Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1174/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin prokurorarı X4 və Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,520 qram çəkidə narkotik vasitə heroini və 0,890 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 14 fevral 2022-ci il tarixdə, saat 03:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm və S.Rəhimov küçələrinin kəsişməsində olarkən özünü şübhəli apardığından Nəsimi RPİ-nin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,400 qram və 7,120 qram olmaqla ümumi təmiz çəkisi 7,520 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram və 0,550 qram olmaqla ümumi təmiz çəkisi 0,890 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında istifadə etmək məqsədi ilə əldə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd “X7” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, 13 fevral 2022-ci il tarixində sosial şəbəkədə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən ”Baba” ləqəbli şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə sifariş etmişdir.O,həmin “Baba” adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış və “Baba”ona kart nömrəsini verərək 150 manat müqabilində narkotik vasitə və psixotrop maddə satacağını bildirmişdir.O, həmin “Baba” ləqəbli şəxsin ona verdiyi kart nömrəsinə yol üstü yerini xatırlamadığı dükanlardan birində olan “Milli ÖN” terminalı vasitəsi ilə 150 manat pul köcürdükdən sonra “Baba” ona həmin narkotik vasitənin və psixotrop maddənin Mərdəkan-Buzovna yolunda olan yol kənarı plakatın altına qoyduğunu bildirmişdir.O, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Mərdəkan-Buzovna yolunda olan yol qırağı plakata yaxınlaşaraq həmin narkotik vasitə və psixotrop maddələri oradan götürmüşdür.O, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişməsində olduğu zaman ona iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin əldə etməsi və qəbulunda şübhələndiklərini bildirib ondan birlikdə polis şöbəsinə getməsini tələb etmişdirlər. O, öz növbəsində səmimi olaraq polis əməkdaşlarına üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Polis şöbəsinə gəldikən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilmişdir. Polis əməkdaşlarının, müdafiəçinin və bir nəfər video çəkiliş aparan mütəxəssisin iştirakları ilə videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və baxış zamanı o əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən ümumilikdə 04 salofan kəsiyi bükümündə olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamini və 01 ədəd qara rəngli elektron tərəzini, həmçinin əynində olan qara rəngli şalvarın sol yan cibindən “Samsung Galaxy J3 ” markalı mobil telefonu və 01 ədəd 5 manatlıq pul əskinasını çıxararaq təqdim etmişdir. Ona verilən suallara cavab olaraq bildirdirmişdir ki, üzərindən aşkar olunmuş 04 salofan kəsiyi bükümlərindən 02 bükümdə olan maddələr narkotik vasitə heroin, 02 bükümdə olan isə psixortop maddə metamfetamindir və onları öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra həmin bükümlər və 01 ədəd qara rəngli elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni kiməsə satmaq, bağışlamaq və ya hədiyyə vermək fikri olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 fevral 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində, 15 fevral və 04 may 2022-ci il tarixlərdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan ifadə ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən təqsirli bilməsi barədə məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-də polis nəfəri işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 14 fevral 2022-ci il tarixdə təxminən saat 03:30 radələrində Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin inzibati ərazisində iş yoldaşı Şahid2 ilə xidmətdə olan zaman Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişməsində bir nəfər şəxsin onları görərək cəld olaraq olduğu yerdən uzaqlaşmaq istədiyini görərək şübhələnmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, ona xidməti vəsiqələrini göstərmişlər və ondan özünü təqdim eməyi tələb etmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi onlara təqdim etmişdir. Daha sonra onlar həmin şəxsdən üzərində narkotik vasitə olub-olmadığını soruşduqda həmin şəxs onlara səmimi olaraq üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onlar həmin şəxsi 22-ci Polis Şöbəsinə təmin etmişlər. 22-ci Polis Şöbəsində müəyyən olunmuşdur ki, həmin şəxs həqiqətən də özünü onlara təqdim etdiyi kimi Təqsirləndirilən şəxsdur. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-də polis nəfəri işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 14 fevral 2022-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində onun şəxsiyyəti müəyyən olunmuşdur və 22-ci Polis Şöbəsinin baş təhqiqatçısı Emil Qaralovun xidməti iş otağında videoçəkilişlə onun, əməliyyat müvəkkili Şahid4, baş təhqiqatçı Emil Qaralovun, mütəxəssis Hasil Həsənlinin və vəkil Fizuli Qasımovun iştirakları ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Ona üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən ümumilikdə 04 salofan kəsiyi bükümlərində olan maddələri və 01 ədəd qara rəngli elektron tərəzini, həmçinin əynində olan qara rəngli şalvarın sol yan cibindən isə “Samsung Galaxy J3” markalı mobil telefonu və 01 ədəd 5 manatlıq pul əskinasını çıxararaq təqdim etmidir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir və heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin 04 ədəd salofan bükümlərində olan maddələr və 01 ədəd qara rəngli elektron tərəzi qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan istintaq hərəkəti iştirakçılarına oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hərkəs həmin protokolu, eləcə də zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunmuş 02 ədəd salofan bükümdə olan ağ rəngli kristal şəkilli maddə psixotrop maddə metamfetamindir və digər 02 ədəd salofan bükümlərdə olan qəhfəyi rəngli maddə kakos yəni heroin adlalnan narkotik vasitədir o, həmin narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən internet vasitəsi ilə ümumilikdə 150 (yüz əlli) manat pul verməklə şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2022-ci il tarixli 6/911 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi “Şübhəli şəxs imza Qurbanov imza....”yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram və 7,120 qram olmaqla, ümumi təmiz çəkisi 7,520 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyavi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,340 qram və 0,550 qram olmaqla ümumi təmiz çəkisi 0,890 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyavi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs imza Qurbanov imza....”yazı və imzalar olan zərfi açdıqda içərisində 1 ədəd üzərində “X7” yazılan qara rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır.Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1148 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 505 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu (F 60.4) qeyd olunur.Bunu cinayət işi materialları, həmin cinayət işində anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri – yeniyetmə yaşlarından xəsiyyətcə əsəbi, qıcıqlara qarşı həssas olması, əsəbi gərginlik hallarında özünə yüngül xəsarətlər yetirməsi,hərbi xidmətə çağırış zamanı 2 saylı X2 müayinə olunduqdan sonra “Şəxsiyyətin isterik tipli pozuntusu”diaqnozunun təyin edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işinə əlavə edilmiş 09 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilmişdir, sonra otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının,müdafiəçinin və bir nəfər video çəkiliş aparan mütəxəssisin iştirakları ilə videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir və baxış zamanı o əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən ümumilikdə dörd salofan kəsiyi bükümündə olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamini və bir ədəd qara rəngli elektron tərəzini, həmçinin əynində olan qara rəngli şalvarın sol yan cibindən isə “Samsung Galaxy J3 ” markalı mobil telefonu və bir ədəd 5 manatlıq pul əskinasını çıxararaq təqdim etmişdir. Ona verilən suallara cavab olaraq bildirdirmişdir ki, üzərindən aşkar olunmuş dörd salofan kəsiyi bükümlərindən iki bükümdə olan maddələr narkotik vasitə heroin, iki bükümdə olan isə psixortop maddə metamfetamindir və onları öz istifadəsi üçün üzərində saxlayırmış. Daha sonra həmin bükümlər və bir ədəd qara rəngli elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 15 aprel 2022-ci il tarixli "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər və sms mətnlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən çıxan və həmin nömrəyə göndərilən aşağıdakı sms mətnləri aşkar edilmişdir: “Etim lazim olmadi dayi cox saol ee Allah kamyin olsun agrida goyubsan mani sahol galmirdin samana diyardin bu na uzadmag neya lazim mausa poka ”, “Qaqula 3 kola 1,pati elave gotur.Onlarin pula nagd olacağ”, ”Kera noldun bir xeber yoxdu seni gözdiyirem yigdimda acmadun veziyyet pisdiye ay kera olurem uje bir wadxeber dide”, ” Sako M 80”, “Qaqaw ne qerara geldun gelesi olson 3 lut kola pati qula dexli yoxdu bele 4. 5. baw weyde ret eliciyem”, “Brat 110m pulum var derman pati kola”, “Qaqa lomkadayam canvı yıyim meni yola sal”, “Qaqa ölürem götrmedin”,“Qaqa lomkadayam ölürem gör neynirsen brat diyana bilmirem”, “Şahin qaqa gelim 1denə pütö verdə mene pulum temizdi lomkadayam cannn”, “Qaqaş düzelir gelim senöl diyana bilmrem”,”Şahin qardaşmsan tapa bilmrem bir qram verde mene ölürem diyana bil mrem ayaqlarım ağrıyır can qurban olaram”, “Qaqa nolar heç olmasa yarı ver veziyetden çıxım ölürem diyana bilmrem pulum pütödi”,“Qaqaş gec gelersen ağrıyruğ”, “Qaqaş ağrıyram gec gelerşen gözdiyrem Qaqaş derman demüşdin M 40 bir list düzeler neçiyə meti cavab yaz bilim”, “Qaqula 3 kola 1, pati”, “Qaqaş 1 kola yari”. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələlərində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroin, həmçinin psixotrop maddə metamfetamini satış məqsədilə deyil, yalnız öz istifadəsi üçün üzərində daşıması cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 7,520 qram çəkidə narkotik vasitə heroin 0,890 qram çəkidə psixotrop maddə metamfetamin və elektron tərəzinin aşkar edilməsi, həmin narkotik vasitələr və psixotrop maddənin xırda bükümlərə ayrılması, həmçinin istifadə etdiyi mobil nömrəyə daxil olan və çıxan zənglər və sms mətnlərindən onun narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yünügülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ümumilikdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,420 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,790 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izi olan bir ədəd “X7” markalı elektron tərəzi məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 216 (iki yüz on altı) manat pul onun vəkil işlədiyi “Mərkəz” Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ümumilikdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,420 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,790 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izi olan bir ədəd “X7” markalı elektron tərəzi məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 216 (iki yüz on altı) manat pul onun vəkil işlədiyi “Mərkəz” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1174/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1174/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver