Məhkəmə qərarları › İş №1(101)-1171/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1171/2023

28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1171/2023 28.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il təvəllüdlü, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs digər şəxsi qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş, həmçinin qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs 28 oktyabr 2022-ci il tarixdən etibarən müxtəlif vaxtlarda telefon vasitəsilə ona zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib həmin məsələyə birdəfəlik son qoyulması üçün israrla onu görüşə dəvət etməsi zəminində aralarında yaranmış ziddiyyətli münasibətlə əlaqədar həmin məsələni aydınlaşdırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə şəxsən görüşmək qərarına gəlib 09 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində idarə etdiyi “Niva” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci km, 4 ünvanında yerləşən mağazaya gəlib bir ədəd ümumi təyinatlı, istifadəyə yararlı və deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilən qatlanmayan tipli bıçağı qanunsuz əldə edib üzərində gəzdirərək, həmin avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanının qarşısına gəlib, sonuncu ilə telefonla əlaqə saxlayaraq onunla qeyd edilən ünvanda görüşmüş, Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşdikdən sonra avtomobili idarə edib Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Kənar dairəvi yolun 14-cü kilometrliyindəki dairədən Yasamal rayonu istiqamətində geri qayıdarkən həmin yolun 8-ci kilometrliyində Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsinə, onu “üzdən iraq” olması ilə ittiham edərək bu barədə danışan şəxsləri susdurmaq üçün 3.000 manat məbləğində pul tələb etməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə qabaqcadan əldə edib üzərində gəzdirdiyi soyuq silah olan bıçaqla sonuncunun kəskin daxili və xarici qanitirmə nəticəsində ölümünə səbəb olan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik ürəyin qalxan aortasının deşilmiş kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİİ-İV qabırğalar proyeksiyasının bir ədəd, sağ, ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthinin Vİİİ-İX qabırğalar proyeksiyasının bir ədəd, sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarətləri, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin arxa səthinin sol kürək sümük proyeksiyasının bir ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasında bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthində bir ədəd, onurğa sütunu nahiyəsinin bel şöbəsi proyeksiyasında iki ədəd, sağ çiyinüstü nahiyədə bir ədəd, sağ bazu nahiyəsinin aşağı 1/3-nin ön səthində bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində V-Vİ qabırğalar proyeksiyasında bir ədəd, sağ çiyin qurşağı nahiyəsinin ön səthində bir ədəd, sol körpücük sümük proyeksiyasında bir ədəd, sağ said nahiyəsinin yuxarı 1/3-nin arxa səthində bir ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən başın alın nahiyəsinin səthi əzilmiş yarası və sıyrığı, burun kökünün üst səthinin, burunun üst uc səthinin, sağ gözaltı nahiyənin və sağ gicgah nahiyəsinin sıyrıqları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş, həmçinin qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Yasamalda eyni həyətdə böyümüş, əvvəllər aralarında hər hansı ədavət olmamışdır. Zərərçəkmiş şəxs qardaşına zəng vuraraq onu soruşmuş, üzərindən 3-4 gün keçdikdən sonra zərərçəkmiş şəxsə özü zəng vuraraq onunla görüşmüşdür. Həmin hadisədən sonra bağladığı telefonu 5-6 gün açarkən zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr və sözlər söylədiyini görmüşdür. Hadisə baş verdiyi gün yenidən onunla danışaraq görüşmüş, danışdığı zaman zərərçəkmiş şəxs ona söhbəti yayan şəxslə görüşdürəcəyini bildirməklə “dolu” gəlməsini məsləhət görmüşdür. Hadisə zamanı zərərçəkmiş şəxs ona “dolu” gəl deməsəydi, o, bıçaq almayacaqdı çünki o, əvvəllər üzərində bıçaq gəzdirməmişdir. Zərərçəkmiş şəxsi öz idarə etdiyi avtomobillə götürərəkən sonuncunun başmaqla olduğunu görüb, başmaqla söhbətə gedilmədiyini bildirmiş, zərərçəkmiş şəxs maşını sürərək həyətdən çıxmalarını xahiş emişdir. Yolda olarkən zərərçəkmiş onun haqqında xoşagəlməz söhbətlər yayıldığını söyləsə də həmin söhbətləri edən şəxsin kim olduğunu bildirməmişdir. Barəsində belə söhbətləri yayan şəxslə onu görüşdürməsini təkid etdikdə isə zərərçəkmiş şəxs həmin şəxsin nömrəsinin onda olmadığını, yaxın zamanda onunla görüşəcəyini qeyd etmişdir. Yenidən sözü gedən şəxsi üzə çıxarmamış, həmin şəxsin 6 min manat pula ehtiyacı olduğunu, 3 min manatının hazır olduğunu, digər 3 min manatının isə çatışmadığını bildirmişdir. Bu məsələni həll etmədiyi təqdirdə iştirak etdiyi toyda qarşısına çıxaraq bu söhbəti davam edəcəklərini, belə hadisələrin əvvəllər də baş verdiyini, pul verməyən şəxsin sonradan özünü asdığını bildirmişdir. O, zərərçəkmişə bu məsələnin pul ilə həll olunan məsələ olmadığını demiş, “guya mən pulu verəndə həmin xoşagəlməz söhbətlər mənə aid olmayacaq?” sualına zərərçəkmiş şəxsin“sən bu işi görmüsən verməlisən” cavabı və bu məzmunda davam edən mübahisələri onların birbirlərinə söyüş söyməsi ilə nəticələnmiş, zərərçəkmiş şəxs onun sürət qutusunun yanına qoyduğu bıçağı götürərək vurmaq istəyərkən təqsirləndirilən şəxs bıçağı ondan almış, ona bıçaqla zərbələr yetirmişdir. Həmin zərbələri yetirməsinə səbəb həm zərərçəkmiş şəxsin söyüş söyməsi, həm də ona zərbə vurmağa çalışması olmuşdur. Bundan sonra o özündə olmamış, maşın mexanika olduğundan sürət azalarkən sönmüş, maşın sönərkən İskəndərin onun yanında qan içində olmasını görmüş, hərəkətsiz olduğundan onun öldüyünü təxmin etmişdir. Yenidən mühərriki işə salmış, maşını hərəkət etdirmiş, bir az irəlidə zərərçəkmiş şəxsin meyidini düşürdərək yolun kənarındakı boşluğa sürükləmişdir. Hadisədən sonra ilk öncə telefonla qardaşına xəbər vermiş, onun yaşadığı evə gedərək, hadisəni danışdıqdan sonra qardaşının maşınına minərək təslim olmaq üçün polis bölməsinə gəlmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, onun anası və babası Yasamal rayonuda yaşamışdır. Təminən 15 il əvvəl o Zərərçəkmiş şəxs həmin məhəllədə tanımışdır. O vaxtdan onunla münasibəti olub, amma dostluğu olmayıb, məhəllə uşağı kimi bir-birilərini tanımışdırlar. Zərərçəkmiş şəxs həm də meyxanaçı Ələkbər Yasamallı ilə dayı oğlu – bibi oğludur. O, Zərərçəkmiş şəxs bir neçə dəfə Ələkbər Yasamallının da yanında görmüşdür. Bu uzun illər əvvəl olmuş, sonrakı müddətdə Zərərçəkmiş şəxs o Ələkbər Yasamallının yanında görməmişdir. Eşidib bilmişdir ki, onların öz aralarında da söz-söhbət olub, odur ki, onların əlaqələri yoxdur. O, Zərərçəkmiş şəxs təxminən 4 il idi ki görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. O meyxanaçıdır, bununla əlaqədar el məclislərinə dəvət alır. Məclislərə dəvətləri o birbaşa qəbul etmir, danışıqları qardaşı Şahid4 aparır, o, bu barədə qeydlərini edir və ona deyir. Şahid4 iki mobil nömrəsi var, onlardan biri onun özünün şəxsi nömrəsidir, ikinci nömrəsi isə işi ilə əlaqədar olaraq işlətdiyi nömrədir. Onun şəxsi nömrəsi ***-***-**-**, işlər ilə əlaqədar işlətdiyi nömrəsi isə ***-***-**-**-dur. 09 noyabr 2022-ci il tarixindən təxminən 10 gün əvvəl qardaşı Şahid4 ona zəng vuraraq bildirdi ki, İskəndər onu axtarır. Aydınlaşdırmaq istəyir ki, qardaşı Şahid4 da Zərərçəkmiş şəxs onun kimi babasıgilin məhəlləsindən tanıyır. O “İskəndər” barədə soruşanda o, aydınlıq gətirdi ki, Ələkbər Yasamallının bibisi oğlu İskəndəri deyir. O dərhal Zərərçəkmiş şəxs tanımış və zəngini ciddiyə almamışdır. Çünki onun barəsində bilirdi ki, o, narkotik maddələrin satışı ilə məşğul olub, dəfələrlə məhkum olubdur. Bundan başqa ona bu tip adamların zəngi çox olur. Bir neçə gün sonra Şahid4 ona bildirdi ki, Zərərçəkmiş şəxs dəfələrlə zəng vurub onu bezdirib. Şahid4 Zərərçəkmiş şəxs nömrəsini sms-lə göndərdiyini, yoxsa şifahi dediyini xatırlamır. O, məcbur qalıb ona yığmışdır. Amma Şahid4 ona konrket bir səbəb deməmişdir ki, Zərərçəkmiş şəxs ona nə deyib, onu niyə axtarır. O, Zərərçəkmiş şəxs öz istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** nömrəsindən zəng vurmuş, hal-əhval tutmuşdur. Danışıq zamanı Zərərçəkmiş şəxs bildirdi ki, ona aid nəsə “ciddi” söhbət var, bu telefon söhbət deyil, üzbəüz görüşməlidirlər. O, onunla görüşmək barədə razılaşmış, onunla həmin günü, yoxsa sonrakı gün görüşdüyünü hazırda xatırlamır. O, onun olduğu yeri dəqiqləşdirib, evdə olduğunu bilib və Zərərçəkmiş şəxslə onun evinin qarşısında görüşmüşdür. O, həmin ünvana istifadəsində olan “Niva” markalı, qara rəngli, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Onlar avtomobildə oturmuş, orada Zərərçəkmiş şəxs onu axtarmasının səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs ona demişdir ki, o, cəzaçəkmə müəssisəsinndə olanda onunla bir yerdə cəza çəkən bir nəfər onun haqqında deyibdir ki, o “üzdən iraqdır”. O, ona cavabında bildirmişdir ki, onu tanıyır, onun haqqında belə söhbətə necə inana bilər?! Zərərçəkmiş şəxs cavabında bildirmişdir ki, onu tanıyır, ona görə buna inanmadı. Ona deyib ki, bu söhbət yaxşı söhbət deyil, onun haqqında belə söhbət yayıla bilər, ona görə həmin adamın kimliyini ona desin, nömrəsini versin, o həmin adamı tapsın, bu söhbəti aydınlaşdırsın. Zərərçəkmiş şəxs bildirmişdir ki, onunla görüşməyi məsləhət deyil, özü görüşüb bu söhbəti yoluna qoyar, bu günlərdə həmin adamı görəcək. Zərərçəkmiş şəxs söhbətin sonunda bildirdi ki, bu söhbəti eləyən adam ondan pul umur, yəqin ki, söhbəti ona görə ortaya atıblar, amma bu məsələni özü qaydasına qoyacaq. Zərərçəkmiş şəxs ona hər hansı məbləğ deməmişdir. Zərərçəkmiş şəxs ona bir cavab deyəcəyini bildirmiş və belə ayrılmışdırlar. Həmin günlərdə o telefonunu söndürmüşdür. Çünki nömrəsi çox yayıldığı üçün telefonuna hədsiz zənglər gəlmişdir. Zərərçəkmiş şəxslə görüşəndə təxminən 4-5 gün sonra telefonu yandırdıqda Zərərçəkmiş şəxs ona smslər gəldiyini görmüşdür. Smslərin mətnində Zərərçəkmiş şəxs yazmışdır ki, “deyəsən sən məsələ ilə razılaşırsan, bu bizim adımıza ləkədir, üzə çıxmağa utanırsan, bu məsələni yoluna qoymaq lazımdır, üzə çıxmırsansa Yasamaldan 1-2 uşaq götürüb bu məsələnin söhbətinə gedəcəyik, söhbəti özü həll edəcək.” O, sms-ləri oxuduqdan sonra bu haqda düşünməyə başlamış, məsələnin üstündən keçməyə çalışmış, beynində bunu götür-qoy etmiş, düşünmüşdür ki, hər bir halda bu söhbət yayılsa xoşa gəlməyən vəziyyət yarana bilər. Odur ki, o bu məsələni Zərərçəkmiş şəxslə aydınlaşdırılmaq üçün ona zəng vurmaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixində o “Monte Carlo” adlı şadlıq sarayında el məclisində iştirak etmişdir. Oradan saat 01 radələrində çıxmışdır. Ordan çıxdıqdan sonra Yasamal rayonuna, yaşadığı məhəlləyə gəlmiş, ac olduğu üçün Nəsimi bazarının yaxınlığında yerləşən dönər yerinə gedərək orada dönər yemiş, daha sonra Abşeron rayonu ərazisində yerləşən “VAZ-ın dairəsi” adlanan yerə qədər getmiş, yenidən Bakı şəhəri istiqamətində gəlmişdir. VAZ-ın dairəsinə getməkdə məqsədi olmamışdır. Sadəcə Zərərçəkmiş şəxs söhbəti onu narahat etmiş, bu məsələ barədə düşünə-düşünə avtomobili idarə edib ora qədər getmişdir. O, düşünüb qərar gəlmişdir ki, Zərərçəkmiş şəxs onu əsassız olaraq təhdid edib ondan pul qoparmaq üçün belə söhbət edir. xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs zəng vurmuş, o, telefonu cavablandıran kimi onun harada olduğunu soruşmuş, ona xoşa gəlməz formada “bu məsələ” onun üçün yaxşı olmayacaq demişdir. Zərərçəkmiş şəxs belə danışığı onu məcburiyyət qarşısında qoymuşdur ki, onunla görüşə getsin. O, ondan evdə olduğunu dəqiqləşdirmiş və oraya gələcəyini demişdir. Bir az sonra “Niva” markalı, yuxarıda göstərdiyi avtomobili ilə onların evinin qarşısına gəlmişdir. Zərərçəkmiş şəxs gələrək avtomobildə əyləşmiş və demişdir ki, məhəllədə dayanmasınlar, ora söhbət yeri deyil. O, avtomobili hərəkətə gətirmişdir. Şərifzadə küçəsində yerləşən “Asan xidmət”in inzibati binasının arxasındakı yoldan çıxıb “Asan xidmət”in yanından keçən və Kənar Dairəvi yola birləşən yolla hərəkət edib Kənar Dairəvi yola çıxmış, daha sonra həmin yolla “Binə” ticarət mərkəzi istiqamətində getmişdir. Yol boyu o dəfələrlə Zərərçəkmiş şəxs demişdir ki, bu söhbəti bağlasınlar, olmayan söhbəti uzatmağın mənası yoxdur, onun haqqında bu kimi söhbətlər danışmasınlar. Lakin Zərərçəkmiş şəxs söhbəti uzatmış və danışığından belə aydın olmuşdur ki, o “üzdən irağdır”. Zərərçəkmiş şəxs daha sonra ona demişdir ki, bu söhbəti deyən adamın maddi problemi var, həmin şəxsə 6.000 manat lazımdır, 3.000 manatını düzəldib, o da 3.000 manat versin, bu söhbəti bu formada bağlasın. O, onda əmin olmuşdur ki, bu söhbət ondan pul almaq üçün ortaya atılmışdır. O, Zərərçəkmiş şəxs sual vermişdir ki, əgər o 3.000 manatı verməsə onda “üzdən iraq” olmayacaq, amma verməsə olacaq?! Bu söhbətdən sonra Zərərçəkmiş şəxs ona cavabında bildirmişdir ki, “bunu eləmisən, verməlisən!”. Yəni o “üzdən irağdır”. Onun bu sözündən sonra aralarında mübahisə kəskinləşmişdir. Zərərçəkmiş şəxs artıq onu konrket olaraq “üzdən iraq” olması ilə təhdid etmişdir. Zərərçəkmiş şəxs söhbəti ancaq pula gəlmişdir. Zərərçəkmiş şəxs onu elə-obaya üz qarası olmaqda ittiham edə-edə söyüşlə danışmağa başlamışdır. O, ona tərəf çevriləndə onun əlində bıçaq görmüşdür. Danışıqlar zamanı onun söyüşlərinə söyüşlə cavab vermiş, odur ki, ehtiyat etmişdir ki, birdən o, onu bıçaqla vurar, ona görə də avtomobilin sürətini azaltmış və sağa əyilərək onun sağ əlində olan bıçağı sol əli ilə anidən almışdır. Zərərçəkmiş şəxs ona ailə-var yox söyüşü söymüş və bıçağı geri almağa çalışmışdır. Həmin an o əlində olan bıçaqla onun sinəsindən vurmuşdur və bundan sonra nə baş verdiyini xatırlamır. Bu hadisələr baş verəndə artıq o, Bakı-Salyan şosesinin 14-cü kilometrliyindəki dairədən dönüb geri qayıtmışdır. O, özünə gələndə birdən avtomobil yolun kənarında dayanmış, avtomobil birdən sönmüşdür. O, avtomobilin mühərrikini işə salıb onu yoldan kənara sürmüş, təxminən 10-15 metr irəlidə dayanmış, Zərərçəkmiş şəxs hərəkətsizliyindən onun öldüyünü başa düşmüşdür. Odur ki, avtomobildən düşmüş, sağ tərəfdən avtomobilə yaxınlaşmış, qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs meyitini yolun kənarında atsın. Ətrafa baxanda arxadan avtomobillərin gəldiyini görmüş, onların keçməsini gözləmiş və yol boşalanda qapını açıb Zərərçəkmiş şəxs qolundan tutub dartaraq onu avtomobildən çıxartmış və digər bir əli ilə arxasından itələyib həmin vaxt avtomobili saxladığı yerin yaxınlığında olan dərəyə atmışdır. Bu vaxt ordan “Toyota” markalı, “Pirus” modelli avtomobil keçmişdir. Zərərçəkmiş şəxs üzü üstə dərəyə düşmüşdür. O, avtomobildən bıçağı götürüb onu da Zərərçəkmiş şəxs meyitinin yanına atmışdır. Bundan sonra avtomobilə minmiş, onu idarə edərək Yasamal rayonunda yerləşən atasının yaşadığı ünvanın qarşısına gəlmiş, avtomobili orada saxlamış, qardaşı Şahid4 zəng vurmuş, Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demiş və onu təslim olmaq üçün polis idarəsinə aparmasını istəmişdir. 5-10 dəqiqə sonra Şahid4 yanına çatmış, üst geyimin qan olduğu üçün evə çıxmamış, Şahid4 avtomobili ilə Yasamal Rayon Polis İdarəsinə gəlmiş və hadisə barədə məlumat verib könüllü təslim olmuşdur. Orada ondan hadisə barədə soruşmuş, hadisələrin Qaradağ rayonu ərazisində baş verdiyi məlum olmuşdur. Ona görə Yasamal rayon Polis İdarəsindən Qaradağ rayon Polis İdarəsinə məlumat vermişdirlər. Bir az sonra Qaradağ rayon Polis İdarəsindən gələn polis əməkdaşları onu Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirmişdirlər. Zərərçəkmiş şəxs əlindən alıb onu vurduğu bıçağın ümumi uzunluğu təxminən 25-30 sm olardı, onun tiyəsi və dəstəyi gümüşü rəngdə idi. Hadisələr zamanı Zərərçəkmiş şəxs əynində olan geyimləri xatırlamır. Yadındadır ki, onun əynində tünd rəngli gödəkcə olmuşdur. Hadisələr zamanı onun əynində göy rəngli cins şalvar, yaşıl rəngli yun materialdan olan yumru boğaz köynək, qara rəngli yun materialdan olan gödəkçə, ayağında makasin ayaqqabı olmuşdur. Həmin geyimlərin hamısını prokurorluğa təqdim etmişdir. Həmin geyimlərdən şalvar və gödəkçə Zərərçəkmiş şəxs qanına bulanmışdır. Hadisələr zamanı avtomobildə Zərərçəkmiş şəxs və ondan başqa heç kim olmamışdır. Onlar görüşü barədə heç kim bilməmişdir. O, görüşü əvvəlcədən planlaşdırmamışdır, hadisədən sonra yalnız qardaşı Şahid4la görüşmüşdür. O, Zərərçəkmiş şəxs necə bıçaq xəsarəti yetirdiyini dəqiq xatırlamır, hesab edir ki, onu ancaq bıçaqla vurmuşdur. Hadisələri xatırlamır, ona görə bu barədə dəqiq cavab verə bilmir. Məlum cinayət hadisəsi zamanı onun avtomobilində olmuş, hər ikisi oturaq vəziyyətdə olmuş, hesab edir ki, onu bıçaqla vuranda Zərərçəkmiş şəxs oturaq vəziyyətdə olmuşdur. Hadisə zamanı o sol bilək nahiyəsindən xəsarət almış, həmin xəsarəti necə aldığımı bilmir, bunu hadisədən sonra görmüş və daha əvvəl həmin xəsarəti olmamışdır. O Zərərçəkmiş şəxslə görüşəndə onun bədəninin görünən nahiyələrində hər hansı xəsarət və ya xəsarət izi görməmişdir. Hadisədən sonra da onun xəsarətlərinə baxmamış, onun üzərində olan paltarlar qana bulanmışdır. O, Zərərçəkmiş şəxs meyidini yol kənarına atanda həmin vaxt oradan “Prius” modelli, açıq yaşıl rəngli avtomobil keçmiş, onun dövlət qeydiyyat nişanına fikir verməmişdir. O “Nokia” markalı, smartfon olmayan, sadə telefon işlətmişdir. O, istifadəsində olan mobil telefonda sms-ləri oxuduqdan dərhal sonra silmişdir. Çünki onları görəndə əsəbləşmiş, həm də ehtiyat etmişdir ki, birdən kimsə telefonunda belə bir sms görər. Amma həmin sms-ləri mobil operator vasitəsi ilə çıxarıb buna əmin ola olmaq olar. Hadisədən sonra avtomobilimdə hər hansı təmizlik işləri görməmişdir, avtomobilin sağ oturacağı Zərərçəkmiş şəxs qanına bulanmışdır. O, Zərərçəkmiş şəxs ölüb-ölmədiyini necəsə yoxlamamış, sadəcə hərəkətsizliyindən onun öldüyünü anlamışdır. Onu yol kənarına atanda özünü itirmişdir. Amma hər bir halda o polisə təslim olacaqdı. Müddətli həqiqi hərbi xidmətdə olmamış, bunun səbəbi xroniki pielonefrit xəstəliyindən, yəni böyrəklərində olan xəstəliyə görə xidmətdən azad edilməsi olmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq dindirilərkən bildirmişdir ki, o, Zərərçəkmiş şəxs bir neçə dəfə demişdir ki, onun “üzdən iraq” söhbətini edən şəxsi üzə çıxartsın, adını desin, onunla görüşüb söhbəti aydınlaşdırsınlar. Amma Zərərçəkmiş şəxs ona demişdir ki, həmin şəxslə onun görüşməyi lazım deyil, o, özü bu söhbəti həll edəcək. Bu barədə ilkin danışıqdan sonra o telefonlarını söndürmüşdür. Çünki o bu söhbəti ciddiyə almamışdır. O, bu söhbətin boş və xoşa gəlməz söhbət olduğunu bilmişdir. Ona görə də bu söhbətdən uzaq durmaq üçün telefonunu söndürmüşdür. 08 noyabr 2022-ci il tarixdə o “Monte Carlo” şadlıq evində məclisdə olmuşdur. Ora getməzdən əvvəl və ya sonra, bunu dəqiq xatırlamır, o telefonunu yandırmış, onda görmüşdür ki, Zərərçəkmiş şəxs ona sms-lər yazmış və həmin sms-lərdə o bildirmişdir ki, o harasa gəlsin və kimlərləsə bu söhbəti aydınlaşdırsınlar. Amma həmin sms-lərdə də o yazırdı ki, onunla özü, tək görüşəcək. Hər bir halda o danışıqdan qaça bilməzdi. Əslində onunla söhbətə getmək istəmir, amma Zərərçəkmiş şəxs ona çıxış yolu qoymurdu. O, narahat olmağa başlamışdır ki, birdən o, Yasamalda lazımsız söhbətlər çıxarar və deyər ki, onun sms-lərinə münasibət bildirməyib etdiyi söhbətlə razılaşmış kimi olmuşdur. Odur ki, məcbur qalıb onunla əlaqə saxlamış və demişdir ki, görüşək və istədiyi şəxs və ya şəxslərlə görüşə getsin. Bu niyyətlə o onunla görüşə getmişdir. O, ilkin ifadəsində bildirmişdir ki, bıçaq Zərərçəkmiş şəxs olmuş, bıçağı onun əlindən almışdır. Amma o deməmişdir ki, bıçaq onun olub. Bunu aydınlaşdıra bilər. Belə ki, Zərərçəkmiş şəxs ona sms-lərdə yazmışdır ki, görüşə gəlsin və kimlərləsə bu söhbəti aydınlaşdırsınlar. O da onunla söhbəti aydınlaşdırmaq üçün getmişdir. İskəndər ona demişdir ki, “boş” gəlmə”, yəni üstündə bıçaq götür. O, Bakı-Sumqayıt yolu ilə avtomobillə hərəkət edərkən siqaret almaq üçün mağazaya girmiş, siqaret alanda görmüşdür ki, kassadakı stolun üstündə bıçaqlar var. O, bıçağı görəndə fikirləşmişdir ki, Zərərçəkmiş şəxs dediyi kimi “boş” getməsin, bıçaq alsın. Aldığı bıçağın tiyə hissəsində qabı da olmuşdur. O, avtomobilə minəndə bıçağı avtomobilin sürət qutusunun qolunun yanına qoymuş və Yasamala, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmişdir. Ora çatanda Zərərçəkmiş şəxs zəng vurmuş, o, evdən çıxmış və avtomobilə əyləşmişdir. Onlar oradan çıxmış və Zərərçəkmiş şəxs təklifi ilə daha əvvəl göstərdiyi trayektoriya üzrə hərəkət etməyə başlamışdır. Yolda aralarında söhbət başlamışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs bıçağı onun qoyduğu yerdən götürmüş və əlində oynatmağa başlamışdır. Həmin müddətdə ona bir neçə dəfə demişdir ki, gedib kiminlə lazımdır söhbət etsinlər, onu tanıyır və belə lazımsız söhbətlər çıxartmaq lazım deyil. Həmin danışıqlar zamanı Zərərçəkmiş şəxs onu müxtəlif söhbətlərlə dolayısı ilə hədələmişdir. Danışıq zamanı hətta o, bildirmişdir ki, yaxın günlərdə Bakının hansısa kəndəndə toy olacaq, ora getməyi, toyda söhbəti üzünə vura bilərlər. Ümumiyyətlə o, danışıqları zamanı onunla elə danışırmışdır ki, guya onun səhvi olub. Onlar arasındakı mübahisə də bundan başlamışdır. Onun danışığı təqsirləndirilən şəxsi ittiham etmək istiqamətində olmuşdur. Aralarında mübahisə başlayandan sonra o, söhbəti pula gətirmişdir. Zərərçəkmiş şəxs ondan söhbətə görə pul istəmiş, bu barədə ətraflı ilkin ifadələrində göstərmişdir. O, onun pul verməyəcəyini görüb söyüşə keçmişdir. Söyüşlər valideyn - var-yox söyüşlərinə qədər qalxmışdır. Bundan sonra baş vermiş hadisələri xatırlamır. Ehtimal edir ki, bundan sonra o bıçağı onun əlindən almışdır. Onun nə əvvəl, nə hadisə günü, Zərərçəkmiş şəxslə görüşə gedəndə, nə avtomobildə onunla birlikdə kimlərləsə görüşə gedən zaman, nə də aralarındakı danışıqlar zamanı ona xəsarət yetirmək niyyəti və ya fikri olmamışdır. Hadisə zamanı onun əynində olmuş cins şalvarın sağ cibindən aşağı, dizdən yuxarı hissəsində zədə əvvəldən olmuşdur. Həmin zədə hadisələr zamanı yaranmamışdır. O, iki telefondan istifadə etmişdir. Onlardan biri smartfon tipli, digəri isə adi-sadə “Nokia” markalı telefon olmuşdur. Smatfon telefonda o ***-***-**-** mobil nömrəsindən istifadə etmiş və həmin nömrə ilə ancaq ailə üzvləri ilə danışmış, həmin nömrəni çox az adam bilmişdir. Həmin nömrə ilə Zərərçəkmiş şəxslə danışmamışdır. O, Zərərçəkmiş şəxslə ancaq “Nokia” markalı telefonunda olan mobil nömrələrlə danışmışdır. O, ilkin ifadəsində Zərərçəkmiş şəxslə harasa danışığa getmək barədə danışmamışdır. Çünki bu barədə ondan soruşan olmamış, eləcə də hadisə günlərində o, bunu deməyi unutmuşdur. Baxmayaraq ki, İskəndər Mehdiev sms-lərdə onu kiminləsə söhbətə dəvət edirdi, amma hadisə günü o, yenə də bu söhbətləri edənlərin və ya edənin adını çəkməmiş, söhbəti fırlatmışdır. Halbuki, o onu onlarla görüşməyə aparmalı olmuşdur. Belə ki, onun Zərərçəkmiş şəxslə görüşməyinin tək səbəbi bu söz-söhbəti yayanlarla görüşmək, bu məsələyə aydınlıq gətirmək olmuşdur. İlkin olaraq Zərərçəkmiş şəxs bu söhbəti özü çıxartması ilə bağlı onda şübhələr yaranmışdır. Amma o, həm sms-lərində onu görüşə dəvət etdiyi, eləcə də hadisə günü “dolu” gəl, yəni bıçaqla gəl deməyi ilə onda əminlik yaratmışdır ki, həqiqətən kimsə belə bir söhbət etmişdir. Zərərçəkmiş şəxs evdən çıxanda onun ayaqlarında şəpit olmuşdur. O avtomobilə oturanda buna təəccüblənmiş, ona “ bu viddə söhbətə gedirlər?!” sualını vermişdir. O isə cavabında “sür gedək, yolda deyəcəm” sözlərini bildirmişdir. Onun Zərərçəkmiş şəxs inamı olmamış, ona görə də onunla görüşmək istəməmişdir. Onun Zərərçəkmiş şəxslə görüşə getməyinin tək səbəbi bu söhbəti edənlə onun görüşdürməli olması olmuş və o əmin olmuşdur ki, o, həmin günü onu görüşə aparacaq. O, avtomobildə təkidlə ondan ad soruşsa da ona ad deməmişdir. Bildirmişdir ki, onun həmin adamla görüşməyinə ehtiyac yoxdur. Guya həmin adamın problemi var, ona altı min manat lazımdır, həmin şəxs üç min manat tapmışdır, üç min manatı isə qalmışdır, o üç min manat verməlidir ki, özü söhbəti bağlasın. O, bu barədə dedikdən sonra ona “mən üç min versəm “üzdən iraq” olmuram, verməsəm oluram” sualını vermişdir. O isə cavabında “eləmisən verməlisən” demişdir. O, bu sözə etiraz edərək demişdir ki, “bunun mənə heç bir aidiyyatı yoxdur, bu sözü dəyənlərin yanına gedək, biz buna görə görüşdük axı”. Həmin zaman o, “bir nəfərin də belə söhbəti gedirdi, həmin söhbət pulla həll olundu” sözlərini demişdir. O, pul verməyə qətiyyən etiraz etmiş və “gedək bu sözü deyənlər mənə bunu sübut etsin” deyə bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ona “sənin oğlanlığın gedib, sən nədən danışırsan, bu adla kimin üstünə gedirsən, bunu eləmisənsə pulu da verməlisən” sözlərini demişdir. Pul verməyəcəyinə əmin olandan sonra Zərərçəkmiş şəxs sözünü onun ünvanına söyüşlə davam etdirmişdir. Zərərçəkmiş şəxs maşına oturduqdan bir-iki dəqiqə sonra sürət qutusunun qolunun yanındakı bıçağı götürərək qabından çıxartmış və əlində oynatmağa başlamışdır. Zərərçəkmiş şəxs söhbəti gərginləşdirmiş və o, onun ünvanına ailə, var-yox söyüşü söymüş “sənin oğlanlığın artıq yoxdur, oğlanlığın dağılıb, ailəndə və camaatın içində necə kişilikdən danışa bilərsən?!” sözlərini demişdir. Onun bu sözlərindən sonra o özünü itirmişdir. Bundan sonrakı hadisənin necə baş verdiyini xatırlamır. O, ilkin ifadəsində bıçağı Zərərçəkmiş şəxs sağ əlindən aldığını demişdir. Amma əslində o bunu da xatırlamır. Xatırlayır ki, bıçaq sonuncu dəfə onun sağ əlində idi. Ona görə ehtimal edərək demişdir ki, bıçağı onun sağ əlindən almışdır. Əgər siz sms-lərə baxsanız görərsiniz ki, Zərərçəkmiş şəxs bu söhbəti pula görə etmişdir. Çünki həmin danışıqlarda da o bildirmişdir ki, guya bir dənə qonaqlığa söhbəti bağlayacaq. Görüşəndə yenə də o, ad çəkməmiş, kiminlə söhbətə gedəcəyini, bu söhbəti kimin çıxartdığını deməmişdir. Hadisə günü görüşdə o, ancaq öz adından danışmışdır. O, Zərərçəkmiş şəxs ümumiyyətlə bıçaqla vurduğunu xatırlamır. O, ona görə təqsirləndirilən şəxs qismində ilkin ifadəsində demişdir ki, Zərərçəkmiş şəxs onun vurduğunu bilir. Çünki onlardan başqa avtomobildə heç kim olmamışdır. Buna görə o belə demişdir. Əslində o heç nə xatırlamır. Hətta o özünün xəsarət alıb-almadığını özünə gələndən sonra bilmirdi. O, özünə gələndə üstü qan olduğundan ilk olaraq düşünmüşdür ki, o da xəsarət almışdır. O, Zərərçəkmiş şəxs necə bıçaq xəsarəti yetirdiyini bilmir, xatırlamır. Həmçinin bildirmək istəyir ki, ona on dörd bıçaq xəsarəti yetirdiyinə inanmır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi olmamışdır, hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil. O, hadisənin baş vermə səbəbini Təqsirləndirilən şəxsla qardaşı birlikdə mübahisəyə getdikləri gündən sonra bilmişdir. Qardaşı ilə bir mənzildə yaşamasına baxmayaraq, bu hadisədən əvvəl Təqsirləndirilən şəxsla qardaşı arasında mövcud olan söhbətlər barəsində onun məlumatı olmamışdır. Qardaşı cəzaçəkmə müəssisəsindən hadisədən 10 gün əvvəl çıxdıqdan sonra xüsusi bir işlə məşğul olmamış, xəstəliyi ilə əlaqədar aldığı pensiya ilə dolanmışdır. Qardaşı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Təqsirləndirilən şəxsla telefonda bir neçə dəfə danışmış, Təqsirləndirilən şəxs da onun qardaşına zəng etmiş, həmin zənglərin məqsədi və məzmunu ona məlum olmamışdır. Onun qardaşı ilə Təqsirləndirilən şəxs arasında tanışlıq, dostluq münasibətləri olmuşdur. Qardaşı özü ona Təqsirləndirilən şəxsla görüşəcəyini bildirmişdir. Qardaşı Təqsirləndirilən şəxs təcili problemli söhbəti olduğuna görə onunla söhbət etməyə getmişdir. Həmin problemli söhbətin məzmunu Rəşadın guya “cinsi azlıq”a mənsub olması ilə əlaqədar olmuşdur. Qeyd olunan məlumatın qardaşına məlum olma mənbəyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs cinsi azlıq olması ilə bağlı məlumatı haradan aldığını bilmir. Qardaşı və Təqsirləndirilən şəxs xoşagəlməz söhbətin mənbəyinin haradan olduğunu müəyyən etməyə getmişdirlər. O, qardaşının Təqsirləndirilən şəxsla görüşəcəyini, söhbətə getdiklərini bilmiş, amma kimin yanına gedəcəklərini bilməmişdir. Təqsirləndirilən şəxs onlar qapıya gələrkən onu qapının ağzında görməmiş, qardaşı Təqsirləndirilən şəxsla görüşə gedərkən həyəcanlı və təşvişli olmamışdır. Hadisə baş verən gün kimin kimə zəng etdiyini dəqiq bilmir. Qardaşı üzərində silah gəzdirən insan olmamış, hadisə baş verən gün qardaşının evdən çıxarkən nəsə götürdüyünü görməmişdir. Qardaşı hadisə günü Rəşadın maşınına minərək getmiş, bu isə ona sonradan məlum olmuşdur. O, qardaşı evdən çıxan zaman onun gecə saat 4-də çıxıb hara getdiyini soruşmamış, hadisə baş verəndən 2 saat sonra hardasa saat 8 radələrində qardaşının öldürüldüyünü bilmiş, qardaşının ölümü haqqında məlumatı qohum-əqrəbalardan almışdır. Əvvəl bu xəbərə inanmamışdır. O, iki adamın arasında nə olduğunu, maşında nə söhbətlər olduğunu bilməmiş, tək bildiyi qardaşının Təqsirləndirilən şəxsla söhbətə getməsi olmuşdur. Qardaşı cəzaçəkmə müəssisəsindən yeni çıxdığına görə ondan bəzən pul almış, onun cəzaçəkmə müəssisəsində olan zaman kiməsə borcu olub-olmaması barədə məlumatı olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Tam dəqiq bilməsə də qardaşının Rəşadla birlikdə ona kömək üçün mübahisəyə getdiyini bilmişdir. Qardaşının soyuq silahlara marağı olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, atası və anası rəhmətə getmişdir. Onlar ailədə üç qardaşdırlar, böyük qardaşı 1974-cü il təvəllüdlü X8, 1977-ci il təvəllüdlü o, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs. Zərərçəkmiş şəxs subay idi, evli olmayıb, uşağı yoxdur, müddətli həqiqi hərbi xidmətdə olmamışdı, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad edilmişdi. Onlar hər üçü eyni məhəllədə yaşamış, amma evləri ayrı olmuşdur. Zərərçəkmiş şəxs onlarla eyni ünvanda yaşamamışdır. Zərərçəkmiş şəxs uşaq yaşlarında başından ağır dərəcəli xəsarət almış, başına dəmir darvaza aşmış, həmin hadisədən sonra onda psixi pozuntu yaranmış, hətta buna görə ona əlillik verilmiş və təqaüd almışdır. Zərərçəkmiş şəxs narkotik maddələrin istifadəçisi olmuş, buna görə üç dəfə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum edilmişdir. Zərərçəkmiş şəxs siqaret çəkmiş, spirtli içki içmişdir. Zərərçəkmiş şəxs heç kimlə düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs baba-nənəsi onlarla qonşu olmuşdur. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır. Onunla münasibəti yaxşı olmuş, dəfələrlə onların evində olmuşdur. Son 3-4 il əvvəl gəlişgedişləri intensiv olmamışdır. Amma münasibətləri normal, mehriban olmuşdur. Zərərçəkmiş şəxs 09 noyabr 2022-ci il tarixindən təxminən 10 ay əvvəl CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş və 26 oktyabr 2022-ci il tarixində o, azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan 1-2 gün sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs axtarmağa başlamış, amma onu tapa bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mobil nömrəsini tapıb, hətta ona zəng vurub, amma onunla əlaqə yarada bilməyib. Bir neçə gün sonra o, bilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla telefon əlaqəsi yarada bilib. O,ilk müddətdə onun Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nəyə görə axtardığını bilməmiş, hadisə gününə qədər də bilməmişdir. 08 noyabr 2022-ci il tarixindən 09 noyabr 2022-ci il tarixinə keçən gecə onlar evdə olmuşdurlar. Zərərçəkmiş şəxs də evdə olmuşdur. 09 noyabr 2022-ci il tarixində, saat 04 radələrində Zərərçəkmiş şəxs ona dedi ki, Təqsirləndirilən şəxs onlara gələcək, evdə oturacaqlar. Hətta o, çay da qoydu. Təqsirləndirilən şəxs daha əvvəllər onların evinə gəlib gedən adam olsa da son illər idi ki, gəlib getmirdi. O, ilk olaraq onun gəlişini normal qarşılamışdır. Saat 04:30-40 radələrində qardaşı Zərərçəkmiş şəxs telefonuna zəng gəlmişdir. Zərərçəkmiş şəxs zəng vuran Təqsirləndirilən şəxs idi. Onlar telefonda danışdılar, danışıqdan başa düşdü ki, onlar birlikdə harasa gedəcəklər. Amma əslində Təqsirləndirilən şəxs onlara gələcəyini gözləmişdir. Telefon danışığından sonra Zərərçəkmiş şəxs aqresivləşmişdir. O, ondan nə baş verdiyini soruşanda qardaşı bildirmişdir ki, Rəşad barədə xoşa gəlməz söhbət var, onlar bir yerdə harasa “söhbətə” gedəcəklər. O, söhbət barədə ondan soruşanda o bir kəlmə dedi ki, “söhbət” “üzdən iraq” söhbətidir. Amma mövzunun nə olduğunu açıqlamadı. Bir az sonra Zərərçəkmiş şəxs bir kəlmə də dedi ki, “Rəşad çaşsa onu “vuracaq””. O, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs münasibətinin yaxşı olduğunu bildiyi üçün ağlına qardaşının Təqsirləndirilən şəxs bıçaqla vurmasını, ümumiyyətlə onu vurmaq barədə dediklərini ciddiyə almamışdır. Bundan başqa Zərərçəkmiş şəxs danışanda dedi ki, söhbəti həll eləmək lazımdır, Rəşad söhbəti həll eləməlidir. Həmin vaxt o bunu da başa düşməmişdir. Hadisədən sonra başa düşmüşdür ki, Zərərçəkmiş şəxs söhbəti həll eləmək deyəndə kimisə susdurmaq üçün ona pul vermək lazım olduğunu nəzərdə tutubdur. Çünki, eşidib bilmişdir ki, onlar qardaşı ona kiməsə susması üçün pul vermək lazım olduğunu deyib. Zərərçəkmiş şəxs hazırlaşdı və evdən çıxdı, onun qardaşı ilə söhbət barədə uzun danışmağa imkanı olmamışdır. Əgər onların arasında nəsə olacağını bilsəydi o onun getməsinə icazə verməzdi. Zərərçəkmiş şəxs evdən çıxanda nəsə bir əşya və bıçaq götürmədi. O, ancaq telefonunu götürdü. Bir neçə saat qohumlar zəng vurub bildirdilər ki, mətbuatda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaq vurduğunu və Zərərçəkmiş şəxs öldüyünü görüblər. O, dərhal hadisə barədə maraqlanmış və məlumatın düz olduğunu bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi şəxsin varisi X11 məhkəmə iclasında elan edilən ifadələrinə münasibətdə bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzgündür. Qardaşının Rəşadı vurmaq ehtimalı ola bilsin ki, olmuşdur. Qardaşı ona bildirmişdir ki, kimisə susdurmaq üçün ona pul vermək lazımdır. Qardaşı ola bilər ki, kömək məqsədilə Rəşadla olan söhbətlərdə iştirak etmişdir. Quldurluq hadisəsi baş verən zaman qardaşının ora silahla getdiyini bilməmişdir. Qardaşının evdən silah götürüb-götürməməsini isə görə bilməzdi. Qardaşı evdən çıxan zaman əsəbi olmuş, onun niyə əsəbi olduğunu bilməmişdir. Qardaşı əvvəllər silahdan istifadə etməmişdir. Qardaşının əvvəlki məhkumluğunda 1 dəfə silahdan istifadə etmişdir. Qardaşının üstündə silah olsaydı, bu barədə məlumatı olardı.Bundan başqa o təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, hadisə gecə saat 04:00 radələrində baş vermişdir. Gecə saatlarında Rəşad ona telefonla zəng edərək yanına çağırmış gödəkcəsi yaş olduğuna görə ondan yeni gödəkcə istəmişdir. O, Rəşada yeni gödəkcə gətirmək üçün yuxarı qalxmış, qayıdarkən Rəşadın həyətdə olmadığını görmüşdür. Rəşad ondan gödəkcəsini istəyərkən həyəcanlı və qorxmuş vəziyyətdə olmamış, sonradan bilmişdir ki, gödəkcəsinə su dağılmışdır. Rəşadın gözləri zəif olduğuna görə qaranlıqda avtomobil idarə edə bilmədiyindən o, Rəşadın həyətdə olmadığını gördükdə narahat olmuşdur. O, Rəşada zəng etdikdə telefonuna cavab verməmişdir. Bu hadisələr baş verəndən 1 saat sonra Rəşad zəng edərək gəlib onu polis bölməsinə təslim etməsini bildirmişdir. Daha sonra onlar birlikdə polis idarəsinə getmiş, Rəşad təslim olmuşdur. Rəşada hadisə ilə bağlı sual verdikdə, o şok vəziyyətində olmuş və açıqlama verməmişdir. O, İsgəndər Mehdiyevi şəxsən tanımamış, X7 Həsənoğlunun qohumu kimi tanımış və onun adını eşitmiş, hadisədən sonra şəklini görmüşdür. O, menecer kimi Rəşadın işlərini gördüyündən hadisələr baş verən ərəfələrdə İsgəndər bir neçə dəfə ona zəng edərək, Rəşadı soruşmuşdur. Toy ilə əlaqədar ona çox adam zəng etdiyinə görə İsgəndər ona zəng edərkən onu ciddi bir hal kimi qarşılamamışdır. İsgəndər yenə təkidlə onu yığaraq Rəşadla görüşməli olduğunu demiş, hətta bir dəfə də ona məsələ belə vacibdirsə onunla Yasamalda görüşməsini bildirmişdir. İsgəndər də ona Rəşadın özünə çatdırmalı sözü olduğunu bildirmişdir. Axrıncı dəfə İsgəndər ona zəng edərkən telefonu götürməmiş, daha sonra mesaj yazdığını gördükdə əsəbləşmişdir. İsgəndər ona mesajda təcili Rəşadla danışmalı olduğunu yoxsa gec olacağını bildirmişdir. O bu barədə Rəşada məlumat vermiş, Rəşad da ona İsgəndəri bloka atmasını bildirmişdir. O, 2 noyabr 2022-ci il tarixdə İsgəndərin ona yazdığı mesaja cavab mesajı yazmamış, onu birdəfəlik bloka atmışdır. Ələkbər xaricdə olduğundan İsgəndər Rəşadla onun vasitəsilə əlaqə saxlamağa çalışmışdır. Hadisə günü o, yolda Rəşaddan hadisənin necə baş verdiyini soruşmuş, Rəşad şok vəziyyətində olduğuna görə ona cavab verməmişdir. O, hadisədən sonra Rəşadla İsgəndər arasında baş verən hadisənin nədən qaynaqlandığını maraqlanmış, lakin bu barədə bir məlumat əldə edə bilməmişdir. Rəşad hadisənin baş vermə mexanizmi ilə bağlı ona ətraflı məlumat verməmiş, sadəcə olaraq bildirmişdir ki, bir də görüb ki, İsgəndər qanlar içindədir. O da Rəşadın bu vəziyyətini görüb ona çox sual verməmişdir. Bu hadisə baş verməzdən əvvəl Rəşadda qorxu, həyəcan hiss etməmişdir. Rəşad üzərində bıçaq gəzdirən adam olmamış, xasiyyətcə mülayim adam olmuşdur. Rəşad ondan gödəkcəni istəyərkən onun nəyinsə arxasınca gedəciyini hiss etməmişdir. O, Rəşada meyid barədə sual verməmiş, cinayətin təfərrüatlarını danışmamışdır. Sadəcə onu polisə təslim etməsini bildirmişdir. Rəşad təxmini 3-4 saatlarında evdən çıxmışdır. Onlar birlikdə dəvətlərə, tədbirlərə getdiklərinə görə Rəşadın gecə saat 3-4 də çöldə olması normal hal olmuşdur. Belə ki, Bakı kəndlərində meyxanalar gecə saat 3-də başlayır və səhərə qədər davam edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs silah aldığı obyektin sahibidir və həmin obyekti sentyabr ayında icarəyə götürmüşdür. Rəşad onların müştərisi olmuş, arada obyektə gedib-gəlmişdir. Hadisə günü də gecə səhərə yaxın Rəşad obyektə gəlmiş həmin vaxt isə o mağazada olmamışdır. Stolun üzərində suvenir bıçaq görmüş, götürüb satıcıdan qiymətini soruşmuş, daha sonra həmin suvenir bıçağı götürüb getmişdir. Obyektində satılan bıçaq adi bıçaqdır, bıçaqla yanaşı manqal da, şiş də satır, bağ yolunun kənarındakı obyektindən adamlar həmin əşyalardan əldə edirlər. Rəşadın əldə etdiyi bıçaq kəsici suvenir bıçaq olmuşdur. Onun obyektində bıçaqlarla bağlı yoxlanışlar olmur. Rəşadın əldə etdiyi bıçaq zavod istehsalı suvenir bıçaq olmuş, ov bıçağı olmamışdır. O, satdığı bıçağın adi bıçaq olduğunu bilir, çünki o bıçaq Sədərək Ticarət Mərkəzində də satılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o hadisə ilə bağlı heçnəyə şahidlik etməmiş, sadəcə onun telefonu ilə danışıqlar getmişdir. İsgəndər Mehdiyev onun telefonu ilə Təqsirləndirilən şəxsla tarixini xatırlamadığı vaxtda danışmışdır. İsgəndər əvvəlcə onun telefonu ilə zəng etmiş, lakin telefonu açmadığını gördükdə mesaj yazmış, daha sonra Rəşad özü ona zəng etmişdir. İsgəndər Rəşada onunla görüşməli olduğunu demiş, o da razılaşmışdır. İsgəndər və Rəşad arasında olan telefon danışığı ola bilsin ki, hadisədən ən geci təxmini 1 ay əvvəl baş vermişdir. O, İsgəndərdən onun Rəşadla nə problemi olduğunu soruşmamış, sadəcə İsgəndərə kontur vermiş, digər məsələlərlə maraqlanmamışdır. Onun İsgəndərlə qohumluq münasibətləri olmuş, əvvəllər İsgəndərlə Rəşadı birlikdə məclislərdə görmüşdür. Rəşadı uşaqlığından etibarən tanıyır. O, Rəşadı məclislərdə, meyxanalarda tanımış, xasiyyətinə bələd olmamışdır. İsgəndər Mehdiyevin bıçaqlara qarşı marağının olub-olmaması ilə bağlı İsgəndərin mülayim və sakit adam olmasını bilir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma bibisi oğludur. Zərərçəkmiş şəxs onun doğma bibisi oğlu olsa da onunla dostluq, yoldaşlıq etməmiş, ancaq qohum kimi məclislərdə görüşmüş, bir yerdə vaxt keçirməmişdirlər. O, beton maşını idarə edir, işi ilə əlaqədar davamlı olaraq rayonlarda olur, qohumlarına baş çəkməyə vaxtı olmadığından onlara təsadüf hallarda getmişdir. “Dağlı” ləqəbi ilə tanınan meyxanaçı Təqsirləndirilən şəxs tanıyır, amma o, onu tanımır, onunla ünsiyyəti olmamış, ancaq məclislərdə görmüşdür. Bilir ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs yaxın münasibəti olmuş, onlar dostluq etmiş, Təqsirləndirilən şəxs tez-tez onlara gəlib-gedən adam olmuş, onların ailəsi ilə mehriban münasibəti olmuş, onlar Yasamalda məhəllə uşaqları olmuşdurlar. Zərərçəkmiş şəxs şirindilli olmuş, tez ünsiyyət qurmuş, uşaq yaşlarında başından aldığı xəsarətlə əlaqədar onda psixi pozuntu yaranmış, buna görə əlillik almış, uzun illər narkotik maddələrin istifadəçisi olmuş, buna görə dəfələrlə məhkum olmuş, əsəbi olmuş, dayandığı yerdə kiməsə ilişməsə də əsəbləşəndə tez özündən çıxıb, dalaşan, xaraktercə davakar olmuşdur. Zərərçəkmiş şəxs əlində yaxşı bıçaq oynatmışdır. Amma o onun üstündə bıçaq gəzdirməsinin şahidi olmamışdır. Zərərçəkmiş şəxs anası X9 onun doğma bibisidir. O, 2022-ci ilin oktyabr ayında rəhmətə getmişdir və dəqiq tarixi bilmir. 2022-ci ilin oktyabr ayında o bibisinin ya qırx məclisi, ya da cümə axşamı məclisinə görə onlara getmişdir. Bibisi üç oğlu ilə bir məhəllədə həyət evində yaşamışdır. Evə gəlib-gedənlərlə əlaqədar Zərərçəkmiş şəxs qaldığı otağa keçmişdir. Həmin vaxt İskəndər orada tək olmuşdur. O, ondan hal-əhval tutmuş və bibisi barədə danışmışdır. Həmin vaxt İskəndər ona bildirmişdir ki, onun telefonunda kontur yoxdur, əgər onun konturu varsa telefonundan zəng vurmaq istəyir. O, telefonunu ona vermiş və İskəndər kiməsə zəng vurmuşdur. Onun zəng vurduğu nömrəni indi xatırlamır. Zəng vurduğu adam zəngi cavablandırmamışdır. Zərərçəkmiş şəxs telefonu ona verib bildirmişdir ki, əgər həmin nömrədən geri zəng gəlsə ona desin. Bir neçə saniyə sonra Zərərçəkmiş şəxs ona həmin nömrəyə sms yazmasını bildirmişdir. Onun diktəsi ilə həmin nömrəyə “mənəm İskəndərdi, məni yığ” sözlərini yazıb göndərmişdir. SMS yazandan bir neçə saniyə sonra həmin nömrədən ona zəng gəlmişdir. O, zəngi cavablandırmadan telefonu Zərərçəkmiş şəxs vermiş, sonuncu özü telefonu cavablandırmışdır. Danışıq zamanı o, qarşı tərəfdən hal-əhval tutmuş və onlar ümumi bir az danışıqdan sonra Zərərçəkmiş şəxs danışdığı şəxsə “səninlə işim var, görüşməliyik” sözlərini demişdir. Qarşı tərəfin nə cavab verdiyini bilmir. Amma Zərərçəkmiş şəxs onun sözlərindən sonra “telefon söhbəti deyil, üzbəüz görüşməliyik” sözlərini demişdir. Bundan sonra onlar sağollaşmış, Zərərçəkmiş şəxs telefonu ona geri verib təşəkkür etmişdir. O, ondan kiminlə, nə danışdığını soruşmamış, bu barədə ona heç bir sual verməmişdir. Zərərçəkmiş şəxs özü deyib ki, danışdığı Rəşad Dağlı olmuşdur. Ona onların danışığı maraqlı olmadığından aralarındakı söhbət barədə soruşmamışdır. Bu damışıqdan bir neçə dəqiqə sonra o otaqdan çıxmış və məclisə gələnlərə qulluq üçün köməyə getmişdir. Sonrakı müddətdə onun həmin nömrə ilə heç bir əlaqəsi olmamış, həmin nömrədən ona zəng daxil olmamışdır. Həmin gündən sonra o Zərərçəkmiş şəxs görməmişdir. 09 noyabr 2022-ci il tarixində, səhər saatlarıdan qohumlardan eşidərək bilmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla vuraraq Zərərçəkmiş şəxs öldürmüşdür. Hadisənin təfərrüatlarını bilmir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla telefonla danışanda ancaq o qeyd etdiyi sözləri demişdir. Onların arasında başqa danışıq olmamışdır. Zərərçəkmiş şəxs Rəşad Dağlı ilə telefonla danışıqda ona nəyə görə görüşməli olmasının səbəbini deməmişdir. Yalnız onu bildirmişdir ki, “üzbəüz görüşməliyik, telefon söhbəti deyil”. O, Zərərçəkmiş şəxs kiminlə danışdığını bilməmiş, ondan da danışıq barədə soruşmamışdır. Danışıqdan sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Rəşad Dağlı ilə danışmışdır. Danışıqdan sonra da Zərərçəkmiş şəxs onların arasındakı söhbət, eləcə də Təqsirləndirilən şəxsla üzbəüz görüşmək səbəbləri barədə ona heç nə deməmiş, o da bu barədə maraqlanmamış, soruşmamışdır. O, Zərərçəkmiş şəxs dostlarından, yoldaşlarından, daimi olaraq bir yerdə vaxt keçirdiyi kimisə tanımır. Onun Zərərçəkmiş şəxslə elə yaxın münasibəti olmamış, onunla heç vaxt bir yerdə vaxt keçirməmişdir. Eləcə də 2006-cı ildən Yasamal rayonundan köçdüyü üçün oradan heç kimi tanımır, heç kiminlə əlaqəsi yoxdur. Onun istifadəsində ***- ***-**-** və ***-***-**-** mobil nömrələrindən başqa nömrə olmamışdır. Onun Zərərçəkmiş şəxs diktəsi ilə Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil nömrəsinə yazdığı sms telefonunda qalmamışdır. Sms-i onu yazıb göndərdiyi gün silmişdir. Adətən o telefonunda sms saxlamır, onu dərhal silir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, əvvəllər fərdi qaydada taksi kimi işləmişdir, hazırda 6 aydır ki, heç bir yerdə işləmir, özünə məxsus 2 ədəd “Toyota Prius” markalı avtomobillərini fərdi qaydada icarəyə vermişdir və aldığı icarə haqqı ilə ailəni dolandırır. 08 noyabr 2022-ci il tarixdə, saat təxminən 18 radələrində dostu, Lənkəran şəhəri ərazisində, Xəzərə dənizindəki gəmilərin birində fəhlə işləyən, Xətai rayonunda onunla eyni məhəllədə yaşayan Rüfət adlı şəxslə görüşüb məhəllələrindəki çayxanada oturub çay içmiş, təxminən 20-30 dəqiqə ərzində bir yerdə olmuş, ümumi söhbətlər etmişdirlər. Həmin vaxtlar Rüfət ondan xahiş etmişdir ki, səhər saat 8-də Lənkəranda işdə olmalıdır, onu həmin gecə saat 4-də evdən götürüb Lökbatan dairəsinə aparsın, oradan taksi ilə Lənkəran şəhərinə gedəcək. O, Rüfətin xahişini nəzərə alıb razılaşmış və sonra onlar sağollaşaraq evlərinə getmişdirlər. 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixinə keçən gecə, saat 03:50 radələrində yuxudan oyanıb evdən çıxmış və “Whatsapp” proqramı vasitəsi ilə Rüfətə yazıb həyətdə olduğunu bildirmiş, təxminən 5-10 dəqiqə sonra Rüfət də evdən həyətə düşmüş və onun idarə etdiyi “Toyota Prius” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuş, o avtomaşını hərəkətə gətirmiş və saat təxminən 04 radəlində onlar Xətai rayonundan Lökbatan dairəsi istiqamətində yola düşmüşdürlər. Gecə saatları olduğundan yolda avtomaşın az olmuş, odur ki, təxminən saat 04:50-də Lökbatan dairəsinə çatmış və Rüfət orada avtomaşından düşərək onunla sağollaşaraq getmişdir. O, yaxınlıqda olan, Qazax-Bakı avtomagistral yolundakı “Lukoil” yanacaq doldurma məntəqəsindən avtomobilinə benzin tökmək üçün Lökbatan dairəsini dönərək təxminən saat 04:55-də Qazax-Bakı avtomagistral yoluna çıxmış və tək həmin yolda təxminən 3-4 km avtomobil ilə hərəkət etdikdən sonra təxminən 800 metr qarşıda, yolun sağ tərəfində “Niva” markalı, qara rəngli avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o avtomobili ilə magistral yolla təxminən 70-80 sürətlə hərəkətdə olmuş və elə həmin vaxt bir nəfər şəxsin “Niva” markalı avtomobilin sağ yan qapısını açdığını, oturacaqdan bir nəfər şəxsi aşağıya tərəf dartdığını görmüşdür. Bu vaxt o avtomobili ilə artıq həmin “Niva”ya tam yaxınlaşmış və yoluna davam edə-edə maşına tərəf baxdığında görmüşdür ki, həmin şəxsin yalnız ayaqları avtomaşının içərisində qalıb və onu maşından dartan şəxs öz hərəkətlərinə davam edərək bu şəxsi dartıb maşından aşağı salaraq maşının yanından keçən beton örtüklü arxın düz yanına qoydu. O, orada dayanmadan idarə etdiyi maşını bir qədər qarşıya tərəf sürüb yolun sağ tərəfində, “Niva”dan təxminən 700-800 metr qarşıda saxlamış və işıqlarını söndürmüşdür. Həmin vaxt o, düşünmüşdür ki, o adamın bəlkə də maşından çəkib aşağı sürüyüb saldığı şəxs qadındır və onların arasında narazılıq var deyə o, qadını orada qoyub gedəcək. Ona görə də orada avtomaşını ilə dayanmış, insanlıq edərək qadını oradan götürüb evlərinə çatdırmaq istəmişdir. Təxminən 1-2 dəqiqə orada dayanmış və bu vaxt artıq sürücü “Niva”nı hərəkətə gətirib həmin magistral yolla hərəkət edərək onun yanından keçib getmişdir. O, maşını hərəkətə gətirib geri verərək “Niva”nın az əvvəl saxladığı yerə getmiş və baxdıqda görmüşdür ki, bir nəfər kişi cinsli şəxs beton örtüklü bərənin sağ yan divarının içərisinə tərəf olmaqla əynindəki bütün paltarları qana bulaşmış halda, uzanıqlı vəziyyətdə, tərpənməz şəkildə qalıb, həmin an başa düşmüşdür ki, bu şəxsi öldürülübdür. Avtomaşından düşməmiş və maşını dərhal magistral yolla qarşı tərəfə hərəkət etdirib “Niva” markalı, qara rəngli həmin maşına çatmaqçün sürmüş və bu vaxt mobil telefonla Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş və biraz daha sürətlə sürərək həmin yolda hərəkətdə olan “Niva” markalı avtomobilə çatmış, “Niva”nın nömrəsinin **-VR-*** olduğunu görmüşdür. Yoluna davam edərək Nivanın sol tərəfindən ötmə əməliyyatı edib yanından keçib “Niva”ya tərəf baxdıqda görmüşdür ki, sürücü təkdir, ondan başqa maşında heç kim görünmür, lakin sürücünün konkret olaraq kim olduğunu bilməmiş, onu tanımamış, sürücü ona tərəf baxmadan maşınını sürmüşdür. Maşının yanından keçərək uzaqlaşmış və Bakı şəhər X21 istiqamətinə dönüb orada yol ayrıcından geri dönüş edərək Lökbatan dairəsinə tərəf qayıtmışdır. Ora yaxınlaşanda mobil telefonuna zəng gəlmiş və zəngə cavab verdiyində bir nəfər özünü Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək xidməti avtomobil ilə onu Lökbatan dairəsində gözlədiklərini demişdir. O, həmin yol dairəsinə çatdıqdan sonra polis əməkdaşlarının xidməti avtomaşınına yaxınlaşıb işarə etmişdir ki, arxasınca gəlsinlər. Polis avtomaşını arxasınca gəlmiş və onları hadisənin baş verdiyi yerə aparmışdır. Orada maşından düşmüş və polis əməkdaşları da maşından düşüb meyitə tərəf yaxınlaşmış, sonra isə zəng edib aidiyyəti əməkdaşlara, müvafiq orqanlara məlumat vermişdirlər, meyitə tərəf baxdığım zaman beton örtüklü bərənin içərisində, tiyəsi qana bulaşmış halda bir ədəd bıçaq olduğunu, eləcə də meyitin üzü üstə arxın sağ divarında uzanıqlı halda olduğunu, əynindəki bütün paltarların qana bulaşdığını, meyitin və arxın ətraf nahiyəsinin qana bulaşmış olduğunu görmüşdür. Qısa vaxtdan sonra prokurorluq və digər orqan əməkdaşları hadisə yerinə gəldilər, hadisə yerinə baxış keçirildi, daha sonra meyit oradan götürülüb Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən morqa aparıldı. Hadisə yerində olduğum vaxtlar isə bilmişdir ki, öldürülən şəxsin adı İskəndərdi və onu Rəşad Dağlı kimi tanıdığı, lakin heç vaxt görmədiyi meyxanaçı öldürübdür. Onun Zərərçəkmiş şəxslə, eləcə də meyxanaçı Təqsirləndirilən şəxsla heç bir münasibəti olmamış, onları əvvəllər heç vaxt şəxsən görməmişdir. Təqsirləndirilən şəxs, yəni Rəşad Dağlını meyxanaçı kimi yalnız müxtəlif televiziya verilişlərində görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsindən sonra onun meyitini “Niva” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq oturacağından düşürüb Qazax-Bakı magistral yolunun yaxınlığındakı arxın yanına qoyduğunu gördüyü zaman o tək olmuş, o gördüyü zaman, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs də tək olmuşdur, yəni sonradan adının İskəndər olduğunu bildiyi şəxsin meyitini “Niva” markalı avtomobildən aşağı çəkib salarkən Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. Həmin vaxtlar qeyd olunan hadisəni başqa kiminsə, yəni yoldan keçən hər hansı avtomobilin sürücüsü və ya sərnişininin görüb-görmədiyini o bilmir, gecənin elə vaxtı olmuşdur ki, həmin vaxt magistral yoldan demək olar ki, başqa heç bir maşın keçməmiş, o başqa hər hansı maşın görməmişdir. O, mobil telefonu ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meyitini “Niva” markalı avtomaşından çəkib yerə salması anlarının video və və ya foto görüntüsünü çəkməmiş, eləcə də hadisədən sonra orada olduğu zaman telefonu ilə hadisə yerinin və ya meyitin video və ya foto görüntüsünü çəkməmiş, həmin hadisəyə dair təqdim edə biləcəyi heç bir foto və ya video görüntü yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, “Dağlı” ləqəbi ilə tanınan meyxanaçı Təqsirləndirilən şəxs sosial şəbəkələrdən və televiziya verlişlərindən tanıyır, onunla hər hansı şəxsi münasibəti olmamışdır. 08 noyabr 2022-ci il tarixində, saat 04 radələrində onun işlədiyi mağazaya gəlmiş “Dağlı” ləqəbi ilə tanınan meyxanaçı Təqsirləndirilən şəxs mağazadan iki qutu “Vinston” adlı siqaret və bir ədəd bıçaq almış, aldığı malların cəmi tutarı təxminən 45 manat olmuş, sonuncu ona 100 manatlıq əskinaz vermiş, geri qalan qalığı qaytarıldıqdan sonra getmişdir. “Dağlı” ləqəbi ilə tanınan meyxanaçı Təqsirləndirilən şəxs aldığı bıçağın sapının rəngini dəqiq xatırlamır, amma sapına bəzək kimi ip bağlanmış, tiyəsi gümüşü rəngli olmuş, onun dəri ya va süni materialdan olan qabı olmuşdur. Amma Təqsirləndirilən şəxs onu qabı ilə birlikdə və ya ayrı-ayrılıqda götürüb-götürmədiyini bilmir, bunu hazırda xatırlamır. O, alqı-satqı zamanı Təqsirləndirilən şəxsla həmsöhbət olmamış, aldığı bıçaq barədə ondan heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs mağazaya tək gəlmiş, mağazada gəzəndə tək olmuş, kassada ödəniş edəndə də tək olmuş, o, mağazadan çıxandan sonra onun dalınca getməmiş, amma kassada quraşdırılmış kameradan görmüşdür ki, Təqsirləndirilən şəxs qara rəngli “Niva” markalı avtomobilə minərək getmiş, avtomobilin yanında heç kim onu gözləməmiş, avtomobilin içində kiminsə olduğunu isə kameradan görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 9 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, eyni tarixdə saat 05:40-da ünvan 6 ünvanda qeydiyyatda olan özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Rayon Polis X2 yaxınlaşaraq Qaradağ rayonu ərazisində avtobanda aralarında baş vermiş mübahisə zəmnində İskəndər adlı şəxsi bıçaqla vurması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 114). 9 noyabr 2022-ci il tarixli raportdan görünür ki, vətəndaş X6 həmin tarixdə saat 05:00də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti ilə əlaqə yaradaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi çöl yolunda dava dalaş olması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 156). “Baxış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, 09 noyabr 2022-ci il də saat 06:10-07:40 radələrində hadisə yeri olan Bakı-Qazax avtomagistral yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən hissəsində, Kənar dairəvi yolun 8-ci km-də, Bakı şəhəri istiqamətində yolun sağ tərəfində, sel sularının axıntısı üçün nəzərdə tutulmuş beton örtüklü arxa baxış keçirilmişdir. Arxın içində bir nəfər kişi meyiti vardır və üzü üstə uzanmış vəziyyətdədir. Meyitin əynində paltarları vardır və bütün paltarlar qanabənzər ləkələrə bulaşmışdır. Meyitin əynindəki gödəkçənin sağ cibində, yarı hissəsi cibdən çıxmış vəziyyətdə olan bir ədəd qara rəngli “HOFFMANN” markalı açıq vəziyyətdə mobil telefon aparatı aşkar olunmuşdur. Su kanalının kənarından avtomagistral yola tərəf 1,1 x 0,35 ölçüdə yaxma formasında qanabənzər ləkələr aşkar olunmuşdur və iş üçün əhəmiyyət kəsb etdiyindən qeyd edilən qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Meyitin sağ ayağından 0,2 metr magistral yola doğru yerdə bir ədəd boz rəngli çəkələk (şəpit) vardır. Həmin çəkələyin (şəpitin) üzərində qanabənzər ləkələr olduğu görünür. Meyitin sağ ayağının diz nahiyəsindən 0,6 metr aşağıda, arxın dibində bir ədəd ümumi uzunluğu 30 sm, dəstəyinin uzunluğu 12 sm, tiyəsinin uzunluğu 18 sm, tiyəsinin eni 4 sm olan bıçaq aşkar olunmuşdur. Bıçağın tiyəsi gümüşü rəngli metal materialdan olmaqla qəhvəyi rəngli taxta materiallı dəstəyə pərçinlənmişdir. Dəstəyin orta və arxa hissəsində kəndir ipli naxışlar vardır. Bıçağa vizual olaraq baxdıqda tiyəsinin hər iki tərəfində qanabənzər ləkələr müşahidə olunur. Meyitin baş nahiyəsinə paralel olaraq avtomagistral yolda arxın kənar çıxıntısından 1,2 metr məsafədə, yerdə 0,3x00,5 metr ölçüdə, xətt formalı naxışları aşkar görünən, qanabənzər ləkələrə bulaşmış ayaqqabı izinin olması görünmüşdür. Bu izdən 0,9 metr avtomagistral yola doğru eyni ölçüdə və eyni naxışları olan qanabənzər ləkələrə bulaşmış ikinci ayaqqabı izinin olması görünmüşdür. İkinci izdən 0,8 metr avtomagistral yola doğru eyni ölçüdə və eyni naxışları olan qanabənzər ləkələrə bulaşmış üçüncü ayaqqabı izi vardır. Meyit qeyd olunan yerdən götürüldükdə arxın içərisində maili formada olan arxın divarından dibinə tərəf qanabənzər ləkələrin axıntı formasında olması aşkar olunmuşdur. Həmin beton divarda olan qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Baxış zamanı gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq 02 nömrə ilə işarələnmiş “HOFFMANN” markalı mobil telefon, 03 nömrə ilə işarələnmiş ərazidəki qanabənzər ləkələrdən nümunələr, 04 nömrə ilə işarələnmiş çəkələk (şəpit), 05 nömrə ilə işarələnmiş bıçaq, kanalın divarında olan qanabənzər ləkələrdən nümunələr götürülmüşdür (cild 1, iş vərəqə 1-11). “Meyitə baxış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X16 Qaradağ Rayon Şöbəsinin meyitxanasında Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmiş və onun bədənində kəsilmiş, kəsilmiş-deşilmiş və daxili nüfuz edən kəsilmiş-deşilmiş olmaqla ümumilikdə on dörd xəsarət olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 12-19). Baxış keçirilməsi haqqında 9 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Niva” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən, avtomaşının sağ qabaq sərnişin qapısının xarici səthindəki şüşəsinin üzərində müşahidə olunan yaxma formasında olan qanabənzər ləkələr,avtomaşının sağ qabaq qapısının altında quraşdırılmış, ayaq qoymaq üçün nəzərdə tutulmuş altlığın üzərində müşahidə olunan damcı formasında olan qanabənzər ləkələr, sağ qabaq sərnişin oturacağının ayaqaltı hissəsində damcı və kütlə halında olan qanabənzər ləkələr, sağ sərnişin oturacağının qara rəngli dəri materialdan olan üzlüklərinin üzərində qanabənzər ləkələr, sükan, sürət ötürücüsü, torpeda və saxlanc yeri və qolu söykəmək üçün quraşdırılmış altlığın üzərində damcı, yaxıntı formasında müxtəlif ölçülərdə qanabənzər ləkələr, həmçinin sağ qabaq qapının şüşəsinin çərçivəsindən əl-barmaq izləri müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Arxa oturacaqlar üzərində kənar əşya, predmet və izlər aşkar olunmamış. Ancaq arxa sağ tərəf sərnişin oturacağının ayaqaltısında axıntı və gölməcə formasında qanabənzər ləkələrin olması müşahidə edilmişdir. Həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Avtomaşının sol qabaq oturacağının altında aşkar olunmuş 01 ədəd sarımtıl rəngli alışqan müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Avtomaşının sağ torpedasının saxlanc yerində, qabaq oturacaqların arasına quraşdırılmış saxlanc qutusuna baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı iz, predmet, əşya və s. aşkar olunmamışdır (cild 1, iş vərəqə 52-58). “Paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd yaşıl rəngli uzunqol kofta, bir ədəd göy rəngli şalvar, bir ədəd parça materialdan qara rəngli gödəkçə, bir cüt dəri materialdan qara rəngli ayaqqabı hadisə günü, yəni 09 noyabr 2022-ci il tarixdə götürülmüş və onların baxışı aparılmışdır. Baxış protokolundan görünür ki, şalvarın sağ yan cibindən aşağı hissəsində, diz nahiyəsidən bir qədər yuxarıda bir ədəd kəsilmiş-deşilmiş zədə vardır. Eləcə də şalvarın önündə, sağ və sol diz nahiyələrindən bir qədər yuxarıda və cibləri ətrafında, önündə sağ balaq nahiyəsində, arxasında sağ cibin alt və üst nahiyələrində damcı və yaxma formasında qanabənzər ləkələr vardır (cild 1, iş vərəqə 60-65). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 “Narkotik sərxoşluq vəziyyətinin nakotik vasitələrin və psixotrop maddələrinin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli, saat 13:25-də keçirilmiş analizin nəticəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı narkotik maddə aşkar edilməmişdir (cild 1, iş vərəqə 76- 77). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 1/2572 nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:20-də Təqsirləndirilən şəxs müayinəsi aparılmış və müayinə zamanı onun ayıq olması, alkoqol qəbulu əlamətləri olmaması halı müəyyən olunmuşdur (cild 1, iş vərəqə 78-79). “Könüllü təqdim edilən diskin götürülməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci km 4 ünvanında yerləşən 2 ədəd boksun (hər biri 32 kv metr) quraşdırılmış iki ədəd təhlükəsizlik kameraları və onun xüsusi qurğusu olan “DVR” qurğusu və qurğunun saxlanc yeri sayılan “Hrd Disk”-də 09 noyabr 2022-ci il tarixdə məlum cinayət hadisəsi ilə bağlı qeydə alınmış görüntüləri köçürdüyü plastik “DV Disk” –i istintaqa təqdim etmişdir (cild 1, iş vərəqə 123). “Baxış aparılması haqqında” 2 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, video yazı 1 dəqiqə, 44 saniyə müddətinədir. Yazıdan onun xx.xx.2022-ci il tarixə aid olduğu görünür, yazı saat 04:13:55-də başlayır və 04:15:38-də bitir. Yazıdan görünür ki, o, video yazan qurğudan köçürülməmişdir, telefon və ya başqa video çəkən avadanlıq vasitəsi ilə ekrandan çəkilmişdir. Hadisələri göstərən yazıların səsi yoxdur. Yazıdan görünür ki, Təqsirləndirilən şəxs mağazada kassanın quraşdırıldığı masanın qarşısında dayanıbdır, əynində hadisə günü onun əynində olmuş göy rəngli cins şalvar, qara rəngli gödəkçə və tünd yaşıl rəngli kofta vardır. Kassada masanın üzərində müxtəlif ölçülərdə bıçaqlar düzülmüşdür. Bir az sonra kassanın arxasına satıcı keçir, yazılar əsasında həmin satıcının Şahid2 olduğu dəqiqləşdirildi. Şahid2 video görüntünün dairəsinə daxil olanda əlində iki ədəd siqaret qutusu olduğu görünür. O, siqaret qutularından birinin QR kodunu kassa avadanlığında oxutduqdan sonra qutuları üst üstə qoyaraq masanın üzərinə qoyur. Onun bu hərəkətləri ilə eyni vaxtda Təqsirləndirilən şəxs masanın üzərinə düzülmüş bıçaqlardan birini götürür, bıçağın tiyəsinin qara rəngli qabı vardır. Təqsirləndirilən şəxs onu qabından çıxarır, bıçağın tiyəsi gümüşü rənglidir, Təqsirləndirilən şəxs onu sağ əlində tutub, sol əli ilə uc hissəsini bir neçə dəfə yoxlayır, bir neçə dəfə çevirərək ona baxır, bir neçə saniyə sonra o, bıçağı satıcıya göstərərək onunla danışır, danışıqdan sonra bıçağı tiyə qabında masanın üzərinə qoyur və şalvarınn sağ cibindən pullar çıxararaq onların içindən bir ədəd əskinaz seçib masaya qoyur. Video yazıdan əskinazı görmək olmur. Satıcı Şahid2 əskinazı götürərək ona baxır, onu yenidən masanın üzərinə qoyur, masanın üzərində olan monitorun qarşısındakı klavyaturada nəsə yazır, monitora bir qədər baxdıqdan sonra masanın üzərində olan elektron hesablayıcıda hesablama aparır, daha sonra Təqsirləndirilən şəxs ona verdiyi əskinazı qoyduğu yerdən götürür, masanın altına doğru əyilir. Onun hərəkətlərin başa düşülür ki, o, əskinazı ora qoyur və oradan sayaraq başqa pullar götürür, qalxaraq sayıb beş ədəd əskinazı, eləcə də masanın üzərindən qəpiklər götürərək Təqsirləndirilən şəxs verir. Təqsirləndirilən şəxs sağ əli ilə pulu Şahid2 alır, eyni vaxtda sol əli ilə iki qutu siqareti masanın üzərindən götürür. Şahid2 pulu verdikdən sonra Təqsirləndirilən şəxs bir az əvvəl əlində tutaraq yoxladığı bıçağı masadan götürərək ona uzadır və sonuncu onu götürərək mağazadan çıxır. Sonuncu mağazadan çıxan anda yazı bitir (cild 2, iş vərəqə 6-8). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ünvanın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən Qazax-Bakı yolunun (kənar dairəvi yol) Bakı şəhəri istiqamətində yolda baş verdiyini və idarə etdiyi avtomobili həmin yolun 8-ci km-də saxladığını bildirərək, həmin yeri əyani göstərə biləcəyini söyləmiş, həmin ünvana yollandıqda əli ilə hadisənin baş verdiyi yeri göstərmiş, qeyd edilən yerdə məlum cinayət hadisəsini törətdiyini bildirməklə idarə etdiyi avtomobilin dayandığı yeri əyani olaraq göstərmiş və bir daha istintaqda vermiş olduğu ifadəsini təkrar olaraq təsdiq etmişdir (cild 1, iş vərəqə 106-109). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, tanıyan Təqsirləndirilən şəxs ona təqdim olunmuş 4 ədəd bıçaqdan “3” şərti rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək bir daha bildirmişdir ki, baş vermiş məlum cinayət hadisəsi zamanı o, məhz cinayətin aləti kimi “3” şərti rəqəmi ilə nömrələnmiş bıçaqdan istifadə etmişdir ( cild 1, iş vərəqə 189-190). 2 dekabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında protokoldan” görünür ki, baxışı aparılan Zərərçəkmiş şəxs istifadəsində olmuş və meyidin üzərində aşkar edilərək götürülmüş bir ədəd “HOFFMAN” markalı telefon olmuş, telefonun proqram təminatında problem olduğundan zənglərin tarixi düzgün göstərilməmişdir (cild 2, iş vərəqə 9). "xxxx" MMC-dən 06 dekabr 2022-ci il tarixli müşaiyət məktubu ilə rayon prokurorluğuna göndərilmiş bir ədəd diskdə olan, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələrinə dair bir ədəd CD-də olan telefon məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, diskdə dörd ədəd fayl vardır. Həmin fayllardan iki ədədi “excel”, dörd isə “note” formatındadır. “Note” proqramı ilə yazılmış sənədlərin adı “**********10”, “**********10_SMS”, “**********10” və “**********10_SMS”, “Excel” formatlı faylların adı “abuneciler” və “antenna”-dır. “**********10” və “**********10” adlı fayllara baxış zamanı müəyyən edilmişdir ki, məlumatlarda həmin nömrələr vasitəsi ilə aparılmış danışıqlar var və danışıqlar 20 oktyabr 2022-ci il, 00:00:00-dan 10 noyabr 2022-ci il, 23:59:59 qədər olan müddəti əhatə edir. “**********10_SMS” və “**********10_SMS” adlı fayllara baxış zamanı müəyyən edildi ki, məlumatlarda həmin nömrələr vasitəsi ilə aparılmış sms danışıqlar var və +**********10 nömrəsi vasitəsi ilə aparılmış danışıq 29 oktyabr 2022 04 noyabr 2022-ci il tarixlərini, ********** nömrəsi vasitəsi ilə aparılmış danışıqlar isə 26 oktyabr 2022 – 09 noyabr 2022-ci il tarixlərini əhatə edir. İstintaq zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. ““**********10”, “**********10_SMS”, “**********10” və “**********10_SMS” adlı fayllara baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə öz istifadəsində olan ***-***-**-** nömrəsindən başqa ***-***-**-** nömrəsi vasitəsi ilə də əlaqə saxlamışdır. Bu onun həmin nömrədən yazdığı sms mətnindən və orada qeyd etdiyi adından görünür. 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə saat 23:39:09 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə 108 saniyə, 29 oktyabr 2022-ci ildə saat 17:48:00 radələrində 90 saniyə, 31 oktyabr 2022-ci ildə saat 04:03:58 radələrində 12 saniyə, 31 oktyabr 2022-ci ildə saat 03:58:13 radələrində 26 saniyə, 31 oktyabr 2022-ci ildə saat 04:03:58 radələrində 12 saniyə, 09 noyabr 2022-ci ildə saat 04:03:03 radələrində 32 saniyə, 09 noyabr 2022-ci ildə saat 04:36:30 radələrində 26 saniyə müddətinə danışıqlar aparılmış, habelə, 30 oktyabr 2022-ci ildə saat 21:15:07 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə “Qaqaw menem iskender. qaqaw men sene cox dedim sen az ewitdun. qaqaw sen meniw yenede qaqawlmsan, haracan iazlmdl men seni zawad eledim. rewad uzdeniraq sohbetun kedir! neqeder tezdi kel qabaqnl alaq. men senenem.”, 31 oktyabr 2022-ci il tarixdə saat 01:42:52 radələrində “Qaqaw ne oldu razlawdun? yanl bu olub? rewad men uc kunduki seni apravdat edirem, sende kel mene padewqa ver. varyoxnu XXXXX yalan diyenin, kel tek menen koruweceksen. narahat olma men bularl yidizdirirem, vermiwem aqlzdarna, prosda kel koruwek bir-iki weyker varki olarl sen bilirsen. qaqaw yene deyirem qoxma olar hec seni kormicekler! sen kel verim bularln aqzlna. rewad meke kuven!!! zenkuvu kozduyurem! meleden uwalarl ylxmaq isdiyirler ylqmasunlar.”, 04 noyabr 2022-ci il tarixdə saat 22:53:19 radələrində “Rawad menem iskender. qaqaw o boyda temaon kedir, secun hec maraqli deyil. mene zenk ele. srocnu kozduyurem”, 5 noyabr 2022- ci ildə “Rawad menem iskender. qaqaw bu deyilenlernen razlawlrsan? bawa duwurem seni, utanlrsan ama kelmelisen qaqaw. sen kel qorxma, menim yanlmda ol, men rasxod atlram temaya. kotubawl bidene qonaqlq vereciyik. temanl wiwirdme kel qoxma men senenem!!!.”, 5 noyabr 2022-ci ildə saat 04:58:57 radələrində “Rewad senun aduva leke duwse, bizimcunde minusdu! kel bu clrlqln aqzlnl baqlayaq. sen kelmeson men mecbur olub mehleden bir-iki nefer koturub kedmeli olacaqam. dua ele sobetimiz mirni qutarsun” məzmunda məsajlar daxil olmuşdur. “abuneciler” adlı excel fayla baxış zamanı müəyyən edilmişdir ki, orada ***-***-**-** və ***-**-** mobil nömrələrinin, eləcə də həmin nömrələrlə danışıqlar aparmış digər "xxxx" MMC-nn abunəçilərinin nömrələrin kimin adına rəsmiləşdirilməsi haqqında məlumatlar qeyd edilmişdir. Həmin məlumatlar əsasında dəqiqləşdirilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş hər iki yuxarıda qeyd edilən mobil nömrələr X19 adına rəsmiləşdirilmişdir. “antenna” adlı excel proqrama baxış zamanı müəyyən edilmişdir ki, orada ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin anten məlumatları göstərmişdir. Müəyyən edilmişdir ki, ***-***-**-** nömrəsinin hadisə gününə, yəni xx.xx.2022-ci il tarixinə aid anten məlumatları orada yoxdur. ***-***-**-** nömrəsinin xx.xx.2022-ci il tarixli anten məlumatları əsasında dəqiqləşdirilmişdir ki, həmin nömrə istifadəçisi 09 noyabr 2022-ci il tarixdə saat 04:12 radələrində Baki şəhəri, Biləcəri Qəsəbəsi, Fövqəladə Hallar Nazirliyi Xəstaxanası, saat 04:31 radələrində isə Baki şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi 89-da olmuşdur.Telefon əlaqələrinə dair məlumatlarda iş üzrə əhəmiyyətə malik başqa məlumatlar aşkar edilməmişdir (cild 2, iş vərəqə 17-20). Məhkəmə-tibbi ekspertizanın 14 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda sol mil-bilək oynağı nahiyəsinin sıyrığı xəsarəti aşkar edilmişdir, həmin xəsarət bərk küt əşyanın təsirindən, müayinədən, yəni xx.xx.2022-ci il tarixində bir neçə saat əvvəl yaranmışdır, həmin tarixdə yaranması mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakteri və yerləşmə yerini nəzərə alıb demək olar ki, həmin xəsarət müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni aralarında baş vermiş mübahisə zəminində yarana bilər (cild 2, iş vərəqə 20-24). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 06 dekabr 2022-ci il tarixli rəyindən və ona əlavə edilmiş foto-cədvəldən görünür ki, 09 noyabr 2022-ci il tarixdə, Bakı-Qazax yolunun 8-ci kilometrliyində Bakı istiqamətində xx.xx.1979cu il təvəllüdlü Zərərçəkmiş şəxs qətlə yetirilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş üç ədəd yapışqan lentin kəsikləri üzərində olan əl izlərinin bir ədədi əl-barmaq izi şəxsiyyətinin eyniləşdirilməsi üçün yararlıdır.Tədqiqata təqdim edilmiş bıçaq və alışqanın səthində aşkar olunmuş əl izlərinin fraqmentləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan bir ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əlbarmaq əksləri ilə eyniliyi müəyyən edilməmişdir (cild 2, iş vərəqə 25-30). Məhkəmə-tibbi ekspertizanın 12 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır:

1. Ürəyin qalxan aortasının deşilmiş - kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİİ-İV qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən yara kanalı öndən - arxaya, yuxarıdan aşağı bir qədər çəp istiqamətli olan deşilmiş kəsilmiş yara;

2. Sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthinin Vİİİ-İX qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən yara kanalı arxadan önə, yuxarıdan - aşağı bir qədər çəp istiqamətli olan deşilmiş - kəsilmiş yara;

3. Sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasının bir ədəd daxil nüfuz edən yara kanalı arxadan - önə, yuxarıdan aşağı bir qədər çəp istiqamətli olan deşilmiş-kəsilmiş yara;

4. Döş qəfəsinin arxa səthinin sol kürək sümük proyeksiyasının bir ədəd,

5. Döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasında bir ədəd;

6. Döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthində bir ədəd;

7. Onurğa sütunu nahiyəsinin bel şöbəsi proyeksiyasında iki ədəd;

8. Sağ çiyinüstü nahiyədə bir ədəd;

9. Sağ bazu nahiyəsinin aşağı 1/3-nin ön səthində bir ədəd;

10. Döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində V-Vİ qabırğalar proyeksiyasında bir ədəd;

11. Sağ çiyin qurşağı nahiyəsinin ön səthində bir ədəd;

12. Sol körpücük sümük proyeksiyasında bir ədəd;

13. Sağ said nahiyəsinin yuxarı 1/3-nin arxa səthində bir ədəd deşilmiş-kəsilmiş yaraları;

14. Başın alın nahiyəsinin səthi əzilmiş yarası və sıyrığı. Burun kökünün üst səthinin, burunun üst uc səthinin, sağ gözaltı nahiyənin və sağ gicgah nahiyəsinin sıyrıqları; Qeyd olunan xəsarətlərdən ürəyin qalxan aortasının deşilmiş yarası ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİİ-İV qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yarası, sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthinin Vİİİ-İX qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol kürək sümük proyeksiyasının bir ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasında bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthində bir ədəd, onurğa sütunu nahiyəsinin bel şöbəsi proyeksiyasında iki ədəd, sağ çiyinüstü nahiyədə bir ədəd, sağ bazu nahiyəsinin aşağı 1/3-nin ön səthində bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində V-Vİ qabırğalar proyeksiyasında bir ədəd, sağ çiyin qurşağı nahiyəsinin ön səthində bir ədəd, sol körpücük sümük proyeksiyasında bir ədəd, sağ said nahiyəsinin yuxarı 1/3-nin arxa səthində bir ədəd deşilmiş - kəsilmiş yaraları deşici - kəsici alət (əşya), ola bilsin ekspertizaya təqdim olunan bıçağın və ya ona oxşar bıçağın təsirindən törənmələri mümkündür. Başın alın nahiyəsinin səthi əzilmiş yarası və sıyrığı, burun kökünün üst səthinin, burunun üst uc səthinin, sağ gözaltı nahiyənin və sağ gicgah nahiyəsinin sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Göstərilən xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 09 noyabr 2022-ci il tarixdə törənmələri mümkündür. Göstərilən xəsarətlərdən ürəyin qalxan aortasının deşilmiş–kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİİ-İV qabırğalar proyeksiyasının bir ədəd, sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthinin Vİİİ-İX qabırğalar proyeksiyasının bir ədəd, sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın, döş qəfəsinin arxa səthinin sol kürək sümük proyeksiyasının bir ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasında bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthində bir ədəd, onurğa sütunu nahiyəsinin bel şöbəsi proyeksiyasında iki ədəd, sağ çiyinüstü nahiyədə bir ədəd, sağ bazu nahiyəsinin aşağı 1/3-nin ön səthində bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində V-Vİ qabırğalar proyeksiyasında bir ədəd, sağ çiyin qurşağı nahiyəsinin ön səthində bir ədəd, sol körpücük sümük proyeksiyasında bir ədəd, sağ said nahiyəsinin yuxarı 1/3-nin arxa səthində bir ədəd deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, başın alın nahiyəsinin səthi əzilmiş yarası və sıyrığı, burun kökünün üst səthinin, burunun üst uc səthinin, sağ gözaltı nahiyənin və sağ gicgah nahiyəsinin sıyrıqları və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin qalxan aortasının deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİİ-İV qabırğalar proyeksiyasının bir adəd, sağ, ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthinin Vİİİ-İX qabırğalar proyeksiyasının bir ədəd, sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yaraları nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (meyit 09 noyabr 2022-ci il tarixdə saat 09:00-da müayinə olunmuşdur) 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində başın alın nahiyəsinin səthi əzilmiş yarası və sıyrığı, burun kökünün üst səthinin, burunun üst uc səthinin, sağ gözaltı nahiyənin və sağ gicgah nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənsə belə əl, ayaq, yumruq və s. təsirindən yaranmaları az inandırıcıdır. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər müxtəlif nahiyələrdə, ölçülərdə və istiqamətlərdə olduqlarından xəsarət yetirən şəxsin hadisə zamanı zərərçəkmişlə hansı qarşılıqlı yerləşmələri haqqında dəqiq fikir söyləmək mümkün olmasa da qeyd olunan xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə törənmələri inkar olunmur. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin və hadisə zamanı əynində olan paltarların zədələrinin sayını və yerləşmə yerlərini nəzərə alıb, demək olar ki, hadisə zamanı onun əynində olan paltarlardakı zədələrin bir çoxu sayına və yerləşmə nahiyələrinə görə bir-birinə uyğundur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid “Heroin” və fenilalkilamin qrupuna aid olan “Amfetamin” aşkar edilmişdir. Etil spirti aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcəyində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Mərhumun arxa keçəcəyindən götürülmüş tamponun məhkəmə-tibbi bioloji müayinəsi zamanı spermatozoidlər aşkar edilməmişdir (cild 2, iş vərəqə 33-44). Məhkəmə-trasoloji ekspertizasının 22 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs əynində olmuş...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin, qısaqol köynəyin, maykanın və üzərində "Təqsirləndirilən şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş cins şalvarın səthində zədələr vardır. Həmin zədələr cins şalvarın səthindəki zədə və gödəkçənin səthindəki "f" zədəsi istisna olmaqla, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Üzərində "Təqsirləndirilən şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş cins şalvarın və üzərində "Zərərçəkmiş şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin səthində olan "f" zədəsi ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Üzərində "Zərərçəkmiş şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş şalvarın, bir ədəd tərliyin və üzərində "Təqsirləndirilən şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin, uzunqol köynəyin, bir cüt ayaqqabının səthində zədə yoxdur (cild 2, iş vərəqə 48-51). Məhkəmə-lifli ekspertizasının 26 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Arif oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən gödəkçənin və uzunqol köynəyin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs Arif oğluna məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan geyim əşyalarının səthləri üzrərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur (cild 2, iş vərəqə 54-58). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 17 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdırlar (cild 1, iş vərəqə 101). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2018xx.xx.2018-ci il tarixlərdə qeyd edilən mərkəzdə “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur ( cild 2, iş vərəqə 122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi” X16 rəyindən və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları-köynək, mayka, gödəkçənin üzərində dəlibkeçən zədələr aşkar edilmiş, şalvar və bir-cüt ayaqqabının üzərində isə əhəhmiyyət kəsb edən zədə aşkar edilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus köynək, gödəkçə, şalvar və bir cüt ayaqqabının üzərində heç bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, ümumi təyinatlı, qatlanmayan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 1, iş vərəqə 167-183). Məhkəmə psixiatrik və psixoloji ekspertizasının 27 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, ictimai təhlükəli əməli törətdiyi zaman qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqə 196-199). Sübutların qiymətləndirilməsi haqqında 14 mart 2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə 09 noyabr 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş və baxış protokoluna əsasən 02 nömrə ilə işarələnmiş “HOFFMANN” markalı mobil telefonun, 03 nömrə ilə işarələnmiş ərazidəki qanabənzər ləkələrdən nümunələrin, 04 nömrə ilə işarələnmiş çəkələyin (şəpit), 05 nömrə ilə işarələnmiş bıçağın, arxın divarında olan qanabənzər ləkələrdən nümunələrin, Təqsirləndirilən şəxs istifadəsində və sahibliyində olmuş, hadisənin baş verdiyi “Niva” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı avtomobilin sağ qabaq sərnişin qapısının xarici səthindəki şüşəsinin üzərində yaxma formasında olan qanabənzər ləkələrdən, sağ qabaq qapısının altında quraşdırılmış, ayaq qoymaq üçün nəzərdə tutulmuş altlığın üzərindəki damcı formasında olan qanabənzər ləkələrdən, sağ qabaq sərnişin oturacağının ayaqaltı hissəsində damcı və kütlə halında olan qanabənzər ləkələrdən, sağ sərnişin oturacağının qara rəngli dəri materialdan olan üzlüklərinin üzərində qanabənzər ləkələrdən, sükan, sürət ötürücüsü, torpeda və saxlanc yeri və qolu söykəmək üçün quraşdırılmış altlığın üzərindəki damcı, yaxıntı formasında müxtəlif ölçülərdəki qanabənzər ləkələrdən ayrı-ayrılıqda götürülmüş nümunələrin, sol qabaq oturacağının altından götürülmüş sarımtıl rəngli alışqanın, sağ qabaq qapının şüşəsinin çərçivəsindən götürülmüş əl-barmaq izlərinin, 11 noyabr 2022-ci il tarixdə Şahid3 təqdim etdiyi bir ədəd məlumat daşıyıcısının – disk, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd tünd göy rəngli, öndən zəncirbəndli gödəkçənin, qara rəngli qısa qol köynəyin (mayka), ağ rəngli qolsuz alt maykanın, ağ rəngli, kətan materialdan olan şalvarın, mavi rəngli sol tay bir ədəd şəpitin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd yaşıl rəngli uzunqol koftanın, bir ədəd göy rəngli cins şalvarın, bir ədəd parça materialdan olan qara rəngli gödəkçənin, bir cüt dəri materialdan olan qara rəngli ayaqqabının öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən etdiyindən 14 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınması və Qaradağ Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılması qərara alınmışdır (cild 2, iş vərəqə 200-244). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 133). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən soyuq silah əldə etməsini inkar etməsə də heç vaxt soyuq silah gəzdirməməsi səbəbindən ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə əlaqədar elan edilmiş ittihamla razılaşmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmin dəlili ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən əldə etmə..... və gəzdirmə kimi bir -birindən asılı olmayan müstəqil hərəkətlərə yol verilməsi ilə xarakterizə olunur. Əməl formal tərkibli olduğundan həmin hərəkətlərdən hər hansı birinin törədildiyi andan qeyd olunan cinayət bitmiş hesab edilir, müvafiq əmələ görə cinayət məsuliyyətinə cəlb edilmək üçün əsas yaranmış olur. Bundan başqa həmin maddəyə münasibətdə “gəzdirmə” anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan silahların , o cümlədən soyuq silahın bir yerdən başqa yerə öz üstündə aparması kimi başa düşülür.Bu hərəkətin mütəmadi xarakter daşıması, yəni əvvəllər belə hərəkətə yol verib-verilməməsi cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmamadığından müvafiq maddəyə əsasən cinayət məsuliyyətinin yaranması üçün hər hansı əhəmiyyət kəsb etmir. Digər tərəfdən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas olan faktiki halları mübahisələndirmişdir. Belə ki, o, istər ibtidai istintaq dövrünün sonrakı mərhələsində, istərsə də məhkəmədə ifadə verərkən bildirmişdir ki, Zərərçəkmiş şəxs öldümək niyyəti olmamışdır. Hadisə yerindən aşkar edilən bıçağı zərərçəkmiş şəxsin sözlərinə əsasən barəsində yayılan xoşa gəlməz söhbətlərin qarşısının alınması üçün mübahisəyə getdiyini düşünərək əldə etmiş, saxlamış və daşımışdır. Hadisə zamanı zərərçəkmiş şəxsə nə qədər bıçaq zərbəsi yetirdiyini xatırlamır, belə ki, güclü ruhi həyəcan vəziyyətində olmuşdur. Qeyd olunan hallarla əlaqədar məhkəmə əvvəla bildirir ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində aralarında baş vermiş mübahisə zəminində bir-birinə söyüş söyməsi zamanı sonuncunun əlində bıçaq olduğunu gördüyünü və onu vuracağından “ehtiyat” edərək zərərçəkmiş şəxsin sağ əlində olan bıçağı sol əli ilə alaraq onu vurduğunu bildirmişdir. Sonrakı ifadələrində isə İsgəndər Mehdiyevi vurduğu anı xatırlamadığını, 14 bıçaq xəsarəti yetirdiyinə inanmadığını bildirməklə ifadələri arasındakı ziddiyyəti maşında özü ilə İsgəndərdən başqa şəxsin olmaması səbəbindən ilkin ifadəsində onu özü öldürməsi məzmununda ifadə verməsi ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə iclasında isə verilən suallara cavab verərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs onun sürət qutusunun yanına qoyduğu bıçağı götürərək vurmaq istəyərkən bıçağı onun əlindən alaraq sonuncuya xəsarətlər yetirdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs həm ilk dəfə dindirilərkən, həm də məhkəmə istintaqı zamanı birinci bıçağı necə vurduğunu xatırladığını bildirmiş, ilkin ifadəsində isə daha dəqiq şəkildə zərərçəkmiş şəxsin hansı əlindən hansı əli ilə bıçağı aldığını bildirməsini qeyd etməklə hadisə barəsində təfərrüatlı məlumat vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclası zamanı məhz İsgəndərin ona “dolu” gəl deməsi səbəbindən yol üstü bıçaq alması ilə əlaqədar ifadəsinə münasibətdə “dolu gəl deməklə bəlkə zərərçəkmiş şəxs pul nəzərdə tutmuşdur” məzmunda verilən suala sonuncu pul söhbətinin yalnız maşında yarandığı məzmununda cavab vermişdir. Halbuki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə görüşə getməzdən əvvəl sonuncunun onu əsassız olaraq təhdid etməklə pul qoparmaq üçün belə söhbət etdiyini düşünərək Zərərçəkmiş şəxs məsələni aydınlaşdırmaq məqsədilə zəng etdiyini, sonuncunun ona bu məsələnin onun üçün yaxşı olmayacağı bildirərək onunla görüşə getməsinə təhrik etdiyini bildirmişdir. İlkin ifadəsində yolüstü bıçaq almasını ümumiyyətlə bildirməsə də sonrakı ifadələrində İskəndə Mehdiyevlə deyil, onu bu barədə söhbəti yayanlarla görüşdürməsi üçün getdiyini, İskəndərin ona “dolu” gəl deməsi səbəbindən bıçaq aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs istifadəsində olan nömrələrlə aparılan danışıqları da özündə əks etdirən məlumatlardan da görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi yalnız özü ilə danışıqlar aparmasına təhrik etmiş, həmçinin sonuncuya onu həmin şəxslərin görməyəcəyi, bundan narahat olmamasını bildirmiş, pul söhbəti isə lap əvvəlcədən mövzunun əsas predmeti olmuşdur. Belə ki, o həmçinin Təqsirləndirilən şəxs həmin şəxslərə “qonaqlıq” verilməsini də təklif etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs iddia etdiyi kimi pul söhbətinin yalnız maşında olması səbəbindən Zərərçəkmiş şəxs “dolu” gəl deməsinə əsasən sonuncunun bıçaq al demək istədiyi kimi başa düşdüyü üçün bıçağı Zərərçəkmiş şəxs öldürmək məqsədilə deyil, başqa şəxslərlərlə görüşdürəcəyi məqsədilə əldə etməsi barədə ifadəsi iş materialları ilə təkzib edilir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə 09 noyabr tarixində hadisə baş verən gün saat 04:03:03 radələrində 32 saniyə danışdıqdan sonra saat 04:15 radələrində bıçaq əldə etmiş, saat 04:36:30 radələrində yenidən zərərçəkmiş şəxsə zəng edərək 26 saniyə müddətinə söhbət aparmışdır. Zərərçəkmiş şəxs qardaşı Etibar Mehdiyevin ifadəsindən isə görünür ki, saat 04 radələrində Təqsirləndirilən şəxs qardaşına zəng gəldikdən sonra qardası Rəşadın onlara gələcəyini, evdə oturacaqlarını bildirdiyindən o hətta durub çay da hazırlamışdır, lakin 04:30 radələrində Rəşadın axırıncı zəngindən sonra İskəndər onların harasa söhbətə gedəcəklərini bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, ilkin ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dalınca gedərkən kimlərsə görüşə getməsini ümumiyyətlə vurğulamamaqla, sonuncunun ona məhəllədə dayanmamalarını, məhəllənin söhbət yeri olmadığını bildirməsi səbəbindən oradan uzaqlaşmasını qeyd etsə də, sonradan ifadəsini dəyişdirərək bu söhbəti yayan şəxslərlə onu görüşdürəcəyi üçün zərərçəkmiş şəxslə görüşə getdiyini, onu çəkələklə görən zaman “bu viddə söhbətə gedərlər” sualını sonuncu “sür gedək yolda deyəcəm” məzmununda cavabladığını bildirməklə ziddiyyətli ifadələr vermiş, məhkəmə istintaqı zamanı həmin ziddiyyətlərin səbəbi təqsirləndirilən şəxs tərəfindən aydınlaşdırıla bilinməmişdir. Qeyd olunan halları birgə qiymətləndirməklə məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında harasa “söhbətə” gedəcəkləri, bu səbəbdən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə “dolu gəl” barədə danışıqları olmamış, təqsirləndirilən şəxs məhz zərərçəkmiş şəxsi həyatdan məhrum etmək məqsədilə soyuq silah əldə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maşından düşürərkən ölübölmədiyini bilməsə də psixoloji vəziyyəti ilə əlaqədar onu xəstəxanaya aparmaq istəmədiyini bildirsə də Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi ifadəsindən görünür ki, o, hərəkətsizliyi ilə bağlı sonuncunun öldüyünü düşünərək meyiti kənara atmağı düşünmüş, hətta bu səbəbəbdən arxadan gələn avtomobillərin keçməsini gözləmiş, yol boşaldıqdan sonra mərhumu maşından düşürərək dərəyə atmış, bu zaman yoldan keçən maşınların markası barədə belə məlumat təqdim etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən İsgəndər Mehdiyevə 14 bıçaq zərbəsi yetirilmiş, sonuncunun ölümünə səbəb ürəyin qalxan aortasının deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının ön səthinin İİİ-İV qabırğalar proyeksiyasının bir ədəd, sağ, ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthinin Vİİİ-İX qabırğalar proyeksiyasının bir ədəd, sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində V-Vİ qabırğalar proyeksiyasının bir ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yaraları nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək istəmədiyinə dair məhkəmədə verdiyi ifadəsini işin yuxarıda göstərilən hallarını, habelə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxsla görüşə gedərkən üstündə hər hansı silah aparmaması, hadisənin mexanizminin təsvir edilməsinə xidmət edən Təqsirləndirilən şəxs üzərində yalnız bir ədəd, sol mil-bilək oynağı nahiyəsinin sıyrığı xəsarətinin aşkar edilməsi, həmin xəsarətin bərk küt əşyanın təsirindən, müayinədən, yəni 09 noyabr 2022ci il tarixində bir neçə saat əvvəl yaranması, həmin tarixdə yaranmasının mümkün olması, həmin xəsarətin müxtəlif şəraitdə, o cümlədən zərərçəkmiş şəxslə mübahisə zəminində yarana bilməsi barədə 09 noyabr 2014-cü il tarixli, üzərində "Təqsirləndirilən şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş cins səthində olan "f" zədəsi ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələrinin olması barədə 22 dekabr 2022-ci il tarixli məhkəmə trasoloji ekspertiza rəylərinə əsasən zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı davam edən qəsd, müqavimət hərəkətlərinin olmamasını əsas götürərək onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – hadisə baş verməmişdən bilavasitə əvvəl bıçaq əldə etməsi, vurulmuş xəsarətlərin sayı, lokalizasiyası, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dindirimə və ifadəsinin yerində yoxlanılması protokolları, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir. Bununla da onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır cinayət, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.1 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. 9 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 09 noyabr 2022-ci il tarixdə saat 05:40 da Təqsirləndirilən şəxs könüllü olaraq Yasamal Rayon Polis X2 yaxınlaşaraq Qaradağ rayonu ərazisində avtobanda aralarında baş vermiş mübahisə zəminində İsgəndər adlı şəxsi bıçaqla vurması barədə məlumat vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma yalnız bu halın aid olduğu cinayətə görə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal, müvafiq olaraq da yalnız bu əmələ görə cəzanın CM-in 60.1-ci maddəsinin müəyyən etdiyi həddə (həcmdə) təyin edilməsini tələb edən əsas kimi nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 dekabr 2011-ci il, 19 sentyabr 2015-ci il təvəllüdlü azyaşlı övladları var. Zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquq varisi həm məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, həm də bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 may 2005-ci il tarixli hökmü ilə 181.2.1, 181.2.5-ci maddələri, Yasamal rayon məhkəməsinin 14 may 2014-cu il tarixli hökmü ilə 234.1-ci maddəsi, Bakı şəhər Yasamal rayon məhkəməsinin 7 iyun 2022-ci il tarixli hökmü ilə 234.1-ci maddəsi ilə məhkum edilmiş (cild 2, iş vərəqə 131-132), cinayət hadisəsi məhz onun qanunsuz, yəni təqsirləndirilən şəxsi “cinsi azlığın” nümayəndəsi olmaqla təhqir etməsi, bu söhbətin yayılacağı ilə qorxudaraq sonuncudan pul tələb etməsi kimi hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59.1.4-cü maddəsinə, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquq varisi ilə barışıq əldə etməsini isə həmin Məcəllənin 59.1.12-ci yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 36; 101-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Qaradağ rayon prokrorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş 03 nömrə ilə işarələnmiş ərazidəki qanabənzər ləkələrdən nümunələr, 04 nömrə ilə işarələnmiş çəkələk (şəpit), 05 nömrə ilə işarələnmiş bıçaq, arxın divarında olan qanabənzər ləkələrdən nümunələr, Təqsirləndirilən şəxs istifadəsində və sahibliyində olmuş, hadisənin baş verdiyi “Niva” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı avtomobilin sağ qabaq sərnişin qapısının xarici səthindəki şüşəsinin üzərində yaxma formasında olan qanabənzər ləkələr, sağ qabaq qapısının altında quraşdırılmış, ayaq qoymaq üçün nəzərdə tutulmuş altlığın üzərindəki damcı formasında olan qanabənzər ləkələrdən, sağ qabaq sərnişin oturacağının ayaqaltı hissəsində damcı və kütlə halında olan qanabənzər ləkələrdən, sağ sərnişin oturacağının qara rəngli dəri materialdan olan üzlüklərinin üzərində qanabənzər ləkələrdən, sükan, sürət ötürücüsü, torpeda və saxlanc yeri və qolu söykəmək üçün quraşdırılmış altlığın üzərindəki damcı, yaxıntı formasında müxtəlif ölçülərdəki qanabənzər ləkələrdən ayrıayrılıqda götürülmüş nümunələr, sol qabaq oturacağının altından götürülmüş sarımtıl rəngli alışqan, sağ qabaq qapının şüşəsinin çərçivəsindən götürülmüş əl-barmaq izləri, , hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd tünd göy rəngli, öndən zəncirbəndli gödəkçə, qara rəngli qısa qol köynək (mayka), ağ rəngli qolsuz alt mayka, ağ rəngli, kətan materialdan olan şalvar, mavi rəngli sol tay bir ədəd şəpit, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd yaşıl rəngli uzunqol kofta, bir ədəd göy rəngli cins şalvar, bir ədəd parça materialdan olan qara rəngli gödəkçə, bir cüt dəri materialdan olan qara rəngli ayaqqabı məhv edilməli, 11 noyabr 2022-ci il tarixdə Şahid3 təqdim etdiyi bir ədəd məlumat daşıyıcısının disk cinayət işi materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs məxsus “HOFFMANN” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 169 ( yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 54-58). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” 02 aprel 2012-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 9 (doqquz)il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 9 (doqquz) il 6(altı) ay müddətinə il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş 03 nömrə ilə işarələnmiş ərazidəki qanabənzər ləkələrdən nümunələr, 04 nömrə ilə işarələnmiş çəkələk (şəpit), 05 nömrə ilə işarələnmiş bıçaq, arxın divarında olan qanabənzər ləkələrdən nümunələr, Təqsirləndirilən şəxs istifadəsində və sahibliyində olmuş, hadisənin baş verdiyi “Niva” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 09 noyabr 2022-ci il tarixdə keçirilmiş baxış zamanı avtomobilin sağ qabaq sərnişin qapısının xarici səthindəki şüşəsinin üzərində yaxma formasında olan qanabənzər ləkələr, sağ qabaq qapısının altında quraşdırılmış, ayaq qoymaq üçün nəzərdə tutulmuş altlığın üzərindəki damcı formasında olan qanabənzər ləkələrdən, sağ qabaq sərnişin oturacağının ayaqaltı hissəsində damcı və kütlə halında olan qanabənzər ləkələrdən, sağ sərnişin oturacağının qara rəngli dəri materialdan olan üzlüklərinin üzərində qanabənzər ləkələrdən, sükan, sürət ötürücüsü, torpeda və saxlanc yeri və qolu söykəmək üçün quraşdırılmış altlığın üzərindəki damcı, yaxıntı formasında müxtəlif ölçülərdəki qanabənzər ləkələrdən ayrı-ayrılıqda götürülmüş nümunələr, sol qabaq oturacağının altından götürülmüş sarımtıl rəngli alışqan, sağ qabaq qapının şüşəsinin çərçivəsindən götürülmüş əl-barmaq izləri, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd tünd göy rəngli, öndən zəncirbəndli gödəkçə, qara rəngli qısa qol köynək (mayka), ağ rəngli qolsuz alt mayka, ağ rəngli, kətan materialdan olan şalvar, mavi rəngli sol tay bir ədəd şəpit, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd yaşıl rəngli uzunqol kofta, bir ədəd göy rəngli cins şalvar, bir ədəd parça materialdan olan qara rəngli gödəkçə, bir cüt dəri materialdan olan qara rəngli ayaqqabı məhv edilsin; - Zərərçəkmiş şəxs məxsus “HOFFMANN” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - 11 noyabr 2022-ci il tarixdə Şahid3 təqdim etdiyi bir ədəd məlumat daşıyıcısı CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 169 (yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Rasim Sadıxov

Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar