Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1170/2025 23.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus 289.000 manat pulu ABŞ dollarına çevirib səhəri gün 170.000 ABŞ dolları qaytaracağına dair yalan vəd verib aldadaraq 02 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 44 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus olan və sonuncunun Şahid1 vasitəsilə göndərdiyi 289.000 manat pulu Şahid1 alıb ələ keçirərək Zərərçəkmiş şəxs qızma külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də maliyyəçi kimi işləyir. MMC-nin rəhbəri Günay xanım dekabr ayında ona mülkiyyətində olan evi satdığını, əldə etdiyi pulu dollara çevirmək istədiyini bildirərək ondan köməklik etməsini xahiş etmişdir. Əldə edilmiş pul 289000 manat idi. Ətrafda olan tanışlardan araşdırdıqdan sonra Emildən həmin pulu dollara çevirməyini xahiş etmişdir. Onlar MMC-nin sürücülərin pullarını Emil vasitəsilə ödədiklərindən Emilə bu məsələyə görə güvənə biləcəyini düşünmüşdür. Emil razılaşaraq pulu dərhal verə bilməyəcəyini, səhəri gün, saat 18:00-dan sonra pulu dollar valyutasında verə biləcəyini ona bildirdikdə o, bununla bağlı MMC-nin rəhbərliyi ilə məsləhətləşmiş və rəhbərlik razılıq verdikdən sonra Emil ofisin qabağında pulları ondan təhvil almışdır. Səhəri gün, saat 6 olduqdan sonra Emildən xəbər çıxmadığından narahat olmağa başlamışdır. Emilə zəng etdikdə Emil ona narahat olmamasını, pulu qaytaracağını bildirmişdir. 2 gün ərzində Emil pulu qaytarmamışdır. Pulu Emilə verdikdən iki gün sonra Emil 60000 dollar göndərəcəyini demişdir. Bundan sonra Emildən 60000 dollar pulu təhvil almışdır. Emildən qalan məbləği ödəməsini tələb etdikdə Emil bu yaxınlarda qalan məbləği ödəyəcəyini və narahat olmamağı bildirmişdir. Lakin Emil aylarla qalan ödənişi ödəməkdən yayınmışdır. Emil borcun qalan məbləğinin bir hissəsini naturada, yəni, bir evi onun adına keçirtməklə və iki avtomobil verməklə ödəmişdir. Lakin həmin evdə indiyədək də Emilin valideynləri yaşayırlar. O cümlədən, avtomobillərlə bağlı da xərcləri çıxmışdır. Bu xərcləri Emildən tələb etdikdə Emil yenə də yaxın zamanlarda pulu ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmiş və nəticədə zərərçəkmiş şəxs polisə şikayət etmişdir.
4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 Emilə ümumilikdə 289000 manat pul verildiyini, sonradan verilmiş 187000 dollarla bağlı tərəflər arasında müqavilə bağlanıb-bağlanmadığından xəbərinin olmadığını, Emilin həmin pulu qətiyyən borc kimi almadığını, Emilə əvvəllər pul verdikdə borc müqaviləsi bağlamadıqlarını, Emillə telefonla danışdıqda ona pulu nəyə görə verəcəklərini dəqiq olaraq bildirdiyini, pulu verdiyi vaxtdan sonra Emillə ilk görüşlərinin 1 həftə sonra baş tutduğunu, çayxanada görüşdüklərini, Emilin həmin vaxt pulu qaytaracağına söz verdiyini, Emil pulu götürdükdən xeyli vaxt keçdikdən sonra evi onun adına keçirdiyini, lakin həmin evdə hələ də onun valideynlərinin yaşadıqlarını, Emili təxminən 4-6 aydır ki, tanıdığını, indiyədək Emilə müxtəlif məbləğlərdə pul verdiklərini, Emilin də həmin pulları müxtəlif şəxlərə çatdırdığını, Emili tanıdıqları üçün evin pulunu ona verdiklərini və ona etibar etdiklərini, Emilin əvvəllər şirkət üçün pulu dollara dəyişmədiyini, pulun dollara dəyişdirilməsini direktor Günay xanımın xahiş etdiyini, notariusa rəhbərliyin yanında getdiyini, lakin onlar arasında bağlanmış müqavilənin məzmunu ilə bağlı məlumatının olmadığını, həmin gün notariusa maliyyə qeydlərini aparmaq üçün getdiyini bildirmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, tanışı Bəhruz sentyabr ayının 6-sı ona bildirmişdir ki, 170000 dollar məbləğində pulu Emilə vermiş, Emil 60000 dollar hissəsini gətirsə də, artıq 4 gündür ki, ondan səs çıxmamışdır. Emildən bu məsələ ilə bağlı soruşduqda pulu qısa müddət ərzində qaytaracağını söylədi. Lakin Bəhruz ona yenidən zəng edərək Emilin borcunu ödəmədiyini, Emilə yenidən yığaraq borcunu ödəməsi ilə bağlı xəbərdarlıq etməsini xahiş etmişdir. Bu zaman Emilə zəng etdikdə o, işi ilə bağlı rayonda olduğunu, qayıtdıqdan sonra pulu qaytaracağını söyləmişdir. Amma Emil borcunu ödəməmiş və bu məsələni həll etmək üçün Bəhruz ona zəng edərək üçünün bir yerdə görüşərək bu məsələ ilə bağlı söhbət etmələrini təklif etmişdir. Onlar Qarayev prospektində yerləşən çayxanaların birində oturaraq Emildən borcunu ödəməsini tələb etdikdə Emil həyat yoldaşının onkoloji xəstə olduğunu bildirirərək verilmiş pulu yoldaşının ehtiyaclarına sərf etdiyini bildirmiş və ona kömək etmələrini istəmişdir. Emil onlara ev və ya maşın verə biləcəyini, amma əlində nağd pul olmadığını demişdir. Həmin axşam Emil maşını Bəhruza vermiş və 15 gün ərzində pulu çatdıracağına söz vermişdir. 10 gündən sonra Emildən pul barəsində soruşduqda Emil onlara narahat olmamalarını bildirmişdir. Onlar yenidən Nərimanov rayonunda görüşmüşlər və görüş zamanı ona yalan danışdığını bildirdikdə Emil yalan danışmadığını, xalası oğlunun 60000 manat göndərəcəyini, borcun qalan hissəsini isə hissə-hissə ödəyəcəyini söyləmişdir. Məsələ uzandıqdan sonra onlar Emilin atası ilə danışdıqda atasıgil onlarda pulun olmadığını bildirmişlər. Emilin yoldaşı və anası ilə Azərbaycan Beynəlxalq Bankında evin dəyərləndirilməsi ilə bağlı görüşdükdə isə Emilin həyat yoldaşı əslində xərçəng xəstəsi olmadığını bildirmişdir. Bir müddət keçdikdən sonra Emilin borcunu ödəyibödəməməsi ilə bağlı Bəhruzdan soruşduqda o, artıq 6 aydır ki, Emilin borcunu ödəmədiyini bildirmişdir.
6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Məhərrəmov X2 heç vaxt Emilin üzərinə tapança çıxarmadıqlarını, Emillə Bəhruzu tanış edən şəxsin özü olduğunu, onlar Emillə ilk dəfə görüşdükdə onun 110000 dollar məbləğində borcunu 20 gün ərzində ödəyəcəyinə söz verdiyini, Emillə 3-4 dəfə görüşdüklərini, axırıncı görüşdə də pulu qaytaracağını söylədiyini, Emilin ona zəng edərək möhlət istədiyini dedikdə Emilə bununla bağlı Bəhruza yığmasını və Bəhruzla hesablaşmasını məsləhət gördüyünü, 2020-ci ildən bəri Emili tanıdığını, pulun dollara çevirilməsi lazım olduqda Emildən Bəhruza köməklik etməsini xahiş etdiyini, pulun Emilə nə vaxt verildiyini bilmədiyini, Emilin borcunu qaytarmaması ilə bağlı polisə şikayət verilməsindən xəbərinin olmadığını, Emilin ofisində olarkən ona bu məsələni həll etməsini tələb etdiyini, Emilin könüllü şəkildə 2 avtomobili və 1 evini zərərçəkmiş tərəfə verdiyini bildirmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, keçən ilin iyul ayında həyat yoldaşı Günayla özünə məxsus olan evi satmışlar ki, yeni ev alsınlar. O vaxt onlar bir neçə yeni evə baxırmışlar. Ancaq sonradan işi ilə əlaqədar ezam olunmuş və bu məsələ yarımçıq qalmışdır. O, xarici ölkədə olan zaman həyat yoldaşı ona bildirmişdir ki, evin satışı ilə əlaqədar əldə olunan məbləği dollara çevirsinlər. O da Günayla razılaşmışdır. Günay ona işçisi Şahid1 tanışı olduğunu və onun vasitəsilə banka getmədən pulu dəyişə biləcəklərini bildirmişdir. Onlar pulu həmin şəxsə, yəni Emilə vermişlər. Ancaq sonradan gözləsək də həmin şəxs vəsaiti qaytarmamışdır. Emil ilə hər dəfə danışdıqda pulu qaytaracağını deyirdi. Sonradan telefon zənglərinə də cavab verməməyə başlamışdır. Artıq Emilin onları aldatdığı onlara məlum olmuşdur. Dəfələrlə zəng edirdik, nadir hallarda zənglərə cavab verirdi. Sonradan müəyyən bəhanələr gətirməyə başladı. Bir dəfə arvadının, sonra övladının xəstə olduğunu bildirirdi.
8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Əliyev X6 aralarında borc müqaviləsinin bağlanmasına əsas səbəb onun özünün buna məcbur qalmasının olduğunu, Emilin borcu olacağı halda qaçmaq istədikdə ölkədən qaça bilməsinin qarşısını almaq üçün onunla müqavilə bağladığını, Emillə aralarında biznes şərikliyi ilə bağlı razılaşmanın olmadığını, onu ilk dəfə notariusda müqaviləni bağlayarkən gördüyünü, Emilin nə onu, nə də həyat yoldaşını əvvəllər tanımadığını, Emillə hər hansı formada əməkdaşlıqlarının müzakirə olunacaq bir məsələ belə olmadığını, bildiyi qədəri ilə banklarda valyuta dəyişməkdə müəyyən çətinliklər yarandığını və limitlərin olduğunu, ona görə əllərində olan ən yaxşı variantın Emil olduğunu, Emilə məxsus olan evin dəyərinin özünün deməsinə görə 120000 manat olduğunu, onlara Emilə məxsus ev və yaxud avtomobilin yox, onlara dəymiş zərərin lazım olduğunu, 289000 manat pulu həyat yoldaşı Günayla razılşaraq Emilə verdiklərini, 289000 manat puldan onlara 60000 dollar pulun qaytarıldığını bildirmişdir.
9. Zərərçəkmiş şəxs oğlu və Şahid4 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.
10. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən "xxxx" MMC-nin təsisçisi və icraçı direktorudur. Həmin MMC-nin ofisi Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 44 ünvanında yerləşir. Şahid1 isə həmin MMC-də maliyyə direktoru işləyir. 2024-cü ilin ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən mənzilini 365.000 manata satmışdır. Belə ki, başqa yerdən daha böyük kvadratlı ev almaq istəyirdi. Həmin pulun üzərindən bir qədər götürüb şəxsi ehtiyaclarına sərf etdikdən sonra 289.000 manat pulu qalmışdı. Həmin pulu da saxlamışdı ki, münasib qiymətə mənzil tapanda alsın. Daha sonra fikirləşmişdir ki, ABŞ dollarının manata nisbətdə məzənnəsi bahalaşa bilər, buna görə də həmin pulu ABŞ dollarına dəyişib saxlamaq qərarına gəlmişdir. Bu məqsədlə şirkətində maliyyə direktoru işləyən Bəhruza bu barədə demiş və ondan xahiş etmişdir ki, əlində olan 289.000 manat pulu ABŞ dollarına dəyişməkdə köməklik göstərsin. Bəhruz da bununla bağlı köməklik göstərə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə özünə məxsus 289.000 manat pulu götürüb iş yerinə getmiş və iş yerində həmin pulu Bəhruzə vermişdir. Bəhruz əvvəlcədən ona demişdi ki, həmin pulu tanışı Emil adlı şəxsə verəcəkdir, Emil ona deyib ki, pulu ABŞ dollarına dəyişib bir gün sonra qaytaracaq. Pulu Bəhruzə verdikdən bir neçə dəqiqə keçdikdən sonra Bəhruz ona Emilin pulu götürmək üçün ofisin qarşısına gəldiyini və ofisin qarşısında Emilin avtomobilində 289.000 manat pulu ABŞ dollarına çevirməsi üçün Emilə verdiyini demişdir. 289.000 manat pulun müqabilində ona 170.000 ABŞ dolları pul verilməli idi. İki gün ərzində Emildən pulunu istəməyinə baxmayaraq, Emil pulu gətirib verməmiş, iki gün sonra Bəhruz ona 60.000 ABŞ dolları pul verib bildirmişdir ki, Emildən dirənib bir təhər 60.000 ABŞ dolları pul alıb, Emil qalan pulu da bir neçə gün ərzində verəcəyini deyib. Təxminən iki həftə ərzində Emil müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, sonradan Emilin əslində onları aldatması məlum olmuş və buna görə də, Bəhruzdan xahiş etmişdir ki, Emilin barəsində şikayət etsin. Bəhruz da Emilin barəsidə şikayət ərizəsi yazmışdır.
11. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, "xxxx" MMC-də audit və nəzarətçi işləyir. Zərərçəkmiş şəxs həmin MMC-nin təsisçisi və icraçı direktoru, Şahid1 isə maliyyə direktoru işləyir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 2024-cü ilin sentyabr ayının ikinci yarısında Bəhruz ona bildirmişdir ki, icraçı direktor Günay xanım ondan 289.000 manat pulu ABŞ dollarına çevirməsi üçün köməklik etməsini xahiş etmiş, özü də bu barədə tanışı Emil ilə danışıb, Emil isə ona söz verib ki, həmin 289.000 manat pulu bir gün ərzində ABŞ dollarına çevirib qaytaracaqdır. Bundan sonra Günay xanımın verdiyi 289.000 manat pulu Bəhruz işlədiyi MMC-nin ofisinin qarşısında Emilə vermiş, lakin Emil vədinə əməl etməyərək pulu geri qaytarmamışdır. Özünün işi MMC-də ödənişləri vaxtı-vaxtında etməyən problemli müştərilərlə söhbət edib müştərilərdə olan pulların MMC-yə ödənilməsinə köməklik göstərmək olduğu üçün Bəhruz ondan xahiş etmişdir ki, bu sahədə vətəndaşlarla ünsiyyət və kompromisə gəlməkdə təcrübəsi daha yaxşıdır, ona görə də, Emil ilə söhbətlərdə özü də iştirak etsin. Bundan sonra Bəhruzla birlikdə Emillə görüşmək üçün onun iş yerinə getmişdir. Emil işlədiyi Azərmaş MMC-nin ofisinin qarşısında onları qarşılamış, sonra yaxınlıqda yerləşən bir kafeyə getmişlər. Orada söhbət zamanı Emil söz vermişdir ki, sabah axşam ofisin qarşısına gəlib 20.000 ABŞ dolları pul verəcəkdir. Səhəri günü Emil ofisin qarşısına gəlib bildirmişdir ki, pul alınmamış, Günay xanımdan bir neçə gün də vaxt alsınlar. Bir neçə gün keçdikdən sonra Bəhruzla birlikdə yenə də Emilin iş yerinə getmiş, ofisdə söhbət zamanı Emil söz vermişdir ki, təxminən bir həftəyə pulu hissə-hissə verəcəkdir. Aradan xeyli vaxt keçdikdən sonra Emil yenə də pulu qaytarmadığı üçün özü, Bəhruz və Pərviz adlı şəxs birlikdə Emilin iş yerinə getmişlər. X8 ortaq tanışları idi. Hər dəfə olduğu kimi yenə də Emil onları ofisin qarşısında qarşılayıb ofisinə dəvət etmişdir. Həmin vaxt orada söhbət zamanı Emil yenə də söz vermişdir ki, bir neçə günə pulu qaytaracaq. Bundan sonra çıxıb getmişlər. Lakin, aradan xeyli vaxt keçməsinə baxmayaraq Emil pulu qaytarmamışdır. Həmçinin həmin ərəfədə Emil atası ilə birlikdə iş yerinə gəlmiş, həmin vaxt Emilin atası ağlayıb xahiş etmişdir ki, oğlu bir qələtdir edibdir, ona köməklik göstərilsin, biraz vaxt verilsin, pulu qaytaracaqlar. Həmin zaman Emil və atası təklif etmişlər ki, pulu qaytaranadək öz adlarına olan Chevrolet Captiva və Audi markalı avtomobilləri onlara versinlər. Bu barədə Bəhruzun vasitəsilə Günay xanıma demiş, onlar da qərarlaşdırmışlar ki, onsuzda pulu ala bilmirlər, ən azından təminat kimi avtomobilləri götürək bəlkə pulu qaytararlar. Belə oldu Emil və atası həmin avtomobilləri onun adma sənədləşdirmişlər. Audi markalı avtomobil lizinqdə olduğu üçün həmin avtomobillərdən Chevrolet Captiva markalı avtomobil satılmış və Audi markalı avtomobilin lizinqə olan borcunun bir hissəsi ödənilmiş, bir hissəsi isə özləri tərəfindən ödənilmişdir. Lakin, aradan xeyli vaxt keçməsinə baxmayaraq Emil pulu qaytarmadığı üçün Bəhruzgil onun barəsində şikayət etmişlər. Emilin guya Farizdən 187.000 manat pulu borc alması və ona hədə qorxu gəlinməsi ilə bağlı qeyd etdikləri yalandır. Belə ki, Şahid2 Günay xanımın həyat yoldaşıdır. Şahid2 Bergamo MMC-də hər hansı vəzifədə işləmir. Farizlə Emilin aralarında heç bir tanışlıqları olmadığı halda necə ola bilər ki, Fariz Emilə borc pul versin, bu çox absurddur. Eyni zamanda Emil ilə özünün iştirakı ilə olan söhbətlərin hamısında Emil 289.000 manat pulu ABŞ dollarına çevirmək üçün aldığım etiraf etmişdir. Emillə olan söhbətlərin heç birində istər özünün tərəfindən, istərsə də hər hansı bir şəxs tərəfindən ona hər hansı bir şəkildə hədə qorxu gəlinməmişdir. Həmçinin onun ofisində üzərinə tapança çıxarıb onu hədələməmişdir. Emil bu cür yalan məzmunlu ifadələr verməklə, bir şəkildə törətmiş olduğu cinayət əməlindən boyun qaçırmaq istəyir.
12. 17 sentyabr 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs 187.000 manat məbləğində borc verilmiş, Təqsirləndirilən şəxs həmin borcu 27 sentyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür (i.v.14).
13. Təqsirləndirilən şəxs oğli ilə Şahid2 üzləşdirilməsinə dair 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, həm təqsirləndirilən şəxs, həm də şahid biri-birilərinin üzünə qarşı ifadələrində göstərdikləri xüsusatları demişlər (i.v.106-109).
14. Təqsirləndirilən şəxs oğli ilə Şahid4 üzləşdirilməsinə dair 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, həm təqsirləndirilən şəxs, həm də şahid biri-birilərinin üzünə qarşı ifadələrində göstərdikləri xüsusatları demişlər (i.v.118-121).
Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü dəlillər:
15. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Günay xanımın rəhbərlik etdiyi şirkət üçün dəfələrlə pul köçürmələri həyata keçirmişdir. Belə ki, müdriyyət ona etimad etmişdir. Ona verilmiş ittiham üzrə özünü notariusda gedib aldığı 187000 manat hissəsində təqsirli bilir, digər məbləğlərə münasibətdə özünü təqsirli bilmir. O, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini naturada, yəni, iki maşın və bir mənzil verməklə bağlamışdır. Zərərçəkmiş şəxsə dəfələrlə ziyanı tam şəkildə ödəmək istəyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirsə də, iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid4 onun ofisinə gələrək üstünə tapança çıxartmaqla onu təhdid etmişlər. O, heç kimi aldatmamışdır. Sadəcə Farizdən borc götürmüşdür.
16. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs 187000 manat məbləğində pulu rəsmi müqavilə əsasında köçürdüyünü, əvvəllər də şirkət üçün 300000 manata yaxın miqdarda pulu köçürməsi etdiyini, zərərçəkmiş tərəfin onun pulları necə köçürdüyünü bildiyini, zərərçəkmiş şəxsin ona güvənib etimad edərək 187000 manat məbləğində pulu ona verdiyini, sözügedən məbləğin zərərçəkmiş şəxs tərəfindən ona borc müqaviləsi əsasında verildiyini, həmin pulun təyinatının ona bizneslə məşğul olmaq üçün dəstək olmaqdan ibarət olduğunu, satılan malların ehtiyat hissələrini xaricdən alıb azərbaycana konteynerləri ilə birlikdə gətirməklə şirkətə verdiyini, satılan hər bir mal üzrə öz faizini qazandığını, lakin həmin verilmiş məbləğin batdığını, zərərçəkmiş tərəfin əvvəllər ona bu qədər çox məbləğdə pul vermədiklərini, ilk dəfə olaraq ona yüksək məbləğdə borc verildiyini, əvvəllər verilmiş 60.000 ABŞ dolları miqdarında pulun borc müqaviləsi ilə verilmədiyini, pulların ona verilməsi ilə bağlı hər hansı qəbz imzalamadığını, əldə olunmuş razılığa görə ona verilmiş 187000 manat məbləğində pulu gəliri olduqda qaytarmalı olduğunu, müəyyən olunmuş tarixdə pulu qaytara bilməyəcəyini anladıqda gəlir əldə etməsə də, zərərçəkmiş tərəfə pulu qaytarmağa çalışdığını, əvvəllər təxminən 10 dəfə pul köçürmələrinin olduğunu, 3 ildir ki, zərərçəkmiş şəxsə məxsus şirkət üçün xidmət göstərdiyini, zərərçəkmiş tərəfin özünün ona pul köçürməsi həyata keçirməsini təklif etdiyini, bu fəaliyyətlə məşğul olacağı təqdirdə ona pul verəcəklərini bildirdiklərini, 187.000 manat pulu yalnız bizneslə bağlı olaraq götürdüyünü, Farizi Günayın yoldaşı olaraq tanıdığını, onunla yaxın münasibətlərinin olmadığını, 60.000 dolları nə vaxt aldığını xatırlamadığını, 60.000 dollar pulu aldıqdan iki gün sonra pulu geri qaytardığını, həyat yoldaşının xərçəng xəstəsi olub-olmaması ilə bağlı suala cavab vermək istəmədiyini bildirmişdir. Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
19. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
20. 3415 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü (X7) uşağı var (i.v.11).
21. “Şübhəli şəxsin tutulması haqqında” 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə, saat 17:00-da tutulmuşdur (i.v.52).
22. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.88- 92).
23. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.155-156).
24. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 1(101)-1170/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir.
25. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
26. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
27. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
28. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
29. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
32. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
33. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
34. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər;
35. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır;
36. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir;
37. 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər;
38. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər;
39. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
40. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
41. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü dələduzluq əməlində təqsirli bilməyərək kimisə aldatmaq niyyətinin olmadığını, zərərçəkmiş tərəfin ilkin olaraq verdiyi 102000 manat pulu birgə iş görmək üçün verdiyini, əvvəllər də dəfələrlə zərərçəkmiş tərəf üçün pul köçürmələri etdiyini və faiz aldığını, sonuncu dəfə verilmiş pulu iş görərkən batırdığını bildirsə də, məhkəmə onun dəlillərini işin faktiki halları və iş materiallarında olan sübutlarla uzlaşmayan dəlillər kimi qiymətləndirir.
42. Belə ki, təqsirləndirilən şəxs ifadəsində əvvəllər də dəfələrlə zərərçəkmiş tərəflə birgə iş gördüyünü iddia edərək məhkəmə iclasında azadlığa buraxılacağı halda həmin sübutları təqdim edə biləcəyini göstərsə də, məhkəmə tərəfindən uzun müddətdir ki, barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsinə baxmayaraq ötən uzun müddət ərzində bu faktı təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
43. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə şəxsi tanışlığı olmamışdır ki, belə olan halda zərərçəkmiş şəxsin mütəmadi olaraq iş gördüyü şəxsi indiyədək tanımaması, hər dəfə tanımadığı şəxsə külli miqdarda pulu etibar etməsi də inandırıcı və real deyildir.
44. Həmçinin, həm ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, həm də məhkəmə iclasında dindirilmiş çoxsaylı şahid ifadələri ilə təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər tam təkzib edilmişdir ki, bu da təqsirləndirilən şəxsin heç bir sübuta əsaslanmayan və digər sübutlarla təkzib olunan dəlilinin formal olaraq məsuliyyətdən yayınmaq naminə irəli sürülmüş dəlil olmasının göstəricisidir.
45. Bundan savayı, təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan ilkin izahatından da görünür ki, (cild 01; i.v.9-10) o, həmin izahatında Şahid1 ona verdiyi məbləğdən 60000 ABŞ dollarını qaytardığını, lakin qalan məbləği borclarına verdiyindən qaytara bilmədiyini göstərmiş və izahatının doğruluğunu təsdiq edərək imzalamışdır.
46. Məhkəmə iclasında təqsirləndirilən şəxs 187000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə deyil, Şahid2 ilə bağlanmış borc müqaviləsi əsasında əldə etdiyini bildirsə də, məhkəmə iclasında Şahid2 Təqsirləndirilən şəxs notariusda borc müqaviləsi bağlanan günədək tanmadığını, həmin gün ona borc vermədiyini, sadəcə Emilə daha öncə Şahid1 tərəfindən verilmiş həyat yoldaşına məxsus pulun qaytarılmasını təmin edə bilmək və Təqsirləndirilən şəxs borclu şəxs kimi ölkədən çıxmasının qarşısını almaq üçün onunla formal borc müqaviləsi bağladığını bildirmiş, məhkəmə iclasında verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs də notariusda borc müqaviləsi bağlananadək Şahid2 görmədiyini və tanımadığını bildirmişdir ki, bu da bir şəxsin tanımadığı digər şəxsə külli miqdarda borc verməsinin real olmamasına və Təqsirləndirilən şəxs formal olaraq bağlanmış borc müqaviləsinə sığınmasına dəlalət edir.
47. Belə ki, 289.000 manat məbləğində Zərərçəkmiş şəxs məxsus pulun Şahid1 tərəfindən Təqsirləndirilən şəxs verilməsi, sonradan həmin pulun ödənilməmiş hissəsinin qaytarılmasının və gələcəkdə qanuni yollarla həmin pulu tələb etməyin təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxsin həyat yoldaşı Şahid2 arasında formal borc müqaviləsinin bağlanması həm zərərçəkmiş şəxsin özünün iş materiallarında olan ifadəsi, həm də məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə isə həmin ifadələrin daha real və inandırıcı, o cümlədən, işin faktiki halları ilə uzlaşan ifadə olması qənaətinə gələrək təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrində səmimi olmaması qənaətindədir.
48. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
49. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
50. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş zərərin tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
51. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
52. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
53. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş zərərin tam ödənilməsini, özünün şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmadığını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir.
54. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzası sınaq müddəti ilə şərti hesab edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir.
55. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
56. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
57. İş üzrə mülki iddia, maddi sübut yoxdur.
58. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov