Məhkəmə qərarları › İş №1(101)-1173/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1173/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1173/2023 17.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “EKOL” Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, 04 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Sabunçu Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1173/2023 nömrəli qərarına əsasən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs hadisədən 2 ay əvvəl tanışı Şahid2 aldığı kompyuterə aid səsgücləndiriyə görə qalan 50 manat borcunu ödəməməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə sonuncunun yaşadığı ünvan 2 ünvandakı fərdi yaşayış evinə gedərək evin həyətinə daxil olub Zərərçəkmiş şəxs bayıra çağırmış, həmin vaxt Zərərçəkmiş şəxs səbəbsiz olaraq süpürgə ilə onu vurması səbəbindən özünü təhqir olunmuş hesab edərək şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı üzərində olan qatlanan cib bıçağı ilə sonuncunun sol döş nahiyəsinə bir dəfə vuraraq sol ağciyərin yaralanmasına, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), sol Vİİ qabırğanın kəsilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxs X1 qəsdən ağır zərər vurmuşdur, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maaşlarını aldıqları üçün 03 dekabr 2022-ci il tarixdə, saat təxminən 19 radələrində bir məhəllədə yaşadığı, iş yoldaşı və dostluq etdiyi Şahid2la birlikdə Balaxanı qəsəbəsində yerləşən «Neftçi» kafesinə gedib orada yeyib içmiş, yemək vaxtı iki nəfərə 700 qram araq içmişlər. Həmin gün saat təxminən 23 radələrinədək kafedə olmuşlar. Yeyib içərkən Məhəmməd ona bir müddət əvvəl Balaxanıda yaşayan və onun da tanıdığı Zərərçəkmiş şəxs 50 manat müqabilində kompüterə aid səs ucaldıcılar satdığını, Ağabəyin isə həmin səs ucaldıcını başqa şəxsə 70 manata satıb, 50 manatı tezliklə ödəyəcəyini vəd etdiyini, lakin sonradan Ağabəyin pulu ödəməkdən imtina etdiyini demişdir. Ona görə də Məhəmmədlə birgə Ağabəylə görüşüb bu məsələni müzakirə etmək, sonuncuya ya pulu ödəməsi, ya da malı geri qaytarmasını başa salmaq qərarına gəlmişlər. Odur ki, təxminən saat 23:30 radələrində Məhəmmədlə birlikdə Ağabəyin yaşadığı Balaxanı qəsəbəsi Şəfqət küçəsində yerləşən evə gedib qapını döymüşlər. Lakin darvaza il evin giriş qapısı arasında məsafə uzaq olduğu üçün Ağabəyi səslə çağırmağa başlamışlar. Onların qarşısına Ağabəyin anası çıxmış, Ağabəyin anası Məhəmmədi tanımış, səsucaldıcı ilə bağlı məsələni bildiyindən Məhəmmədə “50 manata görə gəlmisən?» deyə soruşmuş, əlavə olaraq “Ay bala, əl çək” demişdir. Bundan sonra anası Ağabəyi çağırmaq üçün evə qayıtmışdır. Bir qədər sonra Ağabəy əlində süpürgə ilə qaça-qaça gələrək onun üstünə hücum etmiş və süpürgənin dəstək hissəsindən tutaraq bir neçə dəfə onun başına və bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Ağabəyin birbaşa onun üzərinə gəlməsinin səbəblərini o, bilməmişdir. O da özünü müdafiə etmək üçün bir qədər geri çəkildikdə Ağabəy əl çəkməmiş, yenə də onun üstünə gələrək zərbələr vurmağa davam etmişdir. Bu zaman o, əynindəki gödəkçənin sağ cibində olan bıçağı çıxarıb bir dəfə Ağabəyin sol döş nahiyyəsinə vurub geri çəkilmişdir. O, canı ağrıyıb uzaqlaşsın deyə Ağabəyi vurub xəsarət yetirmişdir. Bundan sonra Məhəmməd onları aralayarkən o, arxaya yıxılmış, Ağabəy isə qaçaraq evlərinə getmişdir. Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, Ağabəy qaçaraq evdən çıxıb onun üstünə gələrkən onun anası da arxasınca gəlirmiş və Ağabəyin onu vurduğunu görüb, davanı onların başladıqlarını fikirləşmişdir. Ona görə də Məhəmmədin üstünə qışqırıb “Nə üçün belə edirsiniz?” deyərək Ağabəyin anası Rəfiqə xala Məhəmmədi danlamış, Məhəmməd də ona nəsə izah etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, hadisə zamanı istifadə etdiyi bıçağı xeyli vaxt əvvəl mağazadan almışdır. Bıçağı işdə və başqa yerdə lazım olanda, o cümlədən selofanı kəsmək üçün istifadə edib həmişə üzərində gəzdirmişdir. Bıçağın dəstəyi qara plasmasdan, tiyəsi isə gümüşü rəngli parlaq metaldan olmuşdur. Həmin bıçağı hadisə yerindən gedəndən sonra qabağına çıxan kanalizasiya quyusunun içinə atmış, sonradan bıçağı atdığı yeri polislərə göstərsə də bıçaq tapılmamışdır. O, Ağabəyi özündən uzaqlaşdırmaq niyyəti ilə bıçaqdan istifadə etmişdir. Ağabəyə bıçaqla daha çox xəsarət yetirmək imkanı olsa da, o, bunu etməmiş, onun və Məhəmmədin Ağabəylə ümumiyyətlə dalaşmaq niyyətləri olmamışdır. O, Ağabəyə ağır xəsarət yetirdiyini ümumiyyətlə bilməmişdir. Onların Ağabəyin evinə getməkdə məqsədi Ağabəylə görüşüb sonuncuya pulu ödəməkdən boyun qaçırmasının düz hərəkət olmadığını başa salmaq, ya 50 manatı almaq, ya da malı geri almaq istəmişlər. Buna baxmayaraq birinci olaraq Ağabəy heç bir səbəb olmadan onun üstünə gələrək süpürgə ilə vurmağa başladıqdan sonra o, əsəblərini saxlaya bilməmiş və sonuncunu vurmuşdur. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, sonradan Ağabəyə yardım etmiş, sonuncu ilə barışıq əldə etmiş, müalicəsi üçün lazım olan bütün xərclər onun ailəsi tərəfindən ödənilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs yaşadığı Balaxanı qəsəbəsində yaşadığı məhəllədən tanımış, Məhəmməd isə qonşuluqda yaşamış, sonuncunu uşaqlıqdan tanımışdır. Cahangir və Məhəmmədlə aralarında düşmənçilik və ədavət olmamışdır. O, «X9 Parkı»nda fəhlə işləmişdir. 2022-ci ilin təxminən avqust ayının sonlarında o, Məhəmmədin “Coca-cola” kompaniyasının keçirdiyi uduşdan qazandığı səsgücləndirici aparatı evə gətirmiş və anası soruşduqda sonuncuya həmin səsgücləndiricini qonşu Məhəmmədin 50 manata satdığını və Məhəmmədin ondan həmin səsgücləndiricini satmasını xahiş etdiyini bildirmişdir. Anası ondan səsgücləndiricini qaytarmasını tələb etmiş, lazım olmadığını demiş, lakin o, qaytarmamışdır. Bundan sonra o, həmin səsgücləndiricini iş yoldaşı Fuada 40 manata satmış, pulunu isə özü xərcləmiş və Məhəmmədə sonra ödəyəcəyini düşünmüşdür. O, Məhəmmədə də bu barədə “WhatsApp” proqramında mesaj yazmış, Məhəmməd isə ona “lazım deyil, həmin səsgücləndiricini bağışladım sənə” yazmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, 03 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 2 ünvanında evdə yatarkən bayırdan qapının möhkəm döyülməsini və onun adının çağırılmasını eşidib oyanmışdır. O, Cahangiri səsindən tanımış, sonuncunun “Ya kalonkanı, ya da əlli manatı gətirsin” deməsini eşitmişdir. O, qapıdan evinin həyətinə çıxdıqda Məhəmməd və Cahangirin onların evinin həyətində olduğunu, anası Rəfiqənin isə Məhəmmədlə üzbəüz dayanıb ona irad bildirib ona evə niyə basqına adam gətirdiyini dediyini, problem olduğu təqdirdə bir böyük kimi ona deməsini bildirdiyini eşitmişdir. O, Məhəmmədlə Cahangirin onun evinə gəlməsindən və sərxoş olmalarından hiddətlənib əlinə süpürgə taxtasını götürərək Cahangirin üstünə getmiş, həmin taxta ilə sonuncunun qolundan vurmuş və süpürgənin taxtası oradaca sınmışdır. Həmin vaxt Məhəmməd araya girib onları aralaşdırmaq istəmişdir. Cahangir əli ilə ani anda onun sol qolaltı nahiyyəsindən vurmuş və o, istilik hiss etdikdə onu Cahangirin bıçaqla vurduğunu başa düşmüşdür. Bundan sonra halsızlaşmış və anası arxadan onu tutub evə keçirmiş, qapını arxadan bağlamış, evə girdikdən sonra anası Rəfiqə onun paltarının qana bulandığını görmüş və gəlinləri Hüsniyyə təcili tibbi-yardım çağırmışdır. Bıçaqla vurulmasını o özü də, qaranlıq olduğundan görməmiş, istilik hiss etdikdə vurulduğunu anlamışdır. O, Sabunçu rayon 3 saylı ŞKX-na aparılmış, orada əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərdi ki, hadisədən sonra Cahangir tərəfindən ona yardım göstərilmiş, o, Cahangiri bağışlamışdır və sonuncuya qarşı şikayəti və tələbi qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə bir məhəllədə yaşamışdır. Əvvəllər Ağabəy ilə heç bir qərəzi və ədavəti olmamışdır. Təxminən 2 ay əvvəl o, özünə məxsus olan kompüter səsucaldıcılarını 50 manata Ağabəyə satmış və Ağabəy 50 manatı 2-3 günə verəcəyini desə də, onun pulunu verməkdən yayınmışdır. Ağabəy əvvəlcə hələlik imkanının olmadığını bəhanə gətirib gecikdirsə də, sonradan ümumiyyətlə pul ödəməyəcəyini, səsucaldıcıları da qaytarmayacağını demişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, 03 dekabr 2022-ci il tarixdə, saat təxminən 19 radələrində bir məhəllədə yaşadığı, iş yoldaşı və dostu Təqsirləndirilən şəxsla işdən çıxandan sonra Balaxanı qəsəbəsində yerləşən «Neftçi» kafesinə gedib yemək yeyib, iki nəfərə 700 qram araq içmişlər. Söhbət zamanı Ağabəyin ondan səsucaldıcıları alıb pulunu isə ödəmədiyini Cahangirə bildirmiş və birlikdə Ağabəyin evinə gedib bayırda sonuncu ilə görüşüb etdiyi hərəkətin düzgün olmamasını, ya onun pulunu ödəməsini, ya da malı geri qaytarmasını başa salmağı qərara almışlar. Beləliklə, saat təxminən 23:30 radələrində Cahangirlə birlikdə Ağabəyin evinə getmiş, evlərinin qapısının ağzında dayanıb sonuncunu bayıra çağırmışlar. Bu zaman onların qarşısına Ağabəyin anası Rəfiqə xala çıxmışdır. O, Rəfiqə xalaya Ağabəyin ondan səsucaldıcı alıb pulunu ödəmədiyini, ona görə də ya pulu verməsi, ya da malı qaytarması üçün gəldiyini bildirmişdir. Rəfiqə xala evə qayıdaraq Ağabəyi çağırmağa getmişdir. Bir qədər sonra Ağabəy əlində süpürgə ilə qaçaqaça onlara tərəf gəlmiş və Cahangirə yaxınlaşıb süpürgə ilə bir neçə dəfə sonuncunun başına və bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Onun arxasınca isə Rəfiqə gəlmiş və sonuncu davanı onların başlatdığını düşünmüş, bu səbəbdən onun üstünə qışqırıb nə üçün qapılarına basqın edib dava-dalaş saldığını demişdir. O da başa salmışdır ki, əksinə hücum edib onları döymək istəyən onun oğludur. Bu anda Ağabəyin qaça-qaça geriyə, yəni evə tərəf getdiyini görmüşdür. O, geri çevrilib Cahangirə yaxınlaşarkən sonuncunun əlində tiyəsi qana batmış bıçaq olduğunu görmüşdür. Cahangir həmin bıçaqla Ağabəyi vurduğunu demişdir. Bundan sonra, o, və Cahangir kafeyə getmiş və gedərkən yolda Cahangir Ağabəyi vurduğu bıçağı kanalizasiya quyusuna atmışdır. O, əvvəlcədən qərəzli olaraq Cahangiri Ağabəygilin evinə dalaşmağa və ya bıçaqlamaq üçün gətirməmiş, onun belə bir planı olmamış, hadisə istəmədən, tam təsadüf nəticəsində baş vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edərək göstərdi ki, işdə adı şahid olaraq keçən Məhəmməd onlarla qonşuluqda yaşamış, anasının adının Nazilə olmasını bilmişdir. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamışdır. 2022ci ilin təxminən avqust ayının sonlarında oğlu Zərərçəkmiş şəxs evə gəldikdə özü ilə üzərində “Cocacola” yazılmış uduşdan çıxan səsgücləndirici aparatı gətirmiş və ona həmin səsgücləndiricini qonşu Məhəmmədin 50 manata satdığını bildirmiş, bəlkə alsın deyə ondan soruşduqda o, lazım olmadığını və qaytarmasını tapşırmışdır. Ağabəy isə səsgücləndiricini qaytarmamış və Məhəmmədin həmin səsgücləndiricini satmağı ondan xahiş etdiyini bildirmişdir. Bundan sonra o, Ağabəyin işinə qarışmamış və Ağabəyin həmin səsgücləndiricini kiməsə satıb-satmamasından xəbəri olmamışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, 03 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 2 ünvanında evdə olub nəvəsi Yusifi ayağında yatırdarkən küçədən darvaza qapısının möhkəm döyülməsini və Ağabəyin səs-küylə oğlanlar tərəfindən çağrıldığını eşitmişdir. Həmin vaxt Ağabəy və atası yatmış olmuşlar. O və gəlini Hüsniyyə evlərinin həyətinə çıxdıqda darvaza qapısından içəri Məhəmmədin və yanında daha bir nəfər oğlan girdiyini görmüşdür. Həmin vaxt Hüsniyyə içəri evə girmişdir. Onlara «gecə vaxtı burda nə gəzirsiniz?» deyə soruşduqda onlar hündür səslə «əcəb eliyib gəlmişik» cavabını vermiş və Ağabəyin bayıra çıxmasını tələb edərək hədə-qorxu gəlməklə səsgücləndiricinin pulunu tələb etmişdir. Təqsirləndirilən şəxsin adının Cahangir olduğunu orada öyrənmişdir. Həmin vaxt Cahangir əlində olan qatlama bıçağı təsbeh kimi əlində fırlatmışdır. O, Məhəmmədi yaxına çağırıb sonuncuya niyə Ağabəyin üstünə adam gətirdiyini irad bildirmiş, Ağabəylə problemi varsa bir böyük kimi ona deməsini, yoluna qoyulacağını demişdir. Məhəmməd isə heç gözləmədiyi formada “Əcəb eləmişəm, yaxşı eləmişəm, 50 manat pulumu Ağabəy versin” demişdir. Səs-küyə Ağabəy onun arxasından qapını açıb evin həyətinə çıxmışdır. Həmin vaxt əri Mehman artıq yatmış, digər oğlu Vüqar isə «Oba» marketdə işdə olmuşdur. Ağabəy həyətə çıxıb Məhəmmədin qarşısında dayanıb nə istəməsini soruşduqda Cahangir Ağabəyə hücum çəkmiş və onlar əlbəyaxa olmuş, Məhəmməd isə onları çəkişdirmişdir. Lakin o, Məhəmmədin onları ayırdığını və ya Cahangirə kömək etdiyini ayırd edə bilməmişdir. Bunu görüb, o, tez Ağabəyi arxadan dartıb evin giriş qapısından içəri salmış və qapını arxadan bağlamışdır. Bu zaman gəlini Hüsniyyə Ağabəydən qan gəldiyini bildirmiş, Ağabəy isə ağrıdan yerə çökmüşdür. Hüsniyyə təcili tibbi-yardıma zəng etmiş və 10 dəqiqə ərzində ünvanlarına TTY avtomaşını gəlmiş və oğlu Ağabəyi ünvan 3ahid Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, həmin hadisə qısa müddətdə davam etmiş, təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. Həmin hadisə nəticəsində oğlu Ağabəy sol döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti almış və əməliyyat olunmuşdur. O, həmin hadisə baş verəndən dərhal sonra qonşu Məhəmmədin anası Naziləyə də zəng vurub xəbər vermiş, oğlunun evinə başqa adamla gəldiyini və nəticədə Ağabəyin bıçaqlandığını bildirmişdir. Nazilə tez onlara gəlmiş, Ağabəyin qanlı vəziyyətini və TTY avtomobilinin onu aparmasının şahidi olmuşdur. Hadisə zamanı Məhəmmədin əlində bıçaq olmamışdır. Hadisə vaxtı evin işığı bayıra düşsə də hava qaranlıq olmuş, onun özünün gözü zəif olduğundan o, Cahangirin oğlu Ağabəyi bıçaqla vurmasını konkret olaraq görməmişdir. Ağabəyin bədənindən qan gəlməsini, Cahangir oğlu Ağabəyi bıçaqla vurmasını evdə öyrənib bilmişlər. Qaranlıq olduğundan o, oğlu Ağabəyin də Cahangirə nə ilə vurmasını tam görməmişdir. Ancaq evin həyətində süpürgə olmuş, həmin süpürgənin sınmasını növbəti gün aşkar etmişdir. Hadisədən sonra Cahangir onlara yardım etmiş, onlar Cahangiri bağışlamışlar. Cahangirə qarşı heç bir şikayət və tələbləri qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 2929 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol ağciyərin yaralanmasına, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), sol Vİİ qabırğanın kəsilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən 1(bir) ədəd deşilmişkəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alət təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (iş vərəqə: 167-169). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 2834 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xx.xx.2022-ci il tarixinə uyğun xəsarət və xəsarət izləri aşkar edilmədi (iş vərəqə: 165-166). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 93 nömrəli rəyindən görünür ki, Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs cinayəti törədən anda “Emosional davamsız tip pozuntu” müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, CA.İmanov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda “Emosional davamsız tip pozuntusu” müəyyən edilir və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: 187-189). Məhkəmə baxışı zamanı tədqiq olunan, hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında baş vermişdir (iş vərəqə: səh. 05-09). Məhkəmə baxışı zamanı tədqiq olunan, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarları, yəni 01 ədəd pulover və 01 ədəd cins şalvar üzərində cinayətin əlamətlərini əks etdirdiyindən maddi sübut əhəmiyyətli olduğundan götürülmüş və paltarlara baxış zamanı müəyyən edilmişdir ki, pulover qırmızı və qara rənglidir, “Stefano Ricci” markalıdır və sol yuxarı hissədə kəsilmiş-cırılmış iz vardır, paltarın üzərində qana bənzər ləkələr vardır. Cins şalvar açıq göy rənglidir. Şalvarın sol bel nahiyyəsində qırmızı rəngli, qana bənzər ləkələr vardır, şalvarda cırıq, kəsik izi yoxdur (iş vərəqə: səh. 137-140). İş materiallarında olan 22 mart 2023-cü il tarixli qərarla müəyyən olundu ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olub, hadisə zamanı əynində olmuş 01 ədəd pulover və 01 ədəd cins şalvar iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 198-204). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 191-192). Həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsyla barışdığını, ona dəymiş maddi zərərin sonuncunun valideynləri tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş vərəqə: 161; iş materialları). Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, onun sonuncuya qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi zərərin ödənildiyini, Azərbaycan Respublikası CM-nin 59.1.12ci və 59.1.13-cü maddəsinə, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmadığını və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, yüngülləşdirici hallar olduqda cəza təyinetmənin prinsiplərini nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Müəyyən edildiyi kimi, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 04 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonra isə Sabunçu Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 04 mart 2023-cü il tarixdə başa çatmışdır. Bundan sonra, Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 15 gün müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddəti 18 aprel 2023-cü il tarixdə başa çatmışdır. Ən nəhayət, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 1(101)-1173/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar və bir ədəd pulover zədələnməklə təyinatını itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərcləri müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar və bir ədəd pulover zədələnməklə təyinatını itirdiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır, ekspertiza xərcləri müəyyən edilməmişdir. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar