Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1172/2025 08.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X4 oğlunun sədrliyi ilə, Hakimlər: X2 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, Qafarova - Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə, xx.xx.1979-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilirlər ondan ötrü ki, onlar özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 14 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən orada Zərərçəkmiş şəxs park edilmiş, özünə məxsus «Reno Megan» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşdiyini görüb siqaret istəmək adı ilə avtomobilin qapısının Zərərçəkmiş şəxs tərəfindən açılmasına nail olub sonuncunun əynində olan gödəkçənin yaxasından tutaraq çəkib yerə yıxdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 cinayətkar niyyətlərinə maneəsiz nail olmaq və müqavimətin qarşısını almaq üçün Zərərçəkmiş şəxs ayaqlarından tutaraq saxlamış, o isə, bir neçə dəfə yumruq zərbələri ilə sonuncunun üz nahiyəsindən qəsdən vurub Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sağ gözün ağlı qişasının qansızıma fonunda sağ gözətrafı nahiyənin hematoması, ağız boşluğunun sağ yarısının əzilmiş yara və qansızma fonunda sifətin sağ yarısının alt çənə sümüyünü əhatə edən şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağda almacıq qövsünün qəlpəli- yerdəyişən, sağ almacıq sümüyünün xətti, əng sümüyünün sağ yarısının minimal yerdəyişən və əng cibinin bayır sümüyünün qəlpəliyerdəyişən sınıqları, təpə nahiyəsinin sağ yarısının sıyrığı xəsarətlərini yetirdikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs çiynindən asılmış, içərisində 500 manat nağd pul, üzərində 3 manat dəyərində, balansında 5 manatlıq danışıq dəqiqələri olmuş ***-***-**-** GSM nömrə olan 200 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefon, hər birinin dəyəri 10 manat təşkil edən Zərərçəkmiş şəxs və arvadı X1 məxsus şəxsiyyət vəsiqələri, dəyəri 30 manat təşkil edən Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsi, dəyəri 50 manat təşkil edən avtomobilin qeydiyyat şəhadətnaməsi, hər birinin dəyəri 10 manat təşkil edən 2 ədəd «Azərbaycan Beynəlxalq Bankı» tərəfindən və 1 ədəd «Express Bank» tərəfindən verilmiş bank kartları, mənzilin açarları və su sayğacının kartının saxlandığı 10 manat dəyərində pul kisəsinin olduğu, dəyəri 20 manat təşkil edən əl çantasını zorla dartıb əlindən alıb ələ keçirərək Təqsirləndirilən şəxs2 ilə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə oradan qaçıb uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 868 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 14 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən orada Zərərçəkmiş şəxs park edilmiş, özünə məxsus «Reno Megan» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşdiyini görüb qrup üzvü Təqsirləndirilən şəxs1 siqaret istəmək adı ilə avtomobilin qapısının Zərərçəkmiş şəxs tərəfindən açılmasına nail olub sonuncunun əynində olan gödəkçənin yaxasından tutaraq çəkib yerə yıxdıqdan sonra o, cinayətkar niyyətlərinə maneəsiz nail olmaq və müqavimətin qarşısını almaq üçün Zərərçəkmiş şəxs ayaqlarından tutaraq saxlamış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə, bir neçə dəfə yumruq zərbələri ilə sonuncunun üz nahiyəsindən qəsdən vurub Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sağ gözün ağlı qişasının qansızma fonunda sağ gözətrafı nahiyənin hematoması, ağız boşluğunun sağ yarısının əzilmiş yara və qansızma fonunda sifətin sağ yarısının alt çənə sümüyünü əhatə edən şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağda almacıq qövsünün qəlpəli-yerdəyişən, sağ almacıq sümüyünün xətti, əng sümüyünün sağ yarısının minimal yerdəyişən və əng cibinin bayır sümüyünün qəlpəliyerdəyişən sınıqları, təpə nahiyəsinin sağ yarısının sıyrığı xəsarətlərini yetirdikdən sonra o, Zərərçəkmiş şəxs çiynindən asılmış, içərisində 500 manat nağd pul, üzərində 3 manat dəyərində, balansında 5 manatlıq danışıq dəqiqələri olmuş ***-***-**-** GSM nömrə olan 200 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefon, hər birinin dəyəri 10 manat təşkil edən Zərərçəkmiş şəxs və arvadı X1 məxsus şəxsiyyət vəsiqələri, dəyəri 30 manat təşkil edən Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsi, dəyəri 50 manat təşkil edən avtomobilin qeydiyyat şəhadətnəməsi, hər birinin dəyəri 10 manat təşkil edən 2 ədəd «Azərbaycan Beynəlxalq Bankı» tərəfindən və 1 ədəd «Express Bank» tərəfindən verilmiş bank kartları, mənzilin açarları və su sayğacının kartının saxlandığı 10 manat dəyərində pul kisəsinin olduğu, dəyəri 20 manat təşkil edən əl çantasını zorla dartıb əlindən almaqla ələ keçirərək Təqsirləndirilən şəxs1 ilə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə oradan qaçıb uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 868 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü Valehlə birlikdə hadisənin olduğu əraziyə gəlmişlər. Həmin yerin ünvanını dəqiq bilmədiyi üçün dəqiq olaraq deyə bilmir. Valehlə ikisi həmin vaxt içkili olmuşlar. Siqaret çəkmək üçün alışqan lazım olmuş, görmüşdür ki, maşının içində bir nəfər oturub. Maşına yaxınlaşıb maşının şüşəsini əli ilə döymüş və alışqan istəmişdir. Bu zaman ağsaqqal söyüş söymüş, həmin vaxt zərərçəkmiş şəxs özü də içkili olmuşdur. Söyüş söydüyünə görə, həmçinin içkili olduğu üçün onu vurmuşdur. Səhvini başa düşmüşdür. İttiham aktında hadisə zamanı ağsaqqaldan siqaret istədiyi qeyd edilsə də bu doğru deyil. Ağsaqqaldan alışqan istəmişdir. Verilən ittihamla özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Valehlə birlikdə söhbətgahda oturmuş, ərazi olaraq hansı ərazi olduğunu bilməmiş, belə ki, həmin ərazidə yaşamır, Valeh həmin ərazidə yaşayır. Zərərçəkmiş şəxsdən siqaret istəməmişlər, siqaretləri olmuş, zərərçəkmiş şəxsdən alışqan istəmişdir. Valehlə sigaret çəkmək üçün çölə çıxmışlar. Əvvəllər Valehlə birlikdə Qəbələ rayonunda fəhlə işləmişlər. Tanışlıqları həmin vaxtdan yaranmışdır. Bakıda yaşamamış, işlə bağlı Bakıya gəlmişdir. Valeh Bakıda gündəlik evlərdə kirayə yaşamışdır. Hadisə günü içib evdən çıxmışlar. Saat təxminən 01- 02 radələri olmuş, həmin vaxt üstlərində pul olmuş, 15 manat onun cibində, 20 manat civarı da Valehin cibində pul olmuşdur. Camaləddin şəxsi maşınının ətrafında olmuş, Camaləddinə yaxınlaşmamışdan 6-7 dəqiqə əvvəl görmüş, alışqan istəmək üçün Camaləddinə yaxınlaşmış, Camaləddinə tək yaxınlaşmış, yaxınlaşmamışdan əvvəl hava qaranlıq olduğundan Camaləddinin üstündə heç nə görməmiş, alışqan istəyəndə Camaləddin ona aqresiv cavab vermiş, “maşınımda oturmuşam, nə istəyirsən məndən” demişdir. Onun bu cavabı pis təsir etmiş, həmin vaxt Camaləddin maşında oturmuş, onu çəkib maşından yerə salmış, maşının qapısı açıq olmuşdur. Camaləddini maşından çıxarıb sifət nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Orda çanta görməmişdir. Camaləddini vurub çıxıb getmişdir. Vurub gedəndən sonra Valeh zərərçəkmişin çıynində çanta olduğunu görmüş və götürmüşdür. O çıxıb getmiş, Valeh çantanı tək götürmüşdür. Hadisə yerindən təxminən 300 metr aralaşdıqdan sonra Valeh əlində çanta ilə onun yanına gəlmişdir. Çantanın nə olduğunu soruşmuş, Valeh həmin adamın çantası olduğunu bildirmişdir. Çantanı götürüb hadisə yerindən uzaqlaşmışlar. Valeh çantanı onunla birlikdə açmış, çantanın içindən bank kartları və telefon çıxmış, çantadan pul olmamışdır. Hadisədən sonra Valehlə bir yerdə qalmışlar, telefon evdə qalmış, sonra müstəntiqə vermişlər. Əldə etdikləri əşyalarla bağlı hadisədən sonra aralarında hər hansı bölüşmə olmamışdır. 24-cü polis bölməsində ona təzyiqlər olmuşdur. İstintaq zamanı da belə ifadə vermiş, amma müstəntiq fərqli ifadə yazmışdır. Müstəntiq tərəfindən ona təzyiq olmamışdır. Zərərçəkmiş şəxslə heç bir düşmənçiliyi, qərəzliyi olmamış, onu bir dəfə vurmuş, amma çantasını götürməmişdir. Bank kartlarını və şəxsiyyət vəsiqələrini zibil qutusuna atmışlar. Bank kartlarından istifadə etməmişlər. Ekspertə xəsarətlərinin yaranması barədə heç nə deməmişdir. Ekspertə hadisə zamanı içkili olmağı barədə deməmişdir. Bildirmişdir ki, hadisədən bir gün əvvəl içkili olduğu üçün sürüşüb yıxılmış, xəsarətlər də orda yaranmışdır. Zərərçəkmiş şəxsə yaxınlaşarkən çantasını almaq və ya ona xəsarət yetirmək kimi fikri olmamış, sadəcə alışqan istəmək üçün yaxınlaşmışdır. Valehə belə bir təklifi olmamışdır. Çantanı və içindəkiləri Camaləddinə qaytarmaq barədə təklif etməmişdir. Döyülməyi barədə heç kimə deməmişdir. Zərərçəkmiş şəxs alışqanı istəyəndə aqressiv cavab vermiş, demişdir ki, “öz maşınımda otura bilməyəcəm? Bilmirəm nə istəyirsiz məndən”. Onlar söhbətgahda oturanda maşın həmin yerdə olmuş, Camaləddin maşının ətrafında firlanmış, sonra gedib maşına oturmuşdur. Camaləddinin çantasının olub-olmadığına fikir verməmişdir. O zərərçəkmiş şəxsi vurandan sonra Valeh gəlmiş, o vuranda Valeh yanında olmamış, vurub getmiş, sonra Valeh əlində çanta ilə gəlmiş və Camaləddinin halsız vəziyyətdə yerdə olduğunu, onun çantasını götürüb gətirdiyini demişdir. İstintaq zamanı verdiyi ifadələri təsdiq etməmiş, müstəntiq yazmış, o da oxumadan imzalamışdır. Müstəntiq onun ifadəsini alanda onu döyən polis əməkdaşları yanlarında olmuşlar. İfadəsinin sonundakı imza və əl yazıları ona məxsusdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü axşam vaxtı Röyal ilə birlikdə yeyib içdikdən sonra gəzmək üçün şəhərə çıxmışlar, gəzə-gəzə gəlmişlər və söhbətgahın yanında dayanmışlar. Siqaret çəkmək istəmişlər, alışqan olmadığı üçün Röyal ağsaqqala yaxınlaşmış və alışqan istəmişdir. Bu vaxt aralarında mübahisə düşmüş və Röyal kişini vurmuşdur. Bundan sonra yaxınlaşıb Camaləddinin çantasını götürüb Röyalın yanına getmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Röyal düz ifadə vermiş, çantanı götürmüşdür. Çantanı götürməkdə məqsədi o olmuşdur ki, çantanın içində zərərçəkmiş şəxsin telefonu olarsa ona zəng edib onları söyməsinin səbəbini soruşsun. Röyala zərərçəkmiş şəxsin nəyə görə söyüş söydüyünü eşitməmişdir. Sərxoş olmuş, çantanı götürmüşdür. Çantanın içindəki bank kartlarını tullamış, telefonu özündə saxlamışdır. Özündə saxlamağının səbəbi o olmuşdur ki, Camaləddin öz nömrəsini bildiyi üçün telefonunu axtrarmaq üçün ona zəng edəcəkdi. O da həmin vaxt söyməsinin səbəbini soruşacaqdı. Çantanı götürəndə Camaləddinin hansı vəziyyətdə olduğunu bilməmiş, Cəmaləddin yerdə uzanmış, ondan heç nə soruşmamışdır. İş barədə məlumatı olmadığı üçün Nizami Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə baxılanda barəsində qətimkan tədbiri seçiləndə etiraz etməmişdir. Əvvəllər məhkum ounmuşdur. Söhbətgah onların evindən uzaqda olmuş, bu hadisəni törətmək barədə Valehlə aralarında əvvəlcədən razılaşmamışlar. Yaxınlaşıb görmüşdür ki, kişi uzanıb, zarıyır. O da gedib çantanı götürmüşdür. Röyal çantanı qaytarmaq barədə təklif etmiş, tutulmaqdan qorxub razılaşmamışdır. Çantada bank kartları, vəsiqə və telefon olmuşdur. Söhbətgahın yanında dayanmaqlarının səbəbi siqaret çəkmək olmuş, maşının işıqları yanmış, içində adam oturmuş, içkili olduğu üçün zərərçəkmişə yardım göstərməmişdir. Əvvəl Röyal ilə Qəbələdə işləmiş, Röyal 3-4 gündür ki, işləmək üçün Bakıya gəlmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xəstə adamdır, bir böyrəyi işləmir, insult keçirmiş, şəkəri var. Gedəsi yeri olmadığı üçün axşamlar çıxıb gəzmişdir. Hadisə günü də gəzinti üçün çölə çıxmışdır. Görmüşdür ki, hava biraz yağışlıdır, ona görə maşında oturmuşdur. Maşında oturmağından 5 dəqiqə keçməmişdir ki, Röyal maşının şüşəsini döymüşdür. O maşının qapısını açmış, Röyal ondan siqareti olub-olmaması barədə soruşmuşdur. O da olmadığını demişdir. Aralarında cəmi üç kəlimə söz olmuşdur, Siqaret var? Dedim, yox. Çəkmirsən?! deyib boynundan tutub onu aşağı dartmış, yıxılmışdır. Valeh gəlib tez ayaqlarından yapışmış, Valeh uzaqda olmamış, bir yerdə olmuşlar. Valeh ayaqlarını necə sıxmışdısa iki ay ayaqlarının göyərməsi getməmişdir. Röyal da dizini qarnına qoymuş və vurmağa başlamışdır. Zərbələrin təsirindən huşunu itirmişdir. Neçə dəqiqədən sonra özünə gəldiyini bilmir. Özünə gələndə görmüşdür ki, üzü qan içindədir. 10 gün burnunun qanı dayamamış, həkimlər saxlaya bilməmişlər. Özünə gələndən sonra durub qan içində evə getmişdir. Duranda görmüşdür ki, çanta yoxdur. Yoldaşı ilə birlikdə 24-cü bölməyə gedib izahat vermişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər ikisi də bir yerdə maşına yaxınlaşmışlar. Maşının işıqları yanmırdı. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onlarla heç vaxt barışmayacaq. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin MTE və Patoloji Anatomiya birliyinin Nizami rayon şöbəsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2024-cü il tarixli 1147 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş - sağ gözün ağlı qişasının qansızma fonunda sağ gözətrafı nahiyənin hematoması, ağız boşluğunun sağ yarısının əzilmiş yara və qansızma fonunda sifətin sağ yarısının alt çənə sümüyünü əhatə edən şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağda almacıq qövsünün qəlpəli-yerdəyişən, sağ almacıq sümüyünün xətti, əng sümüyünün sağ yarısının minimal yerdəyişən və əng cibinin bayır sümüyünün qəlpəliyerdəyişən sınıqları, təpə nahiyəsinin sağ yarısının sıyrığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən vurulmaları zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (cild 1, i/v: 176-178) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 xx.xx.2025-ci il tarixli 41 nömrəli ekspert rəyindən göründüyü kimi, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normava uväun olması müəvvən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs2 xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törədərkən hər hansı psixi xəstəlik aşkar olunmur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs2 eqosentrizm, kobudluq, situativlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla, cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törədərkən, əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək imkanına malik olmuşdur. (cild 1, i/v: 204-206) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 10.01,2025-ci il tarixli 42 nömrəli ekspert rəyindən göründüyü kimi, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hai-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs1 xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törədərkən hər hansı psixi xəstəlik aşkar olunmur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs1 eqosentrizm, kobudluq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı nəzərə alınmaqla, cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törədərkən, əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək imkanına malik olmuşdur. (cild 1, i/v: 208-210) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 fevral 2025-ci il tarixli 9/10530 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd «Samsung Galaxi A7» markalı «SM-A720F» model mobil telefonun komplektləşdirməsinə aid olan aksesuarlarının olmaması, istifadədə olması və üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və sair) nəzərə alınmaqla 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 65,00 manat müəyyən edilir. Ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində «Mont Blanc» yazısı olan pul kisəsinin və 01 ədəd üzərində «İcono» yazısı olan əl çantasının satışına və qiymətina dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. (cild 1, i/v: 213-214) Abşeron rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(012)-259/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (cild 1 i/v:197-202) DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (cild 1 i/v:236) DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 01 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1 i/v:237-238) Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan əməllər ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı Qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 münasibətdə ilk dəfə cinayət törətməsini, gənc olmasını və səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir, Təqsirləndirilən şəxs2 münasibətdə isə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin qoca və ya köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs1, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi və cinayətin qoca və ya köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 14 dekabr 2024-cü il tarixdə saat 20 radəiərində ünvan 4 ünvanının yaxınlığında quraşdırılmış nəzarət-müşahidə kamerası vasitəsilə aparılmış videoçəkilişin görüntüləri köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad etmə ləğv edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən azad edildiyi 2 ay 22 gün azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 9 (doqquz) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 14 dekabr 2024-cü il tarixdə saat 20 radələrində ünvan 4 ünvanının yaxınlığında quraşdırılmış nəzarət-müşahidə kamerası vasitəsilə aparılmış videoçəkilişin görüntüləri köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1172/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1172/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver