Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1174/2024 07.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Goranboy rayonu Zeyvə Ə/D, Zeyvə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində müvəqqəti kirayə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə fəhlə qismində işlədiyi X2 məxsus ünvan 1 ünvanında yerləşən “NASFLA EVENTS” dekor şirkətinin obyektindən 10 dekabr 2022-ci il tarixdən 04 avqust 2023-cü il tarixədək olan müddət ərzində, ona Nəzrin Abdullayeva tərəfindən etibar olunmuş həmin obyektə məxsus açarla qapısını açaraq oradan Nəzrin Abdullayevanm əri Zərərçəkmiş şəxs məxsus dəyəri 1300 manat olan bir ədəd AXUS firmasına aid idman qaçış aparatım, dəyəri 500 manat olan bir ədəd masa üstü kompyuteri, dəyəri 890 manat olan bir ədəd sarı rəngli kreslonu, dəyəri 750 manat olan bir ədəd qırmızı rəngli kreslonu, dəyəri 1300 manat olan bir ədəd narıncı rəngli dekor üçün nəzərdə tutulmuş kreslonu, bir ədədi 45 manat dəyərində 50 ədəd ümumi dəyəri 2250 manat olan qızılı supra boşqabı, bir ədədi 45 manat dəyərində 50 ədəd ümumi dəyəri 2250 manat olan ağ rəngli boşqabı, bir ədədi 35 manat dəyərində 50 ədəd ümumi dəyəri 1750 manat olan aağ qırağı gümüş olan balaca boşqabı, bir ədədi 45 manat dəyərində 52 ədəd ümumi dəyəri 2340 manat olan şüşə böyük bakalı, bir ədədi 35 manat dəyərində 52 ədəd ümumi dəyəri 1820 manat olan şüşə su bakalı, iki ədəd hər birinin dəyəri 2500 manat olan ümumi dəyəri 5000 manat olan şüşə güldanı, dörd ədəd hər birinin dəyəri 475 manat olan ümumi dəyəri 1900 manat olan şamdan qabları, dəyəri 3500 manat olan 3 dənəli jurnalini tumbanı, bir ədəd 150 manat dəyərində qızdırıcı, bir ədəd 250 manat dəyərində elektrik sobasını, bir ədəd 475 manat dəyərində mikrodalğalı sobanı, bir ədəd ağ rəngli 150 manat dəyərində böyük heykəli, bir ədəd ağ rəngli 100 manat dəyərində orta boylu heykəli, bir ədəd ağ rəngli 100 manat dəyərində balaca heykəli, bir ədəd qızılı rəngli 500 manat dəyərində termonu, hər birinin qiyməti 55 manat olan ümumi dəyəri 2200 manat olan 40 ədəd qızılı stulları, bir ədəd dəyəri 1500 manat olan 3 təkərli velosipedi, bir ədədi 35 manat olan 72 ədəd ümumi dəyəri 2520 manat olan qırağı qırmızı su bakalını, bir ədədi 33 manat olan 72 ədəd ümumi dəyəri 2376 manat olan qırağı qırmızı balaca su bakalını, bir ədədi 35 manat olan 72 ədəd ümumi dəyəri 2520 manat olan orta qırağı qırmızı boşqabı, bir ədədi 30 manat olan 72 ədəd ümumi dəyəri 2160 manat olan qırağı qırmızı balaca boşqabı, bir ədədi 40 manat olan 72 ədəd ümumi dəyəri 2880 manat olan qırağı qırmızı böyük ölçülü boşqabı, bir ədədi 20 manat olan 24 ədəd ümumi dəyəri 480 manat olan narıncı rəngli böyük boşqabı, bir ədədi 35 manat olan 50 ədəd ümumi dəyəri 1750 manat olan narıncı rəngli uzun bakalı, bir ədədi 33 manat olan 50 ədəd ümumi dəyəri 1650 manat olan kiçik ölçülü narıncı su bakalını, bir ədədi 40 manat olan 50 ədəd ümumi dəyəri 2000 manat olan göy rəngli boşqabı, bir ədədi 35 manat olan 50 ədəd ümumi dəyəri 1750 manat olan balaca göy rəngli boşqabı, bir ədədi 135 manat olan 100 ədəd ümumi dəyəri 13.500 manat olan ağ rəngli stulları, bir ədədi 135 manat olan 60 ədəd ümumi dəyəri 8100 manat olan bənövşəyi rəngli stulları, bir ədədi 75 manat olan 40 ədəd ümumi dəyəri 3000 manat olan rəngli stulları, dəyəri 4000 manat olan LG markalı televizoru, dəyəri 1800 manat olan bir ədəd “Samsung” markalı soyuducunu, dəyəri 1400 manat olan bir ədəd “Samsung” markalı paltaryuyan aparat, dəyəri 500 manat olan stol dəstini, dəyəri 80 manat olan bir ədəd tefal su qızdırıcısım, bir ədədi 875 manat olan 4 ədəd ümumi dəyəri 3500 manat olan balaca heykəli, dəyəri 750 manat olan bir ədəd şamqabım, dəyəri 1200 manat olan 01 ədəd xəmir yoğuram, cəmi dəyəri 12.900 manat olan eyni cür 02 ədəd konveksion sobanı, dəyəri 3000 manat olan 01 ədəd pizza hazırlamaq üçün soyuducunu, dəyəri 1425 manat olan 01 ədəd divar tipli fıltirli hava çətiri, dəyəri 2420 manat olan 01 ədəd 4 gözlü qazlı ocağını, dəyəri 1355 manat olan 01 ədəd 2 gözlü elektrikli ocağını, dəyəri 1850 manat olan bir ədəd elektrikli grill plate alt dolablı, dəyəri 1850 manat olan bir ədəd elektrikli fritozu, dəyəri 2250 manat olan 01 ədəd 2 qapılı masa tipli soyuducunu, dəyəri 2605 manat olan 01 ədəd 3 qapılı masa tipli soyuducunu, cəmi dəyəri 615 manat olan eyni cür 3 ədəd trapı, dəyəri 2250 manat olan 01 ədəd 1 qapılı dik tipli soyuducunu, dəyəri 515 manat olan 01 ədəd stellajı, dəyəri 495 manat olan 01 ədəd stellajı, dəyəri 2700 manat olan 01 ədəd 4 gözlu qaz ocağını, cəmi dəyəri 1050 manat olan eyni cür 02 ədəd stellajı, dəyəri 1520 manat olan 01 ədəd dik tipli soyuducunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 127.691 manat məbləğində, külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ilin dekabr ayından «NASHA EVENTS» şirkətində fəhlə işləsə də, rəsmi iş yeri olmamış, oradan əmək haqqı almamışdır. Şirkətdə təmir işləri bitdikdən sonra direktor Nəzrin xanım ona iş olduqca gündəlik qeyri-rəsmi işləməyi təklif etmişdir. Hər dəfə çağıranda 15, 20 və ya 30 manat pul almışdır. Direktor şirkətin giriş qapısının ehtiyat açarının birini ona vermişdir. O, direktorun tapşırığı ilə şirkətdəki dekor avadanlıqlarını dediyi yerə aparıb quraşdırır və yaxud söküb gətirib şirkətin anbarına yığmışdır. Zərərçəkmiş şəxs Elməddin direktor Nəzrin xanımın həyat yoldaşıdır. 2022-ci ilin dekabr ayında atası xəstəliyi ilə əlaqədar əməliyyat olmuşdur. Atasının müalicəsi üçün pula ehtiyacı olmuşdur. O da şirkətdən bəzi əşyalar götürüb satmışdır. «Opel Astra» markalı maşını icarəyə götürmüşdür. Əşyaların şəkillərini internetdəki saytlara yerləşdirmiş, internet vasitəsi ilə bəzilərini Sabunçu bazarında satmışdır. İttiham aktında göstərilən əşyaların bəzisini götürməmişdir. Dəfələrlə bir-bir, ikiiki əşyaları götürüb satmış, sonradan etiraf etmişdir. Lakin ittiham aktında qeyd edilmiş siyahıda oğurlanmış əşyaların sayı artırılmış, oğurlamadığı əşyalar da həmin siyahıya əlavə edilmişdir. İttiham aktında qeyd edilmiş heykəllər geri qaytarılmışdır. Satdığı əşyalardan 10000-12000 manat gəlir əldə etmişdir. Malların satışını həyata keçirməzdən əvvəl onların bazar qiyməti qiyməti ilə maraqlanmış, həmin malların bazar qiymətindən aşağı qiymətə satmışdır. O, ifadəsində daha sonra qeyd etmişdir ki, ittihamda göstərilən mallardan 3 ədəd yer trapından, “TEFAL” su qızdırıcısından, divar tipli hava çətirindən başqa hamısını götürmüş, 03 ədəd heykəli isə qaytarılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «NASHA EVENTS» dekor şirkəti həyat yoldaşımına məxsusdur. Murad həmin şirkətdə fəhlə işləmişdir. Obyektə bir müddət gedib gəlməmişdir. 04 avqust 2023-cü ilin dekabr ayının əvvəllərində qaynı ilə restoranın fəaliyyətini bərpa etmək üşün həmin obyektə baxmağa getmişdir. Daha sonra birbaşa Depoya girərək restoranda hansı avadanlıqların olduğuna baxmışdır. Lakin əşyalar saxlanılan hissəyə girməmişdir. Açarlar qaynında olmuş, sonuncu oraya gedibgəlməmişdir. Deponun açarı Muradda da olmuşdur. İçəri daxil olanda qaynı oradakı avadanlıqların yerində olmadığını görmüşdür. Belə ki, plazma televizor, kompyüter, kreslolar və digər əşyalar yerində olmamışdır. Mətbəxin qapısını qırıb içəri daxil olanda mətbəxdəki avadanlıqların da orada olmadığını görmüşdür. Mətbəxdə saxlanılan paltaryuyan, mikrodalğalı soba, soyuducu və sair avadanlıqlar orda olmamışdır. O, Murada zəng vurub avadanlıqların harda olmasını soruşmuşdur. Murad əvvəlcə boynuna almasa da, sonradan zəng edərək həyat yoldaşından üzr istəmiş, peşman olduğunu bildirmişdir. Sonuncu pula ehtiyacı olduğu üşün avadanlıqları satdığını demişdir. Ümumilikdə 130 min manatlıq mal oğurlanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ikinci əl restoran və market avadanlıqlarının alqı-satqısı ilə məşğul olur. Elnur adlı şəxsi təxminən 4-5 il müddətdir ki tanıyır. Elnur internet üzərindən müxtəlif şəxslər tərəfindən satışa çıxarılmış ikinci əl restoran-market avadanlıqlarının üzərinə 15-20 manat əlavə edib alışını təşkil edir. Muradı əvvəllər tanımamış, sonuncunu Elnur vasitəsi ilə tanımışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Elnur onun WhatsApp hesabına işlənmiş paslanmayan materialdan olan stol şəkili atmış, o, həmin əşyanı almaq istəmişdir. Səhəri gün Elnur özü yük avtomobili ilə 12 ədəd müxtəlif ölçülərdə paslanmayan materialından stollar gətirmişdir. Həmin vaxt Murad Elnurla gəlmişdir. O, stolları götürüb Elnura 1200 manat vermişdir. 3-4 ay sonra Elnur 3 ədəd qadın heykəli gətirmişdir. O, əvvəlcə həmin heykəllərin ucuz mal olduğunu fikirləşib götürmək istəməmişdir. Lakin sonradan onların bahalı mal olduğunu öyrənmişdir. Həmin heykəlləri qapının kənarında yerləşdirmişdir. Gedib-gələn şəxslər həmin heykəllərlə şəkil çəkdirirmişlər. Bir gün polis əməkdaşlarının Muradı əli qandallı vəziyyətdə onun mağazasına gətirdiklərini görmüşdür. O, polis əməkdaşlarına 3 ədəd heykəli 300 manata aldığını demişdir. Sonradan həmin heykəlləri geri qaytarmışdır. O, Murada heç bir məbləğdə pul vəsaiti verməmişdir. İş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, ikinci əl restoran və market avadanlıqlarını inaternet sosial şəbkəsində satılarkən maklerlik edərək həmin malları tanışlarına göndərərk satıb üzərində dolanışığı üçün maddi gəlir əldə etmişdir. Murad adlı şəxslə 2022-ci ilin dekabr ayının 23-də Top.az saytından mobil nömrəsini götürərək tanış olmuşdur. Belə ki, həmin vaxt Murad Top.az saytına 450 manata ət qızartmaq üçün Pleytizqara və bir ədəd iki gözlü elektrik sobasını satmaq üçün yerləşdirmişdir. O, sonuncu ilə əlaqə saxlamış və onunla makler olmağı, yerləşdirmiş olduğu əşyam satacağı təqdirdə ona da pul verməsi barədə danışmışdır. Murad onunla razılaşmışdır. O, Muradın yerləşdirmiş olduğu pleyt-izqara və iki gözlü elektrik sobasını hazırda mobil nömrəsini və anket məlumatlarını xatırlamadığı şəxsə metronun Ulduz stansiyasının yaxınlığında 400 manata satmış və Murad bundan 20 manat ona pul vermişdir. Bundan sonra Muradla münasibəti yaranmışdır. Təxminən 10 gün sonra Murad özünə məxsus mobil nömrə ilə əlaqə saxlayarq ona bildirmişdir ki, xalası oğlu yol-nəqliyyat hadisəsi törədib və hazırda xəstəxanadadır, bunun üçün də ona pul lazımdır, bunun üçün də restornalarda istifadə olan konveksiyonlu sobanı 2000 manata satır. O, Muradla razılaşmış və Murad həmin sobanın şəkillərini ona atmış, o, isə həmin sobanı Tap.az saytına yerləşdirmiş. Səhəri gün həmin sobya müştəri çıxmışdır. O, Murada bu barədə bildirmiş. Murad 166 yük xidmətinin avtomobili ilə həmin sobanı Nizami rayonu ərazisində yerləşən Sevinc kinoteatırının qarşısına gətirmişdir. Həmin müştəri ilə onunla birgə görüşərək 1800 manata sobanı satmışdır. Həmin puldan ona 70 manat pul vermişdir. Bundan bir neçə gün sonra Murad onunla əlaqə saxlayaraq bildirmişdir ki, xalası oğlu və şəriki yol-nəqliyyat hadisəsəndə xəsarət aldığına görə dükandakı bütün malları satır. Həmin vaxt bildirmişdir ki, 1200 manata soyuducunu satır. O, Murada müştəri tapacağını demiş və həmin soyuducunun şəkillərini atmasını istəmişdir. Murad həmin soyuducunun şəkillərini ona göndərdikdən sonra o, həmin soyuducunun şəkillərini Tap.az saytına yerləşdirmişdir. Bir neçə gün sonra soyuducuya müştəri tapılmış və Murad ilə birlikdə həmçin soyuducunu Ulduz metrostansiyasmın yaxınlığında 1250 manata tanımdaqları şəxsə satmışlar. Murad həmin puldan ona 40 manat vermişdir. Həmin gün Murad ona paslanmayan materialdan olan stol şəkilləri göndərmiş və satmaq istədiyini bildirmişdir. O, həmin şəkilləri tanışı ikinci əl restoran və dükan avadanlıqlarının alışı və satışı ilə məşqul olan Ramil adlı şəxsə göndərmiş, Ramil də almaq istədiyini bildirmişdir. O, bu barədə Murada bildirmiş, özü isə Ramilin çalışdığı yerə getmişdir. Həmin gün 166 yükdaşıma xidmətinin avtomobili ilə Murad həmin stolları Ramilin çalışdığı yerə gətirmişdir. Həmin stolları Ramilə 1200 manata satmış, həmin puldan Murad ona 50 manat pul vermişdir. İş üzrə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, təxminən 10 il müddətdir ki, qardaşı Şahid4 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən Sabunçu Bazarında təxminən 60 kv metr sahəsi olan dükanı aylıq 500 manata icarəyə götürərək orada ikinci əl məişət əşyalarının alışı və satışı ilə məşqul oluraq ailəsini dolandırmışdır. Murad adlı şəxsi və onun atasını təxminən 7 il müddətdir ki, tanıyır. Həmin şəxslər də onların çalışdıqları bazarda ikinci əl mebellərinin alışı və satışı ilə məşqul olurmuşlar. Təxminən 3 il bundan öncə onların yaşadıqları mənzil plana düşmüş və onlar bazarda işləməyi dayandırmışlar. Buna baxmayaraq Murad və atası mütamadi olaraq bazara gəlirmişlər. Muradın atası “Fedya” adlı şəxs uzun illərdi xəstədir. Murad və atası bütün qazanclarını atasının müalicəsinə xərcləyirlər, 2022-ci ilin dekabr aymın sonlarında Murad onun çalışdığı dükana gələrək 30 ədəd stul gətirmişdir. Həmin vaxt Murad bildirmişdir ki, həmin stulları tanışı “Sədərək” bazarında çalışdığı yerdən maaş əvəzi vermişlər. Murad isə həmin şəxsdən stulların bir ədəddini 10 manata almış və iki manat xeyrinə gətirib onlara satmaq istəmiş, qardaşı da Murada 360 manat pul ödəmişdir. Murad pulu götürək dükandan getmişdir. 2023-cü ilin yanvar aymın ortalarında Murad dükana əlində 4 ədəd karton qutu ilə gəlmişdir. Dükanda qardaşına bildirmişdir ki, həmin qutuda olan plastik qablardır. Qardaşı həmin qablara baxmış, qutuda olan üzəri zərli qablar olmuşdur. Qardaşı Murada həmin qabları ala bilməyəcəyini bildirmişdir. Murad qabları götürərək çıxıb getmişdir. Təxminən 6 ay bundan öncə qardaşı Atəş onun dükanına gələn vaxt ona bildirmişdir ki, dükanda olan zaman Murad dükana ağ rəngli bir ədəd istifadə olunmuş paltaryuyan aparat gətirmiş və satdığını bildirmiş, həmin paltaryuyan ona məxsusdur, satır ki, atasının müalicəsinə xərcləsin. Qardaşı Müraddan həmin paltaryuyanı 160 manata almışdır. Bİr müddət sonra qardaşı həmin paltaryuyanı 220 manata tanımadığı şəxsə satmışdır. 2023-ci ilin iyul ayının ortalarında Murad qardaşı Atəşə 240 manata “LG” firmasına məxsus televizor satmışdır. Qardaşı isə həmin televizoru 280 manata tanımadığı şəxsə satmışdır. Bir müddət sonra eşitmişlər ki, Murad həbs olunmuşdur. 08 avqust 2023-cü il tarixli “cinayət işi başlama və icraata götürmə barədə” qərardan görünür ki, 06 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində icarəyə götürdü ünvan 2 ünvanda yerləşən anbar kimi istrifadə etdiyi anbarın qapısını özündə olan açarla açması və anbarın içərisinə baxış zamanı işçi Təqsirləndirilən şəxs tərəfindən açar seçmə yolu ilə anbarın içərisindən ona məxsus 1 ədəd qiyməti 2.500 manat olan işlənmiş “LC” markalı televizor, 1 ədəd qiyməti 800 manat olan işlənmiş soyuducu, 1 ədəd qiyməti 1500 manat olan işlənmiş Samsung markalı paltaryuyan, 1 ədədin qiyməti 135 manat olan ümumi dəyəri 54.000 manat olan 400 ədəd işlənmiş stul, 1 ədəd qiyməti 1.425 manat olan Divar tipli Filtirli Hava çətiri, 1 ədəd qiyməti 2.420 manat olan 4 X13 Alt dolablı, 1 ədəd qiyməti 1.355 manat olan 2 gözlü elektrikli ocaq alt dolablı, 1 ədəd qiyməti 1.850 manat olan elektrik qril Plate alt dolablı, 1 ədəd qiyməti 1.850 manat olan ekektrikli fritos alt dolablı, 1 ədəd qiyməti 2.250 manat olan 2 qapılı masa tipli soyuducu, 1 ədəd qiyməti 2.605 manat olan 3 qapılı masa tipli soyuducu, 3 ədəd bir ədədin qiyməti 205 manat olan ümumi dəyəri 615 manat təşkil edən Trap, 1 ədəd qiyməti 2.250 manat olan 1 qapılı dik tipli soyuducu, 1 ədəd qiyməti 515 manat olan stellaj, 1 ədəd qiyməti 495 manat olan stellaj, 1 ədəd qiyməti 1200 manat olan xəmir yoğuran, 1 ədəd qiyməti 6.450 manat olan Convicsion peçkası, 1 ədəd qiyməti 3000 manat olan Pitza hazırlıq soyuducusunun oğurlandığım aşkar etməsini, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 107.880 manat məbləğində maddi ziyan dəyməsini bildirməsi əsasında Elməddlin Baxşəliyevin ərizəsi üzrə Nizami RPİ-nin 25-ci PŞ-də toplanmış material olmuşdur. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. (Cild 1 i.v. 1) 06 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində icarəyə götürdü ünvan 2 ünvanda yerləşən anbar kimi istrifadə etdiyi anbarın qapısını özündə olan açarla açması və anbarın içərisinə baxış zamanı işçi Təqsirləndirilən şəxs tərəfindən açar seçmə yolu ilə anbarın içərisindən ona məxsus 1 ədəd qiyməti 2.500 manat olan işlənmiş “LC” markalı televizor, 1 ədəd qiyməti 800 manat olan işlənmiş soyuducu, 1 ədəd qiyməti 1500 manat olan işlənmiş Samsung markalı paltaryuyan, 1 ədədin qiyməti 135 manat olan ümumi dəyəri 54.000 manat olan 400 ədəd işlənmiş stul, 1 ədəd qiyməti 1.425 manat olan Divar tipli Filtirli Hava çətiri, 1 ədəd qiyməti 2.420 manat olan 4 X13 Alt dolablı, 1 ədəd qiyməti 1.355 manat olan 2 gözlü elektrikli ocaq alt dolablı, 1 ədəd qiyməti 1.850 manat olan elektrik qril Plate alt dolablı, 1 ədəd qiyməti 1.850 manat olan ekektrikli fritos alt dolablı, 1 ədəd qiyməti 2.250 manat olan 2 qapılı masa tipli soyuducu, 1 ədəd qiyməti 2.605 manat olan 3 qapılı masa tipli soyuducu, 3 ədəd bir ədədin qiyməti 205 manat olan ümumi dəyəri 615 manat təşkil edən Trap, 1 ədəd qiyməti 2.250 manat olan 1 qapılı dik tipli soyuducu, 1 ədəd qiyməti 515 manat olan stellaj, 1 ədəd qiyməti 495 manat olan stellaj, 1 ədəd qiyməti 1200 manat olan xəmir yoğuran, 1 ədəd qiyməti 6.450 manat olan Convicsion peçkası, 1 ədəd qiyməti 3000 manat olan Pitza hazırlıq soyuducusunun oğurlandığım aşkar etməsini, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 107.880 manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. (Cild 1 i.v. 2) 06 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, X4 ünvan 3 ünvanda yerləşən «NASHA EVENTS» dekor şirkətində olan oğurlanmış əşyaların həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. (Cild 1 i.v. 20) 22 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs alınmış qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 03 ədəd heykəli təhvil almışdır. (Cild 1 i.v. 174) 08 avqust 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 17:30-da Təqsirləndirilən şəxs Nizami İŞ-nin müstəntiqi, polis kapitanı Şirxan Allahverdiyev tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 68) 08 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qimsində tanınma haqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1 i.v. 22-23) 06 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşir. (Cild 1 i.v. 9-11) 08 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən A4 formatlı kağız 26 ədəddən ibarətdir. Təqdim edilən əşyalar araşdırma əhəmiyyəti kəsb etməklə gələcəkdə ittihamın düzgün həllinə xidmət edəcəyinə mötəbər əsaslar olduğundan götürülüb materiala əlavə edilmişdir. (Cild 1 i.v. 32-59) 09 avqust 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən «NASHA EVENTS» dekor şirkətini göstərərək 10 dekabr 2022-ci il tarixdən 04 avqust 2023-cü il tarixədək olan müddət ərzində ona etibar olunmuş açarla həmin şirkətin qapısını açaraq oradan maddi tələbatlarını qarşılamaq üçün müxtəlif növ əşyaları götürərərk satmışdır. Bundan sonra ünvan 4 ünvanına gedərək orada işlənmiş soyuducularn alqı-satqısı ilə məşğul olduğu dükana gedərək oğurladığı əmlakın bir hissəsini orada satdığını bildirmiş, daha sonra Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazara gedərək Şahid4 məxsus dükanda oğurladığı əmlakın bir hissəsini orada satdığını bildirmişdir. (Cild 1 i.v. 84-113) 09 avqust 2023-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid1 tərəfindən təqdim edilmiş 03 ədəd heykəl götürülmüşdür. (Cild 1 i.v. 147) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 1 i.v 153-154) 01 iyun 2021-ci il tarixli qaimə fakturadan görünür ki, 01 ədəd xəmir yoğuranın dəyəri 1200 manat, bir ədəd kanviksion duxovka 6450 manat və bir ədəd pizza hazırlayan soyuducu 3000 manat məbləğindədir. (Cild 1 i.v 58) 11 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 01 ədəd divar tipli fıltrli hava çətirin dəyəri 1425 manat, 4 X13 alt dolablı 2420 manat, 01 ədəd 2 gözlü elektrikli ocağının dəyəri 1355 manat, 01 ədəd alt dolablı elektrikli grill plate 1850 manat, 01 ədəd lt dolablı elektrikli fritoz 2250 manat, 01 ədəd 2 qapılı masa tipli soyuducunu dəyəri 2250 manat, 01 ədəd 3 qapılı masa tipli soyuducunun dəyəri 2605 manat, 03 ədəd trap ümumi dəyəri 615 manat (01 ədədi 205 manat), 1 qapılı dik tipli soyuducunun dəyəri 2250 manat, 01 ədəd stellajın dəyəri 515 manat, 01 ədəd stellajın dəyəri 495 manatdır. (Cild 1 i.v 59) 25 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/7573 saylı rəyindən görünür ki, 01 ədəd ağ rəngli hündürlüyü 1,50 sm, diametri 36 sm qadın təsviri olan heykəl 150 manat, 01 ədəd ağ rəngli hündürlüyü 1,18 sm, diametri 36 sm qadın təsviri olan heykəl 100 manat, 01 ədəd ağ rəngli hündürlüyü 1,15 sm, diametri 36 sm qadın təsviri olan heykəl 100 manat olmaqla orta bazar qiymətilə ümumi dəyəri 350 manat təşkil edir. (Cild 1 i.v 172-173) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayət işinin mübahisəsiz halını təşkil etsə də, məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürərkən onun zərərçəkmiş şəxsdən gizli yolla taladığı bir ədəd ağ rəngli böyük heykəli, bir ədəd ağ rəngli orta boylu heykəli, bir ədəd ağ rəngli balaca heykəlin məbləğini zərərçəkmiş şəxsin sözlərini nəzərə almaqla məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini nəzərə almadan müvafiq olaraq 1750 manat, 1550 manat və 1350 manat dəyərində qiymətləndirmiş və nəticədə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə ümumilikdə 131.991 manat məbləğində maddi ziyan vurması nəticəsinə gəlmişdir. Bu səbəbdən də məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən gizli yolla taladığı bir ədəd ağ rəngli böyük heykəli, bir ədəd ağ rəngli orta boylu heykəli, bir ədəd ağ rəngli balaca heykəlin məbləğini məhkəmə-əmtəəşünaslıq ekspertizasında əks olunduğu kimi müvafiq olaraq 150 manat, 100 manat və 100 manat məbləğində qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ittihamda göstərilən əşyalarının məbləğinin çox olmasını 20000 manata yaxın ziyan vurmasını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən qaimə fakturalar və digər sənədlərdən aydın olur ki, həmin əşyaların məbləği Təqsirləndirilən şəxs dediyi kimi deyil, ittihamda (heykəllər istisna olmaqla) göstərildiyi məbləğlərdə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət hüququ nəzəriyyəsinə görə oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Oğurluq cinayəti obyektiv cəhətdən mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, oğurluq cinayəti talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi bitmiş hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin o, cinayət əməllini təqsirli olaraq törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 177.3.2-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ikinci qrup əlil olmasını onun əməlində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni 08 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi “De Fendo” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1174/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1174/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver