Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1174/2021 03.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qusar şəhəri H. Davud küçəsi ev 2-də qeydiyyatda olan və Qusar şəhəri L.Nemət küçəsi ev 113-də yaşayan, barəsində Qusar rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Agakərim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə, xx xxxxxx 1994-cü il tarixdə Qusar rayonu Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qusar şəhəri E.İbrahimova küçəsi ev 106-da qeydiyyatda olan və yaşayan barəsində “polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Agakərim oğlu şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi, tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) növünə aid 20 ədəd bitki toxumunu 2020-ci ilin təxminən mart-aprel ayında Qusar rayonu Qayakənd kəndi ərazisində yerləşən, hazırda fəaliyyət göstərməyən “Qara bulaq” istirahət mərkəzinin ərazisində yerləşən kolluqda əkmiş, sonra isə orada kök üstə bitən 17 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, sonra isə onların gövdəsini kök hissədən kəsib götürərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda-376,69 qramdan artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evdə saxlamış, 16 mart 2021-ci il tarixdə, günorta saatlarında həmin narkotik vasitənin 01 ədəd kibrit qutusunda 6,69 qram çəkidə hissəsini 40 manata Qusar rayonu Çiləgir kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs2 satmış, qalan hissəsini isə satış məqsədi ilə yaşadığı evdə saxlamış, 16 mart 2021-ci il tarixdə saat 20:00 radələrindən sonra Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhərində saxlanılıb RPŞ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 22:00-da mənzildə axtarış aparılan zaman həmin narkotik vasitənin 01 ədəd sellofan paketdə 370,0 qram hissəsi, eyni zamanda quru vəziyyətdə, ümumi təmiz çəkisi-135,0 qram olan, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 17 ədəd çətənə (kannabis) bitkisi kolunun hissələri və 0,120 qram miqdarında metamfetamin onun yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 16 mart 2021-ci il tarixdə, günorta saatlarında Qusar rayonu Çiləgir kəndində tanışı, Qusar şəhər sakini X1 40 manat müqabilində 01 ədəd kibrit qutusunda 6,69 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamış, sonra isə narkotik vasitənin bir hissəsini 04 ədəd bükümə yığaraq 01 ədəd kibrit qutusu ilə birlikdə üzərində daşıyaraq Qusar şəhərində 02 ədəd bükümdə 0,083 qram və 0,089 qram olmaqla cəmi-0,172 qram hissəsini təmənnasız olaraq tanışı Şahid8 oğluna vermiş, 16 mart 2021-cu il tarixdə saat 15:30 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar rayonu ərazisində saxlanılıb RPŞ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 18:58-də aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kibrit qutusunda təmiz çəkisi-6,402 qram və 02 ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,055 qram və 0,061 qram olmaqla ümumi təmiz çəkisi-6,518 qram olan hissəsi onun əynində olan cins şalvarın sol yan cibində saxladığı pul qabının içərisindən aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Agakərim oğlu özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o təxminən 15 yaşından etibarən narkotik vasitədən istifadə edir. Öz şəxsi istifadəsi üçün və maddi baxımdan imkanı olmadığına görə özü narkotik vasitə yetişdirirdi. Bir neçə il əvvəl Bakı şəhərində olan zaman adını xatırlamadığı bir şəxslə tanış oldu və aralarında olan söhbət zamanı həmin şəxs ona qəbul etmək üçün qurudulmuş marixuana, həmçinin çətənə bitkisi toxumları verdi. Bundan sonra o marixuana almaq üçün pulu olmadığından çətənə bitkisi kolu əkmək qərarına gəldi. 2021-ci il 16 mart tarixində axşam saatlarında Qusar rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək, ona özləri ilə polis şöbəsinə apardılar. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman qanunla qadağan olunmuş hər hansı əşya və narkotik vasitə aşkar edilmədi. Bundan sonra o yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazdı və onun razılığı ilə vəkilin iştirakı ilə videoçəkilişlə yaşadığı ünvan 2 ünvanda yerləşən evə baxış keçirildi. Evində 17 ədəd yox 3 ədəd çətənə bitkisi var idi, o narkotik vasitə satışı ilə məşğul olmamış və evindən aşkar edilən həmin çətənə bitkilərini şəxsi istifadə üçün nəzərdə tutmuşdu. Tanışı olan Elmara narkotik vasitə verməmiş və birlikdə narkotik vasitə istifadə etməmişlər. Narkotik istifadə etməsindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun üzərində narkotik vasitə olmayıb. 2021-ci il 16 mart tarixində saat 15 radələrində o dostu Samiddin ilə birlikdə idarə etdiyi avtomobildə Şahdağ restoranı yaxınlığında gedən zaman, mağazanın yanında avtomobildən düşmək istəyəndə ikisi sağdan, ikisi isə soldan olmaqla 4 minik avtomobili onlara yaxınlaşdı. Həmin vaxt o qorxub avtomobilin qapılarını kilidləyib avtomobili arxaya sürməyə başladı. Bu zaman həmin minik maşınları onları izləməyə davam etdi. Onlar Çiləgir ərazisi yaxınlığında yol polisi tərəfindən saxlanıldılar və həmin 4 minik maşınındakı şəxslər maşından enib onu maşından endirərək, yerə uzandırıb döyməyə başladılar. Bu zaman o qaçmağa başladı və polis əməkdaşları tərəfindən tutuldu. Onu polis şöbəsinə apardılar. Polis şöbəsində onu döyərək, təzyiq göstərdilər və polis əməkdaşları onun pul kisəsinin içərisinə narkotik vasitə qoydu. Bundan sonra üzərinə şəxsi axtarış keçirildi və onu döyüb təzyiq göstərərək, bir sənədi oxumadan imzalatdılar, üzərinə şəxsi axtarış videçəkilişdən istifadə olunmaqla keçirilən zaman üzərində aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu demiş, lakin bu polis əməkdaşlarının ona təzyiq göstərmələri səbəbindən olub. Ona edilən təzyiqlərə görə narkotik vasitəni sinif yoldaşı Nazimdən aldığını bildirdi. O Nazimdən heç vaxt narkotik vasitə almamış, polis əməkdaşları barəsində ona göstərilən təzyiqlərə görə şikayət etməmiş. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Agakərim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar rayon Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. 2021-ci il 16 mart tarixində Qusar şəhər sakini Təqsirləndirilən şəxs2 və İsabalyev Samiddinin narkotik vasitə qəbul etmələri və üzərilərində saxlamaları, həmin gün günorta saatlarından sonra Qusar şəhərində olacaqları və Elmarın idarə etdiyi avtomobillə Qusar-Şahdağ avtomobil yolu ilə “Aladaş” yaşayış massivi istiqamətində hərəkət edəcəkləri barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradıldı və o da həmin əməliyyat qrupunda iştirak edirdi. O və əməliyyat qrupuna daxil olan polis şəbəsinin digər əməkdaşları, Şahid1, Şahid2, Sərxan Şixəmmədov, Elmarla Samiddinin hərəkətdə ola biləcəkləri ehtimal olunan Qusar-Şahdağ yolunun Qusar rayonu Çiləgir kəndindən keçən hissəsinə gedərək, oranı müşahidəyə götürdülərk, həmin yerdə olan zaman təxminən saat 18 radələrində Elmarın idarə etdiyi avtomobillə Qusar-Şahdağ yolu ilə hərəkət etdiyini, Samiddinin də onun avtomobilində olduğunu görüb, onlara yaxınlaşıb avtomobili dayandırmaq istəyən zaman Elmar avtomobilini dayandırmayaraq geriyə istiqamətdə hərəkət etdi, lakin buna baxmayaraq avtomobili dayandırdı və avtomobilə yaxınlaşaraq özlərini təqdim edib, onları polis şöbəsinə dəvət etdilər, onlar da etiraz etmədi və onları polis şöbəsinə gətirdilər. Polis şöbəsinə gəldikdən sonra materialın icrası RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Ümüd Xankişiyevə həvalə olundu, sonra isə Ümüd Xankişiyev tərəfindən qəbul edilmiş qərarla əvvəlcə Elmar Abdulhəlimov şübhəli şəxs qismində tutuldu, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Elmarın üzərində axtarış aparılmağa başlanıldı. Şəxsi axtarış zamanı Elmarın əynində olan cins şalvarın sol yan cibindən bir ədəd pulqabı aşkar olundu, həmin pulqabının içərisinə baxış keçirilən zaman isə içərisində 01 ədəd kibrit qutusu və 02 ədəd kağız büküm aşkar olundu. Həmin bükümlər və kibrit qutusunun içərisinə baxış keçirən zaman isə onların içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olundu. Şifahi sorğu zamanı Elmar həmin kütlələrin narkotik vasitə olan qurulmuş marixuana olduğunu və Nazim adlı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra isə Samiddin şübhəli şəxs qismində tutuldu, vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Samiddinin üzərində axtarış aparılmağa başlandı, şəxsi axtarış zamanı Samiddinin əynində olan gödəkçənin sol yan cibindən 02 ədəd kağız büküm aşkar olundu, həmin bükümlərin içərisinə baxış keçirilən zaman isə onların içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olundu. Şifahi sorğu zamanı Samiddin həmin kütlələrin narkotik vasitə olan qurulmuş marixuana olduğunu və dostu Elmarın həmin gün ona pay verdiyini bildirdi. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elmara narkotik vasitə satmış “Nazim” adlı şəxsin Qusar şəhər sakini Təqsirləndirilən şəxs1 olduğu müəyyən edildi və saxlanılaraq polis şöbəsinə gətirildi. X6 tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutuldu, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmağa başlanıldı. Şəxsi axtarış zamanı Nazimin üzərindən hər hansı narkotik vasitə aşkar olunmadı, sonra isə Nazimə yaşadığı evə baxış keçirilməsinin zəruri olduğu bildirildi, Nazim yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazdı, bundan sonra vəkil və digər iştirakçılarla birlikdə Nazim Agakərimovun yaşadığı evə gedərək oraya baxış keçirildi. Baxış zamanı 02 ədəd sellofan paketdə, eləcə də masa kimi istifadə etdiyi taxtanın üzərindən, otağın döşəməsindən narkotik vasitə olan qurudulmuş marixuana və qurumuş vəziyyətdə sellofan paketdə və açıq vəziyyətdə cəmi 17 ədəd çətənə bitkisi, həmçinin bir bükümdə metamfetamin aşkar edilərək, qurudulmuş marixuanalar bir paketdə, çətənə bitkilər bir paketdə və metamfetamin isə zərfdə qablaşdırlaraq götürüldü. Təqsirləndirilən şəxs1 çətənə bitkisi kolarını özü əkib-becərdiyini və yarpaqlarını yığıb qurudaraq yaşadığı evdə saxladığını bildirdi, baxış zamanı Nazim aşkar olunmuş metamfetamini Qusar şəhər avtovağzalından tapdığını və həmin vasitədən bir dəfə istifadə etdiyini, qalanını da sonra istifadə etməsi üçün saxladığını bildirdi, təqsirləndirilən şəxslərə tərəfimdən təzyiq olunmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Elmar onun dostudur. Nazimi isə uzaqdan tanıyır və onunla yaxın münasibəti olmayıb. Onlar polis əməkdaşları tərəfindən saxlanıldıqları gün o və Elmar kəndə gedirdilər və avtomobili Elmar idarə edirdi. Yolda olarkən onları polis əməkdaşları saxladılar və heç nə demədən onları yolun ortasında döyməyə başladılar. Bundan sonra onları polis şöbəsinə apardılar və orada da yenə onları döydülər. Polis şöbəsində saat 15:30-dan 21:00-a qədər orada qaldılar və üzərlərində şəxsi axtarış keçirildi və dedilər ki, onlar narkotik vasitə istifadəçisi olmaqda şübhəlidirlər. Onun üzərində axtarış keçirdilər və heç nə aşkar edilmədi. Onlar özləri üzərinə narkotik vasitə yerləşdirdilər. Gecə onları podvala yerləşdirdilər və orada 1 gün saxladılar. Onlara təzyiq göstərirdilər ki, onların dediyi məzmunda ifadə versinlər və təqdim etdikləri sənədlərə qol çəksinlər. Bundan sonra artıq edilən əziyyətlərə dözə bilməyib təqdim edilən sənədləri oxumadan imzaladı və polis əməkdaşlarına 7.000 manat pul verməklə oradan çıxa bildi. Lakin Elmarı saxladılar. Polis əməkdaşlarının qanunsuz əməlləri barədə müvafiq orqanlara şikayət etmiş və bu barədə araşdırma davam edir, heç vaxt Elmarla birlikdə marixuana qəbul etməmiş, ibtidai istintaq zamanı ifadəsinə imza etmiş, ancaq təzyiq altında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Nazim onun qonşusudur, yaşadığı evindən çölə çıxanda gördü ki, Nazimin qapısının qarşısına polis əməkdaşları yığışıb. Polis əməkdaşları onu oraya çağırdılar. Sonra polis əməkdaşları Nazimin evində axtarış keçirməyə başladılar və evdən çətənə kolları tapdılar. Nazim həmin çətənə kollarının ona məxsus olduğunu bildirdi. Onun yanında polis əməkdaşları Nazimə təzyiq göstərmədilər. Nazim həmin çətənə kolları ona məxsus olduğunu bildirdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Agakərim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 mart 2021-ci il tarixli 7/281 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2” yazılar və imzalar olan 1 nömrəli zərfdə 1 ədəd kağız bükülüdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi -6,402 qram və 2 ədəd qızılı rəngli kağız bükümlərdə təmiz çəkiləri - 0,061 qram; 0,055 qram, ümumi çəkisi -6,518 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid8” yazılar və imzalar olan 2 nömrəli zərfdə 2 ədəd gümüşü rəngli kağız bükümlərdə təmiz çəkiləri -0,083 qram; 0,089 qram, ümumi çəkisi -0,172 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs1 evindən aşkar olunmuş narkotik vasitəyə oxşar ot kütləsi...” yazılar və imzalar olan qara rəngli bağlamada (3 nömrəli) təmiz çəkisi- 370,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində “Vət.X3 evindən aşkar olunmuş toxumlar...” yazılar və imzalar olan üzəri skoçla bağlanmış bağlamada (4 nömrəli) sellofan torbadakı təmiz çəkisi- 138,756 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş çətənə(kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələr aid deyil. Tədqiqata təqdim olunmuş üzərində “Vət.X3 evindən aşkar olunmuş 17 ədəd çətənə bitkiləri” yazılar və imzalar olan qara rəngli polietiləen bağlamada (5 nömrəli) quru vəziyyətdə ümumi sayı 17(on yeddi) ədəd, ümumi təmiz çəkisi -135,0 qram üzərlərində az miqdarda yarpaqları olan (köksüz, gövdə ilə budaq hissələri) bitki hissələri əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Təqsirləndirilən şəxs2, Şahid8 üzərindən, Təqsirləndirilən şəxs1 yaşadığı evindən götürülmüş marixuanalar və Təqsirləndirilən şəxs1 yaşadığı evindən götürülmüş çətənə bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. Marixuananın çəkiləri 6,518 qram, 0,172 qram, 370,0 qram tətqiqata hər obyektən sərf edildi 0,02 qram, qalıq 6, 458 qram, 0,132 qram, 369, 98 qram, çətənə bitkisinin toxumlarının çəkisi 138,756 qram qram tətqiqata sərf edildi 0,03 qram, qalıq 138, 726 qram, 17 ədəd çətənə bitkisi hissələrinin ümui çəkisi 135,0 qram qram tətqiqata sərf edildi 0,34 qram, qalıq 134,66 qram. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2021-ci il tarixli 6/1082 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 106 ” dairəvi möhür əksi olan, üzərində “Vət.Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş metamfetaminə oxşar ağ rəngli, krsital şəkilli maddə...” yazılan zərfdə təmiz çəkisi -0,120 qram ağ rəngli kristal şəkilli maddə psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına daxildir. Metamfetaminin təmiz çəksi 0,120 qram, tətqiqata sərf edildi 0,05 qram, qalıq 0,07 qram. Məhkəmə Təqsirləndirilən şəxs1 Agakərim oğlunun məhkəmə prosesində guya narkotik vasitənin digər təqsirləndirilən şəxsə satmaması və Təqsirləndirilən şəxs2 məhkəmə prosesində guya həmin narkotik vasitənin üzərindən çıxmaması və Nazimdən marixuana almaması barədə verdikləri ifadələrini inandırıcı saymır və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Agakərim oğlunun və Təqsirləndirilən şəxs2 ilkin izahatlarında, həm də ki, sonrakı ifadələrində onlar etdikləri əməlləri etiraf etmişdirlər. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2021-ci il tarixli 983 sayli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamani Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarindan periodik istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazirda müayinə zamani Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyaci yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Cinayət işi materiallarinda olan məhkəmə-narkoloji ekspertizasinin 22 aprel 2021-ci il tarixli 1199 sayli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamani Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarindan sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci var. Ərazi narkoloji dispanserində profilkatik qeydiyyata alinmasi məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Agakərim oğluna və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 Agakərim oğlunun törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət-234.1-ci maddə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 16 mart 2021-ci il tarixli “tutma haqqında” protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Agakərim oğlu və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdurlar. Cinayət işində olan 18 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində “polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai istintaq Təqsirləndirilən şəxs1 Agakərim oğlunun yaşadığı ünvandan aşkar olunmuş istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,120 qram metamfetamin miqdarı əsas götürülməklə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi məqsədi ilə qərar Qusar rayon Polis Şöbəsinə göndərilmişdir. Eyni zamanda cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai istintaq tərəfindən Şahid8 barəsində də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi məqsədi ilə qərar Qusar rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Agakərim oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 mart 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzalası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs1 Agakərim oğlunun törətdiyi əməldən qismən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işində olan doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun 01.04.2019-cu il və 02.02.2012-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən qismən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Qusar rayon polis idarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan, Təqsirləndirilən şəxs2 və Şahid8 üzərindən, aşkar edilib götürülmüş Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış -6,458 qram, 0,132 qram, 369, 98 qram marixuana, 17 ədəd 134,66 qram çəkidə çətənə bitkiləri və 0,07 qram psixotrop maddə metamfetamin, 01 ədəd zərf, 02 ədəd bağlama, 12 ədəd boş kibrit qutusu, 06 ədəd boş butulka və 04 ədəd boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 Agakərim oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 155 (yüz əlli beş) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Agakərim oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməli və Təqsirləndirilən şəxs1 Agakərim oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 16 mart 2021-ci il tarixdən 18 mart 2021-ci tarixədək həbsdə qaldığı 2(iki) günün hər günü azadlıqdan məhrum etmə cəzanın bir günün hər günü iki günə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 hissədə Qusar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Agakərim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 3 (üç) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 Agakərim oğluna qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Agakərim oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Qusar rayon polis idarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan, Təqsirləndirilən şəxs2 və Şahid8 üzərindən, aşkar edilib götürülmüş Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış - 6,458 qram, 0,132 qram, 369, 98 qram marixuana, 17 ədəd 134,66 qram çəkidə çətənə bitkiləri və 0,07 qram psixotrop maddə metamfetamin, 01 ədəd zərf, 02 ədəd bağlama, 12 ədəd boş kibrit qutusu, 06 ədəd boş butulka və 04 ədəd boru məhv edilsin. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 155 (yüz əlli beş) manat, 16 (on altı) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Agakərim oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1174/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1174/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver