Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1171/2025 08.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, hakimlər X6 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Dələli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Cəlilabad rayonu, Dələli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış, bununla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda satış məqsədilə qanunsuz olaraq təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 2 ədəd narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 mart 2024-cü il tarixdə saat 05:00-da Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan corabın içərisindən 1 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 2 ədəd həmin narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə zamanı Baş İdarədə işləmiş, daxil olmuş əməliyyat məlumatı əsasında İnqilab küçəsi ərazisində Təqsirləndirilən şəxs avtomobilini saxlamışlar. Saxlayan zaman qəza baş verdiyindən onların hərəsini ayrı maşınlarda idarəyə aparmışlar. Tədbirin bu hissəsində iştirak etmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan şəxslər 3 nəfər olmuş, hadisə yerində şəxsi kimin şifahi sorğu etdiyi barədə məlumatı olmamış, şəxsin narkotik istifadəçisi olduğu ilə bağlı məlumatı olmamış, Yasamal rayon Polis İdarəsində ifadə vermiş, ifadəsini oxuduğunu xatırlamır. Şəxsi hadisə yerində şifahi sorğu etdiyini xatırlamır. Yaşlı kişini şifahi sorğu etmiş, ondan maşında, üzərində nə olduğunu soruşmuşdur. Elgünü digər əməkdaşlar sorğu etmişlər. Məhkəmə baxışı Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı dindirilməsi zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmə baxışında tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin böyük əməliyyat müvəkkili xidmət kapitanıdır. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Elgün adlı şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarının Cəlilabad rayonun “Şiştəpə” kəndi ərazisində yerləşən sərhədyanı bölgədən götürülərək ölkə daxilində realizə etdiyi barədə məlumat daxil olmuşdur. Bu məlumatı idarə rəisinə bildirimiş və onun tərəfindən onun və Əməliyya-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotikərlə mübarizə şöbəsinin rəisi X7 və Gəncə Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qəbul olunmuş “əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar ilə qrupun üzvləri tərəfindən 18 mart 2024-cü il tarixdə saat 05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, İnqilab prospektində hərəkətdə olan “Kia Rio” markalı 50ED267 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Nəsimi rasyonu, X11 küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsində saxlanılmışdır. Həmin zaman müəyyən edilmişdir ki, nəqliyyat vasitəsində olan şəxslər - nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikasının vətəndaşı X4, həmçinin həmin nəqliyyat vasitəsində sərnişin qismində olan şəxslər - Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs və X1, nəqliyyat vasitəsinə vizual baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarının olmadığı müəyyən edilmişdir. Bundan sonra nəqliyyat vasitəsində olan şəxslərlə şifahi şəkildə sorğu-sual aparılmış, sorğu-sual zamanı həmin şəxslərdən biri Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu və üzərində metadon adlı həblərin olduğunu bildirmişdir. Bundan sonra “Kia Rio” markalı 50ED267 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü yuxarıda adları sadalanan şəxslər Əməliyyat-İstintaq Baş idarəsinə gətirilmiş və raportla Gömrük İdarəsinin təhqiqat şöbəsinə təhvil verilmişdir. Həmin zaman onlara qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat tədbiri 18 mart səhər təxminən saat 05:00 radələrində Tbilisi prospektindən İnqilab küçəsi istiqamətində keçirilmiş, onlara məlumat verilmiş, əməliyyat qrupları yaradılmış, o da həmin qrupların içində olmuşdur. Bildirilmişdir ki, şəxslər saxlanılıb Baş İdarəyə gətiriləcək. Təqsirləndirilən şəxslə birlikdə maşında 3 nəfər olmuş, onlar saxlanılaraq Əməliyyatistintaq Baş İdarəsinə təhvil verilmişlər. Onların işi bundan ibarət olmuş, bu şəxsi bir dəfə orada, bir dəfə də məhkəmədə görmüşdür. Əvvəlcədən hər hansı bir tanışlıq, qərəz və s olmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, bu şəxsin saxlanmasında əsas səbəb Baş İdarənin qərarı olmuş, qərarda göstərilən qeydiyyat nişanlı avtomobilin saxlanılaraq Baş İdarəyə gətirilməsi göstərilmiş, avtomobildə 3 nəfər olmuşlar. Avtomobilə Baş İdarədə baxış keçirilmiş, avtomobildən aksizli mallar aşkar olunmamış, əməliyyat qrupunda təxmini dörd-beş nəfər olmuş, təqsirləndirilən şəxs başqa maşında getmiş, Elgünün narkotik vasitə istifadəçisi olması ilə bağlı məlumatı olmamış, Yasamal rayon Polis İdarəsində ifadə vermiş, ifadəsini oxuyub imzalamışdır. Əməliyyat qrupu yaradılarkən hansı idarənin harada iştirak edəcəyini rəhbər müəyyənləşdirir. Təqsirləndirilən şəxs haradan nə gətirəcəyi ilə bağlı məlumatı olmamış, sadəcə siqaret ilə bağlı məlumatı olmuş, tutma anında şəxsə qarşı hər hansı qanunsuz hərəkətə yol verildiyini görməmişdir. Məhkəmə baxışı Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı dindirilməsi zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmə baxışında tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, mən Gəncə Bakı Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş əməliyyat müvəkkili xidmət polkovnikiyəm. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Elgün adlı şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarının Cəlilabad rayonun “Şiştəpə” kəndi ərazisində yerləşən sərhədyanı bölgədən götürülərək ölkə daxilində realizə etdiyi barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 bu məlumatı idarə rəisinə bildirmiş və onun tərəfindən məndən, Əməliyyat İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin X2 rəisi X7 və Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Qəbul olunmuş “əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar ilə qrupun üzvləri tərəfindən 18 mart 2024-cü il tarixdə saat 05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, İnqilab prospektində hərəkətdə olan “Kia Rio” markalı 50ED267 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Nəsimi rayonu, X11 küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsində saxlanılmışdır. Həmin zaman müəyyən edilmişdir ki, nəqliyyat vasitəsində olan şəxslər - nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikasının vətəndaşı X4, həmçinin həmin nəqliyyat vasitəsində sərnişin qismində olan şəxslər - Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs və X9 tərəfimizdən saxlanılmış, nəqliyyat vasitəsinə vizual baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarının olmadığı müəyyən edilmişdir. Bundan sonra nəqliyyat vasitəsində olan şəxslərlə şifahi şəkildə sorğu-sual aparılmış, sorğu-sual zamanı həmin şəxslərdən biri Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu və üzərində metadon adlı həblərin olduğunu bildirmişdir. Bundan sonra “Kia Rio” markalı 50ED267 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü yuxarıda adları sadalanan şəxslər Əməliyyat-İstintaq Baş idarəsinə gətirilmiş və raportla Gömrük İdarəsinin təhqiqat şöbəsinə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, səhər saatlarında İstintaq İdarəsinin qarşısından keçərkən ona yaxınlaşıb baxış keçirilməli olduğunu bildirmişlər. Yuxarı qalxmış, baxış keçirilən zaman şəxsin üzərində şəxsiyyət vəsiqəsi, corabın arasında 2 ədəd dərman və siqaret aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, səhər təxmini saat 07:00 olmuş, səhər tezdən işə getmiş, hadisədən əvvəl də işləmiş, işlədiyi kafenin adını xatırlamır. Müqavilə ilə işləməmiş, gündəlik işləmişdir. Heç bir sənəd təqdim etməmiş, Elgün adlı şəxsin üzərinə baxış keçirilmiş, şəxsin üzərində şəxsiyyət vəsiqəsi, corabın arasında dərman, sənədlər və siqaret aşkar olunmuş, 2 ədəd dərman olmuş, dərmanla bağlı məlumatı olmamış, baxış təxmini 5-10 dəqiqə çəkmiş, baxış zamanı ondan başqa 4- 5 nəfər iştirak etmiş, həmin şəxsləri şəxsən tanımamış, gömrüyün əməkdaşları olduqlarını bilmişdir. Ondan başqa hal şahidi olmamış, şəxsin üzərində axtarış keçirilərkən şəxsən iştirak etmiş, dərmanın nə üçün olduğu barədə məlumatı olmamış, dərman Elgünün sağ ayağındakı corabından çıxmışdır. Tədqiqatçının dərmanla bağlı sual verdiyini xatırlamır. Məhkəmə baxışı Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı dindirilməsi zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmə baxışında tədqiq edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Yasamal rayonu, Elmlər Akademiyası metrostasniyası yaxınlığında yerləşən kafedə ofisiant işləyir. Həmin kafe 24 saat işləyir. Belə ki, adətən axşam saat 21 radələrində kafeyə gedir və səhər saat 05-06 radələrində evinə gedir. 18 mart 2024-cü il tarixdə saat 06 radələrində işdən çıxıb evə gedərkən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 23L ünvanın yaxılığında olarkən Dövlət Gömrük Komitəsinin əməkdaşı ona yaxınlaşaraq bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirib hal-şahidi kimi iştirak etməsini təklif etmişdir. O, da razılaşıb onunla birlikdə Gömrük kimitəsinin Əməliyyat-istintaq baş idarəsinə daxil olmuşlar. Orada təhqiqatçının otağında daha bir nəfər hal-şahidi, vəkil və üzərində şəxsi axtarış aparılacaq, adı elan olunan Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Elgün adlı şəxsə üzərində axtarış aparılacağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç sağ cibindən 01 ədəd «Honor» markalı mobil telefonu, gödəkçənin sol iç cibindən pul qabını, sağ yan cibindən 1 ədəd alışqanı və 1 qutu «Kent» siqareti əynindəki şalvarın sol yan cibindən 1 ədəd açar dəsti, sağ yan cibindən 3 ədəd kağız parçasını və sağ ayağına geyindiyi corabın içərisindən 1 ədəd kağız salfetə bükülü 1 konvolyutda 2 həb olan üzərinə «Methadone 40» yazısı olan həbləri çıxarıb masanını üzərinə qoyaraq təqdim etmişdir. Pul qabı təhqiqatiçı tərəfindən açılıb baxıldıqda içərisində 1 manat pul, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və 3 ədəd bank kartaları aşkar edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin həbləri haradan kimdən əldə etdiyi barədə sual verildikdə, o həmin həbləri bir müddət əvvəl İran vətəndaşı Məhəmməəd adlı şəxsdən əldə etdiyini və satmaq məqsədində olduğunu bildirmişdir. Həmin həblər, mobil telefon qablaşdırılaraq götürülmüşdür. Pul qabı, 1 manat pul və açar dəsti Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qəlyançı işləyir. 2024-cü ilin mart ayında tarixi dəqiq xatırlamadığı vaxtda səhər saatlarında işdən çıxmış, Mətbuat prospektində gedərkən Gömrük əməkdaşları yaxınlaşıb hal şahidi qismində iştirak etməyi təklif etmişlər. O da razılaşmış, hal şahidi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxsin cibindən kağızlar, iki ədəd dərman və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elgünün üzərinə baxış keçiriləndə hal şahidi qismində iştirak etmiş, ondan başqa baxışda Kamran Bayramov və Gömrük əməkdaşları iştirak etmiş, iki nəfər gömrük formasında, bir nəfər isə mülki geyimdə olmuş, Kamran Bayramov ondan sonra gəlmiş, sonra Elgünün üzərində axtarış keçirilmiş, axtarış zamanı Elgünün corabında dərman çıxmış, lakin hansı corabından çıxartdıqlarını xatırlamır. Elgünün üzərindən dərmandan başqa pul qabı, kağız çıxmışdır. İkinci Qarabağ qazisi olduğu üçün yaddaşında biraz problem var, ona görə hər seyi xatırlamır. İlk dəfə idi ki, Gömrük əməkdaşları ilə belə bir prosesdə iştirak etmişdir. Dərmanla bağlı soruşmuşlar, Elgünün dərmanı satmaq üçün, yoxsa istifadə etmək üçün üstündə daşıdığını dediyi yadında qalmamışdır. Elgünün üzərində xəsarət görməmişdir. Məhkəmə baxışı Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı dindirilməsi zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmə baxışında tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən çay evində qəlyançı işləyirdim. Hal-hazırda isə mən heç yerdə işləmirəm. Mahiyyəti üzrə bildirirəm ki, mən adətən işə axşam saatlarında gedirəm. Belə ki, mənim işim adətən həmin vaxtdan başlyır. İşdən isə iş qurtardıqda və qəlyan aparatlarını yuyub təmizlədikdən sonra saat 07 radələrində çıxıram. Mən həm də bir gündən bir işləyirdim. 18 mart 2024-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 23L ünvanın yaxılığında olarkən Dövlət Gömrük Komitəsinin əməkdaşı mənə yaxınlaşaraq bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirib mənə hal-şahidi kimi iştirak etməyi təklif etmişdir. Mən razılaşıb onunla birlikdə Gömrük kimitəsinin Əməliyyat-istintaq baş idarəsinə daxil oldum. Orada təhqiqatçının otağında vəkil və üzərində şəxsi axtarış aparılacaq, adı elan olunan Təqsirləndirilən şəxs adlı şəxs var idi. Bir qədər sonra daha bir nəfər hal şahidi gəldi və mən həmin şəxsi tanımırdım. Elgün adlı şəxsə üzərində axtarış aparılacağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç sağ cibindən 01 ədəd «Honor» markalı mobil telefonu, gödəkçənin sol iç cibindən pul qabını, sağ yan cibindən 1 ədəd alışqanı və 1 qutu «Kent» siqareti əynindəki şalvarın sol yan cibindən 1 ədəd açar dəsti, sağ yan cibindən 3 ədəd kağız parçasını və sağ ayağına geyindiyi corabın içərisindən 1 ədəd kağız salfetə bükülü 1 konvolyutda 2 həb olan üzərinə «Methadone 40» yazısı olan həbləri çıxarıb masanını üzərinə qoyaraq təqdim etmişdir. Pul qabı təhqiqatiçı tərəfindən açılıb baxıldıqda içərisində 1 manat pul, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və 3 ədəd bank kartları aşkar edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin həbləri haradan kimdən əldə etdiyi barədə sual verildikdə, o həmin həbləri bir müddət əvvəl İran vətəndaşı Məhəmməd adlı şəxsdən əldə etdiyini və satmaq məqsədində olduğunu bildirmişdir. 3 ədəd kağız parçasına baxış keçirildikdə 051 676 07 42 nömrəli mobil nömrəsinə 290 manat, 051 971 26 54 nömrəsinə 40 manat, 055 660 63 67 nömrəsinə isə 60 manat pul köçürülməsi qeyd olunmuşdur. Həmin həblər, mobil telefon qablaşdırılaraq götürülmüşdür. Pul qabı, 1 manat pul və açar dəsti Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus Honor markalı mobil telefona baxış zamanı məlum olmuşdur ki, “HONOR'’ markalı mobil telefon **********90358 və **********20361 imei kodlu narıncı mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** saylı nömrə vardır. Həmin mobil telefonun “Whatsap” sosial mesencer bölümünə daxil olduqda həmin proqramda “Mohamad” adlı +98 914 *** **** saylı mobil nömrəsini istifadə edən “Məhəmməd” adlı İran Vətəndaşı olması müəyyən edilir. Həmin şəxs proqramda: “Mohammad-bunu inşallah götürsən inşallah qayıdandan sonra mənə nə qədər pul vura biləcəksən.” “Elgün-Allahın iznilə sabaha bunu götürüm qayıdım inşallah sənə demirəm belə azınan sənə deyirəm ki, 800 manat 1000 manat pul ataram sənə ən azından çox olacaq ki, az olmuyacaq.” “Mohammed-bax haqqı hesabı gəl indi bişirək burda olmuşkən. Qaqa ondan hardasa yarım kilo 550 qram bizim olacaq, səndən ona 2500 manat pul alacam çox yox, qalanı mənim dostumundur. İndi görüm razıdısa mənim adamım satsın sənə pulu versin yoxsa sənin malıvı qoysun. Hansına razı olsa elə edəcəm. 2500 neçə günə düzəldəcəksən inşallah götürüb qayıdandan sonra. Təxmin deyirəm a mən bunlara yol pulu zad. Bu dürbünü zad kirayə eləmişik icarə.” “Elgün-brat mən sənə durum mən elə vaxt deyərəm ki, deyərsən inandırıcı olsun. Bax inşallah indi malı götürdüm qayıtdım indi Bakıdayam. Sabah o birisi gün ən geci sabah o birisi gün, daha birisi gün günortaya kimi sənən raşot edəcəm. Əgər mən satsam üstünə pul da qoyaram daha çox olar qazancımız gələn dəfə çox götürərik. Yox görsən ki dirəndi özü satmaq istəyir sən day üz zad vurma day demək mənim adamım satmaq istəyir o lazımsız şeydi. Kantrol da qoyaram bilərəm ki, 100 faiz götürdü. İnşallah Özümüz işləyərik. Sən prosta vaxtında zamanında belə şey edə bilərdin ki, tutax ki ordan buyana bi denə tanıdığın dost tanışdan narmalnı malı var yəni geydirmə zad yox, misalçun kolası var 200 dənə, patısı var 150 dənə mən deyərdim ki, yolum var onla yola sala bilərəm, ama bunun müqabilində məsələn kola verərsən 30 dənə. Ama eybi yox birinci dəfədi artıq tamah baş yarar.” “Mohammed- bax mal düzməkana qoyacaq, narahat olma özümdə köməyim dəyəcək, bax bu təpə tərəfdidə təpənin düz başında olacaq,” Bundan sonra həmin yazışmaya baxdıqda Təqsirləndirilən şəxs Mohammed adlı şəxslə Cəlilabad rayonunda sərhəddə narktoik vasitə qoyduğunu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni götürə bilinəcəyini, beləki sərhəddən qırağda olduğunu və qorxduğunu bildirməsi, Mohammed adlı şəxsin isə ona narahat olmamağı ertəsi gün Azərbaycan Respublikasının sərhədinə gətirəcəyini bildirmişdir. Bundan başqa “Cavidan” adlı şəxsin istifadəsində olan +994 51 *** ** ** saylı mobil nömrəsi ilə danışıqları vardır. Həmin danışıqlara qulaq asdıqda bir nəfər qadın cinsli şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə istədiyini, onunda Elgündə bariqa olduğunu bildirir. Bundnan başqa “.” Adlı +98 930 *** **** saylı nömrənin sahibinin İran vətəndaşı olduğunu Təqsirləndirilən şəxs narkotik vasitələrin şəkillərini atdığın, Təqsirləndirilən şəxs isə onunla işləyəcəyini qeyd edir. Bundan başqa “Coni Montano” adlı şəxsin istifadəsində olan +994 70 *** ** ** saylı mobil nömrədən həmin şəxs “Coni Montano-Elgün eşidirsən vəziyyətim çox pisdi canım ağrıyır otur taksiyə gəl uje getmir başımın suyu axır.” “Elgün-sən bidənə özüvü möhkəm tut qoy mən çıxım sırazı gəlimdə.” “Coni Montano-sən səhərdən gəlirsən saat 5 dən gəlirsən, nolar çıx gəl də canım ağrıyır hərəkət edə bilmirəm.” “Elgün-brat çıxıram bir başa səni yanıva gəlirəm puluvu hazırla düş aşağı.” Coni Montano-səndə dərman nə vaxt olacaq.” “Elgün- o hər vaxt varda sən nə vaxt istədin mən sənə yox dedim.” “Coni Montano- yaxşı yaxşı onda səhər sənən görüşəm bir üç dənə götürəcəm. Birdə ay yetim burda çox az var idi nə kola var idi burda 10 manatlıq çet var idi.” “Elgün-cındır cındır söhbətlər eləmə görsən mənim insafımı puluvun yarısını qaytardım. Kim olsaydı qoyub cibinə gedərdi. Belə maşındayam düşüb söhbət edərik.” Bundan başqa +994 55 *** ** ** saylı mobil nömrəsinə narkotik vasitənin qoyduğu yerin şəklini ataraq ona göndərməsi müşahidə edilir. (cild 1, iş vərəqi 123-141). 18 mart 2024-cü il “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ ayağına geyindiyi corabın içərisindən 1 ədəd kağız salfetə bükülü şəkildə 1 konvolyutda 2 həb olmaqla “Metadhone 40” yazıları yazılmış həbi çıxarıb təqdim etmişdir. (cild 1, iş vərəqi 31-32). İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/1591 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 №-li zərfdə üzərində «Methadone 40» göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həbdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. 2 №-li zərfdə bir ədəd sellofan paketdə ümumilikdə 50 ədəd sarı rəngli, dairəvi formalı həbin tərkibində və bir ədəd kağıza bükülmüş təmiz çəkisi 3,104 qram olan qara rəngli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. Bir ədəd salfetdə narkotik və ya psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. (cild 1, iş vərəqi 66-69). İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4052 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostmulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınamsı məsləhət görülür. (cild 1, iş vərəqi 217-218). DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə AR Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə AR Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR CMdə edilən dəyişikliklərə əsasən 181.3.2-ci maddəsi xaric olunub cəzası 01 ay azaldılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. (cild 1, iş vərəqi 165-166). Ağır Cinayətlərə Dair İşlər üzrə AR Məhkəməsinin 1(101)-565/2009 saylı, xx.xx.2009cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild 1, iş vərəqi 168-205). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-976/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. (cild 3, iş vərəqi 47-51). Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü ildə saat 06:10-da tutulmuşdur. (cild 1, iş vərəqi 22). Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqi 99-101). Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DGK Əməliyyat-istintaq Baş İdarəsinin əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild 2, iş vərəqi 64-65). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş, həmin ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş, əmisinin ailəsi ilə birlikdə sonunculara məxsus ünvan 4 ünvanda yaşayır. Özü yalnız marixuanadan istifadə edir, digər narkotik vasitələrin istifadəçisi deyil. Rəsmi olaraq heç bir yerdə işləmir. Dolanmaq üçün qardaşı, dost-tanışı, qohumları ona pul verirlər. Təxminən 3- 4 ay əvvəl ona +98 914 *** ** ** mobil nömrəsi ilə “whatsapp” mobil tətbiqi vasitəsi ilə tanımadığı bir nəfər şəxs “salam necəsən” yazmışdır. Ondan kim olduğunu soruşduqda səhvən yazdığını bildirmişdir. Xarici nömrə olduğunu görüb onunla danışmaq qərarına gəlmişdir. Bir neçə gün yazışdıqdan sonra münasibət yaranmış və adının Murtuz Həsənzadə olduğunu, İİR-sı vətəndaşı olduğunu, ləqəbinin isə Toma olduğunu öyrənmişdir, iranda yaşadığı üçün onda Azərbaycan Respublikasında satmaq üçün narkotik vasitələrin olub-olmadığını soruşduqda ona marixuana və metadon həblərini göndərə biləcəyini demişdir. Ondan sonra Murtuz ona 4-5 dəfə metadon və marixuana göndərmişdir. Narkotik vasitələrin pulunu Murtuza “M 10” tətbiqi vasitəsi ilə göndərirmiş, O isə Bakı şəhərində müxtəlif yerlərdə həmin narkotik vasitələri kimlərəsə yerləşdirir və ona tətbiq vasitəsilə həmin narkotik vasitələrin yerləşdiyi yeri göndərirmiş. O, isə həmin yerlərdən narkotik vasitələri götürür və tanımadığı müxtəlif şəxslərə satırmış. Bu yolla gəlir əldə edib dolanışığını təmin edirmiş. Daha sonra Murtuz ilə münasibəti pozulduğu üçün sonuncunun vasitəsilə tanıdığı Məhəmməd adlı şəxsdən narkotik vasitələr almağa başlamışdır. Məhəmmədlə +98 914 *** ** ** mobil nömrəsi ilə “whatsapp” mobil tədbiqi vasitəsi ilə əlaqə saxlayırmış. Narkotik vasitələrin pulunu “M 10” tədbiqi vasitəsi ilə göndərir, Məhəmməd də öz növbəsində malın yerini ona göndərirmiş və narkotik vasitələri oradan götürürmüş. Tutulmamışdan təxminən 3 gün əvvəl Məhəmməd ona zəng edərək 1 kiloqram marixuana və 15-20 konvolyut metadonu Azərbaycan Respublikasına göndərmək istədiyini və bunu sərhəddən götürüb Bakı şəhərində dediyi şəxslərə çatdıracağı təqdirdə ona 2000 AZN məbləğində pul verəcəyini demişdir. O Məhəmmədlə razılığa gəlmişdir. Məhəmmədlə olan bütün danışıqlarını “whatsapp” mobil tətbiqi vasitəsi ilə edirmiş. Məhəmməd ona Cəlilabad rayonu Üçtəpə kəndi ərazisində İranla sərhəddə yerləşən bir məkanın yerini göndərmişdir. O, həmin əraziyə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan və çəzaçəkmə müəssisəsindən tanıdığı Əli adlı şəxsə zəng edib onu rayona aparmağını istəmiş və bunun müqabilində 70 AZN pul verəcəkmiş. Ərazini yaxşı tanıdığı üçün eyni çəzaçəkmə müəssisiəsində olan digər tanışı Faiqə zəng edib birlikdə getməyini təklif etmişdir. Sonuncu da boş olduğu üçün təklifi qəbul etmişdir. Nə Əlinin nə də Faiqin onun nə üçün rayona getməyindən xəbəri olmamışdır. Bundan sonra həmin şəxslərlə görüşüb xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonuna yola düşmüşlər. Məhəmmədin ona atdığı yerə doğru gedib Əli və Faiqə gözləmələrini demiş və maşından düşərək irəli getmişdir. Bir az irəli hərəkət etdiyi zaman narkotik vasitələrin sərhəddin ortasında olduğunu görüb Məhəmmədə malları oradan götürə bilməyəcəyini bildirmişdir. Məhəmməd isə malı axşam sərhəddən Azərbaycan Respublikası tərəfinə öz adamı vasitəsilə keçirəcəyini və ona dəqiq yerləşməni göndərəcəyini bildirmişdir. Bundan sonra oradan uzaqlaşmış, Əli və Faiqlə birlikdə Cəlilabad şəhərinə getmişlər. Orada kafedə oturub gözləməyə başlamışlar. Həmin şəxslərə bir nəfər şəxslə görüşəcəyini ona görə gözləməli olduğunu bildirmişdir. Təxminən saat 00 radələrində Məhəmməd ona narkotik vasitələrin yerləşdiyi yeri göndərmiş, həmin ünvana yola düşmüşlər. Bir az getdikdən sonra o, nəqliyyat vasitəsini saxladaraq ayaqla irəliləməyə başlamışdır. Bir xeyli qabağa getdikdən sonra yenə də göndərilən yerin sərhəddin ortasında olduğunu görmüş və Məhəmmədə oradan malı götürə bilməyəcəyini demişdir. Məhəmməd isə öz növbəsində malı sabah göndərəcəyini və əlaqə saxlayacağını demişdir. Bundan sonra geri qayıtmış və Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Bakı şəhərinə qayıdarkən yolda yatmış, nəqliyyat vasitəsinin dayandığını hiss edib oyandığı zaman bir neçə şəxsin avtomobilin yanında olduğunu görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək əməliyyat işçiləri olduqlarını bildirmişlər. Bundan sonra ətraflı danışmaq və avtomobilə baxış keçirilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Orada avtomobili yoxlamışlar və hər-hansı hüquqpozma predmeti aşkar etməmişlər. Daha sonra hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Axtarış zamanı üzərində olan əşyaları, o cümlədən sağ ayağına geyindiyi corabın içərisinə qoyduğu, içərisində 2 həb metadon olan 1 ədəd konvolyutu çıxarıb təqdim etmişdir. Bundan sonra həmin həblər protokol tərtib olunaraq götürülmüşdür. Həmin həbləri Məhəmməddən almış, şəxsi istifadə məqsədilə əldə etmiş, satmaq məqsədi olmayıb. İlkin izahatında bir neçə gün əvvəl Məhəmmədən 200 AZN pul müqabilində satmaq məqsədilə 3 konvalyut “Methadone 40” yazısı olan həbləri aldığını, onların 1 ədədini 10-15 AZN pul müqabilində satdığını, aşkar edilmiş 2 həbin isə həmin konvalyutlardan satılmamış hissə olduğunu bildirdiyini onunla izah edir ki, ilkin izahatı alınarkən özündə olmadığı üçün düzgün izahat verməmiş, hazırda isə reallığı danışır. Həmin aşkar edilən həbləri şəxsi istifadəsi üçün əldə etmişdir, üzərindən aşkar edilmiş metadon həbləri qaçaqmalçılıqla gətirilməmişdir, həmin həbləri Məhəmmədin Azərbaycanda olan hansısa adamı tərəfindən qoyulduğu yerdən götürmüşdür. (cild 2, iş vərəqi 208-210). Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, rayona qəbir üstünə getmiş, vəsiqə üçün bayramdan sonra yaxınlaşacağını demiş, Faiq yolda tez-tez telefon istəmiş, avtomobildən düşməmiş, birlikdə yemək üçün yolda dayanmışlar. Yolda sürücüyə yol göstərmiş, telefonunda yazışmalar ola bilməz. Mart ayının 17-də tutulmuş, yanvar ayından sonra whatsapp tətbiqinin işlətdiyini? telefonlardan anlayışı olmamış, uzun müddət həbsdə olmuş, həbsdən çıxandan sonra da sadə telefon işlətmişdir. Sadəcə zəng gedib gəlmişdir. Yanvar ayında android telefon almış, whatsapp tətbiqini o vaxtdan açmış, Mohammed adlı şəxs tanımamışdır. Cəlilabadlı olsa da Üç Təpə deyilən yeri tanımır. Mohammedlə danışmamış, telefonumdakı yazışmalar da ona məxsus deyil. İran mobil operatoruna məxsus hər hansı bir nömrə ilə ünsiyyəti olmamışdır. Coni Montano adlı şəxsi tanımır. ********** mobil nomrə onun telefonunda olmamış, heç kimə narkotik verməmiş, təklif etməmişdir, tutularkən döyülmüş, fiziki təzyiqlərə məruz qalmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid5 əlavə şahid qismində dindirilmiş, o ifadəsində göstərmişdir ki, tam olaraq tarix yadında deyil, saat 4 radələrində Elgün ona zəng vurmuşdur ki, məni rayona apara bilərsən. Rayona sürücülük vəsiqəsini almaq üçün getmiş, lakin bayram olduğu üçün ala bilməmişdir. Daha sonra bir kafedə əyləşib yemək yemiş, çay içmişlər. Şəhərə çatmaqlarına az qalmış qarşılarını kəsmişlər. Üçünü də aparmışlar, iki gün saxladıqdan sonra buraxmışlar, maşını yoxlamışlar, heç nə aşkar olunmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elgünün sürücülük vəsiqəsini götürmək üçün rayona getmişlər. Dəqiq tarix yadında qalmamış, bayram olduğu üçün sürücülük vəsiqəsini götürə bilməmişlər. Elgün Lənkərana getməli olmuş, onları günorta saat 2-də saxlamışlar. Rayona getdikləri günün səhəri gün tutulmuşlar. Onlarla birlikdə Faiq Rəsulov da rayona getmiş, Faiqi o dəvət etmiş, yolda Elgünə telefon zəngləri olmuş, yolu Elgün göstərmiş, yolda yol yanlış olduğu üçün geri qayıtmış, Elgün avtomobildə qabaqda oturmuş, avtomobildən qanunsuz heç nə aşkar olunmamış, torba və özünə məxsus bıçaq aşkar olunmuş, avtomobili iki dəfə yoxlamışlar. Sadəcə telefonları götürəndə sənədə imza çəkmiş, avtomobili üç gün saxladıqdan sonra buraxmışlar. Tutulduğu günün səhəri onu buraxmışlar. Sonradan zəng edərək avtomobilin baxışı üçün çağırmışlar. Avtomobili işıqforda saxlamış, onları tutan şəxslər formada yaxınlaşmış, əvvəlcə Elgünü çıxarıb aparmışlar, mübahisədən sonra onu da aparmışlar, avtomobili özləri sürmüşlər. Elgünlə aralarında heç bir mübahisə olmamış, yolda avtomobil sönməmiş, çantanı görməmişdir. İbtidai istintaqda bəzi şeyləri onun adından yazıblar. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Metadon həbi həmin Qanunla təsdiq edilmiş “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madddələri”-in siyahısına (Siyahı İ) daxil edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə əvvəlcə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq narkotik vasitənin satışı ilə məşğul olmadığını, telefonundakı yazışmaların ona məxsus olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadə verməkdən imtina etməsi, ona ünvanlanmış suallara verdiyi cavablar özünü müdafiə xarakteri daşıyır, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilməklə, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonda İİR-sına aid nömrənin olması, həmin nömrə ilə yazışmaların olması, yazışmaların məzmunu narkotik vasitələrin alqı-satqısı ilə bağlı olması və götürülmüş anten dairəsi ilə iran vətəndaşının ona atdığı məkana (konuma) getməsi yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Bununla belə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımasını təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onunla bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi barədə ifadə verməmiş, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmiş, onun əməlində cinayətin residivinin olması Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ümumi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 19 mart 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 99-101). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 18 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq 1 ədəd metadon həbi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 1 ədəd Honor markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi – 129 (yüz iyirmi doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq 1 ədəd metadon həbi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 1 ədəd Honor markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfi – 129 (yüz iyirmi doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Vüqar Seyidov Hakimlər Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1171/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1171/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver