Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1173/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:50 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Zərərçəkmiş şəxs2, Qanuni nümayəndə, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Saatlı rayonunun Qarayevkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Saatlı rayonu, Orta Muğan (keçmiş Qarayevkənd) kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya” psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmadan 19 iyun 2023-cü il tarixdə, saat 03-04 radələrində cinsi azlıqların (transseksualların) tez-tez toplaşdığı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yerləşən «Rahat market»in yanında olan yerüstü piyada keçidinin yaxınlığında olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 cinsi azlığın nümayəndəsi (transseksual) olduğunu bildikdən sonra həmin səbəbdən sonuncunu cəmiyyətə «yararsız» hesab edərək, bunu bəhanə edib, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək, birgə yaşayış qaydalarını kobud surətdə pozub, ətrafdakılara qarşı eqoizm nümayiş etdirərək, əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gələrək, cinayətin törədilməsini asanlaşdırmaq məqsədilə sonuncuya oral sekslə məşğul olmağı təklif edib razılığını alaraq birlikdə kənar bir yerə getməklə digər şəxslərdən uzaqlaşmaq üçün, yuxarıda göstərilən ünvanda-Sumqayıt şəhəri istiqamətində, piyada keçidinə çatmamış sağa düşən yolda sol tərəfdə məişət tullantıları üçün nəzərdə tutulmuş qutuların saxlandığı hasarın içərisinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs2 10 manat pul vermiş, lakin Zərərçəkmiş şəxs2 qoruyucu vasitədən istifadə etməklə oral sekslə məşğul olmasını bəhanə edib, üzərində olan bıçağı şalvarının sağ yan cibindən çıxararaq xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə bıçağın tiyəsi ilə həyatı üçün mühüm əhəmiyyəti olan baş nahiyəsinə bir neçə zərbə vurmuş və sonuncunun onu vurmaması və buraxmasını xahiş etməsinə, qışqırmasına əhəmiyyət vermədən o, zərərçəkmiş şəxsə xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhimsizliklə baş nahiyəsinə ardıcıl olaraq zərbələr vurmaqda davam etmiş, lakin Zərərçəkmiş şəxs2 onun qolundan və boğazından tutub divara doğru sıxmaqla ona müqavimət göstərərkən bıçaqla Zərərçəkmiş şəxs2 qulaq nahiyəsini və qolunu kəsmiş, bundan sonra o, Zərərçəkmiş şəxs2 bədəninə yenə bıçaqla zərbə vurmağa çalışsa da, sonuncu aktiv müqavimət göstərərək onu yumruqla vurub özündən kənarlaşdırdıb hadisə yerindən qaçdığına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qəsdən öldürməsinə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 başın təpə nahiyəsinin, sol qulaq seyvanının, sağ bazu nahiyəsinin kəsilmiş yaralarından ibarət olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vurmaya aid çoxsaylı xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya” psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmadan xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt yolunda Bakı şəhəri istiqamətində yolun kənarı ilə piyada keçidinə doğru hərəkət edərkən, keçidə çatmağa 50-100 metr qalmış ona yaxınlaşaraq, siqaretinin olub-olmamasını soruşan qadın geyimli, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı onun cinsi azlığın nümayəndəsi olmasını bildikdən sonra sonuncunu cinsi azlığın nümayəndəsi (transseksual) olduğuna görə cəmiyyətə «yararsız» hesab edərək bunu bəhanə edib, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək, birgə yaşayış qaydalarını kobud surətdə pozub, ətrafdakılara qarşı eqoizm nümayiş etdirərək, əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gələrək, cinayətin törədilməsini asanlaşdırmaq üçün sonuncunu insanların olmadığı yerə aparıb boğmaqla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs1 10 manat müqabilində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq bərədə təklifini qəbul edərək, hər ikisi birlikdə xx.xx.2023-cü il tarixdə saat 00:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni Yaşayış massivi, 1-cü döngədə yerləşən yol kənarındakı istifadəsiz tikilinin həyətinə dalan yerə gəlmiş, orada o, Zərərçəkmiş şəxs1 inandırmaq üçün sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqəyə girsə də, cinsi əlaqəni bitirmədən sol əli ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə boğaz nahiyəsini sıxaraq boğmağa başlamış, lakin həmin vaxt özü arxası üstə yerə yıxılan zaman Zərərçəkmiş şəxs1 da arxası üstə Təqsirləndirilən şəxs üzərinə yıxılaraq buraxmasını bildirib yalvarmasına baxmayaraq, zərərçəkmiş şəxsə xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhimsizliklə Zərərçəkmiş şəxs1 boğaz nahiyəsini, tənəffüs yollarını qolu ilə bərk sıxmaqda davam edərək nəfəs almasına imkan verməmiş və xilas olmağa çalışan Zərərçəkmiş şəxs1 müqavimətini qırıb, getdikcə halsızlaşıb çırpınan zərərçəkmiş şəxsin boğaz nahiyəsini təxminən 4 dəqiqə ərzində sıxıb saxlayaraq boğmaqda davam etdiyinə görə baş verən asfiksiya nəticəsində Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüş, bununla da Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmiş, yəni təkrarən qəsdən adam öldürmüş, daha sonra meyiti aşkar olunmaması üçün yaxınlıqdakı ağacın yanına sürüyüb apararaq üzərini ağac budaqları ilə örtməklə gizlədib hadisə yerini tərk etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, «Ər Riyad» ticarət mərkəzində mebel satışını həyata keçirən mağazada sürücü işləmişdir. Evə gedərkən Bakı-Sumqayıt yolunda yerləşən «Rahat market»in yaxınlığındakı piyada keçidinin yanında cinsi azlıqların nümayəndələrinin, yəni transların yığışdığını görmüş, piyada keçidinin üzərində Azərbaycan Respublikasının bayrağının əks olunmasına baxmayaraq həmin şəxslər əxlaqsız hərəkətlərlə məşğul olmuşlar. Daha sonra orda dayananlardan birinə yaxınlaşmış, onunla söhbət edib qırağa çəkmişdir. O, həmin şəxsi 3-4 dəfə bıçaqla vurmuş, sonuncu əlindən çıxıb qaçıb getmişdir.Təxminən 3-4 gün sonra yenə piyada keçidinə tərəf getmiş, yenə o cür şəxslərin orada dayandıqlarını görmüşdür.Sonra orada dayananlardan birini əli ilə boğub öldürmüş, həmin ərazidəki zibilliyə atmışdır. Bundan sonra çıxıb getmiş, 13 gün sonra polislər onu saxlamışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, xx.xx.1988-ci il tarixdə Saatlı rayonunun, Qarayev, hazırki adı Orta Muğan olan kəndində anadan olmuş, orta məktəbi Saatlı rayonunda oxumuş, 2007-2009-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2013-cü ildə Şahid3 ilə nikahda daxil olmuş, həmin evlilikdən 2015-ci il təvəllüdlü Zəhra Cəfərova və 2016-cı il təvəllüdlü Yusif Cəfərov adlı iki övladı var. Ailəsi və valideynləri Şahid4 Mirzəağa oğlu, X1 rayonunun, Orta Muğan kəndində yaşayırlar. 2012-2018-ci illərdə FHNdə yanğınsöndürən vəzifəsində işləmiş, 2018-ci ildə öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxmasının səbəbi işləmək üçün Rusiya Federasiyasına getməsi olmuşdur. 2018-ci ildə Azərbaycan Respublikasına qayıtmış, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci də yol-nəqliyyat hadisəsi törətdiyinə görə Xətai Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmişdir. Təxminən 2-3 ay əvvəl ailəsinin dolanışığını təmin etmək üçün daimi işə qəbul olunmuş, Abşeron rayonunda yerləşən «Ər Riyad» ticarət mərkəzində Ceyhun adlı şəxsə məxsus mebel satışını həyata keçirən mağazada sürücü işləmişdir. İş yerinə yaxın olsun deyə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ünvanını dəqiq bilmədiyi bir evdə kirayədə qalmışdır. Son vaxtlarda Bakı şəhərində cinsi azlıqların nümayəndələrinin, yəni transların yol kənarlarına yığışmalarını görmüş, həmin kişi cinsli şəxslərin qadın kimi geyinərək pul qarşılığında cinsi əlaqədə olduqlarınıı bildiyindən, bunu qəbul edə bilməmiş, transların cəmiyyətdən təcrid olunmalarını istəmişdir. Təxminən 4-5 ay əvvəl saat 23:30 radələrində Lökbatan dairəsində dayanaraq Saatlı rayonuna gedən yol avtomobilini tapmağa çalışmış, həmin vaxt orada cinsi azlıqların nümayəndəsinin, yəni bir transın qeyri-etik ifadələr işlədərək qışqırdığını görmüş, ətrafda bir çox şəxslər olmuşdur. O, həmin şəxsə yaxınlaşaraq niyə nalayiq ifadələr işlətdiyini soruşmış, həmin şəxs ona «nə hərriyirəm səni» deyə cavab vermişdir. O, həmin sözləri qəbul edə bilmədiyindən həmin şəxsin burun nahiyəsinə yumruq zərbəsi endirmişdir. Həmin şəxs zərbənin təsirindən yerə yıxılmış, həmin şəxsi vurmaqda məqsədi ona səhvini başa salmaq olmuşdur. Yumruq zərbəsini vurduqdan sonar ətrafda polis əməkdaşların olduğunu görüb oradan uzaqlaşmışdır. O, həmin şəxsi tanımamış, sonuncu 160 sm boylarında, sarışın, dolu bədən quruluşlu biri olmuş, əynində qadın paltarı, yəni rəngini xatırlamadığı ətək və kofta olmuşdur. Daha sonra o, kənara çəkilib baş verənləri izləmiş, təcili tibbi yardım avtomobili gələrək həmin şəxsi aparmışdır. Həmin hadisəyə görə barəsində hər hansı araşdırma aparılmamışdır. Qeyd edilən hadisədən sonra cinsi azlıqların nümayəndələrinə qarşı nifrəti daha da artmış, onlarla mübarizəni davam etdirmək qərarına gəlmiş, hətta onları öldürmək istəmişdir.Təxminən 2023-cü ilin iyun ayının ortalarında Sumqayıt şəhəri istiqamətinə gedən zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt yolunda yerləşən «Rahat Market»in yaxınlığındakı piyada keçidinin yanında cinsi azlıqların nümayəndələrinin, yəni transların yığışdığını görmüş, piyada keçidinin üzərində Azərbaycan Respublikasının bayrağının əks olunmasına baxmayaraq həmin şəxslər Azərbaycan mentalitetinə uyğun olmayan fəaliyyətlə məşğul olmuşlar. O, artıq onları bir-bir öldürüb cəmiyyəti translardan təmizləmək qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin iyun ayının ortalarında saat 23 radələrində transların toplaşdığı həmin piyada keçidinə getmiş, məqsədi onlardan birinə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib təklikdə olan zaman öldürmək olmuş, üzərində bıçaq da olmuşdur. Həmin bıçağı Saatlı rayonu, Orta Muğan kəndində yolun kənarından tapmışdır. O, keçidə yaxınlaşmış, orada qadın paltarında bir neçə kişi cinsli şəxslərin dayandığını görmüşdür. Onların üzlərinə və bədən quruluşuna baxan zaman kişi olmaları hiss olunmuşdur. Həmin şəxslərdən birinə yaxınlaşaraq cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Həmin şəxslərdən hündür boylu, enli kürəkli biri onunla danışmağa başlamış, 10 manat müqabilində qeyri-təbii yolla cinsi əlaqədə ola biləcəyini bildirmişdir. O, bu yolla onu təkliyə çəkmək istəmiş, onun təklifini qəbul etdiyinə görə həmin şəxs ona arxasınca gəlməyi bildirmişdir. Piyada keçidini keçdikdən sonra sola dönüb düz getmiş, zibil qablarının olduğu yerdə dayanmış, həmin şəxs pulu dərhal verməsini istədiyindən o, qaçıb getməsin deyə həmin şəxsə 10 manat pul vermişdir. Həmin şəxs pulu aldıqdan sonra cinsi əlaqədə olmağa hazırlaşmışdır. Lakin o, həmin şəxsə ətəyini qaldırmağa imkan vermədən şalvarının sağ yan cibində olan bıçağı çıxararaq tiyəsi ilə onun baş nahiyyəsinə zərbələr endirməyə başlamış, lakin həmin şəxs onun zərbələrindən yayınaraq qışqırmağa başlamışdır. Həmin şəxsə zərbə endirməkdə məqsədi onu öldürmək olmuş, lakin həmin şəxs geri çəkilib özünü müdafiə etdiyindən bıçaq onun yanağını sıyırmışdır. Bundan sonra yenə də həmin şəxsin bədəninə doğru zərbə endirmiş, həmin şəxs onun boğazından tutaraq divara doğru sıxmış, qolundan tutmağa çalışmışdır. O, yenə də həmin şəxsin bədəninə zərbələr endirməyə çalışmış, zərbələr həmin şəxsə dəymiş, lakin sonuncu müqavimət göstərdiyindən bıçaq tam olaraq daxilə nüfuz etməmişdir. Onun dayanmadan zərbə endirdiyini görüb həmin şəxs onu buraxaraq qaçmış, o isə həmin şəxsin arxasınca getməmişdir. O, həmin şəxsi öldürmək istəsə də niyyətini başa çatdıra bilməmiş, sonuncunun yanında olan şəxslərin köməyə gələ biləcəyini düşünmüşdür. Həmin bıçağı hadisə günü yaxınlıqda olan bir zibilliyə atmışdır. Hadisə vaxtı onun əynində göy rəngli cins şalvar, qara rəngli köynək olmuş, həmin paltarların murdarlaşmış olduğunu düşünərək, yaşadığı evinin yanında olan zibilliyə atmışdır. Hadisəyə görə də barəsində heç bir araşdırma aparılmamışdır. O, həmin şəxsi də tanımır, sonuncu sarı saçlı, hündür boylu, arıq bədən quruluşlu, sarışın biri olmuşdur. Taxma saçdan istifadə etdiyindən, şəxsin üzü dəqiq yadında qalmamışdır. Həmin hadisə vaxtı onun sağ əli də kəsilmişdir. Hadisədən sonra yaşadığı evi dəyişərək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, UPD qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinə köçmüşdür. Evi dəyişməkdə məqsədi iz itirmək olmuşdur. Hadisədən sonra o, translardan birini öldürmək istəmiş, hər dəfə onları ölkə bayrağının əks olunduğu keçidin yanında görəndə özünü təhqir olunmuş kimi hiss edirmiş, onlara dərs vermək istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, “20 Yanvar” metrostansiyasına getmiş, oradan isə iki manatlıq taksi ilə “Xırdalan dairəsi”nə getmiş, sonra Bakı-Sumqayıt yolunda üzü Bakı şəhəri istiqamətində yolun kənarı ilə piyada keçidinə doğru getmiş, keçidə çatmağa 50-100 metr qalmış bir qadın geyimli şəxsin ona ona yaxınlaşaraq, siqaretinin olub-olmadığını soruşmuş, o, «siqaretim yoxdur» deyə cavab vermişdir. Həmin qadının sifətinə baxan zaman trans olduğunu anlamışdır. Həmin şəxs onun üzünə baxaraq «görüşmək istəyirsən» deyə sual vermiş, o, sonuncudan «transsan» deyə sual verəndə, trans olduğunu təsdiq etmişdir. O, həmin şəxsdən «neçəyə görüşürsən» deyə soruşanda, «10 manat» deyə cavab vermişdir. O, həmin şəxsi də təkliyə çəkib öldürmək qərarına gəldiyindən sonuncunun cinsi əlaqə olmaq təklifini qəbul etmişdir. O, həmin şəxsi əvvəllər görməmiş və tanımamışdır. Həmin vaxt üzərində bıçaq olmamış, sonuncunu boğaraq öldürməyi planlaşdırmışdır. Onun üzərində göy rəngli cins şalvar və qara rəngli kofta olmuş, koftanın sol döş tərəfində ağ rəngli emblem olmuş, çiynində isə qara rəngli əl çantası olmuş, həmin çantada əlavə paltarları olmuşdur. Niyyətinə çatdıqdan sonra paltarını dəyişməyə zərurət yaranarsa üzərində əlavə paltar götürmüşdür. Həmin şəxs arıq bədən quruluşlu, orta boylu biri olmuşdur. Həmin şəxslə 10 manat qarşılığında görüşə razılıq verdiyinə görə sonuncu onu izləməsini bildirmişdir. Həmin şəxs piyada keçidi tərəfə gedib ora çatmamış yolun kənarında olan istifadə olunmayan tikilinin həyətinə dönmüş, tikiliyə doğru gedib yenidən sola dönmüşdür. Yenidən düzünə gedərək sağa dönüb dayanmış, həmin yer dalan olmuşdur. O, həmin şəxşə cinsi əlaqədə olmaq üçün 7 manat pul verə biləcəyini bildirmiş, onunla üzbəüz dayanıb qiymətdə söhbət edərək real müştəri olmasına inandırmağa çalışmış, bir-iki dəqiqə pul barədə söhbət etmişlər, həmin şəxs məbləğdə razılaşmadığına görə çıxıb getmək istəmiş və ondan bir az aralanmışdır. O, həmin şəxsin getdiyini görüb məqsədini həyata keçirmək üçün 10 manat verəcəyini bildirmiş və həmin şəxs geri qayıtmışdır. O, həmin şəxsə bir ədəd 5 manatlıq əskinaz, beş ədəd 1 manatlıq əskinaz vermişdir. Həmin şəxs pulu aldıqdan sonra onun önünə keçərək şalvarını soyunmuşdur. O isə digər translara dərs vermək üçün əvvəlcə cinsi əlaqədə olub sonra öldürmək qərarına gəlmiş, şalvarını tam olaraq aşağıya doğru çəkmiş, bir-iki dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt qoruyucudan istifadə etməmişdir. Cinsi aktını başa çatdırmadan sol əli ilə həmin şəxsin boğazından tutub boğmağa başlamış, solaxay olmasa da həmin vaxt sonuncunu sol qolu ilə onu boğmağa başlamış, həmin şəxsin boğazı onun sol əlinin bükülmə hissəsinin arasında qalmışdır. Həmin şəxs müqavimət göstərdiyinə görə ikisi də yerə yıxılmışlar. O, arxası üstə yerə doğru, həmin şəxs isə arxası üstə onun üstünə yıxılmışdır. Həmin şəxs ona «burax gedim» deyə yalvarmış, o isə sonuncunun yalvarışlarına məhəl qoymadan onun boğazını daha da bərk sıxıb boğmuşdur. Həmin şəxs onu buraxmadığını görüb yerdə olan şüşə parçasını götürərək onun bədəninə, qoluna və kürək nahiyəsinə zərbələr endirməyə başlamışdır. O, həmin şəxsi boğmağa davam etdikcə bədəninə şüşənin batmasını hiss etmişdir. Həmin şəxs çabalayaraq onun əlindən çıxmağa çalışmış, o isə buna imkan verməyərək sonuncunu boğmağa davam etmişdir. O, artıq həmin şəxsin can verdiyini, müqavimətinin qırıldığını hiss etmişdir. Həmin şəxsi 3-4 dəqiqə boğduqdan sonra sonuncunun hərəkət etmədiyini görmüşdür. O, ayağa qalxıb şalvarını yuxarı doğru qaldırmış, paltarını düzəltmiş, həmin şəxsin bədənini yoxladıqda artıq öldüyünü görmüşdür. Həmin şəxs şalvarını aşağıya doğru çəkdiyindən elə həmin vəziyyətdə də qalmışdır. Ortaqlıqda olmasın deyə o, meyiti gizlətmək məqsədi ilə üstünə ağac budaqlarının hissələrini atmışdır. Daha sonra o, binanın ətrafında gəzişərək kiminsə onu görüb-görmədiyini yoxlamış, ətrafa baxan zaman heç kimin olmadığını görmüş, yenidən meyitin yanına qayıtmış, həmin vaxt yola doğru gedən cığırın olduğunu və orada böyük ağac olduğunu görmüş və meyiti orada gizlətmək qərarına gəlmişdir. Məqsədi sonradan gəlib meyiti başqa yerdə basdırmaq olmuşdur. Meyiti rahat sürümək üçün bədənini yerində fırlatmış, ayaqlarını yola doğru düzətmiş, daha sonra meyiti ayaqlarından tutub ağac olan yerə doğru sürümüş, meyitin əlləri bina tərəfə, ayaqları isə yola tərəf olmuş, meyiti gizlətmək üçün üstünə ağac budaqlarını atmışdır. Daha sonra hadisə yerindən uzaqlaşıb yaşadığı evə getmiş, evə getməmişdən əvvəl Xırdalan şəhəri istiqamətində hərəkət edib, “Ekologiya postu”ndan sağa dönmüşdür. Yuxarıya doğru qalxıb əlini yumaq üçün yolun kənarında olan bir marketə daxil olmuş, lakin mağazada əl yumaq üçün yer olmadığından, yol taksisi ilə Binəqədi rayonunda yerləşən «Ağ Saray» şadlıq sarayının yanına getmiş, oradan taksi ilə “Azadlıq” metrostansiyasına getmiş, oradan da başqa bir taksi ilə kirayə tutduğu evə getmək üçün “Babək prospekti”nə getmiş, yolda taksidən düşərək yaşadığı evə getmişdir. Əynində olan köynək cırıldığından evin yaxınlığında olan zibilliyə tullamış, həmçinin şalvarını da mundarlandığını düşündüyündən zibilliyə atmışdır. Səhərisi gün iz itirmək üçün zibilliyə atdığı koftanı və şalvarı yandırmaq istəmiş, bu məqsədlə zibilliyə getmiş, lakin paltarların artıq orada olmadığını, zibilyığanların zibilqabını boşaltdığını görmüşdür. Hadisə günü üzərində olan qara rəngli çantanı isə yaşadığı evə qoymuşdur. Hadisə vaxtı meyiti gizlətdiyi yerdən götürüb başqa yerdə basdırmaq istəsə də sonradan bunun təhlükəli ola biləcəyini, kiminsə onu görəcəyini ehtimal edərək həmin yerə getməmişdir. Hadisədən sonra yenə də işə gedib-gəlmiş, yenə də fikrində başqa trans öldürmək olmuş, lakin belində olan yaraların sağalmasını gözləmişdir. O, törətdiyi hadisə barədə heç kimə məlumat verməmiş, həmçinin translara olan fikri barədə də heç kimə bir söz danışmamışdır. Translarla bağlı tədbir görülməsi üçün Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Prezidentinin X2 Mərkəzinə müraciət etmiş, lakin orada ona ərizə yazmağı məsləhət vermişlər. O, Nərimanov rayonunda metronun yanında olan bir poçtda yazılı ərizə yazıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərmiş, ifadəsində qeyd etdiyi cinsi azlıqların nümayəndələrini əvvəllər görməmiş, real adlarının nə olmasını, harada yaşamalarını, ləqəb kimi hansı addan istifadə etmələrini bilməmişdir. Həmin şəxslərdən yalnız öldürdüyü şəxslə ilə cinsi əlaqədə olmuş, digərləri ilə cinsi əlaqədə olmamışdır. O, etdiyi əməldən peşman deyil, çünki transların hamısını məhv etmək lazım olduğunu, onların cəmiyyətə yararsız insanlar olduğunu düşünür və həmin şəxsləri insan kimi qəbul etmir. xx.xx.2023-cü il tarixdə o, polis əməkdaşları tərəfindən etdiyi cinayətə görə saxlanılmış, bütün baş verənləri etiraf etmişdir (cild 1, iş vərəqə 166-171). Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 göstərdi ki, özü onkoloji xəstədir. Mərhum oğlu Salehin həyat tərzi əvvəllər bu cür olmamış, hamı kimi normal olmuşdur. Saleh restoranda ofisiant işləmiş,arada ona su, çörək də alıb gətirmişdir. Son dövrlərdə isə artıq heçyerdə işləməmiş, arada gəlib onunla birlikdə qalmışdır. Saleh əvvəllər namaz qılıb, oruc da tutmuşdur. Sonradan onda dəyişikliklər hiss etmişdir. O, birotaqlı evdə kirayədə yaşamış, qızı və uşaqları Rusiyadan gəlib onunla qalmışlar. Saleh də buna görə dostlarıyla qalmağa başlamışdır.Hər gün Salehlə zəngləşmiş, sonuncunu çağırıb ona 20-30 manat pul vermişdir ki, özünə yemək və siqaret alsın. Bir gün dostları ona zəng etmiş, Salehin axşam onların yanından mağazaya getdiyini və sonra geri qayıtmadığını demişlər.Təxminən 2-3 gün keçəndən sonra Salehin tanışlarından biri ona zəng etmiş, 2-3 nəfərin tutulub 10 günlük həbsə getdiyini, Salehin bəlkə onların arasında ola biləcəyini demişdir.Daha sonra zəng edib ona həbsdə olanların çıxdığını,amma Salehin onların arasında olmadığını bildirmişlər. Salehin ölüm xəbərini də dostları zəng eidb xəbər etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır, cinsi azlıqların nümayəndəsi olduğuna görə ailəsi ondan imtina etmişdir. Əvvəllər Bakı şəhərində “20 Yanvar” dairəsində, Xocasən dairəsində, “Şamaxinka” adlanan ərazilərdə dayanaraq onunla cinsi əlaqədə olmaq istəyən şəxslərlə pul qarşılığında cinsi əlaqədə olmuş, son 5-6 ildir ki, Bakı-Sumqayıt yolunda yerləşən «Rahat Market»in yanında olan yerüstü piyada keçidinin yaxınlığında müştərilərlə görüşmüşdür. Əvvəllər yerüstü keçidin Bakı-Sumqayıt yolunun üzü Bakı şəhəri istiqamətində dayansa da, sonradan həmin keçidin Sumqayıt şəhəri istiqamətində olan hissəsində dayanmışdır. Orada ondan başqa «Hülya» kimi tanıdığı Saleh, «Banu» kimi tanıdığı Taleh, «Günəş, Əziz» kimi tanıdığı Səbuhi, «Anakonda» kimi tanıdığı Elşad, «Şəbnəm» kimi tanıdığı Şaiq, «Əfsun» kimi tanıdığı Şükran, «Yıldız» kimi tanıdığı Fərid adlı şəxslər də cinsi azlıq kimi fəaliyyət göstərmişlər. O, 10 manat müqabilində cinsi əlaqədə olmuşdur. 19 iyun 2023-cü il tarixdə saat 03-04 radələrində həmişəki kimi Bakı- Sumqayıt yolunda yerləşən «Rahat Market»in yanında olan yerüstü piyada keçidinin üzü Sumqayıt şəhəri istiqamətində piyada keçidinin 1-ci pilləkənində dayanmışdır. Həmin gün onunla birlikdə Saleh, Elşad, Səbuhi, Taleh, Şükran olmuş, onlar piyada keçidinin sonucu pilləkənində oturmuşlar. Həmin vaxt bir nəfər kişi sonradan adını bildiyi Anar ona yaxınlaşmışdır. Anarı əvvəllər görməmiş, aralarında heç bir münasibət olmamışdır. Anar ona yaxınlaşaraq «oral» seks etməyi, yəni cinsi orqanını öpməyini istəmiş, o da 10 manat qarşılığında edə biləcəyini demişdir. O, adətən üzü Sumqayıt şəhəri istiqamətində piyada keçidinə çatmamış sağa düşən yolda sol tərəfdə olan zibil qabların saxlandığı hasarın içərisində müştərilərlə görüşmüşdür. O, yenə həmin yerə getmiş, Anar da onun arxası ilə getmişdir. Razılaşdıqları kimi Anar ona 10 manat pul vermiş, o da pulu çiynindəki qara rəngli qadın çantasındakı pul kisəsinə qoymuş, pul kisəsində cəmi 139 manat pul olmuşdur. Daha sonra o, kürək nahiyəsi ilə divara doğru durub aşağıya doğru oturmuş, lakin dizləri yerə dəyməmişdir. Anar isə onun qarşısında dayanaraq şalvarını və tumanını aşağıya doğru çəkmişdir. O, çantasını yerə qoymuş, oradan qoruyucunu götürərək həmin şəxsin cinsiyyət orqanına taxmış, daha sonra sonuncunun cinsiyyət orqanını öpməyə başlamışdır. Anar onun bədəninə əli ilə toxunmuş, cinsiyyət orqanını qoruyucusuz öpməsini istəmiş, o isə qoruyucusuz öpməyəcəyini, istəmirsə pulu qaytara biləcəyini bildirmişdir. Həmin vaxt başına hansısa kəsici-deşici alətin batmasını hiss etmişdir. Anar ardıcıl olaraq onun başına və boyun nayihəsinə zərbələr endirməyə başlamışdır. Təxminən 7-8 dəfə zərbə endirmiş, onu öldürməyə çalışmışdır. O, Anara «dayan, nə edirsən, burax məni» demiş, sonuncu isə onun sözlərinə məhəl qoymayaraq zərbələr endirməyə davam etmişdir. Onun başından, qulaq nahiyəsindən qan gəlməyə başlamış, özünü müdafiə etmək istəyəndə sol qolundan xəsarət almışdır. Birtəhər ayağa qalxıb Anarın bədəninə yumruqla zərbə endirmiş və qışqırmışdır. Daha sonra Anarı divara doğru itələyib yerdə olan çantasını götürərək keçidə doğru qaçmış, onun qışqıraraq qaçdığını görən Anar isə zibillik olan yerdən çıxaraq sola dönüb qaçmışdır. Hadisə barədə Saleh, Elşad, Səbuhi, Taleh, Şükranın da məlumatı olmuşdur. Keçiddə çantasına baxan zaman pul kisəsinin və enerji blokunun (power bank) olmadığını görmüşdür. Yanında olan Şaiqdən zibillik olan əraziyə baxmasını xahiş etmiş, Şaiq həmin yerə baxsa da onun pul kisəsini və enerji blokunu tapa bilməmişdir. Həmin gün halı olmadığından Şükrandan onun evində qalmağı xahiş etmiş, Şükran evinin açarını ona vermiş, o da sonuncunun evinə getmişdir. O, səhərə qədər Şükrangildə qalmış, 20 iyun 2023-cü ildə gecə saatlarında paltarları qana bulandığından Şükrangildə başqa paltar geyinərək yenə də keçidə getmiş, hadisə vaxtı əynində olan paltarlar Şükranın evində qalmışdır. Həmin gün Anarı həmin ərazidə görməmişdir. O, Saleh və Talehlə bir qədər söhbət etmiş, bir şüşə pivə içmiş, sonra yenidən Şükrangiliə qayıtmış, halı olmadığından müştərilərlə görüşməmişdir. 22 iyun 2023-cü tarixdə saat 00:40 radələrində yenə də keçidə getmiş, həmin gün o, Tapdıq, Şaiq, Ceyhun, Zəfər və Seymur Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin gün Taleh və Saleh onların yanında olmadıqlarından saxlanılmamışlar. Onun barəsində protokol tərtib edilərək məhkəmə qərarı ilə inzibati qaydada həbs seçilmiş, 02 iyul 2023-cü il tarixə qədər saxlanılmışdır. Oradan çıxdıqdan sonra həmin keçidin üzü Bakı şəhəri istiqamətində olan hissəsində dayanaraq müştərilərlə görüşməyə davam etmişdir. O, həbsdən çıxdıqdan sonra Salehi görməmiş, onun harada olması barədə məlumatı olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, Salehin meyiti Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yerləşən istifadəsiz tikilinin həyətində aşkar edilmişdir. Həmin yer Salehin hər zaman müştərilərlə görüşdüyü yer olmuşdur. Zərərçəkmiş şəxs1 10 ildən artıqdır ki, tanımış, sonuncu sakittəbiətli, heç kimlə mübahisə etməyən biri olmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə göstərdi ki, qardaşı əvvəl Fövqəladə Hallar Nazirliyində işləymiş, həmin vaxtlar vəziyyəti və səhhəti yaxşı olmuşdur. Anar bir neçə dəfə idman üzrə yarışlarda birinci yer tutmuşdur. Amma sonradan dəyişmiş, ətrafında olanlara xəta yetirməyə balamışdır. Kimsə söyüş söyəndə və ya nəlayiq ifadələr işlədəndə ona pis təsir etmişdir. Kənddə də 5-6 nəfəri söyüş söydüyünə görə mübahisə etmişdir. Qanuni nümayəndə məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, təxminən 2017-2018-ci illərdə psixi xəstəliyə görə müalicə alması üçün Anarı xəstəxanaya aparmışlar.Anar dərman atanda sakitləşmiş, atmayanda özünə qapanmağa, davamlı olaraq otaqda oturmağa, saqqal saxlamağa, yanında başqa bir söz danışanda əsəbiləşib özündən çıxmağa başlamışdır. Anarı xəstəxanaya atasıgil aparmış,o, həmin vaxt ya xaricdə ya da müharibədə olmuşdur. Anar bir dəfə Çeçenistana getmiş, orada heç kimlə dolana bilməyib qayıtmış, bir dəfə də Türkiyəyə getmişdir. Anarın axırıncı dəfə Bakıya necə gəlməsindən xəbərləri də olmamışdır. Anarın həyat yoldaşı onu bir neçə dəfə yatdığı yerdə boğduğunu demiş, hətta uşaqlarına da əziyyət vermişdir. Qardaşının adından üzr istəyir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, əvvəllər Anar normal olmuş, sonradan onda çoxlu dəyişiklər baş vermişdir. Anar səbəbsiz yerə hirslənmiş, bir dəfə özündən asılı olmayaraq onu boğmuşdur. Bəzən evdə neçə saat onu danışmağa qoymamış, “bugün sənin səsivi eşitməyim nə vaxt mən icazə versəm o vaxt danışarsan” demişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Anarla 9 ildir ki, ailəlidirlər. Anar işləməyə başqa xarici ölkələrə də getmişdir. Anarda dəyişikliyi 2016-2017ci illərdə hiss etmişdir. Qardaşı Anarı həkimə də aparmış, hətta əsəblə bağlı müalicə də almışdır. Anar kənddə kimsə pis danışanda əsəbiləşmiş, Bakıda da işləyəndə bir neçə dəfə dalaşıb işdən çıxmışdır. Anar gecə yatan zaman diksinmiş, durub pəncərənin qabağında dayanmış, onu kiminsə çağırdığını zənn etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Saatlı rayonu, Ortamuğan kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əridir, həmçinin xalasının oğludur. O, Təqsirləndirilən şəxsla 2014-cü ildə nikaha daxil olmuş, həmin evlilikdən xx.xx.2015-ci il təvəllüdlü Zəhra Cəfərova və xx.xx.2016-ci il təvəllüdlü Ramil Cəfərov adlı iki övladı var. Anarın anası X9, atası Şahid4 Mirzəağa oğlu, qardaşı Qanuni nümayəndə və ailəsi Saatlı rayonunun Ortamuğan kəndində yaşayırlar, lakin onların evləri ayrıdır. Əri Anar 2012-ci ildən 2018-ci ilədək Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsində çalışmış, 2012-ci ildən 2016-ci ilədək Bakı şəhərində, 2016-2018-ci illərdə isə Şirvan şəhərində işləmişdir. Anar həmçinin Dağıstan Respublikasında da fəhlə olaraq işləmişdir. Anar 2022ci ildən Bakı şəhərində müxtəlif yerlərdə sürücü və fəhlə işləməyə başlamış, aradabir Saatlı rayonuna gəlib-getmişdir. Anarın sonuncu iş yeri Bakı şəhərində yerləşən «Ər- Riyad» ticarət mərkəzi olmuş, orada yerləşən mebel mağazalarının birində sürücü işləmişdir. Anar Bakı şəhərində kirayədə yaşamış, sonuncu yaşadığı ev Bakı şəhəri, “Babək prospekti”ndə olmuşdur. Anarın əvvəllər harada yaşaması barədə məlumatı yoxdur. 2023-cü ilin may ayında Anar Bakı şəhərinə getmiş, uzun müddət qalacağından özünə məxsus qara rəngli böyük ölçüdə olan bel çantasında paltarlarını da aparmışdır. Anar üzərində ağ rəngli yazı olan qara rəngli koftanı, boz rəngli uzunqol köynəyi, iki ədəd göy rəngli cins şalvarlarını, tuman və maykalarını da özü ilə götürmüşdür. Həmin vaxtdan sonra Anar yalnız bir dəfə, yəni xx.xx.2023-cü il tarixdə Saatlı rayonuna gəlmiş, həmin gün qızı Zəhranın ad günü olmuşdur. Anar gecəni onlarla qalıb səhərisi gün yenidən Bakı şəhərinə qayıtmışdır. Anan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gedən zaman görmüşdür. Belə ki, dayısı X7 Cəfərova yataq xəstəsi olduğundan ona baş çəkməyə getmişdir. Onunla birlikdə baldızı Nərmin, bacısı Günel də getmişlər. O, Bakı şəhərinə gedəcəyini əvvəlcədən Anara dediyindən, Anar da dayısıgilə gəlmişdir. 30-35 dəqiqə orada olduqdan sonra çıxıb getmişlər. Anarın əynində boz rəngli köynək və göy rəngli cins şalvar olmuşdur. Həmin gündən sonra Anarı görməmiş, sonuncu ilə yalnız telefonla əlaqə saxlamışdır. Onlar daha çox «WhatsApp» sosial tətbiqində danışmışlar, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Anarla əlaqə saxlamış, həmin vaxtdan sonra əlaqələri olmamışdır. Anarın ilk vaxtlar ona qarşı münasibəti normal olmuş, onun səhhətində və davranışında heç bir problem hiss etməmişdir. Lakin 2016-ci ildən Anarın psixologiyasında dəyişikliklər baş verməyə başlamışdır. Belə ki, Anar yatan zaman qəfildən yuxudan ayılmış, tənginəfəs olmuş, yuxuda tez-tez ağlamış, bəzən isə evdə olan zaman heç bir səbəb olmadan ağlamış, bir müddət sonra isə durduq yerə gülməyə başlamışdır. O, Anarda nə isə dəyişikliyin olduğunu hiss etmişdir. Anardan ona nə olduğunu soruşanda, heç nə olmadığını bildirmişdir. Sonradan Anar ona və ailə üzvlərinə bildirmişdir ki, təxminən 2015-2016-cı illərdə Fövqəladə Hallar Nazirliyində yanğın söndürən işləyən zaman Bakı şəhərində bir hadisə yerinə getmiş, orada yanğını söndürən zaman döşəmə çökmüş və o da evin zirzəmisinə yıxılmışdır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin tibbi mərkəzində müalicə almışdır. Lakin onların bu barədə sonradan məlumatları olmuşdur. O, Anarın anormal hərəkətlərini bu hadisə ilə əlaqələndirmişdir. Hətta 2016-cı ilin yay aylarında gecə evdə yatmış, Anar da onun yanında olmuşdur. Qəflətən kiminsə onu boğazından tutduğunu və boğduğunu hiss etmiş, yuxudan ayılanda onu boğan şəxsin Anar olduğunu görmüşdür. Anara «nə edirsən» deyə qışqıranda sanki özünə gəlmiş, əllərini onun boğazından çəkmişdir. Anar özündən aslı olmadan onun boğazından tutduğunu, bunu hiss etmədiyini, o, qışqıran zaman özünə gəldiyini bildirmişdir. O da Anarın həmin hərəkəti bilmədən etdiyinə inandığından hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Sonraki vaxtlarda Anar ona qarşı heç bir fiziki güc tətbiq etməmiş, onu döyməmişdir. Lakin Anarın psixologiyasının zaman keçdikcə daha da pisləşdiyini hiss etmişdir. Belə ki, Anar televizora baxan zaman prezidenti televizorda görəndə oturuşunu düzəldib, sakit durmuş, «məni görür, intizamlı olmalıyam» deyə bildirmişdir. Anara dəfələrlə həkimə getməyi məsləhət etsə də, Anar onda heç bir xəstəliyinin olmadığını deymişdir. Bəzən evə gələndə Anarın kefli olduğunu hiss etmiş, lakin Anar spirtli içkilərdən istifadə etmədiyindən Anarın narkotik vasitələrdən istifadə etməsinə şübhə yaranmışdır. Bir-iki dəfə Anarın şalvarını təmizləyən zaman cibindən büküm tapmış, sonuncuya bu barədə sual verəndə «boş şeydir» deyə cavab vermiş, lakin sonradan narkotik vasitələrdən istifadə etdiyini etiraf etmiş, əsəblərinin pozulduğuna görə narkotik vasitə qəbul etdiyini demişdir. O da Anar cəmiyyət içində və ailəsinin yanında biabır olmasın deyə bu barədə heç kimə məlumat verməmişdir. Bununla belə Anar dindar biri olmuş, vaxtı-vaxtında namaz qılmış, bəzən isə gün ərzində 5-6 saat namaz qılmışdır. 2018-ci ildən sonra Anarın əsəbləri daha da pozulmağa başlamışdır. Kənddə kimsə uca səslə danışsa və ya nalayiq ifadə işlətsə həmin şəxslərlə mübahisə etmiş, hamı da Anarla mübahisə etməməyə çalışmışdır. 2022-ci ildə Anar kənd sakini X20 ilə sonuncunun nalayiq ifadə işlətməsinə görə mübahisə edib İlyası döymüşdür. Həmin fakt üzrə Saatlı rayon Polis Şöbəsində araşdırma aparılmış, Anar barəsində Saatlı Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs seçilmişdir. O, Anarın üzərində bıçaq və ya digər kəsici-deşici alət gəzdirməsnin şahidi olmamışdır. Anar ona kənddən bıçaq tapması barədə məlumat verməmiş, həmçinin heç vaxt bıçaqla kiməsə xəsarət yetirməmişdir. Anarın belə hərəkətlər etməsindən ailəsinin də məlumatı olmuşdur. O, Anarı dilə tutaraq müalicə olunmasını istəmiş, bu məqsədlə 2020-ci ilin iyun ayında qardaşı İmran və əmisi oğlu Cavad onu Bakı şəhərində “Mərkəzi Klinika”ya aparmışlar, orada Anara «Şizoaffektiv pozuntu» diaqnozu qoyulmuş, Rayon Psixiatriya Xəstəxanasına müraciət etməsi tövsiyə edilmiş, amma Anar müalicə qəbul etməmişdir. 2020-ci ilin oktyabr ayında dayısı arvadı Rəna və qayınanası Məlahət Anarı «Respublika Diaqnostika Mərkəzi»nə aparmışlar. Orada Anara müalicə yazılmış, bir müddət müalicə alsa da sonradan müalicədən imtina etmiş, dərman qəbul edən zaman halsız olduğunu demişdir. Həmin vaxtdan sonra Anar müalicə qəbul etməmiş, qayınatası Fətağa Anara dəfələrlə əsaslı müalicə qəbul etməsini təklif etsə də, sonuncu bundan imtina etmişdir. Təxminən 2022-ci ilinin sonlarında Anar Saatlı rayonuna gəlmiş, Bakı şəhərində olan zaman bir cinsi azlığının nümayəndəsini, yəni transı döydüyünü bildirmişdir. Həmin şəxsin kim olması, onu harada döyməsi barədə bir söz deməmişdir. Anar həmin şəxsə yaxınlaşdığını, «özünü niyə bu günə qoyubsan» deyə soruşaraq döydüyünü demişdir. Anar cinsi azlıqları qəbul etmədiyini bildirmiş, bəzən televizorda sırğa taxan kişilər görəndə əsəbiləşmiş, onlara qarşı nalayiq ifadə işlədərək «kişi də sırğa taxar» deyə bildirmişdir. Bundan başqa Anar Dağıstan Respublikasında gedib-qayıtdıqdan sonra, ölkə rəhbərinə yazılı şəkildə müraciət edərək, onda dövlətlərarası əhəmiyyətli məlumat olduğunu bildirib qəbulda olmağı xahiş etmişdir. Bununla bağlı Saatlı rayon İcra Hakimiyyətin başçısı Anarı qəbul etmiş, onun probleminin nə olması ilə maraqlanmış, lakin Anar həmin məlumatı yalnız ölkə başçısına dəyəcəyini bildirməklə Saatlı rayon İcra Hakimiyyətinin başçısına hər hansı məlumat verməmişdir. Həmin vaxt onların yanında Orta Muğan kəndinin icra nümayəndəsi Zöhrab Sarıyev də olmuşdur. Bu barədə Anar özü ona danışmışdır. Həmçinin Anarın deməsinə görə 2023-cü ilin iyun ayında yenə də ölkə başçısına müraciət edərək, onu qəbul etməsini, vacib məlumat verəcəyini bildirmişdir. O, Anardan nə məlumat vermək istəməsi barədə soruşanda hər hansı cavab verməmişdir. Anarla 2022-ci ilin dekabr ayına qədər ər-arvad münasibətində olmuş, yəni aralarında cinsi əlaqə olmuşdır. 2022-ci ilin dekabr ayından sonra isə aralarında cinsi əlaqə olmamışdır. Anar onunla cinsi əlaqədə olmaqdan imtina etmiş, səbəb kimi «bir il cinsi əlaqədə olmaq olmaz» deyə bildirmiş, «hansı səbəbdən olmaz» sualına isə hər hansı cavab verməmişdir. Onların arasında digər seksual xarakterli hərəkətlər olmamış, əvvəllər cinsi əlaqə olan zaman yalnız təbii yolla cinsi əlaqədə olmuşlar, Anar ondan başqa seksual xarakterli hərəkətlər tələb etməmişdir. Anar xx.xx.2023-cü il tarixdə Saatlı rayonuna gələndə paltarlarını çıxartmamış, bu səbəbdən o, Anarın bədənində xəsarət olub-olmadığını görməmişdir. Lakin 2022-ci ilin dekabr ayına qədər olan müddətdə Anarın bədənində hər hansı bir yara, cızıq, kəsik olmamışdır. Anarla danışdıqları vaxtlarda ona kimisə öldürməsi və bıçaqla zərbələr endirməsi barədə məlumat verməmişdir. Anarın qətl hadisəsi törətdiyini istintaqa çağırılan zaman öyrənmişdir. (cild 2, iş vərəqə 4-9). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, dəfələrlə Anara ağıllı olmağını demiş, sonuncunu işə qoymuş, amma Anar özü işdən çıxmaq istəmişdir. Anar evə qayıdıb evə kənd təsərrüfatında işləmiş, sonra yenidən Bakıya işləməyə getmişdir. Anara Bakıya getməməyini desə də, Anar onun sözünə qulaq asmamışdır. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Anarı müalicə alması üçün həkimə də aparmış, 1-2 ay dərmanlarını atmış, dərmanları qəbul etdiyi müddətdə yaxşı olmuş, hətta özünün də xoşu gəlmişdir. Amma sonradan bilmədiyi səbəbdən dərmanları atmışdır. Kənddə də 1-2 dava salmış, kimsə yanında pis söz deyəndə əsəbləşib dava-dalaşa qarışmışdır. Daha sonra Anarı 1 ay xəstəxanada yatızdırıb müalicə etmişlər. İşlədiyi vaxt Anarın çoxlu dostu olmuş, amma işdən çıxdıqdan sonra hamsı ilə əlaqəsi kəsilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Saatlı rayonunun, Ortamuğan kəndində yaşayır, Məlahət Cəfərova ilə nikaha daxil olmuş, həmin evlilikdən nikahdan Əsmər Cəfərov, Təqsirləndirilən şəxs, Nərmin Cəfərov və Qanuni nümayəndə adlı övladları olmuş, övladları ailəlidir. Rəşaddan başqa digər övladları ailələri ilə birlikdə ayrıayrı evlərdə yaşayırlar. X25 rayonu, Yenikənd kəndində, digər övladları isə Saatlı rayonu, Ortamuğan kəndində yaşayırlar. O, 7 ildən artıq müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir, bununla bağlı iki dəfə əməliyyat keçirmiş, hazırda da xəstəliyi ilə əlaqədar müalicə alır. Təqsirləndirilən şəxs ilə 2014-cü ildə Şahid3 ilə nikaha daxil olmuş, həmin evlilikdən xx.xx.2015-ci il təvəllüdlü Zəhra Cəfərova və xx.xx.2016-ci il təvəllüdlü Ramil Cəfərov adlı iki övladı var. Anar 2012-ci ildən 2018-ci ilədək Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsində işləmiş, 2012-ci ildən 2016-ci ilədək Bakı şəhərində, 2016- 2018-ci illərdə isə Şirvan şəhərində işləmişdir. Anar həmçinin Dağıstan Respublikasında fəhlə olaraq işləmişdir. Anar 2022-ci ildən Bakı şəhərində müxtəlif yerlərdə sürücü və fəhlə olaraq işləmişdir. Aradabir Saatlı rayonuna gəlib-gedərmiş. Anarın sonuncu iş yeri Bakı şəhərində yerləşən «Ər-Riyad» ticarət mərkəzi olmuşdur, deməsinə görə həmin mərkəzdə yerləşən bir mebel mağazasında sürücü işləmişdir. Anarın müdirinin kim olması barədə məlumatı yoxdur. Anar Bakı şəhərində kirayədə yaşamışdır. Anarın sonucu yaşadığı ev Bakı şəhəri, Babək prospekti olmuş, əvvəllər harada yaşaması barədə məlumatı yoxdur. 2023-cü ilin may ayında Anar Bakı şəhərinə getmiş, həmin vaxtdan sonra Anan görməmişdir. Anarın evində hamam olmadığından çimmək üçün onun evinə gələrmiş, sonuncu dəfə onun evinə elə 2023-cü ilin may ayında gəlmişdir. O, Anarla telefon vasitəsi ilə də əlaqə saxlamamış, səbəb isə Anarın mübahisə etməyə meylli biri olması olmuşdur. Anar həmkəndliləri ilə nalayiq ifadələr işlətməyə görə mübahisə edərmiş. Düşünürdü ki, Anara qarşı soyuq münasibət bəsləsə, bu cür davranışlardan əl çəkər. Anar barədə məlumatı gəlini Təranədən alırmış. Təqsirləndirilən şəxsla uşaqlıqdan son zamanlara kimi münasibəti normal olmuş, onun səhhətində və davranışın da heç bir problem hiss etməmişdir. Lakin 2016-ci ildən Anarın psixologiyasinda dəyişikliklər baş verməyə başlamışdır. Belə ki, arvadı Məlahət Anarın yatan zaman qəfildən yuxudan ayılır, təngi nəfəs olduğunu bildirmişdir. O, Anarda nə isə dəyişiklik olduğunu hiss etmiş, Anardan onunla nə baş verdiyini soruşaqda heç nə olmadığı deyirmiş. Sonradan Anar ona və ailə üzvlərinə bildirmişdir ki, təxminən 2015-2016-cı illərdə Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işləyən zaman Bakı şəhərində bir hadisə yerinə getmiş, orada yanğını söndürən zaman döşəmə çökmüş və o da evin zirzəmisinə yıxılmış, bununla bağlı FHNnin tibbi mərkəzində müalicə almışdır. Lakin onların bu barədə sonradan məlumatı olmuşdur. O, Anarın anormal hərəkətlərini bu hadisə ilə əlaqələndirmişdir. Anarın psixologiyasının zaman keçdikcə daha da pisləşdiyini hiss etmiş, Anara dəfələrlə həkimə getməsini məsləhət etsə də, sonuncu ona heç bir xəstəliyinin olmadığını demişdir. Anar spirtli içki içməz, son zamanlar siqaret çəkməyi də tərgitmişdir. O, Anarın narkotik vasitələrdən istifadə etməsini nə görmüş, nə də ki, bu barədə kimsədən bir söz eşitmişdir. Bununla belə Anar dindar biri olmuş, vaxtı-vaxtında namaz qılarmış. 2018-ci ildən sonra Anarın əsəbləri daha da pozulmağa başlamışdır. Belə ki, kənddə kimsə uca səslə danışsa və ya nalayiq ifadə işlətsə, həmin şəxslərlə mübahisə edərmiş, hamı da çalışırdı ki, Anarla mübahisə etməsin. 2022-ci ildə Anar kənd sakini X20 ilə sonuncunun nalayiq ifadə işlətdiyinə görə mübahisə edib İlyası döymüşdür. Bu barədə Saatlı polis şöbəsində araşdırma aparılmış, Anar barəsində Saatlı rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilmişdir. O, Anarın üzərində bıçaq və ya digər kəsici-deşici alət gəzdirməsnin şahidi olmamışdır. Anar ona kəndən bıçaq tapması barədə məlumat verməmişdir. Həmçinin Anar heç vaxt bıçaqla kiməsə xəsarət yetirməmişdir. Anarın belə hərəkətlər etməsinin qarşısını almaq üçün o, gəlini Təranə və digər ailə üzvləri Anarı dilə tutaraq müalicə olunması üçün səy göstərmişlər. Bu məqsədlə 2020-ci ilin iyun ayında Təranənin qardaşı İmran və əmioğlusu Cavad Anarı Bakı şəhəri, Mərkəzi Klinikaya aparmışlar. Orada Anara «Şizoaffektiv pozuntu» diaqnozu qoyulmuş, rayon Psixiatriya Xəstəxanasına müraciət etməsi tövsiyə edilmişdir. Lakin Anar müalicə qəbul etməmişdir. 2020-ci ilinin oktyabr ayında qaynının arvadı Rəna və arvadı Məlahət Anarı «Respublika Diaqnostika Mərkəzi»nə aparmışlar. Orada Anara müalicə yazılmışdır. Anar bir müddət müalicə alsa da, sonradan müalicədən imtina etmiş, dərman qəbul edən zaman halsız olduğunu demiş, həmin vaxtdan sonra müalicə qəbul etməmişdir. Anarın qətl hadisəsi törətdiyini istintaqa çağırılan zaman öyrənmişdir. Anar ona cinsi azlıqlarla mübarizə aparması, onları öldürmək istəməsi barədə bir söz deməmişdir (cild 1, iş vərəqə 22-26). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 05 iyul 2023-cü il tarixdə tarixdə saat 15 radələrində özünə məxsus «Kuba ege» markalı motosikletlə Bakı- Sumqayıt yolu ilə üzü Sumqayıt şəhəri istiqamətində yaşadığı evə gedərkən «Socar» yanacaqdoldurma məntəqəsinin qarşısında motosikleti xarab olmuşdur. O, yoldan keçən motosikletlərdən kömək istəmiş, adını bilmədiyi bir şəxs motosikletini saxlamış, nə baş verdiyini soruşmuş, o da motosikletinin xarab olduğunu, qoşqu edərək Xırdalan şəhərinə aparmasını xahiş etmişdir. Həmin şəxsdə qoşqu etmək üçün kəndir olmadığından o, kəndir tapmaq məqsədi ilə yolun kənarında olan yerlərə baxmışdır. Piyada keçidinin yaxınlığında olan bir istifadəsiz tikilinin həyətinə daxil olmuş, orada qapı olmamışdır. Ətrafa baxanda yerdə ayaqqabı, ağac budaqları, karton görmüşdür. Həmin ərazidən qəribə iyi gəldiyini hiss etmiş, bir qədər irəli getdikdə yerdə arxası üstə olan insan meyitini görmüşdür. O, dərhal «102» xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, baş verənlər barədə polislərə danışmışdır. Sonra başqa sürücü vasitəsi ilə motosikletini qoşqu edərək evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” küçəsi, Yeni Yaşayış massivi, 1-ci döngədə yerləşən tikili ona və digər şəxslərə məxsusdur. Həmin tikili üzərində hal-hazırda mülki mübahisə olduğu üçün istifadə edilmir. Sonradan həmin tikilinin həyətindən meyit aşkar olunması, həmin meyitinin cinsi azlıq olan Saleh adlı şəxsə məxsus olması ona məlum olmuşdur. O, həmin tikilidən istifadə etmədiyi üçün Salehin kim olması, kiminləsə düşmənçiliyinin olubolmaması barədə məlumatım olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, "xxxx" İnşaat MMC-də mühəndis işləyir. Həmin MMC-yə məxsus satış obyektlərindən biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” küçəsi, yeni yaşayış massivində yerləşir. O, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 tanımır. Sonradan ona məlum olmuşdur ki, işlədiyi obyektdən sağ tərəfdə olan tikilinin həyətində meyit aşkar edilmişdir. Onun həmin əraziyə cinsi azlıqların toplaşıb-toplaşmaması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, o, ailəsi ilə birlikdə Saatlı rayonunun, Ortamuğan kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Anar təxminən 2018-ci ilə qədər Ortamuğan kəndində yaşamış, sonradan isə Bakı şəhərində işləməyə başlamış, arabir kəndə gəlmişdir. Anar dindar, səmimi, heç kimlə düşmənçiliyi olmayan biri olmuşdur. Amma son 4-5 ildə Anarın xasiyyəti dəyişməyə başlamışdır. Anar kəndə gələn zaman onlarla ünsiyyətə girməmiş, kənd sakinləri ilə söhbət edən zaman səbəbsiz yerə insanlarla mübahisə etmiş, hər deyilən sözə sərt reaksiya vermiş, danışıqları qeyri-dəqiq olmuş, kənddə olan çayxanaya daha çox tək gəlmiş, özü-özünə danışıb gülmüş, iki nəfər söhbət edəndə birbaşa söhbətə müdaxilə edib səbəbsiz fikirlər bildirib mübahisə yaratmışdır. Anar ümumiyyətlə kənd sakinləri ilə ünsiyyətə girməmiş, daha çox tək gəzmiş, çox vaxt isə kefi olmamışdır. Kənd sakinləri Anarın bu dəyişikliyini bildiyindən onunla mübahisə etməmişlər. Anarın xasiyyəti əvvəlki vaxtlara münasibətdə çox dəyişmiş, sanki başqa biri olmuşdur. Hətta 2023-cü ilin qış aylarında Anar kənd sakini Xudaşükür adlı şəxslə mübahisə edərək onu döymüş, buna görə də Anarın barəsində cinayət işi başlanmışdır. O, Anarda dəyişiklik olduğunu hiss etsə də, onda hansısa bir xəstəliyin olması, müalicə qəbul etməsi barədə məlumatı olmamışdır. 2023-cü ilin iyul ayında kənddə Anarın adam öldürməsinə dair söz-söhbət yayılmış, amma kimi öldürməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, o, ailəsi ilə birlikdə Saatlı rayonunun, Ortamuğan kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onlar birlikdə Ortamuğan kənd məktəbində təhsil almışlar. Anar təxminən 2018-ci ilə qədər Saatlı rayonunun Ortamuğan kəndində yaşamış, sonradan isə Bakı şəhərində işləməyə başlamış, arabir kəndə gəlmişdir. Anar sakit təbiətli, mehriban, heç kimlə düşmənçiliyi olmayan biri olmuşdur. Amma 2018-ci ildən sonra Anarın xasiyyəti dəyişməyə başlamış, Anar səbəbsiz yerə insanlara mübahisə etmiş, hər zarafatla deyilən sözə ciddi reaksiya vermişdir. O, Anarı özü-özünə danışan, gülən vaxtlarda da görmüşdür. Hətta bir dəfə küçədə Anarla rastlaşmış, salam vermiş, Anar onun salamını almadan 15-20 metr gedib sonradan geri dönərək «nə demək istəyirsən» deyə sual vermiş, o Anara «sənə salam verdim» deyə bildirdikdən sonra Anar ona əsəbi şəkildə baxaraq çıxıb getmişdir. Həmçinin bir dəfə Anar onun işlədiyi paltar mağazasına gəlmiş, paltarların qiymətinə baxaraq «niyə baha qiymətə paltar satırsan» deyə soruşub mübahisə etmək istəmişdir. O, Anarda dəyişiklik olduğunu hiss etsə də, onda hansısa bir xəstəliyin olması, müalicə qəbul etməsi barədə məlumatı olmamışdır. 2023-cü ilin iyul ayında kənddə Anarın adam öldürməsinə dair söz- söhbət yayılmış, amma kimi və hansı səbəbdən öldürməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, o, 2022-ci ilə qədər ailəsi ilə birlikdə Saatlı rayonunun, Ortamuğan kəndində yaşamış, hazırda isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun bibisi oğludur. O, uşaqlıqdan Anarla birlikdə böyümüş, eyni məktəbdə oxumuşlar. Anar təxminən 2018-ci ilə qədər Saatlı rayonunun, Ortamuğan kəndində yaşamışdır. Sonradan isə Bakı şəhərində işləməyə başlamış, arabir kəndə gəlmişdir. Anar sakit təbiətli, mehriban, heç kimlə düşmənçiliyi olmayan, namaz qılan biri olmuşdur. Amma 2018-ci ildən sonra Anarın xasiyyəti dəyişməyə başlamışdır. Anar səbəbsiz yerə insanlara mübahisə etmiş, hər zarafatla deyilən sözə ciddi reaksiya vermişdir. Ümumiyyətlə Anar kənd sakinləri ilə çox ünsiyyətə girməmiş, daha çox tək gəzmiş, çayxanada tək oturub özü-özünə danışıb gülmüş, ona salam verəndə almaz, sanki fikirli olmuşdur. Sonradan ona məlum olmuşdur ki, X29 Nazirliyində yanğınsöndürən vəzifəsində işləyən zaman yıxılaraq xəsarət almışdır. Bibisi qızı Tərənə Anarın xasiyyətinin həmin hadisədən sonra dəyişdiyini bildirmişdir. Anar hətta bir dəfə Təranəni boğmağa çalışmışdır. Ailəsi Anarı müalicə etdirmək üçün həkimə aparsalar da, Anar tam olaraq müalicəni qəbul etməmişdir. Anar onunla söhbət edən zaman qəribə hərəkətlər etmiş, gözünə adamların göründüyünü, məhz onun gördüyünü, digərlərinin isə görmədiyini bildirmişdir. 2023-cü ilin iyul ayında Anarın adam öldürdüyünü qohumlarından eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 1/3 “q” saylı fərdi yaşayış evində yaşayır. Həmin ev üç otaqdan ibarət olmuş, otaqlardan birinin ayırca giriş-çıxışı olmuşdur. O, dolanışığı üçün həmin otağı kirayə vermişdir. Təxminən 2023-cü ilin iyun ayının əvvəllərində Anar yaşadığı evin qarşısında oğlu Fərhadla söhbət etmiş, Anar qonşuluqda ev baxmaq üçün gəlmiş, amma göstərilən evi bəyənməmişdir. Sonra isə Anardan ev barədə soruşmuş, Anara otağı göstərəndən sonra sonuncu qala biləcəyini bildirmişdir. Anar təxminən 18 gün həmin evdə yaşamışsır. Anar səhər işə gedib axşam qayıtmış, evdə çox vaxt keçirməmişdir. O, 18 gündə Anarı 3-4 dəfə görmüşdür. Anar ona aylıq 90 manat pul verəcəyini, özünün “Ər- Riyad” ticarət mərkəzində olan bir mebel mağazasında sürücü işlədiyini bildirmişdir. Anarı sakit təbiətli, mübahisə etməyən biri kimi tanımış, evdə qaldığı müddətdə heç bir problem yaratmamışdır. Onun bir neçə dəfə otaqda namaz qıldığını görmüş, aralarında başqa hər hansı dialoq olmamışdır. Anarın adam öldürdüyü hüquq-mühafizə orqanları tərəfindən yaşayış evinə baxış keçirilən zaman ona məlum olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, anası Zöhrə Mirzəyeva ilə birlikdə yaşayır, ailə qurmamışdır. Zərərçəkmiş şəxs1 2013-cü ildən tanıyır. O və Saleh cinsi azlıqların (transseksual) nümayəndələridirlər, hər ikisi qadın kimi həyat tərzi yaşayırlar. O və Saleh 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşlar. Azadlığa çıxdıqdan sonra da əlaqələri davam etmişdir. Salehin ailəsi Xətai rayonunda yaşasa da, Saleh daha çox tüfeyli həyat tərzi sürür, küçələrdə, parklarda gecələmişdir. O və Saleh son 6 aydır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yerləşən yerüstü piyada keçidinin yaxınlığında dayanaraq müştərilərlə pul qarşılığında görüşmüşlər. Saleh müştərilərlə 15-20 manat müqabilində qeyri-təbii yolla cinsi əlaqə olmuşdur. Saleh müştərilərlə daha çox Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yerləşən istifadəsiz tikilinin həyətində görüşmüşdür. Həmin tikilinin həyətində bir çox mühafizə kamerası olmuş, həmçinin giriş qapısında «obyekt polis nəzarəti altındadır» sözləri yazılmışdır. Onlar Salehi «Hülya» deyə çağırmışlar, onun özünü isə «Banu» adı ilə tanıyırlar. O da pul qarşılığında müştərilərlə görüşür. Daha çox müştərilərin maşınlarında görüşür. Saleh 2-3 aydır ki, Kamran adlı şəxslə sevgi münasibətində olmuş, Salehin deməsinə görə onların arasında cinsi əlaqə də olmuşdur. Salehin həyat tərzindən Kamranın da məlumatı olmuş, Kamran Salehin işinə qarışmaz, narazılıq etməmişdir. Kamranın və Salehin narkotik vasitələrdən istifadə edib-etmələri barədə məlumatı yoxdur. Onun və Salehin daha çox yoldaşlıq etdikləri şəxslər Tapdıq, Səbuhi, Elşad olmuşdur, onlar da cinsi azlıqların nümayəndələridir. Salehi sonuncu dəfə 2023-cü ilin iyun ayının ortalarında görmüşdür. Təxminən 25-26 iyun 2023-cü il tarixdə Salehin anası Almas ona zəng edərək Salehin telefonundan Kamran adlı şəxsin onunla əlaqə saxladığını, Salehi tapa bilmədiyini bildirmiş, o da bu məsələ ilə maraqlanacağını bildirmişdir. Kamrandan Saleh barəsində soruşanda ona Salehin harada olduğunu bilmədiyini, Salehin ona bir söz demədən yoxa çıxdığını bildirmişdir. Kamranın deməsinə görə Salehin telefonu onda qalmışdır. Saleh «Samsung Duos» markalı sadə telefon işlətmişdir. Həmin telefonda sosial tətbiqlər olmamış, həmin telefonu Salehə o, hədiyə etmişdir. Saleh və Kamran həmin telefondan birlikdə istifadə etmişlər. Saleh müştəri ilə görüşəndə çox vaxt üzərində telefon aparmamış, bu səbəbdən Kamranın Salehin telefonundan Almasla əlaqə saxlaması onda şübhə yaratmamışdır. Həmçinin həmin vaxtlarda Salehlə onun yoldaşlıq etdiyi Tapdıq və bir neçə şəxs cinsi azlıqların nümayəndələri barəsində inzibati qaydada həbs seçildiyindən o, Salehin də onların sırasında olduğunu düşünmüşdür. Lakin Tapdıq cəzasını çəkib qurtardıqdan sonra Salehin həbs olunmadığını bildirmişdir. Kamrandan yenə də bu barədə soruşanda Saleh barədə məlumatının olmadığını bildirmişdir. Salehi tanıyan şəxslərdən maraqlansa da, onu heç kim görməmişdir. Kamranı sonuncu dəfə 02-03 iyul 2023-cü il tarixdə görmüş, həmin vaxt da Kamrandan Salehin harada olması barədə soruşmuş, Kamran yenə də Salehi görmədiyini bildirmişdir. Saleh qazandığı pullardan Kamrana da köməklik etmişdir. O, Kamranla Salehin arasında hər hansı bir mübahisə və ədavətin olmasının şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə ona «Mələk» ləqəbli Elvin adlı tanışı «WhatsApp» sosial şəbəkəsində bir video göndərmişdir. Videoda çürümüş meyit olmuş, «Mələk» meyitin Salehin müştərilərlə görüşdüyü yerdən tapıldığını bildirib Salehdən bir xəbər olubolmadığını soruşmuşdur. Videodakı meyitin biləyində qızılı rəngdə qolbaq olmuşdur. O, həmin qolbağı əvvəllər Salehin üzərində gördüyündən meyitin Salehə məxsus olduğuna əmin olmuşdur. Buna görə də Almasa zəng edərək bir meyit tapıldığını, Salehə aid ola biləcəyini bildirmişdir. Daha sonra Almasla birlikdə Abşeron rayon Polis İdarəsinə gedərək meyitin Salehə məxsus ola biləcəyi barədə məlumat vermişlər. Abşeron rayon Polis İdarəsində araşdırmanın Binəqədi rayon Polis İdarəsində aparıldığını öyrənmişlər. Həmin vaxt artıq gecə saatları olduğundan Polis İdarəsinə getməmişlər. Daha sonra meyitin Binəqədi rayonunda olan meyitxanada olduğunu öyrəndiklərindən Almasla birlikdə meyitxanaya getmişlər. Salehin hər hansı şəxslə ədavət və düşmənçiliyinin olması barədə heç bir məlumatı yoxdur, Saleh bu barədə ona bir söz deməmişdir. Zərərçəkmiş şəxs1 yaxın münasibətdə olduğu şəxslər o, Tapdıq, Səbuhi, Elşad və Kamran olmuşdur. Bildiyi qədər Zərərçəkmiş şəxs1 hər hansı xəstəlikdən əziyyət çəkməmiş, narkotik vasitələrdən istifadə etməsə də, spirtli içkilərdən istifadə etmişdir. Zərərçəkmiş şəxs2 tanıyır, onu «Ruslana» kimi tanıyır. Rövşən də onun kimi cinsi azlıqların nümayəndəsidir, pul qarşılığında kişi cinsli müştərilərlə cinsi əlaqə olur. 19 iyun 2023-cü il tarixdə saat 03-04 radələrində o, hər zaman olduğu kimi, Bakı-Sumqayıt yolunda yerləşən «Rahat Market»in yanında olan yerüstü piyada keçidində olmuş, orada ondan başqa Saleh, Elşad, Səbuhi, Rövşən və Şükran da olmuşlar. Həmin vaxtlarda Rövşən bir müştəri ilə görüşmək üçün getmiş, Rövşən adətən müştərilərlə keçidin yanında olan zibil qablarının yanında görüşmüşdür. Rövşən getdikdən bir müddət sonra qışqıraraq onların yanına gəlmiş, müştərinin cinsi orqanını öpən zaman sonuncunun onun başına iti alətlə xəsarət yetirdiyini bildirmişdir. Rövşənin deməsinə görə müştəri onun başına və bədəninə bir neçə zərbə endirmiş, onu öldürməyə çalışmışdır. Rövşən birtəhər həmin şəxsin əlindən çıxaraq onların yanına qaçmışdır. Rövşən onların yanına qaçdığına görə həmin şəxs onu təqib etməmişdir. Rövşənin başından və bədənindən qan axmış, üzərində olan paltarları da qana bulanmışdır. Rövşənin əynində üzərində qız şəkli olan ətək, qırmızı rəngli köynək və idman ayaqqabısı olmuşdur. Rövşən taxma saçdan istifadə etməmiş, saçını qız saçı kimi uzatmışdır. Rövşən həkimə və hüquq-mühafizə orqanlarına müraciət etməkdən imtina etmişdir. Belə ki, Rövşən cinsi azlıqların nümayəndəsi olduğundan şikayət etməkdən utanmışdır. Bu səbəbdən onlara da şikayət etməmələrini bildirmişdir. Rövşənin deməsinə görə o, müştərinin cinsiyyət orqanını qoruyucu olmadan öpməkdən imtina etdiyinə görə, müştəri ona xəsarət yetirmişdir. Həmin gün Rövşən «Əfsun» kimi tanıdıqları Şükranın evinə getmişdir. Rövşən ona xəsarət yetirən şəxslə əvvəllər tanışlığının olmadığını demişdir. Sonradan ona məlum olmuşdur ki, Rövşənə xəsarət yetirən şəxs və Salehi öldürən şəxs eyni adamdır. Həmçinin Rövşən sonradan bildirmişdir ki, hadisə vaxtı həmin şəxsin əlindən qaçan zaman pul kisəsi və enerji bloku orada düşmüşdür (cild 1, iş vərəqə 211-215, cild 2, iş vərəqə 65-67). Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, fərdi qaydada usta işləyir. Ailəsinin dolanışığını təmin etmək üçün bəzən özünə məxsus «VAZ-21074» markalı **-CZ-*** dövlət qeydiyyatla nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 05 iyul 2023-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onunla əlaqə saxlayaraq görüşmək istədiklərini bildirmişlər. O, həmin gün Polis İdarəsinə getmiş, orada ondan 25 iyun 2023cü il tarixdə gecə saat 02 radələrində bir şəxsi “Babək Prospekt”ində yerləşən «Qəbələ» restoranın yaxınlığına aparıb-aparmadığını soruşmuşlar. O da polis əməkdaşlarına baş verənlər barədə danışmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 01:47 radələrində Binəqədi qəsəbəsindən “Baksol yolu” istiqamətində «VAZ-21074» markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Dörd yol» ayrıcına çatan zaman «Banu- Çiçək» şadlıq evinin qarşısında bir nəfər şəxs ona əl etmiş, o da avtomobili saxlamışdır. Həmin şəxs avtomobilə əyləşib pulunun az olduğunu bildirərək onu “Babək prospekti”ndə yerləşən «Ramstore» marketinin yaxınlığına aparmasını xahiş etmişdir. Həmin şəxs 2 manat pul verə biləcəyini demiş, o da yolda başqa müştəri olar deyə razılaşmışdır. Lakin yolda heç bir müştəri götürə bilməmişdir. O, avtomobili «Baksol» yolu ilə «Dərnəgül» prospektinə, oradan isə «Heydər Əliyev» prospekti ilə «Ramstore» marketə doğru hərəkət etdirmiş, həmin maketə çatan zaman müştəri onu bir qədər də irəlidə düşürtməsini xahiş etmişdir. O da həmin şəxsi Babək prospektinə yerləşən «Qəbələ» restoranının yaxınlığında düşürtmüşdür. Həmin şəxs ona iki ədəd 1 manatlıq əskinaz və qəpiklə pul vermək istəmiş, o, 2 manatı götürsə də, qəpikləri götürməmiş, həmin şəxs ona yaxşılıq etdiyini deyərək balansına pul yükləmək üçün onun nömrəsini istəmişdir. O nömrəsini həmin şəxsə bildirmiş, həmin şəxs də ona zəng etmişdir ki, nömrəsi onun telefonuna düşsün. Həmin şəxsin istifadəsində ***-***-**-** saylı sim kart olmuşdur. Təxminən 3-4 gün sonra ***-***-**-** saylı nömrədən onun balansına 5 manat pul yüklənmişdir. O, həmin vaxt pul yükləyənin kim olduğunu bilməmişdir. O, həmin nömrə ilə əlaqə saxlayan zaman kişi cinsli şəxs özünü Anar kimi təqdim edərək “Babək prospekti”nə düşürtdüyü şəxs olduğunu demişdir. O da həmin şəxsə təşəkkür edib sağollaşmışdır. Bu səbəbdən həmin hadisə onun dəqiq yadında qalmışdır. Həmçinin o, adətən Binəqədi rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olduğundan “Babək prospekti”nə nadir hallarda getmişdir. Həmin vaxtlarda isə yalnız Anarl “Babək prospekti”nə aparmışdır. Polis əməkdaşları da ondan bu barədə soruşanda baş verənləri onlara danışmış, Anarın istifadəsində olan ***-***-**-** saylı nömrəni onlara təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Anar qəsdən adam öldürmüşdür. Anarın kimi öldürməsi barədə məlumatı yoxdur. Anar bu barədə ona bir söz deməmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə saat 01:47 radələrində Anar avtomobilə əyləşən zaman həyəcanlı olmuş, o, Anarı insanlıq xatirinə istədiyi ünvana aparmışdır. Hadisə günü xatırladığı qədər, Anarın üzündə saqqal olmuşdur. Anar qara rəngli kofta geyinmiş, üzərində bel çantası da olmuşdur. Anarın üzərində olan digər paltarları xatırlamır. Həmin vaxt gecə saatları olduğundan Anarın xarici görünüşü dəqiq yadında qalmamış, ümumiyyətlə Anara diqqətlə fikir verməmişdir. Anar avtomobilə əyləşən zaman yanında heç kim olmamış, yolda olduqları müddətdə kiminləsə telefonla danışmamışdır (cild 2, iş vərəqə 143-147). Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 2021-ci ildən tanıyır. Saleh onun dostu olmuşdur. Saleh cinsi azlıq (transseksual) olmuş, amma onların arasında cinsi əlaqə olmamışdır. O, özü cinsi azlıq deyil. Saleh əsasən anası ilə birlikdə yaşamışdır. Onun daimi yaşayış yeri olmamış, müxtəlif gündəlik evlərdə kirayədə qalmışdır. Saleh bəzən onunla birlikdə qalmışdır. O və Saleh ortaq ***-***-**-** saylı sim kartdan istifadə etmişlər. Saleh mobil telefondan çox istifadə etməmiş, sadə bir telefonu olmuş, son vaxtlar həmin telefonu ona verdiyindən, telefon onda olmuşdur. Saleh daha çox Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yerləşən yerüstü piyada keçidinin yaxınlığında dayanaraq müştərilərlə pul qarşılığında görüşmüşdür. Saleh müştərilərlə 15-20 manat müqabilində qeyri-təbii yolla cinsi əlaqə olmuşdur. Bəzən ona da maddi köməklik etmişdir. Saleh müştərilərlə daha çox Bakı- Sumqayıt yolunun 5-ci kilometrliyində yerləşən istifadəsiz tikilinin həyətində görüşmüşdür. Həmin tikilinin həyətində bir çox mühafizə kamerası olmuş, həmçinin giriş qapısında «obyekt polis nəzarəti altındadır» sözləri yazılmışdır. Salehi «Hülya» deyə çağırmışlar. Salehin tanışları Taleh, Rövşən, Tapdıq adlı şəxslər olmuşdur. Onlar da cinsi azlıqdırlar. Həmin şəxslərin əlaqə nömrəsini bilmir, sonuncularla yaxın münasibəti olmamışdır. Salehi sonuncu dəfə 24 iyun 2023-cü il tarixdə 21-22 radələrində “Sulutəpə dairəsi”ndə yerləşən parkda görmüş, Saleh həmişəki kimi, müştəri ilə görüşüb pul qazanmaq üçün Bakı- Sumqayıt yolunun 5-ci kilometrliyinə getmişdir. Salehin daimi münasibətdə olduğu şəxs olmamış, Saleh daha çox tanımadığı müştərilərlə cinsi əlaqədə olmuşdur. Saleh müştəri ilə görüşməyə gedən zaman üzərində pul və telefon götürməmişdir. Saleh həmin gün 30 manat pulu və telefonu ona verərək getmiş, səhərisi gün anası Almasın yanına gedəcəkmiş. Salehin dediyinə görə Almas ondan pul istəmiş, sonuncu da pulu saxlamaq üçün ona vermişdir. Həmin gündən sonra o, Salehlə əlaqə saxlaya bilməmişdir. O, narahat olduğundan Salehin anası Almasa SMS yazaraq Salahin harada olduğunu soruşmuşdur. Çünki Saleh hər zaman onunla əlaqə saxlamışdır. X35 harada olduğunu bilmədiyini demişdir. O, Salehin ona verdiyi 30 manatı Almasın bank hesabına göndərmiş, daha sonra bir neçə dəfə Almasla həm zənglə, həm də SMS-lə əlaqə saxlayaraq Salehin harada olması ilə maraqlanmış, Salehi özünün də axtardığını bildirmişdir. Amma o, Salehi tapa bilməmişdir. Anası Almas da Salehi tapa bilmədiyini demişdir. Saleh onun yanından gedən zaman üzərində qadın paltarları və taxma saç olmuşdur. Salehin heç kimlə ədavət və düşmənçiliyi olmamışdır. X31 adlı şəxsin öldürdüyünü eşitmişdir. Bildiyi qədər, Salehin Anar adlı tanışı olmamışdır. O, özü də Anar adlı şəxs tanımır. Anarın Salehi hansı səbəbdən öldürməsi barədə məlumatı yoxdur. Salehin meyiti müştərilərlə görüşdüyü istifadəsiz evin həyətində aşkar edilmişdir (cild 4, iş vərəqə 6-10). Şübhəli şəxsin ifadəsinin yeində yoxlanılması haqqında 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri və onu törətməsinin faktiki hallarını əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 138-146). Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət hadisəsinin baş verdiyi yeri və halları əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 3, iş vərəqə 231- 234). Hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kmliyində yol kənarındakı istifadəsiz tikilinin həyətidir. Həmin tikili Bakı- Sumqayıt yolunun sağ tərəfində yerləşir. Tikilinin qarşısında üzərində Azərbaycan Respublikasının bayrağı həkk olunmuş yerüstü piyada keçidi vardır. Tikili üç mərtəbəlidir, sol və sağ tərəfdən hasara alınmışdır. Giriş hissədə isə hasar və darvaza yoxdur. Yoldan birbaşa olaraq həyətə daxil olunur. Yoldan giriş qapısına qədər olan məsafə 1256 sm-dir. Giriş qapısının üzərində “obyekt polis nəzarəti altındadır” sözləri yazılmışdır. Giriş qapısı bağlı vəziyyətdədir, tikilinin istifadə olunmadığı müşahidə edilir. Tikilinin sol və sağ tərəfində məhəccər ilə ayrılmış yaşıllıq sahəsi vardır. Həmin yolunun eni 325 sm-dir. Giriş qapısından sol istiqamətdə 1000 sm düz getdikdə məhəccər görünür. Məhəccərdən sol və sağ tərəfə yol ayrılır. Sağa tərəfə gedən yol dalandır. Məhəccərinin qarşısında isə tikilinin sol tərəfdən yoldan ayıran hasar vardır. Məhəccərin hündürlüyü 80 sm, hasarın hündürlüyü isə 153 sm-dir. Hasar ilə məhəccər arasında olan məsafə 170 smdir. Məhəccərdən sol tərəfdə hasar ilə məhəccər arasında üzəri ağac budaqları, sellofan paket və karton ilə örtülü vəziyyətdə olan meyit vardır. Məhəccərinin başlanğıc hissəsindən meyitə qədər olan məsafə 350 sm-dir. Meyitin arxası üstə uzanıqlı olmaqla, başı məhəccərə doğrudur. Meyitinin ayaqları diz nahiyədən bükülmüş vəziyyətdə olmaqla hasara bitişikdir, əlləri isə baş nahiyəsində arxaya doğru olmaqla bitişik vəziyyətdədir. Meyitin bədənində çürümə əlamətlərinin olması müşahidə edilir. Meyitinin əynində olan köynək sinəsindən yuxarıya doğru qalxmışdır.Meyitinin yanında 01 cüt ayaqqabı vardır. Həmin ayaqqabı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhəccərin sağ tərəfindən dalana qədər olan məsafə 456 sm-dir. Yerdə ağac budaqları, şüşə hissələri və tullantılar vardır. Məhəccərdən sağ tərəfdə olan hasarın da hündürlüyü 153 sm-dir. Həmin hasarın qarşısında açıq vəziyyətdə olan qırmızı rəngli qayçı vardır. Həmin qayçıdan divara qədər məsafə 15 sm-dir. Qayçı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 5-24). Meyitə baxış keçirilməsi haqqında 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, meyitin əynində qara rəngli uzunqol köynək, qara rəngli cins şalvar, sarımtıl rəngli bir cüt corab, sarımtıl rəngli tuman vardır. Başında süni saç (parik) vardır. Paltarlar nəmdir, çürümə mayesi ilə bulaşıqdır. Köynəyin arxa səthində sağ-yuxarı səthində 01 ədəd və solaşağı səthində 01 ədəd, tumanın sol ön səthində 01 ədəd zədə vardır. Cins şalvarın ciblərində 01 ədəd elektron siqaret, 01 ədəd güzgü, 02 manat pul, 01 ədəd saqqız aşkar olunmuşdur. Meyitin boyun nahiyəsində 01 ədəd, sol mil-bilək oynağında 01 ədəd ağımtılsarımtıl rəngli metaldan hazırlanmış boyunbağı və qolbaq vardır. Sol əlin İİİ və İV barmaqlarında 03 ədəd metaldan hazırlanmış üzüklər vardır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşludur, emfizematoz şişkindir, boyunun uzunluğu 167 sm-dir. Meyitin başı, gövdəsinin arxa və yan səthləri, yuxarı və aşağı ətrafların dəri örtüyü qaramtıl rəngdədir, bədən səthində çoxsaylı milçək sürfələri (uzunluqları l,2 sm-ə qədər olan) vardır (çürümə dəyişikliyi). Meyitin bədən səthində çoxsaylı içərisində milçək sürfələri olan deffektlər (həşəratlar tərəfindən törədilmiş) vardır. Meyit qacıması müayinə olunan bütün əzələ qruplarında boşalmışdır. Baş tükləri çürümə nəticəsində asanlıqla qopurlar, əksər hissələrdə tökülmüşdürlər. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözləri göz qapaqları ilə örtülmüşdür, buynuz qişa bulanıqdır. Qulaq seyvanları tamdırlar, xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar, burun dəliklərində bulaşıqlı ifrazat vardır. Ağzı açıqdır. Dişləri alt və üst çənədə təbii və tamdırlar. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu qısadır, şişkindir. Döş qəfəsi silindr formasındadır, simmetrikdir. Qabırğalar əllədikdə tamdırlar. Xarici cinsiyyət üzvləri kişi tiplidir, çürümə nəticəsində formasını itirmişdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Arxa keçəcək dəliyi çürümə dəyişikliyinə məruz qaldığına görə müayinə etmək mümkün olmadı. Meyitin bədən səthində dəri örtüyünün epidermis qatı əksər hissələrdə iri loskutlar şəklində soyulmuşdur, xeyli yumşalmış və formasını itirmiş vəziyyətdədir. Sağ aşağı ətrafda dəri və yumşaq toxumalar çürümə nəticəsində dağılmışdır. Həmin nahiyədə baldır sümükləri görünür. Meyitin bədən səthində xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqə 32-40). Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 08 iyul 2023-cü il tarixli 46/2-26666/23 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” yaşayış massivi, Bakı- Sumqayıt yolunun 5-ci kmliyində yol kənarındakı istifadəsiz tikilidə çürümüş vəziyyətdə, aşkar edilmiş naməlum kişi cinsli şəxsin cinsi azlıq nümayəndəsi Zərərçəkmiş şəxs1 olduğu müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində kişi cinsli şəxslə görüşməsi, onların hadisənin baş verdiyi yerə birgə getməsi, həmin şəxslə aralarında mübahisə baş verməsi və sonuncun Zərərçəkmiş şəxs1 öldürərək həmin yerdə gizlədərək uzaqlaşması müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Şəhər video-müşahidə kameraları baxış zamanı həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması, Saatlı rayonu, Qarayevkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, UPD qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə UPD qəsəbəsindən saat 22:32:10-da (TŞ5- 137.(2,3)) çıxaraq Babək prospektinə doğru hərəkət etməsi, saat 22:36:10-dan 22:38:00dək olan müddətdə yolu Babək prospektində yerləşən “Monte Carlo” şadlıq sarayı istiqamətinə keçməsi, yol taksisi ilə Babək prospektində yerləşən “Cənnət” kafesinin yaxınlığında 22:45:00 radələrində (TŞ5-075.(2,3) ) düşərək, piyada şəkildə “Xətai” metrostansiyası istiqamətində saat 22:50:00-dən 22:54:00-dək (TŞ5- 025.(3) ) hərəkət etməsi, saat 22:54:00-də (TŞ5-005.(4)) “Xətai” metrostansiyası istiqamətində hərəkəti davam etdirərək 22:58-da “Xətai” metrostansiyasının giriş qapısından içəri daxil olması müəyyən edilmişdir. Həmin gün 23:29:00-da “20 Yanvar” metrostansiyasının çıxış qapısından çıxaraq yol taksi ilə “Şamaxinka” adlanan ərazidən “Xırdalan dairəsi”nə gedir və saat 23:41-də (TŞ8-059(2)) həmin ünvana çatır. Daha sonra Təqsirləndirilən şəxs “Xırdalan dairəsi”ndən saat 23:42:45-də (TŞ8-059(2)) Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-İmtahan İdarəsinin istiqamətində gedir. Saat 23:47:21-də (TŞ8-115(2,3)) Binəqədi şosesində yerləşən “Mir İnşaat” istiqamətində gedib saat 23:50:30 radələrində (TŞ8- 069(2,3)) Binəqədi şosesində hərəkəti davam etdirərək, saat 23:55:47-də (TŞ8- 087(1,2)) “Mir İnşaat” mağazasının qarşısından DSK yolunda yerləşən çöl tunel adlan yerə doğru hərəkəti davam etdirir. xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində (TŞ8-068(3)) Təqsirləndirilən şəxs DSK yolunda yerləşən “Kəpənəkçi” marketə daxil olaraq dondurma alıb, daha sonra saat 00:19:32-də (TŞ8-068(3)) marketdən çıxaraq Daş Bazarı Adlanan dairəyə piyada şəkildə hərəkəti davam etdirir. Saat 00:34-də (TŞ8-066 (1,2,3)) həyət evlərinin arası ilə hərəkət edərək saat 00:40-da hadisənin baş verdiyi yerin yaxınlığına çatır (Bakı-Quba-Rusiya yolu 8.7 km yerləşən VM002 00:38:50—01:06:00). Ətrafda olan vətəndaşa məxsus fərdi obyekt kameralarından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la görüşməsi, daha sonra onların hadisənin baş verdiyi istifadəsiz tikiliyə doğru getməsi görünür. Həmin görüntülərdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında mübahisə olması, Anarın onu yerə yıxması, daha sonra hadisə yerində onu gizlədərək saat 01:03:00 uzaqlaşması müəyyən edilmişdir. Yenidən Təqsirləndirilən şəxs saat 01:05də (TŞ8-066 (1,2,3)) həyət evlərinin arası ilə Daş Bazarı Adlanan dairəyə piyada şəkildə qayıdın “Çöl tunel" adlanan istiqamətdə keçərək saat 01:18-də (TŞ8-068 (3)) “Kəpənəkçi” marketə daxil olması görünür. Mağazaya məxsus kameralardan görünür ki, onun paltarları toza bulanmışdır. Mağazada bir dəqiqə olduqdan sonra çölə çıxması, mağazanın qarşısında 1-2 dəqiqə dayandıqdan sonra saat 01:20-də (TŞ8-068(1,2,3)) piyada şəkildə Biləcəri qəsəbəsi istiqamətində getməsi görünür. Biləcəri istiqamətində vətəndaşlara məxsus qeyri-yaşayış sahəsinin kameralarından Təqsirləndirilən şəxs yolun kənarında “Mercedes” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əl edərək saxlaması (Faiq Karayev-***-***-**-**), həmin avtomobildən saat 01:30-da (TŞ 8- 64.(2)) Biləcəri qəsəbəsində yerləşən “Abidə dairəsi”ndə düşməsi, daha sonra saat 01:40-da (TŞ 8- 070.(2)) "X15” istiqamətində piyada şəkildə hərəkət etməsi müəyyən edilmişdir. Ətrafda olan vətəndaşa məxsus fərdi obyekt kameralarından görünür ki, saat 01:42-də Təqsirləndirilən şəxs “Opel astra ” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil (X21 ***-***-**-**) ilə “Azadlıq prospekti” ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsi istiqamətində, “Bunu-Çiçək” şadlıq evinin yaxınlığında avtomobildən saat 01:46-da düşərək saat 01:48:53-də (TŞ 8-001(1,2,3)) Baksol yolu istiqamətində piyada hərəkət edərək yolun kənarında dayanır. Saat 01:56-da (QİS8-Azadlıq pr.M.Rəsulzadə mərkəz istiqaməti).“VAZ-2107” markalı **-CZ-*** (Şahid5, 070- ***-**-** ) dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyi görünür. Əməliyyat soraqlaşması zamanı Təqsirləndirilən şəxs pul əvəzi olaraq özünə məxsus mobil nömrədən Şahid5 məxsus mobil nömrəyə kontur göndərdiyi, Təqsirləndirilən şəxs məxsus mobil nömrənin ***-***-**-** olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən taksidən saat 02:11-də (TŞ4-045.(1,2,3)) “Babək prospekti”ndə yerləşən “Qəbələ Restoranı”nda düşərək piyada şəkildə “UPD” qəsəbəsi istiqamətinə doğru gedir. O, saat 02:19:34-də (TŞ- 4-055.(1,2,3)) qəsəbəyə daxil olur. O, 02:24:13-də (TŞ5-137.(2,3)) UPD qəsəbəsində piyada hərəkət edir. Əməliyyat soraqlaşması zamanı Təqsirləndirilən şəxs orada X5 məxsus (***-***-**-**) evdə kirayədə yaşaması müəyyən edilmişdir (cild 1, iş vərəqə 64-66). Yaddaş kartına baxış keçirilməsi haqqında 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 1_02_R_**********0500 fayldakı videonun tarixinin xx.xx.2023-cü il saat 00:05:01-saniyədən başlandığı görünür. Baxış zamanı havanın qaranlıq olması, videonun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 may” yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yol kənarındakı istifadəsiz tikiliyə gedən yolunun kənar hissəsini və səkini müşahidə etməsi görünür. Saat 00:07:20-də üzərində qadın geyimləri olan bir şəxs səki ilə yuxarıya doğru qalxır. Saat 00:08:42-də həmin şəxs geri qayıdır, arxası ilə isə kişi cinsli bir şəxs gedir. Saat 00:29:05-də üzərində qadın geyimləri olan şəxsin arxası ilə gedən kişi cinsli həmin şəxs tək başına geri qayıdır. Həmin şəkillər protokola əlavə edilir. 3_04_R_**********0500 fayldakı videonun tarixinin xx.xx.2023-cü il saat 00:05:01saniyədən başlandığı görünür. Baxış zamanı havanın qaranlıq olması, videonun yolunun kənar hissəsini, səkini, hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 may” yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yol kənarındakı istifadəsiz tikilinin sol tərəfində olan hasarı və Zərərçəkmiş şəxs1 meyitinin aşkar edildiyi ağaclıq yeri müşahidə etməsi görünür. Saat 00:07:10-də üzərində qadın geyimləri olan bir şəxs səki ilə yuxarıya doğru qalxır. Saat 00:08:48-də həmin şəxs geri qayıdır, arxası ilə isə kişi cinsli bir şəxs gedir, çiynində çanta vardır. Saat 00:27:10-də kişi cinsli həmin şəxsin hasarın arxasında, ağaclıq olan hissədə hərəkət etməsi, ağacın budaqlarını sındıraraq yerə qoyması görünür. 00:28:54-də həmin kişi cinsli şəxsin tək başına gəldiyi istiqamətdə geri qayıtması, sağ çiynində isə çanta olması görünür. Həmin şəkillər protokola əlavə edilir. 5_06_R_**********0500 adlı fayldakı videonun tarixinin xx.xx.2023-cü il saat 00:05:01-saniyədən başlandığı görünür. Baxış zamanı havanın qaranlıq olması, videonun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 may” yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yol kənarındakı istifadəsiz tikilinin sağ tərəfini müşahidə etdiyi görünür. Saat 00:06:57-də üzərində qadın geyimləri olan bir şəxs səki ilə yuxarıya doğru qalxır. Saat 00:09:02-də üzərində qadın geyimləri olan şəxsin hadisənin baş verdiyi evinin sol tərəfinə doğru hərəkət etməsi, arxası ilə kişi cinsli şəxsin gəlməsi görünür. Saat 00:21:22-də həmin kişi cinsli şəxsin evin sağ tərəfində olan qaraj tipli yerə geri qayıtması, sağ çiynində çanta olması görünür. Həmin şəxsin üzərində qara rəngli köynək, köynəyin üzərində isə ağ rəngli emblem olması görünür. Həmin şəxs çantanı çiynində sağ əlinə alaraq ətrafa baxır. Saat 00:21:44-da isə yenidən meyitin aşkar edildiyi yerə doğru getməsi görünür. Saat 00:28:31-də isə tikilinin həyətindən yola çıxaraq hadisə yerindən uzaqlaşır. Həmin şəkillər protokola əlavə edilir. 6_07_R_**********0500 faylda videonun tarixi xx.xx.2023-cü il saat 00:05:01saniyədən başlandığı görünür. Baxış zamanı havanın qaranlıq olması, videonun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 may” yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yol kənarındakı istifadəsiz tikilinin “üzərində obyekt polis nəzarəti altındadır” sözləri yazılmış giriş qapısından sol tərəfə, yəni meyitin aşkar edildiyi yerə gedən yolu müşahidə etdiyi görünür. Saat 00:09:01-də üzərində qadın geyimləri olan şəxsin hadisənin baş verdiyi evinin sol tərəfinə doğru hərəkət etməsi, arxası ilə kişi cinsli şəxsin gəlməsi görünür. Saat 00:21:10-da kişi cinsli şəxsin ətrafa baxa-baxa evin girişdən sağ tərəfdə olan hissəsinə getməsi, Saat 00:21:49-da isə geri qayıtması görünür. Sağ əlində isə çanta vardır. Saat 00:22:42-də isə yendən ətrafı yoxlayaraq hadisə yerinə geri qayıdır. Saat 00:28:20-də isə gəldiyi istiqamətdə geri qayıdaraq yola çıxıb sağ istiqamətdə, yəni Sumqayıt şəhəri istiqamətdə hərəkət etməsi görünür. Həmin şəkillər protokola əlavə edilir. 4_05_R_**********0500 faylda videonun tarixi xx.xx.2023-cü il saat 00:03:50 saniyədən başlandığı görünür. Baxış zamanı havanın qaranlıq olması, videonun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində yol kənarındakı istifadəsiz tikilinin sol tərəfdə olan hasarı və ağaclıq olan yeri müşahidə etməsi görünür. Saat 00:09:08-də üzərində qadın geyimləri olan şəxsin meyitin aşkar edildiyi ağaclıq hissə ilə üzbəüz olan dalan hissəyə gəlməsi, kişi cinsli şəxsin isə onun arxası ilə həmin yerə gəlməsi görünür. Saat 00:11:50-yədək həmin şəxslərin bir-birinə yaxın məsafədə olmaları müşahidə edilir. Saat 00:13:10-da hər iki şəxs sanki yerə yıxılır, saat 00:18:10-a qədər hərəkətlərini müşahidə etmək olmur. Saat 00:18:10-da həmin kişi cinsli şəxs ayağa qalxır və ətrafda gəzinir, saat 00:21:05-də isə tikilinin sağ tərəfinə gedir, saat 00:21:54-də isə yenidən hadisə yerinə geri qayıdır. Saat 00:22:20-də yerdə olan şəxsi bir az sürüyərək dayanıb saat 00:25:50-yədək ətrafa baxır, saat 00:25:51-də meyiti ağaclıq olan hissəyə sürüyür. Ətrafda olan ağacın budaqlarının sındıraraq meyiti gizlətməyə çalışır. Saat 00:28:20-də isə gəldiyi istiqamətdə geri qayıdır (cild 1, iş vərəqə 185-196). Şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında 12 iyul 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Fərağa oğlunun fotoşəkili Zərərçəkmiş şəxs2 tanımaya təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs tanıyaraq ona zərbələr endirən şəxs olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 243-246). Məhkəmə-tibbi ekspertizasının 12 iyul 2023-cü il tarixli 1290 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - başın təpə nahiyəsinin, sol qulaq seyvanının, sağ bazu nahiyəsinin kəsilmiş yaraları kəsici əşyanın (alətin) təsirindən müayinədən 1 aya qədər əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həm ümumilikdə, həm ayrı-ayrılqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsici təsirindən əmələ gələ bilərdilər (cild 2, iş vərəqə 186-189). Məhkəmə-genetik ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 23/702R nömrəli rəyindən görünür ki, təqdim edilmiş üzərində qız və gül təsvirləri 01 ədəd ətək üzərində aşkar edilmiş şərti olaraq “ 1”, “2”, “3”, “4", “5” №-li qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsusdur. Təqdim edilmiş üzərində qız və gül təsvirləri 01 ədəd ətək və 01 ədəd cüt ağ rəngli idman ayaqqabısı üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş qız və gül təsvirləri 01 ədəd ətək və 01 cüt ağ rəngli idman ayaqqabısı üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmamışdır (cild 3, iş vərəqə 123-129). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 13 iyul 2023-cü il tarixli, 3-13-46-3/2-11683/23 nömrəli məktubundan və raportlardan görünür ki, Şahid2 xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində Bakı-Sumqayıt şosesi “Ekologiya postu”na çatmamış körpünün yanı keçidin altında “102” xidmətinə zəng vuraraq (2********) motosikletin nasazlanması səbəbindən saxlaması, bu zaman yol kənarında meyit aşkarlanmasını, qadın və ya kişi olduğunu bilmədiyini bildirmiş, xx.xx.2023-cü il tarixdə saat 22:52 radələrində Xətai rayon 10 saylı xəstəxananın yanından X19 “102” xidmətinə zəng vuraraq (**********) ayrı yaşadığı 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2023cü il tarixdən indiyədək xəbər ala bilməməsi barədə məlumat vermiş, Salehin dostlarından birinin ona zəng edərək tapılan meyitin şəklinin ona göndərilməsi və ona bənzəməsini deməsini bildirmişdir. Kamran adlı şəxsin ***-***-**-** saylı nömrədən zəng edib mütəmadi olaraq oğlunu tapa bilməməsini bildirmişdir (cild 2, iş vərəqə 167-170). Məhkəmə-genetik ekspertizasının 24 iyul 2023-cü il tarixli 23/581R nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində Zərərçəkmiş şəxs1 çürümüş vəziyyətdə aşkar edilmiş meyitindən götürülmüş dırnaq nümunələrinin altında zərərçəkmişlə yanaşı Təqsirləndirilən şəxs da məxsus bioloji mənşəli materiallar mövcuddur. Həmçinin ekspertiza nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bel çantasının tutacağı və zəncirbəndi üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Təqdim edilmiş 01 ədəd qayçı, şüşə parçaları və 01 ədəd bel çantasının böyür cibində aşkar edilmiş 01 ədəd tibbi maska üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 ədəd qayçı, şüşə parçaları və 01 ədəd bel çantasının böyür cibində aşkar edilmiş 01 ədəd tibbi maska üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmamışdır (cild 2, iş vərəqə 194-200). Məhkəmə-genetik ekspertizasının 24 iyul 2023-cü il tarixli 23/582R nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” yaşayış massivi, Bakı-Sumqayıt yolunun 5-ci kilometrliyində çürümüş vəziyyətdə aşkar edilmiş naməlum kişi meyitindən götürülmüş dırnaq nümunələrinin götürüldüyü meyit 99,99% ehtimalla X4 cinsindən olan bioloji övladının meyitidir. Həmçinin ekspertiza nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş dırnaq nümunələrinin altında kənar şəxsə məxsus və müqayisəli tədqiqatın keçirilməsi üçün yararlı kifayət qədər bioloji mənşəli material mövcuddur. Həmin bioloji mənşəli materiallardan əldə edilmiş DNT profili əldə edilmiş və DNT məlumat bankına əlavə edilmişdir (cild 2, iş vərəqə 201-206). Məhkəmə-tibbi ekspertizasının 25 iyul 2023-cü il tarixli 146 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində xəsarət aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs1 meyiti kəskin çürümə dəyişikliyinə məruz qaldığından onun ölüm səbəbi barədə konkret fikir söyləmək mümkün olmamışdır. Lakin onun meyitindən götürülmüş daxili orqan hissəciklərinin məhkəmə-histoloji müayinəsinin nəticəsini ( müayinə zamanı ağciyərə oxşar preparatda atelektaz və emfizema ocaqları, ocaqlı qansızmalar aşkar olunmuşdur) və qərarın təsviri hissəsində qeyd olunanları nəzərə alaraq demək olar ki, onun ölümünə səbəb xx.xx.2023-cü il tarixli qərarda göstərilən şəraitdə, yəni tənəffüs yollarının əllə (və ya qolla qapanması və ya boyun üzvlərinin əllə (və ya qolla) sıxılması nəticəsində baş verən asfiksiya ola bilərdi. Gecikmiş meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin məhkəmə-tibbi müayinəsindən (meyitin müayinəsi xx.xx.2023-cü il saat 19:30-da başlanmışdır) 1-2 həftə əvvəl baş verə bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş əzələdə məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyiti çürümə dəyişikliyinə məruz qaldığından onun arxa keçəcəyində qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətlərini təyin etmək mümkün olmamışdır (cild 3, iş vərəqə 12-20). Məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2023-cü il tarixli 2436/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 2, iş vərəqə 207-210). Məhkəmə-tibbi ekspertizasının 12 iyul 2023-cü il tarixli 1251 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ bazu nahiyəsinin, döş qəfəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ qalça qanadının çapıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-6 ay əvvəl əmələ gələ bilərdilər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilmələri istisna olunur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin həm kənar şəxs, həm də özü tərəfindən yetirilməsi mümkündür (cild 2, iş vərəqə 190-193). Cinsi qabiliyyətin müəyyən edilməsi haqqında məhkəmə-tibbi ekspertizasının 09 avqust 2023-cü il tarixli 311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olmasına maneə törədəcək hər hansı bir patoloji proses, anomaliya və sairə aşkar edilməmişdir. 1 saylı X26 tərəfindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 10 avqust 2023-cü il tarixli 68 saylı arayışa əsasən, onda zöhrəvi xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar edilmiş dəyişikliklər onunla cinsi əlaqədə olma hallarına uyğundur, Təqsirləndirilən şəxs sağ bazu nahiyəsinin və gövdənin zolaq şəkilli piqmentasiya sahələri sıyrılmış yara izləri olub uzunsov formalı küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir, həm kənar şəxs, həm də özü tərəfindən yetirilməsi mümkündür, törənmə müddətləri 3-6 ay əvvələ uyğun gəlir (cild 3, iş vərəqə 38- 41). Ambulator məcburi-narkoloji yoxlamanın 09 avqust 2023-cü il tarixli 5094 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 22-24). Məhkəmə-bioloji ekspertizasının 25 iyul 2023-cü il tarixli 426/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qan qrupu-O/l/, Şahid6 qan qrupu-B/lll/-dir. Təqdim olunan portallarından çıxarışın kserosurətinə əsasən ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus köynək, şalvar, tuman, 01 cüt corab və 01 cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alınmışdır. Bu qan ləkələri O alfa, beta/l/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ola bilər (cild 3, iş vərəqə 29-33). Məhkəmə-kriminalistik ekspertizasının 12 iyul 2023-cü il tarixli 315/2023-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şortikin ön hissəsinin sol nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sol-aşağı nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin orta nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edilmişdir. Zədələr iti ucu, iti ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin, əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar, bir cüt ayaqqabı və bir cüt corab üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilməmişdir (cild 3, iş vərəqə 34-37). Məhkəmə-tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 25 oktyabr 2023-cü il tarixli 489-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir cüt idman ayaqqabısı və ətək üzərində zədə və zədə izləri aşkar olunmamış, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəkdə, şortikdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş qayçının, şüşə parçalarının təsirindən törənməsi inkar olunur, təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir (cild 3, iş vərəqə 251-254). Məhkəmə-fonoskopik ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 4/1412 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd fləş yaddaş kartında olan və tədqiqatı tələb olunan mübahisəli videoyazılarda qeydə alınmış vizual hadisələrin xronoloji ardıcıllığı rəyin tədqiqi hissəsində verilmiş, ekspertizaya təqdim olunmuş 01 ədəd fləş yaddaş kartında olan və tədqiqatı tələb olunan mübahisəli videoyazılarda qeydə alınmış vizual hadisələrin keyfiyyəti yaxşılaşdırılmış görüntüləri 01 ədəd diskə yazılaraq iş materiallarına əlavə olunmuş, ekspertizaya təqdim olunmuş 01 ədəd fləş yaddaş kartında qeydə alınmış mübahisəli videoyazılardakı görüntülər şəxsin bədən quruluşu, boyunun ölçüsü, yerişi və sifət qruluşu kimi eyniləşdirici əlamətlərin müəyyən olunması və şəxsin eyniləşdirilməsi, eləcə də görüntüləri qeydə alınmış şəxslərin əllərində hər hansı bir kəsici-deşici alətin olub-olmamasını müəyyən etmək üçün yararsız kimi qiymətləndirilir (cild 3, iş vərəqə 235-250). Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 2222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq orqanının qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (cild 3, iş vərəqə 25-28). Kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki gedişli psixi patologiya olan «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Cinayət işi materiallarına daxil edilən tibbi sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək dəfələrlə psixiatırn müayinəsində olmuşdur. Belə ki, təqdim olunan tibbi sənədlərdən Təqsirləndirilən şəxs 17 iyun 2020-ci il tarixdə psixiatrın müayinəsi zamanı onda paranoid sayıqlamaları, təkrarlanan şiddət davranışlarının olması, ona «Şizoaffektiv pozuntu F25.2» diaqnozu qoyulması və stasionar şəraitdə müalicə olunmasının tövsiyə olunması, 25 iyul 2020-ci il və 29 oktyabr 2020-ci il tarixlərdə yenidən psixiatr müayinəsində olması və müvafiq ambulator müalicə təyin edilməsi aydın olur. Odur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayəti törətməzdən əvvəl və həmin cinayəti törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Şizofreniya xroniki gedişli psixi xəstəlik olmaqla, çox vaxt cavan yaşlarda meydana çıxan və bütün ömür boyu psixotik əlamətlərlə sayıqlama fikirləri (hallüsinasiyalar) gedərək, xəstələrin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən klinik mənzərə ilə xarakterizə olunur. Belə ki, xəstələrin təfəkkür, emosional sferasında olan enmə əlamətləri onların özünü və mühiti dərketməsinin yadlaşması, şəxsiyyətin dəyişməsi kimi əlamətlərin onların ictimai- faydalı əməkdən uzaqlaşmasına, ailə və sosial münasibətlərinin pozulmasına gətirib çıxarır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi xəstəlik gedişinə görə xroniki olduğundan o, hal-hazırda da qeyd edilən «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin, sayıqlama fikirlərinin davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəməistintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlərində - diqqətində dağınıqlıq, gec mərkəzləşmə, təfəkkürünün ilişkən olması, bir prosesdən digərinə keçirilməsində sürətlilik, fikirlərinin korreksiya olunmaması, paralogiklik, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi, tənqidi münasibətinin enməsi, mücərrəd anlayışları özünə məxsus tərzdə dərk edərək şərh etməsi, cümlələrində rabitəsizlik, mahiyyət və məzmundan kənarlaşma, psixiemosional vəziyyətində ətrafında baş verənlərə qarşı biganəlik, öz gələcəyinə və törətdiyi əmələ qarşı laqeyd yanaşması, xarakterində şübhəlilik, inadkarlıq, hövsələsizlik, inamsızlıq, davranışında qeyri-adekvatlıq və sair kimi əlamətlər aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hansı psixi-emosional vəziyyətində fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stress, frustrasiya, qorxu yaranmamışdır. Törətdiyi əməllər zamanı keçirdiyi psixi xəstəlik emosional halını şərtləndirərək davranışını motivasiya etmişdir. Anar Cəferov hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmadı. Onun intellektual imkanlarında qeyd olunan dəyişiklik əqli inklişafı deyil, sonradan düçar olduğu psixi xəstəliyi şərtləndirmişdir (cild 3, iş vərəqə 130-139). Kompleks komisyon təkrar stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 oktyabr 2023-cü il tarixli 147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək dəfələrlə psixiatrın müayinəsində olmuşdur. Belə ki, təqdim olunan tibbi sənədlərdən Təqsirləndirilən şəxs 17 iyun 2020-ci il tarixdə psixiatrın müayinəsi zamanı onda paranoid sayıqlamaları, təkrarlanan şiddət davranışlarının olması, ona «Şizoaffektiv pozuntu F25.2» diaqnozu qoyulması və stasionar şəraitdə müalicə olunmasının tövsiyə olunması, 25 iyul 2020-ci il və 29 oktyabr 2020-ci il tarixlərdə yenidən psixiatr müayinəsində olması və müvafiq ambulator müalicə təyin edilməsi aydın olur. Odur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayəti törətməzdən əvvəl və həmin cinayəti törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Şizofreniya - xroniki gedişli psixi xəstəlik olmaqla, çox vaxt cavan yaşlarda meydana çıxan və bütün ömür boyu psixotik əlamətlərlə sayıqlama fikirləri (hallüsinasiyalar) gedərək, xəstələrin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən klinik mənzərə ilə xarakterizə olunur. Belə ki, xəstələrin təfəkkür, emosional sferasında olan enmə əlamətləri onların özünü və mühiti dərketməsinin yadlaşması, şəxsiyyətin dəyişməsi kimi əlamətlərin onların ictimai-faydalı əməkdən uzaqlaşmasına, ailə və sosial münasibətlərinin pozulmasına gətirib çıxarır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətdikdən sonra və hazırkı dövrdə də xroniki gedişli psixi patologiya olan «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir və bu xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı var. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı diqqətində dağınıqlıq, gec mərkəzləşmə, təfəkkürünün ilişkən olması, bir prosesdən digərinə keçirilməsində sürətlilik, fikirlərinin korreksiya olunmaması, paralogiklik, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi, tənqidi münasibətinin enməsi, mücərrəd anlayışları özünə məxsus tərzdə dərk edərək şərh etməsi, cümlələrində məntiqi əlaqənin pozulması müəyyən edilir. Şübhəlilik, inadkarlıq, implusivlik, qıcığa qarşı həssaslıq, hövsələsizlik, inamsızlıq, laqeydlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs emosional vəziyyətində fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stress, frustrasiya, qorxu kimi hallar yaranmamışdır. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs keçirdiyi emosional hal, psixi vəziyyətində yaranan patoloji dəyişikliklərlə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmadı (cild 4, iş vərəqə 40-50). Mərkəzi Klinikanın 25 iyul 2023-cü il tarixli 43910 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2020-ci il tarixdə mərkəzə müraciət etmiş, ona şizoaffektiv pozuntu, qarışıq tip diaqnozu qoyulmuşdur (cild 2, iş vərəqə 131-132). Respublika Diaqnostika Mərkəzinin 28 iyul 2023-cü il tarixli 244 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müalicə olunması ilə bağlı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Respublika Diaqnostika Mərkəzinin poliklinika şöbəsinə psixiatra müraciət etmişdir. Təqsirləndirilən şəxs hər iki dəfə qəbul edən həkim psixiatr xəstənin gərginlikdən və ümumi narahatlıqdan şikayət etdiyini qeyd etmişdir. Baxış nəticəsində xəstəyə “Şizofreniya əlamətləri müşahidə olunmadan gedən kəskin polimorf psixotik pozğunluq remissiya vəziyyəti” diaqnozu qoyulmuş və müvafiq ambulator müalicə təyin edilmişdir (cild 2, iş vərəqə 155). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 15 iyul 2023-cü il tarixli 4364 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 göstərilən mərkəzdə müalicədə olmamışlar (cild 2, iş vərəqə 128). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 28 iyul 2023-cü il tarixli 4580 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs2 göstərilən mərkəzdə müalicədə olmamışdır (cild 2, iş vərəqə 142). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 22 iyul 2023-cü il tarixli xx/xx-7998 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs1 göstərilən mərkəzdə müalicədə olmamış, xx.xx.2023-cü il tarixdə narkoloji qeydiyyatdadır (cild 2, iş vərəqə 166). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 15 avqust 2023-cü il tarixli xx/xx-9488 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 2, iş vərəqə 166). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 15 avqust 2023-cü il tarixli 10474 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 3, iş vərəqə 81). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 3(001)- 2639/2023 nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona inzibati tənbeh olaraq 10 gün müddətində həbs təyin olunmuş, həbs etmənin əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmış, Zərərçəkmiş şəxs2 saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati qaydada həbs edilənlərin saxlama mərkəzinə yerləşdirilmişdir (cild 2, iş vərəqə 77-87). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati qaydada həbs edilənlərin saxlama mərkəzində tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 1158 nömrəli inzibati həbs olunan şəxsin tibbi kitabçasından görünür ki, Zərərçəkmiş şəxs2 tibbi müayinədən keçən zaman sol qulaqda, başın tüklü hissəsində, sağ çiynində kəsik yaraları, sol qolunda çapıqlar aşkar edilmişdir (cild 2, iş vərəqə 80-83). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnzibati X11 Mərkəzinin 20 iyul 2023-cü il tarixli 3-13-36/1-9189/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati X11 Mərkəzində saxlanılmamışdır (cild 2, iş vərəqə 68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 12 iyul 2023-cü il tarixli 9333 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 261 nömrəli göndərişinə əsasən göstərilən Xəstəxanaya “şəxsiyyətin qarışıq tipli pozuntusu,özünü kəsmələr” diaqnozu ilə stasionar müayinəyə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunmuş və həmin tarixdə xəstəxanadan evə yazılmış, xx.xx.1988ci il təvəllüdlü, Saatlı rayonu, Qarayev kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, UPD qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 139). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il və xx.xx.2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 15- 18). Saatlı rayon İcra Hakimiyyəti Başçısının Orta Muğan kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqə 32). Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin 12 sentyabr 2023-cü il tarixli 3-18/2-4090/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2012ci il tarixindən 01 may 2016-cı il tarixədək X17 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 13 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində, 01 may 2016-cı il tarixindən 07 mart 2018-ci il tarixinədək X17 Xidmətinin Şirvan şəhər X17 dəstəsinin 67 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində heç bir xəsarət almamış və xidmətdən kənarlaşdırılmamışdır (cild 3, iş vərəqə 121). Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən verilmiş xidməti xasiyətnamədən görünür ki, sabiq əməkdaş daxili xidmət çavuşu Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində intizam qaydalarını pozmuş, rəhbərlik tərəfindən verilmiş tapşırılıqları vaxtında yerinə yetirməmiş, mütəmadi olaraq işə gecikmə hallarına yol vermiş, xidmətə səhlənkar yanaşmış, peşə hazırlığı səviyyəsi qənaətbəxş olmamış, əməkdaşlar arasında qeyri-səmimilik göstərmişdir. Hərbi geyim formasının daşınması qaydalarına düzgün riayət etməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin 0401/ş 07 mart 2018-ci il tarixli əmri ilə 33.1.1 maddəsinə əsasən (öz arzusu ilə) xidmətkeçməsinə xitam verilmişdir (cild 3, iş vərəqə 122). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından, müvafiq hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 09 ay müddətində islah işləri növündə cəza təyin edilmiş və 16 noyabr 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir (cild 2, iş vərəqə 235-237, cild 3, iş vərəqə 70-73, 178-181). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü, 120.2.2ci, 120.2.4-cü və 120.2.10-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmişdir, onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirildiyi cinayət əməlini sübuta yetirilmiş hesab edərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Binəqədi rayon prokurorluğunda saxlanılan, tutacaq hissəsində qırmızı plastmas material olan 01 ədəd qayçı və Zərərçəkmiş şəxs1 məxsus 01 cüt ayaqqabı, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli cins şalvar, bir cüt sarımtıl rəngli corab, 01 ədəd sarımtıl rəngli tuman, 01 ədəd süni saç (parik), 01 ədəd elektron siqaret, 01 ədəd güzgü, 01 ədəd saqqız, 01 ədəd boyunbağı, 01 ədəd bilərzik, 03 ədəd metaldan hazırlanmış üzüklər, dırnaq nümunələri, hadisə yerindən götürülmüş şüşə parçaları və Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli üzərində “Srarte” sözləri yazılmış bel çantası və maska, Zərərçəkmiş şəxs2 hadisə vaxtı üzərində olmuş 01 ədəd üzərində qız və gül şəkilləri olan ətək və 01 cüt üzərində “nike” sözləri yazılmış ağ rəngli idman ayaqqabısı məhv edilməli, 02 ədəd bir manatlıq əskinazlar zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılmalı, 01 ədəd “Xiaomi Redmi 7” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, fəaliyyət qabiliyyəti olmayan Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü, 120.2.2ci, 120.2.4-cü və 120.2.10-cu maddələri ilə nəzərdə tutulan əməlləri anlaqsız vəziyyətdə törətdiyindən o, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən cinayət işi üzrə aparılmış ekspertiza xərcini ödəməkdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.2, 93.1-1, 93.1-1.1, 95.0 və 95.0.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü, 120.2.2-ci, 120.2.4-cü və 120.2.10-cu maddələri ilə nəzərdə tutulan əməlləri anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. İş üzrə maddi sübutlar: - Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan, tutacaq hissəsində qırmızı plastmas material olan 01 ədəd qayçı və Zərərçəkmiş şəxs1 məxsus 01 cüt ayaqqabı, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli cins şalvar, bir cüt sarımtıl rəngli corab, 01 ədəd sarımtıl rəngli tuman, 01 ədəd süni saç (parik), 01 ədəd elektron siqaret, 01 ədəd güzgü, 01 ədəd saqqız, 01 ədəd boyunbağı, 01 ədəd bilərzik, 03 ədəd metaldan hazırlanmış üzüklər, dırnaq nümunələri, hadisə yerindən götürülmüş şüşə parçaları və Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli üzərində “Srarte” sözləri yazılmış bel çantası və maska, Zərərçəkmiş şəxs2 hadisə vaxtı üzərində olmuş 01 ədəd üzərində qız və gül şəkilləri olan ətək və 01 cüt üzərində “nike” sözləri yazılmış ağ rəngli idman ayaqqabısı məhv edilsin; - Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 02 ədəd bir manatlıq əskinazlar zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılsın; - Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd “Xiaomi Redmi 7” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1173/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1173/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver