaman orada olan Nüşabə adlı xanımda Asifin müəllimin ünvanına xoş sözlər deyərək onun həll edə bilməyəcəyi iş olmadığını deyirmiş. Onlar həqiqətən də Asifin iş düzəldəcəyinə inanıb özləri ilə birlikdə gətirdiyi sellefon paketin içərisində olan 50000 (əlii min) manat pulu Asif müəllimə təqdim etmişdir. Asif müəllim qısa müddətdə işin həll olunacağını, yaxşı xəbərlər verəcəyini demişdir. Həmin görüş zamanı məlum olmuşdur ki, Asif əvvəllər əmisinin qudası Eldənizlə Bakı İstintaq Təcridxanasında eyni kamerada həbsdə olmuşdurlar. Buna görədə onlar bir-birlərin tanımış, bir-birlərinin mobil telefon nömrələrini götürmüşlər. Eldənizdə Asifi tanıyaraq sanballı adam olmasını onlara demişdir. Görüşlərindən iki gün sonra əmisi Əliyarın qudası Eldəniz zəng edərək Asifin ona zəng etdiyini, işin alınmadığını, bunun üçündə pulu onlara geri qaytarmaq istədiyini bildirmişdir. Onlarda, yəni o, atası Əlxuda və əmisinin qudası Eldəniz kor-peşman Asiflə görüşə getmişlər. Görüşləri Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mixək” adlı kafedə baş tutmuşdur. Asif yenədə Orxan və Nüşabə ilə birlikdə görüşə gəlmişdir. Görüş zamanı Asif ona verdiyi sellefon bükülüdə olan 50000 (əlli min) manatı pulu geri qaytarmışdır. O, həmin pulu heç açıb saymadığını, istintaqla işin alınmadığını, işin yalnız məhkəmə prosesi zamanı həll olacağını demişdir. Onlarda Asifdən pulu alıb əmisi Əliyarın barəsində toplanmış cinayət işinin məhkəməyə göndərilməsini gözləmişlər. Asif bu işlə bağlı heç kimə məlumat verməmələrini dediyindən onlarda işləri pozulmasın deyə heçkimlə, hətta vəkilləri ilə belə məsləhətləşməmişlər. Əmisi Əliyarın işi xatırladığı qədəri ilə 2021-ci ilin noyabr-dekabr aylarında məhkəməyə göndərilmişdir. Onlar bununla bağlı Asifə məlumat verdikdə Asif səbrli olmalarını, qətimkan məsələsini təxirə saldığını, əmisinin işində danışıqlar aparıb Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti olaraq azadlığa çıxaracağını demişdir. Onlarda buna görə heçkimlə məsləhətləşməyib Asifin dediyi zamanı gözləməyə qərarı almışlar. Məhkəmə hazırlıq iclası keçirildikdən sonra iş məhkəmə baxışına təyin edilmişdir. Bir neçə dəfədə məhkəmə prosesi keçirildikdən sonra, yəni İş məhkəmə baxışında olarkən təxminən 2-3 ay sonra Asif yenədə əmisinin qudası Eldənizə zəng edib işin həlli üçün adam tapdığını, işi 250000 (iki yüz əlli min) manata həll edəcəyini demişdir. Eldənizdə bu barədə onlara məlumat verdikdən sonra onlar Asiflə görüşüb məsələni daha dərindən məsləhətləşməyə qərara almışlar. Asif görüşə gələrkən özləri ilə birlikdə 5000 (beş min) manat pul da gətirmələrini tələb etmişdir. Çünki işin həlli üçün Adil Ağayev adlı vəkilin işə buraxılacağını, həmin 5000 manat pulu vəkilin xidmət haqqı olaraq ödəniləcəyini, geri qalan pulu da görüş zamanı onlara deyəcəyini demişdir. Bunun üçündə 2022-ci ilin fevral ayının əvvəllərində onlar, yəni o, atası Əlxuda və əmisinin qudası Eldəniz Bakı şəhəri, Səbail rayonu, İçərişəhər metrostansiyasının yaxınlığında yerləşən “Saxsı” restoranında Asiflə görüşmüşlər. Asif həmin görüşə tək gəlmişdir. Görüş zamanı Asif müəyyən hüquqi məsələlərdə vəkil Adil Ağayevlə danışıldığını, Adil Ağayevin hörmətə onlara hüquqi məsələlərdə köməklik üçün 5000 manat pul alacağını, geri qalan 245000 (iki yüz qırx beş min) manat pulu qısa bir zaman kəsiyində toparlayaraq ona verəcəklərini demişdir. Onlar Asifə özlərinin vəkilinin olduğunu, onunda savadlı vəkil olmasını desələr də o, vəkil Adil Ağayevin əmisinin işində köməklik üçün vasitəçi olacağını, buna görədə hakim tərəfindən həmin vəkilin işə buraxılmasının onlara demişdir. Onlar da etiraz etməyərək onunla razılaşmışlar. Asif vəkilə çatacaq pulu istədiyindən o, üzərində olan ağ kağıza bükülmüş 5000 (beş min) manat pulu Asifə vermişdir. Asifdə həmin pulu ondan alıb işin həll üçün artıq danışıqların getdiyini, əmisi Əliyara məhkəmə tərəfindən hökm oxunan zaman Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza verdirəcəyini bildirmişdir. Asif o qədər inandırıcı danışırmış ki, onlar hamısı ümidlə əmisi Əliyar barəsində hökm oxunacaq tarixi gözləyirmişlər. Asif özünündə Bakı Ağır Cinayətlər Məhkəməsində işi olduğunu, lakin sonda bəraət alaraq günahsızlığını sübut etdiyini onlara dediyindən onlarda Əliyarın işinin onun işləri kimi rahatlıqla sonlanacağına inanırmışlar. Daha doğrusu Asif onları buna inadırmışdır. Bunun üçündə Asifin qeyd etdiyi 245000 manat pulu bir yerə yığıb ona verməyə çalışırmışlar. Həmin pulu toparlaya bilmədiyikləri üçün Asiflə telefon əlaqəsi saxlayıb həmin məbləğin biraz aşağı salınmasını xahiş etmişdir. Asif əvvəl razılaşmasada sonradan danışıb ona məlumat verəcəyini demiş, daha sonra işin 200000 manata həll olunması üçün razılıq əldə etdiyini deyərək həmin məbləğdə pul toparlamalarını xahiş etmişdir. 2022-ci ilin fevral ayının sonlarında, yəni Asiflə görüşlərindən təxminən 10-15 gün sonra 200000 (iki yüz min) manat pul toparlamışdır. Eldənizin Asiflə münasibəti olduğundan bunun üçündə o Asifə zəng etmişdir. İşin həlli üçün ehtiyac olan 200000 (iki yüz min) manat pulu toparladıqlarını, bunun üçündə görüşmək istədiklərini bildirmişdir. Asif razılıq verdiyindən təxminən 2022-ci ilin fevral ayının sonları mart ayının əvvəllərində Asiflə yenədə Bakı şəhəri, Səbail rayonu, İçərişəhər metrostansiyasının yaxınlığında yerləşən “Saxsı” restoranında görüşmüşlər. Görüşə əmisinin qudası Eldəniz, atası və özü getmişdir. Restoranın taxta arakəsmədən ibarət olan kabinetlərinin birində əyləşmişlər. Asif bir daha onları əmin etmişdir ki, hər şey danışdıqları kimi olacaqdır, hakimlərlə əlaqə saxlamışdır, iş sonda onların xeyrinə, yəni Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həll olunacaqdır. O, həmin görüş zamanı Asifə birdaha xatırlatmışdır ki, əgər Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməsə onlar heç bir köməklik istəmirlər. Yəni Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən az cəzanı belə istəmədiklərini demişdir. Asifdə tam əmin edib ona vəd vermişdir ki, istədikləri kimi işləri alınacaqdır. O, sellefon paketə qoyduğu 113500 (bir yüz on üç min beş yüz) ABŞ dolları və 7050 (yeddi min əlli) manat pulu Asifə təqdim etmişdir. Asif həmin pulu saymadan qəbul etmişdir. O, orada söhbət zamanı bir daha Asifə əlavə olaraq pul düzəldə bilmədiklərini, bu məbləğin düzəldilməsində kifayət qədər əziyyət çəkdiyini, geri qalan pulu ona çatdıra bilməyəcəyini demişdir. Asif narahat olmamalarını, əmisi Əliyar azadlığa çıxdıqdan sonra zəhməthaqqı kimi ona əlavə hörmət etməyini xahiş etmişdir. O da etiraz etməyib təki işlərinin olduğu kimi getməsini, əmisi azadlığa çıxdıqdan sonra ona əlavə olaraqda yaxşı hörmət edəcəyini bildirmişdir. Asif həmçinin qeyd etmişdir ki, pulu ona vermələri barədə Orxan və Nüşabə daxil olmaqla heçkimə məlumat verməsin. Çünki onlarda bu işə vasitəçi olduqları üçün ondan onlara pul verməyini tələb edəcəklər, buna görədə məbləğ artmasın deyə heçkimə məlumat verməməlidirlər. Onlar da heç bir etiraz etməmişlər. Daha sonra Asif getmək istədiyini bildirdikdə o, onun yaşlı olmasını nəzərə alıb evinə kimi onunla birlikdə getməyi qərarlaşdırmışdır. Həmdə fikirləşmişdir ki, onun Asifə pul verməyini restoranda kimsə görüb əlindəki seilefon paketi aiaraq qaçar. Buna görə də özü əmin olmaq üçün evlərinə kimi aparmağa qərarlaşdırmışdır. Asif Saxsı restoranının yaxınlığında yaşadığından o, onu tez bir zamanda evlərinə yola salıb yenidən atasıgilin yanına qayıtmışdır. Görüşlərindən 1 həftə vaxt keçmiş idiki Eldəniz ona zəng edərək Asifin əlavə olaraq da 10000 (on min) manat pul tələb etdiyini, vəziyyətlərini bilib utandığı üçün əmisinə köməklik məqsədi ifə öz cibindən 10000 manat Asifə pul verdiyini demişdir. Həmin pulun həqiqətəndə Asifə çatıb-çatmaması barədə onun özündən şəxsən soruşmamışdır. Həmin görüşdən sonra Asif əmisi Əliyarın 3-4 dəfə məhkəmə prosesinə gələrək iştirak etmişdir. Asif həmin proselərdə iştirak etsədə vəkil Adii Ağayevi prosesiərdə görməmişlər. Buna görədə Asifdən vəkil üçün 5000 manat pul aldığını, lakin vəkilin iştirak etmədiyini dedikdə Asif vəkilə artıq ehtiyac olmayacağını, birdə əlavə vəkilə pul vermədiyini bildirib həmin pulu ümumi pula əlavə etdiyini demişdir. Daha sonra Nüşabə və Orxan ona zəng edərək işin həllinin 320000 manata alınacağını demişlər. O, bununla bağlı Asifə zəng etdikdə Asif onları yayındırmağını, əlavə pul istədiklərini, buna görədə onlarla bir daha əlaqə saxlamamağını xahiş etmişdir. O da onları müxtəlif bəhanələrlə yayındırmaq üçün əmisi azadlığa çıxdıqdan sonra onlara əlavə məbləğdə hörmət edəcəyini demişdir. Lakin Orxan və Nüşabə onun sözlərinə inanmayıb dəfələrlə ona zəng etsələrdə onların telefonlarına cavab vermirmiş. Bir neçə ay sonra yəni 2022-ci ilin mayiyun aylarından başlayaraq Asifin prosesiərə gəlmədiyini görüb onunla dəfələrlə əlaqə saxlayıb işin gedişatının nə yerdə olmasını öyrənmək istəsə də Asif telefonlara cavab verməyib, versədə belə müxtəlif bəhanələrlə onu yayındırmağa çalışırmış. O da məhkəmə prosesiərindən və işin gedişatından görürmüş ki, Asif heçkimlə əmisi Əliyarın işini danışmayıb və heçkimlə görüşməmişdir. Çünki məhkəmə prosessləri zamanı işin onların xeyrinə getmədiyini görürmüş. Həmçinin Asifin məhkəmə prosesiərinə gəlməməsi, müxtəlif vasitələrlə danışmaqdan imtina etməsi ondan belə bir şübhə yaratmışdır ki o onları aldadır. O, həmin zamandan sonra Asifə zəng edib ona verdikləri ümumilikdə 215000 manat təşkil edən 113500 ABŞ dolları və 22050 manat pulu geri qaytarmasını tələb etsə də yenədə ona yalan vədlər verib işin sonunda hər şeyin yaxşı olacağına inandırmışdır. Yenə də o, buna baxmayaraq az da olsa inanmağa çalışsa da məhkəmə prosesiərində işin heçdə onların xeyrinə olmadığını görüb Asifə dəfələrlə zəng edib pulunu qaytarmasını tələb etmişdir. O isə yenədə müxtəlif bəhanələrlə onu yayındırmışdır. Bununla bağlı Orxan və Nüşabəyə də dəfələrlə zəng edib pulunu geri qaytarılmasını onlardan da tələb etsə də onlar pulu onların vasitəsi ilə vermədiyi üçün birbaşa Asifin özünə müraciət etməli olduğunu demişlər. O, vəkil Adil Ağayevlə də görüşüb Təqsirləndirilən şəxs əmisi Əliyarın azadlığa çıxması ilə bağlı müraciətinin olub-olmamasını öyrəndikdə Adil müəllim Təqsirləndirilən şəxs bu işlə bağlı ona müraciət etdiyini, lakin o həmin işdə iştirak etməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə atası Şahid1 da dəfələrlə telefon əlaqəsi saxlayaraq ona verilən pulları geri qaytarmağı tələb etsədə o gah işin həll olunacağını, gah pulları guyaki dövlətə dəymiş ziyan kimi ödədiyini, gah da ki, pulu qaytaracağını deyirmiş. Bir daha qeyd etmək istəyir ki, əmisi Şahid4 tutulmamışdan əvvəl özü dövlətə dəymiş maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs pul vermədiyini görüb həmin zamandan sonra müxtəlif instansiyala müraciət edərək Asif Əsədullazədənin onu aldatdığını və vurulmuş maddi ziyanın geri qaytarılmasını bildirsə də Asif indiyədək heç bir məbləğdə onlara pul ödəməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Asifi ortaq tanışı olan Azər vasitəsi ilə tanımış, sonuncu isə əmisi ilə tələbə yoldaşı olmuşdur. Əmisi Şahid4 barəsindəki cinayət işi istintaq mərhələsində olan zaman Asif əmisinin ev dustaqlığına buraxılması üçün 50.000 manat pul istəmişdi və o, həmin məbləği sonuncuya vermişdi. Daha sonra işin alınmadığını bildirib həmin pulu ona geri qaytarmışdır. Asifə 200.000 manat məbləğində pulu iş məhkəməyə getdikdən sonra vermişdir. Asif ona demişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş sədri Mahmud Nəbiyevi tanıyır və əmisinin işini həll edəcək. Dəymiş ziyan qarşılığında Asif ona torpaq sahəsi təklif etmişdir. Torpaq hazırda onun adınadır və 25.500 manat qarşılığında alqı-satqı edilib. İstintaq zamanı Asif ona söz vermişdir ki, azadlığa çıxıb pulu qaytaracaq. O, sonuncunun bu vədinə inanmış və barışıq ərizəsi vermişdir, lakin Asif sözünə əməl etməmişdir. Ona verilən torpaq sahəsi 11 sot və içərisində yarım tikili ilə birgə olmuşdur. Torpağa dair çıxarışı alqı-satqıdan 1 həftə sonra, təxminən 2023-cü ilin may ayında almışdır. Pulu Asifə atası Əlxudanın və qohumu Eldənizin yanında vermişdir. Əmiri Əliyar dövlətə dəymiş ziyan özü tutulmamışdan öncə ödəyib, həmin vaxtlar o, Asifi, ümumiyyətlə, tanımamışdır. Bundan başqa Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən Badu- Kubə” MTK-a məxsus mənzili qəbul etməsinə baxmayaraq, sonradan həmin binadakı mənzillərin mübahisəli olmasını öyrəndiyindən sonradan mənzildən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1 zərər çəkmiş şəxsin videkonfrans əlaqə sistemi vasitəsilə qeyd etdiyi xüsusatları bir daha təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə aralarında barışıq əldə etmişlər, belə ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın əvəzi olaraq 15.000 manat məbləğində pul ödənilmiş, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Rəhilə Əəsədullazadə tərəfindən mülkiyyətində olan dəyəri 100.000 manat olaraq hesablanan torpaq sahəsinindən zərər çəkmiş şəxsin xeyrinə imtina edilərək, sonuncunun mülkiyyətinə keçirilmiş və əlavə olaraq 90.000 manat məbləğində ödəniş edilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında barışıq əldə olunduğunu bildirmişdir, belə ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın əvəzi olaraq 15.000 manat məbləğində pul ödənilmiş, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Rəhilə Əəsədullazadəyə məxsus dəyəri 100.000 manat olaraq hesablanan torpaq sahəsinindən zərər çəkmiş şəxsin xeyrinə imtina edilərək, sonuncunun mülkiyyətinə keçirilmiş və əlavə olaraq 90.000 manat məbləğində ödəniş edilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid4 bacısı oğlu Elnurun qaynatasıdır. Şahid4la yaxın münasibətləri olduğu üçün birbirilərini quda kimi görürmüşlər. Şahid4 tutulduqdan sonra onun azadlığa çıxması üçün yaxınları ilə məsləhətləşmələr aparıb işə köməklik göstərəcək şəxslərin müəyyən edilməsi üçün çalışırmışlar. Bir dəfəsində Şahid4 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ortaq tanışları, onu tələbə yoldaşı olan Milli Onkologiya Mərkəzində həkimanestezialoq vəzifəsində işləyən Azər həkimin onun işinə köməklik edəcəyini, bununla bağlı onun tanışının olduğunu bildirmişdir. O, həmin şəxsin kim olmasını soruşduqda Əliyar həmin şəxsi Azər həkimin özünündə şəxsən tanımadığını, bir qohumu vasitəsi ilə tanıdığını demişdir. O da Azər həkimi tanıdığından onun görəcəyi işdə heç bir problem olmayacağını düşündüyündən həmin işə razılıq vermişdir. Həmin şəxslə görüşüb məsləhətləşmək qərarına gəldikləri üçün Azər həkim qohumu olan Orxanla onları, yəni onunla Əliyarın qardaşı oğlu Vüqarı “Zabitlər bağı” adlanan ərazidə yerləşən kafelərin birində görüşdürmüşdür. Orxan həmin görüş zamanı yaxşı bir tanışının olduğunu, həmin tanışının çoxiu sayda insanlara köməklik etdiyini, hətta həmin şəxslərin çox hissəsinin bəraət aldığını, Əliyarın işi ilə bağlıda onunla danışdığını, onunda işinə köməklik edəcəyini, Əliyarı azadlığa çıxaracağını bildirmişdir. Onlar da Azər həkimin onlarla tanış etdiyi qohumunun etibarlı şəxs olmasına inanmış və buna görədə həmin şəxslə onları görüşdürməsini istəmişlər. 2021-ci ilin sentyabr ayının əvvəllərində Əliyarın oğulları Səməd və Vurğun, Azər həkimin qohumu Orxan, Orxanın tanışları Asif və Nüşabə adlı şəxslərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zabitlər bağında” görüşmüşlər. Həmin görüş zamanı Orxanın tanış etdiyi onların işinə köməklik edəcək Asif adlı şəxs onlara çox yüksək aura, ali təhsilli, cəmiyyət arasında sayılıb-seçilən şəxs olması görünüşünü yaratmışdır. Onun əynindəki səliqəli və brend geyimi onun kifayət qədər maddi imkanının olmasını da göstərirmiş. Asif müəllim söhbət əsnasında Əliyarı tam şəkildə azadlığa çıxaracağını, bununla bağlı heç bir şübhələrinin olmamasını, istintaq zamanı onun azadlığa çıxması üçün də söhbətlər aparacağını, məhkəmənin müxtəlif mərhələrində nə iş görəcəyini bildiyini, istənilən məhkəmələrdə yaxşı tanışlarının olduğunu, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə kimi tanıdığını onlara demişdir. İlkin mərhələdə Əliyarın barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik edəcəyini demişdir. Onlar da bu barədə yenədə qohumlarla məsləhətləşib ona yenidən məlumat verəcəklərini bildirmişlər. Sonrakı mərhələlərdə artıq Vüqar Asif ilə danışır və onlara məlumat verirdi. O, cəmi bir dəfə görüşdə iştirak etmişdir. Ümumi isə 2-3 dəfə görüş olduğunu bilir. Asifin 50.000 manat istəməsini, sonradan həmin məbləği qaytarmasını isə bilir. Həmin hadisədən 1 ay sonra isə Asifə 205.000 manat pul verilib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Asifi Əliyarın vasitəsi ilə tanımışdır . Əliyar isə Asifi Azərə görə tanıyıb. Asif ilə görüş Zabitlər bağında olub. Əliyar ondan həmin görüşdə iştirak etməyini xahiş edib. Görüşdə Asif onlara deyib ki, Əliyarın azadlığa çıxması üçün müəyyən yollar deyəcək. 205.000 manat pul söhbəti Vüqar ilə Asif arasında olub. Onda olan məlumatları Vüqar və onun ailə üzvlərindən almışdır. Asiflə görüş zamanı sonuncuya içərisində pul olan bir ədəd sellefon torba verilib, lakin o, orada hansı məbləğdə pul olmasında xəbərsiz olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, atası Şahid4 2021-ci İl 18 avqustunadək Xocahəsən Sağlamlıq Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Həmin tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, Rusiya Federasiyasının Moskva şəhərində yaşadığından və həmin şəhərdə özəl xəstəxanaların birində plastik cərrah işlədiyindən istintaq və məhkəmə prosesiəri zamanı Bakı şəhərinə gəlib qayıdırmış. Atası tutlduqdan sonra onun azadlığa çıxması üçün qohumları müəyyən şəxslərlə görüşmüş, bu işin həllinə köməklik edəcək şəxslərin müəyyən edilməsi üçün çalışmışlar. Uzunmüddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşadığından Bakı şəhərində elədə tanışları yoxdur. Bunun üçündə atasının işində köməklik üçün əsasən əmisioğlu Vüqar maraqlanır, işlə bağlı olan danışıqlarda da Vüqar özü görüşürmüşdür. Vüqar ona zəng edərək atasının tanışı olan, Milli Onkologiya Mərkəzində həkim işləyən Azər həkimlə görüşdüyünü, sonuncunun qohumu olan Orxanın bu işə köməklik edə biləcəyini, Orxanın tanışının vasitəsi ilə atasının azadlığa çıxa biləcəyini bildirmişdir. Onlarda həmin şəxslə vaxt təyin edib görüşməyi qərarlaşdırmışlar. Bunun üçündə 2021-ci ilin sentyabr ayının əvvəllərində qardaşı Səməd, kürəkənləri Elnurun dayısı Eldəniz, Azər həkimin qohumu Orxan, Orxanın tanışları Asif və Nüşabə adlı şəxslərlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zabitlər” bağında görüşmüşlər. Həmin görüş zamanı Asif atasının işi ilə bağlı maraqlanıb hazırda işin nə yerdə olmasını soruşduqda onlar geniş şəkildə ona iş barədə izah vermişlər. Həmin danışıq zamanı Asif yüksək vəzifədə olan tanışları vasitəsi ilə atasının işinə köməklik edib atasının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz ediləcəyini onlara demişdir. Asifin əynindəki geyimə və danışığına görə ziyalı, alicənab, geniş əhatəsinin olmasına onları inandırmışdır. Həmin görüşdə əmisoğlu Vüqar işləri olduğu üçün iştirak etməsədə görüşün nəticəsi barədə ona məlumat vermişlər. Üzərindən bir neçə gün sonra əmisioğlu Vüqarla əlaqə saxladıqda Vüqar Asifin ona zəng etdiyini, istintaqdan müəyyən şəxslərlə telefon əlaqəsi saxladığını, atasının barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik edəcəyini, işin həllinin 50000 (əlli min) manata alınacağını, əmisi Əlxuda ilə də bu barədə danışdığını, əmisidə razılıq verdiyi üçün Asifin qeyd etdiyi 50000 manat pulu Asifə verəcəklərini bildirmişdir. O da etiraz etməmişdir. Xatırladığı qədəri ilə 2021-ci ilin sentyabr ayının sonlarında əmisioğlu Vüqar, qardaşı Səməd, kürəkəninin dayısı Eldəniz və əmisi Əlxuda Asiflə görüşmüş, həmin görüş zamanı atasının barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün Asifə 50000 manat məbləğində pul vermişlər. Həmin görüşdə başqa kimlərin iştirak etməsindən məlumatsızdır. Görüşdən bir müddət sonra Asifdə həmin pulu geri qaytararaq işin alınmadığını bildirmiş, atasının işinə məhkəmədə köməklik edə biləcəyini demişdir. Bunun üçündə işin məhkəməyə getməsini gözləmişlər. Bir neçə ay sonra əmisioğlu Vüqar ona zəng edərək Asiflə əlaqə saxladığını, atasının işi ilə bağlı Asifin müəyyən şəxslərlə görüşdüyünü, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti olaraq azadlığa çıxaracağını, bunun üçündə ona 250000 manat məbləğində pul verməli olduqlarını bildirmişdir. Onlar da işin nə yolla olursa olsun həll olunmasına razılıq verdiklərindən Asifin bildirdiyi 250000 manat pulu toparlamaq qərarına gəlmişlər. Daha sonra Vüqarın Asiflə danışaraq həmin məbləği aşağı saldığını eşitmişdir. Həmin ərəfədə Rusiya Federasiyasının Moskva şəhərində olduğundan bildiyi qədəri ilə Vüqar pul toparlamış və Asifə vermişlər. Asifə pulların verilməsi prosesində iştirak etməsə də bildiyi qədəri ilə əmisioğlu Vüqar Asifə 215000 manat pul vermişdir. Məhkəmə prosesiəri zamanı o da çalışdığı qədər Bakı şəhərinə gələrək həmin prosesiərdə iştirak edirmiş. Asifdə atasının məhkəmə prosesiərində iştirak edirmiş. Asif bütün məhkəmə prosesiərindən sonra müxtəlif bəhanələr gətirərək işin son məhkəmə zamanı həll olunacağını onlara deyirmiş. Üzərindən bir neçə müddət keçdikdən sonra Asif atasının məhkəmə prosesiərinə gəlməmişdir. Asifin onlara heç bir köməklik etməyəcəyini görüb əmisioğlu Vüqar, əmisi Əlxuda Asiflə dəfələrlə telefon əlaqəsi saxlayıb ona verilən pulun geri qaytarılmasını tələb etsədə Asif müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina edirmiş. Asif hətta bəzi vaxtlarda guyaki ona pul verilmədiyini, bəzi vaxtlarda isə pulu guyaki dövlətə ödədiyini deyirmiş. Atası tutulmamışdan əvvəl dövlətə vurulmuş ziyanı tam şəkildə ödəmiş, bununla bağlı qəbzlər hal-hazırda onlarda vardır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, atası Şahid4 2021-ci ildə, yay aylarında tutulub. Elmlər Akademiyası tərəfdə yerləşən kafedə keçirilmiş görüş zamanı o da iştirak etmişdir. Asif onun atasının işinin Mahmud Nəbiyevin vasitəsi ilə azad edəcəyini demişdi. 205 000 manat bir dəfəyə Asifə verilib. Atamın işi məhkəməyə gedəndən sonra Asifi tanıyıblar. Asifdən pulu geri tələb edəndə sonuncu onlara demişdir ki, pul Mahmud Nəbiyevdədir, əvəzində ev və ya torpaq verə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, atası Şahid4 2021-ci il 18 avqustunadək Xocahəsən Sağlamlıq Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Həmin tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Atası tutulduqdan sonra onun azadlığa çıxması üçün qohumları müəyyən şəxslərlə görüşmüş, bu işin həllinə köməklik edəcək şəxslərin müəyyən edilməsi üçün çalışmışlar. Atasının işində köməklik üçün əsasən əmisioğlu Vüqar maraqlanır, işlə bağlı olan danışıqlarda da Vüqar özü görüşürmüş. Vüqar ona zəng edərək atasının tanışı olan, Milli Onkologiya Mərkəzində həkim işləyən Azər həkimlə görüşdüyünü, sonuncunun qohumu olan Orxanın bu işə köməklik edə biləcəyini, Orxanın tanışının vasitəsi ilə atasının azadlığa çıxa biləcəyini ona bildirmişdir. Onlar da həmin şəxslə vaxt təyin edib görüşməyi qərarlaşdırmışlar. Bunun üçündə 2021-ci ilin sentyabr ayının əvvəllərində qardaşı Vurğun, kürəkəni Elnurun dayısı Eldəniz, Azər həkimin qohumu Orxan, Orxanın tanışları Asif və Nüşabə adlı şəxslərlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zabitlər” bağında görüşmüşlər. Həmin görüş zamanı Asif atasının işi ilə bağlı maraqlanıb hazırda işin nə yerdə olmasını soruşduqda onlar da geniş şəkildə ona iş barədə izah vermişlər. Həmin danışıq zamanı Asif yüksək vəzifədə olan tanışları vasitəsi ilə atasının işinə köməklik edib atasının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz ediləcəyini onlara demişdir. Asifin əynindəki geyimə və danışığına görə ziyalı, alicənab, geniş əhatəsinin olmasına onları inandırmışdır. Həmin görüşdə əmisioğlu Vüqar işləri olduğu üçün iştirak etməsədə görüşün nəticəsi barədə ona məlumat verişlər. Üzərindən bir neçə gün sonra əmisi oğlu Vüqarla əlaqə saxladıqda Vüqar Asifin ona zəng etdiyini, istintaqdan müəyyən şəxslərlə telefon əlaqəsi saxladığını, atasının barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik edəcəyini, işin həllinin 50000 (əlli min) manata alınacağını, əmisi Əlxuda ilə də bu barədə danışdığını, əmisidə razılıq verdiyi üçün Asifin qeyd etdiyi 50000 manat pulu Asifə verəcəklərini bildirmişdir. Xatırladığı qədəri ilə 2021-ci ilin sentyabr ayının sonlarında əmisioğlu Vüqar, kürəkəninin dayısı Eldəniz və əmisi Əlxuda Asiflə görüşmüş, həmin görüş zamanı atasının barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün Vüqar Asifə 50000 manat məbləğində pul vermişdir. Görüşdən bir müddət sonra Vüqar ona demişdir ki, Asif pulu geri qaytararaq işin alınmadığını bildirmiş, atasının işinə məhkəmədə köməklik edə biləcəyini demişdir. Bunun üçündə işin məhkəməyə getməsini gözləişlər. Bir neçə ay sonra əmisioğlu Vüqar ona zəng edərək Asiflə əlaqə saxladığını, atasının işi ilə bağlı Asifin müəyyən şəxslərlə görüşdüyünü, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə atasını şərti olaraq azadlığa çıxaracağını, bunun üçündə ona 250000 manat məbləğində pul verməli olduqlarını bildirmişdir. Onlar da işin nə yolla olursa olsun həll olunmasına razılıq verdİyiklərindən Asifin bildirdiyi 250000 manat pulu toparlamaq qərarına gəlmişlər. Daha sonra Vüqarın Asiflə danışaraq həmin məbləği aşağı saldığını eşitmişdir. Buna görədə pulun əsas hissəsini Vüqar özü düzəltməklə çatışmayan pulları isə qohumlardan yığıb hazırlamaqla Vüqara vermişdirlər ki, Asifə çatdırsın. Vüqar da Asifə 215000 manat pul vermişdir. Asif də atasının məhkəmə prosesiərində iştirak edirmiş. Asif bütün məhkəmə prosesiərindən sonra müxtəlif bəhanələr gətirərək işin son məhkəmə zamanı həll olunacağını onlara deyirmiş. Üzərindən bir neçə müddət keçdikdən sonra Asif atasının məhkəmə prosesiərinə gəlməmişdir. Asifin onlara heç bir köməklik etməyəcəyini görüb əmisioğlu Vüqar, əmisi Əlxuda Asiflə dəfələrlə telefon əlaqəsi saxlayıb ona verilən pulun geri qaytarılmasını tələb etsədə Asif müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina edirmiş. O hətta bəzi vaxtlarda guyaki ona pul verilmədiyini, bəzi vaxtlarda isə pulu guyaki dövlətə ödədiyini deyirmiş. Atası tutulmamışdan əvvəl dövlətə vurulmuş ziyanı tam şəkildə ödəmiş, bununla bağlı qəbzlər hal-hazırda onlarda vardır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Asifi Azər həkimin vasitəsi ilə tanıyıb. Azər həkimi isə əmisi oğlu Vüqara görə tanıyıb. Onlar Asif ilə görüşəndə atasının işi artıq məhkəmədə idi. Asif ilkin olaraq onlardan 50.000 manat pul istəmiş və qalan məbləği sonrakı mərhələdə verə verəcəklərini bildirmişdir. Lakin sonradan işin alınmadığını deyib həmin məbləği geri qaytarmışdır. Məbləğin 10.000-15.000 manatını Vüqar, qalanını isə borc olaraq yığıb veriblər. Atasının işi ilə bütün bağlı danışıqları Vüqar aparmışdır. Təqsirləndirilən şəxs 2 dəfə atasının məhkəməsinə gəlmişdir. Atasının dövlətə vurduğu 168.000 manat məbləğində ziyan tamamilə ödənilib. Həmin pulu dövlətə ödəməli olduqlarını onlara müstəntiq deyib, Asif bu barədə onlara heç nə deməyib. Pul verilən zaman o, həmin yerdə iştirak etməmişdir. Zabitlər bağında Asif ilə Vüqarın görüş payız aylarında olmuşdur. Müdafiə tərəfininin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dəvət olunmuş X5 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Vüqar və Eldəniz yaşadığı məhəlləyə gələrək ona bildirmişlər ki, mülkiyyətində olan torpağı verəcək və əvəzində şikayətçi olmayacaqlar. Daha sonra Vüqar ondan 25.000 manat pul istəmiş o isə sonuncuya 15.000 manat pul verə biləcəyini bildirmişdir. Vüqara növbəti gün 15.000 manat vermiş və sonuncu notarial qaydada barışıq ərizəsi imzalamışdıt. O, həmçinin torpağı da Vüqarın adına keçirmiş və bundan Asif azadlığa çıxmışdır. Vüqar işi xitam etdirməli olsa da, vədini yerinə yetirməmişdir. O, pulunu geri istəmiş, Vüqar isə ona torpaq satılandan sonra pulu verə biləcəyini bildirmişdir. Ona verilmiş sualla cavab olaraq göstərmişdir ki, dəyəri 100.000 manat olaraq qiymətləndirilən torpaq sahəsində zərər çəkmiş şəxsin xeyrinə imtina edir və bunu vurulmuş ziyanın bir qismi ilə əvəzləşdirir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 1997-ci ildən həkim işləyir. Şahid4 1998-ci ildən tanıyır. Onunla Ağcabədi rayonu Sarıcallı Hərbi Hospitalında hərbi həkim kimi işləmişdir. Əliyar onun həmin hospitalda rəisi olmuşdur. Əliyara görə onun dostu Eldənizi tanımışdır. Eİdənizlə Əliyarın sonralar qohum olduğunu öyrənmişdir. Daha sonralar onların hər ikisi ilə yoldaşlıq münasibəti yaranmış, ehtiyac olduqca Onkoloji xəstəxanada xəstələrinə köməklik etmişdir. Bununla bağlı aralarında tez-tez telefon danışıqları olmuşdur. 2021-ci ilin avqust ayının əvvəllərində cərrahi əməliyyat keçirdiyi üçün ev şəraitində müalicə alırmış. Həmçinin səhətində birazda pisləşmə olduğu üçün, Covid-19 analizi verdikdən sonra məlum olmuşdur ki, analizinin nəticəsi müsbətdir, yəni Covid-19 virusuna yoluxmuşdur. Həmin zaman onunla yanaşı ailə üzvləri, həmçinin Naxçıvan Muxtar Respublikası Şərur rayonu Püsyan kəndindən onlara qonaq gələn bacısı oğlu Orxan Qasımovda həmin virusa yoluxmuşdur. Buna görə müalicələri ev şəraitində davam etdirdiklərindən və pandemiya ilə əlaqədar karantinə alındıqlarından yaşadıqları ünvanı tərk edə bilməmişlər. Tarixi dəqiq xatırlamasa da həmin pandemiya ərəfəsində Əliyara görə tanıdığı qohumu olan Eldəniz onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək Əliyarın korrupsiya faktına görə tutulduğunu, hazırda barəsində həbs qətimkan tədbiri seçildiyini, Əliyarın azadlığa çıxması üçün çalışsalarda müsbət nəticə vermədiyini, onun bu sahədə tanışının olub-olmadığını soruşmuşdur. O, həmin işlərlə bağlı tanışının və əlaqəsinin olmadığını, lakin maraqlanıb məlumat verəcəyini demişdir. Əliyarla münasibəti olduğundan onun tutulması ona pis təsir etdiyi üçün o, Eldənizə həmin cavabı vermişdir. Eİdənizlə sağollaşdıqdan sonra ailə üzvlərinə də Əliyarın tutulması barədə məlumat vermişdir. Ailə üzvləri Əliyarı qiyabi olaraq tanıyırmışlar. Bacısı oğlu Orxanda onlarda qaldığından üzərindən 3-4 gün sonra söhbət əsnasında Əliyarın məsələsini danışmışdır. Orxan məsələnin nə olmasını ondan soruşduqda o, tanışı olan Əliyar həkimin korrupsiya faktına görə tutulduğunu, bununla bağlı qohumlarının onun işinə köməklik edəcək adam axtardıqlarını bildirmişdir. Həmin danışıq zamanı bacısıoğlu Orxan Asif adlı bir tanışının olduğunu, Asifin onun Vergi Xidmətində işləmiş bir dostuna köməklik etdiyini, həmin şəxsi azadlığa çıxardığını, Asifin bina tikdiyini, biznesmen olduğunu, bu işdə Əliyara bəlkədə köməklik edə biləcəyini bildirmişdir. O da bununla bağlı Eldənizə zəng edib bacısı oğlu Orxanın Asif adlı tanışının olduğunu, həmin şəxsi tanımadığını, lakin Orxanın deməsinə görə məhkəmə sahəsində əlaqələrinin olduğunu demişdir. Eldəniz Orxanla görüşmək istədiyini bildirsədə lakin həmin zaman yenədə karantində olduqlarından karantin bitdikdən sonra Eldənizə görüşüb Orxanla onları tanış edəcəyini bildirmişdir. 2021-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Zabitlər bağında” yerləşən çay evlərinin birində bacısıoğlu Orxan, tanışı Eldəniz, Eldənizin yanında olan adını bilmədiyini qohumu ilə birlikdə görüşmüşlər. Həmin görüş zamanı Orxan Asif barədə onlara məlumat verib bir-birlərinin mobil telefon nömrələrini götürüb əlaqə saxlayacaqlarını bildirmişdirlər. Orxan həmin görüş zamanı Asif barədə bildiklərini onlara danışmışdır. O da Eldənizə demişdir ki, bu adamı o tanımır, həmin şəxslə görüşün, əgər normal insan kimi qəbul etsəniz onunla iş görərsiniz. O, Asifi ümumiyyətlə görməmişdir. Daha sonra onlar orada sağollaşmışlar, həmin zamandan sonra o, onların heç biri ilə görüşməmiş, lakin Eldənizlə bəzi vaxtlarda telefon əlaqəsi saxladıqda o, Asiflə görüşdüklərini, Asifi uzun müddətdir ki tanıdığını bildirmişdir. Həmin ərəfələrdə Əliyar Penitensiar Xidmətin tibb müəssisəsində müalicə oldunduğundan ona zəng edərək işin tez bir zamanda həll olunması üçün Asifdən onun da xahiş etməyini bildirmişdir. O da dəfələrlə Əliyara izah etməyə çalışırmış ki, Asif adlı şəxsi tanımır, sadəcə onun adını eşitmişdir. O da yenədə işin tez bir zamanda həlli üçün onun köməklik göstərməyini xahiş edirmiş. Buna görədə bacısı oğlu Orxanla da aram-aram işin nə yerdə olmasını soruşurmuş. Tarixi dəqiq xatırlamasa da bu məsələdən bir neçə ay sonra bacısı oğlu Orxan ona demişdir ki, Əliyarın işinə köməkliklə bağlı 50000 (əlli min) manat Asifə pul verilmiş, lakin Asif üzərindən bir-iki gün sonra iş alınmadığı üçün pulu tam şəkildə geri qaytarmışdır. O da buna görə Orxana həmin məsələyə ümumiyyətlə qarışmamasını, geri qalan işləri öz aralarında həll etmələrini xahiş etmişdir. Onun bildiyi qədəri ilə Orxan həmin zamandan sonra həmin işə qarışmamışdır. Həmin vaxtdan sonra Əliyar yenədə bir dəfəsində ona zəng edərək bacısı oğlu Orxandan onun işinə köməkliklə bağlı Asiflə danışmasını xahiş etmişdir. O, yenədə Əliyara izah etmişdir ki, həmin işlə bağlı o, heçkimlə danışmır, bu məsələyə qarışmır. Həmin zəngdən sonra Eldənizə zəng edərək bu işə qarışmadığı halda onu nəyə görə narahat etdiklərini bildirirmişdir. Eldənizdə onun bu məsələyə aidiyyətinin olmadığını deyərək onlara fikir verməməyini bildirmişdir. Bu söhbətlərdən təxminən 1 il sonra öyrənmişdir ki, Əliyarın işinə köməkliklə bağlı Asif 215000 manat pul almış, lakin vədinə əməl etməyərək Əliyarın işinə köməklik etməmiş və pulu geri qaytarmamışdır. Həmin söhbətləri eşitdikdən bir neçə gün sonra mobil telefon nömrəsinə zəng gəldiyini görmüşdür. Zəng edən şəxs özünü Əliyarın qardaşı oğlu Vüqar kimi təqdim etmişdir. Həmin şəxslə ilk dəfə olaraq telefon əlaqəsi saxlamışdır, onu görməmiş və tanımamışdır. Vüqardan nəyə görə ona zəng etdiyini soruşduqda o, görüşmək istədiyini bildirmişdir. O, Vüqara əmisi Əliyarın işi ilə bağlı heç bir əlaqəsinin olmadığını, bu işdən məlumatsız olduğunu deyib görüşmək istəmədiyini bildirmişdir. Buna baxmayaraq Vüqar onunla Orxan barədə kobud danışaraq təkidlə görüşməyi tələb etdiyindən görüşə bilməyəcəyini deyib onunla sağollaşmışdır. Vüqar bacısı oğlu Orxana görə onu günahkar çıxarmışdır. O, bacısıoğlu Orxanın bu işlə bağlı hansı işlər görməsindən məlumatsızdır. Üzərindən 5-10 gün sonra Vüqar yenədə ona zəng edərək kobud şəkildə görüşməyi təklif etmişdir. O, yenədə Vüqarın onunla kobud danışığına görə görüşməkdən imtina edib Eldənizə zəng etmişdir. Eldənizə Vüqarın onunla kobud danışdığını deyib iradını bildirmişdir Eldənizdə Vüqara fikir verməməyini, onluq bir işin olmadığını demişdir, Həmin vaxtdan sonra Vüqarın mobil telefonunu blok etmişdir. Buna baxmayaraq Əliyarın böyük qardaşı olduğunu bildirən bir şəxs onun mobil telefonuna zəng edərək bu işlə bağlı polisə şikayət edəcəklərini bildirmişdir. O da bu işlə heç bir əlaqəsinin olmadığını, araşdırmanın ən doğru yolunu hüquq-mühafizə orqanlarının aparacağını demişdir. Daha sonra bu məsələ ilə bağlı heç kimlə əlaqə saxlamamışdır. Şahid7 tanımadığını, onunla əlaqəsinin olmadığını, Zərərçəkmiş şəxs da tanımadığını, onunla iki dəfə telefon vasitəsi ilə danışdığını, heç bir yerdə görmədiyini, Əliyarın işi ilə bağlı yalnız bir dəfə Eldənizlə görüşdüyünü, həmin zaman Eldənizin yanında tanımadığı bir qohumu olduğunu, lakin onun adının Vüqar olmadığını, bundan başqa həmin işlə bağlı başqa heç kimlə görüşmədiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, əvvəllər Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyətində redaktor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 10 il olarki tanıyır. Onunla tanışlığı televiziyada işlədiyi dövrlərdə yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs tez-tez efirlərə gəlir, həmin zamanda onunla tanış olmuşdur. 2016-cı ildən Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyətindən işdən ayrıldıqdan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq görüşmüş, Space Tv-nin efirinə çıxmaq istədiyini bildirmiş, onunda Space Tv-nin rəhbərliyi ilə münasibəti olduğundan onun efirə çıxmasına köməklik etmişdir. X18 ilə də təsadüfən X16 Hava limanında tanış olmuş. Təsadüf nəticəsində tanışlıqları sonradan dostluq münasibətinə çevrilmişdir. Mahiyyəti üzrə bildirir ki, təxminən 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər bağında” görüşüb iş müzakirəsi apararkən tanışı olan Orxan Qasımov mobil telefonuna zəng etmişdir. Orxan bir nəfər yaxın tanışının olduğunu, həmin şəxsin həkim olduğunu, dövlətimiz tərəfindən çoxsaylı təltiflərlə mükafatlandırıldığını, hazırda isə korrupsiya faktına görə həbs olunduğunu bildirib həmin şəxsin azadlığa çıxmasına köməklik edəcək tanışının olub-olmamasını soruşmuşdur. O, Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyətində işləyərkən əsasən hüquq-mühafizə orqanları ilə bağlı çəkilişlər apardığından bununla bağlı həmin orqanlarda çoxsaylı tanışlarım olmuşdur. Orxanda bunu bildiyindən tanışının işinə köməklik etmək üçün ona zəng etmişdir. Həmin danışıq zamanı Orxana konkret olaraq tanışının olması barədə heç bir söz deməyib maraqlandıqdan sonra məlumat verəcəyimi demişdir. Təqsirləndirilən şəxs də onun Orxanla olan söhbətini eşidib məsələnin nə olmasını soruşmuşdur. O da ziyalı bir şəxsin korrupsiya faktına görə tutulduğunu, tanışınında həmin şəxsin azadlığa çıxmasına köməklik istədiyini ona demişdir. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs tanışlarının olduğunu, əvvəllər tutulmasına baxmayaraq bəraət alaraq təqsirsizliyini sübut etdiyini, həmin zamanlar hüquq-mühafizə orqanlarında çoxsaylı insanları tanıdığını bildirib Orxanın tanışının işinə köməklik edə biləcəyini demişdir. O da Orxana onun barəsində deyəcəyini, əgər görüşmək istərlərsə əlaqə saxlayacağımı bildirmişdir. Təqsirləndirilən şəxs ayrıldıqdan sonra Orxana zəng edib Asifin fikirlərini ona demişdir. Həmçinin Asifin şair olduğunu, onu şair kimi tanıdığını, lakin deməsinə əsasən əvvəllər tutulduğunu, tutulduqdan sonra bəraət aldığını, çoxsaylı tanışlarının olduğunu, tanışının işinədə köməklik edə biləcəyini demişdir. Orxanda həmin tanışları ilə danışdıqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Üzərindən 1-2 gün sonra Orxan ona zəng edərək hazırda həbsdə olan Əliyarın oğlu və bir neçə qohumunun onunla görüşmək istədiyini bildirmişdir. O da etiraz etməyərək görüşə razılıq vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər bağında” olan restoranların birində onlarla görüşmüşdür. Orada tanışı Orxan Qasımov, Əliyarın adını bilmədiyi oğlu, kürəkəni, qardaşı oğlu Vüqar və özünü Eldəniz kimi təqdim edən şəxs olmuşdur. Həmin görüş zamanı onlara Təqsirləndirilən şəxs barədə məlumat vermişdir. Asifin şair olduğunu, televiziyadan tanıdığını, əvvəllər tutulduğunu, sonradan bəraət aldığını, öz deməsinə görə hüquqmühafizə orqanlarında çoxsaylı tanışlarının olduğunu, Orxanla Əliyar barədə mobil telefonda danışarkən söhbəti eşidib Əliyarın işinə köməklik edə biləcəyini dediyini onlara bildirmişdir. Həmin görüş zamanı Eldəniz ona demişdir ki, onlara fərqi yoxdur, kim oluroisun əsas işlərinə köməklik etsin. O da Asiflə danışıb onlara məlumat verəcəyini bildirmişdir. Görüşdən sonra Təqsirləndirilən şəxs zəng edib Əliyarın işi ilə bağlı onunla görüşmək istədiklərini demişdir. Asifdə etiraz etməyib münasib vaxtı görüşəcəyini demişdir. Üzərindən 4-5 gün sonra Asif zəng edərək görüşmək istədiyini bildirmişdir. O da Orxanla əlaqə saxladıqdan sonra yenədə görüş yeri Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər bağı” təyin edilməklə görüşə getmişlər. Həmin görüş zamanı Təqsirləndirilən şəxs, tanışı Orxan Qasımov, Əliyarın adını xatırlamadığı oğlu, qardaşı oğlu Vüqar və Eldəniz olmuşdur. Həmin görüş zamanı Asiflə Eldəniz bir-birlərini tanımışlar. Məlum olmuşdur ki, Eldənizdə əvvəllər tutulmuşdur. Tutulan zaman Asiflə birlikdə həbsdə olmuşdur. Həmin görüş zamanı Təqsirləndirilən şəxs Əliyarın sənədlərini, aldığı dövlət təltiflərini ona gətirmələrini xahiş edib cəzanın yüngülləşdirilməsi üçün çalışacağını, Əliyarın icbari cəza almaqla həbsdən azad edəcəyini bildirmişdir. Eldənizlə Asif bir-birlərini tanıdığından onlara təklif etmişdir ki, bir- birlərinin mobil telefonları götürüb əlaqə saxlasınlar o, artıq bu məsələ ilə bağlı kənarda dayanır. Həmin vaxtdan sonra Əliyarın işi ilə bağlı heçkimlə görüşməmişdir. Həmin ərəfələrdə atasının səhəti yaxşı olmadığından, mütəmadi olaraq ona qulluq edirmiş. Bu səbəbdən də Əliyarın işinin gedişatı barədə maraqlanmırmış. 2022-ci ilin aprel ayının əvvəllərində Əliyarın qardaşı oğlu Vüqar ona zəng edərək əmisi Əliyarın azadlığa çıxması üçün Təqsirləndirilən şəxs 210000 (iki yüz on min) manat pul verdiyini demişdir. O da pulun verilməsindən məlumatı olmadığı üçün təəcüblənmişdir, hətta pulu sənəd yazdıraraq Asif verib-vermədiyini soruşduqda Vüqar heç bir sənəd yazdırmadan pulu verdiyini demişdir. Vüqar həmçinin demişdir ki, Asif Əsəduliazadə işin həlli üçün əlavə olaraqda 100000 (bir yüz min) manat pul istədiyini bildirmişdir. O, Vüqara ümumiyyətlə dediklərindən məlumatsız olduğunu, Asif müəllimlə danışıb ona məlumat verəcəyini bildirmişdir. Vüqarın telefon zəngindən sonra Asifə dəfələrlə zəng etsə də telefonlarına cavab verməmişdir. Üzərindən bir neçə saat sonra yenidən ona zəng etdikdə Asif telefona cavab vermişdir. O, Asifə Vüqarın ona dediklərini dedikdə, X7 210000 manat pul verdiyini, lakin razılaşdıqları kimi məbləği tam düzəldərək verilmədiyini, gətirdiyi pulların çox hissəsinin köhnə ABŞ dolları olduğunu, həmin dollarları valyuta məntəqələrində dəyişdirərəkən ziyana düşərək həmin pulun üzərinə öz vəsaitindən 10000 manat pul qoyduğunu, Vüqar tərəfindən ona verilmiş pulları dövlətə dəymiş ziyan kimi ödəyəcəyini, pul dövlətə ödəndikdən sonra Əliyarın işini yüngülləşdirərək azadlığa çıxara biləcəyini demişdir. Həmçinin Asif ona demişdir ki, səndə Vüqara denən geri qalan puluda gətirib ödəsinlərki görəcəkləri iş yubanmasın. O da bu işə qarışmasa da Vüqarla danışacağını demişdir. Çünki Asif onunla elə danışırmış ki, pul tam şəkildə dövlətə ödəndikdən sonra Əliyar azadlığa çıxacaqdır. Asiflə danışdıqdan bir neçə saat sonra Orxan ona zəng edərək Əliyar müəllimin həbsdən ona zəng etdiyini, narahat olduğunu, Asif müəllimin ona köməklik etməsi üçün onların bir daha Asifdən bu işin tezləşməsi üçün xahiş etməyini bildirmişdir. Orxanın həmin zəngindən sonra Vüqara zəng edib Asifin ona dediklərini ona çatdırmış, həmçinin əmisi Əliyarın Orxana zəng etdiyinidə ona demişdir. Vüqar ona demişdir ki, alacaq pulları vardır, çalışırlar ki, Asifin dediyi pulları toparlayıb versinlər ki, əmisi tezliklə azadlığa çıxsın. Üzərindən bir neçə ay keçdikdən sonra, yəni 2022-ci ilin iyun ayında Vüqar ona yenidən zəng edərək əmisi Əliyarın işi üçün Asifə verilmiş pulları geri istədiklərini, işin həlli üçün başqa şəxslə danışdıqlarını, Asifə dəfələrlə zəng etmələrinə baxmayaraq sonuncunun telefonlara cavab vermədiyini, bunun üçündə Asifə zəng edib pullarını qaytarmalı olduğunu ona çatdırmağı xahiş etmişdir. Vüqarın zəngindən sonra Təqsirləndirilən şəxs dəfələrlə zəng etsə də o telefonlarıma cavab verməmişdir. Təxminən 10 gün sonra telefona cavab verib Vüqarın əmisi Əliyarın azadlığa çıxması üçün verdiyi pulları dövlətə ödədiyini, ondan heç bir məbləğdə pul qalmadığını, dövlətdən həmin pulu geri ala bilməyəcəyini bildirmişdir. O da nə vasitə ilə olursa olsun Əliyarın işinə görə verilmiş pulların geri qaytarılmalı olduğunu bildirmişdir. Asifin sözlərini Vüqara çatdırdıqdan sonra Vüqar Asifi ona görə tanıdığını deyib Asifin olduğu yerin tapılmasında ona köməklik etməyini xahiş etmişdir. O da buna görə Asifin olduğu yerin müəyyən edilməsi üçün çalışsa da tapa bilməmişdir. Belə ki, Asifin telefonlarına zəng çatmırmış. Onun yaşadığı Səbail rayonu İçərişəhər metrostansiyasının yaxınlığına yerləşən evinə dəfələrlə getsə də onu görə bilmirmiş. Hətta bir dəfəsində Orxanla onun yaşadığı evə getmişdir. Orxan yuxarı qalxaraq qonşularından onun harada olmasını soruşduqda qonşuları məlumatsız olduqlarını demişdilər. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan Suraxanı rayonu Yeni Günəşli adlanan ərazidə yerləşən “Altun” restoranına getdikdə Asifin uzun müddətdir ki, restorana gəlmədiyini bildirmişlər. Orada işləyən xadiməçilərdən Asifin qardaşı Asimin ********** mobil nömrəsini alıb zəng edib Asifin pul alaraq qaçdığını dedikdə Asim qardaşı Asiflə danışmadığını, buna görə də onu narahat etməmələrini bildirmişdir. Asimin mobil nömrəsinə Orxanda dəfələrlə zəng etsədə sonuncu eyni cavabı vermişdir. Daha sonra Orxan Asimi taparaq görüşmüş, Asimdə qardaşı Asifin xəbər göndərdiyini 10 gün içərisində hər şeyi qaydasına qoyacağını demişdir. Həmin müddəti gözləsəkdə Asifdən heç bir xəbər çıxmamışdır. Asif tapılmadığı üçün Vüqar mütəmadi olaraq ona zəng edir, hətta nalayiq sözlərlə onu təhqir edib pulunu geri istəyirmiş. O da Vüqara dəfələrlə izah verirmiş ki, pulun verilməsindən məlumatsız olmuşdur, özləri öz xoşluğu ilə pulu vermişlər, lakin yenədə Asifin olduğu yerin müəyyən edilməsi üçün çalışacaqdır. Təqsirləndirilən şəxs tapa bilmədikləri üçün internetdən axtarış zamanı Asifin bir neçə nömrəsini tapmışlar, həmin nömrələrdən ***-***-**-** mobil nömrəsinə zəng etdikdə həmin nömrənin istifadəçisinin Asif Əsəduilazadənin həyat yoldaşı Rəhilə olduğunu bilmişlər. Onunda mobil nömrəsinə zəng etsəkdə cavab vermirmiş. Buna görədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin nömrəyə səsli mesaj göndərib Asifin olduğu yeri onlara deməsini, onu axtardıqlarını, hətta Vüqarın ona dediyi sözləri, yəni “Asifin həbsdə olan oğlunun başına iş açacıyıq” sözlərinidə Vüqarın adından onlara demişdir. Həmin səsdən sonra Rəhilə ona zəng edərək nalayiq sözlərlə onu təhqir edib Asifi kimlərin axtardığını soruşmuşdur. O da Asifin özündən soruşduqda cavab verəcəyini, 210000 pul alaraq qaçıb gizləndiyini ona demişdir. Həmin zəngdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə ona mesaj yazaraq aralarında olanları nəyə görə həyat yoldaşı Rəhiləyə dediyini soruşmuşdur. O da çarəsiz qaldığını, Vüqarın mütəmadi olaraq onu söydüyünü, buna görə keçirdiyi streslə bağlı müalicə aldığını, geniş şəkildə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə səsli mesaj göndərib fikirlərini ona çatdırmışdır. Oda yenə müxtəlif bəhanlərlə onu yayındıraraq guya ki Əliyarın işinin həll olunduğunu, sonuncunun azadlığa çıxacağını, yaxın vaxtlarda ona zəng edərək görüşəcəyini demişdir. Lakin həmişə olduğu kimi Asif yenədə yalan danışaraq onunla görüşdən yayınmışdır. Həmin zamandan sonra Asiflə danışmamış və onu heç bir yerdə görməmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 05 ədəd səs fonoqramları vardır. Baxış zamanı aşağdakılar aşkar edilmişdir: “Asif adlı fayıla daxil olan zaman 54 saniyədən ibarət səs qeydi aşkar edilir. Həmin səsə qeydi dinlənilərkən aşağıdakılar eşidilir. Səs 1: Heç bir şey lazım deyil, olmayacaq? Səs 2; Qulaq as, qulaq as. Səs 1: Hə Səs 2: Mənə vaxt verən hələ anasından olmayıb. Səs 1: O nə deməkdir, nətər anasından olmayıb, mən sənə gülə-gülə vermişəm, gülə-gülə də alacam. Mən sənə dünən də demişəm, gülə-gülə vermişəm, gülə-gülə də alacam onu səndən. Səs 2: Gülə-gülə vermisən, gəl gülə-gülə də öpüşək, görüşək, çayımızı içək, söhbətimzi edək. Səs 1: Mən nətər vermişəm sənə elədə alacam. Mən bir aydı sənə deyirəm telefonu söndürürsən, bəhanələr gətirirsən, iş görürəm deyirsən, mənə sənin işin lazım deyil, mən sənin gördüyün işi gördüm, ay qapını açıram, təpiyimlə açıram, kəlləmlə açıram, yumruğumla açıram, mənə lazım deyil heç bir şeyin. Mənə pulum lazımdır. Sabah saat birə kimi gətirirsən mənim pulumu, olmasa birdən sonra. Səs 2: Gəl məndən əmanətini götür, indi gəl məndən əmanətini götür. Səs 1: Hazırdı orada mənim əmanətim, gəlirəm. Səs 2: Hə hazırdı gəl, gözləyirəm səni. “Asif 2” adlı fayıla daxil olan zaman 1 dəqiqə 48 saniyədən ibarət səs qeydi aşkar edilir. Həmin səsə qeydi dinlənilərkən aşağıdakılar eşidilir. Səs: 1: Aləm dəyib bir-birinə, mən sizə belə bir şey deyim, bu məsələ nə yerdədi ki, nədi problem, nə olub orda. Yəni mən bu işdən kənara çəkilmişdim, qəza keçirmişəm çünki, əməliyyatdan təzə çıxmışam... Səs 2: Hmm, Allah şəfa versin. Səs 1: Allah razı olsun. Yəni mənə ... zəng vurub deyirki hakimə nəsə ödəniş edib siz yarısın vermisiz hə? Səs 2: Hə, iki, iki on verilib bəli dünən. Səs 1: Hə, Bəs bu gün onun hamısı tamamlanmalıdır. Bəs o necə olacaq? Səs 2: İndi mən Asif, Asif müəllimlə dünən danışdım Orxan. Başa saldım vəziyyəti, yəni budu budu da. Şeydi ən uzağı bazar günə qədər dedim mən onu yerdə qalan qismini çatdıracam da. Paşdi yarı qismini verilib, yarı qismi qalıb. Üç iyirmi deyilmişdi orda. Səs 1: Bəs bu, hakim bunu gözləmir axı. O da qayıdıb deyib ki bu günlərim bu çatsın. Onu da onlar gözlədə bilmirlər. Onu necə eliyə bilərik? Səs 2: İndi... Səs 1: Bu gün dünən gecə özü də dollarlar, deyir köhnə dollarların söhbəti olub orda deyib də bugün də mənə zəng vurdu dedi ki, bugünləri bu pullar çatmalıdı. Səs 2: İndi Orxan köhnə dollar deyəndə Orxan qardaş, yəni dollar dünyada həmin dollardı da. Ver o dolları aparım başqa bir yerdə şeydi, adı nədi köhnə dollardı aparım dolları razminyat eliyim gətirim verim. Dollar istəmirmi? Bu nədi ki? Mən birinci dəfədi həyatımda belə bir şey eşidirəm ki, köhnə dollardı. Cırıq olsa başa düşərdim panyatnı şto no cırıq köhnə dollardı, köhnə manatdı, köhnə şeydi, Bu nədi? Detski söhbətdi Allaha and olsun. Dollar dollardı da qardaş, burda nə varki? “Asif 3” adlı fayıla daxil olan zaman 1 dəqiqə 48 saniyədən ibarət səs qeydi aşkar edilir. Həmin səsə qeydi dinlənilərkən aşağıdakılar eşidilir. Səs 1: Dünən mənə yığdı Allaha and olsun bax mənim də cavan qardaşım rəhmətə gedib, qardaşımın ruhuna and olsun. Dünən sizə demədiyi sözləri mənə dedi ki, sən məni calaşdırmısan bəs neçə vaxtdı deyirlər ki, noldu pul desinlər, pul desinlər. İndidə pul deyiblər, dörd gün məhkəməyə qalıb. Deyir mən ikinci günə danışıblarmış sizinlə. Səs 2: Bəli başımız biraz qarışıq oldu. Düzüb qoşmaq söhbəti vardı da Nüşabə xanım. Yəni ki əlimizdə yox idi da Nüşabə xanım. Səs: 1: Vüqar o sizin işinizdi. Bu da budu. Mən ortada bir vasitəçiyəm. Mənə sonra kim nə hörmət eliyəcək-eləmiyəcək Allah canını sağ eləsin. Mən istəmərəm kimsə bağlı qapı arxasında qalsın. Allah tezlikdə Əliyar müəllimin qapısını açsın. İnşallah da ki, açacaq. Amma o şeyə, o məbləğə də bunu biləsiz, heç kim iş görməz. O işin qiyməti heç o da deyil. Eldəniz müəllim də bilir, dedi bu summayla Əliyar müəllim ordan çıxırsa bu çox gözəl bir işdir. Allah şükür bura Azərbaycandır, hamımız hər şeyi bilirik. Heç kimdən gizli bir şey yoxdur. Səs 2: Bəli düz deyirsən. Səs 1: Amma ki, Asif müəllim dünən mənə dedi ki, mən cibimdən demişəm ki, bu gün pul verəcəm. Deyir mən cibimdən gedib pul tapıb verməliyəm. İnanın ki dünən əsəbimdən Orxanı yığdım ki Orxan bu nə hadisədir. Bu nə şeydir. Asif müəllim mənə niyə o sözləri deməlidir. Mən başa düşürəm hamının vəziyyəti çətindir. Ama ki ölənlərimizin ruhuna and olsun, dünən axşam Asif müəllim mənə dedi ki, bu gün günortaya mənə pul çatmasa mən atkaz eliyəcəm. Səs: 2: Başa düşdüm Nüşabə xanım. Mən Asif müəllimə də dünən dedim ki xatyabı mənə iki üç gün vaxt verin, yerdə qalanın da... Səs 1: Bu da iki gün gecişib, orada oturan Asif deyile. Nə mən ölüm bilir nə də sən ölüm bilir. Bilmirsiz ki, qanunsuz qəddar insanlardı. Onların əlindən yüz dənə Əliyar müəllim kimi adamlar gəlib keçir. Çox elə onların vecinədi ki, kimin pulu var, kimin pulu yoxdu. Səs 2: Bildim Nüşabə xanım ən uzağı birinci günə kimi müəyyən adamlar var onlara da demişik. Səs 1: Ay Vüqar, qurban olum sizə Asif müəllim dünən dediki bu gün günorta pul çatmasa mən atkaz eliyəcəm. Mən sizə deyiləni deyirəme. Dünən də hakim, adama zəng eliyib ki ona köhnə dollardı, Asif müəllim də deyirki heç əsəbimdən pulu alıb saymadım da. Elə helə götürdüm. Adam da deyibki içində köhnə dollarlar var, o da dəyişilsin. İndi mən nə bilirəm, siz ona dollarla vermisiz, manatla vermisinz. Bunu mən bilmirəm ki, düzdü qurban olum. Səs 2: İndi dollar da dollardı da. Hara getsən onu xırdalamaq olur da. Yığışılmıyıb ki, dollar, saxta olmayıb, cırıq olmayıb. Səs 1: İndi görürsüz özünüz vermisiniz da verilən puldan xəbərim yoxdu ki, qurban olum sizə. Düzdü. Özünüz görüşmüsüz, özünüz vermisiz. Görürsüz mənim buna qədər tam xəbərim var bu işdən. Səs 2: İndi Asif müəllimin özünə də demişəm, ən uzağı birinci günə qədər inşallah. Səs 1: Ayın on dördü məhkəmədie, xəbəriniz var. Qərar oxunacaq, hökmü oxunacaq ayın on dördü. Səs 2: Bilirəm. İndi çalışırıq. Səs 1: Vallah Özünüz bilərsiz. Səs 2: Ən uzağı bazar günə kimi mən şey eliyəcəm. Səs 1: Ay Vüqar heç olmasa bu gün onun yarı hissəsin çatdırın, o aparsın pulu versine. Orada az məbləğ yoxdue. Orda üç yüz iyirmi min puldu. Düzdü. Səs 2: Bəli, bəli Səs 1: Üç yüz iyirmi min puldu, sizdə iki yüz on min pul vermisiniz. Düzdümü. Səs 2; Bəli, bəli Səs 1: Heç olmasa onun əlli altmış minini çatdırın, o aparsın versin. Allah haqqı iş alnmayanda Əliyar müəllimə mənim yazığım gəlire içərdə. Səs 2: Baş düşdüm, indi adamlar varda onlara deyilib bu gün günortadan sonra mən sizinlə əlaqə saxlayacam. Səs 1: Heç olmasa bu gün yarısın çatdırın, yarısın da bazar günü çatdırarsız. Səs 2: Baş düşdüm, saat ikidən üçdən sonra sizinlə əlaqə saxlayacam. Səs 1: Heç olmasa əlli altmış minin çatdır aparsın versin. Mən pis vəziyyətə qalmışame, Allahımıza and olsun, qıldığım namaz haqqı dünən mənə ağızından gələni deyib mənə axşam. Deyir mən səni tanıyıram. Məni niyə calaşdırmısan. Deyir birinci dəfə deyilki mən iş görürəm. Niya aramızda münasibət pozulsun. Səs 2: Başa düşürəm sizi Nüşabə xanım. Səs 1: İndi mən Asif müəllimə zəng edib deyəcəm ki, Asif müəllim saat ikidən üçdən sonra bir şey çatdıracaqlar sizə. Səs 2: Nüşabə xanım mən ikidən üçdən sonra əlaqə saxlayacam. Mən yalançı çıxmaq istəmirəm. İndi müəyyən adamlar var onlarla danışıb əlaqə saxlayacam sizinlə. Səs: Yaxşı, sağ olsun. Səs 2: Sağ olun. “Asif 4” adlı fayıla daxil olan zaman 10 dəqiqə 38 saniyədən ibarət səs qeydi aşkar edilir. Həmin səsə qeydi dinlənilərkən aşağıdakılar eşidilir. Səs 1: Mən işdən çıxanda çörək yemişəm. Səs 2: Mənimdə açlığım yoxdur. Səs 1: Qoy indi Asif müəllimdə gəlsin. Səs 3: Yoxe mənimdə qonaqlarım var evdə. Səs 1: Mən çay içərdim. Onda bir yaxşı çay ver bizə. Biz bu gün yeməyə köklənməmişik. Biz indi söhbətimzi eliyib dağılışacağıq. Gələn dəfə yeyərik inşallah. Səs 2: Ağ gilasla çay ver. Səs 1: Hə indi bax doktorda çox narahatdır. Açığı da ordan burdan deyiblər ki, sizi aldadıblar, sizi fırladıblar. Bu iş düzələn deyil, doktor səni tutuacaqlar. O da indi orada narahatdır. Deyir elədisə Asif müəlim desin biz başqa adam tapaq. Səs 3; Hamınız savadlısız, indi ən cavanınız Vüqardı o da savadlı yoldaşdır. Düzdümü. Səs 2: İndi siz bir dənə sual verirsiz. İndi deyir işin gedişinə heç nə eləmir. İndi mən nə dedim, dedim hamınız ayrı ayrılıqda böyüyümsüz indi atam, mənim böyüyümsüz. Mən şəxsən hiss eləmirəm. İstəyir Eldəniz dayı desin, kim nə deyir desin. Kim nə deyir desin doktor ayın beşi iş alacaq. Kankret. Əgər doktor ayın beşi aç bırax çıxsa, bax buların yanında deyirəm. Biz nə danışmamışıq. Mən şəxsən öz hesabımdan istədiyiniz hörməti eləyəcəm sizə. Şəxsən ayın beşi. Bu mənim öz fikirimdi. Mən cavanam, bu işləri bilmirəm. Eee doktorda aç burax sözü olmaayaacaq. Bunu mən bilirəm. Səs 3: İndi mən sözümü davam eliyim da. Səs: 2 Buyurun. Buyurun. Səs 3: Savadlı yoldaşlarsız yenə deyirəm hamınız. Birincisi tutmaq istəyəndə o bu qədər uzun çəkmir. Bir ay iki ay, basırlar gedir. Keçən dəfə hakim özü dedi ki, mən sizdən cavab almamışam, təxirə salıram. Mən də sizə zəng eliyib dedim ki təxir olacaq. Düzdü. Dünənlərim də mən saat doqquzda orada gəldim ki, siz mənə doqquzda dediz axı. Mən Mahmud müəllimin qəbulunda idim, yanında adam var idi, girdi çıxdı. Siz məhkəməyə girən ərəfədə mən uje onun yanından çıxırdım. Getdim ora söhbət elədim, deyir bir məhkəmədə mən onu bir balaca acılamışam, indi təsadüfən bildi ki bu işdə mən varam. O da burur. Lap belə dəqiqliyin bilmək istəyirsənsə. Burur deyəndə bir pox yeyə bilməyəcək, ondan böyük şeyi var. Prosta başqa cür deyir, uje bu abşirvit olunur hər yana. Doğurdan mən bir iki yerdə eşitdim ki, söhbətlər var. Mən siz deyirdim ki ona görə mən siznən çox görüşmək istəmirəm. Həre dəfə deyirdim ki orda burda danışmayın. Balnitsaya qədər. Bu gün mən balnitsaya getmişdim. İçəri girmədim, adam vardı oynan görüşdüm. Balnitsaya qədər deyirlərə ki bu uje beş il alacaq. Mən nə demişdim, karoçi, o sözlər əzbərdən bilinir. Bular işə təsir eləmir, bu heç. Amma orda Mahmud hakimə dedi ki, hələ zala gəlirdi hakim, dedi ki onda şey elə, bəlkə çıxış eləməsin, şeydi, vaxt ver bulara. Hakim, şey, Mahmud, Mahmud. Məndə səynən deyəsən danışdım da, Əlibabanı yığdım götürmədi. Səs 2: Mən sizə zəng vurdum. Səs 3: Hə sən dedin, hə, Əlibabanı yığdım götürmədi sən yığdın mənə, deim ki Əlibabaya denən çıxışa hazır deyiləm təxirə salacaqlar. Vəssalam, getdim mən lazım olan yeriərə. Həmin olarla söhbət eləmişəm. Bu gündə orda olmuşam. Mən bir ayağım axsayaaxsaya bu gün də orda olmuşam. Sabahlarım günortadan sonra mənə uje o söhbətlərin hamısı xırdalanır, nə var, nə yox. Yəni hər şey yenə də qüvvədədi, qüvvədədir. Başqa bir biraz artıq rasxoddur, birdə sənə dedim da nə söhbətdi, aparıb oları verməliyəm. Vəssəlam. Başqa orda da söhbət yoxdur. Çıxıcey necə lazımdır, mən ayağımı dirəmişəmsə çıxıcey. Ama mən hakim dörəm qardaş, mən prokuror dörəm. Üç yüz on birlə bəlkə yuxarı səviyyələr kimisə buraxa bilər, başa düşürsən. Yuxarı. Ama mən oyu kəllələşirəm. Çüki bilirəm kimə nə demişəm, kimə nə vermişəm. Ayın beşi tutacaqlar, bəs tutsalar dünən tutardılar da. Səs 2: Vəkil çıxış eləməmiş necə tutsun. Səs 3: Ayy vəkilin çıxışı nediki? Deyir bir saat vaxt verirəm. Səs 2: Qanun qanundur da. Səs 3: Aaa deyir bir saat vaxt verirəm sənə, fasilə verirəm get hazırlaş. Səs 2: Qanun qanundur da. Hüquqda elə şey, qanunvericilikdə elə bir şey yoxdur axı. Səs 3: Var elə bir şey, get öyrənginən. Səs 2: Beş nəfər adam öldürən bəlkə nə bilim orda. Səs 3: Ay mənim balam, bir saat vaxt verir, ya abeddən sonra vaxt verir. Ya sabaha vaxt verir. On beş gün vaxt vermir. Səs 2: Bir də ki Asif müəllim Nüşabəni eee. Bilirsiz nədi gərək onları qabaqcadan oyundan çıxarma lazımdır. Səs 3: Onları çıxarmışam da. Səs 2: Artıq əksik danışır. Onlara dənən danışmasınlar. Səs 3; Mən onları nöşün saxlaram ki, pişim pişim, diyir ki mənə teleqram vuracam ora bura. Mən ona görə saxlamışam. Səs 2; Yəni ki, mənlə ee düzdü pis hərəkətlər zadlar eləmərəm. Kim deyirsə məsələn siz deyirsiz sizə görə susuram. Mənə dədəmlə, yaxud kimləsə hədə qorxu gəlməsin. Həqiqi gəlməsin haa. Onu onu başqa cür söhbət eliyərəm. Rezultatım yoxdu ortalıqda. Başa düşdüm yoox, ortada bir rezultat yoxdu. Səs 3: Mən adlar sayıram Fuaddı, Orxandı, Azərdi, mənəm. Ayə sizi üçün mən nəyəm bura alverdi, bazar açmışam. Səs 2: Yoxe ortada bir şey yoxdu. Biz bilmirik qabaqda ayın beşin gözləyirik. Səs 3: Keçən dəfə deyir ki vapşe mən imtina eliyəcəm sizdən. Eşidilmir. Qayıdıb menə nə desə yaxşıdı. Guya səynən mən bunu qıraqda qoymuşuq, biz burad pul qazanmışıq, buna pul verməmişik. Deyir mən teleqram vuracam. Səs 1: O mənə bir dəfə dedi ki bəs Vüqara de, dedim özün de Vüqara, bəs üç yüz iyirmi min pul vermisiniz. Dedim Vüqar bu belə bir şey deyir. Səs 2: Yoxe hələ rezultatım yoxdu, hələ ayın beşi sual altındadır, olacaq olmayacaq. Səs 1: Bidənə də söz deyim, indi doktor da deyir ki əgər bu iş belədirsə, danışılırsa, razılaşırlarsa salsınlar məhkəməni iyirmi dördünə, iyirmi yeddisinə, niyə uzadırlar. Səs 3: Bunu bu uzatdı ki, orda tam həll olsun. Ama bilmirlər ki mən belə tezliklə həll edəcəm. Mən olara dedim ki, eee uje şey həli eləmişəm. İndi sabahlarım günortadan sonra uje kankret deyəcək ki, uje şey, desə, ola bilsin ki çağırsın təzədən şeynən telefonaqramnan eləəyə bilər. Səs 1: Yox onu eləsə tuda, suda bilinir ki sizin sözünüzlə bu iş olduda. Bax bir onu da onuu. Səs 3: Onun işi yüz faiz düzələcək, yüz faiz. Səs 2: Yo həyatda yüz faiz heçnə yoxdue. Mən nəsə öz yaşım görə mən bilmirəm. Səs 4: Məndə deyirəm e alınmıyan iş olarsa alınmır da. Səs 3: Mən sizi çağıracam ki bu düzəlmir, bu düzəlir. Buna razısız, razısısız. Yox. Yox, Hamısın məsləhətnən eliyəcəm. Deyr məsləhətdi don gen olar. Səs: Aloo, ay əleykum salam. Sağ ol. Sağ ol sən necəsən?. Pis olmaginan ay bacı pis olma, gedişatdı da. Bayaq uşaqlar deyir. O oxumalıdır da. Yadıva gəlir sənə bir dəfə deim ki sən ona fikir vermə o elə oxuyacaq. Onun adı ittihamçıdır da o oxumalıdır. “Asif 5“ adlı fayıla daxil olan zaman 3 dəqiqə 18 saniyədən ibarət səs qeydi aşkar edilir. Həmin səsə qeydi dinlənilərkən aşağıdakılar eşidilir. Səs 1: Mən neçə dəfədi sizinlə görüşmüşəm, yəni mənim sizinlə görüşməyə ixtiyarım yoxdu, görüşməli də deyiləm əslində. Mindənə adam baxır ki, bu onun yanın gəlir, bu onun məhkəməsinə gəlir. Səs 2: İndi doktorla da bir-iki kəlmə danışarsan çox narahatdır. Səs 1: Telefonla yox. Telefonla olmaz. Səs 2: Telefonsuz danışaq onda? ha ha. Qoy səsinizi eşitsin rahat olsun. Səs T. Ordan necə danışaq ordan zapes gedir hamısı. Hər şey qaydasındadır. Səs 3: İndi ayın o dördü saat on bir deyilib da. Səs aydın eşidilmir. Səs 4: Asif müəllim orada indi prokuror çıxış eliyəcək. Hər şey çıxışından bəlli olacaq. Səs 1: O güllələnmə də istəyə bilər. Onların borcu ittiham istəməydi. Səs 4: Yəni onun çıxışı heç nədi da. Səs 1: Heçnədi, hə olar on beş dəqiqə olacaq, beş dəqiqə o, beş dəqiqə də ki son söz veriləcək çıxıb gedəcək müşavirəyə. Səs 4: Həmən gün yoxsa. Səs 1: Belə çıxır ki, həmən gün. İndi onu mən bu gün uzağı sabah dəqiqləşdirəcəm. Aydın eşidilmir. Səs: 4: Biz danışdığımız kimi, yolla da, necə kanal çəkmişik o, kanalla da. Səs T. Hamısı qaydasındadı. Bir az o tərəf bu tərəf burcudur. Ama hamısı qaydasındadı. Səs 4: Biz nə danışmışq məsələn birdən beş il deyər, məsələn altı il deyər, onunla razılaşaq? Biz nə danışmışıq o üsulla. Yəni sirr olsun. Səs 1: Hə da srok söhbəti yoxdur, srok söhbəti yoxdur yo, Elə bil yetmişi tətbiq eləyəcək, iki il fərq var, mən onu danışmışam. Səs 2: İndi birdən birə üç də deyə bilər da prokuror, yoxsa çox da deyə bifər? Səs 1: Prokuror iş istəyəcək, ona yeddi səkkiz ii. Səs 2: Hə o minimal istəyəcək onda. Mən də elə bilirəm. Səs T. Hə o istəyəcək. Sonra Əlibaba çıxış eliyəcək, özü son söz deyəcək. karoçi. Səs 2: Mən onu deyirəm ki siz başqa adam deyilsiz. Səs 1: Mən başa düşürəme darıxır. Səs 2: Hə bax çox narahatdır. Səs 1: Yəni onlar təbii şeylərdir. Baxış zamanı Təqsirləndirilən şəxs “Asif adlı fayıla baxış keçirlilən zaman “Səs 1” kimi qeyd olunmuş səs yazısının Şahid1, “Səs 2” kimi qeyd olunmuş səs yazısının qeydinin isə özünə aid olmasını; “Asif 2” adlı fayıla baxış keçirlilən zaman “Səs 1” kimi qeyd olunmuş səs yazısının X13, “Səs 2” kimi qeyd olunmuş səs yazısının Zərərçəkmiş şəxs aid olmasını, “Asif 3” adlı fayıla baxış keçirlilən zaman “Səs 1” kimi qeyd olunmuş səs yazısının Şahid7, “Səs 2” kimi qeyd olunmuş səs yazısının Zərərçəkmiş şəxs aid olmasını, “Asif 4” adlı fayıla baxış keçirlilən zaman Asif “Səs 1” kimi qeyd olunmuş səs yazısının Şahid6, “Səs 2” kimi qeyd olunmuş səs yazısının Zərərçəkmiş şəxs, “Səs 3” kimi qeyd olunmuş səs yazısının özünə aid olmasını, “Asif 5” adlı fayıla baxış keçirlilən zaman “Səs 1” kimi qeyd olunmuş səs yazısının özünə, “Səs 2” kimi qeyd olunmuş səs yazısının Şahid6, “Səs 3” kimi qeyd olunmuş səs yazısının Şahid1 “Səs 4“ kimi qeyd olunmuş səs yazısının isə Zərərçəkmiş şəxs aid olmasını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş CD diksə baxış zamanı aşağıdakılar aşkar edilmişdir: Baxış zamanı təqdim olunan diskdə :

1. SMS_T arixcesİ **********2511 _552181166

2. SMS_Tarixcesi **********2514 552181166

3. Zenglerin_Detallasmasi **********3155 552181166

4. Zenglerin _ Mexsusluq _ Tarixceleri **********3230 552181166 _ BKC adlı qovluqlar mövcuddur.

1. «SMS_Tarixcesi **********2511 552181166» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********66 saylı mobil telefon nömrəsindən 01 iyun 2021-ci il tarixdən 17 mart 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərə göndərilən sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx-xx-2021 22:11:06 **********66 **********63: Deyəsən səninlə çox mədəni davrandım.mənə vaxt verən hələ anasından olmayıb. O tapşırıqları dayılarına ver, düzəltsinlər.mənim ustaları sənin atanın havalı deyillər. Onlara 1000 manat borcun qalıb, verməsənsənin evini 1250 manata düzəliş edəcəyəm. Və birdə məni narahat eləmə, keyfim nə istəyir onu da et!!! xx-xx-2021 21:24:57 **********66 **********54: Sizi verərəm məhkəməyə, ağlınız gələr başınıza xx-xx-2021 11:06:15 **********66 **********54: Özünüzü təqdim edin görüm kimsiniz və nə əsasla mənimlə bu formada xx-xx-2022 13:04:12 .**********66 **********54: Saxta onların özləridir xx-xx-2022 11:04:10 **********66 **********17: İdarədəyəm xx-xx-2022 21:32:22 **********66 **********03: Vatsapda niyə yazmırsan

2. «SMS_Tarixcesi **********2514 552181166» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********66 saylı mobil telefon nömrəsinə 01 iyun 2021-ci il tarixdən 17 mart 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərdən daxil olan sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs online mərc və kazino oyun internet səhifələrində qeydiyyatdan keçərək iştirak etməsi, həmin oyunlardan qazanc əldə etməsi, müxtəlif abonentlər (şəxslər) tərəfindən ünvanlanan tələblərlə bağlı zənglərə cavab verməməsi, ünsiyyətdən yayınması, gizlənməsi, pul borclu olması səbəbindən müxtəlif şəxslərlə arasında baş verən söz mübahisələri və qarşılaşdığı təhdidlər, Təqsirləndirilən şəxs tərəfindən verilmiş vədlərə əməl olunmamasına görə sonuncunun polis orqanlarına şikayət edəcəkləri barədə müxtəlif abunəçilər tərəfindən göndərilmiş mətnlər, satdığı evlərin sənədlərinin saxta və etibarsız olması ilə bağlı narazılıqlar, müxtəlif bank kartlarının nömrələrinin ona göndərilərək pul tələbinin olması, özünü müxtəlif dövlət orqanlarının əməkdaşı kimi təqdim etdiyi üçün şikayət edəcəkləri barədə müxtəlif abunəçilər tərəfindən göndərilmiş mətnlər, etdiyi əməllərə görə “youtube” internet səhifəsində videogörüntülərinin yayılacağı ilə bağlı təhdidlər aşkar edilmişdir. Mesajlarda bəzi abonentlər Təqsirləndirilən şəxs «whatsapp» mobil tətbiqinə keçərək orada yazışmanı davam etdirmələrini xahiş və tövsiyə edirlər. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx-xx-2021 22:02:14 **********63 **********66: Sizinle son yazismagimdi.lci gune kimi evi normal formada gelib tehvil verirsiz hemcinin mtkye gedib meni ziyana saldiginiz hisseni 6000 manati oduyursuz sonra odenisleri biz size oduyuruk ve odenisleri qaydasina qoyuruk.Tek mtk deyilde arendaylada mwni ziyana salmisiniz artiq xerclerim cixib. 1ci gune kimi size vaxt taniyiram.bunlarin hec biri olmasa Eksi halda siz meni sonradan axtarsaniz size hec cure komek etmiyecem. xx-xx-2021 12:03:19 **********45 **********66: Asif! insaniarin halal pulunu deleduzluqla aldadib almaq bu yerde qalmiyacaq ! Chox tessuf bu seviyeye getirib chixartdin ! Sonraki peshmanchiliq komek etmeyecek ! Gorushenedek! xx-xx-2021 12:46:37 **********54 **********66: Sizin fırıldağınız haqda youtbedə izləyin. xx-xx-2021 10:59:30 **********54 **********66: Siz çox məhkəmə təcrübəsi keçmişiniz, mən sizin AYB adından istifadə etməyinizi və insanlarla rəftarınıza görə məhkəməyə versəm onda necə olar? xx-xx-2021 11:00:07 **********54 **********66: Məhkəməlik sizsiniz özünüz də gözəl bilirsiniz. Qanunlardan xəbırsiz olan sizsiniz xx-xx-2021 11:12:42 .**********54 **********66: Dümərı z.etdim niyə açmadınız? Tahirə Məğrur.Məhluqə xanımın ev problemi,xatırladınızmı,Ədalət verdi nömrəni. xx-xx-2021 15:14:47 **********11 **********66: Varidi cibinde 1500 al 1000 senin 500 menim xx-xx-2021 15:14:58 **********11 .**********66: Direw al deki emele gel mir guya kimese yığırsan Dirw varid i 1500 al xx-xx-2022 13:02:59 **********54 **********66: Asan xidmətdə dedilər bu müqavilə saxtadır xx-xx-2022 12:57:38 **********54 **********66: Salam, deməli məni də araya qoydun, Abşeron Kristalda ev vermisən,hani bəs xx-xx-2022 xx-xx-2022 13:59:44 **********01 **********66: Salam Aieykum. Necəsiniz Asif m. Xahiş edirəm zəngimə cavab verin. Mənə maraqlıdır ki, siz nə səbəbə blok etmisiz nömrələrimi xx-xx-2022 17:59:44 **********01 **********66: Salam Aleykum. Sizin mənə 1300 manat pul borcunuz. Pulumu qaytarmasanız bir başa 102 zəng edib şikayət edəcəm. 102 yə zəng edəndə sizin telefon nömrənizi verəcəm və Ad. Soyad. Özləri araşdırıb Sizzi məsuliyyətə cəlb edəcəklər. 1-09-2022 23:20:48 **********92 **********66: Salam telefona cavab ver 9-09-2022 16:54:37 **********02 **********66: Telofona cavab verin 2-10-2022 11:21:13 **********66 **********66 Siz bizə niye cavab vermirsiz ki? Mene cavab verin. Artiq sebrim dolub dasir. Ozunuz mecbur eliyirsiz ki aramizda soz söhbet olsun xx-xx-2022 20:11:51 **********29 **********66: Zəhmət olmasa telfonu açın mənəm samirənin mamasi

3. «Zənglərin_Detallaşması **********3155 552181166» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********66 saylı mobil telefon nömrəsi ilə müvafiq dövrlər ərzində aparılan danışıqlar zamanı nömrənin qoşulduğu ötürücü anten qurğularına dair məlumatlar əks olunmuşdur. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********66 saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş +**********17 saylı mobil telefon nömrəsi arasında 30 may 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək müxtəlif vaxtlarda, iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan +**********92 saylı mobil telefon nömrəsi arasında 13 avqust 2022-ci il tarixdə 30 sentyabr 2022-ci il tarixədək, iş üzrə şahid qismində dindirilmiş X1 istifadəsində olan +**********05 saylı mobil telefon nömrəsi arasında 19 noyabr 2021-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək, iş üzrə şahid qismində dindirilmiş Şahid7 istifadəsində olan +**********34 saylı mobil telefon nömrəsi arasında 11 sentyabr 2021-ci il tarixdən 29 iyul 2023-cü il tarixədək, +**********66 mobil telefon nömrəsi ilə isə 09 sentyabr 2021-ci il tarixdən 02 dekabr 2022-ci il tarixədək, X9 istifadəsində olan +**********88 saylı mobil telefon nömrəsi arasında 01 dekabr 2021-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək müxtəlif vaxtlarda telefon danışıqlarının baş tutması müəyyən edilmişdir. İşin faktiki hallarına uyğun olaraq ilk dəfə Təqsirləndirilən şəxs Eidəniz Cahangirovun mobil telefon nömrəsini götürərək əlaqə saxladıqlarını bildirmişlər. Həmin hal 19 noyabr 2021-ci il tarixdə baş vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 iiə təqsirləndirilən şəxs arasında telefon danışığı 09 sentyabr 2021-ci il tarixdən baş tutumuşdur. Bu isə zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında tanış olmanın (zərərçəkmiş şəxs və digər şahidlər ifadələrində 2021-ci il sentyabr ayında Asif Əsəduilazadə ilə tanış olmalarını göstərmişlər) 2021-ci ilin sentyabr ayına olmasını bir daha təsdiq edir. Bundan başqa zərərçəkmiş şəxs və digər şahidlər ifadələrində Təqsirləndirilən şəxs ilkin olaraq 5000 manat pulu 2022-ci ilin fevral ayının əvvəllərində, 200000 manat pulu isə həmin ilin fevral ayının sonları mart ayının əvvəllərində verdiklərini göstərmişlər. 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs isə Eidəniz Cahangirov arasında xx.xx.2022-ci il, həmçinin xx.xx.2022-ci il tarixlərdə olan telefon danışığının anten əhatə dairəsi ünvan 4 ünvanının əhatə dairəsində olmuşdur.

4. Zenglerin_Mexsusluq_Tarixceİeri **********3230 552181166_BKC adlı qovluqlarda isə müvafiq olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə zəng edən, qeyd edilən şəxslərdən zəngləri qəbul edən, habelə sms mesajı yazaraq mesaj qəbul edən abonentlər barədə «Bakceİİ MMC»nin təqdim etdiyi mümkün məlumatlar yerləşmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən götürülmüş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178.3.2, 308.2, 66.3 və 70-ci maddələri ilə təqsirli bilinərək 06 il 09 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin qərar dəyişdirilərək CM-nin 70-ci maddəsi xaric edilməklə 03 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2014-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 01 ay 18 gün hissəsindən azad edilib, xx.xx.2014-cü il tarixdə cəza müddəti başa çatıb, xx.xx.2015-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ləğv edilib və cinayət işi Bakı Apellyasiya Məhkəməsinə baxışa göndərilib, xx.xx.2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 62-ci maddəsinə əsasən qəti olaraq 02 il dövlət və yerli özünü idarəetmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 ay 24 gün azadlıqdan məhrum etmə cəzası üzərində saxlanılıb, xx.xx.2014-cü il tarixdə keçən müddət ərzində azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığını nəzərə alaraq cəzasını çəkmiş hesab edilmiş, xx.xx.2014-ci il tarixdə Aİi Məhkəmənin qərarı ilə xx.xx.2015-ci il tarixli qərar ləğv edilərək cinayət işi yenidən Bakı Apellyasiya Məhkəməsinə baxışa göndərilib, xx.xx.2017-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ləğv edilib və əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilib, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılıb. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən etiraf edilməsə də onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Cinayət işinin materiallarında olan qəbzlərdən müəyyən olunur ki, Şahid4 Malik oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə 19 avqust 2021-ci tarixdə dövlətə vurulmuş maddi ziyanın əvəzi olaraq dövlət büdcəsinə 158.000 manat məbləğində ödəniş etmişdir. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs Şahid4 tərəfindən dövlətə vurulmuş ziyanın onun tanışı Nüşabənin vasitəsilə verdiyi məsləhətdən sonra Şahid4 qohumları tərəfindən dövlət büdcəsinə ödəməsinə baxmayaraq, Şahid4 həbsdən azad edilməməsi və bu səbəbdən Zərərçəkmiş şəxs həmin pulu ondan tələb etməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-572/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmündən çıxarışdan görünür ki, Şahid4 Malik oğlunun 19 avqust 2021-ci tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmış, sonuncu cinayət məsuliyyətinə cəlb edilməməsi üçün dövlətə vurduğu ziyanla bağlı müvafiq ödənişləri də həmin tarixdə (müvafiq istintaq orqanı tərəfindən tutulmazdan əvvəl və ya sonra) həyata keçirmişdir. Hansı ki, işin mübahisəsiz hallarından müəyyən olunduğu kimi sonuncunun qohumları da Şahid4 sonra “Nüşabə” adlı şəxsin vasitəçiliyi ilə Asiflə əlaqə qurmuşlar və onların ilk görüşü həmin ilin sentyabr ayında baş tutumuşdur. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ondan Şahid4 işinə görə dövlət büdcəsinə edilmiş ödənişlərin tələb edilməsinə dair ifadəsi həqiqəti əks etdirmir. Cinayət işinin materiallarında olan 19 avqust 2021-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, Şahid4 Malik oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ayrı-ayrılıqda 40.000 və 118.000 manat məbləğində ödənişlər həyata keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini törətməsi zərər çəkmiş şəxsin və şahidlərin bir-birini tamamlayan ifadələri, həmçinin cinayət işinin materiallarında olan SMS mətnlərinin və səs yazılarının məzmunu ilə bir daha təsdiq olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, sağlamlıq vəziyyətini, zərər çəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1 13 iyun 2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs X10 tərəfindən dəymiş ziyan sonuncunun keçmiş arvadı X5 tərəfindən tam ödənildiyindən, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də bu işlə əlaqədar heç bir iddiası olmayacaq. Beləliklə, cinayət işinin məhkəmə istintaqı gedişində X5 dəyəri 100.000 manat olaraq hesablanan torpaq sahəsini zərər çəkmiş şəxsin xeyrinə imtina etmiş, əlavə olaraq vurulmuş zərərin əvəzi olaraq 90.000 manat məbləğində ödəniş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli epikrizdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs İOL (intraokulyar linza dislokasiyası) diaqnozu qoyulmuş, bununla bağlı müvafiq cərrahi əməliyyat keçirmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, hazırki sağlamlıq vəziyyətini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, hazırki sağlamlıq vəziyyətini, təqsirləndirilən şəxsin yaşının 65-dən bir qədər yuxarı olmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ünvan 2 tarixli qərarına əsasən barəsində əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 16 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2520/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X11 22 dekabr 2023-cü il tarixli məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X14 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X14 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 03 (üç) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmənin 22 dekabr 2023-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X14 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar