Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1171/2021 26.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İmaməddin oğlunun iştirakı ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Əli-Bayramlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, X2 küçəsi, ev 20, mənzil 25 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, istintaqa adı “Məmməd” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, daha sonra “Məmməd” adlı şəxs və qeyriləri istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 4709,573 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İİ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 2945,678 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında yerləşdirib bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin heroin və metamfetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin heroinin 1000 qramını və metamfetaminin 870 qramını üstündə saxlamaqla, qalan 3709,573 qram heroini beş ədəd sellofan bükümlərdə, 2075,678 qram metamfetamini üç ədəd sellofan bükümlərdə, səthində heroinin izləri olan iki ədəd elektron tərəzi və bir ədəd plastik qaşığı iki ədəd qara rəngli sellofan torbada və bir ədəd plastik qabda qablaşdırıb kirayə yaşadığı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal massivi, Əsəd Əhmədov küçəsi ev 101 nömrəli binanın 155-ci mənzilinə daşıyıb qanunsuz saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Yasamal rayonu ərazisində satışını təşkil etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 dekabr 2020-ci il tarixdə, saat 21:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sellofan torbanın içərisindən bir bükümdə külli miqdarda 1000 qram çəkidə kustar üsulla hazırlanmış heroin və bir bükümdə külli miqdarda 870 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal massivi, Əsəd Əhmədov küçəsi ev 101 nömrəli binanın 155-ci mənzilinə baxış keçirilərkən mənzilin giriş hissəsində yerləşən taxta dolabın içərisindən iki ədəd qara rəngli sellofan torbalarda və bir ədəd plastik qabda qablaşdırılmış halda üç ədəd bükümlərdə, külli miqdarda ümumi təmiz çəkisi 2075,678 qram olan, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə tərkibləri eynilik təşkil edən kustar üsulla hazırlanmış metamfetamin, beş ədəd bükümlərdə, külli miqdarda ümumi təmiz çəkisi 3709,573 qram olan və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinlə tərkibləri eynilik təşkil edən kustar üsulla hazırlanmış heroin, səthində heroinin izləri olan iki ədəd elektron tərəzi və bir ədəd plastik qaşıq aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 18 ildir ki, voleybol üzrə idman müəlliməsi işləmişdir və birinci dərəcəli respublika hakimi olmuşdur. Həyat yoldaşı narkotiklərlə bağlı həbsdə olduğundan, o, iki azyaşlı uşağına təkbaşına baxmaq məcburiyyətində qalmış, maddi imkanı çox aşağı olmuşdur. Həyat yoldaşı həbsdən çıxdıqdan təxminən 10 gün sonra onun özü tutulmuşdur. Belə ki, o, zibilliyin yanından plastik qabda narkotik vasitə tapmış və onu satmaq niyyəti ilə götürüb yaşadığı evdə saxlamışdır. Həmin narkotik vasitənin çəkisi 197 qram olmuşdur. 22 dekabr 2020-ci il tarixdə o, yenicə marketdən evə gəlmişdir ki, polis əməkdaşları evə basqın edərək onu polis idarəsinə aparmışlar. Həmin vaxt uşaqları da evdə olmuş və bütün bu prosesi görmüşlər. Polis idarəsində ona “narahat olma, yoldaşına xəbər edəcəyik, gəlib səni aparacaq” deyərək vədlər vermiş, yaxın saatlarda onu buraxacaqlarına inandıraraq tərtib edilmiş protokollara imza etdirmişlər, ona aidiyyəti olmayan narkotik vasitələri də ona yükləmişlər. Barəsində həbs qətimkan tədbiri seçilən gün həyəcanlı olduğu üçün məhkəmədə polis əməkdaşları tərəfindən aldadılaraq protokollara imza etdirildiyini deyə bilməmişdir. O, əldə etdiyi narkotik vasitənin az qismini satmış, bununla bağlı «WhatsApp» yazışmaları olmuşdur. O, heç bir İran vətəndaşı ilə yazışmamış, vədləşməmiş və onun göstərişi ilə narkotik vasitəni götürməmişdir. İdmançı olmasına baxmayaraq maddi imkanı olmamış, uşaqlarının adi ehtiyaclarını belə təmin edə bilməmiş, buna görə də bu cinayəti törətmişdir. O, özü heç vaxt narkotik maddələrdən istifadə etməmişdir. Qaçaqmalçılıq cinayətinin törədilməsinə isə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Bütün bu halların nəzərə alınaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin ona aidiyyəti olmayan hissəsi ilə bağlı cəzalandırılmamasını, yalnız həqiqətən törətdiyi əmələ görə ən yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istinaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 6- 7 ay olar ki, “İnstagram” ani mesajlaşma və mobil telefonda sosial şəbəkə tətbiqi olan istifadəçi profili ilə bir nəfər adı sonradan ona “Məmməd” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs də onun kimi həmin mobil telefon tətbiqindən istifadə edərək onunla ünsiyyətdə imiş. Ləqəbini “Maradona” kimi qeyd etmişdir. Bir müddət ünsiyyətdə olandan sonra ona məlum olmuşdur ki, həmin “Məmməd” adlı şəxs Bakı şəhərində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Beləliklə də ona təklif etmişdir ki, bu işdə pul müqabilində kömək etsin və bunun müqabilində ona pul verəcək. O da ərinin cəzaçəkmə müəssisəsində olduğunu, özünün faktiki olaraq işsiz olduğunu, övladlarına baxmaq üçün daimi maddi kömək lazım olduğunu nəzərə alıb “Məmməd”in təklifi ilə razılaşmışdır. Danışıqları belə olmuşdur ki, “Məmməd” onunla “İnstagram” sosial şəbəkə vasitəsilə ünsiyyət saxlayaraq ona qabaqcadan yerini bilmədiyi Bakı şəhərində gizlədilmiş içərisində müxtəlif növ narkotik vasitə və psixotrop maddələr olan bağlamanın harada olduğunu deyəcək və o, da həmin bağlamanı “Məmməd”in dediyi koordinatlarla tapıb götürüb yaşadığı evə aparıb gizlədərək sonuncunun ona dediyi vaxtlarda həmin maddələrdən lazım olan miqdarda elektron tərəzidə çəkərək “Məmməd”in ona sonradan dediyi yerə aparıb tullayacaq və bunun müqabilində “Məmməd” ona hər dəfə 200-300 manat arası pul verəcək. Qeyd etdiyi məsələ bu ilin oktyabr ayında baş vermişdir. “Məmməd” adlı şəxsin tapşırığı ilə o, həmin ərəfədə Bakı şəhəri “Bayıl” deyilən yerdə yerləşən “Araz” marketin yaxınlığında həmin şəxsin ona göndərdiyi şəkillə koordinatlarını müəyyən etdiyi yerdən içərisində narkotik vasitə və psixotrop maddələr olan bir ədəd bağlamanı götürüb yaşadığı evə aparmışdır. O, cəmi 1 dəfə “Məmməd”in ona dediyi bağlamanı götürüb evinə aparıb dediyi kimi hissələrə bölməklə sonradan bildirilən yerlərə aparıb gizlətmişdir. Ümumilikdə də 1000-1200 manata yaxın pul qazanmışdır. Qeyd etmiş ki, ödənişi “Məmməd” ona nağd pul vasitəsilə dediyi kimi evdə ayırıb çəkərək qablaşdırdığı maddələri deyilən yerə qoyan zaman həmin danışılan pulu onun üçün gizlədildiyindən oradan götürürmüş. Bildirmiş ki, “Məmməd”in ona göndərdiyi bağlamada olan narkotik maddələrdən təxminən 5 dəfə “Məmmədin” tapşırığı ilə dediyi növdə olan maddə, yəni “kokos” yaxud “kola” kimi tanınan heroin və yaxud da “şüşə” kimi tanınan metamfetamin adlı maddəni plastik qaşıq vasitəsilə ümumi kütlədən lazım olan qədər ayırıb elektron tərəzi vasitəsilə çəkərək qablaşdırmış və Bakı şəhəri Yasamal rayonu 77 saylı maşrut avtobusunun son dayanacağı tərəfdə fəaliyyət göstərən “Flamingo” marketin yaxınlığında olan zibil qutularının içərisində gizlətmiş və bunun müqabilində pul əldə etmişdir. Sonuncu dəfə isə, yəni 22 dekabr 2020-ci il tarixdə “Məmməd” onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq götürdüyü bağlamanın içərisində olan maddələrdən bir kiloqram heroin və 870 qram metamfetamin çəkib iki ədəd ayrı bükümlərə qoymasını və həmin iki ədəd bükümü həmişə olduğu kimi yuxarıda qeyd etdiyi yerə aparıb qoymasını bildirmişdir. O da deyilən kimi edib həmin maddələri lazım olan qədər elektron tərəzidə çəkib bükümlərə qablaşdırıb bir ədəd tünd rəngli sellofan torbaya qoyub əlində tutaraq evdən bayıra çıxmışdır ki, bükümləri deyiləcək yerə atıb geri qayıtsın. Lakin yaşadığı ünvandan bir qədər uzaqlaşmışdır ki, həyətdə ona bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib Baş İdarəyə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu və həmin məlumat əsasında barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qəbul edildiyini bildirmişlər. Bundan sonra onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, sağ əlində tutduğu içərisində ayrı bükümlərdə olan heroin və metamfetamin olan qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərə baxılmış, birinin içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik maddə, digərinin içərisində isə ağ kristal formalı maddənin olması aşkar edilmişdir. Bundan başqa o, əynindəki gödəkçənin sol yan cibindən özünə məxsus olan “Samsung” markalı mobil telefon, özünə məxsus olan şəxsiyyət vəsiqəsi, yaşadığı mənzilə aid olan bir ədəd açarı və 52 manat məbləğində nağd pulu təqdim etmişdir. Həmin bükümlər tərəziyə qoyularaq çəkildi, içərisində metamfetamin olan bükümün çəkisi 875 qram, heroin olan bükümün çəkisi isə 1 kq 89 qram olması müəyyən edildikdən sonra həmin maddələr içi boş olan, ağ rəngli zərfə qoyulmuş, möhürləndikdən sonra o, həmin zərfin üzərini imzalamışdır. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonu və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Evin açarı isə özünə qaytarılmışdır. Bundan sonra üzərinə keçirilən axtarış zamanı qanunsuz hər hansı maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, həmin bükümləri “Məmməd” adlı şəxsin ona dediyi yerdən götürüb evdə saxlayaraq sonradan lazım olan yerə qoymaqla pul əldə etdiyini, yaşadığı ünvanda da qeyd edilən maddələrdən olduğunu bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Bundan sonra o, ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar həmin ünvana yollanmışlar. Orada videoçəkilişlə mənzilə baxış keçirilmiş və ona təklif etmişlər ki, həmin maddələrin olduğu yeri göstərsin və o, mənzilin giriş hissəsində yerləşən boz rəngli dolabın içərisindən iki ədəd sellofan bağlama və bir ədəd plastik qabı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbalar və plastik qab bir-bir açılaraq içərisinə baxış keçirilmişdir. Beləliklə də, sellofan torbaların birində nisbətən böyük ölçülü elektron tərəzi, içərisində heroin olan bir ədəd şəffaf sellofan bükülü və içərisində metamfetamin olan bir ədəd şəffaf sellofan büküm, digər sellofan torbanın içərisindən iki ədəd içərisində heroin olan şəffaf sellofan büküm və bir ədəd şəffaf sellofan bükümdə metamfetamin, plastik qab açıldıqda isə içərisində iki ədəd şəffaf sellofan bükümdə heroin, bir ədəd şəffaf sellofan bükümdə metamfetamin, bir ədəd kiçik ölçülü elektron tərəzi və bir ədəd plastik qaşıq aşkarlanmışdır. Həmin maddələr ayrıca olaraq elektron tərəzi ilə çəkilərək götürülüb qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə o, bu barədə izahat vermişdir (cild 1, iş vərəqə 81-84). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 22 dekabr 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 22 dekabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 21:00 radələrində ünvan 5 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Daha sonra ona müdafiəçi təqdim edilmiş, barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli sellofan torbanın içində olan bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, bir bükümdə ağ rəngli kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər maddələr, daha sonra gödəkçəsinin sol yan cibindən bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd açar və nağd pul əsginazlarını təqdim etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərinə dəvət olunmuş qadın tərəfindən şəxsi axtarış keçirilmiş, lakin iş üçün əhəmiyət kəsb edən hal aşkar edilməmişdir. Təqdim olunan iki ədəd bükümlərə keçirilən baxışdan sonra həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyulmaqla çəkilmiş, kristal şəkilli maddənin çəkisi 875 qram, qəhvəyi rəngli maddənin çəkisi isə 1 kiloqram 89 qram olduğu müəyyən edilmişdir. Aşkarlanmış həmin maddələr bir ədəd zərfin içərisinə qoyularaq üzərində qeydiyyat aparılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr onun özünə məxsusdur, “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Maradona” ləqəbli iranlının vasitəsilə ona deyilən yerdən götürüb əldə etmiş, sonradan ona deyiləcək ünvanlara çatdıracağını, buna görə pul aldığını, həmin maddələrdən istifadə etmədiyini, bundan da əlavə yaşadığı evdə də bu kimi maddələr saxladığını və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Buna görə həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda yerləşən 155 saylı mənzilə videoçəkiliş ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif edilmiş, o, mənzilin girişində yerləşən boz rəngli taxta dolabın içindən iki ədəd qara rəngli sellofan torba və bir ədəd şəffaf rəngli dörd bucaqlı plastik qabı çıxarıb təqdim etmişdir. Təqdim olunan sellofan torbalar və plastik qaba baxış keçirilməyə başlanılmışdır. Sellofan torbanın birindən iri ölçülü elektron tərəzi, bir ədəd şəffaf sellofanda tünd qəhvəyi rəngli heroinə bənzər maddə kütləsi və bir ədəd şəffaf sellofan torbada ağ rəngli kristal formalı metamfetaminə bənzər maddə kütləsi aşkar edilmişdir. Daha sonra ikinci qara rəngli sellofan torba açıldıqda içərisindən bir ədəd şəffaf sellofan torbada ağ rəngli kristal formalı metamfetaminə bənzər maddə və iki ədəd şəffaf sellofan torbada tünd qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra dördkünc formalı şəffaf plastik qab açılaraq içindəkilərə baxış keçirilmişdir. İçərisindən iki ədəd şəffaf sellofan torbalarda tünd qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd şəffaf sellofan torbada ağ rəngli kristal formalı metamfetaminə bənzər maddə, bir ədəd plastik qaşıq və bir ədəd kiçik ölçülü elektron tərəzi aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş maddələr elektron tərəziyə qoyularaq çəkilmiş və məlum olmuşdur ki, içərisində ağ rəngli kristal şəkilli metamfetaminə bənzər maddə olan üç ədəd şəffaf sellofan torbaların çəkisi 2 kiloqram 97 qram, beş ədəd şəffaf sellofan torbalarda olan heroinə bənzər tünd qəhvəyi rəngli maddələr 3 kiloqram 744 qramdır. Həmin maddələr, iki ədəd elektron tərəzi və bir ədəd plastik qaşıq aşkar edildikləri qara rəngli sellofan torbaya qoyulduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs mənzildə başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra isə mənzildə saxlanması ehtimal edilən digər maddələri aşkar etmək məqsədi ilə mənzilə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyətli heç bir əlavə maddə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs həmin maddələrin “Maradona” ləqəbli, sosial şəbəkədə tanış olduğu iranlı şəxsin dediyi yerdən götürərək evə gətirdiyini və ona deyiləcək ünvanlara çatdırmaqla pul əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 161-164). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 22 dekabr 2020-ci il tarixdə axşam saat 10 radələrində o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin yaxınlarından keçən zaman ona özlərini həmin İdarədə işləyən polis əməkdaşları kimi təqdim edib mülki geyimdə olan şəxslər yaxınlaşmışlar və İdarədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan bir nəfər qadının saxlanıldığını və üzərinə keçiriləcək şəxsi axtarışda eyni cinsdən olan şəxs qismində iştirak etməsini xahiş etmişlər. O, həmin şəxslərə razılığını bildirəndən sonra onlar Baş İdarənin İnzibati Binasında otaqlarının birinə keçmişlər, orada əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı qadın və onun vəkili ona təqdim olunmuşdur. Həmin vaxt Pərvinə hüquqları izah olunmuş və üzərinə keçiriləcək şəxsi axtarışın videogörüntü ilə olacağı barədə xəbərdarlıq edilmiş və Pərvin buna etiraz etməmişdir. Polis əməkdaşlarından biri bütün prosesi videokamera vasitəsi ilə çəkmişdir. Bundan sonra Pərvinə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs bir ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torba açıldıqda içərisində ağ rəngli kristal formalı maddələr olan, digərində isə tünd qəhvəyi rəngli tozşəkilli maddənin olduğu iki ədəd şəffaf sellofan torbaların olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, nağd pul və bir ədəd açar çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində hər hansı əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra onun tərəfindən Pərvinin əlavə olaraq üst-başı, paltarlarında olan bütün cibləri yoxlanılmış, lakin heç nə aşkarlanmamışdır. Daha sonra isə Pərvinin təqdim etmiş olduğu qara rəngli sellofandan aşkarlanmış iki ədəd bükümlər elektron tərəzinin üzərinə qoyulmaqla çəkilmiş və bundan sonra həmin bükümlər həmin qara rəngli sellofan torbanın içinə qoyularaq üzərində qeydiyyat aparılmış və onlar hamısı imzalamışlar. Pərvinin üzərindən aşkarlanmış nağd pul və açarlar özünə qaytarılmış, mobil telefonu ilə şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra Pərvin bildirmişdir ki, həmin maddələri “İnstagram” sosial şəbəkədə tanış olduğu iranlının ona bildirdiyi yerdən götürüb yaşadığı evə apardığını və sonradan həmin şəxsin ona dediyi vaxtlarda həmin maddələrdən müəyyən qədər ayırıb deyilən ünvanlara aparmaqla pul əldə etmişdir. Bundan başqa, yaşadığı evdə də həmin maddələrdən olduğunu və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və onlar hamısı həmin protokola imza etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Şahid1 və Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 272-277, 278-284, 285-290). Məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2020-ci il tarixli 6/2772 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. qeydlər olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 870 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, tərkibinə görə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 1000 qram olan qəhvəyi rəngli maddə kütləsi tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş..." və s. qeydlər olan bağlamadakı 3 ədəd bükümlərdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 1060 qr, 970 qr, 45,678 qr, ümumi təmiz çəkisi 2075,678 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin bağlamadakı 5 ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmzi çəkisi 1335 qr, 1115 qr, 1080 qr, 110,836 qr, 68,737 qr, ümumi təmiz çəkisi 3709,573 qram olan qəhvəyi rəngli maddə kütlələri, eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 ədəd elektron tərəzidə və bir ədəd plastik qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi qeyd edilən heroin və metamfetaminlə yaşadığı evindən aşkar olunması qeyd edilən heroin və metamfetaminlər tərkiblərinə görə eynidir. Ekspert tədqiqatına cəmi 0,25 qram heroin, cəmi 0,2 qram metamfetamin sərf edilmişdir. Ekspert tədqiqatından sonra 1 büküm bağlamada heroinin qalıq çəkisi 999,9 qram, 5 büküm bağlamada heroinin qalıq çəkisi 3709,423 qram, 1 büküm bağlamada metamfetaminin qalıq çəkisi 869,9 qram, 3 büküm bağlamada metamfetaminin qalıq çəkisi 2075,578 qram təşkil etmişdir. (cild 1, iş vərəqə 47-52). X3 Tibbi Yoxlamanın 08 fevral 2021-ci il tarixli 391 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 169-170). Şəxsi axtarış və götürmə aparılması haqqında 22 dekabr 2020-ci il tarixli protokoldan və şəxsi axtarış keçirilməsinin görüntüsü olan diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 dekabr 2020-ci il tarixdə saat 21:00-da ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli sellofan torbanın içindən bir ədəd bükümdə 1000 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 870 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 31-34). Mənzilə baxış keçirilməsi və götürmə haqqında 22 dekabr 2020-ci il tarixli protokoldan və baxış keçirilməsinin görüntüsü olan diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 saylı ünvanda yerləşən mənzilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin mənzilin girişində yerləşən boz rəngli taxta dolabın içindən çıxarıb təqdim etdiyi içərisində ayrılıqda 1060 qram, 970 qram və 45,678 qram çəkidə psixotrop maddə metamfetamin və ayrılıqda 1335 qram, 115 qram, 1080 qram, 110,836 qram, 68,737 qram çəkidə narkotik vasitə heroin, iki ədəd elektron tərəzi və bir ədəd plastik qaşıq olan iki ədəd qara rəngli sellofan torba və bir ədəd şəffaf rəngli plastik qab aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 37-40). Mobil telefon aparatına baxış keçirilməsi haqqında 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan «Samsung» markalı, «A7» modelli mobil telefon aparatı üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin mobil rabitə şirkətinə məxsus olan ***-***-**-** saylı mobil GSM nömrəsi vardır. Mobil telefon aparatının “SMS” qovluğuna keçirilmiş baxış zamanı müxtəlif yazışmaların olması müəyyən olunmuş, o cümlədən, adı “Arzu” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrənin istifadəçisi arasında yazışmasının olması müəyyən olunmuşdur. Belə ki, həmin şəxs Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdə saat 15:51-də müraciət edərək: “SALAM BACİ. ZENG VURDUM CAVAB VERMEDİN. MENİM TLF OGURLAYİBLAR MAGAZADA KURTKAMİN CİBİNDEN QALMİSHAM TLF-SUZ 3 GUNDUR. BACİ BU ADAMİN REHMETE GEDENİ VAR XACHMAZDADİR, BİRİGUN GELECEK İNSHALLAH. BACİ MEN GELMEK İSTEYİRDİM İNDİ ASKA UCHUN YETİMİN VEZİYYETİ PİSDİR, 3 YARİM KOLA İSTEYİRDİM GOTUREM AMMA SENİN KOLANDAN EGER İMKAN VARSA” sözlərini yazmışdır. Mobil telefonun “Google Chrome” internet brauzer tətbiqinə keçirilmiş baxış zamanı “Tarixçə” qovluğundan bir çox internet səhifələrdən istifadə etmə halları, o cümlədən də, çoxlu sayda “İnstagram” sosial şəbəkəsinin brauzer versiyasından istifadə halları müəyyən olunmuşdur. Mobil telefonun “Kontaktlar” qovluğuna keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən, habelə İran İslam Respublikasına məxsus olan hərhansı nömrə müəyyən edilməmişdir. Daha sonra mobil telefon aparatına yüklənmiş “WhatsApp” sosial şəbəkə tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə “X8” kimi qeydiyyatdan keçmiş istifadəçi profili vasitəsilə aparılmış danışıqlara baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs ilə həmin sosial şəbəkədə qeydiyyatdan keçmiş bir çox şəxsin arasında yazışmaların olması müəyyən olunmuşdur. ***-***-**-** saylı nömrə ilə “Arzu” adı ilə qeydiyyatdan keçmiş istifadəçi arasında yazılı və səsli yazışmalara baxış keçirilən zaman Təqsirləndirilən şəxs “Arzu” adlı kontakta 03 dekabr 2020-ci il tarixdə səsli mesaj göndərərək “ARZU BAŞİVA DÖNƏRƏM BAX BU MƏNİM NÖMRƏMDİR.NƏTƏR DEYİR YA AĞDİR YA QARADİR MƏNƏ DEYƏRSƏN” sözlərini yazmışdır. Həmin kontakt 04 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cavab olaraq “QARANİ BƏYƏNDİLƏR, DEDİLƏR YAXŞİDİR AMMA GÖTÜRDÜYÜM 5 DƏNƏ QARA ÇƏKİDƏ TƏMİZ 5 OLMAYİBMİŞ O DA CÜRÜYÜN BİRİDİR İNAN ALLAHA. BACİ BİR SÖZLƏ 03 ƏSKİKİ İMİŞ. MƏN DƏ ASKA ÜÇÜN VERDİYİM O PROBUN ÜSTÜNDƏN GÖTÜRDÜM DÜZƏLTDİM ÜSTÜNÜ VERDİM ONA” sözlərini yazmışdır. Təqsirləndirilən şəxs da buna cavab olaraq “BES AĞİ BEYENMEDİLER?” sözlərini yazmışdır. 10 dekabr 2020-ci il tarixdə həmin kontakt Təqsirləndirilən şəxs “GƏLİRƏM 5 DƏNƏ QARA SULU KOLADAN HAZİRLA 1 DƏNƏDƏ PATİ...UZAĞİ 30 DƏQİQƏYƏ SİZDƏYƏM ALLAH QOYSA..O QİZİN QARA KOLASİNDAN QALİB?” sözlərinə Təqsirləndirilən şəxs “YAXŞİ..DEYƏSƏN 2 DƏNƏ” cavabı vermiş, daha sonra isə “ARZU GÖR NƏ DEYİRƏM...ƏGƏR BİLSƏM Kİ ÇOX GÖTÜRSƏN, BİR 50-60 DƏNƏ GÖTÜRSƏN 16- DAN YERİ VAR..ELƏ BİL Kİ O ÖZÜ DEYİR Kİ, MİSALÇUN ÇOX GÖTÜRÜLSƏ 100 QRAMA KİMİ GÖTÜRSƏN 16-DAN, 15-DƏN MAYA DƏYƏRİNƏ VERMƏK OLAR, ÇÜNKİ ONA PUL LAZİMDİR. 100 QRAMİ 15-DƏN ALA BİLƏRƏM ONDAN” səsli mesaj göndərmişdir. Arzu da buna cavab olaraq “GÖZLƏ BACİ MARAQLANİM DEYİRƏM” sözlərini yazmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs “Arzu” adlı kontakta “ARZU YƏQİN Kİ SULUYA GƏLƏCƏKSƏN AND OLSUN ALLAHA BİR AZ ÇOXA GƏLSƏN BACİN BİR DƏNƏ SƏNƏ PAY VERƏCƏK. BİR AZ FƏRİD ÜÇÜN PULU ÇOX XƏRCLƏMİŞƏM NƏTƏR BU DƏQİQƏ 500-600-700 MANATA EHTİYACİM VAR..” səsli mesaj yazmışdır. “Arzu” adlı istifadəçi də buna cavab olaraq “HƏ SULU ÜÇÜN GƏLƏCƏM...BİRAZDAN GƏLƏCƏM ALLAH QOYSA..AXŞAM YƏQİN Kİ YENƏ GƏLƏRƏM..ELƏ BİL Kİ 80-90% YENƏ GƏLƏCƏM..İNAN Kİ ELƏ İSTƏYİRƏM Kİ ÇOX OLSUN, SƏNİN ÜÇÜN DƏ YAXŞİ OLSUN, MƏNİM ÜÇÜN DƏ..O 50 DƏNƏNİ DƏ DEMİŞƏM...İNŞALLAH ALİNAR..SƏNİN DƏ İŞİN DÜZƏLƏR, MƏNİM DƏ İŞİM DÜZƏLƏR..BU ELƏ ŞEYDİR Kİ PƏRVİN SƏN ÖZÜN DƏ BİLİRSƏN DƏ HƏR KƏSƏ DEMƏK OLMUR..2 NƏFƏR OLSUN SALAMAT ADAM OLSUN..GƏLƏCƏM BACİ SƏHƏR DƏ GƏLƏCƏM..5 DƏNƏ GÖTÜRMƏYƏCƏM DƏ UJE SƏHƏR 10-15 DƏNƏ GÖTÜRƏCƏM” səsli mesaj yazmışdır. Təqsirləndirilən şəxs buna cavab olaraq “SƏNƏ NƏ VAXT LAZİM OLDU MƏNƏ DE HAZİRLAYİM MƏNƏ DƏY GET” səsli mesaj göndərmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs “Arzu” adlı istifadəçiyə “GÖR NƏ DEYİRƏM ÖZ QARAMİ İNDİ ATACAM QURUYACAQ..NARAHAT OLMA YİYƏSİNƏ DEMİŞƏM DEDİ AT QURUT..ONSUZDA SƏN MƏNDƏKİ QARAYA GƏLİRSƏN TEZ-TEZ, AĞA GƏLMİRSƏNKİ.. AĞİ DA Kİ ELƏ BİL ONUN İSTƏDİYİ ADAMLARA VERƏCƏM ÇİXİB GEDƏCƏK” səsli mesaj göndərmişdir. 13 dekabr 2020-ci il tarixdə həmin istifadəçi Təqsirləndirilən şəxs “BACİ YOLDAYAM GƏLİRƏM 5 DƏNƏ KOLA 2 DƏNƏ PAYİ HAZİ HAZİRLA SƏNƏ QURBAN 10 SƏNƏDƏ AYRİ KOLA 1 DƏNƏ PAYİ HAZİRLA” sözlərini yazmış, o da cavab olaraq “OPSİ BACİ 15 K 3 P HƏ” yazmışdır. 14 dekabr 2020-ci il tarixdə “Arzu” adlı kontakt Təqsirləndirilən şəxs “BACİ 4 YARİM KOLA AYRİ HAZİRLA 2 DƏNƏ PAYİ HAZİRLA 7 DƏNƏ KOLA AYRİ HAZİRLA 2 DƏNƏDƏ AYRİ KOLA HAZİRLA..ÇATİRAM BACİ 4-5 DƏQİQƏYƏ SİZDƏYƏM” sözlərini yazmışdır. 16 dekabr 2020-ci il tarixdə “Arzu” adlı kontakt Təqsirləndirilən şəxs “BACİ SƏHƏR ALLAH QOYSA SAAT 9 CUN GƏLSƏM OLAR? SƏNƏ İNDİDƏN DEYİM DƏ NƏ GÖTÜRƏCƏM SƏHƏR..5 KOLA 1 PATİ AYRİ, 5 KOLA 1 PATİ AYRİ..YAXŞİ? YANİ OBŞİ 10 DƏNƏ KOLA 2 DƏNƏ PATİ..YANİ AYRİ BÜKÜMLƏRDƏ OLACAQ” səsli mesaj yazmışdır. 18 dekabr 2020-ci il tarixdə həmin kontakt Təqsirləndirilən şəxs “.....SƏNƏ DEYİM HAZİRLA BACİ 10 DƏNƏ QİZİN KOLASİNDAN, 1 DƏNƏ PATİ. BACİ BU DEYİRKİ PATİ TOZ KİMİDİR DAŞ OLSA DAHA YAXŞİ OLAR. BACİ SƏNƏ QURBAN İMKAN VARSA DAŞ QOY ONUN ÜÇÜN. 10 DƏNƏ DƏ AYRİ KOLA 1 DƏNƏ YARİM PATİ. 1 DƏNƏ DƏ SULU QARA KOLADAN QOY” sözlərini yazmışdır. Qeyd olunanlardan əlavə, ***-***-**-** saylı nömrə ilə “Arzu” adı ilə qeydiyyatdan keçmiş istifadəçi arasında yazılı və səsli yazışmalara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs “Arzu” adlı kontakta 04 dekabr 2020-ci il tarixdə səsli mesaj göndərərək “ARZU..ONDA AĞ DA XOŞLARİNA GƏLDİ QARA DA BELƏ NƏ DEYİR İKİSİNDƏN DƏ GÖTÜRƏCƏK? İKİSİNDƏN DƏ XOŞU GƏLİBSƏ LAP YAXŞİ.HACAN İSTƏYİR GÖTÜRSÜN” sözlərini yazmış, “Arzu” adlı kontakt da ona cavab olaraq “HƏ BACİ HƏ XOŞUNA GƏLİB İNDİ MƏNƏ DEYƏCƏK NƏ QƏDƏR NƏDİ..AXŞAM.. YAXŞİ?” bildirməsi müəyyən edilmişdir. Bundan başqa, mobil telefon cihazının daxili yaddaşında olan məlumatlara keçirilən baxış zamanı “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərilmiş şəkillər qovluğunda bir ədəd açıq vəziyyətdə olan şəffaf sellofan bükükün içərisində tünd qəhvəyi rəngli qum şəkilli narkotik vasitə heroinə bənzər maddənin, bir ədəd açıq vəziyyətdə olan şəffaf sellofan bükümdə içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin, daha sonra ayrılıqda 492,57 qram, 25,21 qram, 33,20 qram və 47,74 qram çəkilərdə içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələrin olduğu bükümlərin elektron tərəzinin üzərinə qoymaqla çəkilmiş şəkilləri müəyyən edilmişdir (cild 1, iş vərəqə 145-156). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İAMAS-dan götürülmüş MAPSuçot xəritəsinə baxış keçirilməsi haqqında 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ümumvətəndaş pasportu almaq məqsədi ilə müraciət etməmiş, Təqsirləndirilən şəxs tərəfindən ölkə hüdudlarını tərk edilməsi halı müəyyən edilməmişdir (cild 1, iş vərəqə 135). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 13 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 246-247). Şirvan şəhər icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 127). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17 yanvar 2017-ci il və 05 aprel 2009-cu il təvəllüdlü iki azyaşlı uşaqları var (cild 1, iş vərəqə 136, 137) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 117). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxs naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 4709,573 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 2945,678 qram psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında yerləşdirib bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinin 1000 qramını və psixotrop maddə olan metamfetaminin 870 qramını üstündə saxlamaqla, qalan 3709,573 qram çəkidə heroini beş ədəd sellofan bükümlərdə, 2075,678 qram çəkidə metamfetamini üç ədəd sellofan bükümlərdə, səthində narkotik vasitə olan heroinin izləri olan iki ədəd elektron tərəzi və bir ədəd plastik qaşığı iki ədəd qara rəngli sellofan torbada və bir ədəd plastik qabda qablaşdırıb yaşadığı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal massivi, Əsəd Əhmədov küçəsi ev 101 nömrəli binanın 155-ci mənzilinə daşıyıb qanunsuz saxlamışdır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxs və qeyriləri istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda təmiz çəkisi 4709,573 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda təmiz çəkisi 2945,678 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında yerləşdirib bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs məlumat verdikdən sonra” Təqsirləndirilən şəxs onları həmin yerdən götürmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əslində bütövlükdə satışın təşkili ilə bağlı da hər hansı razılaşma əldə etməmişdir, onun razılaşması yalnız telefonla veriləcək təlimatdan sonra narkotik vasitəni və psixotrop maddələri bəlli bir yerə aparıb çatdırmaqdan – satışda yalnız bu funksiyanı həyata keçirməklə iştirak etməkdən ibarət olmuşdur. Narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığına gətirib konkret yerlərə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi xaric edilməli, o məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinin ondan yalnız 97 qram metamfetamin və 100 qram heroin aşkar edilməsinə, yerdə qalan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmamasına dair hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 dekabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır ( iş vərəqə 22, 92-97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertizadan sonra qalıq çəkisi 1 büküm bağlamada 999,9 qram təşkil edən heroin, 5 büküm bağlamada 3709,423 qram təşkil edən heroin, 1 büküm bağlamada 869,9 qram təşkil edən metamfetamin, 3 büküm bağlamada 2075,578 qram təşkil edən metamfetamin, iki ədəd elektron tərəzi, bir ədəd plastik qaşıq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 108 (bir yüz səkkiz) manat 46 (qırx altı ) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47,336). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ümumilikdə cəmi qalıq çəkisi 4709,323 qram təşkil edən heroin və ümumilikdə cəmi qalıq çəkisi 2945,478 qram təşkil edən metamfetamin (qalıq çəkisi 1 büküm bağlamada 999,9 qram olan heroin, 5 büküm bağlamada qalıq çəkisi cəmi 3709,423 qram olan heroin, qalıq çəkisi 1 büküm bağlamada 869,9 qram olan metamfetamin, 3 büküm bağlamada cəmi qalıq çəkisi 2075,578 qram olan metamfetamin) məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd elektron tərəzi, bir ədəd plastik qaşıq məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 108 (bir yüz səkkiz) manat 46 (qırx altı ) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1171/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1171/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver